Məhkəmə qərarları › İş №1(101)-1176/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1176/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1176/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 08 avqust 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Böyükdüz kəndində anadan olmuş, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Böyükdüz kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 33, mənzil 38-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri, xx xxxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 2, mənzil 57-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyrisi vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsinə işə bərpa olunmasında köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin yanvar ayının ortalarında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vasitəsilə özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə qohumluq münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 işə bərpa olunmasını təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun müvafiq vəzifəyə bərpa edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə görüşləri zamanı cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 5.500 manat hissəsinin Zərərçəkmiş şəxs1 tərəfindən, 500 manat məbləğində hissəsinin isə borc öhdəliyindən yaxa qurtarmaq niyyətilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 olan borcunun əvəzinə verilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 həmin işin müsbət həllinə görə 6.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə sonuncudan 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə şəxsən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2.500 manat, 2022-ci ilin fevral ayının ortalarında həmin ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz Rahim Cəfərov vasitəsilə 3.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə cənub regionlar üzrə nəzarətçi vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayının əvvəllərində özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə qohumluq münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə görüşləri zamanı aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə şəxsən Təqsirləndirilən şəxs2 iştirakı ilə 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyrisi vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsinə işə bərpa olunmasında köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin yanvar ayının ortalarında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vasitəsilə özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə qohumluq münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 işə bərpa olunmasını təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə bərpa edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə görüşləri zamanı cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 5.500 manat hissəsinin Zərərçəkmiş şəxs1 tərəfindən, 500 manat məbləğində hissəsinin isə borc öhdəliyindən yaxa qurtarmaq niyyətilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 olan borcunun əvəzinə verilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 həmin işin müsbət həllinə görə 6.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə sonuncudan 2022-cı ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2.500 manat, 2022-ci ilin fevral ayının ortalarında həmin ünvanda şəxsən cinayətdən xəbərsiz Rahim Cəfərov vasitəsilə 3.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə cənub regionlar üzrə nəzarətçi vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin fevral ayının əvvəllərində özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə qohumluq münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə görüşləri zamanı aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə onun iştirakı ilə Təqsirləndirilən şəxs1 15.000 (on beş min) manat pul vəsaitini alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin əvvəllərində onun tanışı və qohumu Təqsirləndirilən şəxs2 ona əsgərlik yoldaşının, əvvəllər 1-2 dəfə Camalın yanında gördüyü Zərərçəkmiş şəxs2 Xətai rayon Polis İdarəsinin 34-cü Polis bölməsinin yaxınlığında kafe işlətdiyini bildirmiş və onu həmin kafeyə dəvət etmişdir. O da Camalın dəvəti ilə həmin kafeyə getmişdir. 2022-ci ilin təxminən yanvar ayının sonlarında o, Camal və Rahim ilə birlikdə Rahimin işlətdiyi kafedə söhbət etmişdir. Həmin söhbət əsnasında Rahim ona Ağcabədi rayonunda yaşayan Zərərçəkmiş şəxs1 ilə münasibətinin olduğunu və Rüfətin əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi işlədiyini, 2007-ci ildə isə işdən çıxdığını bildirmişdir. Bundan sonra Rahim Rüfətin yenidən həmin işə bərpa olunması üçün nə kimi köməklik edə biləcəklərini ondan və Camaldan soruşmuşdur. O, bu barədə Ukrayna Respublikasında yaşayan Anar adlı dostu ilə danışacağını və sonra bu barədə Rahimə məlumat verəcəyini demişdir. Bir gün sonra o, “Whatsapp” vasitəsi ilə Anar ilə danışmışdır. Anar Zərərçəkmiş şəxs1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə işə bərpası üçün 7.000 manat pul istəmişdir. O da bu barədə Rahimə demişdir. Rahim ondan bu barədə məlumat aldıqdan sonra Rüfət və sonuncunun anası Şahid1 ilə danışmış və bundan sonra Rüfətgilin əlində 5.500 manat pulun olduğunu ona demişdir. Sonra o, yenidən Anar ilə danışmış və Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsinin həllini 5.500 manat müqabilində həll edilməsi barədə Anarla razılaşmışdır. Sonra o, Rahimlə danışaraq Anarın 5.500 manat müqabilində Rüfəti əvvəlki işinə bərpa etməsinə dair razılıq verdiyini bildirmişdir. Bir neçə gündən sonra Rahim işlətdiyi kafedə ona 2.500 manat pul vermiş, qalan 3.000 manat pulu da 2-3 günə verəcəyini demişdir. Rahimin Rüfətin işə bərpası ilə bağlı ona verdiyi 2.500 manat pulu o, şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Rahim qalan 3.000 manat pulu düzəldə bilmədiklərini bildirmiş və Rüfətin işə bərpasına görə verdiyi 2.500 manat pulu qaytarmasını ondan tələb etmişdir. Lakin o, həmin pulu xərclədiyindən Rahimə pulu qaytara bilməmişdir. Təxminən fevral ayında o, Camal və Rahim ilə birlikdə Rahimin işlətdiyi kafedə yenidən söhbət etmiş və söhbət əsnasında Camal metal alqı-satqısı üçün 15.000 manat pul lazım olduğundan özünə məxsus “Lexus” markalı avtomobilini satmaq istədiyini demişdir. Rahim isə Camala avtomobilini satmamasını, özünə məxsus 15.000 manat pulu onlara verəcəyini və onlarla birlikdə işləyərək pul qazanmaq istədiyini demişdir. O da Camal ilə birlikdə Rahimə 15.000 manat pulu metal alqı-satıqısına qoyduğu halda gələn ay 15.000 manatla birlikdə 2.000-3.000 manat qazanc veriləcəyini bildirmişdir. Təxminən 2022-ci ilin fevral ayının sonlarında Rahim işlətdiyi kafedə əldə etdikləri razılığa əsasən ona və Camala 15.000 manat pul vermişdir. Həmin pulun 9.500 manatını Təqsirləndirilən şəxs2, 5.500 manatını isə o, götürmüşdür. Həmçinin həmin pulun 1.500 manatını o, Təqsirləndirilən şəxs2 ilə ortaq borclu olduğu şəxsə qaytarmışdır. Daha sonra onlar bir neçə dəfə Rahim ilə metal alqı-satqısı ilə bağlı Cəlilabad rayonuna getmişlər, lakin həmin vaxt metal ala bilməmişlər. Sonradan o, Camal ilə birlikdə həmin pula metal alsa da, onlar ziyana düşmüşlər və bu səbəbdən də həmin pul xərclənmişdir. Camal ilə onun arasında olan razılığa əsasən Rahimin ümumilikdə metal alqı-satqısına görə onlara verdiyi 15.000 manatın 5.000 manatını o, qalan 10.000 manatını isə Camal qaytarmalı olmuşdur. Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsi ilə bağlı ona verilmiş 2.500 manat pulun qaytarılmasını isə o, öz üzərinə götürmüşdür. O, yalnız Rüfətin işə bərpası ilə əlaqdar aldığı 2.500 manat pulu Camal ilə birlikdə Rahimə qaytara bilmişdir. X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsinə görə ona bir dəfəyə cəmi 2.500 manat pul vermişdir. Rahimin bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs2 hansı məbləğdə pul verdiyindən onun məlumatı olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinin rəisi Əgid Bayroyev ilə onun arasında uzaq qohumluq münasibətləri olsa da, onlar Rüfətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsini Əgid Bayroyevin vasitəsi ilə düzəldəcəklərinə dair söz verməmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin regionlar üzrə nəzarətçi kimi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Xancan Həsənovun vasitəsi ilə işə düzəldəcəklərinə dair nə o, nədə ki, Camal Rahimə söz verməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin göstərmişdir ki, onun qohumları tərəfindən hər iki zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə Təqsirləndirilən şəxs2 qohumu tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə onun cinayət məsuliyyətindən azad edilərək göstərilən hissədə cinayət işinə xitam verilməsini, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı ittihamın isə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin təxminən yanvar ayının sonlarında o, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Rahimin işlətdiyi kafedə söhbət edərkən Rahim onlara Ağcabədi rayonunda Zərərçəkmiş şəxs1 ilə münasibətinin olduğunu bildirmiş və Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində işə bərpa olunması üçün nə kimi köməklik edə biləcəklərini ondan və Elsevərdən soruşmuşdur. O da Rahimə bu barədə heç bir köməklik edə bilməyəcəyini demişdir. Lakin Elsevər bu barədə Qazaxıstan Respublikasında yaşayan dostu ilə danışacağını və bu barədə Zərərçəkmiş şəxs2 məlumat verəcəyini demişdir. Bir gündən sonra Elsevər xaricdə yaşayan tanışı ilə danışdığını və məsələni həll edə biləcəyini bildirərək Rüfətin işə bərpasına görə veriləcək pulun məbləğini Rahim ilə 5.500 manata razılaşmışdır. Bir neçə gündən sonra Rahim 2.500 manat pulu gətirib işlətdiyi kafedə onun yanında Elsevərə vermiş və qalan 3.000 manat pulu da 2-3 gün ərzində verəcəyini demişdir. Lakin sonradan Elsevər ilə Rahim arasında olan danışıqdan o, Rahimin qalan pulu Elsevərə vermədiyini öyrənmişdir. Bundan başqa, 2022-ci ilin təxminən fevral ayında o, Elsevər və Rahim ilə birlikdə yenidən Rahimin işlətdiyi kafedə söhbət edərkən ona metal alqı-satıqısı üçün 10.000 manat pul lazım olduğunu və buna görə də özünə məxsus “Lexus” markalı avtomobili satmaq istədiyini demişdir. Lakin Rahim ona avtomobilini satmamasını, özünə məxsus 15.000 manat pulu onlara verəcəyini və bunun əsasında da onlarla birlikdə işləyərək pul qazanmaq istədiyini demişdir. Elsevər bu təklifdən sonra Rahimin verəcəyi 15.000 manatı bütövlükdə götürmələrini və 5.000 manat məbləğində pulun Elsevərə metal işində lazım olduğunu demişdir. O da Elsevər ilə razılaşmışdır. 2022-ci ilin təxminən fevral ayının sonlarında Rahim işlətdiyi kafedə 15.000 manat pulu onun iştirakı ilə Elsevərə vermişdir. Daha sonra o, Elsevər ilə yolda taksi ilə gedən zaman həmin 15.000 manat pulun 9.500 manatını Elsevər ona vermiş, qalan 5.500 manatı isə Elsevər özünə götürmüşdür. Bundan sonra onlar bir neçə dəfə Rahim ilə birlikdə metal alqı-satqısı ilə bağlı Cəlilabad rayonuna getsələr də, metal ala bilməmişlər. O, Rahimdən metal-alqı satqısı ilə bağlı aldığı 9.500 manat pulun 4.000 manatını öz bacısının xəstəliyinə görə xərcləmişdir. Qalan pullar da Elsevər və onun tərəfindən xərclənmişdir. Daha sonra onlar Rahimin pulunu qaytara bilməmişlər. Onunla Elsevər arasında olan razılığa əsasən Rahimin metal alqı-satqısına görə onlara verdiyi 15.000 manatın 9.500 manatı onun tərəfindən, 5.500 manatı isə Elsevər tərəfindən qaytarılmalı olmuşdur. Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə bərpa edilməsi ilə bağlı Elsevərə verilmiş 2.500 manat pulun isə Elsevər tərəfindən qaytarılmasına dair onunla Elsevər arasında razılıq əldə edilmişdir. Daha sonra Elsevər həmin 2.500 manat pulu Rahimə qaytarmışdır. Lakin o, metal-alqı satıqısı ilə bağlı aldığı 9.500 manat pulu Zərərçəkmiş şəxs2 qaytara bilməmişdir. Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsinə görə nə Rahim, nə də ki, Elsevər ona hər hansı məbləğdə pul verməmişdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinin rəisi X6 Əhmədovun qohumu kimi tanımışdır. O, Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində mülki işçi kimi bərpa edilməsini Əgid Bayroyevin vasitəsi ilə düzəldəcəklərinə dair Rahimə vəd verməmişdir. Rahimə Əmlak Məsələləri Dövlət Xidmətinin regionlar üzrə nəzarətçi kimi Xidmətin rəis müavini Xancan Həsənovun vasitəsi ilə işə düzəldəcəklərinə dair nə o, nədə ki, Elsevər vəd verməmişdir. Təqsirləndirilən şəxs2, həmçinin ifadəsində göstərmişdir ki, onun qohumları tərəfindən hər iki zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə onun qohumu tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə onun cinayət məsuliyyətindən azad edilərək göstərilən hissədə cinayət işinə xitam verilməsini, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı ittihamın isə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduqları qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin vermiş olduqları ifadələri, elan edilmiş şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və təhlil nəticəsində əldə edilmiş nəticəni nəzərə alaraq, eləcə də həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsləri dostu Zərərçəkmiş şəxs2 görə tanımışdır. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların işə düzəlmələrinə köməklik göstərə bilərlər. O, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi (texniki işçi) vəzifəsində işləmişdir. Sonra o, öz istəyi ilə işdən çıxmışdır. O, Zərərçəkmiş şəxs2 “Rasim” adı ilə tanımışdır. Zərərçəkmiş şəxs2 ona demişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əvvəlki işinə bərpa olunmağında kömək edə bilərlər. O da bununla razılaşmışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu əvvəlki işinə bərpa etmələri üçün ondan 6.000 manat istəmiş, o da 5.500 manat pul verə biləcəyini demişdir. Sonra Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin 5.500 manata razılaşdıqlarını ona demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 5.500 manat pul göndərmiş, Rahim də həmin pulu sonradan təqsirləndirilən şəxslərə çatdırmışdır. Lakin onu işə bərpa edən olmamışdır. Hazırda təqsirləndirilən şəxslərin qohumları onun vermiş olduğu 5.500 manatı ona tam şəkildə geri qaytarmışlar. O, təqsirləndirilən şəxslərlə barışmış, ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsində işləmişdir. Sonra o, öz ərizəsi ilə işdən azad olunmuşdur. O, Zərərçəkmiş şəxs2 “Rasim” adı ilə tanımışdır. Tanışlıqları 2021-ci il tarixində Zərərçəkmiş şəxs2 Ağcabədi şəhərində yerləşən onun yaşadığı evin yaxınlığında ərzaq mağazasını işlətməsi səbəbi ilə yaranmışdır. Aralarında yaranmış münasibət, həmçinin Zərərçəkmiş şəxs2 onun arasında olan danışıqlar əsnasında ətrafının geniş olması deməsi ilə bağlı sonuncuya yenidən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsinə düzəlmək istədiyini demişdir. Zərərçəkmiş şəxs2 da bu barədə Bakıda yaşayan tanışları ilə danışacağını və bu barədə ona məlumat verəcəyini bildirmişdir. 2021-ci ilin avqust ayının təxminən əvvəllərində o, Zərərçəkmiş şəxs2 ilə Ağcabədi şəhərində görüşləri zamanı sonuncu ondan mağazasına ərzaq almaq üçün 500 manat borc istəmişdir. O da razılaşmış və özünə məxsus 500 (beş yüz) manat pulu Zərərçəkmiş şəxs2 anası X2 yanında yaşadığı Ağcabədi şəhəri, S.Vurğun küçəsi 101 nömrəli evin həyətində vermişdir. Əvvəllər dəfələrlə onunla Zərərçəkmiş şəxs2 arasında borc məsələsi olmuşdur. Onlar bir-birindən borc alaraq sonradan geri qaytarmışlar. 2021-ci ilin sentyabr ayının sonlarına yaxın Zərərçəkmiş şəxs2 onların evinin yanında işlətdiyi ərzaq mağasını bağlayaraq Bakı şəhərinə getmişdir. O, Zərərçəkmiş şəxs2 ona olan 500 manat borcunu istəsə də, Zərərçəkmiş şəxs2 ona hələ pulunun olmadığını, pulu olan kimi qaytaracağına dair söz vermişdir. O da Zərərçəkmiş şəxs2 ona olan 500 manat borcunu tələb etməklə yanaşı, həmçinin işə bərpa məsələsinə kömək etməyini bildirmişdir. xx.xx.2022-ci İl tarixində onun anası Sahibə Hacıyevə Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs2 onun anasına zəng edərək onun işə bərpa məsələsini danışdığını, Bakı şəhəri, Xətai rayon 34-cü PB-nin yaxınlığında olan sonuncunun işlətdiyi kafeyə gəlməyini, onun işə düzəlməyini həll edəcək şəxslərin kafedə olduqlarını, burada onun işə düzəlmək məsələsinin həll olunacağını demişdir. Anası Şahid1 da Zərərçəkmiş şəxs2 dediyi kafeyə gedərək orada sonuncu ilə görüşmüş, Zərərçəkmiş şəxs2onun anası Şahid1 kafedə 2 nəfər digər masada oturmuş şəxsləri göstərərək onun işə bərpa məsələsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləyən yuxarı vəzifəli şəxslərin köməyi ilə həll edəcək şəxslərin olduqlarını, narahat olmamağını bildirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs2 ona zəng edərək həmin şəxslər ilə danışdığını, onun anasına göstərdiyi şəxslərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki yuxarı vəzifəli şəxslər ilə görüşərək onun işə bərpa məsələsinin razılığını aldıqlarını, onun işə bərpa məsələsini 6.000 manat müqabilində düzəldəcəklərini bildirmişdir. O da anası ilə danışıb razılaşaraq Zərərçəkmiş şəxs2 ona verəcəyi 5.500 manat pulun üzərinə ona borclu olduğu 500 manat qoymağını və ümumilikdə 6.000 manat pulu onu işə bərpa edəcək şəxslərə verməyini demişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmış və 5.500 manatı verdiyi halda bir həftə ərzində onu həmin şəxslərin vasitəsi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qeydiyyat müfəttişi kimi işə yenidən bərpa olunacağını bildirmişdirlər. O, Zərərçəkmiş şəxs2 ona dediyi 5.500 manatdan 3.400 manatını xx.xx.2022-ci il tarixində hazır edərək bu barədə Zərərçəkmiş şəxs2 məlumat vermiş, sonuncu ona Ağcabədi şəhərində yaşayan Şahid2 əlaqə saxlayaraq pulu götürəcəyini demişdir. Həmin gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qeydiyyat müfəttişi kimi işə bərpa olunmağı ilə bağlı ona heç nə deməmiş və vəd verməmiş, Şahid2 onunla əlaqə saxlayaraq qeyd etdiyi ona məxsus 3.400 manat pulu yaşadığı evdən Zərərçəkmiş şəxs2 göndərmək üçün ondan əlbəəl sayaraq götürmüşdür. Qalan pulu da düzəltmək üçün istifadəsində olan ona məxsus “VAZ 2106” markalı avtomobilini satmaq qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixində Bərdə maşın bazarında avtomobilini sataraq qalan 2.100 manatı xx.xx.2022-ci il tarixində yenə də Şahid2 yaşadığı evdən Zərərçəkmiş şəxs2 göndərmək üçün ondan əlbəəl sayaraq götürmüdür. O, pulu verdikdən bir həftə sonra Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayaraq işə bərpa məsələsinin nə yerdə qaldığını soruşduqda, Zərərçəkmiş şəxs2 ona narahat olmamağını, onu işə düzəldəcəklərinə dair söz verən şəxslər ilə danışdığını və qısa zamanda işin həll olunacağını demişdir. 2022-ci ilin may ayına qədər Zərərçəkmiş şəxs2 ona eyni sözləri deyərək qısa zamanda işə bərpa məsələsini düzələcəyini bildirmiş, lakin sonradan verdiyi vədə əməl etməmişdir. 2022-ci ilin may ayından o, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qeydiyyat müfəttişi kimi bərpa ediləcəyi ilə bağlı verdiyi ümumilikdə 6.000 manat pulu geri tələb etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs2 onun işə bərpa məsələsinə söz verən, lakin vədlərinə əməl etməyən şəxslərin Zərərçəkmiş şəxs2 işə düzəlmək üçün 15.000 manat pulu aldadaraq ələ keçirdiklərini, onun və özünə məxsus pulunu tələb etdiyini, həmin şəxslərin evlərini sataraq pulları qaytaracaqlarını deməyə başlamış və həmin şəxslərin pulunu qaytaracağına dair səs yazılarını ona göndərmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 onun pulunu ələ keçirən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmiş və həmin şəxslərə məxsus ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** mobil telefon nömrələri göndərərək həmin şəxslərlə əlaqə saxlamağını və işə bərpa ilə bağlı verdiyi pulunu geri tələb etməyini demişdir. O, Zərərçəkmiş şəxs2 ona verdiyi nömrələrdən ***-***-**-** mobil telefon nömrəsinə zəng çatdığından həmin nömrə ilə əlaqə saxlamış, zəngə cavab verən Təqsirləndirilən şəxs1 sonuncunun mobil nömrəsini Zərərçəkmiş şəxs2 ona verdiyini, işə bərpa üçün verdiyi pulu qaytarmaqlarını desə də, Təqsirləndirilən şəxs1 onun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə düzəltmək məsələsinin alınmadığını, bu barədə Zərərçəkmiş şəxs2 dediklərini və bununla bağlı pul almadıqlarını demişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 dedikdə, sonuncu Təqsirləndirilən şəxs1 onun işə bərpası ilə bağlı pulu almasına dair səsini yazaraq ona göndərmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun pulunu qaytarmayaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə işə bərpa etmək adı ilə ümumilikdə 5.500 manat pulunu ələ keçirmişlər. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə işə bərpası ilə bağlı olan həm Zərərçəkmiş şəxs2, həm də ki, digər şəxslər ilə onun və onun anası Şahid1 arasında olan danışıqlarına dair səsləri mobil telefon vasitəsi ilə qeydə alaraq diskə köçürülmüş halda istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə əsgər yoldaşı olmuşdur. O, hərbi xidmətini başa vurduqdan sonra Təqsirləndirilən şəxs2 ilə uzun müddət görüşməmişdir. Çünki o, uzun müddət ölkə xaricində yaşamışdır. O, ölkəyə qayıtdıqdan sonra isə Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Bundan sonra o, tez-tez ölkəyə qayıdan zaman Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Onun müəyyən məbləğdə pul vəsaiti olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Əmlak Komitəsi ilə “işləmişlər”. Camal və Elsevər ona bildirmişlər ki, onu Əmlak Komitəsinə işə düzəldə bilərlər və ona görə də ondan Əmlak Komitəsinə işə düzəlmək üçün 15.000 (on beş min) manat pul istəmişlər. O, Camal və Elsevərin tələb etdiyi 15.000 (on beş min) manat pulu sonuncularla görüşərək özlərinə vermişdir. Həmin vaxt Camal və Elsevər ona bildirmişlər ki, təxminən 15-20 gün ərzində o, Əmlak Komitəsində işə düzələcək. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefonlarına zəng çatmamışdır. O, dəfələrlə Camal və Elsevərin yanına gedərək sonunculara vermiş olduğu pulu tələb etmişdir. Camal və Elsevər isə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan imtina etmişlər, sonradan isə onun Əmlak Komitəsinə işə düzəlməyi ilə bağlı işinin alınmadığını və pulunu geri qaytaracaqlarını bildirmişlər. Hazırda isə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışmış, ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafeni icarəyə götürərək işlətməyə başlamışdır. Həmin ərəfədə o, həmin ərazidə yaşadığını bildiyi və əsgərlik yoldaşı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq sonuncunun yaşadığı ərazinin yaxınlığında kafe işlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da onun işlətdiyi kafeyə gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun zəngindən sonra hər gün onun işlətdiyi kafeyə gəlmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 “kirvə” qohumluğu olan Təqsirləndirilən şəxs1 ilə birlikdə onun işlətdiyi kafeyə gəlməyə başlamışdır. Danışıq zamanı o, Camala və Elsevərə Ağcabədi şəhərində olan evini satıb Bakı şəhərində ev alacağını demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Əgid müəllim, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Xancan müəllim ilə yaxın münasibətlərinin olduğunu, qeyd edilən şəxslərin vasitəsi ilə müxtəlif işlər gördüklərini demişlər. Həmin ərəfədə Elsevərgili hətta onu Əgid müəllimin dayısı, Xancan müəllimin isə qardaşının hüzür mərasiminə də aparmışlar. Hüzür mərasimindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarı vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduqlarına dair onun inamı daha da artmışdır. 2021-ci ilin avqust ayında o, Ağcabədi şəhərində mağaza işlədən zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 və Rüfətin anası Şahid1 ona Rüfətin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə işə bərpa olunması üçün müraciəti yadına düşmüşdür. O, bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dedikdə, sonuncular bu məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Əgid müəllimin köməkliyi ilə düzəldə biləcəklərini, Zərərçəkmiş şəxs1 və Rüfətin anası Şahid1 yanına dəvət edərək məsələni ətraflı öyrənməyini demişlər. O, Şahid1 işlətdiyi kafeyə dəvət etmiş və görüşləri zamanı Şahid1 ona oğlu Zərərçəkmiş şəxs1 əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində işlədiyini, daha sonra öz ərizəsi ilə işdən azad olunduğunu və ona görə də yenidən həmin işinə bərpa etmək istədiklərini demişdir. O da Şahid1 həmin zaman kafedə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərərək oğlu Zərərçəkmiş şəxs1 işə bərpa məsələsinin həmin şəxslər tərəfindən həll olunacağını demiş və Zərərçəkmiş şəxs1 işə bərpa olunmaq istəməsi barədə Elsəver Əhmədova və Təqsirləndirilən şəxs2 demişdir. Təqsirləndirilən şəxs1 narahat olmamağını, səhəri gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Əgid müəllim ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. O da Şahid1 bu barədə məlumat vermişdir. Səhəri gün Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə onun işlətdiyi kafeyə gələrək Əgid müəllim ilə danışdıqlarını, Zərərçəkmiş şəxs1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə bərpası üçün 6.000 manat pul verməli olduğunu demişlər. O, isə bu barədə Şahid1 və Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Zərərçəkmiş şəxs1 işə bərpası ilə bağlı sonuncu ona 5.500 manat pul verəcəyini, ona olan 500 manat borcunu həmin pulun üzərinə qoyaraq ümumilikdə 6.000 manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməyini demişdir. O da Rüfətlə razılaşmışdır. Lakin həmin vaxt o, Zərərçəkmiş şəxs1 borclu olduğu 500 manat pulu verə bilmədiyindən Zərərçəkmiş şəxs1 işə bərpa məsələsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la 5.500 manata razılaşdırmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 2.500 manat pulu tanımadığı taksi vasitəsi ilə ona işlətdiyi kafeyə göndərmiş və qalan 3.000 manat pulu bir həftə ərzində göndərəcəyini demişdir. O, 2.500 manat pulu kafedə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yanında vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Əgid müəllimin yanına getdiyini, Zərərçəkmiş şəxs1 işə bərpası ilə bağlı qalan 3.000 manat pulu verməyini və həmin pulu Əgid müəllimə verməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hələ 3.000 manatı göndərmədiyini desə də, Təqsirləndirilən şəxs2 onda evinin qeydiyyatından çıxması üçün Aqil adlı şəxsə verməli olduğu 3.000 manat pulu ona verməyini, Zərərçəkmiş şəxs1 işə bərpası ilə bağlı qalıq qalmış pulu göndərən zaman Aqil adlı şəxsə vermək üçün götürməyini demişdir. O da razılaşmışdır. 2022-ci ilin fevral ayının 12-si o, Zərərçəkmiş şəxs1 işə bərpası üçün verməli olduğu 3.000 pulu Təqsirləndirilən şəxs2 vermişdir. Həmçinin həmin ərəfədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona Ağcabədi şəhərindəki evi satmağını, 15.000 manat pulun müqabilində Xancan müəllimin vasitəsi ilə onu Əmlak Məsələləri dövlət Xidmətinin region üzrə nəzarətçisi işinə düzəldəcəklərini, işinin cənub regionu üzrə Komitənin balansında olan tikililərin söküntüsünə nəzarət etməkdən ibarət olacağını, bunun müqabilində 1.000 manat rəsmi əmək haqqı alacağını demişlər. O da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu təkilifi ilə razılaşmışdır. 2022-ci ilin fevral ayının 14-ü isə o, satdığı evə görə əldə etdiyi puldan 15.000 manatını Əmlak Məsələləri Dövlət Xidmətinin region üzrə nəzarətçisi işinə düzəlməyi üçün həmin Xidmətdə yuxarı vəzifədə işlədiyini bildirdikləri Xancan müəllimə verilməsi adı ilə Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi 76 ünvanında yerləşən və icarə əsasında işlətdiyi “Araz” adlı kafedə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona 10 gün ərzində işə düzələcəyini demişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 gün keçməsinə baxmayaraq, onu heç bir işə düzəltməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir müddət sonra isə Camal və Elsevər pulun ələ keçirilməsini bir-birilərinin boynuna ataraq onun və Zərərçəkmiş şəxs1 pulunu qaytarmaqdan imtina etmişlər. Sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə danışan zaman o, 13.000 manat pulun Təqsirləndirilən şəxs2, 7.500 manat pulun isə Təqsirləndirilən şəxs1 olduğunu etiraf etmişdir. Camal və Elsevər həmin pulları hər dəfə danışanda qaytaracaqlarına dair söz versələr də, işə düzəltmək adı ilə ondan aldıqları 15.000 manat, Zərərçəkmiş şəxs1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə işə bərpası üçün aldıqları 5.500 manat pulunu qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişlər. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ilə paltar alqı-satqısı əsnasında tanış olmuşdur. Zərərçəkmiş şəxs1 isə o, Rüfətin Ağcabədi şəhərində taksi fəaliyyəti ilə məşğul olması əsnasında tanımışdır. O, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 xahişi ilə sonuncuya göndərmək üçün pul götürmüşdür. Lakin həmin vaxt Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 pulu nə məqsəd ilə göndərməsini bilməmişdir. O, yalnız Zərərçəkmiş şəxs2 pulu ona göndərməsi barədə xahişini yerinə yetirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs2 ümumlikdə 5.500 manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdikdə, həmin pulun Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi kimi işə bərpa olunması üçün 2.500 manatını Təqsirləndirilən şəxs1, 3.000 manatını Təqsirləndirilən şəxs2 verdiyini bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri onun yanında nəinki, Zərərçəkmiş şəxs1 5.500 manat pulunu, həmçinin Zərərçəkmiş şəxs2 işə düzəltmək üçün sonucunun 15.000 manat pulunu ələ keçirdiklərini etiraf etmişlər. Zərərçəkmiş şəxs1 istintaq zamanı təqdim etdiyi 01 ədəd CD diskdəki “WhatsApp” Audio 2022-10-29 at 17.03.36.mp4 fayldakı səs yazısı ona məxsusdur. Həmin səs yazısında Zərərçəkmiş şəxs2 ona çatası pulun Zərərçəkmiş şəxs1 götürərək ona göndərilməsi ilə bağlı xahişini Zərərçəkmiş şəxs1 demiş və yadında qalmayan taksi sürcüsü vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1-4) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4,312.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs2 1997-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan azad olunmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilməklə 2 il müddətə sınaq müddəti təyin edilmiş, xx.xx.2017-ci ildə isə təyin edilmiş sınaq müddətinin başa çatması ilə əlaqədar olaraq o, qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 64-67) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd disk “Verbatim” markalı diskə baxış keçirilmiş və diskə daxil olduqda, içərisində AUDİO-2022-11-24-14-57- 18 (1), AUDİO-2022- 11-24-14-57-18 (2), AUDİO-2022-11-24-14-57-18, AUDİO-2022-11- 24-14-57-19 (1), AUDİO-2022-11-24-14-57-19, AUDİO-2022-11-24-14-57-20 (1), AUDİO- 2022-11-24-14-57-20, AUDİO-2022-11-24-14-57-19 (1), AUDİO-2022-11-24-14- 57-19Alo adlı fayllar vardır. 1 ədəd “Verbatim” markalı diskdə olan fonoqramlardakı danışıqların məzmunu aşağıda mətnlərdən ibarətdir; AUDİO-2022-11-24-14-57-18 (1) K1- Səhər Allah qoysa sizin qulluğunuzdayam. Çox pis idim e Rasim, Allaha and olsun. Bilmirəm zəhərlənmişdim nə idi, ürəyim dayanırdı. Bayaq istədim evdən çıxam, Kamalnan görüşməliydik ki, orda Altay müəllimin köməkçisinin bir-iki dənə sualı var. Elə Elişə dedim ki, mən ölüm sən get, mən elə bir vəziyyətdəyəm ki, ürəyim dayanır, gələ bilmirəm. AUDİO-2022-11-24-14-57-18 (2) K1 - Doktor, səhər başçı gələcək şəhərə, sabah şəhərdə olacaq səhər. Elə burda görüşəcəyik. Burda söhbəti dağ eliyib, elə burdan hazırlıqlı gedərik elə. Səhər saat hardasa 10-11 arası görüşüb onun pulunu burda verək. Elə bura gəlməyi yaxşı oldu. AUDİO-2022-11-24-14-57-18 K1- Sabahın xeyir, doktor. Neyniyirsən? Nə var, nə yox? Başçı gəlibdi, burdadı. Kamal danışdı. İndi dedi girəcəm iclasa, 3-də çıxacam. Deyir sonra dedim bir yerdə obed edək, ya görüşək. Deyir dedi 3-də çıxacaq iclasdan. Prezident aparatına çağırıblar başçıların hamsını iclasa. Deyir ordan çıxacam, çörək yeyək. Bu da dedi Şüa restoranı var. Zakaz verdi. Dedi Eliş gəlməsin, özün gəl, tünlük olmasın. Dedi bir dənə yemək yeyək. Ondan sonra nöqtələyək. Qoy görək. Qurumsağı tuta bilmirik e. Bugün nöqtələyəcəyik. Allahın köməkliyi ilə bugün nöqtələyək, başlıyaq e! AUDİO-2022-11-24-14-57-19 (1) K1 - Doktor, dünən qara bayram idi. ...müəllimin qardaşının qara bayramı idi. Ona görə deyə bilmədim, hamısı orda idi. İndi bugün o məsələni dedirdəcəyəm vayonkomata AUDİO-2022-11-24-14-57-19 K1 - Eliş getdi Gəncliyə Xancan məllimnən görüşməyə. Bir saat, iki saat çəkəcəy. Ona qədər də mən çıxıram, evdəyəm. Uje başım ağrıyır, özümə indi gəlirəm. Gedim bir dənə şeyə, bacımgilə dəyəm, Ramanıda. Bir yerdə görüşəy sonra. AUDİO-2022-11-24-14-57-20 (1) K1 - Ə, vayonkomant mənim yadımnan çıxmışdı. Səhər, səhər mənim yadıma bidənə, səs at yadıma sal. Yadımdadı ha, uje yadıma düşdü. Ama yenədə səhər bir dənə səs at yadıma sal. On bir də, on iki də belə. Heçnə at mənə get ora, vuran kimi vuracam qaqaşın canna. AUDİO-2022-11-24-14-57-20 K1 - Rasim qoy dəqiq yadıma salım. Sənöl beynim o qədər qarışığdi ki. Bir o şeydən, 15 min verdiyinnən deyəsən,15 min verdiyinnən 9500, birdə ki, o voyenkomantın pulunun yarısına mən şeyəm də, şərikəm. AUDİO-2022-11-24-14-57-19 (1) K2 - Alo КЗ - Neyniyirsən? Nə var, nə yox? K2 - Sağol, nətərsən? Niyə bəs zəng vurmadın? КЗ - Ae indi durmuşam sən öl, ağrıyıram, ölürəm. Gəldim elə birtəhər bacımgilə. İndi qayıdacam. Qayıdanda zəng eliyəcəm, gəl görüş. K2 - Axşam çox içibsən yəqin. КЗ - Yox e, içmədim sən öl. K2 - Bilirsən əsas sən mənə niyə lazımsan? Eşidirsən? КЗ - Hə K2 - Keçən dəfə Tural, sən, mən orda oturduq. Orda haqq-hesab elədik, helə? КЗ - Tural kimdi? K2 - Camalın bacısı oğlu КЗ - Hə K2 - Orda haqq-hesab elədik. Sonra da siz dediniz ki, orda söhbət oldu. 13000 Camalda, 7500-də səndə. Belə oldu da söhbət? КЗ - Hə, hə K2 - Sonra sən dedin durun çıxın. Durduq, çıxdıq. İndi Camal deyir ki, məndə bir o qədər pul dəyil. Deyir məndə o puldan kiməsə vermişdim. O 2500, o voyonkomatın pulunu. КЗ - Hə, hə, hə K2 - Sonra da vermişdim 15000-də onun içində. Şeyin pulu, Aqilin bizdə, bizim ona olan borcumuz yəni, 20 min 500. КЗ - Aqili ora qatma da K2 - Yox! Qat deyəndə 3000 də odu da. Yəni hesabımız olub 20 min 500. Düzdümü, qardaş? КЗ - Hə, hə K2 - 20 min 500-dən, 20 min 500-dən, Camal deyir mən 9500 bir götürmüşəm. КЗ - Aha K2 - Hə. 1500 Aqilin pulundan mənə düşür, o borcdan. КЗ - Aha K2 - 2500 də siftə verdiyim vayonkomatın pulu. КЗ - 1250 manat da hə. K2 - 1250 manat da ordan düşür. Bu eliyir 12250 manat КЗ - 12 500. 7500-də mən də, 20 000 də. Bəs nə qədərdi, Rasim? Düz deyir də. K2 - Yox e! 12 250-di. Orda 20 350 manat puldu. КЗ - 20 350 manat niyə, Rasim? K2 - Nə qədərdi bə? Hesabla, gör. КЗ-15 000 birdi, 15 000. К2 - Hə. 3 000 də Aqilin КЗ - 2 500 birdi. К2 - 2 500, 3000 də bir. Hə, 20 500 КЗ - 3000 də bir. K2 - 20 500 КЗ - Hə, 20 500. Ay sağol! K2 - 20 500. Belə olur da. Onda səndə biraz artıq qalır. Artıq olur yoxsa əskik olur səndə? КЗ - Hələ artıq olur da bir 200 neçə manat. K2 - 200 yox e, 750 manat fərq eliyir orda. КЗ - Niyə? K2 - Bu, mənim pulum deyil də, sən bilirsən. Ə qardaş, 12 250 o verəndə. 13 000 demir mi, Camal? КЗ - Hə. K2 - Camal deyir 12250, Deyir 9500 mən götürmüşəm. КЗ -Aha. K2 - 1500 də Aqilin pulu. КЗ - O oldu nə qədər? K2 - Cəmisi? КЗ - 9500,1500 nə qədər eliyir? K2 - Elədi 11000, 1250 o pul. КЗ- 11000. 1250 dəo 12250 K2 - Hə, 12250. КЗ-Hə, 12250. K2 -12250. 12250 olanda, səndə ordan qalır, 7500, 8250 olur sənin ki, onda. КЗ - Ə, indi səkkiz yoxe qardaş, niyə 8 min e. Heç 7500 də deyil məndə. Yaxşı 9500 götürmüyüb? Yerdə qaldı nə qədər? 5500? K2 - 5500 nədi? КЗ - Ə, o, 750 manatı səhv salır axı. Bə həmin puldan, denən bir yerdə, ortadan 1500 manat götürdün, verdin Pərviz var, Pərviz. K2 - Hə. КЗ - Pərviz yox e, şey, bank işinnən bağlı gəncəli uşağlar vardı. Bə denən o gəncəli uşağlara, o puldan 1500 manat pul verdim. 750 manatı ona düşür, 750 manatı mənə. K2 - Həəə. Onda. КЗ - O 750 manatı səhv salır. K2 - Bax elə çatmıyan o 750 manatdı. КЗ - Ə, 750 manatı denən.... K2 - İndi bə sən onu mənə demədin axı. Sən dedin onu mən Turalnan özümüz eliyəciyiy. İndi də bu belə deyir. КЗ - Onu mən Turalnan yazdım kağıza verdim, apardı ona verdidə. O 1500 manatı səhv salır. K2 - Hə sonra da qaldı onda, 2500 də bu Sənanın haqq hesabı. 7500. КЗ - 10 min. K2 - 10 min pul onda. İndi bu 750-ni Camala diyəcəm ki, onda bu belədi. КЗ - O 750-ni denən ortadan denən Eliş deyirki, 1500 manat ortadan götürdük Gəncəli uşaqlara. K2 - Hə. КЗ - Doxdur var, doxdura verdiy ha? K2 - Hə deyərəm. Onu mən bilmirdim. Deyərəm ona. КЗ - Onun yadına düşər. Denən 750 manat ona düşür, 750 manat da mənə. K2 - Deyərəm mən ona yaxşı. Oldu yaxşı. КЗ - Həəə. K2 - Ayrı neynirsən, hardasan? КЗ - Bacımgilə gəldim Günəşliyə. İndi qayıdacam. Gələndə zəng eliyəcəm. Yaxşı gələndə zəng eliyərsən, Davay. AUDİO-2022-11-24-14-57-19Alo. КЗ - Hə, Rasim. K2 - Alo. КЗ - Hə Rasim. K2 - Nətərsən? КЗ - Sağlığın sağol. Sən nətərsən? K2 - A niyə açmırsan gənə iki gündü telefonu? КЗ - Aə Rasim başım elə qarışığdı Allaha and olsun. Neynirsən? K2 - Sağlığın. Nə vaxd görüşəy? Bu gün mən o pulu verməliyəm. Adamlar burdadı. КЗ - Xırdalandayam. Zəng eliyəcəm indi. Gələndə görüşəriy, K2 - Nə vaxd gələssən təqribən? КЗ - Xırdalandayam da. Onun üsdündəyəm. K2 - Görüşməy yox e. Pul gətirəssən gətirmiyəssən? Onu mənə de. Verim xalxın pulunu. КЗ - O məsələynən bağlı burdayam də, Rasim. O məsələynən bağlı burdayam. K2 - Ə, nə vaxdı bağlısan e dənən. Bə əlli dəfə də and içdin, söyüş söydün. Bə indi də ayın axırıdı, O xarabanı verdə. КЗ - Kimə söyüş söymüşəm? Kimə söyüş söymüşəm? K2 - Ə, dedin ki, namusu belə-belə olsun ayın axırına vermiyənin. Demədin? КЗ - Dedim namus haqqı ayın axırına vermiyənin namusu belə - belə olsun? K2 - Hə. КЗ - O sözü deyənin var-yoxunu s…. K2 - Aə elə lap mən də s.... ölüsünün dirisinin ağzını... КЗ - Hər şeyini s.... yalan deyənin. K2 - Ə, sən nə c..dır adamsan ə sən. КЗ – C..dırın yekəsi özünsən. Q…ə-q…ə mənnən danışma, ə c..dır, g….llax. K2 - Ə, q…ə, hardasan indi, a q…ə? КЗ - Mən sənə demişəm ə… Bir dənə dur ə. Söyüş söyüf danışma mənnən... K2 - A c..dır, sən demədin ki, əsgərliydəki oğlum ölsün ayın axırı verəcəm? КЗ - Hə demişəm verəcəm. Verəcəm hə. K2 - Havax verəssən , a g..? Havax verəssən, a c..dır, a alçağ, haram yeyən g.t, Havax verəssən? КЗ - ə bir diyan dana K2 - Sənin g….ü dağıdacam a, diyan. КЗ - yiyərsən sən mənim. Q.... ağzıva s K2 - Hardasan? S…m sənin ağzını, a g.., neçə aydı məni fırradırsan. Sənin g…… s ……. КЗ – S…m sənin ağzıva, get korrupsiyada problemini həll elə. K2 - Korrupsiyanın da s….i yeyərsən, mənim də s….i yeyərsən. İndi gəlirəm binanın qabağına sənin g..ünü s….. КЗ - İkivizində ağzına s…m, Sənin də, elə onun da. K2 - Gələm indi binanın qabağına Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 K1 kimi işarələnmiş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs2, K2 kimi işarələnmiş diktorun səsi və nitqinin ona, КЗ kimi işarələrmiş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-171/2023 saylı qərarından (cild 1, iş vərəqə 233-235) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-219/2023 saylı qərarından (cild 1, iş vərəqə 238-242) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 07 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 1-39) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 63-65) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 91-93) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 3, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam şəkildə ödənilmiş və ona görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 3, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam şəkildə ödənilmiş və ona görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-301/2023 saylı hökmündən (cild 3, iş vərəqə 110-121) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1661/2023 saylı qərarından (cild 3, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan (cild 3, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və onun himayəsində 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Nadir Əhmədov adlı 1 (bir) övladı var. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 67) görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 68) görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 3, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam şəkildə ödənilmiş, onlar barışmışlar və ona görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 3, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam şəkildə ödənilmiş, onlar barışmışlar və ona görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-301/2023 saylı cavab məktubundan (cild 3, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 1(001)-301/2023 saylı məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (cild 3, iş vərəqə 123) görünür ki, dövlət büdcəsinə Təqsirləndirilən şəxs2 adından vurulmuş ziyanın 25 faizi həcmində, yəni 5.131 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair hissədə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 133) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair hissədə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. 1997-ci il tarixli Lənkəran Qarnizonu Hərbi Məhkəməsinin hökmünün surətindən (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs2 həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan azad olunmuşdur. xx.xx.2002-ci il tarixli əmək kitabçasının surətindən (cild 1, iş vərəqə 137-139) görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün Ağcabədi rayon Hərbi Komissarlığında qeydiyyat üzrə müfəttiş vəzifəsinə qəbul edilmiş və xx.xx.2007-ci ildə könüllü olaraq tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-304/2015 saylı hökmündən (cild 1, iş vərəqə 143-149) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddət təyin edilməklə şərti tətbiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri sübutların tədqiqində iştirak etmişlər, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər, habelə irəli sürülmüş ittihamı qismən mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsinə işə bərpa olunmasında köməklik göstərmək adı ilə 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2.500 manat şəxsən, 2022-ci ilin fevral ayının ortalarında həmin ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz Rahim Cəfərov vasitəsilə 3.000 manat pul vəsaitini almış, sonradan həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə cənub regionlar üzrə nəzarətçi vəzifəsinə işə düzəlməsində köməklik göstərmək adı ilə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə Təqsirləndirilən şəxs2 iştirakı ilə şəxsən 15.000 (on beş min) manat pul vəsaitini almış, sonradan əldə etdiyi həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Mötəbər sübutlar əsasında məhkəmə istintaqında o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin qeydiyyat müfəttişi vəzifəsinə işə bərpa olunmasında köməklik göstərmək adı ilə 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2.500 manat, 2022-ci ilin fevral ayının ortalarında həmin ünvanda şəxsən cinayətdən xəbərsiz Rahim Cəfərov vasitəsilə 3.000 manat pul vəsaitini almış, sonradan həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumluq və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə cənub regionlar üzrə nəzarətçi vəzifəsinə işə düzəlməsində köməklik göstərmək adı ilə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 76 ünvanında yerləşən “Araz” adlı kafedə onun iştirakı ilə digər Təqsirləndirilən şəxs1 15.000 (on beş min) manat pul vəsaitini almış, sonra əldə etdikləri həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmənin gəldiyi göstərilən nəticə təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları qismən etirafedici ifadələri, habelə zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinə əlavə edilmiş “Votsap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqları özündə əks etdirən çoxsaylı səsli və yazılı sübutlar əsasında tam şəkildə təsdiq olunmuşdur. Bundan başqa, cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ona dəlalət edir ki, onlar törətmiş olduqları cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və baş vermiş cinayətlərin nəticəsini dərk etmişlər və ona görə də vurduqları ziyanı ödəməklə törətdikləri əməllərdən peşman olmuşlar. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrıayrılıqda məhkəməyə yazılı ərizə və notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək onlara vurulmuş ziyanın təqsirləndirilən şəxslərin yaxın qohumları tərəfindən tam şəkildə ödənildiyini, nəticədə onların təqsirləndirilən şəxslərlə barışdığını və ona görə də sonunculara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxslərin bu hissədə bildirdikləri məlumatları məhkəmədə təsdiq edərək zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənildiyini və nəticədə zərərçəkmiş şəxslərin onlarla barışdıqlarını bildirmişlər. Cinayət hadisəsi baş verdikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi bilavasitə onların zərərçəkmiş şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini təsdiq edən haldır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam şəkildə öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və ona görə də onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qohumu tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın 25 faizi həddində pul vəsaitini dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən - bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən - cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. Lakin şəxs barəsində cinayət mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, cinayət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 72–73-2ci maddələrində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması kimi konstitusiya əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Qeyd edilən qərarda, həmçinin göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmənin cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirildiyi hallarda, şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər hallar, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər, cinayətin törədilmə şəraiti və sair hallar nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul edilməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarından və bu normaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqedən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nisbətdə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiqi zəruridir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, sonra zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödənilməsini təmin emtişlər, nəticədə tərəflər arasında barışıq əldə edilmiş, daha sonra vurulmuş ümumi ziyanın iyirmi beş faizi məbləğində pul vəsaiti qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin imperativ tələbləri yerinə yetirilmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra qanunsuz əməllərinə tənqidi yanaşaraq törətdikləri cinayət əməlləri nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə ödəməklə əməllərinin ictimai təhlükəliliyini aradan qaldırmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda məhkəməyə müraciət edərək barələrində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə bağlı hissədə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmalarına dair cinayət təqibinə xitam verilməli və onlar həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidirlər. Bundan başqa, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göstərilən Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı, xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39 və yaxud 40-cı maddələrində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq, мəhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2.2-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) qanuni və əsaslı olduğundan cinayət işinə həmin hissədə bəraətverici əsasla xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 08 iyun 2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-301/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmış, habelə hal-hazırda cəza çəkir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddələr ilə cinayət məsuliyyətindən azad olunmalı olsa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(001)-301/2023 saylı hökmünə əsasən hazırda cəza çəkdiyindən hazırkı cinayət işi üzrə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onun hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-301/2023 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır (göstərilən məhkəmə hökmünə əsasən cəzasını çəkməyə davam etməlidir). Bundan başqa, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddələr ilə cinayət məsuliyyətindən azad olunmalı olsa da, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1661/2023 saylı cinayət işinə baxıldığından və həmin cinayət işi üzrə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanıldığından, başqa sözlə, onun barəsində olan başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçildiyindən və hazırda həmin cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri qüvvədə olduğundan hazırkı cinayət işi üzrə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1661/2023 saylı cinayət işi (başqa cinayət işi) üzrə onun həbsdə saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 39.1.11, 39.3, 43.1, 43.1.1, 314.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənildiyindən, cinayət nəticəsində vurulmuş ümumi ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələri tətbiq edilməklə onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsinlər və bu hissədə cinayət işi üzrə icraata xitam verilsin.

2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə hər iki təqsirləndirilən şəxsə nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə xitam verilsin.

3. Təqsirləndirilən şəxs1 barəsində hazırkı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(001)-301/2023 saylı hökmünə əsasən cəza çəkdiyindən onun hazırda cəza çəkməsi nəzərə alınsın.

4. Təqsirləndirilən şəxs2 barəsində hazırkı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1661/2023 saylı digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçildiyindən və həbs qətimkan tədbiri hazırda qüvvədə olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1661/2023 saylı digər cinayət işi üzrə onun hazırda həbsdə saxlanılması nəzərə alınsın.

5. Qərardan elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə qərarının surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Əli Məmmədov

Hakimlər Səbinə Məmmədzadə

Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar