Məhkəmə qərarları › İş №1(101)-1181/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1181/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1181/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs nun iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, sürücü fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa şəxsiyyəti məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib yaşadığı ünvanda və üzərində saxlamaqla daşımış, 11 avqust 2023-cü il tarixdə, saat 18:15-də Azərbaycan Respublikası DİN-nin Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilimiş əməliyyat axtarış tədbirləri zamanı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Narkotiklərlə Baş Mübarizə İdarəsinə gətirilərək xidməti otaqların birində video çəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində aparılmış şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 17,964 qram qəhvəyi rəngli tözşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 21:15-də onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1139,9 və 969,7 qram, ümumi çəkisi 2109,6 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri küstar üsulla hazırlanmış, üzərindən aşkar edilən narkotik vasitə ilə müqayisədə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə görə eyni olan narkotik vasitə heroin, 1 ədəd bağlamada təmiz çəkisi 520,5 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, eləcə də üzərində heroin və metamfetamin izləri olan 1 ədəd “Ming Heng- K1” yazı olan ağ rəngli elektron tərəzi aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, xx.xx.2023-cü il tarixində whatsapp tətbiqi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan bir şəxs vasitəsi ilə Xəzər rayonu, Qala qəsəbəsinə getmişdir. Həmin şəxsin qeyd etdiyi məkandan narkotik maddəni götürmüşdür. xx.xx.2023-cü il tarixində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq DİN BNMİ-yə aparmışlar. Üzərində narkotik maddə aşkar olunmuşdur. Sonra yaşadığı evə baxış keçirilmiş və narkotik maddənin qalan hissəsi də orada aşkarlanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddələrin çəkisini xatırlamır. İttiham aktında qeyd olunan narkotik maddələrin çəkiləri doğrudur. Həmin narkotik maddələri özünün istifadəsi üçün almışdır. Aldığı narkotik maddələrin saxlanma şəraiti barədə heç bir məlumatı olmamışdır. Həmin narkotik maddələri satmaq niyyəti olmamış və kiməsə satmamışdır. İbtidai istintaq dövründə ona hər hansı təzyiq olmamışdır. İfadəsini oxumuş və doğrudur deyə imzalamışdır. Narkotik maddə istifadə edir. Narkotik maddə istifadə etməyinə səbəb qaraciyərində olan ağrıdır. Həmin ağrıları sakitləşdirmək üçün narkotik maddə istifadə edirdi. İran İslam Respublikası vətəndaşını əvvəllər tanımırdı. Aldığı narkotik maddələri satmaq, bağışlamaq fikri olmamış, heç o barədə hər hansı qərara gəlməyinə vaxt olmamışdır. Aşkar olunan narkotik maddələrin doğruluğunu etiraf edir. İbtidai istintaq dövründə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni doğru yazdıqlarına inandığı üçün oxumamışdır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik maddələri satmaqla bağlı hər hansı ifadə verdiyini xatırlamır. Narkotik maddələri satmaq niyyəti olmamış və kiməsə satmamışdır. Ola bilsin satmaqla bağlı ifadə vermiş, amma xatırlamır və satmaq niyyəti də olmamışdır. İran İslam Respublikası vətəndaşı ilə Akif adlı tanışı vasitəsi ilə 2022-ci ilin sonlarında əlaqə qurmuşdur. Evdə aşkarlanan elektron tərəzi mətbəx üçün nəzərdə tutulmuşdur. Həmin tərəzi ilə aldığı narkotik maddənin çəkisin ölçmüşdür. Qaradağ rayonunda kirayə yaşadığı evdə bir xanımla qalmışdır. İbtidai istintaq zamanı ilk ifadəsində Peyman adlı şəxsdən narkotik vasitələri əldə edib həm özü istifadə edəcəkdi, həm də satıb qazanc əldə edəcəkdi kimi qeyd olunan ifadələr olsa da satıb qazanc əldə etmək məqsədi olmayıb. Barəsində cinayət işi başlanan andan özünü təqsirli bilmişdir. Əldə etdiyi narkotik vasitələri satıb qazanc əldə etmək məqsədi olmayıb. Xəstəliyi ilə əlaqədar ibtidai istintaq zamanı nə ifadələr verdiyini bilmir. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərindən heç nə aşkar olunmayıb və 17 qram narkotik vasitənin ona aidiyyatı yoxdur. İbtidai istintaqda yazılan ifadələrini oxumamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrində üzərindən 17 qram narkotik vasitənin aşkar olunması və əldə etdiyi narkotik vasitələri satıb qazanc əldə etmək kimi ifadə verməyi yadında deyil. Yaşadığı evdən aşkar olunan narkotik vasitələr ona məxsusdur. Büküm şəklində olan narkotik vasitələr kilo şəklində bükümlər olub. Büküm şəklində olan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Peyman adlı şəxsdən büküm formasında almışdır. Ona görə də, büküm formasında da qalıb. Narkotik vasitələri. İran İslam Respublikasının vətəndaşına narkotik vasitələri dediyi yerə qoyacağını demiş, amma dediyi etməmişdir. O, barəsində məhkəmədən ədaləti hökm çxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında pasport qeydiyyatında olsa da və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Narkotik vasitə heroini inyeksiya yolu ilə, psixotrop maddə metamfetamini isə falqada boru vasitəsi ilə qəbul edir. 2023-cü ilin fevral ayının əvvəllərində Mingəçevir şəhərində yaşayan dostu Akif adlı şəxs onun narkotik vasitə istifadə etməyini bilirmiş. Akif ona İran İslam Respublikası vətəndaşı olan və Bakı şəhərində yaşayan «Peyman» adlı şəxsin mobil telefon nömrəsini vermişdir ki, həmin şəxsdən narkotik vasitə alıb çəkər. Akif 2023-cü ilin mart ayında rəhmətə gedib. O, İran İslam Respublikası vətəndaşı olan «Peyman» adlı şəxsin mobil telefona zəng vurub onunla tanış olmuş və söhbət zamanı həmin şəxsə narkotik vasitə istifadəçi olduğunu demişdir. «Peyman» adlı şəxs ona narkotik vasitəyə nə vaxt ehtiyacı olsa ona deməyini, lakin əvvəlcədən onun kartına pulu yükləməli olduğunu bildirmiş, o, da həmin şəxsin dedikləri ilə razılaşmışdır. Bu minvalla o, «Peyman» adlı şəxsdən 2023-cü ilin fevral ayının ortalarında şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həmin şəxsdən aldığı narkotik vasitəni 2023-cü ilin mart ayının sonunadək istifadə etmişdir. O, həmin ərəfələrdə o, “Şaqman” markalı yük avtomobili idarə edirmiş və psixotrop maddə metamfetamin istifadə edərkən avtomobili rahat idarə edirmiş. Çünki həmin psixotrop maddəni istifadə edərkən yuxusuzluq yaratmır. O, «Peyman» adlı şəxsdən 3 dəfə narkotik vasitə və psixotrop maddə alıb istifadə etmişdir. «Peyman» adlı şəxs ona hər dəfə narkotik vasitə satan zaman həmin narkotik vasitənin yeri barədə işarələnmiş məkanı göndərirmiş və o, gedib narkotik vasitəni həmin məkandan götürürmüş. Narkotik vasitəni «Peyman» adlı şəxsdən almamışdan qabaq isə onun yadında qalmayan kart nömrəsinə pulu yükləmişdir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində daha sürücü işləmirdi və maddi cəhətdən də sıxıntıları yaranmışdır. Eləcə də narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin alıb istifadə etmək üçün «Peyman» adlı şəxsdən xahiş etmişdir ki, ona borca narkotik vasitə versin pulunu verəcəkdir, lakin həmin şəxs ona bildirmişdir ki, pulsuz narkotik vasitə vermir. Bundan sonra o, işləmədiyi üçün düşünmüşdür ki, dost tanışlardan borc edib «Peyman» adlı şəxsdən külli miqdarda narkotik vasitə alsın, həm özü istifadə edər, həmdəki sataraq qazanc əldə edər. Bu niyyətlə o, 10 avqust 2023-cü il tarixdə, saat 11 radələrində «Peyman» adlı şəxsə “Whatsap” proqramı vasitəsi ilə zəng vurub bildirmişdir ki, ona külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazımdır. «Peyman» adlı şəxs ona demişdir ki, pulun varsa istədiyi narkotik vasitədən təşkil edə bilər. Amma o, «Peyman» adlı şəxsə deməmişdir ki, narkotik vasitəni satmaq üçün alıram. Çünki o, hər dəfə narkotik vasitə alanda «Peyman» adlı şəxs elə bilirmiş ki, uzun müddət özü istifadə edəcəkdir. Həm də ki, həmin şəxs bu barədə ümumiyyətlə ondan söz soruşmamışdır.O, «Peyman» adlı şəxslə danışıb qurtarandan sonra telefonda onunla danışığını silirmiş. «Peyman» adlı şəxs ona bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə, gecə saat 03 radələrində narkotik vasitəni qoyduğu yerin məkanını telefonuna göndərəcək və bunun müqabilində əvvəlcədən onun kartının balansına 1500 manat yükləməlidir. O, da dost tanışların vasitəsi ilə borca aldığı 1500 manat pulu İran İslam Respublikası vətəndaşı olan «Peyman» adlı şəxsin yadında qalmayan kartının balansına yükləmişdir. Daha sonra həmin gün Sədərək Ticarət Mərkəzinə gedib narkotik vasitənin çəkisi müəyyən etmək üçün 1 ədəd elektron tərəzi almışdır. Həmin gün, yəni 10 avqust 2023-cü il tarixdə, saat 23 radələrində «Peyman» adlı şəxs onun mobil telefonuna “Whatsap” proqramı vasitəsi ilə zəng vurub bildirmişdir ki, 11 avqust 2023-cü il tarixə keçən gecə narkotik vasitənin qoyduğu yerin, məkanı telefonuna göndərəcəkdir. 11 avqust 2023-cü il tarixdə, saat 03 radələrində «Peyman» adlı şəxs onun mobil telefonuna “Whatsap” proqramı vasitəsi ilə narkotik vasitəni qoyduğu yerin məkanını göndərmiş, həmin yer Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində yerləşirdi. O, «Peyman» adlı şəxsin dediyi yerə gedib narkotik vasitəni götürmüş və kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirmişdir. Orada «Peyman» adlı şəxsin ona satdığı 1 ədəd ağ rəngli sellofan paketin içərisində narkotik vasitə və psixotrop maddəyə baxan zaman narkotik vasitə heroin 2 ədəd sellofana bükülmüşdür, psixotrop maddə metamfetamin isə 1 ədəd paketə bükülmüşdür. Narkotik vasitələri evin yataq otağındakı rəfə qoymuşdur. Səhəri gün, yəni 11 avqust 2023-cü il tarixdə saat 17:50 radələrində aldığı narkotik vasitə heroindən elektron tərəzi vasitəsi ilə 20 qram çəkib 1 ədəd büküm halında əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 18:15 radələrində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 10 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 20 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung" markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar və 10 manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşlarına Bakı şəhəri, Qaradağ rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişdirlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra evdə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bağlamada heroini, 1 ədəd bağlamada metamfetamini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumilikdə çəkisi 2 kq 180 qram, metamfetaminin çəkisi 540 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun özü, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Belə ki, aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Şahid3 ilə qeyri-rəsmi ər arvad münasibətində olmuş, Ramilənin yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamış, o, Ramiləyə yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamağını deməmişdir. Ramilənin bu barədə heç bir məlumatı olmamışdır. O, verilən suallara cavab olaraq ilkin təhqiqat zamanı polis əməkdaşları tərəfindən saxlanılan zaman çox həyacanlı olduğunu, polis əməkdaşlarına ondan aşkar edilən narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Peyman” adlı şəxsin ona 500 manat pul verəcəyini bildirdiyi halda bəlkəm cəzasının azalacağını düşünmüş və polis əməkdaşları elə başa düşərlər ki, narkotik vasitə Peyman adlı şəxsindir. Lakin sonradan düşünüb qərara gəlmişdir ki, baş vermiş hadisəni tam səmimi etiraf etsin. Hadisə hazırda ifadəsində göstərdiyi kimi baş vermişdir. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həm özü istifadə etmək üçün, həm də satmaq üçün əldə etdiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ona qarşı hansısa psixi və fiziki təsir olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində saxlanılmış və BNMİ-yə gətirilmişdir. BNMİ-də üzərinə baxış keçirilmiş və təxminən 20 qram narkotik maddə aşkarlanmışdır. Sonra həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşından aldığını və bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Kirayə yaşadığı Qaradağ rayonundakı evə baxış keçirilmiş və Təqsirləndirilən şəxs evdə olan narkotik maddələri özü təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Vüqarla birlikdə yaşamışlar. Əvvəllər Mingəçevir şəhərində yaşamışlar, lakin Təqsirləndirilən şəxs şirkətdə işlədiyindən Mingəçevir şəhərinə gec gəlmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra Bakı şəhərinə gəlmişdir. Evə yenicə daxil olmuşdur ki, qapı döyülmüş və açmışdır. Təqsirləndirilən şəxs və 4 nəfər polis əməkdaşı evə daxil olmuşlar, polis əməkdaşları evdə baxış keçirmişlər. Həmin vaxt evdə nəsə olduğunu bilməmişdir və polis əməkdaşlarının evdən nəsə aşkarladıqlarını görməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddə görməmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman onu evin həyətinə çıxarmışlar və evdə nəyin aşkarlandığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur. Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməyi barədə çox gec məlumatı olmuşdur. Əgər əvvəlcədən bu barədə bilsəydi sonuncu ilə yaşamazdı. Təqsirləndirilən şəxs ona narkotik maddənin satışı və ya alışı barədə hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları müddətdə sonuncunun narkotik maddəni hər hansı paketə yerləşdirməyini, hər hansı tərəzi ilə ölçməyini görməmişdir. Təqsirləndirilən şəxs barəsində hər hansı şəxsdən narkotik maddə satmasını və ya almasını eşitməmişdir. Təqsirləndirilən şəxs onun yanında yaşadıqları evin hər hansı bir yerinə narkotik maddə yerləşdirməyini görməmişdir. O, ifadəsi elan edildikdən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə elan edilən kimi ifadə verməmişdir. Yaşadıqları evə polis əməkdaşları baxış keçirən zaman o, evin həyətində olmuşdur. Evdə axtarışın və ya bunun nəticəsində nəyinsə aşkarlandığını görməmişdir. Onda epilepsiya xəstəliyi olduğundan və ibtidai istintaq zamanı ifadəsi alınan zaman həyəcanlı olduğundan ifadəni necə imzadığını xatırlamır. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 11 avqust 2023-cü il tarixdə, saat 18:15-də tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət etdiyini ona yaxınlaşıb xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd bükümdə kakos kimi adlanan narkotik vasitə heroindir. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon, 01 ədəd açar və 10 manat pul aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütələnin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Peyman” adlı şəxsin ona 500 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Qaradağ rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşlarının baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd açar və 10 manat nağd pul əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmin gün, 11 avqust 2023-cü il tarixdə, saat 21:15-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Evə baxış keçirilən zaman həmin evdə Təqsirləndirilən şəxsla qeyri-rəsmi ər-arvad münasibətində yaşayan Şahid3 da iştirak etmişdir. Şahid3 ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı və şikayəti olmadığını bildirmişdir. Bundan sonra evə baxış keçirilmiş və baxış zamanı evin yataq otağında Təqsirləndirilən şəxs taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bağlamada heroini, 1 ədəd bağlamada metamfetamini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumilikdə çəkisi 2 kq 180 qram, metamfetaminin çəkisi 540 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin evin digər otaqlarına baxış keçirilmiş, baxış zamanı evin otaqlarından narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdə X5 ilə ailə həyatı qurmuş, həmin nikahdan 2 oğlan övladı olmuşdur. Böyük oğlu Ayxan Məcnunov hal-hazırda həqiqi hərbi xidmətə çağırıldığından Naxçıvan MR-da N saylı hərbi hissədə xidmət edir. Kiçik oğlu Zahid isə onunla birlikdə yaşayır. 2013-cü il tarixdə o, X5 ilə aralarında olan nikahı pozub ayrılmışlar. 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtdan Vüqarla qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. O, Vüqar ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. Onu da qeyd etmişdir ki, Vüqarın narkotik vasitələrdən istifadə etdiyini bilirmiş, dəfələrlə Vüqara pul toplayıb özəl xəstəxanaların birində müalicə olunmasını demişdir. Lakin Vüqarın pulu olmadığı üçün xəstəxanaya gedib müalicə ala bilməmişdir. Vüqarın özünə məxsus “Nissan Note” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtmobillə taksi kimi fəaliyyət göstərərək pul qazanaraq onları dolandırdı. 01 avqust 2023-cü il tarixdə oğlu Zahidin dişi ağrımış, oğlu Zahidi valideynlərinin yaşadığı Mingəçevir şəhərinə aparmış, orada oğlu Zahidin dişi ağrıdığı üçün müalicə olunmuş, daha sonra o, tək Bakı şəhərinə qayıtmışdır. 10 avqust 2023-cü il tarixdə yenidən Mingəçevir şəhərinə getmişdir. Səhəri gün, 11 avqust 2023-cü il tarixdə, saat 16 radələrində Mingəçevir şəhərindən Abşeron rayonu Xırdalan şəhərinə gəlmiş, oğlu Zahidi bacısının yaşadığı evdə qoyub yaşadığı Müşfiqabad qəsəbəsinə gəlmişdir. Evə gəldikdən 20 dəqiqə sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaşadığı ünvana gəlmiş, həmin vaxt Vüqarın da onlarla birlikdə olduğunu görmüşdür. Orada ona bildirmişlər ki, yaşadıqları evdə narkotik vasitə olması ehtimal olduğundan baxış keçirəcəklər. O, da yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını polis əməkdaşlarına bildirmiş və bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları yaşadıqları evə baxış keçirtmişlər. Baxış zamanı yaşadıqları evin yataq otağında taxta konstruksiyalı dolabın içərisindən Vüqar özü 2 ədəd bağlamada heroini, 1 ədəd bağlamada metamfetamini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, daha sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitələri qablaşdırdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokola o, özü və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Bundan sonra əməkdaşları yaşadıqları evdən çıxıb getmişlər. O, suallara cavab olaraq Vüqarın narkotik vasitələrdən istifadə etməyini bildiyini, lakin Vüqarın heç bir zaman narkotik vasitəni onun yanında qəbul etmədiyini, Vüqarın yaşadığı evdə külli miqdarda narkotik vasitə gizlətməsini bilmədiyini, əgər bilsəydi buna imkan verməyəcəyini bildirmişdir. O, heç bir narkotik vasitələrdən istifadə etmədiyini, Vüqara da daim irad tuturmuş ki, narkotik vasitədən istifadə etməsin. O, Vüqarın narkotik vasitə satmasını bilməmiş və Vüqar idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərərək pul qazanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (İ cild, i.v. 4) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:20-də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18:15-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 055 ***-**-** və 050 ***-**-** simkarf nömrələri olan "Samsung” markalı mobil telefon, 1 ədəd açar və 10 manat pul aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisi 20 qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi də 1 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Peyman” adlı şəxsin ona 500 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Qaradağ rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 31-32, 59) xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Heroinə bənzər kütlənin ümumilikdə çəkisi 2 kq 180 qram, metamfetaminə bənzər kütlənin çəkisi 540 qram oldu. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildi, narkotik vasitə, qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Peyman” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Peyman” adlı şəxsin ona 500 manat pul verəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 37-38, 60) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4328 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 17,964 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ... şühəli şəxs (imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan bağlamadaki, 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1139,9 qram və 969,7 qram, ümumi təmiz çəkisi 2109,6 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 520,5 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd üzərində “Ming Heng-K1” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2127,564 qram (2kq 127,564 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (İ cild i.v. 45-49) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 62-63) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(002)-176/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:15-dən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(002)-279/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 84-88, 217-221) xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baxış zamanı video çəkilişlə çəkilmiş 02 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 17,964 qram kustar usulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 2109,6 qram kustar usulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 520,5 qram küstar usulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd “Ming Heng-K1” yazı olan ağ rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 17,594 qram və 2109,2 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin, 520,3 qram kustar usulla hazırlanmış psixotrop maddə metamfetaminin və 1 ədəd “Ming Heng- K1” yazı olan ağ rəngli elektron tərəzi Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (İ cild i.v. 89-90, 154-166) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 111-112) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild i.v. 114) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hökmü ilə CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İ cild i.v. 115-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5648 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.140-141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməli dövründə hər hansı bir pisixi xəstələk və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 143-144) Tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hepatit C xəstəliyindən əziyyət çəkir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs narkotik maddələri satmaq niyyətinin olmaması, heç kimə satmaması, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərindən heç nə aşkar olunmaması və 17 qram narkotik vasitənin ona aidiyyatının olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “evə baxış keçirilməsi və götürmə haqqında” protokol, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Digər tərəfdən, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə çox olması, narkotik vasitələrin olduğu yerdən həmçinin tərəzinin də aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həm özü istifadə etmək üçün, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı polis əməkdaşlarının evdən narkotik vasitə aşkarladıqlarını görməməsi və s. ilə bağlı qeyd etdiklərinə gəldikdə isə Şahid3 təqsirləndirilən şəxslə yaxın münasibətdə olması (qeyri-rəsmi ar-arvad münasibətdə olması) sonuncunun Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni daha inandırıcı hesab edərək həmin ifadəni sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində iki nəfər az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs nun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:20-də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18:15-də tutulmuş hesab edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(002)- 176/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:15-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(002)-279/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 17,594 qram və 2109,2 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin, 520,3 qram kustar usulla hazırlanmış psixotrop maddə metamfetaminin, 1 ədəd “Ming Heng-K1” yazı olan ağ rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış baxış zamanı video çəkilişlə çəkilmiş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 13 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 13 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 78 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 17,594 qram və 2109,2 qram narkotik vasitə heroin, 520,3 qram psixotrop maddə metamfetaminin, 1 ədəd “Ming Heng-K1” yazı olan ağ rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 78 (yetmiş səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar