Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1183/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Kəlbəcər rayonu, Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(008)- 376/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(022)-253/2022 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 7(022)-800/2022 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Kəlbəcər rayonu, Quzeyçirkin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 may 2024-cü il tarixdə, saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun izahatının alınması məqsədi ilə Zərdab Rayon Polis Şöbəsinə (bundan sonra mətndə - Zərdab RPŞ) təmin edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında 31 avqust 2023-cü il tarixdə, saat 19:00-da Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi (bundan sonra mətndə - Xətai RPİ-nin 37-ci PŞ) və Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılan zaman özünü şübhəli apardığından ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,221 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 29 dekabr 2023-cü il tarixli ifadəsində göstərdi ki, o, Zərdab RPŞ-də xırda talama ilə əlaqədar axtarışda olmuşdur. Zərdab RPŞ və Xətai RPİ-nin əməkdaşları onu ünvan 4 ünvanının yaxınlığında olarkən saxlayaraq 37-ci PŞ-yə aparmışlar. Həmin vaxt onun əynində alt paltarından başqa hər hansı geyim olmamışdır. Polis şöbəsində ona qətimkan tədbiri məsələsini həll edən məhkəmə tərəfindən buraxılacağı deyilmiş, bu səbəbdən təqdim olunmuş sənədləri imza etmişdir. Bundan sonra Xətai RPİ-nin müvəqqəti saxlama yerinə aparılmış, orada müstəntiq onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini bildirmiş, lakin saxlanıldığı istintaq təcridxanasında olarkən isə külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunduğunu öyrənmişdir. O, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülmüş, döyülmə nəticəsində burnundan xəsarət almış, daha sonra videoçəkiliş aparılmışdır. Eyni zamanda, polislər onu döyməklə evindən pulunu da götürmüş, sonuncular barədə prokurorluq orqanına şikayət etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də, təxminən 1 ildir narkotik vasitə qəbul etmir. Ona qarşı zorakılıq edən polis əməkdaşlarından Şahid1 və Şahid2, habelə digər polis əməkdaşları barəsində şikayət etmişdir. Müstəntiq onu sonradan istintaq təcridxanasında dindirmişdir. Tutularkən narkotik vasitəni haradan aldığı soruşulmuş, o da tanımadığı şəxsdən aldığını bildirmişdir.
3. Müdafiəçi2 işə qoşulduqdan sonra 28 fevral 2024-cü il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, 31 avqust 2023-cü il tarixdə, gündüz saat 12 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə qayıdarkən Şahid2 onun olduğu maşını təqib etmiş, daha sonra polis əməkdaşları M.Müşviq küçəsi ev 4 ünvanında yerləşən qaldığı evə gəlib onu orada tutmuşlar. Polislər onun əvvəllər məhkum olunduğunu, habelə Zərdab RPŞ tərəfindən dələduzluqla əlaqədar axtarıldığını deyərək törətmədiyi əməli döyməklə və psixoloji təzyiq etməklə etiraf etməyə məcbur etmişlər. O, Röya adlı qadınla faktiki ər-arvad münasibətlərində olmuşdur.
4. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən suallara cavab verməkdən və ifadə verməkdən imtina edərək tərtib edilmiş sənədləri imzalamamışdır. Lakin şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə 31 avqust 2023-cü il tarixdə verdiyi izahatla məhkəmədə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahatında göstərmişdir ki, o, təxminən 2 ildir narkotik vasitə olan heroindən istifadə edir. Hər dəfə narkotik vasitə heroini Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 31 avqust 2023-cü il tarixdə Binəqədi rayonu, Azadlıq metrostansiyası yaxınlığında sosial şəbəkədən tanıdığı şəxsdən 50 manata narkotik vasitə olan heroini almış və həmin heroini istifadə etmək üçün 1 büküm edərək əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Həmin tarixdə, saat 19:00 radələrində ünvan 5 ünvanının yaxınlığında olan vaxtı iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-yə getməsini izah etmişlər. O, sonuncularla birgə 37-ci PŞ-yə gəlmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilməklə təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoyması təklif olunmuş, o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” A21 markalı mobil telefon aparatını və həmin şalvarın sol yan cibindən 1 ədəd qara sellofana bükülmüş bükülünü təqdim etmişdir. Ondan həmin 1 ədəd qara sellofana bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin qara sellofan açıldıqda, içərisində qəhvəyi rəngli toz halda, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 2,46 qram olması məlum olmuşdur. Ondan həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o həmin narkotik vasitəni Binəqədi rayonu, Azadlıq metrostansiyası yaxınlığında sosial şəbəkədən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata alıb öz istifadəsi üçün 1 büküm edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o həmin protokolla tanış olaraq iştirakçılarla birgə imzalamışdır. Narkotik vasitə heroindən istifadə etsə də, narkotik vasitəni heç vaxt heç kimə satmamış və ya pay verməmişdir. Üzərində aşkar edilmiş narkotik vasitələrdən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v) 45-47; 62-63; 76-78).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin izahatının alınması məqsədi ilə Zərdab RPŞ-yə təmin edilməsi ilə bağlı müraciət əsasında 31 avqust 2023-cü il tarixdə Zərdab RPŞ-nin cinayət axtarış üzrə bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə saat 19:00-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olması müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində olan zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur, Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung Galaxy A21” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən isə bir ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Azadlıq metrostansiyasının yaxınlığında sosial şəbəkədən tanımadığı, lakin adını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
8. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, 31 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə dəvət edilərkən əvvəlcə narazılıq göstərək etiraz etmiş, sonuncunun hərəkətləri onlarda şübhə yaratdığından polis şöbəsində üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış, polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə və mobil telefon aşkar edilmişdir. Belə ki, onlara Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddələr saxlaması barədə konkret məlumat daxil olmamış, əksinə onun barəsində dələduzluqla bağlı Zərdab RPŞ-də araşdırma olmasını bilmiş, Təqsirləndirilən şəxs saxlamaq üçün 31 avqust 2023-cü il tarixdə, gündüz saat 12də Sumqayıt şəhərində hər hansı əməliyyat tədbiri keçirilməmiş, habelə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş hadisə vaxtı Zərdab RPŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Qusar Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə konkret əməliyyat məlumatı olmasa da, sonuncunun narkotik vasitə aludəçisi olması barədə məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs izahatının alınması üçün saxlanılması ilə bağlı Xətai RPİ-nin əməkdaşı Şahid1lə birgə tədbir keçirilmiş, o, yaşamış olduğu ərazinin yaxınlığında saxlanılmış, hərəkətləri şübhə doğurduğu üçün 37-ci PŞ-də üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs qarşı nə o, nə də hər hansı polis əməkdaşı tərəfindən nə saxlanılarkən, nə polis şöbəsinə aparılarkən, nə də polis şöbəsində olarkən hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır.
10. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, qızı Röya ilə Təqsirləndirilən şəxs arasında dostluq münasibətləri olmuş, sonuncu tutularkən onlarda olmuşdur. Polislər əvvəlcə Cəmaləddini tutmaq üçün onu sentyabr ayının 2-də tutaraq mobil telefonunu əlindən almış, Cəmaləddin tutulana qədər onu buraxmamışlar. Belə ki, o, evin qapısını açıb evə daxil olmaq istəyərkən polislər onu tutub qızı Röyaya zəng edib Cəmaləddinlə harada olduqlarını soruşmasını tələb etmişlər. O, qızından harada olmasını soruşduqda sonuncu Sumqayıtda olduqlarını bildirdikdən sonra polislərlə birlikdə Sumqayıt şəhərinə getmiş, lakin onlar Sumqayıt şəhərinə getdikdə Röya ilə Cəmaləddin artıq Bakı şəhərinə doğru yola düşmüşlər. Geri qayıdarkən Ceyranbatan qəsəbəsi ərazisində Röya ilə Cəmaləddinin avtomobilini görmüş, bundan sonra Xətai rayonuna qayıdıb 37-ci PŞ-yə gəlmiş, oradan kömək götürüb evinə getmiş, Cəmaləddini də evdə olarkən tutmuşlar. Cəmaləddinin nəyə görə axtarıldığı barədə məlumatı olmamışdır. O, Cəmaləddini tanıdığı üçün tutulmuş, eyni zamanda qızı Röya da buna görə tutulmuş, sonuncu axşam saat 22 radələrində buraxılmışdır. Cəmaləddinin üzərində narkotik vasitə olmamışdır. Cəmaləddinlə Röya aldıqları avtomobilinin pulunu ödəməyə getmiş, Cəmaləddin tutularkən Röya mağazada olmuş, sonuncu mağazada tutulmuşdur. Qızı Röya başqa şəxslə evli olmaqla Cəmaləddinlə yalnız dostluq münasibətində olmuşdur.
11. Müdafiə tərəfinin vəsatəti əsasında X8 məhkəmədə dindirilməsi təmin edilsə də, sonuncu məhkəməyə gəlməmiş, müdafiə tərəfi R.R.Əkbərovanın barəsində məcburi gətirmə qərarının çıxarılmasına zərurət olmadığını bildirərək onun məhkəmədə dindirilməsinə dair verdikləri vəsatətdən imtina etdiklərini bildirmişlər. Müdafiə tərəfinin verdiyi vəsatətdən imtina etməsi nəzərə alınaraq R.R.Əkbərovanın barəsində məcburi gətirilməsinə dair qərar qəbul edilməmişdir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işi başlama və icraata götürmə barədə” 1 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 31 avqust 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 2,221 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən 1 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
14. 31 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Zərdab RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev tərəfindən Təqsirləndirilən şəxs izahatının alınmasının təmin edilməsi üçün sonuncunun yaşayış yeri üzrə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Qədirova müraciət edilmişdir (Cild 1, i.v.6).
15. Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Zərdab RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Qədirova ünvanlanmaqla müvafiq qaydada qeydə alınmış 31 avqust 2023-cü il tarixli raportunda göstərilmişdir ki, həmin tarixdə, saat 19:00 radələrində Zərdab RPŞ-də HK-1 saylı 487 və 488 nömrələri ilə qeydə alınmış materialın araşdırılması zərurəti ilə əlaqədar izahatının alınması zəruri olan X1 rayonu, M.Müşviq küçəsi, ev 4V ünvanının yaxınlığında saxlanılaraq həmin şöbəyə gətirilən zaman sonuncu özünü narkotik vasitə təsiri altında apardığından ondan narkotik vasitələrdən istifadə edib-etməməsi soruşulduqda Təqsirləndirilən şəxs narkotik maddə istifadə etdiyini və hal-hazırda da üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün 37-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilmiş və qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir (Cild 1, i.v.13).
16. “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadə tərəfindən 31 avqust 2023-cü il tarixdə, saat 19:30-da müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs onun hüquqlarının faktiki məhdudlaşdırıldığı, yəni 31 avqust 2023-cü il tarixdə, saat 19:00 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 31;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs sonuncunun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 19:45-dən 19:54-dək Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadə tərəfindən həmin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Zərdab RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Xətai RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis leytenantı X9 iştirakı ilə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri ətraflı izah edilərək şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” A21 markalı mobil telefon aparatını və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd qara sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd qara sellofana bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz halında, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 2,46 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda o, bu gün Binəqədi rayonu, Azadlıq metrostansiyası yaxınlığında sosial şəbəkədən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Xətai RPİnin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti, polis leytenantı X17 tərəfindən “Panasonic” markalı mobil kameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkətinin aparılması barədə saat 19:54-dən 20:15-dək tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 40-43).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 6 dəqiqə 41 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq M.Şahid1 tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi A.X.Hüseynovun iştirakı ilə baxış keçirilməsinə dair 2 sentyabr 2023-cü il tarixli protokolla, eləcə də məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 79;).
19. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4642 nörməli, 1 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksləri olan, “...”imza”Азизов Джамаляддин...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 2,221 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,221 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,171 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v. 53-57).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 2 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.66- 67;).
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 sentyabr 2023-cü il tarixli, 4(011)- 569/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, məhkumluğu yoxdur, narkotik istifadəçisidir, onun üzərində narkotik olmamışdır, hazırda himayəsində azyaşlı uşağı var. Müdafiəçi X14 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşağı olması səbəbindən vəsatət və təqdimatın təmin edilməməsini xahiş edir.” (Cild 1, i.v. 97- 101).
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 28 sentyabr 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-279/2018 saylı, 27 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2021 saylı, 13 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-253/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 (altı) ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-800/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürцlməmişdir (Cild 1, i.v. 104-112; Cild 2).
23. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 7 oktyabr 2023-cü il tarixli, 6360 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, i.v. 129-130).
24. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və AA4784416 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 dekabr 2017-ci il təvəllüdlü Ziyəddin Əzizov adlı bir azyaşlı uşağı vardır(Cild 1, i.v. 136).
25. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 27 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,221 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 2,171 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin görüntülərini əks etdirən 1 (bir) ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədilə ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmaqla icraata qəbul edilib istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 137-142).
26. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilərək istintaq edilməsi qərara alınmışdır (Cild 1, i.v.144-145).
27. Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixli öz xətti ilə əlyazma ilə yazılmış ərizəsindən görünür ki, o, Xətai RPİ-nin istintaq şöbəsində istintaq olunmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, əvvəllər həmin məcəllənin 234.1-ci maddəsi ilə məhkum olunduqdan sonra islah olunmuşdur. Özünü günahkar hesab etmir, düz yola qayıtmış, narkotik vasitə istifadəsinə tövbə etmişdir. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini, işinin həmin maddə ilə məhkəməyə göndərilməsini xahiş etmişdir (Cild 1, i.v. 160).
28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.Şahid1 tərəfindən 4 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 9 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.165-170).
29. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X15 tərəfindən 643-C-23 nömrəli material üzrə qəbul edilmiş qərardan və müvafiq materialdan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə intihara cəhd etməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman sol saidin ön tərəfində və qarın nahiyəsində səthi kəsilmiş qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs fakt ilə bağlı bildirmişdir ki, həmin xasarətləri Xətai RPİ-nin müvəqqəti saxlama yerində olarkən istintaqın gedişatına etiraz əlaməti olaraq alışqanın dəmiri ilə özü özünə xəsarət yetirməsi nəticəsində almışdır(Cild 2).
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tərtib edilmiş 8472/2023 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul olunarkən xəsarəti olmadığını bildirmiş, sol saiddə köhnə çapıq toxumalarından başqa yeni xəsarət izi aşkar edilməmişdir (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
37. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
40. Məhkəmə, Təqsirləndirilən şəxs tutulmazdan əvvəl narkotik vasitələrdən istifadə etməməsi, ibtidai istintaq orqanının göstərdiyi yerdə və şəraitdə deyil, evdə olarkən saxlanılması, o cümlədən polislər tərəfindən döyülərək üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur edilməsi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı bildirilərək aldadılmaması, bu səbəbdən tərtib edilmiş ilkin sənədləri imzalaması, yalnız istintaq təcridxanasında olarkən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini öyrənməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
41. Belə ki, hökmün 17-18-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü özü və müdafiəçisinin yoxlayaraq hər hansı qeyd aparılmadan imzalaması, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs suallara sərbəst cavab verməsi, ona qarşı hər hansı fiziki, psixi və sair təsir və ya təzyiqin olmasının müəyyən edilməməsi əyani formada öz əksini tapmışdır.
42. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evində tutulması, polislərin Cəmaləddini tapmaq üçün əvvəlcə onu tutmaları, sonuncu tutulana qədər onu buraxmamaları, o cümlədən qızına zəng elətdirib sonuncunun olduğu yeri öyrənməsini tələb etmələri, qızı və Cəmaləddinin olduğu yer üzrə polislərlə birlikdə Sumqayıt şəhərinə doğru yola düşmələrinə dair verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir və Rahib Əkbərovun qızının faktiki əri olan təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaqla müdafiə məqsədi daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən R.M.Əkbərovun işin faktiki halları ilə ziddiyyət təşkil edən həmin ifadələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən həmin ifadələr sübut kimi qiymətləndirilməməlidir.
43. Belə ki, hökmün 13-16-cı bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Zərdab RPŞ tərəfindən Təqsirləndirilən şəxs izahatının alınması məqsədilə sonuncunun yaşayış yeri üzrə Xətai RPİ-nin 37-ci PŞ-yə müraciət edilmiş, Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən özünü şübhəli aparması ilə əlaqədar üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində narkotik vasitə heroin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.
44. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmaması, onun polis əməkdaşları tərəfindən küçədə deyil, evdə çılpaq halda olarkən saxlanılması, ibtidai araşdırma orqanı tərəfindən fiziki təzyiqlərə məruz qalmasına görə törətmədiyi əməli etiraf etməsi və sair hallar işin faktiki halları ilə öz təsdiqini tapmadığından onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahatın, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etməklə hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalması barədə məlumat verməmişdir. Eyni zamanda ibtidai istintaqın gedişində sərbəst olaraq öz xətti ilə əlyazma ilə yazdığı ərizəsində özünü məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onlar iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
47. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
48. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
49. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
51. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ilkin izahatında, o cümlədən barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmə iclasında hər hansı bir fiziki təzyiqə, zorakılığa, pis rəftara və ya psixi təsirə məruz qalmasını bildirməmişdir. Həmçinin, hökmün 29-30-cu bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Bundan başqa, hökmün 17-19; 21 və 27-ci bəndlərində göstərilənlərlə də Təqsirləndirilən şəxs hər hansı pis rəftara və sair hallara məruz qalması tam inkar olunur.
52. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
53. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
54. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
55. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
56. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
57. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
58. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
59. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
60. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
61. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 22-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
62. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
63. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
64. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
65. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
66. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
67. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2 sentyabr 2023-cü il tarixli, 4(011)-569/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 31 avqust 2023-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.31; 97-101; Cild 2).
68. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır.
69. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
71. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
72. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
73. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,171 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
74. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
75. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
76. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
77. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
78. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
79. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 31 avqust 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,171 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının köçürüldüyü 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.