Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1182/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Babək rayonu, Sirab kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metanfetamin əldə edərək həmin maddənin bir hissəsini idarə etdiyi “Volvo” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəfində yerləşən yük yerində, digər hissəsini isə üzərində saxlamaqla daşımış, 01 iyul 2023-cü il tarixdə saat 04:00-dəqiqədə Azərbaycan Respublikası DİN-nin Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilimiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında saxlanılaraq Narkotiklərlə Baş Mübarizə İdarəsinə gətirilərək xidməti otaqların birində video çəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,181 qram olan psixotrop maddə-metamfetamin, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 06:11-də idarə etdiyi “Volvo” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəfində yerləşən yük yerində dəmir qaz sobasının içərisində saxladığı üç ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 742,7 qram, 754,2 qram, 731,4 qram ümumi təmiz çəkisi 2228,3 qram olan ağ rəngli, kristal şəkilli kütlələri, üzərindən aşkar edilən psixotrop maddə ilə müqayisədə kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2241,481 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, təxminən dörd ildir VOLVO markalı, 75-BX- 398 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sirab zavodunda hazırlanmış Sirab sularını İran İslam Respublikası yolu ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gətirir. Ayın 30-u gecə saat 10-11-in yarısı “meyvəli”də Gömrük Komitəsinin qabağında, DYP-nin postunun yaxınlığında maşında yatarkən əməliyyatçılar gəlmiş və maşını töküb dağıtmışlar. Maşında heç nə tapa bilməyərək ona bölməyə aparmışlar. Bölmədə rəis ondan 30000 pul istəmiş, “30000 ver səhər çıx get” demişdir. O da cavabında “bu şey məndə olmayıb, nəyə görə verməliyəm” demiş, ondan sonra narkotiki maşına qoyaraq çəkiliş etmişlər. Üzərinə şəxsi axtarış maşının içərisində keçirilmiş, videoçəkiliş isə idarədə aparılmış, videoçəkiliş zamanı vəkil də gəlmişdir. Vəkil ona “sənə su, çay verəcəklər içmə, içsən narkotik olacaq, otuz mini ver çıx get” demiş, o da nəyə görə verməli olduğunu, bu işin onluq olmadığını bildirmişdir. Ona ailə üzvlərinin gələcəyini, şantaj olunacağını, yəni videoçəkiliş olacağnı demişlər. Sonra ona çılpaq şəkilinin çəkiləcəyini və ailəsi ilə biabır olacağını demişlər, o da qorxusundan heç kimə heç nə bildirməmiş, ona “sansksiyada belə deməlisən, deməsən əks təqdirdə ailə üzvlərin yenə gələcək” demişlər, bu səbəbdən o, heç kəs bilməməsi üçün dörd ay Kürdəxanıda valideynindən gizlətmişdir. Yalnız dörd aydan sonra düzgün ifadə vermişdir. Özü narkotik vasitələrdən istifadə etmir. Onu saxlayan polis əməkdaşlarını daha əvvəldən tanımamışdır. Yatanda qapını bağlamış, həmin ərəfədə mülki formada olan 5-6 nəfərin qapı-pəncərini dağıtdıqlarını görmüş, şüşəni endirdkdə “polisdir, qapını aç” demişlər, bu zaman o, “geyinim qapını açıram” demiş, qapını açan kimi içəri girərək onu döymüşlər və maşının içini töküb-dağıtmışlar. Onlar altı nəfər olmuşlar. Onu Narkotiklərlə Baş Mübarizə İdarəsinə aparmışlar, üzərinə baxışı vəkil gələnə kimi gözləmişlər, təxminən 3-4 saat vaxt keçmişdir. Sonradan maşına təkrar baxış keçirmişlər və iki dənə sellofanı qaz balonun yanına gətirmişlər. Qaz balonunu onun yanında kəsməmişlər. O, Naxçıvanın Culfa rayonundan İrana keçmiş, bu tərəfdən də Biləsuvar rayonundan keçmiş, Biləsuvarda maşınını gömrükdə itlər də yoxlamış, Gömrük yoxladıqdan sonra ona sənəd verilmişdir. Sənədləri maşının içərisində olmuşdur. O, ümumiyyətlə iranlı Kazım adlı şəxsi tanımır, həmin gün onun telefonunu alaraq öz telefonlarından nömrəni yazıb zəng etmişlər. Qulağına üç dəfə şillə ilə vurmuşlar, qulağı partlamış, bir də qolu ila bağlı həkimə müraciət etmiş və çat olduğunu demişlər. Onu Azər vurmuş, qandal vuraraq qara dəmiri arxadan salıb qatlayaraq boynundan vurmuş və qolunu qırmışdır. İbtidai istintaq dövründə verdiyi ifadələrini o imzalamışdır. Videoçəkilişdə narkotikin ona aid olmasını demişdir, çünki polislər tərəfindən əks halda çılpaq şəkillərinin çəkiləcəyi və ailəsinə göstəriləcəyi hədəsini almışdır. Təqsiriləndirilən şəxs narkotik vasitənin ona aid olmadığını bildirərək , ona bəraət verilməsini istəmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 02 iyul 2023cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Babək rayonunun Sirab kəndindən özünə məxsus idarə etdiyi VOLVO markalı, 75-BX- 398 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sirab zavodunda hazırlanmış Sirab sularını İran İslam Respublikası yolu ilə Azərbaycan Respublikası, Bakı şəhərinə gətirir. 01 iyul 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında olduğu zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşmış, həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləyərək barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Sonra onu idarə etdikləri avtomobillə Bakı şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Həmin idarədə ona şübhəli şəxs qismində tutulmağı barədə qərarla onun xahişi ilə dəvət edilmiş müdafiəçi Ramiz Mirzəyevin iştirakı ilə tanış etdikdən sonra şübhəli şəxs qismində cinayət qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd avtomobil (tır) açarı, 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon və 102 (yüz iki) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 15 (on beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 102 (yüz iki) manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onun avtomobilinə baxış keçirmiş, avtomobilə və avtomobilin qoşqusuna baxış keçirilməsinə etiraz etməyərək bu barədə yazılı ərizəyə imza etmişdir. Sonra isə polis əməkdaşları ilə birlikdə avtomobilə baxışın keçirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında gəlmiş, idarə etdiyi “Volvo” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı qadağan olunmuş maddələri təqdim etməyi təklif olunduqdan sonra o, avtomobilin yük hissəsindən göy rəngli qaz balonunun içərisindən 3 (üç) ədəd bağlamada metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminin ümumilikdə çəkisi 2 (iki) kq 265 (iki yüz altmış beş) qram olmuşdur. Daha sonra avtomobilin digər hissələrinə, həmçinin tırın **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusuna baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq ilkin təhqiqat zamanı polis əməkdaşları tərəfindən saxlanılan zaman çox həyacanlı olmuşdur. Həmin vaxt polis əməkdaşlarına üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Kazım” adlı şəxsdən 2(iki) gün əvvəl İran İslam Respublikası ərazisindən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, Bakı şəhərində olarkən həmin kütləni Kazımın ona deyəcəyi ünvana gətirib qoyacağını və bunun müqabilində ona 2000 (iki min) manat pul veriləcəyini bildirmişdir. Bundan başqa idarə etdiyi “Volvo” markalı, 75ZA398 dövlət qeydiyyat nişanlı avtomobildə də üç bağlamada psixotrop maddə olduğunu polis əməkdaşlarına söylədiyini, lakin həqiqətdə həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsdən almadığını, ümumiyyətlə İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsi tanımadığını, polis əməkdaşlarının onu saxlayan zaman çox həyacanlı olduğundan polis əməkdaşlarına yalandan narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsdən almasını dediyini bildirmişdir. Onun üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını qeyd etmişdir. O, ümumiyyətlə narkotik vasitə satmadığını, ifadəsində göstərdiyi kimi narkotik vasitəni şəxsi istifadəsi üçün gəzdirdiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ona qarşı hansısa psixi və fiziki təsir olmadığını bildirmişdir (İ cild, səh. 66-69). 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 16 oktyabr 2023-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Babək rayonunun Sirab kəndindən özünə məxsus idarə etdiyi “VOLVO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sirab zavodunda hazırlanmış Sirab sularını İran İslam Respublikası yolu ilə Azərbaycan Respublikası Bakı şəhərinə gətirir. 28 iyun 2023-cü il tarixdə Babək rayonunun Sirab kəndindən özünə məxsus idarə etdiyi “VOLVO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirib Culfa rayonuna gəlmiş, Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük Komitəsindən idarə etdiyi “VOLVO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanh yük avtomobili ilə İran İslam Respublikasına keçmişdir. 29 iyun 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası Biləsuvar Gömrük Məntəqəsinə keçmiş, həmin gün Biləsuvar rayonundan Bakı şəhərinə gəlmiş, 30 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yaxınlığında avtomobili saxlayıb, avtomobilin salonunda yatmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində içərisində yatdığı avtomobilin qapısı döyülmüş, yuxudan durub avtomobilin qapısını açıqda iki nəfər mülki geyimli şəxslər avtomobilin qapısını açmağı bildirmişlər. O, qapını açdıqda həmin şəxslərdən biri öz vəsiqəsini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. O, avtomobilin qapısım açandan sonra həmin polis əməkdaşı onu aşağı salıb yerə ağzı üstə uzatmış, qoluna qandalı vurmuş və avtomobilinin salonuna daxil olub, orada məxsus əşyaları dağıtmışdır. Daha sonra həmin polis əməkdaşı ondan narkotik vasitənin yerini soruşmuş, o, isə polis əməkdaşına bəlkə onu səhvən axtardığını bildirsə də, həmin polis əməkdaşı onu dinləməmiş, onu avtomobilinin yanında döyən polis əməkdaşının yanında bir nəfər də şəxs olmuş, lakin həmin şəxs səsini belə çıxarmırmış və həmin şəxsin avtomobili ilə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada polis əməkdaşları onu döyüb təzyiq göstərmişlər və ailəsi ilə hədə qorxu gələrək bildirmişlər ki, narkotik vasitənin satışı ilə məşğul olur. O, da çarəsiz vəziyyətdə olduğundan nə edəcəyini bilməmiş, hətta onu polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsində döyüb təzyiq göstərən zaman da onlara bildirmişdir ki, bəlkə səhvən onu bura gətirmisiniz. Polis əməkdaşları isə ona səsini kəsməyi və video çəkilişdə ona izah etdikləri sözləri deməyini bildirmişlər. Bir gün həmin idarədə ona təzyiqlər göstərmişlər və çox möhkəm qorxmuşdur. Düşünmüşdür ki, polis əməkdaşlarının dediyini etməsə burada onu döyüb öldürəcəklər, bu səbəbdən də polis əməkdaşlarının dedikləri ilə razılaşmış, orada polis əməkdaşları şalvarının sol yan cibinə bir ədəd bükümdə psixotrop maddə metamfetamin qoymuşlar. Onu qeyd etmişdir ki, o, ilk dəfə idi ki, psixotrop maddə metamfetamin görürmüş, məcbur qalıb polis əməkdaşlarının dediyi kimi etmiş və onlar tərəfindən onun şalvarının sol yan cibinə qoyulmuş 1 ədəd bükümü şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümdə patı vardır, patı kimi adlanan psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Kazım adlı şəxs ona vermişdir. Əslində belə bir hal olmamışdır. Videoçəkilişdə dediklərini polislərin təzyiqi altında olduğu üçün demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yaxınlığına getmiş, orada ona məxsus avtomobilin yük hissəsindən bir ədəd qaz balonunun içərisindən psixotrop maddə aşkar edilmiş, orada da bildirmişdir ki, qeyd olunan bükümlərdə patı vardır. Həmin patını, yəni psixotrop maddə metamfetamini İran İslam Respublikası ərazisindən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etmiş, Bakı şəhərində olarkən həmin kütlələri “Kazım” adlı şəxsin deyəcəyi ünvana qoyacaq, adı çəkilən şəxsin göstərişi ilə aşkar edilmiş psixotrop maddələri müəyyən ünvanlara qoymağına görə “Kazım” adlı şəxsdən 2000 (iki min) manat pul alacaqdır. Əslində belə bir hal olmamışdır. Çünki o, özü hər dəfə Naxçıvandan Azərbaycana Sirab suları daşıyırmış və bunun müqabilində hər reysə görə 1000 manat qazanc əldə edir. Sadəcə polislərdən qorxduğu üçün, ailəsi ilə onu hədələdikləri üçün polislərin ona dediklərini etmişdir. Halbuki orada göy rəngli qaz balonu olmamış, ümumiyyətlə onun üzərində və avtomobildə psixotrop maddə, narkotik vasitə olmamışdır. Avtomobilindən aşkar edilmiş qaz balonunu polis əməkdaşları özləri ilə gətirmişmişlər və videoçəkilişdən əvvəl avtomobilinin yan hissəsindəki yük yerini ona açdırıb həmin yerə özləri qoymuşlar. Daha sonra bu barədə sənədləşmə aparılmış və o, da tərtib olunmuş protokolu, eləcə də sənədləri imzalamışdır. O, verilən suallara cavab olaraq onun üzərində və avtomobilində narkotik vasitə olmadığını, aşkar olunmuş narkotik vasitələr polis əməkdaşlarına məxsus olduğunu, polis əməkdaşları tərəfindən hədə- qorxu və təzyiq altında olduğu üçün aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu dediyini, ümumiyyətlə patı nə deməkdir bilmədiyini, patı kimi deməyini də polislərin başa saldığım, patı sözünü ona öyrədən zaman polislər psixotrop maddə metamfetaminin küçə adının patı olduğunu eşitdiyini bildirmişdir. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları elə bir günə qoymuşlar ki, qorxusundan nə etdiyini, nə danışdığım bilmirmiş, tutulduğu günə kimi narkotik vasitə nədir bilməmiş, halal öz çörəyini qazanan bir Azərbaycan vətəndaşıdır (İ cild, səh. 176-179). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin barəsində narkotik vasitələri qanunsuz dövriyyəsi və satışı barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılaraq tərəflərindən 01 iyul tarixində, gecə saat dörddə Qaradağ rayonu ərazisində TİR-ların dayanacağı deyilən yerdə saxlanılaraq Polis İdarəsinə gətirilmiş və baxış keçirilərkən üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra ifadə verərək müəyyən miqdarda özünə məxsus olan TİR-da saxladığını bildirmiş, əməliyyat qrupunun iştirakı ilə avtomobilə baxış keçirilmiş və “kuza” ilə qoşqunun ara hissəsində olan yerdə, qaz balonunun içərisindən üç bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Qaz balonun altı onlar tərəfindən kəsilməmişdir. Onlar qaz balonunu istintaqa təhvil vermişlər. Üzərinə və avtomobilə baxış videoçəkilişlə müdafiəçinin iştirakı ilə aparılmışdır. Şəxsi axtarışda vəkil, təhqiqatçı və iki nəfər əməkdaş iştirak etmiş, avtomobilə baxışda dörd nəfər və gömrüyün işçiləri iştirak etmişlər. Əməliyyatda iki nəfər iştirak etmişdir. Şərait uyğun olmadığı üçün saxlanıldıqdan dərhal sonra avtomobilə baxış keçirməmişlər. Sonra avtomobilin bütün digər hissələrinə baxış keçirmişlər. Onlara əməliyyat məlumatlarını İrandan verirlər. Təqsirləndirilən şəxs saxlanılan zaman “Kazım” adlı şəxsin telefonuna daxil edilməsini yalan deyir. Aşkar edilmiş maddələrlə bağlı İran İslam Respublikası ərazisində çayxanada iranlı ilə tanış olduğunu və təklifini qəbul etdiyini bildirmişdir. Gördüyü işin müqabilində qazanc əldə etməli idi. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsini yalan deyir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa formada zor və təzyiq olmamışdır. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı vəzifəsində xidmət edir. xx.xx.1988-ci ildə Naxçıvan MR-sı, Babək rayonu, Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 5 ünvanında pasport qeydiyyatında olan və Naxçıvan MR-sı, Babək rayonu, Sirab kəndində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 01 iyul 2023-cü il tarixdə saat 04:00 dəqiqədə tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmiş, bundan sonra dəvət edilmiş müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm patı kimi adlanan psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü tutulmamışdan əvvəl İİR-sı vətəndaşı Kazım adlı şəxsin ona verdiyini, əlavə olaraq da avtomobilinin yük yerində də psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən 1 ədəd qara rəngli Samsung markalı mobil telefon, 1 ədəd avtomobil açarı və 102 manat nağd pul aşkar edilmişdir. 1 ədəd avtomobil açarı və 102 manat nağd pul əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmin gün, yəni 01 iyul 2023-cü il tarixdə saat 06:55 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin yük hissəsindən göy rəngli qaz balonunun içərisindən 3 ədəd bağlamada ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin Özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası ərazisindən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, Bakı şəhərində olarkən həmin kütlələri “Kazım” adlı şəxsin deyəcəyi ünvana qoyacağını, adı çəkilən şəxsin göstərişi ilə aşkar edilmiş psixotrop maddələri müəyyən ünvanlara qoymağına görə “Kazım” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur (İ cild, səh. 134-136). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olmuş, əməliyyat tədbirində onunla Azər müəllim iştirak etmiş, məlumat daxil olarkən onun TİR şoferi olması barədə də məlumatları olmuşdur. Şəxs Qaradağ rayonu ərazisində, gömrüyün yaxınlığında gecə saat 3-4 radələrində müəyyən edilərək Baş İdarəyə gətirilmiş, idarədə üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və üzərindən təxminən 10-15 qram narkotik vasitə aşkar olunmuşdur. Özü maşında da narkotik vasitə saxladığını bildirmiş, baxış keçirilərkən maşında yük yerində olan qaz balonunun içərisindən üç bükümdə narkotik vasitə aşkar edilmişdir. Şəxs Bakıda müəyyən edilən ayrı-ayrı yerlərə qoymaq üçün iranlının verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə söhbət edəndə özü iki min borcu olduğundan bu işi gördüyünü qeyd etmişdir. Şəxsi axtarışda o, Azər, təhqiqatçı və vəkil iştirak etmişdir. Saxlanılan zaman üzərinə baxış keçirməmişlər, hava şəraiti üzərinə baxış keçirilməsi üçün uyğun olmamışdır. Maşınında nəsə olması barədə məlumatları olmamış, sonradan etiraf etdiyi üçün avtomobilə baxış keçirmişlər. Qaz balonunun saxlanıldığı yer bağlı vəziyyətdə olmuş və onlar götürərkən qaz balonunun altı kəsilmiş olmuşdur. Qaz balonunu və narkotik vasitəni təhqiqata təhvil vermişlər. Balonun arxası ona görə kəsilmiş vəziyyətdə olmuşdur, özü bir gün əvvəl balonun üzərindən götürüb atması barədə onlara məlumat vermiş, gedib üzərində işləmişlər, amma tapılmamışdır. Qaz balonu Azərbaycana İrandan gəlmiş və özü gömrükdə görünməməsi üçün qaz balonunun içinin xüsusi olaraq hazırlandığını bildirmişdir. İranda kiminlə, harada görüşməsi barədə onlarda məlumat olmamış, onu müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxsin hansısa təzyiq və şantaj barədə dedikləri yalandır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa formada zor və təzyiq göstərilməmiş, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalmamışdır. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 137-139). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2023-cü il tarixli 6/3583 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7“ dairəvi möhür əsləri olan bir ədəd zərfdə və bir ədəd bağlamada olan: üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...’’sözləri, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 13,181 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi psixotrop maddəmetamfetamindir; üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi yük... təqdim etdiyi kütlələr... sözləri və imzalar olan bağlamanın içərsində üç ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 742,7 qram, 754,2 qram, 731,4 qram ümumi təmiz çəkisi 2228,3 qram olan ağ rəngli, kristalşəkilli kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2241,481 qram olan psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş ümumilikdə dörd ədəd bükümdə ümumi təmiz çəkisi 2241,481 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1) daxildir. (İ cild, səh. 42-47). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 15 iyul 2023-cü il tarixli, 4475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 154-155). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 07 avqust 2023-cü il tarixli, 2186 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 156-158.). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış dərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd avtomobil (tır) açarı, 1 (bir) ədəd içərisində 070 ***-**-** və 050 ***-**- ** simkart nömrələri olan "Samsung” markalı mobil telefon və 102 (yüz iki) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 15 (on beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung" markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 102 (yüz iki) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Kazım” adlı şəxsdən 2(iki) gün əvvəl İran İslam Respublikası ərazisindən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, Bakı şəhərində olarkən həmin kütləni “Kazım” adlı şəxsin deyecəyi ünvana qoyacağını, adı çəkilən şəxsin göstərişi ilə həmin kütləni müəyyən ünvanlara qoymağına görə “Kazım” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. (İ cild, səh. 29-30). 14.«Avtomobilə baxış və götürmə aparılması haqqında» 01 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı tırda narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «avtomobilə baxış və götürmə aparılması haqqında» 01 iyul 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən tırda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin tırın yük hissəsindən göy rəngli qaz balonunun içərisindən 3 (üç) ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 2 (iki) kq 265 (iki yüz altmış beş) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Kazım” adlı şəxsdən 2 (iki) gün əvvəl İran İslam Respublikası ərazisindən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etdiyini, Bakı şəhərində olarkən həmin kütlələri “Kazım” adlı şəxsin deyecəyi ünvana qoyacağını, adı çəkilən şəxsin göstərişi ilə həmin kütlələri müəyyən ünvanlara qoymağına görə “Kazım” adlı şəxsin ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Daha sonra avtomobilin digər hissələrinə, həmçinin tırın **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusuna baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır (İ cild, səh. 33-34). 15.«Maddi sübutun tanınması haqqında» 02 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə aşkar edilərək götürülmüş bir ədəd bükümlərdə təmiz çəkisi 13,181 qram və üç ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 742,7 qram, 754,2 qram, 731,4 qram ümumi təmiz çəkisi 2228,3 qram olan ağ rəngli, kristal şəkilli kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2241,481 qram olan psixotrop maddəmetamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 2241,081 qram psixotrop maddə metamfetaminin saxlanması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (İ cild, səh. 87). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, baxış zamanı videoçəkilişlə çəkilmiş iki ədəd DVD disklər iş üzrə mühüm əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 220-231). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki saidin ön səthində və sol baldırın aşağı 1/3-nin arxa səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 18.Məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır (İ cild, səh. 171-174). 19.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir (İ cild, səh. 218-219). 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 21.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2023-cü il tarixli, 4(002)- 142/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 84-86). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 112). 23.İş materiallarında olan elektron çıxarışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2007-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 34.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 35.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminin ümumilikdə təmiz çəkisi 2241,481 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 36.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində və idarə etdiyi avtomobildə psixotrop maddə metafetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 38.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki saidin ön səthində və sol baldırın aşağı 1/3-nin arxa səthində köhnə çapıq toxuması aşkar edilmiş, təzə xəsarət izi aşkar olunmamışdır. Eyni zamanda, Məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə təqsirləndirilən şəxsin onun üzərinə keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 iyul 2023-cü il tarixli protokolun və «Avtomobilə baxış və götürmə aparılması haqqında» 01 iyul 2023-cü il tarixli protokolun, həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən görüntülərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 42.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 43.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 44.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 45.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 46.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 49.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 51.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 52.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 55.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 56.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 58.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 59.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 61.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2241,081 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 62.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 64.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 65.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2241,081 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev