Məhkəmə qərarları › İş №1(101)-118/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkilləri: Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu M.D.Məmmədzadə küçəsi ev 107-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, 2019-cu ilin oktyabr ayının ortalarında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Ə1İ oğlu və cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş ‘"Cabir” adlı şəxs və digər üzvləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin onun tərəfindən əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək Təqsirləndirilən şəxs2 ilə birgə realizə edilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 03:06-da Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, həmin gün cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa “Cabir” adı ilə məlum olan üzvündən 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2 ədəd bükümdə 39,500 qram və 58 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 97,500 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, 2 ədəd bükümdə 20,437 qram və 19,620 qram olmaqla, ümumi təmiz çəkisi 40,057 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini, 2 ədəd bükümdə 12,100 qram və 8 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 20,100 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən metamfetamin psixotrop maddəsini və 1 ədəd bükümdə tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan metadon həblərini tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarı- qısa tumanının Ön orta hissəsindəki cibində gizlədərək saxlamış və tran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq həmin gün saat 15 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, qeyd olunan tarixdə o, saxlanılaraq 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2 ədəd bükümdə 39,500 qram və 58 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 97,500 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 2 ədəd bükümdə 20,437 qram və 19,620 qram olmaqla, ümumi təmiz çəkisi 40,057 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi, 2 ədəd bükümdə 12,100 qram və 8 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 20,100 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən metamfetamin psixotrop maddəsi və 1 ədəd bükümdə tərkibindəki metadon narkotik vasitəsinin təsiredicİ maddəsinin miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan metadon həbləri gömrük əməkdaşları tərəfindən onun əyninə geyindiyi alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibindən aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs2 isə əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq həmin tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun 14-cü kilometrində, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində köməkçi yolda avtobus dayanacağının yaxınlığında qeyd olunan narkotik vasitələr və psixotrop maddəni Təqsirləndirilən şəxs1 təhvil alarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2, 2019-cu ilin oktyabr ayının ortalarında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Cabir” adlı şəxs və digər üzvləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək sonuncu ilə birgə realizə edilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə saat 03:06-da Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, həmin gün cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa “Cabir” adı ilə məlum olan üzvündən 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2 ədəd bükümdə 39,500 qram və 58 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 97,500 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, 2 ədəd bükümdə 20,437 qram və 19,620 qram olmaqla, ümumi təmiz çəkisi 40,057 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini, 2 ədəd bükümdə 12,100 qram və 8 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 20,100 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən metamfetamin psixotrop maddəsini və 1ədəd bükümdə tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan metadon həblərini tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibində gizlədərək saxlamış və İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq həmin gün saat 15 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 saxlanılaraq 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2 ədəd bükümdə 39,500 qram və 58 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 97,500 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 2 ədəd bükümdə 20,437 qram və 19,620 qram olmaqla, ümumi təmiz çəkisi 40,057 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi, 2 ədəd bükümdə 12,100 qram və 8 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 20,100 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən metamfetamin psixotrop maddəsi və 1 ədəd bükümdə tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan metadon həbləri gömrük əməkdaşları tərəfindən əyninə geyindiyi alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibindən aşkar edilib götürülmüş, o, isə əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq həmin tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun 14-cü kilometrində, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində köməkçi yolda avtobus dayanacağının yaxınlığında qeyd olunan narkotik vasitələr və psixotrop maddəni Təqsirləndirilən şəxs1 təhvil alarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən bir il əvvəl tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 oteldə işləmiş və Ramilin işlədiyi otelə İran İslam Respublikasının vətəndaşları gəlib-getmişlər. O, narkotik vasitələrin istifadəçisi olduğumdan tez-tez ağrıları olmuş, maddi imkanı aşağa olduğundan daha ucuz mal almaq istəmişdir. Bu səbəbdən o, İran İslam Respublikasına getmişdir. Orada olarkən mal alacağı İran İslam Respublikasının vətəndaşına zəng çatmamışdır. Bundan sonra o, Ramilə zəng edib möhkəm ağrılarının olduğunu bildirmiş və onu narkotik vasitə ala biləcəyi İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini istəmişdir. Həmin vaxt Ramil ona belə bir tanışının olmadığını bildirmişdir. Bundan sonra o, mal ala bilməyərək geri qayıtmışdır. Gəldikdən sonra yenidən Ramilin yanına gedib ağrılarının olduğunu, lakin maddi imkanı aşağa olduğundan mal ala bilmədiyini və maşınını da satdığını deyib Ramildən onu mal ala biləcəyi İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini xahiş etmişdir. Bu zaman Ramil yenə də ona belə bir tanışının olmadığını demişdir. Daha sonra o, yenidən narkotik vasitə almaq üçün İran İslam Respublikasına getmişdir. Lakin yenə də mal alacağı İran İslam Respublikasının vətəndaşına zəng çatmamışdır. Bu səbəbdən Ramillə telefon əlaqəsi saxlayıb yenidən onu kömək edə biləcək İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini xahiş etmişdir. Bu zaman Ramil onu Cabir adlı İran İslam Respublikasının vətəndaşına yönəltmişdir. Bundan sonra o, həmin Cabir adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaradıb görüşmüşdür. Cabir ona istədiyi narkotik vasitəni gətirmiş və o, İran İslam Respublikası ərazisində qaldığı oteldə həmin narkotik vasitənin keyfiyyətini yoxlamışdır. Lakin, narkotik vasitənin keyfiyyəti və qiymətinə görə çəkisi onu qane etməmişdir. Belə ki, 500 manata təxminən 70-80 qram narkotik vasitə gətirmişdir. Bu səbəbdən Ramilin onu tanış etdiyi Cabir adlı İran İslam Respublikasının vətəndaşından narkotik vasitə almamış və bu barədə Ramilə heç nə bildirməmişdir. Daha sonra o, öz tanışı olan İran İslam Respublikasının vətəndaşından qiymətinə görə sərfəli və keyfiyyətli narkotik vasitə almışdır. O, gömrük sərhəddini keçdikdən sonra onu tutmuşlar və üzərində olan narkotik vasitəni aşkar etmişlər. Gömrük əməkdaşları narkotik vasitəni haradan əldə etməsi barədə soruşmuşlar və o, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonradan Ramil ona zəng edib tanışı olan İran İslam Respublikasının vətəndaşının otelin qabağında gözlədiyini demək istəyərkən gömrük əməkdaşları Ramilin nömrəsini özlərinə qeyd edib ona göstərmişlər və guya onu Ramilin tutdurduğunu demişlər. Həmin vaxt o, gömrük əməkdaşlarına Ramilin həmin narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra, gömrük əməkdaşları ona Ramilə zəng edib narkotik vasitəni gətirməsini deyib qabağıma çıxmağını istəməsini bildirmişlər. Bu zaman o, gömrük əməkdaşlarına bir daha «Ramilin narkotik vasitədən xəbəri yoxdur, əgər mən elə bir söz deyərəmsə Ramil mənim qabağıma çıxmaz» demişdir. Həmin vaxt gömrük əməkdaşları ona təzyiq etdiklərindən o, Ramilə zəng edib yol pulunun olmadığını deyərək qabağına çıxmasını xahiş etmişdir. Bu zaman Ramil ona pulunun olmadığını bildirmişdir. Lakin, bir neçə dəqiqə sonra Ramil ona zəng edib yol pulunu gətircəyini demişdir. Daha sonra gələrkən Ramil də tutmuşlar və onları Yasamal rayonu ərazisində yerləşən Gömrük komitəsinin istintaq orqanına aparmışlar. Orada o, yazılı ifadə vermişdir. Daha sonra, ifadəsi mənə çap olunmuş formada təqdim olunmuş və orada iştirak edən müdafiəçi də ona ifadəyə qol çəkməsini demişdir. Ona təzyiq göstərildiyindən o, həmin ifadəyə qol çəkmişdir. Lakin, onun həmin ifadədə nə yazılmasından heç bir xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı guya ondan alınmış ifadədə qeyd olunanlar həqiqəti əks etdirməmiş, o, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin hər hansı növünün satışı ilə məşğul olmamış, ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, uzun müddət narkotik vasitə hesab edilən heroindən istifadə etmiş, təxminən 1 il əvvəl şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə “Pərviz” adlı dostunun vasitəsi ilə Ramillə tanış olmuşdur. Mütəmadi şəkildə gedib Ramildən kakos və şişə almış, bir müddət əvvəl Ramil ona demişdir ki, ayda təqribən 2-3 dəfə İrandan ölkə ərazisinə qanunsuz yollarla narkotik vasitələr gətirib satır. Həbs edilməmişdən 2 ay əvvəl Yasamal rayonunda Ramil ilə görüşmüş, həmin vaxt Ramil ona İrandan narkotik vasitələri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirməsini təklif etmiş və satıb yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Ramildən nə üçün İrana özünün getmədiyini soruşduqda isə axtarışda olduğunu və ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirmişdir. Ramilə bu işin riskli olduğunu dedikdə isə Ramil ona narkotik vasitələri gizlətmək üçün xüsusi hazırlanmış alt paltarını göstərmiş və onu inandırmış, bundan sonra Ramilin təklifi ilə razılaşmışdır. xx xxxxxxxx 2019-cu İl tarixdə Yasamal rayonunda Ramillə görüşərkən o, İranda yaşayan dostu ilə istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefon vasitəsilə əlaqə saxlamış və ora gələcəyini həmin şəxsə demişdir. Daha sonra yol və otel xərcini qarşılamaq üçün Ramil şəxsi istifadəsində olan mobil telefonunu sataraq ona 50 manat pul vermiş və axşam saatlarında 20 Yanvar metrosuna yaxın ərazidən onu İranın Biləsuvar şəhərinə yola salmışdır. İranın Biləsuvar şəhərinə çatdıqda istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefon ilə Ramilin istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefona “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq məlumat vermişdir. Onunla tez-tez “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Səhərisi gün Ramil onunla ona aid olan və yuxarıda qeyd etdiyi mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq otelin qarşısına düşməsini və geyindiyi paltarları, onların rəngini ona yazmağını demişdir. Geyimi barədə Ramilə ətraflı məlumat verdikdən sonra otelin qarşısına çıxmışdır. Az sonra boz rəngdə minik maşının özünə yaxınlaşdığını görmüşdür. Minik avtomobili ona yaxınlaşanda ön şüşəni aşağı salıb rəngli sellofan paketi ona təhvil verərkən Ramil ilə mobil telefon vasitəsilə danışdığına şahid olmuşdur. Daha sonra otelə qayıtmış və bağlamanı açıb yoxlamışdır. Bağlamada narkotik vasitə hesab edilən heroİn, psixotrop maddə hesab edilən metamfetamin və ağ rəngli dairəvi formalı həblər olmuşdur. Həmin paketi yoxladıqdan sonra “Whatsapp” proqramı vasitəsilə Ramil ilə əlaqə saxlayaraq məlumat vermiş və Ramil ona həmin rəngli sellofan paketin içərisindən çıxan maddələri verdiyi alt paltarında gizlədərək ölkə ərazisinə keçirməsini demişdir. İranın Biləsuvar şəhərində alış-veriş etdikdən sonra Biləsuvar Gömrük Postuna getmişdir. Biləsuvar Gömrük Postunda olarkən gömrük əməkdaşlarında şübhə yaratmadığı üçün üzərində ciddi şəkildə yoxlanılma aparılmamış və postdan çıxdıqdan sonra birbaşa dostu Pərvizgilə gedərək Ramil ilə orada görüşmüş və gizlədərək gətirdiyi narkotik vasitə və psixotrop maddələri ona təhvil vermişdir. Ramil həmin vasitələrdən satması üçün ona 20 qram kakos, 15 qram şişə vermişdir ki, satsın, geri qalanını isə həm satmaq həm də istifadəsi üçün götürmüşdür. O, Ramildən aldığı narkotik vasitə və psixotrop maddələri 3-4 gün ərzində narkotik vasitə alan adamlara satmış və Ramilə gətirib 600 manata yaxın pul vermişdir. Həmin pulları bir yerdə gedib Yasamal rayonunda yerləşən telefon qovşağı stansiyasının (ATS) arxasında yerləşən “Dalğa market”-də olan ödəniş terminalları vasitəsilə İranlı şəxsə göndərmişlər. Ramilin isə öz satdığı narkotik vasitələri göndərib göndərmədiyindən məlumatı olmamışdır. Növbəti dəfə xx xxxxxxxx 2019-cu il tarixində Ramil istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefonla onunla əlaqə saxlayaraq yenə İrana narkotik vasitə gətirmək üçün getmək lazım olduğunu demişdir. Günorta saatlarında 20 Yanvar metrosuna yaxın ərazidə Ramil ilə görüşmüş, həmin vaxt Ramil ona otel və yol pulu verərək taksi ilə İranın Biləsuvar şəhərinə yola salmışdır. Eyni qayda ilə İranın Biləsuvar şəhərinə çatdıqda istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi ilə Ramilin istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefona “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq məlumat vermişdir. Ramil ona otelin qarşısına düşməsini dedikdən sonra otelin qarşısına düşmüş və bir müddət sonra həmin boz rəngdə maşın, eyni şəxslər ona yaxınlaşaraq minik avtomobilinin ön şüşəsini aşağı salıb rəngli sellofan paketi ona təhvil verərkən yenə də həmin şəxslərin Ramil ilə mobil telefon vasitəsilə danışdığına şahid olmuşdur. Otelə qayıdıb sellofan paketi yoxlamış, sellofan paketdə narkotik vasitə hesab edilən heroin və həşiş, psixotrop maddə hesab edilən metamfetamin və qəhvəyi rəngli dairəvi formalı həblər olmuşdur. Dərhal sonra Ramil ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, Ramil isə həmin gün İranda qalmasını, Azərbaycana tez bir zamanda qayıtmasının gömrük əməkdaşlarında şübhə yaradacağını ona demişdir. Səhərisi gün Ramil onunla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış və həmin predmetləri alt paltarında gizlədərək ölkə ərazisinə keçirməsini demişdir. Oteldə olarkən predmetləri alt paltarında gizlətmiş, İranın Biləsuvar şəhərində alış-veriş etdikdən sonra Biləsuvar Gömrük Postuna getmişdir. Biləsuvar Gömrük Postunda olarkən gömrük əməkdaşlarında şübhə yaratmadığı üçün üzərində ciddi şəkildə yoxlanılma aparılmamışdır və birbaşa Ramilin Lökbatan qəsəbəsində olan evinə getmiş və gizlədərək gətirdiyi narkotik vasitə və psixotrop maddələri ona təhvil vermişdir. Ramil onun gətirdiyi narkotik vasitələrdən 15 qram kakos yəni heroin, 10 qram da şişə yəni, metamfetamin və 15 ədəd də metadon ona vermişdir ki, satdıqdan sonra pulunu İranlıya göndərsinlər. Ramil eyni zamanda ona həmin maddələri verəndə kakosu yəni heroini qramı 14 manatdan, metamfetamini qramı 21 manatdan, metadonu isə bir ədədini 5 manatdan pulun iranlıya göndərməli olmuşlar. O, 2-ci dəfə gətirdiyi maldan 3-4 gün sonra Ramillə görüşmüş və ona 650 manat pul vermişdir. Həmin pulu da yenə gedib Dalğa marketə İranlıya göndərmişlər. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefonuna Ramil istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefon vasitəsilə zəng edərək onunla işinin olduğunu demiş və ortaq dostları Pərvizin evinə çağırmışdır. Ramil ona İrandan narkotik vasitə gətirmək üçün 500 manat borc pul lazım olduğunu demişdir. O, isə cavab olaraq Ramilə demişdir ki, hal-hazırda nəğd formada həmin məbləğdə pulu yoxdur. Ramil də ona məxsus olan 2 ədəd “Xiaomi Note 8” və “Xiaomi Mi A2 Lite” markalı mobil telefonları satıb pul götürməyi xahiş etdikdə o, razılaşmışdır. Əlavə olaraq Ramilə bu dəfə narkotik vasitələrin miqdarının azaldılmasını demişdir. Çünki bundan əvvəl gətirərkən narkotik vasitələrin miqdarının çox olması səbəbindən gizlətdiyi hissədə müəyyən qabarıqlıqlar yaranmışdır. 20 oktyabr tarixində günorta radələrində Ramil yaşadığı ünvana gələrək onu çağırmış və telefonlara aid sənədləri götürdükdən sonra razılaşdığı kimi telefonları satması üçün “28 Mail” ticarət mərkəzinin yanında yerləşən telefon mağazasına getmişlər. Ona məxsus 2 ədəd “Xiaomi Note 8” və “Xiaomi Mi A2 Lite” markalı mobil telefonları 460 manat qarşılığında satmışlar. Pulu götürdükdən sonra Ramillə birlikdə 28 May metrosuna getmişlər və metronun içərisində sarı rəngdə olan Ödəniş terminalı vasitəsilə 350 manat məbləğində pulu iranlı dostuna göndərmişlər. Ramil pulu göndərdikdən dərhal sonra istifadəsində olan mobil telefon vasitəsilə iranlı dostuna zəng edərək 350 manat pulu onun hesabına göndərdiyini və qalan borcunu da yavaş-yavaş ödəyəcəyini demişdir. Daha sonra ona 50 manat yol və otel xərcini verdikdən sonra evə qayıtmışdır. Paltarlarını dəyişdikdən sonra Ramil ilə görüşmüş və birlikdə 20 Yanvar metrosunun yaxınlığında olan taksi dayanacağına getmişlər. Ramil onu yola salanda İranda olarkən onunla gecə saatlarında görüşəcəklərini demişdir. İranın Biləsuvarına çatdıqdan sonra Ramilə istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi ilə Ramilin istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsilə sms yazaraq məlumat vermişdir. Ramil ona həmin şəxslərin sabah günorta 13:00-a qədər eyni görüş məkanına gələcəklərini demişdir. 21 oktyabr tarixində saat 12 radələrində Ramil ona istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə sms yazaraq otelin qarşısına düşməsini və üzərində olan geyimləri ona bildirməsini demişdir. Otelin qarşısına çatanda Ramilə “Whatsapp” proqramı vasitəsilə məlumat vermiş, həmçinin üzərində olan geyimlər və rəngləri barədə yazmışdır. 5 dəqiqə keçməmişdir ki, həmin boz rəngdə maşında eyni şəxslər ona yaxınlaşaraq minik avtomobilinin ön şüşəsini aşağı salıb rəngli sellofan paketi ona təhvil verərkən yenə də Ramil ilə mobil telefon vasitəsilə danışdığına şahid olmuşdur. Otelə qayıdıb otağına daxil olduqdan sonra bağlamanı açıb “Whatsapp” proqramı vasitəsilə Ramilə zəng edərək ona verilən bağlamada olan bükümləri izah etməyə başlamışdır. 7 ədəd bükümlərdə narkotik vasitə hesab edilən heroin və tiryək, psixotrop maddə hesab edilən metamfetamin və qəhvəyi rəngli dairəvi formalı həblərin olduğunu Ramilə demişdir. Ramil də ona bükümlər barədə məlumatlı olduğunu, iranlı dostu ilə “Whatsapp” proqramı vasitəsilə görüntülü söhbət edərkən ona göstərdiyini demişdir. Ramil ona nahar olduğu üçün Biləsuvar gömrük postunda sakitçilik olduğunu deyərək həmin bükümləri alt paltarında gizlədərək geri qayıtmasını bildirmişdir. Həmin bükümləri alt paltarında gizlətmiş, Biləsuvar gömrük postuna çatdıqda gömrük işçiləri ondan şübhələnərək üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama zamanı üzərindən - əynində olan alt paltarı-qısa tumanın ön orta hissəsində olan cibindən, gömrük nəzarətindən gizlədilmiş, 7 ədəd sellofan büküm aşkar edilmişdir. Sonra həmin bükümlərə baxış keçirilmiş, bükümlərdən 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 21 qram (13 qram və 8 qram olmaqla) təşkil edən ağ rəngli, xırda kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 99 qram (59 qram və 40 qram olmaqla) təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 43 qram (22 qram və 21 qram olmaqla) təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddə və 1 ədədinin içərisində 29 ədəd üzərində F/M 40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblər olduğu məlum olmuş və qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Üzərində olan alt paltarı-qısa tumanın ön orta hissəsində olan cibində, gömrük nəzarətindən gizlədilmiş, 7 ədəd sellofan bükümlərdə nə olduğunu qabaqcadan bilmiş, Ramil ona öncədən veriləcək narkotik vasitə və psixotrop maddələr barədə məlumat vermişdir. Həmçinin özü İranın Biləsuvar şəhərində qaldığı oteldə həmin bükümləri yoxladığını qeyd etmişdir. İranın Biləsuvar şəhərində olarkən narkotik vasitə və psixotrop maddələri ona verən şəxslərin əlaqə telefonları, həmçinin görünüşləri barədə bildirmişdir ki, həmin şəxslə birbaşa əlaqəni Ramil yaratmış, həmin şəxsin əlaqə nömrələri heç vaxt onda olmamışdır. Həmin şəxs narkotik vasitə və psixotrop maddələri ona verərkən nəqliyyat vasitəsində olduğu üçün həmin şəxsin görünüşü barədə dəqiq cavab verə bilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri satıb qazanc əldə etmək məqsədilə gedib gətirmiş, Ramilə vermiş, Ramil də bir miqdar satmaq üçün ona vermiş, o, da satıb pulunu bir yerdə İranlı şəxsə göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 göstərdiyi xususatla bağlı, yəni ondan narkotik vasitələr alıb istifadə etməsi, onu tanışı Pərviz adlı şəxsin vasitəsilə tanıdığını və bu faktın Pərviz tərəfindən də təsdiq edilə biləcəyi ilə bağlı Ramilin yalan danışdığını bildirmişdir. Belə ki, o, dəfələrlə Ramildən mal alıb istifadə etdiyini, hətta Pərvizlə birgə gedib onun yaşadığı Lökbatandakı evindən mal götürdüklərini, bir neçə dəfə pulları olmadığından Ramilin onlara mal vermədiyini qeyd etmişdir. Ramil həmin ərəfələrdə İrana gedib gəlmiş və özü mal gətirmişdir. Lakin sonradan İrana gedə bilməmiş, axtarışda olduğunu ona bildirmiş, ona görə də son vaxtlar gəlib Yasamal tərəfdən mal almışdır. O, hər zaman gedib Ramildən mal aldığını, əsasənda kakos yəni, heroin və şişə yəni metamfetamin alıb istifadə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatla bağlı İİR-dən gətirilən narkotik vasitələrin və psixotrop maddələrin satışında iştirak etmədiyini, lakin yekunda ona 1000 manat pul veriləcəyini bildirmiş, Ramilin dediklərinin tamamilə yalan olduğunu, hər dəfə narkotik vasitələr gətirib Ramilə verdiyini, Ramil də müəyyən miqdar satması üçün ona verdiyini bildirmişdir. Təxminən 4 il narkotik vasitə sayılan heroindən istifadə etmişdir. Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmm qaçaqmalçılığının, əldə edilməsinin, saxlanılmasının və satışının cinayət məsuliyyəti yaratdığını qabaqacadan bilmişdir. Təqsirləndirilən şəxs1 cinayət işinin istintaqı zamanı əlavə dindirilərkən isə o, əvvəlki ifadələrini danaraq qismən təsdiq etmiş, törətdiyi qaçaqmalçılıq, o cümlədən qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi cinayətində Təqsirləndirilən şəxs2 iştirakının olmadığını, sadəcə olaraq gətirdiyi narkotik vasitələrdən Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün pay verməsini nəzərdə tutduğunu, atasının heç bir vaxt ondan narkotik vasitə götürüb satmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən bir il əvvəl tanımışdır. o, oteldə işləmış və işlədiyi həmin otelə bir çox əcnəbi vətəndaşlar, eləcə də İran İslam Respublikasının vətəndaşları gəlib-getmişlər. Bir gün Nicat ona zəng edib İran İslam Respublikası ərazisində olduğunu bildirmiş və möhkəm ağrıları olduğundan narkotik vasitə ala biləcəyi İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini istəmişdir. Həmin vaxt o, Nicata belə bir tanışının olmadığını bildirmişdir. Bir neçə gündən sonra Nicat onun işlədiyi etelə gəlib ağrılarının olduğunu, maddi imkanı aşağa olduğundan mal ala bilmədiyini və maşınını da satdığını deyərək onu mal ala biləcəyi İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini xahiş etmişdir. Bu zaman o, yenə də Nicata belə bir tanışının olmadığını demişdir. Bundan bir neçə gün sonra Nicat yenidən ona zəng edib İran İslam Respublikası ərazisində olduğunu demiş və möhkəm ağrıları olduğundan narkotik vasitə ala biləcəyi İran İslam Respublikasının vətəndaşı ilə tanış etməsini bir daha ondan xahiş etmişdir. Bu zaman o, Nicatı Cabir adlı İran İslam Respublikasının vətəndaşına yönəltmişdir. Daha sonra, Nicat ona zəng edib yol pulunun olmadığını deyərək qabağına çıxmasını xahiş etmişdir. Həmin vaxt o, pulunun olmadığını bildirmişdir. Lakin, sonradan o, Nicata zəng edib yol pulunu gətircəyini demişdir. Bundan sonra o, yol pulunu vermək üçün Nicatın yanına gedərkən onu tutmuşlar və onları Yasamal rayonu ərazisində yerləşən Gömrük komitəsinin istintaq orqanına aparmışlar. Orada ona çap olunmuş formada ifadə təqdim olunmuş və ona təzyiq göstərildiyindən həmin ifadəyə qol çəkmişdir. Onun həmin ifadədə nə yazılması barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı onun adından yazılmış ifadədə qeyd olunanlar düzgün olmamış, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ona verilmiş ittiham əsassız olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evində yaşayır. Əvvəllər “X16’də menecer vəzifəsində işləmişdir. Nadir hallarda narkotik vasitələrdən istifadə etmişdir, həbs edilməmişdən təqribən 2 ay əvvəl Pərviz adlı tanışı vasitəsi ilə Nicatla tanış olmuş, Nicatdan öz istifadəsi üçün narkotik vasitə sayılan heroin və psixotrop maddə sayılan metamfetamin almışdır. Eyni zamanda o, Pərvizində Nicatdan narkotik vasitə aldığını bildirmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Nicatdan narkotik almağa gedərkən onunla söhbət zamanı Nicata müalicə üçün İranın Parsabad şəhərinə mütəmadi getdiyini bildirmiş, Nicat isə İrandan narkotik vasitə sayılan heroin və psixotrop maddə sayılan metamfetamin əldə etməyin mümkün olub-olmadığını ondan soruşmuşdur. O, da istifadəsində olan +99***-***- **-** mobil telefon nömrəsi ilə əvvəllər İrana müalicə məqsədilə gedərkən Parsabadda tanış olduğu “Cabir” adlı İran vətəndaşına zəng etmiş, “Cabiri’ə məxsus olan +**********71 mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmçinin onu da qeyd etmişdir ki, İranda olduğu zaman Cabir ona İranda narkotik vasitələrin ucuz qiymətə olduğunu və alıcı olduğu təqdirdə Azərbaycan Respublikasına göndərə biləcəyini demişdir. O, yuxarıda qeyd etdiyi mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsilə telefon danışığı zamanı Cabirə heroin və metamfetamin lazım olduğunu bildirmişdir. Cabir də öz növbəsində ona heroin və metamfetamin sata biləcəyini və alacaq şəxsin istədiyi zaman İrana gələrək apara biləcəyini demişdir. Bundan sonra Nicata İrana gedərək Cabirlə görüşüb heroin və metamfetamin ala biləcəyini bildirmiş, lakin Cabirin nömrəsini Nicata verməmiş, əlaqəni özü yaratmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Nicat İrana yola düşmüş, İrana getdikdən sonra İranın Biləsuvar şəhərində olduğu yeri ona demişdir ki, bu barədə Cabirə məlumat versin. Nicat hal-hazırda adını xatırlamadığı otelin qarşısında olduğunu ona demişdir. O, da bu barədə Cabirə məlumat vermişdir. Cabir isə Nicata cəmi 2100 manat civarında heroin və metamfetamin satmışdır. Lakin, Nicatın pulu olmadığı üçün əldə etdiyi narkotik vasitələri Bakı şəhərinə gətirib satdıqdan sonra pulu verəcəyinə söz vermişdir. Bakıya qayıtdıqdan sonra əldə etdiyi narkotik vasitələrin bir hissəsini satdığını qalan hissəsini isə istifadə etdiyini bildirərək cəmi 2100 manat pulun 300 və 450 manatdan ibarət hissəsini Nicatla birlikdə Cabirə göndərmişlər. 1-ci dəfə razılaşmaları belə olmuşdur ki, Nicat gətirib burada satışını həyata keçirməli idi və əlində olan pulla həm İranlının pulunu göndərməli idi, həm də həmin pulla əlavə narkotik vasitə almalı idi. Onun işi isə X10 əlaqələndirməkdən və Nicat gətirib burada narkotiki satdıqdan sonra əldə edilən gəlirdən ona pul verməsindən ibarət olmuşdur. İkinci dəfə həmin tarixdən təxminən 1 həftə sonra Nicat ona istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi vasitəsilə istifadəsində olan +99***-***-**-** nömrəli mobil telefonuna zəng edərək yenidən İrana gedərək narkotik vasitə sayılan heroin, psixotrop maddə sayılan metamfetamin və əlavə olaraq narkotik vasitə sayılan metadon da almaq istədiyini demişdir. O, isə cavabında birincinin pulunun tam vermədiyini və ahnmayacağını Nicata demişdir. Nicat isə bu dəfə hər ikisinin də pulunu verəcəyinə söz vermişdir. O, Cabirlə əlaqə saxlayıb vəziyyəti ona bildirmişdir. Cabir isə razı olaraq Nicatın gəlib heroin, metamfetamin və metadon götürəcəyini demişdir. Eyni qayda ilə xx xxxxxxxx 2019-cu il tarixdə X9 şəhərinə getmiş və qaldığı otelin qarşısında Cabir ilə görüşmüşdür. Bu dəfə Cabir Nicata cəmi 2450 manat civarında heroin, metamfetamin və metadon satmışdır. Nicat Bakıya qayıtdıqdan sonra telefonları söndürmüş, o, təxminən 4-5 gün Nicatla əlaqə saxlaya bilməmişdir. Daha sonra Nicat ona sms yazaraq bildirmişdir ki, atası narkotik vasitələri təsadüfən görərək götürüb, satıb və atasının əlində hazırda 1200 manat pulu, özündə isə cəmi 700 manat pul olduğunu demiş, həmin 700 manat pulu Cabirə göndərmişlər. Cabir isə bundan narazı olduğunu deyərək daha narkotik vasitə satmaq istəmədiyini onlara demişdir. Bundan bir neçə müddət sonra Nicat ona istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsi ilə zəng edərək narkotik vasitə əldə edib Azərbaycana gətirmək məqsədilə İrana getmək istədiyini demişdir. O, da Cabirin nisyə narkotik vasitə vermək istəmədiyini Nicatın nəzərinə çatdırmışdır. Nicat isə belə olduğu təqdirdə özünə məxsus 2 ədəd mobil telefonunu sataraq pul əldə edəcəyini ona bildirmişdir. Bundan sonra birlikdə “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən telefon mağazasına gedərək 450 manat qarşılığında ona məxsus 2 ədəd mobil telefonunu satmışdır. Pulu əldə etdikdən sonra Nicat Cabirlə danışmağı ondan xahiş etmişdir. Bundan sonra o, Cabirlə əlaqə saxlayaraq Nicatın 450 manat pulu olduğunu demişdir. Nicatın yenidən onları aldatmaması üçün Cabirə göndərəcəyi pul dəyərində narkotik vasitə ala biləcəklərini demiş və Cabirlə 350 manat göndərmələri barədə razılığa gəldikdən sonra Nicatla birlikdə ödəniş terminalından pulu Cabirə göndərmişlər. Onun burada qazancı ondan ibarət olmuşdur ki, Nicat gedib oradan narkotik gətirib satmalı və ona ***-**** manat arası pul verməli idi. Çünki, Nicat hər dəfə gedib gələndə nəinki ona hörmət etmək, hətta malın belə pulunu verməmişdir. Bundan sonra Cabirlə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayarkən Cabir ona demişdir ki, hədiyyə kimi 1 dəfəlik istifadə üçün həşiş göndərəcəkdir. Bu barədə Nicata məlumat verməmiş, həmçinin narkotik vasitə olan metadon həblərindən və psixotrop maddə olan metamfetaminin müəyyən qədərini şəxsi istifadəsi üçün Nicat ona verəcəkdi. X9 şəhərinə çatdıqdan sonra eyni qaydada Cabirlə qaldığı otelin yaxınlığında görüşərək narkotik vasitələri ondan almışdır. Bundan sonra Nicatı nəzarətdə saxlamaq üçün tez-tez ona “Whatsapp” proqramı vasitəsilə sms mətnləri yazmışdır. Nicat ona Bakıya çatdığını lakin yol pulunun olmadığı üçün pul lazım olduğunu demişdir. O, da son pulunu ev üçün xərclədiyini Nicata demişdir. Lakin daha sonra evdən pul götürərək onunla görüşmək üçün Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsi adlanan yerə getmişdir. Lökbatan dairəsinə çatdıqdan sonra Nicatın yanma yaxınlaşanda 18 radələrində saxlanılaraq Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda aparılmış şəxsi yoxlama zamanı üzərindən - əynində olan alt paltarıqısa tumanın ön orta hissəsində olan cibindən, gömrük nəzarətindən gizlədilmiş, 7 ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Bükümlərdən 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 21 qram (13 qram və 8 qram olmaqla) təşkil edən ağ rəngli, xırda kristallik formada psixatrop maddə metamfetaminə oxşar maddə, 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 99 qram (59 qram və 40 qram olmaqla) təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 2 ədədinin içərisində qablaşdırmaları ilə birgə ümumi çəkisi 43 qram (22 qram və 21 qram olmaqla) təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddə və 1 ədədinin içərisində 29 ədəd üzərində F/M 40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblər olduğu məlum olmuş və qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Təqsirləndirilən şəxs2 əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Nicatı Pərviz vasitəsilə tanımış, Pərviz və Nicat ondan narkotik vasitələr alıb istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri ayaqqabısında gizlədərək Azərbaycana gətirdiyini ona demiş, lakin, xx xxxxxxx 2019-cu il tarixdə Nicatın narkotik vasitələri və psixotrop maddələri Ölkə ərazisinə gizlədərək gətirməsi üçün ona istifadə etdiyi alt paltarı vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu İl tarixli ifadəsində ona məxsus olan 2 ədəd “Xiaomi Note 8” və “Xiaomi Mi A2 Lite” markalı mobil telefonları 28 Mail ticarət mərkəzinin yanında yerləşən telefon mağazalarının birində sataraq pul götürməsinin onun tərəfindən təklif edilməsi ilə bağlı Nicatın dediklərinin yalan olduğunu, Cabirdən pulsuz narkotik vasitə ala bilməyəcəyini bildiyi üçün Nicatın özü ona məxsus olan telefonları satmasını təklif etdiyini qeyd etmişdir. Birlikdə həmin mobil telefonu satdıqlarını və ordan da birbaşa gedib pulu Yasamal rayonunda yerləşən telefon qovşağı stansiyasının (ATS) arxasında yerləşən “Dalğa marketidə olan ödəniş terminalları vasitəsilə ödədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona ilk dəfə gedib qayıtdıqdan sonra gətirdiyi maldan şəxsi istifadəsi üçün 2 qram şişə, 3 qram kakos və 6 ədəd metadon vermiş, satış üçün verməmiş, geri qalanını isə 350 və 400 manat olmaqla ayrı-ayrı vaxtlarda Cabirə göndərmişlər. Nicat hər zaman onu aldatmışdır ki, narkotik vasitələri gah özü istifadə edib, gah da itiribdir. Yəni dolayı yolla onu və Cabiri aldatdığım bildirmişdir. 2ci dəfə də Nicat ona İstifadəsi üçün 2 qram kakos vermiş, qalanını isə Özü İlə aparmış, satdığı puldan da 700 manatını isə Cabirə bir yerdə göndərmişlər. Həmçinin o, Pərviz və Ziya adlı şəxslərin əlaqə nömrələrini bilmədiyini qeyd etmişdir. Lakin, narkotik vasitələrin satışından Nicata nə qədər pul çatacağını dəqiq bilməmiş, Cabirə isə 1500-2000 manat aralığında pul verməli olduğunu bilmişdir. Həmin pulu birlikdə ödəniş terminalı vasitəsilə Cabirə göndərəcəklərini qabaqcadan danşmışlar, birinci və ikinci partiyalarda Nicat onları aldatdığı üçün ona çatacaq pulu verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitə hesab edilən marixuana və metadondan istifadə etdiyini, arada kakosdan da istifadə etdiyini bildirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm qaçaqmalçılığının, əldə edilməsinin, saxlanılmasının və satışının cinayət məsuliyyəti yaratdığını bilmiş, eyni zamanda Nicatın xahişi ilə Cabirdən narkotik vasitələri özü sifariş etdiyini, Cabirin də ona ödənilməli olan pul məbləğini dediyini qeyd etmişdir. Sonuncu dəfə isə həbs edilməmişdən 3-4 gün əvvəl Nicatın gətirdiyi “metadon” həblərindən istifadə etdiyini, Nicatın ona bir ədədini 15 manata satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı əlavə dindirilərkən isə o, əvvəlki ifadələrini danaraq qismən təsdiq etmiş, törətdiyi qaçaqmalçılıq, o cümlədən qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi cinayətində özünü təqsirli hesab etməmiş, iştirakının olmadığım, sadəcə olaraq Nicat Əliyevdən şəxsi istifadəsi üçün narkotik vasitələr almasını nəzərdə tutduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi X1-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu İl tarixdə saat 15 radələrində Biləsuvar Gömrük Postunun piyada keçid məntəqəsində İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 yoxlama xəttinə daxil olmuş və özünü şübhəli apardığı üçün hal şahidlərnin iştirakı ilə gömrük əməkdaşı tərəfindən üzrəində yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən - əynində olan alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibində gömrük nəzarətindən gizlədilmiş 7 ədəd sellofan büküm aşkar edilib elektron tərəzidə çəkilmiş və həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən bükümlərdən iki ədədinin İçərisindən qablaşdırılmaları ilə birlikdə 13 və 18 qram olmaqla ümumi çəkisi təxminən 21 qram olan ağ rəngli, xırda kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, növbəti 2 ədəd bükümdən 59 və 40 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, digər 2 ədəd bükümün içərisindən 22 və 21 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəksi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin və 1 ədəd bükümün içərisindən isə 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblərin olduğu müəyyən olunmuşdur. Gömrük əməkdaşı tərəfindən aparılmış şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri Bakı şəhərində yaşayan “Ramil” adlı şəxsin sifarişi əsasında İrandan alıb gətirdiyini qeyd etmişdir. Qeyd edilən xüsusatla bağlı əməliyyat tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də “Ramil” adlı şəxsin müəyyən edilərək ifşa olunması üçün komitə sədrinin müavini Əsgər Abdullayev tərəfindən xx xxxxxxx 2019-cu il tarixli 029 nömrəli “əməliyyat qrupunun yaradılması və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərara əsasən əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə olunmaqla Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin X1-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3, Cənub Ərzai Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat müvəkkili Şahid5 və Cənub Ərazi Baş Gömrük İdarəsinə ezam olunmuş “Azərterminalkompleks” Birliyinin böyük mühafizəçisi Şahid4 əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Beləliklə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş və “Ramil” adlı şəxsin Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinin ətrafında gözləyəcəyi, həmin yerdə narkotik vasitələri Təqsirləndirilən şəxs1 təhvil alacağı müəyyən edilmişdir. Beləliklə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün yəni, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində “Ramil” adlı şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq cəmi 7 ədəd bükümlərdə olan maddələri N. Səfərovdan təhvil almaq istəyərkən ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamış və Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında “Ramil” adlı şəxslə tərəflərindən aparılmış sorğu-sual zamanı onun ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 qeyd edilən 07 ədəd bükümlərdə olan narkotik vasitələri və psixotrop maddəni İİR-dan alıb ölkə ərazisinə keçirməsi üçün Təqsirləndirilən şəxs1 özü sifariş etdiyini onlara bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 əməllərinə hüquqi qiymət verilməsi üçün onlar Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və X2 şöbəsinə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin X1-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3, ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahidlər Şahid5 və Şahid4 ibitidai istintaq zamanı verdikləri, məhkəmədə tədqiq edilən ifadələrində şahidlər Şahid2 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində mühafizəçi vəzifəsində işləyir, lakin, xidməti zərurətlə əlaqədar Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postuna ezam olunmuş, orada İran İslam Respublikasından gələn şəxslərə gömrük nəzarətini həyata keçirir. İş bölgüsünə əsasən xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Biləsuvar Gömrük Postunun piyada keçid məntəqəsində xidməti vəzifəsini yerinə yetirərkən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 yoxlama xəttinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 pasport qeydiyyatından keçdikdən sonra onun hərəkətləri şübhə yaratdığından onunla şifahi sorğu-sual aparıb üzərində qanunla qadağan edilmiş, yaxud dövriyyəsinə məhdudiyyət qoyulmuş habelə gömrük orqanına bəyan edilməli hər hansı predmetin-narkotik vasitələrin, psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, əgər varsa könüllü olaraq təhvil verməsini təklif etmişdir. Lakin, Təqsirləndirilən şəxs1 ona üzərində qanunla qadağan edilmiş və ya gömrük orqanına bəyan edilməli olan hər hansı bir predmetin olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş və bu barədə ona məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinin tələblərinə uyğun olaraq iki nəfər hal şahidi dəvət etmiş və Təqsirləndirilən şəxs1 üzərində yoxlama aparmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən - əynində olan alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibində gömrük nəzarətindən gizlədilmiş 7 ədəd sellofan büküm aşkar edilib elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərə ayrı- ayrılıqda baxış keçirilərkən bükümlərdən iki ədədinin içərisindən qablaşdırılmaları ilə birlikdə 13 və 18 qram olmaqla ümumi çəkisi təxminən 21 qram olan ağ rəngli, xırda kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, növbəti 2 ədəd bükümdən 59 və 40 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, digər 2 ədəd bükümün içərisindən 22 və 21 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəkisi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin və 1 ədəd bükümün içərisindən isə 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblərin olduğu müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs1la şifahi sorğu-sual apararkən həmin maddələri Bakı şəhərində yaşayan “Ramil” adlı şəxsin sifarişi əsasında İrandan alıb gətirdiyini qeyd etmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin naməlum maddələr protokol əsasında götürülmüş və sellofan paketdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Tərtib edilmiş sənədlər Təqsirləndirilən şəxs1, eləcədə digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildikdən sonra tərtib olunmuş sənədlər maddi sübutla birgə araşdırma aparılması məqsədilə Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X3 şöbəsinə təqdim olunmuşdur. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə həmyerlisi Şahid6la birlikdə Biləsuvar Gömrük postunun qarşısında olarkən təxminən saat 15 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşaraq Azərbaycan Respublikasına İran İslam Respublikasından gələn bir nəfərin üzərində şəxsi yoxlama aparılacağını, bu yoxlama zamanı hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməmiş və postun ərazisinə daxil olmuşdur. Şəxsi yoxlama otağında onlara əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Yoxlama aparılmazdan əvvəl gömrük əməkdaşı Təqsirləndirilən şəxs1la şifahi sorğu-sual aparmaqla üzərində və ya daxili orqanlarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, eləcədə digər qanunla qadağan olunmuş və ya mütləq bəyan edilməli olan əşyaların olub-olmadığını soruşmuş, əgər vardırsa könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 isə üzərində və daxili orqanlarında qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs1 verilən suallara dolayı və həyacanlı cavab verməsi gömrük əməkdaşında ona qarşı olan şübhələri artırdığından Təqsirləndirilən şəxs1 üzərində onların iştirakı ilə şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən - əynində olan alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibində gömrük nəzarətindən gizlədilmiş 7 ədəd sellofan büküm aşkar edilib elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən bükümlərdən iki ədədinin içərisindən qablaşdırılmaları ilə birlikdə 13 və 18 qram olmaqla ümumi çəkisi təxminən 21 qram olan ağ rəngli, xırda kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, növbəti 2 ədəd bükümdən 59 və 40 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, digər 2 ədəd bükümün içərisindən 22 və 21 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəksi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin və 1 ədəd bükümün içərisindən isə 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblərin olduğu müəyyən olunmuşdur. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 qeyd edilən maddələri hansı səbəbə görə və nə üçün ölkə ərazisinə keçirdiyini soruşarkən o, həmin maddələri Bakı şəhərində yaşayan “Ramil” adlı şəxsin sifarişi əsasında İrandan alıb gətirdiyini qeyd etmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin naməlum maddələr gömrük əməkdaşı tərəfindən protokol əsasında götürülmüş və iştirakları ilə sellofan paketdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Tərtib edilmiş sənədlər Təqsirləndirilən şəxs1, eləcədə onunla yanaşı digər İştirakçılar tərəfindən də imzalanaraq təsdiq olunmuşdur. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən - əynində olan alt paltarı-qısa tumanının ön orta hissəsindəki cibində gömrük nəzarətindən gizlədilmiş 7 ədəd sellofan büküm aşkar edilib elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən bükümlərdən iki ədədinin içərisindən qablaşdırılmaları ilə birlikdə 13 və 18 qram olmaqla ümumi çəkisi təxminən 21 qram olan ağ rəngli, xırda kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, növbəti 2 ədəd bükümdən 59 və 40 qram olmaqla qablaşdırılmaları ilə birgə ümumi çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, digər 2 ədəd bükümün içərisindən 22 və 21 qram olmaqla qablaşdırılmaları İlə birgə ümumi çəksi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin və 1 ədəd bükümün içərisindən isə 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı naməlum həblərin olduğu müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 20-21-ci vərəqlərində olan protokoldan da görünür ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 ədəd bükümdə narkotik vasitələri və psixotrop maddələri təhvil alacaq “Ramil” adlı şəxsin Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinin ətrafında gözləyəcəyi, həmin yerdə narkotik vasitələri Təqsirləndirilən şəxs1 təhvil alacağı müəyyən edilmişdir. Əməliyyat tədbirləri nəticəsində həmin gün yəni, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində “Ramil” adlı şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq cəmi 07 ədəd bükümlərdə olan maddələri Təqsirləndirilən şəxs1 təhvil almaq istəyərkən ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamış və Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında “Ramil” adlı şəxslə tərəflərindən aparılmış sorğu-sual zamanı onun Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Cinayət işinin 1-ci cildinin 87-90-cı vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tutulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun 14-cü kilometrində, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində köməkçi yolda avtobus dayanacağının yaxınlığıdır. Cinayət işinin 1-ci cildinin 216-217-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət sərhədini keçməsini müəyyən etmək üçün X7 baxış keçirilmişdir. X7 baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikasının dövlət sərhədindən keçməklə İİR-na gedib-gəlməyə başlamış, həmçinin o, 2019-cu il tarixdə cəmi 3 dəfə İran İslam Respublikasına getmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 02:22-də Biləsuvar Sərhəd nəzarət məntəqəsində pasport qeydiyyatından keçməklə İran İslam Respublikasına getmiş, həmin gün 19:05-də eyni qayda ilə ölkə ərazisinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs1 ikinci dəfə xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:01-də Biləsuvar Sərhəd nəzarət məntəqəsində pasport qeydiyyatından keçməklə İran İslam Respublikasına getmiş, bir gün sonra yəni, xx xxxxxxxx 2019-cu il tarixdə eyni qayda ilə saat 08:13-də ölkə ərazisinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs1 sonuncu dəfə isə xx xxxxxxx 2019-cu il tarixdə saat 03:06-da Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə İran İslam Respublikasına getmiş və həmin gün eyni qayda ilə saat 15:24-də Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçib ölkə ərazisinə geri qayıdarkən DGK-nin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda onun üzərindən narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 45-47, 72-75-ci vərəqlərində olan protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus “SAMSUNG” markalı mobil telefon aparatlarına baxış keçirilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “WhatsApp” mobil əlaqəsində olan yazışmalar aşkar edilmişdir. Həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 sizə “çıxmısan otelden? Malı götürməmişdən qabağ tap a tarap cavab verirdin indi niyə vermirsen? Yaxşı yaxşı, Nicat mənən təmiz oyna, malun da olacaq, pulunda həmişə olacaq. Bu gunə qədər olanlar heç, ama bunan sonra duz oyna mənən” mətinləri yazmışdır. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 həmin tarixdə bir biri ilə digər “WhatsApp” mobil əlaqəsində olan yazışmalardan da görünür ki, onların əməlində həqiqətəndə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi faktları təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 103-111-ci vərəqlərində olan protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 İlə Təqsirləndirilən şəxs2 arasında ilkin ibtidai istintaq zamanı üzləşdirmə keçirilmiş, üzləşmə zamanı da onlar ilkin ifadələrində göstərdikləri xüsusatları biri-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Cinayət işinin 1-ci cildinin 81-85-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxxx 2019-cu İl tarixli, 26450 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 39,500 qram və 58,000 qram ümumi təmiz çəkisi 97,500 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 ədəd bükümlərdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 20,437 qram və 19,620 qram, ümumi təmiz çəkisi 40,057 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 02 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12,100 qram və 8,000 qram, ümumi təmiz çəkisi 20,100 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr - Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir; üzərində “F/M40” nişanəsi olan 29 ədəd qəhvəyi rəngli tabletlər təsiredici maddəsinin bümumi miqdarı 1,16 qram olan Azərbaycan Respublikasının ərzisində dövriyyəsi məhdutlaşdırılan narkotik vasitə - metadondur. Bir ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,040 qramdır. Qeyd: heroinin ümumi təmiz çəkisi - 97,500 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 97,450 qram. tiryəkin ümumi təmiz çəkisi - 40,057 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq 39,957 qram. metamfetaminin ümumi təmiz çəkisi - 20,100 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 20,050 qram. 29 ədəd metadon F/M40 tableti, tədqiqata sərf edildi - 1 ədəd, qalıq 28 ədəd. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 3032 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 3-4-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 3034 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 81-83-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, 89 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 176-178, 2-ci cildinin 9-10, 118-141, 143-cü vərəqlərində olan protokol və qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin narkotik vasitəsinin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 39,500 qram və 58 qram olmaqla ümumi təmiz çəkisi 97,500 qram, tiryək narkotik vasitəsinin ilkin çəkisi ayrı-ayrılıqda 20,437 qram və 19,620 qram olmaqla ümumi təmiz çəkisi 40,057 qram, metadon narkotik vasitəsinin ilkin təsiredici maddəsinin miqdarı 1,16 qram, sayı 29 ədəd, metamfetamin psixotrop maddəsinin isə ayrı-ayrılıqda çəkiləri 12,100 qram və 8 qram olmaqla ilkin ümumi təmiz çəkisi 20,100 qram hesab olunmuş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 97,450 qram qalmış heroin narkotik vasitəsi, 39,957 qram qalmış tiryək narkotik vasitəsi, 28 həb qalmış metadon narkotik vasitəsi və 20,050 qram qalmış metamfetamin psixotrop maddəsinin əhəmiyyət kəsb etdiyindən xx xxxxxxx 2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmış, maddi sübut təhvil verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ön orta hissəsindəki cibində narkotik vasitələr və psixotrop maddələri keçirtdiyi əynində olan alt paltarı-qısa tuman əşyaların təhvil verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş, əhəmiyyət kəsb etdiyindən həmin alt paltarı-qısa tuman xx xxxxxx 2019-cu il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini iş materiallarına uyğun olmayan, məsuliyyətdən azad olunmaları üçün müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və həmin ifadələri inandırıcı hesab etmir. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi özlərinin qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 25-26, 112-114-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 52-53, 125-127-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarı ilə təyin edilmiş cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə , CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərindən peşiman olmaları onların cəzalarını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 108,40 (yüz səkkiz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 54,20 AZN (əlli dörd manat iyirmi qəpik), Təqsirləndirilən şəxs2 54,20 AZN (əlli dörd manat iyirmi qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Bakı şəhər Qaradağ RPİ-də saxlanılan heroin narkotik vasitəsinin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 39,500 qram və 58 qram olmaqla ümumi təmiz çəkisi 97,500 qram, tiryək narkotik vasitəsinin ilkin çəkisi ayrı-ayrılıqda 20,437 qram və 19,620 qram olmaqla ümumi təmiz çəkisi 40,057 qram, metadon narkotik vasitəsinin ilkin təsiredici maddəsinin miqdarı 1,16 qram, sayı 29 ədəd, metamfetamin psixotrop maddəsinin isə ayrı-ayrılıqda çəkiləri 12,100 qram və 8 qram olmaqla ilkin ümumi təmiz çəkisi 20,100 qram hesab olunmuş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 97,450 qram qalmış heroin narkotik vasitəsi, 39,957 qram qalmış tiryək narkotik vasitəsi, 28 həb qalmış metadon narkotik vasitəsi və 20,050 qram qalmış metamfetamin psixotrop maddələri məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, digər maddi sübut olan alt paltarı-qısa tuman Bakı şəhər Qaradağ RPİ tərəfindən məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən İbtidai istintaqda göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X8 üçün 228 (iki yüz iyirmi səkkiz) manat, X6 üçün 228 (iki yüz iyirmi səkkiz) manat Bakı şəhər «Mərkəz» bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdikləri hüquqi yardıma görə Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx manat) olmaqla ümumilikdə 480 AZN (dörd yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 108,40 (yüz səkkiz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 54,20 AZN (əlli dörd manat iyirmi qəpik), Təqsirləndirilən şəxs2 54,20 AZN (əlli dörd manat iyirmi qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Bakı şəhər Qaradağ RPİ-də saxlanılan heroin narkotik vasitəsinin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 39,500 qram və 58 qram olmaqla ümumi təmiz çəkisi 97,500 qram, tiryək narkotik vasitəsinin ilkin çəkisi ayrı-ayrılıqda 20,437 qram və 19,620 qram olmaqla ümumi təmiz çəkisi 40,057 qram, metadon narkotik vasitəsinin ilkin təsiredici maddəsinin miqdarı 1,16 qram, sayı 29 ədəd, metamfetamin psixotrop maddəsinin isə ayrı-ayrılıqda çəkiləri 12,100 qram və 8 qram olmaqla ilkin ümumi təmiz çəkisi 20,100 qram hesab olunmuş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 97,450 qram qalmış heroin narkotik vasitəsi, 39,957 qram qalmış tiryək narkotik vasitəsi, 28 həb qalmış metadon narkotik vasitəsi və 20,050 qram qalmış metamfetamin psixotrop maddələri məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, digər maddi sübut olan alt paltarı-qısa tuman Bakı şəhər Qaradağ RPİ tərəfindən məhv edilsin. İbtidai istintaqda göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X8 üçün 228 (iki yüz iyirmi səkkiz) manat, X6 üçün 228 (iki yüz iyirmi səkkiz) manat Bakı şəhər «Mərkəz» bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdikləri hüquqi yardıma görə Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx manat) olmaqla ümumilikdə 480 AZN (dörd yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar