Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1178/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X8 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Sadıqcan küçəsi, ev 31-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Hərbi şəhərcik ev 37, mənzil 23-də yaşayan, barəsində 04 dekabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 311.3.2 və 317-1.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar tərəfindən ediləcək qanunsuz hərəkətlərə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən almış, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə vermişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli 436/K nömrəli əmri ilə Penitensiar Xidmətdə kiçik rəis heyətinə qulluğa qəbul olunaraq Zərərçəkmiş şəxs rejim nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə təyin edilib 25 may 2022-ci il tarixdən həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2022-ci il tarixli 19-T nömrəli əmri ilə təsdiq edilərək xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında” Təlimata əsasən məhkumlardan onlar üçün müəyyən olunmuş vəzifələrin və davranış qaydalarının yerinə yetirilməsini tələb etmək, rejim pozuntularına yol vermiş, cinayət etməyə cəhd edən və ya cinayət törətmiş şəxsləri saxlamaq və onları müəssisə rəisinin növbətçi köməkçisinin yaxud müdiriyyətin obyektdə olan nümayəndəsinin yanına gətirmək, məhkumlar üzərində axtarış aparmaq, onların yerləşdiyi və işlədiyi yerlərə baxış keçirmək, şəxsi əşyalarını yoxlamaq və cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş əşyaları götürmək, eləcə də öz vəzifələrini dəqiq bilmək və onları yerinə yetirərkən yüksək dərəcədə sayıqlıq, cəsarət və çeviklik göstərmək, xidmət üzrə tabe olduğu şəxslərdən aldığı əmr və göstərişləri sözsüz və dəqiq yerinə yetirmək, qanunçuluğa ciddi əməl etmək, məhkumların ləyaqətini alçaldan hallara yol verməmək, məhkumların törətdikləri rejim pozuntularının, cinayət hərəkətlərinin qarşısını qətiyyətlə almaq, növbədə olan nəzarətçilərə öz postunu tərk etməmək, xidmətdən yayınmamaq, məhkumlarla, onların qohumları ilə, digər şəxslərlə xidmətdən kənar əlaqəyə girməmək, habelə onların xidmətlərindən istifadə etməmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni əlavə qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2023-cü ilin fevral ayının əvvəllərində növbəli şəkildə nəzarəti həyata keçirdiyi Zərərçəkmiş şəxs 08 saylı rejim korpusunun 67 saylı kamerasında saxlanılan, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1 və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid2 xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə, yəni “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları”na əsasən istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyanın, yəni mobil telefon və mobil operatorlarda qeydiyyatdan keçmiş sim kartların yoxlamadan gizlətməklə özlərinə vermək, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni onlar üçün müəyyən olunmuş vəzifələrin və davranış qaydalarının yerinə yetirilməsini tələb etmək əvəzinə istifadəsi qadağan olunmuş həmin mobil telefonlardan fasiləsiz olaraq istifadə etmələrinə şərait yaratmaq müqabilində sonuncuların ona rüşvət qismində müəyyən məbləğdə pul verəcəklərinə dair vədlərini qəbul edib, həmin niyyətlə 2023-cü ilin fevral ayının əvvəllərində Şahid1 tanışı olub ona telefon nömrəsini verdiyi cinayətdən xəbərsiz "Nicat” adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki dairəsi” adlandırılan ünvanda xidmətdən kənar vaxtda görüşərək cinayətdən xəbərsiz X5 adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********94 nömrəli sim kart quraşdırılmış “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********89518, **********89516” “imei” kodlu mobil telefon cihazını və “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli “**********11668, **********1666” “imei” kodlu smartfon tipli mobil telefon cihazını ondan götürdükdən sonra öz adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********46 nömrəli sim kartı da qeyd edilən “Nokia" markalı mobil telefona quraşdırıb, xx.xx.2023-cü il tarixdə işə gələrək öz qulluq mövqeyindən istifadə edib “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları” ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********46 nömrəli və +**********94 nömrəli sim kartların quraşdırıldığı “Nokia" markalı mobil telefonu aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Zərərçəkmiş şəxs xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib həbsdə saxlanılan Şahid2 və Şahid1 vermiş, habelə öz qanunsuz hərəkətlərini inadla davam etdirərək təkrarən Şahid1 cinayətdən xəbərsiz anası X6 ilə Sumqayıt şəhəri ərazisində 2023-cü ilin mart ayının ortalarında görüşərək sonuncunun adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********99 nömrəli sim kartı ondan götürərək özündə saxladığı “Samsung Galaxy A31” markalı mobil telefona quraşdırıb xx.xx.2023-cü il tarixdə təkrarən öz qulluq mövqeyindən istifadə edib “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları" ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********99 sim kartın quraşdırıldığı “Samsung Galaxy A3T’ markalı mobil telefonu aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Zərərçəkmiş şəxs xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib həbsdə saxlanılan Şahid2 və Şahid1 verməklə xx.xx.2023-cü il tarixdə saat 11:15-də həmin kamerada keçirilmiş axtarış-baxış tədbirləri zamanı aşkar edilənədək həmin mobil telefonlardan istifadə etmələri üçün şərait yaratmış, cinayətkar vədini icra etdikdən sonra rüvşət almağa yönəlmiş niyyətini davam etdirərək öz istifadəsində olan «5261-6333-3359-9950» nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartının nömrəsini Şahid2 və Şahid1 təqdim etməklə həmin kart hesabına pul vəsaitələrinin köçürülməsini təşkil etmələrini tapşıraraq Şahid2 cinayətdən xəbərsiz atası X9 və Şahid1 cinayətdən xəbərsiz anası X6 tərəfindən “Million” və “Emanat" ödəniş terminalları vasitəsi ilə həmin plastik bank kartına xx.xx.2023-cü il tarixdə 20 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 50 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 20 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 55 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 21 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 30 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 20 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 30 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 40 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 10 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 20 manat, təkrarən xx.xx.2023-cü il tarixdə 20 manat cəmi 416 manat vəsaitinin köçürməsinə nail olmaqla maddi nemət olan pul vəsaitini birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, kiçik çavuş vəzifəsində xidmət etmiş, xidmətə daxil olarkən vəzifələrini bilmişdir. O, təcridxanaya mobil telefon keçirtsə də bu hərəkəti müqabilində heç kimdən rüşvət almamışdır. Öz hesabına məhbuslara siqaret, su, çay, qənd, yemək kimi məhsulların alınmasına xərclədiyi pul vəsaiti onların ailələri tərəfindən geri qaytarılmışdır. Mobil telefonun qanunsuz olaraq cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı hərəkətindən peşmandır. İşə yeni düzəldiyi üçün Təyyarın ona dediklərinə inanmış, Təyyar ona anasının xəstə olduğunu, evi ona görə satdıqlarını və ona bir-iki günlük telefon lazım olduğunu bildirmişdir. Mobil telefonu verməkdə onun heç bir marağı olmamış, onun həmin şəxsə yazığı gəlmiş, bu hərəkəti hər hansı pul müqabilində etməmişdir. Təcridxanada saxlanılan şəxslər həmin təcridxanada olan mağazadan ərzaq almaq imkanına malik olmuş, lakin pulları olmadığına görə həmin şəxslərə ərzağı o almışdır. Ərzaq almaqla bağlı təcridxananın rəhbərliyinə məruzə etməmişdir. Lakin aldığı ərzaqlar, həmin ərzaqlara görə ödənilməli olan məbləğ barəsində hər hansı qeyd aparmamışdır. O, ərzaqları yalnız Təyyara almış, məhbusların özləri onun aldığı ərzaqların pulunu qaytarmaq üçün valideynlərinə məlumat vermişdirlər. Onun məhbuslara xərclədiyi pul vəsaitlərini təsdiq edən hər hansı sənəd yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatından görünür ki, təqsirləndirilən şəxs işə daxil olduğu ilk gündən ona hüquq və vəzifələri izah edilmiş, həmin şəxs bu barədə iltizamları da imzalamışdır. Təqsirləndirilən şəxs gənc əməkdaş olduğu üçün qeyri-qanuni hərəkət etmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə zamanı o, Karsda olmuş və ibtidai istintaq dövründə ifadə verməmişdir. Təqsirləndirilən şəxs onların korpusunun nəzarətçisi olmuşdur. O, təcridxanada olarkən mobil telefon işlətmiş, mobil telefonu məhkəmədə olarkən yaxın tanışı ona vermişdir. Təyyar onun yaxın dostudur. Təyyarın mobil telefon işlətdiyindən məlumatlı olsa da onu kimdən əldə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən görmüş, onun kiməsə mobil telefon təşkil etməsini görməmişdir. Onun və yaxud Təyyarın qohumlarından kiminsə Elşadın bank kartına pul göndərməsindən xəbəri yoxdur. İbtidai istintaq vaxtı ona ağ kağız verilmiş və həmin sənədin imzalanması ondan tələb edilmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsindən xəbəri yoxdur. İbtidai istintaq dövründə Elşadla üzləşən zaman sonuncunu korpusun nəzarətçisi kimi tanıdığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Bakı Şəhəri Sabail Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 206.3.2; 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş və 12 iyul 2022-ci il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Zərərçəkmiş şəxsnda həbsdə saxlanılır. Hazırda cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Həbsdə saxlanıldığı təcridxanada məişət və kommunal şərait ilə tam olaraq təmin olunmuş, əməkdaşlar və təcridxanada həbsdə saxlanılan digər təqsirləndirilən şəxslər və ya məhkumlar tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmamışdır. Təxminən 2023-cü ilin fevral ayının əvvəllərində kamera yoldaşı Şahid1 nəzarətçi işləyən Təqsirləndirilən şəxs yaxınlaşıb onlara mobil telefon gətirməyini xahiş etmişdir. Elşad əvvəlcə onun bu təklifindən imtina etsə də, sonradan təkidlə ailəsində problem olduğunu bildirdiyi üçün o, buna razılıq vermişdir. Bundan sonra Təyyar ona bildirmişdir ki, Elşad onlara telefon gətirməyin qarşılığında 1000 manata yaxın pul istəyir. O da Təyyarla birlikdə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Təyyar ilə Elşadın arasında nə kimi danışıq olmasını eşitməmişdir. Bildiyinə görə Təyyar öz tanışına Elşadın nömrəsini vermiş, həmin şəxs də Elşada zəng vurub ona telefon və simkart vermişdir. Bundan bir neçə gün sonra təxminən 2023-cü ilin fevral ayının sonlarında gecə növbədə olan zaman Elşad içərisində ***-***-**-** nömrəli "xxxx" danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatını və həmin mobil telefonlara dair elektrik qidalandırıcını gətirib onlara vermişdir. Həmin telefonu onlar Təyyarla birlikdə gizlədib şərikli işlətməyə başlamışlar. Telefon gələn kimi onun tapşırığı ilə ailə üzvləri Təyyarın ona verdiyi bank hesabına 100 manat pul köçürmüşlər. Təyyarın dediyinə görə həmin hesab Elşada məxsus olmuşdur. Bir müddət işlətdikdən sonra “Nokia" markalı telefon xarab olduğu üçün Təyyar Elşaddan xahiş etmişdir ki, ona ailə üzvləri ilə danışmaq üçün smart tipli telefon gətirsin. O da onlara sonradan daxilində ***-***-**-** nömrəli “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı telefon gətirmişdir. Fevral ayından iyun ayına qədər şəxsən onun tapşırığı ilə ailə üzvləri Təyyarın ona verdiyi bank hesabına hissə-hissə olmaqla ümumilikdə 600 manat pul köçürmüşlər, Təyyarın dediyinə görə onun ailə üzvləri də 310 manat pul köçürmüş, ümumilikdə 910 manat pul köçürülmüşdür. O, həmin pulların dəqiq olaraq Elşada çatıbçatmamasını bilmir, sadəcə kamera yoldaşı Təyyarın sözlərinə inanıb pulu hesaba köçürtmüşdür. 06 iyun 2023-cü İl tarixdə təxminən saat 11:15 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 8 saylı rejim korpusunun 67-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada axtarış-baxış tədbirləri keçirməyə başlamışlar. Axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı hissəsindən kustar üsulla hazırladıqları gizli saxlanc yerindən məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan kamera yoldaşı Şahid1 məxsus daxilində ***-***-**-** nömrəli “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı və ona məxsus daxilində ***-***-**-** nömrəli "xxxx" danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatları və həmin mobil telefonlara dair elektrik qidalandırıcıları aşkar edilərək götürülmüşdür. Sonradan onun, kamera yoldaşı Şahid1 və hal şahidlərinin iştirakı ilə təcridxananın əməkdaşları tərəfindən protokol tərtib olunmuş, aşkar edilərək götürülmüş daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatları qablaşdırılaraq möhürlənib protokola əlavə edilmiş və protokolla bütün iştirakçılar tanış olandan sonra doğruluğu imzaları ilə təsdiq etmişlər. Onlarda telefon olmasından digər nəzarətçilərin xəbəri olmamışdır. Onlar iki nəfərlik kamerada qalırmışlar. Bundan sonra barələrində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırma aparılmışdır. Şəxsən özünün Elşadla arasında pul söhbəti olmamışdır. O, pulu ancaq köçürmə yolu ilə Təyyarın dediyi hesaba vurmuşdur. O, Təyyarı hələ tutulmazdan əvvəl tanıyır, inanmır ki, Təyyar onu aldatsın. Yəqin ki, həqiqətən də pul Elşada çatmışdır. Ailə üzvlərinin pulu köçürdüyü bank kartının nömrəsini xatırlamır. Daxilində ***-***-**-** nömrəli "xxxx" danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatından istifadə edərək bir neçə dəfə atası Habilin istifadəsində olan ***-***-**-** saylı, dostu Vüqarın ***-***-**-** saylı, xalası oğlu Elşənin istifadəsində olan ***-***-**-** saylı, dostu Nurlanın istifadəsində olan ***-***-**-** saylı, tanışı Cavidanın istifadəsində olan ***-***-**-** saylı və əmisi oğlu Həsənqulunun istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq onlarla əlaqə saxlayaraq danışmışdır. Həbsdə saxlanıldığı təcridxanada həbsdə saxlanılan təqsirləndirilən şəxslərə və cəza çəkən bütün məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Bütün təqsirləndirilən şəxslər və məhkumlar bilir ki, mobil telefon həmin qadağan edilmiş əşyalardandır və onun saxlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Onda mobil telefon aparatının və danışıq kartının olması barədə kamera yoldaşı Şahid1 başqa onunla birlikdə təcridxanada həbsdə saxlanılan təqsirləndirilən şəxslərdən, cəza çəkən məhkumlardan heç birinin məlumatı olmamış, həmin mobil telefon aparatı və danışıq kartında olan zaman özlərindən başqa heç kim istifadə etməmişdir. Həbsdə saxlanıldığı kamerada Şahid1 başqa heç kim həbsdə saxlanılmamış, cəza çəkməmişdir, Onunla təxminən bir ilə yaxındır ki, bir kamerada ikisi həbsdə saxlanılırlar. Şahid2 məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyətlərlə əlaqədar bildirmişdir ki, ona qarşı fiziki və psixi təzyiq tətbiq olunduğundan ibtidai istintaq dövründə iştirak etdiyi dindirmə və üzləşdirmə istintaq hərəkəti protokollarını oxumadan imzalamışdır. Mobil telefonu ona məhkəmədə qohumları vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə, Zərərçəkmiş şəxsnda saxlanılan şəxslərin mobil telefondan istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə Təcridxananın 8 saylı korpusun 67-ci kamerasında axtarış keçirilmiş, axtarış zamanı sanitar qovşağın plastmas qapısının aşağı hissəsində iki ədəd mobil telefon aşkar edilmişdir. Təyyar və Asəf adlı şəxslər dindirilərkən mobil telefonların Təqsirləndirilən şəxs tərəfindən gətirildiyi bildirilmişdir. Təqsirləndirilən şəxslərin hər ikisi mobil telefonlara görə Elşada 910 manat pul verdiklərini bildirmişdirlər. 910 manatın hər iki şəxs tərəfindən ümumilikdə və ayrı-ayrı vaxtlarda verildiyi bildirilmişdir. Təcridxanadakı şəxslərin Təqsirləndirilən şəxs böhtan atıb-atmadığı araşdırılmışdır. Təqsirləndirilən şəxs məhbuslardan birinə şüşə fincan gətirmiş, mobil telefon vermişdir. Koprusda dustaqlara zəruri məhsulların alınmasına dair öhdəlik daşıyan ayrıca “starşina” olmuş, lakin hər hansı məhsulun nisyə şəkildə alınması hallarımümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Elşad onlara lazım olan ləvazimatları almış, onlar isə həmin ləvazimatların pulunu sonradan Elşadın özünə ödəmişdirlər. İstintaq Təcridxanasında ondan “Nokia” və “Samsung” markalı mobil telefonlar aşkar olunmuş, həmin mobil telefonları ona Elşad vermişdir. “Samsung” markalı mobil telefonun Elşada aidiyyəti olmamış, onun öz telefonu olmuş və onu Elşada Nicat adlı dostu vermişdir. Elşada Nicatın telefonla bağlı ona zəng edəcəyini bildirmişdir. Bu hərəkətlərin müqabilində nə özü, nə ailəsi tərəfindən Elşada pul verilməmişdir. Siqaret və digər zəruri ləvazimatlar alınması barədə xahişinə əsasən Elşad həmin ləvazimatları onun üçün almış, sonradan həmin ləvazimatlarla əlaqədar borcunu ailə üzvləri tərəfindən görüş zamanı ona verilən pullardan əlbəəl şəkildə Elşada ödəmişdir. Elşada onun tərəfindən kart vasitəsilə pul köçürülməmişdir. Asər onun kamera yoldaşıdır, telefon işlədənə qədər onunla eyni kamerada saxlanılmışdır. Elşadı təxminən bir il müddətə tanımış, Elşad onlara bir ədəd mobil telefon vermişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Zərərçəkmiş şəxs əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 11:15 radələrində təcridxananın 8-ci rejim korpusun 67 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən həmin kamerada olan sanitar qovşağının qapısının plastmas arakəsməsinin aşağı tərəfində kustar üsulla düzəldilmiş gizlin saxlanc yerində həmin kamerada saxlanılan xx.xx.2000-ci il təvəllüdlü, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Şahid1 məxsus daxilində danışıq kartı olan «Samsung» markalı, habelə xx.xx.1998-ci il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Şahid2 məxsus daxilində danışıq kartı olan işlək vəziyyətdə «Nokia» markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 15). 11 iyul 2023-cü il tarixli Komputer texniki ekspertizasının rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı «android 12» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Galaxy A31» markalı «SM-A315F/DS» modelli, «**********11668, **********11666» imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Bir ədəd «Nokıa» markalı «Mini Phone»modelli «**********89518, **********8951» imei kodlu mobil telefon hal hazırda qismən işlək vəziyyətdədir (cild 1, iş vərəqə 61-65). "xxxx" MMC-dən götürülmüş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək Şahid1 Təqsirləndirilən şəxs tərəfindən verilən ***-***-**-** nömrəli telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlara baxış protokolundan görünür ki, Penitensiar Xidmətin İstintaq təcridxanasında həbsdə saxlanılan Şahid1 və Şahid2 tərəfindən telefona qoşulmuş Şahid1 anası Esmira Bayramovanın adına olan ***-***-**-** Nömrəli danışıq kartı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə İstintaq təcridxanasında nəzarətçi işləmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında zənglər və SMS-lər olmaqla 15 dəfə əlaqə saxlamaları qeydiyyata alınmışdır. Belə ki, həmin SMS-lərdə «Elşad, salam, qaqa, gələndə balaca şüşə qruşka gətir, quruşkam sınıb çay içməyə», «5 manatda mənə kontur at axşam pul vuracağıq», «qaqa Elşad, qadam, gələndə adaptirını gətir ha tək gətirmə dəmiri adaptırıyla bir yerdə gətir» qeyd edilmişdir. Həmin nömrədən X7 istifadəsində olan +**********30 nömrəyə, Şahid1 anası X1 istifadəsində olan +**********05 nömrəsinə və +**********37 nömrəsinə göndərilmiş smslərdə - «52.61.63.33.33.59.99.50 X16 Memmedov» yazılar qeyd edilmişdir. Bundan əlavə Şahid1 anası Esmira Bayramovanın istifadəsində olan 055-941- 03- 05 nömrəli telefonla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 29 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. Həmçinin Şahid2 atası X4 istifadəsində olan 050-712- 27-07 nömrəli telefonla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 6 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. Həmin məlumatların çıxarışlarından görünür ki, 050 ******* telefon nömrəsi X2, 050 ***-**-** nömrəli telefon isə X4 adınadır ( cild 1, iş vərəqə 129-135). "xxxx" MMC-dən götürülmüş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək ***- ***-**-** Ne-li telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlara baxış protokolundan görünür ki, Penitensiar Xidmətin İstintaq təcridxanasında həbsdə saxlanılan Şahid1 və Şahid2 telefona qoşduqları ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə bir neçə dəfə danışıq olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə “Salam Elşad qaqa sabah gələndə adaptir başlığı yaddan çıxmasın. Qardaşım birdə 3 dənə böyük bizon alarsan zəhmət olmasa”. “Qaqa bizə iki dənə şüşə qurusqa al sınıb sənə arxayınam” məzmununda smslər göndərilmişdir. Həmin nömrədən xx.xx.2023-cü il tarixdə +**********37 nömrəsinə göndərilmiş smslərdə - "xxxx" X16 Memmedov» yazılar qeyd edilmişdir. +**********37 nömrəsinin sahibi ilə danışıq zamanı Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs tanımadığını bildirdi. Şahid2 əsas sms yazışmaları sevgilisinə məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə olmuşdur ki, həmin yazışmalarda iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir (cild 1, iş vərəqə 215-223). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” hüquqi şəxsinin 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bədəl oğlu həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 196). "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" Rabitə bank ASC-yə məxsus plastik kart vasitəsi ilə aparılmış əməliyyatların hesabdan çıxarışına baxış protokolundan görünür ki, həmin karta xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 55 manat, xx.xx.2023-cü il tarixdə 21 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 20+30 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50+20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat olmaqla ümumilikdə 416 manat pul “Million” və “ E manat” ödəniş terminalları vasitəsi ilə mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə isə 30 manat olmaqla ümumilikdə 270 manat pul “Leobank” karından köçürmə vasitəsi ilə hesaba mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 15 manat+50 manat, xx.xx.2023-cü il tarixdə 20+21+20 manat, xx.xx.2023-cü il tarixdə 31 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 60 manat ümumilikdə 517 manat pul həmin kartın hesabına mədaxil edilmişdir ( cild 1, iş vərəqə 198-205). "xxxx" MMC-dən götürülmüş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatlara baxış protokolundan görünür ki, Penitensiar Xidmətin İstintaq Təcridxanasında həbsdə saxlanılan Şahid1 və Şahid2 telefona qoşduqları ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***- **-** nömrəli telefona arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, eləcə də Şahid1 və Şahid2 telefona qoşduqları ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 055-807- 42-02 nömrəli telefona arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə dəfələrlə danışıq olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** telefon nömrəsi ilə Şahid1 anası Esmira Bayramovanın istifadəsində olan ***-***- **-** telefon nömrəsi arasında xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə danışıqlar olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan sms məlumatlarından görünür ki, həqiqətən də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin telefon nömrəsi ilə Şahid1 və Şahid2 telefona qoşduqları ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə bir neçə dəfə sms yazışmaları olmuşdur. Həmin yazışmalar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Şahid2 istifadə etdiyi ***-***-**-** nömrə ilə aparılmışdır. Göstərilən tarixdəki yazışmalardan görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid2 Təqsirləndirilən şəxs onlara nazik “Nokia” elektrik qidalandırıcı, 500 və ya 1000 tüstülük elektron qalyan alıb gətirməsini pulunu verəcəklərini yazır, Elşad isə xx.xx.2023-cü il tarixdə cavabında başının qarışıq olduğunu pulu çatacağı halda alacağını deyir, növbəti gün isə aldığı bildirir. xx.xx.2023- cü il tarixdə Asər Elşada gələndə 1 litr kola alıb, yarısın yerə töküb, qalanına isə araq alıb içinə tökməsini, iki dönər və bir ədəd sabun gel almasını, daha sonra dərman gətirməsini yazır, Elşad isə cavabında xəstə olduğunu, işə gələ bilməyəcəyini yazır. Sonrakı yazışmalarda onlara gülab suyu, siqaret, elektrik qidalandırıcı alıması ilə bağlıdır. xx.xx.2023-cü il tarixdən etibarən isə sms yazışmaları ***- ***-**-** nömrəli ilə aparılmışdır. Həmin yazışmalarda əsas Elşadın onlara siqaret, alışqana qaz vurmaq üçün balon gətirməsi ilə bağlıdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs “50 manat o gün yüklədilər, 55 manatda indi gəldi, 11-də də 40 manat atacaqlar məzmununda smslər yazılmışdır. Digər smslərdə yalnız onlara kontur yükləməsi, gələndə pulu verəcəkləri məzmununda olmuşdur (cild 2, iş vərəqə 9-17). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 85-88). Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" Rabitə bank ASC-yə məxsus plastik kart vasitəsi ilə aparılmış əməliyyatların hesabdan çıxarış maddi sübut hesab kimi tanınmışdır ( cild 2, iş vərəqə 26-44). 04 oktyabr 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən hal-hazırki vaxta qədər ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır və həmin ünvanda yaşayır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs özünü qonşular arasında səmimi və mehriban apararaq hörmət qazanmış, bu müddət ərzində onun barəsində Bakı Qarnizon Mənzil İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 164). “Respublika psixiatriya xəstəxanası” nın 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bədəl oğlu həmin xəstəxanada qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 209). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən 04 oktyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 178). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi əməllərinin təkrar törədilməsinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində, öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsində nəzərdə tutulur. Məhkəmə, təqsirləndirilən şəxsin məhbuslara mobil telefonu vermək müqabilində hər hansı miqdarda pul almaması, kartına köçürülən pulların məhbuslara xərclədiyi pullar olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, şahid ifadələrini, mobil operaturun məlumatlarını, bank kartının hesabından çıxarışları, mütəxəssis rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci və 317-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 317-1.2-ci maddəsində nəzərdə tutulan cinayət isə az ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci və 317-1.2-ci maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 10 iyun 2024-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 311.3.2-ci maddəsində cinayətin törədilmə üsulunun, yəni vəzifə səlahiyyətlərindən suiistifadə etmənin rüşvət alma cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulması əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş, məhkəmənin 10 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayısində 28 oktyabr 2022-cü il təvəllüdlü azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyşalı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, məhkəmədə etirafedici ifadələr verməsi, əməlindən peşmançılıq hissləri keçirməsi, himayəsində bir azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində, həmçinin həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş əsas və əlavə cəzalar həmin Məcəllənin 66.3-cü və 66.4-cü maddələrinə əsasən qismən toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə həbs qətimkan tədbiri seçilməlidir. O, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törədilməsində təqsirli bilindiyi əməllərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulmaqla həmin Məcəllənin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, 04 dekabr 2023-cü il qərar ilə barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 85-88).Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmlə barəsində həbs qətimkan tədbirinin seçildiyi, yəni, hökmün elan edildiyi gündən, 10 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış bank kartının hesabından çıxarışlar cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 317-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü mddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. O, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı barəsində hökmün elan edildiyi gündən, yəni 10 iyun 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bank kartının hesabından çıxarışlar cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 14 Saylı Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1178/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1178/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver