Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1175/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi Baləbəy oğlunun iştirakları ilə xx xxxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Füzuli Qarnizonu Hərbi Tribunalının 29 iyul 1994-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü madələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, 30 oktyabr 2012-ci ildə cərimə cəzasını tam ödədiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxını rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi ev 20-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini külli miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda ümumi təmiz çəkisi 5,540 qram psixotrop madda metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qosobosi, Qum adası, Zığ bağlarında yerləşən elektrik transformatorunun yaxınlığında saxlanılıb Suraxan RPİ-nin 30-cu PŞ-nə aparılaraq həmin tarixdə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,185 qram və 2,355 qram olmaqla ümumi təmiz çəkiləri 5,540 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O hər dəfə narkotik vasitənin müxtəlif növlərindən istifadə edir, lakin o, psixotrop maddə metamfetamindən istifadə etməmişdir. O, 2 ay yarım olar ki, artıq narkotik vasitənin istifadəsini dayandırmışdır. O, narkotik vasitəni adətən ayda 1-2 dəfə “Zığ” qəsəbəsində tanımadığı şəxslərdən almışdır. 28 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış sahəsində nömrəsiz evdən Polis İdarəsinə aparmışlar. Yəni onu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları adlanan ərazidə saxlamamışlar. Lakin, polis əməkdaşları onu saxlayarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onda həmin gün 5,540 qr. metamfetamin olmamışdır. Onu polis əməkdaşları aldatmış və bildirmişlər ki, videoçəkiliş zamanı narkotik vasitəni öz üzərinə götürsə, onda onu buraxacaqlar, o da videoçəkiliş zamanı bildirmişdir ki, həmin narkotik vasitələr onundur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heyvan saxlamaqla pul qazanıb narkotik vasitə almışdır. Narkotik vasitələri müxtəlif tanımadığı şəxslərdən öz istifadəsi üçün almışdır. O, psixotrop maddə metamfetamindən istifadə etməmişdir. O, evlidir və 9, 18 yaşlarda olan 2 övladı vardır. Ana və atası da onun himayəsindədir. O, tutulmazdan əvvəl polis əməkdaşları ilə münaqişəsi olmuşdur. Polis əməkdaşları onun oğurluq etməkdə şübhəli olduğunu demişlər. O, sadəcə narkotik vasitədən istifadə etmiş, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasəm Təqsirləndirilən şəxs bildirmişdir ki, protokolu təsdiq etmir. Protokolda olan imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 60-cı vərəqəsində olan diskə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, protokolu təsdiq etmir. Protokolda olan imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 35-ci vərəqəsində olan izahatında, 58-60 və 72-74-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...O, 04 (dörd) ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik madde metamfetamindən istifadə edir. 28 noyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri,. Suraxanı rayonu, Hövsan qəsəbəsində Ramin adlı şəxsdən öz istifadəsi üçün 30 manat ödəməklə ağ rəngli sellofana bükülmüş iki büküm şüşə kimi tanınan psixotrop maddə metamfetamin alaraq sonradan istifadə etmək üçün özündə saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları adlanan ərazidə olan elektrik transformatorunun yanında olarkən ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, həmin şəxslərə heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək ona təqdim edilmişdir. O, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və buna dair ərizə verdikdən sonra üzərində polis əməkdaşları aparılan video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan har hansı əşya, maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofana bükülmüş iki bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi ağ rəngli iki ədəd sellofan bükümlərinə polis əməkdaşı tərəfindən baxış keçirilərək içərilərində olan ağ rəngli kristal şəkilli maddənin ona aid olması və onu haradan əldə etməsi barədə soruşulduqda o, həmin bükümdəki kütlənin "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu tutulmazdan bir gün əvvəl yaşadığı Hövsan qəsəbəsində Ramin adlı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığını, münasib vaxtda şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış keçirilsə də, digər hər hansı bir qanunsuz olaraq əldə edib saxladığı əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən içərilərində metamfetamin olan həmin iki ədǝd büküm bir ədəd zərfdə qoyularaq qablaşdırılmış,. möhürlənmiş, zərfin üzəri onun özü və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, polis əməkdaşı tərəfindən saxlanılan vs polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Həmin maddənin satışı ilə məşğul olmamışdır. Onun üzərində psixotrop maddə olması va gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. O, həmin maddəni daha sonra istifadə etməsi üçün üzərində saxlasa da, polis əməkdaşları tərəfindən tutulduğundan buna fürsəti olmamışdır. ...» Proses iştirakçıalrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. O, protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili X2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyat məlumatı daxil olmuşdur. Həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14.00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağlarında yerləşən transformatorun yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onu narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlaması və daşınmasında şübhəli olduğuna görə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməli olduğunu bildirmişlər. 30-cu PŞ–nə getdikdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ–ni gətirmişlər. Sonra onların və təhqiqatçı Şəhriyar Babayevin iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs cins şalvarın cibindən iki ədəd ağ rəngli sellofan büküm çıxararaq stolun üstünə qoymuşdur. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən açılmışdır. Həmin sellofanlarda ağ rəngli maddə olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olmasını soruşduqda o, həmin bükümlərin “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 28 noyabr 2022-ci il tarixdə Hövsan qəsəbəində Ramin adlı şəxsdən ümumilikdə 30 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını, lakin istifadə etməyə macal tapmadan 29 noyabr 2022-ci il tarixdə 14:00 dəqiqədə tutularaq 30-cu polis şöbəsinə gətirildiyini bildirmişdir. Sonra Şahid2 Təqsirləndirilən şəxs paltarlarını əli ilə yoxlamışdır. Üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kristallik maddələr olan iki ədəd büküm təhqiqatçı tərəfindən bri ədəd boş zəfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs könüııü olaraq hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs könüllü olaraq hər şeyi etiraf etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs aldatmamış və deməmişlər ki, videoçəkiliş zamanı narkotik vasitəni öz üzərinə götürsə sonradan onu azad edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 29 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Namiq Məmmədovun 29 noyabr 2022-ci il tarixli, 141-097-22 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 29 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 29 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 14:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəi, Qum adası, Zığ bağlarında yerləşən transformatorun yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixli ərizəsindən ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkətlərinin aparılmasına etiraz etməmişdir. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ağ rəngli sellofana bükülmüş bükümləri təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində şüşə kimi tanıdığı narkotik maddə var. Sorğu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Hövsan qəsəbəsindən tanışı Ramin adlı şəxsdən ümumillikdə 30 (otuz) manat pul ödəməklə öz şəxsi istifadəsi üçün almış lakin istifadə etməmiş sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağlarında yerləşən transformatorun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində ağ rəngdə kristal şəklində narkotik vasitəyə bənzər maddə olan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “Xiaomi” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixli ərizəsindən ki, Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 41A ünvanında yerləşən fərdi evinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 38-43-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evinə baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və maddələr aşkar edilməmişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 6/6823 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №-194" möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,185 qram; 2,355 qram, ümumi təmiz çəkiləri 5,540 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ila təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqına protokoldan görünür ki, 29 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü təqdim etməsi, şifahi sorğu zamanı həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin psixotrop maddəni 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanışı “Ramin” adlı şəxsdən 30 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını ertəsi günü isə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş 26 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahovun 27 mart 2023-cü il tarixli cinayət işi materiallarından ayrıca cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ümumi çəkisi 5,540 qram psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onda həmin gün 5,540 qr. metamfetamin olmamışdır. Onu polis əməkdaşları aldatmış və bildirmişlər ki, videoçəkiliş zamanı narkotik vasitəni öz üzərinə götürsə, onda onu buraxacaqlar, o da videoçəkiliş zamanı bildirmişdir ki, həmin narkotik vasitələr onundur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5,540 qram olan psixotrop maddə metamfetamin şəxsi istelak miqdarından 36,9 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 5,540 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X5 Qarnizonu Hərbi Tribunalının 29 iyul 1994-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; cinayət işinin 111-113-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü madələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, 30 oktyabr 2012-ci ildə cərimə cəzasını tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 28 fevral 2023-cü il tarixli 1153 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 08 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 21-ci vərəqəsində olan 29 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82- 86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 4(010)-684/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 87-88-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 01 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçmə haqqından qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan 03 (üç) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 19 aprel 2023-cü il tarixindən hesablanmalıdır İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 5,420 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1. 1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan 03 (üç) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir ) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 5,420 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1175/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1175/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver