Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1177/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 63-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 17 yanvar 2021ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2130 qram (2 kiloqram 130 qram) narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda 2102,3 qram (2 kiloqram 102,3 qram) heroini 2.000 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, 26 yanvar 2021-ci il tarixdə, səhər saatlarında içində narkotik vasitə heroin olan bağlamadan öz istifadəsi üçün 1 (bir) ədəd bükümdə 2,300 qram narkotik vasitə heroin götürüb siqaretin sellofanına büküb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibə qoyaraq yaşadığı evi tərk edərək üzərində saxlamaqla daşımış və həmin gün, yəni 26 yanvar 2021-ci il tarixdə, saat 09:45 radələrində ünvan 2 ünvanının yaxınlığında Pirallahı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Pirallahı rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin sellofanına bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,300 qram olan, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 26 yanvar 2021-ci il tarixdə, saat 14:20də yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 63-də axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman yataq otağındakı termonun aşağı dolabında 1 (bir) ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi 2130 qram (2 kiloqram 130 qram), yəni külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2100 qram (2 kiloqram 100 qram), yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Lakin daha sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2017-ci ildən narkotik vasitələr olan heroin və marixuanadan istifadə etmişdir. O, narkotik vasitələri Əmircan qəsəbəsində mütəmadi olaraq üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. O, 2021-ci ilin yanvar ayının əvvəllərində həmin şəxsdən Əmircan qəsəbəsində öz istifadəsi üçün narkotik vasitə alan zaman həmin şəxs ucuz qiymətə çoxlu narkotik vasitə aldığından ona da ucuz qiymətə narkotik vasitələr sata biləcəyini ona bildirmişdir. 17 yanvar 2021-ci il tarixdə, saat 18:00 radələrində o, narkotik vasitə almaq üçün 2.000 manat pul götürərək Əmircan qəsəbəsinə getmişdir. O, orada narkotik vasitə aldığı həmin şəxsi görmüş və həmin şəxsə yaxınlaşıb çoxlu heroin və marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxs ona 2.000 manat pulun müqabilində 2 (iki) kiloqram heroin və 2 (iki) kiloqram qurudulmuş marixuana vermişdir. Həmin şəxs narkotik vasitələri ona sellofanın içindi vermişdir. Həmin sellofanın içində 2 (iki) bağlama olmuşdur. Bağlamanın birində heroin, digərində isə marixuana olmuşdur. O, sellofanı götürüb yaşadığı ünvana aparmış və yaşadığı evdə öz yataq otağında şkafın içində gizlətmişdir. O, 26 yanvar 2021-ci il tarixdə evdə 1 (bir) büküm heroin götürüb siqaret sellofanının içinə büküb əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Sonra o, həmin heroindən bir qədər inyeksiya yolu ilə istifadə etmiş və daha sonra evdən çıxmışdır. O, evdən çıxan zaman 3 (üç) ədəd şpris, eləcə də "Pensilin" dərmanının ampulasını pulqabının içində gizlədib cibinə qoymuşdur. O, həmin “Pensilin” dərmanının ampulasının içində heroini alışqanla yandıraraq bişirmiş və şpris ilə çəkib inyeksiya yolu ilə qəbul etmişdir. O, səhər saatlarında Əzizbəyov küçəsi ilə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və qanunsuz olaraq narkotik vasitə əldə etmək və satmaqda şübhəli şəxs olduğunu deyərək onu Pirallahı rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə heroin olan 1 (bir) ədəd büküm, ampula, şprislər, 500 (beş yüz) manat pul, eləcə digər şəxsi əşyaları aşkar edilmişdir. O, həmin vaxt üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman onun yanında onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil də olmuşdur. O, polislərlə və vəkili birlikdə yaşadığı evə getmişdir. O, yaşadığı evdə girişdən sol tərəfdə yerləşən yataq otağında termonun aşağı dolabında gizlətdiyi, içində marixuana olan 1 (bir) ədəd bağlamanın və içində heroin olan 1 (bir) ədəd bağlamanın yerini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən evin digər otaqlarında axtarış keçirilmişdir. Lakin başqa heç bir qanunsuz əşya tapılmamışdır. O, əvvəlki iclasda özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirli bilsəm də, hazırda həmin ittihamla razı deyil. Onun narkotik vasitələri satmaq kimi niyyəti olmamışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 26 yanvar 2021-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi və barəsində əməliyyat tədbirlərinin keçirilməsi üçün Pirallahı rayon Polis şöbəsinin rəhbərliyindən müvafiq icazə alınmışdır. Ondan və polis əməkdaşları olan Şahid3, Şahid1, Şahid2 və kriminalist Vüsal Əliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq icazə alındıqdan sonra 26 yanvar 2021-ci il tarixdə, saat 09:45-də ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib Pirallahı rayon Polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı rayon Polis şöbəsinin inzibati binasına getmiş və sonuncu orada müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra Pirallahı rayon Polis şöbəsinin kiriminalisti X2 apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs, polis əməkdaşları Şahid3, Şahid1 və Şahid2, eləcə də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncuya üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs İlqar oğlu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən kağız parçası, 1 (bir) ədəd '’Prima" markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 3 (üç) ədəd açar çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç döş cibindən 1 (bir) ədəd qara rəngli pulqabını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin kağızına bükülmüş 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 500 (beş yüz) manat məbləğində pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu pulqabı açılmış və pulqabının içindən 1 (bir) ədəd sellofana bükülmüş limon duzu, 3 (üç) ədəd şpris və boş vəziyyətdə "Pensilin" dərmanının ampulası aşkar olunmuşdur. Sorğu-sual zamanı X4 atası İlqarın ona bazarlıq etməsi üçün 500 manat pul verdiyini, eləcə də limon duzunu narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs sağ kiçik cibindən çıxararaq masanın üzərinə qoyduğu 1 (bir) ədəd sellofanın içindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılaraq iştirakçılara təqdim edilmişdir. Bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs “Baba” adlı İran İslam Respublikasının vətəndaşının özünün tanımadığı şəxs vasitəsi ilə 2 (iki) kiloqram heroin və 2 (iki) kiloqram marixuananı göndərdiyini, sonra həmin narkotik vasitələri həm satış, həm də öz istifadəsi üçün yaşadığı evdə saxladığını, üzərindən aşkar edilmiş heroini məhz yaşadığı evdə saxladığını, içində 2 (iki) kiloqram heroin olan sellofandan öz istifadəsi üçün biraz götürdüyünü ona bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitə heroinə bənzər kütlə olan 1 (bir) ədəd büküm zərfə qoyularaq qabaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Daha sonra əməliyyat müvəkkili Şahid1 istisna olmaqla, o, şəxsi axtarışda iştirak edən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 6da Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu və yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyini onlara bildirmişdir. İştirakçılarla birlikdə o, binanın 2-ci mərtəbəsində olan mənzilə qalxmış və evdə heç kim olmadığı üçün Təqsirləndirilən şəxs özü ilə götürdüyü açarla mənzilin qapısını açmış və onlar birlikdə mənzilə daxil olmuşlar. Bundan sonra onlar birlikdə girişdəki dəhlizdən sol tərəfdə olan yataq otağına daxil olmuşlar və orada Təqsirləndirilən şəxs otağın giriş qapısından sağ tərəfdə yerləşən güzgülü termonun aşağısındakı dolabı açaraq 1 (bir) ədəd qara rəngli böyük sellofan torbanı və 1 (bir) ədəd ağ rəngli kiçik sellofan torbanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli böyük sellofan torbadan 1 (bir) ədəd iri ağ rəngli, 1 (bir) ədəd balaca qara rəngli bağlamanı təqdim edərək ağ rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuananın, qara rəngli bağlamada isə narkotik vasitə heroinin olduğunu bildirmişdir. İştirakçıların yanında qara rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan açıq qəhvəyi rəngli, spesifik qoxuya malik, toz və kristal formalı narkotik vasitə heorinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra ağ rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Digər ağ rəngli kiçik sellofanda isə 6 (altı) ədəd 5 (beş) qramlıq şpris, yarım qutu pambıq, 1 (bir) ədəd içində Novakain dərman preparatı olan ampula və 1 (bir) ədəd içində Analgin dərman preparatı olan ampula olmuşdur. Mənzildə aparılan axtarış zamanı başqa heç bir qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. İçərisində narkotik vasitələrə bənzər kütələlər olan bağlamalar 2 (iki) ədəd bağlama qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 237 nömrəli zərflər üçün möhürü ilə möhürlənmişdir. Narkotik vasitələrin istehlakı üçün nəzərdə tutulmuş digər əşyalar da eyni qaydada qablaşdırılmışdır. Axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və ya düzəliş daxil olmamışdır. Bundan sonra bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid oğlunun Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 26 yanvar 2021-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi və barəsində əməliyyat tədbirlərinin keçirilməsi üçün Pirallahı rayon Polis şöbəsinin rəhbərliyindən müvafiq icazə alınmışdır. Ondan və digər polis əməkdaşları olan Şahid4, Şahid1, Şahid2 və kriminalist Vüsal Əliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid4 olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq icazə alındıqdan sonra 26 yanvar 2021-ci il tarixdə, saat 09:45-də ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib Pirallahı rayon Polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı rayon Polis şöbəsinin inzibati binasına getmiş və sonuncu orada müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra Pirallahı rayon Polis şöbəsinin kiriminalisti X2 apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs, polis əməkdaşları Şahid4, Şahid1 və Şahid2, eləcə də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncuya üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs İlqar oğlu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən kağız parçası, 1 (bir) ədəd '’Prima" markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 3 (üç) ədəd açar çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç döş cibindən 1 (bir) ədəd qara rəngli pulqabını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin kağızına bükülmüş 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 500 (beş yüz) manat məbləğində pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu pulqabı açılmış və pulqabının içindən 1 (bir) ədəd sellofana bükülmüş limon duzu, 3 (üç) ədəd şpris və boş vəziyyətdə "Pensilin" dərmanının ampulası aşkar olunmuşdur. Sorğu-sual zamanı X4 atası İlqarın ona bazarlıq etməsi üçün 500 manat pul verdiyini, eləcə də limon duzunu narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs sağ kiçik cibindən çıxararaq masanın üzərinə qoyduğu 1 (bir) ədəd sellofanın içindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılaraq iştirakçılara təqdim edilmişdir. Bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs “Baba” adlı İran İslam Respublikasının vətəndaşının özünün tanımadığı şəxs vasitəsi ilə 2 (iki) kiloqram heroin və 2 (iki) kiloqram marixuananı göndərdiyini, sonra həmin narkotik vasitələri həm satış, həm də öz istifadəsi üçün yaşadığı evdə saxladığını, üzərindən aşkar edilmiş heroini məhz yaşadığı evdə saxladığını, içində 2 (iki) kiloqram heroin olan sellofandan öz istifadəsi üçün biraz götürdüyünü ona bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitə heroinə bənzər kütlə olan 1 (bir) ədəd büküm zərfə qoyularaq qabaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Daha sonra əməliyyat müvəkkili Şahid1 istisna olmaqla, o, şəxsi axtarışda iştirak edən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 7da Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu və yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyini onlara bildirmişdir. İştirakçılarla birlikdə o, binanın 2-ci mərtəbəsində olan mənzilə qalxmış və evdə heç kim olmadığı üçün Təqsirləndirilən şəxs özü ilə götürdüyü açarla mənzilin qapısını açmış və onlar birlikdə mənzilə daxil olmuşlar. Bundan sonra onlar birlikdə girişdəki dəhlizdən sol tərəfdə olan yataq otağına daxil olmuşlar və orada Təqsirləndirilən şəxs otağın giriş qapısından sağ tərəfdə yerləşən güzgülü termonun aşağısındakı dolabı açaraq 1 (bir) ədəd qara rəngli böyük sellofan torbanı və 1 (bir) ədəd ağ rəngli kiçik sellofan torbanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli böyük sellofan torbadan 1 (bir) ədəd iri ağ rəngli, 1 (bir) ədəd balaca qara rəngli bağlamanı təqdim edərək ağ rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuananın, qara rəngli bağlamada isə narkotik vasitə heroinin olduğunu bildirmişdir. İştirakçıların yanında qara rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan açıq qəhvəyi rəngli, spesifik qoxuya malik, toz və kristal formalı narkotik vasitə heorinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra ağ rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Digər ağ rəngli kiçik sellofanda isə 6 (altı) ədəd 5 (beş) qramlıq şpris, yarım qutu pambıq, 1 (bir) ədəd içində Novakain dərman preparatı olan ampula və 1 (bir) ədəd içində Analgin dərman preparatı olan ampula olmuşdur. Mənzildə aparılan axtarış zamanı başqa heç bir qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. İçərisində narkotik vasitələrə bənzər kütələlər olan bağlamalar 2 (iki) ədəd bağlama qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 237 nömrəli zərflər üçün möhürü ilə möhürlənmişdir. Narkotik vasitələrin istehlakı üçün nəzərdə tutulmuş digər əşyalar da eyni qaydada qablaşdırılmışdır. Axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və ya düzəliş daxil olmamışdır. Bundan sonra bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Şahid oğlunun Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 26 yanvar 2021-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi və barəsində əməliyyat tədbirlərinin keçirilməsi üçün Pirallahı rayon Polis şöbəsinin rəhbərliyindən müvafiq icazə alınmışdır. Ondan və digər polis əməkdaşları olan Şahid3, Şahid4, Şahid1 və kriminalist Vüsal Əliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid4 olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq icazə alındıqdan sonra 26 yanvar 2021-ci il tarixdə, saat 09:45-də ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib Pirallahı rayon Polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı rayon Polis şöbəsinin inzibati binasına getmiş və sonuncu orada müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra Pirallahı rayon Polis şöbəsinin kiriminalisti X2 apardığı videoçəkilişlə Təqsirləndirilən şəxs, polis əməkdaşları Şahid4, Şahid1 və Şahid3, eləcə də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncuya üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs İlqar oğlu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən kağız parçası, 1 (bir) ədəd '’Prima" markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 3 (üç) ədəd açar çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç döş cibindən 1 (bir) ədəd qara rəngli pulqabını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin kağızına bükülmüş 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 500 (beş yüz) manat məbləğində pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu pulqabı açılmış və pulqabının içindən 1 (bir) ədəd sellofana bükülmüş limon duzu, 3 (üç) ədəd şpris və boş vəziyyətdə "Pensilin" dərmanının ampulası aşkar olunmuşdur. Sorğu-sual zamanı X4 atası İlqarın ona bazarlıq etməsi üçün 500 manat pul verdiyini, eləcə də limon duzunu narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs sağ kiçik cibindən çıxararaq masanın üzərinə qoyduğu 1 (bir) ədəd sellofanın içindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılaraq iştirakçılara təqdim edilmişdir. Bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs “Baba” adlı İran İslam Respublikasının vətəndaşının özünün tanımadığı şəxs vasitəsi ilə 2 (iki) kiloqram heroin və 2 (iki) kiloqram marixuananı göndərdiyini, sonra həmin narkotik vasitələri həm satış, həm də öz istifadəsi üçün yaşadığı evdə saxladığını, üzərindən aşkar edilmiş heroini məhz yaşadığı evdə saxladığını, içində 2 (iki) kiloqram heroin olan sellofandan öz istifadəsi üçün biraz götürdüyünü ona bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitə heroinə bənzər kütlə olan 1 (bir) ədəd büküm zərfə qoyularaq qabaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Daha sonra əməliyyat müvəkkili Şahid1 istisna olmaqla, o, şəxsi axtarışda iştirak edən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 7da Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu və yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyini onlara bildirmişdir. İştirakçılarla birlikdə o, binanın 2-ci mərtəbəsində olan mənzilə qalxmış və evdə heç kim olmadığı üçün Təqsirləndirilən şəxs özü ilə götürdüyü açarla mənzilin qapısını açmış və onlar birlikdə mənzilə daxil olmuşlar. Bundan sonra onlar birlikdə girişdəki dəhlizdən sol tərəfdə olan yataq otağına daxil olmuşlar və orada Təqsirləndirilən şəxs otağın giriş qapısından sağ tərəfdə yerləşən güzgülü termonun aşağısındakı dolabı açaraq 1 (bir) ədəd qara rəngli böyük sellofan torbanı və 1 (bir) ədəd ağ rəngli kiçik sellofan torbanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli böyük sellofan torbadan 1 (bir) ədəd iri ağ rəngli, 1 (bir) ədəd balaca qara rəngli bağlamanı təqdim edərək ağ rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuananın, qara rəngli bağlamada isə narkotik vasitə heroinin olduğunu bildirmişdir. İştirakçıların yanında qara rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan açıq qəhvəyi rəngli, spesifik qoxuya malik, toz və kristal formalı narkotik vasitə heorinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra ağ rəngli bağlamanın bir hissəsi kəsilmiş və içərisində olan bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Digər ağ rəngli kiçik sellofanda isə 6 (altı) ədəd 5 (beş) qramlıq şpris, yarım qutu pambıq, 1 (bir) ədəd içində Novakain dərman preparatı olan ampula və 1 (bir) ədəd içində Analgin dərman preparatı olan ampula olmuşdur. Mənzildə aparılan axtarış zamanı başqa heç bir qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. İçərisində narkotik vasitələrə bənzər kütələlər olan bağlamalar 2 (iki) ədəd bağlama qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 237 nömrəli zərflər üçün möhürü ilə möhürlənmişdir. Narkotik vasitələrin istehlakı üçün nəzərdə tutulmuş digər əşyalar da eyni qaydada qablaşdırılmışdır. Axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və ya düzəliş daxil olmamışdır. Bundan sonra bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələri, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Bakı şəhəri, Pirallahı rayon sakini olan “Qorxmaz” adlı şəxsin Pirallahı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi və yaxalanması istiqamətində əməliyyat qrupunun yaradılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması istiqamətində aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərar alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 7 saylı binanın yanında saxlanılaraq Pirallahı Rayon Polis şöbəsinə gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 39-40) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 43-44) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin sellofanına bükülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli axtarış və götürmənin aparılması haqqında qərardan (cild 1, iş vərəqə 45-46) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də təxirəsalınmaz axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 47-50) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi döngə ev 2, mənzil 63-də axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman yataq otağındakı termonun aşağı dolabında 1 (bir) ədəd ağ rəngli sellofanın içindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 1 (bir) ədəd qara rəngli sellofanın içindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/111 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 61) görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Vət.Təqsirləndirilən şəxs yaşadığı evdə...1 bağlama marixuanaya bənzər...” yazısı və imzalar olan polietilen bağlamadakı 1 (bir) ədəd sintetik bağlamada təmiz çəkisi - 2130 qram (2 kiloqram 130 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/355 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 65-67) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 büküm...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,300 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı mənzilindən aşkar olunaraq götürülmüş “heroinə” bənzər kütlə..” yazısı olan qara rəngli polietilen bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 2100 qram (2 kiloqram 100 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 2102,3 qram (2 kiloqram 102,3 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 (üç) ədəd şpris” yazısı olan zərfdəki 2 (iki) ədəd şprisdə (1 ml və 3 ml) və üzərində “Pensillin” yazısı olan şüşə flakonda heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bağlamadakı, eləcə də zərfdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmin zərfdə olan 1 (bir) ədəd 3 ml şprisdə narkotik vasitələrin izləri yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 82-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 105-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında qərardan (cild 1, iş vərəqə 119-121) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 2102,3 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bağlamada olan 2130 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd 3 ml, 1 (bir) ədəd 1 ml şpris və 1 (bir) ədəd üzərində “Pensillin” yazısı olan şüşə flakon iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Pirallahı rayon Polis şöbəsinin saxlanc otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə, narkotik vasitələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 124-126) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət əməlləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuşdur. Sonuncu dəfə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə məhkum olunmuş və 19 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 133) görünür ki, axtarış və götürmə istintaq hərəkətlərinin həyata keçrilməsinə dair 26 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2021-ci il tarixli disklərə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş disklərdən (cild 1, iş vərəqə 138) görünür ki, 1-ci disk üzrə - 26.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Pirallahı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin yanındakı kiçik cibdən siqaretin sellofanına bükülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. 2-ci disk üzrə - 26.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, döngə ev 2, mənzil 63-də axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və həmin vaxt yataq otağındakı termonun aşağı dolabında 1 (bir) ədəd ağ rəngli sellofanın içindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 1 (bir) ədəd qara rəngli sellofanın içindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2021-ci il tarixli cinayəti könüllü etiraf etmə barədə protokoldan (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə, təxminən saat 16:30 radələrində saxlanıldığı müəssisəsinin Əməliiyyat bölməsinə gedərək 2020-ci ilin dekabr ayının əvvəllərində gecə saatlarında Bakı şəhəri, Pirallahı rayonunda yerləşən məscidin yanında olan 1 (bir) mərtəbəli uşaq baxçasına həmin baxçanın arxa qapısından qıfılı sındıraraq daxil olmuş, oradan 1 (bir) ədəd qara rəngli “musiqi mərkəzi”, 1 (bir) ədəd xalça və aliminium qazanları oğurladığını və həmin əşyaları 150 manata tanımadığı şəxsə satdığını, əldə etdiyi pulları öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 916 nömrəli rəyindən (cild 1, iş vərəqə 168-169) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 165-167) görünür ki, Azərcan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından cinayət işinin ayrılması və ittihama dəyişiklik edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182-196) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittihamın elan edilməsi, ona Azərcan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama xitam verilməsi, ********* saylı cinayət işinin ********* saylı cinayət işindən ayrılaraq ayrıca icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bağlamada olan ümumi təmiz çəkisi 2102,3 qram narkotik vasitə heroinin, 1 (bir) ədəd bağlamada olan ümumi təmiz çəkisi 2130 qram narkotik vasitə qurudulmuş marixuananın, 2 (iki) ədəd 3 ml, 1 (bir) ədəd 1 ml şprisin və 1 (bir) ədəd üzərində “Pensillin” yazısı olan şüşə flakonun maddi sübut kimi tanınması və saxlanılması üçün Pirallahı rayon Polis şöbəsinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 201-202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2021-ci il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 236-237) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 10 iyun 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2019-cu il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 127-131) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Lakin o, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Bundan başqa, Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Bununla da onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində öz əksini tapmış cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi (sadə residiv) mövcuddur. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, eləcə də 19 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. O, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədiyi halda qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini, habelə cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bağlamada olan 2 (iki) ədəd 3 ml, 1 (bir) ədəd 1 ml şpris, 1 (bir) ədəd üzərində “Pensillin” yazısı olan şüşə flakon, tədqiqatdan sonra qalıq çəkisi 2102 qram olan narkotik vasitə heroin və 2129,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bağlamada olan 2 (iki) ədəd 3 ml, 1 (bir) ədəd 1 ml şpris, 1 (bir) ədəd üzərində “Pensillin” yazısı olan şüşə flakon, tədqiqatdan sonra qalıq çəkisi 2102 qram olan narkotik vasitə heroin və 2129,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1177/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1177/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver