Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1178/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X25 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X24, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri 04 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Astara rayonun Səncərədi kəndində doğulmuş, Azərbaycan Respublikasınınnın vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonun Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə 28 avqust 1992-ci ildə Lənkəran rayonun Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikasınınnın vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonun Nərimanabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə dostu Təqsirləndirilən şəxs2 və tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Rizvan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olmayan qaydada Azərbaycan Respublikası Bakı-Salyan avtomaqistral yolunda Salyan şəhərinin girişinə yaxın olan hissəsində yolun kanarına yerləşdirdiyi təmiz halda ümumi çəkisi 2861,014 qram (2 kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və təmiz halda ümumi çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan külli miqdarda tiryəki, eləcə də metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə narkotik vasitə hesab olunan külli miqdarda metadonu və təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsullarda güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalini həmin gün götürüb əldə etməklə daşıyaraq Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsindəki 71A saylı binada yerləşən 132 saylı mənzilə gətirdikdən sonra, içərisində 2845,2 qram (2 kq. 845,2 qram) çəkidə heroin olan 1 ədəd bağlamanı, 698,4 qram çəkidə tiryək olan 1 ədəd bağlamanı, 50 ədəd həb metadon və 3735 ədəd kapsul preqabalin dərman preparatlarını həmin mənzilin yataq otağında gizlətməklə orada saxlamış və 20 yanvar 2022-ci il tarixdə gecə saatlarında həmin narkotik vasitə hesab olunan heroinin 10,287 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin narkotik vasitə hesab olunan metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla özü, həmçinin, həmin heroinin 5,527 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla Təqsirləndirilən şəxs2 götürüb, “Rizvan” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq məqsədi ilə üstlərində daşıyaraq Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın qarşısına gətirmiş və həmin gün saat 00:35 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda piyada hərəkət edən zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qısa qol gödəkçəsinin sol yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 10,287 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon, eləcə də Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli “cins” şalvarının sağ yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,527 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürüldükdən sonra, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 03:30 dəqiqədə Təqsirləndirilən şəxs2 yaşadığı yuxarıda göstərilən mənzilə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının altından 1 ədəd qara rəngli idman əl çantasının içindən 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2845,2 qram (2kq. 845,2 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda eyni tərkibli heroin, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan tiryək, “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutlarda 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon və “Preqabalin 150” markalanma göstəricisi olan 249 ədəd konvalyutlarda 3735 ədəd narıncı-göy rəngli kapsullarda təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin aşkar olunaraq götürülmüşdür.Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Müzəffər” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 7,731 qram və 2,346 qram olmaqla cəmi təmiz çəkisi 10,077 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə hesab olunan heroini 07 mart 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında “Müzəffər” adlı şəxsdən əldə etdikdən sonra sonuncunun tapşırığına əsasən Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Çermet” körpüsünün yaxınlığında avtobus dayanacağına gələcək ağ rəngli naməlum avtomobilin sahibinə çatdırmaq məqsədi ilə heroinin bir bükümdə təmiz çəkisi 2,346 qram təşkil edən hissəsini özü, bir bükümdə təmiz çəkisi 7,731 qram təşkil edən hissəsini isə qrupun digər üzvü Vaqif Rzayevin üzərində saxlayaraq daşımış, 07 mart 2022-ci il tarixdə saat 16:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında Vaqif Rzayevlə birlikdə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərilərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən təmiz çəkisi 2,346 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin və Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 7,731 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə dostu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Rizvan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olmayan qaydada Azərbaycan Respublikası Bakı-Salyan avtomaqistral yolunda Salyan şəhərinin girişinə yaxın olan hissəsində yolun kanarına yerləşdirdiyi təmiz halda ümumi çəkisi 2861,014 qram (2kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və təmiz halda ümumi çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan külli miqdarda tiryəki, eləcə də metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə narkotik vasitə hesab olunan külli miqdarda metadonu və təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsullarda güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalini həmin gün götürüb əldə etməklə daşıyaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsindəki 71A saylı binada yerləşən 132 saylı mənzilə gətirdikdən sonra, içərisində 2845,2 qram (2kq. 845,2 qram) çəkidə heroin olan 1 ədəd bağlamanı, 698,4 qram çəkidə tiryək olan 1 ədəd bağlamanı, 50 ədəd həb metadon və 3735 ədəd kapsul preqabalin dərman preparatlarını 1 ədəd qara rəngli idman əl çantasının içinə yerləşdirib həmin mənzilin yataq otağındakı çarpayının altında gizlətməklə orada saxlamış və 20 yanvar 2022-ci il tarixdə gecə saatlarında həmin narkotik vasitə hesab olunan heroinin 5,527 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin metadonun 10 ədəd həbini bir ədəd konvalyutda ayırmaqla ayırmaqla özü, həmçinin, həmin heroinin 10,287 qram təşkil edən hissəsini 1 ədəd bükümdə və həmin narkotik vasitə hesab olunan metadonun 10 ədəd həbini bir ədəd konvalyutda Təqsirləndirilən şəxs1 götürüb, “Rizvan” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq məqsədi ilə üstlərində daşıyaraq Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın qarşısına gətirmiş və həmin gün saat 00:35 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda piyada hərəkət edən zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki göy rəngli “cins” şalvarının sağ yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,527 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon, eləcə də Təqsirləndirilən şəxs1 əynindəki qısa qol gödəkçəsinin sol yan cibindən polietilen parçasına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 10,287 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürüldükdən sonra, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 03:30 dəqiqədə onun yaşadığı yuxarıda göstərilən mənzilə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının altından 1 ədəd qara rəngli idman əl çantasının içindən 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2845,2 qram (2kq. 845,2 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda eyni tərkibli heroin, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan tiryək, “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutlarda 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon və “Preqabalin 150” markalanma göstəricisi olan 249 ədəd konvalyutlarda 3735 ədəd narıncı-göy rəngli kapsullarda təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində iki azyaşlı övladı var. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuşlar və həmin vaxtlardan aralarında dostluq münasibətləri yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı o və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülərək, onlara məxsus olmayan narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli maddələrin onlara məxsus olması barədə ifadələr verməyə məcbur edilmişlər. O heç vaxt narkotik vasitə, psixotrop maddə və ya narkotik təkibli maddələrin satışı ilə məşğul olmamışdır. Daimi iş yeri olmadığı üçün o, 2019-cu ildən etibarən yaşadığı Astara rayonunda müxtəlif avtomobilləri icrarəyə götürüb taksi fəaliyyəti ilə məşqul olmaqla ailəsini dolandırmışdır. Rizvan adlı şəxsi o, İran İslam Respublikasına getdiyi zamanlardan tanımış, Rizvanın ərzaq dükanını işlətdiyini bilmişdir. 2022ci ilin yanvar ayında Rizvan ondan İran İslam Respublikasından göndərdiyi içərisində dərman olan çantanı Bakixanov qəsəbəsində dediyi ünvandan götürərək özündə saxlamasını xahiş etmiş, o da Hacıbala ilə birlikdə Rizvanın dediyi ünvandan həmin çantanı götürmüş və saxlaması üçün çantanı Hacıbaladan sonuncunun evinə aparmasını xahiş etmişdir. Rizvan ona əvvəlcədən çantanın içərisində hansı dərman olacağını bildirməsə də, onlar Hacıbala ilə birlikdə çantanı götürdükləri zaman içərisində “lirika” adı ilə tanınan güclü təsir edən dərman olduğunu görmüşlər. Həmin çantanın götürülüb saxlanılmasına görə Rizvan ona hər hansı məbləğdə pul verməmiş və ya vəd etməmişdir. Onun həmin çantanı götürüb saxlanılmasında heç bir marağı olmamış, o, sadəcə aralarında yoldaşlıq münasibətləri olduğu üçün Rizvanın xahişini yerinə yetirmiş və sonradan təhvil verilməsi üçün həmin çantanı götürmüşdür. 20 yanvar 2022-ci il tarixdə axşam saatlarında onlar Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirməklə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə olduqları zaman onların hər ikisi polis əməkdaşları tərəfindən fiziki təziqə məruz qalmışlar. Bundan sonra videoçəkiliş aparılmaqla onun və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və həmin vaxt təhqiqatçı tərəfindən ona qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmiş, o da əynində olan şalvarının sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəni, arxa sağ cibindən mobil telefon, əynindəki qısaqol gödəkcənin sol yan cibindən isə 1 ədəd üzərində 4169 7414 1431 2684 rəqəmləri olan plastik bank kartı və polis əməkdaşları tərəfindən ona verilmiş 1 list “Metadon-40” sözunun əks olduğu həbləri və 1 ədəd heroin bükümünü təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin vaxt təziq altında olduğuna görə o, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, həmin kütlələri təxminən 2(iki) il bundan öncə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci il, yanvar ayının əvvələrində Salyan rayonu ərazisində gizlədilmiş yerdən tanışı Hacıbala ilə birlikdə götürdüyünü, 2022-ci ilin yanvar ayının 9-da Yasamal rayonu ərazisindəki, Vəhabilər məscidi deyilən yerin yaxınlığında zibilliklərdən birinin kənarına narkotik tərkibli narkotik tərkibli maddələri Hacıbala ilə birlikdə qoyduqlarını, həmin narkotik maddələri götürən şəxsin isə orta yaşlı birisi olduğunu götürdüklərini, bir hissəsini ona deyilən yerlərə qoysa da, qalan hissəsini Təqsirləndirilən şəxs2 Yasamal rayonunda yaşadığı mənzilində gizlətdiklərini bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvələr də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, Hacıbalaya da buna görə pul verdiyini, pulları üzərindən aşkar edilmiş kart vasitəsilə əldə etdiyini, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini bildirmişdir. Onun və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən baxışdan sonra onlar polis əməkdaşları ilə birlikdə Hacıbalanın yaşadığı mənzilə getmişlər. Həmin vaxt polis əməkdaşlarının təziqi altında Hacıbala evin yataq otağında narkotik tərkibli maddələri saxladığını bildirərək, yataq otağına girmiş və burada yataq mebelinin altından qara rəngli idman çantasını təqdim etmişdir. Bir daha bildirir ki, həmin çanta onlar tərəfindən götürüldüyü zaman içərisində yalnız “lirika” adı ilə tanınan güclü təsir edən dərman olmuşdur. Polis əməkdaşları tərəfindən Hacıbalanın yaşadığı evdən götürülmüş həmin çantanın içərisindən aşkar edilmiş müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr onlara məxsus deyil. Nə o, nə də ki, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə, psixotrop maddə və ya narkotik tərkibli maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuşlar və məhz yolla da aralarında xoş münasibətlər yaranaraq sonradan dostluq etməyə başlamışlar. Belə ki, o, daimi işi olmadığı üçün 2019-cu ildə yaşadığı Astara rayonunda müxtəlif avtomobilləri icrarəyə götürüb sürməklə taksi fəaliyyəti ilə məşqul olmuş və məhz bu yolla da, sərhəddən İran İslam Respublikasının Astara şəhərinə gedib-gələrkən oradan müştəriləri və onların yüklərini Azərbaycana daşığıdı zaman həmin ilin əvvəlində göstərilən şəhərdə mağazası olmuş Rizvan adlı İİR-sı vətəndaşı ilə tanış olaraq bir birlərinə mobil telefon nömrələrini verib, sonradan ara-sıra zəngləşib danışmışlar. Bununla da, 2021-ci ilin sonunda Rizvan +**********24 saylı mobil nömrəsindən «Votsap» proqramı vasitəsi ilə onun istifadə olan mobil telefonunda +99451 ***-**-** saylı nömrə ilə fəaliyyət göstərən «Votsap» proqramı ilə zəng edərək ona narkotik vasitələrin və dərman preparatlarının qanunsuz əlveri ilə məşqul olmağı və bunun müqabilində hər ay üçün ona 800 manat miqdarda zəhmət haqqı verəcəyini təklif etmişdir. O da, maddi vəziyyətinin ağır olduğundan və bilavasitə özünə hər hansı bir iş yeri tapa bilmədiyindən onunla razılaşdır. Bundan sonra isə o, dostu Hacıbala ilə görüşüb bu barədə bildirərək, bu işlə birlikdə məşqul olmağı ona təklif edərək hər ay üçün ona 150 manat zəhmət haqqı verəcəyini bildirmiş və onunla razılaşmışdır. Bundan sonra isə 2022-ci ilin yanvar ayının əvvələrində İİR-sı vətəndaşı Rizvan eyni qaydada onun mobil telefonun zəng edərək bildirmişdir ki, Salyan rayonuna getməli və oraya çatdıqda ona təkrar zəng edərək narkotik vasitələri və dərman preparatlarının olduğu yeri ona bildirəcək ki, onları oradan götürməklə Bakı şəhərinə gətirsin və sonradan o, eyni olaraq telefon vasitəsi ilə ona digər lazımı yerləri, miqdar və çəkiləri bildirəcək ki, o, həmin çəkidə olan narkotik vasitəni və ya miqdarda olan dərman preparatlarını aparıb həmin yerlərə qoysun ki, sonradan müştərilər gəlib-götürə bilsinlər. O da, razılaşaraq, həmin gün dostu Hacıbala ilə birlikdə Salyan şəhərinə getmiş və oradan Rizvanla zəngləşdikdən sonra gedib onun deydiyi yerdən içi narkotik vasitə və dərman preparatları ilə dolu bir torbanı götürüb Bakı şəhərinə gələrək, aparıb həmin torbanı Hacıbalanın yaşadığını Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın 132 saylı mənzilinə gətirmişlər. Bundan sonra, 2022-ci ilin yanvar ayının 9-da Rizvan ona zəng edərək Yasamal rayonu ərazisində yerləşən «Vəhabilər Məscidi» adlanan məsçidin yanına getməyini tapşıraraq hansı miqdarda narkotiki həmin yerin yaxınlığında zibilliklərdən birinin kənarına qoymağını bildirmişdir. O da, həmin miqdarda naokotik vasitə heroini Hacıbalanın yaşadığı mənzildən götürüb, onunla birlikdə axşam saatlarında göstərilən yerə gedərək orada yerləşən zibilliyin yanına yerə qoymuş və Hacıbala ilə birlikdə bir qədər kənara çəkilərək tamaşa etməyə başladıq da bir neçə dəqiqədən sonra görmüşlər ki, bir nəfər orta yaşlı kişi gəlib oradan həmin narkotiki götürüb aparmışdır. 20 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 00:35 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Hacıbalanın yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 71A ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlranı kimi təqdim edərək onlara külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Barələrində əməliyyat axtarış təbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun və Hacıbalanın hıquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və onlara hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçilərinin iştirakları ilə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra Hacıbala əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə ola heroin, 1(bir) konvalyutda 10(on) ədəd “Metadon-40” həblərini, sol yan cibindən 40(qırx) manat pul, arxa sol cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, 1 ədəd Nokia markalı mobil telefonu, əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən isə yaşadığı evinin açarını təqdim edərək masanın üzərinə qoydu. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi yaşadığı evin açarı və 40(qırx) manat pul özünə qaytarılmış və Hacıbalaya izah edilməklə 2(iki) ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra üzərindən aşkar olunmuş heroin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 6,6 qram(altı tam onda altı) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və həblər 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış,üzəri “DİN-nin Zərflər üçün 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1(bir) ədəd şəxsiyyət vəsiqəni, arxa sağ cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, əynindəki qısaqol gödəkcənin sol yan cibindən isə 1 ədəd üzərində **********312684 rəqəmləri olan plastik bank kartı,1 list Metadon-40 sözunun əks olduğu həblər, 68 manat pul və 1 ədəd heroin bükümünü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona izah edilməklə ona məxsus 1(bir) ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsi və bank kartını iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqdim etdiyi heroin bükümünün təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 11,2 (on bir tam onda iki) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və həblər 1(bir) ədəd içəsi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhüru ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı onun təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, həmin kütlələri təxminən 2(iki) il bundan öncə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci il, yanvar ayının əvvələrində Salyan rayonu ərazisində gizlədilmiş yerdən tanışı Hacıbala ilə birlikdə götürdüyünü, 2022-ci ilin yanvar ayının 9-da Yasamal rayonu ərazisindəki, Vəhabilər məscidi deyilən yerin yaxınlığında zibilliklərdən birinin kənarına narkotik tərkibli narkotik tərkibli maddələri Hacıbala ilə birlikdə qoyduqlarını, həmin narkotik maddələri götürən şəxsin isə orta yaşlı birisi olduğunu götürdüklərini, bir hissəsini ona deyilən yerlərə qoysa da, qalan hissəsini Təqsirləndirilən şəxs2 Yasamal rayonunda yaşadığı mənzilində gizlətdiklərini bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvələr də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, Hacıbalaya da buna görə pul verdiyini, pulları üzərindən aşkar edilmiş kart vasitəsilə əldə etdiyini, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 də onun dediklərin təsdiq etmişdir. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Hacıbala və o mənzilə baxış keçirilməsi haqqında qərarla tanış olduqdan sonra Hacıbalaya yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, narkotik tərkibli maddələri həmin evdə yataq otağında saxladığını bildirərək, öz yataq otağına girmiş və burada yataq mebelinin altından 1(bir) ədəd qara rəngli idman çantasını təqdim etmişdir. Həmin otaqda baxış keçirilməsi üçün şərait olmadığından, baxış qonaq otağında davam etdirilmişdir. Həmin idman çantasına baxış keçirilən zaman 1(bir) sellofan bağlamada narkotik vasitə tiryək, 1(bir) sellofan bağlamada heroin, ümumi sayı 50(əlli) ədəd olmaqla, üzərində “Metadon-40” yazısı həkk olunmuş həblər və ümumi sayı 3735 (üç min yeddi yüz otuz beş) ədəd olmaqla üzərində “Preqabalin-150” yazısı həkk olunmuş həblər olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroin və tiryəkin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Tiryəkin çəkisinin 711 qram (yeddi yüz on bir), heroinin çəkisi isə 2 kq 881 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və həblər qara rəngli idman çantasına qoyularaq qablaşdırılmışıdır. Şifahi sorğu zamanı o, aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddəlləri 2022-ci ilin əvvəlində Salyan rayonu ərazisindən “Rizvan” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etdikləri, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, götürdüyü maddələrin bir hissəsini ona deyilən yerlərə qoymağını, bunun müqabilində isə pul qazandıqlarını, aralarında bölməklərini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadıqlarını əv bu əməllərindən heç kimin məlumatının olmamasını bildirmişdir (cild 01, iş vər. 103-106). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, H.ünvan 6 ünvanda yaşamışdır. Artıq bir müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. Təqsirləndirilən şəxs1 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuş və həmin vaxtlardan aralarında dostluq münasibətləri yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı o və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülərək, onlara məxsus olmayan narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli maddələrin onlara məxsus olması barədə ifadələr verməyə məcbur edilmişlər. O heç vaxt narkotik vasitə, psixotrop maddə və ya narkotik təkibli maddələrin satışı ilə məşğul olmamışdır. 2021-ci ilin sonunda onlar Vüsalla birlikdə Bakı şəhərində olduqları zaman Vüsal ona Bakıxanov qəsəbəsindən tanışı tərəfindən göndərilmiş çantanı götürməli olduğunu demiş və onlar birlikdə həmin çantanı götürmək üçün yola düşmüşlər. Çantanın içərisində nəyin olması barədə əvvəlcədən məlumatı olmasa da, çantanı götürdükdən sonra onlar içərisində “lirika” adı ilə tanınan dərman həbblərinin olduğunu görmüşlər. Həmin vaxt Vüsal Bakı şəhərində yaşamadığına görə ondan həmin çantanı aparıb öz evində müvəqqəti saxlamasını xahiş etmiş o da buna etiraz etməmişdir. Çantanı evə qoyduqdan sonra həmin gün axşam saatlarında onlar Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirməklə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə olduqları zaman onların hər ikisi polis əməkdaşları tərəfindən fiziki təziqə məruz qalmışlar. Bundan sonra videoçəkiliş aparılmaqla onun və Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və həmin vaxt təhqiqatçı tərəfindən ona qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmiş, o da polis əməkdaşları tərəfindən şalvarının cibinə qoyulmuş bir ədəd bükümü, “Metadon-40” həblərini və sair əşyaları təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin vaxt təziq altında olduğuna görə o, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 tanışı olan “Rizvan” adlı şəxsin vasitəsilə Salyan rayonundan əldə etdiklərini, narkotik vasitə və psixotrop maddələri Vüsalın tanışı olan İran İslam Respublikası vətəndaşı “Rizvan” adlı şəxsin onlara pul müqabilində dedikləri yerə qoymaq məqsədilə üzərilərində saxladıqlarını, həmçinin yaşadığı evdə də narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli vasitələri saxladığını bildirmişdir. Onun və Vusal Babayevin üzərinə keçirilən baxışdan sonra onlar polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmişlər. Həmin vaxt polis əməkdaşlarının təziqi altında o, evin yataq otağında narkotik tərkibli maddələri saxladığını bildirərək, öz yataq otağına girmiş və burada yataq mebelinin altından qara rəngli idman çantasını təqdim etmişdir. Bir daha bildirir ki, həmin çanta onlar tərəfindən götürüldüyü zaman içərisində yalnız “lirika” adı ilə tanınan güclü təsir edən dərman olmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı evdən götürülmüş həmin çantanın içərisindən aşkar edilmiş müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr onlara məxsus deyil. Nə o, nə də ki, Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə, psixotrop maddə və ya narkotik tərkibli maddələrin satışı ilə məşğul olmamışlar. Həmin çantanın kimə çatacağı barədə məlumatı olmamışdır. O sadəcə Vüsalın xahişi ilə götürdükləri çantanı öz evində saxlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil. O, Rizvan adlı şəxsi heç vaxt görməmiş, onunla tanışlığı yoxdur. Məhkəmədən himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, H.ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuş və məhz yolla da aralarında xoş münasibətlər yaranaraq sonradan dostluq etməyə başlamışlar. 2019-cu ildə Vüsal yaşadığı Astara rayonunda müxtəlif avtomobilləri icrarəyə götürüb sürməklə taksi fəaliyyəti ilə məşqul oluraraq sərhəddən İran İslam Respublikasının Astara şəhərinə gedib-gələrək oradan müştəriləri və onların yüklərini Azərbaycana daşımışdır. 2021-ci ilin sonunda isə Vüsalla aralarında olmuş söhbətlərin birində ona bildirmişdir ki, 2019-cu ilin əvvəlində İİR-nın Astara şəhərinə gedib-gələrkən göstərilən şəhərdə mağazası olmuş Rizvan adlı İİR-sı vətəndaşı ilə tanış olmuş və hazırda həmin Rizvan onun mobil telefonuna zəng edərək narkotik vasitələrin və dərman preparatlarının qanunsuz əlveri ilə məşqul olmağı və bunun müqabilində hər ay üçün zəhmət haqqı verəcəyini təklif edib və o da, maddi vəziyyəti ağır olduğundan və özünə hər hansı bir iş yeri tapa bilmədiyindən Rizvanla razılaşmışdır. Həmçinin, həmin danışıqları zamanı Vüsal bu barədə bildirərək, bu işlə birlikdə məşqul olmağı ona təklif edərək hər ay üçün 150 manat zəhmət haqqı verəcəyini bildirmiş və o da eyni olaraq maddi vəziyyəti ağır olduğu üçün onunla razılaşmışdır. Bundan sonra isə 2022-ci ilin yanvar ayının əvvələrində Vüsal ona bildirmişdir ki, İİR-sı vətəndaşı olan həmin Rizvan adlı şəxs «Votsap» proqramı vasitəsi ilə onun mobil telefonuna zəng edərək bildirib ki, Salyan rayonuna getməlidir və oraya çatdıqda təkrar zəng edərək narkotik vasitələri və dərman preparatlarının olduğu yeri bildirəcək ki, onları oradan götürməklə Bakı şəhərinə gətirsin və sonradan eyni olaraq telefon vasitəsi ilə ona digər lazımı yerləri, miqdar və çəkiləri bildirəcək ki, həmin çəkidə olan narkotik vasitəni və ya miqdarda olan dərman preparatlarını aparıb həmin yerlərə qoysun ki, sonradan müştərilər gəlib-götürə bilsinlər. O da, razılaşmış, həmin gün dostu Vüsalla birlikdə Salyan şəhərinə getmişlər və oradan Vüsal həmin Rizvan adlı şəxslə zəngləşdikdən sonra gedib onun dediyi yerdən içi narkotik vasitə və dərman preparatları ilə dolu bir torbanı götürüb Bakı şəhərinə gələrək, aparıb həmin torbanı yaşadığı Yasamal rayonu H.Zərdabi küçəsindəki 71A saylı binanın 132 saylı mənzilinə gətirmişlər. Bundan sonra, 2022-ci ilin yanvar ayının 9-da Vüsal ona bildirmişdir ki, Rizvan ona zəng edərək Yasamal rayonu ərazisində yerləşən «Vəhabilər Məscidi» adlanan məsçidin yanına getməsini tapşıraraq hansı miqdarda narkotiki həmin yerin yaxınlığında zibilliklərdən birinin kənarına qoymağını bildirib. Bundan sonra o və Vüsal həmin miqdarda narkotik vasitə heroini yaşadığı mənzildən götürüb, onunla birlikdə axşam saatlarında göstərilən yerə gedərək orada yerləşən zibilliyin yanına yerə qoymuş, Vüsalla birlikdə bir qədər kənara çəkilərək tamaşa etməyə başladıqda bir neçə dəqiqədən sonra görmüşlər ki, bir nəfər orta yaşlı kişi gəlib oradan həmin narkotiki götürüb aparmışdır. 20 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 00:35 radələrində yaşadığı Yasamal rayonu, H.Zərdabi küçəsi 71A ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirərək təqdim etmişdirlər. Onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun və Vüsalın hüquqlarını müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və onlara hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçilərinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış və götrümə aparılmamışdan əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə ola heroin, 1(bir) konvalyutda 10(on) ədəd “Metadon-40” həblərini, sol yan cibindən 40(qırx) manat pul, arxa sol cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, 1 ədəd Nokia markalı mobil telefonu, əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən isə yaşadığı evinin açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi yaşadığı evin açarı və 40(qırx) manat pul özünə qaytarılmışdır. Ona izah edilməklə 2(iki) ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra üzərindən aşkar olunmuş heroin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 6,6 qram(altı tam onda altı) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və həblər 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri onun və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1(bir) ədəd şəxsiyyət vəsiqəsini,arxa sağ cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, əynindəki qısaqol gödəkcəsinin sol yan cibindən isə 1 ədəd üzərində **********312684 rəqəmləri olan plastik bank kartı,1 list Metadon-40 sözunun əks olduğu həblər, 68 manat pul və 1 ədəd heroin bükümünü təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 izah edilməkə ona məxsus 1(bir) ədəd mobil telefon iş, şəxsiyyət vəsiqəsi və bank kartı üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş Şübhəli şəxsin təqdim etdiyi heroin bükümünün təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə çəkisinin 11,2 qram(on bir tam onda iki) qram olması müəyyən edildi. Həmin sellofan büküm və həblər 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişvə üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürüldü. Şifahi sorğu zamanı Vüsal təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, həmin kütlələri təxminən 2(iki) il bundan öncə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci il, yanvar ayının əvvələrində Salyan rayonu ərazisində gizlədilmiş yerdən onunla birlikdə götürdüyünü, 2022-ci ilin yanvar ayının 9-da Yasamal rayonu ərazisindəki, Vəhabilər məscidi deyilən yerin yaxınlığında zibilliklərdən birinin kənarına narkotik tərkibli narkotik tərkibli maddələri onunla birlikdə qoyduğunu, həmin narkotik maddələri götürən şəxsin isə orta yaşlı birisi olduğunu gördüklərini,bir hissəsini onlara deyilən yerlərə qoysalar da, qalan hissəsini Yasamal rayonunda yaşadığı mənzilində gizlətdiklərini,bu əməli törətməkdə məqsədləri pul əldə etmək olduğunu, əvvələr də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, ona buna görə Vüsalın pul verdiyini, pulları üzərindən aşkar edilmiş kart vasitəsilə əldə etdiyini, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini bildirmişdir. Şifahi sorğu zamanı o da, Vüsalın dediklərini tam şəkildə təsdiq etmişdir. Sonra yaşadığı evə getmişlər. O və Vüsal mənzilə baxış keçirilməsi haqqıda qərarla tanış olduqdan sonra ona yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, narkotik tərkibli maddələri həmin evdə yataq otağında saxladığını bildirərək, öz yataq otağına girmiş və burada yataq mebelinin altından 1(bir) ədəd qara rəngli idman çantasını təqdim etmişdir. Həmin otaqda baxış keçirilməsi üçün şərait olmadığından, baxış qonaq otağında davam etdirilmişdir. Həmin idman çantasına baxış keçirilən zaman 1(bir) sellofan bağlamada narkotik vasitə tiryək, 1(bir) sellofan bağlamada heroin, ümumi sayı 50(əlli) ədəd olmaqla, üzərində “Metadon-40” yazısı həkk olunmuş həblər və ümumi sayı 3735 (üç min yeddi yüz otuz beş) ədəd olmaqla üzərində “Preqabalin-150” yazısı həkk olunmuş həblər olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroin və tiryəkin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Tiryəkin çəkisinin 711 qram (yeddi yüz on bir), heroinin çəkisi isə 2 kq 881 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və həblər qara rəngli idman çantasına qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı o, aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddəlləri 2022-ci ilin əvvəlində Salyan rayonu ərazisindən “Rizvan” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Vüsal ilə birlikdə əldə etdiklərini həmin şəxsin nömrəsini Vüsal telefonunda qeyd etdiyini, götürdükləri maddələrin bir hissəsini onlara deyilən yerlərə qoymaqlarını, bunun müqabilində isə pul qazandıqlarını, aralarında bölməklərini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadıqlarını və bu əməllərindən heç kimin məlumatının olmamasını bildirmişdir (cild 01, iş vər. 116-119). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş verə yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutla və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstədi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbirindən əvvəl tanımamışdır. 19 yanvar 2022-ci il tarixdə xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olmaları barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı haqqında dərhal onun tərəfindən raport əsasında rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması məqsədilə zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 və X11 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul etdikdən sonra həmin gün, yəni 19 yanvar 2022-ci il tarixdə əməliyyat qrupunun üzvüləri Elmin Abuşov və Şahid1lə birlikdə xidmət etdikləri idarədən çıxıb Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə 20 yanvar 2022-ci il tarixdə gecə saatlarında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxslərin Bakı şəhəri Yasamal rayonu ərazisində piyada hərəkət etdiklərini gördükdə dərhal həmin şəxsləri saxlamışlar. Həmin vaxt onların şəxsiyyəti müəyyənləşdirilmiş və saxlanılan şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra onlar özlərini təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və satışı ilə məşqul olmaqda şübhəli olmaları barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına getmələrini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə oradan Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gəlmişlər. İdarədə dəvət olunmuş müdafiəçilərin iştirakı ilə saxlanılan şəxslərin üzərilərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir konvalyutda 10 ədəd üzərində “metadon-40” yazısı həkk olunmuş həblər və sair hazırda xatırlamadığı əşyaları təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd plastik bank kartı, 1 list, yəni bir konvalyutda 10 ədəd üzərində “metadon-40” yazısı həkk olunmuş həblər və sair hazırda xatırlamadığı əşyaları təqdim edərək masanın üzərinə qoymuşdyur. Təhqiqatçı tərəfindən aparılmış şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, təxminən 2 il bundan öncə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci ilin yanvar ayının əvvələrində Salyan rayonu ərazisində gizlədilmiş yerdən götürdüyü, 2022-ci ilin yanvar ayının əvvəllərində Yasamal rayonu ərazisində yerləşən «Vəhabilər» adlanan məscidin yaxınlığında olan zibilliklərdən birinin kənarında narkotik tərkibli maddələri qoymasını, orta yaşlı birisi tərəfindən həmin maddələrin götürməsini gördüyünü və bu yolla da narkotik tərkibli maddələrin bir hissəsini ona deyilən yerlərə qoysa da, qalan hissəsini Təqsirləndirilən şəxs2 yaşadığı Yasamal rayonunda yerləşən mənzilində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvəllərdə bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, Hacıbalaya da buna görə pul verdiyini, pulları üzərində aşkar edilmiş kart vasitəsilə əldə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 də şifahi sorğu zamanı oxşar məzmunda izahat verərək də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 tanışı olan “Rizvan” adlı şəxsin vasitəsilə Salyan rayonundan əldə etdiklərini, narkotik vasitə və psixotrop maddələri Vüsalın tanışı olan İran İslam Respublikası vətəndaşı “Rizvan” adlı şəxsin onlara pul müqabilində dedikləri yerə qoymaq məqsədilə üzərilərində saxladıqlarını, həmçinin yaşadığı evdə də narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli vasitələri saxladığını. Bundan sonra Təqsirləndirilən şəxs2 şifahi və yazılı razılığı ilə sonuncunun yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzilə baxış dəhlizindən başlanılmış, ünvana baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı həmin mənzildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş o da bu təklifdən sonra Təqsirləndirilən şəxs2, narkotik tərkibli maddələri həmin mənzildə yataq otağında saxladığını bildirib, öz yataq otağına daxil olaraq orada olan yataq çarpayısının altından 1 ədəd qara rəngli idman çantasını çıxraraq təqdim etmişdir. Həmin idman çantasına baxış keçirilən zaman onun içindən müxtəlif növdə narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli maddələrin olmasl müəyyən edilmişdir. Bundan sonra həmin maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddəlləri 2022-ci ilin yanvar ayının əvvəlində Salyan rayonu ərazisindən “Rizvan” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etdiklərini, həmin şəxsin nömrəsini telefonlarında qeyd etdikləri, götürdükləri maddələrin bir hissəsini deyilən yerlərə qoymalarını, bunun müqabilində isə pul qazanaraq aralarında bölmələrini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadıqlarını və bu əməllərindən heç kimin məlumatının olmamasını bildirmişlər. Aşkar olunmuş narkotik vasitə və güclü təsir edən maddələrin əldə olunma mənbəyini və şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi qaydada İran İslam Respublikası vətəndaşı olan «Rizvan» adlı şəxsin şəxsiyyətini, həmin “Rizvan” adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qeyd olunan narkotik vasitə və güclü təsir edən maddəni qoyan şəxsi, Yasamal rayonu ərazisindəki, «Vəhabilər» məscidi deyilən yerin yaxınlığında zibilliyin kənarına və digər yerlərə qoyulmuş narkotik tərkibli maddələri və onları götürən orta yaşlı şəxsin və ya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və güclü təsiredici maddəni almış digər şəxslərin barəsində, eləcə də həmin faktları müşahidə edən şahidlərin üəyyən edilməsi üçün onun tərəfindən, eləcə də xidmət etdiyi idarənin digər əməkdaşları tərəfindən bir sıra təxirəsalınmaz əməldiyyat-axtarış tədbirləri həyata keçirilmişdir, lakin müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu saxlanılarkən və idarədə olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamış, onlar könüllü surətdə narkotik vasitə psixotrop maddə və narkotik tərkibli maddələri təqdim edərək əməllərini etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstədi ki, Təqsirləndirilən şəxs2 onun oğludur. O, ailəsi ilə birlikdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayır. Bakı şəhəri Yasamal rayonu, H.ünvan 6 ünvanında yerləşən mənzil onun bacısına məxsus olmaqla, oğlu Hacıbala həmin evdə həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs2 Astara rayon sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuşlar və həmin vaxtlardan aralarında dostluq münasibətləri yaranmışdır. Son illər Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşqul olaraq Astara rayonundan Bakı şəhərinə və geriyə müştərilərin daşınması ilə məşğul olmuş və buna görə də oğlu Hacıbala dostluq etdikləri üçün ara-sıra onunla birlikdə Bakı şəhərinə gedib-qayıtmışdır. Həyat yoldaşı “zob” xəstəsi olduğuna görə onlar birlikdə vaxtaşırı həkim müayinəsindən keçirilməs məqsədilə Bakı şəhərinə gələrək bacısına məxsus evdə qalmışlar. 19 yanvar 2022-ci il tarixdə oğlu Hacıbala da öz işləri ilə bağlı Vüsalla birlikdə Bakı şəhərinə gəlmişlər və axşam saatlarında onlar hər ikisi bacısı Səadətə məxsus mənzilə gələrək təxminən 30-40 dəqiqə ərzində mətbəxdə oturub çay içdikdən sonra çıxıb getmişlər. 20 yanvar 2022-ci il tarixdə isə gecə saatlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları oğlu Hacıbala və Vüsalla birlikdə bacısı Səadətə məxsus Yasamal rayonu, H.Zərdabi küçəsi 71A, 132 saylı mənzilə gələrək bildirmişlər ki, Hacıbala ilə Vüsalı narkotik vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar küçədə şübhəli şəxs qismində saxlayıblar və onları qeyd olunan idarəyə aparılmışlar və üstlərinə şəxsi axtarış aparılarkən hər birindən narkotik vasitələr aşkar edilərək götürülmüş və eyni zaman da, Hacıbala və Vüsal etiraf edərək bildiriblər ki, evdə də, yəni bacısı Səadətə məxsus mənzildə də narkotik vasitələr saxlayırlar və buna görə də hal-hazırda həmin mənzildə axtarış aparmalıdırlar. Həmin vaxt o, etiraz etməyərək bununla bağlı ərizə yazıb həmin polis əməkdaşlarına vermişdir. Bundan sonra polis əməkdaşları onun, eləcə də oğlu Hacıbala və onun vəkili, həmçinin Vüsal və onun vəkilinin iştirakı ilə baxış keçirilməyə başlanılmazdan əvvəl oğlu Hacıbalaya mənzildə saxladığı narkotik maddələri təqdim etməyim təklif etmişlər və bu təklifdən sonra oğlu Hacıbala narkotik tərkibli maddələri həmin mənzildə yataq otağında saxladığını bildirərək, öz yataq otağına keçib, həmin otaqda yataq çarpayısının altından 1 ədəd qara rəngli idman çantasını çıxarıb təqdim etmişdir. Həmin vaxt oğlu Hacıbala Hacıbala və Vüsal həmin çantanın içərisində narkotik vasitə olduğunu bildirmişlər. Həmin vaxt o, mənzilə keçirilmiş baxış zamanı bildirmişdir ki, oğlu Hacıbala və onun dostu Vüsalın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmalarından və bilavasitə bacısına məxsus göstərildən mənzilə gətirib-gizlədərək orada saxlamalarından xəbəri olmamışdır. Həmçinin, bildirmişdir ki, oğlu Hacıbala və onun dostu Vüsal tərəfindən həmin qara rəngli idman çantasını içindəki narkotik vasitələr və dərmanlarla birlikdə bacısına məxsus həmin mənzilə nə vaxt və necə gətirmələri və necə yataq otağındakı çarpayının altına qoymaqla gizlədib-saxlamalarından tam xəbərsizdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 19 yanvar 2022-ci il tarixdə xidmət etdiyi idarəyə xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, orta təhsilli, evli, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, H.ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1992ci il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, evli, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qabaqcadan razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olmaları barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı haqqında dərhal onun tərəfindən raport əsasında DİN-in BNMİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarların ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul etdikdən sonra həmin gün, yəni 19 yanvar 2022-ci il tarixdə əməliyyat qrupunun üzvüləri Şahid2 və Şahid1lə birlikdə xidmət etdikləri idarədən çıxıb Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də 20 yanvar 2022-ci il tarixdə gecə saat 00:35-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxslərin Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi ev 71A ünvanın yaxınlığında piyada hərəkət etdiklərini gördükdə dərhal həmin şəxsləri saxlayıb, onların şəxsiyyətləri ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə onlardan biri xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, H.ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2, digəri isə xx.xx.1992-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlayarkən özülərini təqdim edərək onlara qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və satışı ilə məşqul olmaqda şübhəli olmaları barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına getmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə oradan Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxalanıb Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilməsi barədə onun tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı X3 həvalə olunmuşdur. Bununla bağlı, V.Həsənquliyev BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onları müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmiş və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin siyahıdan konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətləri ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanları olmadığını bildirib, dövlət hesabına onlar üçün istənilən vəkillərin dəvət olunmasını xahiş edərək bu barədə ərizələr yazdırıb imzalamışlar. Təhqiqatçı V.Həsənquliyev də dövlət büdcəsi hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosundan vəkillər X21 və X10 BNMİ-nin dəvət edərək Təqsirləndirilən şəxs1 dəvət olunmuş vəkillərdən Məzahir Şahmarovu, həmçinin ayrıca olaraq Təqsirləndirilən şəxs2 vəkil Kərim Bağırovu təqdim etmiş və həmin şəxslər də adları sadalanan vəkillər tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bundan sonra, təhqiqatçı V.Həsənquliyev, əvvəlcə V. Babayevin, sonradan isə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmaları haqqında müvafiq qərar və protokollar tərtib edərək onlara hüquq və vəzifələrini izah etdi, daha sonra isə onların üstünə vəkillərinin və bizim iştirakımızla axtarış və götürmə keçirməyə başlamışdır. Belə ki, təhqiqatçı V.Həsənquliyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmadığından baş əməliyyat müvəkkili Şahid2 tərəfindən video yazan texniki vasitə kimi «Sony» markalı videokameradan istifadə edərək çəkiliş aparmağa başlamışdır. Bundan sonra, təhqiqatçı V.Həsənquliyev şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 əvvəlcə bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsini təklif etdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir konvalyutda 10 ədəd üzərində “metadon-40” yazısı həkk olunmuş həblər, eləcə də sol yan cibindən 40 manat pul və arxa sol cibindən 1 ədəd «Samsung» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonlarını, həmçinin əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən isə yaşadığı evinin açarını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı V.Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi yaşadığı evin açarı və 40 manat pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 izah edilməklə ona məxsus 2 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı V.Həsənquliyev tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzidə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 6,6 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və həblər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərf “DİN-nin Zəflər üçün 7 saylı” möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı V.Həsənquliyev tərəfindən götürülmüşdür, bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, arxa sağ cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, əynindəki qısaqol gödəkcəsinin sol yan cibindən 1 ədəd üzərində **********312684 rəqəmləri olan plastik bank kartı, 1 list, yəni bir konvalyutda 10 ədəd üzərində “metadon-40” yazısı həkk olunmuş həblər, 68 manat pul və 1 ədəd içərisində heroinə bənzər kütlə olan şəffaf sellofan bükümü çıxraraq masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş və iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 məxsus 68 manat pul özünə qaytarılmış, ona izah edilməklə 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı V.Həsənquliyev tərəfindən götürülmüşdür. Sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir.Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzidə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 11,2 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm və həblər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərf “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı V.Həsənquliyev tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, təxminən 2 il bundan öncə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci ilin yanvar ayının əvvələrində Salyan rayonu ərazisində gizlədilmiş yerdən götürdüyü, 2022-ci ilin yanvar ayının 9-da Yasamal rayonu ərazisində yerləşən «Vəhabilər» adlanan məscidin yaxınlığında olan zibilliklərdən birinin kənarında narkotik tərkibli maddələri qoymasını, orta yaşlı birisi tərəfindən həmin maddələrin götürməsini gördüyünü və bu yolla da narkotik tərkibli maddələrin bir hissəsini ona deyilən yerlərə qoysa da, qalan hissəsini Təqsirləndirilən şəxs2 yaşadığı Yasamal rayonunda yerləşən mənzilində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvəllərdə bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, Hacıbalaya da buna görə pul verdiyini, pulları üzərində aşkar edilmiş kart vasitəsilə əldə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 də şifahi sorğu zamanı oxşar məzmunda izahat verərək də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təhqiqaçı V.Həsənquliyev tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti yekunlaşaraq onun tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş və aparılmış videoçəkiliş 1 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edildikdən sonra, o da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 yaşadığı Yasamal rayonu, H.Zərdabi küçəsi 71A, mənzil 132 ünvanında da narkotik tərkibli maddələrin qalan hissəsini saxladığını bildirdiyindən həmin mənzildə sübut əhəmiyyətinə malik ola biləcək maddələrin, digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq həmin mənzildə baxış və götürmə aparılması zərurəti yaranmışdır. Bununla bağlı, Təqsirləndirilən şəxs2 yaşadığı Yasamal rayonu H.Zərdabi küçəsi 71A, mənzil 132 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazıb imzalamış və təhqiqatçı V.Həsənquliyev mənzilə baxış və götürmə aparılması haqqında qərar qəbul edərək Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi K.Bağırovun həmin qərarla tanış etmişdir. Bundan sonra isə təhqiqatçı V.Həsənquliyev, o, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, eləcə də Təqsirləndirilən şəxs2, onun müdafiəçisi K.Bağırov, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi M.Şahmarov birlikdə Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi 71A, mənzil 132 ünvanına gəlmişlər və orada baxış keçirilməzdən əvvəl, təhqiqatçı V.Həsənquliyev həmin mənzildə olan Şahid4 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar küçədə şübhəli şəxs qismində saxlanıldıqlarını və onları BNMİ-nə aparılaraq üstlərinə şəxsi axtarış aparılarkən hər birindən narkotik vasitələr aşkar edilərək götürüldüyünü və eyni zaman da, Hacıbala və Vüsalın etiraf edərək qeyd olunan mənzildə də narkotik vasitələr saxladıqlarını və mənzildə baxış və götürmə aparılacağı bildirilmişdir. Şahid4 da mənzilə baxış və götürmə aparılmasına etiraz etməmiş və razılıq verərək bununla bağlı ərizə yazıb təqdim etmişdir. Ünvana baxış keçirilən zaman baş əməliyyat müvəkkili Şahid2 tərəfindən «Sony» markalı video aparatla videoçəkilişin aparılacağı barədə elan edilmiş və bununla bağlı heç bir etiraz daxil olmamışdır. Mənzilə baxış dəhlizindən başlanılmış, ünvana baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı həmin mənzildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2, narkotik tərkibli maddələri həmin mənzildə yataq otağında saxladığını bildirib, öz yataq otağına daxil olaraq orada olan yataq çarpayısının altından 1 ədəd qara rəngli idman çantasını çıxraraq təqdim etmişdir. Həmin otaqda çantaya baxış keçirilməsi üçün şərait olmadığından, baxış qonaq otağında davam etdirilmişdir. Həmin idman çantasına baxış keçirilən zaman onun içindən 1 ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 1 ədəd sellofan bağlamada heroinə bənzər kütlə, ümumi sayı 50 ədəd olmaqla üzərində “Metadon-40” yazısı həkk olunmuş həblər və ümumi sayı 3735 ədəd olmaqla üzərində “Preqabalin-150” yazısı həkk olunmuş həblər aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər və tiryəkə bənzər kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə onlar sıfırlanmış halda elektron tərəzidə çəkilərək, içərisində tiryəkə bənzər kütlə olan bağlamanın çəkisinin 711 qram, içərisində heroinə bənzər kütlə olan bağlamanın isə çəkisinin 2 kq 881 qram olması müəyyən edildikdən sonra, həmin bağlamalar və həblər qara rəngli idman çantasına qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddəlləri 2022-ci ilin yanvar ayının əvvəlində Salyan rayonu ərazisindən “Rizvan” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etdiklərini, həmin şəxsin nömrəsini telefonlarında qeyd etdikləri, götürdükləri maddələrin bir hissəsini deyilən yerlərə qoymalarını, bunun müqabilində isə pul qazanaraq aralarında bölmələrini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadıqlarını və bu əməllərindən heç kimin məlumatının olmamasını bildirmişlər. Bundan sonra mənzilin digər otaqlarına baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış və götürmə hərəkəti yekunlaşdıqdan sonra, təhqiqatçı V.Həsənquliyev tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş və aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülüb, həmin protokola əlavə edilməklə o da, baxışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündən, eləcə də Təqsirləndirilən şəxs2 mənzilindən aşkar olunub götürülmüş maddələr təhqiqatçı V.Həsənquliyev tərəfindən ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəylərə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üstündən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə 10,287 qram qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş həblərin metadon tərkibli dərman preparatı olmaqla həmin 10 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Həmçinin, həmin rəyə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 üstündən aşkar olunubgötürülmüş 1 ədəd bükümdə 5,527 qram qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş həblərin metadon tərkibli dərman preparatı olmaqla həmin 10 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Bununla yanaşı, həmin rəyə əsasən müəyyən oldu ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilindən aşkar olunub götürülmüş çantanın içərisindəki 1 ədəd bağlamada təmiz çəkisi 2845,2 qram olan qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 698,4 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, həmçinin üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 50 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatları olmaqla həmin 50 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir, eləcə də üzərində «Preqabalin 150» markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd parıncı–göy rəngli kapsullar preqabalin tərkibli dərman preparatı olmaqla həmin 3735 ədəd kapsulların hər birində 0,15 qram olmaqla preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edir. Eyni zamanda, həmin rəyə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi çəkisi 2 kq 850,727 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Eləcə də, Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metodon tərkibli həblərin təsiredici maddəsinin miqdarına və xarici görnüşünə görə eynidirlər. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3. və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin olması öz təsdiqini tapdığından, həmin faktla bağlı toplanmış material istintaq və ərazi aidiyyətı üzrə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və güclü təsir edən maddəni əldə etdikləri mənbəni və bilavasitə Təqsirləndirilən şəxs1 göstərdiyi qaydada İran İslam Respublikası vətəndaşı olan «Rizvan» adlı şəxsin şəxsiyyətini, həmin “Rizvan” adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qeyd olunan narkotik vasitə və güclü təsir edən maddəni qoyan şəxsi, Yasamal rayonu ərazisindəki, «Vəhabilər» məscidi deyilən yerin yaxınlığında zibilliyin kənarına və digər yerlərə qoyulmuş narkotik tərkibli maddələri və onları götürən orta yaşlı şəxsin və ya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və güclü təsiredici maddəni almış digər şəxslərin barəsində, eləcə də həmin faktları müşahidə edən şahidlərin üəyyən edilməsi üçün onun tərəfindən, eləcə də xidmət etdiyi idarənin digər əməkdaşları tərəfindən bir sıra təxirəsalınmaz əməldiyyat-axtarış tədbirləri həyata keçirilmişdir, lakin müsbət nəticələr əldə etmək mümkün olmamışdır (cild 01, iş vər 6- 11). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 yanvar 2022-ci il tarixdə saat 01:20 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X7 iştirakı ilə tutulmuşdur. 20 yanvar 2022-ci il tarixdə DİN BNMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanın yaxınlığında keçirilmiş əməliyyta-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikləri nəzərə alınmaq, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 20 yanvar 2022-ci il tarixdə saat 00:35 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild 1, iş vər. 23). “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 yanvar 2022ci il tarixdə saat 01:45 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X12 iştirakı ilə tutulmuşdur. 20 yanvar 2022-ci il tarixdə DİN BNMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanın yaxınlığında keçirilmiş əməliyyta-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikləri nəzərə alınmaq, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 20 yanvar 2022-ci il tarixdə saat 00:35 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild 1, iş vər. 47). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:35-də Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi ev 71A ünvanın yaxınlığında piyada hərəkət edən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 02:00-da üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə qablaşdılması ilə birlikdə 6,6 qram çəkidə olan qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin və bir konvalyutda 10 ədəd üzərində “metadon-40” yazısı həkk olunmuş həblər, arxa sol cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və 1 ədəd Nokia markalı mobil telefonu, sol yan cibindən 40 manat pul, əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən isə yaşadığı evin açarının aşkar edilməsi, 40 manat pulun və açarın Təqsirləndirilən şəxs2 özünə qaytarılması, digər əşyaların qablaşdırılaraq götürülməsi, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1(bir) ədəd şəxsiyyət vəsiqəsini, arxa sağ cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, əynindəki qısaqol gödəkcəsinin sol yan cibindən 1 ədəd üzərində **********312684 rəqəmləri olan plastik bank kartı, 1 list Metadon-40 sözünün əks olduğu həblər, 68 manat pul və bir ədəd sellofan bükümdə qablaşdılması ilə birlikdə 11,2 qram çəkidə olan qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilməsi, 68 manat pulun Təqsirləndirilən şəxs1 qaytarılması, digər əşyaları qablaşdırılaraq götürülməsi barədə 3 nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1tn özlərinin və vəkilinin iştirakı ilə DİN-in BNMİ-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı vidokameradan istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir (cild 01, iş vər. 51-55, 224-226). İşdə olan Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 71A, 132 saylı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 57). “Baxış keçirilməsi və götürmə haqqında” 20 yanvar 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:30-da Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.ünvan 9 ünvana, eyni olaraq həmin mənzildə yaşayan Şahid4 razılığı və icazəsi ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 aid yataq otağındakı çarpayının altından bir ədəd qara rəngli idman çantasının içərisində bir ədəd sellofan bağlamada qablaşdırılması ilə birlikdə 711 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, digər bir ədəd sellofan bağlamada qablaşdırılması ilə birlikdə 2 kq 881 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, ağ rəngli sellofan torbada içərisində ümumi sayı 3735 ədəd üzərində “Preqabalin-150” markalanma göstəricisi olan kapsullar və 50 ədəd üzərində “Methadone 40” markalanma göstəricisi olan həblərin aşkar edilərək götürülməsi barədə 3 nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 özlərinin və hər ikisinin vəkillərinin, həmçinin R.Məmmədzadənin iştirakları ilə DİN-in BNMİ-nin təhqiqatçısı polis kapitanı V.Həsənquliyev tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən baxış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı vidokameradan istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir (cild 01, iş vər. 60-62, 227-228). Məhkəmə-kimyəvi ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/281 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə 10,287 qram qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 10 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qramdır(həblərin üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram olmaqla) Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə 5,527 qram qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 10 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qramdır(həblərin üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram olmaqla) Təqsirləndirilən şəxs2 yaşadığı mənzilində çantanın içərisində aşkar olunub götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi 2845,2 qram qəhvəyi rəngli toz şəkilli maddə maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 698,4 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində «Mathadone-40» markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 50 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblərin metadon tərkibli dərman preparatlarıdır və 50 ədəd həbdə metodonun təsiredici maddəsinin ümumi miqdarı 2 qramdır.(həblərin üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram metodon olmaqla) Üzərində «Preqabalin 150» markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 3735 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 560,25 qramdır (konvalyutun üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi çəkisi 2850,727 qram (2 kq 850,727 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərlərdən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metodon tərkibli həblərin təsiredici maddəsinin miqdarına və xarici görnüşünə görə eynidirlər. 28 iyun 205-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»-in İ siyahısına, metodon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri»-in İİ siyahısına daxildirlər. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxildirlər. Göstərilən rəyin qeydinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroinin 0,1 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 10,187qram, metodon həblərinin 1 ədədi tədqiqata sərf edildiyindən qalığı 9 ədəd metodon həbi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinin 0,1 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 5,427qram, metodon həblərinin 1 ədədi tədqiqata sərf edildiyindən qalığı 9 ədəd metodon həbi, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən götürülmüş heroinin 0,2 qram cəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 2845,0 qram, tiryəkin 0,3 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 698,1 qram, metodon həblərinin 10 ədədi tədqiqata sərf edildiyindən qalığı 40 ədəd metodon həbləri, preqabalin həblərinin 14 ədədi tədqiqata sərf edildiyindən 3721 ədəd preqlabin həbləri təşkil edirlər (cild 01, iş vər 74-80). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 94-96). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 107-109). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-44/2022 saylı 21 yanvar 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs oğlunun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 136-137). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-199/2022 saylı 09 mart 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 138-139). İşdə olan Təqsirləndirilən şəxs1 bacısı Vüsalə Babayevaya məxsus **********312684 plastik kartının «Kapital Bank»ın Astara rayon filialının xx.xx.2022-ci il tarixli «ödəniş kartı üzrə çıxarış»dan görünür ki, həmin plastik kartının hesabına «Online Credit» xidməti vasitəsilə xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat mədaxil edilməsi və köçürlmüş pullar məxaric olunduğundan kartın balansında yalnız 0,30 manat qalıq qalmışdır (cild 01, iş vər. 218-219). Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 kənd ərazisində yaşadığı müddət ərzində barəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vərəqə 221). Cinayət işinin materiallarına əlavə olunmuş X4 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı övladı vardır (cild 01, iş vər. 223). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla Astara Rayon Məhkəməsinin 15 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 2 il islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 229-231). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 232-233). Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti Başçısının Səncərədi kənd qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənd ərazisində yaşadığı müddət ərzində barəsində Astara Rayon İcra Hakimiyyəti Başçısının Səncərədi kənd qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vərəqə 235- 236). İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən verilmiş 271024 №-li vəsiqədən görünür ki, X22 2-ci dərəcə əlillik təyin edilmişdir (cild 01, iş vər. 237). Cinayət işinin materiallarına əlavə olunmuş X23 və X13 məxsus AZ-İİİ № 869413, AZ-İİİ № 218677 saylı doğum haqqında şəhadətnamələri və Azərbaycan Respublikası vətəndaşının AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladı vardır (cild 01, iş vər. 240-242). İşdə olan “mobil telefonlara baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən xx.xx.2022-ci il tarixdə X8 tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində götürülmüş 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı, eləcə də eyni olaraq həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefonlarına tərəfimdən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş protokol əsasında keçirilmiş bazxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 götürülmüş “Nokia” markalı mobil telefon TA-1034 modellidir, imei-kodu **********01818 və **********01817 nömrəlidir, Vyetnamda istehsal olunub, korpusu qara rəngli plastmasdan, ekran isə şəffaf plastik materialdan hazırlanmışdır, enerji daşı üzərindədir, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul edir, işlək vəziyyətdədir, üzərində 2 simkar nömrəsi üçün yuvacıq var, yuvacağın birində sim-kart yoxdur, digər yuvacıqda isə «Azercell» mobil operatoruna məxsus 051 665-79- 79 nömrəli sim-kart yerləşdirilib. Həmin telefonun yığılan zənglər bölməsində nömrələr yoxdur, qəbul edilən zənglər bölməsində isə xx.xx.2022-ci il tarixdə saat 22:57-də ********** mobil nömrə, saat 19:52-da ********* mobil nömrə, saat 19:50-da ********** mobil nömrə, saat 19:29-da ********** mobil nömrə, saat 19:11-də «Rövşən Ramal» kimi qeyd edilən 051 923-66-66 mobil nömrə, saat 18:15-də ********** mobil nömrə, saat 14:51-də 050 ******* mobil nömrə, saat 14:30də «Kamran iş» kimi qeyd edilən ********** mobil nömrə, saat 10:05-də 050 ******* mobil nömrə, eləcə də cavabsız zənglər bölməsində xx.xx.2022-ci il tarixdə saat 23:51-də «dədə» kimi qeyd edilən 050 ******* mobil nömrə, saat 19:49-da 051 ******* mobil nömrə, saat 12:24-də «Zamiq iş» kimi qeyd edilən 050 ******* mobil nömrə, xx.xx.2022-ci il tarixdə saat 17:27-də «Elnur Ulvi» kimi qeyd edilən 050 ******* mobil nömrə şəxsə, xx.xx.2022-ci il tarixdə saat 14:18-də 050 ******* mobil nömrəyə, xx.xx.2022-ci il tarixdə saat 15:56-də «Fariz Cavid» kimi qeyd edilən 050 ******* mobil nömrə, xx.xx.2022-ci il tarixdə saat 17:24-da ********** mobil nömrədən zənglərin gəlməsi qeydə alınmışdır. Həmin mobil telefonun yaddaşında olan «Mesajlar» bölməsində baxış keçirildikdə iş üçün əhəmiyyətli olan narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən məzmunda ola biləcək hər hansı bir SMS yazışmaları aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung” markalı mobil telefon sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Galaxy A8+ 2018» markalı, SM- A730F» modellidir, imei-kodu **********89734 və **********99732 nömrəlidir, Çində istehsal olunub, korpusu qara rəngli plastmasdan, ekran isə şəffaf plastik materialdan hazırlanmışdır, enerji daşı üzərindədir, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul edir, işlək vəziyyətdədir, üzərində 2 sim-kart nömrəsi üçün yuvacıq var, yuvacağın birində sim-kart yoxdur, digər yuvacıqda isə «Azercell» mobil operatoruna məxsus 051 ******* nömrəli sim-kart vardır. «Zənglər» bölməsində xx.xx.2020-ciil tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan çox saylı ümumi zənglər qeydə alınmışdır.Həmin zənglər arasında xx.xx.2020-ci il tarixdə saat 17:53-də “Rizvan Pikab” adlı şəxsin istifadəsində olmuş +**********62 nömrəyə zəng olunmuşdur. Həmçinin, mütəmadi olaraq «Vüsal dost» kimi qeyd olunmuş şəxsin, yəni Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 ***-**-** sim-kart nömrəsi ilə qarşılıqlı olan çox saylı danışıqlar aparılaraq, sonuncu danışıq xx.xx.2022-ci il tarixdə saat 19:31-də Təqsirləndirilən şəxs1 tərəfindən icra edilərək 12 saniyə ərzində aparımışdır. Bundan başqa, telefonun “kontaklar” bölməsində ümumilikdə 414 kontakt nömrəsi vardır və onların arasında “Rizvan” adlı şəxsin +**********24, “Rizvan Pikab” adlı şəxsin +**********62 və «Vüsal dost» kimi qeyd edilən şəxsin nömrəsi ********** kimi qeyd edilmişdir. «Mesajlar» bölməsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları aşkar edilmədi. Telefonda «Whatsapp» proqramı movcud deyildir. Sosial şəbəkələrdən «Teleqram» və «Snapchat» adlanan proqramlar var, həmin proqrama olan yazışmalara baxış keçirildikdə onların arasından narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları aşkar edilmədi. Həmin mobil telefona keçirilmiş baxış zamanı «Qalereya» bölməsində və telefonun yaddaşının digər hissələrində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir fotoşəkil və ya səsyazma parçaları aşkar edilmədi. Bundan başqa, şübhəli şəxs Təqsirləndirilən şəxs1 götürülmüş «Samsung” Galaxy A50” markalı mobil telefon SM-A505FN/DS modellidir, imei-kodu **********01818 və **********01817 nömrəlidir, Vyetnamda istehsal olunub, korpusu qara rəngli plastmasdan, ekran isə şəffaf plastik materialdan hazırlanmışdır, enerji daşı üzərindədir, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul edir, işlək vəziyyətdədir, üzərində 2 simkar nömrəsi üçün yuvacıq var, yuvacağın birində sim-kart yoxdur, digərində isə bir ədəd ********** nömrəli SİM danışıq kartı var. Telefonun “kontaklar” bölməsində ümumilikdə 308 kontakt nömrəsi vardır və onların arasında “Rizi” adlı şəxsin +**********62, “Rizivan Dost» adlı şəxsin +**********16 və Rizivan Dugu» adlı şəxsin +**********24, eləcə də Təqsirləndirilən şəxs2 aid olan «Hacı 504» 051 ******* və «Hacı Qardaş» 055 300 48-05 saylı nömrələri qeyd edilmişdir. «Zənglər» bölməsinə baxış keçirildikdə xx.xx.2020-ciil tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan çox saylı ümumi zənglər qeydə alınsa da, onların arasında “Rizi”, “Rizivan Dost», Rizivan Dugu», «Hacı 504» və «Hacı Qardaş» adı altında abonentlərlə aparılmış zənglər aşkar edilmədi. «Mesajlar» bölməsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları aşkar edilmədi. Telefonda sosial şəbəkələrdən «Whatsapp» və «İnstaqram» adlanan proqramlar var və «İnstaqram» adlanan həmin proqrama olan yazışmalara baxış keçirildikdə onların arasından narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları aşkar edilmədi. «Whatsapp», proqrama olan yazışmalara baxış keçirildikdə onların arasında «Hacı 504» adlı abonentlə SMS yazışmaları və zənglər aşkar edildi, lakin həmin yazışmalar arasında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir SMS aşkar edilmədi. Həmin mobil telefona keçirilmiş baxış zamanı «Qalereya» bölməsində və telefonun yaddaşının digər hissələrində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir fotoşəkil və ya səsyazma parçaları aşkar edilmədi. Bununla da, yuxarıda göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs2 götürülmüş üzərində 051 6657979 saylı sim-kart nömrəsi olan 1 ədəd “Nokia” markalı «TA-1034» modellidir, **********01818 və **********01817 imei-kodlu və üzərində 051 ******* saylı sim-kart nömrəsi olan 1 ədəd «Samsung Galaxy A8+ 2018» markalı, «SM-A730F» modelli, **********89734 və **********99732 imei-kodlu, eləcə də Təqsirləndirilən şəxs1 götürülmüş ********** saylı sim-kart nömrəsi olan 1 ədəd «Samsung” Galaxy A50” markalı «SM- A505FN/DS» modelli, **********01818 və **********01817 imei-kodlu mobil telefonlar iş üçün əhəmiyyət kəsb etmədiklərindən tərəfimdən xx.xx.2022-ci il tarixli qərar əsasında maddi sübut kimi tanınması rədd edilməklə onlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 halhazırda həbsdə saxlanıldıqlarından yaxın qohumlarına təhvil verilmişdir (cild 01, iş vər. 2-3). Ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 şəxsin Ambulator X1 1188 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilakitik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 29-30). Ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 şəxsin Ambulator X1 1189 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyinldən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 31-32). Məhkəmə psixiatrik ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X9 Publik Hüquqi şəxsin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 657 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 34-35). Məhkəmə psixiatrik ekspertizasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X9 Publik Hüquqi şəxsin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 659 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 37-39). «Ayrıca icraata cinayət işinin ayrılması haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri külli miqdarda ümumi çəkisi 2861,014 qram olan narkotik vasitə heroini və küli miqdarda ümumi çəkisi 698,4 qram olan narkotik vasitə tiryəki, eləcə də metadon güclü təsiredici maddəsinin ümumi miqdarı 2,08 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdı 70 ədəd narkotik vasitə hesab olunan dərman preparatını və külli miqdarda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd güclü təsir edən dərman preparatının mənbəsinə və həmin mənbəyə aid olan şəxsiyyəti istintaqa məlum olmayan “Rizvan” adlı İran İslam Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılmışdır (cild 01, iş vər. 125-127). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə, yəni , qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və güclü təsir edən maddələri əldə edib üzərində saxlamaqla daşımaqda təqsirli olmalararı onların özlərinin qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli hesab edərək, Təqsirləndirilən şəxs2 yaşadığı evdə aşkar olunmuş çantada yalnız “lirika” adı ilə tanınan güclü təsir edən maddə preqabalinin olduğu, Təqsirləndirilən şəxs1 üzərindən və Hacıbala Məmməzadənin yaşadığı evdən aşkar edilmiş 2861,014 qram (2kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin, 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan külli miqdarda tiryək və “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə narkotik vasitə hesab olunan külli miqdarda metadonun polis əməkdaşları tərəfindən onlara sonradan verildiyi və özlərini narkotik güclü təsir edən maddə, narkotik vasitə və ya psixotrop maddələrin vasitələrin satışı ilə məşğul olmadıqlarına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan və özlərinin narkotik vasitə və narkotik tərkiblik maddə əldə etdikləri “Rizvan” adlı İran islam Respublikası vətəndaşı olan şəxsin onlara qazanc əldə etmək məqsədilə deyilən yerlərə qoymaqla, həmin narkotik vasitə və narkotik tərkibli maddələrin satışı ilə məşğul olduqlarına dəlalət edən qismən etiraf edici ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkarlanıb götürülmüş 560,25 qram təşkil edən “Preqabalin 150” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 3735 ədəd narıncı-göy rəngli kapsullarda güclü təsir edən maddə hesab olunan preqabalin, metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 70 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblərdə narkotik vasitə hesab olunan metadon, 698,4 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə olan narkotik vasitə hesab olunan tiryək və 2861,014 qram (2kq. 861,014 qram) təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin olmaqla müxtəlif növlərdə olmaqla külli miqdarda olmaları əlamətini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” 20 yanvar 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni ona deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, təxminən 2 il öncə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Rizvan” adlı şəxsin vasitəsilə 2022-ci ilin yanvar ayının əvvəllərində Salyan rayonu ərazisində gizlədilmiş yerdən götürdüyü, 09 yanvar 2022-ci il tarixdə Yasamal rayonu ərazisindəki Vəhabilər məscidi deyilən yerin yaxınlığında zibilliklərdən birinin kınarında da narkotik tərkibli maddələri qoymasını, orta yaşlı birisi tərəfindən həmin maddələrin götürülməsini gördüyünü, bir hissəsi ona deyilən yerlərə qoysa da, qalan hissəsini Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində yaşadığı mənzilində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin qazanc əldə etmək olduğunu, əvvəllər də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoydyğunu, Təqsirləndirilən şəxs2 də buna görə pul verdiyini, pulları üzərində aşkar edilmiş kart vasitəsilə əldə etdiyini, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini deməsinin, həmçinin X2 eyniməzmunlu ifadələr verərək, daha sonra Yasamal rayonu ərazisində yerləşən yaşadığı mənzilə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs2 narkotik tərkibli maddələri həmin evdə yataq otağında saxladığını bildirməklə, həmin narkotik tərkibli maddələri təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, həmin maddələri 2022-ci ilin əvvəlində Salyan rayonu ərazisindən “Rizvan” adlı İran İslam Respublikasl vətəndaşının vasitəsi ilə əldə etdiklərini, göterdüyü maddələrin bir hissəsini ona deyilən yerlərə qazanc əldə etmək məqsədilə qoymasını deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiələri onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin onlara qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər təqxsirləndirilən şəxslər, istər onların vəkilləri ibtidai istintaq dövründə hüquqlarının müdafiəsi üçün belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və və eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri bu halı hər hansı bir dəlillə əsaslandırmamışlar və ya izah etməmişlər. Eyni zamanda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclaslarında izahatlarında onlara qarşı sürülmüş ittihamda özlərini təqsirli bilərək, törətdikləri əməllərindən peşman olduqlarını və barələrində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində onlara azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlar, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları 20 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Maddi sübutlar: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - heroinin 10,187 qram, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - narkotik vasitə hesab olunan heroinin 5,427qram, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - narkotik vasitə hesab olunan heroinin 5,427 qramı, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən baxış zamanı götürülmüş narkotik vasitə hesab olunan heroinin 2845,0 qramı, vasitə hesab olunan tiryəkin 698,1 qramı, vasitə hesab olunan metodon həblərinin 40 ədədi və güclü təsir edən preqabalin kapsullarının 3721 ədədi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və Kapital Bank»-a aid **********312684 nömrəli 1 ədəd plastik kartı və həmin plastik kartın bank hesabının dövriyyəsinə aid «Kapital Bank»-ın “Astara rayon Filialı”-nın xx.xx.2022-ci il tarixli «ödəniş kartı üzrə çıxarış»-ı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il 06 (altı) azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - heroinin 10,187 qram, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - narkotik vasitə hesab olunan heroinin 5,427qram, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış, - narkotik vasitə hesab olunan heroinin 5,427 qram, metodon həblərinin 9 ədədi, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən baxış zamanı götürülmüş narkotik vasitə hesab olunan heroinin 2845,0 qram, vasitə hesab olunan tiryəkin 698,1 qram, vasitə hesab olunan metodon həblərinin 40 ədədi və güclü təsir edən preqabalin kapsullarının 3721 ədədi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və Капитал Bank»-a aid **********312684 nömrəli 1 ədəd plastik kartı və həmin plastik kartın bank hesabının dövriyyəsinə aid «Kapital Bank»-ın “Astara rayon Filialı”-nın xx.xx.2022-ci il tarixli «ödəniş kartı üzrə çıxarış»-ıcinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1178/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1178/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver