Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X8, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxslər : Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, tərcüməçi X4 iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Səlim-Oba kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivi, bağ evi 529-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 128, 178.3.2 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, dövlət mülkiyyətində olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmamış, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, X9 etibarından sui istifadə edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə 2019-cu ilin dekabr ayının əvvəllərində Binəqədi rayonu 6-cı mkr. ərazisində 7000 manat, daha sonra həmin torpaq sahəsində tikintinin davam etdirilməsinə aidiyyəti dövlət orqanlarından icazə alınması üçün 14 dekabr 2020-ci il tarixdə Goradil bağlar massivində 15000 ABŞ dolları nisbətində 25500 manat, həmin torpaq sahələrində tikinti işlərinin aparılması üçün 14000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun ümumilikdə 46.500 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində “Abşeron Marina” istirahət mərkəzinin yanında yerləşən 0,12 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək həmin torpaq sahəsini sonuncuya satmaq və gələcəkdə həmin torpaq sahəsinə çıxarış əldə ediləcəyinə dair vəd verib 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerələşən «Moskva» Univermağı yaxınlığında Zərərçəkmiş şəxs1 24000 manat, həmin torpaq sahəsində tikinti işləri aparmaq adı ilə 20000 manat olmaqla Zərərçəkmiş şəxs1 vahid qəsdlə ümumilikdə 44000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,03 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, 05 aprel 2020-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək aldatmaqla, həmin torpaq sahəsini satmaq və gələcəkdə çıxarış əldə ediləcəyinə dair vəd verib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 529 nömrəli bağ evində Zərərçəkmiş şəxs2 12000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 05 may 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 529 nömrəli bağ evində olarkən, aralarında torpaq sənədi ilə əlaqədar narazılığa aydınlıq gətirilməsi üçün onun yaşadığı ünvana gəlmiş Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyətində saxladığı «alabay» itini Zərərçəkmiş şəxs2 və sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs7 üzərinə qəsdən yönəltməsi nəticəsində həmin it, eyni zamanda həyətdə olan digər it Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif yerlərindən dişləmiş, nəticədə Zərərçəkmiş şəxs7 - alm, gicgah nahiyələrinin, hər iki saidin, sağ qulaq seyvanının, sağ dirsək oynağının, sol mil-bilək oynağının, sol əlin, hər iki baldırın, budun deşilmiş-cırılmış yaraları ilə müşayiət olunan, ümumi təhlükəli üsulla şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa o, 12 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 ona zəng edərək, əri Şahid7 spirtli içkiyə sövq etməsini bildirib onun anasının ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən, Zərərçəkmiş şəxs4 yaşıdığı Binəqədi rayonu, Goradil bağlar massivi, nömrəsiz bağ evinə gələrək, sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs4mn sol göz nahiyəsindən qəsdən yumruqla bir dəfə vuraraq ona, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs1lə tanışlığı yaranmışdır. Onlar uzun müddət onunla bağ qonşusu olmuşdur, lakin orada yaşamamışdır. Anarla tanışlığı zamanı onun tikinti işi ilə məşğul olduğunu bilmiş, həmçinin Anar da onun ticarətlə məşğul olduğunu bilmişdir. Anar ona şərikli torpaq sahəsinin alınması və torpaq sahəsində tikinti apardıqdan sonra həmin yeri obyekt kimi işlətməyi və qazanc əldə etməyi təklif etmişdir. Daha sonra Anar Binəqədi rayon icra nümayəndəliyində işləyən Elçin adlı şəxslə birlikdə ona Goradil bağlar massivində münasib yer olarsa, almağı təklif etmişdir. Sonra Goradil bağlar massivində yolun kənarında Rövşən adlı şəxsə məxsus olan boş torpaq sahəsinin olduğunu bilmiş, lakin Rövşən adlı şəxsi tapa bilməmişdir. Binəqədi İcra Hakimiyyətinin əməkdaşı Elçin adlı şəxs onlara bildirmişdir ki, Rövşəni tapmaq üçün həmin boş torpaq sahəsinə 100-200 ədəd kubik daşlar tökülsün və Rövşən bunu gördükdə nə baş verməsini bilmək üçün müraciət edəcəkdir. X16 torpağı satacağına əmin olmuşdur. O, Anarla 100 ədəd kubik daşlarını həmin torpaq sahəsinə tökmüş, lakin bir müddət keçməsinə baxmayaraq Rövşəndən xəbər olmamışdır. Bir müddət sonra Möhkəm adlı qonşusuna müraciət etmiş, Rövşənin tapılmasında ona köməklik etməsini xahiş etmişdir. Daha sonra Möhkəm ona Rövşənin nömrəsini tapdığını bildirib həmin nömrəni ona vermiş, həmin nömrə ilə Rövşənlə əlaqə saxlayıb özünü təqdim edib torpaq sahəsini satıb-satmadığını soruşmuşdur. Rövşən də ona torpaq sahəsini satmaq istədiyini demiş, bundan sonra Rövşənlə ona aid torpaq sahəsində görüşmüş, daha sonra onun yaşadığı bağa gəlmişlər və torpağın alqı-satqısını müzakirə etmişlər. Rövşənlə razılaşdıqdan sonra, 19 noyabr 2019- cu il tarixdə 11 saylı notariat kontorunda aralarında alqı satqı müqaviləsi imzalanmışdır. Anarla şərik olduğundan, 12 sot torpağın 6 sotuna onun adına, 6 sotuna isə Anarın adına etibarnamə verilmişdir. Rövşənə pulu elə həmin notariat kontorunda vermiş, həmin pulun yarısı onun tərəfindən, yarısı isə Anar tərəfindən verilmişdir. Daha sonra həmin torpaq sahəsinin yanında olan digər bir torpaq sahəsinin sahibi Rəcəb adlı şəxs onlara müraciət edərək qonşu sahədəki torpaq sahəsini almaq istəyib-istəməmələrini soruşmuş, Anarla məsləhətləşdikdən sonra, həmin torpaq sahəsini də almaq qərarına gəlmişlər. Həmin torpaq sahəsini 7000 manata almağa razılaşdıqdan sonra yenə də Anarla şərikli 03 dekabr 2019-cu il tarixdə 11 saylı notariat kontorunda aralarında alqı satqı müqaviləsi imzalanmışdır. Anarla şərik olduğundan, 12 sot torpağın 6 sotuna onun adına, 6 sotuna isə Anarın adına etibarnamə verilmişdir. Rəcəbə pulu həmin notariat kontorunda vermişdir. Daha sonra Anarla hər ikisi şərikinə pul yatırmaqla həmin torpaq sahələrində tikinti işlərinə başlamışlar. 30 dekabr 2019-cu il tarixdə ona tikintinin söküldüyü məlum olmuş və dərhal həmin yerə getmişdir. Orada olan tanımadığı traktor sürücüsü ona bildirmişdir ki, ona İlqar adlı şəxs özünü Binəqədi İcra hakimiyyəti əməkdaşı kimi təqdim edərək həmin tikintini sökməyi sifariş etmişdir. Artıq tikinti sökülmüş vəziyyətdə olduğundan, bununla bağlı aidiyyəti orqanla şikayət ərizəsi ilə müraciət etmişdir. Beləliklə, 2019-cu ilin noyabr və dekabr aylarında Anarla birlikdə pul yatırıb Goradil qəsəbəsində yerləşən torpaq sahələrini Şahid6 5000 manat və Rəcəb Rzayevə 7000 manat pul ödəməklə notarial qaydada order və sərəncam əsasında müqavilə imzalayıb almışlar. Daha sonra Goradil qəsəbəsində yerləşən 24 sot torpaq sahəsində tikinti işlərinə başlamışlar. Bundan başqa tikinti aparılmasına icazə alınmasından ötrü verilmiş 50000 manat (30000 ABŞ dollar) pulu ikisi şərikli vermişlər, torpaq sənədi düzəlməsi üçün reyestr xidmətinə heç bir məbləğdə pul verməmişdir. Sadəcə reyestrdə işləyən Əkrəm adlı şəxslə görüşərək çıxarış alınmasının qaydası barədə məsləhət almışdır. Lakin 30 dekabr 2020-ci il tarixdə həmin torpaq sahəsində qonşu olan İlqar adlı şəxs traktor sürücüsünə özünü Binəqədi İcra Hakimiyyəti əməkdaşı kimi təqdim edərək tikintini sökdürmüşdür. Tikinti söküldüyündən və hazırki vaxta qədər bununla bağlı cinayət işi olduğundan işləri dayanmışdır. Hazırda isə Anar ondan pul almaq məqsədilə yalan ifadələr verib guya onun pulunu ələ keçirdiyini bildirir. Həmçinin Zərərçəkmiş şəxs3 da ifadəsində göstərdikləri yalandır. Samir 05 may 2020-ci il tarixdə onun evinə Kinyazla birlikdə gəlmiş, gəlməklərində məqsədləri Bilmandan ona satacağı torpağın sənədini və ya pulu alaraq verəcəkləri, kriminal aləmdə avtoritet olduqları üçün ona kömək edəcəkləri olmuşdur. Belə ki, Bilman ona torpaq satması adı ilə pul almış və torpağın sənədini verməmişdir. Samir də Bilmanla qohum olduğu üçün Bilmandan sənədini alaraq ona verəcəyini bildirmişdir. Lakin, Bilmanla görüşə bilməmiş, buna görə də onun yaşadığı evə gəlmişlər. Həmin zaman Samir sərxoş vəziyyətdə olaraq, həyətində olan itinə təpik atdığı üçün it onu dişləmişdir. Lakin özü heç kəsə bilərəkdən it yönəltməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 da ona torpaq almaq məqsədilə 12000 manat pul verməsilə bağlı qeyd etdikləri yalandır. Onunla hər hansı bir torpaq sahəsi satılması barədə danışıqları olmamışdır. Ondan torpaq sahəsi satılması üçün 12000 manat və ya hər hansı bir məbləğdə pul almamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs4 da onun barəsində göstərdikləri yalan və böhtandır. Belə ki, 11 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində İrinanın əri Arif ona zəng edərək hal-əhval tutmuş, danışıq zamanı Arif onlara qonaq gəlmək istədiyini bildirdikdə ona etiraz etmədən dəvət etmiş, Ariflə danışıqları zamanı onun sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Bir neçə dəqiqə sonra Arif yaşadığı evə gəlmiş, gələrkən özü ilə bir şüşə spirtli içki gətirmişdir. Arif gəldikdən sonra bir neçə saat əyləşib yemək yeyib spirtli içki qəbul etmiş, artıq saat təxminən 23:30 radələrində sərxoş vəziyyətdə çıxıb getmişdir. Təxminən saat 00:30 radələrində yaşıdığı evdə olarkən, həmin zaman istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng gəlmiş, cavab verərkən zəng edən şəxsin Arifin arvadı İrina olduğunu bilmişdir. İrina onun ünvanına təhqiramiz ifadələr işlədərək, Arifi spirtli içkilərə sövq etdiyini bildirmiş, həmin zaman ona cavab olaraq Arifi spirtli içki içməyə məcbur etmədiyini söyləmiş və onu təhqir etməməsini bildirmişdir. Buna baxmayaraq İrina yenə də təhqirə davam etmiş, həmçinin anasının ünvanına təhqiramiz ifadə işlətmişdir. İrinadan Arifin harada olduğunu soruşmuş, İrina ona cavab olaraq «Arif ölmüşdür!» demiş, bu səbəbdən də, dərhal anası X1, eyni zamanda həm qonşusu, həm də yaşadığı bağın mühafizəçisi Cavid adlı şəxslə birlikdə idarə etdiyi avtomobillə Arifin yaşadığı evin qarşısına getmişdiir. Hər üçü avtomobildən düşərək darvazaya yaxınlaşıb döyərək qapını açmalarını gözləmiş, həmin zaman evdən Ariflə İrina arasında qışqırıq səslərini gəldiyini eşitmişdir. Qapını açan olmadığından avtomobilə əyləşib oradan çıxıb getmişdir. Onun barəsində deyilənlər hamısı şər və böhtandır. Əksinə Anar, Samir və Kinyaz ona hədə qorxu gələrək ondan 100000 manat pul istəmişlər, əks halda övladını girov götürcəkləri ilə hədələmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Belə ki, uşaqlıqda Goradil qəsəbəsində yerləşən yaşadığı bağ evinin qonşuluğunda Mikayıl yaşamışdır. Mikayılı uşaqlıqdan tanısa da, onunla münasibəti olmamışdır. 2019-cu ilin yay aylarında yaranmış karantin rejimi ilə əlaqədar olaraq Goradil qəsəbəsində yerləşən bağ evinə köçmüş və orada olduğu müddətdə qonşusu olan Mikayıl ilə münasibəti yaranmışdır. Daha sonra Mikayıl ilə münasibəti yarandığından, birlikdə Kərbala ziyarətinə getmişlər. Həmçinin həmin ərəfədə Mikayıl ilə söhbətləri zamanı sonuncunun tikinti işi ilə məşğul olduğunu bilmiş, eyni zamanda özü də Mikayıla tikinti işi ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxt Mikayıl ona bir neçə dəfə birlikdə iş qurmağı təklif etmiş, lakin əhəmiyyət verməmişdir. Mikayılın çoxsaylı təkidlərindən sonra Mikayıldan qurmaq istədiyi işlə maraqlandıqda sonuncu ona bildirmişdir ki, Goradil qəsəbəsində yol kənarında hər biri 12 sot sahədən ibarət, iki pay boş torpaq sahələri vardır. Həmin torpaq sahələrinin ona Binəqədi İcra hakimiyyəti tərəfindən verildiyini, lakin torpaq sahələri sənədlə başqa şəxslərin adında olduğundan, həmin şəxslərə kiçik məbləğdə pul ödəniş etməklə halallaşmaq lazım olduğunu bildirmişdir. Daha sonra isə həmin torpaq sahəsində iaşə obyektləri tikərək icarəyə verməklə qazanc əldə edə biləcəklərini bildirmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayında Mikayıl həmin torpaq sahələrini ona göstərmiş, orada olarkən torpaq sahələrinin Novxanı-Pirşağı yolunda Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən boş torpaq sahələri olduğunu görmüşdür. Torpaq sahələrinin bir hissəsində tikinti aparılması üçün kubik daşlar tökülmüş vəziyyətdə olmuşdur. Mikayıl bildirmişdir ki, həmin kubik daşları tikinti aparılması məqsədilə onun tərəfindən oraya gətirilmişdir, lakin maddi vəziyyəti ilə bağlı tikintinin davam etdirilməsində çətinlik çəkir. Həmçinin Mikayıl ona bildirmişdir ki, həmin torpaq sahələrinin biri Rövşən, digəri isə Rəcəb adlı şəxsin adınadadır və onlara pul ödəməklə alqı- satqı etmək lazımdır. Daha sonra avtomobillə hərəkət edərək Mikayıl ona Goradil və Novxanı qəsəbələri ərazisindən keçərək yol kənarlarında müxtəlif torpaq sahələrini göstərib ona məxsus olduğunu bildirmiş və həmin torpaq sahələrində də tikinti işlərinin aparılmasının mümkün olduğunu söyləmişdir. Göstərdiyi torpaq sahələrinin arasında Goradil bağlar massivində «Abşeron Marina» istirahət mərkəzinin yanında yerləşən torpaq sahəsini göstərib ona məxsus olduğunu, 24 sot sahədən ibarət olduğunu, 12 sot sahəsini ona satmasını, daha sonra ona satacağı 12 sot və özünə qalacağı 12 sot olmaqla, ümumilikdə 24 sot sahədə tikinti işləri aparıb bağ evləri tikərək satışından pul əldə edə biləcəklərini təklif etmişdir. Həmçinin Mikayıl ona demişdir ki, hazırda əlində nağd pul yoxdur, lakin ona məxsus bir çox iaşə obyektləri satılmasını gözləyir və satışından sonra pul əldə edəcəkdir. Buna görə də ona təklif etmişdir ki, torpaq sahələrinin alınması üçün pulu tam şəkildə o, ödəsin, həmçinin tikinti aparılması üçün vəsait onun tərəfindən yatırılsın, o isə özünə aid digər bir iaşə obyektini satdıqdan sonra xərcləmiş olduğu pulun yarısını ona qaytaracaqdır, həmçinin qazanc əldə edəcəklər. Sonradan Mikayıl ilə birlikdə olduğu müddət ərzində həqiqətən də onun obyektlərinə olduğuna inanmışdır. Belə ki, Mikayıl onun yanında Moskva Univermağı yaxınlığında olan özünə aid iaşə obyektinin 500000 manata satılması barədə yanında danışıqlar aparmış, buna görə də Mikayılın pulunun olacağına inanmışdır. Beləliklə Mikayıla öz razılığını bildirmiş, 16 noyabr 2020-ci il tarixdə Mikayılın yaşadığı bağ evinə gəlmiş, orada adı ona sonradan məlum olan Rövşən adlı şəxsin olduğunu görmüş, eyni zamanda Mikayıl ilə Rövşənin danışıqlarından məlum olmuşdur ki, Rövşən özünə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasını aşkar etmiş, maraqlandıqda isə həmin tikintinin Mikayıl tərəfindən aparıldığını bilmiş və buna aydınlıq gətirilməsi məqsədilə Mikayılın yanına gəlmişdir. Söhbət zamanı Mikayıl Rövşənə də, ona bildirdiyi kimi söyləyərək həmin torpaq sahəsinin ona Binəqədi İcra Hakimiyyəti tərəfindən verildiyini bildirib, Rövşən adlı şəxsə halallıq alınması üçün pul təklif etmişdir. Mikayılın dediklərindən sonra Rövşən razılığını bildirmiş, həmçinin torpaq sahəsinə dair sənədlərdə problem olduğunu, çıxarış ala bilmədiyini, sadəcə Bağlar Təsərrüfatı İdarəsindən verilmiş order olduğunu söyləmişdir. Mikayıl sənədləşmə işlərini özü həll edəcəyini bildirib Rövşənlə torpağın 5000 manat müqabilində satılmasına razılaşmışdır. Daha sonra 19 noyabr 2019-cu il tarixdə Mikayıl və Şahid6 ilə birlikdə «Azadlıq» metrosunun yanında yerləşən 11 saylı notariat kontoruna getmiş, orada Rövşənin yanında Mikayıla 3000 ABŞ dollar pul vermişdir. Çünki Şahid6 5000 manat pul veriləcəkdi. Daha sonra Mikayıl ilə Rövşən notariat otağına keçmiş, bir neçə dəqiqə sonra qayıdaraq müqavilə imzalanmış və həmin müqaviləyə hər üçü, yəni özü, Mikayıl və Rövşən imza etmişlər. Daha sonra Rövşən ona bildirmişdir ki, Mikayıl ona notariat otağında torpağa görə veriləcək 5000 manatı, 2900 ABŞ dolları və 70 manat pul şəklində vermişdir, lakin müqavilədə torpaq sahəsinin satış qiyməti 25500 manat qeyd edilmişdi. Bu barədə Mikayıla bildirdikdə narahat olmamağı, qaydası belə olduğunu demişdir. Buna görə də, özü və Şahid6 bunu Mikayılın öhdəsinə buraxmışlar. Bununla da Şahid6 5000 manat pul verilib alqı-satqı müqaviləsi bağlanaraq torpaq sahəsini Rövşəndən almışlar. Həmin torpaq sahəsinə dair Rövşən ona və Mikayıla ayrı-ayrılıqda etibarnamə vermiş yəni, satılmış 12 sot torpaq sahəsinin 6 sotuna ona, 6 sotuna isə Mikayıla etibarnamə vermişdir. Bir neçə gün sonra həmin torpaq sahəsinin yanında olan torpağın sahibi Şahid13 Mikayılı taparaq özünə məxsus torpaq sahəsinə dair sənədlərin qaydasında olduğunu, yalnız order və sərəncam əsasında çıxarış almaq lazım olduğunu bildirib torpaq sahəsini satmaq fikrində olmadığını, ona məxsus torpaq sahəsinə tökdüyü daşları oradan yığışdırmasını bildirmişdir. Lakin, Mikayıl Rəcəbə də demişdir ki, həmin torpaq sahəsi ona Binəqədi İcra Hakimiyyəti tərəfindən verilmişdir, buna görədə orada tikinti işləri aparılması üçün kubik daşları tökmüşdür. Danışıqlardan sonra Rəcəblə Mikayıl torpağın 7000 manata satılması barədə razılıq əldə etmiş, buna görə də, 01 dekabr 2019-cu il tarixdə alqı satqı edilməsi üçün özü və Rəcəb «Azadlıq» metrosunun yanında yerləşən 11 saylı notariat kontoruna getmiş, lakin Mikayıl gələ bilmədiyi üçün alqı satqını təxirə salmışlar. Özü isə orada Rəcəbə 2000 manat beh olaraq pul vermişdir. Daha sonra 03 dekabr 2019-cu il tarixdə Mikayıl və Şahid13lə birlikdə yenə də «Azadlıq» metrosunun yanında yerləşən 11 saylı notariat kontoruna getmiş, orada Mikayılın yanında Rəcəbə 3000 ABŞ dollar pul vermiş, bununla da, torpaq sahəsi üçün Rəcəbə 7000 manat pul ödəmiş olmuşdur. Bundan sonra alqı-satqı müqaviləsi imzalanmış, lakin müqavilədə torpaq sahəsinin satış qiyməti 8000 manat qeyd edilmişdi. Bu barədə Mikayıla bildirdikdə narahat olmamağı, qaydası belə olduğunu demişdir. Həmçinin Şahid13 torpaq sahəsinə dair ona və Mikayıla ayrı-ayrılıqda etibarnamə vermişdir, yəni satılmış 12 sot torpaq sahəsinin 6 sotuna ona, 6 sotuna isə Mikayıla etibarnamə vermişdir. Bundan başqa həmin ərəfədə Mikayıla 24000 manat pul vermişdir. Belə ki, Mikayıl ona Goradil bağlar massivində «Abşeron Marina» istirahət mərkəzinin yanında yerləşən 12 sot torpaq sahəsi satmasını təklif etmiş, həmin 12 sot torpaq sahəsinə görə Mikayıla 24000 manat pul vermişdir. Mikayıl həmin torpaq sahəsinə dair sənədləri, yəni order və sərəncamı ona göstərmişdir və həmin sənədlər əsasında çıxarış alındıqdan sonra ona çıxarış verəcəyini demişdir. Onun vəsaitilə alınmış Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən 12 sot torpaq sahəsində iaşə obyektləri, «Abşeron Marina» istirahət mərkəzinin yanında yerləşən ümumi 24 sot, yəni 12 sotu ona, 12 sot Mikayıla aid torpaq sahəsində isə 5 ədəd bağ evləri tikilməsi məqsədilə tikinti işləri aparılırdı. Həmin torpaq sahələrinin alınması, həm də tikinti işlərinin aparılması onun vəsaiti əsasında olmuşdur. Mikayıl isə digər obyektini satdıqdan sonra ümumi xərclədiyi pulun yarısını ona verməli idi. 2020- ci ilin dekabr ayında Mikayıl ona bildirmişdir ki, Rövşən və Rəcəbdən aldıqları torpaqlara Daşınmaz Əmlakın Reyestr Xidmətindən çıxarış almaq lazımdır və bunun üçün 7000 manat pul lazım olacaqdır. Bunun üçün Mikayılın deməsi ilə sonuncunun idarə etdiyi avtomobili ilə 2020-ci ilin dekabr ayında 6-cı mikrorayonda yerləşən «Anar» şadlıq sarayının qarşısına getmiş, orada Mikayıl ona bildirmişdir ki, orada bir nəfər şəxslə görüşəcəkdir və həmin şəxsə 7000 manat pul verilməlidir. Həmin yerdə avtomobildə Mikayıla 7000 manat pul vermiş, Mikayıl pulu götürüb avtomobildən düşərək qarşıda saxlanılmış «Toyota Prado» markalı avtomobilə əyləşmiş və ona isə avtomobilində gözləməyini söyləmişdir. Bir neçə dəqiqə sonra Mikayıl qayıdaraq pulu verdiyini, yaxın günlərdə çıxarışın həll ediləcəyini demişdir. Daha sonra 14 dekabr 2020-ci il tarixdə Goradil bağlar massivində bağ evində olan zaman Mikayıl gələrək bildirmişdir ki, Binəqədi İcra Hakimiyyətinin nümayəndələrinə 50000 manat pul verilməlidir ki, tikintinin aparılmasına razılıq verilsin. Mikayıl bildirmşdir ki, həmin pulun yarısını özü, yarısını isə o versin. Bundan sonra bağ evində Mikayıla 25000 manat hesabı ilə 15000 ABŞ dollar pul vermişdir. Növbəti gün 15 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən aldıqları torpaq sahəsinə gəlmişdir ki, tikintinin hansı mərhələdə olmasına baxsın. Oraya gəldikdə Mikayılın orada olduğunu görmüş, həmçinin Mikayılın yanında iki nəfər şəxs olmuşdur. Mikayıl həmin şəxslərin Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri Azər və Talib adlı şəxslərin olduğunu, 50000 manat pulu onlara verəcəyini bildirmiş, bir neçə dəqiqə sonra həmin iki nəfər şəxs oraya gəldikləri «Mercedes ML» markalı, nömrəsini xatırlamadığı avtomobilə əyləşmiş, Mikayıl isə qabaq sağ pəncərəyə yaxınlaşaraq pəncərəyə dirsəklənmiş və bir qədər orada dayanmışdır. Həmin şəxslər çıxıb getdikdən sonra Mikayıl gələrək onlara 50000 manat pul verdiyini bildirmiş, lakin həqiqətən də Mikayılın onlara pul verib-vermədiyini görməmişdir. Bundan sonra tikinti işləri davam etmiş, 30 dekabr 2020-ci il tarixdə ona Arif adlı şəxs zəng edərək, Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən torpaq sahəsində aparılan tikintinin söküldüyü barədə məlumat vermiş, bundan sonra dərhal oraya getmiş, həmçinin Mikayıla zəng etdikdə sonuncu artıq orada olduğunu bildirmişdir. Oraya çatdıqda Mikayılın orada olduğunu, traktorla tikilinin artıq sökülmüş vəziyyətdə olduğunu, həmçinin polis əməkdaşlarının olduğunu görmüşdür. Mikayıl ona söyləmişdir ki, tikinti İlqar adlı qonşu tərəfindən sökülmüşdür. Həmin torpaq sahələrinə dair heç bir sənəd olmadan tikinti başlanılmışdır. Belə ki, Mikayıl ona bildirmişdir ki, həmin torpaq sahələri ona Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Ona inandığından, həmçinin sənədləşmə işləri ilə Mikayıl özü məşğul olduğundan və özü həll edəcəyini bildirdiyindən sənəd işinə qarışmamışdır. Eyni zamanda ilk əvvəldən Mikayıl ona Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən torpaq sahəsini göstərərkən artıq orada tikinti işləri aparıldığını görüb Mikayıla inanmışdır. Həmin torpaq sahəsini ona Mikayıl özü göstərmiş, onunla iş qurmağı təklif etmiş və ona göstərərkən orada artıq tikinti işləri olmuşdur. Lakin sənədsiz olmasını bilməmişdir. Mikayıl onu aldadaraq torpaq sahələrinin İcra Hakimiyyəti tərəfindən ona verildiyini bildirmişdir. 30 dekabr 2020-ci il tarixdə torpaq sahəsində olan tikintinin sökülməsini bilib oraya gəldikdə Mikayılın traktoristi vurmasını, xəsarət yetirməsini görməmişdir. Konkret olaraq Fövqəladə Hallar Nazirliyinin sanatoriyası kimi adlanan yarımçıq tikili ilə üzbə üz, yolun kənarında yerləşən 12 sot torpaq sahəsinin Rövşən adlı şəxsdən 5000 manata alınması üçün 3000 ABŞ dolları, həmin torpaq sahəsinin yanında olan torpağın Rəcəb adlı şəxsdən 7000 manata alınması üçün 2000 manat və 3000 ABŞ dolları, həmin torpaq sahələrinə çıxarış alınması üçün Mikayıla 7000 manat, həmin torpaq sahələrində tikinti aparılmasına icazə alınması üçün Mikayıla 25000 manat qismində 15000 ABŞ dolları, həmin torpaq sahələrində tikinti işlərinin aparılması üçün 14000 manat olmaqla, həmin işlə bağlı ümumilikdə 58000 manat pulunu Mikayıl ələ keçirmişdir. Bundan əlavə «Abşeron Marina» istirahət mərkəzinin yanında yerləşən torpaq sahəsinin alınması üçün Mikayıla 24000 manat, həmin torpaq sahəsində tikinti işləri aparılması üçün 20000 manat olmaqla, həmin torpaq sahəsinə görə Mikayıla ümumilikdə 44000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tam yalan və böhtandır, ona qarşı heç bir vaxt hədə-qorxu gəlməmişdir. Mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından tanımışdır. Topaq sahəsi almaq üçün tanışı Şahid4 müraciət etdikdə Ceyhun ona Goradil bağlar massivi ərazisində torpaq satışı ilə məşğul olan Mikayıl adlı şəxsə müraciət etməyi təklif etmişdir. Mikayıl adlı şəxsi tanımadığı üçün Ceyhundan xahiş etmişdir ki, birlikdə gedib həmin şəxslə görüşüb torpaq barədə maraqlansınlar. Daha sonra Ceyhunla birlikdə Goradil qəsəbəsinə getmiş və orada Mikayıl adlı şəxslə onun yaşadığı bağ evində görüşmüşlər. Söhbət zamanı Mikayıl Goradil qəsəbəsində yerləşən bir çox torpaq sahələrinin ona məxsus olduğunu bildirmiş və çıxarış alınması üçün Dövlət Reyestr Xidmətinə müraciət etdiyini, yaxın günlərdə çıxarış alacağını bildirmişdir. Elə həmin vaxt Ceyhun və Mikayıl ilə birlikdə torpaq sahəsinə baxmaq üçün getmiş, Mikayıl onları Goradil- Novxanı yolunun kənarında yerləşən torpaq sahəsinə aparıb orada torpaq sahəsini göstərib bildirmişdir ki, ümumi sahəsi 24 sotdur, lakin hissələrə bölərək satır, çıxarış isə yaxın günlərdə əldə ediləcəkdir. Həmin sahəyə baxdıqda həqiqətən də 24 sotdan ibarət olmasını təxmin etmiş, həmçinin torpaq sahəsinin üzərində tikinti işləri aparıldığını görüb ona inanmışdır. Mikayıldan 3 sot sahənin qiyməti barədə soruşduqda, Mikayıl bildirmişdir ki, 3 sotu ona 12000 manata sata bilər. Torpaq sahəsinin yerləşdiyi yeri, həmçinin artıq ilkin tikinti işlərinin görüldüyünü nəzərə alaraq Mikayıl ilə razılaşmış və 05 aprel 2020-ci il tarixdə saat 15 radələrində tanışı Ceyhunla birlikdə Goradil bağlar massivində Mikayılın yaşadığı bağ evinə getmişdir. Orada Mikayıl ilə görüşüb Ceyhunun iştirakı ilə Mikayıla 12000 manat pul vermiş, Mikayıl isə ona 3 sot torpaq sahəsinin sənədlərini düzəldərək çıxarış alıb ona təhvil verəcəyini bildirmişdir Bundan sonra tanışı Zərərçəkmiş şəxs3 torpaq sahəsi almaq üçün Mikayıl adlı şəxsə 12000 manat pul verdiyini bildirmiş, Samirin hüquqşünas olduğunu bildiyindən torpağın sənədləşməsi barəsində ondan məsləhət istəmişdir. Samir də, ona izah edərək torpaq sahəsinə çıxarışın olmasının və sənədlərin qaydasında olmasının vacib olduğunu bildirmişdir. Həmin ərəfələrdə Samirlə olduğu zaman Mikayıl ilə 1-2 dəfə görüşmüş, bir neçə gün sonra Mikayıldan aldığı torpaq sahəsinə getmiş və sənədləşmə işləri yekunlaşanadək hasarlanmış torpaq sahəsinə qapı qoydurmaq istəmişdir. Orada olan zaman ona özünü Anar kimi təqdim edən şəxs yaxınlaşmış və söhbət zamanı həmin torpaq sahəsini aldığını Anara söyləmişdir. Anar isə ona bildirmişdir ki, bir neçə ay öncə Mikayıl həmin torpaq sahəsini ona da satmış, lakin hazırki vaxta qədər torpağın sənədlərini təhvil verməmiş və onu aldatmışdır. Bundan sonra dərhal Mikayıl ilə görüşüb bu barədə maraqlanmış, Mikayıl isə ona bildirmişdir ki, Anar yalan deyir, Anara torpaq sahəsi satmamış və yaxın günlərdə çıxarışı ona təhvil verəcəkdir. Dediyi vaxtdan artıq vaxt keçməsinə baxmayaraq Mikayıl hər dəfə bəhanələrlə vaxtı uzatmış, artıq Mikayıl tərəfindən aldanıldığını başa düşmüş və Mikayıla ya pulunu qaytarmasını, ya da torpağın sənədini təhvil verməsini bildirmişdir. Lakin Mikayıl hər dəfə müxtəlif bəhanələrlə çıxarış verəcəyinə dair vədlər verib onu aldatmışdır. 05 may 2020-ci il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs3 zəng edərək Mikayıl adlı şəxslə görüşməyə gedəcəyini bildirib ondan onunla birlikdə getməsini xahiş etmiş, Mikayılın evinə getməkdə məqsədi torpaqla bağlı məsələni aydınlaşdırmaq olmuşdur. Təxminən saat 19 radələrində Goradil qəsəbəsində Mikayılın yaşadığı evin qarşısına çatmış, Samirlə birlikdə Mikayılın yaşadığı evə daxil olduqda, Mikayılın evin həyətində yemək masası arxasında əyləşdiyini görmüşlər. Bundan sonra Mikayılın təklifi ilə masa arxasında əyləşmişlər. Daha sonra onunla Mikayılın arasında olan torpaqla bağlı mövzu açılmış, Samir isə onlara müdaxilə etməmişdir. Həmin zaman onunla Mikayıl arasında söz mübahisəsi yaranmış və Mikayıla ya torpağın sənədlərini verməsini, ya da pulunu qaytarmasını bildirmişdir. Mikayıl isə pulunun olmadığını, olduğu zaman verəcəyini bildirmişdir. Mikayıla onu aldatmamasını, artıq uzun zamandır hər dəfə bəhanə gətirdiyini bildirib yekun vaxt söyləməsini tələb etmiş, Mikayıl yenə də nə zaman pulu olarsa qaytaracağını bildirmişdir. Samir onu sakitləşdirib çıxıb getməyi söyləmiş və evin həyəti tərəfə getmişlər. Həmin vaxt son olaraq yenə də əsəbləşərək Mikayıldan pulunu tələb etmiş, Mikayıl «görün indi Sizin başınıza nə oyun açacam!» söyləyib evin arxa tərəfinə getmişdir. Bir neçə dəqiqə sonra Mikayıl yanında «Alabay» iti ilə birlikdə evin həyətində onlar tərəfə yaxınlaşmış, itin ağzında qoruyucu vasitə və ya boynunda heç bir zəncir olmamışdır. Mikayıl və iti onlar tərəfə yaxınlaşdıqda qəflətən Mikayıl itə komanda verərək onların üstünə hücum etməsini bildirmişdir. Bundan sonra o, dərhal qaçaraq evin içərisinə daxil olmuş, həmçinin Mikayıl da evə daxil olmuş, Samir isə evə daxil olmağı çatdıra bilmədiyindən həmin alabay iti Samirin üzərinə hücum edərək onu yerə yıxmışdır. Həmçinin Samirə həyətdə olan digər qara rəngli it qaçaraq yaxınlaşmış, hər iki it Samiri yerə yıxdıqdan sonra bədəninin müxtəlif nahiyyələrindən, həmçinin ayaqlarından dişləyərək, qoparıb yeməyə başlamışlar. Həmin zaman Samir qışqıraraq kömək istəmiş, həmçinin 102, 103 xidmətlərinə zəng etməyi, kömək çağırmağı qışqıraraq bildirmişdir. Oradan xəkəndaz götürüb itləri Samirdən ayırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Həmin vaxt Mikayıl heç bir hərəkət etməmiş, sadəcə seyr etmişdir. O, 102 və 103 xidmətlərinə zəng edərək kömək çağırmış, Samir təxminən 2 saata qədər vaxt ərzində həmin itlərlə yerdə boğuşduqdan sonra özünü guya ölmüş kimi göstərmiş və itlər Samiri ölmüş kimi zənn edib dişləməkdən əl çəkib sadəcə ətrafında dolanmışlar. Daha sonra oraya polis əməkdaşları gələrək iti həyətdən qovmağa nail olmuş və təcili tibbi yardım gələrək Samiri xəstəxanaya aparmışdır. Konkret olaraq Təqsirləndirilən şəxs 05 aprel 2020-ci il tarixdə saat 15 radələrində Goradil bağlar massivində onun yaşadığı bağ evində 12000 manat pulu, Goradil qəsəbəsində 3 sot torpaq sahəsi almaq məqsədilə vermiş, həmin zaman orada özü, Mikayıl və Ceyhun adlı tanışı olmuşdur. X2 xx.xx.2020-ci il tarixdə həyətində olan iti Samirin üzərinə qəsdən yönəltməməsini bildirməsinə səbəb Mikayılın Samirə səhhəti ilə bağlı köməklik edəcəyini düşünməsi, həmçinin Mikayılın ona 12000 manat pul qaytarmalı olduğundan acığa düşərək pulunu qaytarmamasından çəkinməsi olmuşdur. Lakin, sonradan Mikayıl onun pulunu qaytarmamış, nədə ki, Samirə köməklik göstərməmişdir. Bundan başqa Mikayılın ifadəsində qeyd etdiyi Bilman adlı şəxs tanışı Samirin kirvəsidir, həmçinin Mikayılın qonşusudur. Mikayıl ilə tanışlıqdan sonra Mikayıl bildirmişdir ki, Bilman ona torpaq sahəsi satmaq üçün pul almış, lakin sənədləri təhvil verməmişdir. Bu məqsədlə Mikayıl onlardan xahiş etmişdir ki, Samirlə Bilmanın qohumluq əlaqəsi olduğundan Bilmandan xahiş etsin ki, sənədləri ona versin. Samir də Bilmandan maraqlanmış və Bilman pul almadığını, onda sənəd olmadığını, Mikayılın yalan danışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Knyaz Çobanovu təxminən 3-4 ildir tanıyır. Onunla münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin aprel ayında Knyazla söhbət zamanı ona məlum olmuşdur ki, Knyaz özünə torpaq sahəsi almaq üçün Mikayıl adlı şəxsə 12000 manat pul vermişdir. Knyaz onun hüquqşünas olduğunu bildiyindən torpağın sənədləşməsi barəsində ondan məsləhət istəmiş, həmin zaman ona izah edərək adi qaydada torpaq sahəsinə çıxarış olmasının və sənədlərin qaydasında olmasının vacib olduğunu bildirmişdir. Həmin ərəfələrdə Knyazla olduğu zaman Mikayılı iki dəfə qısa müddət ərzində görmüşdür. Bir müddət sonra Knyaz ona bildirmişdir ki, torpaq sahəsi üçün pul verdiyi Mikayıl adlı şəxs ona torpaq sahəsinin sənədlərini verməkdə vaxtı uzadır, həmçinin pulunu istədikdə qaytarmır. 05 may 2020-ci il tarixdə saat 18 radələrində Knyaz Çobanov ona zəng edərək Mikayıl adlı şəxslə görüşməyə gedəcəyini bildirib ondan onunla birlikdə getməyini xahiş etmişdir. Həmin zaman razılığını bildirib Knyazla onun idarə etdiyi «BMW» markalı, Az lO UB 777 nömrə nişanlı avtomobili ilə Mikayılın yaşadığı Goradil qəsəbəsinə yola düşmüşdür. Təxminən bir saat sonra Goradil qəsəbəsində Mikayılın yaşadığı evin qarşısına çatmış, həmin zaman Knyazdan xahiş etmişdir ki, Mikayıl ilə görüşünü qısa müddət ərzində yekunlaşdırsın, çünki həmin ərəfədə karantin rejimi ilə bağlı sms icazə vasitəsilə çöldə olma müddəti 3 saat olmuşdur. Bundan sonra Knyazla birlikdə Mikayılın yaşadığı evə daxil olmuş, həmin zaman Mikayıl evin həyətində yemək masası arxasında əyləşmiş və onları da masa arxasına dəvət etmişdir. Daha sonra Knyazla Mikayılın arasında olan torpaqla bağlı mövzu açılmış və onlar öz aralarında söhbətə başlamışlar. Onların söhbəti ona aid olmadığı üçün müdaxilə etməyərək kənara çəkilmiş və mobil telefonla danışmağa başlamışdır. Bir neçə dəqiqə sonra masaya yaxınlaşdıqda Mikayıl ilə Knyazın söz mübahisəsi etdiklərini görmüş, Knyaz Mikayıla torpaq sahəsinə aid sənəd və ya verdiyi pulu nə zaman qaytarmasını bildirdikdə Mikayıl pulunun olmadığını, olduğu zaman verəcəyini bildirmişdir. Knyaz isə Mikayıla cavab olaraq onu aldatmamasını, artıq uzun zamandır hər dəfə bəhanə gətirdiyini bildirib, yekun vaxt söyləməsini tələb etmişdir. Mikayıl yenə də nə zaman pulu olarsa qaytaracağını bildirmişdir. Knyazın əsəbləşdiyini görüb onu sakitləşdirib çıxıb getməyi söyləmiş, həmin zaman Mikayıl evin həyətində onlardan bir qədər aralıda olmuşdur. Knyaz yenə də əsəbləşərək Mikayıldan pulunu tələb etmiş, həmin zaman Mikayıl «görün indi Sizin başınıza nə oyun açacam!» söyləyib evin arxa tərəfinə getmişdir. Knyaza sakitləşməsini söyləyib Mikayıl qayıtdıqdan sonra onunla sağollaşıb çıxıb getməyi bildirmişdir. Bir neçə dəqiqə sonra Mikayıl yanında «Alabay» iti ilə birlikdə evin həyətində onlara tərəf yaxınlaşmış, itin ağzında qoruyucu vasitə və ya boynunda heç bir zəncir olmamış və sərbəst şəkildə Mikayılın yanı ilə hərəkət etmişdir. Mikayıl və it onlara tərəf yaxınlaşdıqda qəflətən Mikayıl itə komanda verərək onların üstünə hücum etməsini bildirmiş, yanında olan Knyaz tez bir zamanda qaçaraq evin içərisinə daxil olmuş, həmçinin Mikayıl da evə daxil olmuş, özü isə həmin zaman telefonla danışdığından və qaçıb evə daxil olmağı çatdıra bilmədiyindən həmin alabay iti onun üzərinə hücum edərək onu yerə yıxmışdır. Həmçinin onlara həyətdə olan digər qara rəngli it qaçaraq yaxınlaşmış, hər iki it onu yerə yıxdıqdan sonra bədəninin müxtəlif nahiyyələrindən, həmçinin ayaqlarından dişləyərək, qoparıb yeməyə başlamışlar. O, qışqıraraq kömək istəmiş, həmçinin 102, 103 xidmətlərinə zəng etmələrini, kömək çağırmalarını qışqıraraq bildirmişdir. Həmin zaman Knyaz yaxınlaşaraq kənardan itləri əlində dəqiq xatırlamadığı əşya ilə vurmağa və ondan aralaşdırmağa çalışmış, lakin buna nail ola bilməmiş, hər iki it ondan əl çəkməyərək dişləyib yeməyə davam etmişlər. Təxminən 2 saata qədər vaxt ərzində həmin itlərlə yerdə boğuşduqdan sonra özünü guya ölmüş kimi göstərmiş və itlər onu ölmüş kimi zənn edib dişləməkdən əl çəkmişlər. Daha sonra oraya polis əməkdaşları və təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. Mikayıla hər hansı bir şəkildə hədə-qorxu gəlməmiş və pul tələb etməmişdir. Bundan başqa Bilman adlı şəxs onun kirvəsidir və sonradan bilmişdir ki, sonuncu Mikayılın qonşusudur. Mikayıl ilə tanışlıqdan sonra Mikayıl bildirmişdir ki, Bilman ona torpaq sahəsi satmaq üçün pul almış, lakin sənədləri təhvil verməmişdir. Bu barədə Bilmandan maraqlandıqda o, pul almadığını, onda sənəd olmadığını, Mikayılın yalan danışdığını bildirmişdir. Mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid7 ilə vətəndaş nigahında olmaqla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində nömrəsiz bağ evində ikisi birlikdə yaşayır. Təxminən 06 ildir əri Arifin dostu olan Mikayıl adlı şəxsi tanıyır. Lakin tanıdığı ilk gündən Mikayıl adlı şəxs mütəmadi olaraq Arifi spirtli içki içməyə sövq etmişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evdə olarkən Arif evə gəlmiş, həmin zaman Arifin spirtli içki qəbul edərək həddən artıq sərxoş vəziyyətdə olduğunu görmüş və ona məlum olmuşdur ki, Arif yenə də Mikayıl ilə birklikdə spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüşdür. Bu vəziyyətin mütəmadi olaraq təkrarlanmasından əsəbləşlərək mobil telefon vasitəsilə Mikayıla zəng edib ona Arifi spirtli içkiyə sövq etməsinə görə iradını bildirmiş, həmin zaman əsəbi olduğundan Mikayılın ünvanına təhqiramiz ifadələr işlətmişdir. Mikayıl ilə danışığının sonunda onun anasının ünvanına təhqiramiz ifadə işlədərək bir daha onların evinə gəlməməsini və Ariflə görüşməməsini bildirmişdir. Mikayıl isə anasını təhqir etdiyi üçün tezliklə onun evinə gələcəyini bildirib telefon zəngini kəsmişdir. Təxminən 10-15 dəqiqə sonra yaşadığı evin qarşısında Mikayılın qışqırıq səslərini eşitmiş və evin həyətinə çıxmışdır. Mikayıl qışqıraraq darvazanı açmağını tələb etmiş, bu zaman ona məxsus «Range Rover» markalı avtomobilin darvazanın qarşısında dayandığını və sükanı arxasında bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Sonradan bildiyinə görə həmin şəxs Mikayılın yaşadığı evdə mühafizəçi işləyən şəxs olmuşdur. Mikayıl təkidlə daravazanı açmağını tələb etmiş, lakin o, qapını açmaqdan imtina etmişdir. Bir qədər sonra Mikayılın darvazanın qarşısında qışqırıb sakitləşdikdən sonra çıxıb gedəcəyini düşünüb yaşadığı evə daxil olmuşdur. Yaşadığı ev iki mərtəbədən ibarətdir. Evə daxil olub birinci mərtəbədə giriş hissədə olan divanın üzərində oturub Mikayılın getməsini gözləmiş, orada olan digər divanda isə Arif yatmış vəziyyətdə olmuşdur. Həmin zaman darvaza olan tərəfdən küt səslər eşitmiş, sanki daşla darvazaya zərbələr vurulurdu. Evdə olduğu üçün nə baş verməsini anlamamışdır. Qısa zamanda Mikayılın evin giriş qapısından daxil olduğunu, ona tərəf gəldiyini görmüş və dərhal ayağa durmuşdur. Mikayıl qəflətən əli ilə onun boğaz nahiyyəsindən tutaraq ona bir daha zəng etməməyi tələb edərək onu təhqir etmişdir. Daha sonra Mikayıl onu divara dayayıb yumruqla onun sol gözündən vurmuşdur. Yekun olaraq Mikayıl onu itələyərək yerə yıxmış, yerə yıxıldıqdan sonra Mikayıl bir daha ona zəng edərsə onu öldürəcəyi ilə hədələyib qışqıra-qışqıra evdən həyətə çıxmışdır. Həmin zaman səs küyə Arif oyanmış, lakin Arif hələ də sərxoş vəziyyətdə olduğundan nə baş verməsini anlamamış və evdən çölə çıxmışdır. Bir qədər sonra qayıdaraq ona yaxınlaşıb nə baş verməsini soruşduqda, ona baş verənləri izah etsə də o, sərxoş olduğundan onu anlamamış və yenə də uzanıb yatmışdır. Səhər açıldıqda Arif ona bildirmişdir ki, gecə səs küy olduğu, Mikayılı evində görməsi yadındadır, lakin nə baş verməsini xatırlamır. Bundan sonra baş vermiş hadisəni Arifə danışmışdır. Daha sonra 14 sentyabr 2020-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda təqirləndirilən şəxs Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Arazxan oğlu bildirmişdir ki, 2019-cu ilin noyabr ayından “Zamin XXİ” əsr şirkətinə məxsus ekskavatoru etibarnamə əsasında idarə edir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Meqa MTK-nın yanına İlqar adlı şəxsi gəlib torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində tikintini sökdürüb başqa cür tikdiərcəyini demiş, bundan sonra İlqarın avtomobili ilə söküntü aparılacaq yerə getmişlər və orada söküntü aparılaraq yerə baxdıqda təxminən uzunluğu 30-40 metr, hündürlüyü isə təxminən 2 metr olan hasarın sökülməli olduğunu görmüşdür. Həmin zaman İlqara həmin yerin mübahisəli yer ola biləcəyini soruşduqda, sonuncu qonşularla birlikdə bu qanunsuz söküntü ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, tikilinin qanunsuzluğu ilə əlaqədar icra hakimiyyətinin məlumatı olduğunu və bu tikintinin söküntüsündə icra hakimiyyətindən şəxslərin də iştirak edəcəklərini bildirmişdir. Bundan sonra İlqar tikilinin arxa tərəfində yerləşən yaşayış evinə daxil olmuşdur. Həmin söküntü aparılacaq yer Goradil bağ massivində FHN-nin 6-7 mərtəbə yarım tikilisi ilə üzbə-üz yolun kənarı olmuşdur. Bundan sonra İlqarla 400 manata razılaşmış, sonuncu da pulu söküntünün sonunda verə biləcəyini, söküntü zamanı icra hakimiyyətindən də müvafiq şəxslərin iştirak edəcəklərini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində 90-K-249 qeydiyyat nişanlı ekskavator ilə həmin yerə gedib 2 beton sütun hissənin arası olan daş hasarı sökməyə başlamışdır. Həmin zaman oraya iki nəfər şəxslər gəlmiş, həmin şəxslərdən birinin adı Tapdıq olmuşdur. Belə ki, Tapdıq adlı şəxsin mobil nömrəsini İlqar əvvəlcədən ona vermişdir ki, «söküntüyə gedən zaman icra hakimiyyətindən gələcək olan Tapdıq adlı şəxsə zəng vur, sənin yanında işə nəzarət edəcəkdir». Təxminən 10 metr hasarı sökmüş və üstündən 20 dəqiqə keçməmiş “Range Rover” markalı ağ rəngli avtomobil gəlmiş, həmin avtomobildən sonradan adını bildiyi Mikayıl adlı şəxs düşüb onlara yaxınlaşmış, eyni zamanda icra hakimiyyətindən gəlmiş həmin iki nəfər şəxslərlə aralarında olan söhbət zamanı mübahisə yaranmışdır. Bu zaman özlərini icra hakimiyyətindən gəlmiş şəxs kimi təqdim edən Tapdıq və yanındakı şəxs oradan uzaqlaşmış, sonra Mikayıl ona yaxınlaşıb onun idarə etdiyi ekskavatorun açarını istəyib götürmüş, daha sonra isə Mikayıl və onun yanında “Reno Megan” markalı avtomobildən düşən iki nəfər usta onu döyməyə başlamışlar. Mikayıl onu üzündən, başından və boynundan vurmuşdur. Bundan sonra texnikanın açarını Mikayıla vermiş, həmin zaman oraya post patrul xidmətinin əməkdaşları gəlmiş və onları polis bölməsinə aparmışlar. Eyni zamanda mübahisə zamanı hadisə yerinə X18 markalı ağ rəngli 600 qeydiyyat nişanlı bir avtomobil gəlmiş, həmin avtomobildən bir nəfər şəxs düşüb Mikayıla yaxınlaşmış, sonradan həmin şəxsin adının Anar olmasını bilmişdir. Mübahisə zamanı onu konkret olaraq Mikayıl başından, boynundan və üz nahiyələrindən vurmuşdur. Lakin Mikayılın onu vurması ilə bağlı heç bir yerə müraciət etməmiş, eyni zamanda ekspertizadan keçməkdən imtina etmişdir, çünki hadisə zamanı hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində FHN-nin yarımtiklili binası ilə üzbə-üz yerdə bağ evi vardır. Evinin qarşısından Novxanı-Goradil-Pirşağı yolu keçir. Bağ evi ilə yol arasında təxminən 15-20 metr məsafə vardır. 2019-cu ilin dekabr ayının əvvəllərində qeyd olunan ünvanda bağ evinin qarşısında Novxanı-Goradil-Pirşağı yolunun yanında iki nəfər şəxs tikinti aparmaq istəmişlər. Həmin vaxt həmin şəxslərə həmin yolun məhəllənin yolu olduğunu, həmin yerin hər hansı bir şəxsə aid torpaq sahəsi olmadığını və yolu bağladıqlarını bildirmişdir. Eyni zamanda onlara bildirmişdir ki, həmin tikintidən onun evinin həyətinə boylanıb baxan olmasın. Bu zaman Mikayıl və yanında özünü onun şəriki kimi təqdim edən Anar adlı şəxs gülərək ona bildirmişlər ki, bəlkə burada restoran və ya otel tikdik. Bundan sonra həmin tikintinin qanuni olub-olmaması barədə Binəqədi rayon icra hakimiyyətinə müraciət etmiş, bir müddət sonra icra hakimiyyətindən əraziyə yaxınlaşıb baxılmış və həmin ərazinin dövlət mülkiyyətində olması, tikintinin də qeyri-qanuni olması barədə məlumat verilmişdir. Bundan sonra öz vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsi ilə əlaqə saxlamış, orada işləyən əməkdaşlardan birinin iştirakı ilə həmin tikintinin söküləcəyini bilmişdir. Eyni zamanda evinin qarşısında olan qeyri-qanuni tikilidən narahat olduğundan xx.xx.2019-cu il tarixdə bir nəfər Anar adlı ekskavator sürücüsünün nöməsinə zəng vurub söküntü aparılacaq yer barədə onunla danışıb razılaşmış və ona özünü tikilinin arxasındakı evdə yaşayan şəxs kimi təqdim etmişdir. Səhəri günü, Anar səhər saatlarında həmin qanunsuz tikili olan yerə gəlmiş, həmçinin söküntüyə nəzarət etmək üçün Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsindən bir nəfər əməkdaş da orada olmuşdur. Lakin həmin zaman özü orada olmamış və tikintinin sökülməsinə vasitəçilik etməmişdir. Sadəcə olaraq evinin qarşısında qeyri- qanunu olan tikilinin aradan qaldırılması barədə Binəqədi rayon icra hakimiyyətinə qonşularla birlikdə şikayət etmişlər və həmin tikilinin aradan qaldırılması üçün dövlətə köməklik etməyə çalışmışdır. Sonradan eşitmişdir ki, Mikayıl ekskavator sürücüsü Anar adlı şəxsin əlindən ekskavatorun açarını almış və ona xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir tanıyır. Təxminən 2019-cu ilin oktyabr ayında Mikayıl ona müraciət edərək Goradil bağlar massivi Fövqəladə Hallar Nazirliyinin Pansionatının qarşısında 2 metr hündürlükdə hasar tikmək lazım olduğunu bildirmiş, həmin zaman Mikayılla zəhmət haqqı kimi 1000 manata razılaşmışdır. xx.xx.2020-ci il tarixdə tikintiyə başlamış və qardaşı ilə birlikdə orada təxminən 10 sot ərazini iki qat mişar daşı ilə hasara almışdır. Təxminən 2020-ci ilin noyabr ayının sonlarında həmin ərazidə armatur beton işini də görmüş, gördüyü işin zəhmət haqqı kimi pulunu Mikayıl guya işin sonunda yəni, dekabr ayında ödəməli idi. Lakin hazırki müddətədək həmin 1000 manat pulu və 50 manat sement pulunu ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ona 1994-cü ildə Bağlar İdarəsindən Goradil qəsəbəsi ərazisində 12 sot torpaq sahəsi ayrılmışdır. Lakin torpağı satmaq fikri olmadığından torpağa dair çıxarış almamışdır. Sonradan həmin ərazidən yol çəkildikdə ona bildirmişlər ki, ona ayrılmış torpaq sahəsində olan sərəncam və orderdə yeri düzgün göstərilməmişdir, ona görə də, ona kompensasiya düşmür. Həmin ərazidə yol çəkilən zaman ona məxsus torpaq sahəsinin hasarı sökülmüşdür. Bu səbəbdən də çıxarış almaq üçün müraciət etməmişdir. Həmin dövrdən 2019-cu ilədək onun 7 sot torpaq sahəsi həmin ərazidə boş qalmışdır. 2019-cu ilin noyabr ayının sonlarında eşitmişdir ki, onun və Rəcəb müəllimin yerində Mikayıl adlı şəxs tikinti işləri aparır. Bundan sonra Mikayılla telefon əlaqəsi saxladıqda sonuncu ona görüşməyi təklif etmiş, Mikayılla görüşmüş və həmin zaman onun yanında Anar adlı şəxs də olmuşdur. Həmin zaman Mikayıl ona bildirmişdir ki, onun və Rəcəb müəllimin yeri guya ona Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir, lakin halallıq olsun deyə ona pul vermək istəyir. Həmin vaxt Mikayılla razılaşmış, sonradan Mikayılgil torpaq sahəsi üçün ona 5000 manat, Rəcəb müəllimə isə 7000 manat pul vermişlər. Eyni zamanda həmin torpaq sahəsini alqı-satqı etmiş, alqı-satqı müqaviləsində 25000 manat göstərilsə də, Mikayılgil ona 5000 manat pul vermişlər. Həmin torpaq sahəsinə çıxarış almadığından, eyni zamanda Mikayıl həmin yerə daş tökdüyündən, həmçinin guya Binəqədi rayon İcra Hakimiyyətinin başçısı həmin torpaq sahəsini ona verdiyindən müqavilədə pulun çox göstərilməsinə, halallıq üçün də 5000 manat pul verilməsinə heç bir etiraz etməmişdir. Həmçinin Mikayıl ona demişdir ki, torpaq sahəsinin sənədində hərif səhvi olduğundan çıxarış verilməmişdir, lakin çıxarış məsələsini və tikintiyə icazəni özü həll edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, Zərərçəkmiş şəxs4 ilə vətəndaş nigahın olmaqla, birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Goradil bağlar massivində nömrəsiz bağ evində birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır və arabir görüşdükdə oturub spirtli içki qəbul etmişlər. İrina isə Mikayılı onun vasitəsilə tanımışdır. Lakin tanıdığı ilk gündən Mikayıl adlı şəxsin davranışlarından xoşu gəlmədiyini və onunla görüşüb spirtli içki qəbul etməyindən xoşlanmadığını bildirmişdir. 11 sentyabr 2020-ci il tarixdə axşam saatlarında dəniz kənarına gedərək orada bir qədər spirtli içki qəbul etmiş, daha sonra Mikayılın yaşadığı evə gəlmiş və orada Mikayıl ilə birlikdə yemək yeyib bir qədər də spirti içki qəbul etmişdir. Qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olduğundan artıq gecə saatlarında yaşadığı evə getmişdir. Evə daxil olduqdan sonra vəziyyətilə bağlı olaraq yatmış, yatdığı zaman səs küy eşidib oyanmış, lakin oyanmağına baxmayaraq hələ də sərxoş vəziyyətdə olduğundan nə baş verdiyini tam anlamamışdır. Həmin zaman həyətdən Mikayılın səsini eşitmiş və həyətə çıxdıqda Mikayılın deyinərək yaşadığı evin həyətində darvaza istiqamətində hərəkət etdiyini görmüşdür. Mikayılı səsləyib nə baş verməsini soruşduqda, sonuncu ona qışqıraraq İrinanın onun anasını təhqir etdiyini bildirib əsəbi halda darvazadan çölə çıxmışdır. Bundan sonra evə daxil olub giriş hissədə İrinanın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Yaxınlaşıb nə baş verdiyini soruşduqda, İrina ona nə isə izah etsə də, həmin zaman sərxoş olduğundan onu anlamamış və yenə də uzanıb yatmışdır. Səhər açıldıqda İrinaya gecə səs küy olduğunu, Mikayılı evdə gördüyünü bildirib nə baş verməsini xatırlamadığını dedikdə, İrina ona hadisəni danışmışdır. Daha sonra bununla bağlı Mikayıl ilə görüşmüş və Mikayıl ona bildirmişdir ki, gecə saatlarında İrina ona zəng edərək anasını söymüş, səbəb isə onun evə sərxoş vəziyyətdə evə gəlməyi olmuşdur. Həmçinin Mikayıl ona bildirmişdir ki, özü də sərxoş olduğundan avtomobilini evində mühafizəçi işləyən şəxs idarə etmiş və onunla birlikdə gəlmişdir. Daha sonra mühafizəçi ilə görüşmüş, o da, təsdiq edərək gəldiklərini bildirmiş, lakin o, evə daxil olmadığını, yalnız Mikayılın deməsi ilə darvazanın arxasında olan daşları çəkərək açdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, 2013-cü ildən hazırki vaxta qədər Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsində sahə nəzarətçisi vəzifəsində işləyir. Nəzarət etdiyi sahələrə Goradil, Fatmayı və Novxanı bağlar massivi daxildir. Vəzifəsi ona təhkim edilmiş ərazidə kommunal, təsərrüfat və tikinti işlərinin qaydasında olmasına nəzarət etməkdir. Xidmət etdiyi Goradil bağlar massivində yaşayan Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ona təhkim edilmiş Goradil bağlar ərazisindən sakin kimi tanıyır. 2019-cu ilin oktyabr-noyabr ayında xidmət etdiyi Goradil-Novxanı yolunda, yeni salınmış avtomobil yolunun kənarında, Fövqəladə Hallar Nazirliyinin yarımçıq tikili sanatoriyası ilə üzbə üz yerləşən torpaq sahəsində tikinti işlərinin aparıldığını aşkar etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs orada gördükdə ona məlum olmuşdur ki, tikinti onun tərəfindən aparılır. Mikayıla həmin torpaq sahəsinin yolun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin əraziyə dair Dövlət Reyestr Xidmətindən çıxarışı, eləcə də tikinti aparması üçün müvafiq sənədi mövcud deyildir. Mikayıla demişdir ki, tikinti aparmazdan əvvəl müvafiq dövlət orqanlarına müraciət edərək torpaq sahəsinə dair, eləcədə tikinti aparılması üçün müvafiq sənədlər əldə edildikdən sonra torpaq sahəsində tikinti işləri aparmaq olar. Həmçinin bu barədə xidmət etdiyi rəhbərliyə məlumat vermişdir. Daha sonra Mikayıl Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunaraq, Təsərrüfat şöbəsinin müdiri Azər adlı şəxs tərəfindən qəbul edilmiş, yenə də Mikayıla eyni qaydalar izah edilmiş və tikintinin dayandırılması bildirilmişdir. Daha sonra ərazidə xidmət apardığı müddətdə Mikayılın tikintini davam etdirməsini aşkar etmiş, bu barədə dəfələrlə ona xəbərdarlıq edərək, müvafiq sənədlər əldə edənədək tikintini dayandırmasını bildirmişdir. Lakin Mikayıl məhəl qoymayaraq tikintini davam etdirmişdir. Həmçinin aparılan tikinti ilə bağlı qonşular tərəfindən narazılıq bildirilmişdir. Nəticə etibarı ilə Mikayıl tərəfindən qanunsuz olaraq zəbt edilmiş və üzərində qanunsuz aparılmış tikinti 30 dekabr 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs1 xidmət etdiyi Goradil bağlarında yaşayan sakin kimi tanımışdır, Zahid isə onunla eyni ərazidə xidmət aparan Post patrul əməkdaşıdır. Gündəlik rastlaşdıqları üçün tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxs göstərdikləri yalan və böhtandır. Zahidlə birlikdə ona, qeyd edilən torpaq sahəsini almasını təklif etməmiş və bunun müqabilində hər hansı bir məbləğdə pul almamışdır. Belə ki, rayon Bələdiyyəsində işlədiyindən həmin yol kənarında yerləşən torpaq sahəsinin yolun mühafizə zolağına aid olduğunu bildiyi halda, bunu Mikayıla təklif etməyi məntiqsizdir. Əksinə onun qanunsuz torpaq sahəsi zəbt etməsini və tikinti aparmasını aşkar edərək aidiyyəti üzrə məlumat vermiş, bu səbəbdən də, Mikayıl qərəzli olaraq guya ona pul verdiyini qeyd etmişdir. Həmçinin Mikayılın qeyd etdiyi Orxan adlı şəxsi ümumiyyətlə tanımır. Mikayıla kiməsə pul verməsini bildirməmiş, əksinə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti aparılan zaman ona dəfələrlə tikintini dayandırmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, 2001-ci ildən hazırki vaxta qədər Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin PPXB-də xidmət edir. Xidmət apardığı ərazi Goradil və Novxanı bağlar massivi əraziləridir. Xidmət etdiyi vaxtdan Goradil bağlar massivində yaşayan sakin Təqsirləndirilən şəxs tanımışdır. Həmçinin bir neçə ildir ki, onunla eyni ərazidə xidmət edən yəni, Goradil və Novxanı bağlar massivi ərazisində xidmət edən Binəqədi rayon Bələdiyyəsinin sahə nəzarətçisi Şahid8 tanımışdır. 2019-cu ilin oktyabr-noyabr ayında xidmət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Goradil-Novxanı yolunda, avtomobil yolunun kənarında, Fövqəladə Hallar Nazirliyinin yarımçıq tikili sanatoriyası ilə üzbə üz yerləşən torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Həm Elçin tərəfindən, həm də Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Mikayıla dəfələrlə xəbərdarlıq edilmiş, lakin tikinti davam etdiyi üçün 30 dekabr 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həmin qanunsuz tikili sökülmüşdür. Zərərçəkmiş şəxs1 Goradil bağlarında yaşayan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs onunla bağlı göstərdikləri yalan və böhtandır. Belə ki, Elçinlə birlikdə ona qeyd edilən torpaq sahəsini almasını təklif etməmiş və bunun müqabilində ondan hər hansı bir məbləğidə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Kinyaz özünə torpaq sahəsi almaq istəyirdi və bununla bağlı Mikayıla müraciət etmişdi. Onların arasında 3 sot torpaq məsələsi olmuşdur. Lakin həmin məsələni dəqiq bilmir. Kinyaz onunla birlikdə Mikayılın bağına getmişlər və orada onlar içki içmişlər. Kinyaz onun yanında Mikayıla pul verməyibdir. Ancaq eşitdiyinə görə Mikayıla torpağa görə pul veribdir. Bağdan qayıdanda Kinyaz bütün pulunu Mikayıla verdiyini bildirmişdir. Kinyaz sonradan ona torpağa görə Mikayıla 12.000 manat pul verdiyini demişdir. O, Anar və Kinyazla torpaq sahəsinə birlikdə baxmış, Kinyaz həmin torpaq sahəsinə 12.000 manat pul verdiyini və oraya darvaza qoyduracağını bildirmişdir. Bununla belə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostu Raufun xalası oğludur, onu təxminən 10 ildir tanıyır. Tanışı Kinyaz ona Goradil qəsəbəsində bağ evi üçün torpaq sahəsi almaq istədiyini bildirmiş, həmin zaman ona Mikayılı məsləhət görmüş və birlikdə sonuncunun Goradil bağında olan evinə getmişlər. Mikayılla görüşüb söhbət etdikdə Mikayıl Kinyaza demişdir ki, Goradil qəsəbəsi ərazisində torpaq sahələrinin çox hissəsi onundur, çıxarış almaq üçün reyestr xidmətinə müraciət edib, bir neçə günə çıxarış alacaqdır. Kinyazla birlikdə Goradil bağlar massivinə gedib baxdıqda orada 24 sot ərazidə yarımçıq tikilinin olduğunu görmüşdür. Həmin tikililər orada beş hissəyə bölünmüşdür. Mikayıl ortada olan 3 sot torpaq sahəsində olan yeri göstərib həmin 3 sot torpaq sahəsini 12000 manata satdığını, həmin torpaq sahəsinə dair çıxarış almaq üçün reyestr xidmətinə müraciət olunduğunu, bir neçə günə çıxarış alınacağını bildirmişdir. Knyaz onunla birlikdə həmin torpaq sahəsinə baxıb bəyənmiş, qiymətini də 12000 manata razılaşmışlar. Təxminən mart ayının ortalarında Goradil bağlar massivində olan Mikayılın evinə Knyazla birlikdə getmiş, Kinyaz Mikayıla 1200 manat pul vermiş, birlikdə yemək yeyib ayrılmışlar. Məhkəmə Şahid4 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrini müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir. Belə ki, məhkəmə Şahid4 müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə dindirildiyini və müdafiə tərəfindən məhkəməyə gətirildiyini, habelə Təqsirləndirilən şəxs xalası oğlu Raufun onun dostu olduğunu nəzərə alaraq hesab edir ki, Şahid4 məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Ona gorə də məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, onun Goradildə torpaq sahəsi olmuş və o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə danışaraq qiyməti 7000 manat müəyyənləşdirmişlər. İlkin alqı-satqı müqaviləsinin imzalanması ilə bağlı notariusda Təqsirləndirilən şəxslə görüşmüşlər və orada Zərərçəkmiş şəxs1 də iştirak etmişdir. Orada Mikayıl ona Anar ilə qohum olduqlarını, eyni zamanda şərikli işlər gördüklərini demişdir. Həyat yoldaşının imzası lazım olduğu üçün notariusa birlikdə getmşlər. Orada Anar razılaşdıqları məbləğdən ona 2000 manat pul vermişdir. Daha sonra isə ona 5.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, müqaviləni hər ikisi ilə də bağlamışdır. Onlar ümumi 7.000 manata razılaşmışlar və həmin məbləğ ona tam ödəndilmişdir. Mikayıl ona müqavilədə qiyməti artıq yazdıracağını desə də o, razılaşmamışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. İstintaq zamanı müstəntiq onu çağıraraq ifadəsini onun dediyi kimi yazmağını demişdir. Qardaşı Zərərçəkmiş şəxs1 tikintiyə 28000 manat pul vəsaiti vermişdir. Anar ona 28.000 manat pul vəsaitini tikintiyə qoymasını, həmin pulun batdığını və 28.000 manat pul və üzərinə 20.000 manat gələrək Təqsirləndirilən şəxs 50.000 manat pul vəsaiti istəyəcəyini demişdir. Əlavə pulun ona çatacağını, qalan pulu da Zərərçəkmiş şəxs1 verməli olduğunu demişdir. Sonradan isə Təqsirləndirilən şəxs 70.000 manat tələb etməli olduğunu bildirmişdir. Onun qardaşı Anarla münasibəti həmişə soyuq olmuş, hazırda danışmırlar. Onun bildiyinə görə Təqsirləndirilən şəxslə qardaşı şərikli iş görmüşlər, sonra isə həmin obyektin söküldüyünü bilmişdir. O, Təqsirləndirilən şəxs pul tələb etməmişdir. Bununla belə, ibtidai istintaq zamanı 16 may 2021-ci il tarixdə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X12 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Lakin bir neçə ildir ki, Anarla soyuq münasibətləri vardır və ünsiyyətləri yoxdur. Onun qardaşı Anarın Təqsirləndirilən şəxslə aralarında olan münasibətindən məlumatı olmamışdır. Lakin, o, sonradan eşitmişdir ki, Mikayıl torpaq sahəsi almaq və tikinti işləri aparmaq məqsədi ilə qardaşı Anardan pullar alaraq ələ keçirmişdir. Goradil bağlarında ümumi danışıqlardan eşitmişdir ki, Təqsirləndirilən şəxs Kinyaz adlı şəxsin pulunu ələ keçirmiş, Samir adlı şəxsin üzərinə həyətində olan iti yönəldərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs göstərdiklərinin yalan və böhtan olduğunu, onun Mikayıl ilə heç bir münasibətinin olmadığını bildirmişdir. O, heç vaxt nə Mikayıla, nə də onun ailə üzvlərinə hədə-qorxu gəlməmişdir. Məhkəmə hesab edir ki, X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir və həmin ifadəni sübut kimi qəbul edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2014-cü ildən Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs dostu Hilalın vasitəsilə 2019-cu ilin noyabr ayında tanımışdır. Onunla ilk dəfə Nərimanov rayonu Kosmos restoranının içərisində görüşmüşdür. X23 adlı şəxslə və dostu Hilalla birlikdə gəlmişdir. Restoranda çay içib tanış olmuş, həmin zaman Mikayıl ona müracitə edib torpağın sənədlərini göstərmiş, həmin sənədlərə baxıb qaydasında olduğunu bildirmiş, eyni zamanda Əmlak xidmətləri məkanına müraciət etmələrini təklif etmişdir. Həmin sənədləri qəbul etdikdən sonra ərazini müayinə etdikdə sənədlərdə olan sxematik xəritə ilə uyğun gəlmədiyi üçün idarə tərəfindən rəsmi imtina məktubu verilmişdir. Anar adlı şəxsi isə Goradil qəsəbəsində çay süfrəsində tanımışdır, lakin onunla heç bir əlaqəsi olmamışdır. 2019-cu ilin xatırlamadığı tarixində Mikayılla Heydər məscidinin qarşısında görüşmüş, sonuncu ona yalnız torpağın sənədlərinin sürətini göstərmişdir. Eyni zamanda həmin günü X20 avtomobilindən düşüb onun avtomobilinə əyləşmişdir. Lakin Mikayılın avtomobilində kiminsə olub-olmamasını görməmişdir. Mikayılın həmin zaman avtomobildə guya ona 7000 manat pul verməsi yalandır, ona yalnız sənədlərlə bağlı məlumat vermişdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs X5 özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməsi və törədilmiş cinayət əməllərində təqsirli olması zərərçəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Bağlar Təsərrüfatı idarəsinin 68 nömrəli Orderindən görünür ki, Şahid6 Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 1994-cü il tarixli qərarı ilə Goradil bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 384 ”p” saylı bağ sahəsi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bağlar Təsərrüfatı İdarəsinin 40 nömrəli Orderindən görünür ki, Şahid13 Bakı şəhər İcra Hakimiyyətinin 15 iyul 1994-cü il tarixli qərarı ilə Goradil bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 269 “j” saylı bağ sahəsi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 11 saylı notariat ofisində təsdiq edilmiş 03 dekabr 2019-cu il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Şahid13 ünvan 2 ünvanında yerləşən 0,12 hektar ölçülü torpaq sahəsinə daşınmaz əmlakın reyestr xidmətindən çıxarış aldıqdan sonra 0,06 hektar hissəsini Zərərçəkmiş şəxs1, qalan 0,06 hektar hissəsini Təqsirləndirilən şəxs ümumilikdə 8.000 manata satılması barədə razılığa gələrək bu müqaviləni bağladılar. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs satış məbləğindən 7.000 manatını notariusun bankda açılmış depozit hesabı vasitəsilə Şahid13 ödədilər. Cinayət işinin materiallarında olan 11 saylı notariat ofisində təsdiq edilmiş 19 noyabr 2019-cu il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Şahid6 ünvan 3 ünvanında yerləşən 0,12 hektar ölçülü torpaq sahəsinə daşınmaz əmlakın reyestr xidmətindən çıxarış aldıqdan sonra 0,06 hektar hissəsini Zərərçəkmiş şəxs1, qalan 0,06 hektar hissəsini Təqsirləndirilən şəxs ümumilikdə 25.500 manata satılması barədə razılğa gələrək bu müqaviləni bağladılar və həmin məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsilə Şahid6 ödədilər. İş materiallarına əlavə edilmiş 11 saylı notariat ofisində təsdiq edilmiş 03 dekabr 2019-cu il tarixli etibarnaməsinin surətindən görünür ki, Şahid13 tərəfindən Goradil qəsəbəsi ərazisində olan 269 “j” saylı bağ sahəsində yerləşən 0,12 hektar torpaq sahəsindən 0,06 hektar hissəsinin istifadəsi ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 11 saylı notariat ofisinin təsdiq edilmiş 19 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, Şahid6 tərəfindən Goradil qəsəbəsinin ərazisində olan 384 “P” saylı bağ sahəsinin 0,12 hektar torpaq sahəsindən 0,06 hektar hissəsinin istifadəsi ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 saylı notariat ofisinin təsdiq edilmiş 19 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, Şahid6 tərəfindən Goradil qəsəbəsinin ərazisində olan 384 “P” saylı bağ sahəsinin 0,12 hektar torpaq sahəsindən 0,06 hektar hissəsinə istifadə ilə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Goradil Bağ massivində FNH yarımçıq tikilisi olan pansionatla üzbəüz hasarlanmış torpaq sahəsinə dair Təqsirləndirilən şəxs adına hüquqmüəyyənedici sənəd mövcud deyil və həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Goradil bağ massivi ünvanında yerləşən 384p saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmamışdır. Həmçinin 1175.0 kv.m torpaq sahəsi olan 384 p saylı bağ sahəsi digər şəxsin adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə sözügedən sahəyə bir neçə şəxsin müraciətləri olmasına baxmayaraq göstərilən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 04 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs onu döyərək bədən xəsarətləri yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2020-ci il tarixli 1525 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırı, bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yumruqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdilər. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında keçirilmiş 19 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs torpaq sahələrinin alınması və sənədləşməsi üçün 49.000 manat pul verdiyini, Təqsirləndirilən şəxs torpaq sahələrinə dair sənədləri ona vermədiyini və pulunu qaytarmayaraq ələ keçirdiyini bildirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında keçirilmiş 19 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 05 aprel 2020-ci il tarixdə Goradil qəsəbəsində 3 sot torpaq sahəsi almaq məqsədilə Təqsirləndirilən şəxs 12000 manat vul verdiyini , Təqsirləndirilən şəxs torpaq sahələrinə dair sənədləri ona vermədiyini və pulunu qaytarmayaraq ələ keçirdiyini, bundan başqa, 05 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3la birlikdə Təqsirləndirilən şəxs torpağa aid sənədləri və ya pulu tələb etmək məqsədilə sonuncunun bağ evinə gedərkən, sonuncunun qəsdən həyətində olan iti onlara tərəf yönəltdiyini və itin onların üstünə cumaraq Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyini bildirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs arasında keçirilmiş 19 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 05 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 xahişi ilə onunla birlikdə Təqsirləndirilən şəxs torpağa aid sənədləri və ya pulu tələb etmək məqsədilə sonuncunun bağ evinə gedərkən, sonuncunun qəsdən həyətində olan iti onlara tərəf yönəltdiyini və itin onların üstünə cumaraq ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 17 iyun 2020-ci il tarixli 877 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin, sağ qulaq seyvanının, sağ gicgah nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, hər iki said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin, hər iki bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin və hər iki baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Kliniki Tibbi Mərkəzinə müraciət etdiyi xx.xx.2020-ci il saat 02.10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər it dişləməsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi qeyrimümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2020-ci il tarixli T 278/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 almış olduğu xəsarətlər - alın, gicgah nahiyələrinin, hər iki saidin, sağ qulaq seyvanının, sağ dirsək oynağının, sol mil-bilək oynağının, sol əlin, hər iki baldırın, budun deşilmiş-cırılmış yaraları, küt yaranma mexanizminə malik olmaqla öz xüsusiyyətlərinə görə it dişləməsi nəticəsində qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2020-ci ildə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində Zərərçəkmiş şəxs1 ona torpaq sahələrində obyekt tikib satıb şərikli qazanc əldə etmək barədə təklifindən sonra sonuncunun tanışı icra nümayəndəliyində işləyən Elçin adlı şəxs və PPXB-nün polis nəfəri Zahid adlı şəxs tərəfindən Binəqədi rayon Goradil Bağ massivində yerləşən Şahid13 və Şahid6 sərəncamla verilmiş torpaq sahələrinin alınması və həmin torpaq sahələrində tikinti işi ilə məşğul olma barədə məsləhət verilməsi, Zərərçəkmiş şəxs1 aldadaraq etibarından sui istifadə edib dələduzluq yolu ilə pulunu ələ keçirmədiyi, 05 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs7 ilə birlikdə onun yaşadığı evə gəlmələrində məqsədlərinin Bilman adlı şəxsin ona satacağı torpaq sahəsinin sənədinin və ya həmin torpaq sahəsi müqabilində vermiş olduğu pulun alınmasına köməklik göstərilməsilə bağlı olduğu, Zərərçəkmiş şəxs2 ümumiyyətlə torpaq satmaq adı ilə hər hansı bir məbləğdə pul almadığı, yaşadığı evin həyətində alabay itini Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 üzərinə qəsdən yönəltmədiyi, eyni zamanda 12 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı bağ evinin həyətinə giriş qapısını döyməsinə baxmayaraq sonuncunun qapıya çıxmaması səbəbindən geri qayıtdığı və Zərərçəkmiş şəxs4 yaşadığı evə daxil olub ona hər hansı bir xəsarət yetirmədiyi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı təsdiq edilmişq sübutlarla, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işləri aparmış, həmçinin tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə X9 əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə çıxarış alınması, tikinti aparılması və tikintiyə icazə alınması üçün müxtəlif vaxtlarda ümumilikdə Zərərçəkmiş şəxs1 46.500 manat pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə X9 əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində “Abşeron Marina” istirahət mərkəzinin yanında yerləşən 0,12 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, sonuncuya satmaq və gələcəkdə həmin torpaq sahəsinə çıxarış əldə ediləcəyinə dair vəd verib 2019-cu ilin noyabr ayında ümumilikdə Zərərçəkmiş şəxs1 44000 manat pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmə məqsədilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 0,03 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirməklə, sonuncuya satmaq və gələcəkdə həmin torpaq sahəsinə çıxarış əldə ediləcəyinə dair vəd verib 05 aprel 2020-cu il tarixdə Zərərçəkmiş şəxs2 ümumilikdə 12000 manat pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin 05 may 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivi, 529 nömrəli bağ evində aralarında şəxsi münasibətlər zəminində yaranmış “alabay” itini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 üzərinə qəsdən yönəltmiş, nəticədə Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmiş, həmçinin 12 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, X9 etibarından sui istifadə edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, Şahid13 və Şahid6 Tanrı verdi oğluna 1994cü ildə sərəncamla ayrılmış, lakin faktiki olaraq dövlət mülkiyyətində olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmamış, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş torpaq sahələrinin alınması üçün 19 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat, 01 dekabr 2019-cu il tarixdə həmin notariat kontorunda Şahid13 vasitəsilə 2000 manat, 03 dekabr 2019-cu il tarixdə 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat manat, daha sonra həmin torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə 2019-cu ilin dekabr ayının əvvəllərində Binəqədi rayonu 6-cı mkr. ərazisində 7000 manat, daha sonra həmin torpaq sahəsində tikintinin davam etdirilməsinə aidiyyəti dövlət orqanlarından icazə alınması üçün 14 dekabr 2020-ci il tarixdə Goradil bağlar massivində 15000 ABŞ dolları nisbətində 25500 manat, həmin torpaq sahələrində tikinti işlərinin aparılması üçün 14000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun ümumilikdə 58700 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus məhz 58.700 manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqında həmin torpaq sahələrini Zərərçəkmiş şəxs1lə şərikli qaydada əldə etdiklərini və torpaq sahələrinin sahibləri Şahid6 və Şahid13 cəmi 12.000 manat məbləğində pul vəsaitini hər ikisi şərikli qaydada verdiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, özünə məxsus Goradil qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsini Mikayıl və Anar adlı şəxslərə 5.000 manata satmış və həmin pul vəsaitini Mikayılgil ona vermişlər. Həmin vaxt Anar və Mikayılın şərik olduğunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, onun Goradildə torpaq sahəsi olmuş və o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə danışaraq qiyməti müəyyənləşdirmişlər. İlkin alqı-satqı müqaviləsinin imzalanması ilə bağlı notariusda Təqsirləndirilən şəxslə görüşmüşlər və orada Zərərçəkmiş şəxs1 də iştirak etmişdir. Orada Anar razılaşdıqları məbləğdən ona 2000 manat pul vermişdir. Daha sonra isə ona qalan 5.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, ilkin alqı-satqı müqaviləsini hər ikisi ilə də bağlamışdır. Onlar ümumi 7.000 manata razılaşmışlar və həmin məbləğ ona Mikayıl və Anar tərəfindən tam ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 da ifadəsində göstərmişdir ki, Goradil bağlar massivində yolun kənarında olan torpaq sahələrini almaq üçün 11 saylı notariat kontorunda Mikayılın vasitəsilə Şahid6 3000 ABŞ dolları və yenə də 11 saylı notariat kontorunda Şahid13 2000 manat və 3000 ABŞ dolları pul vermişdir. Həmin torpaq sahələrinin alqı-satqısına dair həmin şəxslərlə aralarında alqısatqı müqavilələri bağlanmışdır. Bundan başqa hər iki torpaq sahəsinə dair Mikayıla və ona hər birinə 6 sot olmaqla ayrı-ayrılıqda etibarnamələr verilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda, yəni 58.700 manat məbləğində pulun ələ keçirilməsi ilə bağlı ittihamın 19 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat, 01 dekabr 2019-cu il tarixdə həmin notariat kontorunda Şahid13 vasitəsilə 2000 manat, 03 dekabr 2019-cu il tarixdə 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat, cəmi 12200 manat pulu ələ keçirməsi hissəsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda göstərilən həmin torpaq sahələrinin alınması ilə bağlı məhz Şahid6 5000 manat və Şahid13 7000 manat pul vəsaiti Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən şərikli formada və notarial qaydada ödənilmiş və həmin şəxslərlə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında həmin torpaq sahələrinin alqı-satqısına dair notarial qydada ilkin müqavilələr bağlanmışdır. Həmçinin həmin torpaq sahələrindən istifadə ilə bağlı Şahid13 və Şahid6 tərəfindən ayrı-ayrılıqda hər birinə 0,06 hektar olmaqla Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs notariat qaydada etibarnamələr verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Zərərçəkmiş şəxs1 məxsus 58.700 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ittihamdan həmin torpaq sahələrinin alınması üçün 19 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat, 01 dekabr 2019-cu il tarixdə həmin notariat kontorunda Şahid13 vasitəsilə 2000 manat, 03 dekabr 2019-cu il tarixdə 11 saylı notariat kontorunda 3000 ABŞ dolları nisbətində 5100 manat (cəmi 12.200 manat) pulun dələduzluq yolu ilə ələ keçirməsi hissəsi çıxarılmalıdır. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.3.2 və 188.2-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4 və 188.2-ci maddələrinə tövsif ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 127.2.3, 128, 178.2.2, 178.2.4 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirli bilinərək, 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç bir iddia və tələbinin olmamasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə barışığın əldə olunmasını və sonuncunun ona qarşı heç bir iddia və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4 və 188.2-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 13 ( on üç) gün və 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 31 ( otuz bir) gün, ümumilikdə 01 (bir) ay 14 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 102.700 manat məbləğində maddi ziyan və həmçinin 100.000 manat məbləğində mənəvi ziyan və əldən çıxmış faydanın Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi xahiş edilmişdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 90.500 manat məbləğində maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsi qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 90.500 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə 50.000 manat maddi ziyan və 30.000 manat mənəvi ziyanın tutulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, aldığı xəsarətlər nəticəsində 2 dəfə cərrahi əməliyyatlara məruz qalmış, 18 gün xəstəxanada olmuş, həkimlərə, dərmanlara 50.000 manat pul xərcləmişdir. Həmçinin 30.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Lakin mülki iddiaçı Zərərçəkmiş şəxs3 iddia tələblərini əsaslandıran sübutları, o cümlədən pul ödənişləri ilə bağlı qəbzləri və digər sənədləri məhkəməyə təqdim etməmişdr. Məhkəmə mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs7 iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndinə əsasən, ziyanın mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırılmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs3 ödənilməli olan məbləğin dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılması məhkəmə baxışının kifayət qədər uzanmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128, 178.2.2, 178.2.4 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–ci maddəsi ilə 01 (bir) il 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 ( dörd ) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə 01 (bir ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 ( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 13 ( on üç) gün və 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək tutulduğu və “ev dustaqlığında” olduğu 31 (otuz bir) gün, ümumilikdə 01 (bir) ay 14 (dörd) gün ona təyin edilmiş 05 (beş) il azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsi qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 90.500 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs7 iddia ərizəsi baxılmamış saxlanılsın və gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-118/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver