Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1179/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 may 2018-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən “Xəzər market”də satıcı işləyən Şahid1 ilə sözlü mübahisə edən zaman mağazada olan Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə etməsini cüzi səbəb kimi bəhanə gətirib xuliqanlıq niyyətilə üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla sonuncunun bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən və pnevmatoroksla müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 26 may 2018-ci il tarixdə axşam saatlarında bir şüşə pivə içərək ünvan 4 ünvanda yerləşən “Xəzər market”in arxa tərəfində olan stadionun yanındakı zibilxanada heyvan dərilərini kəsib artıqlarını tullayaraq, qalan saf hissələrini isə kənara toplayaraq Ceyhun adlı şəxslə günəmuzd işləyib gündəlik 20 manat pul qazanmışdır. 27 may 2018-ci il tarixdə saat 00:10 radələrində siqaret almaq üçün “Xəzər market”ə gəlmiş, mağazaya daxil olduqdan sonra satıcıya müraciət etmiş, amma hazırda xatırlamadığı səbəbdən satıcı ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun satıcı ilə mübahisəsinə müdaxilə etmiş və onun ünvanına xoşagəlməz sözlər işlətmişdir. O, içkili olduğu üçün həmin sözlər ona pis təsir etdiyindən əsəbləşmiş, ondan boy və görünüşcə böyük olan Rövşəni qorxutmaq üçün üzərində olan mətbəx bıçağını çıxararaq sonuncuya tərəf uzatmışdır. Həmin vaxt Rövşən onun üzərinə gəldikdə o, qəfildən əlindəki bıçağın Rövşənin sinəsinin sol tərəfinə dəydiyini başa düşmüşdür. Orada olan şəxslər onları aralaşdırdıqdan sonra o, marketin qapısında dayanaraq Rövşənə baxmış, sonuncu marketin içərisində normal hərəkət etdiyi üçün ona bir şey olmadığını zənn edərək, həmin marketin yaxınlığında olan gül dükanının yanında bir müddət əyləşərək siqaret çəkdikdən sonra yenidən işlədiyi zibilxanada dəri kəsməyə getmişdir. Orada təxminən 30-40 dəqiqə işlədikdən sonra “Papanin” adlanan ərazidə olan yaşadığı gündəlik evlərə getmişdir. O, 25 may 2018-ci il tarixdə Gürcüstanda işləmək üçün getməyə bilet aldığından 28 may 2018-ci il tarixdə Gürcüstan respublikasına getmiş, bir ay Gürcüstanda qaldıqdan sonra Türkiyəyə gedərək orada işləmişdir. Tükiyədə olarkən onun türk nömrəsinə polis əməkdaşları zəng etmiş və 27 may 2018-ci il tarixdə Rövşəni bıçaqladığını bildirmişlər. O da Rövşəni bıçaqladığını etiraf etmiş, onu Bakıya çağırdıqda isə, hazırda gələ bilməyəcəyini deyərək 3-4 ay vaxt istəmiş, işləməyə başı qarışdığı üçün Bakıya gələ bilmədiyini, Türkiyədə yaşayaraq orada ailə həyatı qurduğunu bildirmişdir. 15 yanvar 2023-cü il tarixdə sənədlərini düzəltmək üçün Azərbaycana qayıdarkən X2 X4 Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və polisə təhvil verilmişdir. Onun yetirdiyi bıçaq zərbəsindən Rövşənin ağır xəsarət aldığını 2023-cü il tarixdə Azərbaycana qayıdarkən öyrənmiş, hadisə zamanı Rövşənin belə ağır xəsarət alacağını düşünməmişdir. Rövşənə xəsarət yetirdiyi bıçağı xatırlamadığı ünvana tullamışdır. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu halların, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2ci qrup əlildir. ünvan 4 ünvanda yerləşən “Xəzər market”in qarşısında mütəmadi olaraq idarə etdiyi avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin marketdə satıcı işləyən Şahid1 tanıdığı üçün tez-tez marketə daxil olmuş, həmçinin ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə “Levomir İnsulin” iynəsini həmin marketdəki soyuducuların birinə qoyaraq lazım gəldikdə oradan götürüb marketdə özü-özünə vurmuşdur. 27 may 2018-ci il tarixdə saat 00:30 radələrində “Xəzər market”ə daxil oub istifadə etdiyi insulini soyuducuya qoymaq istəyərkən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazanın daxilində Mehmanla mübahisə edərək onun üzərinə hücüm çəkmək istədiyini görmüşür. O, Bəhruzu sakitləşdirmək məqsədilə yaşlı kişinin üzərinə hücüm çəkməyini ona irad bildirərək özünü ələ almağını demiş, sonuncu isə ona “sən kimsən sənə nə lazımdır get işinlə məşğul ol” deyərək mübahisəsinə davam etmişdir. O, Bəhruza atası yaşlarında adama niyə hörmətsizlik etdiyini bildirmiş, Bəhruz da qəflətən onun üzərinə cumaraq bıçaqla onun sol döş nahiyyəsinə bir zərbə vurmuşdur. Bəhruz marketin qapısının qarşısında duraraq bir qədər ona baxdıqdan sonra ordan qaçıb getmişdir. Bıçaq zərbəsindən sonra döş nahiyəsində ağrılar olduğu üçün marketdə işləyən digər satıcı Firdovsi “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə yerinə 19-cu Polis Şöbəsinin əməkdaşları gəlib təcili tibbi yardım çağıraraq onu 1 saylı kliniki tibb mərkəzinə aparmışlar. 27 may 2018-ci il tarixdə 1 saylı kliniki tibb mərkəzində əməliyyat olunmuşdur. Bir neçə gün reanimasiya şöbəsində saxlanılmış, sonra palataya köçüüülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun müalicəsinə heç bir kömək etməmiş, hər hansı ziyan ödəməmişdir. Amma bununla belə hazırda hər hansı ziyan ödənilməsini tələb etmir, cavanlığını nəzərə alıb Bəhruzla barışır və onu bağışlayır, heç bir şikayət və tələbi də yoxdur. Bəhruza hər hansı ən yüngül cəzanın verilməsinə belə razıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 1995-ci il tarixdən etibarən ünvan 7 ünvanda yerləşən “Xəzər market”də satıcı işləmiş, həmin mağazada onunla birlikdə Şahid2 da satıcı işləmişdir. Zərərçəkmiş şəxs taksi sürücüsü olduğu üçün mütəmadi olaraq marketə gəlib özünə aid bəzi dərmanları soyuducuya qoymuşdur. 27 may 2018-ci il tarixdə saat 00:30 radələrində o, Firdovsi ilə marketdə olarkən Rövşən içəri daxil olub soyuducu olan istiqamətə getdikdə, 27-30 yaşlarında olan müştəri marketə daxil olmuşdur. Həmin şəxs – adını sonradan bildiyi Bəhruz çörək satılan bölməyə keçib bir ədəd çörək götürüb “niyə köhnə çörək satırsan” deyərək etiraz etmiş, o da çörəyin köhnə olmadığını dedikdə, Bəhruz onun ünvanına əxlaqsız, nalayiq ifadələr işlədərək təhqir etmişdir. Rövşən Bhruza öz iradını bildirərək “ayıb deyil sənə atan yaşda kişini təhqir edirsən” dedikdə, Bəhruz Rövşənin üzərinə gələrək “sən kimsən sənə nə lazımdı” deyib çox pis söyüşlər söymüş və anidən əlindəki bıçaqla Rövşənin sinəsinin sol tərəfinə bir zərbə yetirib dərhal mağazanı tərk edərək qaçıb getmiş, Rövşən isə qışqıraraq “məni bıçaqla vurdu” demişdir. O, Rövşənin köynəyini qaldırdıqda sinəsində bıçaq xəsarəti olduğunu görmüşdür. Sonra Firdovsi “102” xidmətinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 56-57). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 27 may 2018-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanındakı “Xəzər market”də yerləşir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 4-5). İfadənin yerində yoxlanılması haqqında 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 156-158). Videoyazıya baxış keçirilməsi haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə 27 may 2018-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək qəfildən bıçaqla Zərərçəkmiş şəxs sol döş qəfəsinə bir zərbə vurarkən yaxınlıqda olan şəxslərin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs qaçaraq mağazadan çıxması müşahidə edilir (cild 1, iş vərəqə 168). Məhkəmə-tibbi ekspertizasının 30 may 2018-ci il tarixli 544 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən və pnevmatoroksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən 27 may 2018-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil və qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür (cild 1, iş vərəqə 50-53). Məhkəmə-psixiatrik ekspertizasının 13 mart 2023-cü il tarixli 707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək və barəsində olan ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (cild 1, iş vərəqə 191-194). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 26 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 170- 171,90-95). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü ictimai qaydaya qarşı qoyaraq mağazada satıcıya qarşı ədəbsiz davranış sərgiləmiş, məhz xuliqanlıq motivi ilə hərəkət edərək onun belə davranışının qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs qisas alaraq, faktiki səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərmiş, bıçaqla qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, Zərərçəkmiş şəxs həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 06 avqust 2018ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 01 yanvar 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin yaxalanması barədə 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təhvil alınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə aparılmışdır (cild 1, iş vərəqə 60, 105, 131-132, 137, 183-186). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, axtarışda olmuş Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu 15 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən “Xəzər market”in daxilində yerləşən müşahidə kamerasından götürülmüş görüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - ünvan 2 ünvanında yerləşən “Xəzər market”in daxilində yerləşən müşahidə kamerasından götürülmüş görüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1179/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1179/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver