Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1182/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 1-ci məhəllə ərazisində yerləşən fərdi tikili evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqınla özgənin əmlakını ələ keçirmə məqsədi ilə 10 fevral 2021-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs, əlindəki «Xiaomi» markalı, «MDG 1» (Redmi 5) modelli mobil telefonda musiqiyə qulaq asa-asa həmin yerdən keçdiyini görüb, qəflətən ona yaxınlaşaraq, yumruqla onun burun nahiyəsindən vurub, ona burun sümüyünün natamam yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaqla, 80 (səksən) manat dəyərində həmin mobil telefonunu zorla əlindən alıb, açıq talama yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadələrində göstərdi ki, o, narkotik vasitə heroindən istifadə edir. 10 fevral 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində, o, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayı ilə üzbəüz olan çayxananın yanında gəzişərək, heroin almaq üçün, haradan pul tapmağını fikirləşdiyi zaman, Zərərçəkmiş şəxs çayxananın divarına söykənib oturaraq, əlindəki mobil telefonla oynadığını görmüş və onda, həmin oğlanın əlindən telefonu alıb, sataraq, pul əldə etmək fikiri yaranmışdır. Həmin zaman o, sonradan Rəsul kimi tanıdığı cavan oğlana yaxınlaşaraq, bir dəfə yumruqla onun sifət nahiyəsindən vurmuş və onun əlindən mobil telefonu dartıb alaraq, oradan Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən uşaq baxçasına tərəf qaçmışdır. O, mobil telefonu Rəsulun əlindən alıb, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi ərazisindəki 10 nömrəli sərnişin avtobusunun sonuncu dayanacağına qaçmışdır. Orada Rəsulun əlindən aldığı mobil telefonun «Xiomi» markalı telefon olduğunu bilmişdir. Bundan sonra, o, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdə yaşayan tanışı Şahid evinə gedib, onu evdən çölə çağıraraq 15 (on beş) manat pul lazım olduğu üçün, tanış qızdan «Xiomi» markalı mobil telefonunu girov qoyub, 15 (on beş) manat borc pul götürmək istədiyini deyib Elnura telefonu göstərmişdir. Elnur da ona inanıb, mobil telefonu ondan girov götürərək, ona 15 (on beş) manat borc pul vermişdir. O da Elnurdan 15 (on beş) manat pul götürüb, evə getmişdir. 11 fevral 2021-ci il tarixdə, saat 12:00 radələrində, o, evdən çıxıb, heroin axtarmağa gedən zaman, evinin yaxınlığındakı ərazidə onun polis əməkdaşları saxlayıb Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları tərəfindən sorğu edilərkən hər şeyi olduğu kimi etiraf etmişdir. Rəsulu da həmin vaxt bölməyə dəvət etdilər. Rəsul da onu görüb tanıyaraq mobil telefonunu əlindən alan şəxsin onun olduğunu bildirdi. O da polis əməkdaşlarına, Rəsulun əlindən aldığı «Xiomi» markalı mobil telefonu Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdə yaşayan Şahid girov qoyaraq, ondan 15 (on beş) manat borc pul götürdüyünü bildirmişdir. Polislər əməkdaşları da ona Elnura zəng edib 15 (on beş) manat pul gətirib qaytararaq, mobil telefonu ondan geri götürmək istədiyini deməyi tapşırdılar. O da polis əməkdaşlarından birinin mobil telefonundan Elnurun 055- ***-**-** nömrəli mobil telefonuna zəng edərək, Elnura onun on beş manat pulunu gətirib, girov qoyduğu mobil telefonu geri götürəcəyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Elnurun evinə getmişdir. Polis əməkdaşları Elnuru Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət edərək, onun girov qoyduğu mobil telefonuda özü ilə götürməsini tapışırdılar. Elnur, etiraz etməyərək, mobil telefonu götürüb, polis bölməsinə gəldi. Bölmədə polis əməkdaşları həmin «Xiomi» markalı mobil telefonu Elnurdan götürdülər. O, zərərçəkmiş şəxslə barışıb, törətdiyi əməldən peşimandır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə onun ifadələri yerində yoxlanılarkən o, ifadələrində göstərdiyi yerləri göstərib törətdiyi əməlini də etiraf etmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunun Təqsirləndirilən şəxs əvvəllər tanımayıb. O, cinayət işinin istintaqı zamanı İslamın ona hücüm edib onun telefonunu zorla onun əlindən alan şəxs kimi tanıyır. O, 10 fevral 2021-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yanı ilə özünə məxsus «Xiomi» markalı, «MDG 1» (Redmi 5) modelli mobil telefonda musiqiyə qulaq asa-asa piyada evə getdiyi zaman Təqsirləndirilən şəxs qəflətən onun qarşısına çıxıb, bir dəfə yumruqla onun sifət nahiyəsinə vurdu. O, yumruq zərbəsini onun burnuna vurmuşdu. Onun da burnundan qan açılmışdır. O da özünü itirmişdir. İslam da onun mobil telefonunu onun əlindən dartıb alaraq, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən uşaq baxçasına tərəf qaçdı. O da qışqıraqışqıra telefonunu ver deyərək İslamın dalınca qaçmışdır, lakin əlli metr məsafə qaçdıqdan sonra ürəyində olan çatışmamazlığa görə taqətdən düşüb qaça bilməyib dayanmışdır. İslam isə qaçıb getdi. O özü isə pis vəziyyətdə, burnundan qan axa-axa, yavaş-yavaş yaşadığı evin həyətinə gəlib çatmış və onun yaşadığı bina ilə yanaşı binada yaşayan tanışı Ruslanla birlikdə tanımadığı cavan oğlan, onun burnundan qan gəldiyini və pis vəziyyətdə olduğunu görüb, ona yaxınlaşaraq yardım edib ona su vermişlər. Onlar ondan, nə baş verdiyini soruşduqda, o da onlara, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yanı ilə evə gəldiyi zaman, bir nəfər tanımadığı cavan oğlanın qəflətən ona yaxınlaşıb, yumruqla onun burnundan vuraraq, «Xiomi» markalı mobil telefonunu əlindən aldığını bildirmişdir. Bundan sonra, o, qardaşı Qoşqarın Sumqayıt şəhəri, 17-ci mikrorayondakı evlərinə getmişdir. Orada da o, ailə üzvlərinə, ona qarşı baş vermiş hadisə barədə danışmış, onlar, «103» xidmətinə zəng edərək, təcili yardım çağırmışlar, DİN-nin «102» xidmətinə zəng edərək, ona qarşı baş vermiş hadisə barədə məlumat vermişlər. Təxminən on dəqiqədən sonra, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları qardaşı Qoşqargilə gələrək, ondan şifahi ərizə-protokol və izahat alıb getdilər. Bir neçə dəqiqədən sonra isə təcili tibbi avtomobili gəlib, onu Sumqayıt şəhər TTYX-na gətirib ona tibbi yardım göstərərək evə buraxmışlar. 11 fevral 2021-ci il tarixdə, günorta radələrində, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən atası Sultanın mobil telefonuna zəng edərək ona qarşı cinayət edən şəxsin müəyyən edilərək tapıldığını bildirib onu da bölməyə dəvət etmişlər. O da atası Sultanla birlikdə bölməyə getmişdir. Bölmədə o, İslamı görüb onu tanıyaraq, 10 fevral 2021-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yanında onu yumruqla vurub, mobil telefonunu əlindən alan oğlan olduğunu bildirmişdir. Həmin oğlan da adının Təqsirləndirilən şəxs olduğunu bildirdi. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi ərazisində yaşadığı evin yaxınlığında yerləşən, Sumqayıt şəhəri, Yaşıl Dərə, 2-ci yaşayış massivi ərazisində fərdi tikili evdə yaşayan şəxs kimi təxminən 1 ildir ki, tanımış, əvvəllər İslamla aralarında yoldaşlıq münasibətləri olmuşdur. 10 fevral 2021-ci il tarixdə, saat 23:00 radələrində, tanıdığı Təqsirləndirilən şəxs kiminsə mobil telefonundan onun mobil telefonuna zəng edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi ərazisində yerləşən onun yaşadığı fərdi tikili evin yaxınlığında olduğunu, təcili 15 (on beş) manat pul lazım olduğunu bildirmiş və evinin «Xiomi» markalı mobil telefonunu girov qoyaraq, bir günlük ondan 15 (on beş) manat borc pul verməyini istəmişdir. O, İslama razılığını bildirmiş və İslam bir azdan sonra, gəlib, evinin mobil telefonunu ona girov qoyaraq, ondan 15 (on beş) manat borc pul götürəcəyini və sabah gəlib, ona 15 (on beş) manat pulu qaytararaq, həmin mobil telefonu geri götürəcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra, İslam onun yaşadığı evə gələrək, onu çölə çağırmış, çöldə ona bir ədəd «Xiomi» markalı mobil telefonu göstərərək, həmin mobil telefonun yaxın tanışı olan bir qıza məxsus olduğunu, həmin tanış qızdan bir günlük götürdüyünü bildirmiş, hətta, həmin mobil telefonun kodunuda demiş və həmin mobil telefonu ona uzadaraq, ağlaya-ağlaya, təcili 15 (on beş) manat pul verməyini xahiş etmişdir. İslam, həmin mobil telefonun evinin telefonu olduğunu bildirdiyinə görə, o, mobil telefonun onun bacısına məxsus olduğunu başa düşmüş və İslama bir günlük 15 (on beş) manat pul verib, həmin «Xiomi» markalı mobil telefonu ondan girov kimi götürmüşdür. İslam ona, sabah onun 15 (on beş) manat pulunu gətirib, özünə qaytararaq, həmin mobil telefonu geri götürəcəyini bildirmiş və çıxıb getmişdir. 11 fevral 2021-ci il tarixdə, saat 13:00 radələrində, o, yaşadığı evdə olduğu zaman, İslam kiminsə mobil telefonundan onun mobil telefonuna zəng edərək, gətirib, onun 15 (on beş) manat pulunu qaytararaq, onda saxladığı «Xiomi» markalı mobil telefonu geri götürücəyini bildirmiş, o, İslama, gəlməyini bildirmiş və həmin mobil telefonu götürüb, evdən çölə çıxmışdır. Təxminən yarım saatdan sonra, İslam yanında bir neçə nəfər mülki geyimdə olan şəxslərlə birlikdə onun yaşadığı məhəlləyə gələrək, İslamın yanında olan şəxslər özlərini Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onu bölməyə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 1- ci Polis Bölməsinə getmiş, orada ona məlum olmuşdur ki, İslam, ondan 15 (on beş) manat borc pul götürmək üçün, bir günlük girov qoyduğu «Xiomi» markalı mobil telefonu bir nəfər xəstə oğlan uşağının əlindən zorla alıb qaçmışdır. O, polis əməkdaşlarına, bu barədə məlumatı olmadığını, İslamın ona, həmin mobil telefonun evinin mobil telefonu olduğunu bildirərək, girov qoyub, ondan bir günlük 15 (on beş) manat borc pul götürdüyünü və İslamın, həmin mobil telefonu kiminsə əlindən aldığını və başqa adama məxsus olduğunu bilsə idi, götürməyəcəyini bildirmişdir. Bundan sonra, o, həmin «Xiomi» markalı mobil telefonu polis əməkdaşlarına təhvil vermiş və bununla bağlı olduğu kimi izahat vermişdir. Əgər o, İslamın, həmin mobil telefonu kiminsə əlindən zorla aldığını, cinayət yolu ilə əldə etdiyini bilsə idi, heç vaxt buna razı olmazdı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 11 fevral 2021-ci il tarixli, 178 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan burun sümüyünün natamam yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin qançırşişkinliyi kimi xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən 10 fevral 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olması müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli, 9/861 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Çin istehsalı olan «Xiaomi» markalı, «MDG1» (Redmi 5) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla, 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2021-ci il tarixli, 488 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs halhazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törədərkən, onda hər-hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 10 fevral 2021-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ələ keçirdiyi «Xiomi» markalı, « MDG 1» (Redmi 5) modelli mobil telefon maddi sübut kimi tanınıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq saxlanılması üçün onun özünə qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilən hallar araşdırılarkən müəyyən olundu ki, istintaq orqanı ittiham aktının müəyyən etdi hissəsində cinayət əməlinin predmetini təşkil edən telefon apraratının dəyərini 100 (yüz) manat kimi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında isə bunu 80 (səksən) manat kimi göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməəmtəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli, 9/861 nömrəli rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş cinayət əməlinin predmetini təşkil edən «Xiaomi» markalı, «MDG 1» (Redmi 5) modelli mobil telefon aparatının orta bazar qiyməti 80,00 (səksən) manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə, dəymiş zərərin miqdarını 80 (səksən) manat kimi qəbul edilməsini əsaslı sayır. Çünki məhkəmədə onun dəyərinin 100 (yüz) manat olmasını təsdiq edən sübut müəyyən olunmadı. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqınla özgənin əmlakını ələ keçirmə məqsədi ilə 10 fevral 2021-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Aylı Gecə» şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs əlindəki «Xiaomi» markalı, «MDG 1» (Redmi 5) modelli mobil telefonda musiqiyə qulaq asa-asa həmin yerdən keçdiyini görüb, qəflətən ona yaxınlaşaraq, yumruqla burun nahiyəsindən vurub, ona, burun sümüyünün natamam yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaqla, 80 (səksən) manat dəyərində həmin mobil telefonunu zorla əlindən alıb, açıq talama yolu ilə ələ keçirdiyinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 181.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə müəyyən olundu ki, ibtidai istintaq zamanı məhkəməəmtəəşunaslıq ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər vəkil bürosunun vəkili X5 tərəfindən 20 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat, məhkəmədə ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Qafarov Zakir Yaqub oğlu tərəfindən 15 (on beş) saat, həmin büronun vəkili Müdafiəçi2 tərəfindən 12 (on iki) saat hüquqi yardım göstərilmişdir. Bu xidmətlərinə görə Müdafiəçi1 90 (doxsan) manat, həmin büronunun vəkili Müdafiəçi2 72 (yetmiş iki) manat ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs bu məbləğləri ödəmək üçün maddi imkanının və həmin məbləğlərin tutulmasını təmin etmək üçün yönələ bilən əmlakı olması müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq özünə qaytarılmış «Xiomi» markalı, «MDG1» (Redmi 5) modelli mobil telefonun ona verilməsini və mobil telefonun onda olmasını nəzərə alınmasını əsaslı sayır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərarına gəldiyindən və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 11 fevral 2021ci il tarixdə Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması, 13 fevral 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın çəkilməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 11 fevral 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, Zərərçəkmiş şəxs ilə barışması və zərərçəkmiş şəxsin ondan şikayətinin olmaması, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdən peşiman olub həmin əməlin törədilməsi halları barəsində ətraflı ifadələr verməsi müəyyən olundu. Məhkəmə bu halları onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə-əmtəəşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat Məhkəmə Ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər vəkil bürosunun vəkili X4 göstərilmiş hüquqi yardıma görə ona ödənilməsi üçün 120 (yüz yirmi) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 oğluna ödənilməsi üçün 90 (doxsan) manat, həmin büronunun vəkili Müdafiəçi2 oğluna ödənilməsi üçün 72 (yetmiş iki) manat vəsait Azərbaycan Respublikası Vəkillər X2 və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış «Xiomi» markalı, « MDG 1» (Redmi 5) modelli mobil telefon ona verilsin və mobil telefonun onda olması nəzərə alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1182/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1182/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver