Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1177/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evinin qarşısında sevgilisinə söz atan Zərərçəkmiş şəxs əsaslı iradını bildirdikdən sonra şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış münaqişə zamanı əvvəlcədən üzərində olan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs 2 (iki) dəfə bel nahiyyəsinə, 1 (bir) dəfə isə ayaq nahiyəsinə vuraraq sonuncuya sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi törədildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, sol bel nahiyəsinin daxilə nüfüz etməyən 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun əvvəlcədən Zərərçəkmiş şəxsla heç bir münasibəti olmamış, habelə aralarında düşmənçilik olmamışdır. Onun istədiyi qız olmuşdur. Zərərçəkmiş şəxs da onun istədiyi qıza söz atmışdır. Buna görə də o, zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. Hadisə baş verməmişdən əvvəl o, işdə olmuşdur. Həmin vaxt onun istədiyi qız ona zəng edərək kiminsə söz atdığını demişdir. Qızın adı İsmayılova Rəşxəndədir. Daha dəqiq isə istədiyi qız ona taksi sürücüsü tərəfindən söz atıldığını bildirmiş və söz atan şəxsin maşınının nömrəsini ona demişdir. O, həmin maşının sahibi ilə günorta görüşmüşdür. Çünki o, taksi sürücüsünü tanımış, həmin şəxs onunla eyni kənddə yaşamışdır. Həmin şəxs Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, o, Sabirdən telefon nömrəsini alaraq görüşmək istədiyini bildirmişdir. Sabir isə ona demişdir ki, “başqa yerdəyəm, axşam zəng edərəm görüşərik”. O da Sabirlə razılaşmışdır. Axşam vaxtı Sabir ona zəng etmiş və bundan sonra onlar “Diamond” çay evinin qarşısında görüşmüşlər. Bu vaxt o, Sabirə onun istədiyi qıza söz atdığını bildirmişdor. Sabir də onun istədiyi qıza söz atdığını boynuna almışdır. Bu vaxt onların arasında əlbəyaxa dava baş vermiş və həmin vaxt o, özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, törətdiyi əməldən peşmandır. Sonradan o, Zərərçəkmiş şəxsla barışmış və ona görə də Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bıçaq çoxdan idi ki, onda olmuş, o, zərərçəkmiş şəxsə 2-3 dəfə bıçaqla zərbə vurmuş, həmin vaxt onların yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə sevgilisi Rəxşəndə adlı qız ona demişdir ki, həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən “Kral Dönər”-dən rəfiqəsi ilə dönər alıb yolda yeyən zaman taksi fəaliyyəti ilə məşğul olan və adını bilmədiyi “Ford” markalı avtomaşının sürücüsü Rəxşəndəgilə söz ataraq sataşmışdır. O, bundan cox qəzəblənib qərara gəlmişdir ki, həmin sürücünü tapıb sevgilisinə nə üçün sataşmasının səbəbini aydınlaşdırsın. O, sürücünü həmin gün axtarsa da, tapa bilməmiş, lakin təxminən kim olduğunu bilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində o, Binə qəsəbəsində 190 saylı marşrutun son dayanacağında həmin sürücünü tapmışdır. O, həmin sürücüyə yaxınlaşıb işi olduğunu demişdir. Lakin həmin sürücü tələsdiyini bildirmiş və nömrəsini ona verərək axşam görüşəcəyini demişdir. Həmin gün günorta saatlarında o, həmin sürücüyə zəng edərək görüşmək istədiyini demişdir. Lakin sürücü, yəni Zərərçəkmiş şəxs ona demişdir ki, axşam özü ona zəng edib görüşəcək. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Sabir ona zəng edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond" çay evinin yaxınlığına çağırmışdır. O, bu barədə qardaşı Abbasa demiş və birlikdə Abbasın idarə etdiyi “Vaz 2106” markalı, **-BZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin çay evinin qarşısına gəlmişdir. Həmin vaxt onun üzərində daimi gəzdirdiyi açılıb-qatlanan cib bıçağı olmuşdur. O, həmin bıçağı şalvarının sağ cibində gizlətmişdir. O, qardaşı ilə avtomobildən düşmüşdür. Həmin vaxt Sabir onun əvvəllər tanıdığı Qalib adlı şəxs ilə birlikdə çay evinin qarşısında dayanıb onları gözləmişdir. O, Abbas ilə birlikdə Sabirgilə yaxınlaşıb görüşmüşdür. Daha sonra o, Sabir ilə söhbət etmək üçün sonuncunu çay evinin kənarına, yəni heç kəsin görə bilməyəcəyi yerə aparmışdır. Abbas və Qalib isə çay evinin kənarında dayanıb söhbət etmişlər. O, Sabir ilə çay evinin arxa hissəsinə keçib söhbət etməyə başlamışdır. Söhbət zamanı o, Sabirdən qızlara sataşıb-sataşmadığını soruşmuşdur. Sabir də qızlara sataşan şəxsin özü olduğunu bildirmişdir. Bundan sonra o, Sabirdən ’’sənin evdəkilərin çölə, bayıra çıxmır?" deyə soruşmuşdur. Sonra onun səbri daraldığı üçün dözməyərək yumruqla 1 (bir) dəfə Sabirin üz nahiyəsindən vurmuşdur. Bu zaman Sabir onunla əlbəyaxa dava etməyə başlamışdır. O, Sabir ilə əlbəyaxa dava edən zaman ayağı sürüşmüş və arxası üstə yerə yıxılmışdır. Bu zaman Sabir onun üzərinə çıxaraq onu yumruqla vurmağa başlamış, hətta onun sol çiynindən dişləmişdir. O, Sabirə güc çatdıra bilmədiyini görüb sağ cibindən cib bıçağı çıxararaq 1 (bir) neçə dəfə Sabirin qarın və ayaq nahiyələrinə zərbə vurmuşdur. Bıçaq zərbələrindən sonra Sabir ondan aralanmışdır. Həmin vaxt isə Abbas ilə Qalib kənarda dayanmışlar. Abbas və Qalib onunla Sabirin dava etdiyini və onun bıçaqla Sabiri vurduğunu görüb onlara yaxınlaşmışlar. Sonra Qalib və Abbas onları ayırmışdır. Bundan sonra Qalib və Sabir öz avtomobillərinə minərək hadisə yerindən getmişlər. O da Abbas ilə birlikdə oradan uzaqlaşmışdır. O, Hövsan qəsəbəsində yaşayan dayısının evinə getmişdir. Qardaşı isə Binə qəsəbəsində qalmışdır. Ertəsi gün qardaşı onu könüllü olaraq polisə təslim etmişdir. Sabiri vurduğu bıçağı isə o, hadisə gecəsi Hövsan qəsəbəsinə gedən zaman xatırlamadığı yerdə yola tullamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ifadəsini, habelə şahid ifadələrini, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisənin baş verməsinin səbəbi onun Təqsirləndirilən şəxs nişanlısına sataşması olmuşdur. O, sataşdığı qızın Təqsirləndirilən şəxs nişanlısı olduğunu bilməmişdir. Sonra bu məsələ ilə bağlı onların arasında sözlü mübahisə yaranmış və həmin vaxt Təqsirləndirilən şəxs onu bıçaqlamışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, əvvəllər sərnişin avtobusunda sürücü kimi işləmişdir. Son vaxtlar isə o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Təxminən avqust ayının ortalarında o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun mərkəzində avtomobili ilə gedən zaman yol tıxac olmuşdur. O, yolun kənarında fəaliyyət göstərən dönərxananın qarşısından keçən zaman 2 (iki) nəfər əvvəllər üzdən tanıdığı qızın dönər yediklərini görmüşdür. Həmin qızlar da onu üzdən tanımışlar. O, sərnişin avtobusunda sürücü işləyən zaman həmin qızlar onun idarə etdiyi avtobusla çox gedib gəlmişlər. Buna görə də onlar bir-birilərini üzdən tanımışlar. O, qızlara salam verib yanından keçib getmişdir. Qızlar isə ona cavablarında heç bir söz deməmişlər. xx.xx.2023cü il tarixdə, saat 09:00 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 190 saylı sərnişin avtobusunun son dayanacağında idarə etdiyi avtomobildə dayanmış, sonra siqaret alıb avtomobilinə qayıdan zaman əvvəllər tanımadığı Müşfiq adlı şəxs ona yaxınlaşaraq ondan Sabir olub-olmadığını soruşmuşdur. O, həmin şəxsə Sabir olduğunu bildirmişdir. Müşfiq onunla işi olacağını demişdir. O, Müşfiqdən nə işi olduğunu soruşduqda, Müşfiq ona axşam görüşmək istədiyini demiş və ondan telefon nömrəsini istəmişdir. O da, Müşfiqə öz telefon nömrəsini vermişdir. Bundan sonra isə o, çıxıb getmişdir. Daha dəqiq isə o, Quba rayonuna yola düşmüşdür. Həmin gün günorta saatlarında Müşfiq ona zəng edərək harada olduğunu soruşmuşdur. O da, Müşfiqə Quba rayonunda olduğunu və axşam gələcəyini demişdir. Həmin gün axşam o, Bakı şəhərinə gəlmişdir. xx.xx.20230-cü il tarixdə, saat 20:00 radələrində o, dostu Qalib ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evində çay içən zaman Müşfiq ona zəng edib harada olduğunu soruşmuşdur. O da, Müşfiqə yerini dedikdən sonra Müşfiq ona həmin yerə gəldiyini bildirmişdir. O, çay evinin qarşısına çıxaraq Qalib ilə birlikdə Müşfiqi gözləmişdir. Saat təxminən 20:45 radələrində Müşfiq “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə həmin çay evinin qarşısına gəlmişdir. Müşfiq, başqa bir nəfər ilə avtomobildən düşərək onun yanına gəmişdir. Həmin vaxt Qalib Müşfiq ilə görüşmüşdür. Sonra Müşfiq onunla söhbət etmək istədiyini deyərək onu çay evinin kənarına, yəni qaranlıq yerə aparmışdır. Qalib və Müşfiqlə gələn şəxs isə çay evinin qarşısında dayanmışlar. O, həmin vaxt Müşfiq ilə gələn şəxsin sonuncunun qardaşı Abbas olduğunu bilmişdir. Müşfiq onu kənara çəkərək onunla mübahisə etməyə başlamış, habelə ondan qıza nə üçün söz atdığını soruşmuşdur. O, qızlara “nuş olsun” dediyini bildirdikdə, Müşfiq yumruq ilə onun üz nahiyəsindən vurmuşdur. Sonra o da, özünü müdafiə etmək üçün Müşfiqi vurmuşdur. Onlar əlbəyaxa olan zaman Müşfiq 2 (iki) dəfə bıçaqla onun bel nahiyəsindən vurmuşdur. Sonra o, Müşfiqi yerə yıxmış, həmin vaxt müşfiq onun ayağından bir dəfə də vurmuşdur. O, zorla ayağa durmuş və bədənindən qan axdığını görüb qışqırmışdır. Bu zaman Qalib və Abbas onların yanına gəlmişlər. Həmin şəxslər Müşfiqin onu bıçaqla vurduğunu gördükləri üçün Qalib onu öz avtomobilinə mindirərək xəstəxanaya aparmışdır. Yolda Qalib onun qardaşına zəng etmişdir. Qardaşı İlham həmin vaxt yaxınlıqda olduğu üçün avtomobilə yaxınlaşmış və sonra onu Sabunçu xəstəxanasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən zaman o, hadisə yerində olmamışdır. Hadisə baş verdikdən sonra orada səs-küy yaranmışdır. O, bundan sonra hadisə yerinə yaxınlaşmışdır. O, hadisə yerinə gəldikdə, qardaşının zərərçəkmiş şəxslə dalaşdığını görmüş və bu zaman qardaşını ayıraraq oradan uzaqlaşdırmışdır. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra onun qardaşı, yəni Müşfiq ona zərərçəkmiş şəxs Sabirə bıçaqla zərbə endirdiyini bildirmişdir. Müşfiq ona hadisənin qız məsələsinə görə baş verdiyini də bildirmişdir. Lakin o, orada qızları görə bilmədiyi üçün Müşfiqdən bu məsələnin tam dəqiq necə baş verdiyini soruşa bilməmişdir. Sonradan təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs həqiqətən də onun qardaşı Müşfiqin nişanlısına sataşmış və bu səbəbdən də Müşfiq ilə Sabirin arasında mübahisə yaranmış, həmin mübahisə zamanı Müşfiq Sabiri bıçaqlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün işdən gəlmiş və “Diamond” çay evinin qarşısında Şahid1la söhbət etmişdir. Onlar birlikdə çay içməyə gedəcəklərmiş, lakin bu zaman Sabir ilə Müşfiq bir qədər qırağa çəkilib söhbət edəcəklərini və daha sonra onlar ilə çay içməyə gələcəklərini bildirmişlər. Sonra onlar səs-küy eşitmişlər və ona görə də səs-küy gələn yerə, yəni hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatdıqları zaman Sabirin kürək hissəsindən qan axdığını görmüşlər və bu səbəbdən də o, bir qədər özünü itirmişdir. Sonradan o, bilmişdir ki, hadisənin baş verməsinin səbəbi Sabirin Müşfiqin sevdiyi qıza sataşması olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün X2 qardaşı Sabirin bıçaqlanması və sonuncunun Sabunçu rayon xəstəxanasına aparılması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 5-11) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evinin həyətinə baxış keçirilmiş və həmin vaxt hadisə yerində qan izlərinin olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 1005 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 94-95) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol çiyinin, sağ dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri müəyyən edilmir, hadisə haqqında məlumatları qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 1232 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 97-99) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd, sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici təsirə malik alət (ola bilsin bıçaq) təsirindən törənmişlər, törənmə müddətləri onun "X9" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları isə istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər, hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, S.C Məmmədyarovun bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 55) görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 57-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-409/2023 saylı qərarından (cild 1, iş vərəqə 75-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 552 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 101-102) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 02 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 02 ədəd deşilmişkəsilmiş zədələr onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd, sol bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən, 1 ədəd, sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşür. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən (cild 1, iş vərəqə 110-114) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi və sonuncuya bıçaqla xəsarət yetirdiyi yerləri dəqiq şəkildə göstərməklə törətdiyi cinayətin üsulu və mexanizmi barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 127-134) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 126.2.4, 29.120.1 və 228.4-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd ağ rəngli köynəyin maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin saxlanc otağına təhvil verilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 137-138) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-576/2023 saylı qərarından (cild 1, iş vərəqə 137-138) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Xasiyyətnamədən (cild 1, iş vərəqə 219) görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət zamanı özünü nizam-intizamlı, bacarıqlı və işgüzar keyfiyyətləri olan hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 223) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən tam şəkildə ona ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, lakin müdafiə tərəfi həmin sübutlara dair öz etirazını bildirməmiş, habelə məhkəmədə tədqiq edilmiş sübutları və ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən "Diamond” çay evinin qarşısında sevgilisinə söz atan Zərərçəkmiş şəxs əsaslı iradını bildirmiş və bunun əsasında onların arasında əvvəlcə sözlü mübahisə baş vermişdir. Onların arasında baş vermiş sözlü mübahisəyə səbəb – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sevgi münasibətlərində olan qıza söz atması və bunun nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsaslı irad bildirməsi olmuşdur. Tərəflər arasında baş vermiş sözlü mübahisə sonradan real şəkildə əlbəyaxa davaya çevrilmişdir. Əlbəyaxa zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs 2 (iki) dəfə bel nahiyəsinə, 1 (bir) dəfə isə ayaq nahiyəsinə xəsarət yetirmişdir. Həmin xəsarətlərdən biri, yəni sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarnı boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası sağlamlığına ağır zərər vurmaya, sol bel nahiyəsinin daxilə nüfüz etməyən 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid xəsarət olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən "Diamond” çay evinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, habelə şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də şəxsi münasibətlərin pozulması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sevgi münasibətlərində olan şəxsə sataşmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşdüyü zaman sonuncudan hansı səbəbdən sevdiyi qıza sataşmasının səbəbini soruşduqda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı kobudluq etməsini, başqa sözlə, göstərilən bu halları məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs sərgiləmiş olduğu əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərdən, yəni sol böyrəyin zədələnməsi və qanaxma ilə müşayiət olunan bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan xəsarət sağlamlığa ağır xəsarət dərəcəsi kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı həqiqətən də qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti törətdikdən sonra könüllü olaraq polis orqanına gedərək təslim olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 20 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ağ köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 20 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ağ köynək məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1177/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1177/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver