Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1176/2025 23.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X18 İmanovanın sədrliyi, hakimlər X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Banu Pənah qızı Qasımzadənin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru vəzifədə işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda keçirərək qaçaqmalçılıq etmişdir.
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etmişdir.
İşin faktiki halları
3. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə xx.xx.2023-cü il tarixli 1000/479Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Türkiyə Respublikasından əldə edərək Azərbaycan Respublikasına gətirəcəkləri qızıl külçələri qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satışından qazanc əldə etmək məqsədilə əvvəlcədən aralarında bölünmüş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 qızıl külçələri Türkiyə Respublikasından əldə edərək hava məkanı ilə Azərbaycan Respublikasına “X8 Aeroportu”na gətirməklə sərnişin təyyarəsinin eniş vaxtını bildirərək sanitar qovşaqda görüşüb ona verməsi, o da öz növbəsində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə “X8 Aeroportumda növbədə olduğu terminalın sanitar qovşağın, eləcə də Təqsirləndirilən şəxs2 Gömrük orqanı əməkdaşları tərəfindən izlənilibizlənilməməsi, izlənilmədiyi halda qızıl külçələrin ona verilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində hərəkətlər edəcəyi, bundan sonra sanitar qovşağındakı yanakı kabinədən heç kimin görməyəcəyi şəraitdə qızıl külçələri Təqsirləndirilən şəxs2 götürərək “Heydər Əliyev Beynəlxalq Aeroportu”ndan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib kənarda sonuncuya təqdim etməsinə dair razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 istintaqa dəqiq müəyyən edilməyən şəraitdə və vaxtda cinayətin törədildiyi ərəfədə Türkiyə Respublikasından 1000,14 qram kütləli, dəyəri 145.000 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış aversində mərkəzdə sağ tərəfə baxan qadın baralyef təsviri, “1952-2022 AUSTRALİA 3000 DOLLARS ELİZABETH İİ” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “RED KANGARO P AUSTRALİAN KANGAROO 1 KİLO 9999 GOLD 2023” yazıları olan, dairə formalı, sarı rəngli 01 ədəd, hər birinin kütləsi 31.11 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 23.330 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan kişi baralyef təsviri, “CHARLES İİİ AUSTRALİA 100 DOLLARS” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “P125 KANGAROO 2024 1oz 9999 GOLD” yazıları olan, dairə formalı sarı rəngli 05 ədəd, hər birinin kütləsi 31.12 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 32.662 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan kişi baralyef təsviri, “CHARLES İİİ AUSTRALİA 100 DOLLARS” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “P125 KANGAROO 2024 1oz 9999 GOLD” yazıları olan, dairə formalı sarı qəngli 07 ədəd, hər birinin kütləsi 100 qram olmaqla hər birinin dəyəri 14.500 manat olan 999.9 əyarlı qızıldan hazırlanmış ümumi dəyəri 87.000 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380773”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR 00380774”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380775” “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380776”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380777”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380779” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 06 ədəd, hər birinin kütləsi 50 qram olmaqla hər birinin dəyəri 7.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 75.000 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396402”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391365”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391367”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396400”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396399”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C039398”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391366”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391368”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391364”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396401”, yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 10 ədəd, hər birinin kütləsi 10 qram olmaqla hər birinin dəyəri 1.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 7.500 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973232”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973230”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973231”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973233”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973234” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 05 ədəd, hər birinin kütləsi 31.10 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 9.332 manat olan hər birinin reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 999.9 ESSAYEUR FONDEUR”, aversində “PAMP SUİSSE A209433”, “PAMP SUİSSE A209436” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 02 ədəd, hər birinin kütləsi 31.11 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 13.998 manat olan hər birinin reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 999.9 ESSAYEUR FONDEUR”, aversində “PAMP SUİSSE A209437”, “PAMP SUİSSE A209438”, “PAMP SUİSSE A209435” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 03 ədəd, 311,2 qram kütləsi, dəyəri 45.000 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 10 X21 999.9 ESSEYEUR FONDEUR C021413” yazıları olan, düzbucaqlı formalı, sarı rəngli 01 ədəd və 155.51 qram kütləii, dəyəri 22.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 5 X21 999.9 ESSEYEUR FONDEUR C021614” yazıları olan, düzbucaqlı formalı, sarı' rəngli 01 ədəd olmaqla ümumilikdə külli miqdarda - 461.322 manat dəyərində, ümumi çəkisi 3145.59 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 41 ədəd külçəni əldə edib, bu barədə özünə məlumat verərək yuxarıda göstərilən qaydada aralarında müəyyən etdikləri rol bölgüsünə əsasən qeyd olunan qızıl külçələri Təqsirləndirilən şəxs2 J2 8106 saylı İstanbul-Bakı aviareysi ilə 27 dekabr 2024- cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “X8 Aeroportu”na əl çantasında gətirərək razılaşdırılmış planı realizə etmək üçün “X8 Aeroportu”nun 2-ci terminalının 1ci mərtəbəsindəki gəliş zalında yerləşən sanitar qovşağına getməsi barədə ona məlumat verməklə həmin günü saat 04:48-də qeyd edilən sanitar qovşağın kabinəsinə daxil olaraq onun gəlişini gözləmiş, o da öz növbəsində ilkin olaraq sanitar qovşağın qarşısında müşahidə aparmaqla sərnişinlərin, eləcə də gömrük və digər orqan əməkdaşlarının həmin ərazidən uzaqlaşmasını gözləyərək 20 dəqiqə müddət kəsiyində ölkəyə gəlmiş sərnişinlərin sərhəd buraxılış məntəqəsindən keçərək gömrük nəzarəti məntəqəsinə yaxınlaşması səbəbindən sanitar qovşağın qarşısında yaranmış boşluq ilə bağlı əlverişli şəraitdən istifadə edərək həmin günü saat 05:08-də Təqsirləndirilən şəxs2 daxil olduğu sanitar qovşağa daxil olaraq sonuncudan qeyd edilən külçələrin olduğu bir ədəd üzərində “boewisi” yazısı olan pul qabının və bir ədəd qırmızı rəngli yapışqanlı lentlə bağlanmış qablaşdırmanı təhvil alıb ilk öncə o, ardınca Təqsirləndirilən şəxs2 sanitar qovşağı tərk edərək sonuncudan götürdüyü içərisində qeyd olunan qızıl külçələr olan pul qabını və qablaşdırmanı gömrük nəzarətindən kənar keçirərək növbədən çıxan zaman Təqsirləndirilən şəxs2 təhvil vermək məqsədilə gəliş zalında üzərində gizlədərək hərəkətdə olarkən daxil olmuş məlumata əsasən 27 dekabr 2024-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbiri ilə bağlı gömrük orqanın əməkdaşının onun dayanması ilə bağlı tələbinə məhəl qoymaraq törətdiyi cinayətdən yaxa qurtarmaq üçün qaçaraq gəliş zalındakı liftə minib 2-ci mərtəbədəki sərnişinlərin ölkədən gedişləri zamanı istifadə etdikləri steril zonada olan sanitar qovşağa daxil olub üzərindəki qeyd olunan qızıl külçələrin olduğu bir ədəd pul qabını və bir ədəd bağlamanı zibil qutusuna ataraq, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdar təşkil edən 461.322 manat dəyərində ümumi çəkisi 3145.59 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 41 ədəd külçəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin davamı olaraq qeyd olunan sanitar qovşağa gömrük əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı bir ədəd pul qabı və bir ədəd bağlamada olan yuxarıda qeyd edilən çəkidə və əyyarda olan 41 ədəd qızıl külçələr, eləcədə Təqsirləndirilən şəxs2 gömrük nəzarət məntəqəsindən keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə üzərinə keçirilən baxış zamanı sonuncuya məxsus üzərində “Duty Free1’ yazısı olan sellofan paketin içərisindən seriya nömrələri eynilik təşkil edən üzərlərində “PAMP Certificate C021413, metal Au, Weight 10 oz Fineness 999.9” və “Pamp Certificate C021614, metal Au, Weight 5 oz Fineness 999.9" yazıları olan düzbucaqlı formalı 2 ədəd, seriya nömrəsi olmayan dairəvi formalı 1 ədəd böyük, 12 ədəd kiçik ölçüdə olmaqla yuxarıda qeyd edilmiş sanitar qovşaqda aşkar ediimiş və plastik qablaşdırması olmayan külçələr sayda, yəni 15 ədəd plastik materialdan hazırlanmış şəffaf külçə qabları aşkar edilərək götürülmüşdür.
4. Təqsirləndirilən şəxs2 həmkəndlisi və tanışı olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Türkiyə Respublikasından əldə edərək Azərbaycan Respublikasına gətirəcəkləri qızıl külçələri qaçaqmalçılıq yolu İlə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satışından qazanc əldə etmək məqsədilə əvvəlcədən aralarında bölünmüş rol bölgüsünə əsasən onun qızıl külçələri Türkiyə Respublikasından əldə edərək hava məkanı ilə Azərbaycan Respublikasına “X8 Aeroportu”na gətirməklə sərnişin təyyarəsinin eniş vaxtını bildirərək sanitar qovşaqda görüşüb Təqsirləndirilən şəxs1 verməsi, sonuncuda öz növbəsində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə “X8 Aeroportu”nda növbədə olduğu terminalın sanitar qovşağın, eləcə də onun Gömrük orqanı əməkdaşları tərəfindən izlənilibizlənilməməsi, izlənilmədiyi halda qızıl külçələrin Təqsirləndirilən şəxs1 verilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində hərəkətlər edəcəyi, bundan sonra sonuncu sanitar qovşağındakı yanakı kabinədən heç kimin görməyəcəyi şəraitdə qızıl külçələri ondan götürərək “X8 Aeroportu”ndan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib kənarda ona təqdim etməsinə dair razılaşmaya əsasən o, istintaqa dəqiq müəyyən edilməyən şəraitdə və vaxtda cinayətin törədildiyi ərəfədə Türkiyə Respublikasından 1000,14 qram kütləii, dəyəri 145.000 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış aversində mərkəzdə sağ tərəfə baxan qadın baralyef təsviri, “1952-2022 AUSTRALİA 3000 DOLLARS ELİZABETH İİ” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “RED KANGARO P AUSTRAUAN KANGAROO 1 KİLO 9999 GOLD 2023” yazıları olan, dairə formalı, sarı rəngli 01 ədəd, hər birinin kütləsi 31.11 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 23.330 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan kişi baralyef təsviri, “CHARLES İİİ AUSTRALİA 100 DOLLARS” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “P125 KANGAROO 2024 1oz 9999 GOLD” yazıları olan, dairə formalı sarı rəngli 05 ədəd, hər birinin kütləsi 31.12 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyarlı qızıldan hazırlanmış ümumi dəyəri 32.662 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan kişi baralyef təsviri, “CHARLES İİİ AUSTRALİA 100 DOLLARS” yazıları, reversində mərkəzdə sol tərəfə baxan “kenquru” təsviri, “P125 KANGAROO 2024 1oz 9999 GOLD” yazıları olan, dairə formalı sarı qəngli 07 ədəd, hər birinin kütləsi 100 qram olmaqla hər birinin dəyəri14.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 87.000 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan'qadın baralyef təsviri, reversində “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380773", “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380774”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380775” “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380776”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380777”, “SUİSSE 100 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0380779” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 06 ədəd, hər birinin kütləsi 50 qram olmaqla hər birinin dəyəri 7.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 75.000 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396402”, “SUİSSE 50g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391365”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391367”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396400”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396399”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C039398”,“SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391366”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391368”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0391364”, “SUİSSE 50 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0396401” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 10 ədəd, hər birinin kütləsi 10 qram olmaqla hər birinin dəyəri 1.500 manat olan 999.9 əyyarlı qızıldan hazırlanmış ümumi dəyəri 7.500 manat olan hər birinin aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973232”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973230”, "SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973231”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973233”, “SUİSSE 10 g FİNE GOLD 999.9 ESSEYEUR FONDEUR C0973234” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 05 ədəd, hər birinin kütləsi 31.10 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyariı qızıldan hazırlanmış ümumi dəyəri 9.332 manat olan hər birinin reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 999.9 ESSAYEUR FONDEUR”, aversində “PAMP SUİSSE A209433”, “PAMP SUİSSE A209436” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 02 ədəd, hər birinin kütləsi 31.11 qram olmaqla hər birinin dəyəri 4.666 manat olan 999.9 əyyariı qızıldan hazırlanmış ümumi dəyəri 13998 manat olan hər birinin reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD ESSAYEUR FONDEUR”, aversində “PAMP SUİSSE A209437”, “PAMP SUİSSE A209438”, “PAMP SUİSSE A209435” yazıları olan, göy rəngli üzərində “PAMP” yazısı olan plastik qablaşdırmada düzbucaqlı formalı sarı rəngli 03 ədəd, 311.2 qram kütləli, dəyəri 45.000 manat olan 999.9 əyyariı qızıldan hazırlanmış aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 10 X21 999.9 ESSEYEUR FONDEUR C021413” yazıları olan, düzbucaqlı formalı, sarı rəngli 01 ədəd və 155.51 qram kütləli, dəyəri 22.500 manat olan 999.9 əyyariı qızıldan hazırlanmış aversində mərkəzdə sol tərəfə baxan qadın baralyef təsviri, reversində “SUİSSE 5 X21 999.9 ESSEYEUR FONDEUR C021614” yazıları olan, düzbucaqlı formalı, sarı rəngli 01 ədəd olmaqla ümumilikdə külli miqdarda - 461.322 manat dəyərində ümumi çəkisi 3145.59 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 41 ədəd külçəni əldə edib, bu barədə Təqsirləndirilən şəxs1 məlumat verərək yuxarıda göstərilən qaydada aralarında müəyyən etdikləri rol bölgüsünə əsasən qeyd olunan qızıl külçələri o, J2 8106 saylı İstanbul-Bakı aviareysi ilə 27 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “X8 Aeroportu”na əl çantasında gətirərək razılaşdırılmış planı realizə etmək üçün “X8 Aeroportu”nun 2-ci terminalının 1ci mərtəbəsindəki gəliş zalında yerləşən sanitar qovşağına getməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməklə həmin gün, saat 04:48-də qeyd edilən sanitar qovşağın kabinəsinə daxil olaraq sonuncunun gəlişini gözləmiş, Təqsirləndirilən şəxs1 də öz növbəsində ilkin olaraq sanitar qovşağın qarşısında müşahidə aparmaqla sərnişinlərin, eləcə də gömrük və digər orqan əməkdaşlarının həmin ərazidən uzaqlaşmasını gözləyərək 20 dəqiqə müddət kəsiyində ölkəyə gəlmiş sərnişinlərin sərhəd buraxılış məntəqəsindən keçərək gömrük nəzarəti məntəqəsinə yaxınlaşması səbəbindən sanitar qovşağın qarşısında yaranmış boşluq ilə bağlı əlverişli şəraitdən istifadə edərək həmin günü saat 05:08-də onun daxil olduğu sanitar qovşağa daxil olaraq ondan qeyd edilən külçələrin olduğu bir ədəd üzərində “boewisi” yazısı olan pul qabının və bir ədəd qırmızı rəngli yapışqanlı lentlə bağlanmış qablaşdırmanı təhvil alıb İlk öncə Təqsirləndirilən şəxs1, ardınca isə o sanitar qovşağı tərk edərək Təqsirləndirilən şəxs1 ondan götürdüyü içərisində qeyd olunan qızıl külçələr olan pul qabını və qablaşdırmanı gömrük nəzarətindən kənar keçirərək növbədən çıxan zaman özünə təhvil vermək məqsədilə gəliş zalında üzərində gizlədərək hərəkətdə olarkən daxil olmuş məlumata əsasən 27 dekabr 2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri ilə bağlı gömrük orqanın əməkdaşının Təqsirləndirilən şəxs1 dayanması ilə bağlı tələbinə sonuncu məhəl qoymaraq törətdiyi cinayətdən yaxa qurtarmaq üçün qaçaraq gəliş zalındakı iiftə minib 2-ci mərtəbədəki sərnişinlərin ölkədən gedişləri zamanı istifadə etdikləri steri! zonada olan sanitar qovşağa daxil olub üzərindəki qeyd olunan qızıl külçələrin olduğu bir ədəd pul qabını və bir ədəd bağlamanı zibil qutusuna ataraq, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdar təşkil edən 461.322 manat dəyərində ümumi çəkisi 3145.59 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 41 ədəd külçəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin davamı olaraq qeyd olunan sanitar qovşağa gömrük əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı bir ədəd pul qabı və bir ədəd bağlamada olan yuxarıda qeyd edilən çəkidə və əyyarda olan 41 ədəd qızıl külçələr, eləcədə özü gömrük nəzarət məntəqəsindən keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə üzərinə keçirilən baxış zamanı özünə məxsus üzərində “Duty Free” yazısı olan sellofan paketin içərisindən seriya nömrələri eynilik təşkil edən üzərlərində “PAMP Certificate C021413, metal Au, Weight 10 oz Fineness 999.9” və “Pamp Certificate C021614, metal Au, Weight 5 oz Fineness 999.9” yazıları olan düzbucaqlı formalı 2 ədəd, seriya nömrəsi olmayan dairəvi formalı 1 ədəd böyük, 12 ədəd kiçik ölçüdə olmaqla yuxanda qeyd edilmiş sanitar qovşaqda aşkar edilmiş və plastik qablaşdırması olmayan külçələr sayda, yəni 15 ədəd plastik materialdan hazırlanmış şəffaf külçə qabları aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxslərin təqsirliliyinə dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, onlara verilmiş məlumat Təqsirləndirilən şəxs2 haqqında olmuşdur. Hadisə günü gömrük orqanlarının əməkdaşları ratsiya vasitəsi ilə əlaqə saxlayaraq zala yaxınlaşmalarını və Səfəri saxlamalarını bildirmişlər. O, zala qalxdıqda Səfər artıq saxlanılmışdı. Həmin vaxt Əfsəri liftə daxil olarkən görmüş, daha sonra yuxarı qalxdıqda Əfsərlə rastlaşmışdır. Əfsər saxlanılan zaman üzərində heç nə olmamışdır. Əfsəri idarəyə aparmışlar. Daha sonra isə əməkdaşlar onlara ayaqyoluna gedib oranı axtarmalı olduqlarını bildirmişlər. Videoçəkiliş vasitəsi ilə ayaqyolunda olan zibil qabları axtarıldıqda ordan çoxlu külçə qızıllar aşkar edilmişdir.
5. Məhkəmə iclasında hal şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, işləyən zaman əməkdaşlar gələrək ona zibil yeşiklərinin axtarılmalı olduqlarını bildirdilər. Sonuncu yeşikdən qızıllar çıxmışdır.
6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid5 Səfərin gəldiyi reysdən əvvəl həmin ayaqyoluları təmizlədiyini, həmin vaxt orada şübhəli əşya olmadığını, sonradan axtarış zamanı zibil qabında qara pul qabı və bağlamanın olduğunu, həmin bağlamanın içində qızılların olduğunu, iki nəfərin gələrək ona zibilqabıların içərisinin axtarılmalı olduğunu dediklərini, konkret olaraq nəyin axtarılmalı olduğunu bilmədiyini, videoçəkilişlə zibil qabların axtarıldığını bildirmişdir.
7. Məhkəmə iclasında hal şahidİ qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hadisə günü növbədə olmuşdur. Zibilqabıları boşaltdıqda qızılları görmüş, gömrük əməkdaşları onlara zibil qablarına baxılmalı olduğunu dedikləri üçün zibil qablarına baxmağa başlamışlar. Onlar Xudaverdi ilə zibil qablarından qızıl tapdıqdan sonra əməkdaşları çağırmşlar.
8. Məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gömrük komitəsinin əməkdaşı ona yaxınlaşaraq hal şahidinin lazım olduğunu demiş və ona hal şahidi olmağı təklif etmişdir. Onlar idarədə olan xidməti otaqların birinə getmişlər. Orada “Duty Free” sellofanını görmüş, həmin sellofanın içərisindən təxminən 10-15 ədəd şəffaf qabda qızılların çıxarıldığını görmüşdür.
9. Məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü gömrük əməkdaşları onu hal şahidi qismində dəvət etmişlər. Onlar əvvəlcə Təqsirləndirilən şəxs2 paketinə baxış keçirmişlər. “Duty Free” sellofanından qızıllar çıxmışdır. Təqsirləndirilən şəxs1 isə üzərindən telefon aşkar edilmişdir.
10. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 plasmas qabların içərsiində sarı qızılların olduğunu, gömrük əməkdaşlarının paketin içərisindən qızılları çıxardıqlarını, “Duty Free” paketinin içərindən biri böyük olmaqla qalanları eyni ölçüdə olan qızıl külçələrın çıxarıldığını bildirmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Səfərlə və Əfsəri çoxdan tanıyır. Əfsərlə birgə xidmət etmişlər. Səfər isə onun həmkəndlisidir. O, Səfərdən ona telefon gətirməsini xahiş etmiş, lakin həmin telefonun gətirilməsi alınmamışdır.
12. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid7 Səfərlə qızılın keçirilməsi ilə bağlı heç bir razılaşmalarının olmadığını, “WhatsApp”da Səfərlə qızılın gətirilməsi ilə bağlı heç bir söhbətinin olmadığını, Abasət Səfərovun onun həmkəndlisi olduğunu, Abasətlə Dubaydan qızılın gətirilməsi ilə bağlı heç bir söhbətinin olmadığını, istintaqda ifadə verərkən ona təzyiqlər olmadığını, sadəcə ifadəsini oxumadan imzaladığını, Səfərin gömrük nəzarətindən kənar olaraq ölkəyə qızıl gətirdiyindən xəbərinin olmadığını bildirmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycana gömrük nəzarətindən kənar xeyli miqdarda mal gətirəcəyi barədə məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Ratsiyadan əməkdaşlar əlaqə saxlayaraq ayaqyoluna baxış keçirməli olduqları bildirmişlər. Baxış zamanı Səfərin paketindən qızıl külçə qabları aşkar olunmuşdur.
14. “Baxış keçirilməsi və götürmə haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, “X8 Aeroportu”nun Terminal 2-də 2-ci mərtəbədə steril zonada yerləşən sanitar qovşağa baxış zamanı həmin qovşaqda yerləşən zibil qabının içərisində olan qara rəngli sellofan paketin içərisində olan digər tullantıların arasından 1 ədəd üzərində “boweisi” yazısı olan dəri materialından olan qara rəngli pul kisəsi və 1 ədəd qırmızı rəngli yapışqanlı lentlə bağlanmış qablaşdırma aşkar edilmişdir. Aşkar edilmiş qara rəngli pul kisəsi açılmış və içərisindən 2 ədəd sarı rəngü rezinlə birləşdirilmiş üzərində “X22” yazılı qablaşdırmada sarı rəngli metaldan hazırlanmış külçələr, 1 ədəd qırmızı rəngli parça materialından olan kisə və 14 ədəd ağ rəngli salfetə bükülərək yapışqanlı lentlə bağlanmış bükümlər çıxarılmışdır. Daha sonra əvvəlcə 1 ədəd qırmızı rəngli yapışqanlı lentlə bağlanmış qablaşdırmanın üzərindəki yapışqan lent kəsici alətlə sökülmüş və açıldıqdan sonra içərisindən üzərində 6 ədəd “PAMP Suisse 100 g Fine Gold 999.9” yazıları və C380773, C380774, C380775, C380776, C380777, C380779 seriya nömrələri olan sarı rəngli metaldan hazırlanmış külçələr, 10 ədəd üzərində “PAMP Suisse 50 g Fine Gold 999.9” yazıları və C391364, C391365, C391366, C391367, C391368, C396398, C396399, C396400, C396401, C396402 seriya nömrələri olan sarı metaldan hazırlanmış külçələr aşkarlanmışdır. Daha sonra qara rəngli pul kisəsinin içərisindən aşkar olunan 2 ədəd sarı rəngli rezinlə birləşdirilmiş üzərində “X22” yazılı qablaşdırmalara baxış keçirilmişdir. Bunlardan birinin 5 ədəd üzərində “Pamp Suisse 1 ounce Fine Gold 999.9” yazıları və A209433, A209435, A209436, A209437, A209438 seriya nömrələri olan sarı rəngli metaldan hazırlanmış külçələrdən, digərinin isə 5 ədəd üzərində “Pamp Suisse 10 g Fine Gold .999.9” yazıları və C973230, C973231, C973232, C973233, C973234 olan sarı rəngli metaldan hazırlanmış külçələrdən ibarət olduğu müəyyən olunmuşdur. Daha sonra 14 ədəd ağ rəngli salfetlərə bükülmüş bükümlər kəsici alətlə açılmış, onlardan bir ədədinin üzərində “PAMP Suisse 10 X21 999.9” yazılı ümumi təqribi çəkisi 312 qram olan C021413 seriya nömrəli olan düzbucaqlı formalı, bir ədədinin üzərində “PAMP Suisse 5 X21 999.9” yazılı ümumi təqribi çəkisi 156 qram olan C021614 seriya nömrəli düzbücaqlı formalı, 12 ədəd üzərində bir tərəfində “Charles lllAustralia 100 dollars” digər tərəfində “2024 10z 999 gold” yazıları olan hər birinin çəkisi 31 qram olan dairəvi formalı qablaşdırması olmayan külçələr olduğu məlum olmuşdur. 1 ədəd üzərində “boweisi” yazısı olan dəri materialından olan qara rəngli pul kisəsinin içərisindən aşkar olunan qırmızı rəngli parça materialından olan kisənin içərisindən isə 1 ədəd ağ rəngli salfetə bükülmüş yapışqanlı lentlə bağlanmış büküm çıxarılmış, həmin büküm kəsici alətlə açılmış və içərisində üzərində bir tərəfində “Elizabeth İİ 1952-2022 Australia 3000 dollars” digər tərəfində “Australian Kangaroo 1 kilo 9999 Gold 2023” yazıları olan çəkisi 1000 qram olan dairəvi formalı qablaşdırması olmayan sarı rəngli külçə olduğu müəyyən edilmişdir. Qeyd olunan külçələr, içərisindən qızıl külçələrin olduğu pul qabı, 2 ədəd qirmızl rəngli kisə, 1 ədəd qara rəngli sellofan paket müvafiq qaydada qabiaşdırılmaqla götürülmüşdür (cild 01; i.v. 7-10).
15. “Baxış keçirilməsi və götürmə haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 gömrük nəzarətinin “Yaşıl Kanal” buraxılış sistemini keçərkən saxlanılaraq sonuncuya məxsus olan yüklərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus olan 1 ədəd üzərində “Duty Free” yazıları olan sellofan paketin içərisində olan 1 ədəd qırmızı rəngli sellofan paketin içərisindən 1 ədəd üzərində “PAMP Certificate C021413, metal Au, Weight 10 oz Fineness 999.9” yazıları olan düzbucaqlı formalı şəffaf rəngli plastik qablaşdırma, 1 ədəd üzərində “Pamp Certificate C021614, metal Au, Weight 5 oz Fineness 999.9” yazıları olan düzbucaqlı formalı şəffaf rəngli plastik qablaşdırma, 1 ədəd böyük ölçülü, dairəvi formalı, şəffaf rəngli plastik qablaşdırma, 12 ədəd kiçik ölçülü, dairəvi formalı plastik qablaşdırma aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdü (cild 01; i.v.13-14).
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 27 dekabr 2024-cü il tarixli 6/5599-9/10724 nömrəli kompleks materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi kütləsi 3145,59 qram olan külçələrin hər biri təxminən 999 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş külçələrin ayrı-ayrılıqda tərkibi əyarı və digər göstəriciləri (damğası, adları və s.) aşağıdakı cədvəldə göstərilmişdir. Təqdim edilən qızıl- külçələrin xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 461.322 (dörd yüz altmış bir min üç yüz iyirmi iki) manat müəyyən edilir. Həmin külçələrin ayrılıqda adları və qiymətləri aşağıdakı cədvəldə göstərilmişdir (cild 01; i.v.56-61).
17. “Baxış keçirilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “İphone 14 Pro” markalı mobil telefonun nömrələr jurnalında Təqsirləndirilən şəxs1 istifadəsində olan +994 50 *** ** ** nömrəsinin “Wehliyar Baba” adı ilə qeyd edildiyi, həmin nömrədən özünün qeydiyyatdan keçdiyi +994 50 *** ** ** nömrəsinə “WhatsApp” tətbiqi üzərindən xx.xx.2024-cü il tarixdə, saat 12:57-də zəng edilərək 29 saniyə, saat 13:07-də zəng edilərək 2 saniyə, saat 13:08-də zəng edilərək 11 saniyə, saat 17:31 -də zəng edilərək 2 dəqiqə danışıq aparılmış, Təqsirləndirilən şəxs2 isə eyni qaydada həmin gün saat 18:01 -də Təqsirləndirilən şəxs1 zəng edərək 1 dəqiqə danışıq apardıqları, bundan sonra müddətli mesajlar funksiyası aktivləşdirilərək həmin tarixdən sonra aparılmış danışıqların, səsli və mətn mesajlarının 24 saatdan sonra avtomatik olaraq silinməsinə nail olunmuşdur (cild 01; i.v.94).
18. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ümumi kütləsi 3145,59 qram təşkil edən 999 əyarlı qızıldan hazırlanmış külçələr maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 14 Pro” markalı, 01 ədəd “İphone 16 Pro Max” markalı, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Poco” markalı mobil telefonlar, içərisində qızıl külçələr aşkar olunmuş 02 ədəd qırmızı rəngli kisə, 01 ədəd pul kisəsi, 01 ədəd qara rəngli sellofan paket, qızıl külçələrə məxsus şəffaf qablar və Təqsirləndirilən şəxs1 məxuss 01 ədəd tünd göy rəngli gödəkçə maddi sübut kimi tanınaraq Dövlər Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.163-165).
19. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 04:48-də J2 8106 saylı İstanbul-Bakı aviareysi ilə X8 Aeroportuna çatdıqdan sonra “Terminal 2”-də 1-ci mərtəbədə terminalın binasına daxil olduqdan sonra sol tərəfə doğru hərəkət edərək əlində olan 1 ədəd sellofan paketi kənara yerləşdirdiyi, həmin zaman Təqsirləndirilən şəxs1 da gəliş zalına yaxınlaşdığı görünür (Şəkil 1); Daha sonra Təqsirləndirilən şəxs2 saat 04:48-də Terminal 2”-də 1-ci mərtəbədə, sərhəd buraxılış məntəqəsinin sol tərəfində yerləşən sanitar qovşağa daxil olduğu, həmin vaxt gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 da orada olduğu görünür (Şəkil 2); Saat 04:57-də gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən sanitar qovşağa doğru hərəkət etdiyi, lakin ora daxil olmadan geri qayıtdığı müşahidə olunur. (Şəkil 3 və 4); Təqsirləndirilən şəxs1 saat 05:08-də sözügedən sanitar qovşağa daxil olduğu, 34 saniyə sonra oranı tərk etdiyi, sonuncudan 2 saniyə sonra Təqsirləndirilən şəxs2 da sanitar qovşağı tərk etdiyi görünür. (Şəkil 5,6 və 7); Təqsirləndirilən şəxs1 saat 05:09-da ‘Terminal 2”-də 1-ci mərtəbəsində olan liftə tərəf getdiyi, ardınca da Təqsirləndirilən şəxs2 hərəkət etdiyi, gömrük orqanı əməkdaşının Təqsirləndirilən şəxs1 tərəf qaçmasına baxmayaraq sonuncunun liftə minərək Terminal 2”-nin 2-ci mərətəbəsinə qalxdığı, Təqsirləndirilən şəxs2da hadisələrin şahidi olduğu, Təqsirləndirilən şəxs1 Aviasiya Təhlükəsizliyi Xidmətinin stasionar yoxlama məntəqəsindən sürətlə keçərək Steril zonaya doğru qaçaraq hərəkət etdiyi müşahidə olunur. (Şəkil 8,9, 10, 11); Təqsirləndirilən şəxs1 saat 05:09-da Terminal 2-də ikinci mərtəbədə steril zona ilə qaçaraq sürətlə hərəkət etdiyi və orada yerləşən sanitar qovşağa daxil olduğu görünür. (Şəkil 11, 12 və 13); Daha sonra Təqsirləndirilən şəxs1 saat 05:12-də Terminal 2-də ikinci mərtəbədə steril zonada yerləşən sanitar qovşağı tərk edir və steril zona ilə hərəkət edərək uçuşa gedən sərnişinlər üçün nəzərdə tutulan dövlət sərhəd məntəqəsindən keçir (Şəkil 14, 15, 16 və 17); Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdə, 05:09-da Terminal 2”-nin gəliş xəttində sağ əlində qara rəngli çanta, sol əlində isə sarı-ağ rəngli sellofan paket olmaqla, gömrük nəzarətinə doğru addımladığı müşahidə olunur, (şəkil 18) (cild 02; i.v.58-67).
20. “Elektron yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd elektron daşıyıcı “USB 3.0 TO Sata” markalı olmaqla həmin elektron yaddaş qurğusunun içərisində 1 ədəd “iPhone xx.xx.2025 Report” adlı qovluq vardır. Həmin qovluğa baxış keçirilərkən “chat” bölməsində Təqsirləndirilən şəxs2 whatsapp business tətbiqində qeydiyyatdan keçdiyi **********66 nömrə ilə **********28 nömrə ilə qeydiyyatdan keçmiş Şahid7 arasında qeyd olunan tətbiqdə iş üçün əhəmiyyət kəsb edən sms yazışmalar və səsli mesajlar vardır. Belə ki, aralarında olan sms və səsli mesajlardan görünür ki, Şahid7 Təqsirləndirilən şəxs2 görüş təyin etmələri, bilet alması üçün dediyi tarixin dəyişdiyini, deyəcəyi yeni tarixə bilet almaları üçün məlumat verəcəyini, bundan sonra bilet almalarını, eləcə də Təqsirləndirilən şəxs2 ona irad bildirərək eliyə bilmədiyi halda ona bu barədə məlumat verməli olmalı olduğu barədə danışıqlar vardır. Təqsirləndirilən şəxs2 ilə Şahid7 arasında qeyd olunan səs yazısı və sms yazışmalar elektron yaddaş qurğusundan 01 ədəd diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir (cild 02; i.v.81-82).
21. “Sübutların qiymətləndirilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, “X8 Aeroportu” Terminal 2 ərazisində 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkət trayektoriyası ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.112-152).
Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
22. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadə vermək istəmədiklərini və özlərini təqsirli bilmədiklərini qeyd edərək ifadə verməkdən imtina etmişlər. Bu səbəbdən də onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.
23. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci ildən Gömrük orqanında işləməklə, xx.xx.2023-cü il tarixdən hazıradək Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Hədəfləmə və koordinasiya şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. Əsas vəzifəsi kameralar vasitəsi ilə X8 Aeroportunda “Terminal 1” və “Terminal 2”-də gələn və gedən sərnişinlərə nəzarət etmək olsa da, bilavasitə tabe olduğu rəhbər şəxslər tərəfindən verilmiş şifahi göstəriş əsasında Hava Nəqliyyatında qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əməliyyat tədbirləri keçirmişdir. 2024-cü ilin dekabr ayının əvvəlindən növbəli iş rejimində fəaliyyət göstərməklə 1 gün gündüz, 1 gün gecə işdə olmuş, 2 gün isə istirahət vaxtı olmuşdur. 26 dekabr 2024-cü il tarixdə, saat 19:00-dan etibarən növbəyə gəlmiş, xidməti fəaliyyətini “X8 Aeroportu”nda Terminal 1 və Terminal 2-də icra etmişdir. 26 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixə keçən gecə Terminal 1-də reyslərə nəzarəti həyata keçirdikdən sonra səhərə yaxın saat 05 radələrində Terminal 2-yə getmişdir. Ora getməkdə məqsədi gələn reyslərdəki sərnişinləri müşahidə etməkdən ibarət olmuşdur. Daha sonra İstanbul reysində gələn şübhəli sərnişinləri gözdən keçirmiş, Terminal 2 ərazisində gəzdikdən sonra terminalın 1-ci mərtəbəsində sərhəd-buraxılış məntəqəsinin yaxınlığındakı sanitar qovşağa girmiş, sanitar qovşaqdan pis iy gəldiyindən və çirkli olduğundan oradan çıxıb Terminal 2-nin ikinci mərtəbəsindəki sanitar qovşağına getmək qərarına gəlmişdir. Tualetdən çıxandan sonra gömrük orqanı əməkdaşı, əməliyyat müvəkkili Orxan onu təlaşlı şəkildə bərkdən səsləməyə başlamış, o, sanitar qovşağa tələsdiyindən və Orxanın səsindən həyəcana düşərək qeyri ixtiyari onun çağırışına məhəl qoymayaraq sürətli şəkildə hərəkətini davam etdirib liftlə 2-ci mərtəbəyə qalxıb gediş zalında sərhəd yoxlama məntəqəsindən sonrakı hissədə olan steril zonadakı sanitar qovşağa daxil olmuş, təbii ehtiyacını ödəyib yenidən oradan çıxmışdır. Sonra Orxana zəng vurub onu təlaşlı şəkildə çağırmasının səbəbini soruşmuş və çıxışa doğru gedərkən orada əməkdaşlar onu qarşılayıb problem olduğunu bildirmişlər. Səfər adlı həmkəndlisinin İstanbul-Bakı aviareysi ilə gələrkən saxlanıldığını sonradan bilmişdir. Əməkdaşlarla birlikdə idarəyə gələndən sonra bir az əvvəl onun daxil olduğu sanitar qovşaqdan qızıl külçələrin aşkar olunduğu ona məlum olmuşdur. Terminal 2-nin 2-ci mərtəbəsinə daxil olduğu sanitar qovşaqdan xx.xx.2024-cü i! tarixdə 41 ədəd qızıl külçələrin aşkar olunmasından məlumatı olmamış, bu barədə sonradan bilmiş, aşkar olunmuş 41 ədəd qızıl külçələri sanitar qovşağa o, qoymamışdır, terminal 2-nin 2-ci mərtəbəsinə daxil olduğu sanitar qovşaqda hər hansı əşya görməmişdir. Əvvəlki ifadələrində xx.xx.2024-cü il tarixdə sanitar qovşağa daxil olarkən yerdə qara bir əşya görməsi, əlinə götürüb pul kisəsi olduğunu müəyyən etsə də, içərisini açıb baxmaması, bundan sonra əyninə geyindiyi gödəkçənin cibinə qoyub aidiyyəti orqanlara təhvil vermək istəsə də, qorxduğundan və ehtiyyat etdiyindən yenidən cibindən çıxarıb zibil qutusuna atması, çölə çıxdıqdan sonra bununla bağlı rəhbərliyə məlumat verməli olmasa da, sadəcə olaraq həmin ərəfədə gərgin olduğu üçün yadından çıxmasını göstərmişdir. Hazırda həmin məzmunda ifadə verməsini xatırlamır. Eləcə də əvvəlki ifadələrində xx.xx.2024- cü il tarixdə Təqsirləndirilən şəxs2 ona mobil telefonun whatsapp proqramı vasitəsilə zəng edərək işdə, yəni növbədə olubolmadığını soruşması və əgər növbədədirsə onunla görüşmək istədiyini deməsini, o da işdə, yəni xidmətdə olduğunu bildirməsi və Təqsirləndirilən şəxs2la görüşmək üçün vaxtının olmadığını deyərək dəstəyi yerə qoyması barədə göstərmişdir. Həmin tarixi səhv salmış, Səfərlə adi halda da zəngləşib danışır deyə, qeyd olunan danışığın xx.xx.2024- cü il tarixdə olmasını zənn edərək o cür ifadə vermişdir. Həqiqətdə xx.xx.2024- cü il tarixdə Təqsirləndirilən şəxs2la aralarında danışıq olmamışdır. Həmçinin Səfər ona qaçaqmalçılıq barədə məlumat verdiyindən sonuncu ilə arasında danışıqlar olmuşdur. Lakin Səfərin verdiyi məlumatlara onun şübhəsi olmuşdur. Məlumatlar əsasında müşahidə aparsa da konkret fakt müəyyən etmədiyindən hər hansı tədbir keçirməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 04:48-də Təqsirləndirilən şəxs2 sanitar qovşağa daxil olmasını görməmiş, buna fikir verməmişdir. Əvvəlki ifadəsində Səfəri bir dəfə sanitar qovşaqda görməsi barədə bildirməsi fikrini düzgün ifadə edə bilmədiyindən baş vermişdir. Həqiqətdə Təqsirləndirilən şəxs2 sanitar qovşaqda yox, bir dəfə hava limanında görmüşdür. xx.xx.2024-cü il, 21 noyabr 2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 olduğu sanitar qovşağa onun da daxil olması yadına gəlməmişdir. xx.xx.2024-cü il tarixdə Terminal 2-nin 1-ci mərtəbəsindəki sanitar qovşağa saat 04:57-də daxil olmaq istəməsini, sonradan dayanaraq daxil olmaması halının olmasını xatırlamır. xx.xx.2024-cü il tarixdə Terminal 2-nin 1-ci mərtəbəsindəki sanitar qovşaqdan tələsik çıxdığından ardından, yəni ondan 2 saniyə sonra sanitar qovşaqdan çıxan şəxsə fikir vermədiyindən həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu görməmişdir. xx.xx.2024-cü il tarixdə pis iy gəldiyindən və çirkli olduğundan Terminal 2-nin 1-ci mərtəbəsindəki olan sanitar qovşaqdan çıxaraq daha yaxın məsafədə, yəni 1-ci mərtəbədə olan digər saniatar qovşağa yox, daha uzaq məsafədəki liftə minərək qalxıb 2-ci mərtəbədəki sanitar qovşağa getməsinin səbəbini həmin vaxt Terminal 2-nin 2-ci mərtəbəsindəki saniatar qovşağa getməyi ağlına gəlməsi ilə ilə izah etmişdir. Onun xx.xx.2024-cü il tarixdə daxil olmaqla hava limanının ikinci mərtəbəsində steril zonada olan sanitar qovşağa keçirilmiş baxış zamanı aşkar olunmuş qızıl külçələrdən ikisinin üzərlərində qeyd olunmuş C021614 və C021413 sertifikat nömrələri Təqsirləndirilən şəxs2 məxsus sellofan paketdən aşkar olunmuş C021614 və C021413 nömrəli şəffaf rəngli plastik qablaşdırmaların nömrələri ilə eynilik təşkil etməsi, qeyd olunan sanitar qovşaqda aşkar olunmuş və qablaşdırması olmayan külçələr sayda, yəni 15 ədəd şəffaf külçə qablarının Təqsirləndirilən şəxs2 məxsus sellofan paketdən aşkar olunması barədə hər hansı məlumatı olmamışdır.
24. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə dostu Rasim Verdiyevi görmək, həm də tekstil işində onunla birlikdə işləmək məqsədilə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş, İstanbul şəhərində X9 məhəlləsində yerləşən evində qalmışdır. Getməzdən öncə 26 dekabr 2024-cü il tarixdə yerli vaxtla saat 17:30-a İstanbul şəhərindən geri qayıdış biletini almışdır. 26 dekabr 2024-cü il tarixdə saat 15 radələrində Bakıya gəlmək üçün X14 hava limanına ictimai nəqliyyatla gəlmiş, yanında heç kim olmamışdır. Hava limanına daxil olduqdan sonra pasport yoxlanış məntəqəsindən keçərək Duty-Free mağazasının yerləşdiyi yerə getmiş, bir müddət orada olduqdan sonra uçuşa getmək üçün müəyyən olunmuş qapıya gəlmişdir. Orada ona və digər sərnişinlərə təyyarədə olan nasazlıq səbəbindən reyslərinin gecikəcəyi bildirilmiş, təxminən 9-10 saat ərzində həmin ərazidə olmuşdur. Həmin müddətdə bir nəfər əvvəllər tanımadığı milliyyətcə azərbaycanlı olan bir şəxs ona yaxınlaşıb Bakıya getdiyini dəqiqləşdirdikdən sonra ətirlər olduğunu və onları Bakı şəhərinə aparmasını xahiş etmiş, o, da etiraz etməmişdir. Bundan sonra ona 1 sellofan paket vermiş, paketdə bir ədəd üzəri rezinlə və qırmızı sellofanla örtülmüş bağlama, digəri ətir qutusu və sellofan paketdə ətir yağı olmuşdur. Həmin şəxs qeyd olunan əşyaların Bakı şəhərində ondan təhvil götürüləcəyini bildirmiş və onun mobil telefon nömrəsini götürmüşdür. Onları təhvil alıb özünə məxsus Duty-free sellofan paketinə qoymuşdur. 26 dekabr 2024cü il tarixdən 27 dekabr 2024-cü il tarixə keçən gecə, saat 01 radələrində təyyarəyə minik başlamış və həmin saatlarda təyyarə Sabiha Gökçən hava limanından Bakı şəhərinə yola çıxmışdır. 27 dekabr 2024-cü il tarixdə saat 04:30 radələrində İstanbul-Bakı aviareysi ilə X8 Aeroportuna çatmış, saat 05 radələrində təyyarədən endikdən sonra perron ərazidən digər sərnişinlərlə birlikdə avtobusla “Terminal 2”-yə gəlmişdir. Hava limanına daxil olmuş, sərhəd nəzarətindən keçməzdən əvvəl bağırsağında problem və eyni zamanda 7 saata yaxın təyyarənin uçuşunda gecikmə olduğundan sanitar qovşağa daxil olmuş, oradan təxminən 5-10 dəqiqə sonra çıxıb sərhəd nəzarətindən keçmiş, gömrük nəzarətindən keçərkən gömrük əməkdaşları onu “Qırmızı Kanal”a dəvət edərək əl yüklərini rentgen aparatından keçirmiş, sonra ona məxsus mallara yoxlama və üzərində şəxsi yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati Binasına dəvət olunmuşdur. Orada əl yüklərinə keçirilən yoxlama zamanı, X11 tanımadığı şəxs tərəfindən ona verilən bağlamadan müxtəlif ölçülü şəffaf rəngli plastmas qablar aşkar olunaraq sənədləşdirilib götürülmüşdür. 27 dekabr 2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən üzərində gömrük orqanına mütləq bəyan olunası əşyalar, habelə qızıl məmulatları olmamışdır. O, yalnız kimdənsə hədiyyəlik qızıl almış, lakin ümumiyyətlə qızıl satmamış, eləcə də qızıl külçələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 həmkəndlisi olmaqla Nehrəm kəndindən tanıyır. 27 dekabr 2024-cü il tarixdə X8 Aeroportuna gəlməyilə bağlı Təqsirləndirilən şəxs1ə danışığı olmamış, həmin tarixdə sonuncuya zəng etməsini, eləcə də, xx.xx.2024-cü il tarixdən əvvəl sonuncu dəfə nə vaxt danışmasını xatırlamır. 27 dekabr 2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlib X8 Aeroportuna çatdıqdan sonra sanitar qovşağa daxil olarkən, qovşaqda olarkən və oradan çıxarkən Təqsirləndirilən şəxs1 görməmiş, həmin vaxt sanitar qovşağa daxil olarkən orada iki nəfər şəxs görmüş, Əfsərə fikir verməmiş, onun qarşısından kimsə tualetdən çıxmış, ancaq Əfsər olduğuna fikir verməmişdir. xx.xx.2024-cü il tarixdə hava limanında sanitar qovşaqdan çıxan zaman mülki formalı bir şəxsin kiminsə dayanmasını uca səslə tələb etdiyini eşitmiş, lakin həmin şəxsin kim olduğunu bilməmiş, sonradan həmin şəxsin, eləcə də mülki formalı şəxsin hərəkətlərinə fikir vermədən sərhəd buraxılış məntəqəsinə yaxınlaşmışdır. Sabiha Gökçən hava limanında ona qablaşdırmaları təhvil verən şəxsdən qeyd olunan qablaşdırmaların nəyə aid olmalarını soruşmamışdır. Həmin şəxs onunla eyni reysdə Azərbaycan Respublikasına gəlməmiş, hansı reyslə gedəcəyini də bilməmiş, ona Bakı şəhərində kimin həmin bağlamaları götürəcəyini deməmişdir. xx.xx.2014-cü il tarixdə, eləcə də, əvvəllər Təqsirləndirilən şəxs1ə nə sanitar qovşaqda, nə də ki hava limanın ərazisində heç birində görüşməmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Gürcüstan Republikasına hava yolu ilə getməkdə məqsədi kazino oynamaq və almaq istədiyi avtomobillərə baxmaq olmuşdur. Bundan başqa o, ifadəsində Şahid7 onunla qonşuluqda yaşamaqla həmkəndlisi olduğunu, Şahid7 istintaqa verdiyi ifadəsində göstərdiklərinin yalan olmasını, onunla Şahid7 arasında ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə qızıl külçələr gətirmək istəməsi, sonuncunun Hava Nəqliyyatında Baş Gömrük idarəsində işlədiyindən onun gətirəcəyi həmin qızılları “Heydər Əliyev” adına Beynəlxalq hava limanında Şahid7 sanitar qovşaqların birində verəcəyi, sonuncu da öz növbəsində həmin qızılları gömrük nəzarətindən kənar keçirərək ona verməli olması barədə danışıqları olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə X8 hava limanının Terminal 2-nin ikinci mərtəbəsində aşkar olunmuş 3.145,59 qram çəkidə 461.322 manat dəyərində 999 əyyardan hazırlanmış 41 ədəd qızıl külçələr barədə hər hansı məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə BƏƏ- nin Dubay şəhərinə getməkdə məqsədi turizm məqsədli olmuşdur. Ölkə ərazisinə Gürcüstan Respublikası vasitəsi ilə qayıtmağının məqsədi yenə də həmin ölkədə kazino oynamaq olmuşdur.
25. Məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs2 ifadə vermək istədiyini bildirmiş, bu səbəbdən məhkəmə istintaqı təzələnmiş və Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, qızıl külçələri Türkiyə Respublikasından pul verərək satın almış, həmin külçələri Azərbaycan Respublikasına satmaq niyyəti ilə gətirmişdir. Həmin malları bu formada gətirməyin cinayət olduğunu bilmirdi. Hadisə günü Əfsəri görməmişdir. Əməlindən peşmandır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
26. 206.3.2 və 206.3.3-cü maddələrinə əsasən bu Məcəllənin 206.1–206.2ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi inayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarının:
28. 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir.
29. 21-ci bəndində göstərilmişdir ki, CM-in 206.3.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs dedikdə, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslər başa düşülür. Hər hansı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi zamanı qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq cinayətinin tərkibini yaradan əməllər törətdikdə onun bu əməlləri CM-in 206.3.3-cü maddəsi ilə tövsif edilir. İzah edilsin ki, bu halda vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalçılığın əlavə olaraq CM-in 308-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
30. “Şübhəli şəxsin tutulması haqqında” 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 dekabr 2024-cü il tarixdə, saat 21:20-də tutulmuşdur (cild 01; i.v.70).
31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 4(004)- 1141/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v. 128-132).
32. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 4(001)- 4/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.236-241).
33. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində verilmiş 07 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 04 aprel 2012-ci il tarixdə AR Dövlər Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinə işə qəbul edilmiş və gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Barəsində bir dəfə intizam tənbehi, üç dəfə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir (cild 01; i.v.261).
34. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 02; i.v.14).
35. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 02; i.v.15).
36. 155 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş 25 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02; i.v.101).
37. AA4301048 və AA2633422 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2012-ci il təvəllüdlü (X5) və xx.xx.2016-cı il təvəllüdlü (X10) uşaqları var (cild 02; i.v.102-103).
38. "xxxx" MMMC tərəfindən Təqsirləndirilən şəxs1 barəsində verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02; i.v.108).
39. 318 və 6214 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il təvəllüdlü (X4) və xx.xx.2017-ci il təvəllüdlü (X3) uşaqları var (cild 02; i.v.110-111).
40. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 15 sentyabr 2025-ci il tarixli, 3-33-3100/2-003535/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yaxın qohumu X6 tərəfindən gömrük ödənişlərinin həyata keçirilməsi məqsədi ilə AZ70AZFİ4527OAZ**********648 nömrəli bank hesabına 85981.86 manat məbləğində pul vəsaiti depozit hesaba köçürülmüşdür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
41. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
42. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
43. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
44. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
45. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
48. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
49. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
50. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarını 27-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, GM-in və digər normativ-hüquqi aktların tələblərinə görə ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-in 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
51. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
52. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina edərək özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin mövqeyini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan mövqe kimi qiymətləndirir.
53. İlk növbədə, iş materiallarına əlavə edilmiş və iş üzrə mühüm sübut növlərindən biri olan videogörüntülərdən (cild 02; i.v.58-67) Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdə, saat 04:48-də J2 8106 saylı İstanbul-Bakı aviareysi ilə X8 Aeroportuna çatdıqdan sonra “Terminal 2”-də 1-ci mərtəbədə terminalın binasına daxil olduqdan sonra sol tərəfə doğru hərəkət edərək əlində olan 1 ədəd sellofan paketi kənara yerləşdirdiyi, həmin zaman Təqsirləndirilən şəxs1 da gəliş zalına yaxınlaşdığı, daha sonra Təqsirləndirilən şəxs2 saat 04:48-də Terminal 2”-də 1-ci mərtəbədə, sərhəd buraxılış məntəqəsinin sol tərəfində yerləşən sanitar qovşağa daxil olduğu, həmin vaxt gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 da orada olduğu, saat 04:57-də gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən sanitar qovşağa doğru hərəkət etdiyi, lakin ora daxil olmadan geri qayıtdığı, Təqsirləndirilən şəxs1 saat 05:08-də sözügedən sanitar qovşağa daxil olduğu, 34 saniyə sonra oranı tərk etdiyi, sonuncudan 2 saniyə sonra Təqsirləndirilən şəxs2 da sanitar qovşağı tərk etdiyi, Təqsirləndirilən şəxs1 saat 05:09-da ‘Terminal 2”də 1-ci mərtəbəsində olan liftə tərəf getdiyi, ardınca da Təqsirləndirilən şəxs2 hərəkət etdiyi, gömrük orqanı əməkdaşının Təqsirləndirilən şəxs1 tərəf qaçmasına baxmayaraq sonuncunun liftə minərək Terminal 2”-nin 2-ci mərətəbəsinə qalxdığı, Təqsirləndirilən şəxs2da hadisələrin şahidi olduğu, Təqsirləndirilən şəxs1 Aviasiya Təhlükəsizliyi Xidmətinin stasionar yoxlama məntəqəsindən sürətlə keçərək Steril zonaya doğru qaçaraq hərəkət etdiyi, Təqsirləndirilən şəxs1 saat 05:09-da Terminal 2-də ikinci mərtəbədə steril zona ilə qaçaraq sürətlə hərəkət etdiyi və orada yerləşən sanitar qovşağa daxil olduğu, daha sonra Təqsirləndirilən şəxs1 saat 05:12-də Terminal 2-də ikinci mərtəbədə steril zonada yerləşən sanitar qovşağı tərk etdiyi, steril zona ilə hərəkət edərək uçuşa gedən sərnişinlər üçün nəzərdə tutulan dövlət sərhəd məntəqəsindən keçdiyi, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, 05:09-da Terminal 2”-nin gəliş xəttində sağ əlində qara rəngli çanta, sol əlində isə sarı-ağ rəngli sellofan paket olmaqla, gömrük nəzarətinə doğru addımladığı görünməkdədir ki, bu da təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin, o cümlədən, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin (Təqsirləndirilən şəxs1 hadisə günü görməməsi və onun cinayətdən məlumatsız olmasına dair hissədə) işin həqiqi halları ilə uzlaşmayan ifadələr olmaqla məhkəmə iclasında göstərdikləri mövqeyin tam əsassız olmasına dəlalət edir.
54. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 26 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixə keçən gecə Terminal 1-də reyslərə nəzarəti həyata keçirdikdən sonra səhərə yaxın, saat 05 radələrində Terminal 2-yə getdiyini, İstanbul reysində gələn şübhəli sərnişinləri gözdən keçirdiyini, Terminal 2 ərazisində gəzdikdən sonra terminalın 1-ci mərtəbəsində sərhəd-buraxılış məntəqəsinin yaxınlığındakı sanitar qovşağa girdiyini, sanitar qovşaqdan pis iy gəldiyindən və çirkli olduğundan oradan çıxıb Terminal 2-nin ikinci mərtəbəsindəki sanitar qovşağına getmək qərarına gəldiyini, həmin vaxt sanitar qovşaqda Təqsirləndirilən şəxs2 görmədiyini və fikir vermədiyini, Təqsirləndirilən şəxs2 da ifadəsində 27 dekabr 2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlib X8 Aeroportuna çatdıqdan sonra sanitar qovşağa daxil olarkən, qovşaqda olarkən və oradan çıxarkən Təqsirləndirilən şəxs1 görmədiyini, həmin vaxt sanitar qovşağa daxil olarkən orada iki nəfər şəxsi gördüyünü, Əfsərə fikir vermədiyini, onun qarşısından kiminsə tualetdən çıxdığını, lakin həmin şəxsin Əfsər olduğuna fikir vermədiyini bildirsələr də, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini inandırıcı hesab etməməklə həmin ifadələri sadəcə onların məsuliyyətdən yayınmaq naminə videogörüntü ilə qeydə alınmış hallara reallığa uyğun gəlməyən “don geyindirməyə” cəhdləri kimi qiymətləndirir.
55. Məhkəmə qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, iki bir-birini çox yaxşı tanıyan və yaxın münasibətləri olan (hadisədən qısa müddət öncə aralarında telefon danışıqları, səsli mesaj və yazışmaların aparılması, həmin danışıqların məhz Təqsirləndirilən şəxs2 xarici ölkədən Respublika ərazisinə daxil olduğu gün aparılması, hətta həmin gün də onların qısa zaman aralığı ilə eyni sanitar qovşağa daxil olmaları müəyyən edilmişdir) şəxslərin eyni sanitar qovşağa daxil olaraq 02 saniyə fərqlə oranı tərk etdikləri halda həmin şəxslərin biri-birilərini görməmələri, gördükləri halda guya “fikir vermədiklərindən tanınmamaları” real olmamaqla ümumiyyətlə məntiqsizdir.
56. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ilkin olaraq şahid qismində dindirilən zaman (cild 01; i.v.86-89) ona ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs2 02 saniyə fərqlə onun arxası ilə sanitar qovşaqdan çıxmasına istinad edərək arxası ilə çıxan şəxsə fikir vermədiyini bildirsə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 02 saniyə sonra Təqsirləndirilən şəxs1 sonra sanitar qovşaqdan çıxması Təqsirləndirilən şəxs1 sanitar qovşağa daxil olduğu zaman Təqsirləndirilən şəxs2 sanitar qovşağın ümumi zonasında olmasını birmənalı şəkildə təsdiq etməklə (belə ki, 02 saniyə kimi qısa zaman kəsiyində bir şəxsin sanitar qovşağın kabinəsindən çıxması, əlini yuması və ardı ilə sanitar qovşağı tərk etməsi real deyil) oraya daxil olarkən Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 bir-birilərini görməmələrini istisna edir.
57. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ilkin olaraq şahid qismində dindirilən zaman (cild 01; i.v.86-89) “Terminal 2”nin 1-ci mərtəbəsində yerləşən sanitar qovşağa daxil olaraq təbii ehtiyacını ödədikdən sonra çıxdığını, həmin vaxt Orxan adlı gömrük əməkdaşı onu təlaşlı şəkildə səslədiyindən həyəcana düşərək qeyri-ixtiyari hərəkətini davam etdirdiyini, oradan liftlə 2-ci mərtəbəyə qalxıb gediş zalından sərhəd yoxlama məntəqəsindən sonrakı hissədə olan steril zonadakı sanitar qovşağa daxil olduğunu, orada özünü toparladıqdan sonra çıxdığını bildirməsinə baxmayaraq sonradan fərqli məzmunda ifadə verərək “Terminal 2”nin 1-ci mərtəbəsində yerləşən sanitar qovşaqdan pis iy gəldiyindən və çirkli olduğundan oradan çıxıb Terminal 2-nin ikinci mərtəbəsindəki sanitar qovşağa getmək qərarına gəldiyini, tualetdən çıxdıqdan sonra gömrük orqanı əməkdaşı, əməliyyat müvəkkili Orxanın onu təlaşlı şəkildə bərkdən səsləməyə başladığını, sanitar qovşağa tələsdiyindən və Orxanın səsindən həyəcana düşərək qeyri-ixtiyari onun çağırışına məhəl qoymayaraq sürətli şəkildə hərəkətini davam etdirib liftlə 2-ci mərtəbəyə qalxıb gediş zalında sərhəd yoxlama məntəqəsindən sonrakı hissədə olan steril zonadakı sanitar qovşağa daxil olduğunu, təbii ehtiyacını ödəyib yenidən oradan çıxdığını bildirmişdir ki, bu da Təqsirləndirilən şəxs1 hər dəfə fərqli və biri digəri ilə uzlaşmayan ifadələr verməsinin, bununla da ifadələrində səmimi olmamasının göstəricisidir.
58. Məhkəmə qeyd edir ki, əməlində hər hansı qanunsuzluq olmayan şəxsin onu digər gömrük əməkdaşının səslədiyi halda təlaşa düşməsi və qaçması, həmin şəxsin çağırışlarına məhəl qoymadan yayınması halı da (Təqsirləndirilən şəxs1 həmin vaxt hava limanında qaçaraq hərəkətdə olması iş materiallarında olan videogörüntülərlə də öz təsdiqini tapmaqdadır) özü-özlüyündə Təqsirləndirilən şəxs1 törətdiyi əməlin qanunsuz olmasının fərqində olmasına dəlalət etməklə həmin əməlin nəticələrindən yayınmağa çalışmasının göstəricisidir.
59. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ilkin olaraq şahid qismində dindirilən zaman (cild 01; i.v.86-89) tualetə daxil olarkən zibil qabında qara bir əşya gördüyünü, əlinə götürüb pul kisəsi olduğunu müəyyən etdiyini, içərisini açıb baxmadığını, bundan sonra əyninə geyindiyi gödəkçənin cibinə qoyub aidiyyəti orqanlara təhvil vermək istədiyini, lakin qorxduğundan və ehtiyat etdiyindən yenidən cibindən çıxarıb yerinə ataraq çölə çıxdığını, pul kisəsini hansı cibinə qoyduğunu xatırlamadığını, bu barədə rəhbərliyə məlumat verəcəyini, sadəcə həmin ərəfədə gərgin olduğu üçün yadından çıxdığını bildirsə də, müdafiəçi işə qoşulduqdan sonra verdiyi ifadəsində (cild 02; i.v 185-190) göstərilən xüsusata toxunmamış, həmin halla bağlı ona ünvanlanmış suala cavab olaraq “Terminal 2”nin 2-ci mərtəbəsində yerləşən sanitar qovşaqda hər hansı əşya görmədiyini, əvvəlki ifadəsində bu xüsusatla bağlı elə bir ifadə verdiyini xatırlamadığını, realda belə bir hadisənin olmadığını bildirmişdir ki, göstərilən bu hallar Təqsirləndirilən şəxs1 saxlanıldığı gün hadisədən sonra verdiyi ifadəsini 02 aydan artıq müddət sonra düşünərək öz xeyrinə yönəldilmiş şəkildə dəyişdirməsinə və istintaq orqanını yanıldaraq məsuliyyətdən kənarda qalmağa cəhd etməsinə dəlalət edir.
60. Bundan savayı videogörüntülərdən Təqsirləndirilən şəxs1 saat 05:09-da ‘Terminal 2”-də 1-ci mərtəbəsində olan liftə tərəf getdiyi, ardınca da Təqsirləndirilən şəxs2 hərəkət etdiyi, gömrük orqanı əməkdaşının Təqsirləndirilən şəxs1 tərəf qaçmasına baxmayaraq sonuncunun liftə minərək Terminal 2”-nin 2-ci mərətəbəsinə qalxdığı, Təqsirləndirilən şəxs2da hadisələrin şahidi olduğu müəyyən edilmişdir ki, belə olan halda hətta qəbul edilsə ki, Təqsirləndirilən şəxs2 özündən öndə hərəkət edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilməmişdir ki, gömrük əməkdaşı Əfsəri səsləyərək onu çağırdığı zaman buna şahid olmasına baxmayaraq Təqsirləndirilən şəxs2 təkidlə hadisə günü Təqsirləndirilən şəxs1 görmədiyini söyləməsi onun da ifadələrində səmimi olmamasına dəlalət edən hallardan biridir.
61. Təqsirləndirilən şəxslər hadisə günü biri-birilərini görmədiklərini, qızıl külçələrlə bağlı aralarında hər hansı razılığın olmadığını iddia etsələr də, Təqsirləndirilən şəxs2 məxsus əl yüklərinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd üzərində “Duty Free” yazıları olan sellofan paketin içərisində olan 01 ədəd üzərində “Pamp Certificate C021413 metal Au” və “Pamp Certificate C021614 metal Au” yazıları olan şəffaf rəngli plastik qablaşdırma ilə Təqsirləndirilən şəxs1 çıxdığı “Terminal 2”-nin 2-ci mərtəbəsində olan sanitar qovşaqdan aşkar edilmiş qızıl külçələrdən ikisinin üzərində eyni-C021413 və C021614 sertifikat nömrələrinin olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan qrup şəxs halında qızıl külçələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda keçirərək qaçaqmalçılıq etmələrinin göstəricisi olmaqla onların iş materiallarında olan biri digəri ilə uzlaşmayan ifadələrinin özünümüdafiə xarakterli və onları gözləyən cəzadan yayınmaq naminə verilmiş ifadələr olmasına dəlalət edir.
62. Həmçinin, Təqsirləndirilən şəxs2 hadisə günü, yəni, 27 dekabr 2024-cü il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsində Türkiyə Respublikasında “Sabiha Gökçen” hava limanında olan zaman əvvəllər tanımadığı milliyətcə azərbaycanlı olan bir şəxsin ona yaxınlaşaraq Bakıya getməsini dəqiqləşdirdikdən sonra onda ətirlər olduğunu və ətirləri Bakıya aparmasını xahiş etdiyini, buna etiraz etmədiyini, həmin şəxsin ona bir ədəd sellofan paket uzatdığını, həmin paketdə bir ədəd üzəri rezinlə və qırmızı sellofanla örtülmüş bağlama, digəri ətir qutusu və ətir yağının olduğunu, həmin şəxsin əşyaların ondan Bakı şəhərində təhvil alınacağını bildirdiyini və həmin şəxsin ondan mobil nömrəsini götürdüyünü bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq ona həmin paketi verən şəxsdən qeyd olunan qablaşdırmaların nəyə aid olmalarını yorğun olduğundan soruşmadığını, həmin şəxsin Bakı şəhərində kimin həmin bağlamaları ondan götürəcəyini bildirmədiyini göstərmişdir ki, bu xüsusatlar özü-özlüyündə absurd olmaqla hər hansı məntiqə sığmır.
63. İlk növbədə, hər hansı şəxsin tanımadığı və ilk dəfə hava limanında gördüyü şəxsdən içərisində nə olmasını bilmədən hər hansı paketi sorğu-sualsız təhvil alaraq başqa ölkə ərazisinə aparmağa razılıq verməsi (nəzər alınsa ki, həmin bağlamanın gömrük yoxlanışından keçməli olması Təqsirləndirilən şəxs2 aydın idi), bununla yanaşı, paketi təhvil aldıqdan sonra Bakı şəhərində onu kimə verməli olması, həmin paketin ondan hansı qaydada təhvil alınacağı barədə məlumat almaması, hətta paketi ona verən şəxsin telefon nörməsini belə almaması reallıqla bir araya sığmayan hal olmaqla göstərilən halların təqsirləndirilən şəxsin şəxsi təxəyyülünün məhsulu olmasının göstəricisdir.
64. Hətta, göstərilən hal, yəni Təqsirləndirilən şəxs2 tanımadığı şəxsdən içərisində nə olduğunu bilmədiyi paketi təhvil alaraq Türkiyə Respublikasından Bakı şəhərinə gətirməyə razılıq verdiyi real qəbul olunsa belə, hər hansı şəxsin 461.322 manat dəyərində 999,9 əyarlı qızıldan hazırlanmış külçələri tanımadığı şəxsə etibar edərək sonradan onun aqibəti barədə maraqlanmaması (nəzərə alınsa ki, guya həmin şəxs Təqsirləndirilən şəxs2 mobil nömrəsini götürmüşdür, lakin onun Təqsirləndirilən şəxs2 zəng etməsi iş materialları, o cümlədən, təqsirləndirilən şəxsin öz ifadəsi ilə də təsdiq olunmamışdır) real deyildir ki, bu da təqsirləndirilən şəxsin göstərilən xüsusata istinad edərək sanki əlində gətirdiyi paketdə nə olmasından xəbərsiz olması təəssüratı yaratmağa cəhd etməsinə dəlalət edir.
65. Sonradan, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək qızıl külçələri Türkiyə Respublikasından satın alaraq Azərbaycan Respublikası ərazisində sataraq gəlir əldə etmək məqsədi ilə gətirdiyini və əməlindən peşman olduğunu bildirsə də, Təqsirləndirilən şəxs1 hadisə günü görmədiyini və Əfsərin bundan xəbərsiz olduğunu vurğulamışdır ki, məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsini həmin hissədə məhkəmənin yuxarıda göstərilən əsaslandırmasından çıxış edərək qeyri-səmimi ifadə kimi qiymətləndirir.
66. Göstərilən bu hallar təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı öz müdafiələri üçün irəli sürdükləri dəlillərin uydurma və işin həqiqi halları ilə uzlaşmayan, əksinə iş materiallarında olan sübutlarla təkzib olunan dəlillər olması qənaətinə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünə aid hissədə törətdiyi əməli etiraf etsə də digər təqsirləndirilən şəxsə münasibətdə ibtidai istintaq zamanı olduğu kimi qeyri-səmimi ifadə vermişdir.
67. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, videogörüntülərin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
68. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
4. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.
5. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
6. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.
7. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
8. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri, həmçinin, təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanı real olaraq çəkmədən islah olunmalarının mümkün olmaması (Təqsirləndirilən şəxs1 törətdiyi əməli inkar etməsi, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında sonda əməlini etiraf etməsinə baxmayaraq, məhkəmədə tam səmimi ifadə verməməsi, bununla da onların əməllərinə tənqidi münasibətlərinin formalaşmaması və əməllərinin ictimai təhlükəliliyini dərk etməmələri diqqətə alınmaqla) nəzərə alınmalıdır.
9. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.
10. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.
11. İş üzrə maddi sübut- Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil ümumi kütləsi 3145,59 qram təşkil edən 999 əyarlı qızıldan hazırlanmış külçələr gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır.
12. İş üzrə maddi sübutlar-Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 14 Pro” markalı, 01 ədəd “İphone 16 Pro Max” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Poco” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, içərisində qızıl külçələr aşkar olunmuş 02 ədəd qırmızı rəngli kisə, 01 ədəd pul kisəsi, 01 ədəd qara rəngli seellofan paket, qızıl külçələrə məxsus şəffaf qablar və Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd tünd göy rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “X8 Aeroportu” Terminal 2 ərazisində 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkət trayektoriyası ilə bağlı videogörüntüləri özündə əks etdirən, o cümlədən, yaddaş qurğusundan məlumatların köçürüldüyü 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır.
13. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
15. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
16. İş üzrə mülki iddia yoxdur.
17. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
18. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş ümumi kütləsi 3145,59 qram təşkil edən 999 əyarlı qızıldan hazırlanmış külçələr gömrük ödənişlərinin həyata keçirilməsi nəzərə alınmaqla gömrük rəsmiləşdirilməsi keçirildikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 14 Pro” markalı, 01 ədəd “İphone 16 Pro Max” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Poco” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübutlar-içərisində qızıl külçələr aşkar olunmuş 02 ədəd qırmızı rəngli kisə, 01 ədəd pul kisəsi, 01 ədəd qara rəngli seellofan paket, qızıl külçələrə məxsus şəffaf qablar və Təqsirləndirilən şəxs1 məxus 01 ədəd tünd göy rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – “X8 Aeroportu” Terminal 2 ərazisində 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkət trayektoriyası ilə bağlı videogörüntüləri özündə əks etdirən, o cümlədən, yaddaş qurğusundan məlumatların köçürüldüyü 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 400 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinindən 200 manat olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov