Məhkəmə qərarları › İş №1(101)-1183/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1183/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1183/2025 03.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X** və X* ibarət tərkibdə, məhkəmə iclas katibi X*, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Nümayəndə*, müdafiəçi- Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx *968-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-nin direktoru işləmiş, Beyləqan rayonu, Birinci Şahsevən ərazi dairəsi, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Maqomayev küçəsi, ev ** ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxslərə xüsusilə külli, külli və xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, özünü ona işgüzar şəxs kimi göstərərək, rəhbəri olduğu “AMAL+A” MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif layihələri podratçı olaraq həyata keçirəcəyinə, onu da bu lahiyələrə şərik edəcəyi adı ilə qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə yalandan vəd verib aldadaraq, bu adla hissə-hissə olmaqla 2020-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, **/2* saylı yaşayış binasının qarşısında *7*00 manat, həmin ilin avqust ayının ortalarında Abşeron rayonu Xırdalan şəhəri, Əliağa Vahid küçəsi * saylı ünvanda yerləşən ofisdə 8*00 manat, daha sonra həmin ilin sentyabr ayının əvvəllərində Qusar şəhərində *000 manat, sonuncu dəfə isə 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsində yerləşən “CAQ” adlı kafedə *000 manat, ümumilikdə *0000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs* MMC-nin direktoru Nümayəndə2 etibarından suiistifadə edərək, "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə özünü ona işgüzar şəxs kimi göstərərək Azərbaycan Respublikası ərazisində geniş miqyaslı tikinti-inşaat işlərini həyata keçirdyini bildirməklə, 2020-ci ilin iyul ayının 20-dən həmin ilin noyabr ayının 6-na kimi olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Dəməgül yolu, Ə.Qayıbov küçəsi 2*** ünvanında yerləşən Zərərçəkmiş şəxs* MMC-nin tikinti materialları satış bazarından hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilkdə **7476,96 manat dəyərində inşaat materialları olan plastik boru, qranit, döşəmə daşları və xırdavat malları ələ keçirərək, pulunu 06 noyabr 2020-ci il tarixdə ödəyəcəyinə dair ona yalandan vəd verib aldadaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs* MMC-yə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

4. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 etibarından sui-istifadə edərək "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə özünü Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində bərpa işləri həyata keçirən işgüzar şəxs kimi təqdim edib, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Xıdırlı kəndində məcburi köçkünlər üçün 7*0 ədəd fərdi yaşayış evinin tikilməsini bildirməklə, həmin fərdi yaşayış evlərində istifadə olunması üçün Nümayəndə4 rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan * kiloqramı *0 manata olmaqla ümumi dəyəri *02624,60 manat olan 8697 kiloqram çəkidə “BAF Suvaq” dekorativ divar örtüyünü sifariş verərək, həmin məhsulların dəyərini 2* iyul 2022-ci il tarixədək ödəyəcəyinə dair yalan vəd verməklə qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə aldatmaqla yanaşı dələduzluq əməllərini aralarında bağlamış müqavilə ilə pərdələyərək 2022-ci ilin ** iyun tarixdən həmin ilin iyun ayının 28-dək olan müddət ərzində Masallı şəhəri, Qarabağ küçəsi *2 saylı ünvanında yerləşən "X*" olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sexindən həmin məhsulları ələ keçirərək verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə *02624,60 manat, yəni külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

5. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə özünü işgüzar şəxs kimi göstərərək müxtəlif dövlət əhəmiyyətli tikinti obyektlərinin inşaşı ilə məşğul olduğunu, tikinti materialı olan armatur istehsal edən zavodla müqavilə bağladığına inandıraraq onun etibarından sui-istifadə edərək sonuncuya hər tonu *000 manat olmaqla, cəmi 20 ton çəkidə armatur satacağına dair yalan vəd verməklə aldatmış və bu adla 22 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi *04 ünvannda yerləşən “Cermet” adlanan körpünün altında Zərərçəkmiş şəxs4 20000 manat pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir.

6. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlaknı ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2-nin direktoru Nümayəndə* etibarından sui-istifadə edərək, "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə özünü ona işgüzar şəxs kimi göstərərək müxtəlif dövlət əhəmiyyətli obyektlərin inşaşı ilə məşğul olduğunu, Qarabağ iqtisadi zonasında işğaldan azad edilmiş rayonlarda aparılan sənaye tikinti işlərində istifadə etmək və pulunu qısa müddətə ödəmək adı ilə qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə aldadaraq, 2022-ci ilin oktyabr ayının *dən *0 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsi, Südçülük sovxozu, Qaradağ rayonu “Sədərək” ticarət mərkəzi, Binəqədi rayonu “Elit” ticarət mərkəzi və sonuncu dəfə isə Nərimanov rayonu Ziya Bünyaov prospektində yerləşən “Baksol” adlanan ərzidəki anbarlardan ümumilkdə *68794, 20 manat dəyərində müxtəlif çeşidli plastik boruları, qranit, mərmər, döşəmə daşları və metlax piltələri ələ keçirərək, rəhbərlik etdiyi "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında görüntü naminə *0.*0,2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, *68794,20 manat məbləğində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-yə qeyd olunan məbləğdə, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

7. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə edərək, qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə "xxxx" MMC-nin satış üzrə meneceri Nümayəndə* MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə Özünü işgüzar şəxs kimi göstərərək, Qarabağ iqtisadi zonasında işğaldan azad olunmuş Ağdam rayonunda aparılan sənaye tikinti işlərində istifadə etmək və pulunu qısa müddətə ödəmək adı ilə aldadaraq, *6 yanvar 202*-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X2* küçəsi, 78 ünvanında yerləşən anbardan cəmi dəyəri **7962,** manat dəyərində olan müxtəlif formalı 6** ədəd, 27.0*.202*-cü il tarixdə qeyd olunan ünvanda dəyəri *200 manat olan 08 ədəd dəmir qapıları və həmin tarixdə Nərimanov rayonu Ziya Bünyaov prospektində yerləşən “Baksol” adlanan ərazidə tikinti mallarının satışı bazarında dəyəri *290 manat olan ** ədəd taxta qapını ələ keçirib, ümumilkdə *264*2,** manat məbləğində əmlakı hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

8. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə edərək, qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə Zərərçəkmiş şəxs* MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə özünü işgüzar şəxs görüntüsü yaradaraq, Qarabağ iqtisadi zonasında aparılan sənaye tikinti işlərində istifadə etmək və pulunu qısa müddətə ödəmək adı ilə aldadaraq, 2024-cü ilin yanvar ayının əvvəlindən həmin ilin fevral ayının əvvəlindək olan müddət ərzində hissə-hissə olmaqla icrarəyə götürüb işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən Beton Məmulatları zavodunun nəzdindəki tikinti materialları sexindən ümumilikdə 272** manat *8 qəpik məbləğində üzlük daşı, tamet, pəncərə kantı və döşəmə daşlarını, bundan sonra qeyd olunan ünvanda yerləşən həmin sexdən 2024-cü ilin mart ayının əvvəllərində 7*64 manat 42 qəpik dəyərində mərmər döşəmə daşlarını alaraq qısa müddət ərzində həmin tikinti materiallarının pulunu ona ödəyəcəyinə dair yalandan vəd verərək vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə *4800 manat dəyərində əmlakı hissə-hissə olmaqla ələ keçirərək, Zərərçəkmiş şəxs* xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir.

Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

9. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Nadiri iş adamı kimi tanımışdır. Sumqayıt şəhəri, 4-cü mikrorayonda “Heydər Əliyev” Fondunun maliyyə dəstəyi *-6 ədəd binanın rənglənməsi prosesi gedən zaman Nadirlə tanış olmuşdur. Nadir ona “Amal+A” MMC-nin rəhbəri olduğunu bildirirərək həmin şirkətin rəsmi möhürlü sənədlərini göstərmiş və ona şərik olacaqları təqdirdə şirkətin hesabında olan pulları asanlıqla görəcəyini və gəlir əldə edə biləcəyini bildirmişdir. Sonradan Nadir ondan *7*00 manat “Heydər Əliyev” Fondunun dəstəyi ilə tikiləcək binalarla əlaqədar pul almışdır. Nadirlə birlikdə Qusar rayonuna getmiş, Nadir orada ona tikdiyi məktəbləri göstərmiş və ondan dəstək olmasını xahiş etmiş və o da Nadirə *000 manat məbləğində pul vermişdir. Nadir ona şirkətin adından etibarnamə verdiyindən o, şirkətə daxil olan və çıxan pulları görmək hüququna malik olmuş, bir dəfə hətta şirkətə 700000 manat miqdarında pulun daxil olmasını gördüyündən Nadirə inanmışdır. Bundan başqa, Nadirə 8*00 manat da pul vermişdir. Nadirdən ona verdiyi pulları qaytarmasını tələb etdikdə Nadir ona səbirli olmağı və narahat olmamasını bildirmişdir. Sonuncu dəfə Nadir ona vergi ilə əlaqədar olaraq *000 manata ehtiyacı olduğunu dedikdə Nadirə *000 manat məbləğində də əlavə pul vermişdir. Nadirin rəsmi şirkəti və bu şirkətin mövcudluğunu təsdiq edən rəsmi sənədlər olduğundan o, hər dəfə Nadirə inanmışdır. Nadirə ümumilikdə *0000 manat məbləğində pul vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş zərərin ödənilməsini tələb edir.

10. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs* ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə müqavilə bağlayan zaman Nadir ona ** gün müddətində borcunu qaytaracağını demiş, Nadirə malları verməyə razılaşdıqdan * gün sonra malları Ağdama aparmalı olan maşını şəhərdə gördükdə Nadirə zəng edərək borcunu nə vaxt qaytaracağını soruşmuşdur. Həmin vaxt artıq əvvəl danışdıqları vaxtdan ** gün keçmişdi. Nadir isə problemlərinin olduğunu və *0 gün ərzində ona olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin zəngdən * gün sonra rəsmi alqı-satqı müqaviləsi bağlamışlar. Nadirin sürücüləri gəlib malları apardıqda sürücülərdən malları hara apardıqlarını soruşmuş, lakin onlardan heç biri ona dəqiq bir ünvan deməmiş, bununla bağlı Nadirlə əlaqə saxlamalı olduğunu bildirmişlər. Nadir ona olan borcunu qaytarmadığından o, polisə şikayət etmiş və polislərin göstərişi ilə sürücülər ona Nadirin malları göndərdiyi yerləri göstərmişlər. Sürücülərdən biri onu Sumqayıt yolunda olan bir mağazaya aparmış, malların bir çoxunun elə məhz həmin mağazada olması müəyyən olunmuşdur. Ümumilikdə Nadir tərəfindən ona *4800 manat məbləğində maddi zərər dəymişdir. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir.

11. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Nadirlə ortaq dostu olan bir şəxs onu Təqsirləndirilən şəxslə tanış etmişdir. O, Nadirlə tikinti materiallarınının alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, Nadir ona genişmiqyaslı tikinti işləri məşğul olduğunu və fərdi yaşayış evləri tikdirdiyini bildirmişdir. Nadir ona təxminən * ay sonra pulu qaytarmalı idi. Lakin, 2-* ay keçməsinə baxmayaraq Nadir maddi problemlərini bəhanə edərək ona olan borcunu ödəməkdən yayınmışdır. Nadirin ona borcu ƏDV də daxil olmaqla **7 000 manat təşkil edir. Ona dəymiş zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir.

12. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs2-nin direktoru Nümayəndə* ifadəsində göstərmişdir ki, o, Nadiri anbar icarəyə götürdüyü zaman tanımışdır. Başqa bir anbarda Həsrət adlı şəxslə qapı istehsal edirdilər. O, şəxsən özünə məxsus boruların satışını eşitmiş, Nadir Eyvaz adlı şəxslə onun obyektinə gəlmiş və nisyə qapı satmasını istəmişdir. O, Nadirə nisyə mal vermədiyini bildirmişdir. Nadir demişdir ki, Qarabağda tikinti sektorunda işləyir və onun pulunu vaxtında verəcəkdir. Ondan başqa hansı mallar satmasını soruşmuşdur. O, Nadirə mərmər də satdığını bildirmişdir. Nadir mərmər də almaq istədiyini bildirdi. O, Nadirə malları verməyə razılaşmış, Nadir malları götürmüş və hissə-hissə ödəyəcəyini demişdir. O, Nadirin göndərdiyi şəxslə danışmış, Eyvaz adlı şəxs ona Nadirə inana biləcəyini demişdir. Razılaşdıqdan sonra Nadir malları anbardan götürməyə başlamışdır. Ümumilikdə anbardan *6879* manat dəyərində malları götürmüşdür. Bir müddət keçdikdən sonra Nadirə demişdir ki, götürdüyü malların pulunu ödəsin. Nadir bildirmişdir ki, Qarabağdadır və qısa zaman ərzində pulu qaytaracaqdır. Nadirin onu aldatmasından şübhələnib, araşdırmağa başlamışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-də dələduzluq əməli ilə bağlı axtarışda imiş. O, Nadiri yenə axtarmış, bundan uzun zaman sonra Vahid, Araz, Şükür, Orxan, Kamil adlı şəxslər onun ofisinə gələrək Nadirin adına olan borcu ödəyəcəklərini bildirmişlər. O da təminatı olsun deyə həmin şəxslərlə müqavilə bağlamışdır. Həmin şəxslərdən yalnız Araz ona olan borcdan 29.**0 manat məbləğində pul ödəmişdir. Digər şəxslər isə ona bildirdilər ki, Nadir onlara borcunun özü tərəfindən ödəniləcəyini demişdir. Bundan sonra ona hər hansı pul məbləği ödənilməmişdir. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir.

13. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə* ifadəsində göstərmişdir ki, bir gün Nadir ona zəng edib bildirmişdir ki, Qarabağda işlər görür. Eyvaz adlı şəxslə sexə gəlib baxmış və səhərisi gün gəlib müəyyən halları götürəcəyini demişdir. Malı aldıqdan 20 gün sonra malın ödənişini edəcəyini bildirmişdir. Nadir ona Qarabağda tikdiyini bildirdiyi evlərin yanında şəkillər göstərmiş və bəzi şəxslərin adını çəkmişdir. Malları apardıqdan bir müddət sonra bir neçə tanış ona demişdir ki, ona məxsus qapını Nadir bir nəfər şəxsə ucuz qiymətə satır. O, Nadirdən bu barədə soruşanda Nadir demişdir ki, əlində vacib işi var və cavab verə bilmir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində axtarışdadır. Nadirlə danışanda Nadir pulu 20 günə qaytaracağını demişdir. Sonradan bu işin uzandığı görmüş və onunla müqavilə bağlamışdır. Ancaq müqavilədən 2 il keçsə də, Nadir hələ də borcunu ödəməmişdir. Hazırda Nadirin ona *24000 manat borcu var. Təqsirləndirilən şəxsdən şikayətçidir.

14. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə4 ifadəsində göstərmişdir ki, Nadir ona Qarabağda tikinti işləri olduğunu və ona məhsul verməyi təklif etmiş, o da *0 ton malı Nadirə vermişdir. Müəyyən vaxt sonra Nadir malın 7 tonunu qaytarmışdır. * ton malın dəyəri qalmışdır. Bu isə təxminən *0-**000 manat pul edir. Hazırda ona dəymiş zərər tam ödənilməsə də, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur.

15. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Nadir ona armatur verəcəyini vəd edərək 20000 manat pulunu ələ keçirmiş, sonradan nə armaturu vermiş, nə də pulunu geri qaytarmışdır. Cinayət işi başladıqdan sonra ona dəymiş zərər tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərmişdir ki, o, yükdaşıma ilə məşğuldur. İstifadəsində iki maşın vardır. O, Dərnəgül yolunda dayanmış, Nadir onun nömrəsini götürüb ona zəng edərək yükünün olduğunu və daşımaq lazım olduğunu bildirmişdir. Bundan sonra *0-** dəfə onun maşını ilə yüklər daşınmışdır. Başqa heç bir şeydən xəbəri olmamışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərmişdir ki, o, Nadiri çay evində görmüşdür. Mahir ona pul vermiş, o isə həmin pulu Nadirə çatdırmışdır. Mahirə irad da tutmuşdur ki, gərək pulu Nadirə verməzdi. Mahir ittihamda qeyd edilən 29000 manat pulu özü əvvəlcədən Nadirə vermiş və ona bu barədə demişdi. Mahirin Nadirə pul verməkdə məqsədi fonda iş düzəltməklə bağlı idi. Mahir ona demişdir ki, Nadirə 29000 verib və *000 manat da versə məsələ həllini tapacaqdır.

18. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Mahirin onun dostu olduğunu, Mahirin Nadirlə olan pul məsələsi barədə ona dediyini, Mahirin onun yanında Nadirdən 29000 manat pulu geri istəməsinin şahidi olduğunu bildirmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Nadiri tanımır, onunla alış-verişi olmamışdır. Onun alış verişi İlqar ilə olmuşdur. O, *2000 manatı İsmayıla verəcəkdi. Ortada 40000 manatla bağlı heç bir verəcəyi olmamışdır.

20. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid kanalizasiya borularını İlqarın Nadirdən aldığını, İlqarın ona *2000 manatlıq boru verdiyini, qarşılığında 6000 manatını qaytardığını, İlqarın ümumilikdə Nadirdən *2000 manatlıq boru aldığını, borunun yiyəsinin İsmayıl olduğunu bilmədiyini, sonradan borunun İsmayıla məxus olduğunu bildiyini göstərmişdir.

21. Şahidlər Şahid2, Şahid4, Şahid*, Şahid6 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.

22. *2 fevral 2024-cü il tarixli, *2/2024 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs* alıcı Təqsirləndirilən şəxs qiymət razılaşdırma protokolunda qeyd edilmiş beton məlumatları ilə təmin etməyi, alıcı isə həmin malları qəbul edərək malların dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürür (cild 0*; i.v. 8-*0).

23. 28 fevral 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Zərərçəkmiş şəxs* tərəfindən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 272**.*8 manat dəyərində tikinti materialları verilmişdir (cild 0*; i.v.**).

24. Təqsirləndirilən şəxs tərəfindən 24 iyun 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs* **000 manat pul verməli olduğunu, pulun bir hissəsini 0*-0* iyun 2024-cü il tarixdə, bir hissəsini 2*-*0 iyun 2024-cü il tarixlərdə, qalan hissəsini 0*-0* avqust və 2*-*0 avqust 2024-cü tarixlərdə tam ödəyəcəyini, əks halda qanunla nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir (cild 0*; i.v.**).

25. 0* oktyabr 2022-ci il tarixli, 0*/2022 saylı “Malların təhvil-təslim” aktından görünür ki, satıcı Nümayəndə* alıcı Təqsirləndirilən şəxs *287*,44 manat dəyərində məhsulları təhvil vermişdir (cild 0*; i.v.66).

26. *0 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Nümayəndə* alıcı Təqsirləndirilən şəxs qiymət razılaşdırma protokolunda qeyd edilmiş beton məlumatları ilə təmin etməyi, alıcı isə həmin malları qəbul edərək malların dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürür (cild 0*; i.v. 67-7*).

27. *0 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 tərəfindən **04*4.42 manat məbləğində tikinti materialları alıcı Təqsirləndirilən şəxs təhvil verilmişdir (cild 0*; i.v.72).

28. 24 oktyabr 2022-ci il tarixli “Malların təhvil-təslim” aktından görünür ki, satıcı X6 tərəfindən *27*9.96 manat dəyərində tikinti materialları alıcı Təqsirləndirilən şəxs təhvil verilmişdir (cild 0*; i.v.7*).

29. *0 noyabr 2022-ci il tarixli, 0*/2022-09 saylı Təqsirləndirilən şəxs tərəfindən imzalanmış aktdan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilmiş mallara görə Nümayəndə* *94**,27 AZN təşkil edir. Aktda göstərilən qalıq borc məbləği *20 gün ərzində satıcıya hissə-hissə tam ödənilməlidir (cild 0*; i.v.76).

30. ** fevral 202*-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Şahid7 boru materialları əvəzinə *2.*00 manat borcu qaldığını etiraf edərək həmin pulu 202*-cü ilin mart ayının **-dək ödəyəcəyini bildirmişdir (cild 0*; i.v.*00).

31. “Flaşkarta köçürülmüş səsyazmaların dinlənilməsi haqqında” 26 sentyabr 202*cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə* tərəfindən Təqsirləndirilən şəxs ilə aralarında mobil telefon vasitəsi ilə aparılmış və istintaqa təqdim edilmiş 0* ədəd fləşkarta köçürülmüş danışıqlara onun iştirakı ilə keçirilmiş dinləməyə dair tərtib edilmiş 26.09,202*cü il tarixli protokoldan görünür ki, 0* ədəd fleşkart “HP” markalı kompüterə daxil edildikdə yaddaşında bir neçə səsyazma faylının olduğu “WhatsApp”Audio 202*-0*-*0 at **.*8.*6 nadir” adlı fayldakı danışıqlar dinlənilərkən aşağıdakılar müəyyən edilmişdir: - Nadir: Deyirsən ** dəqiqəyə yığacam, spordan sonra idi, heç ** dəqiqə keçmədi, okazıvaetsya axtarışdaydım bu istiyir mən tutulam, ikincisidə mən məşədiyəm çox üzr istiyirəm sizdən, Allahdan qorxan adamam, mən sizin etimadı doğruldacam, əsas noyabrın axırına, heç mənlə Eyvazda yanımda olubdur, məni Nəqliyyat Nazirliyi, Dəmiryolu və nəbilim nə, maraqlansaz yaxşı tanıyırlar, tərif kimi çıxmasın, sadəcə olaraq adamın naxışı gətirməyəndə, mən sizdən bir şey xahiş etmək istəyirəm, bu gün sabah mənə dəymiyin, maksimum üçüncü gün mən sizə zəng edəcəm, görüşüb söhbət edək, siz görəcəysiz ki, mən sizi aldatmamışam, atmamışam, mənim ümumiyyətlə belə fikrim yoxdur. - İsmayıl : Nadir müəllim biz danışdıqda düzdür? söz danışdıq, kişi kimi söz danışdıq, yanınıza neçə dəfə gəldim, dedim əgər başqa söhbət varsa gəlin etməyək, düşmənçilik etməyək, mən indi kiminsə qabağında, bilirsiz necə, mən söz verdimsə eləmədimsə o mənim üçün ölsəm bundan yaxşıdır, həqiqətəndə, mən hər şeyi başa düşən adamam, insanın vəziyyətinidə, siz uşaq deyilsiz, cavan deyilsiz, ** yaşınız var, bu sabah necə deyim, hamımızın uşağı var, bu elə şeylərə gedib toxunur ki, siz balavızın canına and içdiniz, sonra telefonu götürmürsüz, gizlədirsiz, yenə demirəm, işdi almarda alınmazda, Araza *0000 manat pul vermisiniz, Şükür yazmısınız *** özü deyir mən danışmışam 70000 manat pul verəcəyəm, Şükürdə **0-dur ***-dir bunu siz deməlisiniz, filan qədər pul verməlisən apar ver filankəsə, - Nadir: Bəli onu deməliyəm, əslində mən danışdığım adamnan pul deyil, başqa şeydi, ataram sizə vatsapp-a baxarsız, sizdən hansı qiymətə almışam, həmin qiymətə başqa şəxsə vermişəm ki, mənə başqa material versin. - İsmayıl : Bəs Araz deyir, mənə gətirib verdi ucuz qiymətə, mən pul verdim, Hafıs müəllim kimdir mən tanımıram - Nadir : Sizdən hansı qiymətə almışam aparıb həmin qiymətə vermişəm, Hafıs müəllim bizim ailənin ağsaqqalıdır, 20*2-ci ildən mənimlə işdiyir, gözəl insandır, İndi sizə atacam baxarsız görüb sizin qiymətlərlə fərqi var ? - İsmayıl: Ay ağsaqqal, özün danış onlarla, mən sizdən artıq bir şey istəmirəm ki, gəlin belə edəkdə, düşmənçilik olmadan - Nadir: Mənim insanlara qarşı məsuliyyətim var, məndə istiyirəm ki, insanların mənə qarşı məsuliyyəti yaransın, əslində belə olmalı deyildi bizim iş, indi olub - İsmayıl: Axır vaxtlar bir tədbirimiz var idi, ona görə yubandım, 4-cü gün tezdən görüşək, yenə də, seçim sizindir, istiyirsiz dost kimi qurtaraq və ya düşmənçiliklə, mən pislik etməmişəm sizə qarşı, mal istəmisiniz vermişəm, bəlkə də mənim gijdiyimdəndir o qədər mal istəmisiniz götürüb vermişəm, 4-cü gün görüşərik. - Nadir: Yaxşı 4-cü gün görüşərik. - “WhatsApp”Audio 202*-0*-*0 at **.*9.** nadir” adlı fayla baxış zamanı müəyyən edildi ki, -Nadir: Salam əleykə, nə var nə yox? -İsmayıl: Sağlığun şükür. Nadir : Məni indiyənədək gözlədblər, qaldı səhər saat **- *2-yə, mən gedib sənədləridə götürəcəm, sonra sizə yığacam, birdə sizə bəzi şeylər atacam, birdə ona baxıb beyaq demişdim yadımdan çıxmışdı, bir 200-*00 minlik onlardan verə bilərəm. -İsmayıl: Atın baxımda, yenə deyirəm mənim *-ci günə kimi vaxtım var. - Nadir: Biraz çətinliyim oldu, kişiynən görüşdüm, heç nədən asılı olmayaraq iş hazır olacaq. - İsmayıl: Mən oturmuşam ofisdə baş beynimi aparıblar, birinci eləmə. - Nadir: Yaxşı əzizim. ““WhatsApp”Audio 202*-0*-*0 at **.20.*8 nadir *” adlı fayla baxış zamanı ““WhatsApp”Audio 202*-0*-*0 at **.*9.** nadir” adlı faylla eynilik təşkil etdiyi müəyyən edilmişdir. ““WhatsApp”Audio 202*-0*-*0 at **.2*.*8 nadir4” adlı fayla baxış zamanı müəyyən edildi ki. - İsmayıl: Harda görüşək saat *-də dünən demişdik. - Nadir: Bu gün yox, mən sizə deyəcəm, birdə sənəd var, onu atacam, Xocavənddə **7 kvadrat təmiz yerdi *2xl2-di əgər istəsəz onu da verərəm sizə, birazdan yığacam sizə. -İsmayıl : Yaxşı yığ görüm. “WhatsApp”Audio 202*-0*-*0 at **.2*.40 nadir * adlı fayla baxış zamanı müəyyən edildi ki - İsmayıl: Alo. - Nadir : Alo, salam hə *0 dəqiqəyə yığacam sizə, vatsapp açıqdı? indi yığacam sizə. “WhatsApp”Audio 202*-0*-*0 at **.22.02 nadirö adlı fayla baxış zamanı müəyyən edildi ki, - İsmayıl : Siz məni başa düşmədiniz deyəsən məni uşaq hesab edirsiz, yo bidəyqə, İnarə 9 il iş alıb içəridədir, Room Group var, ora bağlanıb, sən mənim daşımı kimə vermisən onu ver, bunlar qarışıq işlərdir, onların buna nə dəxli var. - Nadir: Təzələrdən 482000 birindədir *00 neçə mində birində, forma 2-də yazılıb. - İsmayıl : Sən məni başa düşmədin, mən sənin başıva itin oyununu açacam, sən məni başa düşmədin, gözdə görəy. “WhatsApp”Audio 202*-0*-*0 at **.22.*6 nadir 7 adlı fayla baxış zamanı müəyyən edildi ki: -İsmayıl : Noldu atmadın sənədi ? harda görüşə biləriy söhbət edək. - Nadir : İndi göndərəcək demişəm, mən burda deyiləm, rayondayam, sabah olacam işdə. - “WhatsApp””” Audio 202*-0*-*0 at **.22.*7 nadir 8 adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Vaqif müəllim vare keçən dəfə 42000 borcu olan, onu sizə perevod eləsəm həll eliyə bilərsiz, kriminal kimi yoxda, dost kimi, ofisdəsiz, göndərsəm gəlsə olar? - İsmayıl: Pulu vermir sizə, nəbilim, gəlsin söhbət edək, olar ofisdəyəm gəlsin. - “WhatsApp”Audio 202*-0*-*0 at **.24.*7 nadir 9 adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Ama sizdən bir xahişim var birazdan **7 və **9-da atacam sizə, biraz hövsələ tələb edir, Maisi onunla calaq edirsən. - İsmayıl: Mənim işim pulu almaqdı, başqa mənə nə var, mənə neynəmisən ki, * manat pul almışam mən guya. - Nadir: Yox almağa görə yox, aramızda qalsın. -İsmayıl: Mənim aramdadır, mənə əsas pulu ver qurtarsın getsin. - “WhatsApp”Audio 202*-0*-*0 at **.2*.28 nadir 9 adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: 8 mart deyil sabah, dedim yadından çıxmasın. - İsmayıl : Hə, 8 martdır. - Nadir: Sabah iş günü olmayacaq, *2 milyonluq işdi mənimdə orada 800000 ordan alacağım var, Allah qoysa pulu sənə keçirdim raşotdaşaq, mənimlə qardaş kimi işdəyə bilərsən? mal-material şəkilində? - İsmayıl: İşimizi düzgün qursaq, yanaşmanı siz düzgün etmirsiz mənə gəldiz, danışdız. - Nadir : Mən başa düşürəm ki, hər kəsə inanmaq düzgün, mən inandım, indi mənə pul borclu olanda var, mən kiməsə borclu olanda xəcalət çəkirəm. - İsmayıl: Bu məsələni bitirək, onnan sonra oturaq müqavilə bağlayaq, şərtlərimizi kəsək. - “WhatsApp”Audio 202*-0*-*0 at **.*2.29 *0 adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Sənəd söhbəti bu gün iş günü deyil sabah olacaq, *-cü günə söz verib, *0- ** gün qabaq Şükür Mərdan zad görüşdük sizə zəng etdim dedim də Şükür dedi ki gedim Laçına gəlim **0 mini həll edəcək, gedəcəyəm görüşəyəm,. - İsmayıl: Ondan sonra gəlmiyib axı. - Nadir: Bildim, mənə diyir sən deməmisən, deyirəm nətər demişəm ona görə. - İsmayıl, Yox gəlmiyib o gündən Şükür, dediz danışacağam görüşəcəyəm, Şükürlə danışdız? - Nadir: 4-cü gün gəlməliymiş, gəlmiyib, həftənin 6-cı günündən bəri danışmamışam. - İsmayıl : İndi bu Şükür nə deyir ? sizinlə haqsablaşdı ya yox? - Nadir: Şükürnən **0 minə danışmışdıq, indi mən ona razı deyiləm **4 min demişəm, sərf eləmir, danışım deyəcəm müəllim. - İsmayıl: Yaxşı, yaxşı. “WhatsApp”Audio 202*- 0*-*0 at **.**.0* nadir ** adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Hələ ki burdayıq götürməmişik, götürüb zəng edəcəm. - İsmayıl: Bu gün deyirəm həll olundu olundu olunmadı mənlik deyil aa. - Nadir: Yaxşı, yaxşı. - “WhatsApp”Audio 202*-0*-*0 at **.*4,*8 nadir *2 adlı fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Konteyner məsələsi nə oldu - İlqar: dedim axı 2*. - İsmayıl: İlqar ya konteyenri qaytarın ya pulunu ödəyin qurtarıb getsin. Eşitmişəm 2*00 manata satmısınız konteyneri düz söhbətdi ya yox? - İlqar: Yoxee yox. -İsmayıl: Yaxşı maraqlanaram mən, sabah bu məsələni həll edəy qurtarıb getsin. -“WhatsApp”Audio 202*-0*-*0 at **.**.** nadir ** adlı fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Dünən dediz bu gün görüşürük nədi. - Nadir: İndi götürüb zəng edəcəyəm sizə, ikimiz görüşürükdə? - İsmayıl: Hə nə vaxt götürsəz xəbər edib görüşək, hə ikimiz. - “WhatsApp”Audio 202*-0*-*0 at **.**.** madir *4 adlı fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Noldu yenə sən itdin yoxsan, görüşməliydik biz,. - Nadir: *-*0 dəqiqəyə yığıram sizi. - “WhatsApp”Audio 202*-0*-*0 at *7,29.** nadir “whatsapp”adlı fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Bəzi işlərlə bağlı yorulmuşam bağışlayın heç kəslə danışmamışam, sabahları müəllim deyir İlin yarsı gələcəy işə, gəlsə Yasamaldadıda ofis deyəcəm sizə gələrsiz birlikdə gedəriy. - “WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*6 nadir “whatsapp” fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Onda sabah **-in yarısı gələrəm Yasamala. - “WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*6 nadir “whatsapp” * fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Salam Nadir müəllim sabah neçəyə danışdınız? nə vaxt görüşürük? - “WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*6 “whatsapp” *fayla baxış zamanı müəyyən edildi ki: - Nadir: Bu gün danışmışam, saatını deməyib, 2-* gündür işə çıxıb, gedəndə işə çıxmırda birdə axşam çıxır, Vüqar müəllimə zəng edərəm, o desə ordadı Sizə deyərəm danışarıq bir yerdə gedəriy. -“WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*7 “whatsapp” 7 fayla baxış zamanı müəyyən edildi ki: - İsmayıl: Məni yığmaye, mən indi gör neyniyəcəm, mən kiməmee İlqar gözdiyəcəm, indi sən gör mən sənin başıva nə oyun açaceyam. -“WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*7 “whatsapp” 8 fayla baxış zamanı müəyyən edildi ki: -İsmayıl : Mən dediyim summa vare *00000, o ƏDV-sizdir, həmin məbləğdən əlavə *8 faiz *00000-dir, *00000 əsas məbləğdir. -“WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*7 “whatsapp”9 fayla baxış zamanı “WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*7 “whatsapp”8 faylla eynilik təşkil etdiyi müəyyən edilmişdir. -“WhatsApp”Audio 202*-0*-*0 at *7.29.*7 “whatsapp”6 fayla baxış zamanı müəyyən edilmişdir ki: -Nadir: Mən ümumiyyətlə domino oynuyan deyiləm, burdaydımda baş ofisdə, burdan çıxıb sizə zəng edəcəm. -“WhatsApp” Audio 202*-0*-*0 at *7.29.*8 “whatsapp” *0 adlı fayla baxış zamanı müəyyən edildi ki: Nadir: onu ofisə gedəndə deyərəmdə müəllim, bidənə ofisə gedim deyərəm. -“WhatsApp” Audio 202*-0*-*0 at *7.29.*8 “whatsapp” ** adlı fayla baxış zamanı müəyyən edildi ki: -Nadir: Sabah günortaya kimi bütün məsələləri qurtarıb sizə deyəcəm hamısını. “WhatsApp” Audio 202*-0*-*0 at *7.29.*8 “whatsapp” ** adlı fayla baxış zamanı müəyyən edildi ki: -Nadir: Mən getmişəm, axşam 9-un yarsınnan çıxdım, 800 min alacağımız varda, narahat olmayın, mən sizə söz vermişəm, sənədlər var indi qurtarım sizə xəbər edəcəm. -“WhatsApp” Audio 202*-0*-*0 at *7.29.*8 “whatsapp” adlı fayla baxış zamanı müəyyən edildi ki: -Nadir: inşallah saat *2-yə kimi yekunlaşdırıb sizə zəng edəcəm. “WhatsApp” Audio 202*-0*-*0 at *7.29.*9 “whatsapp” *4 adlı fayla baxış zamanı müəyyən edildi ki: -İsmayıl : Salam Nadir müəllim, bidənə zəng edərdizdə telefonu da söndürmüsüz. Dinləmə prosesi başa çatdıqdan sonra zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə* bildirdi ki, təqdim edilmiş 0* ədəd flaşkartdakı danışıqlar onunla Təqsirləndirilən şəxs arasında olduğunu, həmin danışıqların mətinində Nümayəndə* Nadiq Quliyevə verdiyi malların ödənişini etməsini, israrla malın pulunu verməsini, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə ödənişdən yayınmasını və bu mövzuda sair hallan özündə əks etdirməsi müəyyən edilmişdir (cild 0*; i.v.**0-***).

32. ** iyun 2022-ci il tarixli, BN-0* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Nümayəndə4 alıcı Təqsirləndirilən şəxs müavilədə göstərilən mallarla təmin etməyi, alıcı isə satıcı tərəfindən malla birlikdə təqdim olunmuş qaiməfaktutaya əsasən qəbul edərək almağı və qiymət razılaşdırma protokolunda və qaimə-fakturalarda göstərilən məbləği ödəməyi öhdəsinə götürür (cild 0*; i.v. *0-*2).

33. ** iyun 2022-ci il tarixli, 0* saylı “Qiymət razılaşma protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 Ələmədar oğlu tərəfindən Təqsirləndirilən şəxs 6*277.60 manat dəyərində mallar təhvil verilmişdir (cild 0*; i.v.**).

34. 28 iyun 2022-ci il tarixli, 02 saylı “Qiymət razılaşma protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 Ələmədar oğlu tərəfindən Təqsirləndirilən şəxs *7*47 manat dəyərində mallar təhvil verilmiş və həmin mallar Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmişdir (cild 0*; i.v.*4-**).

35. “X**” tərəfindən verilmiş 2* sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və ya "xxxx" MMC ilə Fond arasında hər hansı tender əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində quruculuq və ya bərpa işlərinə dair müqavilə bağlanılmamış, həmçinin, Fondla onlar arasında heç bir əlaqə mövcud deyil (cild 0*; i.v.7*).

36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş *9 oktyabr 2022-ci il tarixli, AİBNDX-**/**-*/29069 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hər hansı quruculuq və ya bərpa işləri ilə əlaqədar keçirilmiş satınalmalarda Təqsirləndirilən şəxs və ya "xxxx" MMC-nin qalib olması barədə heç bir məlumat müəyyən olunmamışdır (cild 0*; i.v.8*).

37. Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs ilə üzləşdirilməsinə dair 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 0*; i.v.**4- **9).

38. *6 mart 202*-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X9 tərəfindən borc alan Təqsirləndirilən şəxs 80000 manat məbləğində borc verilmişdir (cild 04; i.v.4*-42).

39. 2* yanvar 202*-cü il tarixli, *4 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 alıcı Təqsirləndirilən şəxs otaq qapıları satır, alıcı isə malı qəbul edir və dəyərini ödəməyi öhdəsinə götürür (cild 0*; i.v. **-*4).

40. 2* yanvar 202*-cü il tarixli, *4 saylı “Qiymət razılaşma protokolu”ndan görünür ki, "xxxx" MMC-nin direktoru X2 tərəfindən Təqsirləndirilən şəxs **7962.** manat dəyərində mallar təhvil verilmişdir (cild 0*; i.v.**).

41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş 2* dekabr 202*-cü il tarixli, **96 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi dəaliyyətin müvəqqəti pozulması, kəmallıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malikdir. Quliyev X4 Respublikası CM-nin 2* və ya 22-ci maddələrinin təsiri altma düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 0*; i.v.**6-**9).

42. “Sübutların qiymətləndirilməsi barədə” *9 fevral 202*-ci il tarixli qərardan görünür ki, telefon yazışmalarına dair çıxarışlar və danışıqlarına aid flaşkart, malların təhvil-təslim aktları, alqı-satqı aparılmasına dair müqavilələr, qəbzlər, elektron qaimələr, iltizam maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 06; i.v.6*-90).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

43. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxsləri aldatmaq fikri olmamışdır. Ona verilmiş ittiham üzrə 684000 zərərçəkmiş şəxslərə borcunun olması göstərilsə də, onun həmin gördüyü işlərlə bağlı müxtəlif şəxslərdən 672000 manat alacağı vardır. Onun özünü də başqa şəxslər aldatmışlar. Zərərçəkmiş şəxs7lə bağlı olan epizod üzrə o, Mahirdən yanvar-fevral ayları 7200-7*00 manat pul alsa da, may ayında həmin pulu qaytarmışdır. O, Mahirdən *7*00 manat, habelə ittiham aktında göstərilmiş 8*00 manat məbləğində pul almamışdır. Zərərçəkmiş şəxs* təxminən **000 manat miqdarında tikinti malları alıb onunla bağladığı əlavə müqaviləyə əsasən sex işlədən və tikinti işi ilə məşğul olan Samir, Şahin, Əli və Eyvaz adlı şəxslərə satmış, amma həmin şəxslərdən malların pulunu ala bilməmişdir. Bu səbəbdən Savalana olan borcunu qaytara bilməmişdir. Təxminən 4 il əvvəl "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 tikinti materialları almışdır. İndiyədək ona olan borcundan heç bir ödəniş etməmişdir. Nümayəndə* *80000 manat borcu vardır. Həmin epizodla bağlı başqa sözü yoxdur. Fərhaddan qapılar götürmüş, lakin ittihamda qeyd edilən məbləğ çox göstərilmişdir. O, Fərhaddan 60000 manat dəyərində qapılar götürmüşdür. Digər iki zərərçəkmişə münasibətdə əməlini etiraf edir. Lakin onları aldatmaq fikri olmamışdır. Onlara dəymiş zərəri ödəmiş və barışıq əldə etmişdir.

44. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Mahiri ortaq tanışları Ramiz vasitəsilə tanıdığını, onu vəkil kimi tanıdığını, lakin sonradan Yasamal Rayon Məhkəməsində borc müqaviləsi üzrə icra işi olan zaman ona etibarnamə vermək istədikdə onun əslində poçt müdiri olduğunu öyrəndiyini, Mahirə özünü podratçı kimi tanıtmadığını, ona şərik olmağı təklif etmədiyini, Mahirdən 7200-7*00 miqdarında pul aldığını, həmin pulun təyinatının onun Yasamal Rayon Məhkəməsində olan işimin həll olunması olduğunu, sonradan həmin pulu Mahirə qaytardığını, Savalana özünü şirkət rəhbəri kimi təqdim etdiyini, ondan üzlük daşı, qranit mərmər kimi tikinti materialları aldığını, Savalana olan borcunun **000 manat təşkil etdiyini, malların verilməsini alqı-satqı müqaviləsi ilə rəsmiləşdirdiklərini, həmin müqavilənin hər ikisinin təşəbbüsü ilə bağlandığını, Savalandan aldığı malları verdiyi şəxslər pulunu qaytarmadıqlarından Savalana olan borcunu ödəyə bilmədiyini, Savalandan aldığı malları Samir, Şahin, Əli və Eyvaz adlı şəxslərə verməsi barədə Savalana məlumat vermədiyini və buna zərurət görmədiyini, əslində həmin malları başqa obyektin tikintisi üçün istifadə etməli olduğunu, lakin həmin iş alınmadığından həmin malları adlarını sadaladığı şəxslərə verdiyini, Savalandan neçə dəfə mal götürdüyünü xatırlamadığını, Savalana olan borcunu aylıq ödənişlər şəklində qaytarmağı planlaşdırdığını, indiyədək Savalana olan borcundan heç bir ödəniş etmədiyini, Savalana malları Ağdam rayonuna yox, Zəngilana aparacağını dediyini, Azərin Dərnəgüldə yerləşən mağazasından bir çox tikinti materialları aldığını, həmin malların miqdarının təxminən *20 000 manat təşkil etdiyini, maddi problemləri olduğundan onun pulunu qaytara bilmədiyini, Azərdən aldığı malları Qusarda olan layihə ilə əlaqədar olaraq istifadə etdiyini, Qusardakı layihə ilə əlaqədar *000000 manat büdcə nəzərdə tutulmasına baxmayaraq ******* manat xərci çıxdığından özünün də həmin layihədən gəlir əldə edə bilmədiyini, bu səbəbdən Azərin pulunu qaytara bilmədiyini, həmin layihə ilə əlaqədar olaraq mənfəət vergisi ödədiyini, verginin məbləğini dəqiq bilmədiyini, həmin işlərlə mühasibinin məşğul olduğunu, İsmayıla özünü şirkət rəhbəri kimi təqdim etdiyini, ona tikintitəhcizat işi gördüyünü dediyini, İsmayıldan mərmər və kanalizasiya borusu aldığını, malları təhvil götürüb sexdə saxladığını, *68000 manatlıq malın *782 manatlıq hissəsini təhvil-təslim aktı ilə Şükür adlı şəxsə barterə verdiyini, lakin barter qarşılığında mebel materialını almadığını, qalan malların sexdə olduğunu, həmin malların **0-*60 manatlıq hissəsini özü üçün xərclədiyini, İsmayılla * illik müqavilə bağlamaqla aybaay həmin pulu qaytarmalı olduğunu, İsmayıldan aldığı malların dəyəri üzrə özünün də zərərçəkmiş olduğunu, həmin malları verdiyi şəxslərdən malların pulunu ala bilmədiyini bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

45. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

46. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** iyun 20**-ci il tarixli qərarının *-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin *78-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

47. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

48. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş ** sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs *0 iyul 20*8-ci il tarixdə AR CM-nin *2.*22.*-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir (cild 02: i.v.70-7*).

49. “Şübhəli şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmşdir (cild 02; i.v.244-246).

50. “Axtarışda olan şəxsin tutulmasına dair” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir (cild 0*; i.v.87).

51. “Şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 0*; i.v.97-98).

52. “Maddi ziyanın ödənilməsi haqqında” *0 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 *000 manat məbləğində pul vəsaiti ödənilmiş və həmin pul məbləği Zərərçəkmiş şəxs4 tərəfindən qəbul edilmişdir (cild 0*; i.v.*24).

53. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *0 oktyabr 2022-ci il tarixli, 4(00*)- **7*/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalıdan azad edilmişdir (cild 0*; i.v.***-*62).

54. “Qətimkan tədbirinin seçilməsi haqqında” 0* noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 0*; i.v.*87-*89).

55. “Axtarışda olan şəxsin tutulmasına dair” 06 fevral 202*-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 202*-cü il tarixdə, saat *7:00 radələridə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 0*; i.v.2*9).

56. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi” barədə 08 fevral 202*-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild 04; i.v.8-*2).

57. Zərərçəkmiş şəxs4 tərəfindən imzalanmış 29 yanvar 202*-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 202*-cü il tarixdən etibarən ona heç bir borcu yoxdur (cild 04; i.v.*8).

58. “Axtarışda olan şəxsin tutulmasına dair” ** dekabr 202*-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ** dekabr 202*-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 0*; i.v.67).

59. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi” barədə ** dekabr 202*-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild 0*; i.v.**8- *2*).

60. “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında ** dekabr 202*-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 0*; i.v.*22-*24).

61. “Axtarışda olan şəxsin tutulmasına dair” *7 fevral 202*-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs *7 fevral 202*-ci il tarixdə, saat *9:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 06; i.v.*9).

62. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *9 fevral 202*-ci il tarixli, 4(00*)- 204/202* saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli *7 fevral 202*-ci il tarixdən hesablanmaqla 0* ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 06; i.v.**8-*2*).

63. İsrail dövləti Səhiyyə Nazirliyi tərəfindən verilmiş xəstəliyin xülasisəsindən görünür ki, Təqsirləndirilən şəxs cərrahi əməliyyat keçirmiş (alın sümüyünün transoral (ağız vasitəsi ilə) çıxarılması, vint istifadə etməklə C*-C2 birləşdirilməsi (Summit (Təpə)) və autoloji sümük (çanaq sümüyünün üst hissəsi, Harms Gallie), onda olan xəstəliklər dil qüsurları, illərlə başın ənsə nahiyyəsində ağrılardan əziyyət çəkmə və son illərdəki zədələr və daha da pisləşmələr qeydə alınmışdır (cild 06; i.v.*46-*48).

64. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 tərəfindən məhkəmə iclasında verilmiş *9 avqust 202*-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərərin 70000 manat hissəsi təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan məbləğlə qarşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.

65. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəmə iclasında verilmiş *9 avqust 202*-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

66. 8.*-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

67. 4*.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

68. *6.*.*-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər;

69. *8.*-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

70. *8.*-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” *2 yanvar *999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2* iyun 200*-cü il tarixli 4 saylı qərarının *-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

73. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

74. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.*, 4*.2, *8-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2* iyun 200*-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

75. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM *44-*46).

76. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmək niyyətinin olmadığını, maddi vəziyyəti ilə bağlı onlara olan borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin arqumentini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan arqument kimi qiymətləndirir.

77. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamda qeyd olunan hər bir epizodla bağlı onun tərəfindən irəli sürülmüş dəlillərə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir.

78. Zərərçəkmiş şəxs7 ilə bağlı olan epizod üzrə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Mahirdən yanvar-fevral ayları 7200-7*00 manat pul alsa da, may ayında həmin pulu qaytardığını, Mahirdən *7*00 manat, habelə ittiham aktında göstərilmiş 8*00 manat məbləğində pul almadığını bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7la bağlı verdiyi ifadəsində onu X** rəhbəri olduğu “AMAL+A” MMC-yə verilmiş tenderlər də müxtəlif layihələri həyata keçirəcəyi, onu da bu layihələrə şərik edəcəyi adı ilə aldatdığını, bu adla hissə-hissə olmaqla 2022-ci ilin mart ayının əvvəlində ondan *7.*00 manat, daha sonra 8*00 manat və *000 manat, sonuncu dəfə *000 manat olmaqla ümumilikdə *0000 manat pulunu alaraq şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir (cild 06; i.v.*0*-*07).

79. Bununla yanaşı, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 aldığını etiraf etdiyi 7200-7*00 manat məbləğində pulu qaytardığını iddia etsə də, həmin pulun qaytarılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin vəsaitin Zərərçəkmiş şəxs7 qaytarılması zərərçəkmiş şəxs tərəfindən də təkzib edilmişdir ki, bu da təqsirləndirilən şəxsin məhkəmədə səmimi olmamasının və məhkəməni yanıltmağa cəhd etməsinin göstəricilərindən biridir.

80. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs* MMC ilə bağlı epizodla bağlı təqsirləndirilən şəxs məhkəmə iclasında Azərin Dərnəgüldə yerləşən mağazasından bir çox tikinti materialları aldığını, həmin malların miqdarının təxminən *20000 manat təşkil etdiyini, maddi problemləri olduğundan onun pulunu qaytara bilmədiyini, Azərdən aldığı malları Qusarda olan layihə ilə əlaqədar olaraq istifadə etdiyini, Qusardakı layihə ilə əlaqədar *000000 manat büdcə nəzərdə tutulmasına baxmayaraq ******* manat xərci çıxdığından özünün də həmin layihədən gəlir əldə edə bilmədiyini, bu səbəbdən Azərin pulunu qaytara bilmədiyini, zərərçəkmiş şəxsi aldatmaq niyyətinin olmadığını bildirsə də, Nümayəndə2 yüksək məbləğdə tikinti materiallarını hansı səbəbdən aldığını və nə üçün istifadə etdiyini izah edə bilməmiş, həqiqətən də həmin materialların Qusardakı layihə ilə bağlı istifadə edilməsinə dair hər hansı sübutu təqdim edə bilməməklə yanaşı layihənin hansı layihə olmasına dair suala da cavab verə bilməmiş, ibtidai istintaq zamanı müqavilə üzrə müdafiəçisinin iştirakı ilə əlavə dindirilən zaman Nümayəndə2 müxtəlif yerlərdə geniş miqyaslı fərdi yaşayış evlərinin tikilməsi ilə məşğul olduğunu, podratçı kimi evlər tikdirdiyini, həmin evlər üçün çoxlu miqdarda tikinti-inşaat materiallarının lazım olduğunu, işlərinin dayanmaması üçün ona tikinti materiallarının lazım olduğunu bildirdiyini, Azərdən ümumi dəyəri **7476 manat məbləğində tikinti materialları götürdüyünü bildirmişdir (cild 06; *80-*82).

81. Məhkəmə hesab edir ki, qeyd olunan epizodla bağlı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə həqiqətə uyğun olmayan məlumat verərək (guya hazırda geniş miqyaslı inşaat işləri məşğul olaraq fərdi evlər inşa etdirməsi və işlərinin yarımçıq qalmaması üçün ona nisyə tikinti materiallarının verilməsinə ehtiyacının olmasına dair) ondan dəyəri külli miqdar təşkil edən miqdarda tikinti-inşaat materiallarını götürməsi özü-özlüyündə təqsirləndirilən şəxsin öncədən niyyətinin başqa şəxsin əmlakını hər nə vəchlə olur olsun ələ keçirmək olmasının göstəricisidir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi aldadaraq onun əmlakını ələ keçirməsi qənaətinə gələrkən məhkəmə iclasında təqsirləndirilən şəxsə Nümayəndə2 həmin materialları götürən zaman podratçı kimi hansı layihələrin tikintisi ilə məşğul olmasını təsdiq edən sənədlə və ya hər hansı sübutla bağlı sual ünvanlanan zaman təqsirləndirilən şəxsin sualdan yayınaraq sualı cavabsız qoymasını və buna dair hər hansı sübutu təqdim edə bilməməsini də nəzərə alır.

82. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC ilə bağlı təqsirləndirilən şəxs məhkəmə iclasında Fərhaddan qapılar götürdüyünü, lakin ittihamda qeyd edilən məbləğin çox göstərildiyini, Fərhaddan 60000 manat dəyərində qapılar götürdüyünü, onu aldatmaq niyyətinin olmadığını bildirsə də, ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilən zaman ifadəsində Azada Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində fərdi yaşayış evləri tikdirdiyini, bunun üçün ondan dekorativ divar örtükləri istədiyini, kiloqramı *0 manat olmaqla ***2 kiloqram divar örtüyü sifariş verdiyini, bundan sonra əlavə olaraq **6* kiloqram divar örtüyü sifariş etdiyini, həmin ərəfədə pula ehtiyacı olduğundan qeyd olunan məhsulları satıb pul etmək niyyətində olduğunu, həmin divar örtüklərinin bir hissəsini borcu olan şəxsə verdiyini, qalan hissəsini isə müştəri axtarmasına baxmayaraq sata bilmədiyini göstərmişdir (cild 0*; i.v.*0*-*08).

83. Halbuki, iş materiallarına əlavə edilmiş “X**” tərəfindən verilmiş 2* sentyabr 2022-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş *9 oktyabr 2022-ci il tarixli, AİBNDX-**/**-*/29069 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs və ya "xxxx" MMC ilə Fond arasında hər hansı tender əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində quruculuq və ya bərpa işlərinə dair müqavilə bağlanılmamış, həmçinin, Fondla onlar arasında heç bir əlaqə mövcud olmamamış, o cümlədən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hər hansı quruculuq və ya bərpa işləri ilə əlaqədar keçirilmiş satınalmalarda Təqsirləndirilən şəxs və ya "xxxx" MMC-nin qalib olması barədə heç bir məlumat müəyyən olunmamışdır ki, elə bu hal özü təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yalan məlumat verib məhz aldatma yolu ilə onun ələ keçirməsinin bariz nümunəsidir.

84. Bununla yanaşı, iş materiallarında olan ** iyun 2022-ci il tarixli, 0* saylı “Qiymət razılaşma protokolu” ilə Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 Ələmədar oğlu tərəfindən Təqsirləndirilən şəxs 6*277.60 manat dəyərində, 28 iyun 2022-ci il tarixli, 02 saylı “Qiymət razılaşma protokolu” ilə isə Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə4 Ələmədar oğlu tərəfindən Təqsirləndirilən şəxs *7*47 manat dəyərində malların təhvil verilməsi və həmin malların Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır (cild 0*; i.v.*4-**).

85. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-yə dair epizodla bağlı təqsirləndirilən şəxs özünü dələduzluqda təqsirli bilməyərək Nümayəndə* aldığı malları ayrı-ayrı şəxslərə satdığını, lakin həmin şəxslərin ona ödəniş etmədiklərini, özünün həmin iş üzrə zərərçəkmiş şəxs olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin dəlillərini əsassız və absurd dəlil kimi qiymətləndirir.

86. Belə ki, təqsirləndirilən şəxs qeyd olunan epizod üzrə təqsirsizliyinə dəlalət edən hal kimi Nümayəndə* aldığı materialları başqa şəxslərə satmasına, həmin şəxslərin onu aldadaraq pulu ödəmədiklərinə istinad etsə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2-nin direktoru Nümayəndə* aldadaraq Qarabağ bölgəsində işğaldan azad edilmiş rayonlarda yaşayış binaları və müxtəlif dövlət əhəmiyyətli obyektlərin tikintisini həyata keçirməsini bildirib ondan tikinti materiallarını götürüb ələ keçirdikdən və həmin əmlak üzərində sərəncam imkanı yarandıqdan sonra həmin əmlakı başqa şəxslərə satması ələ keçirdiyi əmlakla bağlı sərəncam verməsinin göstəricisi olmaqla ondan əmlakı alan şəxslərin ona ödəniş edib-etməmələrinin, özünün həmin şəxslərə münasibətdə zərərçəkmiş olmasının işin həlli və ya əməlin tövsifi üçün hər hansı əhəmiyyəti yoxdur.

87. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** iyun 20**-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

88. Bundan savayı, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş *9 fevral 202*-ci il tarixli ifadəsindən görünür ki, o, həmin ifadəsində Nümayəndə* Qarabağ bölgəsində işğaldan azad edilmiş rayonlarda yaşayış binaları və müxtəlif dövlət əhəmiyyətli obyektlərin tikintisini həyata keçirdiyini bildirdiyini, ondan ümumilikdə *68.794 manat 20 qəpik dəyərində material götürdüyünü səmimi şəkildə etiraf etmişdir (cild 06; i.v.*0*-*07).

89. Zərərçəkmiş şəxs* ilə bağlı epzodla bağlı təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs* təxminən **000 manat miqdarında tikinti malları alıb onunla bağladığı əlavə müqaviləyə əsasən sex işlədən və tikinti işi ilə məşğul olan Samir, Şahin, Əli və Eyvaz adlı şəxslərə satdığını, amma həmin şəxslərdən malların pulunu ala bilmədiyini, bu səbəbdən Savalana olan borcunu qaytara bilmədiyini, ona qarşı dələduzluq etmədiyini və onu aldatmaq niyyətinin olmadığını bildirsə də, ilkin izahatında X*0 zonasında tikinti layihələrinin olduğunu dediyini, əslində Savalandan götürdüyü malları Qarabağa göndərmək niyyətinin olmadığını, həmin vaxt borclarının olduğunu, Savalandan aldığı materialları borclarının müqabilində borcu olan şəxslərə verdiyini, materialların bir hissəsini Əli adlı şəxsə verib əzəzində taxta materialları götürüb müəyyən tikinti sahələrində istifadə etdiyini bildirmişdir (cild 0*; i.v.29-*0).

90. Bununla yanaşı, Təqsirləndirilən şəxs tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs* **000 manat pul verməli olduğunu, pulun bir hissəsini 0*-0* iyun 2024-cü il tarixdə, bir hissəsini 2*-*0 iyun 2024-cü il tarixlərdə, qalan hissəsini 0*-0* avqust və 2*-*0 avqust 2024-cü tarixlərdə tam ödəyəcəyini, əks halda qanunla nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir (cild 0*; i.v.**).

91. Həmçinin, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs* üzləşdirilməsinə dair *8 fevral 202*-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs*la üzləşdirilən zaman ilkin izahatına uyğun ifadə verərək Zərərçəkmiş şəxs* aldatdığını, guya Qarabağda tikinti işləri apardığını dediyini, bu adla ondan aldığı materialları ayrı-ayrı borcu olan şəxslərə verdiyini etiraf etmiş, Zərərçəkmiş şəxs* da onun üzünə qarşı Nadirin ondan Qarabağda tikinti işləri apardığını deyərək *4800 manat dəyərində tikinti materiallarını götürdüyünü, lakin həmin materialların pulunu ödəmədiyini bildirmişdir (cild 06; 6*-64).

92. Digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlarla bağlı məhkəmə iclasında təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərdən aldığı məbləğləri mübahisələndirilməmiş, sadəcə onlara qarşı dələduzluq etmədiyini, onları aldatmadığını bildirsə də, məhkəmə qeyd edir ki, onun Zərərçəkmiş şəxs6 MMC-nin direktoruna digər zərərçəkmiş şəxslərə dediyi qaydada yalan məlumat verib guya Ağdam rayonu, Xıdırlı kəndində fərdi yaşayış evləri tikdirdiyini bildirməsi və bu adla ondan müvafiq əmlakları götürməsi, digər Zərərçəkmiş şəxs4 armatur alıb gətirərək onu da şərik etmək adı ilə pul alması, lakin vədinə əməl etməməsi (Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid* ifadəsindən görünür ki, o, Nadirə armaturların pulunun tam ödəniləcəyi təqdirdə veriləcəyini bildirdikdə artıq armatur mövzsunun Nadir tərəfindən bağlanmışdır. Lakin buna baxmayaraq Nadir Zərərçəkmiş şəxs4 bu barədə məlumat vermədən ondan aldığı pulu ələ keçirmişdir) və onun pulunu ələ keçirməsi təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmiş şəxsləri aldadaraq vədinə əməl etmədən onların əmlaklarını ələ keçirmək olması qənaətinə imkan verir.

93. Məhkəmə göstərilənləri və iş materiallarında olan sübutları tədqiq edərək, təqsirləndirilən şəxsin məhkəmə iclasında irəli sürdüyü dəlilləri təhlil edib Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs6 MMC, Zərərçəkmiş şəxs2-nin direktorlarına, Zərərçəkmiş şəxs* yalandan Qarabağda işğal olunmuş ərazilərdə tikinti layihələri icra etdiyini bildirərək onların əmlaklarını ələ keçirdiyini, onunla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində quruculuq və ya bərpa işlərinə dair müqavilə bağlanmamasının və Təqsirləndirilən şəxs və ya "xxxx" MMC-nin Qarabağda həyata keçirilən işlərə hər hansı aidiyyətinin olmamasının “X**” və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş məktublarla təsdiq olunduğunu, digər zərərçəkmiş şəxslərə də verdiyi vədlərin icrası istiqamətində hər hansı addım atmadığını, onların hər birinə müxtəlif vədlər verdiyini, məhkəmə iclasında onun zərərçəkmiş şəxslərdən əldə etdiyi əmlakları müxtəlif şəxslərə satmasının müəyyən edildiyini və bununla da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri aldadıb onların əmlaklarını ələ keçirərək öz mülahizəsinə görə həmin əmlaklarla bağlı öz mənafeyinə uyğun sərəncam verməsini nəzərə alaraq Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında irəli sürülmüş dəlilləri özünümüdafiə xarakterli, sadəcə məsuliyyətdən kənarda qalmasına yönəlik dəlillər kimi qiymətləndirir və həmin dəlillərin iş materialları ilə təkzib edildiyini vurğulayır.

94. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin *24-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər AR Cinayət Məcəlləsinin *78.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

95. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

96. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, səhhətində problemlərin olduğunu (CM-*9.2), cinayət nəticəsində dəymiş zərərdən qismən ödəniş etməsini (CM-*9.*.*4), zərərçəkmiş şəxslər Nümayəndə4 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini (CM-*9.*.*2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

97. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

98. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin *78.4cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- *8.*.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutularaq saxlandığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar- telefon yazışmalarına dair çıxarışlar və telefon danışıqlarına dair flaşkart, malların təhvil-təslim aktları, alqı-satqı aparılmasına dair müqavilələr, qəbzlər, elektron qaimələr, iltizam cinayət işinin materiallarında saxlanılmalıdır.

99. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-*.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-*.*-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

100. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-*.*-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

101. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin *44-*47, *49, ***-***, **6, **8 və *84-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək *0 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.*-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən *0 oktyabr 2022-ci il tarixədək, 06 fevral 202*-cü il tarixdən 08 fevral 202*-cü il tarixədək, ** dekabr 202*-cü il tarixdən ** dekabr 202*-cü il tarixədək tutularaq saxlandığı, cəmi 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 il ** ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli *7 fevral 202*-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- telefon yazışmalarına dair çıxarışlar və telefon danışıqlarına dair flaşkart, malların təhvil-təslim aktları, alqı-satqı aparılmasına dair müqavilələr, qəbzlər, elektron qaimələr, iltizam cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar