Məhkəmə qərarları › İş №1(101)-1175/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1175/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1175/2025 16.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər İmanova Nigar Arzu qızı və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 və onun nümayəndəsi Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili (order və etibarnamə əsasında) Nümayəndə2, Zərərçəkmiş şəxs1 Mirzəağa oğlunun hüquqi varisi X9 və onun nümayəndəsi nümayəndəsi Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili (order və etibarnamə əsasında) Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək fəhlə işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus təsərrüfat üçün tikilmiş yardımçı tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış bütün sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki nəfər şəxsi qəsdən öldürmüş, yəni iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İşin faktiki halları: Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən "xxxx" MMC-yə məxsus təsərrüfat üçün tikilmiş yardımçı tikilidə arvadı Zərərçəkmiş şəxs2 son zamanlar ona qarşı soyuq və laqeyd davranmasına görə sonuncunun başqası ilə sevgi münasibətinin olmasını hər hansı əsas olmadan güman edərək qeyd olunanları, eləcə də qayınatası Zərərçəkmiş şəxs1 onun ailə işlərinə müdaxilə etməsini və uşaqlarına qarşı kobud rəftar etməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan arvadını və qayınatasını əvvəlcədən öldürmək qərarına gəlmiş və niyyətini həyata keçirtmək üçün onların yatmasını gözləyib hər ikisi yatdıqdan sonra evin qonaq otağındakı şkafın üzərinə qoyduğu özünə məxsus qatlanan bıçağı götürüb əvvəlcə mətbəx otağının divanında yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ona müqavimət göstərmək imkanında olmadığını, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğunu yəqin edərək, sonuncunu qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həyatı üçün vacib olan baş, boyun və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan sifətin sol yan səthinin dörd ədəd, boyunun arxa səthinin üç ədəd, belin sol iç səthinin daxilə nüfuz etməyən üç ədəd, belin sağ bayır səthinin daxilə nüfuz etməyən bir ədəd olmaqla cəmi on bir ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin baş barmağının və sol əlin ovuc səthinin kəsilmiş yaraları və başın yumşaq toxumasının daxili səthinin qansızması ilə müşayiət olunan baş beyinin yumşaq qişasının ocaqlı qansızması, sol V qabırğanın qapalı xətti sınığı, həmçinin sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəli olan solda xarici və daxili yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyunun arxa-sol yan səthinin üç ədəd deşilmiş-kəsilmiş yaraları, ağciyərin zədələnməsi ilə müşayiət olunan sol arxa qoltuqaltı xətt üzərindən döş boşluğuna nüfuz edən bir ədəd, ağciyərin zədələnməsi ilə müşayiət olunan sağ kürəkaltı nahiyədən döş boşluğuna nüfuz edən bir ədəd, belin sol bayır səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən sol böyrəyi zədələyən bir ədəd və belin sağ iç səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən bir ədəd olmaqla cəmi yeddi ədəd deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirərək qeyd edilən çoxsaylı xəsarətlər fonunda baş vermiş kəskin daxili və xarici qanitirmə nəticəsində sonuncunu müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək qəsdən öldürmüş, daha sonra öz cinayətkar niyyətini davam etdirib evin yataq otağına keçməklə əlindəki bıçaqla yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 ona müqavimət göstərmək imkanından məhrum olduğunu, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğunu yəqin edərək, sonuncunun sifət nahiyəsinə bıçaq xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs2 yetirilən zərbələrin təsirindən yuxudan oyanıb ona müqavimət göstərib qaçmaq istəyərkən öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirərək səs-küydən yuxudan oyanmış azyaşlı övladlarının hadisəni gördüyünü bilə-bilə, övladlarına xüsusi əzab verdiyini dərk edərək onların gözü qarşısında, həmçinin Zərərçəkmiş şəxs2 aldığı çoxsaylı xəsarətlərdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək sonuncunun arxası ilə qonaq otağına keçib özünü müdafiə etmək üçün əlləri və qolları ilə müqavimət göstərən Zərərçəkmiş şəxs2 bıçaqla zərbələr vurmağa davam etmiş, bıçaq öz əlini zədələyərək yerə düşdükdən sonra isə qonaq otağındakı stulla Zərərçəkmiş şəxs2 çoxsaylı zərbələr endirmiş, Zərərçəkmiş şəxs2 mətbəx otağına keçərək qaçmaq istəyərkən sonuncunu yerə yıxıb yerdə təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, Öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirərək Zərərçəkmiş şəxs2 öldüyündən əmin olmaq üçün mətbəx mebelinin üzərindən götürdüyü əl qayçısı ilə yerdə hərəkətsiz uzanmış Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə zərbələr endirərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən gövdənin ön və arxa səthinin çoxsaylı səthi kəsilmiş yaraları, başın alın nahiyəsinin mərkəzi və yan səthlərinin səthi əzilmiş araları, üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları, sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan mədəüstü nahiyənin sol yan səthinin döş və qarın boşluqlarına nüfuz etməyən bir ədəd, qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir ədəd, qarının aşağı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir ədəd olmaqla cəmi üç ədəd deşilmiş-kəsilmiş yaraları, sağ qulaqönü nahiyənin bir ədəd, sol qalça qanadı nahiyənin bir ədəd, sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir ədəd, sağ saidin orta-aşağı 1/3-nin ön-bayır səthinin bir ədəd, sağ əlin ovuc səthinin bir ədəd, sol saidin orta 1/3-nin arxa səthinin bir ədəd, sol milbilək oynağı nahiyəsinin arxa səthinin bir ədəd olmaqla cəmi yeddi ədəd kəsilmiş yaraları, başın yumşaq toxumasına və baş beyinin yumşaq qişasına qansızına, gözaltı nahiyənin səthi əzilmiş yaraları ilə müşayiət olunan hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik olan burun sümüyünün və hər iki almacıq sümüyünün qapalı yerini dəyişən sınıqları, üst çənədə mərkəzi dişlərin sınıqları, həmçinin hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəli olan mədəüstü nahiyənin sol yan səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən bir ədəd və qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz edən mədə və nazik bağırsağı zədələyən bir ədəd cəmi iki ədəd deşilmiş-kəsilmiş yaraları və başın alın nahiyəsinin sol yan səthinin geniş əzilmiş-cırılmış yarası ilə müşayiət olunan solda alın sümüyünün deşilməsi kimi xəsarətlər yetirərək qeyd edilən çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş kəskin qanitirmə, qanitirmə şoku nəticəsində Zərərçəkmiş şəxs2 qəsdən öldürməklə, ümumilikdə xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki nəfər şəxsi qəsdən öldürmüş, yəni digər iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətmiş ola bilər, lakin onu bu həddə çatdırmışlar. 14 il ərzində ailəsi ilə birlikdə normal yaşamışdır. Son iki ayda mərhum arvadı Zərərçəkmiş şəxs2 öz valideynləri ilə barışdıqdan sonra sonuncular ailəsini ondan uzaqlaşdırmaq istəmişlər. Həyat yoldaşı Bənövşə həm hicabda, həm də niqabda olmuşdur. Ailəsi ilə barışandan sonra atası İlqar Bənövşənin niqabını əynindən çıxartdırmışdır. Bənövşədən nə üçün niqabını çıxartdığını soruşduqda “niqabı ancaq məhərrəmlik ayında geyinirəm” demiş, o da arvadına “niqabını çxarırsansa eybi yoxdur, ancaq hicabını çıxartma” demişdir. Sonra eşitmişdir ki, atası İlqar Bənövşənin hicabını da çıxartdırmaq istəmişdir. O, da hadisə günü gecə İlqarla nədən Bənövşənin hicabını çıxartdırmaq istədiyini soruşmuş, Bənövşənin hicabda olduğunu, namaz qıldığını İlqara demiş, lakin sonuncudan “mənim qızım qapalı geyinməyəcək, açıq-saçıq geyinəcək” cavabını almışdır. O, həmişə yoldaşını öz ailəsi ilə barışdırmaq istəmiş, Bənövşə isə cavabında ona “əgər məni ailəmlə barışdırsan onlar ailəmizi dağıdacaqlar” demişdir. O, əgər pis insan olsaydı 14 il ərzində Bənövşəni öldürərdi, Bənövşənin ailəsinin yanına gəldikdən sonra onu yoldaşından uzaqlaşdırmışlar, yoldan çıxartmışlar, namusunu istəmişlər. O, da uşaqlarının başıaşağı gəzməməsinə görə bu hərəkətləri etməli olmuşdur. Bütün ifadəsi bundan ibarətdir və əlavəsi yoxdur. Məhkəmədən uşaqlarının gələcək taleyi ilə bağlı ədalətli mövqedə olmasını xahiş etsə də digər hallar ilə bağlı münasibət bildirməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bir daha bu cinayət əməlini törətməsi səbəbinin gələcəkdə uşaqlarının heç kimin yanında başıaşağı gəzməməsi olduğunu, hazırda heç bir əlavə ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini məhkəmədə verilmiş ifadəsi kimi də qəbul edilməsini, Bənövşəni öldürən zaman oğlu Yusufun ona yoldaşını öldürməyi dayandırmağına görə yalvarmadığını, oğlunun məhkəməyə çağırıldığı təqdirdə bunu təsdiqləyə biləcəyini, uşağın anasını öldürməyini görmədiyini, cinayət hadisəsi baş verəndə uşaqlarının yatdığını, hadisəni törətdikdən sonra uşaqların oyanıb və baş vermiş hadisəni gördüklərini bildirmişdir. Düşünmüş ki, ailə münasibətləri düzələr, ona görə də evini satıb Bənövşənin ailəsinin evinin yanından ev almaq istəyirmiş, lakin getdikcə münasibətlər daha da pisləşmişdir. Orda olduqları 3 ay ərzində onu ailəsindən təmiz uzaqlaşdırmışdılar. Uşaqların məktəb xərclərinə görə kartına pul köçürülmüş, bir neçə gün sonra həmin pulu başına qaxmışlar, söz-söhbət də ona görə yaranmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Hikmətin valideyinləri qızı üçün onun qapısına gəlmişlər. Onlar, həmin vaxt Hikmətin dayısının evində kirayədə qalırmışlar. Hikmətin anası qardaşının evinə gəlib gedərkən onun qızını görmüş, həmin vaxt qızının 13 yaşı olmuşdur. Hikmətin anası ona “mənim sənin qızından xoşum gəl ib” demişdir. O, da “mənim qızımın oyuncaqlarla oynayan vaxtıdır, 13 yaşı var, evlənmək vaxtı deyil” dedikdən sonra anası çıxıb getmişdir. Yoldaşı ilə Hikmətin dayısı dost olduğuna görə, 3-4 ay keçdikdən sonra onların vasitəsilə yoldaşından qızının “həri”sini almışlar. O, etiraz etmiş, istəməmişdir. Onun da bir qaynı olmuş, sonra rəhmətə getmişdir. O, qaynına demişdir ki, bu işə qarışsın, Bənövşənin evlənməyinə razı olmasın. O, qızının nişanını qaytarmış, Hikmət də Bənövşənin nişanını qaytardığına görə onu qaçırmışdır. O, yoldaşı ilə birlikdə Hikmətgilin qapısına gedərək onun qapısını, pəncərəsini sındıraraq qızını tələb etmişdir. Ona demişdilər ki, biz tərəfdə belə bir adət var ki, qız əgər bu qapıdan çıxarsa ya onu asırlar, ya öldürürlər, ya da ailəsinə xəsarət yetirirlər. Belə deyib onun gözünü qorxutmuşlar. O uşağını tapa bilmədiyinə görə ordan çıxıb evinə qayıtmışdır. Bu hadisənin üstündən 20 gün və ya 1 ay keçəndən sonra Hikmətin ailəsi qızına toy etsələr də, onun da xəbəri olmamışdır. Toyun səhəri günü Hikmətin dayısı və atası onun qapısına barışığa gələrək yoldaşını içkili halda götürüb maşına qoyub getmişlər. Hara getdiklərini bilməmiş, sonradan onlara məlumat vermişlər ki, avtomobil qəzası baş verib və həmin qəzada Hikmətin atası rəhmətə gedib. Atası rəhmətə gedən gündən onun qızının əyninə qara hicab geyindirərək “atamızın yasını sən saxlayacaqsan, atamızı atan aparıb öldürdü” demişlər. Onun yoldaşı da həmin vaxtı komada olmuş, morqa aparmışdılar. Hikmətin atasını yarıb vermişdilər, onun yoldaşını yarmaq istəyəndə yoldaşının sağ olduğunu bilmişlər. Onun bütün qohumları Hikmətin atasının 3 mərasimində qapısına baş sağlığına getmişlər. Onun bacıları anasını döyüb yola salmışlar, qızını isə gizlətmişdilər. Üstündən 6- 7 il keçdikdən sonra o qızına zəng etmiş. Hikmət onun zəngini açaraq ona demişdir ki, “Bənövşə deyir ki, mənim o adda valideynim yoxdur”, o, da “sən telefonu Bənövşəyə ver, qoy o mənə desin” demişdir. Bənövşə də telefonu götürüb “mənim sizin kimi valideynim yoxdur” demişdir. O, “qızım səni qorxudurlar, mən bilirəm ki, sən ona görə belə deyirsən” demiş, qızı isə ağlamış və səsini də çıxartmamışdır. O, qızına “gəlirəm” demiş, Bənövşə isə ona “gəlmə” demişdir. Ona demişdilər ki, Hökməlidə belə bir adət var ki, “bir qız əgər ər evindən çıxırsa onun atası da, qardaşı da ölməlidir”. Barışmamışdan 10 gün qabaq onun bibisi ya da dayısı oğlunun yoldaşı onların nömrəsini haradansa tapıb zəng eləyərək “siz Bənövşənin anasısız, qızınızla niyə maraqlanmırsız, ona yoldaşı, qayınanası, baldızı Rəqsanə işgəncə edirlər” demişdir. Bu hadisələrin üstündən illər keçdikdən sonra o, qaraciyərindən xəstəlik keçirmişdir. Balaca qızı Hikmətlə danışaraq demişdir ki, “anamla Bənövşə barışsınlar, 15 ildir ki, görüşmürlər”. Hikmət də qızını, uşaqlarını götürüb onun evinə gətirmişdir. Ondan sonra bir neçə dəfə də aparıb gətirmişdir. Bir gün onlara zəng edəndə evdə telefonu açmamışlar. Sonra ona bilmədiyi nömrədən zəng gəlmiş, telefonu açanda nəvəsi Yusif “nənə, gəl bizi apar, atam anama dedi ki, uşaqlar yatandan sonra get özünü as, anamı döydü, kəlbətinlə anamın əlindən, ayağının ətindən tutdu” demişdir. O, da nəvəsinə qorxma deyərək, Qobu polis şöbəsinə gedərək şikayət etmişdir. Polislər onun evinə getmiş, Hikmətin ailəsi isə polisə demişdir ki, bizdə qadın şöbəyə getsə onu sağ saxlamırlar, öldürürlər. Polis işçiləri gedib bu şəxsi və 3 uşağı götürmüşlər, Hikmətin ailəsi balaca uşağı saxlamış ki, qızı evə qayıda bilsin. Qızı da həmin vaxt ona demişdir ki, “mən o evə qayıtsam məni öldürəcəklər”. Qobu polis şöbəsində Hikmət “səhv eləmişəm”, Bənövşəyə yalvararaq barışmaqlarını istəmiş, Hikmət onun əllərinə, ayaqlarına düşərək, yalvararaq üzr istəmişdir. O, nəvələrini götürüb evinə getmiş, Hikmət isə anasının evinə getmişdir. Səhəri günün axşamı Hikmət əlində bir tortla evə gəlmış, ondan nə üçün gəldiyini soruşduqda, yoldaşı, uşaqları üçün gəldiyini bildirmişdir. O, Hikmətə “uşaqlarını apara bilərsən, amma mən qızımı sənə verməyəcəm” demişdir. Sonra Hikmət böyük qardaşını onların qapısına göndərmişdir. Qardaşı onunla və yoldaşı ilə danışıb bundan sonra Bənövşəyə cavabdeh olduğunu, ona heç nə olmayacağını deyib onu aldadaraq qızını aparmışlar. Bir səhər sübh tezdən o, namaza duranda Hikmət ona görüntülü zəng etmiş, o, görüntünü açdıqda Hikmət demişdir ki, “biz istəyirik ki, yığışıb ora gələk”. Oğlu Fəryaddan ona bir iş verməsini istəmiş, banklara çoxlu borcu olduğunu demişdir. O, razılaşmış 2 gün sonra yığışıb gəlmişdilər. Hikmət 10.000 manat borcu olduğunu demiş. Oğlu onun kartına 1500 manat pul atmışdır. Qardaşı Firdovsi gecə saat 2-də ona zəng edərək “sənin adına pul götürmüşəm, onun faizini ödə” demişdir. Hikmət 500 manat da qızının adına pul götürmüşdü, oğlu onun da pulunu göndərmişdir. 4370 manat da müalicəsi üçün pul yığmışdı, 370 manat Hikmət üçün çörək pulu saxlamış, 4000 manat pulu da hadisə olan ilin noyabrın 04-də Hikmətə vermişdir. 08 noyabr səhər onlar üçün sexə yemək aparmış, oturub yeyib içmişlər. Hikmət evə gedib, əl-üzünü yuyub, çimib qayıdacağını demişdir. Qayıdandan sonra ona demişdir ki, “ay bibi, mən yorğunam, icazənlə mən gedim, bugün sexdə mənim yerimə sən növbədə durarsan.” O,razılaşaraq get demişdir. Hikmətin gecə saatlarında harda, necə, nə niyyətlə bu əməli etdiyini isə bilmir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova - Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmiş, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı deyəcək çox sözü yoxdur. 15-20 il əvvəl o, ölkə xaricinə getmiş, həmçinin bu hadisə baş verən zaman da ölkə xaricində olmuşdur. Hadisəni sonradan eşitmişdir. Köhnə vaxtlarda eşidəndəki qardaşı 13 yaşlı uşağı nişanlandırıb ona iradını bildirmişdir. O qardaşından ayrı yaşamışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Anar Bədəlov Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə yerli icra hakimiyyətinin məsləhətçi psixoloqunun iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, hadisə günü yuxudan oyanıb anasının və babasının yerdə uzandıqlarını görmüşdür. Atası onu və digər uşaqları yuxudan oyadıb, bayıra çıxarmışdır. Onlar atası ilə birlikdə taksi ilə əmisinin evinə gəlmişlər, ordan da nənəsigilə gedərək, nənəsigildə qalmışlar. Onlar ana nənəsigildə ailə münasibəti görməmişlər, orada onlarla pis davranmışlar. Anası da son zamanlar onlardan soyumuş, onlara sadiq bir atası qalmışdır. Atası üçün “bizim süfrəmizdə çörək kəsməsin, onu istəmirik, evini satsın, borclarını bağlasın, çıxıb evinə getsin” demişlər. Anası da atasından ayrılmaq istədiyini demışdir. Bilmir bu hadisə necə olmuşdusa anasını da atasından uzaqlaşdırmışdılar. Axrıncı dəfə o anasından çay istəmiş, anası ona “get cəhənnəm ol, yat” demişdir. Sonra babası onun üçün çay gətirmiş, o da gedib uzanmışdır. Hadisə də ondan sonra baş vermişdi. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, mübahisə vaxtı heç bir səs eşitmədiyini, yatmış halda olduğunu, durandan sonra anası və babasını yerdə qan içində görmüşdür. Dayısı ona planşet almış, mesajları anası onun planşetindən yazmışdır. Axşam anası və atası arasında yüngülvarı dava olmuş, nə dava olduğunu bilməmişdir. İstintaq zamanı ifadə verərkən şokda olduğunu, heç nə xatırlamadığını qeyd etmişdir. O, özü oyanmamış, atası onu və digər uşaqları oyatmışdır. O, qonaq otağında, pəncərinin altındakı yataqda yatmış, atası birinci onu oyatmış, oyadan kimi çıxıb getmişlər. Babasını və anasını o vəziyyətdə görəndə atasına “tutulacaqsan, bizdən ayrı qalacaqsan” demiş, o da “day neyləyim” demişdir. Anasının ölməyinə kədərlənmiş, atası və anası dava edərkən o, atasına anasını vurma deməmişdir, elə bir şey xatırlamır. Oyanandan sonra babasını divanda, anasını yerdə, hər ikisini də eyni otaqda, yəni mətbəxdə, televizor olan otaqda görmüşdür. Hövsanda qalanda tək yatmış, ümumiyyətlə axşamlar babası ilə divanda uzanmış, ancaq yatanda pəncərinin altındakı yataqda özü tək yatmış, həmin otaqla üzbəüz otaqda digər uşaqlar, anası və atası birlikdə yatmış, babası isə mətbəxdə yatmışdır. Müstəntiqə babası ilə bir yatdığını deməmiş, onun öz otağı olmuşdur. Müstəntiqlər ona sual verəndə yanında nənəsi Rəqibə olmuşdur, başqa heç kimi xatırlamır. Yuxudan duranda anasını üzü, gözü qan içində yerdə uzanıqlı vəziyyətdə görmüş, sonra atası onları çölə çıxarmış, atasının əlində heç nə olmamış, atasının əlinin kəsildiyini, həmin kəsik olan əlində qan olduğunu görmüşdür. Evdə belə ifadə verməyi üçün onu öyrədən olmamış, anasının qışqırığını eşitməmış, atası oyadanda görmüşdür ki, anası yüngülcə nəfəs alır. Balaca qardaşı Məhəmməd atasının qucağında, Burhan onun qucağında, bacısı isə onun və atasının yanında getmişdir. Anası nənəsigilə gələndən sonra daim onların üzərinə qışqırırdı, “cəhənnəm ol” deyirdi. Rəqibə nənəsigildə qalanda öz isə evləri idi. Anası planşetdə olan yazıları hadisədən bir-iki ay əvvəl yazmış, həmin vaxt ana nənəsi isə atasını polisə vermişdi. Hadisə olan axşam atası və anası dava eləmişdilər. Aralarında söz davası olmuşdur, anası və atası dava edərkən o yuxudan oyanmamışdır. Anasını yerdə görəndə yüngülvarı nəfəs alırdı, o biri uşaqların anasını görüb görmədiyini bilmir. Anası onlara qarşı soyuduğundan yerdə onu uzanıqlı vəziyyətdə görəndə ona yaxınlaşmamışdır. İfadələri arasında ziddiyyət müəyyənləşdirildiyindən məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, Hikmət və Bənövşə onun valideyləridir. Onun Aliyə adlı bacısı, Burhan və Muhamməd adlı qardaşları vardır. Əvvəllər Abşeron rayonu, Hökməli qəsəbəsində ata nənəsi ilə bir həyətdə yaşamışlar. Uşaq yaşlarından ana qohumları ilə əlaqələri olmamışdır. İlk dəfə neçə il qabaq dayısı Fəryad və xalası Aydanı görmüş, atası Hikmət onu, anasını və bacısını Fəryad və Aydanla görüşməyə aparmışdır. Sonra bir müddət yenə onlarla görüşməmişdir. Təxminən bir neçə ay idi ki, atası Hikmət anası Bənövşəni ailəsi ilə barışdırmışdır. Xalası Aydan atası Hikmətə yazaraq nənəsi Gülbənizin xəstə olduğunu demiş, bundan sonra atası israrla anasını Gülbənizlə danışdırmağa çalışmış, sonda isə onları barışdırmışdır. Bundan sonra tez-tez nənəsi Gülbənizin evinə gedibgəlməyə başlamışlar. Nənəsi xəstə olduğundan anası orada çox vaxt keçirmək istədiyinə görə atasından nənəsigilə aparmasını xahiş etmişdir. Nənəsinin evinə gedərək orada qalmışlar. Atası da onlarla birgə gedərək orada qalmışdır. Təxminən bir-iki ay qabaq valideynləri dalaşmış, atası telefonlarını əllərindən almışdır. Atası anasına əsəbləşərək hər dəfə anası Gülbənizlə danışdığını demiş, atası anasına nənəsi ilə danışmamağı, ailəsindən imtina etməsini demişdir. Həmin vaxt o, qardaş-bacıları ilə otaqda olmuşdur. Valideynləri onların yatdıqlarını zənn etmişlər. Anası ona atasının gedib özünü asmasını deməsini bildirmişdir. Atası anasına bu sözü deyən zaman yatmış olduğundan bu sözü eşitməmiş, sonradan anası ona bu barədə bildirmişdir. Dayısının ona aldığı planşetə “tiktok” sosial şəbəkəsini yükləyib xalası Aydana valideynlərinin dalaşması, atasının telefonlarının əllərindən alması və anasına ailəsindən imtina etməsini, əks halda özünü asmasını deməsi barədə bildirmişdir. Bundan başqa qorxduqları üçün nənəsinə gəlib onları aparmasını deməsini xahiş etmişdir. Nənəsigil atasını polisə verdikdən sonra babası İlqar, nənəsi Gülbəniz və dayısı gəlib onları evlərinə aparmışlar. Sonradan əmisi gələrək onları yenidən öz evlərinə aparmışdır. Bu söhbətdən sonra valideynlərinin münasibətləri soyumuş, barışsalar da, əvvəlki kimi mehriban olmamışlar. Yenə də ana nənəsi Gülbənizin evində gedib qalmışlar, son vaxtlar isə Hökməli qəsəbəsindəki evlərini kirayə verərək Hövsan qəsəbəsinə nənəsigilə köçüb orada yaşamağa başlamışlar. Dayısı Fəryad atası ilə anasını özünün işlədiyi fermada işə düzəltmişdir. Onlar nənəsi Gülbənizgildə qalmışlar, ata və anası səhər işə gedərək axşam evə gəlmiş, bəzən gecə də iş yerində qalmışlar. Onlar da arada valideynlərinin iş yerinə gedib-gəlmişlər. 08 noyabr 2024-cü il tarixdə anası və atası işdə olarkən valideynlərinin iş yerinə getmişlər. Axşam ata nənəsi Rəqibə ilə dayısı Fəryad orada qalmış, o, bacı-qardaşları, valideynləri və babası İlqar Hövsan qəsəbəsində yerləşən evə qayıtmışlar. Evdə anasından çay istəyərkən anası üstünə qışqırmış, anası ona çay vermədiyinə görə əsəbiləşib ağlamışdır. Atası ona çay vermədiyi üçün anası ilə mübahisə etmiş, sonra babası İlqar gəlmişdir. Həmin gün babası üstünə qışqırdığına görə sonuncudan da küsmüşdür. Babası gəlib onu yanına çağıraraq atası Hikmətə heyvanlar barədə hansısa məsəli çəkmiş, lakin o, tam başa düşə bilməmişdir. Babası atası Hikmətə nəvəsinə qışqıra, döyə və söyə biləcəyini deyərək bundan inciməməli olduğunu bildirmişdir. Atası heç nə deməmiş, lakin o, atasının əsəbdən güldüyünü hiss etmişdir. Bundan sonra onlar yatmış, babası isə mətbəxdə olan divanda TV-ug baxa-baxa yatmışdır. Saat təxminən 23 radələrində o, qonaq otağında, atası, anası, bacı və qardaşları isə yataq otağında yatmışlar. O, anasının qışqırıq səsinə oyanmış, atasının anasını stul ilə döyərək başına vurduğunu, anasının sifətinin qan içində olduğunu, anasının əli ilə özünü qorumağa çalışdığını görmüşdür. Həmin vaxt bacı və qardaşları da artıq yuxudan oyanaraq ağlaşmışlar. Anası qışqıraraq atasına vurmamağa üçün yalvarmış, atası isə heç nə deməmişdir. Anası Bənövşə babası İlqara köməyə çağırmış, o, atasına mane olmaq istəsə də, bacarmamış, sonra babasını oyatmaq istəyərkən sonuncunu divanda qan içərisində uzandığını görüb babasının öldüyünü başa düşmüşdür. Babasının boyun nahiyəsində xəsarətlər olmasını görmüşdür. Sonra atası anasını yerə yıxaraq təpikləmiş, bir qədər sonra anası hərəkətsiz yerdə uzanmışdır. Atası mətbəxdən qayçını götürüb anasının qarın nahiyəsinə qayçı ilə xəsarətlər yetirmiş, anası sadəcə xırıldamışdır. Bundan sonra atası onları da götürüb evdən çıxmış, yoldan keçən avtomobili saxlatmış, avtomobil onları harasa aparmış, oradan isə atası taksi ilə onları Hökməli qəsəbəsində yerləşən əmisi Firdovsinin evinə aparıb düşürmüşdür. Atası özü isə çıxıb getmişdir.Yusuf verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası ilə anası əvvəllər arabir dalaşmışlar, anası ailəsi ilə barışandan sonra atası ilə davaları çoxalmışdır. Atası anası Bənövşənin Gülbənizin evinə tez-tez gedib-gəlməsini istəməmiş, sonuncunu qardaşı Fəryada qısqanmışdır. Anası hicablı olmaqla Fəryadın yanında evdə başı açıq gəzməsi atasına xoş gəlməmişdir. O, atasının anasını boş yerə qısqandığını, dayısı Fəryadın yaxşı inşan olduğunu, dayısının artıq hərəkətini görmədiyini bildirmişdir. Anası ilə Fəryad arasında başqa hər hansı münasibət olmamış, sadəcə atası qısqanclıq etmişdir. Anasının onlara qarşı münasibəti yaxşı olmuş, babası İlqarın da münasibəti pis olmamış, arabir üstünə qışqırmışdır. Nənəsi Gülbəniz isə əsəbi olmaqla qaşıq istədikdə, sonuncu qaşığı üzərlərinə atmış, atası Hikmətdən xoşu gəlməmiş, atasını istəməmişdir. Dayısı isə onlara qarşı yaxşı olmuşdur. Babası İlqarın, nənəsi Gülbənizin və dayısı Fəryadın atası Hikmətdən xoşları gəlməmiş, atasının evlərinə gedib-gəlməsini çox istəməsələr də, anası Bənövşəyə görə atasına dözmüşlər. Nənəsi Gülbəniz atası ilə anasını ayırmaq istəmiş, mehriban olmalarını istəməmişdir. Atası hadisə günü evə gedib çimib gəldikdən sonra ondan dayısı Fəryadın anası Bənövşənin işlədiyi sexə gəlib-gəlmədiyini soruşmuş, o, Fəryadın sexə gəldiyini demişdir. Həqiqətən də, dayısı sexə gələrək orada dəhlizdə iş görmüş, anası isə otağı təmizləmişdir. (cild 1, i/v 137-141) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hələ də hadisənin şokundadır. Gəlinini oğlu Hikmət 14 yaşında gəlin gətirmişdir. Bənövşə onun balalarından biri olmuş, ona da ana demişdir. Nə iş görsəydi Bənövşədə işin bir ucundan tutardı. Bənövşə həmişə “məni anam ilə barışdırsaz mənim ailəm dağılacaq, onlardan atalıq, analıq görməmişəm, mən nə görmüşəmsə burda görmüşəm” deyərdi. Bənövşəni heç vaxt inciməmiş, nə də ki, ondan inciməmişdir. Bənövşə “Allah atama-anama lənət eləsin” deyirdi. 14 il Bənövşə ona ana demiş, hələ də bilmir ki, sonradan ondan niyə dönmüşdür. Hadisə ilə bağlı onun heç nədən xəbəri olmamış, oğlu Hikmət və Bənövşə ona gedib işləyib borclarını ödəyəcəklərini demiş, o, gəlininə getməmələrini, borclarını burdada ödəyə biləcəklərini söyləmişdir. Bənövşənin bacısı Aydan bir neçə ay əvvəl oğlu Hikmətə zəng edib “anam xəstədi, 5 ay ömrü qaıb, bacımı gətir anamı görsün” demişdir. Hikmət də gəlini və uşaqları götürüb getmişdir. Hadisə günü evdə oturanda böyük oğlu gələrək Hikmətin ona zəng edib Bənövşə ilə qayınatasını vurduğunu demişdir. Hikmət uşaqları da gətirib qardaşının evinə qoymuşdur, o və qızı gedib uşaqları digər oğlunun evindən götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Gəlininin günü onun evində xoş omuşdur. Uşaqların 4-də onunla yaşayır, ondan ayrılmırlar. Hadisədən sonra Hikməti görməmiş, qardaşı da həmin vaxt evdə olmamış, onun yanında olmuşdur. Hikmətin nə üçün onları öldürdüyünü bilmir. Hikmət qayınatasına getmək istədiyini, burda işləyə bilmədiyini demiş, o da Hikmətə “14 ildir ki, Bənövşə sənin yanındadır, bundan sonra da burda qalacaq” demişdir. Ailəsindən ayırdığına görə Hikmət qayınatasını və yoldaşını öldürmüşdür. Hadisə Zığda baş vermiş, o isə Hökməlidə yaşamışdır. Hikmət sonradan ona uşaqlarının başı dik gəzməyi üçün qayınatasını və yoldaşını öldürdüyünü demişdir. Oğlu ona demişdir ki, Bənövşənin ailəsi onu yola vermir. Sonuncu dəfə hadisədən bir gün qabaq Hikmətlə danışmış, oğlu ona kimisə öldürəcəyini deməmişdir. Ərinin ölümü ilə bağlı o, bir dəfə də olsun Bənövşənin ailəsinə kin bəsləməmişdir. Bənövşənin anası Yusufun yanında demişdir ki, “Hikmət evini satıb borclarını ödəsin, sonra da Hikməti rəd edək”. Yusufa mesajları anası yazdırmışdır. Gəlinini kinlə saxlasaydı ona əziyyət verərdi, həmişə Bənövşəyə anası ilə barışmasını məsləhət görmüşdür. Hadisəni ona böyük oğlu demiş, bundan sonra polislərə də o öz telefonu ilə zəng edərək bu barədə məlumat vermişdir. Hikməti hadisədən 1-2 gün qabaq görmüş, Hikmətə 1 gün qabaq o zəng edərək, evə baxmağa müştəri gələcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü Hikmət ona zəng eləyərək gəlib uşaqları aparmağını demişdir. Ondan nə olduğunu soruşduqda, heç nə deməmişdir. O anasının yanına getmiş, anasının yanında olanda Hikmət yenə zəng edədək Bənövşə ilə qayınatasını öldürdüyünü demişdir. O anasına Hikmətin dediklərini demiş, anası da “102” xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Hikmət Bənövşə və İlqarı öldürməsinin səbəbini ona deməmiş, onun heç nədən xəbəri olmamışdır. Qardaşı əvvəllər onları öldürmək istəməsinə dair ona heç nə deməmiş, qardaşının ailəsi çox xoşbəxt ailə olmuş, bu hadisəni öyrənəndən sonra İlqara zəng etmiş ki, bəlkə də Hikmət onu aldadır deyə telefonu Hikmət açmışdır. Hikməti hadisədən 2 gün qabaq görmüş, Bənövşə ilə aralarında qətlə səbəb ola biləcək münaqişə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Hadisə günü gecə böyük qardaşı Firdovsi Hikmət ona zəng edərək kimisə öldürdüyünü demişdir. O, Hikmətin zarafat etdiyini zənn etmiş, çünki əvvəllər də Hikmətin elə zarafatları olmuşdur. Sonra qardaşı ona Hikmətin ağlayaraq ondan gəlib kömək etməsini istədiyini söyləmişdir. O, Firdovsiyə “sən heç yerə getmə, əgər Hikmət adam öldürübsə səni də onunla birlikdə tutarlar, polisə zəng elə, onu tutub aparsınlar” demişdir. Sonra Hikmət anasına zəng vurub “gəlin uşaqları aparın, pis vəziyyətdə qalmışam” demiş, anası isə “biz artıq səni polisə şikayət etmişik, get təslim ol, biz sənin dalınca adam göndərməyəcəyik” demişdir. Bundan sonra Hikmət telefonu söndürmüş, sonra gəlinləri Rəfsanə xanım anasına zəng vuraraq “qorxuram, gəlin uşaqları aparın” demişdir. Anası da ona “gecə vaxtıdır, tək getməyə qorxuram, gəl bir yerdə gedək, uşaqları gətirək.”demişdir. Onlar uşaqları gətirməyə gedib qayıdanda yarı yolda polislərlə qarşılaşmışlar, polislər anasını, Firdovsini və Yusufu polis şöbəsinə aparmışlar. O, evdə uşaqlarla qalmış, 2 polis əməkdaşı da onların evində qalaraq, ona “heç yerə getməyin, siz də ifadə verəcəksiz” demişlər. Onlar artıq yatarkən qızı gəlib dayısının onlara gəldiyini söyləmiş, o da polis əməkdaşlarına qardaşının onun evində olduğunu demişdir. O, anasıgillə bir həyətdə başqa evlərdə yaşamış, həyat yoldaşı rəhmətə getmişdir. Daha sonra isə polis əməkdaşları Hikməti polis şöbəsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, hadisəni görməmiş, qardaşının Bənövşə və İlqarı niyə öldürdüyünü bilmir, qardaşının Bənövşənin ailəsi ilə barışdıqlarını da sonradan bilmiş, ona da maraqlıdır ki, Hikmət niyə belə bir əməl törədib, çünki o, yoldaşını çox istəmişdir. O, özü də qardaşını bağışlaya bilmir, istintaqda verdiyi ifadəsini təsdiq edir, hadisə haqqında ilkin məlumatı anasından öyrənmiş, Hikmət böyük qardaşına zəng edib Bənövşə və İlqarı öldürdüyünü demiş, o, anası ilə birlikdə gedib uşaqları qardaşıgildən götürmüşdür. O, uşaqlarla danışa bilməmiş, onlar yuxulu olmuşlar. Balaca uşağı qucağına götürmüş, Yusuf isə ağlayırmış, Hikmət uşaqları Firdovsigilə qoyub getmişdir, gəlinləri də onlara zəng edərək “qorxuram, uşaqları götürün” demişdir. İfadələri arasında ziddiyyət müəyyənləşdirildiyindən məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, anası Şahid2 dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, 09 noyabr 2024-cü il tarixdə gecə saatlarında evdə olan zaman anası Rəqibə onu səsləyərək çağırmış, anası ağlayaraq ona Hikmətin zəng edib arvadını və qayınatasını vurduğunu deməsini bildirmişdir. Anası dərhal hüquq-mühafizə orqanına hadisə barədə məlumat vermişdir. Sonra qardaşı Firdovsinin arvadı Rəfsanə zəng edərək Hikmətin taksi ilə uşaqlarını gətirib Firdovsinin evinə qoyduğunu, daha sonra çıxıb getdiyini bildirmişdir. Onlar gedib uşaqları gətirmişlər. Bu vaxt Hikmətin böyük oğlu Yusif onlara atası Hikmətin onların gözü qarşısında anası Bənövşəni öldürdüyünü, atasını aralamaq istəməsinə baxmayaraq atasının əl çəkməyib anasına bıçaqla, stulla vuraraq öldürdüyünü, babası İlqarı oyatmaq istəyərkən babasının da divanda qan içində yatdığını, bu zaman atasının babasını da öldürdüyünü başa düşdüyünü bildirmişdir. Səhəri gün Hikmət onların evinə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, özü polis əməkdaşlarına Hikmətin yerini demişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı Hikmətlə Bənövşə əvvəllər mehriban olmuşlar, Bənövşə ailəsi ilə barışandan sonra bir qədər araları soyumuş, Hikmət Bənövşəni hamıya, o cümlədən qardaşı Fəryada qısqanmış, əsas mübahisələri bundan yaranmışdır. Qardaşım danlasalar da, xeyri olmamışdır. Bildiyinə görə İlqarın Hikmət ilə davası olmamışdır, ancaq Bənövşə ilə olan söz-söbhətlərdə qayınatası ilə narazılıqlarının ola biləcəyini demişdir. Hikmətin qayınatası ilə cəmi bir neçə ay idi ki, münasibətləri yaranmış, mübahisələrinə şahid olmamışdır. Bənövşənin ailəsi ilə heç vaxt görüşməmiş, Bənövşə ailəsi ilə barışandan sonra Bənövşənin anası bir dəfə onlara ərzaq alıb göndərmiş, onların heç bir problemləri olmamışdır. Bənövşənin ata-anası ilə görüşərək əlaqə saxlamasına ailə üzvləri tərəfindən maneçilik olmamışdır. Bənövşə özü ailəsi ilə əlaqə saxlamaq istəməmiş, valideynlərindən atalıq-analıq görmədiyini bildirmişdir. Bənövşəni ailəsi ilə elə Hikmət özü barışdırmışdır. Bənövşənin anası xəstə olduğuna görə Hikmətin yazığı gəlmiş və onları barışdırmışdı. X18 barışığa gedən zaman qayıdarkən avtoqəza zamanı ölməsi ilə bağlı Bənövşənin ailə üzvləri günahlandırmaları barədə deyilənlərin yalan olduğunu bildirmişdir. Bənövşənin anasını cəmi bir dəfə nişanda görmüş, sonuncu ilə əlaqəsi olmamış, heç vaxt Bənövşəyə mane olmamışdır. Bənövşə ilə öz bacısı kimi davranmış, daima mehriban olmuşlar. Bənövşə özü ailəsi ilə əlaqə saxlamaq istəməmiş, sonradan anasının xəstəliyi ilə əlaqədar Hikmətin təkidi ilə barışmışlar. Bənövşə əxlaqlı qadın olmuş, qardaşı Hikmət qısqanc olduğundan Bənövşəni əsassız yerə qısqanmışdır. Hadisədən təxminən bir ay qabaq İlqarın söhbət zamanı Hikmətə atasının Öldüyü qəza zamanı avtomobili özünün idarə etməsini deməsi barədə hadisədən sonra anasından eşitmişdir. Hikmət özü ona bu barədə heç nə deməmiş, bu barədə dəqiq məlumatı olmamışdır. (cild 2, i/v 62-65) Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, istintaq zamanı nə varsa onu danışmış, Yusuf ona bütün hadisənin onun gözü qabağında olduğunu, atasına eləmə dediyini, ancaq atasının eşitmədiyini demiş, Hikmət yoldaşını qısqanmışdır. Bənövşəni qardaşına qısqanmaq üçün Hikmətin heç bir əsası olmamış, Bənövşə heç evdən çölə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bənövşə ailəsi ilə barışdıqdan sonra Hikmət ilə aralarında söz-söhbətlər başlamışdır. Yaddaşı zəif olduğu üçün başqa heç nə xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, - istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Yaddaş problemi olduğuna görə istintaq zamanı verdiyi ifadəni xatırlamır. Qardaşı ilə İlqar arasında heç bir mübahisə olmamış, qardaşı Hikmət Bənövşəni qısqanmış, lakin onu qısqanmaq üçün heç bir əsası olmamış, Bənövşə əxlaqlı qadın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, qardaşı Şahid3 və anası Şahid2 ifadələrinə uyğun eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, 08 noyabr 2024-cü il tarixdə evdə çox miqdarda spirtli içki qəbul etdiyindən artıq yatmışdır. Spirtli içkinin təsirindən yatıb qaldığı üçün gecə olanların heç birindən xəbəri olmamışdır. Səhər oyanan zaman evdə arvadı və körpə övladından başqa heç kim olmamışdır. İlkin olaraq arvadı ona gecə baş verənləri bildirmiş, Hikmətin Bənövşəni və İlqarı öldürdüyünü bildirmişdir. Həmin vaxt anası və digər ailə üzvləri polis şöbəsinə getmişlər. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı Hikmətlə Bənövşə əvvəllər mehriban olmuşlar, Bənövşə ailəsi ilə barışandan sonra bir qədər araları soyumuşdur. Hikmət Bənövşəni hamıya, hətta qardaşı Fəryada qısqanmışdır. Əsas mübahisələri bu səbəbdən baş vermişdir. O, atası Bəylərin ölümü ilə bağlı Bənövşənin ata-anası ilə görüşməyinə, əlaqə saxlamasına heç kimin mane olmadığını bildirmişdir. Bənövşə gəlin köçən zaman o, uşaq olmuş, sonuncunu bacısı kimi görmüşdür. O və ya ailəsi tərəfindən Bənövşəyə qarşı artıq hərəkət edilməmişdir.(cild 2, i/v 70-73) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, - Hikmətgilin qonşuları olmuşdur. Hikmət hörmətli uşaq olmuş, Bənövşəni sevib, üzük aparmışdır. Bənövşə Hikmətə zəng edərək “nəsə olub, gəl məni qaçır” demişdir. Hikmət də Bənövşəni götürüb kəndə gətirib, toy etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki,- 2024-cü ilin avqust ayında Hikmətlə ailəsı barışmışdır. Barışandan sonra Hikmət və Bənövşə anasıgilə gedib gəlmişlər. Hər şey yaxşı olmuş, arada heç bir problem olmamışdır. Bir gün Bənövşənin oğlu Yusuf balaca bacısına planşetlə mesaj yazıb Hikmətin Bənövşəyə “get, özünü as, öldür, uşaqlar bilməsin” deməsini bildirmişdir. Bacısı da həmin mesajı ona göndərmişdir. Hal-hazırda da o mesajlar telefonundadır. O, Hikmətə zəng edib, onunla telefonda dalaşmış, Hikmətin evinə getmək istəmiş, ailəsi isə buna icazə verməmişdir. X37 Şöbəsinə şikayət etmişlər və Hikməti polis şöbəsinə gətirmişdilər. Onlar uşaqları öz evlərinə aparmış, sonradan Hikmət 2-3 dəfə onlara gedib gəlmişdir. Daha sonra Hikmətin böyük qardaşı gəlib atası ilə danışıb, Bənövşəyə zamin duraraq “siz Bənövşəni evinə geri göndərin, heç bir problem yaşanmayacaq” demişdir. Atası da uşaqların və Bənövşənin Hikmətlə getməsinə razı olmuşdur. Hikmətin borcları olduğuna görə, evini satışa qoymuşdu və bir müddət sonra anasıgilin evinə köçmüşlər. O, toyuq fermasında briqadir işləyir, Hikməti də yanında işə düzəltmişdir. 1500 manat Hikmətin kartına pul atmış, bu barədə qəbz, telefon yazışmaları və səs yazıları da vardır. Ötən ilin noyabr ayının 05-də əlavə 500 manat pulu da atasına Hikmətə verməsi üçün vermişdir. Hadisə isə bundan iki gün sonra 07 noyabr tarixində baş vermişdir. Hikmətlə münasibətləri normal olmuşdur. Hikmət “mən evi satmışam, beh almağa gedirəm” demiş, o və atası da Hikmətə “evi dəyərindən ucuz satmasın” demişdilər. Hikmət “evi satmağa məcburam, borclarım var” demiş və gecə də gedib bu hadisəni törətmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, bacısı Bənövşə ona evlərini təmir etdirdikləri üçün Hikmətin borclarının yarandığını demişdir. Hadisə baş verən gün Hikmətlə aralarında heç bir düşmənçilik olmamış, hadisədən bir gün əvvəl o bıçağı Hikmətin əlində görmüş, Hikmət həmin bıçaqla kisə ağzı açırdı. Nə bıçağı olduğunu soruşduqda “bıçaq yadigardı, evdə şkafın üstündə dururdu, mən də evdə kirayəçilər qaldığı üçün itməməsinə görə özümlə götürdüm ki, üstümdə olsun” demişdir. Hikmət və ailəsi hadisədən 10 gün əvvəl onlarla yaşamağa başlamışdılar. O heç özü də evdə çox olmur, toyuq fermasında qalır. Hikmət onun nəzarəti altında toyuq fermasında işləmişdir. Əgər Hikmət ondan şübhələnirdisə, bu barədə onun özünə deyə bilərdi. Hikmətin onun bacısını öldürmək üçün istintaqda gətirdiyi səbəbin doğru olmadığını tam əminliklə bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ailədə 3 övlad olmaqla evin böyüyü qardaşı Fəryad olmuşdur. Fəryad Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində toyuq fermasında nəzarətçi işləyir, valideynləri isə Hövsan qəsəbəsində yerləşən fermada işləməklə həmin fermanın içərisində olan evdə yaşamışlar. Bənövşənin əri Hikmətin dayısı Qəhrəman ilə atası İlqar bir yerdə cəza çəkmişlər, həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. Onlar uşaq olan vaxt atası daş karxanasında işləmiş, buna görə Qəhrəmanın Qobu qəsəbəsində yerləşən evində kirayədə yaşamışlar. Həmin ərəfədə Hikmətin anası onlara gəlib gedən zaman bacısı Bənövşəni görüb bəyənmiş və oğluna istəmişdir. Baxmayaraq ki, həmin vaxt bacısının 13-14 yaşı olmuş, ailələri Hikmətlə Bənövşəni nişanlamışlar. Sonradan atasıgil ilə Hikmətin ailəsi arasında narazılıq olduğundan atası nişanı qaytarmaq istəmişdir. Buna görə Hikmət 2011-ci ildə bacısını qaçırmış, toyları olsa da, ailəsi toyda iştirak etməmişdir. Toydan sonra Hikmətin atası Bəylər və dayısı Qəhrəman onlara barışığa gəlmiş, bundan sonra harasa yeyib-içməyə getmişlər. Yeyib-içdikdən sonra Qəhrəmanın idarə etdiyi avtomobil qəzaya uğramış, nəticədə Bəylər qəza nəticəsində ölmüşdür. Həmin qəzada atası İlqar çox ağır xəsarət almış, hətta sonuncunu ölü bilib meyitxanaya yerləşdirmişlər. Sonradan atasının ölmədiyi bəlli olmuşdur. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış, Qəhrəman cinayət məsuliyyətinə cəlb olunaraq cəza almışdır. Qəzadan sonra, ümumiyyətlə ailələr arasında əlaqələr kəsilmiş, Bəylərin yas mərasiminə nənəsi ilə xalası getsə də, evdən qovulmuşlar. Uzun illər Hikmətin ailəsi ilə münasibətləri olmamışdır. Buna görə Hikməti heç normal tanımamışlar. Təxminən 4-5 il qabaq bacısı Bənövşə telefonla onunla danışaraq görüşmüşlər. Həmin vaxt Bənövşə iki övladı və Hikmətlə birlikdə görüşə gəlmişdir. O və qardaşı X19 parkda görüşmüşlər. Bundan sonra xeyli görüşməmişlər, bildiyi qədər Hikmətin ailəsi onların görüşmələrinə narazılıq etmişdir. Bacısı ilə münasibət saxlamalarına Hikmətin ailəsi mane olmuşdur. Bütün bunlar anasına çox pis təsir etmiş, anasının qara ciyərində xəstəlik yaranmaqla vəziyyəti ağır olmuşdur. Təxminən 6-7 ay qabaq anasının vəziyyətinin ağır olduğunu, Bənövşəni görmək istədiyini Hikmətə bildirmişdir. Hikmət o vaxt bunu normal qarşılamış, bacısına görüşməyə icazə vermişdir. Hikmət özü bacısını və uşaqlarını ata evlərinə aparmış, bundan sonra bacısı və ailəsi ilə normal münasibətləri yaranmışdır. Bənövşəgil tez-tez ata evlərinə gələrək orada günlərlə qalmışlar. Hikmət özü də hər dəfə ailəsi ilə birlikdə orada gəlib qalmışdır. Təxminən 1-2 ay bundan qabaq bacısı Bənövşə Hikmətin qardaşı Fəryadın onlara ögey qardaş olubolmadığını soruşduğunu, Fəryadla əl verib görüşməməsini, guya Fəryadın bacısı Bənövşə gəzəndə arxasına baxdığını dediyini ona bildirmişdir. Bənövşə bu barədə Hikmətə bildirməməyi, əks halda Hikmətin onu incidəcəyini bildirmişdir. İlkin olaraq o, kiməsə bu barədə deməmişdir. Bir qədər sonra Yusif ona “Tiktok” sosial şəbəkədə "xala, atam telefonlarımızı alıb əlimizdən, sizinlə danışmağa qoymur, planşetə tiktok yükləyib ordan sənə yazıram, atam anama deyir ki, ailəsindən imtina eləsin, ya da özünü assın yoxsa, o anamı asacaq” deyə mesaj yazmışdır. O, həmin mesajı qardaşına göndərmiş və dərhal hüquq-mühafizə orqanlarına xəbər verməsini demişdir. Fəryad valideynləri ilə birlikdə Qobu qəsəbəsində yerləşən polis bölməsinə gedərək Hikmətin hərəkətləri barədə polisə bölməsinə məlumat vermişlər. Bənövşənin sözlərindən bilmişdir ki, təxminən bir saat sonra Hikməti, bacısını və uşaqları polis bölməsinə gətirmişlər. Orada Hikmətdən izahat alınaraq Hikmət bir daha təkrar olmayacağına söz vermiş, polis əməkdaşları Hikmət və bacısını orada barışdırmışlar. Polis əməkdaşı onlara xırda məsələlərə görə ailəni dağıtmamağı, 2-3 günə hər şeyin düzələcəyini demişdir. Hikmətin etirazına baxmayaraq bacısı və uşaqlarım anasıgil öz evlərinə aparmışlar. Bacısı Bənövşə artıq Hikmətdən boşanmaq istəmişdir. Sonradan Hikmətin qardaşı gələrək xahiş etmiş, Hikmətlə bacısı barışmışlar. Bacısı uşaqlarına görə barışmağa razı olmuşdur. Hikmət Özü usta işləməklə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamışlar. Hikmətin işləri yaxşı olmadığından yaxşı qazanmamışdır. Bacısı tez-tez maddi sıxıntılarından şikayətlənmişdir. Fəryadın isə işləri yaxşı olduğundan anasının xahişi ilə Fəryad bacısı və Hikməti işə düzəltmişdir. Hikmət təxminən hadisədən 10-15 gün qabaq özünün Hökməli qəsəbəsində yerləşən evini kirayə verib ailəsi ilə birgə anasıgilin evinə köçmüşdür. Son vaxtlar Bənövşə ona Hikmətin teztez birinci atasını, sonra Bənövşəni öldürəcəyini dediyini bildirmişdir. Hikmət səbəb kimi atasının ölümündə onun atasını günahlandırmışdır. 08 noyabr 2024-cü il tarixdə axşam saatlarında atasına görüntülü zəng etmiş, evdə atası, bacısı və uşaqlar olmuşlar. Hikməti evdə görməmiş, bu barədə soruşmamışdır. Anası isə evdə olmamışdır. Bir qədər danışıb sağollaşmışlar. Növbəti gün günorta saatlarında Hikmətin atası İlqarı və bacısı Bənövşəni öldürdüyünü öyrənmişdir. Verilmiş suallara cavab olaraq Şahid9 bildirmişdir ki, Hikmət bacısı Bənövşəni çox incitmiş, bir müddət əvvələ kimi onlarla görüşməsinə, danışmasına icazə verməmiş, qısqanc olduğuna görə bacısını hər şeyə qısqanmış, bacısı isə sakit insan olduğundan Hikmətin hər dediyinə əməl etmişdir. Atası ilə Hikmətin əvvəllər heç vaxt mübahisəsi olmamışdır. Atası çox sakit, mədəni insan olmaqla Hikmətlə arasında mübahisə olmamışdır. Hikmət özlüyündə öz atasının ölümünə görə daim atası İlqarı günahlandırmışdır. Onun Hikmətlə münaqişəsi olmamış, yalnız bir dəfə rayona onların evinə gələrkən bacısına qarşı etdiyi hərəkətlərə görə, yəni qardaşına qısqandığına görə o, irad bildirmiş, başqa heç bir mübahisələri olmamışdır. Hikmətin qəza zamanı avtomobili İlqarın idarə etməsini deməsinin yalan oluğunu bildirmişdir. Sadəcə Hikmətin atası Bəylər evə barışığa gəldikdən sonra qəzada öldüyü üçün Hikmət və ailəsi o vaxtdan Bəylərin ölümündə onları günahlandırmışdır. O, qardaşı və bacısının doğma bacı qardaş olduqlarını, həmişə mehriban olduqlarını, Fəryad və Bənövşə arasında başqa hər hansı münasibətin olma ehtimalının belə olmadığını bildirmişdir. (cild 1, i/v 172-175) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid2 ifadələrinə uyğun eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, 09 noyabr 2024-cü il tarixdə 01:00 radələrində uşaqları ilə birlikdə evdə oyaq olmuşlar. Firdovsi həmin vaxt evdə olmamış, ərinin işdən gəlməsini gözləmişdir. Oğlu atası Firdovsiyə zəng vursa da, atası telefona cavab verməmişdir. Təxminən saat 01 radələrində darvaza döyülmüş, açdıqda Hikmət dörd uşağı ilə evə gəlmiş, Hikmətin üst- başı qan içində olmaqla ayaqyalın olmuş, əli də qanamışdır. Hikmətin uşaqları ağlaşmışlar. Hikmət “qatil oldum” deyib Bənövşəni və qayınatası İlqarı öldürdüyünü bildirmiş, uşaqlarını onların evinə qoyub çıxıb getmişdir. O, Hikmətin hara getdiyini bilməmiş, Hikmət də bu barədə heç nə deməmişdir. Hikmətin oğlu Yusuf taksi ilə gəldiklərini demişdir. O, qayınanası Rəqibəyə zəng edərək bu barədə məlumat vermiş və uşaqları gəlib götürmələrini demişdir. O zəng etdikdə Rəqibənin artıq hadisədən xəbəri olmuş, Firdovsi də elə Rəqibənin yanında olmuşdur. Sonra qayınanası ilə baldızı Xəyalə gəlib uşaqları aparmışlar. O, uşaqları ilə birlikdə evdə qalmışdır. Firdovsi polis əməkdaşları ilə birgə Hikməti axtarmış, gecə evə gəlməmişdir. Səhəri gün polis əməkdaşları tərəfindən Hikmətin saxlandığını öyrənmişdir. Verilmiş suallara Şahid5 cavab olaraq bildirmişdir ki, Hikmətlə Bənövşə əvvəllər mehriban olmuşlar, problemlərindən xəbəri olmamışdır. Sadəcə Hikmət çox qısqanc olmaqla Bənövşəni hamıya qısqanmışdır. Qayınatası ilə Hikmətin münasibətləri barədə məlumatı olmamışdır. Heç kim Bənövşəyə ailəsi ilə görüşməyə, danışmağa mane olmamış, sonuncu özü ailəsi ilə əlaqə saxlamaq istəməmiş, öz valideynlərindən ata-analıq görmədiyini demişdir. Bənövşəni elə Hikmət öz ailəsi ilə barışdırmışdır. Bənövşə əxlaqlı qadın olmuşdur. Hikmət Bənövşəni səbəbsiz yerə qısqanmışdır. (cild 2, i/v 66-69) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılması, birgə istintaq qrupunun yaradılması və icraata verilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (Cild 1, iş vərəqə 1); xx.xx.2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyevin icraatına qəbul edilmişdir (Cild 1, iş vərəqə 2); xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən” görünür ki, hadisə yerinə baxış zamanı evin girişində qadın cinsli meyitin yanında döşəmənin üzərində olan qanabənzər ləkələrdən nümunə, döşəmədə olan qayçı, mətbəxdə divanın üzərində üzü üstə uzanıqlı vəziyyətdə olan kişi cinsli meyitin başının altındakı üzərində qanabənzər ləkələr olan yastıq üzü, meyitin üstünə örtülmüş üzərində qanabənzər ləkələr olan ədyal (ədyal iki hissəyə bölünərək), divanın yanında yerdə olan qanabənzər ləkələrdən nümunə, divanın qarşısında olan plastik stulun üzərində olan “Redmi” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa mətbəxdə soyuducu, televizor mətbəx şkafı (mebel) və digər əşyalar olmuşdur. Evin qonaq otağı dağınıq vəziyyətdə olmuş, mətbəxdən qonaq otağına açılan qapıya pərdə asılmışdır. Pərdənin üzərində qanabənzər ləkələr olması müşahidə edilmiş, pərdə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, döşəmədə qanabənzər ləkələr olması müşahidə edilmiş, döşəmədə döşəmədə üzərində qanabənzər ləkələr olan qatlanan bıçaq müşahidə edilmiş, həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, qonaq otağının divarında qanabənzər ləkələr olması müşahidə edilmiş, həmin qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, qonaq otağının mərkəzində masa, bir küncdə divan, digər küncdə isə yataq olmuşdur. Masanın üzərində qanabənzər ləkələr olması müşahidə edilmişdir. Masanın üzərində yan üstə stul qoyulmuşdur. Stulun üzlüyündə qanabənzər ləkələr olması müşahidə edilmişdir. Həmin stul və üzlüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa masanın üzərindəki stulun ayağında olan qanabənzər ləkələrdən nümunə müqafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Digər stullar da yerə yıxılmış vəziyyətdə olmuşdur. Daha sonra evin yataq otağına keçilmiş, otaqda böyük yataq olmuş, yataq dağınıq vəziyyətdə olmuşdur. Yataq üzlüyünün və balışın üzərində qanabənzər ləkələr olması müşahidə edilmişdir. Yatağın yanında döşəmə üzərində qanabənzər ləkələr olmuşdur. Yatağın qarşısında yer yatağı salınmışdır. Yataq otağında kiçik şkafın üzərində olan “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (Cild 1, iş vərəqə 4-16); xx.xx.2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” qərar, protokol və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, həmin gün hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş paltarların götürülməsi qərara alınmış, şübhəli şəxsin əynindəki qara rəngli qısaqol köynək, qara rəngli idman şalvarı götürülmüş, onun əynindən götürülmüş qara rəngli qısaqol köynək və qara rəngli idman şalvara baxış zamanı üzərlərində qana bənzər ləkələr aşkar edilmişdir (Cild 1, iş vərəqə 51-53); xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild 1, iş vərəqə 74-75); xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-387/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, iş vərəqə 105-109); xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotoşəkil və diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş '’Xiomi Poco” markalı mobil telefona baxış zamanı qeyd olunan mobil telefonun “WhatsApp” proqramının zənglər bölməsinə daxil olduqda “Dosi” adlı ( ***-***-**-**) şəxsə xx.xx.2024-cü il tarixdə saat 23:25-də zəng edərək aralarında 03 saniyə telefon danışığının olması, daha sonra həmin şəxslə aralarında bir neçə dəfə daxil olan və gedən zənglərin olması müşahidə edilmişdir (Cild 1, iş vərəqə 153-154); xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotoşəkildən və diskdən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qara rəngli “Redmi” markalı mobil telefona baxış zamanı telefon danışıqları aparılan bölməsinə daxil olduqda "Hikmet Firdosi” (***-***-**-**) adlı şəxsdən xx.xx.2024-cü il tarixdə saat 23:36-da zəng daxil olmaqla aralarında 36 saniyə telefon danışığı olması müşahidə edilmişdir. Həmin danışığı təfərrüatlarına daxil olduqda telefon danışığının səs yazısının olması görünür. Səsi açdıqda “ 1. Şəxs: Firdovsi, 2.Şəxs: Alo, 1. Şəxs: Haa, 2. Şəxs: Ay Hikmət, 1. Şəxs: Hə, zəng çatmayıb mənə?, 2. Şəxs: İlqara ver telefonu, 1. Şəxs: Ə yoxdue öldürmüşəm **** 2. Şəxs: Ə, Gicsən?, 1. Şəxs: Quranhaqqı, tez gəl uşaqları götür aparginən ***, 2.Şəxs: Ə, xəstəsən sən?, 1. Şəxs: Ə, deyirəm də sənə,, sənə qurban olum, zəng eləmə daha, yaxşı?, 2.Şəxs: Hansı yola?, Niyə öldürmüsən? Gicsən sən?, l.Şəxs: Ə yaxşı da telefonu səs yazar bunun, 2.Şəxs: Ə, gicdi, dəlidie bu, ə” məzmunlu telefon danışığı aşkar edilmişdir (Cild 1, iş vərəqə 156-158); xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə diskdən görünür ki, tarix xx.xx.2024-cü il olmaqla, saatın 23:46-m göstərir. Müşahidə olunan yer açıqlıq ərazidir, hava yağmurludur. Sol küncdə daş hasar, qarşıda “Vaz - 2106” markalı avtomobil vardır. Hasarın olduğu hissədə qapının açılması, ilk olaraq orta kişi cinsli bir nəfər şəxsin qapını açaraq çıxması, onun ardınca isə, qucağında iki azyaşlı olan oğlan uşağının və bir nəfər qız uşağının çıxması görünür. Daha sonra orta yaşlı kişi cinsli şəxsin azyaşlılardan birini uşağın qucağından götürərək, onların birlikdə avtomobilin yanında düz keçib naməlum istiqamətdə hərəkətlərini davam etdirmələri müşahidə edilmişdir (Cild 1, iş vərəqə 159-160); xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında” qərardan görünür ki, həmin tarixdə mərhum Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində, onun anası X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, iş vərəqə 163-164); xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında” qərardan görünür ki, həmin tarixdə mərhum Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində, onun qardaşı X22 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, iş vərəqə 187-188); xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi tanımaq haqqında” qərardan görünür ki, həmin tarixdə “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili xx.xx.2024-cü il tarixli və 502661 nörməli etibarnamə və xx.xx.2024-cü il tarixli və ******* nömrəli order əsasında Nümayəndə2 zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 197-200); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:45 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda Zığ qəsəbəsi, vətəndaş Şahid2 ***-***-**- ** mobil telefon nömrəsindən zəng edərək oğlu Hikmətin bir nəfər şəxsi öldürdüyünü deməsi barədə məlumat vermişdir (Cild 1, iş vərəqə 210); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X29 məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qeyd edilən mərkəzdə narkoloji qeydiyyatda olmamışlar (Cild 1, iş vərəqə 212); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X29 məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qeyd edilən mərkəzdə qeydiyyatda olmamışlar (Cild 1, iş vərəqə 213); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X29 məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qeyd edilən xəstəxanada arxiv qeydiyyatında və müalicədə olmamışlar (Cild 1, iş vərəqə 214-215); xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi tanımaq haqqında” qərardan görünür ki, həmin tarixdə “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili xx.xx.2024-cü il tarixli etibarnamə, xx.xx.2024-cü il tarixli və ******* nömrəli order əsasında Nümayəndə1 zərərçəkmiş şəxsin hüquqi varisi X12 nümayəndəsi qismində tanınmışdır (Cild 1, iş vərəqə 218-223); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20" X29 924 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ əlin kəsilmiş yarası, sağ diz oynağının şişkinliyi, döş qəfəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən kəsilmiş yara, iti kənara malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, alınma müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ əlin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (Cild 1, iş vərəqə 227-229); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20" X29 122 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Kəskin xarici və daxili qanitirmə ilə müşayiət olunan mədəüstü nahiyənin sol yan səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən bir (1) ədəd, qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz edən mədə və nazik bağırsağı zədələyən bir (1) ədəd cəmi iki (2) ədəd deşilmiş-kəsilmiş yaraları; mədəüstü nahiyənin sol yan səthinin döş və qarın boşluqlarına nüfuz etməyən bir (1) ədəd, qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir (1) ədəd, qarının aşağı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir (1) ədəd cəmi üç (3) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ qulaqönü nahiyənin bir (1) ədəd, sol qalça qanadı nahiyənin bir (1) ədəd, sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir (1) ədəd, sağ saidin orta-aşağı 1/3-nin ön-bayır səthinin bir (1) ədəd, sağ əlin ovuc səthinin bir (1) ədəd, sol saidin orta 1/3-nin arxa səthinin bir (1) ədəd, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin bir (1) ədəd cəmi yeddi (7) ədəd kəsilmiş yaraları; gövdənin ön və arxa səthinin çoxsaylı səthi kəsilmiş yaraları; başın alın nahiyəsinin sol yan səthinin geniş əzilmiş-cırılmış yarası və həmin səviyyədə solda alın sümüyünün deşilməsi, başın yumşaq toxumasına və baş beyinin yumşaq qişasına qansızma, burun sümüyünün qapalı yerini dəyişən sınığı, hər iki almacıq sümüyünün qapalı yerini dəyişən sınığı, göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması və gözaltı nahiyənin səthinin əzilmiş yaraları, başın alın nahiyəsinin mərkəzi və yan səthlərinin səthi əzilmiş yaraları, üst çənədə mərkəzi dişlərin sınığı və ətraf yumşaq toxumaya qansızma, üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları. Xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl törənmişlər, qeyd olunan xəsarətlərdən başın alın nahiyəsinin sol yan səthinin geniş əzilmiş-cırılmış yarası həmin səviyyədə alın sümüyünün deşilməsi, başın yumşaq toxumasına və baş beyinin yumşaq qişasına qansızma, burun sümüyünün qapalı sınığı, hər iki almacıq sümüyünün qapalı sınığı, hər iki göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması və hər iki gözaltı nahiyənin səthi əzilmiş yaraları, başın alın nahiyəsinin mərkəzi və yan səthlərinin səthinin əzilmiş yaraları, üst çənədə mərkəzi dişlərin sınığı və ətraf yumşaq toxumaya qansızma, üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarda göstərilmiş şəraitdə taxta stulla, ayaq zərbələri və s. ilə vurulma nəticəsində törənə bilərdi. Digər xəsarətlər isə, deşici uca, kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, eləcə də qərarda göstərilmiş şəraitdə bıçağın (tiyəsinin) və qayçının (dilimlərinin) deşici ucu və kəsici kənarlarının təsirindən törənə bilər. Dərəcəsinə görə, mədəüstü nahiyənin sol yan səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən bir (1) ədəd və qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz edən mədə və nazik bağırsağı zədələyən bir (1) ədəd cəmi iki (2) ədəd deşilmiş - kəsilmiş yaraları və başın alın nahiyəsinin sol yan səthinin geniş əzilmiş-cırılmış yarası ilə müşayiət olunan solda alın sümüyünün deşilməsi hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Burun sümüyünün və hər iki almacıq sümüyünün qapalı yerini dəyişən sınıqları, üst çənədə mərkəzi dişlərin sınıqları, hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa AZ AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Mədəüstü nahiyənin sol yan səthinin döş və qarın boşluqlarına nüfuz etməyən bir (1) ədəd, qarının yuxarı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir (1) ədəd, qarının aşağı şöbəsinin sol iç səthinin qarın boşluğuna nüfuz etməyən bir (1) ədəd cəmi üç (3) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ qulaqönü nahiyənin bir (1) ədəd, sol qalça qanadı nahiyənin bir (1) ədəd, sağ dirsək oynağı nahiyəsinin bayır səthinin bir (1) ədəd, sağ saidin orta-aşağı 1/3-nin ön-bayır səthinin bir (1) ədəd, sağ əlin ovuc səthinin bir (1) ədəd, sol saidin orta 1/3-nin arxa səthinin bir (1) ədəd, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin bir (1) ədəd cəmi yeddi (7) ədəd kəsilmiş yaraları; başın yumşaq toxumasına və baş beyinin yumşaq qişasına qansızma, gözaltı nahiyənin səthi əzilmiş yaraları ilə müşayiət olunan hər iki göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmanm əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Gövdənin ön və arxa səthinin çoxsaylı səthi kəsilmiş yaraları; başın alın nahiyəsinin mərkəzi və yan səthlərinin səthi əzilmiş yaraları, üzün, gövdənin, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş vermiş kəskin qanitirmə və qanitirmə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş vermiş kəskin qanitirmə və qanitirmə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs2 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Zərərçəkmiş şəxs2 meyiti üzərində - sağ dirsək oynağı nahiyəsinin bayır səthinin, sağ saidin orta-aşağı 1/3-nin ön - bayır səthinin, sağ əlin ovuc səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin - özünü müdafiə etməyə xarakterik çoxsaylı kəsilmiş yaraları vardır. Zərərçəkmiş şəxs2 cinsiyyət üzvlərində, eləcə də arxa keçəcək dəliyində xəsarətlər müəyyən edilmədi. Arxa və ön keçəcəkdən götürülmüş tamponların məhkəmə - tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. (Əsas: məhkəmə-tibbi bioloji şöbənin 9/176 saylı aktı) Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu əmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin əmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, iş vərəqə 230-238); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20" X29 123 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan sifətin sol yan səthinin dörd ədəd deşilmiş-kəsilmiş yaraları; Solda xarici və daxili yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyunun arxa-sol yan səthinin üç ədəd deşilmiş-kəsilmiş yaraları; Boyunun arxa səthinin üç ədəd deşilmiş-kəsilmiş yaraları; Ağciyərin zədələnməsi ilə müşayiət olunan sol arxa qoltuqaltı xətt üzərindən döş boşluğuna nüfuz edən bir ədəd, ağciyərin zədələnməsi ilə müşayiət olunan sağ kürəkaltı nahiyədən döş boşluğuna nüfuz edən bir ədəd, belin sol bayır səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən sol böyrəyi zədələyən bir ədəd, belin sağ iç səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları; Belin sol iç səthinin daxilə nüfuz etməyən üç ədəd və belin sağ bayır səthinin daxilə nüfuz etməyən bir ədəd (Cəmi on səkkiz ədəd) deşilmiş-kəsilmiş yaraları. Sol əlin baş barmağının və sol əlin ovuc səthinin kəsilmiş yaraları. Başın yumşaq toxumasının daxili səthinin qansızması ilə müşayiət olunan baş beyinin yumşaq qişasının ocaqlı qansızması, sol V qabırğanın qapalı xətti sınığı kimi xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla yetirilə bilər. Kəsilmiş yaralar isə, kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər. Mərhumun bədəni üzərində olan xəsarətlərdən başın yumşaq toxumasının daxili səthinin qansızması ilə müşayiət olunan baş beyinin yumşaq qişasının ocaqlı qansızması və sol V qabırğanın qapalı xətti sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə, solda xarici və daxili yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyunun arxa-sol yan səthinin üç ədəd deşilmiş-kəsilmiş yaraları, ağciyərin zədələnməsi ilə müşayiət olunan sol arxa qoltuqaltı xətt üzərindən döş boşluğuna nüfuz edən bir ədəd, ağciyərin zədələnməsi ilə müşayiət olunan sağ kürəkaltı nahiyədən döş boşluğuna nüfuz edən bir ədəd, belin sol bayır səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən sol böyrəyi zədələyən bir ədəd və belin sağ iç səthinin peritonarxası sahədən qarın boşluğuna nüfuz edən bir ədəd (cəmi yeddi ədəd) deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Sifətin sol yan səthinin dörd ədəd, boyunun arxa səthinin üç ədəd, belin sol iç səthinin daxilə nüfuz etməyən üç ədəd, belin sağ bayır səthinin daxilə nüfuz etməyən bir ədəd cəmi (on bir ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin baş barmağının və sol əlin ovuc səthinin kəsilmiş yaraları və başın yumşaq toxumasının daxili səthinin qansızması ilə müşayiət olunan baş beyinin yumşaq qişasının ocaqlı qansızması, sol V qabırğanın qapalı xətti sınığı canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 ölümünə səbəb yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər fonunda baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-6 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Mərhumun bədəni üzərində olan deşilmiş-kəsilmiş yaralar əksərən boyunun və gövdənin arxa səthindədir, qeyd edilən deşilmiş-kəsilmiş yaralarda olan yara kanalının istiqamətini də nəzərə alsaq mərhum yuxarıda qeyd edilən xəsarətləri qərarda göstərilən şəraitdə üzü üstə divanda uzanmış vəziyyətdə ala bilərdi. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu töprəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, iş vərəqə 239-245); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20" X29 834 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ) Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A beta/H/ (İİ) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyət vəsiqəsinin kserosurətinə əsasən) - Ekspertizaya təqdim edilmiş çubuqlu pambıq topası № 1,2,4, 01 ədəd kosmetik çubuqlu pambıq tampon, yastıq üzü, ədyalın İ və İİ hissələri, Zərərçəkmiş şəxs1 məxsus kofta, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar və təqdim olunmuş 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” və antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə, həmçinin Oalfa, beta (İ) qruplu, Zərərçəkmiş şəxs2 qarışıq qanının olması da inkar olunmur. Təqdim edilmiş çubuqlu pambıq topası №3, pərdə, stul üzlüyü, Zərərçəkmiş şəxs2 məxsus kofta, şalvar, büstqalter və təqdim olunmuş qayçı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tətbiq edildikdə yalnız "H" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər (Cild 1, iş vərəqə 247-255); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20" X29 580 nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sol yarısında 04 (dörd) ədəd və arxa səthinin sağ yarısında 04 (dörd) ədəd (cəmi 08 (səkkiz) ədəd) cırılma sahələri ilə müşayiət olunan deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, küpü və ucu küt olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, ucu sınmış vəziyyətdə olan bıçağın tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 03 (üç) ədəd), büstqalterin arxa səthinin orta nahiyəsində 01 (bir) ədəd və şalvarın arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd; Təqsirləndirilən şəxs məxsus köynəyin orta nahiyəsinin aşağı hissəsində 01 (bir) ədəd və orta hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, boyunluğunun arxa səthində 01 (bir) ədəd, sol qolunun arxa səthində 01 (bir) ədəd və sağ qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 06 (altı) ədəd) kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik hər hansı kəsici alətin (alətlərin) təsirindən əmələ gəlməyə xarakterikdirlər və ola bilsin, qayçı dilimlərinin iti kənarlarının təsirindən əmələ gəlmişdilər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd və arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş zədələr vardır. Bu zədələr iti uca malik olan əşyanın (əşyaların/alətin (alətlərin)) təsirindən törətməyə xarakterikdirlər, ola bilsin ki, hər hansı bıçağın (bıçaqların) tiyəsinin iti ucunun təsirindən törənmişdirlər. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq kəskin deformasiyaya uğradığı, yəni tiyəsinin ucu en kəsiyi üzrə sındığı və küt olduğu, eləcə də, təqdim edilmiş qayçı kəskin deformasiyaya uğradığı, yəni dilimlərinin ucları en kəsiyi üzrə sındığı və küt olduğu üçün həmin bıçaq və qayçı ilə ekspertizaya təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs2, mərhum Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları və yataq üzlüyü fraqmentlərinin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş, deşilmiş və kənarı kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın; həmçinin mərhum Zərərçəkmiş şəxs2 məxsus köynəyin üzərində aşkar edilmiş kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş qayçının təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək qeyrimümkündür. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli səyahət bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş qayçı zavod üsulu ilə hazırlanmışdır, məişət- təsərrüfat təyinatlıdır və soyuq silah hesab olunmur. Ekspertizya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs2 məxsus şalvar və köynəyin; mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin; Təqsirləndirilən şəxs məxsus şalvar və köynəyin; həmçinin yastıq üzlüyü və şərti 1 №-li yataq üzlüyü fraqmentinin üzərində aşkar edilmiş qan ləkələri toxuma qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonra isə, fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Tədqiqata təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs2 məxsus büstqalterin, şərti 2 №-li yataq üzlüyü fraqmentinin və stul üzlüyünün üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəzi ləkələr bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir, bəzi qan ləkələri isə, qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonra isə, fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Tədqiqata təqdim olunmuş pərdənin üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlirlər, bəzi (geniş yayılmış) qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə, fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur, bəziləri isə, qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Təqdim olunmuş bıçağın və qayçının üzərində aşkar olunmuş qan ləkələri isə, qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidir (Cild 2, iş vərəqə 2-16); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi" X29 Ambulator X3 7814 nörməli ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobionidlərdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqə 18-19); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X29 X15 Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının 3588 nörməli ekspertiza rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi bəzi qısqanclıq fikirlərinin sayıqlama mənşəli olmasına müəyyən şübhələr vardır. Cinayətin motivləri həmin fikirlər üzərində qurulduğundan və yoxlanılan şəxsin davranışını müəyyən etdiyindən qeyd olunan qısqanclıq fikirlərinin daha dərindən təhlili, onların patoloji zəmində olub-olmadığınm araşdırılması xüsusi əhəmiyyətli kəsb edir. Bunun üçün stasionar şəraitdə daha uzunmüddətli və əsaslı müayinə tələb olunur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspert qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (Cild 2, iş vərəqə 20-23); xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında” Suraxanı rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən təqdim edilmiş 01 (bir) ədəd diskə baxış keçirilən zaman Antena adlı fayla baxış zamanı ***-***-**-** saylı telefon nömrəsinin əhatə dairəsinin xx.xx.2024-cü il tarixdə saat 20:51-də Hövsan qəsəbəsi ərazisində qeydə alınmışdır (Cild 2, iş vərəqə 25); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 2, iş vərəqə 60); xx.xx.2025-ci il tarixli Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əkbərov X17 rayon, Hökməli qəsəbəsi, İ. Qayıbov küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla aşağıda adları göstərilən ailə üzvləri ilə birlikdə yaşayır, ailə üzvləri anası xx.xx.1960-cı il təvəllüdlü Şahid2, həyat yoldaşı - xx.xx.2024-cü il təvəllüdlü (vəfat edib) Zərərçəkmiş şəxs2, oğlu – xx.xx.2013-cü il təvəllüdlü Şahid1, qızı – xx.xx.2017-ci il təvəllüdlü X24, oğlu – xx.xx.2021-ci il təvəllüdlü X25, oğlu – xx.xx.2023-cü il təvəllüdlü X5 ibarətdir (Cild 2, iş vərəqə 74); Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə istər şifahi, istərsə də, yazılı surətdə şikayət daxil olmamışdır (Cild 2, iş vərəqə 76); xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X29 X16 Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının 23 nörməli ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «qarışıq tipli şəxsiyyət pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F61.0) müəyyən edilir. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında bir qədər narazılıq ifadəsinin müşahidə olunması, müayinə zamanı özünü təkəbbürlü aparması, sorğu-sual gedişatında bəzən bir qədər affektiv qeyri- sabitliyi və nisbətən əsəbiliyinin özünü büruzə verməsi, hadisələrin mahiyyətini açıqlayarkən səmimi olmaması, təqdim olunmuş sənədlərdə olandan fərqli məlumatlar verməyə çalışması, sorğu-sual gedişatım yönlərldirməyə çalışması, özünü maraqlandıran mövzulardan danışmağa səy göstərməsi, yalan danışmağa və özünə haqq qazandırmaq üçün müxtəlif zidd fikirlər söyləməyə meylli olması, eqosentrizm əlamətlərinin müşahidə olunması, Özü və baş vermiş hadisə haqqında fərqli informasiyalar verməyə meyl edərək davranışında nümayişkaranəlik müşahidə olunması, şikayət etməyə, narazılıqlar bildirməyə meylli olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsi işində olan istiqamətləndirmə vərəqində onun istintaq təcridxanasında xəsarət yetirməyə meylli olduğu qeyd olunsa da, ümumən davranışını şəraitə uyğun olaraq tənzimləyə bildiyi, hərəkətlərinin mahiyyətini dərk etdiyi qeyd olunur. Həmin cəhdləri istintaq gedişinə etiraz olaraq məqsədli şəkildə etdiyi aşkar olunur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərindən yaddaş, diqqət, qavrama və intellektində normadan kənaraçıxma hallarına təsadüf olunmadı. Proqnozlaşdırma qabiliyyətinin normaya uyğun olması, təfəkkürünün bir qədər torpidliyi müəyyən olunur. Əhval-ruhiyyəsində dəyişkənlik, qıcığa qarşı həssas olması, davranışında nümayişkarlıq elementləri müşahidə edilir. Hövsələsizlik, şühbəlilik, öz fikirlərini üstün tutmaq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Qarışıq tipli şəxsiyyət pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edildiyindən onun barəsində məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur, hal- hazırda da Qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkir, halhazırda Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, şühbəlilik, öz fikirlərini üstün tutmaq, nümayişkaranəlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, cinayət əməlini törədən zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (cild 2, iş vərəqə 90-99); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsindən həmin Məcəllənin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinə tövsif edilməsi qərara alınmış, xx.xx.2024-cü il tarixdə AR CM-nin 120.2.7-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək əlavə edilməklə ona həmin Məcəllənin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ittiham elan edilmiş, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Redmi” markalı mobil telefon 01 ədəd qayçı, 01 ədəd bıçaq, 01 ədəd stul, 01 ədəd yastıq üzü, bir ədəd stul üzlüyü, 01 ədəd ədyal (ədyal iki hissəyə bölünərək), 01 ədəd pərdə, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan tünd göy rəngli qısaqol köynək, şalvar və döşlük, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi 01 ədəd “Xiaomi Poco” markalı mobil telefon və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş qara rəngli qısaqol köynək və qara rəngli şalvar maddi sübut kimi tanınmaqla Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir (cild 1, iş vərəqə 101-136); Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 12 nömrəli Sərəncamından görünür ki, Şahid2 nəvələri xx.xx.2013-cü il təvəllüdlü Şahid1, xx.xx.2017ci il təvəllüdlü X13, xx.xx.2021-ci il təvəllüdlü X14, xx.xx.2023-cü il təvəllüdlü X7 qəyyum təyin edilmişdir . Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinin dispozisiyasına görə, həmin əməlləri törətmiş şəxs on dörd ildən iyirmi ilədək müddətə müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 4-cü bəndində əsasən, 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Plenum qərarının 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Plenum qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Həmin Plenum qərarının 11-ci bəndinə əsasən təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun. Həmin Plenum qərarının 13-cü bəndinə CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrə məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki nəfər şəxsi qəsdən öldürmüş, yəni iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs mərhum arvadı Zərərçəkmiş şəxs2 uşaqlarının gözü qarşısında öldürməməsi barədə dedikləri işin faktiki hallarına uyğun deyil və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə hesab edir ki, onun bu cür ifadə verməsi özünümüdafiə xarakteri daşıyır. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə kollegiya qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM): 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 15.5-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəzanın həbsxanada çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-387/2024 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb, habelə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 09 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Suraxanı Rayon Prokurorluğunun saxlanc otağında saxlanılan hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, 01 ədəd qayçı, 01 ədəd bıçaq, 01 ədəd stul, 01 ədəd yastıq üzü, bir ədəd stul üzlüyü, 01 ədəd ədyal (ədyal iki hissəyə bölünərək), 01 ədəd pərdə, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan tünd göy rəngli qısaqol köynək, şalvar və döşlük, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan göy rəngli qısaqol köynək və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş qara rəngli qısaqol köynək və qara rəngli şalvar iş üzrə hökm qanuni qüvvəsini aldıqdan məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi 01 ədəd “Xiaomi Poco” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Redmi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü Şahid1, xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2021-ci il təvəllüdlü X14, xx.xx.2023-cü il təvəllüdlü X7 nənələri Şahid2 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 12 nömrəli Sərəncamına əsasən qəyyum təyin edilməsi və uşaqların hazırda sonuncunun yanında yaşamaları nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 09 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub Suraxanı Rayon Prokurorluğunun saxlanc otağında saxlanılan və iş üzrə hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, 01 ədəd qayçı, 01 ədəd bıçaq, 01 ədəd stul, 01 ədəd yastıq üzü, bir ədəd stul üzlüyü, 01 ədəd ədyal (ədyal iki hissəyə bölünərək), 01 ədəd pərdə, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan tünd göy rəngli qısaqol köynək, şalvar və döşlük, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı götürülmüş, hadisə vaxtı əynində olan göy rəngli qısaqol köynək və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş qara rəngli qısaqol köynək və qara rəngli şalvar iş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi 01 ədəd “Xiaomi Poco” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Redmi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, məhkəmə məsrəflərinin və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar