Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1182/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Təqsirləndirilən şəxs İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, tələbə (ali təhsil), subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 3, mənzil 14-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmiş, bundan başqa, qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortalarında dostu İlham adlı şəxsin Nərimanov rayonu ərazisində "Maqa" adlı şəxsə bıçaqla xəsarət yetirdikdən bir neçə gündən sonra “Maqa” adlı şəxsin dostu Zərərçəkmiş şəxs ilə aralarında olmuş telefon danışığında bir-birinin ünvanına təhqiredici ifadələr işlətmələri səbəbindən yaranmış münaqişənin davamı olaraq, istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda soyuq silah hesab edilən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş və 02 dekabr 2021-ci il tarixdə, saat 03:48də Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 23 ünvanının qarşısında üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən daxili qanaxma və daxili orqanlarının eventrasiyası (bayıra çıxması) ilə müşayiət olunan qarının ön divarının iri həcmli deşilmiş-kəsilmiş yarası və dərəcəsi təyin edilməyən sağ baldırın sıyrığından ibarət xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda soyuq silah hesab edilən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 17:00-da ünvan 1 ünvanında saxlanılan zaman üzərindən soyuq silah hesab edilən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 02 dekabr 2021-ci il tarixə keçən gecə dostu Asiman Abdullayev onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng edərək «28 May» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına çağırmışdır. Asiman ona zəng etdikdə o, həmin vaxt Masazır qəsəbəsində dostunun yaşadığı evdə olmuşdur. O, Asimanın dəvəti əsasında digər dostu Fəridlə birlikdə taksi ilə «28 May» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına getmişdir. Onlar ora çatdıqda o, Asimana zəng edib dediyi yerə çatdığını bildirmişdir. Lakin Asiman «28 May» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına deyil, «Xətai» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısında onu gözlədiyini demişdir. Bundan sonra dostu Fərid «Bolt» şirkətinə taksi sifariş etmiş və onlar birlikdə taksi ilə «Xətai» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına getmişlər. Onlar ora çatdıqda saat təxminən 04:00 radələri olmuşdur. O, orada Asimana bir neçə dəfə zəng etsə də, Asiman telefonu açmamışdır. O, həmin vaxt orada «Kia» markalı avtomobili görüb şübhələnmişdir. “Kia” markalı avtomobil sanki onları izləmişdir. Ona görə də o, taksi sürücüsünə «Çapayevə» sürməsini demişdir. Həmin vaxt Asiman və sonuncunun yanında olan, adının sonradan Rəşid olduğunu bildiyi şəxs piyada onların olduqları taksiyə yaxınlaşmışlar. Sonra Asiman taksinin arxa sol qapısını açıb Fəridin yanında əyləşmişdir. Asimanın yanında olan Rəşidə avtomobilə oturmağı dedikdə, Rəşid fit çalaraq «gəlin» demişdir. Həmin vaxt «Kia» markalı avtomobil onun olduğu taksinin qarşısında saxlayaraq onların oturduqları taksi maşınını sıxmışdır. Sonra bir avtomobil də onların yanına gələrək taksi ilə paralel dayanmışdır. Həmin vaxt o, təkləndiklərini görüb taksidən düşərək qaçmaq istəmişdir. O, taksidən düşdükdə, çoxlu sayda şəxslərin onların üzərlərinə gəldiklərini görmüşdür. Bundan sonra o, həmin şəxsləri tanımışdır. Həmin şəxslərin adları Rəşid, Orxan, Ziyad, İsmayıl, Elsevər və Xəyyam olmuşdur. Ziyadın əlində beysbol bitası, digər uşaqların əllərində isə bıçaq olmuşdur. O, həmin vaxt başa düşmüşdür ki, Asimanın vasitəsi ilə həmin şəxslər onu döymək üçün «Xətai» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına dəvət etmişlər. O, bunu gördükdə, qaçmaq qərarına gəlmiş və yaxınlıqda olan hasara dırmaşıb oradan qaçmaq istəmişdir. O, hasara çıxanda “Əli” adlı bir nəfər şəxs arxadan onun ayağından dartaraq və ona zərbə vuraraq yerə salmışdır. Sonra kimsə onu möhkəm zərbə ilə arxadan vurmuşdur. O, yerdə uzanmış vəziyyətdə olduğu zaman Ziyad əlindəki beysbol bitası ilə 1 (bir) dəfə möhkəm zərbə ilə onun başından və gözündən vurmuşdur. İsmayıl isə təpiklə yerdə onu vurmuşdur. O, artıq halsız vəziyyətdə olmuşdur. Hətta həmin vaxt onun cibində olan vəsiqəsi, 3 (üç) manat pulu və telefonu da yerə düşmüşdür. Ziyad bu vaxt ona demişdir ki, “səni indi aparıb, qulağıvı kəsəcəyik”. Sonra Ziyadgil onu «Kia» avtomobilinin yük yerinə, yəni meyit kimi “baqaja” qoyub tanımadığı yerə aparmışlar. Həmin vaxt o, özündə olmamışdır. Sonra Ziyadgil avtomobilin yük yerini açmışlar və onun üzünə su vurmuşlar. O, biraz özünə gəldikdən sonra onu avtomobilin yük yerindən düşürdüb arxa oturacağa əyləşdirmişlər. Ziyad Nardaran qəsəbəsində olduqlarını demişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Ziyadgil onu huşsuz vəziyyətdə maşının baqajına qoyaraq Nardaran qəsəbəsinə aparmışlar. Ətraf qaranlıq olmuşdur. Sonra Ziyadgil onunla kobud şəkildə danışmışlar. Bu vaxt Ziyada kimsə zəng edib demişdir ki, onu Keşlə qəsəbəsinə aparsınlar. Ziyada zəng edən şəxs Həsən adlı şəxs olmuşdur. Həsən demişdir ki, “Əlini gətirin Keşləyə”. Sonra Ziyadgil onu Nardaran qəsəbəsindən Keşlə qəsəbəsinə aparmışlar. Onlar Keşləyə gəldikdə, o, görmüşdür ki, digər uşaqlar Eminə məxsus «Mercedes» markalı avtomobillə artıq həmin yerə gəlmişlər. Orada Həsən adlı bir oğlan da olmuşdur. Lakin o, həmin vaxtadək Həsəni tanımamışdır. Həsən ondan əslən haralı olduğunu soruşmuşdur. Həsən özü əslən Füzuli rayonundan olmuşdur. O da Həsənə demişdir ki, “mən də Füzulidənəm”. Həsən onunla yerli olduğunu bildikdən sonra Ziyadgilə demişdir ki, “bu pis uşağa oxşamır, buraxın bunu getsin”. Sonra onu Xəyyam və İsmayıl Masazır qəsəbəsində onun dostunun yaşadığı evin yanına aparıb düşürtmüşlər. O, əvvəlcə dostugilə getmiş və iki gün orada qalmışdır. O, iki gündən sonra yaşadığı evə getmişdir. Həmin gündən sonra o, üzərində ov bıçağı daşımışdır. Çünki Orxanın dostları hər yerdə onu axtarmışlar. O, Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Orada baş verən qarışıqlıq nəticəsində ola bilər ki, onu təkləyən şəxslər özləri Orxanı vurmuşlar. Lakin buna baxmayaraq, o, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona bəraət verilməsini, həmin Məcəllənin 228.4-cü maddəsi ilə isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə hadisədən bir həftə əvvəl “Nərimanov” parkında tanış olmuşdur. O, həmin parkda olduğu vaxt Əli ona aqressiv baxdığından onların arasında mübahisə düşmüşdür. Sonra hadisə baş verən gün o, dostları ilə görüşərək “28 May” metro stansiyasının yaxınlığına getmiş, sonra isə onlar oradan “Xətai” metrosunun yaxınlığında yerləşən “50 qəpik” kimi adlanan kafenin yanına getmişlər. Ora Əli taksi ilə gəlmişdir. Taksi Əlini gətirdikdən sonra çıxıb getmişdir. Əli taksidən düşüb birdən-birə qaçmışdır. O, Əliyə tərəf qaçan zaman onu kimsə vurmuşdur. Nəticədə o, yerə yıxılmışdır. O, həmin vaxt onu vuran şəxsi görməmişdir. O, ayıldıqda artıq xəstəxanada olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs onu bıçaqlamasını görməmişdir. O, kimin onu bıçaqladığını bilməmişdir. O, bunu bilməsə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs yaşadığı məhəllədən tanıyır. Orxan onun dostudur. Hadisə günü onu digər dostu Namiq Hacıyev çağırmışdır. O, Namiq Hacıyevi də yaşadığı məhəllədən tanımışdır. O, Təqsirləndirilən şəxs hadisə gününə qədər tanımamışdır. Onlar hadisə günü birlikdə vaxt keçirmək, yəni çay içmək məqsədi ilə yığışmışlar və təxminən 7-8 nəfər olmuşlar. Həmin şəxslər Ziyad, Orxan, İsmayıl, o və digər adlarını bilmədiyi uşaqlar olmuşdur. Sonra uşaqlardan biri onlara Nərimanova getmələrini təklif etmiş və orada bir haqq-hesab olduğunu bildirmişdir. Onlar da birlikdə ora getmişlər. Orada onun yanında olan uşaqlar Asiman ilə görüşmüşlər. Onlar Asiman ilə görüşən zaman o, maşında olmuşdur. O, uşaqların Asiman ilə nə barədə danışdıqlarından məlumatsız olmuşdur. Bir qədər sonra həmin şəxslər Asiman ilə birlikdə qayıdıb maşına oturmuşlar. Daha sonra onlar birlikdə Xətai rayonu ərazisinə getmişlər. Orada Xəyyam onların oturduqları “KİA” markalı avtomobil ilə Təqsirləndirilən şəxs olduğu taksinin qabağını kəsmişdir. Həmin vaxt Əli taksidən düşərək dərhal qaçmağa çalışmışdır. Bundan sonra o da maşından düşərək baş verənlərə baxmışdır. Sonra o, Əlinin küncə sıxıldığını və 4-5 nəfərin Əli ilə dalaşdığını görmüşdür. Uşaqlar Əlini orada təkləmişlər. Sonra Əli yenidən qaçmağa çalışmış və bu dəfə uzağa qaçmışdır. O, Əlinin hansı istiqamətə qaçdığını görmək üçün baxdıqda, birdən Orxanın yerə yıxıldığını görmüşdür. Sonra o, digər uşaqlarla birlikdə Orxana yaxınlaşıb kömək etmişlər. Uşaqlardan kimsə Orxanı xəstəxanaya çatdırmışdır. Onun hadisə barədə başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun baş verən hadisə barədə hadisədən sonra məlumatı olmuşdur. Təqsirləndirilən şəxs onun oğludur. Bildiyinə görə baş vermiş hadisədən əvvəl Əlinin dostu İlham ilə “Maqa” adlı şəxsin arasında mübahisə olmuşdur. Həmin mübahisə zamanı “Maqa” bıçaqlanmışdır. “Maqa” bıçaqlanan zaman Əli də orada olmuşdur. Bundan sonra Əli “Maqanı” taksi ilə xəstəxanaya yola salmışdır. Bir müddətdən sonra “Maqanın” dostları onların yaşadığı məhəllədə balaca uşaqlara yaxınlaşaraq onun oğlu Əlinin harada olduğunu soruşmuşlar, habelə Əlini axtardıqlarını, Əlini tutacaqları halda qulağını kəsəcəklərini, bir sözlə, Əlinin başına “oyun” açacaqlarını deyərək qorxutmuşlar. O, bunu sonradan bilmişdir. O, Əlidən bu barədə soruşduqda, Əli həmin şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Hadisəyə gəldikdə isə onu bilir ki, hadisə günü gecə saat 03:00 radələrində Əlinin dostu Asiman Əlini çağırmışdır. Əli evə qayıdanda həmin gün demişdir ki, “Ziyadgil məni aldatdı, başımdan beysbol bitası ilə vurdular, özümü də döydülər”. Bundan sonra o, Əlini xəstəxanaya aparmışdır. Hadisədən sonra o, Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və həmin vaxt onların arasında Əlinin Orxanı bıçaqlaması məsələsi müzakirə olunmamışdır. Əksinə Orxan onunla aqressiv danışmış, o da Orxan ilə danışarkən sakit qala bilməmişdir. Orxan və Ziyadgil onun oğlu Əlini aldadıb “50” qəpik restoranının yanına aparmışlar. Buna səbəb Asimanın Əlini ora çağırması olmuşdur. Əli də ora çatan kimi onu orada döymüşlər. Bu işdə Əlinin özü zərərçəkmiş şəxs olmalı idi. Lakin Əlini təqsirləndirilən şəxs qismində cəlb etmişlər. Əli Orxanı bıçaqlamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Ehtiram oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. O, Təqsirləndirilən şəxs isə hadisə günü tanımışdır. O, Əlini ilk dəfə “Xətai” metro stansiyasının yaxınlığında hadisə baş verən gün görmüşdür. O, orta təhsillidir. Onun rəsmi iş yeri yoxdur və ona görə də o, atasının yanında, yəni maşın bazarında maşın alveri ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə, saat 02:00-03:00 radələrində Orxan ona zəng edərək maşına ehtiyac olduğunu bildirmişdir. O da Orxanla razılaşmışdır. Həmin vaxt Orxan ona uşaqlarla birlikdə “Montin” parkında olduğunu bildirmişdir. O, parkın yaxınlığında yaşadığı üçün bir neçə dəqiqədən sonra atasının maşını ilə həmin parka getmişdir. Həmin vaxt orada Xəyyam, İsmayıl, Elsevər, Ziyad, Orxan və tanımadığı başqa 2-3 nəfər şəxs olmuşdur. O, uşaqların yanına çatdıqda, Orxan «Xıdı» ləqəbi ilə tanınan Əlini tapdığını və bir qədər sonra Əli ilə görüşə gedəcəklərini deyərək ondan Əlinin olduğu yerə aparmasını xahiş etmişdir. Həmin vaxt o, parka idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı, «Kia Optima» markalı avtomobillə gəldiyindən Orxangili ora aparmağa razılıq vermişdir. Sonra onlar avtomobillərə minib Əlinin olduğu yerə getmişlər. Onlar təxminən 3 (üç) avtomobillə həmin yerə getmişlər. Gecə 03:00-03:30 radələrində onlar «Xətai» metro stansiyasının yaxınlığında yerləşən «50 qəpik» restoranının qarşısına gəlmişlər. Orada Əlinin dostu Əliyə zəng edərək onların olduqları həmin yerə çağırmışdır. Təxminən 15 dəqiqədən sonra onlar «Toyota Prius» markalı taksinin restoranın qarşısına gəldiyini görmüşlər. Sonra uşaqlardan kimsə həmin taksiyə sürücü tərəfdən yaxınlaşmışdır. O, bu vaxt kənarda dayanaraq taksiyə yaxınlaşmamışdır. Uşaqlardan kimsə taksinin salonuna baxıb görmüşdür ki, salonda sürücünün yanında Əli əyləşmiş, arxa oturacaqda isə bir nəfər başqa şəxs əyləşmişdir. Bu vaxt Əli birdən taksidən düşərək qaçmağa başlamışdır. Həmin vaxt orada olan uşaqların arasında çaxnaşma düşmüşdür. O, həmin vaxt nəyin baş verdiyini başa düşməmişdir. Belə ki, Ziyadın əlində beysbol bitası olmuş və Əlinin arxasınca qaçmağa başlamışdır. Həmin vaxt aləm bir-birinə dəymişdir. O, ora-bura baxanda birdən uşaqlardan birinin “Orxan bıçaqlandı” deyə qışqırmasını eşitmişdir. Həmin vaxt o, Əlinin harada olduğunu və nə etdiyini görməmişdir. O, Orxana yaxınlaşıb kömək etmək istəmişdir. Ona görə də o, uşaqlarla birlikdə Orxanı idarə etdiyi avtomobilə otuzduraraq xəstəxanaya aparmışdır. Bundan başqa, maşında “Maqa” adlı şəxs və Təqsirləndirilən şəxs bir dostu da əyləşmişdir. Onun sonra baş verənlərdən xəbəri olmamışdır. Lakin o, qeyd etdiyi hadisə vaxtı heç nə etməmiş, yəni heç kimə qarşı zorakılıq göstərməmişdir. O, sadəcə kənarda dayanıb hadisələri müşahidə etmişdir. O, Əlinin Orxanı bıçaqlamasını, Orxanın Əlini döyməsini, yaxud da başqa uşaqların Əlini döyməsini görməmiş, habelə qeyd edilənlərin şahidi olmamışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid3 Ehtiram oğlu onun dostlarıdır. O, 02 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində evdə olmuşdur. O, özünə çips almaq üçün həyətə düşmüşdür. Dostları adətən gecə vaxtı parkda olduğundan o da parka getmişdir. O, parka gəldikdə orada Orxanı, Rəşidi, Ziyadı, Elsevəri, İsmayılı, Xəyyamı, Namiqi, Emini, «Maqa» və «Məsi» ləqəbli şəxsləri və tanımadığı bir-iki nəfər başqa şəxsi görmüşdür. Rəşid və Emindən başqa, o, digər şəxsləri Orxana görə tanımış, Emini isə Rəşidə görə tanımışdır. O, uşaqlardan nə baş verdiyini soruşmuşdur. Uşaqlar da «Xıdı» ləqəbi ilə tanınan Əli adlı şəxslə söhbətə gedəcəklərini ona demişlər. O, Əlini şəxsən tanımamış, Əlinin yalnız «İnstagram» sosial şəbəkəsində videolarını və fotoşəkillərini izləmişdir. O, Orxanın «Xıdı» ilə münaqişədə olduğunu bilmiş, lakin münaqişənin səbəbini bilməmişdir. Bir qədər sonra Orxana kimsə zəng etmişdir. Orxan zəng edən şəxslə danışdıqdan sonra uşaqlara «28 Mall» ticarət mərkəzinin qarşısına getməyi demişdir. Uşaqlar birlikdə getməyi ona təklif etmişlər. O da buna etiraz etməmiş və Eminin idarə etdiyi avtomobilə minmişdir. Eminin avtomobilinə Orxan və Rəşid də minmişlər. Rəşidə məxsus «Kia» markalı «Optima» modelində olan avtomobili İsmayıl idarə etmiş, İsmayılın «rent a car» şirkətindən icarəyə götürdüyü «Kia» markalı «Cerato» modelində olan avtomobili isə Xəyyam idarə etmişdir. Qalan uşaqlar da Xəyyamın və İsmayılın idarə etdiyi avtomobillərə minmişlər. Onlar 3 (üç) avtomobillə «28 Mall» ticarət mərkəzinin qarşısına gəlmişlər. Saat 03:00 radələri olmuşdur. «Xıdı» görüşə taksi ilə gəlməli imiş. Onlar orada təxminən yarım saat gözlədikdən sonra Orxan kiminləsə telefonla danışmış, sonra isə Orxan uşaqlara «Xətai» metro stansiyasının yaxınlığında fəaliyyət göstərən «50 qəpik» restoranının qarşısına getməyi demişdir. Onlar da avtomobillərə minib Xətai rayonu ərazisində «Xətai» metro stansiyasının yaxınlığında fəaliyyət göstərən «50 qəpik» restoranının qarşısına gəldikdən sonra sürücülər avtomobilləri yaxınlıqdakı məhəllənin həyətində saxlamışlar. Uşaqlar avtomobillərdən düşüb söhbət etmişlər. O, Rəşidlə birlikdə su almaq üçün yaxınlıqdakı marketə getmişdir. O, marketdən su alıb uşaqların yanına qayıtdıqda bir «Toyota» markalı «Prius» modelində olan taksinin gəlib «50 qəpik» restoranının qarşısında dayandığını görmüşdür. Lakin o, buna əhəmiyyət verməmişdir. O, digər uşaqların yanına çatdıqda uşaqlar «Xıdının» taksi ilə gəldiyini deyib avtomobillərə minməyə başlamışlar. Rəşid həmin vaxt ayrılmışdır. O, isə Xəyyamın idarə etdiyi avtomobilə minmişdir. Avtomobildə hazırda xatırlamadığı iki şəxs də olmuşdur. Xəyyam avtomobili hərəkətə gətirib dönmə əməliyyatı etdikdə o, Rəşidin restoranın qarşısında dayanmış taksiyə sürücü tərəfdən yaxınlaşdığını görmüşdür. Rəşid əyilib salona baxaraq söhbət etmişdir. Həmin vaxt uşaqlar idarə etdikləri avtomobillərlə taksini əhatəyə almışlar ki, «Xıdı» taksi ilə qaça bilməsin. Xəyyam idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobili taksinin qarşısında saxlamışdır. Taksidə arxa oturacaqda Əlinin bir dostu oturmuş, lakin həmin şəxs avtomobildən düşməmişdir. «Xıdı» isə həmin vaxt əlində bıçaqla taksidən düşmüşdür. Qaranlıq olduğundan o, bıçağı təsvir edə bilməmişdir. Uşaqlar avtomobildən düşüb «Xıdını» əhatəyə almışlar. Ziyad və Orxan öndə dayanıb «Xıdını» tutmaq istəmişlər. Ziyadın əlində beysbol bitası olmuşdur. O, Orxanın əlində hər hansı bir əşyanın olduğunu görməmişdir. Orxan və Ziyad «Xıdıya» yaxınlaşmaq istədikdə, «Xıdı» əlindəki bıçağı sağa-sola istiqamətləndirmişdir ki, uşaqlar «Xıdıya» yaxın gələ bilməsinlər. Sonra «Xıdı» imkan tapıb uşaqlardan qaçmışdır. Orxan nisbətən tez qaçaraq yolun digər tərəfinə keçmiş və həmin istiqamətdə qaçan «Xıdının» qarşısına çıxıb tutmaq istədikdə, «Xıdı» əlindəki bıçaqla 1 (bir) dəfə Orxanın qarın nahiyəsinə vurmuşdur. Zərbədən Orxan yerə yıxılmışdır. «Xıdı» isə yolun digər tərəfinə, yəni hasara tərəf qaçdıqda o, «Xıdının» arxasınca qaçıb hasarın yanında sonuncunu tutmuşdur. «Xıdı» çönüb əlindəki bıçaqla onun sol çiyin nahiyəsindən 1 (bir) dəfə vurmuşdur. Həmin vaxt «Xıdının» ayağı sürüşmüş və sonuncu yerə yıxılmışdır. O, ayağı ilə «Xıdının» əlindən vurmuşdur ki, bıçaq yerə düşsün. Bıçaq da yerə düşmüşdür. Həmin vaxt uşaqlardan Ziyad, Elsevər və hazırda xatırlamadığı bir-iki nəfər onlara yaxınlaşmışlar. Ziyad və Elsevər «Xıdını» təpik və yumruqla vurmağa başlamışlar. O, həmin vaxt Orxanın yanına qayıtmışdır. Orxan yerdə olmuşdur. O, Rəşidlə köməkləşib Orxanı Rəşidə məxsus olan «Kia» markalı «Optima» modelində olan avtomobilə uzandırmışlar. Rəşid Orxanı xəstəxanaya aparmışdır. Rəşidlə uşaqlardan da kimsə getmişdir. Lakin o, kimin getdiyini xatırlamır. Rəşid Orxanı apardıqdan sonra Ziyad və Elsevər «Xıdını» Xəyyamın idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobilə əyləşdirmişlər. O, İsmayıl və Namiq isə Eminin idarə etdiyi «Mercedes» markalı avtomobilə minmişlər. O, Ziyadgilin hara getdiyini bilməmişdir. O, “Montinə” qayıtmışlar. Onlar orada təxminən 20 dəqiqə gözləyib söhbət etmişlər. O, “Montinə” gəldikdə məlum olmuşdur ki, Rəşid Orxanı xəstəxanaya apardıqda idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və uşaqlar Orxanı xəstəxanaya taksi ilə çatdırmışlar. O, Orxanın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu fikirləşib həmin xəstəxanaya getmişdir. Lakin Orxan orada olmamışdır. Onlar oradan yenidən “Montinə” qayıtmışlar. “Montində” olanda Ziyad uşaqlardan kiməsə zəng etmiş və Keşlə qəsəbəsinə gəlməyi demişdir. O, İsmayıl və Namiq Eminin idarə etdiyi avtomobillə Keşləyə getmişlər. Saat 06:00 radələri olmuşdur. O, Keşlədə Ziyadın, Elsevərin və Xəyyamın «Xıdı» ilə söhbət etdiklərini görmüşdür. Söhbət zamanı «Xıdı» Orxanı bıçaqla vurduğuna görə üzr istəmişdir. Bir az söhbət etdikdən sonra Ziyad İsmayıla və Xəyyama «Xıdını» istədiyi yerə aparmağı demişdir. «Xıdı» Masazıra getmək istədiyini demişdir. İsmayıl və Xəyyam da İsmayılın idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobillə «Xıdını» Masazıra aparmışlar. O da uşaqlarla bir az söhbət etdikdən sonra taksi sifariş edərək yaşadığı evə qayıtmışdır. Uşaqlar isə orada qalmışlar. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. Onlar Bakı şəhəri, Nərimanov rayonu, «Montin» adlanan ərazidə yaşayırlar. xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində o, Orxan və digər dostları Rəşid və Xəyyam ilə birlikdə “Montində” yerləşən «Green garden» çay evində oturub çay içərək söhbət etmişlər. Həmin vaxt kimsə Orxana zəng etmişdir. Orxan həmin şəxslə söhbət edən zaman o, başa düşmüşdür ki, Orxanın həmin şəxslə mübahisəsi var və həmin şəxs Orxanla görüşüb söhbət etmək istəmişdir. Orxan da həmin şəxslə görüşəcəyini demişdir. Orxan həmin şəxslə danışdıqdan sonra o, Orxandan bu haqda maraqlanmışdır. Orxan da təxminən 2-3 gün əvvəl «İnstagram» sosial şəbəkəsində Əli adlı şəxslə virtual mübahisə etdiyini, bir-birinə söyüş yazdıqlarını və həmin Əli adlı şəxsin məsələyə aydınlıq gətirmək üçün Orxanla görüşmək istədiyini bildirmişdir. Orxanın sözlərinə görə Əli Orxana zəng edib görüş yeri təyin etmişdir. Orxan görüşə birlikdə getməyi ondan xahiş etmişdir. O, Rəşid və Xəyyam buna etiraz etməmişlər. Onlar saat 23:00-dək çay evində oturub söhbət etmişlər, sonra isə oranı tərk edərək birlikdə yaşadıqları məhəlləyə gəlmişlər. Sonra onlar təxminən bir saat yarım məhəllədə dayanıb söhbət etmişlər. 02 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Əli Orxanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək Orxanı «28 Mall» ticarət mərkəzinin qarşısına çağırmışdır. O, xx.xx.2021-ci il tarixdə «Elmlər Akaedmiyası» metro stansiyasının yaxınlığında fəaliyyət göstərən «rent a car» şirkətindən 2 (iki) günlük sürmək üçün «Kia» markalı «Cerato» modelində olan **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Onlar Əli ilə görüşə getdikdə, o, Xəyyam və Orxan ilə birlikdə həmin avtomobilə əyləşmişdir. Belə ki, Rəşid atasına məxsus olan «Kia» markalı «Optima» modelində olan, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili idarə etməyi ondan xahiş etmişdir. O da buna etiraz etməyərək Rəşidin avtomobilinə sükan arxasına əyləşmişdir. Onun icarəyə götürdüyü avtomobili isə Xəyyam idarə etmişdir. Onlar 2 (iki) avtomobillə «28 Mall» ticarət mərkəzinin qarşısına gəlmişlər. Saat 02:00 radələri olmuşdur. Onlar ora çatdıqda Orxan Əliyə zəng edib «28 Mall» ticarət mərkəzinin qarşısında olduğunu bildirmişdir. Əli Orxana gözləməyi demişdir. Onlar təxminən 1 (bir) saat Əlini «28 Mall» ticarət mərkəzinin qarşısında gözləmişlər. Saat 03:00 radələrində Əli Orxana zəng edib Xətai rayonu ərazisində yerləşən «50 qəpik» kafesinin qarşısına gəlməyi demişdir. Bundan sonra onlar dördü birlikdə həmin kafenin qarşısına getmişlər. Saat təxminən 03:20 olmuşdur. Təxminən 15 dəqiqədən sonra Əli taksi ilə «50 qəpik» kafesinin qarşısına gəlmişdir. Həmin vaxt onlar kafenin yaxınlığında avtomobillərdə oturmuşlar və Əlinin taksi ilə gəldiyini görmüşlər. Əli Orxana zəng edib «50 qəpik» kafesinin qarşısında olduğunu bildirmişdir. Orxan «Kia» markalı «Cerato» modelində olan avtomobildən düşərək Rəşidin avtomobilinə yaxınlaşıb arxa salondan 1 (bir) ədəd beysbol taxtasını götürüb Əliyə tərəf qaçmışdır. Həmin vaxt o, Nərimanovdan Orxanın dostları olan Fikrət və Samirin də görüşə gəldiklərini görmüşdür. O, Fikrətlə Samirin görüşə gələcəyini əvvəlcədən bilməmişdir. O və Xəyyam avtomobilləri yolun ortasında saxladıqları üçün avtomobillərin yerlərini dəyişmək istəmişlər. Bu səbəbdən onlar dərhal Orxanın arxasınca gedə bilməmişlər. Orxan Əliyə çatdıqda, Əli qəflətən əlindəki bıçaqla 1 (bir) dəfə Orxanın qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Zərbədən Orxan yerə yıxılmışdır. O bunu görüb Orxanın yanına qaçmışdır. Samir və Fikrət isə Əli ilə dalaşmağa başlamışlar. O, Orxanın yaralandığını görüb sonuncunu Rəşid və ətrafdan gələn tanımadığı uşaqların köməyi ilə Rəşidin atasına məxsus «Kia» markalı «Optima» modelində olan avtomobilə əyləşdirmişlər. O, Rəşidə Orxanı yaxınlıqda olan xəstəxanaların birinə çatdırmağı demişdir. Xəyyam Rəşidin avtomobilini sürüb Orxanın yanına gətirmişdir. Rəşid Orxanı aparandan sonra o, Fikrət və Samir Əlini idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobilə otuzdurmuşlar. Həmin vaxt o, Əlinin baş nahiyəsində xəsarətlər görmüşdür. Əlinin başı qan içində olmuşdur. Onlar Əlini avtomobilə əyləşdirəndə o, 2 (iki) dəfə yumruqla Əlinin bel nahiyəsinə zərbə endirmişdir. Avtomobildə sükan arxasında o, əyləşmiş, Xəyyam isə onun yanında əyləşmişdir. Samir, Fikrət və Əli isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Onlar Keşlə qəsəbəsinə yola düşmüşlər. Yolda, yəni Heydər Əliyev prospektində «Saatın» yanında o, Xəyyamı düşürtmüşdür ki, sonuncu yaşadığı evə getsin. Belə ki, Xəyyam ailəlidir və üç uşaq atasıdır. O, istəməmişdir ki, Xəyyamın problemi olsun. O, Xəyyamı düşürdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin girəcəyinə getmişlər. Sonra onlar dördü birlikdə avtomobildən düşüb söhbət etmişlər. X25 söydüyünə görə vurduğunu bildirmişdir. Onlar orada təxminən 1 (bir) saat dayanıb söhbət etmişlər. Səhər saat 08:00 radələrində Əli Masazıra aparmağı ondan xahiş etmişdir. Fikrət və Samir isə ayrılıb getmişlər. Əli avtomobilin arxa oturacağına əyləşib yatmışdır. Sonra o, Əlini Masazır qəsəbəsinə aparıb düşürtmüşdür. O, Əlini düşürdüb qayıtdıqda yolda arxa oturacağın üzərində 1 (bir) ədəd bıçaq görmüşdür. Həmin bıçağın üzərində qan ləkələri olmuşdur. Həmin vaxt o, başa düşmüşdür ki, həmin bıçaq Əliyə məxsus olmuş və həmin bıçaqla Əli Orxana xəsarət yetirmişdir. Sonra o, həmin bıçağı götürüb cibinə qoymuşdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs tanışı Ziyada görə tanımışdır. Orxan Ziyadın dostudur. O, Orxanı təxminən 7-8 aydır ki, tanıyır. O, İsmayılı da Ziyada görə tanımışdır. xx.xx.2021 -ci il tarixdə, saat 20:00 radələrində o, Orxan, Ziyad və İsmayılla birlikdə “Montində” yerləşən «Odeo» çay evində oturub çay içərək söhbət etmişlər. Həmin gün o, İsmayıldan sürmək üçün «Kia» markalı «Cerato» modelində olan avtomobili götürmüşdür. Həmin avtomobili İsmayıl «rent a car» şirkətindən 2 (iki) günlük icarəyə götürmüşdür. O, İsmayıla əlavə olaraq 100 manat pul vermişdir ki, avtomobil bir gün onda qalsın. O, həmin avtomobillə ailəsini qayınatasıgilə aparmalı imiş. O, «Odeo» çay evindən çıxıb ailəsini Badamdar qəsəbəsində yaşayan qayınatasıgilə aparmışdır. O, qayınatasıgildə olan zaman Ziyad saat 22:00 radələrində ona zəng edərək təcili olaraq “Montinə” çağırmışdır. O da idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobillə “Montin” parkında yerləşən «Green park» çay evinə gəlmişdir. O, çay evinə gəldikdə, orada Orxan, İsmayıl, Ziyad və tanımadığı iki şəxs olmuşdur. Sonra o, Orxangilnən oturmuşdur. Bir neçə dəqiqədən sonra Əli adlı şəxs səhv etmirsə ya Ziyada, ya da ki, Orxana zəng etmişdir. O, Əli adlı şəxsi sadəcə «Xıdı» kimi tanımış və onun sonuncu ilə tanışlığı olmamışdır. X24 «28 Mall» ticarət mərkəzinin qarşısına çağırdığını bildirmişdir. O, Orxan, İsmayıl, Ziyad və Ziyadın tanımadığı iki dostu ilə birlikdə «28 Mall» ticarət mərkəzinin qarşısına getmişlər. Onlar həmin yerə iki avtomobillə getmişlər. O, «Kia» markalı «Cerato» modelində olan avtomobili idarə etmişdir. Avtomobildə onun yanında Ziyad və adını bilmədiyi Ziyadın dostu olmuşdur. Həmin şəxsin başında «beysbolka» adlanan papaq olmuşdur. «Merecedes» markalı «C» klass modelində olan avtomobildə isə Orxan, İsmayıl və Ziyadın Emin adlı dostu əyləşmişdir. Emin avtomobili idarə etmişdir. Onlar «28 Mall» ticarət mərkəzinin qarşısına gəldikdə saat 02:00 radələri olmuşdur. Onlar ticarət mərkəzinə çatdıqda o, orada Rəşidi görmüşdür. Rəşid ora idarə etdiyi «Kia» markalı «Optima» modelində olan avtomobillə gəlmişdir. Rəşidin yanında tanımadığı bir oğlan da olmuşdur. Onlar orada təxminən yarım saat Əlini gözləmişlər. Sonra Orxan uşaqlara Xətai rayonu ərazisində yerləşən «50 qəpik» kafesinə getməyi demişdir. Əli taksi ilə Masazırdan ora gəlməli imiş. Onlar üç avtomobillə Xətai rayonu ərazisində yerləşən «50 qəpik» kafesinin yaxınlığına getmişlər. Orxan avtomobilləri kafenin ətrafında ayrı-ayrı yerlərdə saxlamağı demişdir. O, idarə etdiyi «Kia» markalı «Cerato» modelində olan avtomobili «50 qəpik» kafesindən bir az aralıda saxlamışdır. Onlar ora çatdıqdan bir neçə dəqiqədən sonra Əli taksi ilə «50 qəpik» kafesinin qarşısına gəlmişdir. Həmin vaxt Rəşid taksiyə yaxınlaşıb arxa oturacaqda əyləşmiş Əliyə açıq vəziyyətdə olan avtomobilin şüşəsindən nəsə demişdir. Əli həmin vaxt digər tərəfdən taksidən düşüb qaçmışdır. Həmin vaxt Orxan əlində bıçaqla Əlinin arxasınca qaçmışdır. Rəşid də Əlinin arxasınca qaçmışdır. Orxan Əliyə çatdıqda, Əli dayanmışdır. Orxan Əlini tutmaq istədikdə, Əli əlindəki bıçaqla 1 (bir) dəfə Orxanın qarın nahiyəsinə zərbə vurmuşdur. Əli Orxanı vuran kimi yolun digər tərəfinə qaçmışdır. Həmin vaxt Emin idarə etdiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes» markalı avtomobillə Əlini ayağından vurmuşdur. Zərbədən Əli yerə yıxılmışdır. Əli yerdə uzanmış vəziyyətdə olduğu vaxt Ziyad və Ziyadın yanında olan beysbolka gəzdirən oğlan və uca boylu oğlan Əlini yerdə təpiklərlə vurmuşlar. İsmayıl və Rəşid isə Orxana kömək etmişlər. X19 avtomobilinə əyləşdirəndən sonra Rəşid Orxanı xəstəxanaya aparmışdır. Həmin vaxt o, «Kia» markalı «Cerato» modelində olan avtomobildə oturmuşdur. Ziyad və yanında olan beysbolkalı oğlan Əlini onun idarə etdiyi avtomobilə əyləşdirmişlər. Ziyad Kürdəxanı yoluna sürməyi demişdir. O, İsmayıla sükan arxasına keçməyi təklif etsə də, İsmayıl Orxanın halını gördükdən sonra avtomobili idarə edə bilməyəcəyini bildirmişdir. İsmayıl Eminin idarə etdiyi «Mrecedes» markalı avtomobilə əyləşmişdir. O, avtomobili sürüb getmişdir. O, yolda İsmayıla zəng edib harada olduğunu soruşmuş, İsmayıl da Keşlə qəsəbəsinə gəlməyi ona demişdir. Yolda olan zaman Ziyad Əlidən nə üçün Orxanı bıçaqla vurduğunu soruşmuşdur. Əli də Orxanın telefonda Əlinin anasını söydüyündən Orxanı vurduğunu demişdir. Onlar Keşləyə gəldikdən sonra Ziyad, Əli və beysbolkalı oğlan avtomobildən düşüb Eminin və İsmayılın əyləşdikləri «Mercedes» markalı avtomobilə oturmuşlar və orada söhbət etmişlər. O, «Kia» markalı avtomobildə qalmışdır. Təxminən 15 dəqiqədən sonra İsmayıl «Mercedes» markalı avtomobildən düşüb onun yanına gəlmiş və uşaqların barışdıqlarını bildirmişdir. Saat artıq 07:00 radələri olmuşdur. Sonra Əli də uşaqlarnan barışdığını və artıq qardaş olduğunu bildirmişdir. X20 Masazır qəsəbəsinə aparmağı demişdir. Sonra İsmayıl sükan arxasına keçmiş, o da ön oturacaqda İsmayılın yanında oturmuşdur. Əli isə arxada oturmuşdur. Onlar Masazır qəsəbəsinə gəldikdən sonra Əlini düşürdüb Nərimanova qayıtmışlar. «Nəriman Nərimanov» metro stansiyasının yaxınlığında İsmayılın idarə etdiyi avtomobil sönmüşdür. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onları orada saxlamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 04:10 radələrində “X21” xəstəxanasından növbətçi həkim Xətai RPİ-nin 37-ci PŞ-nə zəng edərək “Xətai” metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs qarın nahiyəsinə daxilə nüfuz edən xəsarət alması ilə əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 9-14) görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanının qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 20-24) görünür ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etdiyi 1 (bir) ədəd bıçağı polis əməkdaşlarına təqdim edərək həmin bıçağı 02 dekabr 2021-ci il tarixdə, səhər saat 08:00 radələrində idarə etdiyi avtomobilin arxa oturacağının üzərində aşkar etdiyini və həmin bıçağın Əli adlı şəxsə məxsus olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 39-42) görünür ki, 1 (bir) ədəd cırılmış vəziyyətdə olan, üzərində qanabənzər ləkələr olan mayka polis əməkdaşlarına təqdim edilmiş və həmin maykanın Zərərçəkmiş şəxs üzərindən kəsilərək götürüldüyü bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/2011 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-130) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 1229 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 125-126) görünür ki, Şahid4 sol bazunun kəsilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik alətin təsirindən törənmişdir, bıçağın kəsici kənarının təsirindən törənə bilər, müddəti qərarda göstərilmiş xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 79) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 1227 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 122-124) görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma və daxili orqanlarının eventrasiyası (bayıra çıxması) ilə müşayiət olunan qarının ön divarının iri həcmli deşilmiş-kəsilmiş yarası, sağ əlin ovuc səthinin cərrahi işlənmiş yarası və sağ baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən daxili qanaxma və daxili orqanlarının eventrasiyası ilə müşayiət olunan qarının ön divarının iri həcmli deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Sağ baldırın sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə daxili qanaxma və daxili orqanlarının eventrasiyası ilə müşayiət olunan qarının ön divarının iri həcmli deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sağ baldırın sıyrığı sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Sağ əlin ovuc səthinin cərrahi işlənmiş yarası şəxsə göstərilmiş ilkin tibbi yardım haqqında tibbi sənəd ekspertizaya təqdim edildikdən sonra - həmin xəsarətin xarakteri, müddəti, yetirilmə aləti, eləcə də ağırlıq dərəcəsi haqqında konkret fikir söyləmək olar. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21/725R nömrəli rəyindən (cild 1, iş vərəqə 85-88) görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd tampon və 1 (bir) ədəd maykanın üzərində olan qanabənzər ləkələr insan qanıdır. Bıçağın tiyəsi üzərindən 1 (bir) ədəd tampon vasitəsilə götürülmüş qan nümunəsi, həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd maykanın üzərində olan qan nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Bıçağın tiyəsi üzərində olan qanabənzər ləkələrdən digər 1 (bir) ədəd tampon vasitəsilə götürülmüş nümunə deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 134) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, habelə sonuncu ilə barışdığını, nəticədə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-ni 37-ci Polis şöbəsinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 162) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəlləinin 126.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 163- 164) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 176-178) görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısını göstərərək 02 dekabr 2021-ci il tarixdə, saat 04:00 radələrində üzərində gəzdirdiyi bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 185-186) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 199) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində saxlanılan zaman onun üzərindən 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 214-215) görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı göz ətrafı nahiyələrdən xəsarətlər almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/247 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 50-51) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 200 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 243-245) görünür ki, Təqsirləndirilən şəxs başın təpə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası və sağ almacıq nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixdə törənə bilər, dərəcəsinə görə başın təpə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ almacıq nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2022-ci il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 2, iş vərəqə 26) görünür ki, elektron daşıyıcıya baxış keçirilərkən həmin daşıyıcıda 4 (dörd) hissəyə bölünmüş videogörüntü olduğu, videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və sonuncunun atası Şahid6la telefon danışığı qeydə alınmış, telefon danışığı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 T145/2022 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 53-55) görünür ki, Təqsirləndirilən şəxs başın təpə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası və sağ almacıq nahiyəsinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2021-ci ilə uyğun gələ bilər, dərəcəsinə görə başın təpə nahiyəsinin sağ yan səthinin əzilmiş yarası sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ almacıq nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 60-78) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 221.3, 126.2.4, və 131.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, X10 və digər şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 221.2.1 və 221.3-cü maddələrinin tərkibləri olduğundan həmin şəxslərin barəsində qeyd edilən maddələrlə ayrıca icraata cinayət işinin ayrılması, 2 (iki) ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, DİN-in NHİX-dən əldə olunmuş 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, X10 istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 may 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 83-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 187) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, habelə sonuncu ilə barışdığını, nəticədə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə nisbətdə və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ədavət olmuşdur. Bu ədavətə səbəb - Təqsirləndirilən şəxs İlham adlı dostunun Zərərçəkmiş şəxs dostu “Maqa” ləqəbli şəxsə bıçaqla xəsarət yetirməsi və bıçaqlanma hadisəsindən sonra “Maqa” ləqəbli şəxsin, sonuncunun tanışlarının, o cümlədən Zərərçəkmiş şəxs bu məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs ilə “haqq-hesab” etməyə yönəlmiş qanunsuz və fəal hərəkətlərində ifadə olunmuşdur. Məsələ ondan ibarətdir ki, “Maqa” ləqəbli şəxs bıçaqlandıqdan sonra sonuncunun dostu olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı kin saxlayaraq baş vermiş bıçaqlanma hadisəsini aydınlaşdırmaq və Təqsirləndirilən şəxs cəzalandırmaq istəmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla telefonla danışan zaman onların arasında sözlü mübahisə yaranmış və həmin vaxt onlar bir-birilərini söymüşlər. Nəticədə onların arasındaki mübahisə daha da qızışmışdır. Məhz buna görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həqiqətən də cəzalandırmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs 02 dekabr 2021-ci il tarixdə bir neçə dostu ilə yığışaraq Təqsirləndirilən şəxsla görüşüb sonuncu ilə arasında əvvəlcədən yaranmış, sonradan isə daha da kəskinləşmiş məsələni həll etmək istəmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Ehtiram oğlu Zərərçəkmiş şəxs onun dostu olduğunu, xx.xx.2021-ci il tarixdə, saat 02:00-03:00 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək maşına ehtiyac olduğunu, onun Orxanla razılaşaraq sonuncunun olduğu yerə getdiyini, həmin yerə getdikdə orada Xəyyam, İsmayıl, Elsevər, Ziyad, Orxan və tanımadığı başqa 2-3 nəfər şəxsin olduğunu, eləcə də Zərərçəkmiş şəxs «Xıdı» ləqəbi ilə tanınan Əlini tapdığını və bir qədər sonra Əli ilə görüşə gedəcəklərini dediyini bildirmişdir. Bu isə o deməkdir ki, cinayət hadisəsi faktiki olaraq Zərərçəkmiş şəxs təşəbbüsü ilə baş vermişdir. Yəni Zərərçəkmiş şəxs əvvəlcədən dostları ilə razılaşaraq Təqsirləndirilən şəxs görüşə çağırıb sonuncu üçün gözlənilməz halda haqq-hesab etmək niyyətində olmuşdur. Lakin maraqlı məqam ondan ibarətdir ki, Zərərçəkmiş şəxs və digər şəxslər Təqsirləndirilən şəxs onların hiyləsini başa düşüb dəvət edilmiş yerə gəlməyəcəyini bildiklərindən Təqsirləndirilən şəxs təkləmək məqsədi ilə sonuncunun dostu olan Asiman adlı şəxsin “köməyindən” istifadə etmişlər. Belə ki, 02 dekabr 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs öz dostları Şahid3 Ehtiram oğlu, X16, Şahid1, Şahid5, Şahid2, Şahid4 ilə görüşüb Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaxın dostlarından biri olan X2 yanına getmişlər. Həmin vaxt X1 rayonu ərazisində yerləşən parkda olmuşdur. Orxangil həmin parka çatdıqda Asiman Abdullayevə yaxınlaşaraq sonuncudan Təqsirləndirilən şəxs zəng edib sonuncunu onların dediyi yerə çağırmasını tələb etmişlər. Asiman Abdullayev isə əvvəlcə onların dediyi ilə razılaşmamış və Təqsirləndirilən şəxs zəng etməmişdir. Lakin bundan sonra Zərərçəkmiş şəxs və dostları Asiman Abdullayevə zorakılıq etməyə başlamışlar və nəticədə Asiman Orxangildən qorxaraq dostu Təqsirləndirilən şəxs zəng edərək “28 May” metro stansiyasının yaxınlığında yerləşən “50 qəpik” restoranının yanına çağırmışdır. Təqsirləndirilən şəxs da X3 inanaraq sonuncu ilə razılaşmış və həmin vaxt Masazır qəsəbəsində evində qaldığı dostu Fəridlə birlikdə taksi ilə Asiman Abdullayevin dediyi yerə gəlmişdir. Təqsirləndirilən şəxs X2 dediyi yerə çatdıqda, Asimana zəng edərək harada olduğunu soruşmuş, Asiman da ona “28 May” metro stansiyasının yaxınlığındakı deyil, əksinə “Xətai metro stansiyasının yaxınlığında yerləşən “50 qəpik” restoranının qarşısına gəlməyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən dostu Fəridlə birlikdə taksi ilə “Xətai” metro stansiyasının yaxınlığına getmişdir. Təqsirləndirilən şəxs dostu Fəridlə birlikdə həmin yerə çatdıqda, Təqsirləndirilən şəxs “Kia” markalı avtomobilin onları izləməsini görüb şübhələnmişdir. Həmin vaxt X18 Məmmədzadə ilə birlikdə Təqsirləndirilən şəxs olduğu taksiyə yaxınlaşaraq cəld şəkildə arxa qapını açıb taksiyə oturmuşdur. Həmin vaxt Fərid və Asiman arxa oturacaqda, Təqsirləndirilən şəxs isə qabaq oturacaqda, yəni taksi sürücüsünün yanında əyləşmişdir. Birdən “Kia Cerato” markalı avtomobil onların olduğu taksinin qarşısını kəsmiş, eləcə də digər bir avtomobil də Təqsirləndirilən şəxs olduğu taksinin yanında saxlamışdır. Bunu görən Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən qorxmuş və təkləndiyini başa düşərək oturduğu taksidən düşüb qaçmağa başlamışdır. Lakin Ziyad, Orxan və digərləri onu təqib etməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı bir silahın və ya silah qismində istifadə edilə bilən əşyanın olub-olmamasını məhkəmə istintaqında müəyyən etmək mümkün olmadı. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dostları olan Fərid və Asiman da yaranmış vəziyyətdən qorxaraq həmin vaxt oradan qaçıb getməklə Təqsirləndirilən şəxs hadisə yerində tək qoymuşlar. Təqsirləndirilən şəxs onu təqib edən şəxslərin əlindən qaçmaq istəyərkən Zərərçəkmiş şəxs onun qarşısını birdən kəsmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən çəkinərək bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirib oradan qaçmağa çalışmışdır. İş üzrə ən maraqlı məsələ ondan ibarətdir ki, məhkəmə istintaqında dindirilmiş şəxslərin heç biri, o cümlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsini görmədiklərini bildirmişlər. Cinayət işinin materiallarında da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini birbaşa göstərə biləcək heç bir sübut yoxdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinə dəlalət edən iki əsas dəlil var. Birinci dəlil odur ki, ibtidai istintaq zamanı 16 fevral 2022-ci il tarixdə ifadənin yerində yoxlanılması barədə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısını göstərərək 02 dekabr 2021-ci il tarixdə, saat 04:00 radələrində bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, başqa sözlə, cinayətin törədildiyi yeri, şəraiti, törətdiyi əməlin üsulunu və mexanizmini hadisə yerində əyani şəkildə göstərmişdir. İkinci dəlil isə odur ki, cinayət işinin ibtidai istintaqı aparılan zaman Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs atasının təşəbbüsü ilə aparılan telefon danışığı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. Məhz bu iki dəlili nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1 (bir) dəfə bıçaqla xəsarət yetirmiş, lakin Təqsirləndirilən şəxs faktiki olaraq bu cinayətin təşəbbüskarı olmamışdır. Əslində baş vermiş hadisənin təşəbbüskarı və səbəbkarı məhz Zərərçəkmiş şəxs özü olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hadisə günü iki dəfə müxtəlif yerə çağırılmasının, Təqsirləndirilən şəxs lazımı yerə gəlməsi məqsədi ilə sonuncunun dostu Asimanın “köməyindən” istifadə edilməsi, Təqsirləndirilən şəxs hadisə yerinə gələn kimi ona qarşı aqressivlik və zorakılıq edilməsinin birbaşa səbəbkarı Zərərçəkmiş şəxs olmuşdur. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs və sonuncunun dostlarının qanunsuz hərəkətlərinin təsiri altında Zərərçəkmiş şəxs 1 (bir) dəfə qarın nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayəti zərərçəkmiş şəxsin və sonuncunun dostlarının qanunazidd hərəkətlərindən yaxa qurtarmaq məqsədilə törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra sonuncunun dostu Məmmədzadə X13 Abdullayevin yerə yıxıldığını görüb sonuncunun yanına gələrək digərlərinin köməkliyi ilə idarə etdiyi “Kia Cerato” markalı avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs hasara dırmaşıb qaçmaq istədikdə, Şahid4 onun ayağından tutub dartaraq yerə salmışdır. Bundan sonra Orxanın dostları Təqsirləndirilən şəxs döyməyə başlamışlar. Bundan sonra Ziyad Paşayev, Şahid1 və digərləri Təqsirləndirilən şəxs “Kia Cerato” markalı avtomobilin yük yerinə, yəni baqajına qoyaraq sonuncunu Nardaran qəsəbəsinə aparmışlar. Onlar Nardaran qəsəbəsinə çatdıqda, Ziyad Paşayev və digərləri Təqsirləndirilən şəxs avtomobilin yük yerindən düşürdərək üzünə su vurmuşlar və bundan sonra avtomobilin arxa oturacağında otuzdurmuşdular. Onlar orada bir qədər qaldıqdan sonra Təqsirləndirilən şəxs Keşlə qəsəbəsinə, oradan isə dostunun yaşadığı Masazır qəsəbəsində yaşadığı evin yaxınlğına aparıb düşürtmüşlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun və dostlarının (Zərərçəkmiş şəxs) ona qarşı sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərin təsiri altında və nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə istintaqında zərərçəkmiş şəxs bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən, yəni yenidən Zərərçəkmiş şəxs və sonuncunun dostları tərəfindən təklənib döyüləcəyindən, başqa sözlə, ondan intiqam alınacağından ehtiyat edərək, eləcə də baş verə biləcək hər bir təhlükəli hadisəyə hazır olmaq məqsədilə qanunsuz olaraq soyuq silah qismində 1 (bir) ədəd bıçaq alıb üzərində gəzdirmiş və iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxt həmin bıçaq onun üzərindən aşkar edilərək maddi sübut qismində götürülmüşdür. Beləliklə də, Təqsirləndirilən şəxs, həmçinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini də törətmişdir. Göstərilən halları məhəkəmə məcmu halda təhlil edib bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, həmçinin bu hadisədən sonra qanunsuz olaraq soyuq silah qismində 1 (bir) ədəd bıçaq alıb üzərində gəzdirməklə Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, eləcə də bu əməllərə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Başqa sözlə, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 228.4-cü maddəsi) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri üzrə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan və tələbə olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin və sonuncunun dostlarının qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, atasının ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onun təqsirli bilindiyi həmin Məcəllənin 126.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin və sonuncunun dostlarının qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, bundan başqa, onun tələbə olmasını və atasının ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini, hal-hazırda azadlıqdan məhrum edilməsinin təhsil almasının dayandırılmasına, bu halın isə gələcəkdə onun cəmiyyət üçün yararlı fərd olmasına maneələr yarada biləcəyini, eyni zamanda Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Belə ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 2 (iki) ədəd bıçaq məhv edilməli, 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 2 (iki) ədəd bıçaq məhv edilsin, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1182/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1182/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver