Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1175/2022 29.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmiş və üzərində saxlayaraq daşımışdır. Belə ki, o, naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4,598 qram çəkidə narkotik vasitə heroini 40 manata əldə edib özündə saxlamaqla daşımış, 25 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilimiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,598 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə ay imiş ki narkotik vasitə heroini tənəffüs yolu ilə qəbul etməyə başlamışdır. Narkotik vasitəni müxtəlif vaxtlarda Nəsimi rayonunda, Papanin adlanan ərazidə tanımadığı şəxslərdən əldə edirmiş. Lakin, o, müalicə olmaq qərarına gəlmiş və evində müalicəsiylə məşğul olmağa başlamışdır. 25 fevral 2022-ci il tarixdə axşam saatlarında o, evdə olarkən evin qapısı döyülmüşdür. Qapını elə döyürmüşlər ki, az qalırmış qapı çərçivəsindən çıxsın. O, və xalası oğlu 1-ci mərtəbədə imişlər. Ailəsi, uşaqları isə 2-ci mərtəbədə imiş. Qapını açanda 7-8 nəfər evə daxil olub evdə axtrarış etməyə başlamışlar. Evdə heç nə tapmamışlar. Onun üzərində də heç bir narkotik vasitə olmamışdır. Lakin orada onu döymüşlər və üzərinə baxış keçirilən zaman ona bir büküm vermişlər və bildirmişlər ki, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını deyər. O da videoçəkiliş zamanı ona verdikləri bükümü təqdim edib ona məxsus olmasını bildirmişdir. Onun nə evində, nə də üzərində narkotik vasitə olmamışdır. Onu PB-də döymüşlər və ona bir büküm verib videoçəkiliş zamanı həmin bükümün ona məxsus olmasını deməyini tapşırmışlar. Onu hansı polis işçilərinin döyməsini xatırlamır, onları görsə tanıya bilməz. Döyüldüyü üçün o, etiraf etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Xalası oğlu da onunla imiş, xalası oğlu da narkotik vasitənin istifadəçisi imiş, CM-nin 234.1-ci madəsi ilə həbs olunmuşdur. Elan olunmuş cinayət işinin 44-49-cu vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin elan olunmuş protokolu təsdiq etmir. Elan olunmuş cinayət işinin 149-cu vərəqəsində olan DVD diskə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Həmin dövrdə o, narkotik vasitədən istifadə edirmiş və ona narkotik vasitə göndərməklə bağlı SMS yazışmaları olmuşdur. Döyülməsiylə əlaqədar heç yerə şikayət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 60-61, 75-78 və 169-172-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Sonuncu dəfə 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində Papanin adlanan ərazidə olarkən narkotik satan tanımadığım bir nəfərə yaxınlaşdım ondan 40 manat dəyərində bir büküm verməsini istədim, sonuncu bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini mənə verdi. Həmin narkotik vasitəni şalvarımın sol yan cibinə qoydum və üzərimdə saxlayaraq gəzdirdim. Ertəsi gün 25 fevral 2022-ci il tarixdə yaşadığım evin önündə axşam saat 22 radələrində dayanmışdım. Həmin vaxtı iki nəfər polis əməkdaşı yaxınlaşdı həmin yerdə nə etdiyimi sual etdilər, hərəkətlərimdən şübhə etdikləri üçün polis bölməsinə dəvət etdilər, mən isə onlarla birlikdə bölməyə getməyə etiraz etmədim. ...Şəxsi axtarış zamanı üzərimdə narkotik vasitə olduğunu bildirib şalvarımın sol yan cibində olan sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etdim. ...Həmin çəkiliş zamanı narkotik vasitəni şəxsi istifadəm üçün 24 fevral 2022-ci il tarixdə “Papanin” adlanan ərazidə tanımadığım şəxsdən aldığımı bildirdim. ...Polis bölməsində polis əməkdaşları tərəfindən hər hansı təzyiqə işgəncəyə məruz qalmaмышам. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, imzalar onun imzasıdır. Protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 20-ci PB-də əməliyyat müvəkkili işləyir. 25 fevral 2022-ci il tarixdə axşam saat 22-00 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru Şahid2la birlikdə, dislokasiya üzrə onlara təhkim edilmiş ərazidə xidmət apararkən eyni zamanda ərazidə törədilmiş müəyyən cinayətlərin açılması istiqamətində tədbirləri davam etdirərkən bir nəfər şəxsin ünvan 4 ünvanın qarşısında dayanıb öz hərəkətləri ilə şübhə doğurduğundan həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ondan narkotik vasitə istifadə edibetməməsini soruşduqda, həmin şəxs narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs polis bölməsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salındıqda həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Ondan narkotik vasitə saxlaması, qəbul etməsində şübhələr ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi barədə rəhbərliyə məruzə edildikdən sonra PB-nin təhqiqatçısı Orxan Abbaslıya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Orxan Abbasılının xidməti iş otağına aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd şəffaf sellofanı çıxarıb masanın üzərinə qoymuş və sorğu zamanı həmin bükümü öz istifadəsi üçün Nəsimi rayonu ərazsində olan Papanin adlanan ərazidə tanımadığı şəxsdən bir gün öncə 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa müxtəlif əməliyyat məlumatları daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur, hazırda həmin istiqamətdə tədbirlər davam etdirilir. Təqsirləndirilən şəxsi küçədə saxlamışlar, evindən aparmamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. O, təqsirləndirilən şəxsi vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 25 fevral 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da inzibati ərazidə xidmət apararkən Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5, ev 1 nömrəli ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb, həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı əşya, eləcə də narkotik vasitə olması güman edildiyindən həmin şəxs saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinin 44-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 fevral 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarış başlamasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona aid olmasını, həmin bükümün içərisində narkotik maddə “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə, saat təxminən 18 radələrində “Papanin” kimi tanınan ərazidən, tanımadığı şəxsdən 40 manata almasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı digər predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera ilə videçəkiliş aparılmışdır. Cinayət işinin 55-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2022-ci il tarixli, 6/1195 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) .. ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,598 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir. Cinayət işinin 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı Mahmud Mirzəyevin 27 fevral 2022-ci il tarixli mənzilə axtarış keçirilməsi haqqında qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5, ev 1 nömrəli ünvana axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işinin 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5, ev 1 nömrəli ünvanda axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 89-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 fevral 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5, ev 1 nömrəli ünvanda axtarış aparılmış, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş 29 mart 2022-ci il tarixli, 086-1256-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə hələki müəyyən edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatı daxil olması bildirilmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 may 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan, göndərilən SMS mətnlərini və telefon zənglərini özündə əks etdirən DVD diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, baxış zamanı ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Sene yer deyecem çıxıb ordan goturersen kola çatır adam indi” və “çatsın yazacam sene çıxıb goturersen men olmayacam evde” yazılmış smslər daxil olması müyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin SMS-lərin ona tanımadığı şəxs tərəfindən göndərildiyini həmin şəxsin adını bilmədiyini, nömrənin kimə məxsus olması barədə məlumatı olmadığını bildirirək narkotik vasitələri müxtəlif tanımadığı şəxslərdən aldığını qeyd etmişdir. Məhkəmədə tədqiq edilərək araşdırılmış 26 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında ola biləcək şübhəli əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Həmin bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona aid olduğunu, həmin bükümün içərisində narkotik maddə “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə, “Papanin” adlı ərazidən, tanımadığı şəxsdən 40 manata almasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı digər predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin baş müstənitiqi, polis baş leytenantı X2 12 may 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işi materillarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onda narkotik vasitə olmadığını, özünün müalicə aldığını, narkotik vasitəni satmadığını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və döyülməsini bildirmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi Rayon Məhkəməsindən daxil olmuş 27 fevral 2022-ci il tarixli, 4(006)-128/2022 saylı məktubdan görünür ki, məhkəmə iclasında sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılarkən polis bölməsində mülki formada olan şəxslər tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin 127-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 08 aprel 2022-ci il tarixli, xx/xx-2276 nömrəli məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə təcridxanaya daxil olan zaman sonuncu həbs olunmazdan əvvəl xəsarət aldığını bildirsə də, müayinə zamanı onun dəri səthində çapıq və ya zədə aşkar edilməmişdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi Rayon Prokurorluğundan daxil olmuş 15 aprel 2022-ci il tarixli, 88-xid- 22 saylı məktubdan və məktuba əlavə edilmiş Nəsimi RPİ-nin MSY-dən alınmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci ildə Nəsimi RPİ-nin MSY-nə təhvil verilərkən onda heç bir xəsarət olmamışdır. Cinayət işinin 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1 12 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və döyülməsi barədə araşdırılmış 179-C saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olmuş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 84-cü vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 13 aprel 2022-ci il tarixli, 1765 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 11 aprel 2022-ci il tarixli, 877 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-22-ci vərəqələrində olan 25 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 100-102-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli 4(006)-128/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,498 qram narkotik vasitə heroin məhv edilməli, 2 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,498 qram narkotik vasitə heroin məhv edilsin. 2 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1175/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1175/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver