Məhkəmə qərarları › İş №1(101)-1182/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1182/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1182/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və müdafiəçi – Kürdəmir rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, x xxxxxx 1960-cı ildə Yevlax rayonu, Yəldili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında müdafiəçi Sevda Bəkirova məhkəməyə vəsatət verərək bildirmişdir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və işin ərazi aididyyatı üzrə X7 Məhkəməsinə göndərilməsini, hazırki cinayət işinin X7 Məhkəməsinə aid olması məsələsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinin müddəalarına uyğun baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı cinayət işi üzrə məhkəmə hazırlıq iclasında baxılmalı olan məsəllələrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin fikirləri ilə razı olduğunu bildirdi. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə X7 Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, 2015-ci ilin aprel ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində müalicə etdirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu xx xxx 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxx 2015-ci il tarixdən xx xxxx 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasmı təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2015-ci ilin iyul ayının əvvəllərində kirayə yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu xx xxxx 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxx 2015- ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının ortalarında kirayə yaşadığı ünvan 2 ünvanmda olan Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağmı bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu xx xxxxxx 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasmı təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ilin əvvəllərində ünvan 3 mənzil 43 ünvanmda yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığım bildirdikdən sonra Təqsirləndirilən şəxs onu xx xxxxxx 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasmı təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2016-cı ilin mart ayının ortalarında ünvan 3 mənzil 43 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu xx xxxx 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxx 2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayının əvvəllərində Türkiyə Respublikasının Balıkesir şəhərində olan Zərərçəkmiş şəxs1 ilə danışaraq maddi ehtiyaclarını ödəmək üçün nəzarəti altında fahişəliklə məşğul olacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığım bildirdikdən sonra Təqsirləndirilən şəxs onu 2016-cı ilin sentyabr ayının əvvəllərindən xx xxxxxx 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhət, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələrinin dispozisiyasına görə həmin maddələrlə müəyyən olunmuş cinayət tərkibləri formal quruluşa malik olmaqla, həmin maddələr ilə müəyyən olunmuş cinayət əməli təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri (şəxsləri aldatma yolu ilə zəiflik vəziyyətindən sui- istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayəti) və yaxud hərəkətlərdən birini etdiyi andan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Mingəçevir şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Mingəçevir şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin törədildiyi yer Mingəçevir şəhəri olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə X7 Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrmin ərazi yurisdiksiyası»na əsasən Mingəçevir şəhəri X7 Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası CPM-in 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstrilən sonuncu epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni X7 Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə X7 Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə X7 Məhkməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.

Sədrlik edən: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar