Məhkəmə qərarları › İş №1(101)-118/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonunun, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Milad” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Beyləqan rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 659,574 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 19.848,963 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla ünvan 3 ünvanının blokuna qanunsuz daşımış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 29 sentyabr 2021-ci il tarixdə saat 00:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra sonuncuların razılığı və iştirakı ilə ünvan 3 ünvanının dəhlizində 29 sentyabr 2021-ci il tarixdə saat 02.05-dən etibarən keçirilmiş baxış zamanı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan iki ədəd bağlamada onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları bir ədəd bükümdə ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19 845 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Quliyev X5 Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Milad” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Beyləqan rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 659,574 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 19.848,963 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla ünvan 3 ünvanının blokuna qanunsuz daşımış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 29 sentyabr 2021-ci il tarixdə saat 00:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin, daha sonra sonuncuların razılığı və iştirakı ilə ünvan 3 ünvanının dəhlizində 29 sentyabr 2021-ci il tarixdə saat 02.05-dən etibarən keçirilmiş baxış zamanı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan iki ədəd bağlamadan onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları bir ədəd bükümdə ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19 845 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs2 təqribən 4-5 il olar tanıyır, Nicat onunla birlikdə sürücü olaraq işləmişdir. O, özü də əvvəllər “Sprinter” adlı maşınlarda sürücü olaraq çalışmış, onlar “Norm Sement” zavodunda işləyən şəxslərin “Sprinter”-lə daşınması ilə məşğul olmuşlar. 27 sentyabr 2021-ci il tarixdə Nicatla birlikdə olmuş, axşam saatlarında Nicat Bərdə rayonuna atasının məzarını ziyarətə gedərkən ona da təklif etmiş, o da onunla razılaşmışdır. Onlar birlikdə Bərdə rayonuna getmiş, məzarı ziyarət etdikdən sonra səhəri gün Lökbatana çatmış və hər kəs öz evinə getmişdir. O, Nicatgilin məhəlləsinin yanında mağazaya girmiş, bu zaman Nicat ona zəng edib, evdə tək olduğunu və onlara getməyini bildirmişdir. Nicat narkotik vasitə istifadəçisi olmuş, o, narkotik vasitələri tanımadığı adamlardan almış, narkotik vasitə əldə etmək üçün xüsusi nömrələr olduğunu, onlarla əlaqə saxlayıb, bank kartlarına pul göndərdikdən sonra qeyd etdikləri yerdən gedib narkotik vasitəni götürmüşlər. Nicatgilin məhəlləsinə çatan zaman 2 nəfər mülki geyimli şəxsin üzərinə doğru gəldiyini görmüş, istər-istəməz qorxaraq qaçmışdır. Həmin şəxslər onun arxasınca silahla iki dəfə atəş açmış, o, yıxılmış, üzünü çevirəndə ətrafında 10-15 nəfər adamın toplaşdığını görmüşdür. Bundan sonra polis əməkdaşları onu döyərək avtomobilə əyləşdirmiş, avtomobildə olan zaman ona zor tətbiq edib, binanın 5-ci mərtəbəsində mal olduğunu bildirib, həmin malın ona aid olduğunu bildirməyini tələb etmişlər. Həmin vaxtı axşam saat təxmini 19:00 radələri olmuş, onu anası və atasını tutacaqları ilə hədələmişlər. Bundan sonra Nicat da avtomobilə gətirilmiş, Nicat ona onu da ailəsi ilə hədələdiklərini demişdir. Həmin vaxtı Nicat ona bildirmişdir ki, “biz boynumuza almasaq bunlar bizdən əl çəkəsi deyil, ən yaxşısı qəbul edək ailələrimizdən də uzaq dursunlar”. Bundan sonra polis əməkdaşları özləri binanın 5ci mərtəbəsinə çıxmış və əllərində kisələrlə aşağı enmişlər, bundan sonra onları Badamdara gətirib, senari qurmağa başlamışlar. Polis əməkdaşları onlardan, Nicatla birlikdə 10-15 dəfə iş gördüklərini, Beyləqan rayonundan narkotik vasitələr gətirdiklərini bildirmələrini istəmişlər. Onlar, onlarla razılaşmadıqda onlara yenidən zor tətbiq etməyə başlanmış, gecə saat 2-yə kimi döyüldükdən sonra artıq özündə olmamış, gecə onları evə gətirib çəkiliş etdikdən sonra İdarəyə gətirmişlər. İdarədə olan zaman çəkiliş edən kapitan rütbəli polis əməkdaşı onun cibinə 4 qram “kokos” və 5 qram “patı” ümumilikdə 2 büküm olmaqla hərəsini bir cibinə, 20 qram “patı” da Nicatın cibinə qoymuşdur. O, etiraz etdikdə yenidən ona zor tətbiq olunmuş, o, artıq döyülməkdən yorulduğunu bildirmiş, müstəntiqə olanları bildirmişdir ki, polis əməkdaşları 20 kq-a yaxın “mal”ı zorla onların öhdəsinə qoymağa çalışırlar. Bu zaman 3-4 nəfər polis əməkdaşı otağa daxil olub, yenə zor tətbiqinə başlamış, artıq heç bir şeyin fayda verməyəcəyini anlamış, bir müddət sonra Bakı İstintaq Təcridxanasına gətirilmişdir. O, saxlanılan zaman cibində 0.2 qram istifadəsi üçün narkotik vasitə heroin olmuşdur. O, yalnız narkotik vasitə istifadəçisi olmuş, satışı ilə məşğul olmamış, “Milad” adlı şəxsi tanımamış, telefonunda “Milad” adlı şəxslə bağlı məlumatlar olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs1 təqribən 4-5 il olar ki, tanımış, Sənan onunla sürücü işləmiş, o da əvvəllər “Sprinter” adlı maşınlarda sürücü olaraq çalışmışdır. Onlar “Norm Sement” zavodunda işləyən şəxslərin “Sprinter”-lə daşınması ilə məşğul olmuş, Sənan şüşə adı ilə tanınan psixotrop maddə metamfetamin və heroindən istifadə etmiş, o, özü də Sənanla birlikdə dəfələrlə şüşə çəkmişlər. Şamxal Abbasov onun dayısı oğludur, o, taksi sürücüsü olaraq çalışmışdır. 27 sentyabr 2021-ci il tarixdə Sənanla birlikdə olmuş və axşam saatlarında o, Bərdə rayonuna atasının məzarını ziyarətə getmək istəmiş, Sənan da Sabirabada gedəcəyini demiş, razılaşıb birlikdə yola çıxmışlar. Həmin vaxtı avtomobili dayısı oğlu idarə etmiş, Sənan əvvəlcə Sabirabadda qalacağını desə də amma alınmamış, o, heç avtomobildən enmədən onlarla Bərdəyə yola düşmüşlər. Ziyarət bitdikdən sonra səhərə yaxın Bakıya qayıtmış və o, metamfetaminin təsirindən günlərlə oyaq olduğu üçün evə çatan kimi birbaşa yatmışdır. O, rayona getməmişdən 10 gün qabaq onu polis əməkdaşları saxlamış ona görə də onun telefon nömrəsini bilmiş və ona zəng edib Cırtdan parkının yanına gəlməyini bildirmişlər. O, deyilən ünvana gedəndə onu polis əməkdaşları tutmuş və avtomobilə əyləşdirib zor tətbiq etdikdən sonra bildirmişlər ki, Sənanla birlikdə arandan gəlmisiniz, Sənana zəng edib onu da bura çağırmağını tələb etmiş, o da Sənanı çağırmışdır. Bundan sonra onları avtomobilə əyləşdirib, onlara zor tətbiq edilmiş, polis əməkdaşları onu evinin pəncərəsindən narkotik vasitəni evə atıb həmin narkotik vasitənin yoldaşının olduğunu qeyd edib, onu saxlayacaqları ilə hədələmişlər. Daha sonra onları İdarəyə aparmış, idarədə onun cibinə 20 qram “patı”, Sənanın cibinə isə 4 qram “kokos” və 5 qram “patı” ümumilikdə 2 büküm olmaqla hərəsini bir cibinə qoymuşlar. Axşamçağı onları evə gətirib çəkiliş edilmiş, onları hədələdikləri və zor tətbiq etdikləri üçün onlar məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Şahid3 ifadəsində göstərdi ki, 28 sentyabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi İlə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 28 sentyabr 2021-ci il tarixli qərar çıxarılmışdır. Qərara əsasən BNMİ-nin əməkdaşları-XMİÜ baş əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4, polis nəfəri Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:00 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxs yanında olan başqa iki nəfər şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarım bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Sənana bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasova müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasov siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin onların hüquqlarını müdafiə etməsinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X15, Şamxal Abbasovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 dəvət olunaraq şübhəli şəxslərə təqdim olunmuşlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmiş və həmin şəxslərə müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait də yaradılmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov və müdafiəçiləri ilə konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri onlara izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovun üstünün yoxlanılacağı və üzərilərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmiş, şübhəli şəxslər hüquqlarının aydın olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə xx.xx.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 1 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 10 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 10 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 12 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Eyni zamanda şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra X9 üzərində qanunla qadağan olunmuş heç bir əşya, predmet olmadığını bildirərək əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etmişdir. Bundan sonra X4 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 20 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusunu şübhəli şəxs X6 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin və metamfetaminə bənzər bükümlərin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Onlar həmin ünvana Təqsirləndirilən şəxs2lə birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getmişlər. Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs2 bu barədə qabaqcadan məlumatı olmuşdur. Onun özü narkotik aludəçisi olmuş, heroin və metamfetamindən istifadə etmiş, həmin narkotik və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsdən almışdır. “Milad” adlı şəxsi bir il olardı ki, tanımış, hazırkı vaxta kimi “Milad” adlı şəxsdən təxminən 20 dəfə narkotik vasitə və psixotrop maddə almış, həmin narkotik vasitələri “Milad” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü İşin qarşılığında Milad ona narkotik vasitənin hər kiloqramına görə 1000 manat pul verəcəydi. Bundan sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizində narkotik vasitə və psixotrop maddə saxladığını, həmin narkotik vasitə və psixotrop maddəni də könüllü olaraq təqdim edəcəyini bildirmiş, həmin vaxtı polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixtrop maddə metamfetaminin onun özünə məxsus olduğunu bildirmişdir. O, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən əldə etdiyini demişdir. O, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə getdikləri ünvanda narkotik vasitə olduğunu qabaqcadan bildiyini, sonuncu ilə birlikdə Beyləqan rayonuna getməkdə məqsədi əldə edəcəkləri narkotik vasitənin bir hissəsini öz istifadəsi üçün götürmək olduğunu bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar olunmuş həmin kütlənin də Beyləqan rayonundan götürdükləri narkotik və psixotrop maddənin bir hissəsi olduğunu demişdir. Təqsirləndirilən şəxs2 həmin vaxtı özünün də narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu, onlardan istifadə etdiyini, Beyləqan rayonundan narkotik vasitə götürəcəkləri barədə qohumu Şamxal Abbasovun heç bir məlumatının olmadığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizində Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonundan əldə etdikləri narkotik vasitə və psixotrop maddələri saxladıqlarını, həmin narkotik vasitə və psixotrop maddəni könüllü olaraq təqdim edə biləcəyini demişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən onlara fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra üçüncü şəxs Şamxal Abbasov suallar verilmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən onun heç bir məlumatınin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə verərək Təqsirləndirilən şəxs2 yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizinə baxış keçirilməsini və orada olan narkotik vasitələri və psixotrop maddələri könüllü olaraq təqdim etmələrini bildirmişlər. Bundan sonra şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar birlikdə ünvan 3 ünvanına yollanmışlar. Baxış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 bu barədə də qərarla tanış edilərək sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 qeyd edilən binanın beşinci mərtəbəsinin dəhlizdə olan sandıqçanı açaraq içərisindən 2 ədəd sellofan torbanı könüllü təqdim edərək içərilərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sonra həmin sellofan torbalara baxış keçirilmiş, birinci torbanın içərisindən 4 bağlama aşkar olunmuş, aşkar olunmuş bağlamalara baxış zamanı birinci bağlamanın içərisindən 1 bükümdə narkotik vasitə heroinə bənzər, ikinci bağlamanın içərisindən 3 bükümdə narkotik vasitə heroinə bənzər, üçüncü bağlamanın içərisindən 4 bükümdə narkotik vasitə heroinə bənzər və dördüncü bağlamanın içərisidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmiş, aşkar olunmuş ikinci torbanın içərisinə baxış zamanı içərisindən 2 bağlamada ümumilikdə 9 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, sora həmin kütlələr də tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlələr ümumilikdə 2 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra sandıqçanın içərisinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Onlara əməliyyat məlumatı daxil olarkən həmin binanın beşinci mərtəbəsinin dəhlizində olan narkotik vasitələr və psixotrop maddələr barəsində onlarda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş İdarədə üzərlərinə baxış keçirilən zaman könüllü olaraq səmimi etiraf etmişlər ki, onlar əlavə olaraq narkotik vasitələri və psixotrop maddələri binanın blokunda gizlədiblər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gizlətdikləri narkotik vasitələri və psixotrop maddələri blokda gizlətdikləri yerdən özlərinin təqdim etməsələr onlar qeyd edilən yerdə narkotik vasitə və ya psixotrop maddə olduğunu bilməmiş, nə də ki, bununla bağlı onlarda hər hansı əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 28 sentyabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi İlə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİnin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 28 sentyabr 2021-ci il tarixli qərar çıxarılmışdır. Qərara əsasən BNMİ-nin şöbə rəisi vəzifəsində çalışan Şahid3 əməliyyat qrupuna rəhbərliyi ilə BNMİ-nin əməkdaşları-XMİÜ baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid4, polis nəfəri Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:00 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxs yanında olan başqa iki nəfər şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarım bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Sənana bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasova müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasov siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin onların hüquqlarını müdafiə etməsinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X15, Şamxal Abbasovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 dəvət olunaraq şübhəli şəxslərə təqdim olunmuşlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmiş və həmin şəxslərə müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait də yaradılmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov və müdafiəçiləri ilə konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri onlara izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovun üstünün yoxlanılacağı və üzərilərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmiş, şübhəli şəxslər hüquqlarının aydın olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə xx.xx.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 1 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 10 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 10 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 12 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Eyni zamanda şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra X9 üzərində qanunla qadağan olunmuş heç bir əşya, predmet olmadığını bildirərək əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etmişdir. Bundan sonra X4 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 20 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusunu şübhəli şəxs X6 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin və metamfetaminə bənzər bükümlərin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Onlar həmin ünvana Təqsirləndirilən şəxs2lə birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getmişlər. Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs2 bu barədə qabaqcadan məlumatı olmuşdur. Onun özü narkotik aludəçisi olmuş, heroin və metamfetamindən istifadə etmiş, həmin narkotik və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsdən almışdır. “Milad” adlı şəxsi bir il olardı ki, tanımış, hazırkı vaxta kimi “Milad” adlı şəxsdən təxminən 20 dəfə narkotik vasitə və psixotrop maddə almış, həmin narkotik vasitələri “Milad” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü İşin qarşılığında Milad ona narkotik vasitənin hər kiloqramına görə 1000 manat pul verəcəydi. Bundan sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizində narkotik vasitə və psixotrop maddə saxladığını, həmin narkotik vasitə və psixotrop maddəni də könüllü olaraq təqdim edəcəyini bildirmiş, həmin vaxtı polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixtrop maddə metamfetaminin onun özünə məxsus olduğunu bildirmişdir. O, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən əldə etdiyini demişdir. O, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə getdikləri ünvanda narkotik vasitə olduğunu qabaqcadan bildiyini, sonuncu ilə birlikdə Beyləqan rayonuna getməkdə məqsədi əldə edəcəkləri narkotik vasitənin bir hissəsini öz istifadəsi üçün götürmək olduğunu bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar olunmuş həmin kütlənin də Beyləqan rayonundan götürdükləri narkotik və psixotrop maddənin bir hissəsi olduğunu demişdir. Təqsirləndirilən şəxs2 həmin vaxtı özünün də narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu, onlardan istifadə etdiyini, Beyləqan rayonundan narkotik vasitə götürəcəkləri barədə qohumu Şamxal Abbasovun heç bir məlumatının olmadığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizində Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonundan əldə etdikləri narkotik vasitə və psixotrop maddələri saxladıqlarını, həmin narkotik vasitə və psixotrop maddəni könüllü olaraq təqdim edə biləcəyini demişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən onlara fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra üçüncü şəxs Şamxal Abbasov suallar verilmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən onun heç bir məlumatınin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə verərək Təqsirləndirilən şəxs2 yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizinə baxış keçirilməsini və orada olan narkotik vasitələri və psixotrop maddələri könüllü olaraq təqdim etmələrini bildirmişlər. Bundan sonra şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar birlikdə ünvan 3 ünvanına yollanmışlar. Baxış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 bu barədə də qərarla tanış edilərək sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 qeyd edilən binanın beşinci mərtəbəsinin dəhlizdə olan sandıqçanı açaraq içərisindən 2 ədəd sellofan torbanı könüllü təqdim edərək içərilərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sonra həmin sellofan torbalara baxış keçirilmiş, birinci torbanın içərisindən 4 bağlama aşkar olunmuş, aşkar olunmuş bağlamalara baxış zamanı birinci bağlamanın içərisindən 1 bükümdə narkotik vasitə heroinə bənzər, ikinci bağlamanın içərisindən 3 bükümdə narkotik vasitə heroinə bənzər, üçüncü bağlamanın içərisindən 4 bükümdə narkotik vasitə heroinə bənzər və dördüncü bağlamanın içərisidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmiş, aşkar olunmuş ikinci torbanın içərisinə baxış zamanı içərisindən 2 bağlamada ümumilikdə 9 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, sora həmin kütlələr də tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlələr ümumilikdə 2 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra sandıqçanın içərisinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Onlara əməliyyat məlumatı daxil olarkən həmin binanın beşinci mərtəbəsinin dəhlizində olan narkotik vasitələr və psixotrop maddələr barəsində onlarda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş İdarədə üzərlərinə baxış keçirilən zaman könüllü olaraq səmimi etiraf etmişlər ki, onlar əlavə olaraq narkotik vasitələri və psixotrop maddələri binanın blokunda gizlədiblər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 binanın blokunda gizlətdikləri narkotik vasitələr və psixotrop maddələr barədə özləri könüllü şəkildə səmimi etiraf etmişlər, həmin narkotik vasitələrin və psixotrop maddələrin yerlərinin aşkar edilməsi üçün onlara hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Binanın 5-ci mərtəbəsində blokda gizlədilmiş narkotik vasitələrin və psixotrop maddələrin yerləri ilə bağlı onlarda hər hansı əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 sentyabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi İlə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 28 sentyabr 2021-ci il tarixli qərar çıxarılmışdır. Qərara əsasən BNMİ-nin şöbə rəisi vəzifəsində çalışan Şahid3 əməliyyat qrupuna rəhbərliyi ilə BNMİ-nin əməkdaşlarıəməliyyat müvəkkilləri Şahid4, Şahid2, polis nəfəri Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:00 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxs yanında olan başqa iki nəfər şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarım bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Sənana bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasova müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasov siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin onların hüquqlarını müdafiə etməsinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X15, Şamxal Abbasovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 dəvət olunaraq şübhəli şəxslərə təqdim olunmuşlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmiş və həmin şəxslərə müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait də yaradılmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov və müdafiəçiləri ilə konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şamxal Abbasov şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri onlara izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasovun üstünün yoxlanılacağı və üzərilərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, Azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmiş, şübhəli şəxslər hüquqlarının aydın olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə xx.xx.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 1 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 10 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 10 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 12 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Eyni zamanda şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra X9 üzərində qanunla qadağan olunmuş heç bir əşya, predmet olmadığını bildirərək əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunu təqdim etmişdir. Bundan sonra X4 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 20 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusunu şübhəli şəxs X6 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin və metamfetaminə bənzər bükümlərin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Onlar həmin ünvana Təqsirləndirilən şəxs2lə birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getmişlər. Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs2 bu barədə qabaqcadan məlumatı olmuşdur. Onun özü narkotik aludəçisi olmuş, heroin və metamfetamindən istifadə etmiş, həmin narkotik və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsdən almışdır. “Milad” adlı şəxsi bir il olardı ki, tanımış, hazırkı vaxta kimi “Milad” adlı şəxsdən təxminən 20 dəfə narkotik vasitə və psixotrop maddə almış, həmin narkotik vasitələri “Milad” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü İşin qarşılığında Milad ona narkotik vasitənin hər kiloqramına görə 1000 manat pul verəcəydi. Bundan sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizində narkotik vasitə və psixotrop maddə saxladığını, həmin narkotik vasitə və psixotrop maddəni də könüllü olaraq təqdim edəcəyini bildirmiş, həmin vaxtı polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixtrop maddə metamfetaminin onun özünə məxsus olduğunu bildirmişdir. O, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən əldə etdiyini demişdir. O, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə getdikləri ünvanda narkotik vasitə olduğunu qabaqcadan bildiyini, sonuncu ilə birlikdə Beyləqan rayonuna getməkdə məqsədi əldə edəcəkləri narkotik vasitənin bir hissəsini öz istifadəsi üçün götürmək olduğunu bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar olunmuş həmin kütlənin də Beyləqan rayonundan götürdükləri narkotik və psixotrop maddənin bir hissəsi olduğunu demişdir. Təqsirləndirilən şəxs2 həmin vaxtı özünün də narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu, onlardan istifadə etdiyini, Beyləqan rayonundan narkotik vasitə götürəcəkləri barədə qohumu Şamxal Abbasovun heç bir məlumatının olmadığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizində Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonundan əldə etdikləri narkotik vasitə və psixotrop maddələri saxladıqlarını, həmin narkotik vasitə və psixotrop maddəni könüllü olaraq təqdim edə biləcəyini demişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən onlara fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bundan sonra üçüncü şəxs Şamxal Abbasov suallar verilmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən onun heç bir məlumatınin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə verərək Təqsirləndirilən şəxs2 yaşadığı binanın beşinci mərtəbəsinin dəhlizinə baxış keçirilməsini və orada olan narkotik vasitələri və psixotrop maddələri könüllü olaraq təqdim etmələrini bildirmişlər. Bundan sonra şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar birlikdə ünvan 3 ünvanına yollanmışlar. Baxış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 bu barədə də qərarla tanış edilərək sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 qeyd edilən binanın beşinci mərtəbəsinin dəhlizdə olan sandıqçanı açaraq içərisindən 2 ədəd sellofan torbanı könüllü təqdim edərək içərilərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sonra həmin sellofan torbalara baxış keçirilmiş, birinci torbanın içərisindən 4 bağlama aşkar olunmuş, aşkar olunmuş bağlamalara baxış zamanı birinci bağlamanın içərisindən 1 bükümdə narkotik vasitə heroinə bənzər, ikinci bağlamanın içərisindən 3 bükümdə narkotik vasitə heroinə bənzər, üçüncü bağlamanın içərisindən 4 bükümdə narkotik vasitə heroinə bənzər və dördüncü bağlamanın içərisidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmiş, aşkar olunmuş ikinci torbanın içərisinə baxış zamanı içərisindən 2 bağlamada ümumilikdə 9 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, sora həmin kütlələr də tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlələr ümumilikdə 2 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra sandıqçanın içərisinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Onlara əməliyyat məlumatı daxil olarkən həmin binanın beşinci mərtəbəsinin dəhlizində olan narkotik vasitələr və psixotrop maddələr barəsində onlarda heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş İdarədə üzərlərinə baxış keçirilən zaman könüllü olaraq səmimi etiraf etmişlər ki, onlar əlavə olaraq narkotik vasitələri və psixotrop maddələri binanın blokunda gizlədiblər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 binanın blokunda gizlətdikləri narkotik vasitələr və psixotrop maddələr barədə özləri könüllü şəkildə səmimi etiraf etmişlər, həmin narkotik vasitələrin və psixotrop maddələrin yerlərinin aşkar edilməsi üçün onlara hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Binanın 5-ci mərtəbəində blokda gizlədilmiş narkotik vasitələrin və psixotrop maddələrin yerləri ilə bağlı onlarda hər hansı əməliyyat məlumatı olmamışdır. Narkotik vasitə və psixotrop maddələr aşkar edilmiş sandıqça blokun 5-ci mərtəbəsində olmuş, Təqsirləndirilən şəxs2 həmin binanın 1-ci mərtəbəsində yaşamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4 və Şahid5 da Şahid2, Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 6/4291 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: '‘Təqsirləndirilən şəxs2 təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər ...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,048 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,526 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,963 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 baxış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər və 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər ...” yazısı və imzalar olan bağlamadakı 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, ümumi təmiz çəkisi 6745 qram qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 635 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ... narkotik vasitə olan heroinə bənzər...” yazısı və imzalar olan bağlamadakı 7 (yeddi) bükümdə hər birində 1 ədəd olmaqla, 3 (üç) bükümdə isə hər birində 2 ədəd olmaqla, ümumilikdə 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 13100 qram qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi..” yazısı olan paketdəki və üzərində “Təqsirləndirilən şəxs1 baxış zamanı təqdim etdiyi...” yazısı olan bağlamadakı metamfetaminin ümumi təmiz çəkisi 639,526 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər...” yazısı olan paketdəki və üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər ...” yazısı olan iki ədəd bağlamalardakı heroinin ümumi təmiz çəkisi 19848,963 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 şəxsi axtarış və baxış zamanı təqdim etdiyi metamfetaminlər, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı təqdim etdiyi metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (cild 01, iş vərəqə 102-110) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 yanvar 2022-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 3 ildir psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Psixotrop maddə olan metamfetamindən gündə 5 dəfə istifadə etdiyini qeyd edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 yanvar 2022-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 3 ildir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. (cild 02, iş vərəqə 125-126, 127-128) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 sentyabr 2021-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 68-71) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Mənzildə baxış və götürmə aparılması haqqında” protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 sentyabr 2021-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən binanın dəhlizinə keçirilən baxış zamanı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan iki ədəd bağlamadan bir ədəd bükümdə ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19845 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 78-81) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda olan “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemində +**********54 saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə qeydiyyatdan keçildiyi müəyyən edilmişdir. Mobil telefonda olan “Whatsapp” ani mesajlaşma mübadilə sistemində adı Milad kimi qeyd edilmiş İran islam Respublikasına məxsus olan +**********37 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxslə danışıqların aparılması müəyyən edilmişdir. Mobil telefonda olan nömrələrin siyahısında “Babek” adlı şəxsə məxsus +**********54 saylı mobil nömrə, “babek2” adlı şəxsə məxsus +**********65 saylı mobil nömrə, “Milad” adlı şəxsə məxsus +**********37 saylı mobil nömrə və “Milad teze” adlı şəxsə məxsus +**********23 saylı mobil nömrələrin qeyd edilmişdir. (cild 01, iş vərəqə 225-233) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş 17 noyabr 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrədən ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Butov 30 a alınır qaqa” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Gozel 50 man liq lazimdi” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Ay qaqaw srazi ne adboy verirsene bidene yarim qram goturmiwdum indide ozumcin goturmemiwem Allaha and olsun bir cet wey qalmowdi atmiwam falqaya bir iki tustu vurmuwam gelirsen gel verim onu” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Miriw yari kola emele geler koz kimi puluynan” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “abi srocnu lazimsane getmeliyem 1 dene lazimdi” məzmunlu, ********** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Ay qaqaw yari duz qow elemek olmazki sehf bawa duwub gelmiwem buracan” məzmunlu, ********** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “qaqa indi dediyin var idiye bes 4 kolaydi neydi alindi o brat” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “yoxe qardawim menim qaytartdim kolanida senol geldim eve ozume biraz eseblerim pozuldi bawqa weye gore day bow ver getsine sagol qardawim menim” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qram duz olsunda qaq” məzmunlu mesaj göndərmişdir. ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “25 manatadi yari isteyirse pulu gotur gel” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə “Miriw yari kola emel” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Varyxunu sikim 21iri 05p 05k 1 saada sendedi sen qaqamsan gotunu de sikim” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Senan yigiram seni mene bi dene denen gorum yarim kola duz qow elemey olar indi ama” məzmunlu mesajı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrədən ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qaradan kolani gotur” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “aga hardasan qaqaw ac telefonu kart deyim day vur pulu bugun qaqaw seninde 30 dene söhbeti hazirdi menden zeng gozdeyir” məzmunlu mesaj göndərmişdir. ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Salam qaqa necesen Elnuddı İlqarnan qelen oğlan qaqa üzürli hesab ele narahat eliyirem qaqa iki dene kola qötirmey olar” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021 -ci il tarixdə “Qaqa 20 manatim var sud duzub qowa bilersen” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qalib sende nese qaqa kola” məzmunlu, ********** sayh mobil nömrə istifadəçisi 20.09,2021-ci il tarixdə “15 20 dene kol alinar ucuzdan” məzmunlu mesajları Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş 05 yanvar 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrədən ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Salam necesen ne var yox nicatdi dermani seyin varsa barter eliyek patiynan kokuynaann neynenn istesen” məzmunlu, ********** sayh mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Mene pati lazimdi kakosnan barter” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Yaxmurun cani pati var” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Pati var” məzmunlu, ********** sayh mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Menem bexdiyar pati yeribilmirsen” məzmunlu mesaj göndərmişdir. ********** sayh mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Abi wasapim yoxduda telim iwdemedi bu telefonda wasapi acmir bele burda wekil ozu var da cix gösterim hemde zeif temadi deye pati qatmiyanda hecne bawa duwmey olmur 1 dene 5 diyim verim seherde onsuzda yene goturecem 5 de vererem cix qardawimsan bir tike pati verde abi mawinivin yanindayam” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “qaqa. yarim pati alinar pulu götrüm gelim nagdi borcumuda verim” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “salam qedew pati varundu” məzmunlu, ********** sayh mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “qedew verdiyin koladan 6cet cixdi valah 60manat pula 6cet yo pati isdemirem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Abi salam. 5 dənə dərman var məndə. Patiynan bayter edə bilərik təcili” məzmunlu mesajı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. (cild 02, iş vərəqə 62-63, 93) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Şamxal Abbasov arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 Milad adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə Beyləqan rayonu ərazisindən narkotik vasitə və psixotrop maddələri götürüb Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binanın dəhlizində gizlətdiyini bir daha etiraf etmişdir. (cild 01, iş vərəqə 148-154) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Şamxal Abbasov arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Milad adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə Beyləqan rayonu ərazisindən narkotik vasitə və psixotrop maddələri götürüb Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binanın dəhlizində gizlətdiklərini bir daha etiraf etmişdir. (cild 01, iş vərəqə 155-160) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 659,274 qram qalmış psixotrop maddə metafetamin və 19.848,463 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 02, iş vərəqə 74-76) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. (cild 01 iş vərəqə 72, 81, cild 02 iş vərəqə 134-159) Telefonla aparılan danışıqların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 02, iş vərəqə 61, 92, 134-159) Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 02 iş vərəqə 134-159) İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 02, iş vərəqə 15-17) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri AR CM-in 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. (cild 01, iş vərəqə 01-02) Həmçinin, iş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlardan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 164-224) İş materiallarında olan xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib-keçirməmələrinin yoxlanılması, müsbət halda əvvəllər narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi hallarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tapşırıq verilmişdir. (cild 01, iş vərəqə 240-241) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə BNMİ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli tapşırığa cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən, eləcə də yaşadıqları binanın dəhlizindən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib üzərilərində və yaşadıqları binanın dəhlizində saxlamaqla daşımaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 18) Lakin, hər hansı sübutun əldə edilməməsinə baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini heç bir əsaslar olmadan əlavə olaraq AR CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. (cild 02, iş vərəqə 134-159) Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. AR CM-in 206.1-ci maddəsinə əsasən, qaçaqmalçılıq dedikdə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. AR CM-in 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri, belə bir əməlin törədilməsində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini törətməkdə ittiham edilmələri yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştiraklarına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən hər hansı biri mövcud olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə, məsələn, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. AR Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası prinsipi öz mahiyyəti etibarilə cinayət törətməkdə təqsirləndirilən şəxsə cəmiyyətin, dövlətin və ayrı-ayrı insanların münasibətini ifadə edir. Bu prinsip cinayət prosesinin iştirakçısı kimi təkcə təqsirləndirilən şəxsə deyil, həm də şübhəli, o cümlədən tutulmuş şəxsə aiddir. AR CPM-in 21.1-ci maddəsinə əsasən, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Deməli, şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən (təhqiqatçı, müstəntiq, prokuror, xüsusi ittihamçı) qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. AR Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən, sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrı-ayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət-prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. CPM-in 21.3-cü maddəsi AR Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Ümumiyyətlə, cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməsə, sübuta yetirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən də ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna və yuxarıda göstərilən xüsusatlara əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli olmaları sübuta yetmədiyindən onlara AR CPM-in 42.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə tərkibi, həmçinin, iş üzrə təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadələrinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində AR CM-in 234-cü maddəsinin qeyd hissəsində əksini tapmış könüllü surətdə təhvil vermə əlaməti mövcuddur. AR CM-in 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Eyni zamanda, şəxsin əldə edib saxladığı narkotik vasitə və ya psixotrop maddənin, yaxud prekursorların bir hissəsini satdığı, qalan hissəsini isə qeydə uyğun qaydada təhvil verdiyi halda, həmin şəxs yalnız satdığı narkotik vasitənin, psixotrop maddənin və ya prekursorların satışına görə məsuliyyət daşımalıdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid4, Şahid1 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələrində qeyd etmişlər ki, əməliyyat məlumatında Sənan və Nicat adlı şəxslərin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları qeyd edilsə də, Təqsirləndirilən şəxs2 1-ci mərtəbədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16-da yerləşən binanın 5-ci mərtəbəsinin dəhlizində olan sandıqçadan aşkar edilmiş iki ədəd bağlama barədə onlarda əvvəlcədən məlumat olmamış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri könüllü şəkildə həmin sandıqça olan iki ədəd bağlama barədə məlumat vermişlər. Həmçinin, iş materiallarında olan 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə polis əməkdaşları tərəfindən törətmədiyi cinayəti etiraf etməsi üçün döyülərək işgəncəyə məruz qalması barədə AR Baş Prokurorluğuna ünvanlanmış müraciətdə göstərilən xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 02, iş vərəqə 130-133) Qeyd edilən qərar da özü-özlüyündə təqsirləndirilən şəxslərin heç bir təzyiq qarşısında qalmadan, səmimi və könüllü şəkildə narkotik vasitə və psixotrop maddələri təhvil vermələrinə dəlalət edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16-da yerləşən binanın 1-ci mərtəbəsindəki mənzildə yaşamış, lakin iki ədəd bağlamada çəkisi 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ümumi təmiz çəkisi 19.845 qram olan narkotik vasitə heroin isə həmin binanın 5-ci mərtəbəsinin dəhlizindəki sahibsiz sandıqçadan könüllü olaraq təqdim edilmişdir. Beləliklə, məhkəmədə ifadə vermiş polis əməkdaşlarının ifadələrindən də görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri könüllü şəkildə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin yeri barədə məlumat verməyəcəkləri halda, polis əməkdaşlarının təqsirləndirilən şəxslərdən heç birinin yaşamadığı binanın 5-ci mərtəbəsindəki dəhlizdə olan sahibsiz sandıqçanın içərisində olan narkotik vasitədən və psixotrop maddədən məlumatsız olmuşlar. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən əməlləri barədə sorğu-sual edilən zaman onlar susmaq və özlərinə qarşı ifadə verməmək hüququna malik olmaqla hüquq mühafizə orqanına məlum olmayan 635 qram psixotrop maddə metamfetamini, 20 ədəd bükümdə ümumi təmiz çəkisi 19.845 qram olan narkotik vasitə heroini gizli, qanunsuz dövriyyədə saxlamaq imkanında olmuşlar. Belə olan halda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 635 qram psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə ümumi təmiz çəkisi 19.845 qram olan narkotik vasitə heroin ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməməlidirlər. Məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək, saxlama, daşıma, satmaq barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Beyləqan rayonu ərazisində külli miqdarda 659,574 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 19.848,963 qram çəkidə narkotik vasitə heroini götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla ünvan 3 ünvanının blokuna qanunsuz daşımış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibində bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərilərində saxlamış və bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, 29 sentyabr 2021-ci il tarixdə saat 00:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, məhəllə 16 ünvanında yerləşən binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçada gizlətdikləri iki ədəd bağlamada ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetamini, 20 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19 845 qram narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təhvil vermişlər. Eyni zamanda, Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 isə məhkəmədə özünü təqsirli bilməməsi, Bərdə rayonuna ziyarət məqsədi ilə getmələri, polis əməkdaşları tərəfindən onlara zor tətbiq edilməsi, Polis İdarəsində ümumilikdə 2 büküm olmaqla, 4 qram “kokos” və 5 qram “patı”nı Təqsirləndirilən şəxs1 ciblərinə, Təqsirləndirilən şəxs2 cibinə isə 20 qram “patı” qoyulması, polis əməkdaşlarının 20 kq-a yaxın “mal”ı zor tətbiqi ilə onların öhdələrinə qoymağa çalışmaları, eləcə də, onları ailə üzvləri ilə hədələmələri ilə bağlı verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri özlərinin qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, 14 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar və digər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs2 təqribən 4-5 il olar tanımışdır. Təqsirləndirilən şəxs2 özü onunla birlikdə sürücü olaraq işləmişdir. O özü də əvvəllər “Sprinter” adlı maşınlarda sürücü olaraq çalışmışdır. Onlar “Norm Sement” zavodunda işləyən şəxslərin “Sprinter”-lə daşınması ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs2 özü şüşə adı ilə tanınan psixotrop maddə metamfetamin istifadə edirmiş. O, özü də Nicatla birlikdə dəfələrlə şüşə çəkmişdir. O, özü heroin və metamfetamin təqribən 2 il yarım olar istifadə etmişdir. Şamxal Abbasovun isə Nicatın qohumu olduğunu bildirmişdir. Onun Şamxalla yaxın münasibəti olmasa da Şamxalın taksi sürücüsü olaraq çalışdığını bilirmiş. O, narkotik vasitə heroin istifadə etdikdən sonra həm öz dolanışığını təmin etmək, həm də istifadə etmək üçün heroin və metamfetamin əldə etmək məqsədilə bu maddələrin satışı ilə məşğul olmağa başlamışdır. O, təqribən 1 il öncə heroin və metamfetaminin satışı ilə məşğul olmağa başlamışdır. Ancaq o, həmin dövrdə hətta sonrakı dövrlərdə də çox miqdarda narkotik vasitə yaxud psixotrop maddə almamışdır. O, həmin maddələri İran İslam Respublikasında yaşayan şəxslərin ucuz qiymətə satdığını bilirmiş. O, İran İslam Respublikasında yaşayan və bu maddələrin satışı ilə məşğul olan şəxslər həmin maddələrdən heroini qramı 12 manata, metamfetamini İsə 18 manata satdığını bilmişdir. Ona görə də o, həm yaxşı qazanc əldə edə bilmək, həm də mütəmadi olaraq heroin və şüşə ala bilmək üçün İran İslam Respublikasında yaşayan və bu maddələrin satışı ilə məşğul olan şəxsləri axtarmağa və həmin şəxslərlə əlaqə qurmaq üçün yollar axtarmağa başlamışdır. Təqribən 1 il öncə o, “İnstagram” sosial şəbəkəsində Milad adlı İran İslam Respublikasının vətəndaşı olan şəxslə tanış olmuşdur. O, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almaq istədiyini həmin şəxsə bildirmişdir. Bundan sonra Milad pul göndərməsini və Miladın da narkotik vasitəni müəyyən yerə qoyduracağını, onun da daha sonra həmin yerdən maddələri götürə biləcəyini demişdir. O, xatırlamadığı kart hesabına müvafiq məbləği köçürdükdən sonra Milad ona söz verdiyi malı göndərməmişdir. O da İranlıların yalançı olduğunu görüb bir daha Miladla əlaqə saxlamamışdır. Ancaq təqribən 6 ay öncə Milad onunla əlaqə saxlamış və ona ucuz qiymətə satması üçün mal verə biləcəyini demişdir. O da Miladla razılaşmışdır. Miladın ona verdiyi hesaba pulu köçürdükdən sonra Milad ona söz verdiyi malı göndərmişdir. O, Miladdan ancaq heroin və metamfetamin alırmış. Onun Miladdan aldığı ən çox miqdarda olan narkotik vasitə 30 qram olmuşdur. O, aldığı maldan dəfələrlə çəkməsi üçün Nicata metamfetamin vermişdir. Nicat Miladı tanıyırmış və onun Miladdan mal alaraq bu maddələrin satışı ilə məşğul olduğunu bilirmiş. Ancaq o, Miladdan mütəmadi olaraq mal aldıqdan sonra Milad ona nisyə şəkildə heroin və metamfetamin verməyə başlamışdır. O, həmin malları satırmış və satdıqca da pulunu Milada ödəyirmiş. Ancaq təqribən 1 ay öncə Miladdan götürdüyü 30 qram malı sataraq pulunu Milada verə bilməmişdir. O, həmin maldan çəkməsi üçün Nicata da vermişdir. Təqribən tutulmamışdan bir neçə gün öncə Milad ona “Whatsapp” vasitəsilə zəng edib onun Milada niyə borcunu vermədiyini bildirmişdir. O da Milada imkanı olmadığını bildirmişdir. Bundan sonra Milad ona Milad üçün bir iş görməsini və Miladın da ona bu işin müqabilində pul verəcəyini bildirmişdir. O, Miladdan işin nə olduğunu soruşduqda Milad Füzuli- Beyləqan tərəfə narkotik vasitə qoyduracağını və onun da gedib həmin yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürməsini, daha sonra Miladın dediyi yerə qoymasını bildirmişdir. Milad həmin malın 3 kiloqram olduğunu və ona həmin malın hər kiloqramına görə 1000 manat, ümumilikdə 3000 manat pul verəcəyini bildirmişdir. O da maddi vəziyyəti pis olduğu üçün Miladla razılaşmışdır. Milad ona həmin malı sentyabr ayının 26-dan 27-nə keçən gecə qoyduracağını və onun da həmin tarixdə Beyləqana getməli olduğunu demişdir. O, Miladla razılaşmışdır. O, bu barədə tanışı Təqsirləndirilən şəxs2 demişdir. Nicatın da maddi vəziyyətinin pis olduğunu bilmişdir. Ona görə də Nicata onunla birlikdə getməsi müqabilində ona çatası pulun yarısını, yəni 1500 manat verəcəyini demişdir. Nicat da onunla razılaşmışdır. O, Nicata Beyləqana getmək üçün onlara maşın lazım olacağını demişdir. Həmin vaxt onlar Nicatgilin evində olmuşlar. Nicat da maşın tapa biləcəyini, onun da tanıdığı Şamxalın taksi sürücüsü işlədiyini, işi olmadığı təqdirdə onları apara biləcəyini demişdir. Nicat Şamxala zəng etmiş və Şamxal da işi olmadığını və onları apara biləcəyini demişdir. Şamxal gələrkən onlar artıq hazırlanmışlar və Şamxal gəldikdən sonra Şamxalın idarə etdiyi “Daevo Centra” markalı avtomobillə 27 sentyabr 2021-ci il tarixdə saat təqribən 1 radələrində yola çıxmışlar. Milad onlara Beyləqanda Daşburun adlanan yerə gəlmələrini demişdir. Ancaq o, yaxud da X16 hansı məqsədlə getdiklərini deməmişdir. X2 narkotik vasitə götürməyə getdiklərindən məlumatı olmamışdır. Onlar Beyləqana çatdıqdan sonra Milad ona narkotik vasitənin qoyulduğu yerin fotoşəklini göndərmişdir. Maşında gedərkən o, Şamxalın eşitməməsi üçün telefonla danışmamış, “Whatsapp” vasitəsilə Milada səs göndərmişdir. Milad ona malı Beyləqan rayonunda dayanacaqda gizlətdiyini demişdir. Yolda Şamxal yorğun olduğu üçün arxada yatırmış. Nəhayət onlar Miladın dediyi yerə çatdıqdan sonra o, Şamxalın görmədiyinə əmin olduqdan sonra bir ədəd torbada olan malı götürmüşdür. Ancaq o, malı götürərkən malın 3 kiloqram olmadığını və çox olduğunu görmüşdür. Torbada olan malı götürmüş və malı maşının arxa yük yerinə qoymuşdur. O, maşına mindikdən sonra Milada “Whatsapp”Ma yazıb malın çox olduğunu demişdir. Milad da heç bir problem olmadığını, malı özü ilə aparmasını və daha sonra malı götürəcəklərini demişdir. O, qayıtmaq lazım olduğu barədə Nicata maşında işarə vermişdir. Daha sonra onlar birlikdə Nicatgilin evinə qayıtmışlar. Evə çatdıqdan sonra o və Nicat köməkləşib malı yuxarı qaldırmışlar. Orada həmin torbanı açdıqda içərisində sellofan torbalar olduğunu görmüşlər. O, Milada malı evə çatdırdıqlarını və malı başqa yerə aparmaq üçün ona başqa maşın lazım olduğunu, bunun üçün də pul lazım olduğunu, ancaq pulu olmadığını bildirmişdir. Milad da ona 350 manat pul göndərəcəyini demişdir. Nicatla o, qorxduqları üçün həmin malı aparıb blokda olan sandıqçada gizlətmək qərarına gəlmişlər. Ancaq Nicat mal çox olduğu üçün həmin maldan bir qədər də özləri üçün götürmələrini təklif etmişdir. O, Nicatın təklifi ilə razılaşmış və Nicat bir qədər metamfetamin, o da metamfetamin və heroin götürmüşdür. Həmin mal bir gün onlarda qalmışdır. 28 sentyabr 2021-ci il tarixdə o, və Nicat Şamxalla görüşmək üçün evdən çıxmışlar. O, evdən çıxarkən metamfetamin və heroini üzərində götürmüşdür. Ancaq o, həmin maldan çox az miqdarda istifadə etmişdir. 28 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində ünvan 3 ünvanının yaxınlığında Nicat və Şamxalla birlikdə olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini onlara göstərmişlər. Onlardan özlərini təqdim etmələrini istəmişlər. Onlar özlərini təqdim etdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Onu, Nicatı və Şamxalı üzərilərində keçiriləcək prosessual hərəkətlər üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onlar müdafiəçi ilə təmin edilmişlər və ona müdafiəçi ilə konfidensial ünsiyyət saxlamaq imkanı yaradılmışdır. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və bu barədə protokol və qərar tərtib edilmişdir. Hüquqları ona izah edildikdən sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra o, Nicat, Şamxal, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə üzərilərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə o, Nicat və Şamxal şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmişlər. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan şalvarın sol yan cibindən bir bükümdə heroin, bir bükümdə metamfetamini, şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələrini, 10 manat pulu təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqdim etdiyi heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş və imzlanmışdır. Sürücülük və şəxsiyyət vəsiqələri, "Samsung" markalı mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 10 manat pul isə özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Nicata üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Nicat bu təklifdən sonra əynində olan şalvarın sol yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi. Həmin maddə tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşmanın üzəri imzalanmış və möhürlənmişdir. Sonra Nicatın üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nicatın əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Samsung markalı mobil telefon götürülmüş, 12 manat pul isə Nicatın özünə qaytarılmışdır. Daha sonra Şamxal Abbasovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şamxala üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Şamxal bu təklifdən sonra üzərində qadağan olunmuş hərhansı əşya olmadığını bildirmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulu, şalvarın sol cibindən siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Şamxalın üzərində şəxsi axtarış keçirilmiş, lakin əhəmiyyət kəsb edən hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu Milad adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin yerə Nicatla birlikdə getdiyini, avtomobili Şamxalın idarə etdiyini, Şamxalın getdikləri yerdən narkotik vasitə götürəcəklərindən xəbəri olmadığını, Nicatın isə xəbəri olduğunu, Miladı bir ildən çoxdur tanıdığını, narkotik vasitəni Miladın dediyi yerə qoyması müqabilində Miladın ona hər kiloqrama görə 1000 manat verəcəyini demişdir. Həmçinin Nicatın yaşadığı mənzilin blokunda narkotik vasitə və psixotrop maddə saxladıqlarını və təqdim edə biləcəklərini demişdir. Nicat şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddəni Miladın göstərişi ilə əldə etdiyini, həmin narkotik vasitəni götürməyə onunla birlikdə getdiyini, bu barədə qabaqcadan məlumatı olduğunu, hazırda üzərindən aşkar olunmuş həmin kütlənin də Beyləqan rayonundan götürdükləri narkotik vasitənin bir hissəsi olduğunu bildirmiş, həmçinin özünün narkotik vasitə aludəçisi olduğunu, metamfetamindən istifadə etdiyini, Beyləqan rayonundan narkotik vasitə götürəcəkləri barədə qohumu Şamxal Abbasovun heç bir məlumatı olmadığını, həmçinin yaşadığı binanın dəhlizində (blokunda) onunla birlikdə Beyləqan rayonundan əldə etdikləri narkotik vasitəni saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şamxal Abbasov verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 və onunla birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini, Təqsirləndirilən şəxs2 və onun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən heç bir məlumatının olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra o və Nicat ərizə verərək Nicatın yaşadığı binanın blokunda baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Sonra polis əməkdaşları və müdafiəçilər ilə birlikdə ünvan 3 ünvanına getmişlər. Orada onlara dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra o, blokda olan dəhlizdə olan sandıqçanı açaraq içərisindən 2 ədəd sellofan torbanı təqdim edərək içərilərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra həmin sellofan torbalara baxış keçirilməsinə başlanılmışdır. Birinci torbanın içərisindən 4 bağlama aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalara baxış zamanı birinci bağlamanın içərisindən 1 bükümdə heroin, ikinci bağlamanın içərisindən 3 bükümdə heroin, üçüncü bağlamanın içərisindən 4 bükümdə heroin və dördüncü bağlamanın içərisində metamfetamin aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmişdir. Aşkar olunmuş ikinci torbanın içərisinə baxış zamanı içərisindən 2 bağlamada olmaqla ümumilikdə 9 bükümdə heroin aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlələr ümumilikdə 2 ədəd sellofan torbaya qoyularaq qabşaldırılmış, üzəri imzalanmış və möhürlənmişdir. O, baxış zamanı aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin ünvana Təqsirləndirilən şəxs2lə birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getdiklərini, Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 isə bu barədə qabaqcadan məlumatının olduğunu, sonradan isə həmin narkotik vasitəni “Milad” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında Miladın ona narkotik vasitənin hər kiloqramına görə 1000 manat pul verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 baxış zamanı aşkar olunmuş kütlələri onunla birlikdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin ünvana onunla birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getdiklərini, Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatının olmadığını, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şamxal Abbasov verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 və onunla birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini, Təqsirləndirilən şəxs2 və onun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən heç bir məlumatının olmadığını, baxış zamanı aşkar olunmuş kütlələr barədə həmçinin heç bir məlumatının olmadığını, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o, özü almasa da həmin maddələri “Milad” adlı şəxsin tapşırığı ilə götürmüşdür. Miladın da tapşırığı ilə həmin malları müvafiq yerə qoymalı olduğunu bildirmişdir. O, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən arada istifadə etdiyini bildirmişdir. Miladın tam anket məlumatlarını bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Miladın”-in İran İslam Respublikası mobil operatoruna məxsus olan nömrəsi olduğunu bildirmişdir. Onun külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsindən yalnız Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. O, Nicatı uzun müddət tanımışdır. Ona görə də o, Nicata bu işi birlikdə görmələrini təklif etmişdir. O, Nicatın maddi sıxıntısı olduğunu bilmişdir. Ona görə Nicatın da onunla getməsini təklif etmişdir. Ancaq Şamxalın bu işdə hər-hansı rolu olmamışdır. Şamxal yalnız onlarla birlikdə sürücü kimi getmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 30 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncu irəli sürülmüş ittihamla özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu göstərmişdir. Eləcə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamindən İstifadə etmişdir. O, Təqsirləndirilən şəxs1 təqribən 4-5 il olar tanımışdır. Sənan özü onunla birlikdə sürücü olaraq işləmişdir. O, özü də əvvəllər “Sprinter” adlı maşınlarda sürücü olaraq çalışmışdır. Onlar “Norm Sement” zavodunda işləyən şəxslərin “Sprinter”-lə daşınması ilə məşğul olmuşlar. Sənan özü şüşə adı ilə tanınan psixotrop maddə metamfetamin və heroin istifadə etmişdir. O, özü də Sənanla birlikdə dəfələrlə şüşə çəkmişdir. Şamxal Abbasovun isə onun doğma dayısı oğlu olduğunu bildirmişdir. Şamxal taksi sürücüsü olaraq çalışmışdır. Sənan bir ildir narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağa başlamışdır. Sənan ona Milad adlı İran İslam Respublikasının vətəndaşı olan şəxslə tanış olduğunu və Miladdan narkotik vasitə aldığını demişdir. Sənan aldığı maldan dəfələrlə çəkmək üçün ona metamfetamin vermişdir. Sonuncu dəfə Sənan satması üçün təqribən 30 qrama yaxın mal götürmüşdür. Sənan həmin maldan çəkməsi üçün ona da vermişdir. 26 sentyabr 2021-ci il tarixdə Sənan ona zəng edib Beyləqana gedəcəklərini və oradan Miladın qoydurduğu malı götürəcəklərini demişdir. Sənan ona Sənanla birlikdə getməsi müqabilində Sənana çatası pulun yarısını, yəni 1500 manat verəcəyini demişdir. Sənan 3 kiloqram narkotik vasitə olduğunu və həmin mala görə Sənana 3000 manat pul veriləcəyini demişdir. O da Sənanla razılaşmışdır. Sənan ona Beyləqana getmək üçün maşın lazım olacağını demişdir. Həmin vaxt onların evində danışmışlar. O da maşın tapa biləcəyini, Şamxalın taksi sürücüsü işlədiyini, işi olmadığı təqdirdə onları apara biləcəyini demişdir. O, Şamxala zəng etmiş və Şamxal da işi olmadığı və onları apara biləcəyini demişdir. Şamxal gələrkən onlar artıq hazırlanmışlar və Şamxal gəldikdən sonra Şamxalın idarə etdiyi “Daevo Centra” markalı avtomobillə 27 sentyabr 2021-ci il tarixdə saat təqribən 1 radələrində yola çıxmışlar. O Şamxala Sənan üçün qız qaçırtmağa Beyləqana getdiklərini demişdir. Ancaq o, yaxud da X17 hansı məqsədlə getdiklərini deməmişdir. X3 narkotik vasitə götürməyə getdiklərindən məlumatı olmamışdır. X22 “Whatsapp”-la danışmışdır. Şamxal yolda yorğun olduğunu, yatmaq istədiyini və maşını onun sürə biləcəyini soruşmuşdur. O da Şamxala sürə biləcəyini demişdir. Şamxal da keçib arxada yatmışdır. Nəhayət onlar Miladın dediyi yerə çatdıqdan sonra Şamxalın Sənanı görmədiyinə əmin olduqdan sonra Sənan dayanacağın arxasında gizlədilmiş bir ədəd torbada olan malı götürmüşdür. Sənan torbada olan malı götürmüş və malı maşının arxa yük yerinə qoymuşdur. Sənan ona işarə ilə malın 3 kiloqramdan çox olduğunu demişdir. Sənan qayıtmaq lazım olduğu barədə ona maşında işarə vermişdir. Daha sonra onlar birlikdə onların evinə qayıtmışlar. Onlar gedərkən Şamxalla hər- hansı pul barədə razılaşmamışlar. Yalnız o, Şamxala maşına benzin vuracağını demişdir. Evə çatdıqdan sonra o və Sənan köməkləşib malı yuxarı qaldırmışlar. Orada həmin torbanı açdıqda içərisində 2 sellofan torba olduğunu görmüşlər. Sənan Milada malı evə çatdırdıqlarını və malı başqa yerə aparmaq üçün onlara başqa maşın lazım olduğunu, buna görə də pul lazım olduğunu, ancaq pulları olmadığını bildirmişdir. Milad da Sənana 350 manat pul göndərəcəyini demişdir. Sənanla o, qorxduğu üçün həmin malı aparıb blokda olan sandıqçada gizlətmək qərarına gəlmişdir. Ancaq o mal çox olduğu üçün maldan bir qədər də özləri üçün götürmələrini təklif etmişdir. Sənan onunla razılaşmış və o bir qədər metamfetamin, Sənan isə metamfetamin və heroin götürmüşdür. Həmin mal bir gün onlarda qalmışdır. 28 sentyabr 2021-ci il tarixdə o və Sənan Şamxalla görüşmək üçün evdən çıxmışlar. O evdən çıxarkən metamfetamini üzərində götürmüşdür. Ancaq o həmin maldan çox az miqdarda istifadə etmişdir. 28 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində ünvan 3 ünvanının yaxınlığında Sənan və Şamxalla birlikdə olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini onlara göstərmişlər. Onlardan özlərini təqdim etmələrini istəmişlər. Onlar özlərini təqdim etdikdən sonra Sənanın narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla Sənanı tanış etmişlər. Onu, Sənan və Şamxal üzərilərində keçiriləcək prosessual hərəkətlər üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onlar müdafiəçi ilə təmin edilmişlər və ona müdafiəçi ilə konfıdensial ünsiyyət saxlamaq imkanı yaradılmışdır. Bundan sonra o şübhəli şəxs qismində tutulmuş və bu barədə protokol və qərar tərtib edilmişdir. Hüquqları ona izah edildikdən sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra o, Sənan, Şamxal, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə üzərilərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə o, Sənan və Şamxal şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmişlər. Şəxsi axtarış zamanı ilk öncə Sənana üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Sənan əynində olan şalvarın sol yan cibindən bir bükümdə heroin, bir bükümdə metamfetamini, şalvarın sağ yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqəsini, 10 manat pulu təqdim etməklə masanın üzərinə qoymuşdur. Sənanın təqdim etdiyi heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Sürücülük və şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 10 manat pul isə Sənanın özünə qaytarılmışdır. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan şalvarın sol yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin maddə tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşmanın üzəri imzalanmış və möhürlənmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Samsung markalı mobil telefon götürülmüş, 12 manat pul isə özünə qaytarılmışdır. Daha sonra Şamxal Abbasovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şamxala üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Şamxal bu təklifdən sonra üzərində qadağan olunmuş hər-hansı əşya olmadığını bildirmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulu, şalvarın sol cibindən siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Şamxalın üzərində şəxsi axtarış keçirilmiş, lakin əhəmiyyət kəsb edən hər-hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Sənan üzərindən aşkar edilmiş heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu Milad adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin yerə onunla birlikdə getdiyini, avtomobili Şamxalın idarə etdiyini, Şamxalın getdikləri yerdən narkotik vasitə götürəcəklərindən xəbəri olmadığını, onun isə xəbəri olduğunu, Miladı bir ildən çoxdur tanıdığını, Miladın narkotik vasitəni Miladın dediyi yerə qoyması müqabilində Sənana hər kiloqrama görə 1000 manat verəcəyini demişdir. Həmçinin onun yaşadığı mənzilin blokunda narkotik vasitə və psixotrop maddə saxladıqlarını və təqdim edə biləcəklərini demişdir. O, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddəni Miladın göstərişi ilə əldə etdiyini, həmin narkotik vasitəni götürməyə Sənanla birlikdə getdiyini, bu barədə qabaqcadan məlumatı olduğunu, hazırda üzərindən aşkar olunmuş həmin kütlənin də Beyləqan rayonundan götürdükləri narkotik vasitələrin bir hissəsi olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu, metamfetamindən İstifadə etdiyini, Beyləqan rayonundan narkotik vasitə götürəcəkləri barədə qohumu Şamxal Abbasovun heç bir məlumatı olmadığını, həmçinin yaşadığı binanın dəhlizində Sənanla birlikdə Beyləqan rayonundan əldə etdikləri narkotik vasitə və psixotrop maddəni saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şamxal Abbasov verilən suallara cavab olaraq Sənan və onunla birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini, Sənan və onun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən heç bir məlumatının olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra o və Sənan ərizə verərək Nicatın yaşadığı binanın blokunda baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Sonra polis əməkdaşları və müdafiəçilərlə birlikdə ünvan 3 ünvanına getmişlər. Orada onlara dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Sənan blokda olan dəhlizdə olan sandıqçanı açaraq içərisindən 2 ədəd sellofan torbanı təqdim edərək içərilərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra həmin sellofan torbalara baxış keçirilməsinə başlanılmışdır. Birinci torbanın içərisindən 4 bağlama aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalara baxış zamanı birinci bağlamanın içərisindən 1 bükümdə heroin, ikinci bağlamanın içərisindən 3 bükümdə heroin, üçüncü bağlamanın içərisindən 4 bükümdə heroin və dördüncü bağlamanın içərisidə metamfetamin aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmişdir. Aşkar olunmuş ikinci torbanın içərisinə baxış zamanı içərisindən 2 bağlamada ümumilikdə 9 bükümdə heroin aşkar olunmuşdur. Daha sora həmin kütlələr tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlələr ümumilikdə 2 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Sənan baxış zamanı aşkar olunmuş kütlələrin Sənana məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin göstərişi ilə 27 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin ünvana onunla birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getdiklərini, Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatının olmadığını, onun isə bu barədə qabaqcadan məlumatının olduğunu, sonradan isə həmin narkotik vasitəni “Milad” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında Miladın Sənana narkotik vasitənin hər kiloqramına görə 1000 manat pul verəcəyini, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. O baxış zamanı aşkar olunmuş kütlələri Sənanla birlikdə Beyləqan rayonu ərazisindən əldə etdiyini, həmin ünvana Sənanla birlikdə Şamxal Abbasovun idarə etdiyi avtomobillə getdiklərini, Şamxal Abbasovun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəkləri barədə məlumatının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir, Şamxal Abbasov verilən suallara cavab olaraq o və Sənanla birlikdə Beyləqan rayonuna taksi sürücüsü kimi getdiyini, Sənan və onun gedəcəkləri ünvandan narkotik vasitə götürəcəklərindən heç bir məlumatının olmadığını, baxış zamanı aşkar olunmuş kütlələr barədə həmçinin heç bir məlumatının olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o, özü almasa da həmin malları “Milad” adlı şəxsin tapşırığı ilə götürmüşdür. Miladın də tapşırığı ilə həmin malları müvafiq yerə qoymalı olduğunu bildirmişdir. O narkotik vasitə olan metmafetamindən arada istifadə etmişdir. Miladın tam anket məlumatlarını bilməmişdir. Bu barədə yalnız Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. X23 Respublikası vətəndaşı Miladla danışmış və malı götürməyə getməyi də ona Sənan təklif etmişdir. Ancaq Şamxalın bu işdə hər-hansı iştirakı olmamışdır. O, Şamxala Sənan üçün qız qaçırtmağa getdiklərini demişdir. Yolda da Şamxal yatmışdır. Daha sonra işin alınmadığını deyərək geri qayıtmışlar. Bu işdə Şamxalın narkotik vasitə götürməyə getdiklərindən məlumatı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X18 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X18 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən götürülmüş bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetamini, habelə, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən götürülmüş bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetamin, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, onlar, qeyd olunan miqdarda olan narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özlərində saxlamış və daşımışlar. Odur ki, Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə, AR CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 54-55) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Quliyev X5 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti hesab edilmişdir. (cild 02, iş vərəqə 52-53) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi (sadə) halı müəyyən olunur. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Həmçinin, Quliyev X5 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti ərzində ağır cinayət törətdiyindən onun barəsində şərti məhkum etmə ləğv edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 19-cu bəndində qeyd olunur ki, Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 04 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 725 nömrəli arayışdan görünür ki, Tağızadə X11 qəsəbəsi, 2-ci massiv, ev 23A ünvanında qeydiyyatda olmuş və ailə tərkibi atası, anası və həyat yoldaşından ibarətdir. Habelə xx.xx.2021-ci il tarixli 29 nömrəli xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 95-97) İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2366 nömrəli arayışdan görünür ki, Quliyev X8 qəsəbəsi, M.Həsənov küçəsi, ev 1, mənzil 27 ünvanında qeydiyyatda olmuş və ailə tərkibi anası, həyat yoldaşı və 2010 və 2012-ci il təvəllüdlü iki azyaşlı övladından ibarətdir. Habelə xx.xx.2021-ci il tarixli 2367 nömrəli xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 99-101) Məhkəmə Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlimdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, AR CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi (sadə) halını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən, cəzanı yüngülləşdirən, Təqsirləndirilən şəxs2 münasibətdə isə həmçinin cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)- 980/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 23, 164-165,213-218) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)- 981/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 40, 179-180, 219-224) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 05 yanvar 2022-ci il tarixli 22 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 05 yanvar 2022-ci il tarixli 06 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 (bir yüz on dörd) manat pul vəsaitindən 57 manat Təqsirləndirilən şəxs1, 57 manat, isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd bükümdə 3,963 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 4,526 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi – 3,863 qram narkotik vasitə heroin, 4,426 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd bükümdə 20,048 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi – 19,948 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan könüllü təqdim olunmuş iki ədəd bağlamada, bir ədəd bükümdə ümumi təmiz çəkisi 635 qram psixotrop maddə metamfetaminin, 20 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 985 qram, 990 qram, 1025 qram, 755 qram, 1010 qram, 985 qram, 995 qram, 1025 qram, 1000 qram, 815 qram, 1015 qram, 1040 qram, 995 qram, 1025 qram, 1020 qram, 1100 qram, 1010 qram, 1025 qram, 990 qram, 1040 qram, ümumi təmiz çəkisi 19.845 qram narkotik vasitə heroinin ekspertiza tədiqatından sonra qalıq qalmış hissələri – 634,9 qram psixotrop maddə metamfetamin və 19844,6 qram narkotik vasitə heroin, ümumilikdə qalıq çəkiləri 659,274 qram psixotrop maddə metafetamin və 19.848,463 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş 04 il 11 ay 13 gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən, Təqsirləndirilən şəxs2 yaşadığı binanın beşinci mərtəbəsində dəhlizdə olan sandıqçadan götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkiləri 659,274 qram psixotrop maddə metafetamin və 19.848,463 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və Təqsirləndirilən şəxs2 yaşadığı binanın dəhlizinə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 114 (bir yüz on dörd) manat pul vəsaitindən 57 manat Təqsirləndirilən şəxs1, 57 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar