Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1180/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zülfü oğlunun, təqsirləndirlən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, mütəxəssis (müəllim-psixoloq) qismində X4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2006-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 sentyabr .2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində işdə olarkən həmin kafedə ofisant işləyən Zərərçəkmiş şəxs onunla kobud zarafat edərək qalça nahiyəsinə şillə vurmasından hiddətlənərək Zərərçəkmiş şəxs söyüb təhqir etdiyinə görə aralarında yaranmış mübahisəyə son qoymaq üçün hər ikisi kafenin inzibatçısı Şahid tərəfindən 4 saylı otağa dəvət olunub barışmaları təklif olunarkən Zərərçəkmiş şəxs ondan nalayiq İfadələr işlətməsinə görə üzr istəməsini tələb etmiş, o isə üzr istəmədikdə Zərərçəkmiş şəxs onun üzünə şillə zərbəsi vurduğuna görə şəxsi münasibətlər zəmnində aralarında yenidən yaranmış münaqişə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən xüsusi təyinatlı cib bıçağı ilə sonuncunun sağ sinə nahiyəsinə bir zərbə vuraraq həyatı üçün təhlükəli olan sağ tərəf pnevmohemotoraks və sağ ağ ciyərin orta payının deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön divarının döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib ifadədəlrində göstərdi ki, restoranda olarkən mətbəxdən çıxıb müştəriyə yemək apararkən Zərərçəkmiş şəxs aşpazla söhbət edirdi, sonra gəlib əli ilə onun arxasına vurmuşdur. O da müştəriyə yeməyi apardıqdan sonra Nurlanla təklikdə danışmaq istəmiş, lakin həmin vaxt Nurlan Sahib adlı şəxsin yanında olduğundan onunla söhbət edə bilməmişdir. Daha sonra o, müştərilərə yemək aparan zaman təklikdə Nurlanın yanına gedib bir daha ona qarşı belə hərəkət etməməyini, heç kimlə belə bir zarafat etmədiyinə görə ona qarşı da belə hərəkət edilməsini istəmədiyini bildirmişdir. Həmin vaxt bilmədən bir-birilərinə qarşı nalayiq ifadələrdən istifadə edib dalaşmışlar. Sahib müştərilərin olduğunu deyib onları ayırmışdır. Nurlan ona çöldə təklikdə danışmaq istədiyini dedi. Sahib buna icazə vermədi və onları kabinetə aparıb barışdırmaq istədi. Orada Nurlan onun başından sillə vurduqda o da bilmədən ona bıçaqla xəsarət yetirmişdir. Bu hadisə zarafat üstündə, yəni Nurlanın onun arxasına əli ilə vurmasından sonra baş verdi. O, Nurlanın başqa şəxslərə qarşı belə hərəkətlər etdiyini görməmişdir. Ona qarşı da belə hərəkət etməmişdir. Nurlanı kabinetdə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində ofısant işləyir. Zərərçəkmiş şəxsda həmin kafedə ofısant işləyir, əvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində həmin kafedə işdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində kafenin həyətində əyləşən müştərilərə yemək aparırmış. Həmin vaxt Nurlan kafenin mətbəxindən çıxmış, ümumi zala tərəf gəlmiş, onun yanından ötüb keçərkən sillə ilə arxa nahiyəsindən vurmuşdur. Müştərilərin masalarına yeməyi qoyub mətbəxə tərəf qayıdarkən Nurlanın mətbəxin yanında yerləşən Pivə aparatından pivə süzdüyünü görmüş, Nurlana yaxınlaşmış, ona “mən elə zarafatı xoşlamıram, bir də belə eləmə” sözlərini demişdir. Buna cavab olaraq Nurlan kinayəli şəkildə ona yaxşı etdiyini, buna cavab olaraq Nurlana qələt etdiyini bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermiş, Nurlan qərəzli şəkildə ona badalaq ataraq onu yerə yıxmış, sonra isə yumruqla bədəninin müxtəli nahiyələrinə vurmuş, o da Nurlanı təpiklə vurmuşdur. Orada olan müştərilər və kafenin inzibatçısı Sahib adlı şəxs onlara yaxınlaşaraq aralaşdırmışdır. Əynindəki köynəyi cırıldığı üçün zal otağa getmiş, oradan gödəkcəsini götürüb zaldan çıxarkən Nurlan yenidən ona yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirmiş, onunla kənar yerə getməyini tələb etmişdir. Bu zaman Sahib onlara yaxınlaşmış, hər ikisini kafenin 4-cü otağına aparmışdır. Kafenin 4-cü otağında olarkən Sahib onları barışdırmaq üçün söhbətə başlayarkən Nurlan ona “məndən üzr istəməlisən” sözlərini demiş, o da cavab olaraq Nurlana “mən səndən üzr istəməyəcəyəm” sözlərini demişdir. Bundan sonra Nurlan onun üstünə gəlməyə cəht etmiş, lakin Sahib Nurlanı aralaşdırmaq üçün kənara çəkməyə çalışmış, lakin Nurlannın onun üstünə gəlməsində qorxduğu üçün şalvarının belində saxladığı qara rəngli açılıb-bağlanan cib bıçağını çıxarmış, sol əliylə Nurlanın bədəninə bir dəfə vurmuşdur. Nurlanı bıçaqla vurduqdan sonra həyəcanlanmış, qeyri-İxtiyari olaraq bıçağı yerə atmışdır. Bu zaman kafedə olan PPX-nin əməkdaşları onlara yaxınlaşmış, onu Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışdırlar. PB-də olarkən ona məlum olmuşdur ki, vurduğu bıçaq zərbəsi Nurlanın döş qəfəsinə dəymiş, TTY avtomaşını ilə Nurlanı xəstəxanaya aparmışlar. Hadisə zamanı otaqda o, Nurlan və Sahib olmuşdur. Zərərçəkmiş şəxs ifadələrində, göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni restoranda ofisiant işləmişlər. Hadisə 30 oktyabr 2023-cü il tarixdə baş verib, o, X3 arxasından vurmuşdur, daha sonra pivə süzərkən Mirnamid onun yanına gəlib ona belə zarafat etməməsini demişdir. O da ona istəmirsə etməyəcəyini demişdir. Onda Mirnamid ona qarşı nalayiq ifadələr işlətdiyinə görə dava etmişlər, daha sonra Mirnamid, onu kənar bir yerə çağırıb nalayiq ifadə işlətdiyinə görə üzr istəməsini istədikdə heç nəyə görə üzr istəməyəcəyini bildirdi, bu səbəbdən aralarında dava oldu. Təqsirləndirilən şəxs da ona bir bıçaq xəsarəti yetirmişdir. Onunla Mirnamid arasında əvvəllər zarafatları olub, lakin həmin hərəkət kimi zarafat etməmişdir. Mirnamidə xəstəxanaya getməyə polis əməkdaşları köməklik etdilər. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Onunla könüllü barışmışdır. Barışıq ərizəsində imza da ona məxsusdur. Təqsirləndirilən şəxs əvvəllər ona bu cür zarafat etməyə şərait yaratmamışdır .Bildiyi qədəri ilə ona əl atdığı zaman həmin hərəkəti heç kim görmədi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində ofısant işləyir. Təqsirləndirilən şəxsda həmin kafedə ofısant işləyir, əvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində kafedə işdə olmuşdur. Həmin vaxt pivə aparatından müştərilərə pivə süzürmüş. İş yoldaşı Mirnamid də onun yanından keçib gedərkən zarafat etmək məqsədi ilə əliylə Mimamidi itələmişdir. Mirnamid isə ona “varyoxsuz niyə belə edirsən” sözlərini demişdir. Bundan sonra Mimamidin yaxasından yapışaraq ona “sözlərivə diqqət et, bu nə sözüdür mənə deyirsən” sözlərini demişdir. Bu səbəbdən də aralarında dava- dalaş yaranmış, oradakı müştərilər onları aralaşdırmışdır. Bir qədər sonra o, Mimamidi yanma çağırmış, həmin vaxt kafenin inzibatçısı Sahibdə onların yanında olmuşdur. Hər üçün birlikdə kafenin 04 saylı kabinasına getmişdirlər. Kabinada olan zaman Sahib hər ikisinə iradlar bildirib, barışmaqlarını tələb etmişdir. O, Mimamidə “ sən mənim ünvanıma nalayiq ifadələr işlətmisən” sözlərini deyib ondan üzr istəməyi tələb etmiş, Mirnamid isə üzr istəməyəcəyini, nə deyibsə yaxşı etdiyini bildirdiyi üçün aralarında münaqişə yaranmış, Mimamidə bir dəfə sillə vurmuş, Sahib onları aralaşdırmış, o kabnianın qapısının yanında dayanmışdır. Qəflətə Mirnamid onun üstünə gəlmiş, o sinəsində ağır hiss etmiş sonra isə qanaxma olduğunu görmüşdür. Həmin vaxt Mimamidin onu bıçaql vurmasını aşkar etmişdir. Bu zaman kafedə olan PPX-nin əməkdaşları onlara yaxınlaşmış, Mimamidi, aparmışlar onu da TTY stansiyasına aparmışdırlar. Şahid ifadələrində göstərdi ki, o, “Məkan” restoranında adminstrator, yəni inzibatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin restoranda ofisant işləyirdilər. Mirnamid səhər saat 8-dən axşam saat 8-dək restoranda işləyirdi, lakin onlarla əmək müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur, bununla bağlı müdiriyyətin xəbəri olur. Mirnamidin ehtiyacı olduğuna görə gündəlik maaş verilirdi. Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında əvvəllər çox yaxşı münasibətlər olub. Bir gün o, onları “pivə” aparatının yanında dava edərkən gördükdə ikisini aralayıb dava etməmələrini və dava etmələrinin səbəbini soruşmuşdur. Mirnamid Nurlanın ona əl atdığını bildirdi. Daha sonra o, Nurlan və Mirnamid kabinetə daxil oldular. O da onların yanına kabinetə girən zaman bir-birlərini vurduqlarını, Mirnamidin Nurlanı sinə nayihəsindən bıçaqladığını görmüşdür. Dava restoranın həyətində oldu. Restoranın həyətində müştərilər var idi. Mirnamid Nurlanı kabinetdə bıçaqlamışdı, kabinetdə əlavə heç kim yox idi. Təqsirləndirilən şəxs zərərçəkmişi kabinetdə vuran zaman orada ondan başqa heç kim olmayıb. Bıçaq Təqsirləndirilən şəxs əlində idi. O, əvvəllər Nurlanın Mirnamidə qarşı belə hərəkət etdiyini görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesində inzibatçı işləyir. Kafe hər hər gün saat 09::00 radələrindən saat 00:00 radələrindək fəaliyyət göstərir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların hər ikisi inzibatçı işlədiyi “Məkan” kafesində ofısant işləyirlər. Onların hər ikisi ilə də münasibətim yaxşı olmuşdur. X10 biribiriləri və digər işçilərlə münasibətləri yaxşı olmuş, hadisə baş verən günə qədərdə onlara arasında heç bir münaqişələri olmamışdır. xx.xx.2023-cü İl tarixdə işdə olmuş X10 işdə olmuş, kafedə olan müştərilərə xidmət edirmişlər. Həmin gün saat 16:00 radələrində X12 aparatının yanında dayanmış, o isə ümumi nəzarəti həyata keçirirmiş. Bu zaman onlar arasında dava-dalaş baş vermiş, o və kafedə olan müştərilər onları aralaşdırıb sakitləşdirmişdirlər. Həmin vaxt Mirnamid Nurlanın ünvanına işlədilməsi mümkün olmayan nalayiq ifadələr işlətmişdir. O, Mimamidi zala aparmış, nalayiq ifadələr işlətməyə görə iradalar bildirib, iş yoldaşı ilə barışıb işnə davam etməsini tövsiyyə etmişdir. Bu zaman Mirnamid zaldan çölə çıxmış, Mimamidlə Nurlan nəsə danışmış, hər ikisdəi harasa getmək istədiklərini başa düşmüş, ona görə də zaldan çıxmış, onları çağırmış heç yerə getməmələrini geri qayıtmalarını bildirmişdir. Bundan sonra onların hər ikisi 4 saylı kabinəyə girmiş, qapını örtmüşdürlər. Onlar arasında dava-dalaşın olmasını ehtimal etdiyi üçün arxalarınca 4 saylı kabinəyə girdmişdir. O, kabinəyə girən kimi onlar yenidən tutaşmışlar, lakin hər ikisi aralaşdırmışdır. Nurlan onun sağ tərəfdə qapının yanında Mirnamid isə sol tərəfində dayanmışdır. Həmin vaxt Nurlan qışqıraraq ona” əmi məni vurdu” sözünü demiş, Nurlana tərəfə dönərkən Nurlanın sinəsindən qan axdığını görmüş, Mirnamid isə əlində bıçaq donub qalmış, həyacandan tərpənmirmiş. Bundan sonra Mimamidin qolundan tutub azacıq burmuş, bıçaq Miramidin əlində yerə düşmüşdür. Sonra isə qapını açıb kömək çağırmış, həmin vaxt kafedə olan polis əməkdaşları və müştərilər oraya yaxınlaşmışdırlar. Hadisədən qorxub həyacan keçirdiyi üçün bundan sonra nə baş verdiyini, Mimamidi hara apardıqlarını, Nurlanı həkimə kim apardığını xatırlamadığını bildirmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş, hadisə yerində olan Mimamidin cinayət törətdiyi bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 30 oktyabr 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yer Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Məkan” kafesinin dörd saylı kabinasıdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli № 765 rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- sağ tərəf pnevmohemotoraks və sağ ağ ciyərin orta payının deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön divarının döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlıga AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarət əlçatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə edilmiş məhkəmə-tibbi krimnalİstik və məhkəmə krimnalistik ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 7/516 Nə-li rəyindən görünür ki, ekpsertizaya təqdim eilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd, maykanın ön səthində sağda bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücün və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd, maykanın ön səthində sağda bir ədəd dəlib-keçən zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 9/1021 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB -(İV), ekpsertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, mayka və 02 ədəd pambıq çöplər üzərində insan qan ləkələri aşkar olunmuşdur, ləkələrdə qan qrupu ABO sistemi sistemi üzrə təyin edildikdə A və B anitigenləri alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə AB (İV) qruplu bir şəxsə o cümələdən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 17 noyabr 2023-ci il tarixli 5013 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idaə etmək iqtidarında omuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22- ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs yaş xüsusiyyətlərinə və əqli imkanlarına görə hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində stiuasiya ilə əlaqədar hirslilik əmələ gəlmişdir. Hazırda onun psixi-emosianal durumu norma səviyyəsindədir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı yaranmış şəraitin mahiyyətini dəkr etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus ön sətlərində sağda bir ədəd dəlib-keçən zədələr olan bir ədəd köynək, 01 ədəd mayka, cinayət əməlinin predmeti olmuş zavod üsulu ilə hazırlanmış cib bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun törətdiyi əmələ görə təqsirli bilinib əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə ekspertizası xərci yoxdur. Məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri üzvü Bakı şəhər, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zülfü oğluna 270 (iki yüz yetmiş) manat ödənilməli olmasını nəzərə alır. Məhkəmə müdafiə ilə əlaqədar məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsinin bu məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazıkı iş üzrə 01 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub və 02 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin başlanğıcını müəyyən edərkən və onun uzun müddət həbsdə saxlanılmasını ona cəza təyin edərkən nəzərə alınmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olamayacağını bildirdi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, onun törətdiyi əməlin zərərçəkmiş şəxsin ona qarşı etdiyi qeyri-hüquqi hərəkətləri nəticəsində, zərərçəkmiş şəxsin təşəbbüsü və təhriki ilə başlandığı, ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verərək cinayətin açılmasında fəal iştirak etməsi, törətdiyi əməldən səmimi peşman olması, cinayəti törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, hazırda da yetkinlik yaşında olmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirli bilindiyi əməli törətməmişdən əvvəl və sonrakı davranışını təhlil edib onun təqsirli bilindiyi əməli törətməmişdən əvvəl hüquqa zidd əməl törətməməsi, belə əməllərə görə cəlb olunmaması, əməli törətdikdən sonra zərərçəkmiş şəxslə barışması, törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmamasını, onun təqsirli bilindiyi əməli zərərçəkmiş şəxsin qeyri-etik hərəkətləri nəticəsində törətməsini nəzərə alır. Məhkəmə qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının üzv ölkələri tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvesiyanın 37-ci maddəsində 18 yaşına çatmayan uşağın azadlıqdan məhrum olunmasını yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq olunması nəzərdə tutulmuşdur. Avropa Şurasının Nazirlər Kabinetinin 17 noyabr 2010-ci tarixli uşaqlara dost ədalət məhkəməsinə tövsiyyələrində Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərin həmin öhdəliklərini təsdiq edərək yuvenal məhkəmələri həyata keçirən səlahiyyətli orqanlara uşaqlara münasibətdə ədalət məhkəməsini həyata keçirən məhkəmələrə məhkəmə baxışı və iş üzrə yekun qərarı qəbul edərkən uşaqların ən vacib maraqlarının təmin edilməsini, uşaqların dünyagörüşünə və fikirlərinə lazımı səviyyədə diqqət yetirməyi, uşağın ən vacib maraqları ilə bərabər onun digər maraqlarının, o cümlədən də uşağın psixoloji və fiziki rifahını, uşaq barəsində qəbul ediləcək qərarın uşağın ən vacib maraqlarına mütanasibliyinin uyğun olmasını və sair halları nəzərə almağı tövsiyə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” qəranda yetkinlik yaşına çatmamış şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində göstərilən, törədilmiş cinayətin xarakteri, ictiami təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarllardan başqa həmçinin həmin məcəllənin 86-cı maddəsində nəzərdə tutulan yetkinlik yaşına çatmamış şəxsin həyat tərzi, tərbiyə şəraiti, əqli və fiziki inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair halları nəzərə almaqla, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünü nəzərə almağı tövsiyə etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən hallar Azərbaycan Resbulikasının Konstitusiyasına və cinayət prosesini həyata keçirilməsini və cəza təyin olunmasını tənzimləyən qanunverciliyin tələbləri ilə üst-üstə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yetkinlik yaşına çatmamasını, hazırda valideynlərinin himayəsində yaşamasını, valideynlərinə bağlı olub, valideynlərindən ayrı yaşamasının onun inkişafına mənfi təsir etməsini, bu inkişafın onun gələcək davranışına neqativ təsir edə bilmə ehtimalını, habelə ümumi anlamda onun yetkinlik yaşına çatmaması səbəbindən hazırda psixoloji və fiziki inkişafda olmasını nəzərə alır. Məhkəmə, yuxarda göstərilən halları nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsini mümkün hesab etmir. Çünki məhkəmənin qənaətinə görə ona bu cəzadan yüngül cəza təyin olunması onun davranışına ehtiva olunan təsirin səmərəliyini təmin etməzdi. Bu səbəbdən də məhkəmə, ona azadılıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs digər hüquqa zidd əməllər törədə bilməsinin qoruyucu funksiyasını təmin etmək üçün yuxarıda qeyd olunan konvensivaların tövsiyyələrini, habelə cinayət qanununun tələbələrini rəhbər tutlaraq ona aşağı həddə cəza təyin olunmasını əsaslı sayır və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunub onun cəmiyyətə reintqrasiyasına xidmət etməli olmasını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, lakin onun ittiham olunduğu əməli törədərkən və hazırda yetkinlik yaşına çatmadığını, onun ittiham olunduğu cinayət əməlinin törədilməsinin səbəblərini, zərərçəkmiş şəxsin əməlin törədilməsində rolunu nəzərə alıb onun barəsində təyin olunmuş cəzanın ona şərti tətbiq olunmasını əsaslı sayır. Çünki məhkəmə, ona belə cəzanın təyin olunması onun cəmiyyətə reinteqrasiyasına və cəzanın məqsədinə daha səmərəli cavab verdiyi qənaətinə gəlir. Məhkəmə, bu qənaətə gəldiyindən Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini onun barəsində başqa yerə getməmək haqqında haqqında iltizam qətimkan tədbirinin seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus ön sətlərində sağda bir ədəd dəlib-keçən zədələr olan bir ədəd köynək, 01 ədəd mayka və cinayət əməlinin predmeti olmuş zavod üsulu ilə hazırlanmış cib bıçağı istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəza şərti hesab edilsin. Onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək və məişət ehtiyacları istisna olmaqla kəsici-deşici alətləri üzərində daşımamaq və istifadə etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus ön sətlərində sağda bir ədəd dəlib-keçən zədələr olan bir ədəd köynək, 01 ədəd mayka və cinayət əməlinin predmeti olmuş zavod üsulu ilə hazırlanmış cib bıçağı istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsinlər. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zülfü oğluna ödənilməsi üçün 270 ( iki yüz yetmiş) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1180/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1180/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver