Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1183/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 mart 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış. ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 4 barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensİar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında bir həftə əvvəl şəxsiyyəti istintaq orqanına məlum olmayan «Fərhad» adlı İran İslam Respublikası vətəndaşının əvvəlcədən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığındakı qoyduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 9,611 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 29 yanvar 2021-ci il tarixdə saat 22:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üzərində «Palmall» yazılan siqaret qulusunun içərisində bir ədəd bükümdə 9,611 qram çəkidə psixotrop maddə olan metamfetamin 30 yanvar 2021-ci it tarixdə saat 00:30 dəqiqədə yaşadığı Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 21 A, mənzil 61 ünvanına baxış keçirilərkən mənzilin giriş hissəsindən sol tərəfdə qonaq otağında girişdən sağda yerləşən dolabın üstündəki sellofan torbadan 1 ədəd elektron tərəzi, torbanın içərisindəki plastik qutunun içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 138,2 qram, 4.408 qram, 1,315 qram, 2,015 qram, 0,982 qram ümumi çəkisi 166,917 qram psixotrop maddə olan eyni tərkibli metamfetamin, ikinci plastik qutunun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 5,773 qram narkotik vasitə olan tiryək, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 309,6 qram və 3,120 qram ümumi çəkisi 312.720 qram eyni tərkibli narkotik vasitə heroin. 01 ədəd qaşığın üzərində 0,135 qram eyni tərkibli narkotik vasitə olan heroin. 01 ədəd elektron tərəzi, 23 ədəd üzərində "P7M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 0.92 qram olan metadon tərkibli təsir edici dərman preparatları və 10 ədəd qırmızı rəngli dairəvi formalı ümumi miqdarı 2,25 qram olan tramadol hidroxlorid tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, psixotrop maddə olan «şüşə»dən istifadə etmiş, o, 4-5 ay ərzində telefon vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan «Fərhad» adlı şəxslə tanış olmuş, həmin şəxslə ancaq telefon vasitəsi ilə yəni WhatsApp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, heç vaxt görüşməmiş, onların münasibəti yarandıqdan sonra «Fərhad» ona birlikdə işləmələrini, yəni həmin şəxsə kömək etməsini təklif etmiş, Fərhad ona qoyduğu yerdən bağlama və paketləri götürüb sonuncunun dediyi yerə aparıb qoymağı təklif etmiş, o, bunun müqabilində ona 150-200 manat pul vermis, o, Fərhadla razılaşmış, iki dəfə sonuncunun dediyi yerdən sellofan torbanı götürüb dediyi yerə qoymuş, Fərhad ona verəcəyi pulu onun istifadəsində olan «Kapital bank»ın plastik kartına köçürmüş, Fərhad indiyə qədər ona iki dəfə pul köçürmüş, tutulduğu gündən təxminən bir həftə əvvəl Fərhad onunla əlaqə saxlamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı işıq dirəyinin yanına 01 ədəd bağlama qoyduğunu və həmin bağlamanı götürüb Fərhadın deyəcəyi yerə qoymasını bildirmiş, o, Fərhadın dediyi yerə getmiş və bağlamanı götürüb yaşadığı evə aparmış, sonra həmin torbadan özü üçün istifadə etmək üçün bir büküm psixotrop maddə götürüb üzərində saxlamış, 29 yanvar 2021-ci il tarixdə saal 22:30 radələrində ünvan 2 ünvanının yaxınlığında hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-eü PB-yə dəvət elmişlər, onlar birlikdə Sumqayıt ŞPİ-nin 3cü PB-yə getmiş, orada ona müdafiəçi Rəşad İldırımzadə təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş, bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üzərində «Palmall» yazısı olan siqaret qutusunun içərisində olan 1 büküm psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, sonra şəxsi axtarış davam edərkən idman şalvarının sol yan cibindən 1 ədəd ona məxsus “Samsung” markalı mobil telefon, plastik kartlar və 20 manat pul aşkar olunaraq götürülmüş, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmış və möhürlənmişdir; bu barədə protokol tərtib olunmuş, onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər, daha sonra sorğu zamanı o, yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr olduğunu polis əməkdaşlarına bildirmiş, o, yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə yazmış, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər, mənzilin giriş hissəsində sol tərəfdə yerləşən qonaq otağında girişdən sağda yerləşən şkafın üstündə olan (11 ədəd sellofan torbam götürüb polis əməkdaşlarına təqdim etmiş, torbanın içərisində 1 ədəd elektron tərəzi və 2 ədəd plastik qutu aşkar olunmuş, qutulardan birincisinin içərisinə baxış keçirilərkən içərisindən 5 büküm psixotrop maddə olan metamfetamin ikinci qutunun içərisindən isə 1 büküm narkotik vasitə olan tiryək, 2 büküm narkotik vasitə olan heroin 1 ədəd qaşıq, 1 ədəd elektron tərəzi, 10 ədəd «Alyse 225» və 23 ədəd «Metadon 40» həbi aşkar edilmiş, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr ayn-aynlıqda elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onlar protokolu imzalamışlar, yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr və psixolrop maddələri Fərhad adlı şəxsin qoyduğu yerdən götürmüş və onun deyəcəyi yerə qoymaq üçün yaşadığı evdə saxlamış, o, Fərhad adlı şəxsin onun üçün qoyduğu torbanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bilmiş, o, psixotrop maddə metamfetamin «şüşə» qəbul etmiş, ancaq o, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış, Fərhad və o, əvvəlcədən həmin narkotik vasitə və psixotrop maddələri Fərhadın deyəcəyi yerə qoymaq üçün evində saxlaması və Fərhad dediyi vaxt aparıb onun dediyi verə qoymaq barədə razılaşmışlar, o, tutularkən üzərində olan Samsung markalı mobil telefonda (070) ***-**-** Nar mobil nömrəsi olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012ci ildən Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir; 29 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan ünvan 4 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin məlumat əsasında onlar Sumqayıt şəhərinə gəlmiş, 29 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 5 ünvanının yaxınlığında olarkən əlamətlərində Təqsirləndirilən şəxs bənzəyən şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşıb saxlamışlar, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞBİ-nin 3-cü PB-nə gətirmiş, orada onlar Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili Rəşad İldırımzadəni təqdim elmişlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Yusifə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini, bu səbəbdən video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən üzərində «Palmall» yazısı olan siqaret qutusunun içərisindəki 1 büküm ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamletaminə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki idman şalvarının sol van cibindən 1 ədəd «Samsung» markalı mobil telefon, 20 manat pul, 2 ədəd plastik bank kartı, şalvarının sol ayaq hissəsində 1 ədəd açar aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisindən ağ rəngli kristal şəkilli kütlə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 10,86 qram olduğu müəvvən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəvə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş, imzalanmış, protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə tasdiq etmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamletaminə bənzər kütlənin özünə məxsus olmasını, həmin bükümü bir həftə əvvəl tanışı İran İslam Respublikası vətəndaşı «Fərhad» adlı şəxsin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qoyduğu yerdən götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri götürüb «Fərhad»ın dediyi yerə qoyduqdan sonra «Fərhad»ın Yusifin gördüyü işin müqabilində üzərindən aşkar olunmuş plastik karta pul yüklədiyini bildirmişdir; onlar Yusifdən üzərindəki psixotrop maddə olan melamfetaıninə bənzər kütlədən başqa narkotik vasitəsi olub olmadığını soruşmuş, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, bundan sonra 30 yanvar 2021-ci il tarixdə saat 00:30 radələrində o, Şahid2, ləhqiqatçı X4 Hüseynov və müdafiəçi X2 Hüseynovun yaşadığı Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 21 A, mənzil 61 ünvanına gəlmişlər, video çəkiliş vasitəsi ilə mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs mənzildə olan narkotik vasitə, psixotrop maddə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək əşya və sənədləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan şkafın üstündən sellofan torbanı götürüb təqdim etmiş, həmin torbaya baxış zamanı içərisindən 1 ədəd elektron tərəzi və 2 ədəd plastik qutu aşkar edilmiş, 1-ci qutuya baxış zamanı həmin qutuda 5 büküm ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamletaminə bənzər kütlə 2-ci qutudan isə 1 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər kütlə 2 büküm açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd qaşıq, 1 ədəd elektron tərəzi, 10 ədəd «Royal 225» və 23 ədəd «Metadon 40» həbləri aşkar olunmuş, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr təhqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin çəkilərinə etiraz etməmiş, sonra isə aşkar olunmuş bükümlər, elektron tərəzilər və 1 ədəd qaşıq qablaşdırılmış və möhürlənmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinə və tiryəkə bənzər kütləyə dərman həblərinin özünə məxsus olduğunu, həmin bükümləri bir həftə əvvəl tanışı İran İslam Respublikası vətəndaşı «Fərhad» adlı şəxsin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qoyduğu yerdən götürdüyünü, narkotik vasitələri götürüb «Fərhad»ın dediyi yerə qoyduqdan sonra «Fərhad»ın onun gördüyü işin müqabilində üzərindən aşkar olunmuş plastik karta pul yüklədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 30 yanvar 2021-ci il tarixli 6/419 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm» yazısı olan kağız paketdəki İ (bir) ədəd bükümdə təmiz çəkisi 9,611 qram ağ rəngli kristalllardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilə baxış zamanı təqdim eldiyi» yazısı olan polietilen bağlamadakı 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 309,6 cıram və 3,120 qram, ümumi təmiz çəkisi 312,720 qram qəh\əyi lozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 5 ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 158,2 qram, 4,405 qram. 1,315 qram, 2,015 qram, 0,982 qram, ümumi təmiz çəkisi 166,917 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd bükümdə təmiz çəkisi 5,773 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir; 1 ədəd qaşığın üzərində 0,135 qram çəkidə olan qəhvəyi rəngli lozşəkilli maddə qalıqları kustar üsulla hazırlanmış narkotik vasitə heroinə aiddir; üzərində «Methadone 40» yazısı olan konvalyutda ümumi 23 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 23 ədəd həbdə təsir edici maddəsi metadonun ümumi miqdarı 0,92 qramdır (bir həbdə 0,04 qram metadon olmaqla);üzərində «Royal 225 (tramadol hydrochloride)» yazısı olan konvalyuta 10 ədəd qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 10 ədəd həbdə təsir edici maddəsi tramadol hidroxloridin ümıımi miqdarı 2,25 qramdır (bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla); «500g X 0.01g» və «100g X 0.01 g» markalı elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır; iz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 312,855 qramdır və 02 ədəd bükümdəki və qaşığın üzərində olan heroin qalıqları kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və mənzilə baxış zamanı təqdim etdiyi metamfetaminin ümumi təmiz çəkisi 176,528 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (1-ci cild iş vərəqi 43-49). İşdə olan 1 fevral 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 318,855 qram, metamfetaminin ümumi təmiz çəkisi 176,528 qram, tiryəkin təmiz çəkisi 5,773 qram, metadon həbi 23 ədəd, tramadol həbi isə 10 ədəd olmuşdur; lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 312,505 qram heroin, qalıq çəkisi 176,228 qram metamfetamin, qalıq çəkisi 5,673 qram tiryək. 20 həb metadon və 08 həb tramadol, 02 ədəd elektron tərəzi və 01 ədəd qaşıq maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 88-90). İşdə olan 1 fevral 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yasadığı ünvana baxış keçirilməsinin aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 88-89). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 18 fevral 2021-ci il tarixli 516 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən va psixotrop maddə olan melamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 116-117). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 6 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs əvvəllər məkum olunmamışdır (1-ci cild iş vərəqi 94). İşdə olan şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 20-21). İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 79-86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı narkotik vasitələr və psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə metadonun külli miqdarının aşağı həddi 1,6 qram, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, narkotik vasitə tiryəkin külli miqdarının aşağı həddi 50 qram, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 312,855 qram olduğundan külli miqdar, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və mənzilə baxış zamanı təqdim etdiyi metamfetaminin ümumi təmiz çəkisi 176,528 qram olduğundan külli miqdar, tiryəkin təmiz çəkisi 5,773 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar, 23 həbdə metadonun ümumi çəkisi 0,92 qram şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzsını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 29 yanvar 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 18 fevral 2021-ci il tarixli 516 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edildiyindən və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 312,505 qram heroin, 176,228 qram metamfelamin, 5,673 qram tiryək, 2 ədəd elektron tərəzi və 1 ədəd qaşıq məhv edilməli, 20 həb metadon və 8 həb tramadol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yasadığı ünvana baxış keçirilməsinin aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri - 114.00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 312,505 qram heroin, 176,228 qram metamfelamin, 5,673 qram tiryək, 2 ədəd elektron tərəzi və 1 ədəd qaşıq məhv edilsin, 8 həb tramadol və 20 həb metadon Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yasadığı ünvana baxış keçirilməsinin aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza tədqiqatın dəyəri 114.00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1183/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1183/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver