Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1175/2024 01.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Şamaxı rayonunun, Çuxuryurd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, 06 avqust 1996-cı il tarixdə Zəngilan rayonunun, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Zəngilan rayonunun, Məmmədbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, 22 avqust 1989-cu il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonunun, Masazır qəsəbəsi, “ünvan 5 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 6,038 qram çəkidə hissəsini öz üzərində, 4,522 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, 4,996 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 6 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11 -dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 4,522 qram çəkidə hissəsini öz üzərində, 6,038 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, 4,996 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 6 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd seilofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs3 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 15,556 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin 4,996 qram çəkidə hissəsini öz üzərində, 4,522 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, 6,038 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 6 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 anası vəfat etdiyi üçün 2021-ci ildə Masazır qəsəbəsinə Elvingilin ailəsinin evinə yas mərasiminə getmişdir. Elvini hadisə baş verməzdən qabaq sonuncu dəfə orada görmüşdür. Orada bir yaxın dostları ilə görüşmüşlər. 26 may 2023-cü il tarixdə həmin adamın da qardaşı vəfat etmişdir. O, həmin axşam, yəni may ayının 26-sı Elvinə zəng etmiş və yas mərasimində iştirak etmək istədiyini bildirmiş, onun özünü də dəvət etmişdir. Beləliklə, onlar uzun müddətdən sonra yenidən Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Yas mərasimindən sonra onun avtomobilinin olmaması səbəbindən Elvindən onu evə qədər aparmasını xahiş etmişdir. Həmin zaman qohumu Təqsirləndirilən şəxs2 də onun yanında olmuşdur. Elvin əvvəlcə onu Nəsimi rayonunda yerləşən evinə aparmaq istəmiş, lakin sonradan onun telefonuna zəng gəldiyi üçün planları dəyişmişdir. Telefonda ona zəng edən 2020-ci ildə onunla mübahisəsi yaranan bir şəxs olmuş, həmin şəxs onunla sülh niyyəti ilə görüşmək və söhbətləşmək istəmişdir. Onlar görüşüb çay içməyə qərar vermişlər. “Olimpik Star”ın yaxınlığında yerləşən, “Cinema Club” adlı bir yerə dəvət olunmuşlar. Bu zaman Elvin və Elşən də onunla birlikdə həmin şəxslə görüşmək və çay içmək istədiklərini bildirdikləri üçün o, heç bir etiraz etməmişdir. Onlar əyləşən zaman Təqsirləndirilən şəxs2 namaz qılmaq üçün dəstəmaz almağa getmişdir. Onlar təzəcə əyləşən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları otağa daxil olaraq onları şübhəli şəxs qismində idarəyə aparmışlar. Polislər ona adam döydüyünü və tutulmalı olduğunu bildirmişlər. O, isə vəziyyəti onlara izah etməyə çalışmış, heç kim döymədiyini, yas mərasimindən gəldiklərini və dostlarının da heç bir günahları olmadığını bildirmiş, lakin xeyri olmamışdır. Daha sonra idarədə onların üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş predmet aşkar olunmamışdır. Baxış binanın 4-cü mərtəbəsində həyata keçirilmiş, daha sonra onu 1-ci mərtəbəyə apararaq oradakı otaqların birində ona vəkil təqdim olunmuşdur. Bir qədər sonra videoçəkilişlə onun üzərinə baxış keçirtmişlər. Videoçəkilişdən əvvəl onun cibinə narkotik maddə yerləşdirmişlər və narkotiki öz üzərinə götürməsini ondan tələb etmişlər. O, hər vəchlə onlara günahsız olduğunu, narkotik vasitə istifadəçisi olmadığını və narkotiklə heç bir əlaqəsi olmadığını desə də, polis əməkdaşları ona müxtəlif formalarda təzyiq göstərmiş və sonda məcbur olub videoçəkiliş zamanı narkotik maddənin ona məxsus olduğunu bildirmişdir. Halbuki onlar ekspertizaya aparılan zaman onun narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunmuşdur. Polislər onu çox ağır məsələlərlə hədələdiyinə görə narkotik maddələrin ona məxsus olduğunu bildirmiş, əlavə olaraq videoçəkilişdə saxlanılmamışdan əvvəl görüşdüyü şəxsi də döydüyünü bildirmişdir. Onları “Cinema Club” a Ramin adlı Xaçmaz rayon sakini dəvət etmişdir. Ramin ona xalası oğlu ilə onun arasında yaranan mübahisəni sülh yolu ilə həll etmək istədiyini bildirmiş və bu səbəbdən görüşmək istədiyini ona demişdir. Nə Elvin, nə də Elşən narkotik istifadəçisi olmamışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 26 may 2023-cü ildə qohumunun vəfat xəbərini öyrənmişdir. Daha sonra Nizami ilə danışmış və səhəri gün birlikdə yas mərasiminə getməyi qərarlaşdırmışlar. O, 27 may 2023-cü ildə, səhər saatlarında taksi ilə Nizamiylə görüşməyə getmişdir. Nizami ona Elvin adlı tanışının da yas mərasimində iştirak edəcəyini, Masazıra gedərək onunla görüşəcəklərini və oradan Elvinin maşını ilə yas mərasiminə gedəcəklərini bildirmişdir. Onlar elə həmin taksi ilə Masazır qəsəbəsinə Elvingilin evinə getmişlər. Oradan da Elvinin avtomobili ilə hər üçü Zabrat-1 qəsəbəsinə, dəfndə iştirak etməyə yollanmışlar. O, Elvini ilk dəfə yas mərasimində görüb tanımışdır. Onlar dəfndən sonra şəhər istiqamətində geri qayıtmışlar. O, əvvəlcə evə getmək istəmiş, lakin, Nizami onlara bir nəfər tanışı ilə görüşüb çay içəcəyini bildirmiş və onları da dəvət etmişdir. O, razılaşmış və onlar “Ambassador” otelinə getmişlər. Oraya çatdıqdan sonra o, namaz vaxtı olduğu üçün dəstəmaz almağa getmişdir. Həmin zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları otağa daxil olaraq onları şübhəli şəxs qismində idarəyə aparmışlar. Onlar əvvəlcə onlardan nə baş verdiyini dəqiqləşdirməyə çalışsalar da, polislər “idarəyə gedək, orada məsələni aydınlaşdırarıq” deyə cavab vermişlər. BMCMİ-də Təqsirləndirilən şəxs1 qarşı müəyyən qədər təzyiqlər olunmuşdur. Həmçinin onun özünə də polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Polis əməkdaşları ona “heroin” adlı narkotik maddə verərək həmin narkotik maddəni öz üzərinə götürməsini tələb etmişlər. O, polislərə nəinki narkotik, heç siqaret belə çəkmədiyini, kasıb ailədə böyüdüyünü və narkotik maddə ilə uzaqdan-yaxından əlaqəsinin olmadığını bildirsə də, ona narkotik maddəni boynuna almazsa, evindən daha artıq miqdarda narkotik maddə çıxaracaqlarını və qardaşını da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına dəfələrlə heç bir günahı olmadığını, lazım gələrsə analiz verə biləcəyini bildirmiş, lakin heç bir faydası olmamışdır. Daha sonra polislər Nizamini döyərək təklif etmişlər ki, əgər təqdim etdikləri sənədə imza etsə, Elvini və onu azad edəcəklər. Nizami bununla razılaşmış, onların heç bir günahı olmadığı üçün azad etmələrini onlardan xahiş etmişdir. Bundan sonra polislər onları ayrı-ayrı otaqlara aparmış və yenidən narkotik vasitəni boyunlarına götürməyi onlardan tələb etmişlər. O, polislərə Nizami ilə razılaşdıqlarını, onları azad edəcəklərinə söz verdiklərini bildirsə də, polislər sövdələşmədən imtina etmişlər. Ona cürbəcür ağır təzyiqlər olunduğundan, sonda məcbur qalıb narkotik maddənin ona məxsus olduğunu videoçəkilişdə boynuna götürməyə razılaşmışdır. Daha sonra videoçəkiliş aparılmışdır. Videoçəkilişdən əvvəl polis əməkdaşı onun cibinə 10 AZN pul və bir qədər narkotik maddə yerləşdirmişdir. Videoçəkilişdən sonra onları analiz vermək üçün həkimin yanına aparmışlar. Orada həkim ondan axırıncı dəfə nə zaman narkotik maddə istifadə etdiyini soruşmuş, o da heç vaxt narkotik maddə istifadə etmədiyini bildirdikdə, ona yalan danışdığını bildirmişdir. Həkim ona qanından narkotik maddə çıxdığını bildirmiş, o isə etiraz edərək heç vaxt narkotik maddədən istifadə etmədiyini, narkotik maddənin nə olduğunu belə ümumiyyətlə bilmədiyini demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə uşaqlıqdan bəri dostdur. 2011-ci ildə Nizami həbs olunmuş və 10 il ərzində o, Nizami ilə görüşməmişdir. Nizami daha sonra 2021-ci ildə azadlığa buraxılmış və o, Nizami ilə elə həmin il anasının yas mərasimində görüşmüşdür. Daha sonra Nizami xaricə getmişdir. Onlar yenidən 2 il görüşməmişlər. O, 26 may 2023-cü ildə qohumunun vəfat xəbərini öyrənmişdir. Daha sonra Nizami ilə danışmış, Nizami ona anasının yas mərasimində tanış olduğu Seyid Faiqin qardaşının yasında iştirak etmək istədiyini bildirmiş və onlar səhəri gün birlikdə yas mərasiminə getməyi qərarlaşdırmışlar. 27 may 2023-cü il tarixdə səhər saat 11 radələrində Nizami və qohumu Elşən o yaşadığı Masazır qəsəbəsinə, “Qurtuluş 93” yaşayış kompleksinə gəlmişlər. Onlar üçü oradan, onun avtomobiliylə Zabrat-1 qəsəbəsinə yas mərasimində iştirak etmək üçün getmişlər. Onlar əvvəlcə dəfndə iştirak etmiş, daha sonra yas mərasiminə getmiş, lakin adam çox olduğundan oturmamışlar. Nizami həmin zaman ona uzun müddətdir görüşmədiklərini bildirərək, şəhərə qayıdıb çay içməyi təklif etmişdir. Daha sonra da onları Nəsimi istiqamətinə, aparmasını demişdir. O, razılaşmış və onlar yola çıxmışlar. Onlar artıq Nəsimi istiqamətinə çatmağa az qalmış Təqsirləndirilən şəxs1 zəng olunmuş, lakin həmin vaxt o özü də telefonla danışdığı üçün Nizaminin nə danışdığına fikir verməmişdir. Nizami ona planın dəyişdiyini bildirmiş, “Ambassador” otelə tərəf getməyi xahiş etmişdir. onlar “Ambassador” otelə çatmışlar və əvvəlcə Nizami maşından aşağı düşmüşdür. O, Elşən ilə qabaqdan gedəcəklərini deyərək, onun da maşını park etdikdən sonra gəlməsini bildirmişlər. O, daha sonra otelə daxil olmuş, Nizaminin bir nəfərlə yuxarı qalxdığını öyrənmişdir. Elşən həmin vaxt namaz qılmaq üçün dəstəmaz almağa getmişdir. Nizami isə başqa bir şəxslə oturmuşdur. Onlar təzəcə 1 stəkan çay içmişlər ki, polis əməkdaşları otağa daxil olub onları yerə yıxaraq, üzərlərində baxış keçirtməyə başlamışlar. Üzərlərində olan telefon, avtomobil açarı və s. əşyaları polis əməkdaşları götürmüşdür. Daha sonra onları ayrı-ayrı maşınlara mindirərək idarəyə aparmışlar. Onlar idarəyə gətirildikdən sonra polis əməkdaşları onlarla təhqiramiz ifadələrlə danışmağa və kobud hərəkət etməyə başlamışlar. Təqribən 2 saat 51 dəqiqə davam edən bu dindirmədən sonra onların hər üçünü bir otağa apararaq videoçəkiliş etməyə başlamışlar. Videoçəkiliş başlamamışdan qabaq bir nəfər şəxs otağa daxil olmuş və onların hər üçünün şalvarının sol cibinə “kakos” adlanan narkotik maddə yerləşdirmişdir. Onlara videoçəkilişdə birinin narkotik maddəni bu gün, digərinin dünən, üçüncü şəxsin isə srağagün tapdığını demələri tapşırılmışdır. Videoçəkiliş zamanı Nizami narkotik maddəni 30 dəqiqə, o isə 2 saat əvvəl Masazır qəsəbəsində yerləşən duz gölünün ətrafından tapdığını demişdir. Polis əməkdaşları onu elə hədələmişlər ki, məcbur qalıb onların təqdim etdikləri sənədlərə imza etməli olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmış və onun tərəfindən rəhbərlik edilən əməliyyat qrupu ilə əməliyyata başlamışlar. Onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3 nəfər şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxslər də özlərini təqdim etmişlər. Onlar həmin şəxslərə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək, həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. İdarədə xidməti otaqların birində şübhəli şəxslərin üzərində şəxsi axtarış həyata keçirilmiş, bu zaman onların üzərindən, hər birindən ayrı-ayrılıqda 1 büküm olmaqla “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr təhqiqatçının iştirakı ilə zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən yolun kənarında dayanmışlar. Təqsirləndirilən şəxslərin avtomobilləri olmamışdır. Baxış zamanı təqsirləndirilən şəxslərin üzərindən narkotik maddədən başqa telefon və pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxsləri saxladıqları yerdə baxış keçirməyə şərait olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat nəticəsində təqsirləndirilən şəxslər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ərazisində saxlanılmışlar. Onlar əvvəlcə yaxınlaşaraq şübhəli şəxslərə özlərini təqdim edərək, onları BMCMİ-nin Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə müdafiəçilərin iştirakı ilə videoçəkilişlə şübhəli şəxslərin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, bu zaman onların üzərindən “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən maddi sübutlar zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və bütün istintaq hərəkətləri protokollaşdırılmışdır. Əməliyyat məlumatı hər 3 təqsirləndirilən şəxs barəsində daxil olmuşdur. Əməliyyat məlumatında təqsirləndirilən şəxslərin hər üçünün bir yerdə olması barədə xüsusat olduğunu xatırlamır. Təqsirləndirilən şəxsləri saat 14:00 radələrində Nəsimi rayonu ərazisində, küçədə piyada hərəkətdə olan zaman saxlamışlar. Əməliyyat məlumatı narkotik maddələrin qanunsuz dövriyyəsi barədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 27 may 2023cü il tarixdə Şahid1 təqsirləndirilən şəxslərin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilən əməliyyat nəticəsində həmin şəxslər Bakı şəhəri, Nəsimi rayonu ərazisində saxlanılaraq BMCMİ-nin Baş İdarəyə gətirilmişdir. İdarədə xidməti otaqların birində, müdafiəçinin də iştirakı ilə və videoçəkilişlə şübhəli şəxslərin üzərində şəxsi axtarış həyata keçirilmiş, bu zaman onların üzərindən “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Videoçəkiliş protokollaşdırılmış, aşkar edilən narkotik maddələr zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Əməliyyat tədbiri zamanı mülki geyimdə olmuşdur. Əməliyyat zamanı şəxsi avtomobilindən istifadə etmişdir. Əməliyyatdan sonra onun avtomobilində hansı şübhəli şəxsi apardıqlarını xatırlamır. İdarədə keçirilən baxış zamanı şübhəli şəxslər narkotik maddələri könüllü təqdim etmişlər. Təqsirləndirilən şəxs1 üzərindən narkotik maddədən savayı, mobil telefon aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o da həmin qrupa əlavə olunmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxslərin ünvan 7 ünvanı ərazisində olduqları aşkar edilmişdir. Onlar əvvəlcə yaxınlaşaraq şübhəli şəxslərə özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək, onların anket məlumatlarını dəqiqləşdirdikdən sonra BMCMİ-nin Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə xidməti otaqların birində, dövlət hesabına təyin olunmuş müdafiəçilərin iştirakı ilə, videoçəkilişlə şübhəli şəxslərin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, şübhəli şəxslərə üzərilərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa, təqdim etmələri təklif olunmuş, bu zaman onların hər birinin üzərindən ayrı-ayrılıqda bir bükümdə “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən maddi sübutlar zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və bütün istintaq hərəkətləri protokollaşdırılmışdır. Təqsirləndirilən şəxslər saxlanılan zaman müqavimət göstərməyə və qaçmağa cəhd etməmişlər. Təqsirləndirilən şəxsləri saxlayan zaman onların üzərinə yerində baxış keçirməyə şərait olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupuna daxil edilmişdir. Şahid1 tərəfindən şəxslərin yeri müəyyən olunmuş və onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxslərə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək, həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. İdarədə xidməti otaqların birində, təhqiqatçı və müdafiəçilərin də iştirakı ilə, şübhəli şəxslərin üzərində şəxsi axtarış həyata keçirilmiş, bu zaman onlara üzərilərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa, təqdim etmələri təklif olunmuşdur. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs1 olmaqla, təqsirləndirilən şəxslər növbə ilə üzərilərində olan narkotik maddələri təqdim etmişlər. Təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 1 büküm olmaqla “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr təhqiqatçının iştirakı ilə zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 27 may 2023cü il tarixdə hər üç təqsirləndirilən şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilən əməliyyat nəticəsində təqsirləndirilən şəxslər Bakı şəhəri, Nəsimi rayonu ərazisində saxlanılaraq BMCMİ-nin Baş İdarəyə gətirilmişdir. İdarədə xidməti otaqların birində şübhəli şəxslərin üzərində şəxsi axtarış həyata keçirilmiş, bu zaman onların üzərindən “heroin” adlanan narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr təhqiqatçının iştirakı ilə zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2023-cü İl tarixli, 6/3064 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən..." sözləri olan 1 №li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,038 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 2№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən..." sözləri olan 3№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,996 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1, 2, 3 №-li zərflərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 1 №-li zərfdəki heroinin təmiz çəkisi - 6,038 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 5,988 qr. 2 №-li zərfdəki heroinin təmiz çəkisi - 4,522 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 4,472 qr. 3 №-li zərfdəki heroinin təmiz çəkisi - 4,996 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 4,946 qr. (cild 1, iş vərəqə 110-115) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 may 2023-cü il tarixli 3313 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və Kannabinioidiərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 30-31) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 may 2023-cü il tarixli 3314 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 28-29) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 may 2023-cü il tarixli 3315 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 32-33) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 216/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 3, iş vərəqə 51-53) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 218/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 3, iş vərəqə 47-49) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 217/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 3, iş vərəqə 55-57) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1940/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatiar aşkar edilməmişdir. (cild 3, iş vərəqə 35-37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1938/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatiar aşkar edilməmişdir. (cild 3, iş vərəqə 39-41) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1939/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) kannabinoid (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatiar aşkar edilməmişdir. (cild 3, iş vərəqə 43-45) İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3 27 may 2023-cü il tarixdə saat 14:20də ünvan 6 ünvanının yaxınlığında birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:11-dən etibarən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 70-80) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (cild 02, iş vərəqə 116-117) İş materiallarında olan 3-13-6/2-9299/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edilmiş, Lakin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olubolmamalarının, onların narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şəxslərin, eləcə də, narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 2, iş vərəqə 181) Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilmiş narkotik vasitənin onlar tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olmaqla satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmələri, saxlamaları və daşımaları barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 3-13-6/2-9299/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, formal olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumatlar əldə edildiyi qeyd olunsa da, həmin məlumatların nədən ibarət olduğu barədə heç bir mötəbər mənbə göstərilməmiş, eləcə də, təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şəxslərin, eləcə də, narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində hər hansı müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tapşırığına cavab məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmalarına, satış məqsədi ilə əldə edib-daşımalarına dair hər hansı məlumat aşkarlanmamışdır. Eləcə də, iş materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istifadələrində olan mobil telefon aparatlarına baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. (cild 2, iş vərəqə 173-175) Həmçinin, iş materiallarında olan 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdəki məlumatlara baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sms yazışma mətnləri, anten əhatə dairələri və zəng məlumatları götürülmüş, lakin, həmin məlumatlarda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. (cild 2, iş vərəqə 172) Həmçinin, məhkəmə iclasında ifadə verən şahidlər, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid3 məhkəmə iclasında ifadələrində təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair hər hansı ifadə verməmişlər. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitəni yerdən tapdıqlarını, məhv etmək üçün üzərlərində gəzdirdiklərini bildirmişlər. (cild 1, iş vərəqə 76-79) Eyni zamanda, ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini 27 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Tibb Universtetinin yaxınlığında, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini 26 may 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən parkda, Təqsirləndirilən şəxs3 isə narkotik vasitə heroini 27 may 2023-cü ii tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Duz” gölünün yaxınlığında yerdən tapdığını bildirmişlər. Həmçinin, təqsirləndirilən şəxslər hər üçü ibtidai istintaq zamanı ifadələrində tapdıqları narkotik vasitədən digərlərinin məlumatı olmamasını qeyd etmişlər. Lakin, bütün bunlara baxmayaraq, ibtidai istintaqı aparan şəxs anlaşılmaz şəkildə 19 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda özünün formal mülahizələrinə əsaslanmaqla və qabaqcadan əlbirlik anlayışına bir cümlə ilə istinad etməklə, əsassız olaraq, təqsirləndirilən şəxslərə 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərdən aşkarlanmış narkotik vasitələrin eyni tərkibli olmasını qabaqcadan əlbirlik kimi qiymətləndirməklə və onların narkotik vasitəni satış məqsədi ilə əldə etmələrini qeyd etməklə aradan qaldırıla bilməyən şübhələri təqsirləndirilən şəxslərin ziyanına şərh etmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilmiş narkotik vasitələrin hər biri 1 bükümdə olmuş, onların üzərindən hər hansı avadanlıq, tərəzi aşkar edilməmiş, onların narkotik vasitə satmaları, satmaq üçün hər hansı şəxslərlə sövdələşmələri, telefon danışıqları və ya əlaqələri müəyyən edilməmişdir. Eyni zamanda Məhkəmə tərkibi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə özlərini ümumiyyətlə təqsirli bilməyərək, saxlanılarkən üzərlərində narkotik vasitə olmaması barədə verdikləri ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların qeyd olunan ifadələri məsuliyyətdən tamamilə boyun qaçırmaq məqsədi daşıyaraq, özlərinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2023-cü İl tarixli, 6/3064 saylı rəyi, “şəxsi axtarış və götürmə haqqında” protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 218/MEŞ saylı, xx.xx.2023-cü il tarixli, 217/MEŞ saylı, xx.xx.2023-cü il tarixli, 1940/K saylı rəyləri, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 may 2023cü il tarixli qərarı və digər mötəbər sübutlarla təkzib olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək, üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 6,038 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək, öz üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,522 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 4,996 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və xx.xx.2017-ci il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 07 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 05 il 05 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 2, iş vərəqə 121-123; cild 3, iş vərəqə 2-27) Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir, AR CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin xüsusilə təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. AR DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 119-120) İş materiallarında olan Zəngilan rayon İHB-nin Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məcburi köçkün kimi ailə üzvləri ilə birgə Binəqədi rayonu, Azadlıq prospekti, 161 a ünvanında ünvan 9) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məcburi köçkün olmasını, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, AR CM in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məkum olunmamışdır. (cild 2, iş vərəqə 118) İş materiallarında olan Zəngilan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Abşeron rayonu Masazır MKİS-in arayışlarından və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi müvəqqəti olaraq ünvan 10 ünvanında məskunlaşmışdır və müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 163-164; 178-180) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 olmaqla iki azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusi təhlükəli residivi müəyyən olunduğundan, ona AR CM-in 65.2-ci maddəsinə əsasən, təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin dörddə üçündən az olmamaqla cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 812/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 24; cild 2, iş vərəqə 92-96) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 811/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 45; cild 2, iş vərəqə 107-111) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 813/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 62; cild 2, iş vərəqə 102-106) Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 30 may 2023-cü il tarixli 3313 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 30 may 2023-cü il tarixli 3314 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 30 may 2023-cü il tarixli 3315 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs1 27 (iyirmi yeddi) manat, Təqsirləndirilən şəxs2 27 (iyirmi yeddi) manat və Təqsirləndirilən şəxs3 27 (iyirmi yeddi) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, sübut əhəmiyyəti kəsb etmədikləri üçün Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş “Samsung” markalı mobil telefonun, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş “Honor” markalı mobil telefonun, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş “Samsung” markalı mobil telefonun onların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılması qərara alınmışdır. (cild 3, iş vərəqə 73) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 6,038 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,988 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 4,522 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,472 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 4,996 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,946 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,988 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,472 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,946 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs1 27 (iyirmi yeddi) manat, Təqsirləndirilən şəxs2 27 (iyirmi yeddi) manat və Təqsirləndirilən şəxs3 27 (iyirmi yeddi) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 36 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1175/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1175/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver