Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1181/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Saray qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 58 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkib becərmək üçün 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisini çoxsaylı elektrik lampaları, istilik sistemi, su təhcizatı, havalandırma sistemi və münbit torpaqla təmin edərək istixana şəraitini yaradıb, 27 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını yerdə, 31 ədədini 2020-ci ilin noyabr ayının ortalarında həmin zirzəmidəki dibçəklərdə əkmiş, həmin toxumlardan əmələ gəlmiş çətənə bitkisi kollarının diblərini yumşaltmaqla, onları gübrələmiş, mütəmadi olaraq damcı üsulu ilə suvarmaqla yetişdirib aqrotexniki qaydada qulluq göstərməklə qanunsuz olaraq kultivasiya etmiş, həmin kollardan yetişmiş yarpaqları toplayıb qurudaraq təmiz çəkisi 6,741 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil edilmiş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində bir ədəd sellofan bağlamada üzərində saxlamaqla daşımış, həmçinin kultuvasiya etdiyi narkotik tərkibli çətənə bitkisinin yetişmiş yarpaqlarını toplayıb qurudaraq, təmiz çəkisi 395,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananı isə yaşadığı evin zirzəmisində bir ədəd boz rəngli polietilen bağlamada qanunsuz olaraq saxlamış, 21 yanvar 2021-ci il tarixdə, saat 07 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmiş, idarənin inzibati binasının xidməti otağında üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin kustar üsulla hazırlanmış təmiz çəkisi 6,741 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində, həmin tarixdə saat 09 radələrində yaşadığı evin zirzəmisinə baxış keçirilərkən oradan 01 ədəd boz rəngli polietilen bağlamada təmiz çəkisi 395,0 qram, ümumi çəkisi 401,741 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və həmin qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eyni olan aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq kultivasiya etdiyi 27 (iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 14420 qram (14 kq 420 qram) əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisi və 31 ədəd (otuz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 4,340 qram olan külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən nömrəsiz evdə tək yaşamışdır. Uzun müddət narkotik vasitə istifadəçisi olmuş, həmçinin bir neçə dəfə də müalicə olunmuşdur. 2020-ci ilin fevralmart aylarında yaşadığı evin yaxınlığında küçə ilə gedərkən yerə atılmış bir kibrit qutusunun təzə olduğuna görə diqqətini cəlb etmiş və həmin kibrit qutusunu yerdən götürüb baxdıqda içərisində toxumlar olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğuna görə həmin toxumların çətənə toxumları olduğunu bilmiş, buna görə də içərisində çətənə toxumları olan həmin kibrit qutusunu özü ilə yaşadığı evə gətirib evin zirzəmisində saxlamışdır. Sonradan qərara gəlmişdir ki, həmin toxumları əkib və çətənə bitkisinin yarpaqlarını qurudub istifadə etsin. Bu məqsədlə də o, 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin zirzəmisində istixana düzəltmiş və tapdığı həmin toxumların bir qismini oraya əkmişdir. O, əmələ gəlmiş həmin bitkilərin dibini belləyib, mineral kübrə vermiş, mütəmadi olaraq onları suvarmışdır. Bundan başqa tapdığı toxumların qalanını da 2020-ci ilin noyabr ayının ortalarında yaşadığı evin zirzəmisində 31 ədəd dibçəkdə əkmiş və onlara da aqrotexniki qaydada qulluq etməyə başlamışdır. Təxminən bir ay əvvəl həmin çətənə kollarının yarpaqlarını qara rəngli sellofan torbaya yığaraq zirzəmidə saxlamış, 21 yanvar 2021-ci il tarixdə, saat 05 radələrində zirzəmidə saxladığı həmin marixuanadan özü istifadə etmək üçün bir sellofan kəsiyinə büküb cibinə qoymuşdur. O, Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən tanımadığı 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Sonra ona narkotik vasitələrin qəbulunda və kultivasiyasında şübhəli olduğunu bildirərək onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da onlara etiraz etməyib onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş və orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan kəsiyinə büküb üzərində saxladığı marixuananı onlara təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı onlara təqdim etdiyi narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitələri də öz həyətində əkdiyi çətənə kollarından şəxsi istifadəsi üçün əldə etdiyini, həmçinin yaşadığı evin zirzəmisində narkotik vasitə saxladığını, eləcə də kultivasiyası ilə məşğul olduğunu bildirmişdir. Eyni zamanda polis əməkdaşlarına yaşadığı evə baxış keçirmələrinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə getmişlər. O, polis əməkdaşlarını yaşadığı evin zirzəmisinə aparmış, orada qurudulmuş marixuananı gizlətdiyi və çətənə kollarını əkib-becərdiyi, sellofan torbada saxladığı qurudulmuş marixuananı polislərə təqdim etmişdir. Onlar həmin sellofan torbadakı qurudulmuş marixuanaya baxış keçirib onu qablaşdırmış və bundan sonra həmin yerdə, torpaqda və dibçəklərdə əkib-becərdiyi çətənə kollarına aqronom mütəxəssisin iştirakı ilə baxış keçirib, 27 ədəd çətənə kolunu və 31 ədəd dibçəkdə olan çətənə şitillərini aşkar edib götürmüşlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, özü və orada olan digər iştirakçılar həmin protokolu imzaladıqdan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə aparmışlar. O, yaşadığı evin zirzəmisində olan qurudulmuş marixuananı, həmçinin əkib becərdiyi çətənə kollarını özü istifadə etmək üçün əkib-becərmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 yanvar 2021-ci il tarixdə məxfi mənbədən ona Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün onun tərəfindən Baş Narkotiklə Mübarizə İdarəsinin rəisinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupun yaradılması barədə əmr imzalanmışdır. Baş Narkotiklə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, həmin əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində Təqsirləndirilən şəxs olduğu yer tərəfindən müəyyən edilmişdir. 21 yanvar 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsində Təqsirləndirilən şəxs küçədə olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və kultivasiya etməsində şübhəli olduğunu bildirib, onu Baş Narkotiklə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə gəlmişlər. İdarədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən araşdırma aparılmağa başlanılmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə mariuxana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun cibində aşkar edilmiş 5 manat pul ona qaytarılmış, başqa cinayət xarakterli heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar, kəskin iyli kütlə olmuşdur. Ondan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş və o, bildirmişdir ki, yaşadığı evin zirzəmisində narkotik tərkibli bitkiləri əkib becərir və həmin narkotik vasitə olan marixuananı da bitkilərin qurudulmuş yarpaqlarından hazırlamışdır. Həmin bir bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra qeyd olunan tərkibdə əməliyyat qrupu və əlavə olaraq dəvət edilmiş mütəxəssis Şahid4 və saxlanılan şəxs Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evinə getmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və yaşadığı evin otağın içərisindən döşəmədə olan qapını qaldırıb zirzəmiyə düşmüşlər. Zirzəmidə çoxsaylı elektrik lampaları, istilik və havalandırma sistemi, su ilə təmin edilmiş istixana şəraiti yaradılmışdır. Zirzəmidə stolun üstündə bir ədəd boz rəngli polietilen torbada kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuş, Təqsirləndirilən şəxs həmin kütlənin əkib becərdiyi narkotik tərkibli bitkilərin yarpaqlarını yığaraq qurudub hazırladığını bildirmiş, həmin torbada olan kütlə də elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa zirzəmidə yerdə əkilmiş və hündürlükləri bir və iki metr olan çətənə bitkisinə oxşar 27 ədəd kollar, həmçinin yerdə olan dibçəklərdə 31 ədəd çətənə bitkisinə oxşar şitillər aşkar edilmişdir. Onlarla tədbirdə iştirak edən aqronom Şahid4 bitkilərə baxış keçirib, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs küçədə tapdığı toxumları əkib becərmək üçün zirzəmini elektrik lampaları, istilik sistemi, su təhcizatı, mineral gübrə tərkibli torpaqla və havalandırma sistemi ilə təmin edərək həmin toxumları əkib becərmiş, onların diblərini belləməklə onlara su və gübrə vermişdir. Aşkar edilmiş 27 ədəd kollar və 31 ədəd şitillər çıxardılaraq qablaşdırılmış və keçirilmiş tədbir video çəkilişlə aparılaraq bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 yanvar 2021-ci il tarixdə məxfi mənbədən Şahid2 Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Şahid2 tərəfindən Baş Narkotiklə Mübarizə İdarəsinin rəisinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Baş Narkotiklə Mübarizə İdarəsinin XMİÜ əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu ilə Abşeron rayonu Saray qəsəbəsində Təqsirləndirilən şəxs olduğu yer tərəflərindən müəyyən edilərək 21 yanvar 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsində Təqsirləndirilən şəxs küçədə olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Bundan sonra ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və kultivasiya etməsində şübhəli olduğunu bildirib, onu Baş Narkotiklə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə gəlmişdir. İdarədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən araşdırma aparılmağa başlanılmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə mariuxana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun cibində aşkar edilmiş 5 manat pul ona qaytarılmış, başqa cinayət xarakterli heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş büküm açılmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar, kəskin iyli kütlə olmuşdur. Ondan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş və o, bildirmişdir ki, yaşadığı evin zirzəmisində narkotik tərkibli bitkiləri əkib becərir və həmin narkotik vasitə olan marixuananı da bitkilərin qurudulmuş yarpaqlarından hazırlamışdır. Həmin bir bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Bundan sonra həmin tərkibdə əməliyyat qrupu və əlavə olaraq dəvət edilmiş mütəxəssis Şahid4 və saxlanılan şəxs Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, yaşadığı evin içərisindən döşəmədə olan qapını qaldırıb açmaqla zirzəmiyə düşmüşlər. Zirzəmidə çoxsaylı elektrik lampaları, istilik və havalandırma sistemi, su ilə təmin edilmiş istixana şəraiti yaradılmışdır. Zirzəmidə stolun üstündə bir ədəd boz rəngli polietilen torbada kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuş və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə də əkib becərdiyi narkotik tərkibli bitkilərin yarpaqlarını yığaraq qurudub hazırlamışdır. Həmin torbada olan kütlə də elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa zirzəmidə yerdə əkilmiş və hündürlükləri bir və iki metr olan çətənə bitkisinə oxşar 27 ədəd kollar, həmçinin yerdə olan dibçəklərdə 31 ədəd çətənə bitkisinə oxşar şitillər aşkar edilmişdir. Onlarla tədbirdə iştirak edən aqıranom Şahid4 bitkilərə baxış keçirib və bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqsirləndirilən şəxs küçədə tapdığı toxumları əkib becərmək üçün zirzəmini elektrik lampaları, istilik sistemi, su təhçizatı, mineral gübrə tərkibli torpaqla və havalandırma sistemi ilə təmin edərək həmin toxumları əkib becərmiş, onların diblərini belləməklə onlara su və gübrə vermişdir. Aşkar edilmiş 27 ədəd kollar və 31 ədəd şitillər çıxardılaraq qablaşdırılmış və keçirilmiş tədbir video çəkilişlə aparılaraq bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismindən dindirilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 da şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, meyvətərəvəz üzümçülük ixtisaslı ali təhsilli aqronomdur. 21 yanvar 2021-ci il tarixdə DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları Abşeron rayonu Saray qəsəbəsində əməliyyat tədbiri keçirməkləri ilə əlaqədar onu da həmin tədbirdə iştirak etməyə dəvət etmişlər. Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə zirzəmiyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin otağın içərisindən döşəmədə olan qapını qaldırıb açmaqla zirzəmiyə düşmüşlər. Zirzəmidə çoxsaylı elektrik lampaları, istilik və havalandırma sistemi, su ilə təmin edilmiş istixana şəraiti yaradılmışdır. Zirzəmidə stolun üstündə bir ədəd boz rəngli polietilen torbada kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuş və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni əkib becərdiyi narkotik tərkibli bitkilərin yarpaqlarını yığaraq qurudub hazırlamışdır. Həmin torbada olan kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa zirzəmidə yerdə əkilmiş və hündürlükləri bir və iki metr olan çətənə bitkisinə oxşar 27 ədəd kollar, həmçinin yerdə olan dibçəklərdə 31 ədəd çətənə bitkisinə oxşar şitillər aşkar edilmişdir. O, bitkilərə və şitillərə baxış keçirmiş və müəyyən etmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, onların dibləri yumşaldılmış, gübrə verilmiş, damcı üsulu ilə mütəmadi suvarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, küçədə tapdığı toxumları əkib becərmək üçün zirzəmini elektrik lampaları, istilik sistemi, su təhcizatı, mineral gübrə tərkibli torpaqla və havalandırma sistemi ilə təmin edərək həmin toxumları əkib becərmiş, onların diblərini belləməklə onlara su və gübrə vermişdir. Aşkar edilmiş 27 ədəd kollar və 31 ədəd şitillər polis əməkdaşları tərəfindən çıxardılaraq qablaşdırılmış və keçirilmiş tədbirdə video çəkiliş aparılaraq bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 7/100 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan 01(bir) ədəd boz rəngli polietilen bağlamadakı təmiz çəkisi – 395,0 qram və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi – 6,741 qram olan bitki mənşəli kütlələr eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 401,741 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan 02 (iki) ədəd qara rəngli polietilen torbadakı sayı 27(iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 14.420 (14kq 420qram) olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Həmin qara rəngli torbanın birinin içərisində 01(bir) ədəd ağ rəngli polietilen torbada sayı 31 (otuz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 4,340 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş çətənə(kannabis) bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün marixuanalarla və çətənə(kannabis) bitkiləri ilə müqayisəli tədqiqat aparılmadı. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə(kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. (iş vərəqə 49-52) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 mart 2021-ci il tarixli, 510 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli inkişaf imkanları və fərdi-psixi xüsusiyyətlərinə uyğun olaraq öz hərəkətlərinin mahiyyətini anlamaq, dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. (iş vərəqə 128-130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin Ambulator X1 01 mart 2021-ci il tarixli, 615 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisinin preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 131-132) İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində yerləşən istixanada 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə bitkisinin kolları və 31(otuz bir) ədəd narkotik tərkibli çətənə bitkisinin dibçəklərdə əkilmiş toxumların cücərtisi yəni, şitilləri aşkar olunmuşdur. Məlum olmuşdur ki, həmin bitkilərə mütəmadi qulluq edilməklə dibçəklərdə və torf vəziyyətində olan torpağa əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq damcı üsulu ilə suvarma işləri aparılmışdır. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökləri ilə birlikdə götürülüb qablaşdırılmışdır. (iş vərəqə 43) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. (İş vərəqə 28-31) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 6,741 qram bitki mənşəli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən evin zirzəmisində keçirilmiş baxış və götürmə zamanı bir ədəd sellofan torbada 406 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 27 ədəd çətənə bitkisinə oxşar kollar və 31 ədəd çətənə bitkisinə oxşar şitillər aşkar edilərək götürülmüş və bununla bağlı aparılmış video çəkiliş iki ədəd diskə köçürülmüşdür. (İş vərəqə 39-42) İş materiallarında olan əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz kultivasiya etdiyi çətənə(kannabis) bitkilərinin toxumlarını əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin kollarından toplayaraq satış məqsədi ilə saxlamışdır. (iş vərəqə 115) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün kultivasiya etməsi və saxlaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirmir və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm üzərindən və yaşayış yerindən aşkar edilmiş narkotik vasitələrin miqdarı, həm də kultivasiya edilmiş kolların və şitillərin sayı, ekspert rəyləri, mütəxəssis rəyi, şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlar onun narkotik vasitələri satış məqsədi ilə kultivasiya etməsini və saxlamasını tam təsdiq edir. Məhkəmənin fikrincə məhkəmə baxışı zamanı tədqiq edilən sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu fərdi yaşayış evinin zirzəmisində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib yetişdirməklə külli miqdarda ümumilikdə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan marixuana və çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, 01 iyul 2015-ci il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkum edilməmiş və məhkumluğu yoxdur. İş materiallarında olan 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 104) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Abşeron rayon PŞ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs və yaşadığı evin zirzəmisindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış ümumi çəkiləri 401,541 qram narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin zirzəmisində qanunsuz kultivasiya etdiyi 27 (iyirmi yeddi) ədəd, yaş vəziyyətində 14.420 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisi və 31 ədəd (otuz bir) ədəd 4.340 qram narkotik təbiətli çətənə (kannabis) bitkisi şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 78,82 (yetmiş səkkiz manat, səksən iki qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 01 mart 2021-ci il tarixli, 615 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üçün tibbi xarakterli tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan və Abşeron rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 4(012)-47/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 79-82) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üçün tibbi xarakterli tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Abşeron rayon PŞ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs və yaşadığı evin zirzəmisindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış, ümumi çəkiləri 401,541 qram narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin zirzəmisində qanunsuz kultivasiya etdiyi 27 (iyirmi yeddi) ədəd yaş vəziyyətində 14.420 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisi və 31 ədəd (otuz bir) ədəd 4.340 qram narkotik təbiətli çətənə (kannabis) bitkisi şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 78,82 (yetmiş səkkiz manat, səksən iki qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1181/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1181/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver