Məhkəmə qərarları › İş №1(101)-118/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2020

16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2020 16.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x115 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi: x90 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx xxxxx 1990-cı ildə Şəmkir rayonunun Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Kür qəsəbəsi, 28 May küçəsi, ev 23-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan), Təqsirləndirilən şəxs3 (xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 3169, mənzil 105 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 (xx xxxxxx 1991-ci il tarixdə Ağdam rayonunun Keşdazlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonunun Keşdazlı kəndində qeydiyyatda olan, ünvan 4 mənzil 22 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci və 228.4-cümaddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşları x97, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, x71 tərəfindən terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmişdir. Belə ki, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Samir İbrahimov əvvəlcədən tanıdığı əqidə yoldaşları ilə birgə qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2016-cı ilin avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Şıxlı” sərhəd nəzarət buraxılış məntəqəsi vasitəsilə Gürcüstan ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə dövlət sərhədini qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qanunsuz yaradılmış“İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibinə daxil olmuş və hazırkı vaxtadək həmin dövlətin ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etmişdir. Samir İbrahimov “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibində silahlı münaqişələrdə iştirak etməklə yanaşı, özü və dini düşmənçilik zəminində onunla birlikdə həmin münaqişələrdə iştirak edən şəxslərin, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində terrorçuluq cinayətlərinin törədilməsi məqsədi ilə yaradılan qrupun (dəstənin, təşkilatın) Azərbaycan Respublikası və digər ölkə vətəndaşlarından ibarət üzvlərinin və onların həmin fəaliyyətlərinin təmin edilməsi üçün 2017-ci ilin avqust ayında Azərbaycan Respublikasında eyni təriqətdən olan qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ləəlaqə saxlayıb, onlara həmin şəxslərin Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından pul vəsaitlərinin toplanılması, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə adlarına pul vəsaitləri göndəriləcək etibarlı şəxslərin tapılması, bu pul vəsaitlərinin banklardan məxaric edilərək toplanılması və həmin məqsədlə göndərilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Samir İbrahimovla müntəzəm əlaqə saxlayaraq qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində cinayətkar birlik (təşkilat) halında Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Azərbaycan Respublikası, eləcə də Rusiya Federasiyası, Norveç, İsveş, Finlandiya, Almaniya və digər ölkə vətəndaşlarının maliyyələşdirilməsi məqsədilə sonuncuların bu ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətdən olan başqa şəxslərdən 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək olan müddətdə əvvəlcə hər biri ayrı-ayrılıqda və müxtəlif vaxtlarda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrə uyğun olaraq - Təqsirləndirilən şəxs1 35.799 ABŞ dolları (60.858,3 manat dəyərində) və 430.000 RUB (12.457 manat dəyərində), Təqsirləndirilən şəxs2 isə 135.000 ABŞ dolları (229.500 manat dəyərində) məbləğində pul vəsaitini, 2018-ci ilin mart-aprel aylarında isə artıq birlikdə ümumilikdə 135.000 ABŞ dolları (229.500 manat ekvivalentində) məbləğində pul vəsaitini qəsdən toplamış və Türkiyə Respublikasındakı eyni təriqətə ibadət edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən olan üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 qrupun üzvləri Samir İbrahimov və Təqsirləndirilən şəxs2lə birlikdə cinayətkar fəaliyyətlərini davam etdirərək qabaqcadan əldə edilmiş ümumi cinayətkar razılaşmaya uyğun 2018-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs2 İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən tanışı Təqsirləndirilən şəxs3 Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxslərinin və onların həmin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə sonuncuların müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətə etiqad edən digər şəxslər tərəfindən onun adına beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilməsini və həmin vəsaitləri banklardan məxaric edərək ona çatdırmasını təklif etmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 bu təklifinə öz razılığını vermişdir. Bundan sonra ümumi vahid niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 adına 2018-ci ilin may ayının 13-dən iyun ayının 25-dək olan müddətdə Rusiya Federasiyası, Qırğızıstan Respublikası və İspaniya Krallığından “Zolotaya Korona” və “Western Union” beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə 21 halda ümumilikdə 10.927,12 ABŞ dolları (18.576,1 manat dəyərində), 350 Avro (700,21 manat dəyərində) və 705.000 RUB (19.330,45 manat dəyərində) məbləğində pul vəsaitləri göndərilmiş və Təqsirləndirilən şəxs3 həmin pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən müxtəlif banklardan məxaric edərək Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Sonuncu isə həmin pul vəsaitlərini qrupun digər üzvü Təqsirləndirilən şəxs1la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinə əlavə etməklə, 2018-ci ilin may ayında 50.000 ABŞ dolları (85.000 manat dəyərində) və həmin ilin iyun ayında 75.000 ABŞ dolları (127.500 manat dəyərində) məbləğində pul vəsaitlərini Türkiyə Respublikasındakı eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən gəlmiş üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları x97, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, x71 tərəfindən terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmiş, eləcə də qəsdən qanunsuz olaraq soyuq silahı əldə etmişdir. Belə ki, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Samir İbrahimov əvvəlcədən tanıdığı əqidə yoldaşları ilə birgə qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2016-cı ilin avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Şıxlı” sərhəd nəzarət buraxılış məntəqəsi vasitəsilə Gürcüstan ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə dövlət sərhədini qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qanunsuz yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibinə daxil olmuş və hazırkı vaxtadək həmin dövlətin ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etmişdir. Samir İbrahimov “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibində silahlı münaqişələrdə iştirak etməklə yanaşı, özü və dini düşmənçilik zəminində onunla birlikdə həmin münaqişələrdə iştirak edən şəxslərin, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində terrorçuluq cinayətlərinin törədilməsi məqsədi ilə yaradılan qrupun (dəstənin, təşkilatın) Azərbaycan Respublikası və digər ölkə vətəndaşlarından ibarət üzvlərinin və onların həmin fəaliyyətlərinin təmin edilməsi üçün 2017-ci ilin avqust ayında Azərbaycan Respublikasında eyni təriqətdən olan tanışı Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb, onlara həmin şəxslərin Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından pul vəsaitlərinin toplanılması, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrışəxslər tərəfindən eyni məqsədlə beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə adlarına pul vəsaitləri göndəriləcək etibarlı şəxslərin tapılması, bu pul vəsaitlərinin banklardan məxaric edilərək toplanılması və həmin məqsədlə göndərilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Samir İbrahimovla müntəzəm əlaqə saxlayaraq qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində cinayətkar birlik (təşkilat) halında Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Azərbaycan Respublikası, eləcə də Rusiya Federasiyası, Norveç, İsveş, Finlandiya, Almaniya və digər ölkə vətəndaşlarının maliyyələşdirilməsi məqsədilə sonuncuların bu ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətdən olan başqa şəxslərdən 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək olan müddətdə əvvəlcə hər biri ayrı-ayrılıqda və müxtəlif vaxtlarda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrə uyğun olaraq - Təqsirləndirilən şəxs2 135.000 ABŞ dolları (229.500 manat dəyərində), Təqsirləndirilən şəxs1 isə 35.799 ABŞ dolları (60.858,3 manat dəyərində) və 430.000 RUB (12.457 manat dəyərində) məbləğində pul vəsaitini, 2018-ci ilin mart-aprel aylarında isə artıq birlikdə ümumilikdə 135.000 ABŞ dolları (229.500 manat ekvivalentində) məbləğində pul vəsaitini qəsdən toplamış və Türkiyə Respublikasındakı eyni təriqətə ibadət edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı“İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən olan üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 qrupun üzvləri Samir İbrahimov və Təqsirləndirilən şəxs1la birlikdə cinayətkar fəaliyyətlərini davam etdirərək 2018-ci ilin may ayının ortalarında qabaqcadan əldə edilmiş ümumi cinayətkar razılaşmaya uyğun olaraq, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən tanışı Təqsirləndirilən şəxs3 Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxslərinin və onların həmin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə sonuncuların müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətə etiqad edən digər şəxslər tərəfindən onun adına beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilməsini və həmin vəsaitləri banklardan məxaric edərək ona çatdırmasını təklif etmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 bu təklifinə öz razılığını vermişdir. Bundan sonra ümumi vahid niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 adına 2018-ci ilin may ayının 13-dən iyun ayının 25-dək olan müddətdə Rusiya Federasiyası, Qırğızıstan Respublikası və İspaniya Krallığından “Zolotaya Korona” və “Western Union” beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə 21 halda ümumilikdə 10.927,12 ABŞ dolları (18.576,1 manat dəyərində), 350 Avro (700,21 manat dəyərində) və 705.000 RUB (19.330,45 manat dəyərində) məbləğində pul vəsaitləri göndərilmiş və Təqsirləndirilən şəxs3 həmin pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən müxtəlif banklardan məxaric edərək Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Sonuncu isə həmin pul vəsaitlərini qrupun digər üzvü Təqsirləndirilən şəxs1la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinə əlavə etməklə, 2018-ci ilin may ayında 50.000 ABŞ dolları (85.000 manat dəyərində) və həmin ilin iyun ayında 75.000 ABŞ dolları (127.500 manat dəyərində) məbləğində pul vəsaitlərini Türkiyə Respublikasındakı eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən gəlmiş üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 2018-ci ilin təxminən may ayında istintaq tərəfindən müəyyən edilməyən mənbədən qəsdən qanunsuz olaraq soyuq silah hesab edilən 3 ədəd bıçaq əldə etmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 04 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanda keçirilmiş baxış zamanı qeyd edilən 3 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, x97, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, x71 tərəfindən terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmişdir. Belə ki, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Samir İbrahimov əvvəlcədən tanıdığı əqidə yoldaşları ilə birgə qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2016-cı ilin avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Şıxlı” sərhəd nəzarət buraxılış məntəqəsi vasitəsilə Gürcüstan ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə dövlət sərhədini qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qanunsuz yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibinə daxil olmuş və hazırkı vaxtadək həmin dövlətin ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etmişdir. Samir İbrahimov “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibində silahlı münaqişələrdə iştirak etməklə yanaşı, özü və dini düşmənçilik zəminində onunla birlikdə həmin münaqişələrdə iştirak edən şəxslərin, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində terrorçuluq cinayətlərinin törədilməsi məqsədi ilə yaradılan qrupun (dəstənin, təşkilatın) Azərbaycan Respublikası və digər ölkə vətəndaşlarından ibarət üzvlərinin və onların həmin fəaliyyətlərinin təmin edilməsi üçün 2017-ci ilin avqust ayında Azərbaycan Respublikasında eyni təriqətdən olan tanışı Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb, onlara həmin şəxslərin Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından pul vəsaitlərinin toplanılması, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrışəxslər tərəfindən eyni məqsədlə beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə adlarına pul vəsaitləri göndəriləcək etibarlı şəxslərin tapılması, bu pul vəsaitlərinin banklardan məxaric edilərək toplanılması və həmin məqsədlə göndərilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Samir İbrahimovla müntəzəm əlaqə saxlayaraq qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində cinayətkar birlik (təşkilat) halında Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Azərbaycan Respublikası, eləcə də Rusiya Federasiyası, Norveç, İsveş, Finlandiya, Almaniya və digər ölkə vətəndaşlarının maliyyələşdirilməsi məqsədilə sonuncuların bu ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətdən olan başqa şəxslərdən 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək olan müddətdə əvvəlcə hər biri ayrı-ayrılıqda və müxtəlif vaxtlarda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrə uyğun olaraq - Təqsirləndirilən şəxs2 135.000 ABŞ dolları (229.500 manat dəyərində), Təqsirləndirilən şəxs1 isə 35.799 ABŞ dolları (60.858,3 manat dəyərində) və 430.000 RUB (12.457 manat dəyərində) məbləğində pul vəsaitini, 2018-ci ilin mart-aprel aylarında isə artıq birlikdə ümumilikdə 135.000 ABŞ dolları (229.500 manat ekvivalentində) məbləğində pul vəsaitini qəsdən toplamış və Türkiyə Respublikasındakı eyni təriqətə ibadət edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən olan üzvlərinəçatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 qrupun üzvləri Samir İbrahimov və Təqsirləndirilən şəxs1la birlikdə cinayətkar fəaliyyətlərini davam etdirərək 2018-ci ilin may ayının ortalarında qabaqcadan əldə edilmişümumi cinayətkar razılaşmaya uyğun olaraq, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən tanışı Təqsirləndirilən şəxs3 Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxslərinin və onların həmin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə sonuncuların müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətə etiqad edən digər şəxslər tərəfindən onun adına beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilməsini və həmin vəsaitləri banklardan məxaric edərək ona çatdırmasını təklif etmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 bu təklifinəöz razılığını vermişdir. Bundan sonra ümumi vahid niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 adına 2018-ci ilin may ayının 13-dən iyun ayının 25-dək olan müddətdə Rusiya Federasiyası, Qırğızıstan Respublikası və İspaniya Krallığından “Zolotaya Korona” və “Western Union” beynəlxalq sürətli pul köçürmələri vasitəsilə 20 halda ümumilikdə 9.516,12 ABŞ dolları (16.177,4 manat dəyərində), 350 Avro (700,21 manat dəyərində) və 705.000 RUB (19.330,45 manat dəyərində) məbləğində pul vəsaitləri göndərilmiş və Təqsirləndirilən şəxs3 həmin pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən müxtəlif banklardan məxaric edərək Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Sonuncu isə həmin pul vəsaitlərini qrupun digər üzvü Təqsirləndirilən şəxs1la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinə əlavə etməklə, 2018-ci ilin may ayında 50.000 ABŞ dolları (85.000 manat dəyərində) və həmin ilin iyun ayında 73.589 ABŞ dolları (125.101,3 manat dəyərində) məbləğində pul vəsaitlərini Türkiyə Respublikasındakı eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və başqa ölkələrdən gəlmiş üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ümumi vahid niyyətə uyğun olaraq eyni məqsədlə adına istintaqa məlum olmayan bank və pul köçürməsi vasitəsi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən göndərilmiş 1.411 ABŞ dolları (2398,7 manat dəyərində) məbləğində pul vəsaitini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxsiyyəti istintaqa məlum olmayan Süleyman adlı tanışına çatdırılması üçün 13 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 də həmin pul vəsaitini qrupun digər üzvü Təqsirləndirilən şəxs1la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinəəlavə etməklə 2018-ci ilin iyun ayında Süleyman adlı şəxsə çatdırılmasından ötrü Türkiyə Respublikasında eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasında “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən Samir İbrahimova göndərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 Fərhad oğlun ifadəsində göstərmişdir ki, o, valideynləri, həyat yoldaşı və x139un 2 azyaşlı uşağı ilə birlikdə ünvan 5 ünvanında yaşamışdır. 2014-cü ildən ibadətlə məşğul olur vəİslam dininin sələfi təriqətinə mənsubdur. x139 da eyni təriqət üzrə ibadət etmiş. Sonuncu 2016-cı ilin yay aylarında istirahət məqsədilə xalası qızı olan həyat yoldaşı Həbibə ilə birlikdə Türkiyə Respublikasına getmiş, orada olduqları vaxt isə sonuncu tanış olduğu hansısa qadınlarla birlikdə “İŞİD”-ə qoşulmaq üçün Samirdən xəbərsiz Suriyaya qaçmışdır. Samirin dini ləqəbi Abu İbrahim olmuşdur. Sonra Samir 2 azyaşlı uşağı ilə birlikdə Bakı şəhərinin Qaraçuxur qəsəbəsində kirayədə yaşamış, 2017-ci ilin təxminən aprel ayında uşaqlarını gətirib Sahilgilə qoyaraq dostları ilə birlikdə istirahət məqsədilə Quba rayonuna gedəcəyini bildirmişdir. Təxminən bir həftə sonra isə zəng edərək artıq Suriya Ərəb Respublikasında olduğunu demişdir. Bu hərəkətlərinə görə onun Samirlə mübahisəsi olmuş və bundan sonra təxminən 7-8 ay müddətində danışmamışlar. Bu müddətdə Samir hərdən anaları ilə telefon əlaqəsi saxlayıb Suriyada “İŞİD” terror təşkilatının tərkibində olduğunu bildirmiş, bir müddət sonra isə növbəti telefon danışıqları zamanı “İŞİD”-dən ayrıldığını və Azərbaycana qayıtmaq istədiyini, lakin yolların bağlı olması səbəbindən evə gələ bilmədiyini demişdir. O, qardaşının “İŞİD”-dən ayrıldığına inanıb anasının xahişi ilə bundan sonra onunla mütəmadi telefon əlaqəsi saxlamışdır. 2017-ci ilin təxminən oktyabr ayının əvvəllərində Samirlə növbəti telefon danışığı zamanı sonuncu Bakı şəhərindəki ticarət işlərindən borc pullarının qaldığını bildirmişdir. Belə ki, Suriyaya getməmişdən əvvəl onun Qaraçuxur qəsəbəsində geyim əşyaları, kompüter, telefon və ətir satışı həyata keçirən mağazası olmuş, eyni zamanda internet vasitəsilə işlənmiş kompüterlərin satışını həyata keçirmişdir. Ona olan borc pullar da məhz həmin əşyaların nisyə satışından qalmışdır. Samir bu pulları, eləcə də tanışlarının verəcəkləri sədəqə pullarını toplayaraq yanlarında qoyub getdiyi uşaqlarına xərcləməsini ondan xahiş etmişdir. Bundan sonra tutulduğu vaxtadək olan müddətdə Samirə borclu olan şəxslər və sədəqə pulu vermək istəyən şəxslər onunla əlaqə saxlayıb həmin pulları ona vermişlər. 2017-ci ilin oktyabr-dekabr aylarında qardaşı Samirin xahişi ilə müxtəlif vaxtlarda təxminən 3-4 dəfə ayrı-ayrı şəxslərdən hər dəfə ***-**** arası olmaqla həm manat və həm ABŞ dolları ilə qəbul etdiyi pulların bir hissəsini Samir adlı şəxsə vermişdir. Qardaşı Samirin sözlərinə görə, digər Samir adlı şəxsə verdiyi pulları sonuncunun Qusar və yaxud Xaçmaz rayonunda yaşayan xalasının müalicəsi üçün nəzərdə tutulmuşdur. O, pul qəbul etdiyi şəxslərin heç birini əvvəllər tanımamış və onları ilk dəfə görmüşdür. Bu şəxslər ya özləri ona zəng etmiş, yaxud da o, Samirin əvvəlcədən verdiyi nömrəyə zəng edərək həmin şəxslərlə görüşüb verdikləri pulları qəbul etmişdir. Beləliklə, qardaşı Samirin xahişi ilə Samir adlı digər şəxsə 2017-ci ilin oktyabr ayının 20-də xatırlamadığı şəxsdən qəbul etdiyi 500 ABŞ dollarını, noyabr ayının 3-də xatırlamadığı məbləğdə və dekabr ayının 9-da xatırlamadığı şəxsdən qəbul etdiyim 1500 ABŞ dollarını vermişdir. 2017-ci ilin oktyabr ayının 25-də qardaşı Samir zəng edərək ona Maksim adlı şəxsin nömrəsini verib həmin şəxslə əlaqə saxlamasını və verəcəyi pulu qəbul etməsini xahiş etmişdir. Maksim adlı şəxsi o heç vaxt görməmiş və barəsində eşitməmiş, onun harada yaşadığını, nə işlə məşğul olduğunu və pulu hansı məqsədlə göndərəcəyini bilməmişdir. Qardaşı Samirin sözlərinə görə, tanışı olan bu şəxsin göndərəcəyi pul sədəqə pulu imiş. Bundan sonra o zəng edərək Maksim adlı şəxslə danışmış və sonuncu özü pulu gətirə bilməyəcəyini deyib ona başqa bir şəxsin nömrəsini verərək bu şəxslə növbəti gün əlaqə saxlayıb görüşərək göndərəcəyi pulu ondan qəbul etməsini xahiş etmişdir. O, oktyabr ayının 26-da saat 16:39 dəqiqədə Maksimin verdiyi nömrəyə zəng edərək onun tanışı ilə danışmış və metronun “28 May” stansiyasının qarşısına görüş təyin etmişdir. Saat 17:26 dəqiqədə isə sonuncu ilə həmin metrostansiyanın qarşısında görüşüb ondan təxminən 250-300 manat pul qəbul etmişdir. Bu şəxsi ilk dəfə görmüş, həmin vaxtdan sonra nə onunla, nə də Maksim adlı şəxslə bir daha əlaqəsi olmamışdır. Qəbul etdiyi pulu Samirin tapşırığı ilə ailəsinin maddi problemlərinə xərcləmişdir. 2017-ci ilin noyabr ayının 09-da saat 15:16 dəqiqədə qardaşı Samirin xahişi ilə öz həyat yoldaşı Rəna Mirzəyeva anasına məxsus ***-***-**-** mobil telefon nömrəsindən Qızbəs adlı qadına zəng edərək ondan pul qəbul etməli olduğunu bildirmiş, sonuncu növbəti gün Bakı şəhərinin Bayıl qəsəbəsindəki doğum evinin yanına gəlmələrini xahiş etmişdir. Noyabr ayının 10-da o, idarə etdiyi avtomobillə həyat yoldaşı Rəna ilə birlikdə günorta saatlarında Bayıl qəsəbəsinə gedərək razılaşdıqları yerdə, doğum evinin yaxınlığında Qızbəs adlı qadınla görüşərək ondan xatırlamadığı məbləğdə pulu qəbul etmişdir. O 2017-ci ilin noyabr ayının 10-da qardaşı Samirin xahişi ilə günorta saatlarında Namin adlı şəxslə zəngləşərək metronun “28 May” stansiyasının yaxınlığında görüşərək ondan təxminən 200-300 ABŞ dollarını qəbul dərək həmin pulu da Samirin razılığı ilə ailəsinə xərcləmişdir. Namin adlı şəxsin pulu ona hansı məqsədlə verdiyini bilməmişdir. 2017-ci ilin noyabr ayının təxminən 13-də qardaşı Samir mobil telefonun “teleqram” proqramı vasitəsilə zəng edərək bir nəfərin onunla əlaqə saxlayacağını və ona qapıpəncərədən qalan 1.300 ABŞ dolları verəcəyini deyərək bu pulu qəbul edib Cəlal adlı dostunun bacısı Əsmər adlı qadına çatdırmasını xahiş etmiş, həmin qadının mobil telefon nömrəsini də ona bildirmişdir. Samir Cəlal adlı dostuna eyni zamanda pul borcu olan başqa şəxslərin də olduğunu bildirərək, sonradan həmin şəxslərin verəcəkləri pulları da onun vasitəsilə bacısına çatdırmasını xahiş etmişdir. Noyabr ayının 14-də saat 11:12 dəqiqədə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İlqar adlı şəxs zəng edərək, ona Hacı Səlim adlı şəxsə göndərməsi məqsədilə qapı-pəncərədən qalan 1.300 ABŞ dolları vermək istədiyini bildirmiş, Hacı Səlim adlı şəxsin kimliyi vəİlqar adlı şəxsin sonuncuya hansı pulu göndərmək istəməsi onunüçün maraqlı olmadığı üçün əlavə sual verməmişdir. İlqar adlı şəxs “Qardaş, o qapıpəncərənin əmanətindən qalmışdı, onu göndərməliydi” deyəndə o, qardaşı Samirin sözlərinə əsasən, bu pulun ona məlum olmayan hansısa qapı-pəncərədən qalan pul olduğunu düşünmüşdür. Ona zəng edən İlqar adlı şəxs Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində fəaliyyət göstərən “Dərin Özüllər” zavodunda işlədiyini deyib pulu verməsi üçün iş yerinə yaxın Lökbatan dairəsinə gəlməsini istəsə də o oranın uzaq olduğunu bildirib metronun “28 May” stansiyasının yanına gəlməsini xahiş etmişdir. Belə olan halda, həmin şəxs saat 17 radələrində oğlunun şəhərə gələcəyini və pulu da sonuncunun vasitəsilə ona çatdıracağını, göndərəcəyi pulun məbləğinin bir qədər artıq ola biləcəyini və bu barədə onu əvvəlcədən məlumatlandıracağını bildirmişdir. Həmin gün saat 16:52 dəqiqədə özünü İlqar adlı şəxsin oğlu kimi təqdim edən Vüsal adlı şəxs ona zəng edərək, qapı-pəncərənin puluna görə zəng etdiyini bildirmiş və onlar Bakı şəhəri Xətai rayonu Nobel prospektində yerləşən hazırda fəaliyyət göstərməyən “Lunapark” adlanan istirahət parkının yaxınlığındakı “Bəh-Bəh” restoranının qarşısında görüşmüşlər. Vüsal adlı həmin şəxs orada ona 1.300 ABŞ dolları verib başqa bir söz demədən çıxıb getmiş və bir daha görüşməmişlər. Bundan sonra Samir zəng edərək qəbul etdiyi 1.300 ABŞ dollarını hələ özündə saxlamasını, ona başqa şəxslər tərəfindən avtomobil pulu olaraq əlavə 2.000 ABŞ dolları və ətir pulu olaraq 1.500 ABŞ dolları veriləcəyini, həmin pulları toplayıb bir yerdə Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O da İlqar adlı şəxsin oğlu Vüsalın vasitəsilə ona göndərdiyi 1.300 ABŞ dollarını aparıb evdə saxlamışdır. O, qardaşı Samir, eləcə də İlqar və onun oğlu Vüsal adlı şəxslərin “qapı-pəncərə pulu” deyəndə nəyi nəzərdə tutduqlarını bilməmiş və bu barədə onlardan heç nə soruşmamışdır. Samir heç bir zaman qapı-pəncərə işləri ilə məşğul olmamışdır. 2017-ci ilin noyabr ayının təxminən 15-də qardaşı Samir onunla telefonun “teleqram” proqramı vasitəsiləəlaqə saxlayaraq bir nəfərin ona zəng edəcəyini və həmin şəxslə görüşüb verəcəyi təxminən 200-250 manat məbləğində sədəqə pulunu götürməsini xahiş edərək həmin pulu sonradan evə xərcləməsini tapşırmışdır. Bu danışıqdan bir qədər sonra adını təqdim etməyən bir şəxs Rusiya operatoruna məxsus telefon nömrəsindən ona zəng edərək, nömrənin ona Abu İbrahimin verdiyini deyib bu şəxsi tanıyıbtanımadığını soruşmuş, o da sonuncunu tanıdığını təsdiq etmişdir. Bundan sonra həmin şəxs hazırda Bakı şəhərində metronun “İnşaatçılar” stansiyasının yanında olduğunu və ona internet vasitəsilə zəng etdiyini, görüşüb pul vermək istədiyini bildirmişdir. O isə atasının xəstəliyi ilə əlaqədar evdən çıxa bilmədiyi üçün ondan Xətai rayonu Nobel prospektinə gəlməsini xahiş edib yolu izah etmişdir. Saat 20 radələrində onun yaşadığı evin yaxınlığında “Bəh-bəh” restoranının qarşısında görüşmüşlər. Həmin şəxs onu tanımadığı bir nəfərlə markasını və qeydiyyat nişanını xatırlamadığı qara rəngli “CİP” avtomobilində gəlmişdir. Avtomobilin qabaq sağ oturacağından düşən dolu bədən quruluşlu bir şəxs Abu İbrahimin qardaşı olduğunu soruşandan sonra ona təxminən 200- 250 manat və yaxud ABŞ dolları verib getmişdir. Göstərilən şəxsdən qəbul etdiyi pulu qardaşı Samirin razılığı ilə sonradan evə xərcləmişdir. Bundan sonra qardaşı Samir 2017-ci ilin noyabr ayının əvvəllərində onunla “teleqram” proqramı vasitəsilə əlaqə saxlayaraq Sumqayıt şəhərində yaşayan bir qadının mobil telefon nömrəsini bildirmiş, onunla zəngləşib görüşərək verəcəyi təxminən 1.000 ABŞ dolları məbləğində pulu götürməsini və sonradan Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O etiraz etməmiş və pulu götürəcəyişəxs qadın olduğu üçün həyat yoldaşı Rənanın köməyindən istifadə etmişdir. Rəna noyabr ayının 15-də saat 18:28 dəqiqədə istifadələrində olan ***-***-**-** mobil telefon nömrəsindən Sumqayıt şəhərində yaşayan qadına zəng edərək danışmış və onlar növbəti gün günorta saatlarında həmin şəhərdə “Səməd market”in yanında görüşmək barədə razılığa gəlmişlər. Razılaşdırılan vaxt o, idarə etdiyi göy rəngli “Opel” markalı avtomobilində Rəna ilə birlikdə Sumqayıt şəhərinə gedərək Rəna orada dayanıb gözləyən qadına yaxınlaşıb verdiyi 1.000 ABŞ dolları və 15 manatı qəbul edərək gətirib ona vermişdir. 2017-ci ilin noyabr ayının 24-də səhər saat 09:39 dəqiqədə və həmin gün saat 10:02 dəqiqədə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə tanımadığı Azər adlı şəxs zəng edərək nömrəni uşaqların bildirdiyini deyib “Qaqa, Akifin pulu var idiye məndə, onu sənə vermək lazım idi, harda görüşərdik?” deyə soruşmuşdur. O zəng edən şəxsin konkret olaraq kimi nəzərdə tutduğunu başa düşməsə də nömrəsini uşaqların bildirdiyini və ona pul verəcəyini deyəndə artıq nömrənin bu şəxsə qardaşı Samir tərəfindən bildirildiyini yəqin etmiş, “Bəh-bəh” restoranının qarşısını həmin şəxsə görüş təyin etmişdir. Təxminən 20 dəqiqə sonra sonuncu taksi fəaliyyəti ilə məşğul olan “Mersedes-Benz” markalı avtomobillə gəlmiş və ona 175 manat verərək getmişdir. Pulu qəbul etdikdən sonra “teleqram” proqramı vasitəsilə Samirlə əlaqə saxlayıb bu barədə məlumatlandırmış, sonuncu ona pul veriləcəyindən xəbərdar olduğunu və həmin pulu evə xərcləməsini tapşırmışdır. 2017-ci ilin dekabr ayının əvvəllərində qardaşı Samir onunla əlaqə saxlayaraq Elçin adlı bir şəxsin nömrəsini vermiş, bu şəxsə zəng edib onunla Abdullah adlı şəxsin adından danışmasını və sədəqə pulu olaraq sonuncudan götürəcəyi 300 manatı evə xərcləməsini xahiş etmişdir. O da həmin ayın 2-də axşam saat 20:00 dəqiqədə istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsindən Elçin adlı şəxsə zəng edərək özünü Abdullah adı ilə təqdim etmiş və əmanəti nə vaxt götürə biləcəyini soruşmuşdur. Telefon danışığı zamanı həmin şəxs “300 dənə butulka olmalıdı da məndə”, “Hə, gəl götür. Amma boşdular da. Ətiri başqa adam verəcək. Ürəyin nə vaxt istəyir” deyəndə sonuncunun onunla şərti sözlərlə danışmasını əvvəlcə başa düşməsə də pulu bu şəxsdən qəbul etmək üçün növbəti gün metronun “Xalqlar dostluğu” stansiyasının yanında görüşmək barədə razılığa gəlmişlər. Telefon danışığı zamanı o həmin şəxsə ”Köməy eləyərsən, onları yığmağa” sözlərini zarafatla işlətmiş, sonuncu isə bu sözlərinin qarşılığında ona “Hə, bəs necə. Nə var ki, orda, qardaş. Suyu gətirginən, butulkalara tökərəm ətiri də qatıb düzəldəciyik də. Heç bir şey problem yoxdu, qardaş” cavabını vermişdir. Beləliklə, o razılaşdıqlar kimi növbəti gün günorta saatlarında metronun “Xalqlar dostluğu” stansiyasının yanına gələrək oradan Elçin adlışəxsə zəng etmiş və sonuncunun yaxınlıqda fəaliyyət göstərən ət dükanında olduğunu dəqiqləşdirib orada onunla görüşərək sonuncudan 300 manatı qəbul edərək ailəsinin maddi ehtiyaclarına xərcləmişdir. 2017-ci ilin dekabr ayının əvvəllərində qardaşı Samir “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb Vüsal adlı şəxsin mobil telefon nömrəsini vermiş və bu şəxslə zəngləşib görüşərək verəcəyi təxminən 2.100 ABŞ dollarını məbləğində avtomobil pulunu götürüb Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O, Samirin avtomobil pulu deyəndə söhbətin hansı avtomobildən getdiyini bilməmiş və bu barədə heç nə soruşmamışdır. Samirin xahişi ilə o, dekabr ayının 7-də saat 12:49 dəqiqədə istifadəmdə olan ***- ***-**-** mobil telefon nömrəsindən Vüsal adlı şəxsə zəng edib pulu istəmiş, sonuncu isə ona Tural adlı şəxsin nömrəsini bildirərək bu məsələ ilə bağlı həmin şəxslə əlaqə saxlamasını xahiş etmişdir. Bundan sonra o, Tural adlı şəxslə telefon əlaqəsi saxlayıb “Vüsal verdi nömrəni sənin. Pula görə zəng edirəm e, 2.100 dollara, maşının puluna görə” demiş, həmin şəxs yaxın gündəözü onunlaəlaqə saxlayıb görüşəcəyini bildirmişdir. 2017-ci ilin dekabr ayının 9-da saat 12:07 dəqiqədə Tural adlı həmin şəxs ona zəng edərək “məktub” verməli olduğunu bildirmiş, o sonuncunun “məktub” deyəndə avtomobil pulu demək istədiyini başa düşmüş, bu şəxs hazırda Buzovna qəsəbəsində işdə olduğunu bildirdiyi üçün həmin gün görüşləri baş tutmamışdır. O, növbəti gün, yəni dekabr ayının 10-da saat 15:48 dəqiqədə Tural adlı həmin şəxsə zəng edib pulu verməsi üçün evlərinin yanındakı “Bəh-bəh” restoranının qarşısına gəlməsini xahiş etmiş, sonuncu həmin gün bazar gününə təsadüf etdiyi üçün bankların işləməməsi səbəbindən pulun hamısını ABŞ dollarına dəyişə bilmədiyi və marşrut avtobusu ilə yaşadığı evin yanına gələrək ona 2.100 ABŞ dolları deyil, 1.500 ABŞ dolları və təxminən 400 manat pul verib getmişdir. Bundan başqa, 2017-ci ilin dekabr ayının əvvəllərində qardaşı Samir onunla “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb Firuz adlı bir şəxsin telefon nömrəsini bildirərək bu şəxsə zəng etməsini və onunla görüşüb verəcəyi 2.000 ABŞ dollarını qəbul edib sonradan Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O da dekabr ayının 7-də saat 12:58 dəqiqədə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Firuz adlı şəxsə zəng edərək onunla danışmış, telefon danışığı zamanı sonuncu “Yaxşı, əxi, sən indi denən ki, qardaşa dərmanlar hazırdı, dərmanları göndərəcəy verəcək sənə səbr eləsinlər bir az yaxşı əxi”, “deyirəm səbr eləsinlər bir az” deyəndə o, söhbətin hansı dərmanlardan getdiyini başa düşməmiş və yaşadığı yerdə şəbəkə zəif olduğu üçün söhbətin davamını eşitməmişdir. Dekabr ayının 8-də günorta saatlarında onun xahişi ilə Firuz adlı həmin şəxs idarə etdiyi avtomobillə onun yaşayış yerinə yaxın Nobel prospektində yerləşən hazırda fəaliyyət göstərməyən “Luna park”-ın yaxınlığına gələrək görüşmüş və ona 2.000 ABŞ dolları verərək getmişdir. 2017-ci ilin dekabr ayının əvvəllərində qardaşı Samir ona həmçinin Səbuhi adlı şəxsin telefon nömrəsini bildirərək bu şəxsə zəng edib onunla görüşməsini və sonuncudan avotomobil pulu olaraq verəcəyi 1.000 ABŞ dollarını götürməsini, sonradan bu pulu aparıb Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O, söhbətin hansı avtomobildən getdiyini qardaşından soruşmamış və dekabr ayının 7-də axşam saatlarında Səbuhi adlı şəxsə zəng edərək danışmış, söhbət zamanı Səbuhi adlı şəxs “həə, mənə deməmişdi qonşu ki, pul verəcəm maşının puluna görə, inşallah verib indi” deyəndə o kiminsə həmin pulu bu şəxsin vasitəsilə mənə çatdırmaq istədiyini düşünmüşdür. Həmin vaxt onun başqa işləri olduğu üçün Səbuhi adlı həmin şəxs evlərinin yaxınlığında “Bəhbəh” restoranının qarşısında qardaşı Samirin azyaşlı oğlu İbrahimlə görüşərək pulu vermişdir. 2017-ci ilin dekabr ayının 7-də qardaşı Samir onunla əlaqə saxlayaraq, Nazim adlı şəxsin nömrəsini bildirib bu şəxslə də əlaqə saxlayaraq görüşməyini və sonuncunun balın pulu olaraq verəcəyi 1.580 ABŞ dollarını götürüb Əsmər adlı qadına çatdırmasını xahiş etmişdir. O, Samirdən söhbətin hansı baldan getdiyini soruşmamış və istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Nazim adlı şəxsə zəng edib onunla danışıq aparmış, lakin həmin gün görüş baş tutmamışdır. Növbəti gün saat 11:33 dəqiqədə, saat 13:25 dəqiqədə və saat 13:53 dəqiqədə onun Nazim adlı həmin şəxslə yenidən telefon danışığı olmuşdur. O həmin şəxsdən onda nə qədər pul olduğunu və bu pulun “balın pulu” olduğunu soruşaraq dəqiqləşdirmək istəmiş, sonuncu onda 1.580 ABŞ dolları olduğunu bildirmiş və “hə də, balın puludur da” deyərək ona cavab vermişdir. Onlar həmin gün “Ukrayna” dairəsində görüşərək və orada Nazim adlı həmin şəxsdən 1.580 ABŞ dollarını götürmüşdür. 2017-ci ilin dekabr ayının 10-da onun xahişi ilə həyat yoldaşı Rəna saat 16:08 dəqiqədə Samirin əvvəlcədən telefon nömrəsi verdiyi Əsmər adlı qadınla əlaqə saxlayaraq növbəti günə metronun “28 May” stansiyasının qarşısında görüşmək barədə razılaşmışlar, danışılan vaxt idarə etdiyim avtomobillə Rəna ilə birlikdə təyin olunmuş görüş yerinə getmiş və saat 12 radələrində sonuncu orada Əsmər adlı qadınla görüşərək ona 10.000 ABŞ dolları vermişlər. 2017-ci ilin dekabr ayının 11-də qardaşı Samirlə növbəti telefon danışığı zamanı sonuncu bir nəfərin ona avtomobil pulu vermək üçün zəng edəcəyini və həmin şəxslə görüşüb pulu ondan götürməsini xahiş etmişdir. Samirlə danışandan az vaxt sonra həmin gün saat 21:59 dəqiqədə ona həqiqətən də tanımadığı ***-***-**-** mobil telefon nömrəsindən bir nəfər zəng etmiş və nömrəni ona Samirin bildirdiyini deyərək onda olan əmanəti götürmək üçün nə vaxt görüşə biləcəklərini soruşmuşdur. Əmanət deyəndə o bu şəxsin Samirin əvvəlcədən xəbərdar etdiyi şəxs olduğunu bilmək üçün ondan “sən maşının puluna görə zəng eləyibsən də” deyə soruşmuşdur. Samir bu dəfə də ona maşın pulu deyəndə söhbətin hansı maşından getməsi ilə maraqlanmamışdır. Həmin şəxs maşın pulu ilə bağlı ona zəng etdiyini təsdiqlədikdən sonra onlar görüş vaxtını müəyyən etmişlər. Zəng edən şəxs hansısa rayonda olduğu üçün Bakı şəhərinə gəldikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin şəxs dekabr ayının 13-də Bakı şəhərinə gəlmiş və səhər saatlarında metronun “28 May” stansiyasının yanında görüşmüşlər. Həmin vaxt bu şəxsin ona hansı məbləğdə pul verdiyini xatırlamır. Ondan götürdüyü pul vəsaitinin üzərinə bir qədər də bank vasitəsilə adına köçürülmüş pul vəsaitini qoyaraq ümumilikdə təxminən 4.500 ABŞ dollarını dekabr ayının 18-də həyat yoldaşı Rəna ilə birlikdə Əsmər adlı qadının bacısı Aytən adlı qadına vermişlər. 2017-ci ilin dekabr ayının 22-də qardaşı Samir onunla əlaqə saxlayaraq Rusiya Federasiyasından “BTB” bank vasitəsilə onun, yaxud da həyat yoldaşı Rənanın adına 5.000 ABŞ dolları göndəriləcəyini və bu pulu götürərək Aytən adlı qadına çatdırmasını xahiş etmişdir. Həmin vaxt pulu göndərəcək şəxslə onun xahişi ilə Rəna “teleqram” proqramı vasitəsilə danışmışdır. Bu danışıqda oözü iştirak etmədiyi üçün sonradan Rəna ona zəng edərək pulu göndərəcək şəxsin onunlaəlaqə saxladığını və göndərmək istədiyi pulun məbləğinin 300.000 Rusiya rublu olduğunu, bu məbləğin də 5.000 ABŞ dolları etdiyini bildirmişdir. O, Rənaya həmin şəxsə göstərilən pul vəsaitini bank vasitəsilə köçürməsini tapşırmasını xahiş etmişdir. Bundan sonra qeyd edilən məbləğin onların adına hissə-hissə, yaxud tam köçürüldüyünü xatırlamır. 2018-ci ilin yanvar ayının 14-də saat 09:52 dəqiqədə Aytən adlı qadınla əvvəlcə həyat yoldaşı Rəna, həmin gün saat 18:33 dəqiqədə isə həmin qadının həyat yoldaşı Rövşən adlı şəxslə oözü telefon danışığı aparmış və həmin gün sonuncu ilə görüşərək ona təxminən 500 ABŞ dolları vermişdir. Bundan sonra isə bir dəfə də Aytən adlı həmin qadına 5.000 ABŞ dolları vermişdir. Beləliklə, 2017-ci il noyabr ayının 14-dən dekabr ayının 8-dək olan müddət ərzində qardaşı Samirin xahişi ilə: - noyabr ayının 14-dəİlqar adlışəxsin oğlu Vüsal adlı şəxsdən götürdüyü 1300 ABŞ dolları; - noyabr ayının 15-də həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhərinə gedərək orada Rəna adlı qadından götürdükləri 1000 ABŞ dolları və 15 manat; - dekabr ayının 7-də Firuz adlı şəxsdən götürdüyü 2.000 ABŞ dolları; - yenə həmin gün Səbuhi adlı şəxsdən götürdüyü 1.000 ABŞ dolları; - dekabr ayının 8-də Nazim adlı şəxsdən götürdüyü 1.580 ABŞ dolları; - dekabr ayının 10-da Tural adlı şəxsdən götürdüyü1500 ABŞ dolları, təxminən 400 manat, - dekabr ayının 13-də adını bilmədiyi şəxsdən götürdüyü xatırlamadığı məbləğdə pul vəsaitini, ümumilikdə bu şəxslərdən qəbul etdiyi təxminən 8.700 ABŞ dolları və 15 manat məbləğində pul vəsaitlərini, eləcə də bütün bu müddət ərzində “BTB” bankın Bakı şəhərində Səməd Vurğun parkının yaxınlığında fəaliyyət göstərən filialından «Zolataya Karona» sürətli pul köçürmə vasitəsilə özünün, həyat yoldaşı Rənanın və anası Rübabənin adına əsasən Rusiya Federasiyasından tanımadığı şəxslərdən müxtəlif vaxtlarda daxil olmuş pul vəsaitinin və digər şəxslərdən qəbul etdiyi pul vəsaitinin bir hissəsini, yəni ümumilikdə 20.000 ABŞ dollarını şəxsən Əsmər adlı qadının özünə və bacısı Aytən adlı qadına vermişdir. Bank vasitəsilə adlarına daxil olan pul vəsaitləri və onların təyinatı barədə qardaşı Samir “teleqram” proqramı vasitəsilə ona əvvəlcədən məlumat vermiş, pul göndərən şəxslərin tanışları olduğunu bildirmişdir. 2018-ci ilin yanvar ayının 12-də qardaşı Samir onunla əlaqə saxlayaraq bir nəfərin ona zəng edəcəyini və həmin şəxslə görüşüb verəcəyi sədəqə pulunu götürərək ailə üzvlərinə xərcləməsini xahiş etmişdir. Bu danışıqlarından sonra ona Rusiya operatoruna məxsus nömrədən zəng gəlmiş. Zəng edən şəxs əvvəllər də onunla yaşadığı evin yaxınlığında görüşdüyünü deyəndə o bu şəxsin 2017-ci ilin noyabr ayının ortalarında qara rəngli “CİP” avtomobili ilə gələrək ona təxminən 200-250 manat sədəqə pulu verən şəxs olduğunu xatırlamışdır. Həmin gün işi olduğu üçün qeyd edilən şəxslə evlərinin yaxınlığında axşam saatlarında qardaşı Samirin azyaşlı oğlu İbrahim görüşərək 800 ABŞ dollarını götürüb ona çatdırmışdır. O da bu vəsaitin 400 ABŞ dollarını ailə üzvlərinə xərcləmiş, qalan 400 ABŞ dollarını isə Xaçmaz rayonunda yaşayan tanımadığı imkansız bir qadına sonuncunun qohumu Samir adlı şəxs vasitəsilə göndərmişdir. 2018-ci ilin fevral ayının 28-də saat 09:37 dəqiqədə ona İlqar adlı şəxs zəng edərək, Turala qapı-pəncərə əmanətini göndərmək istədiyini bildirmişdir. O, söhbətin hansı əmanətdən getdiyini, Turalın kim olduğunu və sonuncuya hansı qapı-pəncərənin pulunun göndərilməsini, nömrəsinin bu şəxsə kim tərəfindən verildiyini aydınlaşdırmağa çalışmış, zəng edən İlqar adlı şəxs tanışlıq məqsədilə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Elmira adlı qadının, sonuncunun oğlanları Mübariz və Cəlilin adlarını çəkmişdir. O, Mübariz və Cəlil adlı şəxslərin adlarını ilk dəfə eşitsə də Elmira adlı qadın barədə qardaşı Samir ona əvvəllər demişdir. Belə ki, bir dəfə həmin qadın qardaşı Samirə qapı-pəncərədən qalan borcundan xatırlamadığı məbləğdə pulu hazırda ona zəng edən İlqar adlı şəxs vasitəsilə göndərmişdir. İlqar adlı həmin şəxs bu danışığında “elə sizin özünüznən əlaqə saxlamışdıq, siz göndərmişdiz”, “o yana göndərməyə da, qardaşlara” deyəndə verdiyi pulun onun tərəfindən haraya və hansı qardaşlara göndərildiyini başa düşə bilməmişdir. Belə ki, həmin şəxsin 2017-ci ilin noyabr ayının 14-də oğlu Vüsal vasitəsilə göndərdiyi 1.300 ABŞ dollarını, eləcə də bundan təxminən 10-15 gün əvvəl İlqar adlı şəxsin özü ilə “Binə” dairəsi adlanan yerdə görüşərək ondan “qapı-pəncərə pulu” adı ilə aldığı xatırlamadığı məbləğdə pulu sonradan qardaşı Samirin xahişi ilə Əsmər adlı qadına vermişdir. Fevral ayının 28-də İlqar adlı həmin şəxslə onun arasında bir neçə danışıq olmuşdur. Bu danışıqlar zamanı həmin şəxsin “mən Abu Salimin adamıyam” deyəndə söhbətin hansışəxsdən getdiyini, özüm “bildim” deyə cavabında nəyi nəzərdə tutduğumu xatırlamır. İlqar adlı şəxsin ona vermək istədiyi pulla bağlı qardaşı Samirlə əvvəlcədən heç bir söhbəti olmadığı üçün həmin şəxsə cavab verməsini uzatmağa çalışmışa, bununla da Samirlə əlaqə yaradıb pulun haraya və kimə göndərilməsi məsələsinə aydınlıq gətirmək istəmişdir. Ona görə İlqar adlı həmin şəxsdən dini ləqəbi Abu İbrahim olan qardaşı Samirin onunla əlaqə saxlamasını istəmişdir. Buna baxmayaraq, İlqar adlı şəxs ondanəl çəkmək istəməyib tez-tez zəng edərək, “O Abu Səlimə çatacaq o”, “Qabaq getdiyi yerə, əvvəl getdiyi yerə”, “mən həmişə siznən göndərirdim də, həmin adamdı” deyib pulu həmin gün ona vermək istədiyini israrla xahiş etmişdir. Bundan sonra o, qardaşı Samirlə “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb ona bir nəfərin zəng edərək Abu Salim adlışəxsə göndərmək üçün pul vermək istədiyini bildirmiş, bu pulun nə pul olduğunu, haraya və kimə göndəriləcəyini soruşmuşdur. Samir də ona həmin şəxsin səhv dediyini və veriləcək pulun Abu Salim adlı şəxsin ona olan borcu olduğunu demiş, lakin həmin şəxsin kim olduğunu bildirməmişdir. Bundan sonra Samir ona zəng edən şəxslə özünün danışacağını deyib sonuncu ilə görüşərək verəcəyi pulu götürməsini və həmin pulu evə xərcləməsini xahiş etmişdir. Beləliklə, Samirlə danışdıqdan sonra o, İlqar adlı şəxslə həmin gün evlərinin yaxınlığında “Bəh-bəh” restoranının yanında görüşmüş, sonuncu orada ona təxminən 500-600 ABŞ dolları verib getmişdir. Qəbul etdiyi pulu sonradan Samirin uşaqlarının maddi ehtiyaclarına xərcləmişdir. 2018-ci ilin yanvar ayının 19-da saat 16:10 dəqiqədə ona tanımadığı ***-***-**-** mobil telefon nömrəsindən bir nəfər zəng edərək əvvəllər də “Bəh-bəh” restoranının qarşısında görüşdüklərini deyib tanışlıq verərək, zəng etməkdə məqsədinin bu dəfə də görüşüb ona pul vermək olduğunu bildirmişdir. O həmin şəxsin bundan əvvəl də 2-3 dəfə onunla görüşərək hər dəfə təxminən 300-500 manat və yaxud da ABŞ dolları ilə pul verdiyini xatırlamamışdır. Bu şəxsin zənglərindən əvvəl isə hər dəfə qardaşı Samir ona zəng edərək bir nəfərin onunla əlaqə saxlayıb verəcəyi sədəqə pulunu qəbul edərək evə xərcləməsini xahiş etmişdir. Bu dəfə də həmin şəxs zəng edərək “məndə bir şey var idi, gəlib səninlə görüşüb sənə verməli idim. Dedim görüm müsaitsən, gələrdim bir azdan “ deyəndə o həmin şeyin əmanət, yəni pul olduğunu soruşub dəqiqləşdirmiş, eləcə də ondan nə qədər pul verəcəyini soruşmuşdur. Həmin şəxs verəcəyi pulun məbləğinin 1.500 ABŞ dolları olduğunu bildirmişdir. Bundan sonra onun başqa işi olduğu üçün xahişi ilə həmin şəxs “Bəh-bəh” restoranının yanında qardaşı Samirin oğlu İbrahimlə görüşərək 1500 ABŞ dolları verib getmişdir. Bu məbləği də o, evlərinin maddi ehtiyaclarıüçün saxlayıb hissə-hissə xərcləmişdir. 2018-ci ilin mart ayının 8-də qardaşı Samir zəng edərək əvvəllər ona uşaqları üçün 1-2 dəfə sədəqə pulu vermiş şəxsin yenidən onunla əlaqə saxlayacağını və bu dəfə sonuncunun verəcəyi sədəqə pulunu adı sonradan ona məlum olan “Qa-qa” ləqəbli İlqar adlı şəxsə çatdırmasını xahiş etmişdir. Samirin bildirdiyinə görə, İlqar adlı həmin şəxs bu pulu Azərbaycan Respublikasında olan kasıb ailələrə paylamalı idi. Bu telefon danışığından sonra bir nəfər zəng edərək ona əmanət vermək istədiyini deyib harada görüşə biləcəyini soruşmuş, onunla əvvəllər də Bakı şəhəri Nobel prospektində görüşərək pul verdiyini bildirmişdir. O bu şəxsi xatırlayaraq yenə də həmin yerə gəlib pulu ona verməsini xahiş etmişdir. Onlar növbəti gün, yəni mart ayının 09-da saat 22:58 dəqiqədə “Bəh-bəh” restoranının qarşısında görüşmüş və sonuncudan 300 ABŞ dollarını götürmüşdür. 2018-ci ilin mart ayının 10-da ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi “Qa- Qa” ləqəbli İlqar adlı şəxs “teleqram” proqramı vasitəsilə qardaşı Samirin adından zəng edərək onda olan 300 ABŞ dollarını götürmək üçün metronun “28 May” stansiyasının qarşısına görüş təyin etmişdir. Həmin 300 ABŞ dolları da onun mart ayının 9-da saat 22:58 dəqiqədə “Bəh-bəh” restoranının qarşısımda başqa bir şəxsdən görüşərək götürdüyü pul olmuşdur. O həmin gün saat 19:36 dəqiqədə və saat 19:42 dəqiqədə istifadəsində olan ***-***- **-** mobil telefon nömrədən həmin şəxsə zəng edərək danışıq aparmış və təyin edilmiş metronun “28 May” stansiyasının qarşısında görüşərək bu şəxsə 300 ABŞ dolları vermişdir. Bundan sonra, mart ayının 9-da sədəqə üçün pul götürdüyü şəxsdən daha 5-6 dəfə pul qəbul edərək “Qa-Qa” ləqəbli şəxsə çatdırmış və hər dəfə də Samirin sözlərinə əsasən bu pulun üstündən müəyyən qədər götürüb onun uşaqları üçün xərcləmişdir. Göstərilən şəxsdən hansı vaxtlarda və hansı məbləğlərdə pul götürüb “Qa-Qa” ləqəbli İlqar adlı şəxsə çatdırdığı vaxtları dəqiq bilməsə də 2018-ci ilin mart ayından sonra bir dəfə həmin şəxsdən 1500 ABŞ dolları götürüb, bu puldan 100 ABŞ dolları evə xərclədiyi, qalan pulu “Qa-Qa”ya çatdırdığı yadındadır. Bir dəfə də qeyd edilən şəxs ona sədəqə pulu olaraq 5,500, yaxud da 6,500 ABŞ dolları vermişdir ki, o da həmin puldan 200 ABŞ dollarını evə xərcləmiş, qalan pulu isə “Qa-Qa”nın adından gələn Orxan adlı şəxsə vermişdir. Sonuncu dəfə isə Ramazan bayramına 3 gün qalmış həmin şəxsdən Samirin dediyi fitrə pulu olaraq 9.000 ABŞ dolları götürüb ondan 200 ABŞ dollarını evə xərcləmiş, qalan 8.800 ABŞdollarını isə “Qa-Qa”ya vermiş, sonuncunun həmin pulları sədəqə olaraq kimə verdiyini bilməmişdir. Adına 17 noyabr 2017-ci il tarixdə x5 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 500 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə x42 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 3.450 ABŞ dolları, 27 dekabr 2017-ci il tarixdə yenə də x5 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 500 ABŞ dolları, 09 mart 2018-ci ildə Shukri Rama tərəfindən Finlandiya Respublikasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə 973.08 EUR, həmin tarixdə Boris Kukarhojev tərəfindən Finlandiya Respublikasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə 636.50 EUR və həmin şəxs tərəfindən eyni tarixdə bu ölkədən göndərilmiş 1000 EUR, anası Şahid14 adına 16 dekabr 2017-ci il tarixdə x29 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 130.000 rus rublu, 12 avqust 2017-ci il tarixdə x108 tərəfindən Rusiya Federasiyasından “Kontakt” beynəlxalq pul köçürməsi vasitəsi ilə 3.000 ABŞ dolları, 15 dekabr 2017-ci il tarixdə x108 tərəfindən Rusiya Federasiyasından “Kontakt” beynəlxalq pul köçürməsi vasitəsi ilə 2.000 ABŞ dolları, 02 mart 2018-ci il tarixdə x54 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 56.000 rus rublu, 23 dekabr 2017-ci il tarixdə x149 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 250.000 rus rublu, 23 dekabr 2017-ci il tarixdə x129 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 50.000 rus rublu və 10 mart 2018-ci il tarixdə x72 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 70.000 rus rublu məbləğində pul vəsaitləri göndərmiş şəxslər Suriyada olan qardaşı Samirin tanışları olub, onları tanımamış və barələrində də əvvəllər heç nə eşitməmişdir. Samir zəng edərək bu şəxslərin onun və anasının adına pul göndərəcəklərini demiş və onlar da banka gedərək həmin pulları qəbul etmişlər. Samir bu şəxslərin kim olduqlarını deməmiş, yalnız pulları qəbul edib uşaqlarına xərcləməsini xahiş etmişdir. Bu pul vəsaitlərindən yalnız 18 dekabr 2017-ci il tarixdə x42 adlı şəxs tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə göndərilmiş 3.450 ABŞ dollarını, eləcə də həmin ərəfədə anası Şahid14 adına göndərilmiş 130.000 rus rublundan təxminən 1.550 ABŞ dollarını, yəni cəmi 5.000 ABŞ dollarını qəbul etdikdən sonra Samirin xahişi ilə aparıb Aytən adlı qadına vermiş, qalan pulları isə evə xərcləmişdir. Yaşadığı ünvana 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş həyat yoldaşı Rəna İbrahimovanın adına 10 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsilə x17 Maqomed Djamalatdinoviç tərəfindən göndərilmiş 62.560,00 rus rublunun “BTB” bankdan qəbul edilməsi barədə qəbzlə bağlı ifadədə x18 adlı şəxsi onlar tanımamışlar və həmin pul Rənanın adına qardaşı Samirin xahişi ilə göndərilmişdir. Bu pulu qəbul etdikdən sonra ailənin maddi ehtiyaclarına xərcləmişdir. Baxış zamanı yaşadığı ünvandan həmçinin qardaşı Samirin xahişi ilə Bakı şəhərində hansısa şəxsdən qəbul etdiyi və ailənin maddi tələbatını ödəmək üçün saxladığı 125 ABŞ dolları da aşkar edilərək götürülmüşdür. O, təqsirləndirilən Namiq Nağıyevi əvvəllər tanımadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə təxminən 2015-2016-cı illərdə Bakı şəhərində Dərnəgül qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində təsadüfən tanış olmuşdur. Belə ki, həmin kafedə namaz otağı olmuş və tanışlığı da namaz qıldıqdan sonra yaranmışdır. Bundan sonra münasibətləri yaxın olmasa da 2018-ci ilin aprel ayında növbəti görüşləri zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini aldığını bilmiş və demişdir ki, Rusiya Federasiyasından ona pul göndərməlidir. Lakin pasportu olmadığı üçün adına pul göndərişlərini banklardan qəbul edə bilmir. Ona görə də İlqar ondan göndərilən pulların bank vasitəsilə onun adına köçürülməsini xahiş etmişdir. O, etiraz etməmiş və İlqara şəxsiyyət vəsiqəsini vermişdir. İlqar isə onun yanında telefonu ilə vəsiqənin şəklini çəkib özünə qaytarmışdır. Bundan sonra may ayının sonlarında adına Rusiya Federasiyasından tanımadığı şəxslər tərəfindən bank yolu ilə sürətli beynəlxalq pul köçürülmələri vasitəsilə hər dəfə təxminən 400-500 ABŞ dolları olmaqla 2 dəfə pul daxil olmuş və bu pulları hazırda xatırlamadığı bankdan qəbul edərək İlqara vermişdir. Həmin vaxt İlqardan bu pulların kimlərdən və hansı məqsədlə göndərildiyini soruşduqda İlqar Azərbaycan Respublikasında xeyriyyəçiliklə məşğul olduğunu və həmin pulların da məhz xeyriyyəçilik məqsədilə ona göndərildiyini, ətrafı geniş olduğu üçün göndərilən pulları maddi imkanı olmayan şəxslərə payladığını demişdir. O, İlqarın səmimiliyinə inanmış və bundan sonra da İlqar iyul ayının əvvəllərində həbs edilənədək olan müddətdə adına Rusiya Federasiyası, Ukrayna və Qazaxıstan Respublikalarından ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə təxminən 18- 19 dəfə beynəlxalq pul köçürmələri vasitəsilə daxil olan pul vəsaitlərini qəbul edib şəxsən İlqara vermişdir. Əvvəllər Tümen şəhərində universitetin birinci kursunda təhsil aldığı zaman həmin universitetin hüquq fakültəsinin dördüncü kurs tələbəsi milliyyətcə azərbaycanlı, lakin Rusiya Federasiyasının vətəndaşı olan Süleyman adlı şəxslə tanışlığı yaranmışdır. 1 il sonra, yəni 2012-ci ildə Süleyman universitetin bakalavr pilləsini bitirmiş və bundan sonra uzun müddət ondan xəbəri olmamışdır. 2015-ci ildə Azərbaycan Respublikasına köçəndən sonra Süleyman onunla telefonun “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış və ona maddi köməklik etməyi xahiş etmişdir. O, Süleymandan harada olduğunu soruşmuş, sonuncu isə bunu deyə bilməyəcəyini bildirmişdir. O, nömrənin Suriya mobil operatoruna məxsus olduğunu öyrəndikdən sonra Süleymana maddi köməklik etməkdən imtina etmiş və ona imkanının olmaması barədə məlumat göndərmişdir. 2017-ci ilin əvvəllərində Süleyman yenidən Suriya Ərəb Respublikasından başqa bir nömrədən onunla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb ona maddi köməklik etməyi yenidən xahiş etmişdir. O, yenə nömrənin Suriya operatoruna məxsus olduğunu dəqiqləşdirəndən sonra Süleymanın həmin ölkədə olduğunu yəqin etmiş və bu səbəbdən ona maddi köməklik etməkdən imtina etmişdir. 2018-ci ilin iyun ayının təxminən 10-da Süleyman ona Türkiyə Respublikasının mobil operatoruna məxsus mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb demişdir ki, Türkiyədə qaçqın şəhərciyindədir və uşağını orada əməliyyat etdirməlidir. Uşağının fotoşəklini də ona göndərmişdir. Süleyman demişdir ki, Rusiyada pul tapmışdır, lakin sənədləri qaydasında olmadığı üçün Rusiyadan pul qəbul edə bilmir. Ona bir nəfər Azərbaycandan adam lazımdır ki, həmin pulu qəbul etsin. Sonra isə qəbul etdiyi həmin pulu Bakı şəhərində deyəcəyi şəxsə versin. Artıq həmin şəxs özü pulu ona çatdıracaqdır. O da pulun onun adına göndərilməsinə etiraz etməmiş və şəxsiyyət vəsiqəsinin fotoşəklini telefon vasitəsilə Süleymana göndərmişdir. Süleyman pulu qəbul etdikdən sonra verəcəyi şəxsin mobil telefon nömrəsini ona göndərmişdir. Süleymana etibarı o qədər də olmadığı üçün qərara gəlmişdir ki, verdiyi nömrəyə zəng edərək həmin şəxsin kim olduğunu müəyyən etsin. Həmin nömrəni telefonunda yığarkən ekranda Təqsirləndirilən şəxs2 adı çıxmışdır. O, İlqarın xeyriyyə işləri ilə məşğul olduğunu bildiyi üçün Türkiyəyə pul göndərmək imkanın da olduğunu yəqin etmişdir. Bundan sonra İlqarla görüşüb Süleyman adlı tanışının xahişini ona çatdırmışdır. İlqar həmin şəxsə pul çatdırmaqda köməklik edəcəyinə söz vermişdir. Bundan 1 həftə sonra Rusiya Federasiyasının operatoruna məxsus hazırda xatırlamadığı mobil nömrədən telefonuna göndəriləcək pulun məbləği və bank kodu göndərilmişdir. Həmin pulu Bakı şəhərində fəaliyyət göstərən hansı bankdan qəbul etdiyini hazırda xatırlamır. Həmin bankda qəbul etdiyi pulun məbləği 1.411 ABŞ dolları olmuşdur. Pulu qəbul etdikdən sonra Süleymana çatdırılmasından ötrü aparıb İlqara vermiş və bu barədə mobil telefonundan “Whatsapp” proqramı vasitəsilə Süleymana məlumat vermişdir. Süleyman bu məbləğin oğlunun əməliyyatı üçün kifayət etməyəcəyini bildirib, İlqardan ona əlavə pul göndərməsini xahiş etməyimi istəmişdir. Təxminən 1 həftə sonra Süleyman göndərdiyi pulun ona çatmadığını demiş və pulun çatmamasının səbəblərini araşdırmağımı xahiş etmişdir. O da bu barədə telefon vasitəsilə İlqara müraciət ettmiş və eyni zamanda Süleymanın əlavə maddi köməklik göstərilməsilə bağlı xahişini İlqara çatdırmışdır. İlqar göndərdiyi pulun Türkiyə Respublikasında olduğunu və hələ içəri keçmədiyini bildirmişdir. Həmin vaxt onun içəri keçməyib dediyi sözləri pulun Süleymanın yaşadığı qaçqın şəhərcəyinə aparılmaması kimi başa düşmüşdür. İlk əvvəl həmin pulun Suriyaya göndərilə biləcəyinə inanmamışdır. Çünki televiziya kanallarından görmüşdür ki, Türkiyə ilə Suriya dövlət sərhədi boyunca hürdür daş hasarlar tikilmişdir. İyun ayının sonlarında İlqarla növbəti görüş zamanı Süleymana göndərdiyi pulun İlqarın Türkiyə vasitəsilə Süleymana Suriyaya göndərdiyini biləndən sonra adına beynəlxalq pul köçürülməsi vasitəsilə pul göndərilməsindən imtina ettmişdir. Bir neçə gün sonra isə İlqarın həbs edilməsini eşitmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı şübəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi şüöhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. O, həmin ifadələrdə göstərmişdir ki, o, xx xxxx 1992-ci ildə Yevlax şəhərində doğulmuş, 2011-2015-ci illərdə x82 Dövlət Universitetində hüquq fakültəsində ali təhsil almış, universiteti bitirdiyi il x91 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları olmuşdur. Ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamış, ixtisası üzrə işləməmiş və fərdi qaydada süd məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur. 2013-cü ilin ortalarından İslam dininin Əhli-sünnə məzhəbi üzrə ibadət etmişdir. 2018-ci ilin may ayının ortalarında Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 1,2 saylı İqtisadiyyat yataqxanasının yaxınlığında yerləşən kafedə çay içdiyi zaman orada təsadüfən təxminən 2 il əvvəl “Ləzgi məscidi”ndə namaz qılarkən tanış olduğu əslən Ağdam rayonundan olan Təqsirləndirilən şəxs2lə rastlaşmış və birlikdə çay içərək ümumi biri-birindən hal-əhval tutmuşlar. Söhbət əsnasında İlqar ona razılıq verəcəyi təqdirdə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrin tərkibində döyüşmüş və Türkiyə Respublikasında məskunlaşmış maddi cəhətdən çətinliyi olan İslam dininin Əhlisünnə məzhəbinin vəhhabi təriqətindən olan şəxslər və onların ailə üzvlərinə çatdırılması məqsədi ilə xarici ölkələrdən adına pul göndərilməsini və həmin pulları banklardan qəbul edib ona çatdırmasını təklif etmişdir. O da əqidə yoldaşlarına köməklik edilməsini özünə borc bildiyi üçün Təqsirləndirilən şəxs2 bu təklifinə təmənnasız olaraq razılıq vermiş və sonuncu onun soyadı, atasının adı və təvəllüdü barədə özündə müvafiq qeydlər aparmışdır. Bundan sonra onun adına: - 13 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x43 Uvays Maqomedoviç tərəfindən 250.000 RUB; - 17 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x44 Kurabeqovna Alikhanova tərəfindən 789,33 ABŞ dolları; - 18 may 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x83 Ozdoev tərəfindən 848,06 ABŞ dolları; - 18 may 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x19 Tulanovich Yuldashev tərəfindən 500 ABŞ dolları; - 18 may 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x84 Adzhieva tərəfindən 710,17 ABŞ dolları; - 19 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x30 Davlatovna Eshkuvatova tərəfindən 550 ABŞ dolları; - 24 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x43 Uvays Maqomedoviç tərəfindən 150.000 RUB; - 24 may 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x73 Radzhabovich Kurbanaliev tərəfindən 961,56 ABŞ dolları; - 25 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x45 Musaevna Katayeva tərəfindən 357 ABŞ dolları; - 25 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x46 Talkhievna Yausheva tərəfindən 400 ABŞ dolları; - 25 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x85 Alikhanovna Ausheva tərəfindən 300 ABŞ dolları; - 01 iyun 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x55 Raxman Yusifov tərəfindən 10.500 RUB; - 01 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x31 Musayevna Mamedova tərəfindən 200 ABŞ dolları və - 08 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x56 Bostanovna Masimova tərəfindən 44.500 RUB; - 08 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x56 Bostanova Masimova tərəfindən 1204,87 AZN; - 12 iyun 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Qırğızıstan Respublikasından Aşaparov Ruslan Kaşioviç tərəfindən 350 Avro; - 12 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi iləİspaniya x86 tərəfindən 1.000 ABŞ dolları; - 16 iyun 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x43 Uvays Maqomedoviç tərəfindən 250.000 RUB; - 19 iyun 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə x47 Razat Maqomedalievna tərəfindən 2200 ABŞ dolları; - 21 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Özbəkistan Respublikasından Maxsuda Davlatovna Eşkavatova tərəfindən 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş və o da Təqsirləndirilən şəxs2 bu köçürmələrə dair verdiyi göndəriş kodlarına əsasən həmin pulları Bakı şəhərində fəaliyyət göstərən “xxxxxxx” ASC-nin “Əcəmi” filialı, “xxxxxxxxxxxxxxx” ASC-nin “Azneft” filialı və “xxxxxxxxx” ASC-nin “Binəqədi” filialı, “Bank VTB”-nin “Əcəmi” filialı, “xxxxxxxx”-nin “Avropa” otelinin yaxınlığında yerləşən filialından, eləcə də xatırlamadığı digər banklardan qəbul edərək gətirib Təqsirləndirilən şəxs2 özünə vermişdir. Təqsirləndirilən şəxs2 ondan qəbul etdiyi pulları“Abu İbrahim” dini ləqəbli Samir adlı şəxs vasitəsi ilə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinin tərkibində döyüşmüş və Türkiyə Respublikasında məskunlaşmış maddi cəhətdən çətinlik çəkən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətindən olan şəxslərə və onların ailə üzvlərinə çatdırmışdır. Təqsirləndirilən şəxs2 sözlərinə əsasən, adına pul göndərmiş şəxslər onunla “Abu İbrahim” ləqəbli Samir adlı şəxsin tanışları, eləcə də Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinə qoşulmuş maddi cəhətdən çətinlik çəkən şəxslərin ailə üzvləri və tanışları olmuşlar. Təqsirləndirilən şəxs3 daha sonra göstərmişdir ki, x82 Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil aldığı zamanlar təxminən 2013-cü ildə eyni fakültənin tələbəsi əslən azərbaycanlı, İslam dininin Əhli Sünnə məzhəbinin vəhhabi təriqətindən olan Rusiya Federasiyasının vətəndaşı Süleyman adlı şəxslə tanış olmuş və həmin vaxtdan onların dostluq münasibətləri yaranmışdır. Ali təhsilini başa vurduqdan sonra o, 2015-ci ilin sonlarında Azərbaycan Respublikasına geri qayıtmış, bundan sonra Süleymanla istifadələrində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsilə vaxtaşırı əlaqə saxlayıb hal-əhval tutmuşlar. 2016-cı ilin təxminən ortalarında isə Süleyman onun “Whatsapp” profilinə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinə qoşularaq döyüşlərdə iştirak etməsi barədə məlumat yazıb göndərmişdir. Onlar bundan sonra da əvvəlki qaydada “Whatsapp” proqramı vasitəsi ilə vaxtaşırı əlaqə saxlayıb biri-birindən xəbər tutmuşlar. 2018-ci ilin iyun ayının ortalarında Süleyman onunla əlaqə saxlayaraq tanışlarından birinin bank vasitəsilə adına pul köçürəcəyini demiş və həmin pulu qəbul edib Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərməsini xahiş etmiş, o da Süleymana bunun problem olmadığını bildirmişdir. Həmin ayın 13-də Süleyman yenidən onunla əlaqə saxlayaraq adını demədiyi tanışı tərəfindən onun adına beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə 1.411 ABŞ dolları məbləğində pul göndərildiyini bildirib göndəriş kodunu demiş, qeyd edilən pul vəsaitini bankdan qəbul edərək ona göndərməsi üçün Təqsirləndirilən şəxs2 çatdırmasını xahiş etmişdir. O da qeyd edilən tarixdə adına göndərilmiş 1.411 ABŞ dollarını Süleymanın xahişi ilə xatırlamadığı bankların birindən qəbul edərək elə həmin gün Təqsirləndirilən şəxs2 çatdırmış və göstərilən pul vəsaitini Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinin tərkibində döyüşən Süleyman adlı tanışına göndərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və 1.411 ABŞ dollarını ondan qəbul etmiş, təxminən 1-2 gün sonra isə artıq həmin pulu Süleyman adlı tanışına göndərdiyini bildirmişdir. O da öz növbəsində “Whatsapp” proqramı vasitəsi ilə bu barədə Süleymana məlumat vermişdir. İyun ayının sonlarında isə sonuncu onunla əlaqə saxlayaraq göndərdiyi 1.411 ABŞ dollarının ona çatmadığını demiş və bununla bağlı Təqsirləndirilən şəxs2lə danışıb səbəbini öyrənməsini xahiş etmiş, eləcə də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, həm özü və həm də Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında yaşayan tanışlarından, eləcə də ona köməklik etmək istəyən digər şəxslərdən pul toplayıb ona göndərmələrini xahiş etmişdir. O, xahişi ilə bağlı Təqsirləndirilən şəxs2lə danışıb nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra 30 iyun 2018-ci il tarixdə istifadəsində olan +**********60 mobil nömrəsindəki “Namiq” adlı “Whatsapp” profili ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki +**********7 mobil nömrəsində olan “x178” adlı“Whatsapp” profilinə yazaraq verdiyi 1.411 ABŞ dollarının Süleyman adlı tanışına çatmadığını demiş, Təqsirləndirilən şəxs2 də bununla bağlı maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 ona mesaj yazaraq verdiyi 1.411 ABŞ dollarının hələ Türkiyə Respublikasında olduğunu, “içəri keçmədiyini”, yəni Suriya Ərəb Respublikasına çatmadığını demiş, o da Təqsirləndirilən şəxs2 pulun Süleymana nə vaxt çatacağını soruşmuşdur. Təqsirləndirilən şəxs2 pulun Süleymana yaxın günlərdəçatacağını bildirib, həmin şəxsin özünün bu məsələ ilə əlaqədar “Abu İbrahim” ləqəbli Samir adlı şəxslə əlaqə saxlamasını tapşırmışdır. O, həmçinin Təqsirləndirilən şəxs2 Süleymanın maddi vəziyyətinin ağır olmasını deyib ona köməklik göstərilməsi barədə xahişini çatdırmış, Təqsirləndirilən şəxs2 də sonuncuya imkan daxilində köməklik edəcəyinə söz vermişdir. 2018-ci ilin iyul ayının əvvəllərində Süleyman “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq göndərdiyi 1.411 ABŞ dollarının ona çatması xəbərini vermişdir. Həmin ayın sonlarında isə o, xatırlamadığı tanışından x150 Respublikasında gedən döyüşlərdə həlak olduğunu eşitmişdir. O, pulların Suriyaya göndərilməsindən məlumatsız olmuşdur. Eyni zamanda İlqarın deməsinə görə böyük miqdarda pullar eyni adamın adına daxil olan zaman vergi çox tutulduğu üçün İlqarın xahişi ilə onun adına xaricdən pul köçürülməsinə razıdıq vermişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə elan olunmuş ifadənin bir qismini təsdiq etmədiyini, onun adına göndərilən pulların Suriyaya göndərilməsindən qəti xəbəri olmadığını, Süleymanın Türkiyə Respublikasında olduğunu bildiyi üçün sonuncunun uşağının əməliyyatı üçün ona pulun göndərdiyini, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən həmin ifadələrin onun adından yazıldığını, azırbaycan dilini yaxşı bilmədiyi və tərcüməçi də olmadığı üçün ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etmiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə özünü təqsirli bilmiş və əməllərindən peşmançılıq ifadə etmiş, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2012-ci ildən İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etməyə başlamış, namazlarını Bakı şəhərində fəaliyyət göstərən müxtəlif məscidlərdə qılmışdır. Dini ləqəbi “x178” olmuşdur. Samir İbrahimovla 2015-ci ildə Bakışəhərində “Atatürk” parkında fəaliyyət göstərən “Şuşa” kafesində tanış olmuşdur. Belə ki, həmin kafeyə əhli-sünnə təriqətinə mənsub qardaşlar gəlmiş və dini məzmunlu söhbətlər aparmış, Samir də eyni məzhəb üzrə ibadət etdiyi üçün hərdən həmin kafeyə gələrək söhbətlərdə iştirak etmiş və beləliklə bu zəmində yaranmış tanışlıqları bir müddət sonra dostluq münasibətlərinə çevrilmişdir. Samirin dini ləqəbi “Abu İbrahim” olmuşdur. O, təxminən 2016-cı ildə x171 Respublikasında döyüşən qardaşlara kömək etmək məqsədi ilə həmin respublikaya getdiyini eşitmişdir. Bir müddət sonra Samir onunla “teleqram” proqramı vasitəsi iləəlaqə saxlayaraq Suriyada olduğunu və orada “İŞİD” silahlı qruplaşmasının tərkibində bu ölkənin ordusuna qarşı döyüşdüyünü bildirmişdir. Bundan sonra onlar “teleqram” proqramı vasitəsi ilə vaxtaşırı əlaqə saxlayaraq biri-birindən haləhval tutmuş və Suriyadakı vəziyyət barədə söhbətlər aparmışlar. 2017-ci ilin təxminən avqust ayında Samir “teleqram” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq Suriyada “İŞİD” silahlı qruplaşmasına qoşulmuş əhli-sünnə qardaş və bacılara kömək lazım olduğunu bildirmiş, bu məqsədlə onunla qohumu Sahil adlı şəxsə “İŞİD”-ə qoşulmuş şəxslərin Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından pul toplamalarını, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə adlarına pul göndəriləcək etibarlı şəxslər tapmalarını xahiş etmiş, Sahillə birlikdə toplayacağı bu pulları deyəcəyi vaxt onun Bakı şəhərində Maksim adlı şəxsə verməsini, sonuncunun isə həmin pulları Türkiyənin İstanbul şəhərində yaşayan Cüneyt adlı şəxsin vasitəsilə Suriyada ona çatdıracağını, o da öz növbəsində həmin pulları “İŞİD”-in tərkibində döyüşən əhli-sünnə qardaş və bacılara verəcəyini bildirərək bu işdə köməklik etməsini xahiş etmişdir. O, Samirin bu xahişinə etiraz etməmişdir. Bundan sonra ilk vaxtlar sonuncunun Sahil adlı qohumu kimi təqdim etdiyi şəxslə onun heç bir əlaqəsi olmamış, 2017-ci ilin dekabr ayının sonlarınadək yalnız özü Samirin adından zəng edən şəxslərlə görüşüb pulları qəbul edərək Maksim adlı şəxsə təhvil vermişdir. Maksim adlı şəxs də həmin pulları Bakı şəhərindən ona məlum olmayan şəraitdə Türkiyəyə Cüneyt adlı şəxsə göndərmiş və sonuncu qəbul etdiyi bu pulları Suriyaya Samirə çatdırmışdır. Həmin pulların orada kimə veriləcəyini isə yalnız Samir özü bilmişdir. 2017-ci ilin oktyabr ayının ortalarında Gürcüstandan bir nəfər ona “teleqram” proqramı vasitəsilə zəng edərək “x178” olduğunu soruşub dəqiqləşdirəndən sonra nömrəsini Abu İbrahimin verdiyini və yaxın gündə Bakı şəhərinə gəlib ona pul verəcəyini bildirmişdir. “Abu İbrahim” Suriyada olan Samirin dini ləqəbidir. O, bu şəxsin Suriyaya göndərmək məqsədilə ona pul vermək istədiyini başa düşmüşdür. Bundan sonra Samir də “teleqram” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq həmin şəxsdən pulu qəbul edib özündə saxlamasını, bundan sonra deyəcəyi daha bir neçə nəfərdən də qəbul edəcəyi pulları özündə toplayıb Maksim adlı tanışı vasitəsilə ona göndərməsini tapşırmışdır. Təxminən 1 həftə sonra Samirin adından Gürcüstandan zəng edən həmin şəxs ona yenidən zəng edib Bakı şəhərində olduğunu bildirmişdir. O, bu şəxslə Bakı şəhərinin Dərnəgül qəsəbəsində “Ayna Sultanova” heykəlinin yaxınlığında görüşərək ondan 3.000 ABŞ dollarını qəbul etmiş, sonra bu barədə Samiri məlumatlandırmışdır. Sonuncu bir daha ona həmin pulu müvəqqəti olaraq özündə saxlamasını tapşırmışdır. Bundan sonra təxminən 1 ay müddətində o, Samirin tapşırığı ilə Bakı şəhərində “Ayna Sultanova” heykəlinin yaxınlığında daha 10-12 nəfərlə görüşərək onların hər birindən müxtəlif məbləğlərdə, ümumilikdə isə 17.000 ABŞ dolları qəbul edib özündə saxlamışdır. Bu şəxslər də onunla “Whatsapp”, yaxud “Teleqram” proqramları vasitəsilə əlaqə saxlamış və görüşmüş, onların heç birini əvvəlcədən tanımamış və barələrində heç nə eşitməmiş, sonradan bir daha görüşməmişlər. Beləliklə, topladığı pulun ümumi məbləği 20.000 ABŞ dolları təşkil etdikdən sonra Samir ona Maksim və Cüneyt adlı şəxslər barəsində məlumat verərək bu şəxslərlə onun əlaqəsini yaratmışdır. Bu adlar həmin şəxslərin dini ləqəbləri olmuş və əsl adlarını bilməmişdir. Samir Maksimin Bakı şəhərində yaşadığını deyib yığdığı pulları həmin şəxsə “Avropa” hotelinin yanında təhvil verməsini tapşırmış, Cüneytin isə Türkiyənin İstanbul şəhərində yaşadığını və Maksimin ondan qəbul etdiyi pulları sonuncu vasitəsilə Suriyada ona çatdıracağını bildirmişdir. 2017-ci ilin noyabr ayının təxminən ortalarında özünü Maksim adı ilə təqdim edən bir şəxs onunla “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb Abu İbrahimin adından zəng etdiyini bildirmiş və Bakı şəhərinin Tbilisi prospektində fəaliyyət göstərən “Qafqaz” hotelin yaxınlığına görüş təyin etmişdir. O, bu şəxslə həmin yerdə görüşmüş və müxtəlif şəxslərdən qəbul etdiyi 20.000 ABŞ dollarını Suriyada Samirə çatdırılması üçün ona təhvil vermişdir. Bundan sonra o, 2017-ci ilin dekabr ayında Samirin dediyi ayrı-ayrı şəxslərdən Suriyaya göndərmək məqsədilə 25.000 ABŞ dolları toplaya bilmiş və həmin pulu “Avropa” hotelinin yaxınlığında Maksim adlı şəxsə vermişdir. Bir neçə gün sonra isə Samir onunla əlaqə saxlayaraq Maksim vasitəsilə göndərdiyi 25.000 ABŞ dollarını qəbul etdiyini və pulun orada çatdırılmalı olduğu şəxslərə payladığını bildirmişdir. Həmin şəxsləri isə yalnız onun özü tanımışdır. 2018-ci ilin yanvar ayının ilk günlərində Samir onunla “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb, qohumu Sahilin işi olduğu üçün Suriyaya göndərmək məqsədilə ona pul verəcək şəxslə görüşə bilmədiyini, imkanı varsa həmin şəxslə özünün görüşüb pulu qəbul etməsini və topladığı digər pullarla birlikdə ona göndərməsini xahiş etmişdir. O, Samirin danışığından qohumu kimi təqdim etdiyi Sahil adlı şəxsin də Suriyaya göndərmək məqsədilə ayrı-ayrı şəxslərdən pul qəbul etdiyini və həmin pulları onun köməyi olmadan hansısa yolla Suriyaya Samirə çatdırdığını başa düşmüşdür. Sonuncunun bu xahişinə etiraz etməmiş və qısa vaxt sonra telefonuna “Whatsapp” proqramı vasitəsilə tanımadığı bir şəxs zəng edərək Abu İbrahimin adını çəkmiş və ona pul verəcəyini bildirmişdir. O, həmin şəxslə metronun “28 May” stansiyasının yanında görüşmüş və verdiyi 2.000 ABŞ dollarını qəbul edərək evinə aparmışdır. Maksim onun vasitəsilə hər dəfə Türkiyəyə göndərəcəyi pulun 20.000-25.000 ABŞ dolları məbləğində olmasını tələb etmiş, həmin vaxt isə hələ kifayət qədər pul toplanılmadığı üçün Sahilin adından qəbul etdiyi 2.000 ABŞ dollarını evdə saxlamaq istəməmiş və həmin pulu müvəqqəti saxlaması üçün Sahilin özünə vermək qərarına gəlmişdir. Bunu Samirlə də razılaşdırmış və sonuncu bu barədəözü Sahili xəbərdar edəcəyini deyib mobil telefon nömrəsini ona bildirmişdir. Bundan sonra o, Sahil adlı şəxslə “teleqram” və yaxud da “Whatsapp” proqramları vasitəsilə əlaqə saxlayaraq ona pul verəcəyini bildirmiş, sonuncu Bakı şəhərinin Nobel prospektində yaşadığını deyib pulu ona yaşadığı evə yaxın “Bəh-Bəh” restoranının yanına gətirib verməsini xahiş etmişdir. Həmin yer evlərindən uzaq olduğu üçün bu istiqamətdə yaşayan tanışı Şahid24 onun xahişi ilə 2.000 ABŞ dollarını apararaq “Bəh-Bəh” restoranının yanında Sahilə təhvil vermişdir. Bir neçə gün sonra, yəni yanvar ayının təxminən ortalarında Samir onunla əlaqə saxlayıb qohumu Sahilin yenidən işi çıxdığı üçün Suriyaya göndərmək məqsədilə hansısa şəxsdən qəbul edəcəyi pulu bu dəfə də onun qəbul etməsini xahiş etmiş, o, etiraz etməmiş və həmin günün axşamı tanımadığı nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs Abu İbrahimin adını verərək ona pul çatdırmalı olduğunu bildirmişdir. O, bu şəxsin bir qədər əvvəl Samirin dediyi şəxs olduğunu başa düşmüş və həmin şəxsi “Ayna Sultanova” heykəlinin yanına dəvət edərək saat 20 radələrində onunla görüşmüş, sonuncu orada ona 1.500 ABŞ dolları verib getmişdir. Bu pulun Sahilin qəbul etməli olduğunu nəzərə alaraq o, həmin pulu da müvəqqəti saxlaması üçün onun özünə vermək qərarına gəlmiş və 1.500 ABŞ dollarını kağıza bükərək Sahilə çatdırması üçün tanışı Şahid24 vermişdir. Sonuncu artıq bir dəfə Sahillə görüşüb ona pul verdiyi üçün qaldığı yeri tanımış və buna görə etiraz etməyərək həmin pulu da aparıb “Bəh-Bəh” restoranının qarşısında Sahilə vermişdir. O, yanvar ayı ərzində Samirin tapşırığı ilə ayrı-ayrı şəxslərdən Suriyaya göndərmək məqsədilə şəxsən özü ümumilikdə 45.000 ABŞ dolları toplamış və bu pulları sonuncunun tapşırığı ilə həmin ay ayrı-ayrı vaxtlarda 2 dəfəyə - 1 dəfə 20.000 ABŞ dolları və 1 dəfə də 25.000 ABŞ dolları olmaqla Maksim vasitəsilə ona göndərmişdir. Samir Sahildə olan 3.500 ABŞ dollarını isə deyəcəyi vaxt götürüb digər pullarla bərabər ona göndərməsini tapşırmışdır. 2018-ci ilin fevral ayında Samirin dediyi ayrı-ayrı şəxslərdən Suriyaya göndərmək məqsədilə ümumilikdə 45.000 ABŞ dolları toplaya bilmiş və bu pulu həmin ay ayrı-ayrı vaxtlarda 2 dəfəyə - 1 dəfə 20.000 ABŞ dolları və 1 dəfə də 25.000 ABŞ dolları olmaqla “Avropa” hotelinin yaxınlığında Maksimə vermişdir. Hər dəfə olduğu kimi, bu dəfə də pulu göndərəndən bir neçə gün sonra Samir onunla əlaqə saxlayaraq Maksim vasitəsilə göndərdiyi həmin pulları qəbul etdiyini və sahiblərinə payladığını bildirmişdir. 2018-ci ilin mart ayının əvvəllərində Samir onunla telefon əlaqəsi saxlayıb Sahillə görüşməsini və sonuncunun verəcəyi pulu qəbul edərək Maksim vasitəsilə ona göndərməsini tapşırmışdır. O, etiraz etməmiş və Sahil adlı şəxslə “teleqram” proqramı vasitəsilə əlaqə saxlayıb “Abu İbrahim”in adını verərək ondan pul qəbul edəcəyini bildirmişdir. Sahil istifadəsində olan mobil telefon nömrəsini ona Samirin bildirdiyini soruşub dəqiqləşdirəndən sonra onunla görüşəcəyi barədə əvvəlcədən məlumatının olduğunu demiş və mart ayının 10-da saat 19-20 radələrinə metronun “28 May” stansiyasının yanına görüş təyin etmişdir. Razılaşdırılan vaxt onlar həmin yerdə görüşmüşlər. Sahil oraya idarə etdiyi “Opel” markalı avtomobillə gəlmiş və o, həmin avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra Sahil avtomobilinin içərisində ona 8.000 ABŞ dolları vermiş və o, pulu sayaraq qəbul etmişdir. O, Sahilin Samirlə çox oxşar olduğunu görüb onların necə qohum olduqlarını soruşmuş, lakin sonuncu onunla əlavə söhbət etmək istəyinin olmadığını biruzə verib, Samirlə qohum olduğunu bildirsə də qohumluq dərəcələri barədə ona heç nə deməmişdir. O da Sahilin söhbətdən yayındığını görüb başqa bir söz deməmiş və 8.000 ABŞ dollarını ondan qəbul edib getmişdir. Sonradan isə həmin pulu digər şəxslərdən qəbul etdiyi pullara əlavə edib, mart ayının təxminən ortalarında ümumilikdə 20.000 ABŞ dollarını, həmin ayın sonuna yaxın isə Samirin tapşırığı əsasında toplaya bildiyi daha 25.000 ABŞ dollarını Maksim vasitəsilə Türkiyəyə Cüneytə, sonuncu isə öz növbəsində Suriyaya Samirə göndərmişdir. Bundan sonra o, Samirin dediyi şəxslərdən qəbul etdiyi, eləcə də xarici ölkələrdən sürətli pul köçürmələri vasitəsilə tanışlarının adlarına banklara daxil olmuş ümumilikdə 25.000 ABŞ dollarını Maksim vasitəsilə Suriyaya 2018-ci ilin aprel ayının ortalarınadək olan müddətdə göndərmişdir ki, pulun çatması barədə də həmişə olduğu kimi Samir bir neçə gün sonra telefon vasitəsilə ona məlumat vermişdir. O, Maksimin həmin pulları kimin vasitəsilə və hansı qaydada Türkiyəyə Cüneytə göndərdiyini bilməmiş, bu barədə nə Samir və nə də Maksimlə Cüneyt ona bir söz deməmişlər. Lakin bildiyinə görə, Maksim vasitəsilə göndərdiyi pullara görə hər dəfə ümumi məbləğin 2-3 faizi miqdarında xidmət haqqı çıxılmış, pullar qeyri-rəsmi pul köçürülməsi kanalı ilə Türkiyəyə, oradan isə Suriyaya çatdırılmışdır. 2018-ci ilin aprel ayının təxminən ortalarında o, Dinar dini ləqəbli Maşallah adlı şəxslə tanış olmuş və söhbət əsnasında ona Suriyaya pul göndərməsi barədə məlumat vermiş, bu prosesdə iştirak edən Samir, Cüneyt və Maksim barədə danışmış, sonuncu vasitəsilə hər dəfə Türkiyəyə Cüneytə göndərdiyi puldan 2-3 faizi miqdarında xidmət haqqı tutulduğunu demişdir. Maşallah Türkiyəyə daha az faizlə, yəni göndərilən məbləğin 1 faizi miqdarında xidmət haqqı ödəməklə pul göndərmək imkanında olduğunu bildirmiş, lakin pulu kimin vasitəsilə və hansı qaydada göndərəcəyini ona deməmişdir. Maşallahın etdiyi təklif daha sərfəli olduğu üçün bundan sonra Samirlə razılaşıb, onun dediyi ayrı-ayrı şəxslərdən və Sahildən qəbul etdiyi pulları, eləcə də xarici ölkələrdən tanışlarının adlarına sürətli pul köçürmələri vasitəsilə banklara daxil olan pulları toplayaraq iyun ayının təxminən ortalarınadək olan müddətdə 5 dəfə olmaqla – aprel ayının ortalarından sonunadək olan müddətdə 1 dəfə 20.000 ABŞ dolları və 1 dəfə də 25.000 ABŞ dolları, may ayında 2 dəfə hər dəfə 25.000 ABŞ dolları və iyun ayının əvvəllərində 1 dəfə 25.000 ABŞ dollarını Maşallah vasitəsilə Türkiyəyə Cüneytə göndərmiş, sonuncu isə öz növbəsində bu pulları Suriyaya Samirə çatdırmışdır. Maşallah iyun ayının təxminən 10-da Əfqanıstana gedəndən sonra Samir yenidən onu Maksimlə əlaqələndirmiş və bundan sonra həmin ayın sonlarınadək olan müddətdə bu şəxslə hər dəfə 25.000 ABŞ dolları olmaqla 2 dəfə Türkiyəyə Cüneytə göndərmişdir. Göstərilənlərdən savayı, o, 2018-ci ilin aprel ayının sonlarında Samirin tapşırığı ilə ayrı-ayrı şəxslərdən qəbul etdiyi 20.000 ABŞ dollarını sonuncunun anası Rübaba İbrahimova və öz tanışı Şahid10lə Türkiyəyə Cüneytə göndərmişdir. Belə ki, həmin vaxt Maşallahla əlaqə saxlaya bilməmiş, Samir isə Suriyadan zəng edib ayrı-ayrı şəxslərdən topladığı 20.000 ABŞ dollarını öz anasına verib bir nəfəri də ona qoşaraq təcili Türkiyəyə göndərməsini tapşırmışdır. 20.000 ABŞ dollarının gömrük nəzarətindən bir nəfərin keçirməsi mümkün olmadığı üçün o, Caviddən həqiqəti gizlədərək Türkiyədə guya tikinti işləri gördüyünü, bu pulu bankla göndərəcəyi təqdirdə ondan tutulacaq faizin çox olduğunu deyib digər tanışının Rübabə adlı anası ilə hər biri üzərində 10.000 ABŞ dolları olmaqla birlikdə Gürcüstana getməsini, dövlət sərhədini keçəndən sonra isəüzərində olan 10.000 ABŞ dollarını orada Rübabə adlı qadına verib geri qayıtmasını xahiş etmişdir. Cavid etiraz etməmiş və aprel ayının sonlarına yaxın ona yol xərci və zəhmət haqqı olaraq təxminən 100 manata yaxın pul verib Samirin Rübabə adlı anası ilə birlikdə Gürcüstana yola salmış, gedərkən də hər birinə 10.000 ABŞ dolları vermişdir. Növbəti gün Cavid onunla əlaqə saxlayıb Gürcüstan ərazisinə səhərə yaxın keçdiklərini və üzərində olan 10.000 ABŞ dollarını onunla gedən Rübabə adlı qadına verib oradan geri qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən, o, Samirin tapşırığı ilə şəxsən özü Sahillə sonuncunun yaşadığı evin yaxınlığında “Bəh-Bəh” restoranının qarşısında 5 dəfə görüşmüş və ondan Suriyaya göndərmək məqsədilə aprel ayında ayrı-ayrı günlərdə verdiyi 800 ABŞ dolları və 2200 ABŞ dollarını, may ayının ortalarında verdiyi 1800 ABŞ dollarını, iyun ayının əvvəllərində verdiyi 2.500 ABŞ dollarını və həmin ayın sonlarına yaxın verdiyi 1300 ABŞ dollarını qəbul etmiş və digər kanallarla əldə etdiyi pullara əlavə edərək aprel-may aylarında Maşallahın, iyun ayında isə Maksimin vasitəsilə Suriyaya göndərmişdir. 2018-ci ilin may ayının əvvəllərində Samir onunla əlaqə saxlayaraq Sahildə 10.000 ABŞ dolları olduğunu bildirmiş və həmin pulu sonuncudan qəbul edib eyni məqsədlə toplanılmış digər pullara əlavə edərək Suriyaya ona göndərməsini tapşırmışdır. Həmin vaxt işi olduğu üçün xahişi ilə tanışı x98 yaşadığı evin yaxınlığında görüşüb 10.000 ABŞ dolarını qəbul etmiş və gətirib ona vermişdir. Bundan sonra növbəti dəfə iyun ayının ortalarında xahişi ilə Orxan Sahillə eyni yerdə görüşərək Suriyaya göndərmək məqsədilə sonuncudan 8.800 ABŞ dolları qəbul etmiş və gətirib ona vermişdir. O da öz növbəsində həmin pulu topladığı digər pullara əlavə edərək Suriyaya Samirə göndərmişdir. Samirin dediyinə görə, Suriyada “İŞİD” silahlı qruplaşmasına qoşulmuş əhli-sünnə qardaş və bacılara pulların çatdırılmasına görə müəyyən məbləğdə gəlir əldə etmiş, bu səbəbdən ona da özü və ailə üzvlərinin maddi problemləri yaranacağı təqdirdə onu məlumatlandırmaqla göndərməli olduğu pullardan ehtiyacı olan qədər götürməsinə razılıq vermişdir. O da bu razılıq əsasında Suriyaya göndərmək üçün topladığı pullardan bəzi hallarda müəyyən qədərini ehtiyaclarına xərcləmişdir. 2018-ci ilin təxminən aprel-iyun aylarında xahişi ilə tanışları Şahid3, Şahid6, Şahid10, Şahid13, Şahid20, Şahid23 vəŞahid8 adlarına “Zolotoya Korona” və“Western Union” beynəlxalq pul köçürmələri vasitəsi ilə əksər hallarda Rusiya Federasiyasından, o cümlədən digər ölkələrdən müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüş və sonuncular bu pulları banklardan qəbul edərək ona vermiş, o da öz növbəsində həmin pulları topladığı digər pullara əlavə edib Suriyada olan “İŞİD” üzvləri və onların ailə üzvlərinə çatdırılması üçün Samirə göndərmişdir. Sonuncu həmin pulların Suriyada “İŞİD”-ə qoşulmuş şəxslərin xarici ölkələrdə yaşayan ailə üzvləri tərəfindən göndərildiyini desə də o, xahişi ilə adlarına pul göndərilməsinə razılıq vermiş qeyd edilən tanışlarından həqiqəti gizlətmiş və həmin pulların xaricdən ona guya iş qurması üçün göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 daha sonra göstərmişdir ki, Suriyaya “İŞİD” silahlı qruplaşmasına qoşulmuş əhli-sünnə qardaş və bacılara çatdırılmasından ötrü 2018-ci ilin may-iyun aylarında xahişi ilə həmçinin tanışı Təqsirləndirilən şəxs3 adına da xarici ölkələrdən bir neçə dəfə pul köçürmələri daxil olmuş və sonuncu həmin pulları banklardan qəbul edərək gətirib ona vermiş, o da öz növbəsində bu pulları eyni məqsədlə topladığı digər pullara əlavə edərək Suriyaya Samirə göndərmişdir. Həmin ilin iyun ayının təxminən birinci ongünlüyündə isə Namiq ona müraciət edərək, Suriyada “İŞİD” silahlı qruplaşmasına qoşulmuş Rusiya Federasiyasından olan tanışı Süleyman adlı şəxsə çatdırılması məqsədilə bank vasitəsilə adına daxil olmuş 1.411 ABŞ dolları vermiş və o da bu pulu eyni məqsədlə topladığı digər pullarla birlikdə Maksim vasitəsilə Suriyaya göndərmişdir. Namiq həmin pulu ona verərkən bundan əvvəl onun xahişi ilə xarici ölkələrdən adına daxil olmuş pulların da təyinatının eyni olduğunu başa düşmüşdür. O, pulu göndərəndən sonra Samirə bu barədə 12 iyun 2018-ci ildə sonuncunun istifadəsində olan “Potuş” adlı “whatsapp” profili ilə danışıq apararkən məlumat vermişdir. 30 iyun 2018-ci ildə Namiq özünün “whatsapp” profilindən onun “x178” adlı profilindəki +**********7 saylı mobil nömrəsinə zəng edərək Suriyada olan tanışı Süleymanla danışdığını və onun vasitəsilə göndərdiyi 1.411 ABŞ dollarının bu şəxsə çatmadığını bildirmiş, bunun səbəbini öyrənmək üçün Suriyada “İŞİD”-in maliyyələşdirilməsi məsələlərinə baxan şəxslərlə danışmasını ondan xahiş etmişdir. O da narahat olmamasını, göndərdiyi həmin pulun hələ Türkiyədə olduğunu və “içəri keçmədiyini”, yəni Suriyada “İŞİD” üzvlərinin maliyyələşdirmə işinə baxan nümayəndələrinə çatmadığını bildirmiş, Süleymanın özünün bu işlərə baxan “Abu İbrahimlə”, yəni Samirlə əlaqə saxlayıb danışmasını xahiş etmişdir. Namiq Süleymanın maddi cəhətdən çətinlik çəkdiyini deyərək Rusiya və Azərbaycanda yaşayan din qardaşlarından da yardım üçün pul yığıb ona göndərmələrində köməklik etməsini xahiş etmişdir. O, bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildiyi üçün Namiqin onun vasitəsilə Suriyada “İŞİD”-in tərkibində döyüşən Süleymana göndərdiyi 1.411 ABŞ dollarının bu şəxsə çatdırılıb-çatdırılmamasından məlumatı olmamışdır. Namiqlə görüşləri və telefon danışıqları zamanı sonuncu onunla həmişə azərbaycan dilində danışmış, “whatsapp” profili vasitəsilə apardığı yazışmalar da yalnız azərbaycan dilində olmuşdur. Yaşadığı ünvana 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş soyuq silah hesab edilən 3 ədəd bıçağı 2018-ci ilin təxminən may ayında “Sədərək” ticarət mərkəzində əl arabası ilə müxtəlif əşyaların səyyar qaydada satışını həyata keçirən tanımadığı şəxsdən özü üçün suvenir olaraq kolleksiya məqsədilə almış və evdə saxlamışdır. Bıçaqları evə gətirəndən sonra onları heç bir zaman üzərində gəzdirməmiş və heç bir kəsə verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, bacısı Günel Qurbanova 2006-cı ildə Qaradağ rayonunun Sahil qəsəbə sakini x122 ilə ailə həyatı qurmuş və həmin qəsəbədə yaşamışlar. 2014-cü ilin avqust-sentyabr ayları ərəfəsində bacısıgil onlara zəng etmədiklərinə görə bundan narahat olmuş, Samizin atası onlara oğlunun ailəsini də götürərək Suriyaya getdiklərini, əlaqə saxlamaq üçün isə heç bir nömrə qoymadıqlarını bildirmişdir. Təxminən 4-5 aydan sonra bacısı Günel “whatsapp” proqramı ilə internet üzərindən onunla əlaqə saxlayaraq Suriyanın Rakka şəhərində olduqlarını demiş, bir müddət sonra isə həmin şəhərdə atışma olduğunu, vəziyyətin həddindən artıq gərgin və maddi vəziyyətlərinin pis olduğunu, oradan Suriyanın Ray şəhərinə köçəcəklərini bildirmiş və hər dəfə də zəng edəndə onlara pul göndərmələrini xahiş etmişdir. 2017-ci ilin dekabr ayının əvvəllərində Samiz “whatsapp” proqramı ilə internet üzərindən onunla əlaqə saxlayaraq Suriyada şiddətli döyüşlərin getdiyini və ona 3000 ABŞ dolları, bu qədər mümkün deyilsə heç olmasa 2500 ABŞ dolları göndərmələrini xahiş etmiş, Suriya-Türkiyə-Azərbaycan arasında qara pulların, yəni qeyri-rəsmi pul köçürmələri kanallarının mövcud olduğunu və həmin kanal üzrə Bakı şəhərində pul göndərilmələri ilə bağlı cavabdeh olan şəxsin onunla əlaqə saxlayıb pulu qəbul edərək həmin kanal vasitəsilə də Suriyada ona çatdıra biləcəyini demişdir. Samiz həmçinin ona zəng edərək “maşının pulu səndədi?” sualı ilə müraciət edəcək şəxsin öz təhlükəsizliyini təmin etmək üçün bu kimi şifrəli sözlərdən istifadə edəcəyini və bu halda sonuncu ilə görüşüb göndərəcəyi pulu ona verməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, yəni dekabr ayının 7-də adını təqdim etməyən bir şəxs Azərbaycan operatoruna məxsus xatırlamadığı mobil telefon nömrəsindən ona zəng edərək “maşın puluna görə zəng edirəm sənə” ifadəsini işlətmiş və ondan 2.100 ABŞ dolları qəbul etməli olduğunu bildirmişdir. O, bir neçə günə bu məbləği toplaya bilmədiyi üçün həmin şəxsəözü onunla əlaqə saxlayacağını demiş, bundan sonra dekabr ayının 9da və 10-da həmin şəxslə telefon danışığı olmuşdur. O, cəmi 3.000 manat toplaya bilmiş, həmin şəxs isə pulu ondan ABŞ dolları ilə verməsini istəmişdir. Dekabr ayının 10-da valyuta dəyişmə məntəqəsindən 1.500 ABŞ dollarıdəyişə bilmiş vəəvvəlcədən razılaşdıqları kimi, Bakı şəhərində Nobel prospektində yerləşən “Bəh-bəh” restoranının qarşısına gedərək orada özünü Sahil adı ilə təqdim edən şəxslə zəngləşib görüşmüş, özü ilə gətirdiyi 1.500 ABŞ dolları və 250 ABŞ dolları ekvivalentində Azərbaycan manatını bu şəxsə verərək həmin pulları Suriyada olan Samiz adlı qohumuma nə vaxta çatdıracığı ilə maraqlanmışdır. Sahil adlı şəxs isə narahat olmamasını, pulu tez bir zamanda Suriyada olan adamına göndərəcəyini, sonuncunun isə həmin pulu Samirə çatdıracağını bildirmişdir. Məhkəmədə Şahid2 ifadə verərək bildirmişdir ki, 2018-ci ilin təxminən may ayında saat 16-17 radələrində işlədiyi təmizlik şirkətinə verilmiş sifarişi yerinə yetirmək məqsədilə özünə məxsus “Ford Focus” markalı minik avtomobili ilə Bakışəhərinin Həzi Aslanov qəsəbəsinə gedərkən şirkətin direktoru Vaqif Mirzəzadə ona 300 manat pul verib qeyd edilən qəsəbəyəçatmamış Nobel prospekti ilə hərəkət edərkən ona zəng etməsini və pulu deyəcəyi yolun kənarına çıxacaq uşağa verməsini xahiş etmişdir. Yolu göstərilən istiqamətdə olduğu üçün etiraz etməmiş və Vaqif Mirzəzadənin verdiyin 300 manatı da götürüb Həzi Aslanov qəsəbəsinə sifarişə getmişdir. O, Nobel prospekti ilə hərəkət edib qeyd edilən qəsəbənin yanından keçərkən Vaqif Mirzəzadə ilə telefon əlaqəsi saxlayıb deyəcəyi şəxslə görüşəcəyi yeri dəqiqləşdirmiş, elə bu zaman yolun kənarına təxminən 10-11 yaşlı oğlan uşağının çıxdığını görmüşdür. Həmin uşağın Vaqifin dediyi əlamətlərə uyğun olduğunu görüb maşınını onun qarşısında saxlamış, adını soruşub dəqiqləşdirdikdən sonra 300 manatı həmin uşağa verib getmişdir. Göstərilən şəxsin kim olduğunu, Vaqifin həmin pulu haradan əldə etdiyini və hansı məqsədlə onun vasitəsilə qeyd edilən şəxsə çatdırdığını bilməmiş, bu haqda sonradan da maraqlanmamışdır. Bundan başqa, Vaqif Mirzəzadənin xahişi ilə başqa hər hansı şəxsə heç bir zaman pul verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, o, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və icarə əsasında Bakı şəhəri Binəqədi rayonunun Naxçıvani küçəsində yerləşən “Street Klub” kafesini işlədir. O, 2014-cü ilin yay aylarından başlayaraq İslam dininin Əhli-sünnə təriqəti üzrə ibadət etməyə başlamışdır. 2015-ci ilin təxminən mart-aprel ayında hazırda Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinin tərkibində döyüşlərdə iştirak edən Bakı şəhərinin Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada yaşamış Ramil adlı uşaqlıq dostu dini savadını artırması üçün onu Təqsirləndirilən şəxs2lə tanış etmiş və bundan sonra sonuncu ilə mütəmadi görüşüb dini söhbətlər etmiş, birlikdə dini məzmunlu video çarxlara baxmışlar. Əldə etdiyi məlumatlar onda “İŞİD” silahlı birləşmələrinə rəğbət oyatmış və həmin birləşmələrin tərkibinə daxil olmağa çalışmış, lakin bir müddət sonra dini etiqadı ilə əlaqədar ailə üzvləri ilə problemləri yaşandığı üçün bu fikrindən daşınmış, 2017-ci ilin yay aylarında isə dindən bir qədər uzaqlaşaraq 2018-ci ilin aprel ayınadək olan müddətdə namaz qılmamış və İlqarla da görüşməmişdir. Təxminən 2-3 il əvvəl İlqarla olan görüşlərinin birində sonuncu onu təxminən 30-35 yaşlı, dolu bədən quruluşlu, qarabəniz, əslən Şəmkir rayonundan olan Samir adlı şəxslə tanış etmişdir. Bu şəxslə tanışlıqlarında təxminən 2 ay sonra İlqardan həmin şəxsin cihadda iştirak etmək məqsədi ilə Suriya Ərəb Respublikasına getdiyini və orada pul köçürmə işi ilə məşğul olduğunu eşitmişdir. İlqarın sözlərinə görə, Azərbaycandan Suriyaya gedərək orada “İŞİD”ə qoşulmuş şəxslərə pul göndərmək istəyən şəxslər həmin pulları Samir adlı şəxsin buradakı əlaqələrinə və ya tanışlarına vermiş, sonuncular isə həmin pulları bank və yaxud qara bazar yolu ilə Türkiyə Respublikasında yaşayan Cüneyt dini ləqəbli şəxsin vasitəsilə Suriyaya Samirə göndərmişlər. İlqar özü də bu işdə Samirə yaxından köməklik göstərmişdir. Belə ki, o, İlqarın Samirlə dəfələrlə “Whatsapp” və “Telegram” proqramları vasitəsi ilə əlaqə saxlayıb bu barədə danışdıqlarının şahidi olmuşdur. Samir pul göndərmək istəyən şəxslər barəsində İlqara əvvəlcədən məlumat vermiş, sonuncu da həmin şəxslərlə zəngləşib görüşərək pulları toplamış və sonra bu pulları qara bazar yolu ilə Türkiyəyə Cüneyt adlı şəxsə göndərmişdir. Bundan başqa, xarici ölkələrdən Suriya Ərəb Respublikasına göndərilməsi üçün nəzərdə tutulan pullar “Zolotoya Korona” və “Western Union” beynəlxalq pul köçürmələri vasitəsi ilə İlqarın Natiq, Orxan, Vəli, Cavid, Sənan və Kənan adlı əqidə yoldaşlarının adlarına köçürülmüş, sonuncular adlarına daxil olmuş həmin pulları müxtəlif banklardan qəbul edərək İlqara təhvil vermiş, sonuncu isə öz növbəsində bu pulları Samirə çatdırması üçün qara bazar yolu ilə Türkiyəyə Cüneyt adlı şəxsə göndərmişdir. Cüneyt adlı şəxs də həmin pulları Samir adlı şəxsə çatdırırdı. 2018-ci ilin iyun ayında İlqar adlı şəxs ondan özünü Bakı şəhəri, Nobel prospektində yerləşən “Luna park” istirahət parkının yanına aparmağı xahiş etmiş və orada bir nəfər tanışı ilə görüşəcəyini demişdir. İlqarın dediyinə görə həmin şəxsdən hansısa məbləğdə pul götürməli idi. Söhbət əsnasında həmin şəxsin Samir adlı şəxsin qardaşı Sahil adlı şəxs olmasını bilmişdir. Bundan sonra İlqar adlı şəxsi “Mitsibushi- Pajero” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nobel prospektində yerləşən “Luna park” istirahət parkının yanına aparmış, həmin yerəçatanda İlqar adlı şəxs onun mobil telefonu ilə Sahil adlı şəxslə əlaqə saxlamışdır. İlqarın dediyinə görə həmin vaxt konturu olmamışdır. Daha sonra İlqar adlı şəxs avtomobildən düşərək orada həmin Sahil adlı şəxslə görüşmüş və Sahil adlı şəxs onun yanında İlqar adlı şəxsə ona məlum olmayan məbləğdə pul vermişdir. Həmin vaxt hava qaranlıq olduğundan Sahil adlı şəxsin üz cizgilərini tam görə bilməmişdir. İlqar adlı şəxs Sahil adlı şəxsdən pulu götürdükdən sonra İlqar adlı şəxsi yaşadığı ev istiqamətində aparmışdır. Həmin vaxtdan sonra Sahil adlı şəxsi görməmiş, onunla hər hansı ünsiyyəti olmamışdır. Ümumiyyətlə, onun Sahil adlı şəxslə hər hansı münasibəti olmamışdır. 2018-ci ilin iyun ayının 8-də axşam saatlarında İlqarla birlikdə olduğu zaman sonuncu bir nəfərlə görüşmək istədiyini deyib onu Bakı şəhərinin Nobel prospektində yerləşən “Luna park” istirahət parkının yanına aparmasını xahiş etmiş, orada görüşəcəyi tanışından pul alacağını və bu şəxsin Suriyada döyüşən Samirin qardaşı Sahil adlı şəxs olduğunu bildirmişdir. Bundan sonra o, İlqar adlı şəxsi “Mitsubishi-Pajero” markalı **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nobel prospektində yerləşən “Luna park” istirahət parkının yanına aparmış, Nobel prospekti ilə hərəkət edərkən İlqar öz telefonunda danışıq konturu olmadığını deyərək onun telefonu ilə Sahil adlı şəxslə əlaqə saxlayıb görüş yerini dəqiqləşdirmək istəmiş, lakin şəhəri yaxşı tanımadığı üçün sonuncu haraya gələcəklərini telefonla ona izah etmişdir. Onlar “Luna park” istirahət parkının yaxınlığında görüşmüşlər. İlqar orada avtomobildən düşərək Sahil adlı şəxsə yaxınlaşmış və sonuncu ona təxminən 1500-2000 ABŞ dolları vermiş, bundan sonra İlqar gəlib avtomobilə əyləşərək qəbul etdiyi pulu həmin şəxsin Suriyada olan qardaşı Samirə göndərəcəyini bildirmişdir. O vaxtdan sonra Sahil adlı həmin şəxsi bir daha görməmişdir. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində tanışlarından birinin evində qonaq olduğu zaman Azərbaycan Respublikasının vətəndaşı olan milliyyətcə tatar Abu İbrahim adlı şəxslə tanış olmuş, sonuncu da onun kimi İslam dininin Əhli-sünnə məzhəbinə uyğun ibadət etdiyi üçün münasibətləri yaranmış, geri qayıtdıqdan sonra bu şəxslə əlaqələrini davam etdirmişdir. Təxminən 2016-cı ildə isə onların əlaqəsi kəsilmiş və sonuncunun hara getməsi barədə xəbəri olmamışdır. Təxminən 2017-ci ilin noyabr ayında mobil telefonunun “teleqram” proqramına özünü Abu İbrahim adlı qeyd edilən tanışının həyat yoldaşı kimi təqdim edən Səma adlı qadın yazaraq hazırda Suriya Ərəb Respublikasında olduğunu, atasının, iki qardaşının, dörd bacısının və atasının ikinci həyat yoldaşının orada gedən döyüşlərdə vəfat etdiklərini, həyat yoldaşı Abu İbrahimin isə itkin düşdüyünü, özünün hazırda iki azyaşlı uşağı ilə birlikdə sahibsiz qaldıqlarını, onun telefon nömrəsini Abu İbrahimin evdə qoyub getdiyi mobil telefonunun yaddaşından götürdüyünü, olduqları yerdə vəziyyətin pis olduğunu bildirmiş və ondan maddi köməklik etməsini xahiş etmişdir. Onun bu qadına və uşaqlarına yazığı gəlmiş və sonunculara maddi köməklik etmək qərarına gəlmiş, lakin pulu Suriyaya necə göndərəcəyini bilmədiyi üçün Səma adlı qadından bu barədə maraqlanmışdır. Sonuncu ona bir nəfərin mobil telefon nömrəsini verərək bu şəxsləəlaqə saxlayıb pulu onun vasitəsilə göndərə biləcəyini demişdir. Bundan sonra o, Səma adlı həmin qadının verdiyi nömrə ilə əlaqə saxlayıb Suriyada yaşayan tanışına pul göndərmək istədiyini bildirmiş və onunla Bakı şəhərinin Nobel prospektində yerləşən “Bəh-Bəh” restoranının qarşısında görüşmüşlər. Orada o, Suriyaya göndərməsi üçün Sahil adlı bu şəxsə 250 ABŞ dolları vermişdir. Həmin görüşdən bir neçə gün sonra isə Səma adlı həmin qadın onunla əlaqə saxlayaraq göndərdiyi pulu aldığını bildirmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində Səma onunla əlaqə saxlayaraq kömək məqsədilə ona yenidən pul göndərməsini xahiş etmişdir. O, sonuncunun vəziyyətini nəzərə alaraq etiraz etməmiş və bir qədər əvvəl eyni məqsədlə Suriyaya pul göndərdiyi Sahil adlı şəxslə yenidən telefon əlaqəsi saxlayıb sonuncunun xahişi ilə bu dəfə “Bəh-Bəh” restoranının qarşısında azyaşlı oğlan uşağı ilə görüşmüş və ona 800 ABŞ dolları vermişdir. Bir neçə gün sonra Səma onunla əlaqə saxlayıb göndərdiyi 800 ABŞ dollarına aldığını bildirmişdir. Bundan sonra Sahil adlı şəxs vasitəsilə Səma adlı qadının xahişi ilə ona Suriyaya ayrı-ayrı vaxtlarda hər dəfə təxminən 300-400 ABŞ dolları, bir dəfə isə 1.200 ABŞ dolları olmaqla 3-4 dəfə pul göndərmişdir ki, həmin pulları da bütün hallarda Sahil adlışəxsə “Bəh-Bəh” restoranının qarşısında vermişdir. Bundan başqa, bir dəfə təcili işi çıxdığıüçün sahibi olduğu təmizlik şirkətində icraçı direktor vəzifəsində işləyən Şahid2 onun xahişi ilə verdiyi 300 manatı qeyd edilən restoranın qarşısında Sahil adlışəxsin göndərdiyi azyaşlı oğlan uşağına vermişdir. Məhkəmədə Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, x64 2014-cü ildən tanımış, sonuncu onun Bakı şəhərinin Azadlıq prospektində bərbər işlədiyi kişi salonunun yaxınlığındakı ət dükanında qəssab işləmiş, münasibətləri yaxşı olmuşdur. 2017-ci ilin oktyabr ayında isə Orxanın bacısı ilə dini nigahla ailə həyatı qurmuşdur. Orxanla tanışlıqlarından sonra sonuncu hər dəfə Suriya Ərəb Respublikasına getmək istədiyini bildirmiş, təxminən 3 il əvvəl isə ailəüzvləri ilə birlikdə həmin ölkəyə getmək məqsədilə Türkiyə Respublikasına getmiş, bundan sonra bir müddət əlaqələri kəsilmişdir. 2017-ci ilin noyabr ayının təxminən ortalarında Orxan ona xatırlamadığı mobil telefon nömrəsindən zəng edərək pula ehtiyacının olduğunu bildirib ondan maddi köməklik istəmişdir. O, özünün maddi vəziyyətinin ağır olduğunu, lakin buna baxmayaraq ona az miqdarda da olsa pul göndərə biləcəyini demişdir. Bundan sonra Orxan ona Azərbaycan mobil operatoruna məxsus mobil telefon nömrəsi verərək istifadəçisinin adının Sahil olduğunu, onunla əlaqə saxlamasını və göndərəcəyi pulu sonuncuya çatdırmasını tapşırmış, eləcə də bu şəxslə telefonla danışarkən onun təhlükəsizliyi təmin etmək məqsədilə şifrəli sözlərdən istifadə etməsini, sonuncuya “Akifin pulu var məndə, çatdırmaq üçün sənə verməyimi tapşırıblar” deməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, yəni noyabr ayının 24-də o, səhər saat 9 radələrində Orxanın verdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək üstüörtülü şəkildə onda “Akifin pulunun olduğunu və sonuncuya göndərmək üçün ona çatdırılmasının tapşırıldığını” bildirmiş, zəngə cavab verən Sahil adlı şəxs ondan Bakı şəhərinin Nobel prospektində yerləşən “Bəh-bəh” restoranının yanına gəlməsini xahiş etmişdir. Təxminən 1 saat sonra onlar qeyd edilən restoranın yanında görüşmüş və o, Orxana çatdırılması üçün bu şəxsə 175 manat vermiş, sonuncu narahat olmamasını, həmin pulun vaxtında Orxana çatdırılacağını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, qaynı x123 təxminən 2016-cı ildə yük maşını sürücüsü kimi işə düzəldiyini bildirərək rayonlardan birində işləmək məqsədilə evdən getmiş, 2-3 gün sonra isə ailəüzvləri ilə telefon əlaqəsi saxlayıb Suriya Ərəb Respublikasına getdiyini demişdir. 2017-ci ilin dekabr ayının əvvəllərində tanımadığı bir şəxs zəng edərək, onun bu şəxsə maşın pulu çatdırmalı olduğunu bildirmiş, o isə hansı maşının pulu olduğunu soruşduqda sonuncu əlavə bir söz demədən telefonunu söndürmüş və geri zəng etməmişdir. Həmin günün axşamı evə gedərkən qaynatası Şahid26 onlara qonaq gəldiyini görmüş, söhbət zamanı sonuncu ona Bakı şəhərində yaşayan bir şəxsə Suriyada olan oğlu Vüqara göndərməsi üçün 1.000 ABŞ dollarını aparıb verməsini xahiş etmişdir. O, qaynatasının sözünü yerə salmayaraq, onsuz da işi ilə bağlı Bakı şəhərinə gedəcəyini deyib həmin pulu dediyi şəxsə çatdıracağına söz vermişdir. Bundan sonra qaynatası ona bir nəfərin mobil telefon nömrəsini bildirərək pulu həmin şəxsə çatdırmasını tapşırmış, eləcə də ona Azərbaycan- Suriya ölkələri arasında qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan şəxslərin mövcudluğu, bu barədə Vüqarın ona məlumat verməsi, Bakı şəhərində həmin köçürmələrə Sahil adlı şəxsin cavabdeh olması və bu şəxsin ayrı-ayrı şəxslərdən qəbul etdiyi pulları Suriyadakı adamları vasitəsilə təyinatı üzrə çatdırması, xidmətləri müqabilində göndərilən pulun müəyyən faizinin özlərinə götürmələri barədə məlumat vermişdir. Bundan başqa, qaynatası Nüsrət ona zəng edəcəyi şəxslə şifrəli danışmasını və Suriyaya göndərilən pul əvəzinə ona maşın pulu verməli olduğunu bildirməsini tapşırmış, buna həmin şəxsin tələbi ilə öz təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirmişdir. O, dekabr ayının 7-də axşam saatlarında qaynatası Nüsrətin verdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək Sahil adlı şəxsə danışmış və sonuncuya əvvəlcədən razılaşdırıldığı kimi “maşın pulu” verməli olduğunu bildirmişdir. Sahil adlı həmin şəxs ona Bakı şəhərinin Nobel prospektinə gəlib pulu ona orada fəaliyyət göstərən “Bəh-Bəh” restoranının qarşısında verməsini xahiş etmişdir. O, etiraz etməyərək həmin yerə getmiş, oraya az qalmış görüş yerini dəqiqləşdirmək üçün yenidən bu şəxsə zəng etmiş, lakin sonuncu işi olduğunu deyib qabağına İbrahim adlı uşaq göndərəcəyini bildirmiş, pulu göstərilən uşağa verməsini xahiş etmişdir. Qeyd edilən restoranın yanına çatdıqda ona İbrahim adlı azyaşlı yaxınlaşmış və o da 1.000 ABŞ dollarını bu uşağa verib getmişdir. Bundan bir müddət sonra qaynatası Nüsrətlə söhbət zamanı sonuncu göndərdikləri pulun Suriyada olan oğlu Vüqara çatdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin Xətai rayonu ərazisində metronun “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları arasında icarə əsasında işlətdiyi mağazada ət alqı-satqısı ilə məşğul olmuş, son bir ilə qədər isə həmin mağazada ətir satışını həyata keçirmişdir. Bu ətirləri əvvəllər Bakı şəhərindəki “Əbu-Bəkr” məscidinin yaxınlığında fəaliyyət göstərən mağazalardan birində ətir satışını həyata keçirən əslən Gürcüstandan olan “Abdullah” dini ləqəbli Emzar adlı dostundan almışdır. Sonuncu təxminən 2014-cü ildə silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasına getmiş və gedərkən özündə olan təxminən 300 manat dəyərində ətir və həmin ətirlərin qablaşdırıldığı kiçik ölçülü boş şüşə qablarını satış məqsədilə ona vermiş, onları satıb pulunu saxlamasını xahiş etmişdir. O da həmin ətirləri işlədiyi mağazada satmış və Emzardan uzun müddət xəbər olmadığı üçün pulu özündə saxlamışdır. 2017-ci ilin noyabr ayının sonlarında Emzar onunla telefon əlaqəsi saxlamış və satmaq məqsədilə verdiyi təxminən 300 manat dəyərində ətir və şüşələrinin pulunun Suriyada ona çatdırılması üçün adından zəng edəcək şəxsə verməsini xahiş etmiş, bu şəxsin ona Abdullaya çatacaq pul vəsaitini qəbul etmək üçün zəng etdiyini bildirəcəyini demişdir. Həmin şəxsin təhlükəsizliyini qorumaq üçün isə telefon danışığı zamanı onun sonuncuya pul deyil, 300 ədəd ətir şüşəsi verəcəyini deməsini tapşırmışdır. Bundan bir neçə gün sonra, yəni dekabr ayının 01-də istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən tanımadığı Sahil adlı şəxs zəng edərək Abdullanın adınıçəkmiş, onda olan “əmanəti” nə vaxt götürə biləcəyini soruşmuşdur. O da Emzarın tapşırığını xatırlayaraq, bu şəxslə danışığında şərti sözlərdən istifadə etmiş, ona “300 dənəşüşə butulka olmalıdıda məndə” ifadəsini işlətmiş, işlədiyi mağazanın yerini başa salaraq növbəti gün oraya gəlməsi barədə razılaşmışlar. Sahil adlı həmin şəxsin telefon danışığı zamanı “Köməy eləyərsən onları yığmağa onda.” sualına o, “Nə? Bəs necə. Nə var ki, orda, qardaş. Suyu gətirginən, butulkalara tökərəm ətiri qatıb düzəldəcəyik də. Heç bir şey, problem yoxdu..... İnşaallah sabah görüşərik.....” cavabını verməklə şərti ifadələr işlətmiş, bu da sonuncunun təhlükəsizliyini təmin etmək məqsədi daşımışdır. Növbəti gün Sahil adlı həmin şəxs işlədiyi mağazaya gələrək 300 manatı ondan qəbul etmiş və çıxıb getmişdir. Bu şəxsin qeyd edilən pul vəsaitini Suriyada olan Emzara necə çatdıracağı barədə onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, onların ailəsi dindardır. Qızları Tükəzban və onun həyat yoldaşı Emin Süleymanov, eləcə də digər qızı Surə İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət edirlər. 2013-cü ilin yay aylarında Tükəzban həyat yoldaşı Emin və 2 azyaşlı uşaqları, eləcə də Surə 1 azyaşlı uşağı ilə birlikdə işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, təxminən 2015-ci ildə isə Suriyaya “İŞİD” qanunsuz silahlı qruplaşmasının nəzarəti altında olan ərazilərə köçmüşlər. Emin orada həmin qruplaşmaya qoşulmuş və hərbi əməliyyatlarda iştirak etmişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində Tükəzban ona zəng edərək pula ehtiyaclarının olduğunu bildirib kömək məqsədilə onlara 1.000 ABŞ dolları göndərməsini xahiş etmişdir. O, pulu necə göndərəcəyini soruşduqda Tükəzban adından bir nəfərin ona Bakı şəhərində zəng edəcəyini və həmin şəxslə görüşüb pulu bu şəxsə verməsini, sonuncunun isə həmin pulu özü onlara Suriyaya çatdıracağını bildırmişdir. Qızı Tükəzbanla olan bu söhbətindən sonra noyabr ayının 9-da günorta saatlarında ***-***-**-** mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə tanımadığı Rəna adlı bir qadın zəng etmiş və nömrəni ona Tükəzbanın verdiyini deyərək, onunla nə vaxt və harada görüşüb pulu götürə biləcəyini soruşmuşdur. O, Bakı şəhərinin Bayıl qəsəbəsində yaşadığı üçün növbəti gün həmin qəsəbədə fəaliyyət göstərən 5 nömrəli doğum evinin qarşısında görüşmək barədə razılığa gəlmişlər. Noyabr ayının 10-da günorta saatlarında Rəna adlı həmin qadın ***-***-**-** mobil telefon nömrəsindən yenidən ona zəng etmiş və qeyd edilən doğum evinin qarşısında dayanıb onu gözlədiyini bildirmişdir. O da həmin yerə gəlmiş və bu zaman bir qədər kənarda dayanmış xarici markalı minik avtomobilindən tanımadığı təxminən 25-30 yaşlarında olan bu qadın düşərək ona yanaşmışdır. Qadın ona yanaşıb görüşdükdən sonra o, özü ilə gətirdiyi 1.000 ABŞ dollarını bu şəxsə vermiş, sonuncu pulu sayaraq ondan qəbul edib gəldiyi avtomobiləəyləşərək çıxıb getmişdir. Avtomobili idarə edən şəxsi isə görə bilməmişdir. Bir neçə gündən sonra qızı Tükəzban zəng edib göndərdiyi pulun ona çatması barədə xəbər vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid15 ifadəsində göstərmişdir ki, onun oğlu Ələddin Kərimov ailə üzvləri ilə birlikdə x74 şəhərində yaşayır. Ələddinin oğlu Emin müddətli hərbi xidmətini həmin dövlətin ərazisində keçmişdir. Emin hərbi xidmətdən qayıtdıqdan sonra telefon danışıqlarında sonuncunun dini baxışlarında dəyişiklik hiss etmişdir. Belə ki, o, nəvəsinə Məşhəd ziyarətinə getmək istədiyini bildirdikdə sonuncu oraya getməməsini və bu ziyarətə gedərsə kafir olacağını demişdir. Bundan bir müddət sonra gəlini Zəmanə Kərimova ona zəng edərək Eminin işləmək məqsədilə Türkiyə Respublikasına getmək fikrində olduğunu bildirmiş, daha sonra x174 Respublikasının Rakka şəhərinə getməsi xəbərini vermişdir. 2015-ci ilin yanvar ayında Zəmanə Kərimova ona Eminin öldüyünü, həyat yoldaşı və 2 azyaşlı uşağının isə Rakka şəhərində qaldıqlarını bildirmişdir. 2018-ci ilin may ayının 25-də Zəmanə Kərimova ona zəng edib Eminin ailəsinə pul lazım olduğunu deyərək, onlara maddi köməklik etməsini xahiş etmiş və pulu sonunculara çatdıracaq şəxsin özünün onunla telefon əlaqəsi saxlayacağını bildirmişdir. Bundan sonra ona xatırlamadığı mobil nömrədən özünü Abu İbrahim ləqəbi ilə təqdim edən şəxs zəng etmiş və Eminin həyat yoldaşı Rozaya çatacaq pulu ona verməli olduğunu deyərək həmin pulu metronun “28 May” stansiyası yaxınlığında təqdim edəcək qadının əlaqə nömrəsini ona vermişdir. Bundan sonra o, həmin nömrə ilə telefon əlaqəsi saxlayaraq zəngə cavab verən tanımadığı qadınla qeyd edilən metronun yaxınlığında görüşmüşdür. x172 ləqəbli şəxsin göndərdiyi xanım olduğunu bildirmiş və bundan sonra o, nəvəsi Eminin ailəsinə göndərməsi üçün bu qadına orada 1.000 ABŞ dolları vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid16 ifadəsində göstərmişdir ki, qardaşı Elnur Abdulhəmidov təxminən 2011-ci ildə həyat yoldaşı ilə birlikdə Suriya Ərəb Respublikasına getmişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində Elnur Suriyadan ona zəng etmiş və maddi vəziyyətinin pis olduğunu deyərək ona pul göndərmək imkanında olub-olmadığını soruşmuşdur. O da Şəki şəhərindəki evlərini 30.000 manata satdığını və əldə etdiyi puldan onun payını ayırıb saxladığını bildirmişdir. Elnur onun telefon nömrəsini bir nəfərə verəcəyini, həmin şəxsin Azərbaycan-Suriya arasında qeyri-rəsmi pul köçürmə əməliyyatlarını həyata keçirən kanalın Azərbaycan Respublikası üzrə cavabdeh şəxs olduğunu, bu şəxsin onunla əlaqə saxlayacağını və sonuncu ilə görüşüb evin satışından onun payına düşən pulun 5.000 ABŞ dollarını həmin şəxsə verməsini xahiş etmişdir. O da qardaşını çətin vəziyyətdə qoymamaq üçün evin satışından əldə olunan puldan 5.000 ABŞ dollarını ona göndərməyə razılıq vermişdir. Bundan bir neçə gün sonra, yəni noyabr ayının 10-da günorta saatlarında ***-***-**- ** mobil telefon nömrəsindən ona tanımadığı Sahil adlışəxs zəng edərək Elnurun tanışı olduğunu və sonuncuya çatdırılacaq pulun ona verilməli olduğunu bildirmiş, metronun “28 May” stansiyası yaxınlığına görüş yeri təyin etmişdir. O, təxminən 25-28 yaşlarında, saqqallı, qarabuğdayı və dolu bədən quruluşlu Sahil adlı həmin şəxslə təyin olunan yerdə görüşmüş və özü ilə götürdüyü 5.000 ABŞ dollarını sonuncuya verərək pulun Suriyada olan qardaşı Elnura nə vaxt çatacağı ilə maraqlanmışdır. Sahil adlı şəxs Suriyaya tez-tez pul göndərdiyini və bu pulun da tez bir zamanda qardaşı Elnura çatacağını bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Təxminən 1 həftə sonra isə Elnurla telefon danışıqları zamanı sonuncu ona göndərilən pulu aldığını demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid18 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə Bakı şəhərinin Qaraçuxur qəsəbəsində yaşayır və fərdi qaydada parket ustası işləyir. 2002-ci ildən ibadətlə məşğul olur və İslam dininin Sələfi təriqətinə mənsubdur. O, təxminən 2014-cü ildə yaşadığı qəsəbənin ərazisində fəaliyyət göstərən məsciddə cümə namazını qılarkən orada təxminən 45-50 yaşlarında olan Faiq adlı şəxslə tanış olmuş, sonuncunun İslam dininin Sələfi təriqətinə mənsub olduğunu və cümə namazlarını bu məsciddə qıldığını bilmiş və həmin vaxtdan münasibətləri yaranmış, bir qədər sonra isə bu münasibətləri dostluq münasibətlərinəçevrilmişdir. 2016-cı ilin əvvəllərində Qaraçuxur qəsəbəsindəki məsciddə cümə namazında Faiqlə növbəti dəfə görüşmüş, söhbət əsasında sonuncu əmanət olaraq saxlamaq məqsədilə ona bir ədəd zərf verərək içərisində 1.580 ABŞ dolları olduğunu bildirmişdir. Bundan son o, bir daha Faiq görməmiş və məsciddəki söhbətlərdən onun döyüşmək məqsədilə Suriya Ərəb Respublikasına getdiyini eşitmişdir. 2017-ci ilin noyabr ayının sonlarında ona tanımadığı bir şəxs zəng edərək nömrəsini Faiqdən aldığını və sonuncunun onda əmanətinin olduğunu deyib bununla bağlı görüşmələrini istəmiş, o etiraz etməmişdir. Bundan sonra onlar «Laçın» ticarət mərkəzinin qarşısında görüşmüş, üzündə az saqqal saxlayan təxminən 25-30 yaşlarında olan həmin şəxs yaxın günlərdə onunla əlaqə saxlayacaqlarını deyərək Faiqin əmanət olaraq verdiyi 1.580 ABŞ dollarını bu şəxsə verməsini xahiş etmiş, ona zəng edəcək şəxsin öz təhlükəsizliyi üçün onunla şifrəli danışacağını və Faiqin pulu əvəzinə «balın pulu» üçün zəng etdiyini deyəcəyini bildirmişdir. Bu görüşdən bir neçə gün sonra, yəni dekabr ayının 7-də və 8-də ona ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən zəng edən Sahil adlı şəxslə həmin pulu ondan qəbul etməsi ilə bağlı danışıqlar aparılmışdır. Sonuncu pulun məbləğinin 1.580 ABŞ dolları olduğunu dəqiqləşdirərək təhlükəsizliyini təmin etmək üçün onunla şifrəli danışmış, götürəcəyi pulun “balın pulu” olmasını soruşmuşdur. Bundan sonra onlar metronun «Əhmədli» stansiyasının yaxınlığında “Ukrayna dairəsi” adlanan yerdə görüşmüş və o, orta boylu, dolu bədən quruluşlu, qaraşın, saqqal saxlayan, təxminən 25-30 yaşlarında olan Sahil adlı həmin şəxsə orada Faiqin saxlamaq məqsədilə verdiyi 1.580 ABŞ dollarını vermişdir. Sahil adlı bu şəxs pulu qəbul edərək Suriyaya Faiqə göndərəcəyini bildirmişdir və bundan sonra ayrılmışlar. Sonradan bir daha həmin şəxsi görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid19 ifadəsində göstərmişdir ki, nişanlısının qardaşı x65 2016-cı ilin may ayında Suriya Ərəb Respublikasına gedərək orada silahlı dəstələrə qoşulmuşdur. 2017-ci ilin oktyabr ayının təxminən 15-də Xanəhməd Türkiyə operatoruna məxsus mobil nömrədən onunla “Watsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq atasının verəcəyi pulu Bakı şəhərində bir nəfərəçatdırmasını xahiş etmiş və pulu atasından nə vaxt götürəcəyi barədə əvvəlcədən ona xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Xanəhməd onunla yenidən telefon əlaqəsi saxlayıb nömrəsini Bakı şəhərində pulu çatdıracağı şəxsə verdiyini demiş və sonuncunun özü onunla əlaqə saxladıqdan sonra gedib atasından pulu götürərək həmin şəxsə çatdırmasını tapşırmış, eyni zamanda ona bu şəxsin istifadəsində olan 2 mobil telefon nömrəsi vermişdir. Oktyabr ayının 25-də günorta saatlarında Xanəhmədin verdiyi nömrələrdən birindən Sahil adlı şəxs tərəfindən ona ***-***-**-** mobil telefon nömrəsindən zəng olmuş və zəng edən şəxs əlavə bir söz demədən Bakıya nə vaxt gələcəyini soruşmuşdur. O, yorğun olduğunu deyib pulu sərnişin avtobusu ilə göndərə biləcəyini, yaxud da növbəti gün özü gətirə biləcəyini bildirmiş, həmin şəxs ondan növbəti gün özünün gəlməsini xahiş etmişdir. Növbəti gün, yəni oktyabr ayının 26-da səhər saatlarında Sahil adlı həmin şəxs eyni nömrədən yenidən ona zəng edib pulu gətirə bilib-bilməyəcəyimi soruşmuş, o isə hazırda Bakı şəhərinə gəlməyə imkanının olmadığını deyərək pulu ona dostu vasitəsilə çatdıracağını bildirmişdir. Beləliklə, qeyd edilən şəxslə danışıb razılaşandan sonra qaynatası Şahid34la telefon əlaqəsi saxlayaraq oğlu Xanəhmədin tapşırdığı pulu hazır etməsini və bir azdan gəlib həmin pulu götürərək Bakı şəhərinə dediyi şəxsə göndərəcəyini nəzərinə çatdırmışdır. Bundan sonra o, gedib içərisində pul olan bağlı zərfi qaynatasından götürərək oradan birbaşa Qusar rayon avtovağzalına gəlmiş və Bakı şəhərinə gedən sərnişin avtobuslarından birinə yaxınlaşıb sürücüdən içərisində pul olan zərfi Bakı şəhərində onun adından yaxınlaşacaq şəxsə çatdırmasını xahiş etmiş, eləcə də tanışı Ruslana zəng edərək bu barədə məlumatlandırmaqla ondan avtovağzala gedib Qusardan sərnişin avtobusu ilə Bakı şəhərinə göndərdiyi içərisində pul olan zərfi sürücüdən götürərək bir nəfərə çatdırmasını xahiş etmiş, sonuncuya həmin şəxsin əlaqə nömrələrini də vermiş, sonra isə göstərilənlər barədə Sahil adlı şəxsi məlumatlandırmışdır. Həmin gün saat 17 radələrində Ruslan ona zəng edərək qeyd edilən şəxslə metronun “28 May” stansiyası yaxınlığında görüşüb içərisində pul olan zərfi həmin şəxsə verdiyini demişdir. Bundan sonra o, bu barədə maraqlanmamış, pulu göndərəndən sonra Xanəhməddən bir daha xəbər olmamışdır. Onun həmin pulu alıb-almamasından, hazırkı vaxtadək harada olmasından məlumatsızdırlar. Sonradan Xanəhməd üçün göndərilən pulun məbləğinin 200 ABŞ dolları olduğunu bilmişdir. Bu pul sədəqə pulu olmamış və Bakı şəhərinə Sahil adlı şəxsə sədəqə olaraq verilməsi məqsədilə göndərilməmişdir. Xanəhmədin atası Şahid34 fəhlə işləmiş və onun birdən-birə evindən bu məbləğdə sədəqə pulu çıxarması və ən əsası da tanımadığı şəxsə göndərməsi mümkünsüz olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid21 ifadəsində göstərmişdir ki, o, ailəüzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır və həmin rayonun ərazisində fəaliyyət göstərən “Boss-Şelf” şirkətində avtobus sürücüsü işləyir. 1989-cu il təvəllüdlü oğlu Vüsal da onunla eyni şirkətdə çalışır. 1991-ci il təvəllüdlü kiçik oğlu Tural isə başqa bir şirkətdə işləmiş və 11 sentyabr 2014-cü il tarixdə işdən çıxarıldığını deyərək həyat yoldaşı və 2 azyaşlı uşağı ilə birlikdə ölkəni tərk edib işləmək adı ilə Türkiyə Respublikasına getmişdir. Tural ailəsi ilə Türkiyəyə getdikdən təxminən 2 ay sonra evə onun işlədiyi şirkətdən zəng edilərək artıq uzun müddətdir ki, işə çıxmaması barədə məlumat verilmiş və o, yalnız bu zaman Turalın onlara işdən çıxarılması ilə bağlı dediklərinin yalan olduğunu bilmişdir. Bundan təxminən 1 ay sonra isə Tural ona “whatsapp” proqramı ilə internet üzərindən zəng edərək ailəsi iləİraqda olduğunu demişdir. O, bu xəbəri eşidəndə həyəcanlanaraq hansı səbəbə oraya getdiyini soruşmuş, sonuncu isə ona Allah yolunda həmin ölkəyə getdiyini bildirmişdir. Tural 2011-ci ildə evlənmiş və təxminən 2013-cü ildən namaz qılmağa başlamış, ailəsi iləölkəni tərk edərkən kiçik övladı 25 gün idi ki, dünyaya gəlmişdir. İraqa getdikdən sonra Tural 2-3 aydan bir və hər dəfə fərqli nömrələrdən ona zəng edərək hal-əhval tutmuş, nə işlə məşğul olduğunu və harada olduqlarını isə bildirməmişdir. 2017-ci ilin təxminən sentyabr ayının əvvəllərində Tural ona zəng edərək maddi vəziyyətlərinin çox ağır olduğunu bildirib onlara pul göndərməsini xahiş etmişdir. Pulun onlara necə çatdırılacağını soruşduqda Tural Sahil adlı şəxsin mobil telefon nömrəsini verərək, bu şəxsə zəng edib ona “qapı-pəncərənin pulunu” vermək istədiyini bildirməsini demişdir. “Qapı-pəncərə pulu” ifadəsi şərti olmuş və bununla həmin şəxsin təhlükəsizliyini təmin etmək məqsədi daşımışdır. Tural eyni zamanda ondan bu şəxsə verəcəyi pulun 10 faizi miqdarında da xidmət haqqı verməsini xahiş etmiş, sonuncunun ondan qəbul etdiyi pulu öz kanalları vasitəsilə ona çatdıracağını bildirmişdir. Tural həyat yoldaşı iləİraqa gedərkən onların 2 azyaşlı uşaqları olmuş, ona zəng edib pul istədikləri vaxt isə onların daha 2 azyaşlı uşaqları dünyaya gəlmiş və beləliklə, uşaqlarının sayı artıq 4-ə çatmışdır. O, oğlunun ailə üzvləri ilə birlikdə ağır şəraitdə yaşadıqlarına dözməyib geri qayıtmalarını xahiş etsə də Tural onun sözünü eşitmək istəməmiş və haqq yolunda olduğunu bildirmişdir. Bundan sonra əlacsız qalıb Turalın verdiyi xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək Sahil adlı şəxslə danışmış, ona İraqda olan Abu Salim dini ləqəbli oğlu Turala “qapı-pəncərənin pulunu” göndərmək istədiyini bildirmiş və pulu ona harada çatdıra biləcəyini soruşmuşdur. Həmin şəxs əlavə sual vermədən və söhbətin hansı “qapı-pəncərədən” getdiyini soruşmadan ona Bakı şəhərinin Nobel prospektində yerləşən “Bəh-Bəh” restoranının yanına gəlməsini tapşırmışdır. O, sonuncunun danışığından onun artıq bu barədəəvvəlcədən məlumatlı olmasını anlamışdır. Görüşəcəkləri ərazini tanımadığıüçün Sahil ona oraya necə gələ biləcəyini izah etmiş və onlar axşam saatlarında göstərilən restoranın yanında görüşmüşlər. Sahil orta boylu, orta bədən quruluşlu vəüzündə az saqqalı olan bir şəxs idi. O, bu şəxsə 1.100 ABŞ dolları verib pulun İraqda olan oğlu Turala tez çatdırılmasını xahiş etmiş, verdiyi pulun 100 ABŞ dolları ona çatacaq xidmət haqqı olmuşdur. Sahil adlı həmin şəxs pulu götürüb saydıqdan sonra narahat olmamasını demiş və bundan sonra ayrılmışlar. Təxminən 1 həftə sonra Tural onlarla telefon əlaqəsi saxlayıb göndərdiyi 1.000 ABŞ dollarının ona çatdırıldığını bildirmişdir. Bundan sonra Sahil adlı həmin şəxs vasitəsilə oğlu Turala 500 ABŞ dolları göndərmişdir. Belə ki, 2017-ci il təxminən sentyabr ayının ortalarında Turalla növbəti telefon danışığı zamanı ona anasının nəvələrinə 500 ABŞ dolları göndərmək istədiyini demiş və bu pulu onlara necəçatdıra biləcəklərini soruşmuşdur. Sonuncu Sahil adlı həmin şəxsin telefon nömrəsini verərək, pulu onun vasitəsilə göndərmələrini və zəhmət haqqı olaraq həmin şəxsə 35 ABŞ dolları vermələrini bildirmiş, bu şəxsə zəng edən zaman “qapı-pəncəəmanəti” göndərmək istədiklərini demələrini tapşırmışdır. Bundan sonra o, Sahillə telefon əlaqəsi saxlamış və ona Turala “qapı-pəncərəəmanəti” göndərmək istədiyini, daha əvvəl də onun vasitəsilə sonuncuya pul göndərdiyini demiş, Sahil həmin pulu yaşadıqları qəsəbənin sakini Elmira adlı qadına vermələrini tapşıraraq gəlib pulu ondan götürəcəyini bildirmişdir. Elmira adlı qadın Sahil qəsəbəsindəki evlərində tək yaşayır. Onun həyat yoldaşı Aləm və ya Ələm, eləcə də adlarını bilmədiyi 2 oğlu İraqa getmişlər. Tural da həmin ölkəyə getdikdən sonra Elmira adlı qadının orada olan övladları ilə tanış olmuş və beləliklə, sonuncuların vasitəsilə onların da bu qadınla tanışlıqları yaranmışdır. Sonuncunu tanıdıqları üçün Turala göndərmək istədikləri 500 ABŞ dolları və xidmət haqqı olaraq 35 ABŞ dolları ekvivalentində 60 manatı Sahil adlı şəxsin tapşırığına əsasən aparıb həmin qadına vermişlər. Bundan bir müddət keçdikdən sonra Elmira 500 ABŞ dollarının Turala çatdırıldığını bildirmiş, öz övladları üçün də pulu Sahil adlı şəxsin vasitəsilə göndərdiyini demişdir. Növbəti dəfə Turala 2017-ci ilin noyabr ayının 14-də Sahil adlı həmin şəxs vasitəsilə 300 ABŞ dolları göndərmişdir. Belə ki, həmin vaxt onlarla eyni qəsəbədə yaşayan Elmira adlı qadın da artıq Suriyada olan həyat yoldaşı, 2 oğlu və onların da ailə üzvləri üçün 1000 ABŞ dolları göndərməli idi. Elmira adlı bu qadın yaşlı olduğu üçün pulu Sahil adlı həmin şəxsə çatdırmağı o öhdəsinə götürmüşdür. Ona görə də sonuncunun ***-***-**-** mobil telefon nömrəsinə zəng edib əvvəlki kimi ona “qapı-pəncərə pulundan” qalmış əmanət, yəni pul vermək istədiyini demiş, Sahil nə qədər pul göndərəcəyini ondan soruşmuşdur. O da Abu Salim dini ləqəbli oğlu Turala 300 ABŞ dolları, Elmiranın Suriyada olan oğlanları Cavid və Mübariz adlı şəxslərə isə 1000 ABŞ dolları göndərmək istədiklərini bildirmiş, həmin vaxt işdə olduğu üçün Sahillə o deyil, oğlu Vüsal gedib görüşmüş və bu şəxsə 1.300 ABŞ dolları və xidmət haqqı olaraq əlavə 130 ABŞ dolları verib geri qayıtmışdır. Vüsal bu pulun bir hissəsinin Elmira adlı qadının Suriyada olan ailə üzvləri üçün nəzərdə tutulduğunu bilməmiş, həmin pulun hamısının qardaşı Turala çatacağını zənn etmişdir. Bundan sonra Sahil adlı şəxs vasitəsilə Suriyada olan oğlu Tural üçün 2017-ci ilin dekabr - 2018-ci ilin yanvar aylarında 1000 ABŞ dolları göndərmişdir. Hər dəfə olduğu kimi, bu dəfə də həmin şəxsə zəng edərək ona “Qapı-pəncərədən qalan pul”u çatdırmaq istədiyini demiş, telefon söhbəti zamanı sonuncunun bu barədə əvvəlcədən məlumatlı olduğunu başa düşmüşdür. Belə ki, həmin şəxs əlavə sual vermədən “qapı-pəncərədən nə qədər pul qalıb?” sualını vermiş, o da ona 1.000 ABŞ dolları verəcəyini bildirmişdir. Bundan sonra onlar “Binə” ticarət mərkəzinin yanında Lökbatan dairəsində görüşmüşlər. Orada Sahilə 1.000 ABŞ dolları, eləcə də xidmət haqqı olaraq əlavə 100 ABŞ dolları verib bu pulun Suriyada olan oğlu Turala çatdırılmasını bir daha xahiş etmişdir. Sahil pulu ondan qəbul etdikdən sonra onu saymış və bundan sonra sağollaşaraq çıxıb getmişdir. Bundan təxminən 1 həftə sonra Tural onlarla əlaqə saxlayaraq göndərdikləri 1.000 ABŞ dollarının ona çatdırıldığını bildirmişdir. Sonuncu dəfə Sahil adlı həmin şəxs vasitəsilə Suriyada olan oğlu Turala 2018-ci ilin fevral ayının 28-də 1.000 ABŞ dolları göndərmişdir. Bu dəfə də eyni qaydada həmin şəxsə ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Suriyada olan Abu Salim ləqəbli oğlu Turala “Qapı-pəncə pulu” göndərmək istədiyini demiş, lakin sonuncunun danışığından bu barədə onun əvvəlcədən məlumatlandırılmadığını hiss etmişdir. Belə ki, Sahil bir qədər sonra onunla əlaqə saxlamasını xahiş etmiş, ehtiyatlandığı və əvvəlcədən adamları tərəfindən xəbərdar edilmədiyi üçün onunla görüşməkdən çəkinmişdir. Həmin gün onlar arasında bir neçə telefon danışığı olmuş və nəhayət, Sahil pulu ona Nobel prospektində əvvəl görüşdükləri “Bəh-Bəh” restoranının yanına gətirərək verməsini tapşırmışdır. O, da evdən çıxaraq şəxsi avtomobili ilə qeyd edilən restoranın yanına gəlmiş və orada bu şəxslə görüşərək ona xidmət haqqı ilə birlikdə 1.100 ABŞ dolları verib geri qayıtmışdır. Sahil adlı şəxs vasitəsilə Suriyaya oğlu Turala göndərdiyi 1.000 ABŞ dolları təxminən 1 həftə sonra sonuncuya çatdırılmışdır. Məhkəmədə Şahid22 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində hazırda tək yaşayır. Oğlanları Mübariz və Cavid həyat yoldaşları və 4 azyaşlı uşaqları ilə birlikdə 02 sentyabr 2014-cü ildə respublikanı tərk edərək Türkiyə Respublikasına getmişlər. Onları geri qaytarmaq üçün bir müddət sonra həyat yoldaşı Ələmxan da Türkiyə Respublikasına və oradan Suriya Ərəb Respublikasına getmiş və o da həmin respublikada qalmışdır. 2017-ci ilin sentyabr ayının ortalarında Sahil adlı şəxs ona zəng edərək oğulları Mübariz və Cavidin pula ehtiyaclarının olduğunu bildirmiş, az sonra Cavid özü də ona zəng edərək onlara pul göndərməsini xahiş etmişdir. O da bir neçə gün sonra axşam saatlarında yaşadığı evin yanında özünü Sahil adı ilə təqdim edən şəxslə görüşmüş və ona Suriyada olan uşaqları Mübariz və Cavidə çatdırılması üçün 1.000 ABŞ dolları, eləcə də yaşadığı qəsəbənin sakini olmuş Tural adlı şəxsə çatdırılması üçün sonuncunun anası Rüxsarə adlı qadının verdiyi 500 ABŞ dollarını vermişdir. Bundan bir neçə gün sonra uşaqları Suriyadan onunla əlaqə saxlamış və göndərdiyi 1.000 ABŞ dollarının onlara çatdırıldığını demişlər. Keçən müddət ərzində təxminən 3-4 dəfə Suriyada olan uşaqlarına pul göndərmiş, ona zəng edib pul qəbul edən şəxslər hər dəfə Abu İbrahimin adından zəng etdiklərini bildirmişlər. Pulu da həmin şəxslərə axşam saatlarında qaranlıq vaxtı verdiyi üçün sifət quruluşlarını xatırlamır. Lakin pulu ondan qəbul edən şəxslər saqqallı olmuşlar. O, nə özü və nə də Suriyada olan övladları heç bir kəsdən, o cümlədən həmin ölkənin ərazisində “İŞİD” silahlı qruplaşmanın tərkibində döyüşən Samir İbrahimov adlı şəxsdən heç bir zaman qapı-pəncərə almamış və heç kimə də qapı-pəncərədən qalan borcları olmamışdır. Bu şəxsə göndərdiyi pullar isə Suriyada “İŞİD” silahlı qruplaşmasına qoşulmuş övladları, eləcə də onların ailə üzvlərinə çatdırılması məqsədi daşımışdır. Yadındadır ki, bir dəfə Suriyadakı uşaqlarına çatdırılması məqsədilə pul qəbul etmək istəyən şəxs ona qapı-pəncərə pulu üçün zəng etdiyini demiş, o isə sonuncunun qapıpəncərə deyəndə nəyi nəzərdə tutduğunu başa düşməmiş vəəlavə sual da verməmiş, həmin şəxslə Sahil qəsəbəsində “Optimal” mağazasının qarşısında görüşərək uşaqlarına çatdırmaq üçün pulu ona vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid23 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır və şəxsi “Vaz 2104” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 2008-ci ildən ibadətlə məşğul olur. Təxminən 2 il əvvəl məscidlərin birində dini ləqəbi “Abu Qa-Qa” olan İlqar adlı şəxslə tanış olmuşdur. İlk vaxtlar münasibətləri yalnız tanışlıq xarakteri daşımışdır. 2018-ci ilin əvvəllərində İlqar söhbət əsnasında ona tez-tez taksi xidmətindən istifadə etdiyini deyərək bu fəaliyyətlə məşğul olan tanışının olub-olmamasını soruşmuş, onun öz şəxsi avtomobilindən taksi kimi istifadə etdiyini bildikdə taksi lazım olarsa ona müraciət edə bilib-bilməməsi ilə maraqlanmışdır. O, etiraz etməmiş və bundan sonra İlqarı idarə etdiyi avtomobillə tez-tez Ayna Sultanova heykəlinin yanından götürüb “Azneft” dairəsi yaxınlığına aparmış, lakin sonuncunun oraya hansı məqsədlə getməsi barədə məlumatı olmamışdır. 2018-ci ilin yanvar ayının sonlarında İlqarla növbəti görüşlərində sonuncu ona ticarətlə məşğul olduğunu, bu işi ilə bağlı adına xarici ölkələrdən tez-tez pullar göndərildiyini və adına çox pul daxil olduğu üçün ondan vergi tutulduğunu demiş, göndərilən pullardan az vergi ödəməsi üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinin mümkün olub-olmadığını soruşmuşdur. O da İlqarı əqidə yoldaşı kimi tanıdığı üçün onun səmimiyyətinə inanmış və vergidən yayınması üçün bu pulların bir hissəsinin adına göndərilməsinə etiraz etməmiş, sonuncunun xahişi iləşəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Beləliklə, 2018-ci ilin fevral-iyun aylarında onun adına: - 02 fevral 2018-ci il tarixdə BirləşmişƏrəb x130 Aldeen Agha tərəfindən “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi 363 dirhəm; - 27 mart 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x87 tərəfindən 1000 ABŞ dolları; - 31 mart 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə x20 Roza Nasirovna tərəfindən 600 ABŞ dolları: - 03 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x48 tərəfindən 582 ABŞ dolları və 1.168 ABŞ dolları; - 10 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x32 Abdrashitovna tərəfindən 500 ABŞ dolları; - 04 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x109 tərəfindən 2.047 ABŞ dolları; - 11 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi x33 Tatyana Sevenovna tərəfindən 250.000 rus rublu; - 24 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x75 tərəfindən 800 ABŞ dolları; - 24 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x88 tərəfindən 1000 ABŞ dolları və - 08 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x11 tərəfindən 275 ABŞ dolları köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermişdir. O, adına pul köçürmüş şəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. 2018-ci ilin təxminən may ayının əvvəllərində İlqar ona zəng edərək Sahil adlı şəxsin mobil telefon nömrəsini vermiş və bu şəxsə zəng edərək onunla danışıb görüşməsini və verəcəyi pulu götürərək ona çatdırmasını xahiş etmişdir. O da İlqarın verdiyi nömrəyə zəng edərək Sahil adlı şəxslə danışmış və sonuncu ona Bakı şəhərinin Xətai rayonu Nobel prospektində yerləşən “Lunapark”-ın yanına gəlməsini xahiş etmişdir. O, həmin yerə idarə etdiyi ağ rəngli “VAZ 2104” markalı ** MK *** qeydiyyat nişanlı avtomobili ilə getmiş, görüş yerinəçatmasına az qalmış Sahil adlı həmin şəxs ona zəng edərək işinin çıxdığını və qabağına uşaq çıxıb ona 10.000 ABŞ dolları verəcəyini demişdir. Görüş yerinə saat 19 radələrində çatdıqda ona təxminən 12-13 yaşlı uşaq yaxınlaşmış və açıq vəziyyətdə rezinlə bağlanmış hər biri 100 ABŞ dolları əskinasları ilə olan pul dəstəsi verib çıxıb getmişdir. Maşında oturub həmin pulu saymış və verilən pulun 10.000 ABŞ dolları olduğuna əmin olub İlqara zəng edərək bu barədə onu məlumatlandırmış, sonra isə “Ayna Sultanova” heykəlinin yanına gələrək orada İlqarla görüşüb bir qədər əvvəl qəbul etdiyi 10.000 ABŞ dollarını ona vermişdir. Həmin pul vəsaitinin mənbəyi və hansı təyinatı üzrə istifadə ediləcəyi barədə onun məlumatı olmamış, bu barədə İlqar da ona heç nə deməmişdir. Pulu İlqara verdikdən sonra sonuncu ona taksi pulu olaraq 15 manat vermişdir. Bu hadisədən təxminən bir qədər sonra, yəni iyun ayının 13-də İlqar onunla yenidən telefon əlaqəsi saxlayaraq Sahil adlı həmin şəxsin nömrəsini verib ona zəng etməsini və sonuncu ilə görüşüb verəcəyi pulu qəbul edərək ona çatdırmasını xahiş etmişdir. O da yenə Sahil adlı şəxsə zəng edərək İlqarın sözlərini ona çatdırmış və sonuncu onu əvvəlki görüş yerinə çağırmışdır. Bundan sonra o, idarə etdiyi avtomobillə Bakı şəhərinin Xətai rayonu Nobel prospektində yerləşən “Lunapark”-ın yanına getmiş, oraya çatmasına yenə az qalmış Sahil adlı həmin şəxs ona zəng edərək işinin olduğunu deyib bu dəfə də onu əvvəlki uşağın qarşılayaraq 8.800 ABŞ dolları verəcəyini bildirmişdir. Razılaşdırılan yerə saat 19 radələrində çatmışdır. Maşını saxlayanda ona orada əvvəl görüşüb pul aldığı oğlan uşağı yaxınlaşmış və bu dəfə ona açıq vəziyyətdə hər biri 100 ABŞ dolları əskinasları ilə olan 8.800 ABŞ dolları vermişdir. O, qəbul etdiyi pulu maşında saymış və zəng edərək İlqarı məlumatlandırmış, sonra isə “Ayna Sultanova” heykəlinin yanına gələrək orada İlqarla görüşüb bir qədər əvvəl qəbul etdiyi 8.800 ABŞ dollarını ona vermişdir. Sonuncu da xidmətlərindən istifadə etdiyi üçün taksi pulu olaraq bu dəfə də ona 15 manat vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid28 ifadəsində göstərmişdir ki, qardaşı Cəlal Ağaxanov ailə üzvləri ilə birlikdə uzun müddət x82 vilayətində yaşamış, təxminən 2011-2012-ci illərdə isə Türkiyə Respublikasına getmək adı ilə yaşadığı ölkəni tərk etmiş və bundan sonra bir müddət əlaqələri kəsilmişdir. Belə ki, həmin ərəfələrdə Cəlal İslam dininin əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad etməyə başlamış, onları bəyənməyərək kafir adlandırmış, hər şeyi dediyi kimi etmələrini tələb etmiş, onlar isə dini zəmində olan bu tələblərinə məhəl qoymadıqlarıüçün sonuncu onlardan inciyərək əlaqələrini kəsmişdir. 2017-ci ilin ortalarında isə Cəlal onlarla əlaqəyə çıxaraq artıq Türkiyə Respublikasında olduğunu bildirmiş və bundan sonra Bakı şəhərində ev almaq məqsədilə onlara 2017-ci ilin sentyabr-oktyabr aylarında 10.000 ABŞ dolları, dekabr ayının 11-də 5.000 ABŞ dolları, 2017-ci ilin dekabr – 2018-ci ilin yanvar aylarında ayrı-ayrı vaxtlarda bir dəfə 3.000 ABŞ dolları və bir dəfə də 1.300 ABŞ dolları, 2018-ci ilin aprelmay aylarında 5.000 ABŞ dolları–ümumilikdə 24.300 ABŞ dolları göndərmişdir. Onlar da bu pulu Bakı şəhərində ayrı-ayrı yerlərdə Sahil adlı şəxs və sonuncunun Rəna adlı həyat yoldaşından qəbul etmişlər. Lakin həmin pula onlar ev ala bilməmiş, ataları Şirindil Ağaxanov xəstə olduğu üçün pulu onun müalicəsinə xərcləmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Bayramova (Ağaxanova) Aytən Şirindil qızı ifadəsində Şahid28 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Dərnəgül qəsəbəsində yaşayır. 2014-cü ildən “xxxxxxxxxxxx” ASC-də ekspeditor işləyir.2016-cı ilin əvvəllərindən başlayaraq İslam dininin Əhli-sünnə təriqəti üzrə ibadət edir. 2012-2013-cü illərdə Bakı şəhərinin “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bakı Olimpiya” stadionunun tikintisində əvvəlcə fəhlə, sonra briqadir kimi işlədiyi vaxtlarda əslən Ağdam rayonunun Keşdazlı kəndindən olan Təqsirləndirilən şəxs2 da həmin stadionun tikintisində iş icraçısı işləmişdir. Sonuncunu o, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 1, 2 saylı İqtisadiyyat yataqxanasında yaşadığı vaxtdan tanımış və onunla dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 də ailə həyatı quranadək ailəüzvləri ilə birlikdə həmin yataqxanada yaşamışdır. 2018-ci ilin aprel ayının əvvəllərində İlqarla növbəti görüşü zamanı sonuncu ona Rusiya Federasiyası ərazisində tikinti işləri ilə məşğul olduğunu, həmin işlərlə bağlı adına xarici ölkələrdən teztez pullar göndərildiyini və adına çox pul daxil olduğu üçün ondan vergi tutulduğunu demiş, göndərilən pullardan az vergi ödəməsi üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinin mümkün olub-olmadığını soruşmuşdur. O da İlqarı uşaqlıq vaxtından tanıdığı üçün onun səmimiyyətinə inanmış və vergidən yayınması üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinə razılığını vermiş, eləcə də sonuncunun xahişi ilə şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra 2018-ci ilin aprel-may aylarıərzində onun adına: - 12 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x49 Anvardzhonovna Dadadzhanova tərəfindən 1.029 ABŞ dolları; - 10 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x12 Albert Elisvetoviç tərəfindən 1.991 ABŞ dolları və - 25 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x34 Allaberganov tərəfindən 2.170 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür ki, o da həmin pulları Bakışəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermişdir. O, adına pul köçürmüşşəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. İlqar eyni xahişlə onun qardaşı Şahid6 də müraciət etmiş və sonuncu da onun səmimiliyinə inanaraq ayrı-ayrı vaxtlarda xarici ölkələrdən adına daxil olmuş pulları banklardan qəbul edib İlqara təhvil vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Dərnəgül qəsəbəsində yaşayır. Fərdi qaydada ev təmiri işləri ilə məşğul olur. 2018-ci ilin may ayının sonlarından həmin ilin avqust ayının əvvəllərinədək İslam dininin Əhli-sünnə təriqəti üzrə ibadət etmiş, hazırda isə ibadəti buraxmış və namaz qılmır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 1, 2 saylı İqtisadiyyat yataqxanasında yaşadığı vaxtdan tanımış və onunla dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 ailə həyatı quranadək ailə üzvləri ilə birlikdə həmin yataqxanada yaşamışdır. 2018-ci ilin may ayının sonlarında İlqarla növbəti görüşü zamanı sonuncu ona mobil telefon ticarəti və Rusiya Federasiyası ərazisində tikinti işləri ilə məşğul olduğunu, həmin işlərlə bağlı adına xarici ölkələrdən tez-tez pullar göndərildiyini və adına çox pul daxil olduğu üçün ondan vergi tutulduğunu demiş, göndərilən pullardan az vergi ödəməsi üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinin mümkün olub-olmadığını soruşmuşdur. O da İlqarı uşaqlıq vaxtından tanıdığı üçün onun səmimiyyətinə inanmış və vergidən yayınması üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinə razılığını vermişdir. Bundan sonra İlqarın xahişi ilə şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra 2018-ci ilin may-iyun aylarıərzində onun adına: - 29 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə Türkiyə Respublikasından Karina Shakirova tərəfindən 800 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə Qırğızıstan Respublikasından Azizbayeva Firuza İlxamovna tərəfindən 300 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə Qırğızıstan Respublikasından Talantbek Kızı Sezim tərəfindən 2.079 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x76 Sergeevich Zhigarev tərəfindən 1.513 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x142 Zych tərəfindən 600 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x110 tərəfindən 1000 ABŞ dolları; - 29 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə x21 Raşidat Şaraputdinova tərəfindən 56.000 RUB; - 29 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə x35 Alla Yakovlevna tərəfindən 30.000 RUB; - 29 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə x4 İlmuxanum Quseynxanovna tərəfindən 30.000 RUB; - 05 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x57 Maqomedova tərəfindən 1.345 ABŞ dolları; - 05 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x58 İvanovna Stoyanova tərəfindən 990 ABŞ dolları və - 06 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə Polşa Respublikasından Szymon WaWrzenski tərəfindən 302 ABŞ dolları köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermişdir. Pulları gedib bankdan götürməsi üçün də sonuncu hər dəfə yol pulu olaraq ona 3-5 manat pul vermişdir. O, adına pul köçürmüş şəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Dərnəgül qəsəbəsində yaşayır. 2017-cı ilin ortalarından başlayaraq İslam dininin Əhlisünnə təriqəti üzrə ibadət edir. Əvvəllər fərdi qaydada avtomobil ehtiyat hissələrinin alqısatqısı və taksi fəaliyyəti ilə məşğul olmuş, hazırda isə ətir alqı-satqısını həyata keçirir. Təqsirləndirilən şəxs2 Bakı şəhərinin Dərnəgül qəsəbəsində 1, 2 saylı İqtisadiyyat yataqxanasında yaşadığı vaxtdan tanımış və onunla dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 ailə həyatı quranadək valideynləri ilə birlikdə həmin yataqxanada yaşamışdır. 2018-ci ilin mart ayının sonlarında İlqarla növbəti görüşlərində sonuncu ona yaxın vaxtlarda Azərbaycan Respublikasında iş icraçısı kimi iri tikinti layihələri götürəcəyini, tikinti layihələrini götürdükdə onu da işlə təmin edəcəyini, bu layihələrlə bağlıadına xarici ölkələrdən tez-tez pullar göndərildiyini və adına çox pul daxil olduğu üçün ondan vergi tutulduğunu demiş, az vergi ödəməsi üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinin mümkün olub-olmadığını soruşmuşdur. O da İlqarı uşaqlıq vaxtından tanıdığı üçün onun səmimiyyətinə inanmış və vergidən yayınması üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinə razılığını vermişdir. Bundan sonra İlqarın xahişi ilə şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və sonuncu mobil telefonu ilə onun fotoşəklini çəkərək vəsiqəni özünə qaytarmışdır. Beləliklə, 2018-ci ilin mart-aprel aylarında onun adına: - 27 mart 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə x2 Marjanat Yelqaytarovna tərəfindən 2.900 ABŞ dolları; - 09 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi x50 Zakir Əsgər oğlu tərəfindən 4.500 ABŞ dolları; - 09 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x36 Elena Mixaylovna tərəfindən 2.500 ABŞ dolları; - 17 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x89 tərəfindən 500 Euro; - 18 aprel 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x37 Maqomedovna Azizova tərəfindən 42.000 RUB; - 01 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x59 Shukirqalievna Kaltabaeva tərəfindən 200 ABŞ dolları; - 07 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x38 Mamirovna Alimova tərəfindən 200 ABŞ dolları; - 22 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x51 Kurachevna Umarova tərəfindən 2.600 ABŞ dolları və - 25 may 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x60 Zhamaldinovna Davletmurzayeva tərəfindən 795 ABŞ dolları köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək Təqsirləndirilən şəxs2 təhvil vermiş, sonuncu da hər dəfə banka getməsi üçün yol xərci olaraq ona 5-10 manat məbləğində pul vermişdir. O, adına pul köçürmüş şəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı ona məlum olmamışdır. Təqsirləndirilən şəxs2 xahişi ilə xarici ölkələrdən ondan başqa, həmçinin qonşusu Şahid3 vəTəqsirləndirilən şəxs2 əslən Gəncədən olan Orxan adlı dostunun adına da göndərilmişdir. Belə ki, bəzi vaxtlarda adına daxil olmuş pulları“xxxxxxxxxxxx” ASC-nin Bakışəhərində “Azneft” dairəsinin yaxınlığında yerləşən filialından və “xxxxxxx” ASC-nin Bakışəhəri, metronun “Gənclik” stansiyası və Atatürk parkının yaxınlığında yerləşən filiallarından götürərkən bu şəxslərin də adlarına pul daxil olduğunun şahidi olmuş və birlikdə gedərək həmin pulları eyni banklardan qəbul etmiş və gətirib Təqsirləndirilən şəxs2 təhvil vermişlər. Sənan və Orxanın sözlərinə görə, Təqsirləndirilən şəxs2 onlara da adlarına gələn pulların onun tərəfindən götürüləcək tikinti layihəsi ilə bağlı olduğunu demişdir. 2018-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs2 ona götürəcəyi tikinti layihəsi ilə bağlı Türkiyə Respublikasına 20.000 ABŞ dolları göndərməli olduğunu, həmin pulu bankla göndərəcəyi təqdirdə məbləğin müəyyən hissəsindən faiz tutulacağını, buna görə də qeyd edilən vəsaiti dostlarından birinin anası Rübabə adlı qadınla qeyd edilən ölkəyə göndərmək istədiyini, hər bir Azərbaycan Respublikası vətəndaşına ölkənin hüdudlarından kənara üzərində 10.000 ABŞ dollarından artıq pul vəsaiti çıxarılmasına icazə verilmədiyini bildirmiş, bununla bağlı ondan üzərində 10.000 ABŞ dolları götürərək Rübabə adlı qadınla birlikdə Gürcüstanadək getməsini və dövlət sərhədini keçdikdən sonra özü ilə apardığı 10.000 ABŞ dollarını sonuncuya verib oradan da geri qayıtmasını xahiş etmişdir. O da İlqarın səmimiliyinə inanaraq xahişinə etiraz etməmişdir.24 aprel 2018-ci il tarixdə 19 radələrindəİlqarla Bakı şəhərinin Binəqədi rayonunu ərazisində yerləşən “Atatürk” parkının yaxınlığında görüşmüş, sonuncu orada ona 20.000 ABŞ dolları verərək həmin pulun 10.000 ABŞ dollarının öz üzərində, qalan 10.000 ABŞ dollarının isə Rübabə adlı qadının üzərində dövlət sərhədindən Gürcüstan ərazisinə keçiriləcəyini bildirmiş, əlavə yol xərci olaraq ona 40 manat və zəhmət haqqı olaraq 50 manat pul vermişdir. Bundan sonra o, İlqarla sağollaşıb həmin gün saat 20 radələrində “Beynəlxalq avtovağzal”a gələrək orada Rübabə adlı qadınla görüşmüş və taksi ilə Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədi olan “Şıxlı” sərhəd nəzarət-buraxılış məntəqəsinə getmişlər. O, orada İlqarın ona verdiyi 20.000 ABŞ dollarının 10.000 ABŞ dollarını Rübabə adlı qadına vermiş, qalan 10.000 ABŞ dollarını isə özü götürərək saat 05:30 radələrində Gürcüstan ərazisinə keçmişlər. Gürcüstanın ərazisinə keçdikdən sonra üzərində olan 10.000 ABŞ dollarını Rübabə adlı qadına vermiş və ondan ayrılaraq elə həmin gün də Gürcüstandan Azərbaycan Respublikasına geri qayıtmış, Rubabə adlı qadın isə Gürcüstandan Türkiyə Respublikası istiqamətində yoluna davam etmişdir. 25 aprel 2018-ci il tarixdə Bakı şəhərinə çatdıqdan sonra bu barədə İlqara məlumat vermiş, sonuncu da ona öz təşəkkürünü bildirmişdir. İlqar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək onun Suriya Ərəb Respublikasında “İŞİD”üzvü olan şəxslərə pul göndərdiyini bilməmiş, həmin vaxtadək bu barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı-Sumqayıt şossesində fəaliyyət göstərən “Eurohome” tikinti materialları bazarında fəhlə işləmiş, hazırda səhhətində olan problemlərləəlaqədar heç bir yerdə işləmir. İslam dininə böyük sevgisi olsa da namaz qılmır. 2018-ci ilin iyun ayının ortalarında əslən Gəncə rayonundan olan qonşusu Orxan adlı şəxslə Bakı şəhərinin Dərnəgül qəsəbəsində yerləşən çayxanalardan birində oturub çay içdikləri zaman sonuncunun dostu kimi təqdim etdiyi İlqar adlı şəxs oraya gəlib onların masasının arxasında əyləşmiş və tanış olmuşlar. Söhbət əsnasında İlqar ticarətlə məşğul olduğunu, fəaliyyəti ilə bağlı xarici ölkələrdən adına tez-tez pullar göndərildiyini, lakin işləri çox olduğu üçün bu pulları gedib banklardan qəbul etməyə vaxtının olmadığını bildirib, həmin pulların bir hissəsinin onun adına göndərilməsinin mümkünlüyünü ondan soruşmuşdur. O, İlqarı Orxanın dostu bildiyi üçün dediklərinə inanmış və adına pul göndərilməsinə etiraz etməmişdir. Bundan sonra İlqar ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və o, vəsiqəsinin fotoşəklini mobil telefonu iləçəkərək “Whatsapp” proqramı vasitəsi ilə İlqara göndərmişdir. Bundan sonra 2018-ci ilin iyun ayıərzində onun adına: - 15 iyun 2018-ci il tarixdə “Zolotaya Korona”beynəlxalq pul köçürməsi vasitəsi x33 Tatyana Semenovna tərəfindən 3.146 ABŞ dolları; - 18 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x22 Musa Ali oğlu tərəfindən 30.000 RUB; - 18 iyun 2018-ci il tarixdə “Contact” beynəlxalq pul köçürməsi vasitəsi ilə x8 Alsu Fuadovna tərəfindən 2.400 ABŞ dolları; - 19 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x22 Musa Ali oğlu tərəfindən 30.000 RUB; - 19 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x22 Musa Ali oğlu tərəfindən 466 ABŞ dolları; - 21 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x23 Pashayeva tərəfindən 84.650 RUB; - 23 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x61 Dzhambulat Abu-Talypovich tərəfindən 1.738 ABŞ dolları; - 23 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x24 Pashayeva tərəfindən 1.307 ABŞ dolları; - 26 iyun 2018-ci il tarixdə “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə Qazaxıstan Respublikasından Nurslu Akhmadiyeva tərəfindən 300 ABŞ dolları və - 27 iyun 2018-ci il tarixdə “Contact” beynəlxalq pul köçürməsi vasitəsi iləİsveçdən Kubatbek uulu Tashybek tərəfindən 600 ABŞ dolları köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermiş, sonuncu da hər dəfə banka gedib-gəlməsi üçün yol xərci olaraq ona 5-10 manat vermişdir. O, adına pul köçürmüş şəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid24 ifadəsində göstərmişdir ki, 2014cü ildə Memarlıq vəİnşaat Universitetini bitirmiş, bundan sonra ixtisasına uyğun rəsmi iş tapa bilməsə də bir müddət müxtəlif tikinti sahələrində çalışmış, fərdi qaydada ətir satışı ilə də məşğul olmuşdur. 2013-cü ilin sonlarından etibarən İslam dininin Əhli-sünnə təriqəti üzrə ibadətlə məşğul olur. Dindarlar arasında Əli dini ləqəbi ilə tanınır. Təqsirləndirilən şəxs2 ilə təxminən 2015-ci ildə Bakı şəhərinin Dərnəgül qəsəbəsində fəaliyyət göstərən “Marafon” idman kompleksində tanış olmuşdur. Belə ki, o, mütəmadi olaraq dindar tanışlarından ibarət komanda ilə həm həmin kompleksdə və həm də “Şəfa” stadionunun arxasında fəaliyyət göstərən “Asfar” futbol meydançasında futbol oynamış, İlqar da oraya futbol oynamağa gəlmiş və bu zəmində tanış olmuşlar. İlqar onun kimi İslam dininin Əhlisünnə təriqəti üzrə ibadət etmiş, münasibətləri normal olmuşdur. Onun dini ləqəbi “Abu Qa-Qa”dır. Dərnəgül qəsəbəsində dindarların toplaşdığı kafe olmuş və boş vaxtlarında həmin kafeyə getmiş, bəzən İlqarı da orada görmüşdür. Sonuncunun sözlərindən onun həmin ərəfədə hansısa tikinti sahəsində işlədiyini bilmişdir. Göstərilən kafedə olduğu zaman namaz vaxtına təsadüf etdikdə namazlarını oraya bitişik olan sahədə xüsusi ayrılmış namaz otağında qılmışlar. İlqarla mütəmadi görüşməsələr də rastlaşanda biribirinə səmimiyyət göstərmişlər. 2018-ci ilin təxminən yanvar ayının əvvəllərində Dərnəgül qəsəbəsindəki həmin kafedə olduğu zaman orada İlqarla rastlaşmış, söhbət əsnasında sonuncu ondan yolüstü birlikdə ticarətlə məşğul olduğu bir nəfərə aparıb pul çatdırmaq imkanında olub-olmadığını soruşmuşdur. O, etiraz etməmiş vəİlqar ona xatırlamadığı mobil telefon nömrəsi verərək bu nömrəyə zəng edib “Abu İbrahim” adlı şəxsin adınıçəkməsini və ona pul çatdırmalı olduğunu deməsini xahiş etmişdir. Həmin vaxt İlqarın ona verdiyi pulun məbləğini xatırlamasa da kağıza bükülü vəziyyətdə bir neçə 100 ABŞ dollarlıq əskinaslardan ibarət olduğu yadında qalmışdır. O, pulu saymayaraq İlqardan götürüb cibinə qoymuş, “Abu İbrahim” adlı şəxsin isə kim olduğunu ondan soruşmamışdır. İlqarın deməyinə görə, pul verəcəyi şəxs Bakı şəhərinin Nobel prospektində köhnə “Lunapark” adlanan istirahət parkının yaxınlığında fəaliyyət göstərən “Bəh-Bəh” restoranı tərəfdə yaşayır. Bundan sonra o, ictimai nəqliyyatdan istifadə edərək “Neftçilər” metrostansiyasına getmiş və oradan İlqarın verdiyi nömrəyə zəng edib “Abu İbrahim”in adını çəkərək həmin şəxsdən haraya gəlməsini soruşmuş, sonuncu “Bəh-Bəh” restoranının yanına gəlməsini xahiş etmiş və özünün də oraya gələcəyini bildirmişdir. Bundan sonra o, avtobusa əyləşib göstərilən yerə getmiş və qeyd edilən restoranın qarşısına çatıb həmin şəxsə yenidən zəng edərək gəlib çatdığını bildirmişdir. Artıq saat 18 radələri olmuş və bir qədər keçmiş ona təxminən 30 yaşlı, nisbətən alçaqboylu, dolu bədən quruluşlu, qarayanız vəüzündə az saqqalı olan bir şəxs yanaşıb görüşərək başqa bir söz demədən pulu ondan götürüb çıxıb getmişdir. Bundan sonra o da evlərinə getmiş və 2-3 gün sonra İlqarla görüşü zamanı sonuncu pulu aparıb çatdırdığına görə ona minnətdarlıq etmişdir. Bundan bir neçə gün sonra, yəni yanvar ayının 19-da günorta saatlarında stadionların birində futbol oynamağa gələrkən İlqarla orada növbəti dəfə görüşmüş və sonuncu ondan bir neçə gün əvvəl “Bəh-bəh” restoranının yaxınlığında pul verdiyi Sahil adlı şəxslə futboldan sonra yenidən görüşüb verəcəyi pulu ona çatdırmasını, zəng edərkən yenə də “Abu Abrahim” adlı şəxsin adını verməsini və ona pul çatdırmalı olduğunu deməsini xahiş etmişdir. O, etiraz etməmiş və bundan sonra İlqar kağıza bükülü vəziyyətdə ona 1.500 ABŞ dolları vermişdir. Futbol oyununa başlamamışdan əvvəl o, İlqarın verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və zəngə cavab verən şəxsə “Abu İbrahim” adlı şəxsin adınıçəkərək ona əmanət, yəni pul çatdırmalı olduğunu bildirmişdir. Sonuncu ondan verəcəyi pulun məbləğini soruşub dəqiqləşdirərək əvvəlki yerə gəlməsini, özünün işi olduğu üçün qabağına uşaq göndərəcəyini və pulu da həmin uşağa verməsini xahiş etmişdir. Beləliklə, həmin gün o, futboldan sonra saat 21 radələrində “Neftçilər” metrostansiyasına, oradan isə avtobusla “Bəh-Bəh” restoranının yanına gəlmiş və Sahil adlı şəxsə zəng edərək bu barədə onu məlumatlandırmış, sonuncu işi olduğu üçün özünün gələ bilmədiyini deyib pulu göndərdiyi uşağa verməsini xahiş etmiş və çaşmaması üçün həmin uşağın 8 yaşında olduğunu bildirmişdir. Az sonra ona təxminən həmin yaşda bir uşaq yaxınlaşmış və o, İlqarın kağızın arasına qoyduğu 1.500 ABŞ dollarını sonuncuya verib oradan evlərinə getmişdir. Bir neçə gün sonra isə İlqar növbəti görüşlərində pulu aparıb dediyi şəxsə çatdırdığına görə ona öz minnətdarlığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid26 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır. x175 2009-cu ildən İslam dininin Əhlisünnə məzhəbinə uyğun olaraq namaz qılır. 2016-cı ilin təxminən aprel ayında Vüqar onlardan xəbərsiz evi tərk etmiş, 3 gündən sonra isə anasına mesaj yazaraq döyüşlərdə iştirak etmək üçün Suriya Ərəb Respublikasına getdiyini bildirmiş və ona halallıq vermələrini xahiş etmişdir. Bundan sonra onlar hərdən mobil telefon vasitəsi danışmış, sonuncu Suriyanın Deyr ez-Zorun Baguz-tahtani kəndində olduğunu və orada azərbaycanlı qadınla evləndiyini, həmin nigahdan övladlarının dünyaya gəldiyini bildirmişdir. 2017-ci ilin dekabr ayının əvvəllərində oğlu Vüqarla növbəti danışıqlarından birində sonuncu olduqları yerdə vəziyyətin pis olduğunu və ac qaldıqlarını deyərək ona pul göndərmələrini xahiş etmişdir. O, Suriyaya pulu necə göndərə biləcəyini soruşduqda Vüqar Azərbaycan-Suriya arasında qeyri-rəsmi pul koçürmələri ilə məşğul olan kanalın mövcud olduğunu deyərək istifadəsində olan mobil telefon nömrəsini həmin kanalın Azərbaycan üzrə cavabdeh olduğu şəxsə verəcəyini bildirmişdir. O isə bu şəxsə onun nömrəsini deyil, kürəkənləri Şahid9 nömrəsini verməsini tapşırmış, bu barədə sonuncuya xəbər edəcəyini qeyd etmişdir. Vüqar eləcə də ona Səbuhinin zəng edib bu şəxslə danışarkən sonuncunun təhlükəsizliyini təmin etmək üçün şifrəli sözlərdən istifadə etməsini, ona Suriyaya pul göndərmək üçün yox, maşın pulu verməsi üçün zəng etdiyini bildirməsini tapşırmış, həmin şəxsin nömrəsini də vermişdir. O, həmin günün axşamı Səbuhinin yaşadığı evə gedərək orada onunla görüşmüş, söhbət əsnasında sonuncuya Bakı şəhərinə gedərək orada bir nəfərə Suriyada olan oğlu Vüqara göndərməsi üçün 1.000 ABŞ dolları aparıb verməsini xahiş etmişdir. Səbuhi onun sözünü yerə salmamışdır. Bundan sonra o, özü ilə gətirdiyi 1.000 ABŞ dollarını və pulu Bakı şəhərində qəbul edəcək şəxsin mobil telefon nömrəsini Səbuhiyə vermiş, həmin şəxslə danışarkən sonuncunun təhlükəsizliyini təmin etmək məqsədilə Vüqarın tapşırığına əsasən ona Suriyaya pul göndərmək üçün yox, maşın pulu verməsi üçün zəng etdiyini bildirməsini xahiş etmişdir. Növbəti gün, yəni dekabr ayının 7-də kürəkəni Səbuhi xahişi ilə Bakı şəhərində həmin şəxslə görüşərək ona Suriyada olan oğlu Vüqara göndərilməsi üçün 1.000 ABŞ dollarını vermişdir. Bundan bir neçə gün sonra isə Vüqar Suriyadan zəng edərək göndərdiyi 1000 ABŞ dollarının ona çatdığını bildirmişdir. Bundan sonra o, bir daha oğlu Vüqara pul göndərməmişdir. Bildiyinə görə, Vüqar hal-hazırda da Suriyadadır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid31 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2017-ci ildə Bakı şəhərində olduğu zaman Qusar rayonundan olan tanışı Maksim ona zəng edərək Qusar-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusuna yaxınlaşıb göndərəcəyi içərisində pul olan zərfi sürücüdən götürməsini və ona zəng edəcək şəxslə görüşüb pulu həmin şəxsə verməsini xahiş etmişdir. Həmin vaxt onun başqa işi olmadığı üçün Maksimin xahişinə razılıq vermişdir. Həmin gün təxminən saat 16 radələrində avtovağzala gedərək Qusardan gələn sərnişin avtobusunun qarşısına çıxmış və sürücüdən içərisində pul olan zərfi qəbul etmiş, pulun miqdarını bilməsə də zərf nazik olduğu üçün içərisində pulun çox olmadığını hiss etmişdir. Bir qədər keçmiş ona ***-***-**- ** saylı mobil nömrədən tanımadığı Sahil adlı şəxs zəng etmiş və metronun “28 May” stansiyasının qarşısına gəlməsini xahiş etmişdir. Həmin şəxslə qeyd edilən metrostansiyanın qarşısında görüşmüş, bu şəxs oraya göy rəngli “Opel Astra” markalı avtomobillə gəlmişdir. O, avtomobilə yaxınlaşdıqda sükan arxasında əyləşmiş saqqallı bir şəxs avtomobildən düşərək onunla görüşmüş, bundan sonra həmin şəxsə Maksimin göndərdiyi içərisində pul olan zərfi vermiş və ayrılaraq getmişdir. Həmin vaxt onlar arasında başqa bir söhbət olmamışdır. Sonradan Maksimlə əlaqə saxlayıb göndərdiyi zərfi dediyi şəxsə verdiyini bildirmiş, lakin ondan həmin şəxsin kim olduğunu, bu şəxsə hansı məqsədlə və nə qədər pul göndərdiyini soruşmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid29 ifadəsində göstərmişdir ki, ailəsi dindar ailəsidir və o da 12-13 yaşlarından İslam dininin əhli-sünnə məzhəbinə uyğun ibadətlə məşğul olur. Atası İntiqam təxminən 2012-ci ildə Suriya Ərəb Respublikasına gedərək “İŞİD” silahlı qruplaşmasına qoşulmuş, bir müddət orada hətta azəri camaatının rəhbəri olmuş, təxminən 2017-ci ilin əvvəllərində isə həmin ölkənin ərazisində bombalanma nəticəsində vəfat etmişdir. O, 2008-ci ildə Azərbaycan Respublikasının vətəndaşı milliyyətcə tatar x99 ilə ailə həyatı qurmuş, 2012-ci ilin sonlarında işləmək məqsədilə həyat yoldaşı Rəşid və 1 azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 3 ay sonra orada ikinci uşaqları dünyaya gəlmişdir. 2013-cü ilin ortalarında atasının dəvətilə həyat yoldaşı və 2 azyaşlı uşağı ilə birlikdə müvəqqəti yaşamaq üçün Suriya Ərəb Respublikasının Türkiyə ilə həmsərhəd ərazidə yerləşən İdlib şəhərinə getmiş, lakin həyat yoldaşı orada iş tapa bilmədiyi üçün təxminən 5-6 ay sonra yenidən Türkiyənin İstanbul şəhərinə qayıtmışlar. 2015-ci ildə Suriyada xilafət elan olunduqdan sonra həyat yoldaşının təkidi və atasının tələbi ilə yenidən həmin ölkənin Hələb şəhərinə hicrət edib orada yaşamağa başlamışlar. Həmin vaxt bu şəhər artıq “İŞİD”in əlində olmuş və atası bu silahlı qruplaşmanın tərkibində döyüşlərdə iştirak etmişdir. Hələb şəhərinə köçəndən sonra onun həyat yoldaşı Rəşid də həmin qruplaşmaya qoşulmuşdur. 2017-ci ilin əvvəllərində atasının ölüm xəbərini eşitmiş, həmin ilin təxminən aprel-may aylarından etibarən isə x167 adlanan ərazisində döyüşlərdə iştirak etdiyi üçün onunla əlaqələri olmamış, avqust ayında isə onun “Cəbhətül-Nusra” silahlı qruplaşması tərəfindən əsir götürüldüyünü eşitmişlər. Bundan sonra o, Suriyadan çıxmaq qərarına gəlmiş və yerli camaatın köməkliyi ilə Türkiyə istiqamətində hərəkət etməyə başlamış, Suriyanın Cerabuls şəhərində həmin dövlətin hərbiçiləri tərəfindən saxlanılmış və bir neçə ay müddətində qeyd edilən şəhərdə evlərdən birində qalmışlar. 2017-ci ilin dekabr ayında həyat yoldaşı Rəşidin edam edilməsi xəbərini eşitmişlər. Təxminən 2018-ci ilin əvvəllərində Türkiyə əsgərləri tərəfindən azad olunaraq həmin ölkənin ərazisinə keçirilmiş, 2019-cu ilin fevral ayının 17-də isə rəsmi qaydada Azərbaycana təhvil verilmişlər. Həyat yoldaşı x167 ərazisində döyüşlərdə iştirak etdiyi və onunla əlaqəsi kəsildiyi üçün həmin vaxtdan etibarən maddi vəziyyətləri çox ağırlaşmış və onlara orada maddi köməklik edəcək bir şəxs olmamışdır. Həmin ərəfədə Rəşidin istifadəsində olan telefonun yaddaşından onun hərdən telefon əlaqəsi saxladığı 2 nəfər türk vətəndaşı və Azərbaycandan olan Vaqif adlı şəxsin nömrəsi diqqətini cəlb etmiş və həmin şəxslərlə əlaqə saxlayıb onlardan maddi köməklik etmələrini xahiş etmək qərarına gəlmişdir. Türk vətəndaşlarının nömrələri bağlı olduğu üçün onlarla əlaqəsi alınmamış, lakin Vaqif adlı şəxs zənginə cavab vermişdir. Onunla internet üzərindən “Whatsapp” proqramı vasitəsilə danışa bilmiş və ona dini ləqəbi Abu İbrahim olan Rəşidin həyat yoldaşı olduğunu deyib maddi köməklik etməsini xahiş etmişdir. Vaqif adlı həmin şəxsə atasının Suriyada öldürüldüyünü, həyat yoldaşı Rəşidin onları qoyaraq getdiyini və neçə müddətdir ondan xəbər olmadığını, 2 azyaşlı uşağı ilə tək qaldığını və maddi köməkliyə böyük ehtiyacının olduğunu deyərək, imkanıçatan qədər onlara köməklik etməsini xahiş etmişdir. Rəşidin sözlərinə görə, Vaqif adlı tanışının da ibadətlə məşğul olduğunu bildiyi üçün sonuncunun onun bu xahişini yerə salmayacağını hesab etmişdir. Həqiqətən də Vaqif adlı şəxs onu dinlədikdən sonra maddi köməklik edəcəyinə söz vermiş və pulu ona kimin vasitəsilə çatdıracağını soruşmuşdur. O da pulu kimin vasitəsilə göndərə biləcəyi barədə sonradan zəng edib məlumat verəcəyini demişdir. Vaqif adlı şəxslə danışarkən o, uşaqları ilə hələ Suriyanın Meyadin şəhərində olmuş, həmin şəhərdə fəaliyyət göstərən internet kafedə olduğu zaman orada qadınlardan Suriyada Azərbaycandan olan Abu İbrahim dini ləqəbli etibarlı bir şəxsin olduğunu və onun vasitəsilə Suriyaya digər ölkələrdən olduğu kimi, Azərbaycandan da pul gətirtməyin mümkün olduğunu eşitmişdir. O, həmin kafedə maraqlanaraq Abu İbrahim adlı şəxsin “teleqram” proqramındakı adını öyrənmiş və həmin adı Vaqif adlı şəxsə göndərərək onunla əlaqə saxlayıb pulu bu şəxs vasitəsilə göndərə biləcəyini demişdir. Bundan sonra xahişi ilə Vaqif adlı şəxs 2017-ci ilin təxminən yay aylarından başlayaraq 2018-ci ilin təxminən iyun ayınadək olan müddətdə 1-3 aydan bir ona Abu İbrahim adlı şəxsin vasitəsilə hər dəfə orta hesabla 300 ABŞ dolları göndərmişdir. Bundan başqa bu müddətdə Vaqif adlı şəxs 1 dəfə ona 500 ABŞ dolları, 1 dəfə 800 ABŞ dolları, 1 dəfə də 2018-ci ildə Türkiyəyə qayıdan ərəfədə təxminən 1200 ABŞ dolları göndərmişdir. Bu məbləğlərdən artıq Vaqif adlı şəxs ona heç bir zaman pul göndərməmişdir. Sonuncunun göndərdiyi qeyd edilən pul vəsaitlərini də o, uşaqları ilə özünün maddi ehtiyaclarına sərf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid36 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs3 və onun həyat yoldaşı Afət İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət edirlər. 2014-cü ilin yay aylarında Namiq xəbərsiz həyat yoldaşı və 2 azyaşlı uşağını da götürərək respublika ərazisini tərk etmiş, yalnız bir neçə gündən sonra əlaqə saxlayaraq Türkiyə Respublikasına getdiklərini bildirmişdir. Lakin narahatçılıq hissləri keçirdikləri üçün Namiq sonradan Suriya və yaxud İraqda döyüş bölgələrində olduğunu gizlətmiş, onlara görə narahat olmamalarını xahiş etmişdir. 2017-ci ilin noyabr ayında Namiq xatırlamadığı mobil telefon nömrəsindən zəng edərək olduqları yerdə kimdənsə 1.000 ABŞ dolları borc götürdüyünü demiş və Bakı şəhərində onlarla telefon əlaqəsi saxlayacaq şəxslə görüşüb evdə saxladığı 1.000 ABŞ dolları və əlavə olaraq da 15 manat pulu həmin şəxsə vermələrini xahiş etmişdir. Bu danışıqdan 2-3 gün sonra, yəni noyabr ayının 15-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəli telefondan tanımadığı Rəna adlı bir qadın zəng edib qardaşı Namiqin adından ona pul veriləcəyini deyərək məbləği dəqiqləşdirmiş, o da Namiqin tapşırığına əsasən 1.000 ABŞ dolları və 15 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra zəng edən qadın pulu Bakı şəhərində qəbul etməsini istəmiş, lakin o, Bakı şəhərini yaxşı tanımadığı üçün sonuncudan Sumqayıt şəhərinə gəlməsini xahiş etmişdir. Həmin qadın maşınla olduğunu deyərək Sumqayıt şəhərinə gəlməyə razılıq vermişdir. Növbəti gün günorta saatlarında Rəna adlı həmin qadın əvvəl zəng etdiyi eyni nömrədən ona yenidən zəng etmiş və Sumqayıt şəhərində harada görüşəcəklərini soruşmuş, o da bu şəhərdə hamının tanıdığı “Səməd market”in yanına gəlməsini xahiş etmişdir. Bir qədər keçmiş həmin marketin qarşısında xarici markalı avtomobil gəlib dayanmış və bu avtomobildən cavan bir qadın düşərək ona yaxınlaşmışdır. O, orada həmin qadına 1.000 ABŞ dolları və 15 manat pul vermiş, bundan sonra pulu qəbul edən qadın gəldiyi avtomobiləəyləşərək çıxıb getmişdir. Məhkəmədə Şahid14 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda həyat yoldaşı, oğlu Sahil və onun həyat yoldaşı Rəna, digər oğlu Samirin uşaqları ilə birlikdə yaşayır. Oğlu Samir onun bacısı qızı Həbibə Novruzova ilə 2008-ci ildə ailə həyatı qurmuş və birgə nigahlarından 2 azyaşlı uşaqları vardır. Samir ailə həyatı qurduqdan bir neçə il sonra namaz qılmağa başlamış, həmin vaxtlar onlar namazı birlikdə qılmışlar. Sonradan gəlini Həbibə internetdə öz dini əqidəsindən olan qızlarla tanış olmağa başlamış və sonuncuları birlikdə yaşadıqları həmin evə dəvət etmək istəmiş, lakin o, buna qarşı çıxdığı üçün oğlu Samir öz ailə üzvləri evdən çıxıb kirayənişin olaraq Bakı şəhərinin Qaraçuxur qəsəbəsində yaşamağa başlamışlar. Təxminən 2015-ci ilin yay aylarında Samir həyat yoldaşı ilə birlikdə istirahət adı ilə Türkiyə Respublikasına getmiş, orada hotellərdən birində qaldıqları beşinci günün səhəri Samir yuxudan oyandıqda Həbibənin orada olmadığını və yanında sonuncunun əl yazısı ilə olan kağız parçası görmüş, həmin kağız parçasında Həbibə Samirə “məni axtarma, mən getdim” qeydlərini yazıb qoymuşdur. Samir dərhal hotelin kamera görüntülərinə baxılmasını xahiş etmiş və bu görüntülərdən Həbibənin hoteli tərk edərək getdiyini görmüşdür. Bundan sonra Samir Bakı şəhərinə qayıdaraq hadisəni olduğu kimi onlara danışmışdır. Həbibə bu hadisədən təxminən 4 ay sonra özü kimi dini əqidəli 3 qızla şəkil çəkdirərək “whatsapp” proqramı ilə anasına göndərmiş, İraqın Bağdad şəhərində olduğunu və onun üçün narahat olmamasını yazmışdır. Təxminən 2 il əvvəl Samir Həbibəni tapıb geri qaytarmaq məqsədilə Türkiyəyə, sonra isə İraqa getmiş, oradan “whatsapp” proqramı ilə Sahilin istifadəsindəki mobil telefona zəng edərək uşaqları ilə danışmış və əlində silahla hərbi geyimdə əks olunmuş fotoşəkillərini göndərmişdir. Samir İraqda gedən döyüşlərdə iştirak edən zaman qardaşı Sahildən onun dediyi şəxslərdən Bakı şəhərində pul vəsaitlərini toplayıb ona göndərməsini xahiş etmiş, sonuncu da Samirin xahişi ilə həmin şəxslərdən Bakı şəhərində topladığı pulları onun tanımadığı “Abu Qaqa” ləqəbli şəxsin vasitəsilə Samirə göndərmişdir. Bu pulların Samirə hansı qaydada çatdırılmasından isə məlumatsız olmuşdur. Bundan başqa, onun özünün də adına Samirin xahişi ilə əsasən Rusiya Federasiyasından: - 12 avqust 2017-ci il tarixdə x108 tərəfindən Rusiya Federasiyasından “Kontakt” beynəlxalq pul köçürməsi vasitəsi ilə 3000 ABŞ dolları; - 15 dekabr 2017-ci il tarixdə x108 tərəfindən Rusiya Federasiyasından “Kontakt” beynəlxalq pul köçürməsi vasitəsi ilə 2000 ABŞ dolları; - 16 dekabr 2017-ci il tarixdə x29 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 130.000 rus rublu (2197 ABŞ dolları); - 23 dekabr 2017-ci il tarixdə x149 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 250.000 rus rublu (4264 ABŞ dolları); - 23 dekabr 2017-ci il tarixdə x129 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 50.000 rus rublu (852 ABŞ dolları); - 02 mart 2018-ci il tarixdə x54 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 56.000 rus rublu (982 ABŞ dolları); - 10 mart 2018-ci il tarixdə x72 tərəfindən Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 70.000 rus rublu (1227 ABŞ dolları) məbləğində pul vəsaitləri göndərilmiş və o, bu vəsaitləri Bakı şəhərində fəaliyyət göstərən müxtəlif banklardan qəbul edərək hər dəfə digər oğlu Sahilə vermişdir. Göstərilən sistem vasitəsilə ilə xaricdən pul vəsaitləri Samirin xahişi ilə eləcə də 1 dəfə gəlini Şahid17 adına daxil olmuş və sonuncu da qəbul etdiyi pulu əri Sahilə vermişdir. Sahil isə öz növbəsində həmin pulları adını bilmədiyi “Abu Qaqa” ləqəbli şəxsin vasitəsilə Samirə çatdırılmasını təmin etmişdir. Adlarına pul göndərən şəxslər oğlu Samirin tanışları olmuş, bu səbəbdən həmin şəxslər barəsində başqa məlumata malik olmamışdır. Şahid14 bildirdiyinə görə, bir neçə ay bundan öncə oğlu Samirin xahişi ilə eyni dini əqidəli müxtəlif şəxslərdən yığılmış ümumilikdə 20.000 ABŞ dolları məbləğində pulu Türkiyə Respublikasında Cüneyt adlı şəxsəçatdırmaq üçün əvvəlcə Cavid adlı tanımadığı şəxslə birlikdə Gürcüstana, oradan isə tək Türkiyənin İstanbul şəhərinə Aksaray adlı yerə gedərək Cüneyt adlı Türkiyə vətəndaşına vermişdir. O, Cavidlə Bakı şəhərinin Lökbatan dairəsində görüşmüş və birlikdə taksi ilə Gürcüstana getmiş, hər bir vətəndaşın ölkədən özü ilə 10.000 ABŞ dolları aparmasına icazə verildiyini nəzərə alaraq, dövlət sərhədindən keçərkən özləri ilə apardıqları 20.000 ABŞ dollarını da yarı bölüb hər biri 10.000 ABŞ dolları olmaqla üzərlərində keçirmişlər. Gürcüstan ərazisinə keçdikdən sonra Cavid özündə olan 10.000 ABŞ dollarını ona təhvil verərək geri qayırmış, o isə oradan Türkiyənin İstanbul şəhərinə gedib 20.000 ABŞ dollarını Cüneyt adlı şəxsə çatdıraraq elə həmin gün də avtobusla geri qayıtmışdır. Onun həmin pulu şəxsən Türkiyəyə aparmasının səbəbi Samirin bu məbləğin ona çatmayacağı təqdirdə edam ediləcəyini bildirməsi olmuşdur. Samir həmçinin ona göndərilən pul vəsaitlərinin olduğu yerdə aparılan döyüşlərdə iştirak edən əslən Azərbaycandan olan eyni dini əqidəli şəxslərə çatdırıldığını bildirmişdir. Bundan başqa, o, 25 may 2018-ci il tarixdə oğlu Sahilin xahişi ilə metronun “28 May” stansiyasının yaxınlığında Şahid15 ilə görüşmüş və həmin qadından bükülü vəziyyətdə 500 ABŞ dolları və yaxud da 1.000 ABŞ dolları qəbul edib Sahilə vermişdir. Həmin şəxs məhz qadın olduğu üçün Sahil sonuncudan pulu qəbul etmək üçün onu göndərmişdir. 2018-ci ilin iyun ayının sonlarında Samir gəlini Rənanın istifadəsində olan mobil telefon vasitəsilə Sahil və onunla əlaqə saxlayaraq x52 Respublikasında olan adını demədiyi tanışında Suriya Ərəb Respublikasında olan şəxslərə çatası 30.000 ABŞ dolları və ya 31.000 ABŞ dolları məbləğində pul olduğunu, həmin tanışının sənədlərində problem olduğu üçün qeyd edilən şəxsin Azərbaycan Respublikasına qayıda bilmədiyini, həmin pulu Suriya Ərəb Respublikasında olan şəxslərə çatdırmayacağı təqdirdə ciddi problemlərinin olacağını, buna görə də ya onun hər hansı tanışı ilə, ya da Sahilin arvadı Rəna ilə birlikdə Dağıstana gedib həmin pulu oradan götürərək Azərbaycana qayıtmalarını xahiş etmişdir. Lakin Sahil qardaşına Rənanın hamilə olduğunu, eləcə də həmin vaxt Rusiya Federasiyasında keçirilən futbol oyunları üzrə dünya çempionatı ilə əlaqədar dövlət sərhədində nəzarətin gücləndirildiyini əsas gətirərək, həmin ərəfədə bu ölkəyə gedib oradan pul götürməyin təhlükəli olduğunu bildirmişdir. Həmin vaxt Samir onlara bərk əsəbiləşmiş və bu məsələni özünün həll edəcəyini demişdir. Daha sonra həmin məsələ ilə bağlı Samir onlara daha bir söz deməmişdir. Məhkəmədə Şahid25 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1991-ci il təvəllüdlü kiçik qardaşı Tural Məmmədov işləmək adı ilə 11 sentyabr 2014-cü ildə həyat yoldaşı və 2 azyaşlıövladı ilə birlikdə Azərbaycanı tərk edərək Türkiyə Respublikasına getmiş, təxminən 3 ay sonra isə atasına “whatsapp” proqramı vasitəsi ilə zəng edərək İraqda olduqlarını və həmin ölkəyə Allah yolunda getdiklərini bildirmişdir. Tural 2011-ci ildə evlənmiş və təxminən 2013-cü ildən namaz qılmağa başlamışdır. Respublikanı tərk edərkən onların kiçik övladları yenicə doğulmuşdur. Tural hər dəfə fərqli telefon nömrələrindən 2-3 aydan bir onlara zəng edərək hal-əhval tutmuşdur. Keçən müddət ərzində Turalın xahişi ilə atası İlqar ayrı-ayrı vaxtlarda təxminən 4 dəfə ona Sahil adlı şəxsin vasitəsilə müxtəlif məbləğlərdə pul göndərmişdir. Bir dəfə də həmin şəxsə Turala pul çatdırılmasından ötrü şəxsən özü aparıb pul vermişdir. Belə ki, 2017-ci ilin noyabr ayının 14-də atası ondan Turala 300 ABŞ dolları və tanışları Elmira adlı qadının övladlarına çatdırılması üçün verdiyi 1.000 ABŞ dollarını Suriyaya göndərmək məqsədilə Sahil adlışəxslə görüşməsini tapşırmışdır. O da atasının tapşırığını yerinə yetirərək həmin gün günorta saatlarında Sahil adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla Bakı şəhərinin Nobel prospektində “Bəh-Bəh” restoranın qarşısında görüşmüş və ona 1.300 ABŞ dolları vəəlavə 130 ABŞ dolları xidmət haqqı verərək həmin pulun Suriyada olan qardaşı Tural və tanışları Elmira adlı qadının övladlarına çatacağını bildirmişdir. Sahil adlı şəxs narahat olmamasını və həmin pulu tez bir zamanda tanışları vasitəsi ilə Suriyaya çatdıracağına söz vermişdir. Bundan bir neçə gün sonra atası ilə qardaşı Tural arasında olan telefon danışıqlarından Sahil adlı şəxs vasitəsilə göndərdikləri 300 ABŞ dollarının ona, 1.000 dollarının isə Elmira adlı qadının övladlarına çatdığını bilmişdir. Məhkəmdə Şahid27 Meyvəddin oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayır. Oğlu Edik Ömərov 2014-cü ildə Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən “Juzdak” Universitetinin bədən tərbiyəsi fakültəsinə daxil olmuş və orada təhsil alarkən 2016-cı ildə onun universiteti buraxaraq Suriya Ərəb Respublikasına gedib orada “İŞİD” silahlılarına qoşulması xəbərini almışdır. Bu hadisədən sonra xeyli müddət oğlu onlarla əlaqə saxlamamışdır. 2017-ci ilin dekabr ayının əvvəllərində oğlu Edik ona zəng edib pula ehtiyacının olduğunu bildirərək, ona 1500 ABŞ dolları göndərə bilib-bilməyəcəyini soruşmuş, evə qayıtmaq fikri olduğunu və pulu da bu məqsədlə istədiyini bildirmişdir. Onun pulu olmasa da oğlunun evə qayıdacağını zənn edib xahişini rədd etməmiş və pulu hansı yolla ona çatdıra biləcəyini soruşmuşdur. Edik ona Azərbaycan operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi verərək həmin nömrəyə zəng etməsini, zəng etdiyi şəxsə onun telefon nömrəsini Samirin verdiyini deməsini, sonra isə bu şəxslə görüşüb pulu ona verməsini tapşırmışdır. Bundan sonra o, yaxınlarından 1500 ABŞ dolları borc tapıb 11 dekabr 2017-ci ildə saat 21:59 dəqiqədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Edikin verdiyi qeyd edilən mobil telefon nömrəsinə zəng edərək bu nömrəni Samirin verdiyini bildirib ona əmanət, yəni pul vermək istədiyini demişdir. Sahil adlı həmin şəxsə əmanət verməli olduğumu deyəndə sonuncu ona “Şeydi, sən maşının puluna görə zəng eliyibsən də?” sualı ilə müraciət etmişdir. O, bu şəxsin “maşın pulu” deyəndə telefonda ehtiyatla danışdığını, danışıqlarına qulaq asılacağı təqdirdə özünü qorumaq məqsədilə verəcəyi pulu qəsdən maşın pulu kimi adlandırmasını başa düşmüşdür. Ona görə də həmin şəxsin dediklərini təsdiq etmiş və hazırda Qusar rayonunda olduğu üçün görüşləri dekabr ayının 13-də səhər saatlarında Bakı şəhərində “Milli Bank”ın qarşısında baş tutmuşdur. Sahil adlı həmin şəxs təxminən 25-28 yaşlarında, saqqallı, qarabuğdayı və dolu bədən quruluşlu bir şəxs imiş. Göstərilən şəxslə görüşüb 1500 ABŞ dollarını ona verdikdən sonra ondan bu pulun Suriyada olan oğluna dəqiq çatıb-çatmayacağını soruşmuş, həmin şəxs də narahat olmamasını və verdiyi pulun tezliklə oğluna çatacağını bildirmiş, sonra isə xudahafizləşərək ondan ayrılıb bir qədər kənarda dayanıb onu gözləyən “Mersedes” markalı avtomobiləəyləşərək çıxıb getmişdir. Bundan bir neçə gün sonra oğlu Edik ona zəng edərək göndərdiyi pulu aldığını bildirmişdir. O, pulu alsa da geri qayıtmamış, 2018-ci ilin mart ayının ortalarından sonra isə ondan ümumiyyətlə xəbər olmamışdır. Məhkəmədə Şahid32 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o təxminən 2007-ci ildən, qardaşı Faiq isə 2008-ci ildən etibarən İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət edirlər. 2015-ci ildə Faiqin oğlu Tamerlan həyat yoldaşı və bir azyaşlı uşağını da götürərək Türkiyə Respublikasına getmiş, 1-2 ay sonra isə oradan Suriya Ərəb Respublikası ərazisinə keçmişlər. Bundan sonra Faiq oğlunu və sonuncunun ailə üzvlərini geri qaytarmaq cəhdi ilə Türkiyə vasitəsilə Suriyaya getmiş və bir daha geri qayıtmamışdır. 2016-cı ilin təxminən əvvəllərində Tamerlanın Suriyadan ölüm xəbəri gəlmiş, bu məlumatı onun həyat yoldaşı həmin ölkədən zəng edərək vermişdir. Faiqlə isə təxminən 2 il olar ki, əlaqələri kəsilmişdir. Sonuncu Respublikanı tərk etməmişdən əvvəl Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikinti materiallarının satışı ilə məşğul olmuş, yola düşərkən mağazasını bağlamış vəözünə məxsus 2.000 ABŞ dollarını saxlamaq məqsədilə ona vermişdir. Maddi sıxıntılarının olmasına baxmayaraq o, həmin pulu heç bir yerə sərf etmədən evdə saxlamışdır. 2017-ci ilin dekabr ayının 7-də günorta saatlarında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna tanımadığı ***-***-**-**nömrəli mobil telefondan Sahil adlı şəxs zəng edərək, Faiqin həmin 2.000 ABŞ dollarını götürüb onun vasitəsilə özünə çatdırmasını xahiş etdiyini bildirmişdir. O, bu şəxsə onu tanımadığını və barəsində heç bir məlumata malik olmadığını deyərək, verəcəyi pulun həqiqətən də qardaşına çatdırılıbçatdırılmayacağına inanmadığını qeyd etmişdir. Lakin həmin şəxs onu Faiqlə münasibətinin olmasına inandırmağa çalışaraq, sonuncunun özünün onunla əlaqə saxlayıb bu xahişi etdiyini bildirmiş, əmin olmaq üçün isə Faiqin oğlu Tamerlanın da adını çəkmiş və onun Suriyada öldürüldüyünü demişdir. Bu şəxsin Tamerlanı da tanıdığını və onun ölümündən xəbərdar olduğunu görüb pulu vermək üçün növbəti gün əlaqə saxlayaraq görüşmələrinə razılığını vermişdir. Növbəti gün Sahil adlı həmin şəxs günorta saatlarında yenidən ona zəng etmiş və Bakı şəhərinin Nobel prospektində fəaliyyəti dayandırılmış“Luna park” adlanan parkdan bir qədər irəlidə görüş yeri təyin etmişdir. O da evdən qardaşı Faiqə məxsus 2.000 ABŞ dollarını götürərək taksi ilə həmin şəxslə görüşə getmiş, təyin olunmuş yerəçatdıqda orta boylu, üzündə az saqqal saxlamış təxminən 28-30 yaşlarında olan həmin şəxsin yolun kənarında dayanıb onu gözlədiyini görmüş və maşını düz qarşısında saxlatdırmışdır. Bu zaman o, maşının arxa oturacağında əyləşdiyi üçün Sahil adlı həmin şəxs keçib maşının qabaq sağ oturacağında əyləşmişdir. O, bu şəxsdən bir daha qardaşı Faiq barədə maraqlanmış və onun geri qayıtmaq fikrində olub-olmadığını soruşmuşdur. Həmin şəxs Faiqin geri qayıtmaq istədiyini, pulun da bu məqsədlə ona lazım olduğunu bildirdikdən sonra o, özü ilə gətirdiyi kağıza bükülmüş 2.000 ABŞ dollarını bu şəxsə vermiş və bundan sonra sonuncu maşından düşüb çıxıb getmişdir. Qeyd edilən şəxsi bundan sonra bir daha görməmiş və barəsində məlumatı olmamış, verdiyi pulu da qardaşına çatdırıbçatdırmadığını bilməmişdir. Keçən müddət ərzində qardaşı Faiqdən heç bir xəbər almamış və hazırda onun harada olmasından məlumatsızdır. Məhkəmədə Şahid8 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayır. Fərdi qaydada dülgər köməkçisi işləyir. 2015-ci ilin sonlarından İslam dininin Əhli-sünnə təriqəti üzrə ibadət edir. Təqsirləndirilən şəxs2 ilə təxminən 2017-ci ilin sonlarında Dərnəgül qəsəbəsində yerləşən 2 saylı İqtisadiyyat yataqxanasında təsadüfən tanış olmuş və dostluq münasibətləri yaranmış, vaxtaşırı görüşərək dini məzmunlu söhbətlər etmişlər. 2018-ci ilin aprel ayının sonlarında İlqarla növbəti görüşlərinin birində sonuncu ona ticarətlə məşğul olduğunu, bu işi ilə əlaqədar onun xarici ölkələrdən adına tez-tez pullar göndərildiyini və adına çox pul daxil olduğu üçün ondan vergi tutulduğunu demiş, az vergi ödəməsi üçün bu pulların bir hissəsinin onun adına göndərilməsinin mümkün olubolmadığını soruşmuşdur. O da İlqarı yaxşı bir insan kimi tanıdığı üçün onun səmimiyyətinə inanmış və bu pulların bir hissəsinin onun adına göndərilməsinə razılığını vermiş, sonuncunun xahişi ilə şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra 2018-ci ilin aprel-may aylarıərzində onun adına: - 08 may 2018-ci il tarixdə x62 Gabilevna Meteeva tərəfindən “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi 3.000 ABŞ dolları; - 08 may 2018-ci il tarixdə Avstriya Respublikasından Mukhamed Taisakhunov tərəfindən “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi 750 ABŞ dolları və 21 iyun 2018-ci il tarixdə Ukrayna Respublikasından Yunus Bekirov tərəfindən “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi 220 ABŞ dolları köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermişdir. Adına göndərilən pulları bankdan gedib götürməsi üçün İlqar ona hər dəfə yol xərci olaraq 5-10 manat məbləğində pul vermişdir. O, adına pul köçürmüş şəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmiş, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. Yalnız Təqsirləndirilən şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun Suriya Ərəb Respublikasında “İŞİD”üzvü olan şəxslərə pul göndərdiyini bilmişdir. Məhkəmədə Şahid17 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə 2013-cü ildə nikah münasibətinə girmiş, yəni dini qaydada kəbinləri olsa da nigahları faktiki 2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. Onlar Sahilin digər ailəüzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Qaynı x97 öz xalası qızı x66 ilə ailə həyatı qurmuş və birgə nigahlarından 2 azyaşlı övladları vardır. Təxminən 2015-ci ilin yay aylarında Samir və həyat yoldaşı Həbibə istirahət adı ilə Türkiyə Respublikasına getmiş, orada olduqları zaman Həbibə Samirdən gizli İraqa getmişdir. Bundan sonra Samir Bakı şəhərinə qayıtmış və hadisəni olduğu kimi onlara danışmışdır. Təxminən 2 il əvvəl isə Samir həyat yoldaşını tapıb geri qaytarmaq məqsədilə Türkiyə Respublikasına, oradan isə Suriya Ərəb Respublikasına getmiş və orada qalmış, vaxtaşırı mobil telefon vasitəsi ilə onlarla əlaqə saxlayıb hal-əhval tutmuşdur. Şahid17 ifadəsini davam edərək göstərmişdir ki, evli kişinin digər qadınlarla təklikdə görüşməsi və onlarla ünsiyyət saxlaması dini baxımdan haram olduğu üçün əri Təqsirləndirilən şəxs1 xahişi 09 noyabr 2017-ci il tarixdə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qaynı Samir İbrahimovun tanışı Tükəzban adlı qadının anası Qızbəs adlı qadınla əlaqə saxlayaraq ondan pul götürməli olacağını bildirmiş, növbəti gün Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən 5 nömrəli doğum evinin qarşısında görüşmək barədə razılığa gəlmişlər. Həmin gün onlar razılaşdırılan yerdə görüşmüş, bu zaman əri Təqsirləndirilən şəxs1 isə bir qədər kənarda dayanıb onu gözləmişdir. Görüş zamanı Qızbəs adlı qadın ona 1.000 ABŞ dolları vermiş və bununla da ayrılmışlar. O, Sahilin yanına gəlib həmin qadından qəbul etdiyi 1.000 ABŞ dollarını ona vermişdir. 10 may 2018-ci il tarixdə qaynı Samir İbrahimovun tanışı x39 tərəfindən onun adına Rusiya Federasiyasından “Zolotaya Korona” beynəlxalq pul köçürməsi vasitəsi ilə 62.560 rus rublu (999 ABŞ dolları) göndərilmiş, o da əri Sahilin xahişi ilə onunla birlikdə həmin gün “xxxxxxxx” ASC-nin “Sahil” filialına gedərək göstərilən pul vəsaitini oradan qəbul etmiş və sonuncuya vermişdir. Adına pul göndərmiş Maqomed Şixamatov adlı şəxs barəsində onun başqa hər hansı məlumatı olmamışdır. 2018-ci ilin iyun ayının sonlarında qaynı Samir onun istifadəsində olan mobil telefon vasitəsi ilə anası Rübaba və qardaşı Sahillə əlaqə saxlayaraq x52 Respublikasında olan tanışlarından birində ona çatası 30.000 ABŞ dolları və yaxud 31.000 ABŞ dolları məbləğində pul olduğunu, həmin tanışının sənədlərində problem olduğu üçün Azərbaycan Respublikasına qayıda bilmədiyini, həmin pul ona çatmayacağı təqdirdə olduğu yerdə ciddi problemlərinin yaranacağını, bu səbəbdən ya anası Rübabanin onun hər hansı tanışı ilə, ya da qardaşı Sahilin onunla birlikdə Dağıstan ərazisinə keçib həmin pulu orada tanışından qəbul edərək Azərbaycana qayıtmalarını tapşırmışdır. Lakin Sahil onun hamilə olduğunu, eləcə də həmin vaxt Rusiya Federasiyasında keçirilən futbol oyunları üzrə dünya çempionatı ilə əlaqədar dövlət sərhədində nəzarətin gücləndirildiyini əsas gətirərək, həmin ərəfədə bu ölkəyə gedib oradan pul götürməyin təhlükəli olduğunu bildirmişdir. Samir onlara bərk əsəbiləşmiş və bu məsələni özünün həll edəcəyini demişdir. Məhkəmədə Şahid20 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, tikinti şirkətində nəzarətçi işləyir. Təxminən 2014-cü ildən İslam dininin əvvəlcəşiə təriqəti üzrə ibadət etməyə başlamış, 2017-ci ilin sonlarına yaxın isə Türkiyə Respublikasının televiziya kanallarında Nihad Hatipoğlu adlı din aliminin İslam dini barəsində fikirlərinə qulaq asdıqdan sonra bu dinə baxışları bir qədər dəyişmiş və bundan sonra Əhli-sünnə təriqəti üzrə ibadət etmişdir. 2018-ci ilin təxminən mart ayının sonlarında tanışı Şahid4 vasitəsilə ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və münasibətləri yaranmışdır. Onunla görüşlərində adətən dini söhbətlər etmiş və bu barədə fikir mübadiləsi aparmış, sosial şəbəkələr vasitəsilə İslam alimlərinin söhbətlərini dinləmış və video görüntülərə baxmışlar. İlqarla tanışlığından sonra həm özü və həm dəümumi tanışları ilə söhbətləri zamanı onun əvvəllər tikinti sahələrində çalışdığı, hətta Bakı şəhərinin “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Olimpiya stadionu”nun tikintisində fəhlələrin üzərində iş icraçısı kimi işləməsini bilmişdir. 2018-ci ilin may ayının təxminən ortalarında növbəti görüşlərinin birində İlqar Türkiyə Respublikasında kiminləsəşərikli tikinti işi görəcəyini və bu məqsədlə başqa ölkələrdə yaşayan tanışlarının bank vasitəsilə ona pul göndərdiklərini, həmin ərəfədə adına pul vəsaiti çox daxil olduğu üçün vergi ödəmələrinin də çox tutulduğunu deyərək göndərilən pulların bir hissəsinin onun adına köçürülməsini xahiş etmişdir. O, etiraz etməmiş və xahişi ilə şəxsiyyət vəsiqəsinin surətini İlqara vermişdir. Bundan sonra 2018-ci ilin may-iyun aylarında adına: - 29 may 2018-ci il tarixdə Rusiya Federasiyasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x77 tərəfindən 1000 ABŞ dolları: - 31 may 2018-ci il tarixdə Ukrayna Respublikasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə x25 tərəfindən 500 ABŞ dolları: - 31 may 2018-ci il tarixdə Rusiya Federasiyasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə adınıza x26 tərəfindən 32.000 RUB və - 07 iyun 2018-ci il tarixdə Rusiya Federasiyasından “Western Union” beynəlxalq pul köçürməsi vasitəsi ilə Patimat Kurbanova tərəfindən 500 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək İlqarın özünə təhvil vermişdir. O, adına pul köçürmüşşəxslərin heç birini tanımamış və barələrində heç nə eşitməmişdir, bu pulların sonrakı təyinatı barədə maraqlanmamışdır. Məhkəmədə Şahid33 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda nənəsi Şahid14, babası Fəhrad İbrahimov və kiçik bacısı Əsma İbrahimli ilə birlikdə yaşayır. x143 2014-cü ildə, atası Samir İbrahimov isə 2016-cı ildə Suriya Ərəb Respublikasına getmişlər. Təqsirləndirilən şəxs1 onun əmisidir. Sonuncu həyat yoldaşı ilə birlikdə onlarla eyni ünvanda yaşamış, 2017-ci ilin iyul ayında isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Əmisi Sahilin xahişi ilə əvvəllər 2 dəfə evlərinin yaxınlığında fəaliyyət göstərən “Bəh-Bəh” restoranının qarşısında tanımadığı şəxslərlə görüşüb onların verdikləri xatırlamadığı məbləğlərdə pul vəsaitlərini qəbul edərək sonradan gətirib Sahilə təhvil vermişdir. Pul qəbul etdiyi şəxsləri ilk dəfə görmüş, onları tanımamış və barələrində heç bir məlumatı olmamış, sonradan bu şəxsləri bir daha görməmişdir. Pulu qəbul etmək üçün onunla nənəsi Rübabə də getmiş, lakin pul qəbul etdiyi şəxslər kişi olduqlarıüçün nənəsi bir qədər kənarda dayanıb onu gözləmişdir. Məhkəmədə Şahid34 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qusar rayonunun Cağar kəndində yaşayır. x131 2016-cı ilin may ayının 26-da Bakı şəhərində yaşayan dostunun ad günündə iştirak etmək adı ilə evdən çıxmış və geri qayıtmamış, təxminən 1 ay sonra isə onun Türkiyə Respublikasında olması xəbərini almışlar. Bu hadisədən 7 ay sonra isə Xanəhməd “Skype” proqramı vasitəsilə onlarla əlaqə saxlayaraq Suriya Ərəb Respublikasının Rakka şəhərində olduğunu bildirmişdir. 2017-ci ilin oktyabr ayında Xanəhməd onunla əlaqə saxlayaraq Suriyada 1 nəfərdən 200 ABŞ dolları aldığını və həmin şəxsin qardaşının Bakı şəhərində yaşadığını bildirərək, kürəkənləri Şahid19 sonuncuya çatdırmasıüçün 200 ABŞ dolları verməsini xahiş etmişdir. Bundan sonra o, 200 ABŞ dollarını zərfin içərisinə qoyaraq Maksimə vermiş və sonuncunun həmin pulu kimə verməsi barədə maraqlanmamışdır. Bir neçə gün sonra Xanəhməd “Skype” proqramı vasitəsilə onunla əlaqə saxlamış və göndərdiyi pulun çatdırıldığını bildirmişdir. Məhkəmədə Şahid35 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, təxminən 2013-cü ildən İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət edir. Təqsirləndirilən şəxs2lə 2017-ci ilin sonlarında Bakı şəhərinin Dərnəgül qəsəbəsində fəaliyyət göstərən Valeh adlı şəxsin işlətdiyi kafedə yerləşən namaz otağında namaz qıldığı zaman təsadüfən tanış olmuşdur. Bu tanışlıqdan sonra səmimi münasibətləri yaransa da çox az hallarda yalnız qeyd edilən kafedə görüşmüşlər. 2018-ci ilin əvvəllərində İlqarla göstərilən kafedə olan növbəti görüşlərinin birində sonuncu Dərnəgül qəsəbəsində mağaza açmaq istədiyini və əqidə qardaşlarından bir neçəsinin həmin mağazada işləmələrinə şərait yaradacağını, oranı açması üçün tələb olunan pul vəsaitinin onun üçün xaricdən göndəriləcəyini, lakin şəxsiyyət vəsiqəsi olmaması səbəbindən həmin pulları bankdan qəbul edə bilməyəcəyini demiş, etiraz etmirsə həmin pulları onun adına göndərilməsini xahiş etmişdir. O, İlqarın niyyətinin xoş olduğunu görüb etiraz etməmiş və xahişi ilə şəxsiyyət vəsiqəsini ona vermişdir. Sonuncu da telefonu ilə vəsiqəsini çəkib özünə qaytarmışdır. Bundan sonra 2018-ci ilin təxminən yanvar-mart aylarında Rusiya Federasiyasından adına ayrı-ayrı vaxtlarda “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsilə təxminən 6-7 dəfəyə tanımadığı müxtəlif şəxslərdən ümumilikdə təxminən 20.000 ABŞ dolları məbləğində pul vəsaiti daxil olmuşdur ki, o da həmin pulları Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı banklardan qəbul edərək gətirib şəxsən İlqarın özünə təhvil vermişdir. 2018-ci ilin aprel ayında isə işləmək məqsədilə Belçika Respublikasının Brüssel şəhərinə getmiş və bununla da İlqarla əlaqələri tamamilə kəsilmiş və sonuncunun hər hansı fəaliyyəti barədə məlumatı olmamışdır. Yalnız sonradan sosial şəbəkələr vasitəsilə x173 Respublikasında olan “İŞİD” qruplaşmasının döyüşçülərinin maliyyələşdirilməsində iştirak etməsi və bu əməlinə görə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunması xəbərini eşitmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməlini törətməkdə təqsirli olmaları şahid ifadələrindən başqa həm də aşağıda göstərilən digər sübutlarla da bir daha öz təsdiqini tapır: Cinayət işinin materiallarında olan 04 iyul 2018-ci il tarixli “tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 360/2018 saylı, 05 iyul 2018-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1barəsində həmin tarixdə həbsetmənin əvvəli 04 iyul 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 04 iyul 2018-ci il tarixli “tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdəşübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 359/2018 saylı, 05 iyul 2018-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə həbsetmənin əvvəli 04 iyul 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 21 noyabr 2018--ci il tarixli “tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 694/2018 saylı, 22 noyabr 2018-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə həbsetmənin əvvəli 21 noyabr 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən 04 iyul 2018-ci il tarixli 7-1731 saylı məktubla daxil olmuş işüzrə Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsinə dair arayış və izahedici qeydlərdən görünür ki, həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Suriya-İraq ərazilərində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən azərbaycanlı eksremistlərlə əlaqəli olması və sonuncuların Azərbaycan Respublikasında yaşayan ailə üzvlərindən, eləcə də tanımadığı digər şəxslərdən əldə etdiyi pul vəsaitlərini münaqişə bölgələrinə göndərməsini təşkil etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs1 x139 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə 20 avqust 2016-cı ildə Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 hüquqmühafizə orqanlarının forma və metodları barədə kifayət qədər məlumatlıdır. Belə ki, o, telefon danışıqlarının dinlənilməsi ehtimalından şübhələndiyi üçün diqqət dairəsindən yayınmaq məqsədilə danışıqlarında müəyyən şərti sözlərdən istifadə etmişdir. Arayışda Təqsirləndirilən şəxs1 Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının buradakı yaxın əlaqələri ilə qeydə alınmış telefon danışıqlarına dair məlumatlar öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67/15 B ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı həmin ünvandan digər sənəd vəəşyalarla yanaşı, Təqsirləndirilən şəxs1 terrorçuluğun maliyyələşdirilməsi istiqamətində qardaşı x97, eləcə də sonuncunun tapşırığına uyğun olaraq pulların toplanılması üçün ayrı-ayrı şəxslərlə danışıqlar apardığı istifadəsində olmuş “Samsunq Galaxy A5” markalı “SM-A500F” modelli mobil telefon və həmin telefona quraşdırılmış ***-***-**-** nömrəli danışıq kartı, eləcə də istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli danışıq kartları, həyat yoldaşı x92 adına x17 Maqomed Djamalutdinoviç tərəfindən 10 may 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsilə göndərilmiş 62.560 Rusiya rublunun “xxxxxxxx” ASC-dən qəbul edilməsi barədə qəbz və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə ayrı-ayrı şəxslərdən topladığı puldan qalmış 125 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 125 ABŞ dolları 23 oktyabr 2018-ci il tarixli qərarla işüzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmişdir. Göstərilən ünvandan aşkar edilərək götürülmüş 62.560 Rusiya rublunun “xxxxxxxx” ASC-dən qəbul edilməsi barədə qəbz 07 may 2019-cu il tarixli qərarla işüzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı həmin ünvandan digər sənəd vəəşyalarla yanaşı, Təqsirləndirilən şəxs2 terrorçuluğun maliyyələşdirilməsi istiqamətində x97, eləcə də sonuncunun tapşırığına uyğun olaraq pulların toplanılması üçün ayrı-ayrı şəxslərlə danışıqlar apardığı istifadəsində olmuş “Huawei” markalı“CLT-L29” modelli mobil telefona quraşdırılmış ***- ***-**-** nömrəli danışıq kartı və “Xiaomi” markalı“ Redmi 5 Plus (MEG7)” modelli mobil telefon, soyuq silah hesab edilən 3 ədəd bıçaq və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə ayrı-ayrı şəxslərdən topladığı puldan qalmış 850 manat və 1831 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 850 manat və 1831 ABŞ dolları 23 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş soyuq silah hesab edilən 3 ədəd bıçaq isə 28 iyun 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs1 texniki vasitələrdən istifadə etməklə telefon danışıqları yazılmış və 04 iyul 2018-ci il tarixli 7-1731 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD-1929-2018 nömrəli diskə izahedici qeydlər əsasında keçirilmiş 07 avqust 2018-ci il tarixli baxış protokolundan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs1 2017-ci ilin oktyabr ayının 17-dən 2018-ci ilin mart ayının 11dək olan müddəti əhatə edən dövr ərzində Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində törədilən terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək “Abu İbrahim” dini ləqəbli qardaşı Təqsirləndirilən şəxs1 tapşırığı əsasında onların Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin toplanılması ilə əlaqədar sonuncularla apardığı telefon danışıqları yazılmışdır. 04 iyul 2018-ci il tarixli 7-1731 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD- 1929-2018 nömrəli disk 13 may 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən daxil olmuş 08 avqust 2018-ci il tarixli 7-2190 saylı məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, 19 yanvar 2019-cu il tarixdə saat 16:10 dəqiqədə ***-***-**-** saylı telefonun istifadəçisi Şahid24 Təqsirləndirilən şəxs1 zəng edərək “salam aleykum əxi, gəlib səninlə görüşürdüm e, Bəh-Bəh restoranının yanında, o qardaşdır e” demiş və hüquq mühafizə orqanlarının nəzər diqqətindən yayınmaq məqsədilə şərti olaraq adlandırdığı“bir beş” (1500 AZN olması ehtimal edilir) məbləğində maliyyə vəsaitini ona vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə cavabında “gətir, problem yoxdur, mən olmasam uşağa deyərəm uşaq düşər götürər” ifadəsini işlətmişdir. Bundan sonra tərəflər həmin gün saat 22:00 radələrində Bakı şəhəri Xətai rayonu Nobel prospekti 64 Azərneftyağ İB ünvanına yaxın ərazidə görüşmüş və Şahid24 maliyyə vəsaitini bu şəxsə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 16 avqust 2018-ci il tarixli 7-2270 saylı məktubdan görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Ağdam rayonunun Keşdazlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və xx xxxxx 1990-cı il təvəllüdlü, ünvan 9 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicə olunmamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 07 dekabr 2018-ci il tarixli 7-3757 saylı məktubdan görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs3 göstərilən xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən daxil olmuş 21 avqust 2018-ci il tarixli 7-2331 saylı məktubdan görünür ki, keçirilmişəməliyyataxtarış tədbirləri nəticəsində tərəflərindən “Dinar” ləqəbli şəxsin 02 fevral 1994-cü il təvəllüdlü, ünvan 10 ünvanında qeydiyyatda olan x53, Namiq adlışəxsi xx xxxx 1992-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3, Orxan adlı şəxsin xx xxxxxxx 1988-ci il təvəllüdlü, Qusar şəhəri, Çiligər kəndində qeydiyyatda olan Şahid13, Vəli adlışəxsin xx xxxxxxx 1991-ci il təvəllüdlü, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan Şahid8, Orxan adlı digər şəxsin 18 avqust 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Bağ 167/267 ünvanında qeydiyyatda olan Şahid23, Sənan adlışəxsin xx xxxx 1993-cü il təvəllüdlü, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan Şahid3 Firudin oğlu, Kənan adlışəxsin xx xxxx 1992-ci il təvəllüdlü, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan Şahid6 Firudin oğlu, Cavid adlışəxsin isə xx xxxxxx 1991-ci il təvəllüdlü, Ağdam rayonu, Saraclı kəndində qeydiyyatda olan Şahid10 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs2 barəsində 10 avqust 2018-ci il tarixli 1297 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs1 barəsində 10 avqust 2018-ci il tarixli 1296 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı müayinənin nəticələri (deməsinə görə son dörd ildə onda əsəbilik və enurez halları meydana gəlmiş, yaddaşında zəiflik hiss etməsi, bununla əlaqədar fərdi qaydada müalicə qəbul etməsi), hazırkı müayinə zamanı aşkar edilən emosional ləbilliyi, əsəbiliyi və sair sübut edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən nevrasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, ona ittiham olunan əməl dövründəöz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə dəTəqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67/15 B ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşəşya və sənədlərə 05 oktyabr 2018-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş“Samsunq Galaxy A5” markalı “SM-A500F” modelli mobil telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrəsindəki “Teleqram” profili vasitəsilə qardaşı x67 +1 (***)******* saylı mobil nömrəsində olan “Zero545” adlı“ Teleqram” profili arasında terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı 2018-ci ilin may ayının 7-dən iyun ayının 26-dək olan müddətdə aparılmış yazışmalar öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş əşya və sənədlərə 11 oktyabr 2018-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Xiaomi” markalı“Redmi 5 Plus (MEG7)” modelli mobil telefondakı +**********7 saylı nömrəsində olan “x178” adlı “Whatsapp” profili vasitəsilə “Potuş” adlı profil istifadəsində olan x97 arasında terrorçuluğun maliyyələşdirilməsi mövzusunda aparılmış yazışmalar, xarici ölkələrdən eyni məqsədilə beynəlxalq sürətli pul köçürmələri vasitəsilə etibar etdikləri ayrı-ayrı şəxslərin adlarına daxil olmuş pul vəsaitlərinə dair qəbzlər, eləcə də Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən digər şəxslərlə apardığı danışıqlar və sonuncuların fotoşəkilləri öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin V Baş idarəsindən daxil olmuş 10 dekabr 2018-ci il tarixli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 telefonunun yaddaşında olan: - 050 ***-**-** saylı telefonun istifadəçisi x68 övladları x69 və x78 həyat yoldaşları x124 və Rzayev Ramin Əlisöyün oğlu ilə birlikdə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışlar; - 051 ***-**-** saylı telefonun istifadəçisi “Zəkəriyyə” ləqəbli Rafael adlı şəxs x40r. Bu şəxs 18 iyun 2015-ci ildə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasına getmiş və geri qayıtmamışdır; - 055 ***-**-** saylı telefonun istifadəçisi Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Təqsirləndirilən şəxs3 Qasım oğlunun Sumqayıt şəhərində yaşayan bacısı Şahid36dır; - “Primorskidə yaşayan qadın” kimi qeyd olunmuş şəxs Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Şahid22 Sərxan qızıdır. Şahid22 Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən x93 və x79 anasıdır. Təqsirləndirilən şəxs2 telefonunun yaddaşında fotoşəkli olan x100 15 iyun 2015ci ildə Türkiyə istiqamətində Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışdır. Məmmədov x135 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 24 iyul 2014-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışdır. x27 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 11 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x70 və x14 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 13 iyul 2013-cü ildə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində tərk etmiş və geri qayıtmamışlar. x6 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 13 sentyabr 2011-ci ildə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x1 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 14 may 2016-cı ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. Ömərov Edik Ömər oğlu Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 01 mart 2016-cı ildə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x3 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 02 dekabr 2013-cü ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x9 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 26 mart 2015-ci ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x28 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 05 aprel 2015-ci ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x7 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 27 may 2016-cı ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x122 və x15 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 10 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışlar. x16 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 02 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasını Türkiyə istiqamətində tərk etmiş və geri qayıtmamışdır. x10 Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədi ilə 13 aprel 2015-ci ildə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində tərk etmiş və geri qayıtmamışdır. Cinayət işinin materiallarında olan müxtəlif banklardan sürətli pul köçürülmələri üzrə aparılmış əməliyyatlara dair daxil olmuş məktub və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iş üzrə müxtəlif şəxslərin adına müxtəlif məbləğlərdə pullar daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 dekabr 2018-ci il tarixli 7-3861 nömrəli məktubla daxil olmuş 13 noyabr 27396 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilirlər, üzərlərində əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 dekabr 2018-ci il tarixli 7-3862 nömrəli məktubla daxil olmuş 20 noyabr 2018-ci il tarixli 27382 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı“Redmi 5 Plus (MEG7)” modelli mobil (smartfon) telefon olmaqla işlək vəziyyətdədir. Həmin telefonun yaddaşında pozulmuş (“Fiziki” məlumatlar bazası-hesabat Report-Otçet silinmiş məlumat və faylların izləri xüsusi proqram təminatının funksional imkanlarının nəticələridir) 65.4 KB həcmdə məlumatlar müəyyən olundu. Qeyd edilən mobil telefon 27 may 2019-cu il tarixli qərarla işüzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək saxlanılmasıüçün Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 dekabr 2018-ci il tarixli 7-3863 nömrəli məktubla daxil olmuş 27 noyabr 2018-ci il tarixli 27381 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsunq Galaxy A5” markalı“SM-A500F” modelli mobil telefon işlək vəziyyətdədir. Həmin telefonun yaddaşında və yaddaşından pozulmuş (“Fiziki” məlumatlar bazası-hesabat Report-Otçet silinmiş məlumat və faylların izləri xüsusi proqram təminatının funksional imkanlarının nəticələridir) 5.69 MB həcmdə məlumatlar müəyyən olundu. Qeyd edilən mobil telefon 27 may 2019-cu il tarixli qərarla işüzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 dekabr 2018-ci il tarixli 7-3864 nömrəli məktubla daxil olmuş 14 dekabr 2018-ci il tarixli 30983 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Princo” markalı CD diskdə olan məlumatlar fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunan diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs3 məxsusdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş +**********60 saylı mobil nömrəsindəki “Namiq” adlı “Whatsapp” profili vasitəsi ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********7 saylı mobil nömrəsində olan ”x178” adlı “Whatsapp” profili arasında 2018-ci il iyun ayının 30-da saat 11:55 dəqiqədən saat 17:21 dəqiqəyədək olan müddətdə bir neçə dəfə Suriya Ərəb Respublikasında qanunsuz silahlı münaqişələrdə iştirak edən tanışı Süleyman adlı şəxsin maliyyələşdirilməsi məqsədilə ona göndərdiyi 1411 ABŞ dolları ilə bağlı səsli yazışmalar aparmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28 dekabr 2018-ci il tarixli 7-3865 nömrəli məktubla daxil olmuş 06 noyabr 2018-ci il tarixli 27410 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1,2 və 3 saylı disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunan diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur, ekspertizaya təqdim olunmuş 1,2 və 3 saylı disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K2” kimi işarə olunan diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən 14 yanvar 2019-cu il tarixli 7-111 saylı məktubla daxil olmuş Ambulator məhkəmə psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs3 barəsində 27 noyabr 2018-ci il tarixli 1297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Fotoşəkil üzrə 14 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid21 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış və məhz bu şəxs vasitəsilə Suriya Ərəb Respublikasında olan oğlu Tural Məmmədova bir neçə dəfə pul göndərdiyini, bir neçə gün sonra isə həmin pulların oğluna çatdırıldığını bildirmişdir. Fotoşəkil üzrə 14 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid25 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında işüzrə Təqsirləndirilən şəxs1 tanımış və Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən qardaşı Tural Məmmədova çatdırılmasından ötrü bir dəfə bu şəxsə pul verdiyini bildirmişdir. Fotoşəkil üzrə 15 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid24 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış, bu şəxsin 2018-ci ilin yanvar ayının ilk günlərində tanışı Təqsirləndirilən şəxs2 xahişi ilə Nobel prospektində “Bəh-Bəh” restoranının qarşısında görüşüb pul verdiyi şəxs olduğunu bildirmişdir. Bir dəfə Təqsirləndirilən şəxs2 xatırlamadığı məbləğdə ona verdiyi pul vəsaitini həmin şəxsin şəxsən özünə vermiş, növbəti dəfə isə Təqsirləndirilən şəxs2 verdiyi 1.500 ABŞ dollarını qeyd edilən şəxsin göndərdiyi təxminən 8 yaşı olan oğlan uşağına vermişdir. Fotoşəkil üzrə 18 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid11 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında işüzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxsin 02 dekabr 2017-ci il tarixdə saat 20:00 dəqiqədə ona zəng edərək iş yerinə gəlib ondan 300 manatı qəbul edən şəxs olduğunu, sonuncunun ondan qəbul etdiyi həmin pulu onun Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən Emzar adlı tanışına göndərəcəyini bildirmişdir. Fotoşəkil üzrə 19 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid18 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxsə Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən tanışı Faiq adlı şəxsə çatdırılması üçün pul verdiyini bildirmişdir. Fotoşəkil üzrə 19 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid1 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxsə Suriya Ərəb Respublikasında olan bacısı Günel Qurbanova və onun həyat yoldaşı x103 çatdırılmasıüçün pul verdiyini bildirmişdir. Fotoşəkil üzrə 20 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid7 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxsə Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən qaynı Orxan Mustafayevə çatdırılması üçün pul verdiyini bildirmişdir. Fotoşəkil üzrə 21 fevral 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid16 ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında işüzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxsə Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən qardaşı Elnura çatdırılması üçün 5.000 ABŞ dolları verdiyini bildirmişdir. Fotoşəkil üzrə 12 mart 2019-cu il tarixli tanınma protokolundan görünür ki, Şahid27 Meyvəddin oğlu ona təqdim edilmiş fotocədvəldə olan fotoşəkillər arasında iş üzrə Təqsirləndirilən şəxs1 tanımış və bu şəxs vasitəsilə Suriya Ərəb Respublikasında silahlı münaqişələrdə iştirak edən oğlu Edik Meyvəddinova 13 dekabr 2019-cu ildə 1.500 ABŞ dolları göndərdiyini bildirmişdir. Telefon danışıqlarının kompüter açıqlamalarına 18 mart, 27 mart, 09 aprel 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyun ayınadək olan müddətdə iş üzrə Təqsirləndirilən şəxs1 terrorçuluğun maliyyələşdirilməsi məqsədilə Suriya Ərəb Respublikasında qanunsuz silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvləri və yaxınları, digər Təqsirləndirilən şəxs2, eləcə də sonuncunun yaxın əlaqələri ilə apardığı danışıqların vaxtları və istiqamətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən 21 iyun 2019-cu il tarixli 7-1664 saylı məktubdan görünür ki, işüzrə Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, sonuncu hüquq-mühafizə orqanlarının nəzər diqqətindən yayınmaq üçün xarici ölkələrdən, o cümlədən Rusiya Federasiyasından toplanılmış maliyyə vəsaitlərini sürətli pul köçürmə sistemi vasitəsilə eyni zamanda Şahid35 adına göndərilməsini təşkil etmiş, Şahid35 həmin maliyyə vəsaitlərini ayrı-ayrı bankların filialından qəbul edərək Təqsirləndirilən şəxs2 vermişdir. Belə ki, x63 Monitorinqi üzrə Federal Xidmətindən (Rosfinmonitorinq) məlumatına görə, Şahid35 adına ümumilikdə 21.774 ABŞ dolları və 349.010 Rusiya rublu məbləğində pul köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən 25 fevral 2019-cu il tarixli 7-557 saylı məktubla daxil olmuş 1 ədəd CD diskə, eləcə də cinayət işinin materiallarında olan Azərbaycan Respublikasında fəaliyyət göstərən ayrı-ayrı banklardan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, eləcə də onların yaxınlarının adlarına terrorçuluğun maliyyələşdirilməsi məqsədilə xarici ölkələrdən beynəlxalq sürətli pul köçürülmələri vasitəsilə daxil olmuş pul vəsaitləri barədə məlumatlara dair sənədlərə 22 iyun 2019-cu il tarixli baxış protokolundan görünür ki, beynəlxalq sürətli pul köçürülmələri vasitəsilə xarici ölkələrdən işüzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid14, x126, Şahid13, Şahid23, Şahid20, Şahid8, Şahid6, Şahid10 və Şahid3 adına 2017-ci ilin avqust ayının 12dən 2018-ci ilin iyun ayının 27-dək olan müddətdə ayrı-ayrı vaxtlarda 214.479,1 manat dəyərində xarici valyuta ilə pul vəsaitləri köçürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən daxil olmuş 02 iyul 2019-cu il tarixli 7-1701 saylı məktubdan görünür ki, Camal Ağaxanov tərəflərindən 19 dekabr 1989-cu il təvəllüdlü, ünvan 14 ünvanında qeydiyyatda olan x13 müəyyənləşdirilmişdir. O, Suriya Ərəb Respublikasında qanunsuz silahlı münaqişələrdə iştirak etmək məqsədilə 13 sentyabr 2011-ci ildə Beynəlxalq hava limanından Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasını tərk etmiş və bu günədək geri qayıtmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, Camal Ağaxanov özünə məxsus müəyyən məbləğdə pul vəsaitini münaqişə bölgələrindən Azərbaycan Respublikasındakı ailə üzvlərinə göndərmək üçün Suriya ərazisində terrorçuluğu maliyyələşdirmə fəaliyyəti ilə məşğul olan x81 vermişdir. Sonuncu isə Azərbaycan Respublikasındakı qardaşı Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq münaqişə bölgələrində döyüşən eksremistlərin Azərbaycan Respublikasındakı ailə üzvlərindən toplanılan və Suriyaya göndərilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitlərini Camal Ağaxanovdan aldığı pul əvəzinə sonuncunun bacıları Əsmər və Aytən Ağaxanovlara verməsini tapşırmışdır. Təqsirləndirilən şəxs1 ayrı-ayrı vaxtlarda sözügedən maliyyə vəsaitini qeyd olunan şəxslərə vermişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulan əməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 228.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrinəəsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında dini düşmənçilik və dini fanatizm zəminində törədilməsidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində bir azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrinəəsasən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında dini düşmənçilik və dini fanatizm zəminində törədilməsidir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən, himayəsində 2 azyaşlı uşağının olması və cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsidir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında dini düşmənçilik və dini fanatizm zəminində törədilməsidir. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə xüsusilə ağır cinayəttörətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli tutulduqları vaxtdan–04 iyul 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan –21 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş «həbs» qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdikləri əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Qanununun 99-1.1.4-cü maddəsinə əsasən, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67/15 B ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 23 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş 125 ABŞ dolları, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 23 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş 850 manat və 1831 ABŞ dolları dövlət nəfinə xüsusi müsadirə olunmalıdırlar. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67/15 B ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 07 may 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarında saxlanılan 62.560 Rusiya rublunun “xxxxxxxx” ASC-dən qəbul edilməsi barədə qəbzin cinayət işinin materiallarında saxlanılması, Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərarı əsasında iş üzrə Təqsirləndirilən şəxs1 texniki vasitələrdən istifadə etməklə telefon danışıqları yazılmış 13 may 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD-1929-2018 nömrəli CD diskin cinayət işinin materiallarında saxlanılması, 27 may 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı “Redmi 5 Plus (MEG7)” modelli mobil (smartfon) telefonun Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında, ***-***-**-** saylı danışıq kartı isə cinayət işinin materiallarında, 27 may 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus “Samsunq Galaxy A5” markalı “SM-A500F” modelli mobil telefonun Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı danışıq kartlarının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 28 iyun 2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş soyuq silah hesab edilən 3 ədəd bıçaq məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 1203,66 (bir min iki yüz üç manat, altımış altı qəpiq) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 401,22 (dörd yüz bir manat iyirmi iki qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili x96 550 (beş yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan- 04 iyul 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə təbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 04 iyul 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə təbiq edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan –21 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Azərbaycan Respublikasının Qanununun 99-1.1.4-cü maddəsinə əsasən, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67/15 B ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 23 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş 125 ABŞ dolları, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanında 04 iyul 2018-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, 23 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qərar qəbul edilənədək saxlanılmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş 850 manat və 1831 ABŞ dolları dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Nobel prospekti 67/15 B ünvanından aşkar edilərək götürülmüş 62.560 Rusiya rublunun “xxxxxxxx” ASC-dən qəbul edilməsi barədə qəbzin, Təqsirləndirilən şəxs1 texniki vasitələrdən istifadə etməklə telefon danışıqları yazılmış 1 ədəd CD-1929-2018 nömrəli CD diskin, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı danışıq kartının, Təqsirləndirilən şəxs1 ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı danışıq kartlarının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı “Redmi 5 Plus (MEG7)” modelli mobil (smartfon) telefonun, Təqsirləndirilən şəxs1 məxsus “Samsunq Galaxy A5” markalı “SM-A500F” modelli mobil telefonun Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 mənzil 22 ünvanından aşkar edilərək götürülmüş və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş soyuq silah hesab edilən 3 ədəd bıçaq məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 1203,66 (bir min iki yüz üç manat, altımış altı qəpiq) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 401,22 (dörd yüz bir manat iyirmi iki qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili x96 550 (beş yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar