Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1176/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şahidlər Şahid6 və Şahid2 nümayəndəsi Nümayəndə, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qaz İxrac İdarəsinin X23 Kəmərləri Sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, Saatlı rayonu, Mətləb Kərimov küçəsi, ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Dövlət Neft Şirkəti, “Azəriqaz” İB, X23 Kəmərləri Sahəsinin rəisinin 51-K nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə X23 Kəmərləri Sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında qardaşı oğlu Şahid2 iş tapmasına köməklik göstərməsi ilə bağlı cinayətdən xəbərsiz tanışı Şahid11 özünə müraciətinə əsasən sonunculara guya özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işləməklə şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid2 həmin şirkətə işə düzəldə biləcəyini bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsini təmin etməsinə və audit şöbəsində işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsinda yerləşən adı istintaqa məlum olmayan kafedə Şahid2 aldatmaqla deyərək, sonuncunun razılığını almaqla sövdələşib, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid2 tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsinda yerləşən adı istintaqa məlum olmayan kafedə Şahid11, Şahid6, Şahid7 və Şahid2un iştirakı ilə görüşüb, Şahid2 guya 2 ay sonra işə çıxacağını bildirməklə birbaşa yolla cinayətdən xəbərsiz Şahid11 vasitəsilə sənədləri və 15.000 manat pul vəsaitini aldıqdan sonra, 2021-ci ilin iyun ayında Şahid2 ilə yenidən əlaqə saxlayaraq sonuncuya guya həmin şirkətdə təchizat şöbəsinin müdiri vəzifəsinin vakant olduğunu yalandan bildirməklə əlavə olaraq 5.500 manat pul vəsaitini də eyni niyyətlə vəzifəli şəxsə rüşvət qismində özü vasitəsilə verilməsi üçün ona verəcəyi təqdirdə onu həmin vəzifəyə təyin etdirəcəyini yalandan vəd edərək, həmin niyyətlə ünvan 1 ünvanında yerləşən “Happy” marketin qarşısında Şahid11, Şahid6, Şahid7 və Şahid2un iştirakı ilə görüş zamanı şəxsən cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid2 məxsus 5.500 manat pul vəsaitini vahid niyyətlə almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus cəmi 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 xalası oğlu Şahid3 da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərilməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid3 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və sürücü vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 3.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyərək, sonuncu vasitəsilə Şahid3 razılığını almaqla sövdələşib, həmin adla 2021-ci ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 22b ünvanında yerləşən “Nargilə” kafesində Şahid11, Şahid7 və Şahid3 iştirakı ilə görüşdükdə Şahid3 2021-ci ilin sentyabr ayında işə çıxacağını yalandan bildirməklə cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid3 məxsus 3.000 manat pul vəsaitini, eyni niyyətlə, 2021-ci ilin avqust ayında Şahid3 ilə yenidən əlaqə saxlayaraq imtahanda iştirak etmək üçün verilməsi nəzərdə tutulmuş ümumi məbləğdən qalıq qalan 500 manat pul vəsaitinin də verilməsinin vacibliyini bildirməklə cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid3 məxsus 500 manat pul vəsaitini 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 bibisi nəvəsi Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid1 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və qaz ixrac idarəsinə operator vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyib, sonuncu vasitəsilə Şahid1 razılığını almaqla sövdələşərək, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid1 məxsus tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolunda yerləşən “Kanal” marketin qarşısında Şahid11, Şahid1 və Şahid8 iştirakı ilə sonuncuya məxsus “Mercedes Benz C” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində görüşərək, Şahid1 2021-ci ilin sentyabr ayında işə çıxacağını yalandan bildirməklə şəxsən sonuncudan işə qəbul üzrə özü barəsində məlumat sənədi (“CV”), tərcümeyi hal, diplomunun surətini və 4.500 manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 qonşusu Şahid4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid4 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və informasiya texnologiyaları üzrə mühəndis vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 5.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyib, sonuncu vasitəsilə Şahid4 razılığını almaqla sövdələşərək, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid4 məxsus tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65/2 ünvanında yerləşən “Sevinc” kafesində Şahid11 və Şahid4 iştirakı ilə görüşüb, Şahid4 2021-ci ilin sentyabr ayında işə çıxacağını aldatmaqla bildirərək şəxsən sonuncudan işə qəbul üzrə özü barəsində məlumat sənədi (“CV”), tərcümeyi hal, diplomun surətini və 5.500 manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid4 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Socar şirkətində X23 kəmərləri sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləmiş, həmin iş yerindən ərizəsi əsasında çıxmışdır. O, Şahid7 ortaq tanışları Hakim Babayevin vasitəsilə 2021-ci ilin aprel-may aylarından etibarən tanımışdır. Cavanşirin əvvəllər dənizçi olmasını demişlər. Cavanşir uzun müddət bu sahədə işləmişdir. Cavanşirlə dostluq münasibətləri yaranmış və sonuncu görüşlərn birində ona tanışı Namiqin qardaşı oğlunun iş axtarması barədə məlumat vermişdir. Cavanşirin bildirdiyinə görə Namiqin qardaşı oğlu Zamik əvvəllər bankda işləmiş, lakin işdən çıxmışdır. Bir neçə gün sonra Cavanşir onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş və onu Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən kafeyə dəvət etmişdir. Cavanşir kafeyə Şahid11la birlikdə gəlmişdir. O, Namiqə mövcud vakansiyalar barədə maraqlanıb məlumat verə biləcəyini bildirmiş. O, daha sonra iş yoldaşlarından maraqlanaraq audit şöbəsində vakant yer olduğunu öyrənmişdir. Bir neçə gün sonra Şahid11la əlaqə yaradaraq yenə həmin kafedə görüşmüşdür. O, Namiqə “Socar”-da audit şöbəsində boş vakansiya olduğunu və əgər qardaşı oğlu istəyərsə həmin işə düzəlməsinə köməklik edə biləcəyini, razılıq olacağı təqdirdə tərcümeyi hal və “CV” təqdim edilməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Namiq onunla əlaqə saxlayaraq Xətai rayonunda yerləşən “Nargilə” kafesində görüşməyi təklif etmiş və həmin kafedə Namiqlə ikisi görüşmüşlər. Görüş zamanı Namiq həmin işdən ötrü qardaşı oğlundan 15.000 manat pul alacağını, həmin puldan ona 2.000 manat pul verməyini xahiş etmişdir. O, Namiqdən hansı səbəbdən həmin 2.000 manat məbləğində pulu ona qaytarmalı olduğunu soruşduqda, Namiq borcları ilə əlaqədar olaraq maddi cəhətdən çətinlik çəkdiyini və buna görə pula ehtiyacı olduğunu bildirmişdir. Həmçinin Namiqə hələ ki, heç bir məbləğ tələb etmədiyi halda, niyə məhz 15.000 manat pul istədiyini soruşmuşdur. Namiq ona onsuz da axırda iş üçün pul verilməli olduğunu, ona görə öz borcunu da bağlamaq üçün bəribaşdan pulu almaq qərarına gəldiyini demişdir. Həmin görüşdə yalnız ikisi olmuşdur. Cavanşirin baş verənlərdən xəbəri olmamışdır. 2021-ci ilin may ayının ortalarında Cavanşir ona zəng edərək Namiqin qardaşı oğlu ilə Zamiqlə birlikdə olduğunu, işlə bağlı söhbət etmək istədiklərini bildirmişdir. Bundan sonra Cavanşir və Zamiqlə Nərimanov rayonu “Montin” adlanan ərazidə “Bazarstore” marketin yaxınlığında yerləşən kafedə görüşüb danışmışlar. Söhbət zamanı Namiq özü qardaşı oğluna audit şöbəsinə işə düzəlmək üçün 15.000 manat pul verilməli olduğunu bildirmişdir. Zamiq isə fikirləşmək üçün vaxt istəmişdir. Bir neçə gündən sonra yenə həmin yerdə, bu dəfə Namiq, Zamik , Zamikin atası Aydın və Cavanşirın da iştirakı ilə 5 nəfər görüşmüşlər. Aydın özü ilə gətirdiyi pulu Namiqə vermişdir. O, Zamikə müvafiq sənədləri Socara təqdim etməsini, imtahan olan kimi Zamiqin də imtahandan keçəcəyini və nəticədə işə qəbul olunacağını demişdir. O, Zamiqin işə qəbul olması ilə əlaqədar heç kimlə heç bir sövdələşməyə getməmişdir. Fikirləşmişdir ki, ümumi qaydada imtahan verib qəbul olar. Onların söhbəti yekunlaşdıqdan sonra Namiqlə kənara çəkilmişlər və Namiq ona 13.000 manat pul vermişdir. O, Zamiqin sənədlərini “Socar” şirkətinin Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən insan resursları idarəsində sənəd qəbulu olan bölməsinə təqdim etmişdir. Bu zaman ona audit şöbəsinin müdiri vəzifəsinin də vakant olduğu məlum olmuşdur. 2021-ci ilin iyun ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə Namiqlə söhbət zamanı audit şöbəsinin müdiri vəzifəsinin də vakant olması barədə məlumat vermişdir. O, Zamiqin sənədlərini təqdim edərkən həmin vəzifəyə qəbul üçün təqdim edərək, uyğun olarsa elə həmin vəzifəyə təyin oluna biləcəyini düşünmüşdür. Namiq isə qardaşından əlavə olaraq 5.500 manat da pul alacağını, ancaq 3.000 manatı özünə götürəcəyini demişdir. O, bunun səbəbini soruşduqda Namiq maddi sıxıntıları səbəbindən bu pula ehtiyacı olduğunu demişdir. Bu səbəbdən məcbur qalıb Namiqlə razılaşmışdır. Əlavə pul almaq məqsədilə Nizami rayon Keşlə qəsəbəsində keçmiş ət kombinatının yaxınlığındakı bir kafedə o, Namiq, Namiqin qardaşı Aydın görüşmüşlər. Həmin vaxt Aydın Namiqin vasitəsi ilə ona əlavə olaraq 5.500 manat pulu vermişdir. Bu görüşdən sonra isə həmin pulun 3.000 manatını əvvəlcədən razılaşdıqları kimi Namiqə qaytarmışdır. Namiqin qardaşı Aydının verdiyi pullardan ümumilikdə 15.000 manat olan hissəsi ona çatmışdır. Bir müddət sonra o, xəstələnmiş, stasionar müalicəyə düşmüş, pulu olmadığı üçün Namiqin ona verdiyi pulu müalicəsinə sərf etmişdir. xx.xx.2021-ci il tarixdə o, Namiq, Zamik, Aydın və Cavanşir yenidən görüşmüşlər. Zamiq işi düzəlmədiyi üçün pulunu geri istəmiş, o isə xx.xx.2021-ci il tarixdə imtahan olacağını və Zamiqin əmri veriləcəyini söz vermiş, Zamiq isə heç bir iş istəmədiyini, pulu təcili qaytarılmasını tələb etmişdir. O, Namiqdən götürdüyü 15.000 manatı verəcəyini və pulun qalan hissəsini də onun düzəldib qaytarmalı olduğunu demişdir. Bu zaman Zamiq və atası çox üstünə gəldiklərindən məcbur qalıb lazım olsa daha artıq, yəni 30.000 manat pul qaytaracağını bildirmiş və öz xətti ilə qəbz yazıb həmin şəxslərdən pul aldığını təsdiq etmişdir. Zamiq də bunu videoya çəkmişdir. xx.xx.2021-ci il tarixdə axşam evdə olarkən qapının döyüldüyünü eşidib çıxan zaman Namiqin arvadı və yeznəsi Anarla və yanlarında balaca uşağın gəldiyini görmüşdür. Həmin şəxslər təkidlə pulları qaytarmağını deyirdilər. Yalandan guya pulları işlərin düzəlməsi üçün yuxarı vəzifəli şəxslərə verdiyini deyərək əvvəldən danışdıqları kimi noyabr ayının 10-na qədər vaxt vermələrini demişdir. Ancaq Namiqgil çox təkidlə pulları tələb etmiş, yeznəsi Anarın avtomobilinin girov müddəti başa çatdığı üçün təcili pul ödənməli olduğunu bildirmişlər. Həmin şəxslər ona çox təzyiq göstərdiklərindən oğluna zəng etmiş, oğlu ora gələrək Namiqgilə əsəbləşərək hərəkətlərində DİN-nin 102 xidmətinə zəng edəcəyinə bildirmiş, onların evə gəlib pul tələb etmələrini qanunsuz hərəkət olduğunu bildirmişdir. Lakin, o və Namiqgil oğluna bu hərəkəti etməyi imkan verməmişlər, Namiqgil evdən çıxıb getmiş, bundan sonra oğlu da çıxıb getmişdir.Bundan bir neçə dəqiqı sonra Namiq və yeznəsi yenidən evə gələrək təkidlə pullarını tələb etmişlər . Bundan sonra birgə yaşadığı Şahid9 məcbur qalıb özünə məxsus torba içərisində olan qızılları Namiqə vermişdir. O, Namiqə qızılların dəyərinin ona verməli olduğu məbləğdən çox olduğunu, ona görə səbirli olmasını, səhər qızılları sataraq pulu verəcəyini demişdir. Lakin, Namiq qızılları özü satıb Zamiqə aid olan hissəsini ödədikdən sonra qalan hissəsini qaytaracağını bildirmişdir. Qızılların təxmini dəyəri 45.000 manat olardı. O, növbəti gün müalicə olunmaq üçün Leyla ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Bir müddət sonra Cavanşir zəng edib polisdə Zamiqlə birlikdə olduğunu və müstəntiqin onunla danışmaq istədiyini bildirmişdir. O, müstəntiqlə danışmış və tezliklə Bakıya qayıdaraq polisə gələcəyini bildirmişdir. Şahid3 epizodu üzrə onu bildirir ki, 2021-ci ilin iyul ayında görüşlərin birində Şahid11 söhbət zamanı xalası oğlu Şahid3 işsiz olduğunu, onu sürücü kimi “SOCAR”-a düzəltməyə köməklik etməsini xahiş etmiş bunun üçün Natiqdən 3000 manat alacığını lakin, həmin puldan 2500 manat ona verəcəyini, 500 manat isə özünə götürəcəyini demişdir. O, iş yoldaşlarından maraqlandıqda sürücü kimi vakant yerlər olduğunu eşitmiş və 2021-ci ilin iyul ayında Xətai rayonunda yerləşən “Nargilə” kafesində Namiq və Cavanşirlə görüşmüş, birazdan həmin kafeyə Şahid3 də gələrək cibindən 3.000 manat pulu çıxarıb masaya qoymuş, Namiq də pulu götürüb ona vermişdir. O, uzağı 2 aya işin düzələcəyini vəd edərək oradan aralanmışdır. Namiqlə sonra görüşərək Natiqin verdiyi puldan 500 manat pulu Namiqə vermişdir. Bu işlə əlaqədar Natiqdən heç bir sənəd almamışdır. Sonradan ona məlum olmuşdur ki, Namiq təxminən 1 ay sonra zəng edərək onun adından istifadə etməklə Natiqdən imtahanda iştirak etmək üçün mütləq şəkildə 500 manat daha istəmiş və almışdır. Ancaq onun bu barədə məlumatı olmamışdır. Həmin pulu Natiq elə Namiqin özünə vermişdir. Bir müddət sonra isə Natiq işdən imtina etdiyini bildirərək pulunu geri tələb etmişdir. O, Natiqə gözləməsini bildirsə də, Natiq artıq gözləmək istəmədiyini demişdir. O, özünə çatan 2.500 manat pulu Namiqə qaytarmışdır ki, o da həmin pulu Natiqə versin. Natiq özünə götürün qalan hissəni də düzəldib Natiqə verməli idi. Lakin, Namiq onun ona verdiyi 2500 manatdan Natiqə cəmi 1.000 manat vermişdir.Qalan pulu Namiq özünə götürmüşdür. Şahid8 epizodu üzrə göstərir ki, 2021-ci ilin iyul ayında Namiq yenidən ona müraciət edərək qohumu Şahid8 oğlunun da işə düzəlməsi barədə köməklik etməyini xahiş etmişdir. O, iş yerindən maraqlandıqda elə öz işlədiyi idarədə operator ştatı olduğunu eşitmişdir. Bu barədə Namiqə məlumat vermiş və Namiq bir neçə gün sonra onunla əlaqə saxlayaraq qohumundan 4.500 manat pul alacağını, həmin puldan 1.500 manatı özünə götürəcəyini bildirmişdir. O da Namiqlə razılaşmışdır. Ramizlə onun yaşadığı Maştağa qəsəbəsində görüşmüşlər. Orada avtomobilin salonunda Ramiz ona həm sənədləri, həm də 4.500 manat pulu vermişdir. Növbəti gün Namiqlə görüşmüş və 1.500 manatı Namiqə vermişdir. O Şahid8 oğlunun hər hansı bir işə düzəldilməsi üçün heç bir tədbir görməmiş, ona verilmiş pulu isə müalicəsi üçün xərcləmişdir. Şahid4 epizodu üzrə onu göstərir ki, 2021-ci ilin iyul ayının sonlarında Şahid11 qonşusu Şahid4 özünə iş axtardığını, əgər mümkündürsə bu işə köməklik etməsini xahiş etmişdir. Şahid11 Bəynurun Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil aldığını bildirdiyi üçün o, Bəynura “Socar” şirkətində informasiya texnologiyalar üzrə mühəndis kimi işə qəbul edilməsinə köməklik edə biləcəyini demişdir. Namiq ona Şahid4 5.500 manat pul alacağını, bu puldan özünə 1.000 manat götürəcəyini demişdir. 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Sevinc” kafesində Şahid11 və Şahid4lə görüşmüş, orada Bəynur Namiqə 5500 manat pul vermiş, Namiq isə həmin pulu ona təqdim etmişdir. Sonra həmin puldan 1000 manat pulu Namiqə vermişdir. Ona çatan 4500 manat pulu öz ehtiyyaclarına xərcləmişdir. Bütün şəxslərdən pulu birbaşa Namiq alaraq ona vermiş, verdiyi pullardan hər dəfə müəyyən hissəsini özünə götürmüşdür. Artıq Namiq vəfat etdiyi üçün onun bu sözlərini heç kəs təsdiqləyə bilməz.Yoldaşının verdiyi qızıllarla bağlı heç yerə müraciət etməmiş, qızılları geri tələb etməmişdir.Etdiyi əməllərdən peşmandır.Bu ayın sonuna qədər həmin məbləğləri sahiblərinə qaytaracağına söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum əmisi Şahid11 vasitəsi ilə tanımışdır. Belə ki, o, ali təhsillidir və Azərbaycan Kooperasiya Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdir. 9 ilə yaxın "xxxx" ASC-də işləmiş və 2006-cı ildən isə şəxsi səbəblərdən işdən çıxmışdır. İş axtardığı üçün atası Aydın əmisı Namiqdən kömək etməsini xahiş etmişdir. Əmisi Namiqin əlaqələri geniş olduğu üçün sonuncu kömək edəcəyini bildirmişdir. 2021-ci ilin may ayının ortalarında əmisinin tanışı Cavanşir zəng edərək hal-hazırda “Socar” şirkətində boş iş yerinin olduğunu bildirmiş və bununla əlaqədar görüşməyi təklif etmişdir. Bundan sonra Cavanşirlə Nərimanov rayonu “Montin” adlanan ərazidə “Bazarstore” marketin yaxınlığında yerləşən kafedə görüşmüş, sonuncu bildirmişdir ki, bu işi “Socar” şirkətinin əməkdaşı İlyas adlı şəxs həll edəcək, o isə vasitəçidir. Cavanşir ona audit şöbəsində hansısa vəzifəyə təyin ediləcəyini və 2500-3000 manat arası əmək haqqı olacağını demişdir. Bundan sonra Cavanşir İlyas adlı şəxsə zəng edib kafeyə çağırmışdır. Tez bir zamanda hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs kafeyə gəlmiş, “Socar” şirkətinin əməkdaşı olmasını təsdiq etmişdir. Cavanşir İlyasa bildirmişdir ki, Namiq ona köməlik edilməsini tapşırmışdır. İlyas bu zaman audit şöbəsinə işə düzəlmək üçün 15.000 manat pul verilməli olduğunu bildirmişdir. O, isə məsləhətləşmək üçün evə gəlib bütün bu baş verənləri atasına danışmış və əmisi Namiqlə məsləhətləşmişdir. Əmisi Namiq deyilən pulu verməli olduğunu, hətta Cavanşirə də vasitəçilik etdiyi üçün 2.000 manat pul verməli olduqlarını bildirmişdir. Atası ilə məsləhətləşib bu işin düzəlməsinə razılıq verməyə qərara gəlmişlər. Borc-xərc 16.000 manat pul düzəldib atası və əmisi ilə birlikdə 2021-ci ilin may ayında Nərimanov rayonu “Montin” adlanan ərazidə “Bazarstore” marketin yaxınlığında yerləşən kafedə İlyas və Cavanşirlə görüşmüşlər. Onlar bir masanın ətrafında oturmuşlar. Atası 50 və 100-lük əskinazlarla qarışıq ümumilikdə 15.000 manat məbləğində pulu çıxarıb Namiqə vermiş, Namiq isə onun gözü qarşısında həmin pulu Cavanşirə vermiş, Cavanşir də elə onların yanında həmin pulu İlyasa vermişdir. Atası qardaşına pulun verilməsi faktını notariatda təsdiq etməsini bildirsə də, Namiq Cavanşirin sınanmış və etibarlı adam olması səbəbindən buna ehtiyac olmadığını bildirmişdir. İlyas pulu götürüb gedəndən sonra 1000 manatı da Namiqə vermişlər. Namiq isə həmin 1000 manat pulu Cavanşirə vermişdir. Atası Cavanşirə çatmalı olan digər 1000 manatı isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə o, onu 2 ay müddətində "Socar” şirkətinə işə düzəltməli idi. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək demişdir ki, təhcizat şöbəsində müdir vəzifəsinin yeri boşdur və əgər əlavə olaraq 5.500 manat verə bilsə həmin vəzifəyə təyin oluna bilər. 5.500 manat pulu borc alaraq Namiqlə məsləhətləşdikdən sonra Nizami rayon Keşlə qəsəbəsi “Happy” marketin yanında atası, əmisi, Cavanşir və İlyasla görüşərək Namiqin vasitəsi ilə İlyasa əlavə olaraq 5.500 manat pulu vermişlər. Yəni pul Namiqə verilmiş, Namiq Cavanşirə vermiş, Cavanşir isə İlyasa vermişdir. Onlar qeyd edilən şəxsləri tanımamışlar. Əmisi Namiq bu işlərin həll olunmasına məsuliyyəti üzərinə götürmüşdür. Ona görə də pulu yalnız Namiqə vermişlər. Onlar bundan sonra uzun bir müddət gözləmiş, tez-tez də Namiqlə danışmışlar. Təxminən 3 dəfə Təqsirləndirilən şəxs dəvəti ilə Socarın inzibati binasının qarşısına gəlmişdir ki, İlyasın deməsinə görə onu hansısa vəzifəli şəxs qəbul etməli idi. Lakin saatlarla gözləməsinə baxmayaraq onu heç kəs qəbul etməmişdir. O zaman anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldadır, onu heç bir işə düzəltmək fikri yoxdur. Pulunu geri tələb etmək üçün xx.xx.2021-ci il tarixdə o, Cavanşir, Namiq və atası Təqsirləndirilən şəxsla görüşmüşlər. İlyas həmin gün söz verərək xx.xx.2021-ci il tarixdə əmrinin veriləcəyini və işə çıxacağını, əgər iş düzəlməsə isə lazım olsa daha artıq pul qaytaracağını demişdir. Lakin o və atası pullarını qaytarmasını bildirərək heç bir iş istəmədiklərini demişlər. Əmisi Namiq isə əgər onları aldatsalar verdikləri 21.500 manatın yerinə lazım gələrsə evini satıb 30.000 manat qaytaracağını bildirmişdir. Əmisinin vədinə baxmayaraq xx.xx.2021-ci il tarixdə də iş alınmamışdır. Bundan sonra onlar yenə də dəfələrlə Namiqlə danışmışlar. Namiq hər dəfə iş düzələcəyini söz vermişdir. Bu müddət ərzində artıq Cavanşir və İlyas telefonları açmamışdır. Namiq 2021-ci ilin dekabr ayına qədər işin düzələcəyini demişdir. 2021-ci ilin dekabr ayında artıq işin düzəlmədiyini görərək DİN-ə müraciət etmişlər. Daha sonra onlar Nizami RPİ-nin 23-cü PŞ-yə dəvət edilmişlər. İzahatlar alınmış və polis şöbəsində olarkən Cavanşir və Namiq pulu aldıqlarını dolayısı ilə etiraf edib pulu qaytarmağa söz vermələri barədə iltizamlar vermişlər. Lakin, şöbədə aparılan araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan sonra əmisi Şahid11 göstərilən faktla bağlı Baş Prokurorluğun “Qaynar xətt”-inə müraciət etmişdir. Bu günədək Təqsirləndirilən şəxs verdikləri 20.500 manatdan sonuncu onlara heç bir şey qaytarmamış, Təqsirləndirilən şəxs aldığı pulun əvəzinə heç bir qızıl-zinyət əşyası əmisinə və yaxud da onlara verməmişdir. Pulunu Təqsirləndirilən şəxs tələb edır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Zamikə iş axtardığı zaman mərhum qardaşı Namiqin vasitəsi ilə tanımışdır. Belə ki, oğlu Şahid2 ali təhsillidir və Azərbaycan Kooperasiya Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdir. 9 ilə yaxın "xxxx" ASC-də işləmiş və 2006-cı ildən işdən çıxmışdır. İş axtardığı üçün qardaşı Namiqdən kömək etməsini xahiş etmiş, çünki Namiqin əlaqələri geniş idi və sonuncu kömək edəcəyini bildirmişdir. 2021-ci ilin may ayının ortalarında Namiqin tanışı Cavanşir Zamikə zəng edərək hal-hazırda “Socar” şirkətində boş iş yerinin olduğunu bildirmiş və bununla əlaqədar görüşməyi təklif etmişdir. X25 Əhədov işə düzəlmək üçün 15.000 manat pul istəmiş, Namiq deyilən pulu verməli olduqlarını, hətta Cavanşirə də vasitəçilik etdiyi üçün 2.000 manat pul verməli olduqlarını bildirmişdir. Borc-xərc 16.000 manat pul düzəldib 2021-ci ilin may ayında Nərimanov rayonu “Montin” adlanan ərazidə “Bazarstore” marketin yaxınlığında yerləşən kafedə o, Zamik, qardaşı Namiq İlyas və Cavanşirlə görüşmüşlər. Onlar bir masanın ətrafında oturmuşlar. O, 50 və 100-lük əskinazlarla qarışıq ümumilikdə 15.000 manat məbləğində pulu çıxarıb Namiqə vermiş, Namiq isə onun gözü qarşısında həmin pulu Cavanşirə vermiş, Cavanşir də elə onların yanında həmin pulu İlyasa vermişdir. Hətta o, qardaşına pulun verilməsi faktını notariatda təsdiq etməsini bildirsə də, Namiq Cavanşirin sınanmış və etibarlı adam olması səbəbindən buna ehtiyac olmadığını bildirmişdir. İlyas pulu götürüb gedəndən sonra 1000 manatı da Namiqə vermişlər. Namiq isə həmin 1000 manat pulu Cavanşirə vermişdir. O, Cavanşirə çatmalı olan digər 1000 manatı isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə o, Zamiki 2 ay müddətində "Socar” şirkətinə işə düzəltməli idi. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğluna Socarın təhcizat şöbəsində müdir vəzifəsinin yeri boşdur və əgər əlavə olaraq 5.500 manat verə bilsə həmin vəzifəyə təyin oluna bilər. Namiqlə məsləhətləşdikdən sonra 5.500 manat pulu borc alaraq Nizami rayon Keşlə qəsəbəsi “Happy” marketin yanında o, Namiq, oğlu Zamik, Cavanşir və İlyasla görüşərək Namiqin vasitəsi ilə İlyasa əlavə olaraq 5.500 manat pulu vermişlər. Buna baxmayaraq oğlunun işi düzəlməmiş, bu səbəbdən DİN-ə müraciət etmişlər, lakin polis işə baxmadığı üçün qardaşı Namiq göstərilən faktla bağlı Baş Prokurorluğun “Qaynar xətt”-inə müraciət etmişdir. Bu günədək Təqsirləndirilən şəxs verdikləri 20.500 manatdan sonuncu onlara heç bir şey qaytarmamış, Təqsirləndirilən şəxs aldığı pulun əvəzinə heç bir qızıl-zinyət əşyası qardaşı Namiqə və yaxud da onlara verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, qohumu, mərhum Şahid11 vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin iyul ayında o, özünə iş axtardığı üçün atası Şahid8 kömək üçün qohumları Şahid11 müraciət etmiş, Şahid11 atasına bildirmişdir ki, onu “Socar” şirkətinə operator vəzifəsinə əmək haqqı 800 manat olan işə düzəldə bilər. Şahid11 atasına həmin işi tanışı Təqsirləndirilən şəxs adlı “Socar” şirkətinin əməkdaşı vasitəsilə həyata keçirəcəyini demişdir. O və atası bu təkliflə razılaşmışlar. Lakin Namiq işin düzəlməsindən ötrü onlardan 4500 manat məbləğində pul istəmişdir. Bu səbəbdən 2021-ci ilin iyul ayında arvadı Zeynəb Diniyevanın adına "xxxx" ASC-dən 4000 manat kredit götürmüşlər. Yerdə qalan 500 manatı isə atası vermişdir. Bundan sonra Namiqin dediklərinə əsasən CV, tərcümeyi hal və diplomun surətini atasının iştirakı ilə Namiqlə görüşərək ona vermişlər. Bundan sonra o, atası və Namiq Maştağa qəsəbəsində Təqsirləndirilən şəxsla görüşərək həm sənədləri, həm də 4500 manat pulu atasının və Namiqin yanında Təqsirləndirilən şəxs atasının maşınında vermişdir. Təxminən avqust ayının ortalarında İlyas onunla əlaqə saxlayaraq artıq sentyabr ayının 1-indən etibarən işə başlayacağını, bu səbəbdən öz işindən çıxa biləcəyini demiş, o da ona inanaraq həmin vaxt işlədiyi başqa şirkətdən işdən çıxmışdır. Bir neçə gün sonra isə İlyas onunla əlaqə saxlayaraq, təcili şəkildə sağlamlıq haqqında arayış alıb verməyini demişdir. O, həmin arayışı da almış, lakin sonradan İlyasın telefonuna zəng çatmamışdır. Deyilən vaxt çatdıqda ona məlum olmuşdur ki, işi alınmır. Namiq və İlyas ona bir müddət gözləməsini və işin düzələcəyini demişlər. Bir neçə dəfə İlyas onu “Azneft” İB-nin qarşısına çağırıb müsahibədən keçəcəyini bildirmiş, lakin o, orada içəri keçmək üçün dəvət gözləsə də onu heç kəs dəvət etməmiş, o zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır və ona heç bir iş düzəltmək fikrində deyil. Bu arada arvadının götürdüyü kreditin aylıq ödənişi üçün Namiqə müraciət etmişlər və o, 2021-ci ilin noyabr ayında 240 manat, dekabr ayında 200 manat, 2022-ci ilin yanvar ayında da 200 manat, ümumilikdə 640 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qalan 3860 manat pulu bu günədək qaytarmamış, həmin pulu ondan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 verdiyi ifadəsini təsdiq edir. Həqiqətən 2021-ci ilin iyul ayında oğlu Eldəniz daha yüksək maaşlı iş axtardığı üçün geniş əlaqələri olan qohumu Şahid11 müraciət etmişdir. Şahid11 həmin işi tanışı Təqsirləndirilən şəxs adlı “Socar” şirkətinin əməkdaşı vasitəsilə həyata keçirəcəyini demişdir. O da Namiqin bu təklifi ilə razılaşmış və Namiqin işin düzəlməsi üçün istədiyi 4500 manat pulun bir qismini bankdan kredit götürməklə, az hissəsini isə özü düzəldərək həmin pulu Maştağa qəsəbəsində öz maşınında Təqsirləndirilən şəxsla görüşərək işə düzəlmək üçün sənədləri, həm də 4500 manat pulu oğlunun və Namiqin yanında Təqsirləndirilən şəxs Namiqin vasitəsi ilə vermişdir. Bilmişdir ki, İlyas oğlu ilə əlaqə saxlayaraq onun artıq sentyabr ayının 1-indən etibarən işə başlayacağını, bu səbəbdən öz işindən çıxa biləcəyini demiş, oğlu da ona inanaraq həmin vaxt işlədiyi başqa şirkətdən işdən çıxmışdır. Namiqlə İlyasın deyilən vaxtda Eldənizi işə düzəlməsi alınmamış, bu səbəbdən o, Namiqdən pulu geri istəmişdir. Namiq bankdan götürülən kreditin 3 aylıq məbləğini-640 manat pulu ödəsə də qalan məbləği ödəməmiş, Təqsirləndirilən şəxs isə onlara ümumiyyətlə heç nə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, mərhum Şahid11 kürəkənidir. 2021-ci ilin yay aylarında eşitmişdir ki, qaynatasının tanışı Təqsirləndirilən şəxs qaynatasının vasitəsi ilə bir çox adamdan işə düzəlmək üçün pul almış, lakin qaynatasını və həmin şəxsləri aldatmışdır. Aldadılan şəxslərdən biri qaynatasının qardaşı oğlu Şahid2 olmuşdur. Qaynatası ondan bir neçə dəfə onunla birlikdə Təqsirləndirilən şəxs evinə gedərək ondan pul tələb etməsinə köməklik etməyi xahiş etmişdir. Əvvəl razı olmamış, lakin sonuncu dəfə razılaşaraq onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana öz maşını ilə getmişdir. Maşında həmçinin qaynanası Şahid10 və azyaşlı uşaq olmuşdur. Həmin ünvana, yəni balaca həyəti olan fərdi evə çatdıqda qaynatası giriş qapısını döymüş, qapını Təqsirləndirilən şəxs arvadı Leyla xanım açmış, lakin İlyasın evdə olmadığını bildirmişdir. Buna baxmayaraq qaynatası qapıdan içəri boylanaraq İlyasın ayaqqabısını görmüş, Leylaya yalan danışdığını, İlyasın evdə olduğunu təkidlə bildirmişdir. Bu vaxt qaynanası Şahid10 Leylaya yalvarmışdır ki, onları evə buraxmaqla İlyasla görüşdürsün ki, onlar ondan camaatın pulunu nə etdiyini öyrənsinlər. Bundan sonra İlyas üzə çıxmış, guya yatdığını demişdir. Evə keçdikdən sonra qaynatası Namiq onu İlyasla söhbət edərək ya ona verdiyi pulları, ya da ki, pulu verdiyi şəxslərin işə düzəlməsini həll etməyini tələb etmişdir. İlyas cavabında demişdir ki, yaxın vaxtlarda Zamiq Qasımov işə götürüləcək, qalan şəxslərin isə pulunu qaytaracaqdır. Bu vaxt o, bu iki şəxs arasında olan söhbəti telefonu ilə videogörüntüyə almışdır. Bunu görən Leyla xanım onun üstünə hücum çəkmiş, çəkilişi dayandırmasını tələb etmişdir. Bundan sonra İlyasgil onu, qaynata və qaynanasını evdən çölə çıxarmış, onlar çıxıb getmək üçün maşina minən zaman İlyasın oğlu həyətə gələrək onun maşınına yaxınlaşıb qaynatasına demişdir ki, «ata onundur, atası heç kəsə pul qaytarmayacaq, getsinlər polisə şikayət etsinlər, evə hücum çəkməsinlər». İlyasın evində olan zama nonu da görmüşdür ki, İlyasgil paltarlarını idman çantasına yığmış və onların harasa getməyə hazırlaşdıqlarını hiss etmişdir. Sonda İlyas qaynatasına heç bir pul qaytarmamışdır. Bundan başqa İlyasın guya onlara arvadı Leylaya məxsus qızıllarla dolu torba verməsi barədə ifadəsi tamamilə yalandır. Əgər İlyasgil onlara qızıl vermişlərsə və bu qızılın dəyəri İlyasın borcundan xeyli artıq idisə, nə üçün İlyas bu haqda polisə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuları Şahid11 vasitəsi ilə tanımışdır. Belə ki, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirməsinə baxmayaraq özünə iş tapa bilmirdi. 2021ci ilin iyul ayında qonşusu Şahid11 iş axtardığını bildirmiş,sonuncu isə ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs vasitəsilə “Socar” şirkətinə işə düzəldə bilər. O, Şahid11 Təqsirləndirilən şəxs kim olmasını soruşduqda Namiq cavab vermişdir ki, Təqsirləndirilən şəxs “Socar”-da işləyir və etibarlı adamdır. Elə həmin gün Təqsirləndirilən şəxsla telefonla danışmışlar. İlyas onunla telefonla danışarkən vaxtın çox az olduğunu və təcili olaraq məsələni həll etmək lazım olduğunu demişdir. Əvvəlcə işin düzəlməsindən ötrü 6000 manat istəmiş, sonra isə 5500 manata razılaşmışdır. Bundan sonra 2021-ci ilin iyul ayında Namiqlə birlikdə Nizami rayonunda yerləşən “Sevinc” kafesində İlyasla görüşmüşlər. O, özü ilə apardığı 5500 manat pulu Şahid11 yanında Təqsirləndirilən şəxs vermişdir. İlyas ona “CV”, ali təhsil diplomumun surəti, 3x4 şəkil, sağlamlıq haqqında arayış hazırlayıb ona bildirəcəyi gün çatdırmasını demişdir. Təqsirləndirilən şəxs əvvəlcə 1 həftə sonra, sonra avqust ayının əvvəllində, daha sonra sentyabr ayında işə çıxacağını deyərək onu aldatmışdır. Təqsirləndirilən şəxs təxminən 7-8 dəfə onu “Azneft” İB-nin qarşısına göndərmişdir. İlyasın dediyinə görə guya orada onu kimsə qarşılayacaq və o, müsahibədən keçəcəkdir. Lakin hər dəfə “Azneft” İB-nin qarşısına gəldikdə saatlarla gözləsə də onu heç kəs müsahibəyə dəvət etməmişdir. İlyasa zəng etsə də sonuncu zənglərə cavab verməmişdir. Bu səbəbdən o, kor-peşman geri qayıtmışdır. Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi 5500 manat pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı Şahid11 vasitəsi ilə tanımışdır. Belə ki, yoldaşı ona Təqsirləndirilən şəxs barəsində danışarkən sonuncunun Socarda işlədiyini, geniş əlaqələri və etibarlı adam olduğunu bildirmişdir. Yaxın qohum-əqrəbaları övladlarına iş axtardığı üçün əri Namiqə müraciət etmiş, sonuncu isə Təqsirləndirilən şəxs müraciət edərək bu məsələlərdə kömək istəmişdir. İlyas hər bir şəxsi işə düzəltmək üçn əri Namiq vasitəsilə qaynı Aydının oğlundan 20.500 manat, digər qohumları Şahid1 4.500 manat, daha bir qohumları Şahid3 3.500 manat və qonşuları Şahid4 5.500 manat alaraq onların heç birini işə düzəltməmişdir. Bu səbəbdən Namiq, o və kürəkənləri Şahid5 İlyasgilin yaşadığı ünvana gedərək ondan xahiş etmişlər ki, camaatın pulunu qaytarsın. Hətta orada aralarında sözlə mübahisə olmuş, İlyas qorxaraq zəng edib oğlunu ora çağırmışdır. Oğlu gəldikdən sonra onlara bildirmişdir ki, atasının borcu varsa polisə müraciət etsinlər, evindən çıxıb getsinlər. Həmin vaxt İlyas söz vermişdir ki, növbəti gün borclu olduğu məbləği Namiqə qaytaracaqdır. Lakin İlyas onları aldatmış, növbəti gün RF-na qaçıb getmişdir. Təqsirləndirilən şəxs guya arvadının qızıllarını borc əvəzinə verməsi barədə ifadəsi həqiqətə uyğun deyildir. İlyas onlara qızıl versəydi onlar da qızılı satıb Namiqə pul verən adamların pullarını qaytarardılar. Onlar da şikayətçi olmazdı. X28 Əhədoun hərəkətlərini təsirindən dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası oğlu mərhum Şahid11 vasitəsi ilə tanımışdır. Belə ki, o, sürücü olduğu üçün özünə hər hansı bir dövlət qurumunda yüksək maaşlı sürücü işi axtarmışdır. Bu arzusunu geniş əlaqələri olan xalası oğlu Namiqə 2021-ci ilin iyul ayında demişdir. Sonuncu isə Socarda yaxşı tanışının olduğunu, həmin tanışının vasitəsi ilə onu işə düzəldə biləcyəni demişdir. Namiq tanışı ilə əlaqə saxladıqdan sonra işini qaydaya qoyduğunu bildirmişdir. Namiqin deməsinə görə sürücü işinə düzələcəyi təqdirdə 800 manat əmək haqqı ala biləcəkdi. Namiq bu işi “Socar”-da işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə həyata keçirəcəyini, İlyasın bu işə görə 4.500 manat pul istədiyini demişdir. O isə 3.500 manata gücü çatacağını demişdir. Bundan sonra Namiq bu barədə Təqsirləndirilən şəxsla danışaraq razılıq əldə etmişdir. 2021-ci ilin iyul ayında Xətai rayonunda yerləşən “Nargilə” kafesində İlyasla görüşərək Namiqin vasitəsi ilə 3.000 manat pulu İlyasa vermiş, pulun 500 manat olan hissəsini çatdırmaq üçün bir az vaxt istəmişdir. İlyas uzağı 2 aya onun işinin düzələcəyini söz vermişdir. O, hansısa sənəd tələb olunubolunmadığını soruşduqda isə heç bir sənədə ehtiyac olmadığını demişdir. Təxminən 1 ay sonra İlyas ona zəng edərək imtahanda iştirak etmək üçün mütləq şəkildə həmin 500 manatı da çatdırmalı olduğunu bildirmişdir. O, məcbur qalaraq borc alıb 500 manatı da düzəldib Namiqə vermiş, Namiq isə İlyasa çatdırmışdır. Buna baxmayaraq onun işi düzəlməmişdir. Bu səbəbdən Namiqdən pulunu geri istəmişdir. Təxminən 2021-ci ilin sonlarında Namiq ona 1.000 manat pulu qaytarmışdır. İlyasın ona hal-hazırda 2.500 manat borcu qalmış, həmin pulu ondan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, uzun müddət “X19” şirkətində kapitan köməkçisi, daha sonra isə ayrı-ayrı şirkətlərdə dənizçi işləmişdir. Mərhum Şahid11 2021-ci ilin aprel ayında keçmiş iş yoldaşı Bəxtiyar İsgəndərovun vasitəsilə tanımışdır. Bəxtiyar da gəmi kapitanı olmuşdur. Namiq də dənizçi işlədiyindən aralarında dostluq münasibətləri yaranmışdır. Bir dəfə söhbət əsnasında Namiq ona əvvəllər bankda işləmiş qardaşı oğlu Zamiqə iş axtardığını bildirmişdir. O, Namiqə dost-tanışlarından maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, keçmiş iş yoldaşı Hakim Babayevin vasitəsilə tanıdığı “Socar” şirkətinin əməkdaşı Təqsirləndirilən şəxs ilə bu barədə söhbət etmişlər. Söhbətləri zamanı İlyas Zamiqi işə düzəldə biləcəyini deyərək Zamiqlə görüşmək istədiyini bildirmişdir. O, Namiqə bu barədə məlumat verib qardaşı oğlu Zamiqin nömrəsini almışdır. 2021-ci ilin may ayının ortalarında Zamiqə zəng edib görüşməyi təklif etmişdir. Görüşməkdə məqsədi Zamiqlə İlyası tanış etmək olmuşdur. O, Zamiqlə danışarkən İlyasın deməsinə əsasən hazırda “Socar” şirkətində boş iş yerinin olduğunu bildirmişdir. Bundan sonra Zamiqlə Nərimanov rayonu “Montin” adlanan ərazidə “Bazarstore” marketin yaxınlığında yerləşən kafedə görüşüb danışmışlar. O, ancaq onları tanış etməkdə vasitəçilik etdiyini, işi isə “Socar” şirkətinin əməkdaşı İlyas adlı şəxsin həll edəcəyini demişdir. İlyasın deməsinə əsasən Zamiqi audit şöbəsində hansısa vəzifəyə təyin ediləcəyini və 2.500-3.000 manat aralığında əməkhaqqı alacağını bildirmişdir. Daha sonra isə zəng edərək İlyası çağırmışdır. İlyas da tanışlıq zamanı “Socar” şirkətinin əməkdaşı olmasını təsdiq etmişdir. İlyas audit şöbəsinə işə düzəlmək üçün 15.000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra Zamiq fikirləşmək üçün çıxıb getmiş və onlar sağollaşmışdır. Bir neçə gündən sonra yenə həmin yerdə, bu dəfə Namiq və sonuncunun qardaşı Aydının da iştirakı ilə 5 nəfər görüşmüşlər. Aydın özü ilə gətirdiyi pulu Namiqə vermişdir. Danışıqlardan belə başa düşmüşdür ki, həmin pul elə İlyasın tələb etdiyi puldur. O, pulu saymadığı və sayıldığını görmədiyi üçün dəqiq nə qədər olduğunu bilməmişdir. Daha sonra Namiq pulu İlyasa vermişdir. O, pulun verildiyini görmüşdür. 2021-ci ilin iyun ayının əvvələrdinə dəqiq xatırlamadığı tarixdə Namiq ona zəng edərək işlə bağlı yenidən görüşmək istədiklərini bildirib və onun iştirak etməyini xahiş etmişdilər. Nizami rayon Keşlə qəsəbəsində keçmiş ət kombinatının yaxınlığında bir yerdə bir kafedə o, Zamiq, Aydın, Namiq və Təqsirləndirilən şəxs görüşmüşlər. Bu zaman Aydın Namiqin vasitəsi ilə İlyasa əlavə olaraq 5.500 manat pul vermişdir. Danışıqlarından belə başa düşmüşdür ki, İlyas Zamiqi hansısa daha yüksək vəzifəyə təyin etdirmək imkanına sahib olduğunu bildirmiş və əlavə pul tələb etmişdir. Yəni verilən 5.500 manat sırf bu səbəbdəndir. Namiqin özü ona ayrıca etdiyi vasitəçiliyə görə 1000 manat pul vermişdir. Bir müddət sonra məlum olmuşdur ki, həmin şəxslər arasında narazılıq yaranmışdır. Düzü həmin şəxsləri o, tanış etdiyindən yaranmış problemə görə özünü günahkar hiss etmişdir. xx.xx.2021-ci il tarixdə yuxarıda adları qeyd edilən beş nəfər şəxs görüşmüşlər. İlyas həmin gün xx.xx.2021-ci il tarixdə Zamiqin əmrinin veriləcəyini və işə çıxacağını söz vermişdir. Əgər iş düzəlməsə isə lazım olsa daha artıq 30.000 manat pul qaytaracağını da demişdir. Ancaq həmin iş yenə də alınmamışdır. xx.xx.2021-ci il tarixdə Namiq ona zəng edərək İlyasın evində olduğunu, sonuncunun harasa qaçmaq istədiyini bildirmişdir. Ona tez gəlməsini və İlyasın getməsinin qarşısını almağı demişdir. O, yola düşərək İlyasgilə gedən zaman Namiq yenidən zəng edib artıq məsələlərini həll etdiklərini və gəlməyə ehtiyac olmadığını demişdir. Sonradan eşitmişdir ki, İlyas Namiqgili aldatmış, pulu ödəmədən Rusiyaya çıxıb getmişdir. Namiq həmçinin bildirmişdir ki, İlyas arvadının qızıllarını aldığı pulların əvəzinə verməmişdir, bu yalandır. Namiq həmçinin ona verdiyi 1000 manatı geri istəmişdir ki, Zamiqə qaytarsın. O da həmin pulu Namiqə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kəbinlə olan həyat yoldaşıdır. 10 ildir ki, İlyasla birlikdə kirayə tutduqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi evdə yaşayırlar. Təqsirləndirilən şəxs “Socar” şirkətində işləyirdi. 2021-ci ilin oktyabr ayında İlyas xəstəliyi ilə əlaqədar xəstəxanada yatmışdır. Bir neçə dəfə özünü Namiq kimi təqdim edən şəxs və onun kürəkəni Anar onun ***-***-**-** telefon nömrəsinə zəng etmiş və yaşadıqları evə gələrək İlyasın ona borcu olduğunu bildirib borcu ondan tələb etmişdir. O isə ərinin xəstəxanada yatdığını və oradan qayıtdıqdan sonra əri ilə bu məsələni həll etməsini Namiqə demişdir. Təxminən 1 həftəyə yaxın əri İlyas “Mərkəzi Klinik” xəstəxanada yatıb evə gəlmişdir. Evdə müalicəsini özü davam etdirmiş, ərinə sistem qoşdurmuşdur. xx.xx.2021-ci il tarixdə axşam evdə olarkən qapının döyüldüyünü eşitmiş, həmin vaxt İlyas yatmışdır. Qapını açdıqda Namiqi, onun kürəkəni Anarı , tanımadığı qadın və bir uşaq olduğunu görmüşdür. Həmin şəxslər evə keçib səslərinə oyanaraq ayağa qalxmış İlyasdan təkidlə pulları qaytarmağı tələb etmiş, hətta Anar ərinin üzərinə gedərək ona fiziki zor tətbiq etmiş, bunu gördükdə bayıra çıxıb İlyasın oğlu Fuada zəng edib təcili gəlməsini demişdir. Özü isə evə qayıtmayaraq Fuadın gəlişini gözləmişdir. Görmüşdür ki, Fuad qara maşınla evin yanına gələrək maşından enib evə girmişdir. Özü Fuadın ardınca evə getməmişdir. Belə ki, Fuadla münasibətləri olmamışdır. Bir azdan Fuadın, onun ardınca isə Namiqgilin evdən çıxıb getdiklərini görmüşdür. Bu vaxt İlyas ona zəng edib harada olduğunu soruşmuş, evə gəlməyini demişdir. Evə keçdikdə İlyas ona məsələləri qaydasına qoyduqlarını demişdir. Lakin təxminən 10-15 dəqiqədən sonra evin qapısı yenidən döyülmüş, o, elə bilmişdir ki, İlyasın oğlu Fuad qayıdıb atasının vəziyyəti ilə maraqlanmaq istəyir. Qapını açdıqda isə Namiqlə Anarı görmüşdür. Anar qışqıraraq maşınının girovda olduğunu, girovdan çıxartmaq üçün təcili pul lazım olduğunu deyərək ərindən pullarını almayınca getməyəcəklərini deyərək yenə əri ilə mübahisə etmişlər. Vəziyyətin belə olduğunu görərək məcbur qalıb özünə məxsus torba içərisində olan qızılları onlara vermişdir. Həmin qızıllar onun özünə məxsusdur. Qızılların dəyərini Saatlıda olan tanış bir qadın 45.000 manata qiymətləndirmişdir. Onda qızıla və gümüşə allergiya olduğu üçün heç vaxt qızıl-zinət əşyalarını taxmamışdır. Övladları və digər yaxın qohumları olmadığı üçün heç kəsə pay verməmişdir. Yalnız Rusiyada bir qardaşı yaşayır, o da imkanı olduğu üçün onun qızıllarına ehtiyacı olmamışdır. Qızıl torbasını ondan Anar almış və bildirmişdir ki, qızılları satıb özlərinə aid hissəsini götürüb qalan pulu isə qaytaracaqlarını demişdir. Bundan sonra, yəni əvvəlcədən planlaşdırdıqları kimi növbəti gün İlyasla birlikdə İlyası müalicə etdirmək üçün Rusiya Federasiyasına getmişlər. Namiqgilin qızılları onlardan almaları barədə heç bir yerə şikayət etməmişlər. Düşünmüşlər ki, qızılların verməsi ilə əlaqədar məsələlər öz həllini tapmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, əvvəllər “X19” QSC-də müxtəlif vəzifələrdə işləmişdir. Hazırda isə “Azpilot LLC” şirkətində baş mexanik vəzifəsində işləyir. xx.xx.2022ci il tarixdə yüksək şəkər səbəbindən insult keçirmişdir. Qardaşı Şahid6 2021-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə ona müraciət edərək oğlu Zamikin uzun müddətdir ki, işsiz olduğundan maddi cəhətdən çətinliklər yaşadığını, bu səbəbdən də iş tapmağında köməklik göstərməsini xahiş etmişdir. O, bu barədə maraqlanıb məlumat verəcəyini demişdir. Növbəti gün iş yoldaşı X4 ilə söhbət edərkən bu barədə danışmışdır. Sonuncu ona tanışı Şahid7 kömək edə biləcəyini bildirmişdir. Bəxtiyar Cavanşirə zəng edib bu barədə məlumat verdikdən bir müddət sonra Cavanşir ona yenidən zəng etmişdir. Cavanşir məlumat vermişdir ki, tanışı İlyas adlı şəxs Aydının oğlunun işə düzəlməsində köməklik edə bilər. Bundan sonra Aydından Zamikin nömrəsini almış və Bəxtiyarın vasitəsilə Cavanşirə çatdırmışdır. Aydına Cavanşir adlı şəxsin onlarla əlaqə saxlayacağını və işin düzəlməsinə köməklik edəcəyini məlumat vermişdir. Ancaq Cavanşiri yaxşı tanımadığından əlavə olaraq Cavanşir zəng vurduqdan sonra onunla məsləhətləşmədən qərar verməmələrini də tapşırmışdır. 2021-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Zamik ona məlumat vermişdir ki, Cavanşir adlı şəxslə görüşmüş və Cavanşir ona “Socar” şirkətinin əməkdaşı İlyas adlı şəxsin işə düzəlməsinə köməklik edəcəyini demişdir. Deyilənə görə Zamik audit şöbəsində hansısa vəzifəyə təyin ediləcək və 2.500-3.000 manat aralığında əməkhaqqı alacaqdı. Səhv etmirsə həmin görüşdə İlyas özü də iştirak etmiş və audit şöbəsinə işə düzəlmək üçün 15.000 manat pul verilməli olduğunu bildirmişdir. Zamik bu barədə ona dedikdə həmin məbləğin kifayət qədər çox olduğunu demiş, ancaq Zamik və atası işin düzəlməsini istəmişlər. Buna görə də razılıq vermişlər. 2021-ci ilin may ayında Zamik və Aydın İlyasla görüşüb işin düzəlməsi üçün pul verəcəklərini, bu səbəbdən onun da iştirak etməyini istədiklərini demişlər. Nərimanov rayon icra şöbəsinin yaxınlığında kafedə görüşmüşlər. İlyas və Cavanşir adlı şəxslər də gəlmişdir. Bir stolun ətrafında oturmuşlar. İlyas Zamikin sentyabr ayında işə çıxacağını söz vermişdir. Aydın və ya Zamik bağlama içərisində olan pulu çıxarmışlar və o, həmin pulu İlyasa vermişdir. Bu zaman hər kəs yanlarında olmuşdur. 2021-ci ilin iyun ayında Zamik və Aydın İlyasın onlara zəng edərək müdir vəzifəsinin vakant olduğunu və əgər istəyirlərsə əlavə olaraq 5.500 manat qarşılığında həmin vəzifəyə Zamiki təyin etdirə biləcəyini dediyini məlumat vermişlər. O, Aydın və oğlu ilə danışarkən bu məbləğin artıq şişib çox böyük rəqəmə çevrildiyini demişdir. Ancaq onlar müdir vəzifəsi eşitdiklərindən razılaşmaq qərarına gəlmişlər. Sadəcə olaraq pulun verilməsində iştirak etməyi ondan xahiş etmişlər. Bir neçə gün sonra Nizami rayon Keşlə qəsəbəsi “Happy” marketin yanında yenidən yuxarıda adları qeyd olunan şəxslərlə görüşərək danışmışlar. Zamik İlyasa əlavə olaraq 5.500 manat pulu vermişdir. Onlar bundan sonra uzun bir müddət gözləmiş, ancaq heç bir nəticə olmamışdır. Bütün bu dövr ərzində İlyas müxtəlif yalanlarla onları əlində saxlamağa çalışmışdır. Bir dəfə Zamiki guya orada qəbul ediləcəyi yalanı ilə “Azneft” İB-nin qarşısına göndərmişdir. Lakin heç kim qəbul etməmişdir. Bir dəfə də Zamiki Zığ qəsəbəsində dənizin qırağında yerləşən neft buruqlarının yerləşdiyi əraziyə gətirərək orada işləyəcəyini demişdir. Onlar hər dəfə İlyasdan işin necə olduğunu soruşduqda sonuncu növbəti həftə imtahan olacağını, bir neçə həftə sonra əmr veriləcəyini demişdir. xx.xx.2021-ci il tarixdə onlar beş nəfər adları qeyd olunan şəxslər görüşmüşlər. İlyas həmin gün xx.xx.2021-ci il tarixdə əmr veriləcəyini və Zamikin işə çıxacağını söz vermişdir. Əgər iş düzəlməsə daha artıq pul qataracağını bildirmişdir. Yəni pulu geri almamaları üçün bir növ onları inandırmağa çalışmışdır. Orada olarkən İlyas əgər onları aldadırsa verdikləri 21.500 manatın yerinə lazım gələrsə evini satıb 30.000 manat qaytaracağını da demişdir. xx.xx.2021-ci il tarixdə axşam evdə olarkən həyat yoldaşına İlyasla danışmaqdan ötrü evlərinə getmək istədiyini, ancaq tək getməyin yaxşı fikir olmadığını demişdir. Tək getməyinin sonradan problem yarada biləcəyini düşünmüşdür. Odur ki, böyük qızının əri taksi sürücüsü olan Anara zəng edərək gəlib onu aparmasını istəmişdir. Həmin gün digər qız nəvəsi Zeynəb də onlarda olduğundan məcbur qalıb uşağı da aparmışlar. Bundan sonra İlyasın yaşadığı Maştağa qəsəbəsinə getmişlər. Əvvəlcə qapını açmasalar da sonradan qapını bir qadın açmış və onlar evə daxil olmuşlar. Evdə söhbət edən zaman İlyasa iş düzəltmək üçün aldıqları pulları geri qaytarmaq lazım olduğunu bildirmiş, İlyas isə guya Zamiqin işinin düzəldiyini, digər şəxslərin isə pullarının növbəti gün günorta qaytarılacağını demişdir. Evdə olan çox söz-söhbətdən sonra İlyas guya “Aydın” və “Hidayət” adlı şəxslərin vasitəsilə işləri düzəltdiyini, pulları həmin şəxslərə çatdırdığını demişdir. Ancaq İlyas yalandan vəziyyətdən çıxmaq üçün bir anda bu adları demişdir. Əgər pulları belə adamlara versəydi əvvəldən deyib özünü vəziyyətdən çıxarardı. Ancaq o, İlyasa inana bilməmişdir. Çünki bu artıq neçənci dəfə idi ki, İlyas söz vermiş və vədinə əməl etməmişdir. Pulları alınmış şəxslər isə onu tanıdıqlarından pulların qaytarılması üçün ona təzyiq göstərmişlər. Ona görə İlyasdan təcili olaraq pulu qaytarmasını istəmişdir. Ancaq İlyas da and içib növbəti gün saat 1-də pulu qaytaracağını söz vermişdir. O, artıq pulların növbəti gün qaytarılacağına inanıb səhəri günü gözləməyi qərar vermişdir. Ona görə də artıq oradan çıxmış və evə gəlmişdir. Anar evin içərisində baş verənləri videoya qeydə almışdır. Lakin, növbəti gün İlyasın ölkədən çıxıb Rusiya Federasiyasına getdiyi ona məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə Anar, Zamiq, Aydın və Cavaşirin iştirakı ilə Keşlə qəsəbəsində bir kafedə görüşmüşlər. Həmin gün Cavanşir İlyasa zəng edib harada olduğunu və nə zaman gələcəyini soruşmuşdur. İlyas isə Bakı şəhərində olmadığını və qısa zaman sonra geri qayıdacağını bildirmişdir. Anar həmin gün danışıqlarını videoya çəkmişdir. Hər iki video onun tərəfindən ilkin araşdırma zamanı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə isə iş alınmamışdır. Nəticə etibarilə o, arada qalmışdır. Hansı ki, onun bu məsələdə yeganə marağı qardaşı Aydının oğlunun işə düzəlməsi olmuşdur. Çünki Aydın əlil olduğundan ona köməklik göstərməyə çalışmışdır. Bu müddət ərzində artıq Cavanşir və İlyas telefonlarını açmamışdır. Lakin bir müddət sonra onu bu məsələdə günahkar bilib DİN-ə şikayət etmişlər. Daha sonra onlar Nizami RPİ-nin 23-cü PŞ-dən dəvət edilmiş və izahatlar alınmışdır. Polis şöbəsində olarkən İlyas Rusiya Federasiyasında olduğundan məcbur qalıb Cavanşir və o, pulların qaytarılması ilə bağlı iltizamlar vermişlər. Bundan başqa Şahid11 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında doğma xalası oğlu Şahid3 ilə söhbət əsnasında işsizlikdən şikayət etmiş, dolana bilmədiyini demişdir. O, Natiqə əgər istəyirsə “Socar” şirkətinə onu işə düzəldə biləcəyini demişdir. Söhbət əsnasında İlyas tez imtahan keçirilməsi üçün çoxlu namizədlər yığılmalı olduğunu, buna görə də əgər işə qəbul olmaq istəyən olsa ona məlumat verməsini demişdir. Dediyinə görə, müxtəlif vakansiyalar, sürücü, İT mütəxəssisi və s. olmuşdur. O, Natiqin xahişi ilə İlyasla danışmışdır. O, həm Natiqin işinin düzələcəyini, həm də ki, Zamikin işinin tezləşəcəyini düşünmüşdür. O, Natiqə Təqsirləndirilən şəxs adlı “Socar” şirkətinin əməkdaşının ona kömək edəcəyini demişdir. Natiq özü də Zamikin işə düzəlmək üçün İlyasa pul verdiyini bilmişdir. İlyasla bu barədə danışmış və 4500 manat pul istəmişdir. O, bu barədə Natiqə məlumat versə də, sonuncu həmin məbləğin həddən artıq çox olduğunu bildirmişdir. O, İlyasa köməklik etməsini demiş, sonuncu 3500 manata razılaşmışdır. İlyas guya özünə çatası pulu keçdiyini bildirmişdir. 2021-ci ilin iyul ayında Xətai rayonunda yerləşən “Nargilə” kafesində İlyas və Natiqin iştirakı ilə görüşmüşlər. Elə Cavanşir özü də onlarla olmuşdur. Natiq 3000 manat pulu çıxarıb Təqsirləndirilən şəxs vermiş və pulun 500 manat olan hissəsini çatdırmaq üçün bir az vaxt verməsini istəmişdir. Şahid3 500 manatı onun vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırmamışdır. Ola bilsin ki, Natiq səhvlik edir. Natiq pulu birbaşa İLyasın özünə çatdırmışdır. Ancaq mahiyyətcə heç bir fərq yoxdur. Ümumi nəticə odur ki, pulların hamısı İlyasa çatmışdır. İlyas uzağı 2 aya işinin düzələcəyini demişdir. Natiq İlyasdan hansısa sənəd tələb olunub-olunmadığını soruşduqda İlyas heç bir sənədə ehtiyac olmadığını demişdir. Təxminən 1 ay sonra İlyas ona zəng edərək imtahanda iştirak etmək üçün mütləq şəkildə yerdə qalan 500 manatın da çatdırılmalı olduğunu bildirmişdir. O, İlyasa özünün bu barədə Natiqə məlumat verməsini demişdir. Bundan sonra Natiq həmin pulu İlyasa çatdırmışdır. İlyas guya sentyabr ayında işin düzələcəyini desə də, heç bir xəbər çıxmamışdır. Bundan sonra Natiq onun da iştirakı ilə İlyasla görüşmüşdür. Natiq İlyasdan pulu tələb etsə də, İlyas işin düzəlməsi üçün gözləməli olduğunu demişdir. Bundan sonrakı dövrdə təxminən 2021-ci ilin sonlarında İlyasdan Natiqin ona verdiyi puldan 1000 manat pulu alıb Natiqə qaytarmışdır. Bundan başqa bibisi oğlu Şahid8lə danışarkən oğlunun işindən narazı olduğunu və yeni iş axtardığını bildirmişdir. O, istəyirlərsə “Socar” şirkətinə işə düzəldə biləcək tanışının olduğunu bildirmişdir. İlyasla bu barədə danışdıqda İlyas əvvəlcə 5500 manat tələb etmiş, sonradan isə onun xahişləri nəticəsində 4500 manata razılaşmışdır. Onlar Ramiz və Eldənizlə birlikdə Maştağa qəsəbəsinə Təqsirləndirilən şəxsla görüşmək üçün yola düşmüşlər. Onlar Ramizin “Mercedes Benz C” markalı **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə getmişdir. Yolda olarkən də Eldəniz işə düzəlmək üçün nəzərdə tutulmuş pul vəsaitini bankdan kreditə götürdüyünü ona demişdir. O, İlyasla ortaq tanışları olduğunu, etibarlı adam olduğunu bildirmişdir. Maştağa qəsəbəsinə gedən istiqamətdə yolun sağında yerləşən “Kanal” marketin qarşısında İlyasla görüşmüşlər. İlyas onların avtomobilinə əyləşmişdir. Söhbət zamanı Eldəniz xüsusilə İlyasın özünə də pulu bankdan kreditə götürdüyünü və buna görə ehtiyat etdiyini demişdir. İlyas isə heç bir problem olmadığını, 30 ildir ki, “Socar”-da işlədiyini və işin düzələcəyini bildirmişdir. İlyasın dediyinə görə Eldənizi qaz ixrac idarəsinə operator kimi işə düzəldəcəkdi. Bundan sonra Eldəniz həm sənədləri, həm də 4500 manat pulu Ramiz və onun yanında Təqsirləndirilən şəxs vermişdir. Daha sonra İlyas avtomobildən düşmüş və onlar geri qayıtmışdır. Təxminən avqust ayının ortalarında artıq İlyas onunla əlaqə saxlayaraq sentyabr ayının 1-indən etibarən Eldənizin işə başlayacağını, bu səbəbdən öz işindən çıxa biləcəyini demişdir. O, İlyasa iş alınmasa sonra problem olacağını bildirmiş, İlyas isə heç bir problem olmayacağını və işin düzələcəyini demişdir. O, İlyasın sözlərinə əsasən bu barədə Eldənizə demişdir. Sonradan ona İlyasın özünün də bu barədə Eldənizə zəng edib məlumat verdiyi ona məlum olmuşdur. Bir neçə dəfə İlyas Eldənizi “Azneft” İB-nin qarşısına çağırıb müsahibədən keçəcəyini demiş, lakin sonradan yalan olduğu ortaya çıxmışdır. Bibisi oğlunun yanında rüsvay olduğundan iş üçün götürdükləri kreditin ödənilməsinə köməklik edəcəyini söz vermiş, bir dəfə 2021-ci ilin noyabr ayında 240 manat, dekabr ayında 200 manat, 2022-ci ilin yanvar ayında da 200 manat olmaqla ümumilikdə 640 manat pul qaytarmışdır. Bundan başqa 2021-ci ilin iyul ayının sonlarında yenə eyni səbəblərdən qonşusu Şahid4 üçün İlyasa müraciət etmişdir. İlyasa özünün də dediyi kimi daha çox adamın müraciət etməsi nəticəsində işin tez alınmasına görə müraciət etdiyini bildirmişdir. Bəynurun Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil aldığını dedikdə İlyas əgər istəyərsə 6000 manat qarşılığında “Socar” şirkətində informasiya texnologiyalar üzrə mühəndis kimi işə qəbul edilməsinə köməklik edə biləcəyini bildirmişdir. O, Bəynura bu barədə məlumat vermiş və imkanı çatmadığından İlyasla 5500 manata razılaşmışdır. O, bu barədə Bəynura məlumat verdikdən sonra 27 iyul 2021-ci il tarixdə Nizami rayonunda yerləşən “Sevinc” kafesində Bəynurun da iştirakı ilə görüşmüşlər. İlyas Bəynurla tanış olarkən “Socar”-ın əməkdaşı olduğunu, işinin düzəlməsi ilə bağlı heç bir çətinlik olmadığını bildirmişdir. Bəynur 5500 manat məbləğində pul vəsaitini İlyasa təqdim etmişdir. Hadisələr hamısı eyni dövrdə və qısa zaman kəsiyində baş vermişdir. Ona görə də İlyasın onları aldatdığını bilməmişdir. Əks halda digər şəxslərin də işə köməklik etməsi üçün vasitəçilik etməzdi. Həm də İlyas elə bir görüntü yaratmışdı ki, guya çoxsaylı müraciətlər olsa, yəni çox adam yığılsa imtahan daha tez olacaq. Onun bu proseslərdə yeganə marağı qohumlarının və qonşusunun işlərinin düzəlməsi olmuşdur. Onun başqa heç bir marağı olmamışdır. Ona heç bir məbləğdə pul çatmamışdır. Təqsirləndirilən şəxs konkret olaraq hansı vəzifəli şəxs və ya şəxslərin vasitəsilə həmin işlərin düzəlməsinə köməklik edəcəyini deməmişdir, ümumi olaraq pulların rəhbərliyə çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan şəxslərdən işlərinin düzəlməsi üçün alınması nəzərdə tutulmuş pul vəsaitlərinin məbləğinin onun tərəfindən müəyyənləşdirilməsi, Şahid2 tərəfindən verilmiş 15000 manatdan 2500 manat, 5500 manatdan 3000 manat, Şahid3 tərəfindən verilmiş 3000 manatdan 500 manat, Şahid1 tərəfindən verilmiş 4500 manat 1500 manat, Şahid4 alınmış 5500 manatdan 1000 manat pul vəsaitinin əvvəlcədən qoyduğu şərtə əsasən ona verilməsi barədə dedikləri cəfəngiyatdır. Zamik ona şifahi məlumat vermişdir ki, Cavanşirlə öz aralarında belə bir söhbət olub ki, iş düzələrsə ona şirinlik kimi pul versinlər. O, nə danışıqda, nə də pul verilməsində iştirak etməmişdir. Zamik onu da hər söhbətə qatmaq istəyir ki, İlyasdan ala bilmədikləri pulu ondan alsın. Cavanşirə pul verilib verilmədiyini bilməmişdir. Zamikin dediyinə görə guya 1000 manat şirinlik vermişdir. Qeyd olunan proseslərdə Şahid7 hər hansı bir əlaqəsi olmamışdır. Ancaq İlyasla onları tanış etmişdir. Cavanşirə hansısa məbləğdə pu verilməsinin və ya vəd edilməsinin şahidi olmamışdır. İstintaqa təqdim edilmiş “CD”-də olan 2:01 dəqiqəlik səs yazısı ona aiddir. Həmin səs yazısında İlyasla telefonla danışaraq pulları geri tələb etmişdir. İstintaqa təqdim etdiyi “CD”-də olan 02:03 dəqiqəlik videoyazıda Təqsirləndirilən şəxs ona Şahid1 onu polisə verdiyini, Şahid1 9000 manat pul istədiyini bildimişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan 12000 manat pul aldığını, 1000 manatın isə onda olduğunu, 11000 manatı geri qaytaracağını demişdir. Qeyd olunan 1000 manat Şahid3 üçün İlyasdan aldığı puldur. Həmin pulu da Natiqə vermişdir. Təqsirləndirilən şəxs ona evində təzyiq göstərdiyi üçün birgə yaşadığı Şahid9 özünə məxsus bir torba içərisinə yığılmış 45000 manat dəyərində olan qızılları ona təqdim etməsi barədə deyilənlər yalandır. Ümumiyyətlə belə bir hal olsaydı, İlyas və yanındakı qadın indi qızılları qaytarması üçün ondan əl çəkməz, ya da polis məlumat verərdilər. İlyasın qızılların qiymətini dəqiq 45000 manat olduğunu müəyyənləşdirməsi mümkün deyildir. Həm də İlyasın dediyi kimi qızılları götürmüşdürsə niyə qızılları satıb insanların pulunu qaytarmasın? O, İlyasa təzyiq göstərmək üçün ora getmiş, həyat yoldaşı və nəvəsini ora aparmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi növbətçi prokuror X7 təqririndən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Şahid11 Baş İdarəyə aşağıdakı məzmunda müraciət ünvanlanmışdır: xx.xx.2021-ci il tarixdə SOCAR-ın əməkdaşı Təqsirləndirilən şəxs qardaşı oğlunu işə düzəldəcəyi adı ilə onu aldadaraq 20500 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid11 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, SOCAR-ın əməkdaşı Təqsirləndirilən şəxs qardaşı oğlu Zamiq Qasımovu işə düzəldəcəyi adı ilə onu aldadaraq 20500 manat məbləğində pulunu ələ keçirmişdir.Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, özünü SOCAR-ın əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs 2021-ci ilin avgust ayında onu Azərbaycan Dövlət Neft Şirkətində Qaz İxrac İdarəsində operator vəzifəsinə düzəltməyi vəd edərək ondan 4500 manat pul almış, lakin onu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Şahid3 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, özünü SOCAR-ın əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında onu Azərbaycan Dövlət Neft Şirkətində sürücü vəzifəsinə düzəltməyi vəd edərək ondan 2500 manat pul almış, lakin onu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış Şahid4 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, özünü SOCAR-ın əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında onun Azərbaycan Dövlət Neft Şirkətində “İT” mühəndis vəzifəsinə düzəltməyi vəd edərək ondan 5500 manat pul almış, lakin onu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış 14 mart 2022-ci il tarixli Şahid11 tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış protokolundan müəyyən olunur ki, 04:50 saniyəlik videofaylda Şahid7 və Təqsirləndirilən şəxs arasında telefon danışığının həyata keçirildiyi müşahidə edilir. Şahid7 telefon səsgücləndirici rejimdə istifadə etdiyindən Təqsirləndirilən şəxs danışdıqları da aydın eşidilir. Şahid7 Təqsirləndirilən şəxs nə zaman geri qayıdacağını soruşur, dərhal sonra isə Şahid2, atası və əmisi ilə görüşməyə gedəcəyini deyir və onlara nə deyəcəyini soruşur. Təqsirləndirilən şəxs isə ona bunlarının hamısını Şahid11 etdiyini, məsələnin sonunda hər dəfə bir oyun çıxartdığını, onlara geri qayıdıb məsələni həll edəcəyini dediyini, Şahid11 prokurorluğa şikayət edəcəyi barədə ona məlumat verdiyini, işləri Namiqin pozduğunu bildirir. Şahid7 Şahid2 atası ilə görüşəcəyini və sonda nə deməli olduğunu soruşur. Təqsirləndirilən şəxs isə yenidən Şahid11 oyun çıxartdığını, belə etməsə işin düzələcəyini, əks halda hara istəyirlərsə şikayət edə biləcəklərini bildirir. Təqsirləndirilən şəxs sabah və ya ondan sonrakı gün geri gəlib məsələni həll edəcəyini deyir. Təqsirləndirilən şəxs bildirir ki, Şahid2 ayın 10-da işə çıxacağını söz verdiyini bildirir. Şahid7 Şahid2 işini bu məsələyə qarışdırmamağını, Namiqlə problemini öz aralarında həll etməli olduğunu, Şahid2 işini düzəltmək və pulu qaytarmaq barədə qərar verməsini deyir. Təqsirləndirilən şəxs isə geri gəldikdən sonra məsələni həll etməyə çalışacağını deyir. Daha sonra, Şahid11 tərəfindən təqdim edilmiş 14 mart 2022-ci il tarixli 02 ədəd CD diskə keçirilmiş baxış protokolundan müəyyən olunur ki, birinci CD disk də 02:09 saniyəlik “001 VİD-20220121-WA0001.mp4” adlı faylı açdıqda həmin videofaylda Təqsirləndirilən şəxs, Şahid11, Şahid10, Şahid5 və Şahid9 arasında keçən söhbətin qeydə alındığı müşahidə edilir. Təqsirləndirilən şəxs qeyd olunan şəxslərə Şahid1 onu polisə verməsi səbəbindən bütün gün polisdə olduğunu, 9000 Şahid1, 5000 isə polisin istədiyini, Eldənizin və onun pulunu tapıb verməli olduğunu bildirir. Bu zaman Şahid11 pulların harada olduğunu soruşur. Təqsirləndirilən şəxs isə hər hansı ad çəkmədən pulları verdiyi adama verdiyini bildirir. Şahid11 sabah gedib pulu almalarını təklif edir. Təqsirləndirilən şəxs isə sabah günorta saat 1-də Şahid11 pulunu çatdıracağını bildirir. Bu zaman videonu qeydiyyata alan Şahid5 Şahid11 nə qədər pul aldığını soruşur. Təqsirləndirilən şəxs isə Şahid11 12.000 manat pul aldığını, 1.000 manat isə qaytardığını bildirir. Eldənizin məsələsinin isə buna aidiyyəti olmadığını, onu polisdə verəcəyini deyir. Zamikin işinin isə artıq düzəldiyini bildirir. Şahid5 Şahid2 işindən ötrü nə qədər pul aldığını soruşduqda isə Təqsirləndirilən şəxs 20.000 manat aldığını və işin düzəldiyini deyir. Digər CD disk də 02:01 saniyəlik “002 AUD-20220121-WA000.mp3” adlı faylı açdıqda həmin videofaylda Təqsirləndirilən şəxs və Şahid11 arasında keçən telefon danışığının qeydə alındığı müşahidə edilir. Təqsirləndirilən şəxs Şahid11 aldadıldığını və bu səbəbdən pullarını alıb geri qaytaracağını, nə vaxt deyərsə o zaman pulu vermələrini bildirir. Şahid11 isə pulu bu gün çatdırmasını deyir. Təqsirləndirilən şəxs isə pulu sabah çatdıra biləcəyini bildirir. Şahid11 isə Şahid2 özünü öldürmək istədiyini cavab verdikdə, Təqsirləndirilən şəxs bu məsələnin qüvvəsində qaldığını, artıq indi aldadıldığını başa düşdüyünü, sabah pulu qaytaracağını, aparıb evə qoymalarını, nə vaxt iş alınarsa o zaman gətirmələrini deyəcəyini bildirir. Şahid11 bu barədə Şahid2 özünə deməli olduğunu dedikdə, Təqsirləndirilən şəxs isə ondan utandığını və bu səbəbdən onunla danışa bilmədiyini deyir. Şahid11 Şahid1 prokurorluğa şikayət etmək istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs işin qüvvədə olduğunu və pulu qaytaracağını deyir. Şahid11 Şahid1 dəyən ziyanı nə edəcəyini soruşduqda, ona dəyən ziyanı ödəcəyini dediyini, sabah 9, 10un yarısı görüşəcəklərini bildirir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli ***-*******22 saylı arayışından müəyən olunur ki, Təqsirləndirilən şəxs adında nəqiliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********92 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatın əks olunduğu 01 ədəd diskə 05 aprel 2022-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid8 məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 107 saniyəlik 1 zəng həyata keçirilmişdir. Bundan başqa, Şahid2 məxsus ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 5 zəng həyata keçirilmişdir. Həmin zənglər müxtəlif müddətlərdə davam etmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatın əks olunduğu 01 ədəd diskə 08 aprel 2022-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 15:38:38-də Şahid2 məxsus ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “Muellim Siz meni 6 aydi pulumu alib, iw adile dolayirsiniz. Deyirsiniz hergun duzelecek. Meni aldatdiginiza gore gedirem ozumu binadan atam. Qanimi yerden goturesiniz. Bunu her yere gonderdim. Olumumun sebebi İlyas sizsiniz” məzmunlu sms göndərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:58:41-də Şahid4 məxsus ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Telefona tecili bax” məzmununda sms göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglərin siyahısından müəyyən olunur ki, Şahid1 məxsus ***-***-**-** və ***-***-**-** nömrələri arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 37 zəng həyata keçirilmişdir. Həmin zənglər müxtəlif müddətlərdə davam etmişdir. Bundan başqa, Şahid2 məxsus ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 126 zəng həyata keçirilmişdir. Həmin zənglər müxtəlif müddətlərdə davam etmişdir. Bundan başqa, Şahid4 məxsus ***-***-**-** nömrəsi ilə Şahid11 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək ümumilikdə 41 zəng həyata keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakcel MMC-dən götürülmüş X5 məxsus ********** nömrəsinin telefon danışıqlarına dair 01 ədəd CD diskə baxış keçirildikdə “Zənglərin detallaşması **********3732 5********.pdf” adlı faylda Şahid11 məxsus ********** və Cavanşir Xalınbəyova məxsus ********** nömrələr arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixdədək ümumilikdə 154 zəng həyata keçirilmiş, Təqsirləndirilən şəxs məxsus ********** və Xalınbəyov Cavanşirə məxsus ********** nömrələri arasında xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixdək ümumilikdə 26 zəng həyata keçirilmiş, həmin zənglərdən 4-ü xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə baş vermiş, digərləri isə xx.xx.2021-ci il tarixdən sonraki tarixlərə təsadüf etmişdir. Bundan başqa Cavanşir Xalınbəyova məxsus ********** və Zamiq Qasımova məxsus ********** nömrələri arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 26 zəng həyata keçirilmiş, həmin zənglərdən 4-ü xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə baş vermiş, digərləri isə xx.xx.2021-ci il tarixdən sonraki tarixlərə təsadüf etmişdir. X6 istifadəsində olan ********** və Şahid8 məxsus **********, Şahid1 məxsus **********, Natiq Məxverətiyə məxsus **********, Şahid4 məxsus ********** nömrələri ilə heç bir telefon zəngi və sms yazışması müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Socar” şirkətinin İnsan Resursları Departamentindən daxil olmuş 11 aprel 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Şahid2 və Şahid3 SOCAR əməkdaşları deyillər və SOCAR karyera portalında profil qeydiyyatları, həmçinin SOCAR vakansiyaları üzrə müraciətləri mövcud deyil. Şahid1 - SOCAR əməkdaşı deyil, SOCAR karyera portalında profili mövcuddur, lakin SOCAR vakansiyaları üzrə müraciəti yoxdur, profilinə ən son xx.xx.2021-ci il tarixində giriş etmişdir. Şahid4 - SOCAR əməkdaşı deyil, SOCAR karyera portalında profili mövcuddur və 2021-ci ildə SOCAR-ın 2 vakansiyası (“Qaz İxrac” İdarəsi – Tornaçı, “Azəriqaz” İB – Mühəndis) üzrə müraciət etmiş, lakin iş təcrübəsinin və təhsil pilləsinin uyğun olmaması səbəbindən müsabiqənin MİS (Müraciətçilərin ilkin seçimi) mərhələsindən keçməmişdir, profilinə ən son xx.xx.2021-ci il tarixində giriş etmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayı ərzində SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin inzibati binasına daxil olmamışdır. Eyni zamanda bildiririk ki, Baş ofisin İnsan Resursları Departamentində Aydın və Hidayət adlı şəxslər çalışmır. Azərbaycan Dövlət Neft Şirkəti, “Azəriqaz” İB, X23 Kəmərləri Sahəsinin rəisinin 51- K nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə Əhədov X14 Magistral Qaz Kəmərləri Sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə təyin olunmuş, 10-k nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsi ləğv edilmiş və vəzifəsindən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X10 xx.xx.2022-ci il tarixli ərizəsinən müəyyən olunur ki, istintaq olunan cinayət işi üzrə Cavanşir Xalınbəyov tərəfindən ona 1000 manat pul təqdim olunmuşdur. Cavanşir Xalınbəyovla bağlı heçbir şikayəti yoxdur və xahiş edir ki, bu nəzərə alınsın. Məhkəmədə elan edilib araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, X17 və X3 əməllərində hər hansı bir cinayət tərkibinin əlamələri müəyyən edilmədiyindən onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixdə Abşeron rayon prokurorluğundan daxil olmuş məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X8 qızı Aynurə Mustafayevanı “Socar” neft şirkətinə 4000 manat müqabilində işə düzəldəcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, “Grandmart” marketinin yanında Sevda Qurbanzadədən 4000 manat pulu alaraq, verdiyi vədə əməl etməyib Sevda Qurbanzadəyə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Əhədov X14 RPİ-nin İŞ-də qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində istintaq olunmuş ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o,məhkəmə zalından azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 19 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, istintaq zamanı Şahid11 tərəfindən təqdim edilmiş 02 ədəd, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 6 saylı Bakı “Asan xidmət” mərkəzindən verilmiş Şahid11 29 mart 2022-ci il tarixli AZ-İİ№263613 saylı ölüm haqqında şəhadətnaməsindən müəyyən olunur ki, o xx.xx.2022-ci il tarixdə “beyin odemi” səbəbindən ölmüşdür. Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar araşdırılarkən müəyyən edilmişdir ki, o, xx.xx.1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, ali təhsillidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qaz İxrac İdarəsinin X23 Kəmərləri Sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləmiş, hazırda heş bir yerdə işləmir, Saatlı rayonu, Mətləb Kərimov küçəsi ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz evdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə və “Respublika Psixiatriya Xəstəxanası”-nda qeydiyyatda yoxdur, müalicə almamışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2ci maddələri ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Neft Şirkəti, “Azəriqaz” İB, X23 Kəmərləri Sahəsinin rəisinin 51-K nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə X23 Kəmərləri Sahəsinin 3 saylı Xətt İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında qardaşı oğlu Şahid2 iş tapmasına köməklik göstərməsi ilə bağlı cinayətdən xəbərsiz tanışı Şahid11 özünə müraciətinə əsasən sonunculara guya özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işləməklə şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid2 həmin şirkətə işə düzəldə biləcəyini bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsini təmin etməsinə və audit şöbəsində işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsinda yerləşən adı istintaqa məlum olmayan kafedə Şahid2 aldatmaqla deyərək, sonuncunun razılığını almaqla sövdələşib, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid2 tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsinda yerləşən adı istintaqa məlum olmayan kafedə Şahid11, Şahid6, Şahid7 və Şahid2un iştirakı ilə görüşüb, Şahid2 guya 2 ay sonra işə çıxacağını bildirməklə birbaşa yolla cinayətdən xəbərsiz Şahid11 vasitəsilə sənədləri və 15.000 manat pul vəsaitini aldıqdan sonra, 2021-ci ilin iyun ayında Şahid2 ilə yenidən əlaqə saxlayaraq sonuncuya guya həmin şirkətdə təchizat şöbəsinin müdiri vəzifəsinin vakant olduğunu yalandan bildirməklə əlavə olaraq 5.500 manat pul vəsaitini də eyni niyyətlə vəzifəli şəxsə rüşvət qismində özü vasitəsilə verilməsi üçün ona verəcəyi təqdirdə onu həmin vəzifəyə təyin etdirəcəyini yalandan vəd edərək, həmin niyyətlə ünvan 1 ünvanında yerləşən “Happy” marketin qarşısında Şahid11, Şahid6, Şahid7 və Şahid2un iştirakı ilə görüş zamanı şəxsən cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid2 məxsus 5.500 manat pul vəsaitini vahid niyyətlə almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus cəmi 20.500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 xalası oğlu Şahid3 da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərilməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid3 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və sürücü vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 3.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyərək, sonuncu vasitəsilə Şahid3 razılığını almaqla sövdələşib, həmin adla 2021-ci ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 22b ünvanında yerləşən “Nargilə” kafesində Şahid11, Şahid7 və Şahid3 iştirakı ilə görüşdükdə Şahid3 2021-ci ilin sentyabr ayında işə çıxacağını yalandan bildirməklə cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid3 məxsus 3.000 manat pul vəsaitini, eyni niyyətlə, 2021-ci ilin avqust ayında Şahid3 ilə yenidən əlaqə saxlayaraq imtahanda iştirak etmək üçün verilməsi nəzərdə tutulmuş ümumi məbləğdən qalıq qalan 500 manat pul vəsaitinin də verilməsinin vacibliyini bildirməklə cinayətdən xəbərsiz Şahid11 vasitəsilə Şahid3 məxsus 500 manat pul vəsaitini 2021-ci ilin avqust ayında ünvan 3 ünvanında almaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 bibisi nəvəsi Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid1 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və qaz ixrac idarəsinə operator vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyib, sonuncu vasitəsilə Şahid1 razılığını almaqla sövdələşərək, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid1 məxsus tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolunda yerləşən “Kanal” marketin qarşısında Şahid11, Şahid1 və Şahid8 iştirakı ilə sonuncuya məxsus “Mercedes Benz C” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində görüşərək, Şahid1 2021-ci ilin sentyabr ayında işə çıxacağını yalandan bildirməklə şəxsən sonuncudan işə qəbul üzrə özü barəsində məlumat sənədi (“CV”), tərcümeyi hal, diplomunun surətini və 4.500 manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid11 qardaşı oğlu Şahid2 işə qəbul edilməsindən ötrü həyata keçiriləcək imtahanın vaxtının sürətləndirilməsi üçün daha çox şəxsin sənədinin təqdim olunmasının zəruriliyini yalandan bildirməsi ilə əlaqədar onu aldatmağa nail olub 2021-ci ilin iyul ayında Şahid11 qonşusu Şahid4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəltməsində köməklik göstərməsi barədə özünə müraciətinə əsasən, ona guya özünün şirkətdə geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid4 həmin şirkətə işə düzəldə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni düzələcəyi işlə əlaqədar imtahanlardan keçməsinin təmin edilməsinə və informasiya texnologiyaları üzrə mühəndis vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirləri görməyə görə maddi nemət olan 5.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid11 aldatmaqla deyib, sonuncu vasitəsilə Şahid4 razılığını almaqla sövdələşərək, görüntü yaratmaq, həqiqi niyyətini gizlətməklə aldatmaq və etibar qazanmaq üçün Şahid4 məxsus tərcümeyi hal, diplomun surəti və digər sənədləri istəyib, həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65/2 ünvanında yerləşən “Sevinc” kafesində Şahid11 və Şahid4 iştirakı ilə görüşüb, Şahid4 2021-ci ilin sentyabr ayında işə çıxacağını aldatmaqla bildirərək şəxsən sonuncudan işə qəbul üzrə özü barəsində məlumat sənədi (“CV”), tərcümeyi hal, diplomun surətini və 5.500 manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid4 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmə nəzərə alır ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli 7 saylı qərarının 1-ci bəndində müəyyən olunur ki, törədilmiş əməl o halda CMnin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Yuxarıda qeyd olunan Ali Məhkəmə Plenumunun 36-cı bəndinə əsasən dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmin bəndə əsasən şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını tədqiq edərək hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ibtidai istintaq orqanı tərəfindən əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam aydınlaşdırılaraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməli və bu maddələrlə təqsirləndilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs və onun arvadı Şahid9 guya İlyasın yuxarıda qeyd olunan epizodlar üzrə ayrı-ayrı şəxslərdən dələduzluq yolu ilə aldığı pulların əvəzinə qızıl vermələrinə dair ifadələrini həqiqətə uyğun hesab etmir, həmin ifadələrin iş üzrə dindirilmiş şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunduğunu hesab edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 maddələri az ağır cinayət, CM-nin 32.4,312.2-ci maddələri isə CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə X11 aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, X9 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir, belə olan halda ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınan Şahid11 tərəfindən təqdim edilmiş 02 ədəd, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. İş üzrə şahid olan Şahid6 və X18 nümayəndələri vasitəsi ilə məhkəməyə mülki iddia təqdim edərək Təqsirləndirilən şəxs onların xeyrinə 20.500 manat pulun alınmasını xahiş etmişlər. Məhkəmə nəzərə alır ki, mülki iddia məhkəməyə verildikdə dövlət rüsumunun ödənilməsi mütləqdir. Lakin qeyd olunan mülki iddia verildikdə rüsum ödənilməmiş, bu səbəbdən mülki iddia baxılmamış saxlanılmalı, bu şəxslərə isə mülki mühakimə qaydasında ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X12 üçün isə 180 (yüz səksən manat) pul Bakı şəhər “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə o məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 91-1.1.2-ci maddəsinə əsasən maddi sübut olan Şahid11 tərəfindən təqdim edilmiş 02 ədəd, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 (yüz səksən ) manat pul Bakı şəhər “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. X18 və Şahid6 mülki mühakimə qaydasında ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1176/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1176/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver