Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2024 08.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs və onun vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə va aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək maksimum bir həftə ərzində onun üçün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə» bazarında satmaq məqsədi ilə İİR-dan sərfəli qiymətə bölgə, forel va nərə balığı idxal edib gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin mart ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən «Kuzə» restoranında Zərərçəkmiş şəxs əvvəlcə 80000 manat pulunu, 2022-ci ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən «Nuş Can» çay evində 5000 manat pulunu va yenidən 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan digər tarixdə isa ünvan 4 ünvanında yerləşən «Arpaçay» restoranında 7000 manat pulunu alib ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 92000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, çörəkpulu qazanmaq üçün təxminən 5-6 il olar ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Keşlə” bazarında balıq alveri ilə məşğul olur. 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs qismində vergi ödəyicisi kimi vergi uçotuna alınmış, eyni zamanda "xxxx" MMC-nin təsisçisidir. Zərərçəkmiş şəxs 2019-cu ildən etibarən “Keşlə bazarın”da balıq alveri ilə məşğul olan şəxs kimi tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2019-cu ildə bir neçə dəfə Zərərçəkmiş şəxs sifarişi ilə “Keşlə bazarı”nda satmaq məqsədi ilə onun üçün Neftçala rayonundan kilkə balığı təşkil edib Bakı şəhərinə gətirmişdir. Sonradan kilkə balığının satışı ilə ciddi məşğul olmadığı üçün təxminən bir-iki il ərzində Zərərçəkmiş şəxs ilə aralarında əlaqə və münasibət olmamışdır. 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Keşlə bazarın”da olan zaman təsadüfən Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Görüşüb hal-əhval tutduqdan sonra söhbət əsnasında Xalis ona böyük maşınlarda İİR-dan iri balıq gətirdiyini və maşının çox hissəsi boş qaldığından, onunla birgə ona məxsus "xxxx" MMC adına balıq gətirəcəklərini və gömrük xərci aralarında bölüşərək daha əlverişli olacağını bildirmişdir. Bundan sonra mart ayının əvvəllərində Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün İran İslam Respublikasından 63000 manat dəyərində balıq məhsulları gətirdiyini bildirib həmin məhsulları satmasını və İran İslam Respublikasından onun üçün daha ucuz balıq məhsulları gətirməsini təklif etmişdir. O, isə Xalisin təklifi ilə razılaşaraq həmin balıq məhsullarını satmaq üçün “Keşlə bazarın”da işləyən tanışı X8 vermişdir. Sonuncu 3 gün sonra həmin balıq məhsullarını sataraq “Keşlə bazarın”da ona 54000 manat və bundan bir neçə gün sonra isə 10000 manat pul vermişdir. Beləcə, Şövqi həmin balıq məhsullarının satışına görə ona cəmi 64000 manat pul vermişdir. Həmin ərəfələrdə İİR-dan balıq məhsulları alıb gətirmək üçün Xalis “Keşlə bazarın”da ona əlavə olaraq 7000 manat pul vermişdir. Həmin vəsaitlə birlikdə Xalisin verdiyi balıq məhsullarının satışından əldə etdiyi 64000 manatı, yəni Xalisə məxsus ümumilikdə 71000 manat pulu 2022-ci ilin mart ayının ortalarında ABŞ dollarına dəyişib 42.000 (qırx iki min) ABŞ dolları əldə etmişdir. 14 mart 2022-ci il tarixdə Xalis üçün İİR-dan bölgə, forel və nərə balığı alıb gətirməsi üçün onun xahişi ilə “Keşlə bazarı”nın yaxınlığında “Kuzə” restoranında İrandan Bakıya balıq məhsullarının gətirilməsi ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı Kemal Nebioğlu ilə görüşərək həmin tarixdə həmin 42000 ABŞ dollarını sonuncuya vermişdir. Kemal Nebioğlu 2022-ci ilin Novruz bayramına kimi, yəni 21 mart 2022-ci il tarixədək İrandan onun üçün 42000 ABŞ dolları müqabilində bölgə, forel və nərə balığı alıb gətirəcəyini vəd etsə də, vədinə əməl etməyib onu aldatmışdır. Bu səbəbdən Xalisə vəd etdiyi balıq məhsullarını təşkil edə bilməmiş və ondan aldığı ümumilikdə 71000 manat məbləğində pulu da geri qaytara bilməmişdir. Bütün bunlardan sonra 2022-ci ilin mart ayının sonlarında Xalis onun barəsində Neftçala rayon polis şöbəsinə şikayət vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Kemal Nebioğlu barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nə şikayət vermiş, lakin şikayəti təmin edilməmiş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarını satışı ilə məşğul olarkən Təqsirləndirilən şəxsla tanış olmuşlar. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Neftçala rayonundan “Keşlə bazarın”a kilkə balığı gətirib satmaqla məşğul olmuş, bir neçə dəfə Vüqardan satmaq üçün müxtəlif çəkilərdə kilkə balığı almışdır. 2019-cu ilin sonunda iş bağlanmışdır. Sonradan 2022-ci ilin yanvar ayınadək Təqsirləndirilən şəxs «Keşlə bazarı»nda görməmiş və onunla hər hansı əlaqə və münasibəti olmamışdır. 2022-ci ilin yanvar ayında günorta saatlarında «Keşlə bazarı»nın yaxınlığında, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən «Arpaçay» restoranında çay içən zaman Təqsirləndirilən şəxs kafeyə daxil olub ona yaxınlaşaraq salam verib hal-əhval tutmuşdur. O, sonuncudan nə işlə məşğul olduğunu soruşduqda İrandan belluqa, farel və.s balıq gətirib satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin onada lazım olduğu halda İİR-dan birgə balıq gətirə biləcəklərini söyləmiş və nömrələrini götürmüşlər. Ayrıldıqdan 3-4 gün sonra zəngləşərək görüşmüş və o, V.Məmmədova martın əvvəlinə ona 85000 manat dəyərində balıq gətirə biləcəyini söyləmiş sonuncu da problem olmadığını bildirmişdir. Aradan 3-4 gün keçəndən sonra zəngləşmişlər və o, V.Məmmədova işin nə yerdə olduğunu soruşduqda, sonuncu sifarişin hazır və pul verməli olduğunu bildirdi. O, oğlu Elçinlə birlikdə Vüqarla «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında görüşmüş və malı hesablayıb 80 min manat yüzlüklərdən ibarət olmaqla Vüqara pul vermişdir. O, Vüqardan balığın nə vaxt gələcəyini soruşduqda sonuncu 1 həftə -10 günə gələcəyini bildirmişdir. Aradan 3-4 gün keçəndən sonra balığın nə yerdə qaldığı Vüqardan maraqlandıqda, sonuncu maşının yükləndiyini və 2-3 günə Bakıya çatacağını bildirmişdir. Bir neçə gün sonra Vüqarla görüşmüş və sonuncu ondan gömrükdə dövlət rüsumu ğdəmək üçün 5000 manat pul istəmişdir. O, isə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada yenə oğlu Elçinlə birlikdə Vüqarla təkrar görüşüb ona 100-lük əskinaslardan ibarət 5000 manat pul vermişdir. 2-3 gün keçdikdən sonra Vüqar yenidən ona zəng edərək gömrükdə əlavə sənədləşməyə görə 7000 manat pul lazım olduğunu bildirmiş, o, yenə də oğlu ilə birgə “Arpaçay” çay evində Vüqarla görüşüb pulu ona vermişdir. Sonra Vüqar tərəfindən verilən söz yerinə yetirilməmiş və vəd etmiş balıq məhsulları gəlməmişdir. Tərəflərindən dəfələrlə Vüqara zəng edilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək verdiyi sözdən yayınmışdır. Bundan sonra o, balığın gəlmədiyini görüb Vüqardan pulun qaytarılmasını tələb etmişdir. Günlərin birində oğlu Vüqara zəng edib pulu istəyəndə sonuncu Neftçala rayonuna getdiyini, orada ona məxsus mağazanı 10000 manata satıb atasına ayın sonunadək gətirib verəcəyini bildirmişdir. Ayın axırını gözlədikdən sonra o, məcbur qalıb Neftçala Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonra həmin iş üzrə Vüqar tutulmuş sonra azad edilmiş, cinayət işi isə araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir, Vüqar Neftçala rayonunda qeydiyyatda olduğu üçün məhz ilk dəfə sonuncunun barəsində Neftçala RPŞ-nə şikayət vermiş, məhkəməyədək istintaq dövründə verdiyi bütün ifadələri özü imzalamış, sadəcə ifadələrində olan ziddiyətlərlə bağlı səbəb kimi müstəntiq tərəfindən ifadələrin düzgün yazılmaması olmuş, satmaq üçün Vüqara heç vaxt balıq məhsulu verməmiş, Vüqarın ifadəsində göstərdiyi Şövqi adlı şəxslə, habelə Türkiyə Respublikasının vətəndaşı Kamal Nəbioğlu ilə heç bir əlaqə və münasibəti, o cümlədən alış-verişi olmamışdır. O, müstəntiqə Vüqara 7000 manat borc verməsini bildirməmişdir, bu barədə ərizədə necə yazıldığını bilmir, həmçinin Türkiyə Respublikasının vətəndaşı X10 vasitəsi ilə tanımış və çayxanada çay içərkən nömrələrini götürmüşlər. Vüqarla arasında şifahi razılaşma olmuş, müqavilə bağlamamış, həmçinin Keşlə bazarında onun balıq saxlamaq üçün dondurucusu olmuşdur. Bundan başqa cinayət işi üzrə adı gedən Şahid1 onun oğludur və ABŞ-a köçdüyü üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ümumilikdə ona dəymiş 92000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsini və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Xalislə aralarında uzun müddətdən bəri dostluq və tanışlıq münasibətləri olduğundan asudə vaxtlarında tez-tez «Keşlə bazarın»da, habelə Bakı şəhərinin müxtəlif restoran və kafelərində görüşüb söhbətləşir, bəzən isə birlikdə nahar edirlər. 2022-ci ilin yanvar ayında «Keşlə bazarın»da Xalislə birlikdə görüşüb söhbət edən zaman Vüqarı da orada görmüş və tanışlıqları ordan başlamışdır. Həmin zaman Xalislə Vüqar arasında balıq alış-verişi ilə bağlı bəzi söhbətlər aparırmışlar. Axırıncı dəfə yəni mart ayında Xalislə görüşdükdə sonuncu Vüqarla arasında olan söhbətlərdən danışmış və balıq gətirilməsi üçün Vüqara müxtəlif vaxtlarda 80000 manat, 5000 manat və 7000 manat pul verdiyini və balıqların gətirilmədiyini bildirmişdir. Bundan sonra Xalislə axırıncı dəfə Yasamal rayonunda görüşəndə Vüqar da ora gəlmişdir. Orda söhbət 85000 manatdan gedirdi. Vüqar isə Xalisə deyirdi ki “mənim sənə köməkliklərim olub, yəni gömrüyə getmişəm, kimdənsə xahiş eləmişəm”. Xalisdə Vüqara deyirdi ki, “yaxşı, mənə nə köməy eləyibsənsə o puldan çıx”, Vüqar isə Xalisə cəmi olaraq 72000 manat pul qaytaracağını bildirmişdir. Həmçinin yan stolda Xalisin və Vüqarın tərəfindən olan şəxslər hesab-kitab aparırdılar. Sonradan o, bu məsələsinin axırının necə olduğunu bilməmişdir. Bir gün Xalis onunla Neftçalaya getməsini xahiş etmiş, o da Xalislə razılaşmışdır. Neftçalada Xalis PŞ-nə şikayət ərizəsi vermiş, həmçinin ondan da izahat alınmış və həmin izahat onun tərəfindən imzalanmışdır. İzahatı onun əvəzinə müstəntiq yazmışdır. Sonra cinayət işi Nərimanova gələndə o, görmüşdür ki, ifadəsində guya Xalis Vüqara pul verərkən onun yanında olduğunu təsdiq etmişdir. Nərimanov RPİ-də o bildirmişdir ki, onun yanında Xalis Vüqara hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa, Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir, onun yanında Xalis Vüqara pul verməmiş, Neftçala RPŞ-də o, izahatı baxmadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs uzun illərdir ki, həmyerlisi kimi tanıyır. Adətən hər həftə «Keşlə bazarın»dan evə bazarlıq edərkən Xalislə bir dost kimi tez-tez orada, habelə yaxınlıqdakı kafelərdə görüşüb söhbət edirmişlər. 2022-ci ilin mart ayının sonlarında səhər saatlarında həmişə olduğu kimi «Keşlə bazarın»dan ev üçün bazarlıq edən zaman Xalisin yüksək səslə telefonla danışdığını görmüş, ona yaxınlaşıb nə məsələ olduğunu soruşmuş, Xalis isə ona əli ilə işarə edərək gözləməsini bildirmişdir. Xalis danışığını bitirdikdən sonra isə Neftçaladan bir adama borc pul verdiyini onunda pulu qaytarmadığını bildirərək telefonunda olan səs yazısını da ona dinlətdi. Bundan başqa, Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır və görməmişdir, o bazarda olarkən Xalisin telefonda uca səslə borc haqqında danışığını eşitsə də, kiminlə danışdığını və məbləği eşitməmişdir. Həmçinin bildirmişdir ki, o, istintaq dövründə də, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin oğlu Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarın»da balıq məhsullarının satışı ilə məşğul olur, o, da atasına köməklik edir. 2022-ci ilin yanvar ayında atası ona «Arpaçay» restoranında nahar edən zaman təsadüfən balıq alverçisi Təqsirləndirilən şəxsla görüşüb söhbət etdiyini və sonuncunun İİR-dan Azərbaycana müxtəlif balıq məhsullarının idxalı ilə məşğul olduğunu bildirərək, Novruz bayramı ərəfəsində zərurət olarsa İrandan balıq məhsulları gətirmək üçün Vüqara sifariş verəcəyini demişdir. 2022-ci ilin yanvar və fevral aylarında atası Xalis bir neçə dəfə Vüqarla zəngləşərək balıq gətirmək üçün İrana nə vaxt gedəcəyini soruşmuş, o da öz növbəsində həmin ərəfələrdə Vüqarla bir neçə dəfə zəngləşərək Novruz bayramı ərəfəsində balıq gətirmək üçün İrana gedib-getməyəcəyi ilə maraqlanmışdır. Vüqar hər dəfə cavabında İranda nüfuzlu tanışlarının olduğunu və istənilən vaxt oradan kifayət qədər balıq təşkil edib gətirə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəllərində «Keşlə bazarın»da olan zaman atası Vüqara zəng edib satmaq üçün 85000 manatlıq bölgə, forel və nərə balığı almaq istədiyini söyləmişdir. Vüqar ən geci bir həftə ərzində İİR-dan sərfəli qiymətə 85000 manat müqabilində bölgə, forel və nərə balığı təşkil edib gətirəcəyini vəd etmişdir. Atası razılaşaraq bu məqsədlə ətraflı danışmaq üçün Vüqara görüşməyi təklif etmiş, elə həmin gün o, günorta saatlarında atası Xalislə birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında Vüqarla görüşmüşlər. Həmin vaxt atası X19 bölgə, forel və nərə balığı alıb gətirməsindən ötrü 100-lük əskinaslardan ibarət 80000 manat pul verib yerdə qalan 5000 manatı da tezliklə ona çatdıracağını söyləmişdir. Vüqar pulu sayıb götürərək uzağı bir həftə ərzində İrandan atası Xalis üçün sərfəli qiymətə 85000 manat müqabilində bölgə, forel və nərə balığı təşkil edib gətirəcəyini vəd edərək həmin malların qəbulu və satışı üçün bazarda hazırlıq işləri görmələrini istəmişdir. Təxminən bir həftə sonra, 2022-ci ilin mart ayının ortalarında Vüqardan heç bir xəbər çıxmadığını görən atası narahat olub ona zəng edərək vəd etdiyi balıq məhsullarını nə vaxt gətirib təhvil verəcəyini soruşmuşdur. Vüqar guya İrandan sifariş verdiyi balıq məhsullarının göndərildiyini, lakin gömrükdə həmin məhsulların ölkəyə idxalı üçün müvafiq sənədləşdirmə aparılmasından ötrü 5000 manat gömrük rüsumu ödəmək lazım olduğunu deyib atası Xalisdən bu məqsədlə təcili olaraq 5000 manat pul istəmişdir. X22 etiraz etməmiş və elə həmin gün günorta saatlarında Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada atası ilə birlikdə Vüqarla görüşmüşlər. Həmin vaxt atası Vüqara 100-lük əskinaslardan ibarət 5000 manat pul vermiş, sonuncu pulu sayıb qəbul edərək «Novruz» bayramınadək atasının sifariş etdiyi balıq məhsullarını təhvil verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra, 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında «Keşlə bazarın»ın yaxınlığında yerləşən «Arpaçay» restoranında atası ilə birlikdə nahar edən zaman Vüqar onlara yaxınlaşıb sifariş olunan balıq məhsullarının artıq Azərbaycan gömrüyündə olduğunu, lakin gömrük rəsmiləşdirilməsi üçün əlavə 7000 manata ehtiyac olduğunu bildirib atasından pul istəmişdir. Atası Xalis həmin vaxt buna görə narahat olub gileylənsə də, Vüqar ailə üzvlərinin canına and içərək 7000 manatı aldıqdan sonra «Novruz» bayramına kimi mütləq gömrük rəsmiləşdirilməsini həll edib balıq məhsullarını gətirəcəyini vəd etmişdir. Atası Vüqara inanıb daha bir söz deməyərək ona dərhal evə gedib 7000 manat pul gətirməsini tapşırmış, o da həmin pulu 7000 pulu «Arpaçay» restoranına gətirib atasına vermiş, atası da restoranda həmin pulu onun yanında sayıb Vüqara vermişdir. Vüqar həmişə olduğu kimi pulu sayıb götürərək bir daha «Novruz» bayramına kimi balıq məhsullarını gətirib ona təhvil verəcəyini vəd etmişdir. Lakin Vüqar atasını aldadaraq vədinə əməl etməmişdir. Bununla əlaqədar 22 mart 2022-ci il tarixdə günorta saatlarında “WhatsApp” vasitəsilə Vüqara audio mesaj göndərərək atasına qarşı niyə bu cür hərəkət etdiyini və aldığı 92000 manat pulu nə vaxt qaytaracağını soruşmuş, Vüqar həmin gün saat 16 radələrində “WhatsApp” vasitəsilə ona audio mesaj göndərərək Neftçalada olan dükanını satıb hələlik atası Xalisə 10000 manat qaytaracağını, mart ayının 27-i və ya 28nə kimi isə İrana gedib balıq gətirərək bu yolla atasının bütün pulunu verəcəyini vəd etmişdir. Vüqara artıq inanmadıqları üçün həmin ərəfələrdə o, atası ilə birlikdə iki dəfə Neftçala şəhərinə gedib orada Vüqarla görüşmüşlər. Hər dəfə söhbət əsnasında Vüqar məsələ ilə bağlı polisə şikayət etməməsi üçün atasına yalvararaq Neftçala şəhərində olan daşınmaz əmlakını satıb İrandan balıq gətirmək üçün aldığı 92000 manat pulu qaytaracağını vəd etsə də, sonradan müxtəlif bəhanələrlə atasını aldadıb pulu qaytarmamışdır. Bu səbəbdən atası Vüqarın barəsində Neftçala rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral-mart aylarında “Keşlə” bazarında soyuducuların yerləşdiyi ərazidə rəsmi olaraq mühavizəçi vəzifəsində işləyərək bazara gətirilən balıqların sənədlərinə baxıb yerləşdirilməsinə nəzarət edirmiş. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Keşlə” bazarından tanıyır. Belə ki, onlar bazara mütəmadi olaraq İran maşınlarında karobkalarda balıq gətirirdilər. Balıqlar maşınlardan boşaldılarkən Vüqar, Xalis, digər balıqçılar və işçilər də orada olurdu, iri balıqları (beluqa) Xalis, digərlərini isə Vüqarla Şövqi götürürdü. İri balıqlar Xalisin dondurucusuna, digər balıqları isə kənara yığılaraq Şövqi tərəfindən aparılırdı. Həmin şəxslər bazara əsasən belluqa, farel və sazan balıqlarını gətirirdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Keşlə” bazarında fəhlə işləyir və onun işi bazara gətirilən malların boşaldılması və daşınmasından ibarətdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Keşlə” bazarından tanıyır. Belə ki, sonuncular bazara maşınlarda balıq gətirən zaman onlar həmin balıqları boşaldırdılar. Novruz bayramından qabaq yenə də o, Vüqara məxsus maşından balıqları boşaldaraq irilərini soyuducuya, kiçiklərini isə bazara daşımışdır. Həmin vaxt Vüqarın yanında Xalisdə olmuş və onların tapşırıqlarına uyğun olaraq balıqların irilərini və kiçiklərini ayırmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Vüqar onun yeznəsidir və o, 2021-ci ildən Keşlə bazarında Vüqarın işçisi olmuşdur, elə bazardan da Xalisi də tanıyır. Xalisin İİR-dan Vüqar vasitəsilə balıq gətirdiyinin şahidi olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 59-61-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Neftçala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 82-84-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan Neftçala RPŞ-nin İQ-nin müstəntiqi N.A.Sadıqovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 230-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30 radələrində Nərimanov rayonu ərazisində tutulmuşdur. Cinayət işinin 2-ci cild 43-46-cı vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi R.V.Əliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 251-252-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 104-cü vərəqəsində olan Neftçala rayonu Xıllı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır, ailə tərkibi arvadı Ü.A.Məhərrəmovadan (xx.xx.1985), qızı F.Təqsirləndirilən şəxsdan (xx.xx.2012) və qızı Z.Təqsirləndirilən şəxsdan (xx.xx.2015) ibarətdir. Cinayət işinin 1-ci cild 105-ci vərəqəsində olan Neftçala rayonu Xıllı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cild 50-ci vərəqəsində olan AZ-İ seriyalı, 700688 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, V.E.X1 ilə xx.xx.2011-ci il tarixdə nikahları bağlanılmış, ərə Məhərrəmov arvada isə Məhərrəmova soyadı verilmişdir. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan AZ-İİ seriyalı, 948173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Neftçala rayonu, Xıllı kəndində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ü.A.Məhərrəmovadır. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan AZ-İİİ seriyalı, 550023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Neftçala rayonu, Xıllı kəndində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ü.A.Məhərrəmovadır. Cinayət işinin 2-ci cild 61-64-cü vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi R.V.Əliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan Təqsirləndirilən şəxs Nərimanov RPİnin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı olan Kamal Nəbi oğlu etibardan sui-istifadə edərək İRR-dan balıq gətirəcəyi adı ilə yalan vəd verib Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki Keşlə bazarında 42.000 ABŞ dolları pulunu alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək aldığı pulları mənimsəmişdir. Həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və aldığı pulların qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxs və mülki iddiaçı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətinin törətməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin 1-ci cild 2-ci vərəqəsində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli Neftçala RPŞ-nə verdiyi ərizəsindən görünür ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs İİR-dan balıq gətirmək üçün ərizəçidən Neftçala şəhəri Heydər Əliyev prospektində xx.xx.2022-ci il tarixdə 85000 manat pul almış və balıqları ona gətirməmişdir. Cinayət işinin 1-ci cild 45-46-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli Neftçala RPŞ-ın İQ-nın müstəntiqi Nicat Sadıqovun təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından gürünür ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs İİR-dan balıq gətirmək üçün vətəndaş Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yaxınlığında 80000 manat pul almış, 2022-ci ilin mart ayının ortalarında isə Neftçala şəhəri Heydər Əliyev prospektində 5000 manat pul almaqla, vahid niyyətlə 85000 manat məbləğində, külli miqdarda pulunu zərər çəkmiş şəxsin etibarindan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Cinayət işinin 1-ci cild 3-4 və 15-19-cu vərəqələrində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Neftçala RPŞ-nə verdiyi izahatından və dindirmə protokolundan görünür ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs ilə o, “Keşlə” bazarının yanında mart ayının əvvəllərində görüşərək oğlu Elçin və dostu Anarın yanında Vüqara 100 manatlıq əskinazlardan ibarət olmaqla 80000 manat pul vermişdir. Bir neçə gün sonra ona Vüqar yenə də pul lazım olduğunu bildirmiş və o, oğlu və dostu Anarla birlikdə mart ayının ortalarında Neftçala şəhərinə gedərək Vüqarla Neftçala şəhəri Heydər Əliyev prospektində görüşmüş və sonuncuya oğlunun və dostunun yanında əlavə olaraq 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, “Keşlə” bazarının yanında Vüqarla təkrar görüşəndə sonuncu ondan 7000 manat borc pul istəmiş o, da dostu Anarın yanında ona yazığı gəldiyi üçün həmin məbləğdə pulu ona vermişdir. Cinayət işinin 1-ci cild 63-65-ci vərəqələrində olan Neftçala RPŞ-də Şahid1 şahid qismində dindirmə protokolundan görünür ki, sonuncu atası ilə Vüqar arasında olan bütün söhbətlərdə iştirak etmiş, balıq gətirmək üçün Vüqar atasından 85000 manat pul istəmiş, bu məqsədlə atası Vüqara Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yaxınlığında 80000 manat pul vermiş, bir necə gün sonra Vüqar atasından yenə də pul lazım olduğunu bildirmiş və atası onunla və dostu Anarla birlikdə mart ayının ortalarında Neftçala şəhərinə gedərək Vüqarla Neftçala şəhəri Heydər Əliyev prospektində görüşmüş və atası Vüqara onun və dostunun yanında əlavə olaraq 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermişdir. Həmçinin Vüqar atasından əlavə olaraq 7000 ABŞ dolları da borc almışdır. Cinayət işinin 1-ci cild 67-69-cü vərəqələrində olan Neftçala RPŞ-də Şahid2 şahid qismində dindirmə protokolundan görünür ki, Xalislə görüşəndə sonuncu ona bildirmişdir ki, Vüqar İİR-dan balıq gətirmək üçün Xalisdən pul istəmiş, sonuncuda ona balıq gətirməsi üçün 80000 manat pul vermişdir. Buna görə də, Xalis onunla Neftçalaya getməsini xahiş etmiş, o da etiraz etməmiş Xalis və sonuncunun oğlu Elçinlə birlikdə Nefçala şəhərinə getmişlər. Neftçala şəhərində Vüqarla görüşmüşlər və Neftçala şəhəri Azpetrol YDM-nin yanında Xalis Vüqara 5000 manat pul vermiş və sonuncu təxminən Novruz bayramına qədər balıqları gətirəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra o, Xalislə birlikdə “Keşlə” bazarının yanında olarkən Vüqar yanlarına gəlmiş və Xalisdən 7000 ABŞ dolları borc pul istəmiş sonuncuda həmin məbləğdə pulu Vüqara onun yanında vermişdir. Cinayət işinin 1-ci cild 95-98-ci vərəqələrində olan Neftçala RPŞ-da rəsmiləşdirilmiş əlavə dindirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sonradan ifadəsini dəyişərək Neftçala şəhər sakini Təqsirləndirilən şəxsla Neftçalada görüşsə belə sonuncuya pul vermədiyini, lakin sonuncu dəfə Vüqara balıq gətirməsi üçün 7000 manat pulu 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yanında verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 89-cu vərəqəsində olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə **********30.txt, **********83.txt, 505006930_SMS.txt və 503924783_SMS.txt adlı fayllar var. Həmin fayllara baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəlində və ortalarında, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, 19xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Neftçala rayonu ərazisində olmuş, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəllərində və ortalarında Neftçala rayonu ərazisində olmamış, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Neftçala rayonu ərazisində olmuş, həmin şəxslərin eyni vaxtda Neftçala rayonu ərazisində olması təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən iş üzrə toplanmış sübutları təhlil etməyi və onlara ayrıayrı qanuna müvafiq qaydada qiymət verilməsini zəruri hesab edir. Belə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli Neftçala RPŞ-nə verdiyi ilkin ərizəsindən görünür ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs İİR-dan balıq gətirmək üçün ərizəçidən Neftçala şəhəri Heydər Əliyev prospektində xx.xx.2022-ci il tarixdə 85000 manat pul almış, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan gürünür ki, 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs Neftçala şəhəri Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs 5000 manat pul almış, həmçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs sonuncuların yanında Neftçala şəhəri Heydər Əliyev prospektində (Neftçala şəhəri Azpetrol YDM-nin yanında) Vüqara 100 manatlıq əskinazlardan ibarət olmaqla 5000 manat pul vermiş, həmçinin “Keşlə” bazarının yanında Anar Xalislə birlikdə olarkən Vüqar yanlarına gəlmiş və Xalisdən 7000 ABŞ dolları borc pul istəmiş sonuncuda həmin məbləğdə pulu Anarın yanında Vüqara vermişdir. Həmçinin xx.xx.2022-ci il tarixli zərəçəkmiş şəxsin əlavə dindirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sonradan ifadəsini dəyişərək Neftçala şəhər sakini Təqsirləndirilən şəxsla Neftçalada görüşsə belə sonuncuya pul vermədiyini, lakin sonuncu dəfə Vüqara balıq gətirməsi üçün 7000 manat pulu 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Keşlə” bazarının yanında verdiyini bildirmişdir(1-ci cild i/v 95-98). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər zərərçəkmiş şəxsin, istərsə də şahidlərin verdikləri ifadələrə əsasən Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Neftçala şəhəri Heydər Əliyev prospektində(Neftçala şəhəri Azpetrol YDM-nin yanında) 5000 manat pul verilməsi öz təsdiqini tapmamışdır. Araşdırma zamanı da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən o, 2022-ci ilin mart ayının əvvəllərində və ortalarında Neftçala rayonu ərazisində olmamışdır. Bundan başqa anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs eyni vaxtda Neftçala rayonu ərazisində olması belə öz təsdiqini tapmadığından zərərçəkmiş şəxs ifadəsini dəyişərək Neftçala şəhər sakini Təqsirləndirilən şəxs Neftçalada pul vermədiyini etiraf etmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 1-ci cild 154-160-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-də Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində dindirilmə protokolundan görünür ki, «Novruz» bayramının yaxınlaşması ilə əlaqədar satmaq üçün daha çox balıq məhsullarına ehtiyacı olacağını düşünüb sonuncu Vüqara zəng vurub «Keşlə bazarın»da satmaq məqsədi ilə ondan 85000 manat məbləğində bölgə, forel və nərə balığı almaq istədiyini söyləmişdir. Vüqar da maksimum bir həftə ərzində onun üçün İİR-dan sərfəli qiymətə balıq təşkil edib gətirəcəyini bildirmişdir. Elə həmin gün günorta saat 16 radələrində Zərərçəkmiş şəxs oğlu Şahid1lə birlikdə Vüqarla «Keşlə bazarın»ın yaxınlığında yerləşən «Kuzə» restoranında görüşmüş və Vüqara onun üçün bölgə, forel və nərə balığı alıb gətirməsindən ötrü 100-lük əskinaslardan ibarət 80.000 (səksən min) manat pul verib yerdə qalan 5.000 (beş min) manat vəsaiti də tezliklə ona çatdıracağını demişdir. Bir həftə sonra, Vüqar onun üçün İrandan sifariş verdiyi balıq məhsullarının göndərildiyini, lakin gömrükdə həmin məhsulların ölkəyə idxalı üçün müvafiq sənədləşdirmə aparılmasından ötrü 5.000 manat gömrük rüsumu ödəmək lazım olduğunu bildirib ondan bu məqsədlə təcili olaraq 5000 manat pul istəmişdir. Vüqara inanıb etiraz etməyərək elə həmin gün günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən çayxanada oğlu Elçinlə birlikdə Vüqarla görüşüb ona 100lük əskinaslardan ibarət 5.000 manat pul vermişdir. 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Arpaçay» restoranında oğlu Elçinlə birlikdə yemək yeyən zaman Vüqar ona yaxınlaşıb sifariş verdiyi balıq məhsullarının artıq Azərbaycan gömrüyündə olduğunu, lakin gömrük rəsmiləşdirilməsi üçün əlavə 7000 manata ehtiyac olduğunu bildirib ondan pul istəmişdir. Bir qədər tərəddüd etdikdən sonra Vüqarın and-aman etdiyini görüb ona inanaraq oğlu Elçini həmin məbləği gətirməsi üçün evə göndərmişdir. Elçin yubanmadan evə gedib 7.000 (yeddi min) manat pul götürərək «Arpaçay» restoranına qayıtmış və 50 və 100-lük əskinaslardan ibarət 7000 manat məbləğində həmin pulu Vüqara vermişdir. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-də Şahid3 şahid qismində dindirilmə protokolundan görünür ki, 2022-ci ilin mart ayının sonlarında səhər saatlarında həmişə olduğu kimi «Keşlə bazarın»dan ev üçün bazarlıq edən zaman Xalislə rastlaşıb hal-əhval tutaraq salamlaşmışdır. Söhbət əsnasında Xalisin narahat olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, Xalis balıq alveri ilə məşğul olan tanışı V.E.X16 Respublikasından forel, nərə və bölgə balığı alıb gətirməsindən ötrü bir müddət əvvəl ümumilikdə 92.000 manat pul verdiyini, ancaq Vüqarın onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Elə həmin vaxt Xalis onun yanında mobil telefonla Vüqara zəng vuraraq onun 92000 manat pulunu nə vaxt qaytaracağını soruşmuş, sonuncu telefonda Xalisə müəyyən problemlərinin olduğunu bildirib and-aman edərək tezliklə onun pulunu qaytaracağına söz vermişdir. Cinayət işinin 2-ci cild 08-12-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona «Keşlə bazarı»nda satmaq məqsədi ilə 85000 manat dəyərində balıq gətirəcəyinə və həmin 85000 manatdan 80000 manatını 2022-ci ilin mart ayının əvvəlində saat 16 radələrində oğlu Elçin və dostu Anarla birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında Vüqarla görüşmüşlər və 100-lük əskinaslardan ibarət 80.000 (səksən min) manat pulu sonuncuya vermişlər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirli olub-olmaması məsələsini araşdırarkən hadisənin baş verməsi mexanizmi, onun iştirakçıları, eləcə də hadisə ilə əlaqədar bəzi epizodlarla bağlı cinayət prosesi iştirakçıları tərəfindən istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında verilmiş ziddiyyətli və bəzən özü-özünü təkzib edən ifadələrə də diqqət yetirilməlidir. Belə ki, məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirilən zaman əvvəlkinin 2022-ci ilin mart ayının əvvəlində saat 16 radələrində oğlu Elçin və dostu Anarla birlikdə «Keşlə bazarı»nın yaxınlığında yerləşən «Kuzə» restoranında Vüqarla görüşərək ona 100-lük əskinaslardan ibarət 80.000 manat pul verilməsini göstərsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsini dəyişərək 80.000 manat pulu oğlu Elçinlə birlikdə Təqsirləndirilən şəxs verdiyini, bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində onun yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər-hansı bir məbləğdə pul vermədiyini, həmçinin Xalislə axırıncı dəfə Yasamal rayonunda görüşəndə Vüqarında orada olmasını, orada olarkən yalnız söhbətin 85000 manat məbləğdən getdiyini, Vüqarin isə Xalisə əvvəlkinin sonuncuya köməklik etdiyini və Xalisə cəmi olaraq 72000 pul qaytaracağını, yan stolda Xalis və Vüqar tərəfindən olan şəxslərin hesab kitab aparıldığını bildirmişdir, bundan başqa məhkəməyədək istintaq dövründə digər Şahid3 «Keşlə bazarı»nda Xalislə rastlaşıb haləhval tutarkən Xalisin ona balıq alveri ilə məşğul olan tanışı V.E.X16 Respublikasından forel, nərə və bölgə balığı alıb gətirməsindən ötrü bir müddət əvvəl ümumilikdə 92.000 manat pul verdiyini, elə həmin vaxt Xalis onun yanında mobil telefonla Vüqara zəng vuraraq ondan 92000 manat pulunu geri qaytarmasını istəməsini bildirsə də, məhkəmə iclasında Şahid3 «Keşlə bazarı»ndan ev üçün bazarlıq edən zaman Xalisin yüksək səslə telefonla danışdığını, ama kiminlə danışdığını bilmədiyini və danışıq əsnasında hərhansı pul məbləğinin deyilməsini eşitmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər zərərçəkimiş şəxsin istərsə də, şahidlərin ziddiyyətli ifadələri əsasında ittihamın sübuta yetirilməsi yolverilməzdir. Məhkəmə istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında olan ziddiyyətləri araşdıraraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs hissə-hissə 92000 manat məbləğində pul verilməsi sübuta yetirilməmişdir. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında olan ziddiyyətləri nəzərə alır və hesab edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli və onlar əhəmiyyətsiz sübut növü kimi tanınmalıdır. Bundan başqa məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmə iclasında eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, mart ayının əvvəllərində Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün İran İslam Respublikasından 63000 manat dəyərində balıq məhsulları gətirmiş, satmaq üçün ona vermiş və əvəzində İİR-dan daha ucuz balıq məhsulları gətirməsini ondan xahiş etmişdir. Bundan sonra o, Xalisin təklifi ilə razılaşaraq həmin balıq məhsullarını satmaq üçün “Keşlə bazarın”da tanışı X8 vermişdir. Ş.M.Kərimov həmin balıq məhsullarını sataraq 3 (üç) gün sonra “Keşlə bazarın”da ona 54000 və bundan bir neçə gün sonra isə 10000 manat, yəni cəmi olaraq 64000 manat pul vermişdir. Həmçinin həmin ərəfələrdə İİR-dan balıq məhsulları alıb gətirmək üçün Xalis “Keşlə bazarın”da ona əlavə olaraq 7.000 manat pul vermişdir. Həmin vəsaitlə birlikdə Xalisin verdiyi balıq məhsullarının satışından əldə etdiyi 64.000 manatı, yəni Xalisə məxsus ümumilikdə 71.000 manat pulu 2022-ci ilin mart ayının ortalarında 42.000 ABŞ dollarına dəyişib 14 mart 2022-ci il tarixdə Xalis üçün İran İslam Respublikasından bölgə, forel və nərə balığı alıb gətirməsi üçün sonuncunun xahişi ilə “Keşlə bazarı”nın yaxınlığında “Kuzə” restoranında balıq məhsullarının gətirilməsi ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı Kemal Nebi oğluna vermişdir(1-cild, i/v 40-41). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək istintaq dövründə istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları tam, hərtərəfli araşdırmadan və işə səthi yanaşaraq sonuncunun Zərərçəkmiş şəxs “Keşlə bazarı”nda satmaq üçün aldığı balıq məhsullarının Ş.M.Kərimova satma məqsədi ilə verdiyini və sonuncunun ona müxtəlif vaxtlarda cəmi olaraq 64000 manat pul ödədiyini bildirsə də, aydın olmayan səbəblərdən müstəntiq tərəfindən Ş.M.Kərimovun ifadəsi alınmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hazırki halda məhkəmə iclasında Ş.M.Kərimovun və X6 əlavə şahid qismində dindirilməmələrinin səbəbi, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında (sədrlik edən R.Salmanov) məhkəmə istintaqı zamanı həmin şəxslərin məhkəmə zalında iştirak etmələri, bu səbəbdən də sədrlik edən hakim tərəfindən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin həmin şəxslərin əlavə şahid qismində dindirilmələrinə dair vəsatətinin təmin edilməməsi ilə bağlı qərarın verilməsi olmuşdur( məhkəmə iclas protokolu 2-ci cild i/v 284-286). Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisidir (VÖEN: **********). Azərbaycan Respublikası DGK-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-33/2-000936/2024 saylı məktubundan görünür ki, həmin MMC-nin adına xx.xx.2022-ci il tarixdə İİR-dan Azərbaycan Respublikasına - xanı, belamur, forel, beluqa və sibrim balıqları gətirilmişdir. Məhkəmə qeyd edir ki, həmin balıqların “Keşlə” bazarına gətirilməsi və balıqlar maşından boşaldılarkən istər təqsirləndirilən şəxsin istərsə də zərəçəkmiş şəxsin orada iştirak etməsi və aralarında balıq məhsullarının alqı-satqısına dair razılaşmanın olması, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 yəni, Yasamal rayonunda görüşəndə yan stolda Xalis və Vüqar tərəfindən olan şəxslərin hesab kitab aparıldığını bildirməsi və məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş “Keşlə” bazarında mühafizəçi işləyən Şahid6 və fəhlə işləyən Şahid4 verdiyi ifadələrilə də öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə saat 16 radələrində “WhatsApp” vasitəsi ilə Şahid1 (zərərçəkmiş şəxsin oğlu) «- Elçin, nətərisən qaqam, nə var, nə yox, yaxşısan? Elçin, düz günortadan Sədərəkdəyəm Allaha and olsun. Pul verəcəkdilər vermədilər. İndi burdan inşallah çıxıb gedirəm Neftçalaya, orada bir dənə dükanım var, istəyirlər onu satım, Allah qoysa qayıdacağam sabaha. 10000 (on) minə istəyirlər, heç olmasa 10000 (on min) gətirim verim atana ki, borcu yiyəsinə versin. Özüm də 27-i, 28-i Allah qoysa gedirəm İrana, oradan mal vuracam, yəni bütün borcları verəcəm. Başımın ağrısından ölürəme qaqa, “uje” ürəyim partlayır, Allah haqqı. Atan da bu yandan sıxır dayanmadan, lap, mən bu yandan pis oluram, atan da bu yandan sıxır, mən əməlli-başlı inan Allaha qaqam, and olsun Allaha ürəyim partlayır. A heç olmazsa, bir 27-i, 28-nə qədər bir dözsün də denən, nə olar?! Dözsün, gedim o xarabaya, oradan balıqdan zaddan vurum, bağlayım çıxsın getsin, mənim də canım dincəlsin. Qocalmışame Allaha and olsun uje!» məzmunda audio mesaj göndərmişdir. Məhkəmə yuxarıda göstərilən audio səs yazıları ilə bağlı məsələyə fikir bildirərək qeyd edir ki, istər məhkəməyədək istintaq dövründə və istərsə də məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə balıq satışından ümumilikdə 71000(64000+70000) manat borcunun olduğunu etiraf edir, bu da mübahisəsiz haldır. Həmçinin Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Zərərçəkmiş şəxs aldığı pulu balıq məhsullarının alınması məqsədi ilə Türkiyə Respublikasının vətəndaşı olan Kamal Nəbi oğluna verdiyini, sonuncunun onun etibarından sui-istifadə edərək verdiyi pulu mənimsədiyini və K.Nəbioğlunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (1-ci cild i/v 198). Bununla da məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri və iş materiallarında olan digər sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında uzun müddət öncədən başlayan və davam edən balıq məhsullarının alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın öz təsdiqini tapması və ona elan edilmiş ittihamın əsaslı olması qənaətinə gəlinməsi üçün aşağıda qeyd edilən xüsusatlar ittiham tərəfindən həqiqiliyi, yaranma mənbəyi və əldə edilməsi halları şübhə yaratmayan dəlillərlə sübuta yetilməli idi: - qeyd edilən pul vəsaitinin məhz ittihamda qeyd edilən tarixlərdə, yerlərdə və ya kimlərin iştirakı ilə Təqsirləndirilən şəxs verilməsi; - pul vəsaitlərinin məhz itihamda qeyd edilən məqsədlər, yəni İİR-dan balıq məhsullarının gətirilməsi üçün verilməsi; - Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitləri alınmadan öncə yalan vədin verilməsi, pul vəsaitlərini almamışdan öncə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onun əmlakını ələ keçirmə niyyətinin, yəni dələduzluq niyyətinin yaranması. Göstərilən hallarla bağlı məhkəmə qeyd edir ki, əvvala zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri ilə onun məhz ittihamda qeyd edilən tarixlərdə və yerlərdə ümumilikdə 92000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verməsi sübuta yetirilmir, əksinə onun ifadələri özü-özünü təkzib edir. Hətta istintaq zamanı onun lehinə ifadə vermiş şahid də məhkəmə iclasında pul vəsaitinin verilməsinin şahidi olmadığını qeyd etmişdir. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxsin ifadələrində aradan qaldırılması mümkün olmayan kifayət qədər ziddiyyətlər olmasını qeyd edərək, həmin ifadələrə tənqidi yanaşır və bu ifadələri mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitləri alınmadan öncə yalan vədin verilməsi, pul vəsaitlərini almamışdan öncə zərərçəkmiş şəxsin etibarından suiistifadə edərək onun əmlakını ələ keçirmə niyyətinin, yəni dələduzluq niyyətinin yaranması da sübuta yetirilmir. Həmçinin zərərçəkmiş şəxsin ifadəsindən də müəyyən edilir ki, məhz Zərərçəkmiş şəxs Vüqara zəng vuraraq «Keşlə bazarın»da satmaq məqsədi ilə ondan 85000 manat məbləğində bölgə, forel və nərə balığı gətirilməsini istəmişdir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ziddiyyətli ifadələrindən başqa ittihamı təsdiq edən hər hansı əsaslı dəlil mövcud deyil. Digər tərəfdən müəyyən edilmişdir ki, tərəflər birlikdə balıq məhullarının alışı və satışı sahəsində fəaliyyət göstərmişlər, Təqsirləndirilən şəxs həqiqətən də İİR-dan balıq məhsulları gətirmiş və satışını həyata keçirmişdir. Yəni, tərəflər arasında məhz ticarətin bu sahəsində işgüzar münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində tərəflər arasında olan hər bir halın dələduzluq kimi qiymətləndirilməsi isə əsaslı qəbul edilə bilməz. Digər tərəfdən pulun nağd qaydada verilməsi qeyd edildiyi kimi sübuta yetirilmir, balıq satışından əldə edilmiş pul vəsaitlərinin isə dələduzluq cinayəti üzrə zərər kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsə ittiham da balıq satışından əldə edilmiş pul vəsaitlərinə görə deyil, pulun nağd qaydada alınması əsası ilə elan edilmişdir. Sonuncu hal ilə bağlı isə zərərçəkmiş şəxsin və şahidlərin ziddiyyətli ifadələrindən başqa heç bir sübut mövcud deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta pulun nağd qaydada alınması sübuta yetirilmiş olsaydı belə, bu özü də ittihamı sübut edilməsi üçün kifayət edə bilməzdi. Belə ki, bu halda da istintaq orqanı balıq məhsullarının İİR-dan gətirilməmə səbəbi ilə bağlı araşdırma aparmalı və bunun Təqsirləndirilən şəxs iradəsindən asılı olub-olmamasına qiymət verməli idi. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs balıq satışından əldə edilmiş pul vəsaitlərini Türkiyə Respublikasının vətəndaşı Kemal Nebi oğluna verdiyini və özünün dələduzluğa məruz qalmasını iddia etmiş və bununla bağlı polis orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış zərərçəkmiş şəxsin, şahid ifadələri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli № 15 saylı Qərarının 74-cü bəndinə əsasən, bəraət hökmü CPM-nın 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda eləcə də cinayət təqibinə istər bəraət verici olan istərsə də bəraət verici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi üzrə qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X14 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirlimədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X14 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-118/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver