Məhkəmə qərarları › İş №1(101)-1178/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1178/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1178/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Məhəmməd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə nəqliyyat vasitəsinin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan və ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-dən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 24 mart 2017-ci il tarixli 027 nömrəli icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 2013-cü il buraxılışlı dəyəri 22.000 manat təşkil edən «Hyundai Sonata» markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili iki gün müddətinə icarəyə götürülməsinə baxmayaraq, avtomobili müqavilədə göstərilən müddətdə "xxxx" MMC-nə təhvil verməyərək ələ keçirməklə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə direktoru Zərərçəkmiş şəxs3 ümümilikdə 22000 manat məbləğində, xeyli miqdarada maddi ziyan vurmaqla dələduzluq etmiş və vahid niyyətlə həmin avtomobilin geri qaytarılması məqsədi ilə borclu olduğu Şahid4 ödənilməsi üçün 1000 manat pulu X6 vasitəsi ilə Zərərçəkmiş şəxs4 alaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmyerlisi Zərərçəkmiş şəxs1 «Range-Rover» markalı avtomobil alıb vərəcəyi barədə yalan vəd verib aldadaraq 2016-cı ilin may ayından iyul ayınadək olan müddət ərzində hissə hissə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunmuş qəsdlə ümümilikdə 60.000 manat pulunu ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 kulli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 əvvəlcə borc adı ilə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən yerüstu piyada keçidinin yaxınlığında 300 manat məbləğində pulunu, sonra isə ilkin aldığı dorcların qaytarılması məqsədi ilə güya lombarda pul ödənilməsi bəhanəsi ilə aldadaraq 16 avqust 2016-cı il tarixdən 12 noyabr 2016-cı il tarixədək olan müddət ərzində hissə-hissə ayrı-ayrı vaxtlarda və məbləğlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə, sonuncu dəfə isə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən yerüstu piyada keçidinin yaxınlığında 320 manat, həmin dövrün rəsmi məzənnəsi ilə 808 manat 2 qəpik təşkil edən 500 ABŞ dollarını və həmin dövrün rəsmi məzənnəsi ilə 333 manat 72 qəpik təşkil edən 200 ABŞ dollarını, cəmi 3551 manat 92 qəpik pulunu, eləcədə 3.400 manat dəyərində qızıl zinət əşyalarını ələ keçirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümülikdə 6.951 manat 92 qəpik məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 «Mercedes» markalı avtomobili satacağına dair yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq 27 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Amay» Ticarət Mərkəzinin qarşısında 3.000 manat, eyni adla 31 dekabr 2018-ci il tarixdə isə ünvan 2 ünvanının qarşısında 1.000 manat pulunu ələ keçirib vermiş olduğu vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 4.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 oğlu Həmid Babayevin barəsində olan «həbs» qətimkan tədbirini «ev dustaqlığı» qətimkan tədbirinə dəyişdirilməsində köməklik göstərmək məqsədilə 2019-cu ilin oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində ümumilikdə 6.110 manat pulu ələ keçirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 kürəkəni X15 həbsdən azad edəcəyinə köməklik göstərmək məqsədilə 23.02.2020-ci il tarixdə Bakı şəhəri, Xətai metrosunun yaxınlığında yerləşən notariat kontorunun qarşısında ümumilikdə 5.000 manat pulu ələ keçirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən Şahid7 tanımış, aralarında dostluq münasibətləri yaranmışdır. Həmin vaxt o, «Beynəlxalq Bank»ın hərraca verdiyi avtomobilləri alıb-satmaqla məşğul olmuşdur. Belə ki, bank satıla bilməyən avtomobilləri ucuz qiymətə hərraca çıxarır, o isə hərracdan həmin avtomobilləri alıb, müştəri taparaq satmışdır. Bu barədə Sərxana da demişdir. Sərxan özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayında Sərxan ona demişdir ki, bir tanışı var, özünə avtomobil almaq istəyir. O da həmin şəxsin onun özü ilə danışmasını, münasib qiymətə avtomobil sata biləcəyini bildirmişdir. 23.12.2018-ci il tarixdə o, Sərxanın tanışı olan Zərərçəkmiş şəxs5 məxsus olan kafedə sonuncu ilə görüşmüşdür. Arifə «Mercedes» markalı avtomobil olmasını, ilkin ödənişinin 3.000 manat, 20 aylıq 350 manat ödəniş lazım olmasını demişdir. Arif də onunla razılaşmışdır. Əslində avtomobilin ilkin ödənişi 2.400 manat olmuş, 600 manat pulu isə əlavə özünə qazanc kimi düşünmüşdür. Daha sonra 27.12.2018-ci il tarixdə onlar yenidən «Amay» TM-nin qarşısında görüşmüşlər. Arif həmin yerdə ona 3.000 manat pul vermişdir. Bu zaman Sərxan da yanlarında olmuşdur. Lakin həmin gün artıq gec olduğundan bank bağlı olmuşdur. Avtomobili yaxınlıqda yerləşən «Beynəlxalq Bank»a məxsus filialın arxasında yerləşən dayanacaqda saxlanmışdır. Avtomobili ona Beynəlxalq Bankın adını unutduğu işçisi gətirəcək idi. Lakin gec olduğu üçün bank bağlanmışdır. O, bundan sonra Arifin yanına qayıdıb avtomobili ona bu gün verə bilməyəcəyini demişdir. Həmçinin bildirmişdir ki, 31 dekabr tarixində yenidən görüşüb avtomobili ona versin. 31.12.2018-ci il tarixdə onlar yenidən görüşmüşlər. Lakin o, artıq Arifin verdiyi 3.000 manat puldan xərcləmiş və həmin pulun qalığına avtomobili ala bilməmişdir. Bu səbəbdən Arifə başqa avtomobil satmağı düşünmüşdür. Buna görə Arifdən əlavə 1.000 manat pul istəmişdir. Ariflə yenidən «Əcəmi» metrosu yaxınlığında görüşmüş və həmin vaxt o, Arifdən əlavə 1.000 manat pul almışdır. Həmin vaxt Sərxan da yanlarında olmuşdur. Ariflə Sərxana demişdir ki, harada istəsələr gözləsinlər, avtomobili götürüb gələcəkdir. Lakin Arifə «Mercedes» yox, başqa avtomobil verəcəyi barədə deməmişdir. Arifə demişdir ki, avtomobilin borcu olduğu üçün 1.000 manat əlavə pul lazımdır. Arifdən həmin tarixdə bir az uzaqlaşdıqdan sonra sonuncuya zəng edib demişdir ki, ona «Mercedes» yox, başqa bir avtomobil gətirib verəcəkdir. Lakin Arif buna etiraz edib, artıq avtomobil yox, verdiyi 4.000 manat pulu geri istəməyə başlamışdır. Daha sonra o, işi yubatmağa başlamış, Arifə satılması üçün nəzərdə tutulan avtomobil isə artıq başqa bir müştəriyə satılmışdır. Arif dayanmadan ona zəng edib verdiyi 4.000 manat pulu tələb etmişdir. O isə Arifin verdiyi pulun bir qismini xərclədiyini, ona istədiyi avtomobili vermək istəmədiyini deyə bilməmiş və telefonunu söndürmüşdür. Bundan sonra Arif dəfələrlə ondan pulu istəməyə başlamışdır. Lakin o, Arifə yalan vədlər verərək işi uzatmışdır. Pulu Arifə qaytarmaq istəməmişdir. Bundan sonra polis əməkdaşları onunla əlaqə saxlayıb istintaqa dəvət etmişlər. Lakin o, istintaqdan da yayınmağa başlamış və sonradan polis əməkdaşları onu saxlayıb istintaqa təqdim etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 2015-ci ildən tanımışdır. Nural Hüseyinlini onunla tanışı Rasim adlı şəxs tanış etmişdir. O, Nural Hüseyinli ilə söhbət edən zaman sonuncu ona bildirmişdir ki, özünə «Range Rover» markalı avtomobil almaq istəyir. O da öz növbəsində Zərərçəkmiş şəxs1 bildirmişdir ki, «Range Rover» markalı avtomobil tapa bilər. Həmin vaxtlar o, banklarda olan problemli maşınların alqı-satqısı ilə məşğul olduğundan və Bakı şəhəri «İçəri şəhər» adlanan yerdə avtomobillərin alqı-satqısı ilə məşğul olan Ceyhun adlı şəxs vasitəsi ilə «Beynəlxalq Bank»ın həmin filialında 30.000 ABŞ dollarına satılan problemli «Range Rover» markalı avtomobilin olmasını öyrəndiyi üçün Nurala Rasim vasitəsilə həmin markalı avtomobil olmasını və avtomobilin 40.000 ABŞ dollarına satılmasını bildirmişdir. Nural da, həmin avtomaşını almaq niyyəti ilə hissəhissə ona 60.000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 həmin pulları Rasim adlı şəxsin vasitəsilə Naxçıvan MR-dan mərkəzi poçt vasitəsilə Bakı şəhərindəki mərkəzi poçta göndərmiş və o, həmin pulları Bakı şəhəri Suraxanı rayonu, Suraxanı bazarı adlanan bazarın yanındakı poçt vasitəsi ilə qəbul etmişdir. Zərərçəkmiş şəxs1 ona pulları, həmin dövrə görə olan məzənnə ilə 40.000 ABŞ dolları nisbətində 60.000 manat halında göndərmişdir. Nural Hüseyinli həmin pulları ona hissə-hissə göndərdiyindən o, pulları avtomobilin alınmasına deyil, digər avtomobillərin alqı-satqısına xərcləmişdir ki, həmin puldan qazanc əldə etsin. O, Nuralın pullarını başqa yerlərə xərcləməyi ilə bağlı sonuncuya heç bir məlumat verməmişdir. O, Nural Hüseyinlinin pullarını təxminən 10 ay ərzində avtomobillərin alqı-satqısına xərcləmiş və bundan sonra dolların məzənnəsinin qalxması ilə əlaqədar olaraq o, qazanc əldə edə bilməmişdir. O, Nural Hüseyinlidən aldığı pulların hamısını xərcləmiş və onda həmin puldan heç bir məbləğdə pul qalmamışdır. O, Zərərçəkmiş şəxs1 daha sonra «Range Rover» markalı avtomobili qaytarmış və Zərərçəkmiş şəxs1 barəsində şikayətinin olmamasına dair polis idarəsinə ərizə yazmışdır. Nuralı da aldatmaq fikri olmamış, həmin zaman devalvasiya olduğu üçün Nuralın pulunu xərcləməli olmuşdur. Daha sonra isə avtomobil tapıb Nurala qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 ilə 2016-cı ilin may ayından sonuncunun işlədiyi xəstəxanaya xəstə kimi, yəni dərmanlarının vurulması məqsədilə gedib gələn zaman tanış olmuşdur. Əvvəllər o, bir neçə dəfə Yeganədən borca pul alsa da həmin pulu qaytarmışdır. Lakin sonradan pula ehtiyacı olduğundan o, Yeganədən hissə-hissə borc kimi 5.810 manat və 700 ABŞ dolları pul almışdır. Sonradan maddi imkanı olmadığından Yeganənin pulunu qaytara bilməmişdir. Yeganə borc verdiyi pulun üzərinə faiz də gəlmişdir. Bu səbəbdən sonuncuya təxminən 3.000 manat pul qaytarsa da, onun iddiasına görə hələ də borcu qalmışdır. O, Yeganəyə yalan vəd verib pulunu almamışdır. Pulunu borc qismində almış və həmin pulun bir hissəsini geri qaytarmışdır. Bundan başqa 24 mart 2017-ci il tarixdə ünvan 3 ünvanda yerləşən avtomobillərin icarəyə verildiyi "xxxx" MMC-yə gəlmiş və özünə iki günlük icarəyə avtomobil götürmək istədiyini bildirmişdir. O, həmin yerdə avtomobillərə baxmış və «Hyundai Sonata» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxdıqdan sonra həmin yerdə işləyən Seymur adlı şəxsdən iki günlük 120 (yüz iyirmi) manat pul ödəməklə müqavilə bağlayıb, avtomobili götürmüşdür. O, avtomobili götürdükdən sonra öz şəxsi işlərinin arxasına Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişdir. Səhəri günü yəni, 25 mart 2017-ci il tarixdə axşam təxminən saat 22:00 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsinə getmişdir. O, Sahil qəsəbəsində olduğu zaman Ramin adlı şəxs ona zəng vuraraq, onunla görüşmək istədiyini bildirmiş, o da buna etiraz etməyərək, Raminlə görüşmək üçün Şüvəlan əsəbəsinə getmişdir. O, Şüvəlan qəsəbəsində Raminlə görüşdükdə sonuncu ona bildirmişdir ki, onun Raminə olan 1.800 (min səkkiz yüz) manat borcunu qaytarsın. O isə öz növbəsində Raminə bildirmişdir ki, onun hazırda pul verməyə imkanı yoxdur. Ramin isə buna baxmayaraq, həmin pulu təcili qaytarmasını tələb etmişdir. Bundan sonra Ramin ona bildirmişdir ki, idarə etdiyi avtomobili borcunun əvəzinə girov kimi saxlasın. O isə Raminə bildirmişdir ki, həmin avtomobil ona məxsus deyil və icarəyə götürüb işləyir. Bundan sonra Ramin ona bildirmişdir ki, pulu mütləq verməlidir. O da həmin avtomobili Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində Raminə vermişdir. Sonra o, pul tapa bilmədiyi üçün həmin avtomobilin arxasınca getməmişdir. Avtomobili Raminə verdiyi üçün və icarəyə götürdüyü Seymur adlı şəxs avtomobili geri qaytarmasını tələb etmiş, bu səbəbdən də o, mobil telefonlarını söndürüb gizlənmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobili icarəyə götürdüyü şirkət onun barəsində şikayət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 qarşı törətdiyi dələduzluq əməlini səmimi etiraf edir. Belə ki, həmin zamanlar o, *2111 saylı taksi xidmətində işləyərək, «Renault» markalı avtomobili idarə etmişdir. 27.09.2019-cu il tarixdə səhər saatlarında bir nəfər Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə taksi sifariş vermiş və oğlu Həmidin saxlandığı Bakı İstintaq Təcridxanasına getmək üçün ona müraciət etmişdir. O, idarə etdiyi «Renault Dokker» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Həmidin yoldaşı və iki az yaşlı uşaqlarını əyləşdirmişdir. Yolda gedən zaman Həmidin yoldaşı və anası Ziyafətlə aralarında gedən söhbət zamanı o, sonunculara köməklik edə biləcəyini demişdir. Onlara qarşı dələduzluq etmək niyyəti əvvəlcədən olmamışdır. Qadınlar ona işin Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Nahid tərəfindən aparıldığını bildirmişdir. Lakin müstəntiq qadınlarla danışmaq istəməmişdir. O, sonunculara demişdir ki, Nahidlə özü danışacaqdır. Daha sonra sonuncular müstəntiqə pul lazım olmasını bildirmişlər. Bundan sonra Ziyafət ona Nahidin nömrəsini vermiş və o, Nahidlə danışıb görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Binəqədi rayonu inzibati ərazisində görüşmüşlər. Ziyafət ona burada 3.500 manat pul vermiş və avtomobildə onu gözləmişdir. O isə Nahidlə bayırda danışaraq demişdir ki, Həmid Babayevin «həbs» qətimkan tədbirini «ev dustaqlığı»na və ya «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə keçirsin. Nahidə pul düzəldə biləcəyini demişdir. Lakin Nahid onunla razılaşmamış, heç bir halda pul ala bilməyəcəyini demişdir. Bundan sonra avtomobilə qayıdıb Ziyafətə yalandan demişdir ki, «işini həll edəcəm, lakin əlavə 1.700 manat da pul lazımdır». Ertəsi gün Biləcəri qəsəbəsində yerləşən Ziyafətin yaşadığı evə getmişdir. Həmin vaxt Ziyafət ona əlavə 1.700 manat pul vermişdir. Bundan sonra başqa bir tanışına bu barədə ona köməklik etməsini, Həmid Babayevin barəsində olan qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Lakin həmin şəxs də ona köməklik edə bilməmişdir. O isə bundan sonra əldə etdiyi 5.200 manat pulu Neftçilər Xəstəxanasında müalicə alan, anası Mənzər Həsənovanın müalicəsinə və əməliyyatına xərcləmişdir. Bundan sonra ona Ziyafət və digər şəxslər bu barədə zəng etsələr də, o, heç bir ödəniş etməmişdir. Həmin şəxslərə ona vaxt vermələrini desə də, sonuncular onun barəsində polisə şikayət etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs7 qarşı törətdiyi dələduzluq əməlini səmimi etiraf edir. Zərərçəkmiş şəxs7 əvvəllər tanımamış, aralarında qohumluq əlaqələri, ədavət və ziddiyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs7 23 fevral 2020-ci il tarixdə ilk dəfə tanıyıb görmüşdür. Həmin vaxtlar da, *2111 saylı taksi xidmətində işləyir, Renault markalı avtomobili idarə etmişdir. Belə ki, həmin gün saat təxminən 14:46 radələrində Təranə gəlini ilə birlikdə kürəkəni X10 həbs olunub Bakı İstintaq Təcridxanasında saxlanılması ilə bağlı olaraq ona yemək aparmaq üçün *2111 nömrəli Taksi Şirkətinə müraciət etmişdir. O, sifarişini qəbul etmiş və idarə etdiyi «REANULT» markalı ** LP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onları götürmüşdür. Kürdəxanı qəsəbəsinə gedərkən Zamikin həbs olunması ilə bağlı qadınlar söhbət etmişdir. Bundan sonra o, söhbətə müdaxilə edib Təranəyə demişdir ki, kürəkəni X2 çıxara bilər. Təranə də, ona inanmışdır. Həqiqətən onlara kömək etmək niyyəti olmuşdur. Zamiki zaminə buraxdırmağa köməklik edə biləcəyini demişdir. Həmçinin qadınlara bildirmişdir ki, 3 ay əvvəl o da tutulmuş və polisdə olan dostunun köməkliyi ilə buraxılmışdır. Bundan sonra Təranəyə demişdir ki, ona 5.000 manat pul versə, o köməklik edə bilər və kürəkəni Zamiki çölə buraxdıra bilər. Belə ki, onun həmin pulun 3.000 manatını işə baxan müstəntiqə vermək və 2.000 manat pulu isə özünə qazanc kimi götürmək fikri olmuşdur. Təranə onunla razılaşmış və o, Kürdəxanı qəsəbəsindən onları götürüb Xətai metrosu qarşısında yerləşən notariusa gətirmişdir. Notariusda aralarında borc müqaviləsi bağlamaq istəmişdir. Belə ki, aralarında verilən pulun tam qanuni, sənədli olmasını istəmişdir. Lakin notarius bağlı olduğundan Təranə ona elə həmin yerdə 5.000 manat pul vermişdir. O, Təranəgilə bildirmişdir ki, buradan başqa maşınla getsinlər, o isə öz avtomobili ilə gedib pulu tanışına verəcək ki, X2 buraxsınlar. Lakin Əli adlı tanışı da bu barədə ona kömək edə bilməmişdir. O isə Təranədən aldığı 5.000 manat pulu geri qaytara bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin may ayında təsadüfən tanışı Rasim adlı şəxsin vasitəsilə tanımışdır. Rasimdən öyrənmişdir ki, Yasin avtomaşın alqı-satqısı ilə məşğul olur. O, Naxçıvan MR-da olan zaman Yasin özünə məxsus ***-***-**-** saylı mobil telefon vasitəsilə ona məxsus ***-***-**-** saylı mobil telefon vasitəsi əlaqə saxlamışdır. Yasin ona demişdir ki, maşın alqı-satqısı ilə məşğul olur, ona həmin zaman maşın lazım olduğu üçün Yasinlə danışıb razılaşıb «Range Rover» markalı avtomobil istəmişdir. Yasin Whatsapp vasitəsilə ona həmin avtomobilin şəkillərini göndərmiş və ona demiş ki, avtomobilin qiyməti 60000 (altmış min) manatdır. O da həmin vaxt Yasinlə razılaşıb Naxçıvan MR-dan 2016-cı ilin may ayından 2016-cı ilin iyul ayınadək olan müddət ərzində ümumilikdə Poçt xidməti vasitəsilə 60000 manat pulu Yasinə göndərmişdir. Həmin pulların əsas hissəsini Poçt vasitəsilə göndərsə də bir hissəsini də fiziki şəxslərlə köçürmə yolu ilə Yasinə göndərmişdir. Bir müddət keçdikdən sonra Yasin ona demiş ki, maşın girovdadır, alınmır 3000 manat versin maşını girovdan çıxarsın. O da həmin zaman Yasinin ona aldatdığını başa düşmüş və Yasinə demişdir ki, gəlib özü ortalığa çıxsın 3000 manat versin əlavə də onun özünə 2000 manat pul versin. Yasin onunla razılaşmamış və ona demişdir ki, pulu poçt vasitəsilə göndərsin. O da aldandığını başa düşmüş və bundan sonra Yasin müxtəlif bəhanələr edərək ondan qaçmışdır. O, hər dəfə maşını və pulu Yasindən istəyəndə Yasin müxtəlif bəhanələr edərək onu aldatmışdır. Hazırda Yasin tərəfindən 60.000 manat məbləğində pul ona ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X3, 14 yaşlı böyük oğlu X19 və kiçik oğlu X16 ilə birlikdə yaşayır. Kiçik oğlu Yusif anadan olandan epilepsiya xəstəliyi ilə doğulmuş,bu səbəbdən də o heç bir yerdə işləmir. Həyat yoldaşı İlqar 20 il Rusiya Federasiyasının Saratov şəhərində aliminum zavodunda işləmişdir. Uşağının xəstəliyinə görə həkimlər ona dənizə yaxın yerdə yaşamaqlarını məsləhət görmüşlər və bu səbəbdən də onlar 2013-cü ildə Azərbaycana qayıtmışlar. Qayıtdıqdan sonra onlar Xəzər dənizinin 200 metirliyində Qobustan qəsəbəsində ev almışlar və ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Həyat yoldaşı ona «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili almış və avtomobil onun mülkiyyətindədir. Ehtiyaclarını ödəmək üçün adına olan avtomobili «Rentakar» firmasına icarəyə vermək qərarına gəlmişlər və avtomobili həyat yoldaşının tanışı olan Şahid3 etibar etmiş, etibarnamə 2016-cı il tarixdə notarial qaydada verilmişdir. Razılaşmaya əsasən İlqar avtomobili Yasamal rayonu, A.Abbasov küçəsi 8 ünvanında yerləşən Azərikomfort MMC-yə icarəyə vermişdir. Hər ay icarə haqqı İlqara ödənilmiş, İlqar da pulu gətirib ona çatdırırmışdır. 2017-ci ilin aprel ayının əvvəllərində ona məlum olmuş ki, avtomobili Yasin adlı şəxs bir neçə günlük icarəyə götürmüş və geri gətirib təhvil verməmişdir. Bundan sonra o, İlqar ilə birlikdə rentakar firmasına gedərək təsisçisi Yadulla müəllimlə söhbət etdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müqavilə əsasında avtomobili götürmüş və sonra geri qaytarmamış, avtomobilin geri qaytarılması üçün müxtəlif məbləğdə pullar tələb etməyə başlamışdır. Bundan sonra o prokurorluğa daha sonra isə Yasamal rayon Pİ-nə şikayətlər etmişdir. Məlum olmuş ki, Yasin adlı şəxs mobil telefonla zəng vuraraq firmanın təsisiçisi ilə danışmış, kiməsə borcu olduğundan ona müəyyən məbləğdə pul verildiyi halda avtomobili geri qaytaracağını demişdir. Həmin şəxslə tanışı Seymur da danışmışdır, hətta bir dəfə o, Seymurdan Yasinin mobil nömrəsini alaraq öz nömrəsi ilə zəng vuraraq xahiş etmiş ki, gətirib avtomobili geri qaytarsın. Yasin avtomobilin qaytarılması üçün ondan 1000 manat pul almış, lakin Yasin avtomobili qatarmamışdır. Ona avtomobilə görə 22.000 manat, əlavə 1000 manat, ümumilikdə 23.000 manat zərər dəymişdir, həmin pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Azərikomfort MMC-nin direktoru vəzifəsində işləmiş, həmin cəmiyyət ünvan 1 ünvanında yerləşməklə avtomobillərin kirayə verilməsi ilə məşğul olmuşdur. Nəqliyyat vasitələrinin sahibləri notarial qaydada MMC-nin adına etibarnamə verir, həmin etibarnamə əsasında o, avtomobili ehtiyacı olan müştəriyə kirayəyə verir. Həmin müştəriyə MMC-nin adından yol vərəqəsi verilir, avtomobilin istifadəsi bu yolla həyata keçirilir. İcarə müqaviləsin əəsasən kirayə haqqının müəyyən hissəsi mülkiyyətçiyə verilir, qalan hissəsi cəmiyyətə qalır. Zərərçəkmiş şəxs4 tanışı X17 vasitəsi ilə qiyabi tanımışdır. Validə xanım mülkiyyətində olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilini kirayəyə vermişdir. Validə xanım İlqar adlı bir nəfər tanışına notarial qaydada etibarnamə vermiş və həmin şəxs avtomobili cəmiyyətə gətirərək icarəyə vermişdir. Avtomobil bir neçə müştəriyə kirayəyə verilmiş, sonuncu dəfə avtomobil Təqsirləndirilən şəxs icarəyə verilmişdir. 24 mart 2017-ci il tarixdə Yasin ilə müqavilə imzalanmış və avtomobil 2 günlüyə Yasinə kirayəyə verilmişdir. Yasin avtomobilin kirayə haqqını əvvəlcədən ödəmiş, lakin sonradan avtomobili təhvil verməmişdir. «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs4 heç bir məbləğdə pul ödəməmişdir. Avtomobilin qayiarılmasına görə Validə Yasinə əlavə 1000 manat pul vermiş, ümumilikdə Zərərçəkmiş şəxs4 23.000 manat zərər dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə itibadi istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Azərikomfort MMC-nin direktoru vəzifəsində, ünvan 1 ünvanında yerləşən avtomobillərin kirayə verilməsi firmasında işləyir. Nəqliyyat vasitələrinin sahibləri notarial qaydada MMC-nin adına etibarnamə verirmişlər, həmin etibarnamə əsasında o, avtomobili ehtiyacı olan müştəriyə kirayəyə verirmiş, həmin müştəriyə MMC-nin adından yol vərəqəsi verilirmiş, avtomobilin istifadəsi bu yolla həyata keçirilirmiş, lakin avtomobilin respublika hüdudlarından kənara çıxarılmasına icazə verilmirmiş. Bundan əlavə müştəri ilə aralarında icarə müqaviləsi bağlanırmış, avtomobillər müxtəlif müddətlərə verilirmış, burada 1, 2, 3-10 gün, hətta l ay müddətinə belə verilirmiş. İcarə müqaviləsinə əsasən kirayə haqqının müəyyən hissəsi mülkiyyətçiyə verilirmiş, qalan hissəsi cəmiyyətə qalırmış. Zərərçəkmiş şəxs4 tanışı X17 vasitəsi ilə qiyabi tanımış, Validə xanım mülkiyyətində olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilini kirayəyə vermişdir. Validə xanım İlqar adlı bir nəfər tanışına notarial qaydada etibarnamə vermiş və həmin şəxs avtomobili cəmiyyətə gətirərək icarəyə vermişdir. Avtomobil bir neçə müştəriyə kirayəyə yerilmiş, sonuncu dəfə avtomobili Təqsirləndirilən şəxs icarəyə verilmişdir. 24 mart 2017-ci il tarixdə Yasin ilə müqavilə imzalanmış və avtomobil 2 günlüyə Yasinə kirayəyə verilmişdir. Yasin avtomobilin kirayə haqqını əvvəlcədən ödəmişdir. 26 mart 2017-ci il tarixdə saat 23 radələrində Yasin Seymura zəng vuraraq bildirmişdir ki, Nihat adlı şəxsə 2.000 dollar borcu olduğundan avtomobili Əzizbəyov dairəsi yaxınlığında həmin şəxs əlindən almışdır. O, Yasinlə əlaqə saxladıqda Yasin həmin sözləri təkrar etmiş və avtomobilin girov götürüldüyünü bildirmişdir. Yasin 27 mart 2017-ci il tarixdə saat 09 radələrində avtomobili gətirib qaytarmalı olduğu halda qaytarmamışdır. Validə xanıma məxsus avtomobildə olan CPS izlənmə cihazının məlumatları tanışı Seymurda toplanırmış, Yasinin zəngindən sonra CPS siqnalının gəlməsi dayanmışdır. Həmin avtomobil barəsində daxil olan CPS məlumatlarından məlum olmuş ki, avtomobil əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Araz marketin 300 metr yaxınlığındakı yaşayış evinin qarşısında durmuş, bundan başqa avtomobil Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəfa sağlamlıq mərkəzinin yaxınlığında durmuşdur. Avtomobilə dair sonuncu məlumat Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən poçt xidmətinin yanından alınmışdır. Avtomobili icarəyə götürən Yasin avtomobil barəsində konkret məlumat verməkdən boyun qaçıraraq hətta sonuncu dəfə ondan telefonda pul da istəmişdir ki, ondan aldığı 1.500 manatı aparıb avtomobili girov saxlayanlara versin, əvəzində avtomobili geri götürüb onlara qaytarsın. O, Təqsirləndirilən şəxs tanımır, yalnız onun avtomobili icarəyə götürdüyünü bilir. İcarə müqaviləsinin hazır blankları vardır, bəzən o cəmiyyətdə olmadıqda oğlu yerinə həmin müqaviləni qarşı tərəflə tərtib edir, bu səbəbdən o, Yasinlə görüşməmişdir. Bundan bir neçə gün sonra Yasinin tanışı Neymət adlı şəxs Seymurla telefonla danışaraq görüşmüş 1000 manat pulu hissə hissə Seymurdan almışdır ki, güya Yasindən avtomobili alıb firmaya qaytaracaqdır. Lakin Neymət nə pulu, nə də ki, avtomobilin geri qaytarılmasında onlara köməklik göstərməmişdir. O da məcbur olub Validə xanıma məxsus olan avtomobilin hazırki baza qiyməti ilə 22.000 manat pulunu ödəmişdir. Ona görə 22.000 manat məbləğində ona maddi ziyan dəymişdir. Həmin avtomobil bu günə kimi tapılmamışdır. Xahiş etmişdir ki, həmin avtomobilin tapılmasında və ona dəymiş maddi ziyanın ödənilməsində ona köməklik göstərilsin. Bundan başqa Seymurun də Yasinə çatmaq üçün Neymətə vermiş olduğu 1000 manat pul ona məxsusdur. Belə ki, Seymur onunla bu barədə məsləhətləşdikdə o də avtomobilin qaytarılması və ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə Seymura bildirmiş ki, 1000 manat pulu Neymətə versin. Beləliklə də ona ümumilikdə 23.000 manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindəki «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs4 22.000 manat pul ödəməsi ilə bağlı ifadələr müstəntiq tərəfindən yazılmış və o da həmin hissəni oxumadan imza etmişdir. İfadənin həmin hissələrini təsdiq etmir, avtomobilə görə onun tərəfindən Validəyə 22.000 manat ödənilməmişdir, avtomobilin Yasin tərəfindən qatarılmamasına görə ona yox, Zərərçəkmiş şəxs4 23.000 manat zərər dəymişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayının əvvəllərində şəxsi işi ilə əlaqədar olaraq Nəsimi rayonu ərazisində yerləşən və «Şamaxinka» adlanan yerdə dövlət qeydiyyat nişanı yadında qalmayan «Mercedes E-240» markalı taksi kimi fəaliyyət göstərən avtomobilə minmiş və orada ilkin tanışlıq nəticəsində özünü aprel döyüşçüsü, vətənpərvər kimi təqdim edən Şahid7 ilə tanış olmuşdur. Sərxan ona öz mobil nömrəsini vermiş və bildirmişdir ki, nə vaxt taksi lazım olsa qulluğundadır. O da özünə, dosta və digər yaxınlarına taksi lazım olduqda Sərxana zəng edib ona çörək qazanmasına səbəb olmuşdur. Beləliklə Sərxanla dostluq münasibətləri yaranmış və bildirmişdir ki, işlədiyi kafedən gec çıxdığı üçün ona bir ucuz qiymətli avtomobil lazımdır. 2018-ci ilin dekabr ayının əvvəllərində o, Sərxanla birlikdə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş və avtomobillərə baxmış, lakin heç nə anlamamışdır. Sonra Sərxan bildirmişdir ki, onun tanışı var, kreditlə avtomobillərin satışı ilə məşğul olur. O, Sərxandan onları tanış etməsini xahiş etmişdir. Sərxan da onları tanış etmiş və 23 dekabr 2018-ci il tarixdə Yasin adlı şəxs onun işlədiyi kafeyə gəlmişdir. Kafedə Yasinlə söhbət etmiş və Yasin onda olan 3.000 manat pula kreditə avtomobil təşkil edə biləcəyini bildirmişdir. 27 dekabr 2018-ci il tarixdə Xətai rayon ərazisində yerləşən «Amay» TM-nin qarşısında görüşmüş və orada o, 3.000 manat pulu Sərxana vermişdir. Sərxan pulu sayaraq Yasinə vermək istəmiş, lakin Yasin pulu götürməmiş «səndə qaldı, ya məndə nə fərqi var, eyni yerə gedirik» ifadələrini işlətmiş və pul Sərxanda qalmışdır. O isə avtomobildən düşmüş və orada onları gözləmişdir. Çünki onlar ona bildirmişdilər ki, «burada gözlə və biz gedək avtomobili gətirək». Təxminən 1 saat sonra geri qayıtmış və «bu gün alınmadı» sözlərini deyərək dekabr ayının 31-nə həll edəcəklərinə söz vermişlər. O, 31 dekabrın iş günü olmadığını bildirmiş, lakin sonuncular əminliklə həll olunacağını demişlər. 2018-ci ilin 31 dekabrında Yasin onunla əlaqə saxlayaraq avtomobilin 3 ay gecikməsi olduğundan bu səbəbdən də əlavə 1.000 manat ödəniş etmək lazım olduğunu bildirmişdir. O, razılaşmış və həmin gün Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Sərxanla birlikdə Yasinlə görüşmüşlər. Orada o, 1.000 manat pulu Yasinə vermiş və bildirmişdir ki, 1 saata avtomobili gətirəcək, özü isə dövlət qeydiyyat nişanı olmayan avtomobilə minib çıxıb getmişdir. O isə Sərxanın avtomobilində birlikdə Xətai rayonunda yerləşən «Amay» TM-nin qarşısına gəlmişdir. Lakin aradan bir neçə saat keçmiş, Yasindən səs-soraq çıxmamış və mobil telefonlarına zəng çatmamış və ona aydın olmuşdur ki, artıq onun pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir və ona dəyən zərər olan 4000 manatı təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 15 avqust 2019-cu il tarixdə oğlu X7 digər şəxslərlə birlikdə törətdiyi cinayət əməlinə görə 16 avqust 2019-cu il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmış və 17 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 234.1 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmin günü Binəqədi məhkəməsinin qərarı 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq təcridxanasında Həmidlə görüşən əsnada sonuncu bir neçə dəfə birlikdə həbsdə olduğu tanışlarının ev dustaqlığına çıxdığını, imkan olsa özünün də çıxmaq istədiyini söyləmişdir. 27.09.2019-cu il tarixdə səhər saatlarında Həmidin saxlandığı Bakı İstintaq Təcridxanasına getmək üçün *2111 taksi şirkətinin nömrəsinə zəng edərək taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra yaşadıqları evin qarşısına üzərində taksi nişanı olan «Renault Dokker» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşadıqları ünvanın qarşısına gəlmişdir. Həmidin arvadı X21 və iki az yaşlı uşaqları X11, X4 ilə birlikdə həmin taksiyə əyləşmişlər. Taksidə Günellə aralarında Həmid barəsində söhbət edən zaman kövrəldiyindən ağlamağa başlamışdır. Bu zaman əvvələr tanımadığı daha sonra adını öyrəndiyi taksi sürücüsü Təqsirləndirilən şəxs ondan hansı səbəbdən ağladığını soruşmuşdur. Yasinin səmimiyyətinə inanaraq başlarına gələn məsələni danışmışdır. Yasin ilkin olaraq Həmidin barəsində cinayət işinin harada və hansı müstəntiq tərəfindən aparıldığını soruşmuşdur. O, Yasinə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nahid tərəfindən aparıldığını bildirmişdir. Bunun qarşılığında Yasin özünün də bir neçə ay əvvəl İstintaq Təcridxanasında həbsdə olduğunu və «ev dustaqlığı»na çıxdığını, istəsə Həmidin də «ev dustaqlığı»na çıxarılmasında köməklik edə biləcəyini bildirmişdir. Yasin «ev dustaqlığı»na çıxmaq üçün lazımı şəxslərə pul verdiyini və Həmidin də ev dustaqlığına çıxarılması üçün pul lazım olduğunu bildirmişdir. O, çarəsiz olduğundan Yasinə oğlunun həbsdən azad olunması üçün köməklik etməsini xahiş etmişdir. Yasin onları Bakı İstintaq Təcridxanasının qarşısında avtomobildən düşürdəndə onunla əlaqə saxlamaq üçün istifadəsində olan mobil nömrəni götürmüş və lazımi şəxslərlə danışdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Təxminən iki saat sonra İstintaq Təcridxanasından çıxdıqda Yasinin telefonuna zəng etdiyini görmüşdür. Yenidən Yasinə zəng etmiş sonuncu ona gözləmələrini söyləmişdir. Bir neçə dəqiqədən sonra Yasin onları düşürtdüyü yerdə yenidən görüşmüş və avtomobilinə əyləşmişlər. Avtomobildə olan zaman Yasin tanışı Elnur adlı şəxsin vasitəsi ilə Nahidlə əlaqə saxladığını və hal hazırda onunla görüşməyə getdiyini bildirmişdir. Yasin avtomobilini Binəqədi rayonu ünvanını dəqiq xatırlamadığı «Araz» Marketin yaxınlığında saxlamış və avtomobildən düşəndə Nahidin onu gözlədiyini və sonuncu ilə görüşməyə getdiyini söyləmişdir. Həmin vaxt gəlini Günel və az yaşlı uşaqlarda avtomobildə əyləşmişdilər. Bir qədər kənarda Yasin adlı şəxs Nahidlə görüşmüş, bir neçə dəqiqə söhbət etdikdən sonra yanlarına gəlmişdir. Yasin əlindəki, mobil telefonda şəkil göstərmiş və həmin şəxsi tanıyıbtanımadıqlarını soruşmuşdur. O da telefonda göstərdiyi şəkildəki, şəxsin oğlu Həmidin işini aparan müstəntiq Nahid olduğunu bildirmişdir. Yasin adlı şəxs Nahidin şəklini göstərdikdən sonra onun Həmidi ev dustaqlığına çıxara biləcəyinə inanmışdır. Yasin məsələ ilə bağlı Nahidlə danışdığını və çox çətinliklə 3.500 (üç min beş yüz) manat qarşılığında Həmidi ev dustaqlığına çıxara biləcəyini, lakin pulun qısa müddətdə verilməli olduğunu bildirmişdir. Yasin onları yaşadıqları evə aparmışdır. Evə gəldikdən sonra pul tapmaq üçün qohumları ilə əlaqə saxlamışdır. Gəlini G.Babayevanın əmisi qızı Gülnarə 3.500 manat pulu verə biləcəyini söyləmişdir. Həmin günü axşam saatlarında Yasin, Günel və azyaşlı uşaqlarla birlikdə Gülnarənin yaşadığı Suraxanı rayonu Günəşli qəsəbəsində olan evlərinə getmiş orada Gülnarədən 3.500 manat pulu götürmüşlər. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 yanvar parkının qarşısında Yasinin avtomobilinin salonunda 3.500 (üç min beş yüz) manat pulu Həmidin ev dustaqlığına çıxarılması üçün vermişdir. Yasin pulu götürdükdən sonra bir daha saymış və düz olduğunu bildirmişdir. Yasin onlardan götürdüyü pulu Nahidə çatdıracağını və qısa müddətdə Həmidin «ev dustaqlığı»na buraxılacağını söyləmişdir. Daha sonra onları evlərinə düşürmüş və Nahidlə görüşməyə getdiyini bildirmişdir. Bir neçə gündən sonra Yasinlə əlaqə saxlamış və Həmidin ev dustaqlığına buraxılmadığını, məsələnin nə yerdə olduğunu soruşmuşdur. Yasin bunun qarşılığında məsələnin həll olunduğunu yalnız Həmid saxlanılan zaman üzərində narkotik vasitə aşkar edilib götürüldüyünü və buna görədə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ittiham olunduğundan, «ev dustaqlığı»na buraxılmasında çətinlik yarandığını, həmin işi də həll etmək lazım olduğunu bildirmişdir. Həmin işin də həll olunması üçün 700 (yeddi yüz) manat pul lazım olduğunu söyləmişdir. Çarəsiz olduğuna görə 700 (yeddi yüz) manat pulu da verməyə razılaşmışdır. Bir neçə gündən sonra gəlini Günellə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 20 yanvar parkının qarşısında Yasin adlı şəxslə görüşmüşlər. Onun avtomobilinin salonunda ona Həmidin işinin həlli üçün 700 (yeddi yüz) manat pulu vermişdir. Bir neçə gündən sonra yenidən Yasinlə əlaqə saxlamışdır. Yasin adlı şəxs Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Nahidlə danışdığını və Həmidin işinin bir dəfəlik xitam olunacağını, buna görədə əlavə 1.300 (min üç yüz) manat pul lazım olduğunu söyləmişdir. Yasinlə danışdıqdan sonra üç gün ərzində çox çətinliklə 1.000 (bir min) manat pul tapmış və gəlini Günellə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 yanvar parkının qarşısında Yasinlə görüşmüşlər. Yasinə məxsus olan «Renault Dokker» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ona 1.000 (min) manat pul vermiş, qalıq 300 ( üç yüz) manat pulu isə Həmidin həbsdən azad olunduqdan sonra özünün tapıb verəcəyini söyləmişdir. Bir neçə gündən sonra Yasin yenidən onlarla əlaqə saxlamış və Həmidin barəsində aparılan cinayət təqibinin xitam olunması üçün əlavə də pul lazım olduğunu bildirmişdir. Yasinə hal-hazırda maddi vəziyyətinin pis olduğunu pullarının olmadığını yalnız evdə onlara məxsus dəyərli əşyalarının olduğunu, həmin əşyaları verə biləcəklərini demişdir. Yasin həmin əşyaları lombarda qoyub pul götürməyi təklif etmişdir. 26 oktyabr 2019-cu il tarixdə gəlini Günellə birlikdə Yasinlə görüşmüşlər. Birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi T.Yaqubov 25 ünvanında yerləşən lombarda 10 qr qızılı qoyaraq 310 manat pul, əlavə Günelə məxsus «Lenova» markalı nootbooku lombarda qoyaraq 300 manat pul götürmüşlər. Həmin vaxtı özləri ilə lombarda girov qoymaq üçün götürdükləri «Samsung Tab3» planşet və «Samsung S3» markalı mobil telefonu lombard girov götürməmişdir. Yasin «Samsung Tab3» planşet və «Samsung S3» markalı mobil telefonu onlardan götürmüş və Əhmədli qəsəbəsində tanış lombarda giov qoyacağını söyləmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləçəri qəsəbəsində yerləşən 20 yanvar parkının qarşısında əşyaları girov qoyub götürdüyü 610 manat pulu da oğlu Həmidin cinayət işinin həll edilməsi məqsədi ilə Yasinə vermişdir. 19.11.2019-cu il tarixdə Binəqədi rayon məhkəsinin hakimi Fərid Əmirəliyev tərəfindən oğlu Həmidin barəsində seçilmiş həbs qətimkan tədbirin «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilməsinə baxılmış və həmin vəsatət təmin edilməmişdir. Bundan sonra Həmid onlarla əlaqə saxlamış və müstəntiq Nahidlə danışmalarını təklif etmişdir. Bunun qarşılığında Binəqədi RPİ-nin inzibati binasında otaqların birində Nahidlə görüşmüşlər. Nahidlə söhbət əsnasında tanışları Yasinin ona pul verdiyini və oğlu Həmidin barəsində aparılan cinayət işinin hansı səbəbdən xitam olunmadığını soruşmuşdur. Nahid onun sözlərini eşitdikdən sonra Yasin adlı şəxsin ona hər hansı bir pul vermədiyini və Həmidin barəsində aparılan cinayət işinin xitam olunmayacağını bildirmişdir. Nahid onun yanında Yasin adlı şəxsə zəng edərək onun ünvanına nəlayiq ifadələr işlədib, yalandan onun adından pul aldığını bildirmişdir. Nahid Yasinlə telefonla danışdıqdan sonra Yasinin onları aldatdığını və Həmidin barəsində aparılan cinayət işinin xitam olunmayacağını bildirmişdir. Bu sözlərdən sonra Nahidin yanından çıxmış və Yasinlə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuşdur. Bunun qarşılığında Yasin adlı şəxs Həmidin azad olunması üçün Nahidə pul verdiyini və sonuncunun yalan danışdığını bildirmişdir. Həmin tarixdən sonra Yasin adlı şəxslə görüşüb danışmaq istəmiş, lakin sonuncu hər dəfə müxtəlif bəhanələr irəli sürərək onunla görüşdən qaçmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 6.110 manat məbləğində ziyan vurmuş va həmin pulu təqsirləndirlən şəxsdən tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs 23 fevral 2020-ci il tarixdə tanımışdır. Həmin gün saat təxminən 14:46 radələrində qızı Nuranə Əliyeva ilə sonuncunun əri X10 həbs olunub Bakı İstintaq Təcridxanasında saxlanılması ilə bağlı olaraq Zamikə yemək aparmaq üçün *2111 nömrəli Taksi Şirkətinə Nuranə Əliyevanın istifadə etdiyi ***-***-**-** nömrəli telefonla sifariş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «REANULT» markalı ** LP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gəlmişdir. O, qızı Nuranə ilə avtomobilə əyləşib Kürdaxanı qəsəbəsinə gedərkən qızı Nuranə ilə Zamikin həbs olunması ilə bağlı olaraq söhbət edən zaman Təqsirləndirilən şəxs söhbətə müdaxilə edib Zamikin tutulması səbəbi barədə sorğu sual etmişdir. Sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, banditizmdə dostu var, Zamiki zaminə buraxdırmağa köməklik edə bilər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 3 ay əvvəl o da tutulmuş və polisdə olan dostu onu da buraxdırmışdır, əgər bu gün 5.000 manat pul versələr axşama kimi Zamiki zaminə buraxdıra bilər. Nuranə ilə o, Yasinin Zamiki zaminə buraxdırmasına sevinmiş və həmin gün Yasinə 5.000 manat verməyə razılaşmışlar. Üstlərində pul olmadığından dərhal Zamikin qardaşı Namikə zəng vurmuş və ona iki üç gün əvvəl Nuranənin qızıllarını satıb verdiyi 5.000 manat pulu gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs Zabrat qəsəbəsinə avtomaşını sürməsini bildirmişdir. Onlar Zabrat qəsəbəsinə gəlib Namiqi də avtomobilə əyləşdirmişlər. Namiq də sürücü Yasinlə söhbət etmiş və Yasin onların arxayın olmaları üçün Zamikin zaminə buraxılması ilə bağlı verəcəkləri 5.000 manat pulu almasına görə notariatda müqavilə bağlamağı təklif etmişdir. Yasin onları Xətai metrostansiyasının yaxınlığındakı notariat kontorunun qarşısına gətirmiş, o, 5.000 manat pulu sayıb avtomaşında Təqsirləndirilən şəxs vermişdir. Onlar notariat kontoruna gəlmiş, lakin bazar günü olduğundan notariat kontoru işləməmişdir. Yasin onlara demişdir ki, «Siz buradan başqa avtomaşınla gedin, mən də pulu aparım dostuma verim ki, bu gün X2 buraxsınlar». Yasin idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsini və özünə məxsus ***-***-**-** mobil telefonunu onlara vermişdir ki, axşam əlaqə saxlasın. Yasin bundan sonra avtomobili sürüb getmişdir. Namiqlə birlikdə bir neçə saatdan sonra Yasinə zəng vurub Zamikin zaminə buraxılıb, buraxılmamasını soruşmuşlar. Yasin də Zamikin zaminliyə çıxarılması üçün dostuna pul verməsini, lakin hələ bir xəbər olmadığını demişdir. Həmin gün Zamik zaminliyə evə buraxılmamışdır. 24 fevral 2020-ci il tarixdə Yasinə təkrar zəng vurmuş, lakin ona zəng çatmamışdır. Artıq onlar başa düşmüşlər ki, Yasin onları aldatmışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin may ayında təsadüfən tanımışdır. Belə ki, Yasin həmin müddətdə xəstəliyi ilə əlaqədar olaraq müalicəsi üçün dərmanların vurulması niyyəti ilə ona müraciət etmişdir. O də Yasini bir pasient kimi qəbul etmiş və onun müalicəsi ilə məşğul olmuşdur. Həmin zamanlarda onun bir pasient kimi münasibəti yaranmışdır. Həmin dövrdə onun istifadəsində olan nömrəni Yasin götürmüş, Yasinin nömrəsi isə onda olmuşdur. 2016-cı ilin avqust ayında Yasin onunla telefon əlaqəsi saxlayaraq qardaşı Şahinin atasına məxsus maşını götürüb sürdüyü üçün polisin Şahini saxlayaraq avtomaşını cərimə meydançasına yerləşdirməsini bildirərək avtomaşının buraxılması üçün ondan 300 manat borca pul verməyini axşama pulu faiziylə qaytaracağını bildirmişdir. O isə faizin lazım olmamasını bildirərək həmin məbləğdə pulu borca verəcəyini demişdir. Bundan sonra səhv etmirsə 16 avqust 2016-cı il tarixdə təxminən saat 14-15 radələrində Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü keçidin yanında Yasinlə görüşərək Yasinə 300 manat pulu vermişdir. Bundan sonra həmin günü Yasin onun pulunu qaytarmasa da, səhəri günü ona yenidən zəng edərək qardaşı Şahinin məsələsinin böyüməsinə görə əlavə olaraq ondan 500 ABŞ dolları da borca pul verməyini xahiş etmişdir. Yasin özünü ona Nərimanov rayonu ərazisində «məxfi polis» kimi təqdim etdiyindən və o mütəmadi olaraq onun üzərində tapança olmasını gördüyündən həqiqətəndə onun polis əməkdaşı olmasına inanmış və bu səbəbdən də, Yasin ondan borca pul istədikdə o, Yasin polis əməkdaşıdır deyə etibar edərək borca pul verirmiş. O, Yasinin xahişini nəzərə alaraq yenə də həmin günü qeyd etdiyi yerdəki yerüstü keçidin yanında Yasinə 500 ABŞ dolları borca pul vermişdir. Yasin həmin pulu birinci aldığı 300 manat ilə birlikdə yaxın günlərdə qaytaracağını demişdir. Aradan yenidən 2 gün keçdikdən sonra Yasin onunla telefon əlaqəsi saxlayaraq yenə də qardaşı Şahinin «zibili» olmasını bildirərək balalarının canına and içmiş ki, pulu əvvəlki pullarla birlikdə qaytaracaq və əlavə 200 manat verməyini xahiş etmişdir. O isə əvvəlki pullarında birlikdə qaytaracağına inanaraq yenə də keçidin yaxınlığında 200 manat pulu Yasinə vermişdir. Aradan bir gün keçməmiş Yasin yenə də qardaşı Şahinin məsələsi ilə əlaqədar olaraq yenidən ona 280 manat verməyini istəmişdir. O yenə də onun xahişinə əsasən yerüstü keçidin yanında 280 manat, 3 gün sonra isə yenə də eyni bəhanə ilə ondan həmin yerdə yenə də 280 manat pul almış və pulu yaxın günlərdə bütövlükdə ona faizi ilə qaytaracağını bildirmişdir. 25 avqust 2016-cı il tarixdə qardaşı Elşənin ad günü olacağ ilə əlaqədar avqust ayının təxminən 18-19-da atası evində olan zaman Yasin onunla telefon əlaqəsi yaradaraq ona pulunu artıqlaması ilə düzəltməsini və pulu vermək üçün ondan harada olmağını soruşduqda, o atası evindən çıxacağı təqdirdə narazıçılıq yarana bilər deyə Yasinə Bakı şəhərində olmadığını bildirmiş və Bakı şəhərinə qayıtdıqda onunla telefon əlaqəsi yaradacağını demişdir. Yasin də onunla razılaşmışdır. Bundan sonra, o səhəri günü yaşadığı evə qayıtmış və Yasinə zəng etdikdə Yasin telefona cavab verərkən Yasinin yanında səs-küy olmasını eşitmişdir. Həmin zaman Yasin ona bir azdan özünün zəng edəcəyini demişdir. O də Yasinlə razılaşmışdır. Bir qədər keçdikdən Yasin ona «Vatsapp» internet şəbəkəsində yazaraq guya qardaşı Şahin və adını demədiyi tanışı ilə birlikdə «nəşə» məsələsi ilə bağlı tutulmuşlar və onları buraxmaq üçün əvvəlcə 6000 manat istəsələr də sonradan 2000 manata buraxılmalarını razılaşdırmasnı bildirərək ondan həmin pulu verməyini və çıxdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. O isə Yasinə artıq pulunun olmamasını, olan pulunu ona verdiyini bildirdikdə Yasin ondan başqa bir şəxsdən təcili olaraq pul tapmağını dedikdə o yenə də Yasinə rədd cavabı vermişdir. Bundan sonra Yasin ona atasının tərs xasiyyətli olmasını bildirərək əgər onun saxlanılmasını bilərsə o, pulunu görməyəcəyi ilə hədələmişdir. O isə yenə də Yasinə pulunun olmamasını bildirmişdir. Bundan sonra, yəni həmin günün səhərisi o, xəstəsi olan Elmira xanımın evinə gedərək onun iynələrini vuran zaman Elmira onun bikef olduğunu görüb nə baş verməsini soruşduqda o Elmiraya Yasinin onun başına açdığı «oyun» barədə danışmışdır. Elmira xanım ona 31-ci PB-də işləyən tanışı İlham adlı şəxsin olmasını və İlhamın həqiqətəndə Yasinin tutulub-tutulmamasnı dəqiqləşdirə biləcəyini bildirmiş və bundan sonra İlham adlı şəxsə zəng etmişdir. İlham bir az sonra Elmira xanımın evinə gəlmiş və o, İlhama Elmira xanıma danışdıqları barədə danışmışdır. Bundan sonra İlham Bəxtiyar adlı şəxslə telefon əlaqəsi saxlamış və Bəxtiyardan Yasinin yanında olub-olmamasını soruşmuşdur. Bəxtiyar adlı şəxs isə Yasinin onun yanında olmasını bildirmiş və bundan sonra İlham Yasinlə telefonla danışmışdır. İlham Yasinə onun Yasindən şikayət etdiyini bildirmiş və Yasini görüşə çağırmışdır. İlham ona Yasinlə danışmamağını tapşırmışdır. Bundan sonra Yasin onunla «Vatsap» vasitəsilə yazışaraq artıq buraxılmasını və pul lazım olmamasını bildirmidir. O, Yasindən təkidlə dəfələrlə hansı polis orqanı tərəfindən saxlanılmasını soruşduqda Yasin ona bu barədə heç nə deməmişdir. İlham isə Yasinlə görüşdükdən sonra Elmira xanımın telefonu vasitəsilə telefon əlaqəsi saxlayaraq Yasinin yanında olmasını, Yasinin qız söhbətinə görə tutulmasını bildirmiş, o isə Yasinə bunun ona aidiyyatı olmamasını bildirmişdir. Bundan sonra İlham ona pulun yarısı onundur deməsinə məhəl verməmiş və çıxıb oradan işə getmişdir. Yasin onun iş yerinə gələrək nahaq yerə onun şikayət etdiyini, pulunu qaytaracağını bildirmişdir. O isə Yasinə onu nə üçün aldadaraq başqa şəxsdən pul tapmağını deməsini irad tutmuşdur. Yasin isə üzr istəyərək çıxıb getmişdir. Sonradan Yasin onunla telefon əlaqəsi saxlayaraq İlhamın onunla maraqlanmasını demiş, o, Yasinə onun üçün maraqlı olmamasını bildirdikdə İlhamın onu hədələyərək guya atasına onunla, yəni Yasinlə onun münasibətinin olmasını və onun Yasinə borca pul verməyini deyəcəyini bildirərək İlhamın pul tələb etməsini bildirmişdir. Bundan sonra isə o artıq Yasinlə İlhamdan qorxaraq 24 avqust 2016-cı il tarixdə, 29 avqust 2016-cı il tarixdə, 04 sentyabr 2016-cı il tarixdə, 10 sentyabr 2016-cı il tarixdə 12 sentyabr 2016-cı il tarixdə, 17 sentyabr 2016-cı il tarixdə öz adına, 19 sentyabr 2016-cı il tarixdə isə Yasinin adına ünvan 5 ünvanda yerləşən lombarda qızıllarını qoyaraq ümumilikdə 3400 manat pul götürüb həmin lombardın qarşısında pulları götürdüyü günlərdə Yasinə vermişdir. Bundan sonra 26 sentyabr 2016-cı il tarixdə Yasin guya təcili atasının Türkiyədə olduğuna görə burda vergi ödənilməsi üçün pul lazım olmasını və əgər tapıb pul verməsə atasının onun pulunu verməyəcəyi ilə hədələyərək iş yerinin qabağında iki komplekt «obodok» formalı qızıllarını alıb apararaq Neftçilər metrosu yaxınlığında lombarda qoyaraq 400 manat pul aldığını bildirmişdir. Bundan sonra, təxminən 2016-cı ilin oktyabr ayının 7-8-də iş yerində guya atasının Türkiyədə yatıb qaldığı üçün biletinin batmasını bildirərək atasına bilet almaq və gələn kimi onun bütün pullarını ödəyəcəyini bildirərək 430 manat, 2016-cı ilin təxminən noyabr ayının 8-də guya atasının mağazasının satılması səbəbindən pulun Türkiyə Respublikasından Azərbaycana köçürülməsi məqsədilə hesab açılması adı ilə Yeni Suraxanı qəsəbəsindəki yerüstü keçidin alt hissəsində 200 manat və 200 ABŞ dolları, təxminən 12 noyabr 2016-cı il tarixdə isə guya onun pulunu qaytarmaq üçün Muğanbank bankında işləyən Orxan adlı tanışının lombarda qızıl qoymasını və həmin qızılı çıxararaq onun pulunu qaytarmaq üçün başqa lombarda qoyub pul çıxaracağını, lakin qızılları çıxaran zaman Orxanın həmin qızıla görə bir ay pulunu ödəməməsini bildirərək 320 manat pul lazım olmasını bildirib həmin bəhanə ilə yenə Suraxanı qəsəbəsi ərazisindəki yerustu keçidin yanında həmin məbləğdə pulu ondan alaraq çıxıb getmişdir. Lakin sonradan artıq Yasinin onu aldatdığını başa düşərək və Yasindən pulunu tələb edərkən onu ölümlə hədələdiyini görüb bilmişdir ki, bu insan könüllü olaraq pulunu qaytarmaq istəmir və ona görə də o artıq şikayət ərizəsi ilə müraciət etmişdir. Yasin müxtəlif bəhanələrlə ondan ümumilikdə 5810 manat və 700 ABŞ dolları almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə qohumluq münasibətindədir, onun mülkiyyətində olan «Hyundayi Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilini rentakar xidmətinə icarəyə verdiyini bilirmiş. Avtomobillərin icarəsini təşkil edən firma ünvan 6 ünvanında yerləşir, həmin xidmətin təsisçilərindən biri Zərərçəkmiş şəxs3dur. Validə xanıma məxsus avtomobilində olan CPS izlənmə cihazının məlumatları ondadır, belə ki, avtomobilin hərəkət trayektoriyası barədə bütün zəruri məlumatlar onun mobil telefonuna daxil olurmuş. 24 mart 2017-ci il tarixdə Validə xanımın avtomobilini Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Sonradan Validə xanımdan eşitmiş ki, avtomobili icarəyə götürən Yasin adlı şəxs geri qaytarmamışdır. Həmin avtomobil barəsində daxil olan CPS məlumatlarından ona məlum olmuş ki, avtomobil əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Araz marketin 300 metr yaxınlığındakı yaşayış evinin qarşısında durmuşdur, bundan başqa avtomobil Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəfa sağlamlıq mərkəzinin yaxınlığında durmuşdur. Avtomobilə dair sonuncu məlumat Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində Ə.Bağırov küçəsində yerləşən poçt xidmətinin yanından alınmışdır. O, Yadulla müəllimlə söhbət edərək avtomobil barəsində məlumat alarkən məlum olmuşdur ki, avtomobili icarəyə götürən Yasin adlı şəxs borcu olduğu üçün kimlərinsə avtomobili əlindən aldığını bildirmiş, lakin həmin şəxslər və avtomobil barəsində başqa məlumat verməmişdir. Bunlarla yanaşı Yasin adlı şəxs avtomobilin konkret olaraq harada olması barədə məlumat verməkdən yayınmışdır. 26 mart 2017-ci il tarixdən etibarən CPS cihazından məlumat daxil olmamış, ehtimal olmuş ki, avtomobilə yiyələnən şəxs tərəfindən cihaz çıxarılmışdır. Sonradan Yasin gizli nömrələrdən Yadulla müəllim və ona zəng edərək pul tələb etməyə başlamış, pulu verdikləri halda avtomobili qaytaracağını deyirmiş, Yasin əvvəlcə 2.000 manatdan danışırmış, sonradan isə 800 manat tələb etməyə başlamış, o pulu poçt vasitəsi ilə göndərməyi və bundan sonra avtomobilin yerini deyəcəyini bildirirmiş. Sonuncu dəfə Yasin açıq nömrədən zəng vurmuş, onun nömrəsi *** *** ** **-olmuşdur. O, Təqsirləndirilən şəxs tanımır, avtomobili icarəyə götürərkən görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 həyat yoldaşı İlqar Hüseynov ilə bir yerdə işləmiş, münasibətləri normal olmuşdur. 2016-cı ilin yay aylarında İlqarın həyat yoldaşı Validə xanımın adına olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirmiş, onun adına qeydiyyat şəhadətnaməsi verilmişdir. O Validənin razılığı ilə avtomobili Azərikomfort MMC-nin direktoru vəzifəsində işləyən ünvan 7 ünvanında yerləşən avtomobillərin kirayə məntəqəsinə vermiş, nəqliyyat vasitəsinin sahibi kimi notarial qaydada MMC-nin adına 05.08.2016-cı il tarixdə etibarnamə vermiş, həmin etibarnamə əsasında MMC avtomobili ehtiyacı olan müştəriyə kirayəyə verirmiş. Həmin müştəriyə MMC-nin adından yol vərəqəsi verilir, avtomobilin istifadəsi bu yolla həyata keçirilirmiş və əldə olunan kirayə haqqının müəyyən qismi ona verilirmiş. Bu müddət ərzində avtomobil bir neçə müştəriyə kirayəyə verilmiş, sonuncu dəfə avtomobil 24 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs icarəyə 2 günlüyə verilmişdir. Yasin avtomobilin kirayə haqqını əvvəlcədən ödəmiş, o avtomobili 27 mart 2017-ci il tarixdə qaytarmalı imiş. 27 mart 2017ci il tarixdə saat 12 radələrində MMC-nin direktoru Yadulla müəllim ona zəng vuraraq avtomobili götürən Yasin adlı şəxsin avtomobili qaytarmadığını demişdir. Bundan sonra o, Seymur adlı şəxslə əlaqə yaratmış çünki avtomobilə qoşulan CPS izlənmə cihazının məlumatları Seymurda toplanırmış. CPS siqnalına əsasən Seymurla o, bir neçə ünvanda olsalar da avtomobili tapa bilməmişlər. Avtomobil barəsində daxil olan CPS məlumatlarından məlum olmuş ki, avtomobil əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Araz marketin 300 metr yaxınlığındakı yaşayış evinin qarşısında durmuş, bundan başqa avtomobil Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəfa sağlamlıq mərkəzinin yaxınlığında durmuşdur. Avtomobilə dair sonuncu məlumat Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən poçt xidmətinin yanından alınmışdır. Avtomobili icarəyə götürən Yasin avtomobil barəsində Yadulla müəllim gilə konkret məlumat verməkdən boyun qaçıraraq hətta sonuncu dəfə telefonda ondan pul da istəmişdir. Bundan başqa Nihat adlı şəxsə 2.000 dollar borcu olduğundan avtomobilin Əzizbəyov dairəsi yaxınlığında həmin şəxs tərəfindən əlindən alındığını demişdir. Sonuncu dəfə Yasin Yadulla müəllimdən 1.500 manat pul istəmiş, pulu aldıqdan sonra avtomobili geri götürmədən bəhs etmişdir. O, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ünsiyyəti olmamışdır. Onun mülkiyyətində olan «Hyundai Sonata» markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü il buraxılışlı, ağ rəngdə, yaxşı vəziyyətdə olmaqla hazırda avtomobilin dəyəri 22.000 manat təşkil etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, «Hyundai sonata» minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili 2018-ci ilin avqust ayının ortalarında nəqliyyat vasitələrinin onlayn alqısatqısına dair «Turbo.az» saytında görüb bəyənmiş və elə həmin ərəfələrdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən notarial kontorunda baş etibarnamə ilə özünü avtomobilin mülkiyyətçisi kimi təqdim edən hazırda soyadını, adını və atasının adını xatırlamadığı şəxsdən baş etibarnamə ilə almışdır. Avtomobil 24 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Qeydiyyat imtahan idarəsində qardaşı X8 adına rəsmiləşdirilməklə sonuncunun adına müvafiq qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobili baş etibarnamə ilə alıb bir-iki gün sürdükdən sonra təsadüfən internetdə «İnstagram» səhifəsində həmin avtomobilin ** NS *** dövlət qeydiyyat nişanı ilə əvvəllər «Rento.car» obyektində icarəyə verildiyini görmüş və əvvəllər «Rento.car» avtomobilinə aid olmuş dövlət qeydiyyat nişanı ilə avtomobil idarə etməyi xoşlamadığı üçün 24 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Qeydiyyat imtahan idarəsində avtomobil qardaşı X8 adına rəsmiləşdirilərkən yeni, yəni ** RA *** dövlət qeydiyyat nişanı almışdır. Hazırda avtomobilin üzərində məhz həmin nömrə nişanıdır. Təxminən 7 (yeddi) ay olar ki, çörək pulu qazanmaq üçün avtomobili Bakı şəhərində müxtəlif şəxslərə icarəyə verməklə məşğul olur. «Hyundai sonata» minik markalı avtomobili alarkən onun cinayət yolu ilə əldə olunduğunu bilməmişdir. Əgər bu barədə hər hansı məlumatı olsaydı dərhal hüquqmühafizə orqanlarına, o cümlədən polisə məlumat verərdi. O, həmin avtomobili tamamilə qanuni yolla əldə etmişdir. Avtomobili notariat kontorunda baş etibarnamə ilə almış və avtomobilin müqabilində onu satan şəxsə uzun müddətdən bəri halal zəhmətli ilə əldə edib yığdığı 19.600 (on doqquz min altı yüz) manat pul vermişdir. Sonradan isə avtomobilə 6.000 (altı min) manat xərc çəkərək bəzi nasaz detallarını yenisi ilə əvəz etmişdir. Ümumilikdə həmin avtomobil ona 25.600 (iyirmi beş min altı yüz) manata başa gəlmişdir. Həmçinin avtomobili əvvəlcə 850 manata “Atəşgah” sığorta şirkətində, bu yaxınlarda isə “Paşa” sığorta şirkətində 850 manat müqabilində “Kasko” sığorta etdirmişdir. 24 avqust 2018-ci il tarixdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Qeydiyyat imtahan idarəsində avtomobil qardaşı X8 adına rəsmiləşdirilməklə onun adına müvafiq qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmçinin avtomobilə yeni dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxtdan bu günədək də avtomobil istifadədədir. Həmin avtomobili tamamilə qanuni yolla əldə etmiş, avtomobili alarkən avtomobilin ban və mühərrik nömrələrinə əsasən müvafiq rəsmiləşdirilmə aparılmış, yəni ona notariat kontorunda baş etibarnamə verilmişdir. Sonradan da məhz həmin etibranəməyə əsasən Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Qeydiyyat imtahan idarəsində müvafiq yoxlanış aparılmaqla avtomobilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobili ona satan şəxsin həmin avtomobili nə vaxt, haradan və kimdən aldığını bilmir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən hazıradək Bakı şəhərində avtomobil alqı-satqısı ilə məşğul olur. «Hyundai sonata» minik markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci ilin təxminən iyul ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən notarial kontorunda baş etibarnamə ilə özünü avtomobilin mülkiyyətçisi kimi təqdim edən hazırda soyadını, adını və atasının adını xatırlamadığı şəxsdən 15.500 (on beş min beş yüz) manata baş etibarnamə ilə almışdır. 2018-ci ilin avqust ayında Bakı şəhərində «Hyundai sonata» minik markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili 16.500 (on altı min beş yüz) manata etibarnamə ilə avtomobil alveri ilə məşğul olan X1. Cabit də öz növbəsində həmin avtomobili digər şəxsə satmışdır. Bununla əlaqədar Yasamal RPİ-yə dəvət olunarkən ona məlum olmuşdur ki, Cabit «Hyundai Sonata» minik markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid5 satmışdır. Bu vaxtadək o, Şahid5 tanımamış və onunla əlaqə, münasibəti olmamışdır. Həmçinin Cabiti də yalnız avtomobil alverçisi kimi tanıyır, onunla da yaxından əlaqə və münasibəti olmamışdır. Cabitin «Hyundai Sonata» minik markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid5 hansı qiymətə, harada və kimlərin iştirakı ilə satmasını bilmir. Uzun illərdir ki, Bakı şəhərində avtomobil alqı-satqısı ilə məşğul olur və hazıradək 100-ə yaxın avtomobil alıb-satmışdır. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır və o heç bir zaman Təqsirləndirilən şəxs “Hyndai Sonata” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını almamışdır. O, hal hazırda ünvan 8 ünvanda yaşayır və hazırda işsiz olduğu üçün bütün günü yaşadığı evdə olur. Onun hazır ki, cinayət işinin mahiyyəti üzrə heç bir məlumatı yoxdur və ona həmin avtomaşını heç kim heç bir vaxt verməmişdir. O, ailəsini dolandırmaq məqsədi ilə avtomaşınların alqı-satqısı ilə məşqul olmuş və heç bir zaman “Hyndai Sonata” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını alıb satmamışdır. Həmin avtomaşının harada və kimdə olması barəsində onun heç bir məlumatı yoxdur. Həmin avtomaşını ona kim verməsini bildiribsə həmin şəxslə üzləşməsini xahiş etmiş və onun həmin avtomaşınla bağlı heç bir məlumatı olmamışdır. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətindədir, Yasin onun bibisinin nəvəsidir. Yasin əvvəllər Naxçıvanda yaşamış, təxminən 2 ildir ki, Bakı şəhərinə gəlmiş, ailəli olmuş, səhv etmirsə Qaraçuxur qəsəbəsində ünvanını bilmədiyi evdə yaşayırmış. Yasinin anası və atası məhkəmə qaydasında boşanmışlar onlarla əlaqəsi yoxdur. Yasini sonuncu dəfə təxminən 1 il əvvəl Yasamal rayonu ərazisində Qismət şadlıq sarayının yanında görmüş, hal-əhval tutmuşlar, Yasinin atası 39 saylı marşurutda dispetçer işlədiyindən o atasının yanın gəlmişdir. 12 aprel 2017-ci il tarixdə təxminən saat 11 radələrində gizli nömrədən ona zəng gəlmiş, danışan Yasin olmuş, demiş ki, bir nəfər ona pul borcludur, amma həmin şəxsin avtomobili ondadır, polisin qorxusundan özü görüşə getmir, həmin şəxslə onun əvəzinə görüşsün, sonra həmin şəxsin avtomobilini «Ağ çiçəyim» şadlıq sarayının yanından götürərlər. O, Yasinin xahişini nəzərə alaraq ona razılıq vermiş və Yasin Seymur adlı şəxsin nömrəsini vermiş, o, Seymura zəng vuraraq Yasamal rayonu, A.Abbasov küçəsi 8 ünvanına getmişdir. Orada özünü Seymur kimi təqdim edən şəxslə görüşmüş və ona Yasinə borclu olduqları 1.500 manatı vermələrini demiş, lakin Seymur adlı şəxs Yasinə borcları olmadığını, əksinə Yasinin onlara məxsus avtomobili icarəyə götürərək qaytarmadığını bildirmişdir. O, orada olan zaman Yasin təkrar gizli nömrədən zəng vurduqda o, Yasinə iradını bildirmiş, Yasinə etiraz etmiş, cavabında Yasin demiş ki, otur orada pulu poçt vasitəsi ilə göndərsinlər, təxminən 40 dəqiqə sonra avtomobili «Ağ çiçəyim» şadlıq sarayının yanında qaytaracaqdır, o Yasinin dedikləri ilə razılaşmayaraq səhv iş tutduğunu bildirib avtomobili qaytarmasını demişdir. Yasin imtina etmiş, hətta o demiş ki, avtomobili qaytarsın, pulu ondan alsın, Yasin yenə imtina edərək pulun poçt vasitəsi ilə göndərilməsini demişdir. Belə olduqda o, Yasinə öz iradını kəskin şəkildə bildirərək bu işdə olmadığını demişdir. Onların danışıqlarından sonra polis idarəsinə dəvət olunmuşdur. O, Yasinin harada olmasını bilmir, onunla əlaqəsi yoxdur, Yasin ona gizli nömrədən zəng etmişdir. Yasinin sabiq həyat yoldaşının Qaraçuxur qəsəbəsində yaşadığını bilir, ancaq ünvanını tanımır,orada olmamışdır. Məhkəmədə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə 6-7 ay müddətində o, özünə məxsus olan «Mercedes» markalı avtomobillə taksi fəaliyyəti göstərmişdir. Ariflə tanışlığı buradan yaranmışdır. O, avtomobilinə müştəri qismində gəlmişdir. Bundan sonra münasibəti yaranmışdır. Arif bu ərəfələrdə özünə ya «Mercedes» ya «BMW» markalı avtomobil almaq istəmişdir. Onlar hətta birlikdə avtomobil satış mərkəzlərində də olmuşlar. Bu ərəfələrdə o, Yasin adlı şəxsi də tanımışdır. Yasin Yasamal rayonunda yerləşən un məmulatları mağazasında satıcı işləmişdir. Yasin ona avtomobil satışı ilə məşğul olmasını demişdir. Bundan sonra o, Arifə belə bir şəxs tanımadığını, avtomobil alqı-satqı işləri ilə məşğul olmasını bildirmişdir. Arif Yasinlə görüşmək istəmişdir. Yasinlə «Əcəmi» metrosu yaxınlığında görüşmüşlər. Yasin «Mercedes» markalı avtomobili sata biləcəyini demişdir. Yasin avtomobilin 10.000 manata yaxın qiymətinin olmasını bildirmiş, Arif də Yasinlə razılaşmışdır. Avtomobil kredit üsulu ilə satılacaqmış. İlkin ödəniş edilməsi üçün Yasin demişdir ki, 3.000 manat pul lazımdır. Qalan 7.000 manat ödəniş isə aylıq ödənişlərə bölünəcək. Arif bu təkliflə razılaşmış və bundan sonra onlar yenidən Yasinlə «Amay» TMdə görüşmüşlər. Bundan sonra Arif Yasinə onun yanında 3.000 manat pul vermişdir. Yasin isə pulu götürdükdən sonra Ariflə onun burada gözləmələrini, qısa müddətə qayıdacağını, bir neçə «Mercedes» markalı avtomobilin olmasını, Arif hansını istəsə sənədləşdirə biləcəyini qeyd etmişdir. Yasin bundan bir neçə saat sonra geri qayıtmış və demişdir ki, hazırda bankda problem var. Bir neçə gün sonra gəlib avtomobili götürə bilərlər. Bundan sonra Arif onunla əlaqə saxlayıb Yasinin əlavə 1.000 manat da pul istəməsini, ilkin ödənişin 4.000 manat olmasını, qalan 6.000 manat pulun aylıq ödənişlərə bölünəcəyini bildirdiyini demişdir. O, Arifə təkidlə demişdir ki, avtomobili görək bundan sonra əlavə 1.000 manat da pul verər. Daha sonra 31.12.2018-ci il tarixdə 3-cü mirkorayon dairəsində Yasinlə görüşmüşlər. Arif bundan sonra «Əcəmi» metrosu istiqamətdə piyada hərəkətdə olarkən onun yanında yenə Yasinə 1.000 manat pul vermişdir. Bundan sonra Yasin «Amay» TM-ə getməsini deyib, ora gəlmələrini istəmişdir. Onlar bundan sonra yenidən «Amay» TM-ə getmişlər. Lakin Yasinlə nə qədər əlaqə saxlamaq istəsələr də, Yasin telefonları açmamışdır. Bundan sonra Arif Yasinə verdiyi 4.000 manat pulu ondan istəməyə başlamışdır. Lakin o, Arifə dəfələrlə xəbərdarlıq etdiyini, ehtiyatlı olmasını bildirməsini xatırlatmışdır. Lakin Arif polis orqanlarına şikayət edəcəyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur; Cinayət işinin materiallarindan məlum olur ki, Təqsirləndirilən şəxs 07.03.2017-ci il tarixdə şübhəli şəxs qisində tutulmuş, 09.03.2017-ci il tarixdə Suraxanı rayon məhkəməsinin həmin tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduğu üçün məhkəmə zalından azad olunmuşdur. Cinayət işinin materiallarindan məlum olur ki, axtarışda olan Təqsirləndirilən şəxs 31 mart 2018-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 02 aprel 2018-ci il tarixdə aidiyyatı üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. 02 aprel 2018-ci il tarxli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Məhmməd oğlu barəsində tutulduğu vaxtdan yəni həbs etmənin əvvəli 31.03.2018-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarindan məlum olur ki, 29 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması haqqında vəsatətlə Bakı şəhəri Yasamal rayon prokurorluğuna müraciət edilmiş, Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Rasim Hacıyev tərəfindən 30 avqust 2018-ci il tarixdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasına dari vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilmişdir. 30 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs barədə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xətai rayon Məhkəməsinin “qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinyət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 10 dekabr 2019-cu il tarixli, 28784 №-li rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı “Hyundai Sonata” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2017-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 23.000 manat müəyyən olunur. Cinyət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 24 dekabr 2019-cu il tarixli, 28783 №-li rəyindən görünür ki, təqdim edilmiş “Hyundai Sonata” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “KMHEC41CBBA1698” ban nömrəsini bildirən hərf və rəqəmlər, o cümlədən ıervis məlumatları nəzərə alınmaqla zavod üsulu ilə həkk olunmuşdur. Lakin ban nömrəsi həkk edilmiş detalda təmir işləri aparılmışdır. Təqdim edilmiş avtomobilin alın şüşəsinin alt sahəsinə və mühərrik olan sahəyə yapışdırılmış ban nömrəsini bildirən birkalara müdaxilə olunmaqla kustar üsulla yapışdırılmışdır. Təqdim edilmiş “Hyundai Sonata” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin AD № 315869 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamələrində qeyd olunmuş ban nömrəsi ilə uyğun gəlir. Təqdim edilmiş “Hyundai Sonata” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin dəyişdirilməsinə uyğun gəlir. “Tədqiqata təqdim edilən “Hyundai Sonata” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin növü, markası, modeli, buraxılış tarixi, texniki xarakteristikası Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ tərəfindən 04.04.2016-cı il tarixdə verilmiş AC № 531899 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamədə qeyd olunmuş məlumatlara uyğundurmu?” və “Tədqiqata təqdim edilən “Hyundai Sonata” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin növü, markası, modeli, buraxılış tarixi, texniki xarakteristikası Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ tərəfindən 24.08.2018-ci il tarixdə verilmiş AD № 315869 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamədə qeyd olunmuş məlumatlara uyğundurmu?” sualları ekspert trasoloqun zəruri xüsusi biliyinə aid olmadığından həmin suallara cavab verilməmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxs X9 60.000 manat məbləğində olan ziyanı ödəməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəzaçəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2017-ci il tarixdən 09.03.2017-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, 31.03.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay, ümumilikdə 5 (beş) ay 2 (iki) gün müddət əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əmlak müsadirəsi tətbiq oluna bilməz. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübutlar yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 180 (yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq və məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 120 (yüz iyirmi), Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutlduğu vaxtdan –22 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.03.2017-ci il tarixdən 09.03.2017-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, 31.03.2018-ci il tarixdən 30.08.2018-ci il tarixdədək həbsdə saxlanıldığı 5 ay, ümumilikdə cəmi 5 (beş) ay 2 (iki) gün müddət əsas cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddialarını mulki icraat qaydasında vermələri izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 180 (yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 120 (yüz iyirmi), Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar