Məhkəmə qərarları › İş №1(101)-1182/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1182/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1182/2025 06.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X8, X10 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1972-ci ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Dəryaz” qəzetinin təsisçisi və baş redaktoru işləmiş, "xxxx" saytının rəhbəri işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunandək ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 11 fevral 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmiş Zərərçəkmiş şəxs6 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü “Dəryaz” qəzetinin baş redaktoru və "xxxx" saytının rəhbəri kimi təqdim edərək Zərərçəkmiş şəxs6 guya Lənkəran rayonu ərazisində yaşıllıqların məhv edilməsinə göz yumduğunu, buna görə rüşvət aldığını və bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində Zərərçəkmiş şəxs6 Bakı şəhəri ərazisindən mobil telefon vasitəsilə əlaqə saxlamaqla hədəqorxu yolu ilə 50 manat məbləğində pul vəsaitini tələb etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyun ayının ortalarında Şəki Rayon Psixiatriya Xəstəxanasında baş mühasib işləyən Zərərçəkmiş şəxs7 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü “Dəryaz” qəzetinin baş redaktoru kimi təqdim edərək guya xəstəxanada sanitargigiyena qaydalarına riayət edilməməsini və xəstələrin müxtəlif işlərdə işlədildiyini və bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində Zərərçəkmiş şəxs7 hədə-qorxu ilə 20 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində tələb etmiş, nəticədə 2023-cü ilin iyun ayının ortalarında zərərçəkmiş şəxsin olduğu ünvan 3 ünvanından 20 manat məbləğində pulunu özünün bildirdiyi bank kartına göndərilmək üsulu ilə əldə edərək Zərərçəkmiş şəxs7 20 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Oazis” içməli su markasının sexinə gedərək özünü “derya.az” saytının baş redaktoru və jurnalist kimi təqdim edib istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra guya içməli suyun hazırlanması və qablaşdırılmasında nöqsanlar olmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə videogörüntülərin yayılmaması və qeyd edilən məqalənin dərc edilməməsi müqabilində içməli su istehsalını həyata keçirən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında hədə-qorxu ilə 500 manat məbləğində pul vəsaiti tələb etmiş, nəticədə 2024-cü ilin fevral ayının əvvəllərində zərərçəkmiş şəxsdən qeyd edilən ünvanda əlbə-əl 50 manat, daha sonra 07 mart 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək olan müddət ərzində isə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə zərərçəkmiş şəxsin olduğu ünvan 4 ünvanında onun 370 manat məbləğində pulunu öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7385 0974 0720 nömrəli bank kartına göndərilmək üsulu ilə və 2024cü ilin aprel ayının əvvəllərində isə ünvan 4 ünvanına gedərək oradan 150 manat dəyərində su dispenserini hədə-qorxu yolu ilə əldə edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü müstəqil jurnalist kimi təqdim edərək Zərərçəkmiş şəxs2 rəhbərlik etdiyi məktəbdə uzun müddətdir işlədiyini, guya çoxlu pul qazandığını, məktəbdə baş verən qanunsuzluqların olmasını və bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində məktəbin direktoru Zərərçəkmiş şəxs2 hədə-qorxu yolu ilə 50 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində tələb etmiş, nəticədə 2024-cü ilin aprel ayının ortalarında zərərçəkmiş şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “MilliÖn” Ödəmə Terminalından öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7385 0974 0720 nömrəli bank kartına göndərdiyi 50 manat məbləğində pulunu əldə edərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin may ayının sonlarında "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü “Dəryaz” qəzetinin baş redaktoru və müstəqil jurnalist kimi təqdim edərək Zərərçəkmiş şəxs5 rəhbərlik etdiyi kooperativin guya Bakı şəhəri, Nizami rayonu ərazisində apardığı tikinti işləri zamanı ağacları kəsməsi və yaşıllıqları məhv etdirməsini və bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində kooperativin direktoru Zərərçəkmiş şəxs5 hədə-qorxu ilə 150 manat məbləğində pul vəsaiti Bakı şəhəri ərazisində tələb etmiş, nəticədə 2024-cü ilin may ayının sonlarında zərərçəkmiş şəxsin olduğu ünvan 5 ünvanından onun 150 manat məbləğində özünün dediyi bank kartına göndərilmək üsulu ilə əldə edərək Zərərçəkmiş şəxs5 150 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri Xətai Mənzil Kommunal-Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində çalışan Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü "xxxx" saytının rəhbəri kimi təqdim edərək Xətai rayonu ərazisində məişət sularının axıdılmasını, tullantıların təmizlənməməsi kimi nöqsanların olmasını söyləmiş, sadalanan nöqsanlarla bağlı videogörüntüləri və fotoşəkilləri Zərərçəkmiş şəxs3 mobil telefonuna göndərməklə bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində Bakı şəhəri Xətai MKTB-nin rəis müavini Zərərçəkmiş şəxs3 hədə-qorxu yolu ilə 100 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində tələb etmiş, nəticədə 2024-cü ilin iyun ayının sonlarında zərərçəkmiş şəxsin olduğu ünvan 6 ünvanından onun 50 manat məbləğində pulunu özünün dediyi bank kartına göndərilmək üsulu ilə əldə edərək Zərərçəkmiş şəxs3 50 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin avqust ayının ortalarında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya kollecinin direktoru Zərərçəkmiş şəxs4 istifadəsində olan mobil telefona quraşdırılmış “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng edib özünü "xxxx" sayıtımn baş redaktoru kimi təqdim edərək Zərərçəkmiş şəxs4 rəhbərlik etdiyi kollecdə guya qanunsuzluqların olmasım və bu məlumatları işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus sosial-şəbəkə hesablarında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini hədə-qorxu ilə bildirməklə bu kimi halların baş verməməsi, qeyd edilən məqalənin dərc edilməməsi müqabilində kollecin direktoru Zərərçəkmiş şəxs4 hədə-qorxu yolu ilə 100 manat məbləğində pul vəsaiti Bakı şəhəri ərazisində tələb etmiş, nəticədə 13 avqust 2024-cü il tarixdə zərərçəkmiş şəxsin olduğu ünvan 7 ünvanında onun 50 manat məbləğində pulunu öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7385 0974 0720 nömrəli bank kartına göndərilmək üsulu ilə əldə edərək Zərərçəkmiş şəxs4 50 manat məbləğində maddi ziyan vurmaqla təkrar hədə-qorxu yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 182.2.2 -ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə araşdırması zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə irəli sürülən ittihamlarla özünü təqsirili bilməyərək, cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrinə uyğun ifadə verib göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, hesab edir ki, barəsində irəli sürülən ittihamlar yazdığı məqalələrlə əlaqədar olaraq əvvəlcədən planlaşdırılmış və sifarişli xarakter daşıyır, bu ittihamlar ona qarşı atılan şər və böhtandır. Müxtəlif kütləvi informasiya vasitələrində çalışmış, 2003-cü ildən etibarən “Dəryaz” satira qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Onun əsas məqsədi redaksiyaya daxil olan müraciət və şikayətləri aidiyyəti qurumlara yönləndirmək, sosial xarakterli problemləri jurnalist araşdırmaları vasitəsilə ictimailəşdirmək olmuşdur. Üç övladı var və onların hamısı ali təhsillidir. Bundan əlavə, hər iki valideynini itirmiş iki azyaşlı uşaq onun himayəsindədir. Onun əsas məqsədi övladlarına ali təhsil vermək və onları savadlı, bacarıqlı və cəmiyyət üçün faydalı fərdlər kimi yetişdirmək olmuşdur. Bu məqsədlə maddi imkanları çərçivəsində əlindən gələni etmişdir. Övladlarından biri ödənişli əsaslarla təhsil almış, digəri isə 2024-cü ildə ödənişli əsaslarla magistraturaya qəbul olmuşdur. Bu səbəbdən maddi çətinliklər yaranmış və əvvəllər münasibətdə olduğu, etibar etdiyi şəxslərə müraciət edərək övladlarının təhsil haqqının ödənilməsi üçün borc və ya sələm yolu ilə maddi kömək istəmişdir. Bir neçə şəxs ona bu məqsədlə maddi yardım göstərmişdir. 09 sentyabr 2024-cü il tarixdə işə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, onun mobil telefonu və sənədləri götürülmüş və barəsində şikayət olduğu bildirilmişdir. O, idarəyə aparıldıqdan sonra telefonunda saxladığı, borc aldığı və borc qaytarmalı olduğu şəxslərlə bağlı qəbzlər polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin qəbzlər əsasında adları çəkilən yeddi nəfər dindirməyə çağırılmışdır. Təxminən 7–8 saat saxlanıldığını və bu müddət ərzində ona qarşı hədə-qorxu tətbiq edilərək lazım olan ifadələrin alındığını iddia edir. Onun fikrincə, barəsində aparılan bu proseslər son dövrlərdə redaksiyada bəzi tikinti şirkətləri və icra hakimiyyəti orqanlarının rəhbərləri ilə bağlı tənqidi materialların dərc olunması ilə əlaqədardır və bu proseslərin arxasında müəyyən təsirli qüvvələr dayanır. Məhz həmin qüvvələrin təsiri nəticəsində onun sifariş və ya xahiş əsasında həbs edildiyini bildirir. Saxlanıldıqdan bir gün sonra onun mobil telefonu vasitəsilə borc münasibətində olduğu şəxslər çağırılaraq hədə-qorxu yolu ilə onlardan istənilən ifadələr alınmışdır. O, həmin şəxslərin ifadələrinə ayrıca aydınlıq gətirəcəyini və ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmədiyini bildirir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı cinayət epizodu üzrə qeyd edir ki, o, Zərərçəkmiş şəxs2 2003-cü ildən etibarən məktəb direktoru kimi tanımışdır. Həmin dövrdə qohumlarının orta məktəbdə təhsil aldığı zaman ondan məktəblə bağlı məlumatların mətbuatda dərc olunması xahiş edilmiş, bu xahişi nəzərə alaraq sözügedən məktəbin fəaliyyəti bir neçə ay ərzində rəhbərlik etdiyi qəzetdə mütəmadi şəkildə işıqlandırılmışdır. Zərərçəkmiş şəxs2 tanıdığı müddət ərzində onu həmişə nümunəvi, qabaqcıl, işinə məsuliyyətlə yanaşan, şagirdlər arasında ruh yüksəkliyi yaradan bir məktəb direktoru kimi tanımışdır. Uzun müddət Sabunçu rayonunda yaşadığı üçün həmin məktəbin fəaliyyəti ilə yaxından tanışdır. İki övladı ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil alır. İkinci övladı universitetə qəbul olunduğu zaman maddi çətinliklərlə üzləşmişdir. Bu səbəbdən 2024-cü ilin təxminən aprel ayında Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı ona hörmət bəslədiyini, barəsində mənfi fikirlər səsləndirən şəxslərin olmasına baxmayaraq, onu nümunəvi məktəb direktoru kimi tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 zəngin səbəbini soruşduqda, o, övladının ali məktəbə qəbul olunması ilə əlaqədar xərclərinin yarandığını və maddi köməyə ehtiyacı olduğunu demiş, həmçinin onun təhsilə dəyər verən insan olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs2 nə qədər məbləğdə köməyə ehtiyac olduğunu soruşduqda, o, “nəyə gücünüz çatarsa” şəklində cavab vermişdir. Zərərçəkmiş şəxs2 ona bir neçə gün ərzində xəbər verəcəyini bildirmişdir. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs2 ondan bank kartının nömrəsini istəmiş, kart nömrəsi təqdim edildikdən sonra kart hesabına 50 (əlli) manat məbləğində pul vəsaiti köçürmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Zərərçəkmiş şəxs2 pul vəsaitini borc olaraq istəmişdir. Gəliri əsasən reklam və jurnal fəaliyyətindən asılı olmuş, orta aylıq gəliri təxminən 400–500 manat təşkil etmiş, bəzi aylarda isə ümumiyyətlə gəliri olmamışdır. Himayəsində öz üç övladından əlavə, hər iki valideynini itirmiş iki azyaşlı uşaq da olmuşdur. Bu səbəbdən qohumları tərəfindən ona maddi köməklik göstərilmişdir. Ailədə ümumilikdə beş uşaq olmuş, onlardan üçü onun öz övladları, ikisi isə valideynlərini itirmiş uşaqlar olmuşdur. Ailədə əsas işləyən şəxs özü olmuş, dövlətdən heç bir sosial müavinət almamışdır. Həyat yoldaşı tibb müəssisəsində çalışmışdır. Valideynlərini itirmiş uşaqlara görə dövlət tərəfindən əvvəlcə 90 manat, sonradan isə 100 manat məbləğində müavinət ödənilmiş, həmin müavinətə dair sənədlər qaynının adına rəsmiləşdirilmişdir. Sözügedən vəsait ona göndərilmiş və o da bu pulu uşaqların ehtiyacları üçün xərcləmişdir. Ailənin aylıq xərclərini dəqiq hesablamadığını, ehtiyac yarandığı hallarda dost və tanışlarının maddi kömək etdiyini bildirmış. Məktəb direktorunun təxminən 1000 manata qədər aylıq əməkhaqqı aldığını bildiyini qeyd edir. Zərərçəkmiş şəxs2 müraciət etməsinin səbəbini onun təhsilə dəyər verən bir şəxs olması ilə izah edir və əsas məqsədinin övladlarının təhsildən geri qalmamasını təmin etmək olduğunu bildirmışdir. Övladlarından birinin magistraturaya qəbul olunduqdan sonra maddi vəziyyətinin daha da çətinləşdiyini və bu səbəbdən digər şəxslərdən də kömək istəməyə məcbur qaldığını qeyd etmiş. Bir neçə ay ərzində Zərərçəkmiş şəxs2 rəhbərlik etdiyi məktəblə bağlı materiallar qəzetdə dərc edilmiş və aralarındakı səmimi münasibət də məhz bu dövrdə formalaşmışdır. Bununla belə, Zərərçəkmiş şəxs2 ilə mütəmadi telefon əlaqəsi saxlamadığını, telefon danışıqlarının sayını isə dəqiq xatırlamadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 yalnız uzaq məsafədən gördüyünü, onunla heç bir üzləşdirmənin aparılmadığını qeyd edərək, o, üzləşdirmə protokoluna imza atmadığını, həmçinin öz adından yazıldığı bildirilən izahatı oxumaq imkanının olmadığını bildirmışdir. Zərərçəkmiş şəxs2 konkret olaraq 50 manat məbləğində pul istəməmişdir. O, yalnız övladının ödənişli əsaslarla ali təhsil aldığını və illik təhsil haqqının 2300 manat olduğunu bildirmişdir. Birinci övladının magistraturaya qəbul olunmasından sonra iki övladının təhsil haqqının eyni dövrə düşdüyünü və bu səbəbdən bankdan kredit də götürdüyünü qeyd etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən ondan konkret məbləğ barədə hər hansı sual verilməmişdir. Əvvəlcə polis əməkdaşları tərəfindən saxlanılmış, mobil telefonu ondan götürülmüşdür. Həmin gün mobil telefonunda saxlanılan və ona maddi kömək göstərən şəxslər tərəfindən göndərilmiş pul köçürmələrinə dair qəbzlər polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda, ona maddi kömək etmiş şəxslərə də həmin gün ərizələr yazdırılmışdır. İndiyə qədər müxtəlif icra hakimiyyəti orqanları ilə bağlı tənqidi yazılar dərc etdikləri hallar olmuşdur. Bununla belə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi barəsində konkret tənqidi material yazıb-yazmadığını dəqiq xatırlamadığını bildirir. Redaksiya tərəfindən tənqid edilən bəzi icra hakimiyyəti orqanları, tikinti şirkətləri və ayrı-ayrı şəxslər onun saxlanılması ilə bağlı sifariş verə bilərlər və barəsində aparılan cinayət təqibinin həmin tənqidi fəaliyyətlə əlaqəli ola biləcəyini ehtimal etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, ona qarşı irəli sürülmüş bütün ittihamlar yalan və böhtan xarakterlidir, heç bir hüquqi və faktiki əsası yoxdur. O, heç bir şəxsə qarşı hədə-qorxu tətbiq etməklə pul tələb etmədiyini vurğulayır və müstəntiq tərəfindən ona qarşı irəli sürülmüş ittihamları əsassız hesab edir. İntiqam adlı şəxsi təxminən 4–5 ildir tanımış. Həmin dövrdə Xətai Rayon İcra Hakimiyyətində çalışan bir işçinin pul alması ilə bağlı redaksiyaya məlumat daxil olmuş, bu məlumat əsasında Xətai Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilmişdir. Müraciətdən sonra araşdırma aparılacağı və nəticə barədə məlumat veriləcəyi bildirildikdən sonra İntiqam adlı şəxs onunla telefon əlaqəsi saxlamışdır. Zərərçəkmiş şəxs3 aparılan araşdırmanın nəticəsində məsələnin yoluna qoyulduğunu, hər hansı problemin olmadığını bildirmiş və görüş təklif etmişdir. Bir neçə gün sonra baş tutan görüş zamanı da məsələnin həll edildiyini təsdiqləmiş, bundan sonra hər hansı məsələ yarandıqda onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 işlədiyi müddət ərzində onun redaksiyasına daxil olan sosial yönümlü problemlər, o cümlədən qanunsuz tikintilərlə bağlı Xətai rayonu ərazisində olan məsələlərlə əlaqədar dəfələrlə onunla əlaqə saxlamışdır. Həmin məsələlərin həll olunacağı bildirildikdən sonra qısa müddət ərzində faktiki olaraq həll edildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs3la aralarında heç vaxt narazılıq, inciklik, mübahisə və ya hədəqorxu halları olmayıb, münasibətləri daim dostluq xarakteri daşımışdır. Təxminən iyun ayının ortalarında İntiqam adlı şəxsə zəng edərək rayondan gəldiyini, toy məclisinə getməli olduğunu və imkan daxilində 100 manat məbləğində borc pul istədiyini demişdir. İntiqam adlı şəxs isə yalnız 50 manat verə biləcəyini, lakin bunu 100 manat kimi qəbul etməsini xahiş etdiyini bildirmişdir. Bununla əlaqədar olaraq, o, bank kartının nömrəsini təqdim etmiş, İntiqam adlı şəxs tərəfindən kart hesabına 50 manat məbləğində pul köçürülmüşdür. İfadə verən şəxs göstərilən köməyə görə ona təşəkkür etdiyini və bu vəsait hesabına qismən də olsa maddi problemlərini həll etdiyini bildirmişdir. İntiqamla münasibətlərində heç vaxt hədə-qorxu, narazılıq və ya hər hansı mənfi hal baş verməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, vətəndaşlar tərəfindən qanunsuz tikintilər və digər sosial xarakterli problemlərlə bağlı redaksiyaya müraciətlər daxil olduqda, bu məsələlər barədə İntiqam müəllimə məlumat vermiş və həmin problemlər onun tərəfindən həll edilmişdir. İntiqam müəllimdən maddi kömək istədiyi vaxt onu artıq 4–5 ildir tanıyırmış. Sosial xarakterli məsələlər üzrə müraciətlərdən əvvəl və həmin məsələlərdən qabaq İntiqam müəllimdən hər hansı maddi vəsait istəməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin fevral ayından tanıyır. Əvvəllər onu tanımamışdır. 2023-cü ilin fevral ayında Şamxal özünü təqdim edərək redaksiyaya zəng etmiş və bildirmişdir ki, su sexində fəaliyyət göstərir, lakin bəzi saxta su sexləri onun fəaliyyətində problem yaradır, çünki onlar sertifikatları olmadan fəaliyyət göstərirlər. Şamxal qeyd etmişdir ki, onun bu barədə kifayət qədər sənədləri var və redaksiyanın bununla bağlı jurnalist araşdırması aparmasını xahiş etmişdir. Bir neçə ay araşdırma aparmış, həmin sexlərin reklam nömrələrinə zəng edərək fəaliyyətləri ilə bağlı sənəd təqdim etmələrini xahiş etmişdir. Sexlər əvvəlcə söz vermiş, lakin sonradan verdikləri sözlərə əməl etməmişlər. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Şamxalın verdiyi məlumatlar doğrudur və həmin sexlər qeyri-qanuni fəaliyyət göstərirlər. Araşdırmanın davamında araşdırma üçün vəsait tələb olunduğu zaman bu barədə Şamxala məlumat verilmış, Şamxal bildirmişdir ki, problem yoxdur və o, kömək edəcəkdir. Daha sonra o, X4 və Dövlət Vergi Xidmətinə sorğular göndərmişdir. X2 cavab gəlmişdir ki, belə adda sexlər mövcud deyil və onlar qeyri-qanuni fəaliyyət göstərirlər. Vergi orqanından isə məlumat gəlmişdir ki, həmin sexlər heç bir qeydiyyatdan keçməyiblər. Şamxala məlumat verilmişdir ki, X4 tərəfindən sexlərin yerində yoxlanılması xahiş olunur. Şamxal fevral ayının ortalarında Sabunçuya gəlmiş, onun avtomobili ilə birlikdə Xırdalanda bir neçə sexin yerini müəyyən etmişlər. Sexlərin qapısı açılmamışdır. Daha sonra birlikdə çörək yemişlər və Şamxal onun avtomobilinə benzin vurmuşdur. Şamxal bildirmişdir ki, öz işlədiyi sexə gedəcək və oradan təzə su filter aparatı təqdim edəcək. Bunun müqabilində sexin reklamı hazırlanacaq. Fevral ayı ərzində hər ikisi arasında razılaşma əldə edilmişdir ki, bir ay müddətində həm reklam həyata keçiriləcək, həm də yazıların araşdırılması üçün 400 manat məbləğində qonarar alacaq. Sonra Şamxal bildirmişdir ki, videoları silmək məsləhətlidir. Növbəti gün Şamxalın sexinə gedilməsi mümkün olmamış, lakin Şamxal özü zəng edib iştirak etməyi xahiş etmişdir. Sonradan sexdə 10–15 dəqiqəlik video çəkilmiş, reklam xarakterli material hazırlanmışdır. Çıxarkən Şamxal köhnə su filter aparatını təqdim etmiş, lakin əlavə aparat gələndə yenisini verəcəyini bildirmişdir. Həmin videolar sosial şəbəkədə yəni “Facebook”da yayımlanması üçün Şamxal tərəfindən göndərilmiş və bir neçə gün onun xahişi ilə reklam edilmişdir. Daha sexlər narahat ola bilər. Bu səbəbdən videolar silinmişdir. Ödənişin gecikdiyi vaxtlarda o, Şamxala yazmış və xatırlatmışdır ki, ona əvvəl pul verəcəyi barədə söz vermişdir. Şamxal ilə münasibətlər həmişə səmimi və dostluq xarakteri daşıyıb, aralarında heç bir narazılıq və ya mübahisə yaranmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, sexlərin fəaliyyəti barədə qeyri-qanuni olduğunu öyrəndikdən sonra aidiyyəti orqanlara və hüquq-mühafizə orqanlarına məqalələr göndərmiş, lakin onlardan heç bir cavab almamışdır. X2 cavab gəlib ki, yerinə gələrək bir əməkdaşla birlikdə sexləri araşdırmaq mümkündür. Dəfələrlə zəng etsə də, Agentlik tərəfindən vaxtlarının olmadığı bildirilib. Şamxal tərəfindən göndərilmiş ünvan əsasında onun işlədiyi sexə baxış keçirib. Sex Ramanada yerləşib və orada hər şey qaydasında olub. Şamxala qarşı heç bir hədə-qorxu və ya təzyiq göstərmədiyini, verilmiş məbləğlərin Şamxalın öz sözünə əsaslandığını, reklama görə və sexə gedib-gəlməyin qarşılığında ödənildiyini qeyd edir. Reklam materialları “Facebook” və “Tik-Tok” sosial şəbəkələrində yayımlamışdır. Şamxalı 2023-cü ilin fevral ayından tanımış. Həmin vaxtdan Şamxal ödəniş edib, məbləğin nə qədər olduğunu xatırlamır. Şamxalın su sexinin girişində reklam xarakterli videolar çəkilmişdir. Sexdə onu rüsvay edəcək hər hansı əsaslar mövcud deyildir. Şamxalla bir il ərzində mütəmadi yazışmalar aparıb və heç bir hədə-qorxu halı olmamış. “Facebook”da həm öz adı, həm də “Dəryaz” qəzetinin adına profilləri olub və reklamlar öz adına olan profildə paylaşılmışdır. Hazırlanmış reklam video-çarxlar artıq onda yoxdur, onu öz təşəbbüsü ilə silmişdir. Əgər silinməyibsə, telefonunda saxlanılmışdır. Redaksiyanın maliyyəsinin ödənilməsi məqsədilə maraq olanda reklam fəaliyyəti ilə məşğul olmuş. “Facebook” və “Tik-Tok” sosial şəbəkələrində digər fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı reklam xarakterli məlumatlar paylaşılmış, qəzetdə dərc edilməmişdir. Sosial şəbəkələrin idarəsi onun öz üzərinə düşmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, aprel ayının sonlarında redaksiyaya "xxxx" MMC ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatda şirkətin hasara aldığı ərazidə mövcud olan yaşıllıqların məhv edilməsi, eləcə də bəzi işçilərin əməkhaqları ödənilmədən işdən çıxarılması halları qeyd olunmuşdur. O, bununla əlaqədar olaraq "xxxx" MMC-nin nümayəndəsi Ariflə əlaqə saxladığını, onun dəvəti əsasında şirkət ərazisinə getdiyini bildirmişdir. Görüş zamanı Arif ərazinin şirkətə məxsus olduğunu və hər hansı yaşıllığın məhv edilmədiyini bəyan etmişdir. Baxış zamanı ərazidə olan kənar şəxslərin müdaxiləsi nəticəsində aralarında anlaşılmazlıq yaranmış, bu səbəbdən ərazini tərk etmiş və əvvəlcədən hazırladığı suallara cavab ala bilməmişdir. O, daha sonra mövzu ilə bağlı məqalə hazırladığını və yekun mövqeyini öyrənmək məqsədilə həmin məqaləni Arifə göndərdiyini göstərmişdir. Onun sözlərinə görə, Arifin təşəbbüsü ilə tərəflər yenidən görüşmüş, görüş binanın qarşısındakı həyətdə baş tutmuşdur. Həmin görüş zamanı Arif şəxsi maliyyə vəziyyəti, borcları və iş fəaliyyəti ilə bağlı çətinliklərindən danışmış, baş vermiş anlaşılmazlıqların olduğunu etiraf etmiş, lakin ərazidə yaşıllıqların məhv edilməsi faktının baş vermədiyini bir daha təsdiq etmişdir. Ariflə sonuncu görüşün ayın 30-da keçirildiyini göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, ona "xxxx" ərazisində qanunsuzluq barədə məlumat daxil olmuşdur, lakin həmin məlumat işçilərin əmək haqqı ilə bağlı deyil, yaşıllıqların məhv edilməsi ilə əlaqədar olmuşdur. Daxil olan məlumatı rəsmiləşdirmək məqsədilə Arif müəllimə zəng edərək mövzu ilə bağlı mövqeyini öyrənmək istəmişdir. Daxil olan məlumatla əlaqədar şəxsən həmin ərazidə olmuş, çəkiliş aparmışdır. O, əvvəllər ərazinin yaşıllıq olması barədə məlumatının olduğunu, lakin çəkiliş zamanı yaşıllıqdan heç bir əlamətin qalmadığını gördüyünü bildirmişdir. Hər hansı ağacın kəsilməsini birbaşa görməmişdir, çünki ərazi əvvəlcədən şumlanmış və “katlavan” qazılmış vəziyyətdə olmuşdur. O, sakinlərin əvvəl ərazinin yaşıllıq olması ilə bağlı video və ya şəkil göndərmələrinin vacib olmadığını, çünki sakinlər tərəfindən həmin ərazidə əvvəllər yaşıllıq olması barədə məlumat verildiyini bildirmişdir. Özünü “Dəryaz” saytının baş redaktoru kimi təqdim etdiyini və araşdırma aparmaq məqsədilə Arif müəllimin dəvəti ilə onunla görüşə getdiyini göstərmişdir. Araşdırdığı mövzu ilə bağlı verdiyi suallara cavab ala bilmədiyini qeyd etmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət göndərdiyini bildirmişdir. Ağacların kəsilməsini cinayət əməli hesab etdiyini ifadə etmişdir. O, qanunun tələblərini bildiyini və bütün tələblərə riayət etdiyini, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Nizami rayon prokurorluğuna, polis idarəsinə, icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciətlər etdiyini göstərmişdir. Həmin məktubların hazırda onda olduğunu, tələb olunmadığı üçün təqdim etmədiyini, növbəti məhkəmə iclasında həmin sənədləri təqdim edə biləcəyini bildirmişdir. O, Arif müəllimlə arasında heç vaxt pul mövzusunda söhbət olmadığını, sonuncunun əslində ona qarşı şikayətinin olmadığını, lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ondan özünə qarşı izahat və ittiham xarakterli ifadə alındığını bildirmişdir. Arif müəllimin ofisində aralarında hər hansı düşmənçilik yaranmamışdır. Zərərçəkmişin öz ifadəsində onu ofisdən qovduğunu bildirdiyini, əgər qovulubsa getməli olduğunu, əgər dəvət edilibsə isə qovulmasının məntiqsiz olduğunu qeyd etmişdir. Arif müəllim tərəfindən ona heç bir vəsait göndərilməmişdir. O qeyd etmişdir ki, əgər Arif müəllimə bank kartı nömrəsini göndərmiş olsaydı, bunun sübutu mövcud olardı. Onda Zərərçəkmiş şəxs5 mobil telefon nömrəsi mövcud olmuşdur. Jurnalist fəaliyyəti ilə məşğul olduğu üçün əlaqə nömrələrini əldə etməkdə çətinlik çəkməmiş, tikinti şirkətlərinin nümayəndələrinin nömrələrini isə əsasən əraziyə gedərək orada çalışan işçilərdən soruşmaq yolu ilə əldə etmişdir. Arif müəllimə mesaj yazdığını və mesajın məzmununda “Arif müəllim, salam necəsiniz, mən burdayam” ifadəsinin yer aldığını göstərmişdir. Daha sonra isə ilk görüş zamanı kənar müdaxilələrin olduğunu qeyd edərək, imkan daxilində təkbətək görüş təklif etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 heç bir pul vəsaiti almadığını, aralarında pul söhbəti olmadığını, həmin mesajları “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, Zərərçəkmiş şəxs7la tanışlığı 2022-ci ildə baş vermişdir. Belə ki, X6 ilə bağlı redaksiyaya qanun pozuntularının olması barədə məlumat daxil olmuş, bununla əlaqədar olaraq o, xəstəxananın baş həkimi Natiq adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Baş həkim Natiq həmin məsələ ilə bağlı mətbuat nümayəndələrinin olduğunu bildirmiş və müvafiq şəxsin özü ilə əlaqə saxlayacağını qeyd etmişdir. Təxminən bir saat sonra Şahmar ona zəng edərək özünü jurnalist kimi təqdim etmiş, onu nəşriyyatda gördüyünü və tanıdığını bildirmiş, səsləndirilən iddiaların həqiqətə uyğun olmadığını demiş və görüşməyi təklif etmişdir. O, bu təklifi qəbul etmiş, görüş zamanı Zərərçəkmiş şəxs7 özünü “Kanal S” saytının rəhbəri kimi təqdim etmişdir. Bundan sonra tərəflər arasında səmimi münasibətlər yaranmış, onu telefon yaddaşında “dost” kimi qeyd etmişdir. Onunla arasında bu müddət ərzində hər hansı mübahisə, narazılıq və ya inciklik baş verməmişdir. 2023-cü ildə ad günü ərəfəsində Şahmar onu təbrik etmək məqsədilə 20 manat məbləğində mobil kontur hədiyyə etmişdir. Şahmar onun bank kartına hər hansı pul vəsaiti köçürməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, aylıq gəliri 400–500 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs7la tanış olduqları müddət ərzində bir-birilərinin bayram günlərini qarşılıqlı şəkildə təbrik etmiş, bu hal mesajlaşmalarla da təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, Faiq müəllimlə tanışlıq təxminən 10 il əvvələ təsadüf edir. Həmin dövrdə Faiq müəllim Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən kitab nəşrləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Oğlunun təhsil haqqı ilə bağlı yaranmış problem səbəbindən Təhsil Nazirliyi ilə əlaqə saxlamış, orada olan ortaq tanışlar tərəfindən Faiq müəllim haqqında müsbət rəy verilmiş və onunla əlaqə saxlamağın mümkün olduğu bildirilmişdir. Faiq müəllimlə əlaqə yaradaraq birbaşa 100 manat məbləğində pul istəmiş, bu hal istintaq materiallarında göstərildiyi formada olmamışdır. Faiq müəllim isə ertəsi gün əlaqə saxlanılmasını bildirmiş, növbəti gün kart hesabına 50 manat məbləğində pul vəsaiti köçürmüşdür. Həmin məbləğin alınmasından sonra Zərərçəkmiş şəxs4 təşəkkür edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, Zərərçəkmiş şəxs6 ilə tanışlıq 2023-cü ildən mövcud olmuşdur. Həmin dövrdə qəzet redaksiyasına Lənkəran rayonundan daxil olan məlumatda iki nəfər tərəfindən yaşıllıq zonasında qanunsuz olaraq ağacların kəsilməsi və istirahət mərkəzinin tikilməsi göstərilmişdir. Daxil olmuş məlumatla əlaqədar Zərərçəkmiş şəxs6lə telefon əlaqəsi yaratmış, o isə verilən məlumatın yanlış olduğunu bildirərək əsəbləşmişdir. Telefon danışığı zamanı aralarında qarşılıqlı olaraq xoşagəlməz ifadələr işlədilmiş, bundan sonra Zərərçəkmiş şəxs6 telefon danışığını dayandırmışdır. Daha sonra məsələni izah etmək məqsədilə “WhatsApp” vasitəsilə mesajlar göndərmiş, daxil olmuş məlumatlar ətraflı şəkildə ona çatdırılmışdır. Zərərçəkmiş şəxs6lə aparılmış telefon danışıqları və “WhatsApp” yazışmaları istintaq orqanı tərəfindən çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Yazışmaların məzmunundan da görünür ki, qeyd edilən məsələ ilə bağlı hər hansı təhdid ifadələri işlədilməmiş, həmçinin pul vəsaiti tələb olunmamışdır. Sonradan jurnalist həmkarları ona Zərərçəkmiş şəxs6 barəsində səmimi insan olması ilə bağlı məlumat vermişdir, bundan sonra onunla əlaqə saxlamamış və aralarında hər hansı pul münasibəti olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ilə bağlı cinayət epizodu üzrə məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, heç bir şəxsə qarşı hədə-qorxu yolu ilə pul tələb edilməmiş, övladların ödənişli əsaslarla təhsil alması səbəbindən yalnız ayrı-ayrı şəxslərdən kömək istənilmişdir. Zərərçəkmiş şəxs6lə telefon əlaqəsi pul vəsaiti tələb etmək məqsədi daşımamış, zəng zamanı övladlar ali təhsil müəssisəsində təhsil almamış, əlaqə saxlanılmasının məqsədi redaksiyaya daxil olmuş məlumatların dəqiqləşdirilməsi olmuşdur. İstifadədə olmuş mobil telefon nömrəsi ***-***-**- ** olmuşdur. Şakir müəllimə öz yazdığı məqaləni göndərməmiş, yalnız internet saytlarında yayımlanmış başqa bir məqaləni ona göstərmişdir. Onunla telefon danışığı zamanı Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar keçirilən anım günü ilə əlaqədar hər kəsin hüzünlü olduğu halda Zərərçəkmiş şəxs6 ad günü keçirməsini demiş, Şakir müəllim isə öz ad gününü təntənəli şəkildə keçirmədiyini bildirmişdir. Şakir müəllimə zəng edərkən onun mövqeyini öyrənmək istəmişdir, çünki videonu ona göndərən şəxslər iddia edirdilər ki, həmin ərazidə ağaclar kəsilir. O, istirahət mərkəzlərinin “Xəyal” və “Təbəssüm” olduğunu, Şakir müəllimin isə bu hallara göz yumduğunu öyrənmək məqsədilə danışıq aparmışdır. Şakir müəllimlə iki dəfə danışmış və hər iki danışıq zamanı ondan pul tələb etməmişdir. Məqsəd yalnız qarşı tərəfin mövqeyini öyrənmək olmuşdur. “WhatsApp”da Şakir müəllimin səsini dərc edəcəyini ona bildirməmiş, “səsinizi olduğu kimi dərc edəcəyəm” ifadəsini işlətməmişdir. Şakir müəllimin mövqeyini öyrənə bilməsə də, bu barədə məqalə yazmamışdır, çünki qarşı tərəf belə bir hadisənin olmadığını, lazımı orqanlara məlumat verdiyini və həmin şəxslərin cərimə olunduğunu demişdir. Jurnalist həmkarları ona Şakir müəllimin dost olduğunu dedikdən sonra da heç bir məqalə hazırlamamışdır. Mətbuatda jurnalist araşdırması dərc etməmişdir, çünki heç bir hadisə baş verməmişdir. İşlədiyi qəzet satirik mövzuda fəaliyyət göstərmiş, redaksiyaya daxil olan şikayətləri araşdırmış, yalnız faktlar təsdiqini tapdıqda məqalə dərc etmişdir. Qanun pozuntusunun təsdiqi halında hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etmiş, müvafiq orqanlar ya məlumatların yanlış olduğunu, ya da yaranan problemlərin aradan qaldırıldığını, tədbirlərin görüldüyünü bildirmişdir. Şakir müəllim də ağacların kəsilməsinə dair tədbirlər görüldüyünü və onlara müvafiq cərimə yazıldığını demişdir. Digər saytların məlumat yaymasına baxmayaraq, məqalə dərc etməmiş, Şakir müəllimin ad günü videosunu Türkiyə-Azərbaycan münasibətlərinə xələl gəlməməsi üçün heç bir yerdə paylaşmamışdır. Təqsirləndirilən şəxs son sözündə, heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini və almadığını, verilən ittihamların heç birini qəbul etmədiyini bildirmişdir. Himayəsində valideynlərini itirmiş iki uşaq, 2-ci qrup əlilliyi olan atasının olduğunu bildirərək məhkəmədən barəsində saxta ittihamla qaldırılmış bu cinayət işinə xitam verərilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həbsdə görməsi onda dərin təəssüf hissi yaratmışdır. Məhkəmə iclas zalına daxil olmamışdan əvvəl onun ailə üzvlərini, yaxınlarını və övladlarını görmüş, ailəni müsbət xarakterizə edərək onların Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda fəaliyyət göstərən şəxslər olduqlarını bildirmişdir. Qırx il müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub Regional İdarəsində işləmiş, sonradan xidməti fəaliyyəti ilə əlaqədar Bakı şəhərinə dəvət olunaraq orada çalışmışdır. Daha sonra nazirin əmri ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis əvəzi vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işlədiyi iki il ərzində bütün tapşırıqları qanun və sərəncamları rəhbər tutmaqla qanunamüvafiq qaydada etmişdir. Sonradan yenidən nazirin əmri ilə Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər İdarəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs həftənin altıncı günü ona telefonla zəng edərək Lerik rayonu ərazisində, Lənkəran–Lerik yolunun üzərində yerləşən “Təbəssüm” və “Xəyal” istirahət mərkəzləri barədə məlumat vermiş, həmin ərazidə ağacların kəsildiyini və bu məsələyə nəzarətin niyə həyata keçirilmədiyini soruşmuşdur. Cavab olaraq bildirmişdir ki, həmin məsələ onun səlahiyyətlərinə aid deyildir və ekologiya işçiləri tərəfindən araşdırılmalıdır. “Təbəssüm” istirahət mərkəzində qanunsuz tikinti aparılması ilə bağlı Respublika Baş Prokurorluğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmiş, fakt üzrə cinayət işi başlanmış və işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekun qərar qəbul edilmişdir. “Xəyal” istirahət mərkəzi ilə bağlı isə ərazidə ağac kəsintisinin olmadığını, yalnız qanunsuz tikinti aparıldığını və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə tətbiq etdiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs həftənin altıncı günü ona zəng etməsinin səbəbini, buna hansı səlahiyyətlə əsaslandığını soruşmuşdur. Həmçinin ad günü ilə bağlı zəng edildiyini, Təqsirləndirilən şəxs tərəfindən türk dünyasının qan ağladığı bir vaxtda ad günü keçirilməsinin irad tutulduğunu, cavab olaraq isə ad günü keçirilmədiyini, rəhbər şəxs kimi iş yoldaşlarının ona tort aldığını və həmin görüntülərin yayıldığını bildirdiyini qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan əlli manat məbləğində pul göndərilməsini xahiş etmiş, lakin həmin xahişi yerinə yetirməmişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən dəvət almış, Polis İdarəsinə gedərək müstəntiqə bir dəfə izahat vermiş, daha sonra iş materialları ilə tanış olaraq müvafiq sənədləri imzalamışdır. Həmin cinayət işinin məhkəməyə göndərildiyini, ilk məhkəmə iclasında iştirak etdiyini, sonrakı iclasda isə işlə əlaqədar səbəbdən iştirak edə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç vaxt hədə-qorxu xarakterli hərəkətlər edilməmiş, ondan hədə-qorxu yolu ilə pul vəsaiti tələb olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən onun yaxın qohumlarına qarşı hər hansı təhdid irəli sürülməmiş, bu məzmunda hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək müəyyən faktlar barədə məlumat vermiş, lakin ona qarşı hər hansı hədə-qorxu və ya təhdid səsləndirməmişdir. Bildirmişdir ki, əgər ona qarşı hədə-qorxu edilmiş olsaydı, bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edərdi. O, dövlət qulluqçusudur və şəhid qardaşıdır, belə hallarla razılaşması mümkün deyildir. Bir çox jurnalistlərin rəhbər şəxslərə qarşı kəskin mövqe sərgilədiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs də həmin şəxslərdən biri kimi düşündüyünü, yalnız həftənin altıncı günü narahat edildiyi üçün əsəbiləşdiyini bildirmiş, onun həbsdən sağsalamat çıxmasını arzuladığını qeyd etmişdir. Təqsirləndirilən şəxslə bağlı əvvəllər heç bir dövlət orqanına müraciət etməmiş, hər hansı ərizə ilə əvvəlcədən müraciət təqdim etməmişdir. Bir gün işdən axşam saatlarında evə gedərkən ona zəng olunmuş, Polis İdarəsindən əlaqə saxlanıldığı bildirilmiş və Polis İdarəsinə gəlib-gələ bilməyəcəyi soruşulmuşdur. Həmin gün vaxtının olmadığını demiş, zəng edən şəxsin kimliyini soruşmuş, ona izahatının lazım olduğu və növbəti gün Polis İdarəsinə gəlməli olduğu bildirilmişdir. O da səhəri gün Polis İdarəsinə gedərək izahat vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” yazışmaları mövcuddursa, belə yazışmaların olduğunu qəbul etdiyini, lakin həmin yazışmaların hamısını xatırlamadığını qeyd etmişdir. “WhatsApp” tətbiqində onun ad günü ilə bağlı video və şəkillərin də olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan ərizənin onun tərəfindən yazıldığını təsdiq etmiş, izahatında Təqsirləndirilən şəxs ondan əlli manat pul istədiyini və həmin pulu vermədiyini göstərdiyini bildirmişdir. Həmçinin istintaq zamanı verdiyi ifadənin, həmin ifadədə olan imza və xəttin, eləcə də ifadəsinin sonunda əl yazısı ilə yazdığı qeydlərin ona məxsus olduğunu təsdiq etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tərəfindən ona zəng edilərək istirahət mərkəzləri barədə məlumat verildiyini, həmin ərazilərdə ağacların kəsildiyinin bildirildiyini, özünün isə bu barədə prokurorluğa və nazirliyə məlumat verdiyini Təqsirləndirilən şəxs çatdırdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməmişdir, lakin ondan əlli manat pul istəmiş, özü isə həmin pulu verməmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs6 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs6 tədqiq olunan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsində baş məsləhətçi vəzifəsində işlədiyini, 2021-ci ilin avqsut ayından 2023-cü ilin iyul ayına qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsən görməmişdir. 11 fevral tarixdə doğum günü olduğu üçün 10 fevral 2023-cü il tarixdə 1 saylı Regional İdarəsinin əməkdaşları onun üçün tort almış və doğum gününü təbrik etmişdilər. Həmin zaman əməkdaşlarla birlikdə kollektiv fotoşəkil çəkilmişdir. Əməkdaşlardan biri həmin fotoşəkli sosial şəbəkədə paylaşmışdır. Təxminən 11 fevral 2023- cü il tarixdə özünü “Dəryaz” qəzetinin baş redaktoru və "xxxx" saytının rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim edən bir nəfər şəxs ona zəng vurmuşdur. O həmin şəxsdən nə istədiyini soruşduqda onun çəkdirdiyi fotoşəkli “Türk dünyası qan ağlayır X14 idarəsinin direktoru kef edir” başlıqlı məqalə paylaşdığını bildirmiş, bundan başqa Lənkəran rayonu ərazisində yerləşən “Təbəssüm” və “Xəyal” istirahət mərkəzinin yaşıllıqları məhv etdiyini və bununla məlumatı olduğunu bildirmişdir. O Habildən nə istədiyini soruşduqda həmin videonu və məlumatı silmək üçün Zərərçəkmiş şəxs6 50 manat pul tələb etmişdir. O “Təbəssüm” istirahət mərkəzi barədə məlumatları Respublika Baş Prokurorluğuna göndərildiyini və “Xəyal” istirahət mərkəzi ilə bağlı protokol tərtib edildiyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs pul vermədiyi halda bu məlumatları ictimailəşdirəcəyini bildirmişdir. O artıq Habilin əl çəkmədiyini görüb Habillə acı danışmış və telefonu söndürmüşdür. Bundan sonra ondan əl çəkməsini, bu yolun düzgün yol olmadığını bildirməklə bağlı «Whatsapp» proqramı vasitəsilə ona mesaj yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif mobil nömrələrdən «Whatsapp» proqramı vasitəsilə ona müxtəlif videomateriallar və məqalələr göndərməyə başlamışdır. Habil bununla ona hədə-qroxu gəlmişdir və ondan pul verməyini tələb etmişdir. Lakin o, Habilin istədiyi 50 manatı vermədiyi üçün mütəmadi olaraq onun iş fəaliyyəti barədə həqiqəti əks etdirməyən yalan məlumatlar paylaşmağa davam etmişdir. Həmin məlumatların silinməsi üçün Habil ondan 50 manat pul istəmişdir. Lakin o deyiləni etmədiyi üçün Habil onun barəsində mütəmadi olaraq həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. İfadəsinə əlava olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs tərəfindən paylaşılan məlumatları özü üçün rüsvayedici məlumat hesab etmiş, guya onun meşə massivini məhv edilməsinə göz yummasını, rüşvət aldığını, kef çəkdiyini bildirmişdir ki, bu da onun işgüzar nüfuzuna birbaşa xələl gətirmişdir. Habil 50 manat almaqdan ötrü mütəmadi olaraq onun iş fəaliyyəti barədə rüsvayedici məlumatlar paylaşmaqda davam etmişdir. O Habilə pul verməsə də Habil ondan həmin məlumatları silməsi üçün 50 manat pul tələb etmişdir (cild.1, i/v 202- 204; 211-213). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən on il əvvəl, Təhsil Nazirliyində işlədiyi dövrdən tanıyır. Həmin vaxt Təqsirləndirilən şəxs uşaqlarının təhsili ilə bağlı köməklik göstərilməsi üçün ona müraciət etmiş, bu məqsədlə pul istəmiş, o isə kömək məqsədilə əlli manat məbləğində pul göndərmişdir. Bildirmişdir ki, bununla bağlı heç vaxt Təqsirləndirilən şəxs barəsində şikayətçi olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun telefonunda olan məlumatlar əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, həmin idarəyə gedərək ifadə vermiş və bütün məsələləri olduğu kimi bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs çox yaxından tanımamış, onunla sıx münasibətdə olmamışdır. Onu Təhsil Nazirliyində işlədiyi dövrdə, təxminən on il əvvəl tanımışdır. Təqsirləndirilən şəxs mobil nömrəsi onda olmamış, Habil özü onun nömrəsinə zəng etmiş, özünü təqdim etmiş və o da kim olduğunu xatırlamışdır. Təqsirləndirilən şəxs uşaqlarının təhsili ilə bağlı ondan yüz manat pul istəmiş, o isə razılıq vermişdir. Habil zəng zamanı özünü təqdim etmiş, ümumi tanışlarının olduğunu bildirmişdir. Pul vəsaitini telefon vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs “Dəryaz” qəzetində işlədiyini demişdir və onun son vaxtlar həmin qəzetdə fəaliyyət göstərdiyini bildiyini qeyd etmişdir. Uzun müddətdir eyni mobil nömrədən istifadə etdiyini göstərmişdir. Təhsil Nazirliyində işlədiyi vaxtdan həmin zəngədək Təqsirləndirilən şəxs ona zəng etməmişdir. Onun “Dəryaz” qəzetində işlədiyini mətbuatı izlədiyinə görə bildiyini, müəllim olduğunu, qəzet və digər informasiya vasitələrini oxuduğunu, onun imzasını gördüyünü qeyd etmişdir. “Dəryaz” qəzetinə abunə olmadığını, həmin qəzeti heç bir yerdən almadığını, sadəcə qəzet barədə ümumi məlumatının olduğunu və Təqsirləndirilən şəxs üzdən tanıdığını göstərmişdir. Özünü iş üzrə zərərçəkmiş şəxs hesab etmədiyini bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmədiyini, həmin idarəyə öz təşəbbüsü ilə getmədiyini, oraya istintaq orqanı tərəfindən çağırıldığını qeyd etmişdir. Həmin idarədə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə aparılmadığını, belə bir istintaq hərəkətinin həyata keçirilmədiyini, onu çağıraraq Habilin telefonunda olan məlumatlar əsasında pul məsələsinin olub-olmadığını soruşduqlarını, onun da belə bir pul məsələsinin olduğunu bildirdiyini göstərmişdir. İş üzrə cinayət işinin materialları ilə istintaqın sonunda tanış olduğunu, Təqsirləndirilən şəxs qarşı hansı ittihamın irəli sürüldüyünü bildiyini, istintaq zamanı da Habilin ondan hədə-qorxu yolu ilə pul almadığını dediyini göstərmişdir. Təqsirləndirilən şəxs adi bir vətəndaşdır və ondan hədə-qorxu ilə pul tələb etmək üçün heç bir səlahiyyətə malik deyildir. Rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə zidd hər hansı fəaliyyətlə məşğul olmamışdır və bu səbəbdən kiminsə həmin müəssisənin fəaliyyətinə zidd hər hansı məlumat dərc etməsinə əsas olmamışdır. Hazırkı məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı hədə-qorxu olmamışdır, onun tərəfindən təhdid edilməsi mümkün deyildir və Habilə pul vəsaitini məhz kömək məqsədilə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni əvvəlcə təsdiq etdiyini bildirsə də, sonradan göstərmişdir ki, istintaq mərhələsində verilmiş ifadənin məzmunundan demək olar ki, xəbəri olmamış, həmin ifadəni oxumadan imzalamışdır. Bu səbəbdən ibtidai zamanı verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bəyan etmişdir. Təqsirləndirilən şəxslə bağlı hər hansı şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və həmin İdarəyə ünvanlanmış şikayət ərizəsindəki xətt və imzanın ona məxsus olduğunu, lakin həmin sənədi şikayət məqsədilə deyil, izahat qismində yazdığını göstərmişdir. Həmin ərizəni məhkəmə iclasında oxuduğunu, imzaların ona məxsus olduğunu təsdiq etmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadədə əks olunan bəzi məqamları demədiyini bildirmişdir. Əvvəldən də qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onu heç vaxt təhdid etmədiyini, onun iş fəaliyyəti barədə Habilin hər hansı anlayışının olmadığını göstərmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, ondan Habilə pul verib-vermədiyi soruşulmuş, o da pul verdiyini, lakin təhdid olunmadığını bildirmişdir. Təxminən dörd saat həmin idarədə olmuş, izahat vermiş və ifadəni oxumadan imzalamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs4 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs4 tədqiq olunan ifadəsində göstərmişdir ki, 6 ildir ki, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığım, təxminən 13 avqust 2024-cü il tarixdə bir nəfər hazırda istifadəsində olan mobil nömrəmə zəng vuraraq özünü “Dəryaz.az” saytının baş redaktoru kimi təqdim etdiyini və ondan pul istədiyini bildirmişdir, o Habilə pul verməkdən imtina etmiş və zəngini söndürmüşdür. Daha sonra həmin şəxs dəfələrlə ona zəng vuraraq onu narahat etməyə başlamışdır. O da hazırda rəhbəri olduğu kollecin fəaliyyəti ilə bağlı şər-böhtan xaraterli məlumatların Təqsirləndirilən şəxs tərəfindən əsassız olaraq yayılacağını və haqqında rüsvayedici məlumatların paylaşılacağını fikirləşib Habilə pul verməyi qərara almışdır. Habilə pul verməklə bağlı razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ona kart fotoşəkli göndərmişdir. O da özünə məxsus olan “Birbank” tətbiqi vasitəsilə 13 avqust 2024-cü il tarixdə Habilin göndərdiyi kart hesabına 50 manat pul köçürməsi etmişdir. Bundan sonra Habillə əlaqəsi olmamışdır. Pulu köçürən zaman ünvan 7 ünvanında yerləşən kollecdə olduğunu bildirmişdir (cild.1, i/v 89-91; 99-101). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2003–2004-cü illərdən tanışdır. Həmin dövrdə Habilin bacısı uşaqları rəhbərlik etdiyi məktəbdə təhsil almış və bu əsasda aralarında tanışlıq yaranmışdır. 1990-cı ildən məktəbin direktoru vəzifəsində çalışır. Bir müddət sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qəzetdə işləyir. Məktəbdə qəzet guşəsi yaratmaq və məktəb qəzeti buraxmaq istəyi olmuş, lakin qəzetin necə hazırlanması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs jurnalist olduğunu və qəzetdə işlədiyini bildirmiş, o da qəzet fəaliyyəti ilə bağlı müəyyən suallar vermişdir. Təqsirləndirilən şəxs məktəbin Sabunçu rayonu ərazisində uşaqların qəbulu və tədbirlərdə iştirakı ilə tanınmış məktəb olduğunu, məktəbin əldə etdiyi uğurların qəzet vasitəsilə tanıdılmasının məqsədəuyğun olacağını bildirmişdir. Lakin o, məktəbin qəzet və jurnal vasitəsilə deyil, fəaliyyəti ilə tanınmalı olduğunu, yaxşı təhsil verən məktəbin valideynlər və şagirdlər tərəfindən tanındığını qeyd etmişdir. Təqsirləndirilən şəxs zaman-zaman yalnız qəzetlə bağlı müraciətlər etmiş, məktəbin hansı köməyə ehtiyacı olduğunu soruşmuşdur. Məktəbin məhdud imkanları səbəbindən yalnız bir-iki nömrə qəzet buraxılmışdır. Sonradan Təqsirləndirilən şəxs müraciət edərək uşaqlarının ali məktəbdə oxuduğunu və maddi ehtiyacı olduğunu bildirmişdir. O da imkanının məhdud olduğunu, lakin kart nömrəsini göndərdiyi təqdirdə imkanı daxilində köməklik edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs kartına əlli manat pul köçürmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə normal münasibətləri olmuş, aralarında yaxın münasibət və ya ədavət olmamışdır. Onunla əsasən qəzet barədə danışmış, pul barədə əvvəlcədən hər hansı razılaşma olmamışdır. Qəzetin ictimai fəaliyyətlə bağlı məlumatlar dərc etdiyini bildiyini qeyd etmişdir. Məktəbin öz qəzeti ilə Habilin fəaliyyət göstərdiyi qəzet arasında hər hansı əlaqə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona zəng edilərək hər hansı məcburi tələb və ya xahiş edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə bağlı şikayət ərizəsi yazmışdır, lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldıqdan sonra ona Habilin kartına pul köçürdüyü bildirildikdə bunu təsdiq etmiş, illər əvvəl xahiş əsasında kömək məqsədilə pul göndərdiyini demişdir. Pul vəsaitini Maştağa qəsəbəsində yerləşən ödəniş aparatından köçürdüyünü, kart nömrəsini Habilin özünün göndərdiyini bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ondan pul tələb etmədiyini, sadəcə köməklik xahiş etdiyini göstərmişdir. Hədə-qorxu ilə pul tələb edilməsi barədə ərizədə heç nə yazmadığını və belə məzmunda ifadə vermədiyini qeyd etmişdir. İfadəni oxumadan imzaladığını bildirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmadığını, yalnız istintaq orqanına imza atmağa getdiyi zaman Habili içəri daxil olarkən gördüyünü, qollarında qandal olduğunu müşahidə etdiyini göstərmişdir. İstintaq zamanı suallara cavab verdiyini, müstəntiqin cavabları kompüterdə çap etdiyini, daha sonra imza atmasının istənildiyini, dediklərinin düzgün yazıldığına inandığını bildirmişdir. Ona cinayət məsuliyyəti barədə məlumat verildiyini və bununla bağlı imza etdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, istintaq orqanında ona qarşı hər hansı şantaj, fiziki zorakılıq və ya hədə-qorxu olmamışdır. Şikayət ərizəsi onun əl yazısı ilə hazırlanmışdır, lakin ərizədə yazılan məzmunu oxumamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığında heç bilməyib ki, nə üçün çağırılmışdır. Bir dəfə Təqsirləndirilən şəxs ona zəng edərək məktəb haqqında qəzetdə yazmaq istədiyini demiş, sonra isə maddi köməklik xahiş etmişdir. Həmin vaxt Habilə yardım etmək imkanında olmayıb. Habil yalnız məktəb haqqında qəzetdə yazı dərc etmək istədiyini bildirib, lakin ondan heç bir təzyiq və ya tələb olunmayıb. İbtidai istintaq zamanı ona qara, üzü görünməyən bir şəklin göstərildiyini, tanıyıb-tanımadığını soruşduqlarını, pul tələb edilib-edilmədiyi barədə soruşduqlarını, o isə Habilin ondan pul tələb etmədiyini bildirmişdir. Evdə ərizə yazmaq niyyəti olmayıb, ərizə yazmağı öz təşəbbüsü ilə istəməyib, istintaq zamanı ona yazdırıldı. Eyni zamanda 9 sentyabr tarixində çağırıldığını, saat 2-dən sonra orada olmasını istədiklərini, taksi ilə gedib aşağıda gözlədiyini, daha sonra ona yaxınlaşıb Habilə pul köçürtməsi barədə soruşulduğunu, o isə heç nə köçürtmədiyini bildirdiyini, yalnız xahiş əsasında pul göndərdiyini demişdir. Müstəntiqin Təqsirləndirilən şəxs tanıyıbtanımadığını soruşduqda, onu tanıdığını, jurnalist olduğunu bildirdiyini və ona kömək etməsini xahiş etdiyini, təzyiq edilmədiyini ifadə etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 34 ildir ki, 67 nömrəli tam orta məktəbin direktoru kimi işlədiyini, 2024-cü ilin aprel ayının ortalarında ünvan 8 ünvanında yerləşən 67 saylı tam orta məktəbdə işdə olan zaman ona tanımadığı nömrədən zəng gəldiyini və həmin şəxsin şəxs telefonda özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və jurnalist olduğunu deməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona özünün müstəqil jurnalistika fəaliyyəti ilə məşğul olduğunu və müxtəlif dövlət orqanları ilə bağlı paylaşımlar etdiyi bildirmişdir. O da Təqsirləndirilən şəxs işində uğurlar arzuladığını demişdir. Təqsirləndirilən şəxs telefonda onun uzun müddətdir direktor kimi işlədiyini və buna görə də çoxlu pul qazandığını bildirmişdir. O isə Habilə yalnış danışdığını demişdir. Təqsirləndirilən şəxs ona məktəbdəki qanunsuzluqlar barədə paylaşım edəcəyini və onun məktəbdəki “əsl” işi işıqlandıracağını demişdir. Ancaq o, Habilə onu nə üçün hədələməsini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, o dövlət orqanında işlədiyi üçün və burada pul qazandığı üçün Habili görməlidir. O da Təqsirləndirilən şəxs nə istədiyini soruşmuşdur. Habil demişdir ki, onunla bağlı saytda və sosial şəbəkədə xəbər paylaşmaması üçün 50 manat pul verməlidir. O isə Təqsirləndirilən şəxs qadını hədələməyin “kişi” işi olmadığını demişdir. Bundan sonra o Təqsirləndirilən şəxs həmin məbləği verəcəyini demişdir. Çünki o məktəblə bağlı hər hansı paylaşdığı həqiqətə uyğun olmayan məlumat onu həm işçilər arasında, həm şagirdlər arasında, həm də məktəb kollektivi arasında nüfüzdan salacaqdı. Ancaq o Təqsirləndirilən şəxs həmin məbləği həmin gün yox, bir gün sonra verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs ona pulu köçürməyi üçün bank kartı göndərmiş və o bir gün sonra, yəni 2024-cü ilin aprel ayının ortalarında Maştağa qəsəbəsində yerləşən “Araz” marketdən “MilliÖn” aparatından Təqsirləndirilən şəxs ona göndərdiyi karta 50 manat pul köçürməsi etmişdir (cild.1, i/v 63-65; 73-75). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Xətai rayonunda Gənclik parkı tikilərkən dəmir ehtiyacı üçün Təqsirləndirilən şəxs orada işləyən qaynaqçının dostu kimi tanımışdır. Sonradan onunla heç bir əlaqəsi olmamışdır. 2024-cü ildə pandemiya dövründə bir nömrədən ona zəng gəldiyini, zəng edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, vətəndaşların tullantı və məişət sularının axıdılması və digər problemlərlə bağlı şikayət etdiyini bildirdiyini qeyd etmişdir. O, Habilə həmin problemlərin araşdırılacağını və həll olunacağını demiş, bu kimi məsələlərdə ona müraciət edə biləcəyini söyləmişdir. Beləliklə, aralarında dostluq münasibəti yaranmışdır. Habil asvalt, su basma və digər məsələlərlə bağlı ona müraciət edirdi. Habil bir dəfə toya gedəcəyini bildirərək 100 manat borc istəmişdir. O zaman şəhərdə olmadığı üçün dostlarından xahiş etmiş, Habilin kartına 50 manat köçürmüşdür. Sonra Habil kartda vəsaitin çatdığını təsdiqləmiş və təşəkkür etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadə ilə tanışdır və oradakı imzalar ona məxsusdur. O, heç bir şikayət və tələb irəli sürməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı hədə-qorxu olmayıb, Habilin telefon yazışmalarında adı keçdiyi üçün BMCMİ-yə çağırıldığını düşünür, amma kim tərəfindən çağırıldığını xatırlamır. Pul məsələsi ilə bağlı Habilin 100 manat borc istədiyini, dostları vasitəsilə 50 manat göndərdiyini təsdiq etmişdir. BMCMİ-də iki dəfə olub, orada Habil barəsində şikayət ərizəsi yazmamış, ona belə bir təklif edilməmişdir. Habilin qəzetdə məlumat dərc etməklə onu hədələmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə bağlı BMCMİ-də şikayət ərizəsi yazmadığını təsdiqləmişdir (bu zaman ibtidai istintaq zamanı yazdığı ərizə və müvafiq izahat və ifadələri ona təqdim olunmuşdur). Uzun müddət keçdiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ərizə yazmağı unutmuşdur. Qeyd etmişdir ki, ərizədə olan imzalar ona məxsusdur. O, Təqsirləndirilən şəxs pulu yoldaşlıq məqsədilə istədiyini, heç bir təzyiq və ya hədə-qorxu olmadığını qeyd etmişdir. İstintaq zamanı verdiyi ifadəni artıq təsdiq etmədiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs3 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2 ildir ki, Bakı şəhəri Xətai rayonu MKTB-nin rəis müavini vəzifəsində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ildən etibarən tanıdığını, onu Xətai rayonunda Gənclik parkı inşa edilən zaman orada işləyən bir qaynaqçının dostu kimi tanıdığını bildirmişdir. Təxminən 2024-cü ilin may ayında ona bir nömrədən tullantı və məişət sularının axıdılması ilə bağlı fotoşəkillər və viodegörüntülər göndərilmişdir. O, həmin şəxslə əlaqə saxladıqda o özünü "xxxx" saytının rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Habil onu tanıdığını və ona pislik etməmək üçün bu məlumatları sosial şəbəkələrdə paylaşmaq istəmədiyini bildirmişdir. İntiqam ona çox sağol demiş və işçilərə demişdir ki, həmin ərazidə olan çatışmazlıqlar aradan qaldırılsın. Bundan sonra Habil onların ərazidə xeyli sayda çatışmazlıqların olmasını bildirmişdir. Bir qədər sonra təxminən 2024-cü ilin iyun ayının sonlarında Habil onunla əlaqə saxlayaraq yenə də sakinlərdən narazılıq olduğunu lakin özünün bunun qarşısını aldığını bildirmişdir. Habil rayondan gəldiyini, 100 manat pula ehtiyacının olduğunu bildirmişdir. O başa düşmüşdür ki, Habil bunu deməklə iş faəliyyəti haqqında rüsvayedici məlumatlar paylaşa biləcəyini söyləmişdir. O da o qədər pulunun olmadığını bildirmişdir. Daha sonra yaşadığı evdə olan zaman Habilin dediyi kart hesabına 50 manat pul göndərmişdir. Pulu hansı kart hesabından kimin kart hesabına göndərdiyini xatırlamadığını bildirmişdir. Daha sonra Habil onunla əlaqə saxlayaraq 100 manat istədiyini bildirmişdir. O Habilə 50 manatı 100 manat kimi qəbul etməsini bildirmişdir. Daha sonra onun Habillə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs onun işlədiyi Bakı şəhəri, Xətai MKTB-nin fəaliyyəti ilə bağlı çatışmazlıqların olduğunu bildirib daha sonra rayondan gəldiyi üçün pulunun olmadığını bildirmişdir. Buna görə ondan 100 manat tələb edib 50 manat pul almışdır (cild.1, i/v 76-78; 86-88). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə hazırda heç bir ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun sexinə gələrək yoxlama aparacağını bildirmiş və “Whatsapp” mobil tətbiqi vasitəsilə pul tələb etmişdir. İlk tələb 200 manat olmuş, pul verilmədiyi təqdirdə problemlərin, paylaşımların olacağı, sexin anti-reklam olunması ilə bağlı söhbətlər olmuşdur. Habil müəllimin səhifəsində onun sexi ilə bağlı heç bir reklamın yayımlandığını görməmişdir. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və təqsirləndirilən şəxsi bağışladığını bildirmişdir. Pulun ödənilməsi ilə bağlı hədə-qorxu gəldiyini, jurnalist Habilin səhvləri tutaraq paylaşa biləcəyindən ehtiyat edərək hissə-hissə ödəməyə razılaşdığını qeyd etmişdir. Sexin fəaliyyətinə dair bütün sənədlərin, sertifikatların və post terminalların yerində olduğunu bildirmiş, ödənişləri 20 manat, 50 manat, 30 manat, 10 manat kimi hissələrdə həyata keçirdiyini, ümumi məbləği və tarixləri dəqiq xatırlamadığını qeyd etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, BMCMİ-yə zənglə çağırılmış, telefonda Habil ilə olan yazışmalar dövlət tərəfindən aşkarlanaraq çağırıldığı bildirilmişdir. Zərərçəkmiş şəxs Habil müəllimi 2022-ci və ya 2023cü ildə tanıdığını, çəkilişin şantaj məqsədli yayımlanmadığını, pulu ödəyə bilmədiyi təqdirdə biyabır ediləcəyi ilə bağlı xəbərdarlıq aldığını, istehsalat prosesində səhvlərin ola biləcəyini və hissə-hissə ödəniş etdiyini qeyd etmişdir. BMCMİ-də bir dəfə olmuş, Habil müəllimin hədə-qorxu ilə biabır edəcəyi barədə xəbərdarlığını almışdır. Çəkilişlə bağlı narazılığı olmadığını, pulun reklam məqsədilə verilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və bu gün Habildən heç bir tələbinin olmadığını təsdiq etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs1 tədqiq olunan ifadəsində göstərmişdir ki, 1 ildir ki, “Oazis” içməli su markasının sahibi olduğunu bildirmişdir. O iş fəaliyyətinin “Oazis” markası adı altında içməli su hazırlayıb, qablaşdıraraq müştərilərə çatdırılmasını həyata keçirməkdən ibarət olduğunu bildirmişdir. İcarə müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə 87 ünvanmnda olan qeyri- yaşayış sahəsində fəaliyyət göstərdiklərini bildirmişdir. Suların qablaşdırılması və çatdırılması üçün avtomobillərə həmin ünvandan yüklənilməsi həyata keçirilmiş, bundan başqa sulardan istifadə edilən müştərilərə hədiyyə olaraq pompalar və dispenserlər verilmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində təxminən günün birinci yarısında işdə olan zaman bir nəfər şəxs avtomobillə onların iş yelərinə gəlmişdir. Həmin şəxs özünü "xxxx" saytının baş redaktoru və jurnalist Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Habil bildirmişdir ki, onların su markası ilə bağlı araşdırma aparılmalıdır və baxış keçirməlidir. O da ilk dəfə idi ki, belə halla rastlaşmışdır. Habilə nə deyəcəyini bilməmiş və içəri keçməsinə icazə vermişdir. Həmin şəxs mobil telefonu vasitəsilə suyun istehsalı və qablaşdırılması prosesisini qeydə almağa başlamışdır. Daha sonra bildirmişdir ki, onların suyun istehsalında və müəssisəsinin fəaliyyətində pozuntular var ki, həmin pozuntuları öz rəsmi saytında və sosial şəbəkələrdə işıqlandıracaqdır. Şamxal da bundan həyəcanlanmış və pozuntuların nədən ibarət olmasını belə soruşmamışdır. Çünki müəssisə həmin zaman bir neçə ay idi ki, fəaliyyət göstərmiş və markanın adı haqqında pis məlumatlar yazılmasını istəməmişdir. Əslində isə X4 tərəfindən onların müəssisədə mütəmadi yoxlamalar həyata keçirilmiş və pozuntu aşkar edilməmişdir. O Təqsirləndirilən şəxs marka haqqında həqiqətə uyğun olmayan məlumatlar yazılmamasını və marka adının zədələnməsini istəmədiyini bildirmişdir. Habil bildirmişdir ki, əgər qeydə aldıqlarını paylaşsa və pozuntuları qeyd etsə bir də heçkim həmin markadan su almayacaqdır. O Habilə bu işi yoluna qoymağı xahiş etmişdir. Habil Şamxala 500 manat verəcəyi halda bu məlumatları paylaşmayacağını bildirmişdir. Şamxal 500 manatın çox olmasını və bu pulu verə bilməyəcəyini bildirmişdir. Daha sonra bir qədər söhbət edib 200 manata razılaşmışlar. O Habilə ünvan 10 ünvanında 2024-cü ilin fevral ayının əvvəllərində əlbə-əl 50 manat pul vermişdir. Qalan məbləği daha sonra vercəəyini bildirmişdir. Bundan sonra Habilə istifadəsində olan 070 *** ** ** rəqəmli mobil nömrəmi vermişdir. Habilin mobil nömrəsini hazırda xatırlamamışdır. Habillə bundan sonra onunla əlaqə saxlamağa başlamışdır. Habil onunla əsasən Whatsapp proqramından istifadə etməklə əlaqə saxlamışdır. Habilə 50 manat verib və öz mobil nömrəsini verdikdən təxminən 10 gün sonra onunla əlaqə saxlayıb qalan 150 manatı istəmişdir. O həmin pulu verməyə razılaşdıqda Habil Şamxala kart fotoşəkli göndərmiş və pulu həmin karta göndərməsini istəmişdir. Şamxal özünə məxsus olan 4169 7377 0105 5937 rəqəmli kart hesabından Habilin göndərdiyi kart heabına 70, bir neçə gün sonra isə 80 manat pul göndərmişdir. Daha sonra Habil yenidən onun müəssisəsinə gələrək ondan su dispenseri istəmişdir. O da Habilin onların su markası haqqında həqiqətəuyğun olmayan məzmunda şər və böhtan xarakterli rüsvayedici məlumat yaymaması üçün Habilə 150 manat dəyərində su dispenseri vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının əwəllərinədək olan müddət ərzində mütəmadi olaraq Şamxaldan hədə-qorxu yolu ilə əlavə 200 manat da pul almışdır. Həmin pulları hər dəfə 50 manat olmaqla, Habilin ona göndərdiyi kart hesabına göndərmişdir. Lakin Habil demək olar ki, hər dəfə ona müxtəlif bank kartları göndərmişdir və həmin bank kartları Habilə məxsus olmamışdır. Lakin bank kartlarının kimə məxsus olmasını da xatırlamamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun sahibi olduğu “Oazis” içməli su markasının haqqında həqiqətəuyğun olmayan məzmunda şər və böhtan xarakterli məlumatlar yaymaq hədəsi ilə ondan 400 manat nağd pul və 150 manat dəyərində su dispenseri aldığını bildirmişdir. Habilin həmin pul vəsaitlərini 2024-cü ilin fevral ayının əvvəllərindən 2024-cü ilin iyun ayının əvvəllərindək olan müddət ərzində tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 420 manat nağd pul və 150 manat dəyərində su dispenserini hədə-qorxu yolu ilə almışdır. Belə ki, o Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində əlbə-əl 50 manat pul vermiş. Daha sonra iki dəfə 2024-cü ilin mart ayının əvvəllərində 50 manat olmaqla 100 manat pul köçürməsi etmişdir. 2024-cü ilin mart ayının sonlarında və aprel ayının əvvəllərində isə 40 manat və 80 manat pul köçürməsi etmişdir. Bundan sonra 2024-cü ilin iyun ayının ortalarında 100 manat və 20 manat sonlarında isə 30 manat olmaqla ümumilikdə 370 manat pul köçürməsi etmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs onların sexinin fəaliyyət göstərdiyi ünvan 11 ünvanında yerləşən sexə gələrək oradan 150 manat su dispenserini ondan hədə-qorxu ilə tələb edərək almışdır. Qeyd edilən pul vəsaitlərini və əmlakı Habil onun sahibi olduğu içməli su markasının guya istehsalında və qablaşdırıİmasında olan pozuntuları işıqlandıracağı ilə hədələyib almışdır. Həmin məlumatları da özü üçün rüsvayedici məlumat hesab etmişdir. Habilə əlbə-əl verdiyi və kartına köçürdüyü pul vəsaitlərini işlədiyi yerə olan zaman etdiyini bildirmişdir. Bank məlumatlarına baxış zamanı köçürlən pul vəsaitlərinin 07 mart 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixinədək köçürlməsi müəyyən edilmişdir (cild 1, i/v 49-52; 59-62; 148-150) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona zəng edərək özünü təqdim etmiş və “sizin tikinti apardığınız ərazidə ağaclar kəsilib” demişdir. O, Habilə ofisdə görüş təklif etmiş, hansı ağaclardan söhbət getdiyini müzakirə etmiş və sonra Habil oradan ayrılmışdır. Sonradan “Dəryaz.az” saytından şirkətin adı və zərərçəkmişin adı ilə bağlı, lakin ünvanı tamamilə fərqli göstərən mesaj gəldiyi qeyd edilmişdir. Mesajda yaşıllıqların məhv olması və digər mövzular yer almış, lakin tikinti gedən ərazidə artıq 13-cü mərtəbəyə qədər işlər aparıldığı üçün hansı ağaclardan söhbət getdiyi sual altında qalmışdır. O, Habilə məlumatın düzəlməsini və saytdan silinməsini tələb etmiş, Habil sonradan uşaqlarının pullu oxuduğunu və maliyyə vəziyyətinin yaxşı olmadığını ona bildirmişdir. Habilə kömək məqsədilə 150 manat pul vermiş, hədə-qorxu yolu ilə pul tələb olunmadığını vurğulamışdır. Sonradan saytdan həmin məlumatlar çıxarılmışdır. May ayında BMCMİ tərəfindən dəvət olunduğunu, lakin dəvətin mövzusunun əvvəlcədən bildirilmədiyini, idarəyə gələndə Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşduqlarını, sonra “Dəryaz.az” saytının adı çəkildikdə xatırladığını bildirmişdir. Habilin saxlanıldığını öyrəndikdən sonra telefonundan məlumatların tapıldığını və izahat verdiyini qeyd etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, müstəntiqə verdiyi ifadədə 150 manatın hədə-qorxu yolu ilə alındığını deməsini, BMCMİ-də verdiyi ərizədə də belə bir məlumatın yazılmasını xatırlamadığını, BMCMİ-də yalnız bir dəfə iş üzrə çağırıldığını, şikayət ərizəsi yazmadığını və ərizə yazılmasına məcbur edilmədiyini bildirmişdir. Məhkəmə iclasında təqdim olunan ərizədəki imza və xətt ona məxsusdur. Habil Tağıyəvə 150 manat pulu saytında yerləşdirdiyi yazını silmək və kömək üçün vermişdir. Əgər həmin yazı silinməsəydi, nüfuzuna xələl gələcəkdi. İkin danışıq zamanı Habillə aralarındakı ünsiyyət aqressiv olmayıb, Habil sadəcə kömək istəmişdir. Sayt məsələsi olmasa idi, 150 manat verməzdi və BMCMİ tərəfindən dəvət edilməsə, şikayət etməyi ağlına belə gətirməzdi. Habil saytda yerləşdirdiyi böhtan xarakterli məlumatı silmək üçün 150 manat almışdır və pulu ona insanların gözündə hörmətdən düşməmək məqsədilə etmişdir. O, pulu Habilə vermiş, amma bundan sonra onlarla əlavə görüş olmamışdır, yalnız telefonla əlaqə saxlanılmış və məlumatın silindiyi təsdiqlənmişdir. Şikayət və tələbinin olmadığını, pulu kartla və ya nağd formada verdiyini xatırlamadığını qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs5 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2018-ci ildən hazıradək "xxxx" MTK-nın direktoru olduğunu, həmin MTK-nın Bakı şəhəri, Nizami rayonu ərazisində bina tikintisi ilə məşğul olduğunu bildirmişdir. Təxminən 2024-cü ilin may ayında işdə olan zaman istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefonuna bir nəfərin zəng vuraraq özünü “Dəryaz” qəzetinin baş redaktoru və müstəqil jurnalist kimi təqdim etdiyini bildirmişdir. O Habildən nə istədiyini soruşduqda Habil onun tikinti apardığı ərazidə yaşıllıqların məhv edildiyini onun haqqında məqalə yazacağını bildirmişdir. O Habili onu ofisinə dəvət etmiş və danışmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun ofisinə gəlmiş və tikinti apardığı ərazidə yaşıllıqları məhv etdiyini, Yaşıllaşdırma İdarəsinin buna göz yumduğunu bildirmişdir. Habili öz ofisindən rədd olub getməsini bildirmişdir. Səhəri gün Təqsirləndirilən şəxs «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə onun nömrəsinə "xxxx" saytında onun rəhbərlik etdiyi MTK haqqında yazılmış məqaləni kopylayıb göndərmişdir. O məqaləni oxumuş və orada MTK-ın fəaliyyəti haqqında həqiqətəuyğun olmayan məzmunda məlumatlar yazıldığını, yaşıllıqların məhv edildiyi iddia edilən ərazidə onlar ümumiyyətlə tikinti aparmamışlar. O yenidən Habillə əlaqə saxlamış və həmin məlumatlarla dövlət orqanlarının yoxlamasına məruz qalacağını və həmin məqalənin silməsini xahiş etmişdir. Habil bunun müqabilində 150 manat pul tələb etmişdir. O Habilin ona göndərdiyi kart hesabına 150 manat köçürməsi etmişdir. Pul köçürəsinin hansı kartdan hansı karta edildiyini xatırlamasa da pul köçürməsini edən zaman hazırda yaşadığı evdə olmuşdur. Daha sonra Habil onunla əlaqə saxlayaraq məqaləni saytdan sildiyini bildirmişdir. Bundan sonra Habillə əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi "xxxx" MTK-nın guya yaşıllıqları məhv etdiyi ilə bağlı həqiqətəuyğun olmayan məzmunda məlumatlar paylaşmış və bunu silmək müqabilində ondan 2024-cü ilin may ayının sonlarında 150 manat pul almışdır (c.1, i/v 216-218; 225- 227). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə tanışlığı təxminən 2023-cü ilə təsadüf etmişdir. O, 2020-ci ildə Şəki Rayon Psixiatriya Xəstəxanasına baş mühasib vəzifəsinə təyin olunmuş, qeyd olunan dövrdə “ARB” televiziya kanalının əməkdaşları və digər jurnalistlər xəstəxanaya müraciət etmiş, lakin müəssisənin qapalı tipli psixiatriya xəstəxanası olması səbəbindən jurnalistlərin girişinə icazə verilməmişdir. Yalnız Səhiyyə Nazirliyinin əməkdaşı Pərviz müəllimin razılığı olduğu hallarda jurnalistlərin buraxıldığı göstərilmişdir. Həmçinin Habil müəllimlə aralarında geniş və davamlı ünsiyyət olmadığını, əlaqələrinin əsasən salamlaşma səviyyəsində olduğunu qeyd etmişdir. Xəstəxananın fəaliyyəti ilə bağlı məlumatların jurnalda dərc olunması məqsədilə Pərviz müəllimdən icazə alınmış, bunun müqabilində jurnalın nəşr olunmalı olduğu bildirilmişdir. Həmin nəşrlə əlaqədar olaraq onun tərəfindən Təqsirləndirilən şəxs 20 (iyirmi) manat məbləğində pul vəsaiti göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni tam təsdiq etdiyini, BMCMİ tərəfindən telefonla dəvət olunduğunu, həmin quruma çağırıldığını və 20 (iyirmi) manat məbləğində pul vəsaitini Habil müəllimin bank kartına köçürdüyünü göstərmişdir. Bu köçürmə barədə məlumat müvafiq orqanda mövcud olmuş və o, baş vermiş hadisəni olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı hədə-qorxu və ya təzyiq göstərilmədiyini, köçürdüyü 20 manat vəsaiti yalnız onların qəzetinin dərc olunmasına köməklik məqsədilə göndərdiyini bildirmişdir. Həmçinin hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Xəstəxanaya vəzifəyə təyin olunduğu dövrdə bir çox jurnalistlər ora müraciət etmiş, lakin müəssisənin qapalı tipli olması səbəbindən orada müsahibə aparılması qadağan edilmiş və bu səbəbdən heç bir jurnalistin xəstəxanaya buraxılmasına icazə verməmişdir. Bu halın bəzi jurnalistlərdə narazılıq yaratdığını, həmin məsələ ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verdiyini bildirmişdir. O, sonradan nəşriyyatla bağlı maliyyə sənədləri üzrə Bakıya gəldiyini, Habil müəllimlə tanışlığının həmin dövrdə yarandığını və aralarında yoldaşlıq münasibətinin formalaşdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir dövlət orqanına ərizə ilə müraciət etmədiyini bildirmiş, iş materiallarında olan imza və xəttin ona məxsus olduğunu təsdiqləmişdir. O, müvafiq sənədlərdə nümayəndə qismində iştirak etdiyini və Təqsirləndirilən şəxs ona qarşı hər hansı şəxsi fikir bildirmədiyini, yalnız xəstəxana ilə bağlı müəyyən fikirlər səsləndirmiş ola biləcəyini qeyd etmişdir. Xəstəxanada maliyyə rəhbəri vəzifəsində çalışdığını, sanitar-gigiyena məsələlərinin isə onun səlahiyyət və vəzifə öhdəliklərinə aid olmadığını bildirmişdir (bu zaman ibtidai istintaq zamanı yazdığı ərizə və müvafiq izahat və ifadələri ona təqdim olunmuşdur). O, xəstəxananın nümayəndəsi qismində Bakıya tez-tez gəlib-getdiyini və müzakirə olunan məsələ ilə bağlı həmin çərçivədə açıqlama verdiyini qeyd etmişdir. İbtidai stintaq zamanı ona qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmiş, eyni zamanda, mümkün olaraq həmin dövrdə emosional və aqressiv vəziyyətdə olduğu üçün müəyyən ifadələri bu şəkildə vermiş ola biləcəyini istisna etməmişdir. Həmçinin iş materiallarında olan ifadənin və imzanın ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs7 tədqiq olunan ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixiatriya Xəstəxanasında baş mühasib vəzifəsində işləyir. Bundan başqa "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləyir. O ifadəsində Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, Azərbaycan Nəşriyyatının binasında görüb tanıdığını bildirmişdir. Təxminən 2023-cü ilin iyun ayının ortalarında bir nəfər ona zəng vuraraq özünü “Dəryaz” qəzetinin baş redaktoru Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmin şəxs onun işlədiyi Şəki Rayon Psixitrya Xəstəxanasında qanunsuzluqlar baş verdiyini sanitar-gigiyena qaydalarına riayət edilməməsi və orada mühasib Şahlar adlı şəxsin xəstələri işlətməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Həmin şəxs onu Şahlar deyə tanımışdır. O Təqsirləndirilən şəxs bu məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun mövqeyini öyrənmək istədiyini, əgər bu barədə ona məlumat verməsə məlumatı dərc edəcəyini bildirmişdir. O məlumatların həqiqəti əks etdirmədiyini və dərc etməməsini Habilə bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər 20 manat versə onun barəsində olan məlumatı dərc etməyəcəkdir. O Habili onu dinləyib fikrini başa düşdükdən sonra işgüzar nüfuzuna xələl gəlməməsi üçün və Şəki rayonunda rüsvay olmamaq üçün Habillə razılaşmışdır. Məlumatın dərc ediləcəi halda himin məlumatlar həqiqət olmasa belə Şəki rayonunda rüsvay ola bilərdi. Buna görə də Təqsirləndirilən şəxslə razılaşmışdır. O Təqsirləndirilən şəxs kart hesabına yaşadığı evdə olan zaman 2023-cü ilin iyun ayının ortalarında 20 manat pul köçürməsi etmiş və məlumatı dərc etməməsini bildirmişdir. Habil də pulu aldığı üçün məlumatı dərc etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bayramlarda ona bayram təbriki göndərmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ünvanlanmış hədəni özü üçün rüsvayedici məlumat hesab etmiş, çünki həmin şəxs guya onun xəstələri işlətdiyini sanitar- gigiyena qaydalarına riayət edilmədiyini bildirmişdir. Bu məlumatı da dərc etsə rayon ərazisində rüsvay olardı. Habil bu məlumatları dərc etməmək üçün ondan hədəqorxu yolu ilə 20 manat pul almışdır (c.1, i/v 216-218; 225-227). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, onu BMCMİ-yə dəvət etmişlər. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, ona Habillə bağlı suallar verilmişdir və o, bu suallara cavab verərək, həmçinin Habilin ona heç bir təzyiq göstərmədiyini bildirmişdir. Habil ona "xxxx" MTK ilə bağlı sual vermişdir, lakin o, bu MTK ilə tanış olmadığını bildirmişdir. Yaşıllaşdırma idarəsinin rəhbəri olduğunu və kəsilən ağaclarla bağlı araşdırma apardığını qeyd etmişdir. O, Habilin ona MTK ilə bağlı araşdırma aparmağı istədiyini, lakin araşdırma nəticəsində "xxxx" MTK-nın ərazisi olmadığına qərar verdiyini bildirmişdir. Göstərir ki, Habil ona "xxxx" MTK-da qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verdiyindən həmin əraziyə gedib baxmış və müəyyən etmişdir ki, bu ərazi "xxxx" MTK-nın ərazisi deyil. Habil ona “Arifin haqqında da, sənin haqqında da yazacağam” demişdir. Bu səbəbdən o, telefonu bağlamışdır. Heç nədən qorxmadığını, lakin Habilin dediklərindən sonra telefonu bağlamağa məcbur olduğunu bildirmişdir. Ariflə münasibətinin Habildən sonra başladığını və "xxxx" MTK-da qanunsuz ağac kəsilmədiyini qeyd etmişdir. O, öz nəzarətçisini göndərib ərazidə yoxlama aparmışdır və həmin ərazinin Ariflə heç bir əlaqəsi olmadığını bildirmiş, heç bir zaman hədə qorxu ilə qarşılaşmamışdır və Habilin kiməsə hədə qorxu gəldiyini görməmişdir. O, telefon danışığı ilə bağlı danışdıqda isə, danışığının olduğunu təsdiqləyərək, sonra telefonu bağladığını bildirmişdir. Təqsirləndirilən şəxs ona başqa telefondan zəng etmişdir. Təqsirləndirilən şəxsə Arif ona 50 manat versəydi, bu hadisələrin baş verməyəcəyini söyləmişdir. Ağac kəsilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. O, Habilin ona Arif haqqında yazacağını bildirdiyini və buna görə də telefonu bağladığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid dindirilən Şahid məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid tədqiq olunan ifadəsində göstərmişdir ki, 4 ildir ki, Bakı şəhər X1 şöbə rəisi işlədiyini, əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, 80 saylı MKİS rəisi vəzifəsində işlədiyini bildirmişdir. O Təqsirləndirilən şəxs 80 saylı MİKS-də işləyən zamanlardan tanıdığını, Habilin bir neçə dəfə həmin MİKS-ə gələrək onun fəaliyyəti barədə narazılıqları olduğunu deməsini bildirmişdir. O Habilin Gədəbəyli olduğunu bilmiş, daha sonra ortaq tanışlar vasitəsilə əlaqə tapmışdır. Daha sonra Habil onunla “dost” olduğunu bildirib onunla işinin olmayacağım bildirmişdir. Daha sonra hazırda xidmət etdiyi vəzifədə olan zaman 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona yazaraq Nizami rayonu ərazisində "xxxx" MTKnın rəhbəri Arif adlı şəxsin yaşıllıqları məhv edərək tikinti apardığını bildirmişdir. O bu məsələ ilə bağlı Habili acılamışdır. Daha sonra işçisinə göstəriş verərək məsələni araşdırmasını bildirmişdir. Məlum olmuşdur ki, Habilin dedikləri həqiqət deyildir. Daha sonra Habillə əlaqə saxladıqda Habil ona bildirmişdir ki, "xxxx" MTK-nın rəhbəri Arifə pul verməsini desin. O Habili yenə də acılamış və onu bu işlərə qatmamasını bildirmişdir. Daha sonra Habillə əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Habil ondan hədə-qorxu yolu ilə pul almamışdır və pul tələb etməmişdir. Arifdən hədə-qorxu ilə pul tələb etmişdir, çünki Habilin dediyi ünvanda ümumiyyətlə Arif adlı şəxs tikinti aparmamışdır və yaşıllıq məhv edilməmişdir. Habil Zərərçəkmiş şəxs5 hədə-qorxu gəlmişdir ki, Arifdən pul alsm, lakin sonrakı müddətdə Arifin Habilə pul verib-veməməsindən məlumatı olmamışdır, çünki Zərərçəkmiş şəxs5lə birbaşa əlaqə saxlamamışdır (c.1, i/v 181-183). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 1); Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024cü ilin avqust ayının sonlarında özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs Sənaye və Texnologiya kollecinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatlar yaymasın deyə 50 (əlli) manat pul göndərdiyini və sonuncunun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 5); Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024cü ilin fevral ayından iyun ayınadək olan müddətdə özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onun sahibi olduğu su sexinin (Oazis) fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkədə paylaşacağı hədəsi ilə hissə-hissə onun 550 (beş yüz əlli) manat pulunu ələ keçirdiyini və sonuncunun barəsində qanunamüvafiq tədbir görülməsini, habelə maddi ziyanın ödətdirilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 9); Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024-cü ilin aprel ayının sonu may ayının əvvəllərində özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onun direktoru olduğu 67 saylı orta məktəbin və onun fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 50 (əlli) manat pulunu tələb edib ələ keçirdiyini və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 5); Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024cü ilin iyun ayında özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onun rəis müavini olduğu Xətai rayon MKTB-nin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkədə paylaşacağı hədəsi ilə ondan 100 (yüz) manat pul tələb edib 50 (əlli) manat pulunu ələ keçirdiyini və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 19); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (cild 1, iş vərəqi 39); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 53); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 66); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 79); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 92); Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair xx.xx.2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 102-105); Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair xx.xx.2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 106-108); Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair xx.xx.2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 136-138); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1144/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 131-135); Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024cü ilin may ayında özünü “Dəryaz” qəzetinin baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi "xxxx" City MTK-nın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkədə paylaşacağı hədəsi ilə 150 (yüz əlli) manat pulunu tələb edib ələ keçirdiyini və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 168); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 172); Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2024cü ilin fevral ayının ortalarında özünü “Dəryaz” qəzetinin baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkədə paylaşacağı hədəsi ilə 50 (əlli) manat pulunu tələb edib ələ keçirdiyini və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 200); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 205); Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixli ərizə ilə BMCMİ-nə müraciət edərək 2023cü ilin yay aylarında özünü “Dəryaz” qəzetinin baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs onu Şəki Rayon Psixiatriya Xəstəxanasında xidməti fəaliyyətində qanunsuzluqlara yol verilməsi ilə bağlı həqiqətə uyğun olmayan, şər böhtan xarakterli rüsvayedici məlumatları sosial şəbəkədə paylaşacağı hədəsi ilə 20 (iyirmi) manat pulunu tələb edib ələ keçirdiyini və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 214); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 219); "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli AZF/LGL-10744/24 saylı məktuba əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlardan və “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 51 *** ** ** və +994 70 *** ** ** saylı mobil nömrələrdən müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. +994 51 *** ** ** rəqəmli mobil nömrədə olan məlumatlara baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 15:05:26-da Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrədən Zərərçəkmiş şəxs5 istifadəsində olan **********70 rəqəmli mobil nömrəyə “Salam Arif müəllim. Mən bayırdayam. Zəhmət olmasa təklikdə görüşərdik” məzmunlu mətn mesajının, xx.xx.2023-cü il tarixdə ssat 13:52:14-də Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrədən Zərərçəkmiş şəxs6 istifadəsində olan **********80 rəqəmli mobil nömrəyə “Sən deyəsən çox harınlamısan” məzmunlu mətn mesajının, xx.xx.2024-cü il tarixdə saat 18:09:24-də Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrədən Zərərçəkmiş şəxs4 istifadəsində olan **********37 rqəmli mobil nömrəyə “Salam Faiq müəllim. Dünən zəng etmişdim” məzmunlu mətn mesajının, xx.xx.2024-cü il tarixdə saat 18:10:07-də Zərərçəkmiş şəxs4 istifadə olan **********37 rqəmli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrədə “Salam, kim?” məzmunlu mətn mesajının, xx.xx.2024-cü il tarixdə saat 18:11:16- da Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrədən Zərərçəkmiş şəxs4 istifadəsində olan **********37 rəqəmli mobil nömrəyə “**********740720. Kapital bank” məzmunlu mətn mesajının, xx.xx.2024-cü il tarixdə saat 18:30:53-də Zərərçəkmiş şəxs4 istifadəsində olan **********37 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********36 rəqəmli mobil nömrəyə “Habil müəllim, aldız?” məzmunlu mətn mesajlarının göndərilməsi müəyyən edilir. **********78 rəqəmli mobil nömrədə olan məlumatlara baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 10:56:33-də Təqsirləndirilən şəxs istifadəsində olan **********78 rəqəmli mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan **********18 rəqəmli mobil nörməyə “**********740720 bu karta at Gözləyirəm, bu karta atıb çekimi göndər. Nə oldu? Məni Vadar etmə ki, sənin səviyyənə düşüm. Adamda abır həya yaxşı şeydir. Özünə hörmət qoy” məzmunlu mətn mesajının göndərildiyi müəyyən edilir (cild 1, iş vərəqi 228- 235); “Mobil telefonlara baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Habil Tağıvevin istifadəsində olmuş bir ədəd “Redmi” markalı yaşıl rəngli mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı Zərərçəkmiş şəxs1. Su Şirkəti kimi qeyd edilmiş +994 70 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, İradə Müəllimə 67 Məktəb kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, İntiqam. Xətai Rayon İcra İş Adamı kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, Zərərçəkmiş şəxs4. X9 kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, Arif. Nizamidə Tikinti Şirk kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, Şaiq. Binəqədi 80 Jek kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, X15 Xəst kimi qeyd edilmiş +994 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin, X16 Ekologiya İdar kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin adlarının qeyd edildiyi, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Qeyd edilən tətbiqdə "xxxx" adı altında profil yaradılmışdır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında Zərərçəkmiş şəxs4. X9 kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin 13 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 50 manatlıq pul köçürəməsinin qəbzinin fotoşəklini göndərməsi, Təqsirləndirilən şəxs qarşılığında “Çox sağ olun” mətnində mesaj yazması müəyyən edilmişdir. Şaiq. Binəqədi 80 Jek kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında 18 aprel 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədənək olan müddəi ərzində 12 dəfə səsli zəngin edilməsi müəyyən edildi. X16 Ekologiya İdar kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında 11 fevral 2023-cü il tarixdə olan yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Pul alanin allah balasini oldursun, Siz yigmisiniz boğaza məni, Gündə neca qəzet jurnal rəhbəri və işçisi zəng edər, Deyirsən başa dusmurlər. Siz yolculuqdan əl çəkində. Bəsdurində” məzmunlu mətn mesajı yazmışdır. Təqsirləndirilən şəxs cavab olaraq Zərərçəkmiş şəxs6 “Bu nə tərbiyəsizlik dur edirsən. Səndən qarşı tərəf kimi mövqeyini öyrənirik. Budurmu vetenralara etdiyiniz hörmət. Yolçi sənin nəslindir” məzmunlu mətn mesajı yazmışdır. Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Tərbiyəsiz sənsən. İş gunu deyil nəyə xənz edirsən” məzmunlu mətn mesajı yazmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “Sənin meşəbəyilərdən yığdığın yolçuluq deyilmi” məzmunlu mətn mesajı yazmışdır. Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “yigirsiniz adami boğaza. Gündə 5 nəfər zəng edirsiniz.” məzmunlu mətn mesajı yazmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ““Təbəssum”lə “XəyaP’ın məhv etdiyi yaşıllığı görüb göz yummaq vicdansızlıqdır.” məzmunlu mətn mesajı yazmış, daha soma “Youtube” platformasından “Bötüv türk dünyası qan ağlayır, X18 İ-in direktoru” məzmunlu videogörüntünün keçid linkini göndərərək “Sadəcə ayıbdır” məzmunlu mətn mesajı yazmışdır. Daha sonra Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Sənin sudun zatin necada pisdrki, bu yollara əl atirsan, Sənə istədiyin qədər pul versaydim bunlar olmazdi.” məzmunlu mətn mesajı yazmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “ancaq südü xarablar qardaş Türkiyənin bu ağır günündə belə sevinib kef edər” məzmunlu mətn mesajı yazmış, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs cavab olaraq “Səhid də vermisəm yardimda ödəmişəm. Allah Sizin kimi zati sudu nanəcib olanlar bu yollarla pul qazanirlar. Onlardan biridə sənsən. Ayib sənin ucin olsun. Mənim zatimda sudumdə mərd olublar. Anam və atam səhid valideyinləridir. Cox ayib olsun məni şantaj edirsən, Mənim qapim butun xalqimin uzunə sciqdir. Hec vaxt qapimi baglamiram” məzmunlu mətn mesajı yazmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 cavab olaraq “Heç ermənilər də Türkiyənin bu halına sevinib çal- şağır etmirlər. Ancaq südü xarab, zatı qırıq adamlar bu addımı atar” məzmunlu mətn mesajı yazmış, 13 fevral 2023-cü il tarixdə “Lənkəran RMTİ-nin direktoru Şakir Lətifov veteranları və jurnalisti tə...” başlıqlı videogörüntünün “Youtube” platformasında keçid linkini göndərmiş, 25 iyun 2023-cü il tarixdə “Zərərçəkmiş şəxs6 1 saylı Regional Ekoogiya və Təbii Sərvətlər İdarəsində “at oynadır”” başlıqlı məqaləni Zərərçəkmiş şəxs6 göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Qeyd edilən tətbiqdə "xxxx" adı altında profil yaradılmışdır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq İsə adı kontaktlar siyahısında Zərərçəkmiş şəxs1. Su Şirkəti kimi qeyd edilmiş +994 70 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə “Şamxal utanmırsammı ayıb deyilmi ayə, kişisən bir kişi sözün olsun ki, sözünü bir dəfə denən onun da üstündə dur də. Bu nə hərəkətdi eliyirsən?! Mən sənin elədiyin hərəkətləri eliyim qaytarım özünə ?! Ayıbdı yekə kişisən, denən bu vaxtı nədi ə nə qədər olar bugün sabah, bugün sabah” məzmunlu səsli mesaj göndərmişdir. Zərərçəkmiş şəxs1 cavab olaraq Təqsirləndirilən şəxs “Habil əmi salam nətərsən, vəziyyət zad, bi dənə mənə kart at başına dönərəm” məzmunlu səsli mesaj göndərmişdir. 29 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs özünəməxsus olan kart hesabının fotoşəklini göndərmiş və “Şamxal, mən səni məsuliyyətsiz bilirdim bu qədər də məsuliyyətsiz, hörmətsizlik bilmirdim. Özünə hömət qoy, mənə hörmət qoymursan özünə hörmət qoy bəsdir, ayıb olsun, yekə kişisən ayə adam bu qədər adam incitməz də, ə bu zibili göndərirsən göndər, göndərmirsən mən sənin üçün dalınca düşməli deyiləm ki” məzmunlu səsli mesaj göndərmiş, 05 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Salam. Sən arada o puldan göndər azalsın” məzmunlu mətn mesajı göndərmiş, 08 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səsli zənginin olması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “15-20 dəqiqə səbrli ol” və anlaşılmayan məzmunda səsli mesaj göndərməsi müəyyən edildi. 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Ay Şamxal yenə başladın hərəkətlərinə, dedim ordan 50 manat göndər də, sözü nə qədər deyərlər, adamı niyə yorursan niyə bezdirirsən ki, sözü bir dəfə deyirlər, ya denən hə ya denən yox deyirsən 5 dəqiqə 10 dəqiqə həll eliyirəm, düz söz dilinə gətirməyə utanırsane, yalan nə qədər olar?!, bu qədər yalan olmaz də, yekə kişisən bir dəfə dedik qurtardı də” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa adı kontaktlar siyahısında Şaiq. Binəqədi 80 Jek kimi qeyd edilmiş +994 50 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə “salam Şaiq müəllim. Necəsiniz? Sağ olun, deyəsən nömrəmi qara siyahıya atmısınız. Habil. “Karayev Citiy”in rəhbəri Arif müəllim bu gün ərazidə olan yaşıllıqları məhv edib. Siz də onunla bir yerdə olmusunuz. Maraqlıdır, nəyin müqabilində bu qanunsuzluğa göz yumursunuz?” məzmunlu mətn mesaj göndərmişdir. Şahid cavab olaraq Təqsirləndirilən şəxs “Ay Habil sən doğulduğun yerə bu yaraşmır, adam Allahsız hərəkət eləməz şər-böhtan atmaz, ayıbdır sənə yaraşmaz 5 manatdan ötəri, getmisən sənə çıxardıb 50 manat veribdi ala bilmirsüz belə hoqqaları yığışdır. Belə çörək qazanmıyıne zəhər olacaq, ayıbdır sizə” məzmunlu səsli mesaj göndərmişdir (cild 1, iş vərəqi 240-245); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 263); “Bank məlumatlarına baxış keçirilməsi haqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd "xxxx" ASC-yə aid bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə 02 ədəd diskgörünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "xxxx" ASC-yə aid bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən 02 ədəd diskdən görünür ki, sorğu edilən 4169 7385 0974 0720 nömrəli plastik kart Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. 01 ədəd CD diskdə təqdim edilmiş çıxarışlara nəzər salman zaman məlum olmuşdur ki, plastik kart üzrə elektron hesaba xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı- ayrı vaxtlarda 5-100, həmçinin 100 manatdan daha artıq miqdarda müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs kart kesabına xx.xx.2024-cü il tarixdə saat 19:53-də 50 manat, həmin tarixdə saat 20:06-da 50 manat, xx.xx.2024-cü il tarixdə saat 18:14-də 40 manat, xx.xx.2024-cü il tarixdə saat 17:02-də 80 manat, xx.xx.2024-cü il tarixdə saat 12:09-da 20 manat, həmin tarixdə saat 15:53-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 12:12-də 30 manat olmaqla ümumilikdə 370 manat pul vəsaitinin köçürlməsi müəyən edilir. Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə saat 18:18-də 50 manat pul vəsaitinin köçürməsi müəyyən edilir (cild 1, iş vərəqi 264-268); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd Redmi markalı mobil telefon maddi sübut növü qismində, həmin telefona baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərin iş üzrə əhəmiyyət kəsb etdiyi müəyyən edildiyindən sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, 01 ədəd Redmi markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqi 274-292). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, ona qarşı irəli sürülən ittihamları qəbul etməmiş və bunların yazdığı tənqidi məqalələrə görə əvvəlcədən planlaşdırılmış, sifarişli böhtan olduğunu bildirmişdir. Uzun illər jurnalist kimi fəaliyyət göstərmiş, 2003-cü ildən “Dəryaz” satira qəzetinin təsisçisi və baş redaktoru olmuş, əsasən sosial problemləri ictimailəşdirmişdir. Üç övladı və himayəsində olan iki azyaşlı uşağın təhsili ilə bağlı maddi çətinliklərə görə tanışlarından borc almışdır. 09 sentyabr 2024-cü ildə saxlanılmış, telefonu və sənədləri götürülmüş, borc münasibətlərinə dair qəbzlər əsasında bir neçə şəxs dindirilməyə çağırılmışdır. O, saxlanılma zamanı təzyiq və hədə-qorxu ilə ifadə alındığını və bütün bu proseslərin redaksiyada dərc olunan tənqidi materiallarla bağlı təsirli qüvvələrin sifarişi olduğunu bildirmişdir. Məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirir. Hazırkı məhkəmə istintaqı zamanı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 tərəfindən verilən ifadələr, işdə toplanmış digər sübutlarla - xüsusən də istintaq hərəkətləri, üzləşdirmə protokolları, WhatsApp yazışmaları və SMS mesajlaşmaları ilə müqayisəli şəkildə tədqiq edilmişdir. İstintaq dövründə, zərərçəkmiş şəxslər tərəfindən verdikləri ilkin izahatlar, ifadələr və ərizələr, həmçinin həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasındakı əhəmiyyətli ziddiyyətlər aşkar edilmişdir. Nəzərə alaraq ki, bu ziddiyyətlər məhkəmə istintaqı zamanı təqdim edilən sübutlarla birbaşa təqib olunur, zərərçəkmiş şəxslərin ifadələri heç bir inandırıcılıq və tutarlılıq daşımır. Zərərçəkmiş şəxslərin verdikləri ifadələr, həmçinin təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş kimi qiymətləndirilir. Xüsusilə, zərərçəkmiş şəxslərin məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiə etməyə yönəlmiş ifadələr verdikləri görünür. Bu, onların əvvəlki verdikləri ifadələrdən və işdəki digər sübutlardan aydın şəkildə fərqlənir. Zərərçəkmiş şəxslərin hər biri, ibtidai istintaq dövründə təqdim etdikləri ərizələr, ilkin izahatlar və verdikləri ifadələrdəki, habelə üzləşdirmə haqqında protokollardakı imza və xətt nümunələrinin özlərinə məxsus olduğunu təsdiqləmişlər. Lakin, məhkəmə istintaqında bu sənədlərdəki məlumatlarla uyğunsuz ifadələr təqdim edilməsi, verilmiş məlumatların etibarsızlığını daha da gücləndirir. Bu həm də onların məhkəmə istintaqına təqdim etdikləri məlumatların düzgünlüyünü şübhə altına alır. Daha əhəmiyyətlisi, zərərçəkmiş şəxslər məhkəmədə verdikləri ifadələrdə BMCMİdə onlara heç bir təzyiq və təsir göstərilmədiyini bildirmişlər. Bu halda, işdə olan sübutlar (WhatsApp mesajları, SMS yazışmaları və üzləşdirmə protokolları) həmin şəxslərin hazırki ifadələrinin tutarsız olduğunu göstərir və bu da onların məhkəmədəki ifadələrinin doğruluğuna dair ciddi suallar yaradır. Zərərçəkmiş şəxslərin ifadələrinin inandırıcılığına dair ciddi şübhələr mövcuddur, çünki məhkəmə istintaqı zamanı verilmiş ifadələr əvvəlki mərhələlərdəki izahatlarla üstüstə düşmür. Bu hal, həm də həmin şəxslərin sonradan, təqsirləndirilən şəxsi qorumaq məqsədilə dəyişikliklər edərək ifadələrini verdiklərini göstərir. Məhkəmə istintaqı zamanı verilən bu cür ifadələr, təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalması üçün onlara bəraət qazandırmağa yönəlmiş addımlar kimi qiymətləndirilir. Beləliklə, bütün bu mülahizələrə əsaslanaraq, zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrin inandırıcı olmadığını qənaətinə gəlinir. Bu ifadələr, işdəki digər sübutlarla müqayisədə öz etibarlılığını itirir və hüquqi cəhətdən əsaslı sayılmamalıdır. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etməsi, yəni Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs yuxarıda göstərilən həmin maddədə təqsirliliyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə tövsif olunmalı və o, cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 182.2.2 -ci maddəsi ilə irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib ona qarşı irəli sürülmüş ittihamların əsassız və qanunsuz olması barədə gətirdiyi dəlilləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və təyin oluna biləcək sərt cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 58.3-ci maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin CM-nin 41.1-ci maddəsinə əsasən Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin CM-nin 56.1.2-ci maddəsinə əsasən Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Həmin Məcəllənin CM-nin 99-1.2-ci maddəsinə əsasən Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 124-ci maddəsinə əsasən İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin Maddə 158.6-ci maddəsinə əsasən Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin tarixdən həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Ən nəhayət, məhkəmə baxışı nəticəsində müəyyən edlildi ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 85 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 885 (səkkiz yüz səksən beş) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş “Dəryaz” və “Yeni Karikatura” qəzetlərinə aid 03 ədəd jurnalist vəsiqəsi, 01 ədəd "xxxx" kartı və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddı sübutların saxlancına verilmiş 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 885 (səkkiz yüz səksən beş) manat məbləğində, pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar