Məhkəmə qərarları › İş №1(101)-118/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-118/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-118/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, zərərçəkmiş şəxsin hüquqi varisi - anası X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya-Qala ərazisində yerləşən “Qala Kafesi”nin həyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qisas məqsədi ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağı ilə tanışı olan Zərərçəkmiş şəxs ürək nahiyəsindən bir ədəd bıçaq zərbəsi vuraraq sonuncuya canlı şəxslərdə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik, sol bazunun orta üçdə birinin bayır səthinin qançırı (1 ədəd); sol dizin ön səthinin sıyrığı və həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin daxilə-döş boşluğuna nüfuz edən və ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 27 iyun 2023-cü il tarixdə demək olar ki, bütün gününü evdə keçirmiş, axşam saat 18:00 radələrində məhəlləyə çıxıb küçədə bir az gəzişmiş, daha sonra taksi ilə Keşlə qəsəbəsinə getmişdir. Keşlə qəsəbəsində dostu ilə görüşü olsa da, dostunun işi çıxdığından ona zəng edib görüşə gələ bilməyəcəyini demişdir. Həmin vaxt Keşlə qəsəbəsində kafedə əyləşmişdir. Kafedə oturan vaxt içəriyə Keşlə qəsəbəsində olan tanışlarından Nurlan və Edo adlı şəxslər daxil olmuş, həmin şəxslərlə oturub 1-2 bakal pivə içdikdən sonra sağollaşıb oradan ayrılmışdır. Keşlə qəsəbəsindən çıxdıqda saat təxminən 21:00 olardı. Kafedən çıxıb tanışı Asimə zəng etmiş, lakin Asim zənginə cavab verməmiş, bundan sonra tanışı Əliyə zəng etmişdir. Əliyə və Asimə zəng etməkdə məqsədi təxminən 1-2 ay idi ki, onlarla görüşə bilmədiyindən dostları ilə hal-əhval tutmaq olmuşdur. Əli ilə telefon danışığı zamanı ona demişdir ki, “Asimə zəng etdim, telefonu götürmədi”. Əliyə görüşmək istədiyini bildirəndə, Əli də ona cavabında demişdir ki, “Qala ərazisində yerləşən “Dəyirman” restoranında Asimlə oturmuşuq, istəyirsən gəl bura”. O da Əli ilə razılaşıb dostu Azərin avtomobili ilə Qala qəsəbəsinə gəlmişdir. Azərlə birlikdə restorana daxil olduqda həmin vaxt tanışları Əli, Asim, İslam və Zaur masa arxasında yenicə əyləşmişlər. Azər təxminən 10-15 dəqiqə onlarla oturmuş, daha sonra işinin olduğunu deyib sağollaşaraq avtomobili ilə evinə getmişdir. Asimlə İslam spirtli içki qəbul etməsə də, Əli, o və Zaur restoranda 1-2 bakal pivə içdikdən sonra kababla təxminən 0,7 litr də araq qəbul etmişlər. Yeyib-içmək məclisi qurtardıqdan sonra hesabı ödəyib restorandan çıxmışlar və İslamın avtomobilinə əyləşib başqa bir yerdə çay içməyə qərar vermişlər. İslam avtomobili “Stansiya-Qala” ərazisində yerləşən “Qala Kafesi”-nin qarşısında saxlamışdır. Avtomobildən düşərək kafedə əyləşib çay sifariş etmişlər. Həmin vaxt telefonla başqa bir dostu ilə əsəbi şəkildə danışmışdır. Danışığını qurtardıqdan sonra Zaur ona nalayiq formada “bəsdir də, baş-beynimizi xarab eləmə də” demişdir. O da Zaurun həmin sözündən təsirlənmiş, həm də içkili olduğuna görə aydın düşünə bilməmişdir. Eyni zamanda həmin anadək Zaurla nalayiq formada danışmadığından Zaurun ona belə nalayiq söz deməyi onu özündən çıxartmışdır. O, Zaurdan nəyə görə söyüşlə danışmasını soruşduqda, aralarında sözlü mübahisə başlamış və bir-birilərini söyməyə başlamışlar. Daha sonra Zaur ona təpiklə zərbələr vurmuş, həmin zərbənin təsirindən yıxılmasın deyə Zaurun köynəyindən tutmuşdur. Bu zaman Zaurun köynəyi tikişdən sökülərək genişlənmişdir. Həmin vaxt hər ikisi yerə yıxılmış, bundan sonra tanışları Asim, İslam və Əli onları ayırmışlar. Həmin vaxt kafedə onlardan başqa adam olmamışdır. Daha sonra kafenin çölündə qoyulan stollarda əyləşmişlər və tanışları onları barışdırmışdır. Əli və Asim onları ayırarkən üst-başları toz olduğundan sanitar qovşağına paltarlarını təmizləməyə getmişlər. O Zaurla bir masa arxasında əyləşərkən Zaur anidən sol tərəfdən sifət nahiyəsinə güclü zərbə ilə şillə vurmuşdur. O, bu zərbənin təsiri nəticəsində yerə yıxılmışdır. Zaurun altında olduğu üçün ancaq özünü Zaurun zərbələrindən qorumağa çalışmışdır. Zaur hər iki dizi ilə onun dirsəklərini tutaraq ona zərbə endirib onu boğmağa çalışmışdır. Uşaqlıqdan etibarən ürəyində xəstəlik olduğundan nəfəs almaqda çətinlik çəkmişdir. O, ancaq sağ əliylə sağ cibində olan açarı götürüb həmin açarla Zauru özündən kənarlaşdırmağı fikirləşmişdir. Sağ əliylə “breloklu açarı” götürmək istədikdə Zaur sol əli həmin açarı götürmüş və onun sol əlinə xəsarət yetirmişdir. Bundan sonra o, əlləriylə Zaurun əllərini tutub ayaqlarıyla onu itələməyə çalışsa da, Zauru özündən kənarlaşdıra bilməmiş və Zaur üstünə yıxılmışdır. Bu vaxt Zaurun sinəsini tutub ayağa qalxdıqda təəccüblənmişdir. Zaur çölə çıxdıqda yerdəki qanı və əlindəki xəsarəti görmüşdür. Bu zaman tanışları Zaurun yaralandığını bildirmişdir. Əli ilə X15 qəsəbəsində yerləşən X16 aparmışlar. Avtomobildə yer olmadığı üçün o, Asimlə birlikdə taksi ilə X16 gəlmişlər. Həkimlər Zauru müayinə etdikdən sonra Zaurun öldüyünü bildirmişlər. Daha sonra o, etdiyi hərəkətə görə peşman olub polisə zəng edib hadisə barədə məlumat vermiş və könüllü olaraq polisə təslim olmuşdur. Hadisə zamanı o da əlindən xəsarət almışdır. Onun Zaura məqsədli şəkildə bıçaqla xəsarət yetirib onu öldürmək fikri olmamışdır. Sadəcə Zaurun zərbələrindən yayınmaq üçün bıçaqla sonuncunun əl nahiyəsindən vuracaqdı ki, ondan kənarlaşsın. Mərhum ondan daha cüssəli olduğundan onun əllərindən qurtulmağa başqa çarə tapa bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Keşlə qəsəbəsində 3-4 bakal pivə, “Dəyirman” restoranında pivə və araq içmiş, Zaur isə ondan daha az spirtli içki qəbul etmişdir. Zaur ondan daha ayıq olmuş, o isə ağır dərəcədə sərxoş olmuşdur. Onlar çöldə stolda əyləşərkən Zaur ona anidən şillə vurduqda yerə yıxılmış, Zaur da yıxıldığını görüb onu boğmağa başlamışdır. Bıçaq cibində bağlı vəziyyətdə olsa da, Zaur bıçağı əlindən alıb bıçağın düyməsini basaraq bıçağı açmışdır. Zaur sol əli ilə onun sağ əlindən bıçağı götürmüşdür. Zaurla o, təxminən 4-5 il əvvəl Tarqovu adlanan ərazidə dostunun işlədiyi restoranda tanış olmuşlar. Zaurla arasında əvvəllər ədavət olmamışdır. Bıçaq düymə vasitəsilə açılıb bağlanırdı. Bıçaq onun əlində açılmamışdır. Peşəkar şəkildə idmanla məşğul olmamışdır. Atası avtomobil alqı-satqısı ilə məşğul olur, o da atasına kömək etmişdir. Arabir spirtli içki qəbul etmişdir. Hadisə baş verən gün həddən artıq spirtli içki qəbul etmişdir. Ürəyində olan xəstəliyə görə hərbi xidmətə getməmişdir. Zaurun əvvəllər idmanla məşğul olduğunu bilirdi. Dostu ona “brelok”la birlikdə bıçaq hədiyyə etmişdir. Zauru özündən çəkindirmək üçün bıçağa əl atmışdır. Zaur təsadüf nəticəsində xəsarət almışdır. O, ayağa qalxanda bıçaq yerdə idi. Bıçağın tiyəsi 5-6 santimetr olardı. Şahid6 hadisə baş verməzdən əvvəl tanıyırdı. Onun Şahid6lə avtomobildə hər hansı bir danışığı olmamışdır. Yerdə olan dava zamanı Zaur ona qarşı zorakılıq hərəkətləri etmişdir. Birinci mübahisə zamanı ilk zərbəni Zaur vurmuşdur. Birinci mübahisə zamanı Zaur ona təpik zərbələri vurmuşdur. İkinci mübahisənin başlanması zamanı Zaurun onun sifət nahiyəsinə nəyə görə zərbə vurduğunu bilməmişdir. Zaura xəsarət yetirdiyi brelok formasına görə açılıb-qatlanan bıçaq formasında idi. Zaur yerdə ona zərbələr endirdiyi üçün brelok olan bıçaqdan istifadə etmişdir. Zaur onun üzərindən durandan sonra ona zərbə yetirməmişdir. Zaur fiziki cəhətdən ondan daha güclü olmuşdur. Astma xəstəsidir. Zaur yerdə dalaşan zaman boğazından sıxırdı. O, həmin vaxt içkili olmuşdur. Zaur həmin brelok formasında olan bıçağı əlindən alan zaman bıçaq bağlı olmuşdur. Zaurun altından çıxıb rahat nəfəs almaq üçün bıçaqdan istifadə etmişdir. Zaura gücü çatmadığı üçün bıçaqdan istifadə etmişdir. Kürək nahiyəsində olan xəsarətləri birinci mübahisə zamanı almış, sol bazu nahiyəsində və boğazında olan xəsarətləri ikinci mübahisə zamanı almışdır. Əlində olan xəsarətləri mərhum Zaur bıçaqla yetirmişdir. Bıçaq düymə ilə açılırdı. Bıçaq Zaurun əlində açılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 2000-ci ildən ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs böyük oğludur. Oğlu Zaur həyat yoldaşı Aydınla birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Zaur dost-tanışı ilə vaxtaşırı görüşmüşdür. 27 iyun 2023-cü il tarixdə oğlu Zaur saat 14-15 radələrində evdən uşaqlarla, yəni dost-tanışı ilə görüşmək adı ilə çıxmışdır. O, oğluna “Whatsapp” sosial şəbəkəsi vasitəsilə oğlunun ***-***-**-** mobil nömrəsinə saat 16:09 radələrində mesaj yazmış, “haradasan?” deyə soruşmağına baxmayaraq ona cavab verməmişdir. Yenidən Zaura həmin gün saat 20:50 radələrində təkrar mesaj yazaraq “Gəlmirsən?” deyə soruşmuşdur. Sonuncu ona 20:53 radələrində cavab yazaraq gec gələcəyini demişdir. Daha sonra evdə öz işlərini görərək saatın gec olduğunu görüb yatmışdır. Səhər saatlarında oğlu Zaurun evə gəlmədiyini görmüşdür. Fikirləşmişdir ki, Zaur ya həyat yoldaşının, ya da dostlarının yanındadır. Çünki Zaurun həyat yoldaşının anası xəstə olduğundan bir neçə vaxt idi ki, həyat yoldaşı öz anasının yanında qalırdı. 28 iyun 2023-cü il tarixdə saat 15-16 radələrində qapı döyülmüş, qapını açdıqda 5-6 nəfər oğlan ona sual verib “rəhmətlik Zaurun” yaşadığı ünvanı soruşmuşdur. O, həmin vaxt şok vəziyyətinə düşmüşdür. Daha sonra həmin şəxslərdən İslam adlı oğlan Zaurun şəklini görüb həmin Zaur olduğunu təsdiqləmiş və gecə baş vermiş hadisəni danışmışdır. Həmin şəxslər ona bildirmişdirlər ki, oğlu Zaur tanışları İslam, Asim, Əli və Akiflə birlikdə Qala qəsəbəsində yerləşən kafelərin birində yeyib-içdikdən sonra çay üçün başqa bir kafeyə getmiş və orada Akiflə Zaur arasında səbəbini bilmədiyi mübahisə yaranmış və nəticədə həmin mübahisə zamanı Akiflə oğlu Zaur əlbəyaxa olmuş, həmin vaxt Akif bıçaqla Zaurun ürək nahiyəsindən xəsarət yetirmişdir. Tanışları Zauru avtomobilə əyləşdirib X16 çatdırmışlar. Xəstəxanada olarkən oğlu aldığı xəsarət səbəbilə vəfat etmişdir. Bu söhbətdən sonra onlar evdən çıxıb Xəzər rayonunda yerləşən ekspertiza şöbəsinə gəlmiş və oğlunun meyitini təhvil almışlar. Təqsirləndirilən şəxsi bağışlamışdır və ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamı dəyişdirmədən ona cəza təyin edilməyini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs böyük oğludur. 27 iyun 2023-cü il tarixdə oğlu Zaur saat 14-15 radələrində evdən dost-tanışı ilə görüşmək adı ilə çıxmışdır. 28 iyun saat 15:30 radələrində Zaurun dostları onlara gəlib başsağlığı vermişlər. O, onlara başa düşmədiyini bildirdikə onlar Zaurun rəhmətə getdiyini bildirmişlər. Həmin şəxslər 3 nəfər olmuş və bildirmişdirlər ki, oğlu Zaur tanışları İslam, Asim, Əli və Akiflə birlikdə Qala qəsəbəsində yerləşən kafelərin birində yeyib-içdikdən sonra çay üçün başqa bir kafeyə getmiş və orada Akiflə Zaur arasında səbəbini bilmədikləri mübahisə yaranmış və nəticədə həmin mübahisə zamanı Akiflə oğlu Zaur əlbəyaxa olmuş, həmin vaxt Akif bıçaqla Zaurun ürək nahiyəsindən xəsarət yetirmişdir. Tanışları Zauru avtomobilə əyləşdirib X16 çatdırmışlar. Xəstəxanada olarkən oğlu aldığı xəsarət səbəbilə vəfat etmişdir. Zaurun yanındakı şəxslər də Təqsirləndirilən şəxsla birlikdə oğlunun ölümündə təqsirləri vardır. Oğlu öldükdən sonra həmin 3 nəfər şəxs Zaurun üzərində olan bütün əşyaları götürmüşlər. Oğlunu öldürmək üçün Təqsirləndirilən şəxs sonradan dəvət etmişlər. Zaurun cansız bədəninə baxış keçirilərkən onun müxtəlif xəsarətlər aldığı məlum olmuşdur. İbtidai istintaqı aparmış müstəntiqə bu barədə öz iradlarını bildirsə də, sözlərinə əhəmiyyət verməmişdir. Zaur morqda olarkən tibbi ekspertiza keçirilməmişdir. Onkoloji xəstədir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan uşağı olmuşdur. Onlar evləndikdən sonra Zaurun ailəsi ilə birlikdə yaşamağa başlamışlar. Zaur atası ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Zaurun hər zaman dost-tanışı çevrəsi olmuşdur. Zaur dost-tanışı ilə vaxtaşırı görüşürdü. Anasının xəstəliyi ilə əlaqədar o, bir neçə vaxt idi ki, anasıgildə qalıb anasına qulluq edirdi. 27 iyun 2023-cü il tarixdə Zaur saat 14-15 radələrində evdən dost-tanışı ilə görüşmək adı ilə çıxmışdır. Bu barədə o, qayınanası Bahariyyə ilə danışan zaman məlumat almışdır. Bahariyyə xanım Zaura “mobil nömrəsinə mesaj yazıb, “haradasan?” deyə soruşmasına baxmayaraq Zaur anasına cavab verməmişdir. Yenidən Bahariyyə xanım Zaura həmin gün saat 20:50 radələrində təkrar mesaj yazaraq “Gəlmirsən?” deyə soruşmuşdur. Zaur 20:53 radələrində cavab yazaraq gec gələcəyini demişdir. Həmin gün Zaurla günorta radələrində danışmışdır. Zaur yuxudan yeni oyanmış, daha sonra Zaurla əlaqə saxlamamışdır. Növbəti gün, yəni 28 iyun 2023-cü il tarixdə Bahariyyə xanım ona zəng edərək Zaurun tanışlarının evə gəldiyini və Zaurun vəfat etdiyini bildirdiklərini demişdir. Daha sonra öyrənmişdir ki, Zaurun tanışları evə gələrək bildirmişlər ki, Qala qəsəbəsində yerləşən kafelərin birində yeyib-içdikdən sonra çay üçün başqa bir kafeyə getmiş və orada Akif adlı şəxslə Zaur arasında səbəbini bilmədiyi mübahisə yaranmış və nəticədə həmin mübahisə zamanı Akiflə Zaur əlbəyaxa olmuş, həmin vaxt Akif bıçaqla Zaurun ürək nahiyəsindən xəsarət yetirmişdir. Hal-hazırda o, qaynanasıgillə birlikdə yaşayır və uşağını tək böyüdür. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamı dəyişdirmədən ona cəza təyin edilməsini xahiş edir. Bu sözlərinə görə onları bəzi şəxslər təhdid edirlər. Onlara 1 gün sonra Zaurun ölüm xəbərini vermişlər. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanışlarıdır. O, həm Akifi, həm də Zauru təxminən 2 il əvvəl tanımışdır. Həmin şəxsləri dostu Asimə görə tanımışdır. Asimlə də 4 ilə yaxındır ki, dostluq münasibəti var. 27 iyun 2023-cü il tarixdə axşam saatlarına qədər evdə olmuş, daha sonra Asim zəng edərək Zaurun işlətdiyi çay evinə gəldiyini, Zaurla birlikdə Qala qəsəbəsinə getmək istədiklərini demişdir. O da Asimlə razılaşıb avtomobillə gəlib Asimlə Zauru götürmüş və birlikdə Qala qəsəbəsinə tanışları Əli ilə görüşmək üçün getmişlər. Qala qəsəbəsinə çatdıqda yolda Əlini də götürüb Asimin torpaq sahəsinə baxmağa getmişlər. Onlar Asimin aldığı yeni torpaq sahəsinə xeyir-dua vermişlər. Torpaq sahəsindən çıxıb avtomobilinə əyləşən zaman Akif Əliyə zəng etmiş, Əli ilə telefonla danışan zaman Akif Əlinin harada olmasını soruşmuş, Əli də Akifə demişdir ki, “Asimin torpağına baxmağa gəlmişik”. Həmin vaxt Akif Əliyə demişdir ki, “Asimə səhər zəng etmişdim, zəngimi götürmədi”. Asim də Əliyə cavabında bildirmişdir ki, “ola bilsin yatmışam, ona görə götürməmişəm”. Daha sonra X24 qəsəbəsində restoranda oturacaqlarını demişdir. Akif də Əliyə Mərdəkanda olduğunu, onlarla görüşə gələcəyini demişdir. Daha sonra Qala qəsəbəsində yerləşən “Dəyirman” adlı restorana gəlmişlər. Çay, mürəbbə, Əli və Zaura isə iki bakal pivə sifariş vermişlər. Daha sonra Asim ac olduğundan iki şiş ciyər kababı sifariş vermişlər. Onlar restoranda olan zaman Akif yenidən Əliyə zəng vurub harada oturduqlarını soruşmuşdur. Əli Akifə “Dəyirman” restoranında əyləşdiklərini demişdir. Yemək sifarişləri süfrəyə gələn vaxt Akif də içəriyə daxil olmuş, görüşüb stul çəkib stol arxasında əyləşmişlər. Akif əyləşdikdən sonra yarım litrlik spirtli içki-araq sifariş vermişdir. Zaur, Əli və Akif spirtli içki-araq qəbul etmişlər. Asim və o, içməmişlər. Təxminən 2 saat restoranda oturduqdan sonra Vüqar adlı tanışları Əliyə zəng etmiş və yaxınlıqda yerləşən “Dağlar” kafesində başqa tanışlarla əyləşdiyini, onları da dəvət etdiklərini demişdir. Onlar restoranda hesabı ödədikdən sonra oranı tərk edib, Vüqargilin əyləşdiyi obyektə getmək üçün avtomobilə əyləşmişlər. Hesabı ödəyən vaxt Qala qəsəbəsində yaşayan Əlinin bibisi oğlu Yaşar da gəlmişdir. Onlar Yaşarı da götürüb “Dağlar Kafesi”nə tərəf getmişlər. X20 sərxoş olduğunu və nalayiq formada telefonla danışdığını görmüş və hər hansı xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaqdan ötrü ona avtomobili “Qala Kafesi”nin qarşısında saxlamasını bildirmişdir. Akif əsəbi şəkildə tanımadığı şəxslə yüksək səslə nalayiq formada danışırdı, bu səbəbdən Zaur Akifə “yaxşı dincəl daha” demişdir. Akif bu sözdən təsirlənib Zaurla sözlü mübahisə etməyə başlamışdır. Bir anlıq mübahisə münaqişəyə çevrilmiş, Akiflə Zaur əlbəyaxa olmuşlar. Həmin vaxt onlar kafenin kabinetində olmuşlar. O, Əli və Asim araya girib Akiflə Zauru ayırmışlar. Həmin vaxt Yaşar isə kafenin arxasında yerləşən evlərdə yaşadığından sağollaşıb evə getmişdir. Daha sonra otaqdan çölə çıxıb kafenin həyətində qoyulan stollarda oturmuşlar. Həmin vaxt Akif evə getmək üçün taksi sifariş etmiş, Zaur da stulda əyləşib öz mobil telefonu ilə oynamışdır. Asimin üst-başı toz-torpaq olduğundan ayaqyoluna keçib üst-başını təmizləməyə başlamış, Əli də ayaqyoluna getmişdir. Əli və Asim ayaqyoluna getməzdən əvvəl Akiflə Zauru barışdırıb sonuncular arasında yaranmış mübahisəyə son qoymuşlar. O, ayağa qalxıb 6-7 metr aralaşdıqda əlini cibinə atıb avtomobilin açarını axtarmışdır. Açarı stolun üzərinə qoyduğunu xatırlayıb arxaya çönərkən Zaurla Akifin əlbəyaxaya çıxdıqlarını və yerə yıxıldıqlarını görmüşdür. Zaurla Akifə tərəf gələrkən Zaurun sinəsi ilə əlini tutub Akifi göstərərək “məni vurdu” demişdir. Həmin vaxt Akif də ayaq üstə dayanmış və əli kəsilmişdir. Asim dərhal Zaurun qoluna girib onu avtomobilə tərəf aparmış və avtomobilə əyləşdirdikdən sonra səsə gələn Yaşar, Əli və o, Zauru X16 aparmışlar. Asim Akiflə kafedə qalmışdır. Daha sonra Asimlə Akif də Vətən adlı şəxsin idarə etdiyi avtomobillə xəstəxananın qarşısına gəlmişlər. Onlar artıq Zauru həkimlərə təhvil vermişlər və sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, Akif polis əməkdaşlarına təslim olmuşdur. Daha sonra həkimlər Zaurun vəfat etdiyini bildirmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Akif telefonla yüksək səslə danışaraq telefonla danışdığı şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Akif Zaura qarşı söyüş söyməmişdir. Akiflə Zaur əlbəyaxa olduğunu görüb onların yanına 6-7 saniyə ərzində çatmış, həmin vaxt hər ikisi ayağa qalxmışdır. Akifin əlində bıçaq görməmişdir. Akifin əlindən, Zaurun isə sinəsindən qan axırdı. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mübahisəni Zaur başlatmışdır. Birinci mübahisə zamanı Zaurla Akif arasında kiçik dava baş vermişdir. Mübahisə zamanı ilk olaraq Zaur Akifə xəsarət yetirmişdir. Akiflə Zaur təxminən 1 dəqiqə yerdə dava etmişlər. Dava zamanı Akif yerdə, Zaur isə onun üzərində olmuşdur. O, içəri daxil olan zaman Zaurun yıxıldığını görmüşdür. Yerdə olanda dava zamanı Zaurun Akifə xəsarət yetirməsini görməmişdir. Zaurla Akif aralanan zaman Akifin əlinin, Zaurun isə qarın hissəsinin qanadığını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Akiflə təxminən 7-8 il, Zaurla isə təxminən 20 ildir ki, dostluq münasibətləri olmuşdur. Akiflə Zaurun da bir-biri ilə tanışlıq münasibətləri olmuşdur. 27 iyun 2023-cü il tarixdə səhər saatlarından axşam saat 17 radələrinə qədər evdə olmuşdur. Daha sonra Asim ona zəng etmiş, Asimlə telefon danışığı zamanı Asim harada olduğunu soruşmuş, o, Asimə evdə olduğunu demişdir. Asim ona “Dəyirman” restoranının yanına gəlməyini və oradan torpaq sahəsinə baxmağa gedəcəklərini demişdir. Asimin dediyi yerə gəldikdən bir qədər sonra Asim, Zaur və İslam, İslamın avtomobili ilə yanına gəlmişlər. Onlarla görüşüb avtomobilə əyləşmiş və birlikdə Asimin torpaq sahəsinə baxmağa getmişlər. Onlar Asimin aldığı yeni torpaq sahəsinə xeyir-dua vermiş, torpaq sahəsindən çıxıb İslamın avtomobilinə əyləşən zaman Akif ona zəng etmişdir. Telefon danışıqları zamanı Akif harada olduğunu soruşduqda, Akifə Asimgillə birlikdə Qala qəsəbəsində olduğunu daha sonra isə Qala qəsəbəsində “Dəyirman” restoranında olacağını demişdir. Akif ona Mərdəkan qəsəbəsinə getdiyini, oradan çıxdıqdan sonra onlarla görüşə gələcəyini demişdir. Daha sonra onlar dördü Qala qəsəbəsində yerləşən “Dəyirman” adlı restorana getmişlər. Çay, mürəbbə, Zaura və özünə isə 2 bakal pivə sifariş vermişdir. Daha sonra Asim ac olduğundan iki şiş ciyər kababı sifariş vermişdir. Restoranda olan zaman Akif yenidən ona zəng vurub harada olduğunu soruşduqda, o, Akifə “Dəyirman” restoranında əyləşdiklərini demişdir. Yemək sifarişləri süfrəyə gələn vaxt Akif də içəriyə daxil olmuş, görüşüb stul çəkib stol arxasında əyləşmişlər. Akif əyləşdikdən sonra yarım litrlik spirtli içki-araq sifariş vermişdir. O, Zaur və Akif spirtli içki-araq qəbul etmişlər. İslam və Asim isə içməmişlər. Təxminən 2 saat restoranda oturduqdan sonra Vüqar adlı tanışı ona zəng edərək və yaxınlıqda yerləşən “Dağlar” kafesində başqa tanışlarla əyləşdiyini, onları da dəvət etdiklərini bildirmişdir. Restoranda hesabı ödədikdən sonra oranı tərk edib Vüqargilin əyləşdiyi obyektə getmək üçün avtomobilə əyləşmişlər. Hesabı ödəyən vaxt Qala qəsəbəsində yaşayan bibisi oğlu Yaşar da gəlmişdir. Yaşar onlarla birlikdə “Dağlar Kafesi”-nə getmişdir. Həmin kafeyə çata-çatda Akifin sərxoş olduğunu və nalayiq formada telefonla danışdığını görüb hər hansı xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaqdan ötrü İslama avtomobili “Qala-Kafesi”-nin qarşısında saxlamasını bildirmişdir. Maşında adam çox olduğundan Asim avtomobilin bort hissəsindən sallaq vəziyyətdə getmişdir. Avtomobildən düşərkən Zaur Akifə irad tutmuşdur. Çünki Akif avtomobildə olarkən və düşərkən əsəbi şəkildə tanımadığı şəxslə yüksək səslə nalayiq formada danışmışdır. Bu səbəbdən Zaur Akifə “yaxşı dincəl daha” demiş, Akif bu sözdən təsirlənmiş və Zaurla sözlü mübahisə etməyə başlamışdır. Bir anlıq mübahisə münaqişəyə çevrilmiş, Akiflə Zaur əlbəyaxa olmuşlar. Həmin vaxt kafenin kabinetində əyləşmişlər. Asim və İslam araya girib Akiflə Zauru ayırmışlar. Daha sonra otaqdan çölə çıxıb kafenin həyətində qoyulan stollarda oturmuşlar. Kafeni işlədən İsa adlı oğlan çay gətirmiş, həmin vaxt Akif evə getmək üçün taksi sifariş etmişdir. Zaur da stulda əyləşib öz mobil telefonu ilə oynamağa başlamışdır. Asimin üst-başı toz-torpaq olduğundan ayaqyolunun qarşısında qoyulan əl-üz yuyana keçib üst başını təmizləməyə başlamış, o da ayaqyoluna getmişdir. İslam da Zaurla Akifə artıq gec olduğunu və evə getmək istədiyini demişdir. Ayaqyoluna getməmişdən əvvəl Akiflə Zauru barışdırıb sonuncular arasında yaranmış mübahisəyə son qoymuşlar. Akiflə Zaur stolda mehriban şəkildə oturmuşlar. Ayaqyolu tərəfdə olarkən bir anda Akiflə Zaur əlbəyaxa olmuş, o da plastik stolun səsini və qışqırıq səslərini eşitmişdir. Dərhal ayaqyolundan çıxıb oturduqları yerə gəldikdə Asimin Zaurun çiyninə girib sonuncunu avtomobilə tərəf apardığını görmüşdür. Zaurun sinəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt İslamın avtomobilinin açarı stolun üstündə olmuş, əyilib avtomobilin açarını axtarmağa başlamışdır. İslamın avtomobilinin açarını ağacın dibindən tapmışdır. Həmin vaxt Akif də ayaq üstə dayanmış, əli kəsilmişdir. Zauru avtomobilə əyləşdirdikdən sonra İslam, Yaşar və o Zauru xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən həkimlər onlara Zaurun vəfat etdiyini bildirmişlər. Hadisə baş verən zaman ayaqyolunda olduğundan Akifin Zauru bıçaqla vurduğunu görməmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanışları olmuşdur. Akifi təxminən 7-8 il əvvəl, Zauru isə təxminən 20 il əvvəl tanımış və hər ikisi ilə arasında dostluq münasibəti olmuşdur. Akiflə Zaurun da bir-birlərilə tanışlığı olmuşdur. Onların arasında əvvəllər heç vaxt düşmənçilik, ədavət və ya münaqişə olmamışdır. 27 iyun 2023-cü il tarixdə səhər saatlarından evdən çıxıb işə getmişdir. Saat təxminən axşam 17 radələrində saçını kəsdirmək üçün obyektdən çıxıb yaxınlıqda olan bərbərə getmişdir. Həmin vaxt Zaur zəng edərək “Sunset” çay evində olduğunu və harada olduğunu soruşmuşdur. Zaura əyləşməsini və saçını kəsdirib gələcəyini demişdir. Təxminən 40 dəqiqədən sonra, yəni saçını kəsdirdikdən sonra Zaurun yanına gəlmişdir. Gələnə qədər Zaur 2 bakal pivə içmişdir. Zaurla görüşdükdən sonra Zaura bildirmişdir ki, “maşını satıb Qala qəsəbəsində torpaq sahəsi almışam”. Həmin vaxt digər tanışları İslama zəng edib və Zaurla birlikdə Qala qəsəbəsinə getmək istədiyini demişdir. İslam da onlarla razılaşaraq avtomobillə gəlib onları götürmüş və Qala qəsəbəsinə digər tanışları Əli ilə görüşmək üçün getmişlər. Qala qəsəbəsinə çatdıqda yolda Əlini də götürüb torpaq sahəsinə baxmağa getmişlər. Dostları, elə Zaurun özü də aldığı yeni torpaq sahəsinə xeyir-dua vermişlər. Torpaq sahəsindən çıxıb İslamın avtomobilinə əyləşən zaman Akif Əliyə zəng etmişdir. Əli ilə telefonla danışan zaman Akif Əlinin harada olmasını soruşmuş, Əli də Akifə demişdir ki, “Asimin torpağına baxmağa gəlmişik”. Həmin vaxt Akif Əliyə demişdir ki, “Asimə səhər zəng etmişdim, zəngimi götürmədi”. O da Əliyə demişdir ki, “ola bilsin yatmışam, ona görə götürməmişəm”. Daha sonra X24 qəsəbəsində restoranda oturacaqlarını demişdir. Akif də Əliyə Mərdəkanda olduğunu, onlarla görüşə biləcəyini demişdir. Daha sonra onlar dördü torpaq sahəsindən çıxıb, Qala qəsəbəsində yerləşən “Dəyirman” adlı restorana getmişlər. Çay, mürəbbə, Əli və Zaura isə 2 bakal pivə sifariş verdikdən sonra ac olduğundan iki şiş ciyər kababı sifariş vermişdir. Onlar restoranda olan zaman Akif yenidən Əliyə zəng vurub harada oturduqlarını soruşmuşdur. X18 restoranında əyləşdiklərini demişdir. Yemək sifarişləri süfrəyə gələn vaxt Akif də içəriyə daxil olmuş, görüşüb stul çəkib stol arxasında əyləşmişlər. Akif əyləşdikdən sonra yarım litrlik spirtli içki-araq sifariş vermişdir. O, Zaur və Akif spirtli içki-araq qəbul etmişlər. İslam və o isə içməmişlər. Təxminən 2 saat restoranda oturduqdan sonra Vüqar adlı tanışları Əliyə zəng etmiş və yaxınlıqda yerləşən “Dağlar” kafesində başqa tanışlarla əyləşdiyini, onları da dəvət etdiklərini bildirmişdir. Onlar restoranda hesabı ödədikdən sonra oranı tərk edib Vüqargilin əyləşdiyi obyektə getmək üçün avtomobilə əyləşmişlər. Hesabı ödəyən vaxt Qala qəsəbəsində yaşayan Əlinin bibisi oğlu Yaşar da gəlmişdir. Onlar Yaşarı da götürüb “Dağlar Kafesi”-nə tərəf getmişlər. Lakin həmin kafeyə çatana yaxın İslam avtomobili “Qala-Kafesi”-nin qarşısında saxlamışdır. Əli demişdir ki, “əgər çay içmək istəyiriksə, burada içək”. Avtomobildən düşərkən Zaur Akifə irad tutmuşdur. Çünki Akif avtomobildə olarkən və düşərkən əsəbi şəkildə tanımadığı şəxslə yüksək səslə danışırdı, bu səbəbdən Zaur Akifə “yaxşı dincəl daha” demişdir. Akif bu sözdən təsirlənmiş və Zaurla sözlü mübahisə etməyə başlamışdır. Bir anlıq mübahisə münaqişəyə çevrilmiş, Zaurla Akif əlbəyaxa olmuşlar. Həmin vaxt biz kafenin kabinetində əyləşmişlər. O, Əli və İslam araya girib Akiflə Zauru ayırmışlar. Daha sonra otaqdan çölə çıxıb kafenin həyətində qoyulan stollarda oturmuşlar. Kafeni işlədən İsa adlı oğlan çay gətirmişdir. Həmin vaxt Akif evə getmək üçün taksi sifariş vermiş, Zaur da stulda əyləşib öz mobil telefonu ilə oynamağa başlamışdır. Üst-başları toz-torpaq olduğundan ayaqyoluna keçib üst-başını təmizləməyə başlamışlar. Akiflə Zaur stolda mehriban şəkildə oturmuşlar. Ayaqyolu tərəfdə olarkən bir anda Akiflə Zaur əlbəyaxa olmuşdur. O, plastik stolun səsini eşidib, dərhal ayaqyolundan çıxıb, oturduqları yerə gəldikdə Zaurun əyilmiş vəziyyətdə əli ilə sinəsini tutduğunu görmüşdür. Həmin vaxt Akif də ayaq üstə dayanmış, əli kəsilmişdir. O, dərhal Zaurun qoluna girib sonuncunu avtomobilə tərəf aparmışdır. Zauru avtomobilə əyləşdirdikdən sonra İslam, Yaşar və Əli Zauru X16 aparmışlar. O isə Akiflə kafedə qalmışdır. Tanışı Vətənə zəng etmiş, Vətən avtomobillə gəlmiş, Akifi Vətənin idarə etdiyi avtomobilə əyləşdirib X16 aparmışdır. Xəstəxanaya çatdıqda polis əməkdaşlarının xəstəxananın qarşısında olduğunu görmüş, Akif polis əməkdaşlarına təslim olmuşdur. Hadisənin baş verməsini görməmiş, Zaur Akif barəsində ona heç nə deməmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Şahid2 böyük dayısı oğludur. O, Əlinin tanışlarından Asim və İslamı tanımışdır. Zaur və Akif adlı tanışlarını isə xeyir-şər məclislərində Əlinin yanında görsə də, həmin şəxslərlə dostluq münasibəti olmamışdır. 27 iyun 2023-cü il tarixdə axşam saatlarında “Stansiya- Qala” ərazisindən keçib evə gedərkən “Dəyirman” restoranının həyətində dayısı oğlu Əlinin tanışları ilə əyləşdiyini görmüşdür. Əli də onu görüb və yanına çağırmışdır. Dayısı oğlunun yanına gəlib onlarla salamlaşmışdır. Dayısı oğlu Əli ona birlikdə oturmağı təklif etmiş, lakin o oturmaqdan imtina etmişdir. Elə həmin vaxt dayısı oğlu çay içməyə getdiklərini və onlarla getməyi təklif etmiş, lakin o, işdən gəldiyini və evə gedib xörək yemək istədiyini demiş, onlarla birlikdə avtomobillə gedib irəlidə düşüb evə tərəf gedə biləcəyini fikirləşmişdir. Onlarla birlikdə İslamın avtomobilinə əyləşib, Asim isə avtomobilin bort hissəsindən tutub dayanmışdır. İslam avtomobili hərəkət etdirib “Dəyirman” restoranından təxminən 800 metr irəlidə yerləşən “Qala-kafesi”nin qarşısında saxladıqda o, avtomobildən düşüb onlarla sağollaşıb evə gedəcəyini demişdir. Dayısı oğlu Əli ona “gözlə birlikdə gedərik” desə də yorğun olduğundan Əlinin sözünə qulaq asmayıb evə tərəf piyada irəliləmişdir. Həmçinin onların spirtli içki qəbul edib kefləndiklərini görüb istirahətlərinə mane olmamağı fikirləşmişdir. O, təxminən 5 dəqiqə piyada yol getdikdən sonra kafenin içərisindən dayısı oğlu Əlinin və tanışlarının səs-küyünü eşitmişdir. Dərhal arxaya çevrilib kafeyə qayıtmışdır. Kafeyə qayıtdıqda kafenin qarşısında Asimin Zauru qan içində kafedən çıxardığını görmüşdür. O da onlara yaxınlaşıb köməklik edib Zauru İslamın avtomobilinə əyləşdirmişlər və Zauru xəstəxanaya çatdırmışlar. Sonradan gedən söhbətlərdən öyrənmişdir ki, həmin kafedə Akiflə Zaur arasında mübahisə sonradan münaqişəyə çevrilmiş və əlbəyaxa olmuşlar. Həmin vaxt Akif Zaura bıçaqla xəsarət yetirmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ildən Bakı şəhəri, Qala qəsəbəsi, stansiya Qala adlanan ərazidə yerləşən “Qala Kafesi”ndə yaşayır. Həmin ərazini dostu yük maşını sürücüsü Ruslan adlı şəxslə birlikdə 2012-ci ildə almışlar. Onun yaşamağa yeri olmadığından kafedə qalır. Səhərlər yük maşını sürücüləri tez işə getdiyindən o, sürücülərə səhər yeməyi təşkil edib günəmuzd çörək pulu qazanır. Maddi imkanı olmadığından kafedə yaxşı şərait düzəldə bilməmişdir. Adətən onun işlətdiyi və yaşadığı kafeyə kasıb əhali gəlir. Həmin şəxslər də ya səhər saat 07:00-da işə gedərkən çay-çörək yeməyə ya da axşamlar çay içməyə gəlmişlər. xx.xx.2023-cü il tarixdə axşam saat 22-23 radələrində Qala qəsəbəsindən tanıdığı Əli adlı şəxsin və sonuncunun yanında tanımadığı 3-4 nəfərlə birlikdə kafeyə gəldiklərini görmüşdür. Həmin vaxt o, kafeni bağlayıb getmək istəmişdir. Əli ona çay içmək istədiklərini demişdir. O, Əlini tanıdığından həmin şəxslərin kafeyə girməsinə icazə vermişdir. Əligil əvvəlcə içəridə kabinetdə oturmaq istəmişlər. Lakin kabinetə girdikdə havasızlıq olduğunu deyib çölə çıxmışlar və çöldə qoyulan stollarda oturmuşlar. O, mətbəxdən 5 ədəd sətkanda çay süzüb Əligilə gətirmişdir. Daha sonra mətbəxi bağlayıb, kafedə saxladığı iti götürüb magistral yola tərəf getmişdir. Bir neçə dəqiqə gəzişdikdən sonra kafenin qarşısında Əlinin və tanışlarının gəldiyi avtomobilin kafenin tərk eləmək istədiyini görmüşdür. İti ilə bərabər kafenin qarşısına gələrkən avtomobil magistral yola doğru çıxmış və surətlə getmişdir. Kafeyə gəldikdə Əligilin oturduğu stolda stəkanların sındığını, stolun ayağının sındığını və ətrafın dağıldığını görmüşdür. Yerdə və stulun üzərində qan izləri olmuşdur. O, Əlinin və tanışlarının bir-birləri ilə dalaşdığını, əlbəyaxa olduğunu düşünüb ağız-burunlarından qan açıldığını güman etmişdir. Bıçaqlanma hadisəsindən məlumatlı olmadığından Əligilə qəzəblənib, deyinə-deyinə ətrafı təmizləməyə başlamışdır. Düşünmüşdür ki, səhər Əlini tapıb sonuncuya sözünü deyər və axşam vaxtı onun kafesinə hansı səbəblə gəlib dava saldıqlarını soruşar. Həmin vaxt ona polis əməkdaşlarından zəng gəlmiş və hadisə baş verdiyini, hadisə yerinə heç kəsi buraxmamasını ona demişlər. Daha sonra əməkdaşlar gələrək hadisə yerinə baxış keçirmiş, ondan bıçağın və iki ədəd mobil telefonun harada olmasını soruşmuşlar. O, əməkdaşlara bıçaq və iki ədəd mobil telefonu görmədiyini bildirmişdir. Hadisə yerinə baxış keçirən əməkdaşlar da həmin əşyaları axtarsalar da, tapa bilməmişlər. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində kafedə Əli və tanışlarından kənar heç kəs olmamışdır. Kafedə yalnız Vardi adında bir nəfər xadiməçi qadın işləmişdir. Vardi də səhər saat 7:00-da kafeyə gəlib təmizlik işləri görmüş, bişir-düşür etdikdən sonra 19:00-da evinə getmişdir. Kafedə ondan və Vardidən başqa hər hansı digər bir işçi işləməmişdir (cild 1, iş vərəqə 101-104). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, taksi sürücüsü işləyir. O, X9 təxminən 5-6 ildir ki, tanıyır. Asim onun qapı bir qonşusu olan Əlinin dostu kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə günün əksər hissəsini öz işləri ilə məşğul olmuş, axşam təxminən 16-17 radələrində evə gəlmiş və gecə yarısına qədər evdə olmuşdur. Daha sonra gecə saat 23 radələrində Asim ona zəng edərək taksi lazım olduğunu və “Qala Kafesi”nin qarşısına gəlməsini xahiş etmişdir. O, evdən çıxıb öz avtomobili ilə Asimin dediyi yerə gəlmişdir. Həmin yerə gəldikdə Asimlə sonradan adının Akif olduğunu öyrəndiyi şəxs avtomobilə əyləşmişdir. Akifin əli sarıqlı olmuşdur. O, Asimdən nə baş verdiyini soruşmuş, Asim ona tələsik 26 saylı xəstəxanaya sürməsini tələb etmişdir. O, dərhal avtomobili hərəkət etdirib xəstəxana istiqamətinə sürmüşdür. Təxminən 10 dəqiqəyə xəstəxananın qarşısına çatmışlar. Xəstəxananın qarşısında avtomobili saxlayıb düşdükdən təxminən 5 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşmış, Akif törətdiyi əməli etiraf edib tanışı Zauru vurduğunu demişdir. Polis əməkdaşları Akifi post-patrul maşınına əyləşdirmişlər. O, Asimlə bərabər xəstəxananın qarşısında gözləmişdir. Daha sonra polis əməkdaşları ondan icazə alaraq avtomobilə baxış keçirişlər. Polis əməkdaşları ilə bərabər avtomobili axtarmışlar. Polis əməkdaşları onun avtomobilində heç bir əşya tapa bilməmişlər. Onun özü də sonradan avtomobili axtarmış və heç bir kənar əşya tapa bilməmişdir. Maşınını ona təhvil verdikdən sonra o, öz yaşadığı evə qayıtmışdır. Hadisəni tam ətraflı bilməsə də, ümumi gedən söhbətlərdən ona aydın olmuşdur ki, Asimin tanışları Akif və Zaur aralarında yaranmış mübahisə zamanı Akif Zaura bıçaqla xəsarət yetirmiş və Zaur aldığı xəsarətdən ölmüşdür (cild 1, iş vərəqə 151-153). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 15 ildir ki, Qala qəsəbəsində, təxminən 7-8 aydır ki, ünvan 5 ünvanında yerləşən evdə ailə üzvləri ilə birlikdə kirayə yaşayır. 2-3 aydır ki, “Qala-kafesi”ndə ofisiant və xadiməçi işləyir. O, hər gün səhər saat 7:00-da kafeyə gedir, 19:00-da iş saatım qurtardığından evə qayıdır. Günəmuzd olaraq 5- 10 manat məvacib alır. Həmin kafeni İsa adlı şəxs işlədir. O, sadəcə kafedə təmizlik işləri görür və yemək bişirir. xx.xx.2023-cü il tarixdə o, yenə adəti üzrə səhər 7:00-da işə getmiş, bütün günü mətbəxdə öz işlərini görmüş, axşam saat 19:00-da işdən çıxıb evə qayıtmışdır. O, işdə olan zaman kafedə hər hansı hadisə baş verməmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 7:00 radələrində kafeyə gəldikdə İsa ona dünən axşam kafedə bıçaqlanma hadisəsinin olduğunu demiş, lakin ətraflı məlumat verməmişdir. O da heç bir sual soruşmamış, öz işləri ilə məşğul olmuşdur. Bildirmişdir ki, hadisə baş verən zaman işdə olmadığından kafedə baş vermiş hadisənin şahidi olmamışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində kafedə olmamışdır. Kafedə ondan başqa hər hansı digər bir xanım işçi işləməmişdir (cild 1, iş vərəqə 106-108). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır, elektrikdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun tanışları olmuşdur. Akiflə təxminən 6-7 ildir ki, dostluq münasibəti olmuşdur. Zaurla isə təxminən 15-20 ildir ki, dostluq münasibəti vardır. Akiflə Zaurun da bir-birlərilə tanışlıq münasibətləri olmuşdur. Bildirmişdir ki, dostları arasında əvvəllər heç vaxt düşmənçilik, ədavət və ya münaqişə olmamışdır. xx.xx.2023-cü il tarixdə o, səhər saatlarından evdə olmuş, xx.xx.2023-cü il tarixdə dostu ona zəng edərək Akifin Zauru vuraraq öldürdüyünü demişdir. O, dərhal evdən çıxıb Zaurgilin evinə baş sağlığı üçün gəlmişdir. Lakin Zaurun valideynləri Zaurun ölümünü bilməmişlər. Daha sonra əlaqə saxlayıb Xəzər rayon ekspertiza şöbəsinə gəlmişlər. Həmin şöbəyə yaxınlaşdıqda onlara Zaurun meyiti təhvil verilmişdir. Onlar Zaurun meyitini təhvil alıb oranı tərk etmişlər. Dost-tanış arasında gedən ümumi söhbətlərdən məlumat almışdır ki, xx.xx.2023-cü il tarixdə Akif, Zaur, Asim, Əli və İslam adlı tanışları ilə birlikdə yeyib içdikdən sonra çay içmək üçün başqa bir kafeyə getmişlər. Həmin kafedə Akiflə Zaur arasında mübahisə sonradan münaqişəyə çevrilmiş və əlbəyaxa olmuşlar. Həmin vaxt Akif Zaura bıçaqla xəsarət yetirmişdir. Tanışları Zauru xəstəxanaya çatdırmış, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Zaur vəfat etmişdir (cild 1, iş vərəqə 155-157). Cinayət işinin materiallarında olan 28 iyun 2023-cü il tarixli “hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən “Qala kaİesi”dir. Kafenin yerləşdiyi küçə qismən asfalt, qismən do torpaq örtüklüdür. Kafenin həyətyanı sahəsinə yaşıl və boz rəngləri olan bir laylı dəmir qapıdandır. Kafenin həyəti asfalt örtüklə örtülmüş, torpaq olan hissələrdə müxtəlif növ ağaclar əkilmişdir. Kafe bir mərtəbədən ibarətdir və mişar daşı ilə hörülmüş, həmçinin təmir olunmuşdur. Kafenin həyətyanı ərazisində insanların oturub yeyib-içməsi və istirahət etməsi üçun stollar və stullar qoyulmuşdur. Hadisə yerinə baxışda iştirak edən Şahid1 kafenin həyətində stol-stul qoyulan yeri göstərərək qeyd etmişdir ki, X11 və Zərərçəkmiş şəxs tanışları ilə birlikdə həmin yerdə oturub istirahət etmişlər və məlum hadisə, yəni Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs həmin yerdə mübahisə etmişlər. Kafedə həmin şəxslərdən başqa bir şəxs olmamışdır. Baxış zamanı kafenin həyətindəki, filankəsin göstərdiyi hadisə baş verdiyi yerdə stulun üzərində, torpaq örtüyün üzərində və asfalt örtüyün üzərində qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkələrdən maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün 6 ədəd nümunə (çöp pambığa hopdurulma yolu ilə) müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqə 3-12). Cinayət işinin materiallarında olan 28 iyun 2023-cü il tarixli “meyitə və paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyitin əynində ağ rəngli qısaqol köynək (futbolka), açıq-boz rəngli şalvar, boz rəngli tursik, sol qolunda qara rəngli qol saatı vardır. Paltarlar geyinilmiş, qanla çirklənmişlər. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 185 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində tünd- bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, 5-7 dəqiqə əvvəlki rənginə bərpa olunurlar. Başın tükləri qara rəngdədir, 3-4 sm-ə qədər uzunluqdadırlar, əllə yoxladıqda kəllə sümükləri tamdırlar. Gözləri yarıaçıqdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar qırmızı rəngli, nöqtəvari qansızmalıdırlar. Hər iki qulaq, burun və ağız keçəcəkləri ifrazatsızdır. Burun sümük və qığırdaqları əllədikdə tamdırlar. Ağzı yarıaçıqdır, dili ağız boşluğundadır. Dişləri təbii görünüşlü olub, tamdırlar. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri bütövdür. Xəsarətlər: döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birində çəp istiqamətli, orta körpücük xətti üzrə 2,0x1,5 sm ölçüdə 1 ədəd kənarları hamar, mənfəzi aralı və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Sol bazunun orta üçdə birinin bayır səthində 3,0x3,0 sm ölçüdə 1 ədəd solğun-qırmızımtıl-göyümtül rəngli, qeyrimüəyyən formalı qançır vardır. Sol dizin ön səthində 2,0x0,8 sm ölçüdə 1 ədəd üzəri ətraf dəri səviyyəsindən aşağı, qırmızımtıl rəngli, qeyri-müəyyən formalı sıyrıq vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi. Meyitin əynində olan ağ rəngli qısaqol köynəyin (futbolkanın) ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə, köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində iki ədəd deşilmiş zədə, köynəyin sağ çiyin nahiyəsində bir ədəd məhdud cırılma aşkar edildi. Açıq-boz rəngli şalvar, boz rəngli tursik və qara rəngli qol saatı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Geyim əşyaları müvafiq qaydada qablaşdırılmaqla götürüldü (cild 1, iş vərəqə 13-21). Cinayət işinin materiallarında olan 28 iyun 2023-cü il tarixli “təqdim etmə, götürmə və paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd göy rəngli şalvar və qara rəngli 1 cüt ayaqqabı olmuşdur. Paltarlar geyinilmişdir, üzərlərində hər hansı zədə müşahidə olunmamış, paltarlar üzərində qanabənzər şübhəli ləkələr aşkar edilmişdir (cild 1, iş vərəqə 49-52). Cinayət işinin materiallarında olan 28 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və vəkil Namiq Mustafayevlə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə avtomobillə gedərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya-Qala” adlanan yerdə yerləşən “Qala kafesi”nə çatmışlar. Kafenin girişinin qarşısında Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisəni həmin kafedə törətmişdir. Təklif olunmuşdur ki, hadisədən əvvəlki vəziyyət, hadisə vaxtı və hadisədən sonrakı vəziyyət ətraflı izah olunsun. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda atası, anası və bacısı ilə birlikdə yaşayır. Hazırda heç yerdə işləmir. Zərərçəkmiş şəxs onun tanışıdır. Zaurla o, təxminən 4-5 ildir ki, tanışlar. Zaurla şəhər mərkəzində (Tarqovi adlanan ərazidə) dostunun işlədiyi restoranda tanış olmuşdur. 4-5 il ərzində Zaurla aradabir digər dost-tanışlarla birlikdə görüşmüş, lakin Zaurla aralarında sıx dostluq münasibəti olmamışdır. Zaurla əvvəllər aralarında heç vaxt mübahisə, münaqişə, düşmənçilik, və ya ədavət olmamışdır. Zaurla birlikdə müxtəlif məclislərdə iştirak etmişlər. Hər zaman münasibətləri yaxşı olmuşdur. 27 iyun 2023-cü il tarixdə o, demək olar bütün gününü evdə keçirmiş, axşam saat 18 radələrində məhəlləyə çıxıb küçədə bir az gəzişmiş, daha sonra taksi ilə Keşlə qəsəbəsinə getmişdir. Keşlə qəsəbəsində onun dostu ilə görüşü olmuş, lakin dostunun işi çıxdığından ona zəng edib görüşə gələ bilməyəcəyini demişdir. Həmin vaxt o, Keşlə qəsəbəsində, kafedə oturmuşdur. Kafedə oturan vaxt içəriyə Keşlə qəsəbəsində olan tanışlarından Nurlan və Edo deyə çağırdıqları oğlan daxil olmuş, həmin şəxslərlə oturub bir-iki bakal pivə içdikdən sonra sağollaşıb oradan ayrılmışdır. O, Keşlə qəsəbəsindən çıxdıqda saat təxminən 21 radələri olmuşdur. Kafedən çıxdıqda tanışı Asimə zəng etmiş, lakin Asim zənginə cavab verməmişdir. Bundan sonra tanışı Əliyə zəng etmişdir. Əliyə və Asimə zəng etməkdə məqsədi təxminən bir-iki ay idi ki, sonuncularla görüşə bilmədiyindən dostları ilə hal-əhval tutmaq və alınarsa görüşmək olmuşdur. Əli ilə telefon danışığı zamanı sonuncuya demişdir ki, “Asimə zəng etdim telefonu götürmədi”. Əli ona demişdir ki, “Asim yuxudan yeni oyanıb ola bilsin, zəngi görməyib. O, Əliyə görüşmək istədiyim demişdir. Əli də ona cavabında demişdir ki, "Qala ərazisində yerləşən “Dəyirman” restoranında Asimlə oturmuşuq, istəyirsən gəl bura”. O, Əli ilə razılaşıb dostu Azərin avtomobili ilə Qala qəsəbəsinə gəlmişdir. Azərlə birlikdə restorana daxil olmuşlar. Həmin vaxt tanışları Əli, Asim, İslam və Zaur masa arxasında təzəcə əyləşmişlər. Azər təxminən 10-15 dəqiqə onlarla oturub daha sonra işinin olduğunu deyib onlarla sağollaşıb gəlmiş olduqları avtomobili ilə evinə getmişdir. Asimlə İslam spirtli içki qəbul etməsə də, Əli, o və Zaur restoranda bir-iki bakal pivə içdikdən sonra sifariş verdikləri kababla təxminən 0.7 litr də araq qəbul etmiş və söhbət edib zarafatlaşmışlar. Yeyib-içmək məclisi qurtardıqdan sonra hesabı ödəyib restorandan çıxmışlar. Onlar tanışları İslamın avtomobilinə əyləşmiş və başqa bir yerdə çay içməyə qərar vermişlər. İslam avtomobili “Stansiya-Qala” ərazisində yerləşən “Qala Kafesi”nin qarşısında saxlamışdır. Hamı avtomobildən düşmüş və kafedə əyləşib çay sifariş etmişlər. Həmin vaxt telefonla başqa bir dostu ilə əsəbi şəkildə danışmışdır. Danışığını qurtardıqdan sonra Zaur ona nalayiq formada “bəsdir də, beynimizi sikmə də” demişdir. O, Zaurun həmin sözündən təsirlənmiş, həm də içkili olduğuna görə aydın düşünə bilməmişdir. Eyni zamanda həmin anadək Zaurla nalayiq formada danışmadığından Zaurun ona belə nalayiq söz deməyi onu özündən çıxarmışdır. Həmin vaxt saat təxminən 23 radələri olmuşdur. O, Zaurdan nəyə görə söyüşlə danışmasını soruşduqda, aralarında sözlü mübahisə başlamış və bir-birlərini söyməyə başlamışlar. Təqsirləndirilən şəxs hazırda dayandığı kafenin içərisində olan otağı göstərərək 27 iyun 2023- cü il tarixdə saat 23 radələrində həmin otaqda Zərərçəkmiş şəxsla əlbəyaxa olduğunu və həmin vaxt bir-birlərinə əl və yumruq zərbələri vurduqlarını, əlbəyaxa olan zaman Zaurun köynəyinin tikişdən sökülərək genişləndiyini, həmin vaxt hər ikisinin yerə yıxıldığını bildirdi. Bundan sonra yanlarında olan tanışları Asim, İslam və Əli onları ayırmağa nail olmuşlar. Həmin vaxt kafedə onlardan başqa adam olmamışdır. Daha sonra kafenin kabinet zalından çöldə qoyulan stollara keçib oturmuşlar. Tanışları onları barışdırmışlar. Lakin bir qədər söhbətləşdikdən sonra yenidən Zaurla sözləri çəpləşmişdir. Təqsirləndirilən şəxs kafenin həyətində qoyulan stolları, həmin gün oturduqları stolu göstərdi və qeyd etdi ki, stol arxasında oturan zaman Zaur yenə onu təhqir etməyə, yəni “gijdıllağ, sənin ağzını sikərəm” kimi nalayiq sözlər deməyə başlamışdır. Bu zaman o, yenidən ona söyüş söyməməsini bildirdiyi vaxt Zaur anidən onun sol tərəfdən sifət nahiyəsinə güclü zərbə ilə sillə vurmuşdur. O, bu zərbədən sarsılmış və yerə yıxılmışdır. Zaurla yenidən əlbəyaxa olub yerdə süpürüşməyə başlamışlar. O, Zaurun altında olduğu üçün ancaq özünü Zaurun zərbələrindən qorumağa çalışmışdır. O. çox vaxt cibində meyvə doğramaq və s. lazımi anlarda istifadə etmək üçün kiçik ölçülü cib bıçağı gəzdirmişdir. Zaurun öhdəsindən gələ bilmədiyini görüb Zauru özündən uzaqlaşdırmaq üçün qorxutmaq məqsədilə cibində olan həmin cib bıçağını çıxarıb Zaurun əlinə tərəf zərbə endirmiş, bundan sonra Zaur üzərindən qalxmış və az kənara çəkilmişdir. O və tanışları Zaura yaxınlaşanda Zaurun sinə nahiyəsindən qan axdığını görmüşlər. Onda bilmişdir ki, endirdiyi bıçaq zərbəsi Zaurun əlinə yox, sinə nahiyəsinə dəymişdir. Zaura bıçaq zərbəsi dəydiyi üçün özünü çox pis hiss etmiş və çox qorxmuşdur. Dərhal Zaura kömək etmək üçün təcili tibbi yardım avtomaşının gec gələcəyini düşünüb tez Zauru İslamın avtomaşınına mindirmişlər. Əli ilə X15 qəsəbəsində yerləşən X16 aparmışlar. Avtomaşında yer olmadığı üçün o, Asimlə birlikdə markası və dövlət qeydiyyat nişanı yadında qalmayan taksi ilə X16 gəlmişlər. Həkimlər Zauru müayinə etdikdən sonra Zaurun öldüyünü bildirmişlər. Daha sonra o, etdivi hərəkətə görə peşman olub polisə zəng edib hadisə barədə məlumat vermiş və könüllü olaraq polisə təslim olmuşdur. Hadisə zamanı o da əlindən kəsilmiş xəsarət almışdır. Bıçağı öz əlini də kəsmişdir. Həmin xəsarəti özü ehtiyatsızlığından özünə yetirmiş və bununla bağlı hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur. Onun Zaura məqsədli şəkildə bıçaqla xəsarət yetirib öldürmək fikri olmamışdır. O, sadəcə Zaurun zərbələrindən yayınmaq üçün bıçaqla sonuncunun əl nahiyəsindən vuracaqmış ki, ondan kənarlaşsın, lakin bıçaq təsadüfən Zaurun sinə nahiyəsinə dəymişdir. Onun heç vaxt Zauru qəsdən öldürmək kimi niyyəti və məqsədi olmamışdır. Verilən suallara cavab olaraq qeyd etdi ki, onun tanışı Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Əgər belə bir məqsədi və niyyəti olsaydı. Zaura bir neçə dəfə bıçaqla zərbə vurardı. Zaur ondan kənarlaşdıqdan sonra da Zaura hücum edib sonuncuya daha bir neçə zərbə vurardı. Lakin onun Zauru öldürmək kimi bir fikri olmadığı üçün Zaura birinci zərbədən sonra istər əllə, istər təpiklə,- istər bıçaqla, ümumiyyətlə hər hansı bir vasitə ilə vurmamışdır. Əksinə Zaurun tez xəstəxanaya çatdırılması üçün kömək etmişdir. Zaurun ölümünə görə çox peşmandır. O, həmin vaxt yerdə süpürləşdiyindən Zauru özündən çəkindirmək üçün bıçağa əl atmış və Zauru qorxutmaq, sonuncuya bədən xəsarəti yetirmək istəmişdir ki, Zaur ondan əl çəksin. Lakin təsadüf nəticəsində bıçaq Zaurun ürək nahiyəsinə tuş gəlmişdir. Onun Zərərçəkmiş şəxsla münasibəti hər zaman yaxşı olmuşdur. Lakin həmin vaxt həm Zaur həm də o, içkili olduğundan aralarında olan anlaşılmazlığın böyüməsi sonda belə bir təsadüfi faciəyə çevrilmişdir. Hadisə baş verən vaxt onların yanında tanışları Asim, Əli və İslam adlı şəxslər olmuşdur. Xatırladığı qədərilə o, Zərərçəkmiş şəxs sadəcə olaraq bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bıçağın Zaurun sinə nahiyəsindən dəydiyini zərbədən az sonra bilmişdir. Həmin bıçağı ona bir neçə il bundan əvvəl dostu suvenir kimi hədiyyə etmiş, o vaxtdan bıçağı yadigar kimi, həmçinin meyvə doğramaq və bu kimi məqsədlər üçün üzərində gəzdirmişdir. Hadisə baş verdikdən sonra bıçağını da, telefonunu da hara çırpıb tullamağı yadında qalmamışdır. Çox güman ki, hadisədən sonra hirsli olduğu üçün telefonla bıçağı hadisə yeri ətraflarında bir yerə tullamışdır, lakin dəqiq olaraq o yer yadında qalmamışdır. Həmin bıçaq əllə açılıb-qatlanan tipli idi, dəstəyi boz rəngli taxta materialdan olmuş, tiyəsinin uzunluğu təxminən 5-6 sm olardı. Hadisə vaxtı əynində qara rəngli qısaqol köynək, göy rəngli şalvar, qara rəngli ayaqqabı olmuşdur. Bildirmişdir ki, o, əvvəllər hər hansı psixiatriya xəstəxanasında müalicə almamış, qeydiyyatda olmamış, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir, məhkumluğu yoxdur. Etdiyi əməldən çox peşmandır, özünü qismən təqsirli bilir, çünki onun Zauru qəsdən öldürmək məqsədi olmamışdır (cild 1, iş vərəqə 76-78). Cinayət işinin materiallarında olan 23 avqust və 27 sentyabr 2023-cü il tarixli “CD-yə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın tarixlərdə heç bir əlaqə saxlamamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə, eləcə də, ondan əvvəlki tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən zərəçəkmişə hər hansı mesaj və ya zəng daxil olmamış, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə hər hansı zəng və ya mesaj göndərilməmişdir (cild 2, iş vərəqə 8 və 25). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 3 iyul 2023-cü il tarixli 687 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - boynun, bel nahiyəsinin qançırları, sağ bazunun sıyrıqları küt əşya (əşyalar), sol əlin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən boynun, bel nahiyəsinin qançırları, sağ bazunun sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; sol əlin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 180-181). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 14 iyul 2023-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sol bazunun orta üçdə birinin bayır səthinin qançırı (1 ədəd); sol dizin ön səthinin sıyrığı (1 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 1 ədəd) deşici-kəsici alətin deşici-kəsici və kəsici təsirindən (ola bilsin bıçaq) törənmişdir, həyatidir; sol bazunun orta üçdə birinin bayır səthinin qançırı, sol dizin ön səthinin sıyrığı isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Sol bazunun orta üçdə birinin bayır səthinin qançırı (1 ədəd), sol dizin ön səthinin sıyrığı (1 ədəd) canlı şəxslərdə istər birlikdə, istərsə də ayrı-ayrılıqda, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yara, qançır və sıyrıq qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmişkəsilmiş yara bıçaqla eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı və s. ola bilərdi). Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsrətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 184-190). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 26 iyul 2023-cü il tarixli 468/2023- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - A beta (H) (İİ)-dir. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu - O (İ)-dir. Ekspertizaya təqdim olunan 5 ədəd çubuqlu pambıq tampon (1-4 və 6 saylı), Zərərçəkmiş şəxs məxsus trusik, kofta, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa A beta (H) /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə, hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa ləkələrdə onunda qarışmış qanının olması inkar edilmir. Tədqiqata təqdim olunan 5 saylı çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar və sol tay ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan O alfabeta/İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus ayaqqabının sağ tayı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (cild 1, iş vərəqə 213-217). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 2 avqust 2023-cü il tarixli 341/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində iki ədəd deşilmiş zədə aşkar edildi. Bu zədələr hər hansı bir iti ucu olan alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ çiyin nahiyəsində bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin həmin nahiyəsinin gərilibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən-sol bazunun orta üçdə birinin bayır səthinin qançırı (1 ədəd) və sol dizin ön səthinin sıyrığı (1 ədəd) ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş iki ədəd zədə, deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və tuman üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, bir cüt ayaqqabı və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı (cild 1, iş vərəqə 220-224). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 16 sentyabr 2023-cü il tarixli 2645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərəcək psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Təqsirləndirilən şəxs hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 17-20). Cinayət işinin materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, 1 (bir) ədəd bozumtulqəhvəyimtil rəngli şalvar; 1 (bir) ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli, qısaqol köynək; 1 (bir) ədəd göy rəngli şalvar, 1 (bir) cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən pambığa hopdurulma yolu ilə götürülmüş 6 (altı) ədəd nümunə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 26-49). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 211). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 37). Cinayət işinin materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 74-75). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən və digər sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə edilmişdir (cild 3). Cinayət işinin materiallarında olan hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsızdır (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 il 6 aydan artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli qısaqol köynək, 1 ədəd bozumtul-qəhvəyimtil rəngli şalvar, 1 ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli, qısaqol köynək, 1 ədəd göy rəngli şalvar, 1 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən pambığa hopdurulma yolu ilə götürülmüş 6 ədəd nümunə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 28 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli qısaqol köynək, 1 ədəd bozumtul-qəhvəyimtil rəngli şalvar, 1 ədəd qara rəngli tuman, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli, qısaqol köynək, 1 ədəd göy rəngli şalvar, 1 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən pambığa hopdurulma yolu ilə götürülmüş 6 ədəd nümunə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar