Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1178/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1996-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğı olmayan, Ağsu rayonu, Ağsu şəhəri, X9 küçəsi, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidаi araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda yəni 2,179 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış və 30 noyabr 2022-ci il tarixdə saat 18:00-da Suraxanı RPİnin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Al” marketin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan üzərində ağ xətlər olan qara rəngli gödəkcənin sol iç cibindən 04(dörd) ədəd şəffaf rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 0,951 qram, 0,575 qram, 0, 274 qram, 0,379 qram ümumi təmiz çəkisi 2,179 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o evlidir, iki azyaşlı uşaqları var, tutulmamışdan əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. Onu xx.xx.2022-ci il tarixdə axşam yaşadığı Hövsan qəsəbəsində yerləşən «Al Marketin» qarşısında 4 nəfər mülki geyimdə olan polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağından şübhələndiklərini bildirmişlər. O da etiraf etdi ki, heroindən istifadə edir, üzərində bir çet, yəni bir qramdan da az heroin vardır, onu öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparıb orada onda olan bükümə daha üç büküm əlavə edib bunları da cibinə qoymağı, üzərinə baxış zamanı ona məxsus heroin kimi bildirməyini tələb etmişlər. Hətta polislərdən biri oun üzünə sillə də vurmuşdur. Qorxduğu üçün üzərinə baxış zamanı 4 bükümü təqdim edərək onları bir gün əvvəl «Əhmədli» metrostansiyasının yanından tanımadığı şəxsdən 60 manata əldə etdiyini bildirmişdir. O, təhqiqatçıya, müdafiəçisinə, müstəntiqə, hətta barəsində həbs qətimkan tədbiri seçən hakimə heroinin hamısının ona məxsus olmadığını, bükümlərdən yalnız birinin ona aid olduğunu, ona polisin sillə vurmasını bildirməmişdir. Belə ki, üzərində və bədənində heç bir xəsarət olmamışdır. O, İT-da həkim müayinəsi zamanı heç bir şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 30 noyabr 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş, rəisin əmrinə əsasən ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin kiçik əməliyyat müəkkili polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat tədbirini keçirməklə həmin gün saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Al” marketin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. Orada onlar Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı polis mayoru Rəhman İsmayılova təqdim etmişlər. Sonuncu öz xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra dövlət hesabına müdafiəçi dəvət etmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq əynindəki üzərində ağ xətlər olan qara rəngli gödəkcənin sol iç cibindın bir ədəd şəffaf bükümü, əynindəki qara rəngli şalvarının sol yan cibindən “Samsung A 32” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin bükümün onun özünə məxsus olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 60 manat məbləğində pula almasını, tez-tez narkotik tapa bilmədiyi üçün bu narkotiki alıb istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində 4 ədəd bükümün olduğu müəyyən edilmiş, həmin bükümlər bir-bir açıldıqda isə tünd qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə bir zərfə qablaşdırılmış, baxışın iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Həmçinin keçirilmiş baxışın nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci i tarixdə keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmin tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna Şahid1la yanaşı o da təyin edilmişdir. Bundan sonra həmin gün saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Al” marketin qarşısına gedərək həmin ərazini müşahidəyə almışlar. Həmin vaxt xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin «Al» marketin qarşısında olduğunu görərək ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmiş, orada onu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarışı həyata keçirmişdir.Təqsirləndirilən şəxs özünün istəyi ilə müdafiəçi baxışda iştirak etməmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki üzərində olan qara rəngli gödəkcənin sol iç cibindın 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və əynindəki qara rəngli şalvarının sol yan cibindən “Samsung A 32” markalı mobil telefonu çıxardıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 60 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair tərtib edilmiş protokol iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də polisdə olduğu zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə nəzərdə tutulan əməli məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 noyabr 2022ci il tarixdə saat 18:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Al” marketin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan üzırində ağ xətlər olan qara rəngli gödəkcənin sol iç cibindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung A32” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki narkotik vasitə heroin olduğunu, heroini 60 manata Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar videoçəkilişi əks etdirən CD diskə baxış keçirilmiş, CD dikdə əks edilən halları Təqsirləndirilən şəxs təsdiq edərək, ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş və müdafiəçinin iştirakı ilə 30 noyabr 2022-ci il tarixdə verdiyi izahat və şübhəli şəxsin ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə «heroin» kimi tanıdığı narkotik vasitə heroin 60 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 30 noyabr 2022-ci il tarixdə saat 18:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Al” marketin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərinə keçirilmiş baxış zamanı 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və “Samsung A 32” markalı mobil telefonu təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən də müəyyən olunur ki, onun üzərindən aşkar edilmiş 4 büküm heroin ona məxsus olmaqla ona qarşı heç bir fiziki və mənəvi təzyiqlər olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 6/6844 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut.......”sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmzi çəkisi 0,951 qram, 0,575 qram, 0,274 qram, 0, 379 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş üç ədəd bükümdə təmiz çəkiləri 0,951 qram, 0,575 qram, 0,274 qram(1-3№-li oby.) olan heroinlər kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynidir, bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram (4 №-li oby.) olan heroin digər bükümlərdə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1245 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhəkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 525 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 32” markalı, içərisində ***-***-**-** nömrə olan mobil telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən zənglər, sms yazışmalar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu RŞ-nin xx.xx.2023-cü il tarixli, 098-2869/222 saylı məktbundan müəyyən olunur ki, ibtidai araşdırma orqanının tapşırığına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə aldığı şəxsi və mənbyi müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi barədə heç bir məlumat olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 32” markalı mobil telefon əmisi oğlu X5 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən material ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 1,979 qram heroin Bakı şəhəri Suraaxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağsu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 1772.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Ağsu rayon İcra və Probasiya şöbsindən alınmış 18 mart 2023-cü il tarixli, 080/2023 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cəriməsini tam şəkildə ödədiyi üçün o Ağsu rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlama və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi onu saxlayan polis əməkdaşların ifadələri ilə yanaşı, pols şöbəsinin ibtidai araşdırma orqanının tapşırığına əsasən verdiyi məktubla, məhkəmədə şəxsi axtarış və götürməni əks etdirən CD diskə baxış keçirilməklə, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olması barədə məhkəmə-narkoloji ekspertiza rəyi və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər metrialları ilə tam təkzib olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlini inkar etməsi ilə bağlı ifadəsini həqiqətə uyğun olmayan, digər mötəbər sübutlarla təkzib edilən ifadə kimi qiymətləndirir, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ardıcıl ifadələrini isə həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 30 noyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1,979 qram olan heroin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1,979 qram olan heroin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1178/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1178/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver