Məhkəmə qərarları › İş №1(101)-1179/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1179/2025

22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1179/2025 22.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Xırdalan” şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1981-ci ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa "Həmzə” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 10 kiloqram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq İmişli rayonu ərazisindən əldə edərək öz üzərində daşımaqla kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında yerləşən fərdi evdə gizlədib saxlamış, bu barədə daxil olmuş məlumata əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 20:15-də yuxarıda qeyd olunan ünvanın qarşısında saxlanılaraq həmin tarixdə saat 20:20-dən etibarən kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında yerləşən fərdi evə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı evin giriş hissəsinin sağ tərəfində yerləşən otaqda divanın yan hissəsində gizlədilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisindən on ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1010 qram, 1020 qram, 1020 qram, 890 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1005 qram, 1015 qram, ümumi təmiz çəkisi 10 kiloqram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində marixuananın hissəcikləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid ifadəsində bildirmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və 09 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsində piyada hərəkət edən zaman yaxınlaşaraq özlərini təqdim edərək, şəxsin evinə baxış keçirilmişdir. Evində qara torbada 10 ədəd çəkisi 10 kq-dan artıq olan narkotikə bənzər maddə aşkarlanmış. Şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Həmzə” adlı şəxsin vasitəsilə saxlanılmamışdan 5-6 gün əvvəl İmişli rayonu ərazisindən götürərək Bakıda yaşadığı evə gətirdiyini, əvəzində isə “Həmzə” adlı şəxsin ona narkotik vasitə verəcəyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid təqsirləndirilən şəxsin özünün əməlini etiraf etdiyini, onun üzərinə baxış keçirilərkən üzərində pul, mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik kart aşkar edildiyini, sonuncunun üzərində narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitələri iranlının dediyi yerlərə qoyacağını söylədiyini bildirmişdir.

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01);

5. "Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair" 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, bundan sonra ona paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan Redmi markalı mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd **********295082 nömrəli plastik bank kartı, həmin şalvarın sol yan cibindən 116 (yüz on altı) manat pulu təqdim etmşdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd **********295082 nömrəli plastik bank kartı götürülmüş, pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı o, divanın yan hissəsindən bir ədəd qara rəngli torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, 10 (on) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilərkən qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 10 (on) kiloqram 690 (altı yüz doxsan) qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Həmzə” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan qabaq İmişli rayon ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini bildirmiş, üstünün yoxlanılması və evə baxış zamanı “İpone” markalı mobil telefon vasitəsi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı tərəfindən video çəkiliş aparılmış, protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında tərtib edilərək videoçəkilişin görüntüləri DVD diskinə köçürülərək protokola əlavə edlmişdir (cild 01; i.v.13-15);

6. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayon ərazisində dövriyyəsi məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün 09 oktyabr 2024-cü il tarixdə saat 20:15 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq üzəri yoxlanılmış, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı, 1 ədəd mobil telefon dötürülmüş, evinə baxış zamanı isə 1 ədəd qara rənglı torbada 10 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunaraq 1 ədəd qara rəngli torbada qablaşdırılaraq sonuncudan götürülmüşdür. Bu barədə raport tərtib olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur (cild 01; i.v.17-19);

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 7/1695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi saylı 10 (on) ədəd sellofan bağlamalarda təmiz çəkiləri 1005 qram, 1010 qram, 1020 qram, 1020 qram, 890 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1005 qram və 1015 qram, ümumi çəkisi 10000 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Marixuananın ümumi çəkisi - 10000 qram, cəmi tədqiqata sərf edildi - 0,5 qram, qalıq - 9999,5 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manatdır (cild 01; i.v.41-44);

8. “Maddi sübüt hesab edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 10000 (on min) qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 9999,5 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutlar saxlama yerinə təhvil verilmişdir (cild 01; i.v.116-117);

9. “Mobil telefona baxış keçirilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, lakin iş üzrə istintaq əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan digər GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinə keçirilən baxış zamanı “söhbətlər” bölməsində Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində konkret olaraq adı kontaktlar siyahısında qeyd olunmamış +**********47 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin (A) Təqsirləndirilən şəxs (B) 09 oktyabr 2024-cü il tarixdə saat 10:28-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aprılmışdır: A: salam B:salam...(cavabsız videozəng)...həə..həri..danışa bilirəm... (səs yazısı) A: yazı qeydi birtərəfli qaydada silinmişdir 18:50-dən etibarən A: salam B: salam A: (yazı qeydi birtərəfli qaydada silinmişdir) B: evdə deyiləm, qoy gedim çatım evə bir yarımsaata zəngləşərik (səs yazısı) A: ok 20:46-dan etibarən A: narahat qaldım qardaş... Sözügedən nömrə ilə aparılmış bir çox videogörüntülü və səsli danışıqlar, elecə də yazışmalar silinmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əlavə sübut əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 01; i.v.130-131); 10.“Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL- 16014/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 10 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələri 02 oktyabr 2024-cü il tarixdə saat 16:03-dən həmin tarix saat 23:05-dək olan müddət ərzində müvafiq olaraq Kürdəmir- Hacıqabul yolu, Hacıqabul, Kürdəmir, İmişli, Kürdəmir, Hacıqabul, Qobustan-Ələt rayonları ərazilərindən qeydiyyatdan keçmişdir (cild 1, iş vərəqə 143-145);

11. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 xx.xx.2024-cü il tarixli 6918 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 10 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir, son dəfə 08 oktyabr 2024-cü il tarixdə istifadə edib. Onda müayinə zamanı Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 181-182);

12. “Sübutların qiymətləndirilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs evindən götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 9999,5 qram qalmış çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 1 ədəd elektron tərəzinin, habelə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL- 16014/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskin maddi sübüt kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.213-226).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

13. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin oktyabr ayının əvvəlində İmişli rayonuna getmişdir. Rayona çatmamış yol kənarında “kilometraj” işarəsinin yanına qoyulmuş torbanı götürüb Bakıya gətirmişdir. Həmin torbada marixuana olduğunu bilmişdir. Sosial şəbəkədə tanış olduğu “Həmzə” adlı iran vətəndaşı ilə danışarkən sonuncu ona bildirmişdir ki, İmişli rayonda olan içərisində marixuana olan torbanı götürüb Bakıya gətirsin, Bakıda isə tanımadığı bir nəfər bir neçə gün sonra ondan götürəcəkdilər. Onun işi 10 kq “marixuana”nı götürüb Bakıya gətirmək olmuşdur. O, İmişli rayonuna gedib ona deyilən ünvandan torbanı götürüb Bakı şəhəri, Biləcəri qəsəbəsinə gətirmişdir. İran vətəndaşı ona demişdir ki, “ya həmin gün, ya da sabahı günü kimsə gəlib həmin torbanı səndən götürəcək”. Sözügedən torbanı İmişlidən götürdüyü günün sabahı və ondan sonrakı günü zəng edib torbanı ondan götürmələrini gözləsə də, heç kim gəlməmişdir. Narkotik vasitənin çəkisinin çoxluğuna görə onu evdə saxlamaq təhlükəli olduğundan üçüncü gün İran vətəndaşına narazılığını bildirmiş və “nə vaxta kimi narkotik vasitə məndə qalacaq” demişdir, sonuncu da cavabında ona “gəlib götüəcəkləri” demişdir. Bu söhbətdən 2 gün sonra o kirayə yaşadığı evinə gəlib qapıya çatanda polis əməkdaşları onu evinin qabağında saxlayaraq, evin onun olub-olmadığını soruşmuşlar. Evin onun olduğunu deyəndən sonra polis əməkdaşları ilə birgə içəri keçmişlər. Polis əməkdaşları evdə narkotik vasitə olub-olmadığını soruşduqda, o, narkotik vasitənin yerini göstərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etmiş, İran vətəndaşı narkotik vasitəni İmişli rayonundan Bakıya gətirməsi qarşılığında ona maddi kömək edəcəyini, götürdüyü narkotikdən də istədiyi qədər istifadə edə biləcəyini bildirmişdir. 2011-ci ildə Rusiyadan Azərbaycana gəlmiş və həmin vaxtdan ancaq narkotik vasitə olan “nəşə” istifadə etməyə başlamışdır. İran vətəndaşı ondan şəxsiyyət vəsiqəsini şəklini istəmiş o, da göndərmişdir. Özü tikintidə təhlükəsizlik üzrə mütəxəssis işləmişdir. Bu işi görməyinin səbəbi “nəşə” deyildir, sadəcə iranlı ona demişdir ki, “istəsən həmin marixuanadan istifadə edə bilərsən.” İranlı ilə bir ay idi ki, “Whatsapp” mobil tətbiqi vasitəsilə danışmış, danışdığı nömrəni isə sındırmışdır, 7 aydır ki, həbs olunmuşdur. İranlı götürdüyü narkotik vasitəni ya Bakıya gətirdiyi gün, ya da sabahı günü ondan götürəcəklərini bildirmişdir. Narkotik vasitəni çatdırsaydı iranlı ona pul verəcəkdi. Pulun məbləğini danışmamışdır, iranlı ona “narazı qalmayacaqsan” demişdir. Polis əməkdaşları onu saxlayanda həmin narkotik vasitəni 1 həftə olardı ki, evində saxladığını bildirmiş, həmin müddət ərzində də heç kim narkotik vasitəni gəlib götürməmişdir. Şəxsiyyət vəsiqəsinin surəti İran vətəndaşında olduğu üçün narkotik vasitəni deyilən adama verməsəydi sonuncu ona polisdə adamları olduğunu və ondan şikayət edəcəyini deyib təhdid etmişdir, o da ona görə narkotik vasitəni tullamamışdır. Narkotik vasitədən heç kimə verməmiş, özü də istifadə etməmişdir. Narkotik vasitəni necə götürmüşdürsə, elə də saxlamışdır. Polis əməkdaşları onu saxlayanda heç bir fiziki, psixoloji təsir etməmişlər. O, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmiş, götürdüyü narkotik vasitənin üzərinə əlavə heç nə qoyulmamışdır. Törətdiyi əməldən peşmandır, 4 ay idi ki, işdən çıxmış, pula ehtiyacı olmuş, İmişliyə “rent a car”dan maşın götürüb getmiş, öz maşını olmamış, əvvəllər işləyərkən ***-**** manat maaş almışdır. Bir il əvvəl məcburi köçkün olduğu üçün ona Füzuli rayonuda ev təhvil verilmiş, o da gedib ailəsini ora yerləşdirmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı söz vermişdi ki, “kim hansı işlə məşğul olubsa, Füzuli rayonunda da o işlə məşğul olacaq”, lakin rayonda iş tapa bilməmişdir.

14. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni müəyyən pul qarşılığında ona deyiləcək şəxsə çatdırmaq və bir qismindən isə “Həmzə” adlı şəxsin razılığı ilə özünün şəxsi istifadəsi üçün götürəcəyini, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

18. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

19. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

20. “Şübhəli şəxsin tutulması haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə, saat 20:15-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.28);

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 4(005)- 1256/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.106-110);

22. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü İbrahim Ağayev adlı və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Xədicə Ağayeva adlı azyaşlı övladları var (cild 1, iş vərəqə 140);

23. Füzuli rayon İcra hakimiyyəti başçısının Füzuli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət materialı daxil olmamışdır (cild 1, iş vərəqə 136-138);

24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.135).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

25. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

26. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

27. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

28. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

30. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

35. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

36. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrin “nəşə” növündən uzun müddətdir istifadə etdiyini, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitəni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Həmzə” adlı şəxsin vasitəsilə götürdüyünü, ona deyəcəyi ünvana qoyması və ya dediyi başqa şəxsə verməsi üçün saxladığını bildirmiş, həmçinin “Həmzə” adlı şəxslə razılıqlarına əsasən görəcəyi işin müqabilində isə bir bağlamanı özünə götürəcəyindən, narkotik vasitə istifadə etdiyi üçün onun bu təklifi ilə razılaşdığını, lakin xx.xx.2024-cü il tarixdə kirayə yaşadığı evinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin bağlamaları da evində polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirir. 37.Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində İİR vətəndaşı ilə qabaqcadan razılaşaraq onun göndərdiyi narkotik vasitəni İmişli rayonundan götürdüyünü, həmin şəxsin öncədən ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu dediyini, İran İR-nın vətəndaşının ona narkotik vasitədən özünə götürə biləcəyini bildirərək qalan hissəsini onun dediyi ünvana qoymasını dediyini göstərmiş, narkotik vasitənin müqabilində həmin şəxsə hər hansı məbləğdə pul vəsaiti ödəmədiyini, məhkəmə istintaqı zamanı ona ünvanlanmış suallara cavab olaraq 04 ay idi ki, işdən çıxdığını, bu səbəbdən pula ehtiyacının olduğunu, narkotik vasitəni İran İR-nın vətəndaşının dediyi şəxs götürdükdən sonra ona pul verəcəyini, pulun konkret məbləği barədə danışıqları olmasa da, ödəyəcəyi pulun məbləğindən satıcının narazı qalmayacağını ona dediyini, evindən aşkar edilmiş narkotik vasitəni saxlanılmasından bir həftə əvvəl İmişli rayonundan götürdüyünü bildirmişdir.

38. Bundan savayı, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 4(005)-1256/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o,özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək narkotik vasitələrdən uzun müddətdir istifadə etdiyini bildirmişdir (cild 01; i.v.106-110)

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

40. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir (31-ci bənd).

42. Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 May 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı qanunsuz əşyaların külli miqdarda olmaqla 10 bağlamada xüsusi qablaşdırılmış narkotik vasitə (10 ədəd sellofan bağlamalarda təmiz çəkiləri 1005 qram, 1010 qram, 1020 qram, 1020 qram, 890 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1005 qram, 1015 qram, ümumi çəkisi 10000 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana) olması, habelə ibtidai və məhkəmə istintaqında öz əməlini qismən etiraf etməsi, müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan mesajlar və şahid ifadələri) onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

44. Təqsirləndirilən şəxs İstifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinə keçirilən baxış zamanı “söhbətlər” bölməsində Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində konkret olaraq adı kontaktlar siyahısında qeyd olunmamış +**********47 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin (A) Təqsirləndirilən şəxs (B) 09 oktyabr 2024-cü il tarixdə saat 10:28-dən etibarən aralarında olan danışıq aprılmışdır.Eyni zamanda +**********47 saylı nömrə ilə aparılan danışıqların bir çoxunun silindiyi məlum olur.

45. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şatış məqsədinin olmamasına dair öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, özünün və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

47. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, Watsapp mesajlaşma proqramı ilə göndərilən yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və baxış və axtarış keçirilən zaman, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünün bildirdiyi xüsusatları inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. 48.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın əsaslılığına dəlalət edən hallar ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Həmzə” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 10 kiloqram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq İmişli rayonu ərazisindən əldə edərək öz üzərində daşımaqla kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında yerləşən fərdi evdə gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cii il tarixdə saat 20:15-də yuxarıda qeyd olunan ünvanın qarşısında saxlanılaraq həmin tarixdə saat 20:20-dən etibarən kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 20 ünvanında yerləşən fərdi evə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı evin giriş hissəsinin sağ tərəfində yerləşən otaqda divanın yan hissəsində gizlədilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisindən on ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1010 qram, 1020 qram, 1020 qram, 890 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1005 qram, 1015 qram, ümumi təmiz çəkisi 10 kiloqram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində marixuananın hissəcikləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin: 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Hazırki iş üzrə təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində İİR vətəndaşı ilə qabaqcadan razılaşaraq onun göndərdiyi narkotik vasitəni İmişli rayonundan götürdüyünü, həmin şəxsin öncədən ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu dediyini, İran İR-nın vətəndaşının ona narkotik vasitədən özünə götürə biləcəyini bildirərək qalan hissəsini onun dediyi ünvana qoymasını dediyini göstərmiş, narkotik vasitənin müqabilində həmin şəxsə hər hansı məbləğdə pul vəsaiti ödəmədiyini, məhkəmə istintaqı zamanı ona ünvanlanmış suallara cavab olaraq 04 ay idi ki, işdən çıxdığını, bu səbəbdən pula ehtiyacının olduğunu, narkotik vasitəni İran İRnın vətəndaşının dediyi şəxs götürdükdən sonra ona pul verəcəyini, pulun konkret məbləği barədə danışıqları olmasa da, ödəyəcəyi pulun məbləğindən satıcının narazı qalmayacağını ona dediyini, evindən aşkar edilmiş narkotik vasitəni saxlanılmasından bir həftə əvvəl İmişli rayonundan götürdüyünü bildirmişdir. Bununla yanaşı, "mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İstifadəsində olan digər GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinə keçirilən baxış zamanı “söhbətlər” bölməsində Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində konket otaraq adı kontaktlar siyahısında qeyd olunmamış +**********47 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin (A) Təqsirləndirilən şəxs (B) 09 oktyabr 2024-cü il tarixdə saat 10:28-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aprılmışdır: A: salam B: salam...(cavabsız vİdeozəng)..,həə..həri..danışa bilirəm... (səs yazısı) A: yazı qeydi birtərəfli qaydada silinmişdir 1 8:50-dən etibarən A: salam B: salam A: {yazı qeydi birtərəfli qaydada silinmişdir) B: evdə deyiləm, qoy gedim çatım evə bir yarımsaata zəngləşərik (səs yazısı) A:ok 20:46-dan etibarən A: narahat qaldım qardaş... Həmçinin, “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL- 16014/24 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 10 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələri 02 oktyabr 2024-cü il tarixdə, saat 16:03-dən həmin tarix saat 23:05-dək olan müddət ərzində müvafiq olaraq Kürdəmir-Hacıqabul yolu, Hacıqabul, Kürdəmir, İmişli, Kürdəmir, Hacıqabul, Qobustan-Olət rayonları ərazilərindən qeydiyyatdan keçmişdir. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün onunla istifadəsində iran nömrəsi olan şəxs arasında şübhəli SMS yazışmalarının olması (yazışmalarının mətninin bir qisminin İran nömrəsinin istifadəçisi tərəfindən silinməsi, digər yazışmalardan tərəflərin mətn şəkildə mesaj yazmaqdan ehtiyat edərək sadəcə imkan yarandığı vaxt videozəng vasitəsi ilə danışıqların müəyyən olunması), özünün ifadəsində göstərdiyi narkotik vasitəni İmişli rayonundan götürməsinə dair xüsusatın istifadəsində olan mobil nömrənin anten məlumatları ilə təsdiq olunması, İmişli rayonun məhz İranla sərhəd zonada yerləşməsi, təqsirləndirilən şəxsin saxlanılmasından bir həftə əvvəl iranlı kimi bildiyi şəxslə danışaraq İmişli rayonundan narkotik vasitəsini götürməsi, götürülmüş narkotik vasitənin dəyərinin ödənilməməsi, təqsirləndirilən şəxsin narkotik vasitəni iranlının dediyi yerlərə qoymağa və ya dediyi şəxsə verməyə həmin narkotik vasitədən öz şəxsi istifadəsi üçün götürməsi və iranlının ona pul verəcəyini vəd etməsi müqabilində razılaşması onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin həm şəxsi marağı (iranlının göndərdiyi narkotik vasitənin bir hissəsini əvəzsiz götürməsi), həm də mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına (məhkəmə iclasında təqsirləndirilən şəxsin işsiz olmasına istinad edərək iranlının ona göndərdiyi narkotiki dediyi şəxsə verəcəyi təqdirdə onun narazı qalmayacağı məbləğdə pul vəd etməsi) dəlalət edir. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İİR vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır. İş materiallarından görünür ki, BNMİ-yə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan “Həmzə” adlı şəxslə əlbir olaraq satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Lakin “Həmzə” adlı şəxsin kimliyini, Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamış və bu səbəbdən də həmin “Həmzə” adlı şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsüfü üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.1. maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (SMS yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni evindən aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur. Belə olan halda, AR CM-nin 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə isə İİR vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına (halbuki, təqsirləndirilən şəxsin telefonunda müvafiq yazışmaların olması, onun həqiqətən də ifadəsində göstərdiyi kimi saxlanılmadan bir həftə öncə iranlı ilə razılaşmasına əsasən İmişli rayonuna getməsi iş materialları ilə öz təsdiqini tapmışdır) istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, bir həftə öncə İmişli rayonundan götürülmüş narkotik vasitənin hələ də təqsirləndirilən şəxsin evində olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair (belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında iranlının ona həmin narkotik vasitəni ondan 1-2 günə başqa şəxsin götürəcəyini və bunun müqabilində ona pul verəcəyini deməsinə baxmayaraq bir həftə ərzində həmin şəxsin gəlib narkotik vasitəni götürmədiyini, bu səbəbdən narkotik vasitənin onun evində qaldığını bildirmişdir) qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə AR CM-nin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir. 49.Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruru bilir ki, Təqsirləndirilən şəxs adı istintaqa "Həmzə” kimi məlum olan İran İR-nın vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək sonuncular ilə aralarında əldə olunmuş razılığa əsasən əvvəlcədən müəyyən olunmuş İmişli rayonu ərazisində yerləşən məkana qoyulmuş narkotik vasitə olan qurudulmuş marixuananı oraya gedərək götürmüş və növbəti hərəkətləri həyata keçirmək üçün kirayə yaşadığı evə gətirərək saxlamışdır. Buradan da məlum olur ki, sözügedən qrup üzvləri arasında hazırki cinəyət əməlinin törədilməsi ilə bağlı müvafiq rol bölgüsü olmuşdur. Belə ki, adı istintaqa "Həmzə” kimi məlum olan İran İR vətəndaşının törədilmiş cinayətdə rolu sözügedən 10 kq çəkidə olan marixuananı İmişli rayonunda yerləşdirmək, Təqsirləndirilən şəxs rolu isə həmin narkotik vasitələrin oradan götürərək Bakı şəhərinə gətirilməsi və növbəti hərəkətlərin icrası vaxtınadək saxlamaq olmuşdur ki, hər iki şəxs rol bölgüsünə əsasən üzərlərinə düşən hərəkətləri etmişlər. Hazırkı, halda “Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 May 2022-ci il tarixli qərarında sərgilənən mövqeyə əsasən sözügedən cinayət əməlinin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçı iştirak etmişdir. 50.Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. 51.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

52. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, yaşayış yer üzrə müsbət xarakterizə olması (CM-59.1.4 və 59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

53. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. (CM-61.1.1).

54. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (müəyyən edilmişdir) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 9999,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübutlar – 01 ədəd “Redmi ” markalı, mobil telefon təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir.

55. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

56. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

57. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

58. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. 60.Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 341 (üç yüz qırx bir) manat məbləğində pul köçürülməlidir.

61. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlancına verilmiş 9999,5 qram qalmış çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlancına verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi ” markalı, mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut – 02 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 oğlu üçün 341 (üç yüz qırx bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Kamil Əliyev

Hakimlər: Nigar İmanova

Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar