Məhkəmə qərarları › İş №1(101)-1181/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1181/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1181/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, 17 avqust 1992-ci il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağdam rayonu, Ağdam şəhəri, Nizami küçəsi, ev 64-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirdliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs sevgili münasibətində olduğu Zərərçəkmiş şəxs ilə yaşadıqları və birlikdə həyətdə olan iri və kiçik buynuzlu heyvana baxdıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları yaşayış massivində yerləşən vətəndaş Şahid2 məxsus nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlərin pozulması zəminində, 23 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs su qızdırıb onun paltarlarını yumasını dedikdən sonra qarşı tərəfin “mən sən üçün paltar yuyan deyiləm, özün yuyarsan köpək oğlu” ifadəsini işlədərək, onun atasını təhqir etməsindən qəzəblənib, Zərərçəkmiş şəxs gündəlik məişətdə istifadə etdiyi, mətbəx otağında olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb, sonuncunu qəsdən öldürmək niyyəti ilə öz hərəkətləri ilə zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk edərək və bunu arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, Zərərçəkmiş şəxs hücum edib, sonuncuya ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid boynun sağ yan səthinin yuxarı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yarası, boynun sol yan səthinin yuxarı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 2 ədəd (cəmi 5 ədəd) deşilmiş- kəsilmiş yarası, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid sağ gicgah nahiyəsinin 2 ədəd, sol gicgah nahiyəsinin 2 ədəd, sağ qulaq seyvanı ətrafı və boynun sağ yan-ön səthlərinin yuxarı üçdə birini əhatə edən 11 ədəd, sol qulaq seyvanı ətrafı və boynun sol yan-ön səthlərini əhatə edən 5 ədəd, sol gözaltı nahiyənin 1 ədəd, boynun ön səthinin sol yarısının orta üçdə birinin 1 ədəd, boyun arxası nahiyənin 4 ədəd, sifətin sağ yarısında - sağ çənə cismi proyeksiyasının 4 ədəd, sifətin sol yarısında - sol çənə cismi proyeksiyasının 2 ədəd, sağ saidin aşağı üçdə birinin arxa-bayır səthində və sol əlin arxa səthini əhatə edən 9 ədəd, sol saidin aşağı üçdə birinin arxa-bayır səthində, sol əlin arxa və ovuc səthlərində 12 ədəd, sol əlin ovuc səthinin 4 ədəd, sağ əlin ovuc səthinin İİ barmağın orta falanqasının 2 ədəd (cəmi 59 ədəd) deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə gəlmiş və orada Anar adlı şəxsin fermasında işləməyə başlamış, aylıq 300 manat müqabilində kiçik buynuzlu heyvanın təmizliyinə baxmışdır. Eyni zamanda, həmin həyətdə bir otaqlı tikilidə qalmağa başlamışdır. Ondan başqa orada Sevinc, onun oğlu Rəşad və Elvin adında şəxs qalmışdır. Sevinc heyvanların sağma işinə baxmışdır. İlk gündən Sevinc ilə yaxın münasibətləri yaranmış və tanışlıqlarının 3-cü günündə Sevinc onu qaldığı evə dəvət etmiş və ilk dəfə əlaqədə olmuşlar. Bundan sonra sevgili münasibətləri yaranmış və 2-3 gündən bir Sevinc ilə birlikdə qalmışdır. Sevinc özü hər dəfə onu yanına çağırmış və könüllü şəkildə onunla əlaqədə olmuşdur. Sevinc ilə bir-birilərini sevməyə başlamış və hətta evlənməyi də düşünmüşlər. Birlikdə olduqları müddət ərzində Sevinc ilə aralarında heç bir mübahisə, dava olmamışdır. Sonuncu dəfə Sevinc ilə 18 fevral 2022-ci il tarixdə bir yerdə qalmışlar onun bəzi paltarları da Sevincin evində olmuşdur. Hadisəyə qədər isə öz otağında qalmışdır. 23 fevral 2022-ci il tarixdə, səhər saatlarında Sevinc heyvanları sağıb, evinə gəlmişdir. O da onun evində olmuşdur və yemək yeməyə hazırlaşmışlar. Həmin vaxt Rəşad məktəbdə olmuş, Elvin isə heyvanları otarmağa aparmışdır. Sevincə qızmağa su qoyub, paltarlarını yumağını bildirdikdə, o, acıqlı şəkildə işinin olduğunu deyib, “Mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan köpək oğlu” cümləsini işlətmişdir. Sevincin bu sözü onu çox qəzəbləndirmiş və Sevincə iradını bildirib, niyə özünü yox, atasını söydüyünü demişdir. O da yaxşı elədiyini dedikdən sonra Sevincin qaldığı evin mətbəx otağında olan və gündəlik istifadə edilən bıçağı götürüb ona çox sayda xəsarətlər yetirməyə başlamışdır. Həmin vaxt hər ikisi ayaq üstə olmuş və o, Sevincin boğaz, boyun, sifət nahiyələrinə bıçaqla xəsarətlər yetirməyə başlamışdır. Bir neçə bıçaq zərbəsindən sonra Sevinc ağzı üstə yerə yıxılmış və artıq səsi çıxmamışdır. Dəqiq olaraq neçə bıçaq zərbəsi vurduğunu bilmir, ancaq kifayət qədər çox olduğu yadındadır. Sevinci qətlə yetirən zaman saat 09 radələri olmuş və tutulacağından qorxduğu üçün metronun «20 Yanvar» stansiyasına gedib, taksiyə minərək, Bərdə rayonuna getmişdir. Saat 14 radələrində Bərdəyə, qohumu Məhər Məmmədovun evinə getmiş, hadisə barədə heç nə deməmiş, sadəcə bir günlük Bərdəyə gəzməyə gəldiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Məhərin kiçik oğlu Namiq atasına zəng vuraraq Məhərin Bərdə Rayon Polis Şöbəsinə çağırıldığını və onun axtarıldığını demişdir. Bu zaman o, polis əməkdaşlarının onu axtardıqlarını anlamış, Məhərə heç nə demədən evdən tələsik çıxmışdır. Bir neçə saat küçələrdə gəzmiş, saat 20 radələrində əmisi Telmanın evinə getmişdir. Gecə saat 24 radələrində isə yatan zaman polis əməkdaşları gələrək onu tutmuşlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, o, çobanlıq edir, mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Onlar ailədə 3 qardaş, 1 bacı olmuşlar. Bibisi Səmayənin doğma övladı olmadığından valideynləri doğulduqdan sonra Sevinci onun ailəsinə vermişlər və Sevinci bibisi böyütmüşdür. 2006-cı ildə Sevinc Kamil adlı şəxslə ailə həyatı qurmuş, ataları İsa narazı olsa da, Sevinc evlənmək istədiklərindən etiraz etməmişdir. Həmin evlilikdən Sevincin Rəşad adında oğlu doğulmuşdur. Bir neçə ildən sonra isə Kamil dünyasını dəyişmiş, Sevinc də oğlu ilə bibisinin evinə qayıtmışdır. Sonra isə Sevinc Səxavət adlı şəxslə tanış olmuşdur. Səxavət bildirmişdir ki, guya Sevinc ilə ailə həyatı quracaq, kəbin kəsdirəcək. Bibisi, Səmayə və əri Rəşid öldükdən sonra isə Sevinc onların evini satmışdır. Çünki Səxavət həmin evin satmağı və rayonun mərkəzindən yeni almağı məsləhət görmüşdür. Həmin vaxtlar isə bacısı oğlu ilə Səxavətin evində qalmış, bəzən də Səxavət onun evinə gəlmişdir. Evi satdıqdan sonra Sevinc pulu Səxavətə vermiş, sonuncu da Sevinci və Rəşadı öz evinə aparmışdır. Bir müddət yaşadıqdan sonra isə Səxavət Sevinc ilə yola getmədiklərini deyib, onu evdən çıxarmış və əlaqələri yavaş-yavaş kəsmişdir. Səxavət ilə ayrıldıqdan sonra Sevinc oğlu Rəşad ilə birlikdə Bakı şəhərinə gəlmiş və fermada işləməyə başlamışdır. O, bu haqda sonradan rayonda yaşayan qohumlardan eşitmişdir. Bakıda qaldığı müddət ərzində bacısı ilə heç bir əlaqəsi olmamışdır. 23 fevral 2022-ci il tarixdə məlumat almışdırı ki, Sevinci yaşadığı evdə qətlə yetirilib. O, həmin gün Bakıya gəlmiş və Sevincin meyitini Beyləqan rayonuna aparmış, orada basdırmışlar. Hadisə barədə hər hansı məlumatı olmamış, Sevinci kimin və hansı səbəblə qətlə yetirdiyini bilmir. Hər bir halda cinayəti törətmiş şəxsin qanuna müvafiq cəzalandırılmasını, mərhum bacısının oğlu Rəşadın haqqının yerdə qalmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 hüquqi varis X2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində Şahid2 məxsus 20 sot həyətdə işləmiş, mal-qaraya çobanlıq etmişdir. Hər hansı əmək haqqı almamış, qalmaq və gündəlik yemək müqabilində işləmişdir. Səhhətində problemləri olmuş, bir qolu yoxdur. İş tapmaqda çətinlik çəkdiyindən həmin şərtlərə razılıq vermişdir. O, hadisəyə qədər təxminən bir həftə olardı ki, Beyləqan rayonundan gəlib, işləməyə başlamışdır. Oraya gələndə, artıq Sevinc və oğlu Rəşad və Samir adlı şəxs həyətdə qalıb işləmişlər. Sevinc heyvanların sağılmasına, Samir isə təmizliyinə baxmışdır. Sevinc yuxarı evdə tək qalmış, Samir tək aşağı otaqda, Rəşad isə onunla eyni otaqda qalmışdır. Samir çox sakit, mülayim təbiətli insandır, kimləsə problemi, mübahisəsi olmamış və çox utancaq olmuş, çox da ünsiyyət quran biri olmamışdır. Bir həyətdə qaldıqları müddət ərzində Sevinc ilə Samirin arasında hər hansı münasibətin olması barədə xəbəri yoxdur. O, səhər tezdən heyvanları otarmağa aparmış, günorta qayıdıbğ öz otağında dincəlmişdir. Həm də Samirin Sevincə sataşdığını görsəydi, bir yerli kimi onu müdafiə edərdi, ancaq belə bir problem olmamışdır. 23 fevral 2022-ci il tarixdə, saat 08 radələrində o, kiçik buynuzlu heyvanları otarmağa aparırmış, Rəşad isə məktəbə gedirmiş. Sevinc ilə Samir də tövlədə qalan iri buynuzlu heyvanlara qulluq edirmişlər. Bir neçə sata sonra Anar zəng vurub, Sevincin özünü öldürdüyünü və dərhal oraya getməsini demişdir. O, oraya gedəndə, həyətdə heç kim olmamış və 2-3 dəqiqə sonra polis əməkdaşları, sonra da Anar, onun anası Sevil və sürücüləri Təbriz gəlmişlər. Məlum olmuşdur ki, Sevinc qətlə yetirilmişdir. Samir isə ortalıqda olmamış və Sevinci məhz onun öldürdüyü şübhələri yaranmışdır. Bir müddət sonra da Rəşad gəlmiş, əvvəl ondan gizlətməyə çalışsalar da, anasının öldüyünü başa düşmüşdür. Hadisədən sonra Rəşaddan eşitmişdir ki, Samir ilə Sevincin arasında münasibət olmuşdur. Ancaq onların bundan xəbəri olmamış və hadisənin nəyin üstündə baş verdiyini də bilmirlər. Sonradan isə Samirin tutulduğunu eşitmiş, başqa hadisə barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onların Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində şəxsi həyətlər var və həmin həyətin arxa tərəfində mal-qara saxlayırlar. Əsasən idarəçiliyi o və oğlu Anar edir. Həmçinin orada qalmağa bir neçə otaq var və mal-qaraya baxmaq üçün bir neçə şəxs orada həm işləyir, həm də yaşayır. 2020-ci ilin dekabr ayında həyətdə işləyən Xuraman adlı qadın bildirmişdir ki, Beyləqan rayonunda Sevinc adında qadın var və oğlu ilə iş axtarır. Onlar da razılaşmış və Sevinc oğlu Rəşad ilə onların həyətində qalıb, işləməyə başlamışlar. Bir müddət sonra Xuraman səhhəti ilə əlaqədar rayona getmişdir. Sevinc isə 4-5 ay işlədikdən sonra oğlu ilə heç bir məlumat vermədən çıxıb getmişlər. 2021-ci ilin dekabr ayında Sevinc onların həyətdə işləyən tanışları Təbrizə zəng vurub, oğlu ilə Bakı şəhərində olduqlarını, iş axtardıqlarını və Anara yenə onları qəbul etmələrini xahiş etmişdir. Təbriz də bu haqda Anara demiş, Anar da razılıq vermişdir. Sevinc yenə oğlu ilə həyətə gəlib, mal-qaranın sağma işinə baxmağa başlamışdır. Onlardan əlavə həyətdə, başqa otaqda Elvin adında çoban da qalmışdır. 2022-ci ilin fevral ayının əvvəlində isə həyətlərinə Samir adlı şəxs gəlmiş və o, heyvanların təmizlik işinə baxmağa başlamışdır. Samir də başqa otaqda tək qalmışdır. Samir çox sakit, mülayim təbiətli insan olmuşdur. Bir həyətdə qaldıqları və işlədikləri müddət ərzində Sevinc Samirdən heç bir şikayət etməmişdir. Onlar arada bir gedib, işə nəzarət etmişlər, lakin Sevinc ilə Samirin arasında hər hansı münasibətin olması barədə xəbərləri olmamışdır. 23 fevral 2022-ci il tarixdə, səhər saatlarında Təbriz zəng vurub həyətə gəlib, Sevincin qaldığı evdə qan içində olduğunu demişdir. Onlar dərhal hadisə yerinə getmişlər, artıq hüquq-mühafizə orqanları ora gəlmişlər. Hadisədən sonra Sevincin oğlu Rəşaddan eşitmişdir ki, Samir ilə Sevincin arasında münasibət olub. Ancaq onların bundan xəbəri olmayıb və hadisənin nəyin üstündə baş verdiyini də bilmirlər. Orada olarkən Samirin qaçıb getdiyini və Sevinci məhz onun qətlə yetirə biləcəyini eşitmişdir. Sonradan isə Samirin hansısa rayonda aşkar edilərək tutulduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində Şahid2 məxsus 20 sot həyətdə işləyir, mal-qaraya baxmaqda köməklik edir, həm də su maşını ilə heyvanların yem maşınını sürür. Günə 15 manat pul alır. Artıq 4 ildən çoxdur ki, Anar müəllimin yanında işləyir. Həmin həyət ilə öz evinin arasında 1-2 km məsafə var. O, gün ərzində işlərni görüb, axşam isə öz evinə gedir. 2020-ci ilin dekabr ayında həmin həyətdə işləyən Xuraman adlı qadın bildirmişdir ki, Beyləqan rayonunda Sevinc adında qadın var və oğlu ilə iş axtarır. Anar da razılaşmış və Sevinc oğlu Rəşad ilə həyətdə qalıb, işləməyə başlamışdır. Bir müddət sonra Xuraman səhhəti ilə əlaqədar rayona getmişdir. Sevinc isə 4-5 ay işlədikdən sonra oğlu ilə heç bir məlumat vermədən çıxıb getmişlər. 2021-ci ilin dekabr ayında Sevinc ona zəng vurub, oğlu ilə Bakı şəhərində olduqlarını, iş axtardıqlarını və Anarın yenə onları qəbul etməsini xahiş etmişdir. O da bu haqda Anara demiş, o da razılıq vermişdir. Sevinc yenə oğlu ilə onların həyətinə gəlib, mal-qaranın sağma işinə baxmağa başlamışdır. Sevinc heç bir əmək haqqı almamış, həm orada yaşamış, nəyəsə ehtiyacları olduqda isə Anar onlara kömək etmişdir. Onlardan əlavə həyətdə, başqa otaqda Elvin adında çoban da qalmışdır. O, hadisədən təxminən bir həftə əvvəloraya gəlmişdir. Onun nə qədər əmək haqqı aldığını bilmir. 2022-ci ilin fevral ayının əvvəlində isə həyətlərinə Samir adlı şəxs gəlmiş və o, heyvanların təmizlik işinə baxmağa başlamışdır. Bildiyi qədər Samir 300 manat müqabilində işləməyə başlamışdır. Samir həyətdə bir otaqda tək qalmağa başlamışdır. Samir çox sakit, mülayim təbiətli insan olmuş, kim iləsə problemi, mübahisəsi olmamış və çox utancaq bir insan olmuşdur. Heç vaxt düşünməzdi ki, o, cinayət hadisəsi törədə bilər. Bir həyətdə qaldıqları və işlədikləri müddət ərzində Sevinc Samirdən heç bir şikayət etməmişdir. O, hər gün orada olmuş, işə nəzarət etmiş, lakin Sevinc ilə Samirin arasında hər hansı münasibətin olması barədə xəbəri olmamışdır. 23 fevral 2022-ci il tarixdə, saat 10 radələrində Anar zəng vurub, həyətə gedərək Sevincdən südün pulunu və yumurtaları götürməsini demişdir. O, həyətə doğru gəlmiş, darvaza isə həmişə bağlı olmuşdur. O, Sevinci və Samiri səsləmiş, ancaq cavab verən olmamışdır. Sevincin oğlu Rəşadın məktəbdə, Elvinin isə qoyunları otarmağa apardığını bilirdi. O, əlini darvazaya vuranda, qapının bağlı olduğunu görmüşdür. Həyətə daxil olub, yenə səsləməyə başlamış, lakin cavab verən olmamışdır. Sevincin qaldığı evə daxil olmuş və mətbəx otağına baxanda Sevincin qan içində ağzı üstə yerdə olduğunu görmüşdür. İlk olaraq, elə düşünmüşdür ki, o özünə qəsd edib. Qorxduğundan Sevincə yaxınlaşmamış, ancaq öldüyünə əmin olmuş, çünki ətraf hər yer qan içində olmuş və Sevinc tərpənməmişdir. Sevincdən başqa həyətdə heç kim olmamışdır. Samiri də görməmişdir. Oradan çıxıb, dərhal Anara zəng vurub, məlumat vermiş, o da dərhal gəlib maşınla onu götürməsini demişdir. Həmin vaxta qədər isə X6 Nazirliyinin 102 xidmətinə məlumat vermiş, o, özü də sahə müvəkkilinə xəbər vermişdir. Anar və anası Sevili götürüb qayıtdıqda isə artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişdirlər. Hadisədən sonra Sevincin oğlu Rəşaddan eşitmişdir ki, Samir ilə Sevincin arasında münasibət olub. Ancaq onların bundan xəbəri olmamış və hadisənin nəyin üstündə baş verdiyini də bilmirlər. Orada olarkən Samirin qaçıb getdiyini və Sevinci məhz onun qətlə yetirə biləcəyini eşitmişdir. Sonradan isə Samirin tutulduğunu eşitmiş, başqa hadisə barədə məlumatı yoxdur. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının 18 mart 2022-ci il tarixli, 32 nömrəli rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: boynun sağ yan səthinin yuxarı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmişkəsilmiş yarası; boynun sol yan səthinin yuxarı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yarası; sağ gicgah nahiyəsinin (2 ədəd), sol gicgah nahiyəsinin (2 ədəd), sağ qulaq seyvanı ətrafı və boynun sağ yan-ön səthlərinin yuxarı üçdə birini əhatə edən (11 ədəd), sol qulaq seyvanı ətrafı və boynun sol yan-ön səthlərini əhatə edən (5 ədəd), sol gözaltı nahiyənin (1 ədəd), boynun ön səthinin sol yarısının orta üçdə birinin (1 ədəd), boyun arxası nahiyənin (4 ədəd), sifətin sağ yarısında-sağ çənə cismi proyeksiyasının (4 ədəd), sifətin sol yarısında-sol çənə cismi proyeksiyasının (2 ədəd), sağ saidin aşağı üçdə birinin arxa-bayır səthində və sol əlin arxa səthini əhatə edən (9 ədəd), sol saidin aşağı üçdə birinin arxa-bayır səthində, sol əlin arxa və ovuc səthlərində (12 ədəd), sol əlin ovuc səthinin (4 ədəd), sağ əlin ovuc səthinin İİ barmağın orta falanqasının (2 ədəd) çoxsaylı deşilmiş- kəsilmiş yaraları (cəmi 59 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş yaralar (cəmi 64 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 23 fevral 2022-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən: Boynun sağ və sol yarısının yan səthlərinin yuxarı üçdə birinin əzələ toxumalarının, arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 5 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağ gicgah nahiyəsinin (2 ədəd), sol gicgah nahiyəsinin (2 ədəd), sağ qulaq seyvanı ətrafı və boynun sağ yan-ön səthlərinin yuxarı üçdə birini əhatə edən (11 ədəd), sol qulaq seyvanı ətrafı və boynun sol yan-ön səthlərini əhatə edən (5 ədəd), sol gözaltı nahiyənin (1 ədəd), boynun ön səthinin sol yarısının orta üçdə birinin (1 ədəd), boyun arxası nahiyənin (4 ədəd), sifətin sağ yarısında - sağ çənə cismi proyeksiyasının (4 ədəd), sifətin sol yarısında - sol çənə cismi proyeksiyasının (2 ədəd), sağ saidin aşağı üçdə birinin arxa-bayır səthində və sol əlin arxa səthini əhatə edən (9 ədəd), sol saidin aşağı üçdə birinin arxa-bayır səthində, sol əlin arxa və ovuc səthlərində (12 ədəd), sol əlin ovuc səthinin (4 ədəd), sağ əlin ovuc səthinin İİ barmağın orta falanqasının (2 ədəd) çoxsaylı deşilmiş-kəsilmiş yaraları (cəmi 59 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun arteriya və venalarının zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Seviec Cəfərovanın bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralardan başqa digər xəsarətlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (yarı oturaq, yarı uzanıqlı, uzanıqlı və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan amfetamin adlı maddə aşkar edilmişdir. Etil spirti aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsində onun hərhansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilmədi. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının 25 fevral 2022-ci il tarixli, 205 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-hər iki əlin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən 23 fevral 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasıəna səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin müayinə olunanın göstərdiyi şəraitdə törənməsi istisna olunmur. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənmələri istisna olunmur. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi kriminalistik və kriminalistik ekspertizasının 05 aprel 2022-ci il tarixli, 119/MTKŞ-2022 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və qısaqol koftanın hər birinin arxa səthinin yuxarı hissəsində çoxlu sayda və qısaqol koftanın sol qolunun arxa səthinin yuxarı hissəsində bir ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus tumanın sağ yan tikişinin üzərində bir ədəd sökülmüş zədə, büsqalterin sağ sərbəst kənarının üzərində bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir, paltarlarının həmin nahiyələrinin kəskin dartılması nəticəsində törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus retuzun, bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin və şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqsirləndirilən şəxs tanınma istintaq hərəkəti zamanı Sevinc Vəfərovanı qətlə yetirərkən istifadə etdiyi bıçağı tanımışdır. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi-bioloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 150/2022-MTBŞ nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa, beta (İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta, alt geyimi, retuz, busqalter, tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, kofta, hadisə yerindən götürülmüş 02 ədəd dəsmal və 05 ədəd çubuqlu pambıq tampon üzərində olan ləkələrdə qadın cinsinə məxsus insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 02 aprel 2022-ci il tarixli, 788 nömrəli rəyinə əsasən, məhkəmə-psixiatriya ekspertizası üzrə: Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Primitiv şəxsdə pedaqoji baxımsızlıq qeyd edilir. Hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, mühakimələrin səthi olması, maraq dairəsinin məhdudluğu, mühakimələrin səthiliyi, dünyagörüşünün aşağı olması, xarakterik xüsusiyyətlərində səthilik, sadəlövhlük, nəticəni proqnozlaşdırmadan hərəkət etmək, qıcığa qarşı həssaslıq aşkar olunmaqla primitiv şəxsdə pedaqoji baxımsızlıq müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuşdur. Hadisəni törətməzdən bilavasitə əvvəl zərərçəkmişin ona qarşı işlətdiyi ifadələrlə əlaqədar qıcığa qarşı həssaslıq əmələ gəlmişdir. Cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman ekstremal psixi vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə kriminalistik ekspertizalarının rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli xüsusilə ağır cinayətlər katiqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Xəzər rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli uzunqol kofta, bir ədəd boz rəngli alt geyimi, bir ədəd qara rəngli fınka, bir ədəd qırmızı rəngli busqalter, bir ədəd qara rəngli alt tumanı, bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli sviter, hadisə yerindən götürülmüş, üzərilərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli və bir ədəd göy rəngli dəsmallar, bir ədəd qatlanmayan tipli mətbəx bıçağı, 5 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 180 ( yüz səksən) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 18 ( on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (yüz səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər, Xəzər rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli uzunqol kofta, bir ədəd boz rəngli alt geyimi, bir ədəd qara rəngli fınka, bir ədəd qırmızı rəngli busqalter, bir ədəd qara rəngli alt tumanı, bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli sviter, hadisə yerindən götürülmüş, üzərilərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli və bir ədəd göy rəngli dəsmallar, bir ədəd qatlanmayan tipli mətbəx bıçağı, 05 (beş) ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu məhv edilsin. İş üzrə ekspertiza xərcləri 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar