Məhkəmə qərarları › İş №1(101)-1183/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1183/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1183/2022 24.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 506,152 qram çəkidə narkotik vasitə heroini və 1,214 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, narkotik vasitə heroinin 3,205 qram hissəsini ayıraraq üzərində saxlamaqla daşımış, 502,947 qram qalıq qalan narkotik vasitə heroin və 1,214 qram psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanına kimi daşıyaraq saxlamış, Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 fevral 2022-ci il tarixdə saat 10:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 3,205 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 07 fevral 2022-ci il tarixdə saat 14:00-da yaşadığı ünvan 4 ünvana baxış keçirilərkən mənzildə yerləşən çarpayının üzərindəki qırmızı rəngli yastığın içərisindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,213 qram və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,841 qram olmaqla ümumi təmiz çəkisi 1,214 qram təşkil edən kustar üsulla hazırlanmış yuxarıda qeyd edilən psixotrop maddə metamfetamin və satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,070 qram, 0,068 qram, 0,016 qram olmaqla ümumi təmiz çəkisi 0,154 qram təşkil edən hissəsi, mənzildəki dolabın üzərindən 2 ədəd, hər birində 0,5 və 0,3 ml. həcmdə heroin məhlulu olan, həmin məhlulda heroinin ümumi təmiz çəkisi ümumilikdə 0,03 qram təşkil edən 2 ml.-lik şprislər, 1 ədəd polietilen bükümdə həmin narkotik vasitə heroinin 2,263 qram təşkil edən hissəsi, mənzildə olan dolabın siyirməsindən eyni tərkibli həmin narkotik vasitə heroinin 1 ədəd sellofan bükümdə 500,5 qram təşkil edən hissəsi, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışı məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə və psixotrop maddə izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə səhər saatlarında polis işçiləri yaşadığı ünvan 5 ünvanda olan zaman onu evindən götürüb polis bölməsinə aparmışlar. Onun üzərində qanunsuz heç nə olmamış, orada polislər ona bir bükülü verib bildirmişdirlər ki, bükülünü videoçəkilişlə cibindən çıxarıb təqdim etsin. O da onların dediyi kimi ona verilmiş bükülünü videoçəkilişlə cibindən çıxarıb təqdim etmişdir. Sonra ona evinə də baxış keçiriləcəyi bildirilmişdir. O, evində də heç bir narkotik vasitə olmadığını bildirsə də onu evinə aparıb, orada da ona bir bükülü verib viideoçəkilişlə təqdim etməsin tapşırmışlar. O da onların dediyi kimi etmiş, onların verdikləri bükülünü videoçəkilişlə onlara təqdim etmişdir. O, narkotik vasitəsinin istifadəçisi olmuş, ancaq heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həm polis bölməsində, həm də evində ona polis işçilərinin verdikləri narkotik vasitələri təqdim etmiş, onların heç biri ona məxsus olmamışdır. O, Sərxan adlı şəxsə SMS yazmamış, ümumiyyətlə SMS yaza bilməmişdir. Ola bilsin ki,onun telefonundan dostları SMS yazmışlar. O, Elşad adlı şəxs tanımır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə, saat 10:30-da yaşadığı, ünvan 6 ünvanın qarşısında dayanan zaman ona 3 nəfər mülki geyimli polis əməkdaşlarının yaxınlaşmış, özlərini ona təqdim etmiş və Nəsimi RPİ-nin əməliyyat müvəkkilləri olduqlarını demişlər. Bundan sonra həmin şəxslərdə əməliyyat məlumatlarının olduğunu və onun üzərində narkotik maddə olduğunu demişlər. Onlara heç bir etiraz etməmiş və onu Nəsimi RPİ-yə gətirib, idarənin xidməti otaqlarından birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparmışlar. Həmin vaxt əynində olan tünd göy rəngli idman şalvarının sağ, yan cibindən 1 ədəd salfet bükülünü aşkar edərək götürmüş, həmin bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olduğunu görmüşlər. Həmin bükümə baxış keçirilən zaman o həmin maddələrin el arasında "KAKOS" kimi tanınmasını və onun heroin olduğunu polis əməkdaşlarına bildirmiş, həmın narkotik maddəni xx.xx.2022-ci il tarixdə yaşadığı yerin yaxınlığında, yəni Nəsimi rayonu, 3-cü Alatava küçəsində "İlham" adlı şəxsdən öz istifadəsi üçün 50 manat qarşılığında aldığını demişdir. Bundan sonra üzərindən aşkar edilib gotürülən narkotik maddə heroinin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarışdıan sonra polis əməkdaşları ondan yaşadığı ünvanda narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, yaşadığı evdə narkotik vasitə olmadığını demişdir. Daha sonra polislər onların yaşadığı ünvana baxış keçirmək istədiklərini bildirmiş, onlara bununla bağlı heç bir etirazı olmadığını demişdir. Həmin tarixdə polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gəlmişlər. Yaşadığı ünvanın giriş qapısını üzərində olan açarla açıb ünvana daxil olmuş, burada ünvanına baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmış, daha sonra videoçəkilişlə ünvana baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşlarının onun yatdığı çarpayıya baxarkən burada olan qırmızı rəngli yastıqçanın içərisindən 6 ədəd büküm aşkar etmişlər. Bu bükümlərin 3 ədədinin heroin, 3 ədədinin isə metamfetamin olmasını, onları öz istifadəsi üçün burada saxlamış olmasını, lakin bəzən tanışlarından kimsə narkotik maddə istəsə onlara da hədiyyə və ya pay qismində bunlardan verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının digər otağa baxdıqlarını, bu zaman otaqda olan dolabın üzərindən 2 ədəd şpris aşkar etdiklərini, bu şprisləri narkotik vasitə olan heroini qəbul etmək üçün istifadə etmiş olmasını, daha sonra polis əməkdaşlarının dolabın içərisindən 1 ədəd elektron tərəzi də aşkar etdiklərini, bu tərəzinin də onun olmasını, bunu da narkotik vasitə və ya psixotrop maddəni əldə edərkən istifadə etdiyini, bundan əlavə dolabın üzərində 2 ədəd büküm də olmasını, bu bükümlərdən birinin içərisində limon duzu, digərinin içərisində isə heroin olmasını, bunları da öz istifadəsi üçün nəzərdə tutub evdə saxlamasını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının 1 ədəd qəhvəyi rəngli sellofan bükülünü dolabdan aşkar etdiklərini, bükülünün içərisində heroin olmasını, lakin bundan xəbərinin olmadığını, bu bükülünün ona aid olmadığını demişdir. Daha sonra ünvanından aşkar edilən maddələrin qablaşdırılaraq zərfə qoyulmuş və ekspertizaya göndərilməsinin ona elan edildiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq, heç kimdən şikayətinin olmadığını, həmin narkotik maddə və psixotrop maddələr, eləcə də, elektron tərəzi ilə şprislərin ona məxsus olmasını, lakin polis əməkdaşlarının dolabın içərisindən aşkar edib götürdükləri böyük ölçüdə olan heroindən xəbərinin olmadığını, özününü narkotik maddə istifadə etdiyini, məhz bu səbəbdən müxtəlif vaxtlarda İlham adlı şəxsdən bunları əldə etmiş olmasını, sonuncu dəfə də İlhamdan xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş heroini 50 manata almış olmasını, həmin “İlham” adlı şəxsi yaşadığı ünvanın yaxınlığında görəndə ona yaxınlaşdığını və ondan bu maddələri almış olmasını, lakin həmin şəxsi tanımadığından onun barədə heç bir söz deyə bilməyəcəyini, özünün narkotik vasitə satmadığını, onu pay və ya hədiyyə qismində istəyən tanışlarına vermiş olmasını, özünün nadir hallarda mobil telefon istifadə etdiyini, mənzilindən aşkar olunan “Honor” markalı mobil telefonun ona məxsus olmasını, içərisində isə ***-***-**-** saylı mobil nömrə olmasını, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirildiyi və RPİ-də olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını, “İlham” adlı şəxsdən əldə etdiyi narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ölkə ərazisinə başqa bir ölkədən qaçalmalçılıq yolu ilə gətirilib-gətirilməməsi barədə hər hansı bir məlumatının olmadığını, ilkin təhqiqat araşdırması zamanı verdiyi izahatda üzərindən və mənzilindən aşkar edilmiş narkotik maddələrin hamsının ona məxsus olmasını, heç bir şikayət və tələbinin olmadığını bildirsə də, hazırki ifadəsində mənzilindən aşkar olunan 500,5 qram çəkidə olan narkotik vasitənin ona məxsus olmadığını bildirməsini, təhqiqat araşdırmasında da bu barədə etirazını bildirməsini, lakin izahat verərkən fikrini düzgün izah edə bilmədiyini, bu səbəbdən ilkin izahatının da bu cür ifadə bildirmiş olmasını, mənzilindəki dolabın içərisindən aşkar olunan 500,5 qram çəkidə olan narkotik vasitə barədə heç bir məlumatının olmadığını bildirmişdir. Mənzilindən aşkar olunan mobil telefonun ona məxsus olmasını, lakin uzun müddətdir ki, bunu istifadə etmədiyini, buna görə ilkin ifadəsində mobil telefon istifadə etmədiyini bildirmiş olmasını, mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrənin ona məxsus olmasını, bu nömrəni də uzun müddətdir istifadə etmədiyini, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirildiyi və RPİ-də olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını, özünə məxsus olan ***-***-**-** saylı mobi nömrəyə baxış zamanı narkotik maddələrin alqı-satqısını özündə təsdiq edən müvafiq SMS-lərlə tanış olmasını, bu barədə heç bir məlumatının olmadığını, bu maddələri heç kimə satmadığını, ola bilsin ki, onun nömrəsindən kimsə ondan xəbərsiz istifadə etmiş olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, məhkəmədə düzgün ifadə verdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə «Rafət» adlı şəxsin Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanının qarşısında və yaşadığı mənzilin içərisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən rəhbərliyin adına raportla müraciət olunmuş, daha sonra isə, ondan, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. “Rafət” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 07 fevral 2022-ci il tarixdə qeyd edilən ünvana Şahid2 və Şahid3 ilə birlikdə yollanmışlar. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 07 fevral 2022-ci il tarixdə, saat 10:30-da sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən ünvan 7 ünvanın qarşısında saxlanılmış və onun üzərinə baxış keçirilməsi məqsədilə onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etdilmişdir. Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, təhqiqatçı Mirdamət Qədirlinin, Şahid2 və Şahid3, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bundan sonra əynindəki qara rəngli idman şalvarının sağ, yan cibinə baxıldığını və buradan 1 ədəd salfet kağızında olan büküm aşkar olunmuş, həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bu bükümün içərisində olan maddənin el arasında tanınan “Kakos” yəni “Heroin” adlı maddənin olmasını bildirmişdir. O, həmin maddəni xx.xx.2022-ci il tarixdə öz evinin qarşısında olarkən, əvvəllər tanımadığı “İlham” adlı şəxsdən 50 manat pul qarşılığında əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra iştirakçılara həmin 1 ədəd büküm halında olan narkotik maddəyə bənzər maddə müvafiq qaydada qablaşdırılaraq sənədləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanında qanunsuz olaraq narkotik maddə saxlayıb-saxlamadığı soruşulmuş, o, evdə narkotik vasitə saxlamadığını bildirmişdir. O zərurət yaranarsa evə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Daha sonra o, Şahid2, Şahid3, təhqiqatçı Miradmət Qədirli və mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanda qonaq otağında olan çarpayıdakı bir ədəd qırmızı rəngli yastıqçanın içərisindən bir ədəd sellofanda olan 6 ədəd büküm aşkar edilmiş, bu bükümlərin içərisində narkotik maddələrə bənzər maddələr olmasını, Təqsirləndirilən şəxs bu zaman qeyd olunan maddələri çoxdan əldə etdiyini, lakin yerini unutduğunu, bu səbəbdən maddələrin yastıqçanın içərisində qalmış olmasını, onları istifadə etmədiyini bildirmişdir. Digər otaqlara baxış keçirilmiş, axtarış zamanı otaqda yerləşən dolabın üzərindən 2 ədəd şpris aşkar edilmişdir. Şprislərin içərisində narkotik maddələrə bənzər məhlullar olmuş, dolabın üzərində 2 ədəd bükümün də aşkar edilmiş, bükümlərin birində narkotik maddəyə bənzər maddə, birində isə limon duzuna bənzər maddələr olmuşdur. Bundan sonra həmin dolabın şkaflarına baxıldığını, bu şkafdan bir ədəd elektron tərəzi və bir ədəd qəhvəyi rəngli böyük ölçüdə olan bükümün aşkar edildiyini, bu bükümün də içərisində narkotik maddəyə bənzər maddə olmasını, daha sonra qeyd olunan bükümlərin, şprislərin və elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi və zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Sonra müəyyən edilmiş əşyalar müvafiq qaydada qablaşdırılmış və sənədləşdirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2022-ci il tarixdə raportla rəhbərliyə müraciət edərək, “Rafət” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanının qarşısında narkotik vasitələrin əldə edilməsi, saxlanması, gəzdirilməsi, istifadəsi və satması barədə şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarış zamanı üzərindən (sag yan cibindən) bir ədəd büküm aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün 2 qram heroin olduğunu və Papanin adlanan ərazidən İlham adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə öz razılığı ilə baxış keçirilmiş və mənzildən çarpayının üzərindəki qırmızı rəngli yastığın içərisindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,160 qram, 0,213 qram və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,841 qram olmaqla ümumi təmiz çəkisi 1,214 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,070 qram, 0,068 qram, 0,016 qram olmaqla ümumi təmiz çəkisi 0,154 qram təşkil edən hissəsi, mənzildəki dolabın üzərindən 2 ədəd, hər birində 0,5 və 0,3 ml. həcmdə heroin məhlulu olan, həmin məhlulda heroinin ümumi təmiz çəkisi ümumilikdə 0,03 qram təşkil edən 2 ml.-lik şprislər, 1 ədəd polietilen bükümdə həmin narkotik vasitə heroinin 2,263 qram təşkil edən hissəsi, mənzildə olan dolabın siyirməsindən narkotik vasitə heroinin 1 ədəd sellofan bükümdə 500,5 qram təşkil edən hissəsi, üzərində narkotik vasitə və psixotrop maddə izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli 6/749 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: "vət. Təqsirləndirilən şəxs üzərindən götürülümüş...” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 3,205 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: "vət. Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 67 ünvanından aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki, -1(bir) ədəd bükümdə təmiz çəkisi 500,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, - 3(üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qr. 0,068 qr, 0,016 qr və 1(bir) ədəd polietilen bükümdə təmiz çəkisi 2,263 qram, ümumi təmiz çəkisi 2,417 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, - 2(iki) ədəd kağız bükümda ayrı-ayrılıqda təmiz çəkisi 0,160 qr va 0,213 qram və 1(bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,841 qram, ümumi təmiz çəkisi 1,214 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 2 ədəd 2 ml-lik şprisdə 0,5 ml va 0,3 ml həcmində qəhvəyi və açıq qəhvəyi rəngli maye kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin ümumi təmiz çəkisi 0,03 qramdır (0,02gr ve 0,01qr), - bir ədəd "gümüşü" rəngli elektron tərəzinin üzərində heroinin va metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini müəyyən etmǝk mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş bükümlərdə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Şprislərdə olan heroin məhlul şəklində olduğu üçün bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 506,152 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 2298 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 1033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlar "xxxx" MMC-dən CD disk halında götürülmüş və həmin nömrəyə daxil olan və çıxan SMS-lərin məzmununda narkotik vasitələrin satışı ilə bağlı çoxlu sayda yazışmaların olduğu təsdiqin tapır. Qeyd olunan CD disk iş üzrə əhəmiyyətli halları özündə əks etdirdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxış zamanı aşkar edilmiş, ümumi sayı 9 ədəd olan, narkotik maddəyə bənzər bükümlər, 2 ədəd şpris və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 506,152 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,214 qram olan psixotrop maddə metamfetamin, içərisində heroin məhlulu olan 2 ədəd şpris, həmçinin 01 ədəd elektron tərəzi iş üzrə xx.xx.2022-ci il tarixli qərarla maddi subut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tərləbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsinə əsaslanaraq bu nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 2 ildən artıq vaxt keçdikdən sonra yenidən qəsdən cinayət törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab olunur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Раздел 1.01 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş 506,152 qram təşkil edən narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 505,672 qram hissəsi, 1,214 qram təşkil edən psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalan 1,064 qram hissəsi, 2 ədəd içərisində 0,5 və 0,3 ml. həcmində heroin məhlulu olan şprislərin içərisində tədqiqatdan sonra qalan 0,3 ml. və 0,1 ml. qalıq qalan hissəsi, 01 ədəd elektron tərəzi hökm qanuni nüvvəsini aldıqdan sonra məhv edilməli, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk və 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxışın video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 manat (yüz on dörd manat) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri, 5 saylı hüquq məsləhətxanasının vəkili X1 360 (üç yüz altmış) manat ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Раздел 1.02 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş 506,152 qram təşkil edən narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 505,672 qram hissəsi, 1,214 qram təşkil edən psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalan 1,064 qram hissəsi, 2 ədəd içərisində 0,5 və 0,3 ml. həcmində heroin məhlulu olan şprislərin içərisində tədqiqatdan sonra qalan 0,3 ml. və 0,1 ml. qalıq qalan hissəsi, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk və 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxışın video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin istintaq materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 manat (yüz on dörd manat) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri, 5 saylı hüquq məsləhətxanasının vəkili X1 360 (üç yüz altmış) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar