Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1179/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X11 və X12, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, zərərçəkmiş şəxsin hüquqi varisi - bacısı X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 mart 1960-cı il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2022-ci ilin sonlarında işləmək üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçdükdən sonra 2.06.1992-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs “Alp” restoranında qabyuyan işinə düzələrək evə gecə saatlarında taksi ilə tək qayıtması, tez-tez ondan nə zaman işdə növbədə olacağı ilə maraqlanıb, ona qarşı soyuq münasibət bəsləyərək nəzakətsiz davranması səbəbindən arvadının başqa kişilərlə münasibətdə olub ona xəyanət etməsini ehtimal edib şübhələnmiş, bu məzmunda müxtəlif vaxtlarda sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə söhbət edən zaman təxminən bir ay əvvəl işdən evə qayıdarkən şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı taksi sürücüsü ilə intim münasibətdə olub ona xəyanət etməsini səmimi etiraf etdikdən sonra aralarında baş vermiş sözlü mübahisələrə görə 2023-cü ilin avqust ayı ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs onunla birgə yaşamaqdan imtina edərək evi özbaşına tərk edib boşanmaq istəməsindən hiddətlənib, onun bu hərəkəti ilə yenidən həmin şəxslə münasibətdə olmağa cəhd etdiyini düşünərək şəxsi münasibətlərin pozulması zəminində qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib aralarında olan telefon danışıqları zamanı bir daha bu məzmunda onunla mübahisə etməyəcəyinə dair yalan vədlər verərək onun Tovuz rayonunu, Girzan kəndində yerləşən ata evindən birgə kirayədə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə qayıtmasına nail olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində yaşadıqlarə evin qonaq otağında yerləşən divanda əyləşib Zərərçəkmiş şəxs ilə söhbət edən zaman növbəti dəfə xəyanət mövzusunda aralarında baş vermiş sözlü mübahisə zamanı həmin an evdə tək olmalarından istifadə edərək qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü məqam yarandığını görüb söhbət etmək bəhanəsi ilə ondan divanda sol tərəfindən əyləşməsini xahiş edib qısqanclıq niyyəti ilə qəsdən öldürməkdən ötrü qəflətən divanın üstündə olan şalvar tipli qadın retuzunu götürüb Zərərçəkmiş şəxs boğazına bir neçə dəfə dolayaraq onu arxaya doğru yıxıb güc tətbiq etməklə sıxaraq ona boyun nahiyəsində dairəvi şəkildə qapanan təkqatlı stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma nəticəsində baş vermiş ölümü ilə birbaşa səbəbli əlaqəli mexaniki asfiksiya ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs boğaraq qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1990-cı ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Validə xasiyyətcə sakit insan olmuş, şəkərli diabet, yüksək təzyiq xəstəliklərindən əziyyət çəkmişdir. Validə ilə nikahından iki oğlan və iki qız övladı dünyaya gəlmişdir. Validə ilə birlikdə təxminən 30 il Tovuz rayonunda yaşamışdır. Validə evdar qadın olmuşdur. Birlikdə olduqları müddətdə münasibətləri normal olmuşdur. Hadisədən təxminən 10 ay əvvəl öz ailəsini də götürüb işləmək üçün ünvan 2 ünvanında yerləşən 2 nömrəli evi aylıq 250 manata kirayəyə götürüb orada yaşayırdılar. Bakı şəhərinə köçəndən sonra özü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə qapıda mühafizəçi işləyirdi, iki gün evdə, iki gün işdə olurdu. Yoldaşı Validə isə Neftçilər qəsəbəsində yerləşən “Alp” restoranında mətbəxdə qab yumaq fəaliyyəti ilə məşğul olmuş, günlük 15 manat məvacib almışdır. Maddi sıxıntıları olmuş, buna baxmayaraq maddi vəziyyətlə bağlı aralarında heç bir söz-söhbət olmamışdır. Validə işdən saat 10-11 radələrində çıxıb həmin restoranda işləyən ofisiantlarla birlikdə gəlirdi. Bir müddət sonra Validə evə gecə saat 2-3 radələrində gəlməyə başlamışdır. Validədən bunun səbəbini soruşduqda o, orada çalışan hər kəsin gecə saatlarında işdən ayrıldığını bildirmişdir. Bundan sonra Validənin çalışdığı restorana gedərək oradakı ofisiantlardan iş vaxtının neçədə bitdiyini və nə üçün yoldaşıyla birlikdə gəlmədiklərini soruşmuş, onlar yoldaşının son zamanlar onlarla birlikdə gəlmədiyini və onların yoldaşından daha tez restorandan çıxdığını bildirmişlər. Onlardan nə üçün restorandan yoldaşının gec çıxdığını soruşduqda onlar məlumatlarının olmadığını bildirmişlər. Bu cavablar onun beynində bəzi şübhələr yaratmışdır. Təxminən 2023-cü ilin iyun ayında evdə olan zaman Validəyə bildirmiş ki, yaxınlıqda park olsaydı, nəvələrini aparıb gəzdirərdilər. Validə isə cavabında Bakı Olimpia Stadionunun yaxınlığında böyük bir park olduğunu deyib, ora gedə biləcəklərini bildirmişdir. Validənin bu sözündən təəccüblənərək bu parkı haradan tanıdığını, ora nə zaman getdiyini soruşmuş, Validə isə cavabında işdən evə qayıdan zaman taksi sürücüsünün maşını stadionun arxa tərəfindən gölün üstü ilə keçən yolla sürdüyü üçün parkı kənardan gördüyü bildirmişdir. Həmin yolu tanımamış, buna görə də Valideyə irad tutmuş ki, nə üçün yaxın yolu qoyub göl tərəfdən taksi ilə getmişdir. Bu mövzuda bir qədər sözlə mübahisə etmişlər. Həmin günü Validəni işə aparıb evə qayıtdıqdan sonra bu barədə çox fikirləşmiş, çünki həmin göl Balaxanı yolunun yaxınlığında yerləşir və yaşadıqları evlə Validənin işlədəyi restoranın arasında olan yol həmin göllə tam əks istiqamətdədir. Bundan sonra Validədən ona həqiqəti deməsini tələb etmişdir. Validənin Rahilə adlı xanımla Balaxanıda parkda çay içdiyini və o yolu onunla getdiyini bildirmişdir. Bundan sonra həmin xanımın evinə gedib bu barədə məlumat almaq istəmiş, lakin həmin xanım Validə ilə birlikdə Balaxanı yolunu getmədiyini və onunla çay içmədiyini bildirmişdir. Bütün bunlardan sonra Validə ona etiraf etmiş ki, o bir neçə dəfə Rasim adlı taksi sürücüsünün maşını ilə evə həmin yolla gəlib, hətta Rasim adlı şəxs onu bir qədər dilə tutub danışdırdıqdan sonra öldürəcəyi ilə hədələyərək maşını yolun kənarında saxlayıb onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra da o Rasim adlı şəxslə bir neçə dəfə könüllü olaraq cinsi əlaqdə olmuşdur. Cinsi əlaqəda olduğu yerə Validə ilə birlikdə getmişdir. Validə ilə arasında olan bu danışıqları istifadəsində olan telefona yazmış ki, lazım gəlsə ona bu etirafını sübut etsin. Bundan sonra Validənin etdiyi xəyanət ilə bağlı öz uşaqlarına, hətta Validənin bacısı Leylaya və atası Şirəliyə də məlumat vermişdir. Onlar evlərinə gəlmiş, Validə də hamının yanında ona xəyanət etdiyini etiraf etmişdir. Lakin ailəsi bu sözlərinə inanmamışdır.O isə bildirmişdir ki, uşaqlar xatir onu bağışlayır, lakin tezliklə ölkəni tərk edib gedəcək. Bu söhbətdən sonra onunla Validə arasında heç bir dava olmamışdır. Dəfələrlə Rasim adlı şəxsi axtarsa da, hətta "Bolt" şirkətinin ofisinə getsə də, həmin şəxsi tapmağın çətin olacağını bildirmişlər. Validənin xəyanətini heç cür unuda bilməmiş, buna görə də son zamanlar onunla bu mövzuda arabir söhbət etmişdir. 2023-cü ilin avqust ayının 18-də Validə özbaşına evi tərk edib bacısıgilin evinə getmiş, onu yaxınlarının evində axtarsa da, onu tapa bilməmişdir. Evdən getdikdən 6 gün sonra bacısıgilə gedib onu tapıb evə gətirmişdir. Son zamanlar isə özünə yeni paltarlar almış, kimin aldığını soruşanda isə paltarları atasının aldığını demişdir. Həmin gecə yatmağa gedəndə görmüş ki, Validənin döş nahiyəsində göyərmə izi var. Başa düşmüşdür ki, evdən getdiyi müddətdə yenə kiminləsə münasibətdə olmuşdur. Lakin bu dəfə də Validə bu barədə ona heç bir izahat verə bilməmişdir. Səhəri gün yəni 23 avqust 2023-cü il tarixdə tezdən işə gedən kimi Validə evi özbaşına tərk edib əvvəlcə bacısıgilə, sonra isə Tovuz rayonuna atasıgilin evinə getmiş, təxminən 13-14 gün evdə olmamışdır. Bundan sonar Validənin atası Şirəlinin mobil telefonuna zəng vurub Validə ilə danışmış, ondan xahiş etmişdir ki, evə qayıtsın, bir də bu barədə aralarında söhbət olmayacaqdır. Validə onun xahişindən sonra sentyabr ayının əvvəllərində evə qayıtmağa razı olmuşdur. Validə Tovuzdan avtobusla bakıya gələndə avtobusun sürücüsü ilə danışıb Kürdəmir rayonunda yerləşən “Antalya” restoranında Validəni qarşılamış, həmin restoranın qarşısında Validəni götürüb evə gətirmişdir. Validə evə gələndən sonra onunla aralarında xəyanətlə bağlı heç bir söz-söhbət olmamışdır. Buna baxmayaraq çox fikirləşirmiş, lakin heç cür Validənin onu aldatmasını qəbul edə bilməmişdir. Validə özü də onunla soyuq davranır, qayğı göstərmirdi. Onun bu hərəkətlərinə rəğmən onunla sözlü mübahisə olsa da, heç vaxt onu vurmamışdır. 14 sentyabr 2023-cü il tarixdə onlar səhər saatlarında yuxudan oyanıb uşaqları işə yola salandan sonra birlikdə əyləşib çay içmişlər, çay içəndən sonra təxminən saat 13:30 radələrində o, divanda əyləşib Validəyə demişdir ki, “gəl yanımda əyləş ər-arvad kimi söhbət edək”. Validə isə ona “sən yenə bu söhbəti açmaq istəyirsən” deyə cavab vermişdir. O, Validəyə son günlərdə evin yaxınlığında qara rəngli bir maşın dayandığını deyib, həmin maşının Rasim adlı şəxsə məxsus olub-olmadığını soruşmuşdur. Bundan sonra Validə gəlib yanında oturmuş, həmin maşının Rasimə məxsus olmadığını demişdir. Validəyə həmin şəxsin kim olduğunu, evlərinin yaxınlığında nə gəzdiyini soruşmuş, Validə isə həmin şəxsi tanımadığını deyib, üstünə qışqırıb səs-küy salmağa, onu camaatı şərləməkdə günahlandırmağa başlamışdır. Validə arxasınca gəldiyi maşının sahibinin kim olduğunu demək əvəzinə onunla kobud danışmış, o da bundan əsəbləşərək Validənin yenidən başqa şəxslə də xəyanət etməsini güman edib onu öldürmək məqsədi ilə divanın üstündə olan qadın corabını götürüb qəflətən Validənin boğazına iki dəfə dolayıb möhkəmdən sıxaraq onu arxası üstdə divana yıxıb güc tətbiq edib qabaq tərəfdən boğmağa başlamışdır. Həmin vaxtı Validə onun solunda əyləşmişdir. O, corabı onun boğazına qəflətən doladığı üçün Validə müqavimət göstərə bilməmiş, var gücü ilə tutub sıxdığından tədricən taqətdən düşüb halsız vəziyyətə gəlmişdir. Təxminən 3-4 dəqiqə onu dediyi vəziyyətdə saxladıqdan sonra əlini çəkmiş və corabı onun boğazından çıxartmışdır. Validənin, nəfəs almadığını görüb öldüyünü başa düşmüşdür. Sözün düzü Validənin o vəziyyətdə olduğunu görüb kövrəlmiş, daha sonra dərhal ayağa qalxıb bir qədər kədərli halda ona baxdıqdan sonra öz istifadəsində olan mobil telefon vasitəsilə DİN-nin 102 xidmətinə zəng vurub yoldaşını öldürdüyümü bildirmişdir. Bir qədər sonra polis əməkdaşları evə gəlmiş və onlara cinayət törətdiyini etiraf etmişdir. Belə bir hadisənin baş verməsini istəməzdi. 1990-cı ildə Validə ilə evlənmiş, əvvəllər də Validə bir neçə şəxslə ona xəyanət etsə də, onları görməməzlikdən gəlmişdir. Balaxanı yoluna getdiyini bildikdən sonra Validənin işləməyinə icazə verməmişdir. Validənin döş nahiyəsində göyərmə izini izah edə bilməmişdir. Xəyanət etdiyini etiraf etmiş, Validənin etiraf etməsi barədə səs yazısını ibtidai istintaq zamanı təqdim etmişdir. 2023-cü ilin avqustun 9 və 10-nunda ona xəyanət etdiyini etiraf etmiş, onu 14 sentyabr 2023-cü il tarixdə öldürmüşdür. Validə xəyanət etdiyini etiraf etdikdən sonra 1 dəfə bacısıgilə gedib 6 gün qalmış, 1 dəfə də atasıgilə gedib 10 gündən çox qalmışdır. 1-ci dəfə gedib gəldikdən sonra sinəsində göyərmə izini görmüşdür. Validənin uşaqların yanında qalmasını, özünün isə onlardan uzaqda yaşamağını istəmiş, lakin Validə tam əksini fikirləşmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Uşaqları xahiş etdiyi üçün Validəni gedib gətirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, ailədə bir qardaş üç bacı olmuşlar, bacısı Zərərçəkmiş şəxs evin üçüncü övladı olmuşdur. Əvvəllər ailəlikcə Tovuz rayonu, Girzan kəndində yaşasalar da, sonradan ailə qurduqları üçün müxtəlif ünvanlara köçüb yaşamışlar. Ailə qurandan sonra Bakı şəhərinə köçmüşdür. Hazırda “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Alp” restoranında ofisiant işləyir. Bacısı Validə natamam orta təhsilli olub, 1990-cı ildə iş yoldaşı olmuş Təqsirləndirilən şəxs ilə bir-birlərini sevib ailə həyatı qurmuş, həmin nikahdan iki oğlu və iki qızı dünyaya gəlmişdir. Onlar ailə qurandan sonra Şahniyarın ata evində yaşamışlar. Şahniyar rayonda uzun müddət çini qablar sexində işləmiş, son illərdə isə heyvandarlıqla məşğul olmuşdur. Bacısı Validə isə daim evdar qadın olmuş, uşaqlarına baxmışdır. Bacısı Validə xasiyyətcə çox sakit, mədəni, saf, heç kimlə işi olmayan, əxlaqlı, ailəsinə sadiq qadın olmuşdur. Onun əri Şahniyar isə əksinə çox qəddar, əsəbi insan olmuşdur. Onların ailə üzvlərinin münasibəti pis olmamış, Şahniyarın xasiyyəti nə qədər pis olsa da, bacısının ailəsini nəzərə alaraq onunla dil tapmağa çalışmışdır. Onlar ailəli olduqları müddət ərzində Şahniyarla Validənin münasibəti heçdə yaxşı olmamış, dəfələrlə hər bir xırda məsələni şişirdib onu incitmiş, daim qısqanmışdır. Bu səbəbdən də tez-tez evlərində mübahisələri olmuş, bacısını döyüb incitdiyi üçün bacısı ata evinə qayıtmışdır. Lakin onlar bu söz-söhbətlərin hər bir ailədə olduğunu nəzərə alaraq onların ailə işlərinə qarışmamışlar, tezliklə münasibətlərinin qaydasına düşəcəyinə ümid etmişlər. Bacısı özü də sonradan onu bağışlayıb uşaqlarına xatir evinə geri qayıtmışdır. Dəfələrlə bacısı Validəni yersiz qısqanclıqlar səbəbindən döyüb incitsə də, hətta boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmək istəsə də, sonradan Validə fikirindən daşınmışdır. Ata və anası bir böyük kimi dəfələrlə onunla oturub söhbət etmiş, öyüd nəsihət vermiş, lakin heç bir nəticəsi olmamışdır. Onların maddi vəziyyətləri də yaxşı olmamış, bu səbəbdən uşaqları da məktəbi bitirən fəhləliklə məşğul olub ailəsini saxlamaqda atalarına kömək etmişlər. Ailələrində olan mübahisənin səbəbi Şahniyarın onu yersiz yerə qısqanması olmuşdur. Onların ailə işlərinə qarışmadığı üçün bu qısqanclığın haradan qaynaqlandığını bilməmiş, bacısı Validəni qısqanması üçün heç bir əsası olmamışdır. Validə çox tərbiyyəli, əxlaqlı insan olmuş, heç vaxt səhv hərəkətinin şahidi olmamışlar. Son illərdə bacısı şəkərli diabet, eləcə də yüksək təzyiq, qadın xəstəliyindən də əziyyət çəkdiyi üçün bir neçə dəfə müalicə almışdır. X17 bu davranışlarına baxmayaraq daim ona qayğı ilə yanaşmış, bir ər kimi onun hörmətini saxlamış, bir qadın kimi ərinə və uşaqlarına yaxşı baxmışdır. Təxminən 10 ay bundan əvvəl onların maddi vəziyyətləri yaxşı olmadığı üçün Şahniyar, bacısı Validə və uşaqları Sevindik, Aytən Bakı şəhərinə köçüb işləməyə başlamışlar. Onlar əvvəlcə Hövsan qəsəbəsində kirayəyə ev tutsalar da, sonradan Zabrat qəsəbəsi, Vidadi küçəsi 36 ev 2 ünvanına köçüb kirayədə yaşamağa başlamışlar. Onun oğlu Sevindik tikinti sahəsində fəhlə işləyir, qızı Aytən isə Məmmədli qəsəbəsində “Araz Super” marketdə kassir işləyirdi. Şahniyar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə mühafizəçi işləmiş, bacısı Validə isə onunla birlikdə “Alp” restoranında qabyumaqla və xadiməçiliklə məşğul olmuşdur. Bacısı Validə səhər işə avtobusla gəlir, axşamlar isə işdən gecə saatlarında çıxdığı üçün evə çox vaxt taksi, bəzən isə restoranın işçiləri ilə birlikdə qayıdırdı. Son zamanlar isə Şahniyar özü gecələr gəlib onu işdən götürmüşdür. Onlar Bakı şəhərinə gələndən sonra da Validə ilə Şahniyarın münasibəti yaxşı olmamış, evə gecələr taksi ilə qayıtması səbəbindən onu qısqanmağa başlamış, bu səbəbdən də evdə söz-söhbət yaratmışdır. Hətta buna görə bacısı Validəni işdən də çıxartmışdır. Təxminən 2023-cü ilin avqust ayında bacısı Validə onun bu hərəkətlərinə dözə bilməyib evdən qaçıb bacısı Leylanın evində qalmışdır. Bir müddət orada qaldıqdan sonra Şahniyar onun dalınca gəlib, üzrxahlıq edərək evə qaytarmışdır. Buna baxmayaraq bir neçə gündən sonra yenidən qısqanclıq zəmində aralarında mübahisə olduğundan bacısı Validə yenədə evdən çıxıb bu dəfə Tovuza atasıgilin evinə getmişdir. Lakin sonradan Şahniyar ona zəng vurub xahiş etdikdən, bir daha onu incitməyəcəyinə söz verdikdən sonra öz evinə geri qayıtmışdır. Şahniyarın onu qısqanmasına səbəb guya bacısının əslən Naxçıvan MR-dan olan Rasim adlı bir nəfər şəxslə münasibətdə olub ona xəyanət etməsi olmuşdur. Lakin əslində heç vaxt belə bir hal olmamış, Şahniyar bunu özündən uydurmuşdur. İstər o, istərsə də atası Şirəli bununla bağlı dəfələrlə Şahniyarla söhbət etmiş, ona bildirmişlər ki, əgər ona xəyanət edibsə onda Rasim adlı şəxsi tapıb ortaya çıxartsın. Lakin onlar Rasim adlı şəxsi tapa bilməmişlər. Validə özü də onlara kiminləsə münasibətdə olmasını deməmişdir. 14 sentyabr 2023-cü il tarixdə qolu qırıldığı üçün səhər saatlarında xəstəxanaya getmiş, həmin gün bacısı Validə ilə əlaqəsi olmamışdır. Təxminən saat 15 radələrində elə təzəcə evə qayıtmışdır ki, qohumları zəng vurub Şahniyarın yaşadıqları evdə bacısı Validəni boğaraq öldürməsi barədə məlumat vermişlər. Bunu eşidən kimi dərhal evdən çıxıb X22 gəlmişdir. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxsmı öldürməsinə heç bir səbəbi, əsası olmamışdır. Şahniyar bacısı Validənin yalandan ona xəyanət etməkdə günahlandıraraq özünə haqq qazandırmaq istəmişdir. Validə heç vaxt ailəsinə, ərinə xəyanət etməmiş, daim namusu, əxlaqı ilə seçilmişdir. Bacısının kiminləsə münasibətdə olması barədə dediklərinin hamısı yalan və şərdir. Bacısı Validə onunla bir yerdə işləmiş, əgər onun pis hərəkəti olmuş olsaydı, bunu hamıdan əvvəl özü bilərdi. Təqsirləndirilən şəxs əvvəllərdə dəfələrlə Validəni döyüb incitmiş, lakin öldürməyə cəhd etməsinin şahidi olmamışdır. Qeyd etdiyi kimi onların bu mübahisələrinə səbəb Validəni yad kişilərə qısqanması olmuşdur. Hadisənin şahidi olmamış, uşaqların dediyinə görə onlar səhər saatlarında işə getmiş, evdə yalnız Şahniyar, Validə və Ayxan adlı nəvələri qalmışdır. Sonradan Şahniyar öz niyyətini həyata keçirmək üçün Ayxanı aldadıb marketə göndərmiş, sonda da Validəni boğaraq öldürmüşdür. Lakin onu hansı şəraitdə boğmasını bilmir. Bacısının istifadəsində heç vaxt mobil telefon olmamışdır. O, ümumiyyətlə telefondan istifadə edə bilməmişdir. Hətta işdən çıxanda “Bolt” taksi xidmətindən taksi sifarişini də restoranın işçiləri vermişlər. Rasim adlı taksi sürücüsünü tanımır, heç vaxt işin yanında Rasim adında taksi sürücüsü görməmişdir. Hadisə baş verməzdən əvvəl dəfələrlə bacısı Şahniyarla dalaşıb evdən çıxıb o biri bacısıgilə və ata evlərinə getmişdir. Şahniyar tərəfindən yazılan səs yazısına qulaq asmış, həmin səs yazısındakı qadın səsi bacısına aid deyildir. Bacısının dəfn xərclərinin bir qismini Şahniyarın ailəsi qarşılamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, 1965-ci il tarixdə arvadı X9 ilə ailə həyatı qurmuşdur. Onların həmin nigahdan X5, X10, Zərərçəkmiş şəxs, X6 adlı övladları olmuşdur. 14 sentyabr 2023-cü il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə kürəkənindir. Qızı Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs ilə 1990-cı ildə ailə həyatı qurmuşdur. Qızı xasiyyətcə sakit insan olmuş, şəkərli diabet, yüksək təzyiq xəstəliklərindən əziyyət çəkmişdir. Validə daim evdar qadın olmuşdur. Kürəkəni Şahniyar son dövrlərdə rayonda əkin-biçin, heyvandarlıqla məşğul olurdu. Şahniyar xasiyətcə bir qədər əsəbi, xırda bir məsələni böyüdən insan olmuşdur. Qızı Validə ilə əri Şahniyarın münasibəti əvvəllər normal olmuş, daim bir-birlərinə hörmətlə yanaşmışdırlar. Hər bir ailədə olduğu kimi onlar arasında da söz-söhbət olsa da, sonradan barışmışlar. Bu illər ərzində kürəkəni dəfələrlə xırda məsələ üstündə dava salıb, qızını incitmiş və onu döymüşdür. Lakin, qızı heç vaxt ondan polisə şikayət etməmiş, ailə olduqlarını nəzərə alıb, onun bu hərəkətlərinə göz yummuşdur. Onların bütün mübahisələri yalnız qısqanclıqla bağlı olmuşdur. Belə ki, kürəkəni Validəni hərşeyə qısqanmış, hesab etmişdir ki, ona xəyanət edir. Lakin qızı Validə çox namuslu, əxlaqlı qadın olmuş, heç vaxt ərinə xəyanət etməmişdir. Qızı ərinin bu hərəkətlərinə baxmayaraq həmişə ərinə qayğı ilə yanaşmış, bir ər kimi hörmətini saxlamışdır. Son zamanlar maddi vəziyyətləri yaxşı olmadığından hadisədən təxminən 10 ay əvvəl kürəkəni Şahniyar ailəsi ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişdi. Onlar əvvəlcə Hövsan qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşasalar da, təxminən 2023-cü ilin aprel ayında Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi 36 ünvanında yerləşən 2 nömrəli evi aylıq 250 manata kirayəyə götürüb orada yaşamağa başlamışlar. Onlar Bakı şəhərinə köçəndən sonra kürəkəni Şahniyar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə qapıda mühafizəçi işləmişdir. Qızı Validə isə Neftçilər qəsəbəsində yerləşən “Alp” restoranında mətbəxdə qabyumaqla məşğul olmuş, günlük 15 manat məvacib almışdır. Sevindik tikinti sahəsində fəhləlik edir, Aytən isə Məmmədli qəsəbəsində yerləşən “Arazsuper” marketdə kassir işləyirdi. Onlar Bakı şəhərinə gələndən sonra qızı ilə Şahniyarın münasibəti dahada pisləşmişdir. Belə ki, qızı Validə işi ilə əlaqədar olaraq evə gec gəlməsi səbəbindən Şahniyar evdə tez-tez söz-söhbət yaratmış və buna görə də sözlü mübahisələri olmuşdur. Hadisədən son 3 ay əvvəl demək olar ki, kürəkəni hər gün Validə ilə mübahisələr etmiş, onu qısqanclıq zəminində incitmiş, hətta gecələr evə taksi ilə qayıtmasını belə ona irad tutmuşdur. Son günlərdə isə Validə ərinin təziqlərindən bezib işdən çıxmışdır. Bütün bunları Validə özü ona demişdir. Təxminən 2023-cü ilin yay aylarında Şahniyarın atası Məhəmməd rəhmətə gedəndən sonra Şahniyarın əsəbləri tamamilə pozulmuşdur. Təxminən avqust ayı ərzində bir neçə dəfə qısqanclıq zəminində aralarında mübahisə olduğu üçün və qızını döydüyü üçün Validə digər qızıgilə getmişdir. Avqust ayının sonlarında isə Şahniyar qızını incitdiyi və döydüyü üçün Bakı şəhərinə getmiş Validəni götürüb öz evinə gətirmişdir. Səhərisi gün isə Validə boşanmaq üçün Tovuz rayon məhkəməsinə müraciət etmiş, məhkəmə səhv etmirsə 13 sentyabr 2023-cü il tarixə təyin olunmuşdur. Validə təxminən 1 həftə onlarla birlikdə qaldıqdan sonra Şahniyar gəlib onu Bakı şəhərinə aparmış və qızı Şahniyardan boşanmamışdır. Onlar arasında bu qısqanclıq söhbətinin hansı səbəbdən yarandığını bilməmişdir. Lakin qızı Validə onların evinə gəldikdə, ərinin onu axşamlar işdən evə gətirən taksi sürücüsünə qısqandığını və guya onunla münasibətdə olduğunu dediyini və buna görə mübahisələrinin olduğunu demişdir. Lakin qız Validə ona taksi sürücüsü ilə heç bir münasibətinin olmadığını və ərinin onu şərlədiyini demişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində Validə anasına zəng vurub hal-əhval tutmuş və xəstə olduğu üçün onun halını soruşmuşdur. Təxminən saat 15 radələrində qızı Leyla zəng vuraraq Şahniyarın qısqanclıq səbəbindən qızı Validəni evdə heç kimin olmadığı şəraitdə boğazına kalqotka dolayaraq boğub öldürdüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 184-189). Cinayət işinin materiallarında olan 16 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şaralı qızını boğduğu yeri, necə boğmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış, fotoşəkillər çəkilərək, videoçəkiliş aparılaraq istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 81-87). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evidir. Ev həyət tipli olmaqla giriş qapısı dəmir materialdandır. İçəri daxil olduqda ev 3.5 sotda torpaq sahəsində inşa edilmişdir. Həyətin sağ tərəfində ağaclar və müxtəlif kollar olan həyətyanı sahə yerləşir. Ev həyətin sol tərəfində inşa edilmişdir. Evin birinci mərtəbəsində saxlanc otağı kimi istifadə olunan, müxtəlif məişət əşyaları yığılmış otaq yerləşir. Yaşayış otaqları evin ikinci mərtəbəsində yerləşir. Həmin mərtəbəyə daş pəlləkanla qalxıb, eyvan boyunca 15 metr irəliyə doğru hərəkət etdikdə sağ tərəfdə evə daxil olmaq üçün ağ rəngli taxta qapı vardır. Qapıdan içəri daxil olduqda dəhliz, dəhlizin sol tərəfində içərisində məişət texnikası, mebel dəsti olan mətbəx otağı yerləşir. Otaqda olan əşyalar nizamlı vəziyyətdədir. Otağa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilmədi. Həmin otağa paralel dəhlizin sol tərəfində hamam tualet otağı vardır. Dəhlizin baş tərəfində isə yataq otağı yerləşir. Otağın uzaq sağ küncündə yerdə yorğan düşək və matras vardır. Həmin otağa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilmədi. Dəhlizin sağ tərəfində 5x8 ölçüdə qonaq otağı vardır. Otağa daxil olduqda sol divara bitişik divan, onun qarşısında bir ədəd taxta stol vardır. Stolun üzərində iki ədəd stəkan, bir ədəd eynək və bir ədəd “Samsung A 10” markalı mobil telefon vardır. Telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Otağın sol divarında bir-birinə paralel yerləşən iki ədəd yataq otağına keçid vardır. Hər iki otaqda taxta yataq və mebel dəstləri, şkaflar yerləşir. Şkaflarda müxtəlif geyim əşyaları vardır. Əşyalar bir qədər nişamsız yığılmışdır. Yataq otaqlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilmədi. Qonaq otağında iki yataq otağı arasında olan divara bitişik bir ədəd qaz sobası quraşdırılmışdır. Otağın döşəməsi taxta materialdandır, yerə iki ədəd xalça salınmışdır. Otağın sağ divarına bitişik isə divan və yanında olan iki ədəd kreslo, onun yanında isə üzərində müxtəlif dərman pereparatları olan jurnal stolu yerləşir. Divanın və kreslonun üstünə üzlük salınmışdır. Divanın üstündə arxası üstə yarım uzanıqlı vəziyyətdə ayaqları isə döşəyə tərəf sallanmış vəziyyətdə meyit vardır. Meyitin ağız nahiyəsində qanabənzər ləkələr vardır. Meyitin başından sol tərəfdə divan üzərində bir ədəd qadın corbanı olan qalın kolqotqa vardır. Həmin kolqotqa iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək başqa bir əşya, predmet aşkar olunmadı (cild 1, iş vərəqə 4-12). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə qadın cinsli meyit qoyulmuşdur. Paltarları: Ağ xallı qara don, çəhrayımtıl rəngli kofta, sarımtıl rəngli gecə köynəyi, boz rəngli büstqalter, qara şalvar, aralıq nahiyəsində uşaq maykası, ayaqlarında bir cüt qara corab. Meyit üzdən baxdıqda 45-50 yaşlarına uyğun gəlir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 160 sm-dir. Meyit düzgün bədən quruluşlu, yaxşı qidalıdır. Meyitin dəri örtüyü solğun rəngdədir, təmizdir. Üzün və boyunun dərisi sianozludur. Meyit əllə toxunduqda qoltuq büküşlərində və qarın nahiyəsində zəif istidir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 30 saniyəyə bərpa olunur. Meyit ləkələri fonunda tünd-qırmızı rəngdə nöqtəvari qansızmalar (ekximozlar) vardır. Yoxlanılan əzələ qruplarında meyit qacıması çeynəmə əzələsində inkişaf etmişdir. Başında 20-30 sm uzunluqda qəhvəyimtil saçı var. Gözləri örtülüdür, qüzehli qişa qəhvəyi rəngdədir. Bəbəklərin diametri 0,5 sm-dir. Göz konyuktivasının keçid bucaqlarında tünd-qırmızı rəngdə nöqtəvari qansızmalar vardır. Burun sümüyü və qığırdaqları əllədikdə tamdır. Burun dəliyi möhtəviyyatsızdır. Əllədikdə üz skeleti sümükləri tamdır. Ağzı açıqdır, dil dişlərin arasında sıxılmış vəziyyətdədir, zədələnmişdir.(buna görə də ağızətrafı nahiyədə qanlı ifrazat vardır). Dodaqların selikli qişası xəsarətsizdir. Ağzında olan dişləri tamdır, təbiidir. Xarici qulaq keçəcəklərində yad cisim, ifrazat yoxdur. Sağ qulağında bir tay sırğa vardır. Qulaq seyvanı qulaqları 1 tamdır. Boynu düzgün inkişaf etmişdir, əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən olunmur. Boyunun yuxarı 1/3-də sağ qulaq sırğalığmdan 7,0 sm, sol qulaq sırğalığmdan 6,0 sm aşağıda, öndən-arxaya doğru istiqamətdə gedərək dairəvi formada qapanan 40,0x2,5x0,3 sm ölçülərdə təkqatlı stranqulyasiya şırımı vardır. Stranqulyasiya şırımının dibi hamardır, göyümtül-qəhvəyi rəngdədir, bərk konsistensiyalıdır. Döş qəfəsi simmetrikdir, əllə müayinə etdikdə qabırğalar tamdır. Əllə mayinə etdikdə kürək və onurğa sütunu əyriliklərində patoloji hərəkətlilik yoxdur. Döş vəziləri yarımkürə şəklindədir, əllə müayinə etdikdə yumşaq konsistensiyalıdır. Qarnı döş qəfəsi səviyyəsindən hündürdə yerləşmişdir, əllə müayinə etdikdə dərisi yumşaqdır, üzərində xəsarət yoxdur. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, zədəsizdir. Sağrıları yana çəkdikdə anus dəliyi konusşəkillidir, şüavari büküşlər hamarlaşmamışdır. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Meyitin xarici müayinəsində stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar edilmədi. Baxış zamanı X2 meyitinin əynindən çıxarılmış paltarlar, uşaqlıq yolu və arxa keçəcək dəliyindən tamponla nümunələr götürülərək müvafiq qaydada qablaşdırıldı (cild 1, iş vərəqə 13-17). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi ağ üzərində göy rəngli zolaqları olan uzunqol köynək və qara rəngli şalvar götürülmüş, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 52-53). Cinayət işinin materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp” qovluğunda daxil olan və çıxan smslər əks olunmuşdur. Həmin smslərin əksəriyyəti onun qohumları ilə səsli danışlardan ibarətdir. Həmin danışlarda onların bir-birləri ilə hal-əhval tutması, gördükləri işləri ilə danışıqlar öz əksini tapır. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:42-də ***-***-**-** nömrəsi, 11:52-də adını “Elşən” kimi qeyd etdiyi ***-***-**-** nömrəsi ilə danışmış, saat 13:51 -də isə Təqsirləndirilən şəxs tərəfindən 102 xidmətinə zəng olmuşdur. Başqa hər hansı bir şəxslə danışığı qeydə alınmamışdır. Telefonun “Menu” bölməsinə daxil olduqda “Voice Recorder” qovluğunda 9 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə qədər qeydə alınmış səs yazıları vardır. Həmin yazıların bir çox qısa müddətli olmaqla hər hansı bir danışıq əks olunmamışdır. xx.xx.2023-cü il tarixdə qeydə alınmış 3:37 dəqiqəlik səs yazısıdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sənən nə dedi deyə soruşur, o isə cavabında bir taksi sürücüsünün onu işdən evlərinə gətirib düşürdüyünü, səhəri gün həmin taksi sürücüsünün yenidən restoranın yanında olduğunu görüb ondan bir daha onu evlərinə gətirməsini xahiş etdiyini, 3-cü dəfə həmin taksi sürücüsünün onu evə gətirən zaman maşını gölün kənarı ilə sürüb yolun kənarında saxlayaraq ondan xoşunun gəldiyini dediyi üçün mübahisə etdiklərini, mübahisə zamanı taksi sürücüsünün onu yolun kənarında düşürəcəyini bildirdiyini deyir. Onun isə həmin vaxtı üstündə çoxlu əşyalar olmuş, gecə saat 3 olduğundan başqa taksi tapa bitməmiş, həmdə üstündə telefon olmadığı üçün polisə zəng vura bilməmişdir. Bundan sonra həmin sürücü onunla yaşamaq istədiyini demiş, o isə bunun mümkün olmadığını ərinin uşaqlarının olduğunu demişdir. Bundan sonra sürücü maşının içərisində onun üzünə yumruq vurmuş, o isə ağlayaraq nə üçün belə etdiyini soruşmuşdur. Həmin sürücü ondan xoşunun gəldiyini, münasibətdə olmaq istədiyini deyib maşından düşərək onun yanına gəlib onun özünü də maşından düşürmüş, onu qışqıracağı halda öldürəcəyi ilə hədələyərək arxa oturacağa uzadıb əynində olan paltarını cırıb onunla cinsi əlaqə olmuşdur. Bir ay bu söhbəti ərindən gizlətmiş, sonradan ona etiraf etmişdir. Həmin vaxtdan bəri bu şəxsi tapa bilmir. xx.xx.2023-cü il tarixdə qeydə alınmış 4:11 dəqiqəlik səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anan sənə nə dedi bu söhbəti eşidəndə deyə soruşur, Validə isə cavabında hər şeyi anasına danışdığını, anasının isə cavabında haram olsun sənən, dincəldinmi digə! otur deyə bildirib, Vəsilədən gözləyərdim, səndən yox deyə cavab verdiyini, lakin yenədə ona inanmadığını bildirir (cild 1, iş vərəqə 54-56). Cinayət işinin materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış protokolundan görünür ki, həmin telefon nömrəsindən əsasən danışıqları ailə üzvləri, qohumları ilə olmuşdur. Hadisə baş verən günü yəni xx.xx.2023-cü il tarixdə ısaat 10:30-da qızı Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli telefonla, saat 11:53-də X7 adına qeydiyyata alınmış ***-***-**-** nömrəli telefonla danışmış, həmin gün saat 13:50-də DİN-nin 102 xidmətinə zəng vurmuşdur. ***-***-**-** nömrəli telefonla əlaqə saxlayan zamanı özünü Elşad kimi təqdim edən şəxs bildirdi ki, Şahniyar onun kirvəsidir, danışıqları da ümumi hal-əhval tutmaq məqsədi ilə olmuş, həmin gün arvadı Zərərçəkmiş şəxsm öldürmək fikirində olması barədə ona hər hansı bir söz deməmiş, Təqsirləndirilən şəxs daim arvadını qısqanan şəxs kimi tanıyır. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon xx.xx.2023-cü il tarixdə bütün günü Sabunçu rayonu, Zabrat qəsəbəsinin anten dairəsində olmuşdur (cild 1, iş vərəqə 205). Cinayət işinin materiallarında olan 15 noyabr 2023-cü il tarixli “cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış protokolundan görünür ki, həmin telefon nömrəsində əsasən GPRS xidmətindən istifadə edilmiş, hadisə baş verən günü yəni xx.xx.2023-cü il tarixdə hər hansı bir telefon danışığıqeydə alınmamışdır. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon xx.xx.2023-cü il tarixdə bütün günü Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsinin anten dairəsində olmuşdur (cild 2, iş vərəqə 25). Cinayət işinin materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuş, spirtli içki, narkotik vasitə qəbul etməmişdir (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 9 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsində, hər hansı bir şəxsin təhrikçiliyi, iştirakı və sifarişi olmamış, hadisə qisqanclıq zəmnində baş vermişdir. Cinayəti törətdikdən sonra “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, evdə oturaraq polislərin gəlməsini gözləmişdir (cild 2, iş vərəqə 14). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin 26 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəmində boğaraq öldürmüş, hadisədə hər hansı bir şəxsin iştirakçılığı, sifarişi və ya təhrikçiliyi olmamış, keçirilmiş əməliyyat tədbirləri zamanı, eləcə də “Bolt” taksi xidmətində profilaktik söhbətləşmələr zamanı Rasim adlı taksi sürücüsünün tapılaraq İstintaqa təqdim edilməsi mümkün olmamışdır (cild 2, iş vərəqə 58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 15 sentyabr 2023-cü il tarixli 248 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərək boyun nahiyəsində dairəvi şəkildə qapanan təkqatlı starnqulyasiya şırımı və stamqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma müəyyən edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl ilgəyin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş qadın retuzu ilə boyunun nahiyəsinin sıxılması nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə (retuzla) sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 (iki) ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır (cild 1, iş vərəqə 208-213). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi X24 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrihissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərində kənar lif mikrohissəcikləri yoxdur. Tədiqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun üzərində aşkar edilmiş tünd göy rəngli tibb pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. Tədiqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərində aşkar edilmiş açıq bənövşəyi rəngli matiraolunmuş kimyəvi liflər cins əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən koftanın tərkib liflərinə uyğun gəlir (cild 1, iş vərəqə 215-220). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 X24 3 noyabr 2023-cü il tarixli 642/2023-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- O alfa, beta (İ). Ekspertizaya təqdim olunan qadın retuzu, Zərərçəkmiş şəxs 7 ədəd dırnaq kəsikləri və uzunqol koftası və Təqsirləndirilən şəxs uzunqol köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Qadın retuzu, V.Ş. Zülfüqarovanın uzunqol koftası və Təqsirləndirilən şəxs uzunqol köynəyi üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı. Qadın retuzu və Zərərçəkmiş şəxs uzunqol koftası üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı, “H” antigeni O(l) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs 7 ədəd dırnaq kəsikləri üzərində olan ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tətqiq edildikdə qrup antigenləri alınmadığı üçün onun qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı. Təqdim olunmuş qısaqol uşaq koftası üzərində qan, Zərərçəkmiş şəxs məxsus qısaqol don, gecə köynəyi, lifçik, şalvar tipli retuz və bir cüt corab, Təqsirləndirilən şəxs şalvarı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Zərərçəkmiş şəxs 7 ədəd dırnaq kəsikləri ona məxsus uzunqol kofta, qısaqol don, gecə köynəyi, lifçik, şalvar tipli retuz və bir cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar və uzunqol köynək, qadın retuzu və qısaqol uşaq koftası üzərində dəri toxumasına şübhəli hər hansı bir hissəcikləri aşkar olunmadı (cild 2, iş vərəqə 30-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 X24 13 noyabr 2023-cü il tarixli 463/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş qadın retuzunun arxa orta hissəsində və sağ ayağının aşağı hissəsində, Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində və sağ qolunun yuxarı hissəsində, Təqsirləndirilən şəxs məxsus köynəyin hər iki qolunun aşağı hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyindən hündürlükdən (çox güman ki az hündürlükdən) düşən damcılar nəticəsində əmələ gəlmiş sonradan isə fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus don, köynək, gecə köynəyi, büsqalter, retuz, bir cüt corabın, Təqsirləndirilən şəxs məxsus köynəyk və şalvarın, bir ədəd uşaq köynəyi və bir ədəd retuz üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı (cild 2, iş vərəqə 38-41). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 23 oktyabr 2023-cü il tarixli 2956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyıətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi emosional vəziyyətində qəzəb, hirslilik kimi hallar əmələ gəlmişdir. Həmin halların yaranması hadisədən əvvəlki dövrdə həyat yoldaşının başqa şəxs tərəfindən zor tətbiq edilməklə cinsi əlaqə olmasını etiraf etməsi, bundan sonra onun davranışlarından şübhələnməsi, hadisə günü də bu məzmunda danışan zaman təkrar aralarında mübahisə yaranması, həyat yoldaşının yenidən başqa şəxslə xəyanət etməsini düşünməsi kimi hallarla əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarında olan 1 ədəd diskə əlavə edilmiş audio yazıları psixoloji aspektdən təhlili zamanı belə qənaətə gəlirinir ki, Təqsirləndirilən şəxs ona qarşı edilmiş xəyanət faktının sübut kimi qeydə almaq məqsədi ilə X3 danışarkən ona psixoloji təsir göstərə bilərdi. Lakin həmin səs yazılarında Zərərçəkmiş şəxs Rasim adlı şəxsdən başqa heç kəsin ona toxunmadığını deməsi etdiyi xəyanəti etiraf etməsi, baş verənləri eyni qaydada ardıcıl təsvir olmayacağını deyərək and içməsi və s. əsasən onun söylədiklərində səmimi olduğu müəyyən edilir (cild 2, iş vərəqə 47-50). Cinayət işinin materiallarında olan 29 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı evin qonaq otağında yerləşən divanın üzərindən götürülmüş 1 ədəd retuz, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol uzun don, sarımtıl rəngli gecə köynəyi, bənövşəyi rəngli uzunqol jaket, qəhvəyi rəngli buzqalter, qara rəngli kolqotqa, bir cüt qara corab, yaşıl rəngli uşaq köynəyi, hər iki əlindən dırnaq kəsikləri, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvar, ağ üzərində göy naxışları olan uzunqol köynək, Təqsirləndirilən şəxs Məhəməd oğluna məxsus “Samsung A10” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs Məhəməd oğlunun hadisədən sonra dərhal polis bölməsinə məlumat verərək təslim olması könüllü gəlmə kimi qiymətləndirilmişdir (cild 2, iş vərəqə 59-80). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 130-131). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmadan 14 sentyabr 2023-cü il tarixdə hadisədən dərhal sonra polis bölməsinə məlumat verərək təslim olub törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisədən dərhal sonra polis bölməsinə məlumat verərək təslim olmasını və törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 35). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 93-96). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı evin qonaq otağında yerləşən divanın üzərindən götürülmüş 1 ədəd retuz, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol uzun don, sarımtıl rəngli gecə köynəyi, bənövşəyi rəngli uzunqol jaket, qəhvəyi rəngli buzqalter, qara rəngli kolqotqa, bir cüt qara corab, yaşıl rəngli uşaq köynəyi, hər iki əlindən dırnaq kəsikləri, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvar, ağ üzərində göy naxışları olan uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı evin qonaq otağında yerləşən divanın üzərindən götürülmüş 1 ədəd retuz, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol uzun don, sarımtıl rəngli gecə köynəyi, bənövşəyi rəngli uzunqol jaket, qəhvəyi rəngli buzqalter, qara rəngli kolqotqa, bir cüt qara corab, yaşıl rəngli uşaq köynəyi, hər iki əlindən dırnaq kəsikləri, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvar, ağ üzərində göy naxışları olan uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1179/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1179/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver