Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1184/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərbi vəziyyət şəraitində, yəni 14 oktyabr 2020-ci il tarixdə hadisədən bir neçə saat əvvəl istintaqa məlum olmayan mənbədən əldə edib, həmin gün saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında qəbul etdiyi narkotik vasitələrin təsiri altında olarkən, həmin gün saat 20 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Memar Əcəmi yaşayış massivində yerləşən “Şəki” kafesində Şahid4 ilə görüşüb, Mirhəbibin hadisədən bir müddət əvvəl sonuncuya satdığı mobil telefonu Nurəddin nasaz olduğunu bildirib geri qaytardığına görə aralarında pul borcu ilə bağlı yaranmış məsələni birlikdə aydınlaşdırdıqdan sonra, yəni 14 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “XAZAR SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nənələri Şahid1 Bəhrəm qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gələrkən Şahid4 olan pul borcuna görə Mirvaqiflə Mirhəbib arasında əvvəlcə həmin avtomobildə mübahisə yaranmış və göstərilən ünvana çatdıqdan sonra evin həyətində Zərərçəkmiş şəxs pul borcuna görə avtomobildə etdikləri mübahisəni davam etdirərək, nalayiq söyüşlərlə söyərək ona irad tutmasına, bundan başqa Mirhəbibin Mirvaqifə zəng etmək üçün verdiyi mobil telefonu sonuncunun qaytarmaqdan imtina edərək onu yenidən təhqir etdiyinə görə, aralarında baş vermiş mübahisə zamanı nənəsinə məxsus fərdi yaşayış evinin mətbəxindən götürdüyü təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən bıçaqla yaxın qohumu hesab edilən nənəsi Şahid1 Bəhrəm qızının gözləri qarşısında və nəvəsi Zərərçəkmiş şəxs vurmaması üçün onun yalvarmasına məhəl qoymadan, nənəsi Şahid1 xüsusi əzab verdiyini dərk edib, arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə qardaşı Zərərçəkmiş şəxs sol döş qəfəsinə və bədəninin digər nahiyələrinə qəsdən öldürmək niyyəti ilə bir neçə zərbə vuraraq, ona döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını, ürək kisəsini və sol mədəciyi zədələyən deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aid, sağ əlin V barmağının kəsilmiş yarasından ibarət olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol bazu nahiyəsinin səthi kəsilmiş yarasından ibarət olan sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, həmin Məcəllənin 126.3-cü maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, qardaşı Mirvaqif ilə münasibətləri soyuq olmuşdur. Belə ki, aralarında tez-tez mübahisə olmuşdur. Hadisənin baş verdiyi gün səhər saatlarında özü evdə olmuş, Mirvaqifin isə harada olması barədə məlumatı olmamışdır. O, axşam saatlarında 3-cü mikrorayon dairəsi ətrafında yerləşən adını bilmədəyi bir kafeyə getmiş və orada dostları ilə görüşmüşdür. Saat təxminən 19 radələrində qardaşı Mirvaqif nənəsi Matanın istifadəsində olan (050)374-76-76 saylı telefondan onun istifadəsində olan (050)691-20-65 saylı telefona zəng edib harada olduğunu soruşmuş, o olduğu ünvanı izah edərək, 5 dəqiqə sonra küçəyə çıxmış, qardaşı istifadəsində olan “Xəzər" markalı **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kafenin yanına gəlmiş, ona maşına əyləşməyi bildirmiş, o, maşına əyləşmiş, söhbət etməyə başlamışlar. Mirvaqif ona “sənin kimə borcun var” deyə sual vermiş, o, Mirvaqifə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Memar Əcəmi yaşayış massivində “Şəki” adlı kafeni işlədən Nurəddin adlı şəxsə 40 manata “Samsung” markalı mobil telefon satdığını, lakin telefon nasaz olduğu üçün Nurəddinin həmin telefonu ona geri qaytardığını, indi də pulunu istədiyini bildirmişdir. O, həmçinin qardaşına Nurəddinə verməyə pulu olmadığını, amma telefonu təmir etdirib Nurəddinə qaytaracağını, telefon təmir olunmasa pulunu verəcəyini demiş, eyni zamanda Nurəddinlə bu barədə razılaşmasını da bildirmişdir. Onlar Nurəddinin işlətdiyi “Şəki” kafesinə getmiş, orada Mirvaqif Nurəddindən onun Nurəddinə borcunun necə yarandığını sonuncudan soruşmuş, Nurəddin də telefona görə aralarında borc olduğunu bildirmişdir. Söhbət vaxtı onun 15 oktyabr 2020-ci il tarixdə Nurəddinin pulunu qaytarmağı barədə qərara gəlmişlər. Oradan çıxanda nənəsi Matanın Bakı şəhəri, Binəqədi rayonu, 1-ci sıra, 253 saylı evinə getmişlər. Ora çatanda saat təxminən 21 radələrində Mirvaqif onun üstünə qışqırıb nalayiq ifadələr işlətməyə başlamış, Mirvaqif həmçinin evə çatana qədər yol boyunca da onu təhqir etmişdir. Nənəsi Matan isə onları sakitləşdirmək istəmişdir. O, Mirvaqifə “niyə dava salırsan, sənin yanında Nurəddin ilə söhbət etdik, razılaşdıq, pulunu qaytaracağam” deyə cavab vermişdir. Hələ yolda gələndə Mirvaqif onun telefonu ilə kiməsə zəng etmiş və telefon Mirvaqifdə qalmışdır. Mirvaqif sakitləşib həyətdən çıxıb maşınına doğru gedəndə o, Mirvaqifdən telefonunu istəmiş, lakin Mirvaqif telefonu verməyib maşına əyləşmişdir. O, maşına doğru gedib qapını açmaq istəsə də Mirvaqif avtomobilin qapısını bağlamışdır. Buna görə də o, maşına bir-iki dəfə təpik və əli ilə zərbələr endirmiş, sağ əli də əzilmişdir. Bu vaxt Mirvaqif maşından əsəbi halda düşmüş, ona doğru gəlməyə başlamış, o, qorxduğu üçün tez evə doğru qaçıb mətbəxə keçmiş, oradan masanın üstündən rəngini xatırlamadığı mətbəx bıçağını götürmüşdür. Bıçağı götürməkdə məqsədi Mirvaqifi yaralamaq və qorxutmaq olmuşdur. Çünki, o, Mirvaqifin maşınına təpik və yumruq ilə vurduğundan sonuncu əsəbiləşmiş, gəlib onu döyəcəyinə görə, o, döyülməmək üçün Mirvaqifi yaralamaq qərarına gəlmiş, bu məqsədlə də bıçağı sağ əlinə alıb həyətə çıxmışdır. Həyətə çıxanda Mirvaqif giriş darvazasından həyətə daxil olub ona doğru gəlmişdir. Bu vaxt o, sağ əlində tutduğu bıçaqla Mirvaqifə tərəfə getmiş, Mirvaqif “mənə bıçaq çıxardırsan” deyə üstünə gəlmişdir. O, Mirvaqifin sol böyür nahiyəsinə bir dəfə bıçaqla zərbə endirmişdir. Zərbəni endirən kimi geriyə çəkilmişdir ki, Mirvaqif onu vura bilməsin. Daha sonra yenə Mirvaqifə doğru getmiş, ikinci bıçaq zərbəsini endirmişdir. Lakin bu bıçaq zərbəsi sanki boşa keçmişdir. Amma birinci bıçaq zərbəsinin Mirvaqifiə dəydiyini hiss etmişdir. Onun bu iki zərbəsi arasında təxminən 4-5 saniyə vaxt keçmişdir. Həmin zərbələri vurmaqda məqsədi Mirvaqifi öldürmək olmamış, lakin Mirvaqifə xəsarət yetirib qaçmaq istəmişdir. Bıçaq zərbələri Mirvaqifə dəyən kimi Mirvaqif yerə yıxılmış və “bıçaq ürəyimə dəydi” deyə ona müraciət etmişdir. Bu vaxt onun Mirvaqifə rəhmi gəlmiş, Mirvaqifə daha zərbə endirməyib əlindəki bıçaqla küçəyə çıxmışdır. Daha sonra Mirvaqif ürəyini tutaraq qapıya yaxınlaşmış və ona “təcili yardım çağır” deyib yerə yıxılmışdır. Onların mübahisə etdikləri və onun əlində olan bıçağı görən nənəsi Matan tez küçəyə çıxıb kömək istəmişdir. Nənəsi Matan qapıdan həyətə daxil olanda artıq Mirvaqif yerdə olmuşdur. Təcili yardım gəlmədiyinə görə Mirvaqifi kirvəsi Əlinin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Ara bir az sakitləşdiyi üçün heç kimə görünmədən evə daxil olmuş, ayaqyoluna keçib bıçağı unitazın arxa tərəfinə qoyub küçəyə çıxmış, bir az küçədə gəzişdikdən sonra öz evləri tərəfə getmişdir. Polis əməkdaşlarının onu axtaracağını düşündüyü üçün evlərinə yaxın bir blok tapıb gecə orada qalmışdır. 15 oktyabr 2020-ci il tarixdə səhər tezdən qışqırıq səsləri gəlməyə başlamış, küçəyə çıxanda onların evi tərəfdən ağlaşma səslərinin gəldiyini eşitmişdir. Onda başa düşmüşdür ki, Mirvaqif ölmüşdür. Səhər dayısı oğlu Orxana zəng edərək görüşmüş, Orxanın məsləhəti ilə birlikdə polis bölməsinə gedib təslim olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, nənəsi Matan onun əlində bıçağı görüb, bıçağı yerə atmağı, Mirvaqifi vurmamağı demiş, daha sonra kömək istəmək üçün küçəyə çıxmış, bu səbəbdən onun Mirvaqifi vurma anını görməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs cinayət hadisəsinin bilavasitə baş verdiyi məqamla bağlı ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, qardaşı Mirvaqiflə kafedən çıxanda nənəsi Matanın Bakı şəhəri, Binəqədi rayonu, 1-ci sıra, 253 ünvanında yerləşən evinə getmişlər. Yolda olanda avtomaşında Mirvaqif yüksək səslə “ay oğraş, sənin nə vaxta kimi ona-buna borcun olacaq” deyə bildirməklə, ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Saat təxminən 21 radələrində nənəsigilə çatmışlar, içəri daxil olanda Mirvaqif yenidən ona acıqlanmış, nənəsi Matan isə onları sakitləşdirmək istəmişdir. O, Mirvaqifə “niyə dava salırsan, sənin yanında Nurəddinlə söhbət etdik, razılaşdıq, pulunu qaytaracağam” deyə bildirmişdir. Hələ yolda olarkən Mirvaqif onun telefonu ilə kiməsə zəng etmiş və telefonu özündə saxlamışdır. Mübahisə edib evdən gedəndə Mirvaqifdən telefonunu istəmiş, Mirvaqif isə ona məhəl qoymayıb həyətdən çıxıb maşınına doğru getmişdir. O, Mirvaqifin arxasınca getmiş, Mirvaqif maşına əyləşib qapılarını bağlamışdır. O, maşının qapısını aça bilməmiş, bir daha Mirvaqifdən telefonunu istəmiş, Mirvaqif isə əlini havada yelləyib ucadan “cəhənnəm ol” deyə bildirməklə ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən o, ayağı və əli ilə maşına bir-iki dəfə vurmuş, nəticədə sağ əli əzilmişdir. Həmin vaxt Mirvaqif əsəbi halda maşından düşərək ona doğru gəlməyə başlamışdır. O, da qorxduğundan evə qaçıb mətbəxə keçmiş, oradan masanın üstündə olan mətbəx bıçağını götürmüş, bıçağı götürməkdə məqsədi Mirvaqifi yaralamaq olmuşdur. Çünki maşınına təpik və yumruq ilə vurması səbəbindən Mirvaqif əsəbiləşərək onu döymək istəmişdir. Mirvaqifin onu döyməsinin qarşısını almaq üçün sonuncunu yaralamaq qərarına gəlmiş, bu məqsədlə bıçağı sağ əlinə alıb həyətə çıxmışdır. Həyətə çıxanda Mirvaqifin giriş darvazasından içəri daxil olaraq darvazanı içəridən bağladığını və ona doğru gəldiyini görmüşdür. Həmin vaxt o, sağ əlində tutduğu bıçaqla Mirvaqifə tərəf getmiş, Mirvaqif də ona doğru gəlmişdir. Üzbəüz gələndə Mirvaqifin onun sol böyür nahiyəsinə bir dəfə bıçaqla vurmuş və dərhal geriyə çəkilmişdir ki, Mirvaqif onu vura bilməsin. Daha sonra yenə Mirvaqifə doğru gedərək ikinci bıçaq zərbəsini endirmiş, lakin həmin bıçaq zərbəsi sanki boşluğa keçmişdir, iki zərbənin arasında təxminən 4-5 saniyə vaxt keçmişdir. Həmin zərbələri vurmaqda məqsədi Mirvaqifi öldürmək deyil, ona xəsarət yetirib qaçmaq olmuşdur. Bıçaq zərbələri Mirvaqifə dəyən kimi Mirvaqif yerə yıxılmış, o, Mirvaqii tam zərərsizləşdirmək üçün bir-iki dəfə də zərbə endirmək istəyəndə Mirvaqif “bıçaq ürəyimə dəydi” deyə bildirmiş, bu vaxt onun Mirvaqifə rəhmi gəlmiş və o, əlindəki bıçaqla küçəyə çıxmışdır. Onun Mirvaqifə bıçaqla xəsarət yetirməsini nənəsi Matan görmüş, xəsarətləri yetirən zaman qışqıraraq onu dayandırmaq istəmişdir. Təxminən bir dəqiqədən sonra Mirvaqif də küçəyə çıxmış, əli ilə ürəyinin üstünü tuturmuş və həmin vaxt yerə yıxılmışdır. Nənəsi qışqıraraq kömək istədiyindən səsinə qonşular yıxışmışlar. Mirvaqif təxminən 15-20 dəqiqə ərzində yerdə qalmış, nənəsinin səsinə gələn qonşular Mirvaqifi qohumları Əlinin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar (cild 1, iş vərəqi 61-64). Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun doğma qardaşlarıdır. O, özü hadisənin şahidi olmamışdır. Hadisənin baş verdiyi gün o, Yasamal rayonunda olmuş və bibisi qızı ona zəng vurub qardaşı Mirvaqifin yaralandığı və xəstəxanada olduğu barədə məlumat vermişdir. Xəbəri alandan sonra o, birbaşa xəstəxanaya getmiş, xəstəxanaya çatanda artıq qardaşı Mirvafiqin öldüyünü bilmişdir. Daha sonra məlum olmuşdur ki, Mirvaqifin ölümünə səbəb Mirhəbibin onu bıçaqla vurması olub. Mirhəbib sözə qulaq asmadığına, başqalarından borc aldığına və pis vərdişləri olan insanlarla ünsiyyət saxladığına görə, Mirhəbibi bu yoldan çəkindirmək üçün mərhum qardaşı Mirvaqif Mirhəbiblə tez-tez mübahisə etmiş və döymüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun doğma nəvələridir. Nəvələri Mirvaqif və Mirhəbib onun evinə yaxın ünvanda yaşamışlar. Onların evləri yaxın olduğu üçün nəvələri tez-tez onun evinə gəlmişlər. Uşaq vaxtlarından nəvələrini o, böyütmüşdür. Oğlu Elçin təxminən 5 ildir ki, beyin infarktı keçirib deyə çox şeyi xatırlamadığına görə, hətta baş vermiş hadisənin mahiyyətini başa düşmür. Hadisənin baş verdiyi gün səhər saatlarında həm Mirvaqif, həm də Mirhəbib onun evində olmuş, lakin sonra getmişlər. Axşam saat 20 radələrində mərhum nəvəsi Mirvaqif evə gəlmiş, ondan Mirhəbibin evə gəlib-gəlmədiyini soruşmuşdur. O, Mirhəbibin gəlmədiyini bildirib nə baş verdiyini barədə sual vermiş, Mirvaqif ona “Mirhəbibin kiməsə borcu var, onun borcunun necə yaranmasını aydınlaşdırmaq istəyirəm” deyə cavab vermişdir. O, Mirvaqifə Mirhəbibin kimə borcu var deyə sual versə də, Mirvaqif ona cavab verməmiş, özü həll edəcəyini demişdir. Bundan sonra Mirvaqif onun telefonu ilə Mirhəbibə zəng etməyi xahiş etmişdir. O, öz telefonunun harada olması barədə sual verəndə telefonunu lombarda qoyduğunu demişdir. Bundan sonra onun istifadəsində olan (050)374-76-76 saylı telefonla Mirhəbibin istifadəsində olan (050)691-20-65 saylı telefona zəng etmiş, harada olmasını soruşmuşdur. Mirhəbib ona kafedə olduğunu bildirmiş, bundan sonra Mirvaqif çıxıb getmişdir. Saat təxminən 20:30 radələrində qapı döyülmüş, o, yatmağa hazırlaşdığı üçün evin pəncərəsindən qapını döyənin kim olduğunu soruşmuş, bu vaxt Mirvaqif “nənə bizik” deyə cavab vermişlər. O, qapını açmış, Mirvaqif və Mirhəbib evin həyətinə daxil olmuşlar. Mirvaqif Mirhəbibin ondan nə qədər borc aldığını soruşmuş, o da Mirhəbibə telefon almaq üçün 30 manat verdiyini demiş, Mirvaqif Mirhəbibi danlamağa başlamışdır. O, nəvələrini sakitləşdirmək istəyəndə Mirvaqif “Mirhəbinin bir nəfərə borcu vardır, qaytarmamışdır. Nənə sən qarışma” deyə ona cavab vermişdir. Mirvaqif həddindən artıq əsəbi olmuş və Mirhəbibə qarşı nalayiq ifadə də işlətmişdir. Mirhəbib isə Mirvaqifə sakitləşməyi bildirib, borcunu qaytaracağını demiş, Mirvaqif bundan sonra heç bir söz demədən küçəyə çıxıb özünə məxsus avtomobilə doğru gedəndə Mirhəbib telefonunu almaq üçün Mirvaqifin arxasınca getmiş, Mirvaqif maşına oturmuş, Mirhəbib avtomobili təpikləməyə başlamış, “Mirvaqif telefonu ver, Mirvaqif telefonu ver” deyib qışqırmışdır. Bu vaxt Mirvaqif avtomobildən düşmüş, Mirhəbib isə evə doğru qaçıb həyətə girmişdir. Mirvaqif evə doğru gələndə o, Mirvaqifin qarşısını kəsib xahiş etmişdir ki, dava etməsin. Mirvaqif onu itələyib həyətə daxil olmuş, o da Mirvaqifin arxasınca həyətə girmişdir. Həyətə daxil olan zaman Mirhəbibin əlində bıçaq görmüdür. Mirhəbib pilləkənlərin yanında dayanmışdır. Mirvaqif Mirhəbibə “mənim üstümə bıçaq çəkirsən?” deyib Mirhəbibin üstünə getmişdir. O, Mirhəbibin əlində bıçağı görən kimi Mirhəbibə “bıçağı yerə at” deyib cəld küçəyə çıxmışdır ki, qonşulardan kömək istəsin, onları aralasın. O, küçədən həyətə daxil olanda artıq Mirvaqifin yerdə uzandığını görmüş, qışqıra-qışqıra kömək istəmiş, lakin, qonşular çöldə olsa da heç kim yaxına gəlməmişdir. Qonşu Əli avtomobili evlərinə doğru sürmüş, ətrafda olan şəxslər Mirvaqifi avtomobilin arxasına əyləşdirmiş və Mirvaqifi xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, Mirhəbibin əlində bıçağı görən kimi Mirhəbibə “bıçağı yerə at” deyib kömək üçün tez küçəyə qaçmış, bu səbəbdən Mirhəbibin Mirvaqifi vurmasının şahidi olmamışdır. Bununla yanaşı, Şahid1 cinayət hadisəsinin bilavasitə baş verdiyi məqamla bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, saat təxminən 20:30-də qapı döyülmüş, o, yatmağa hazırlaşdığından evin pəncərəsindən qapını döyənin kim olduğunu soruşmuş, həmin vaxt Mirvaqif “nənə bizik” deyə cavab vermişdir. O, qapını açmış, Mirvaqif və Mirhəbib evin həyətinə daxil olmuşlar. Mirvaqif həyətdəki oturacaqda oturmuş, Mirhəbib isə giriş darvazasından təxminən 2 metr evə doğru gəlib ayaq üstə dayanmışdır. Mirvaqif Mirhəbibi danlamağa başlamış, o, nəvələrini sakitləşdirmək istəyəndə Mirvaqif “Mirhəbinin bir nəfərə borcu var, qaytarmayıb, nənə sən qarışma” deyə cavab vermişdir. Həddindən artıq əsəbi olan Mirvaqif Mirhəbibə qarşı nalayiq ifadələr işlətmiş, Mirhəbib isə ona sakitəşməyi bildirib, borcunu qaytaracağını demişdir. Mirvaqif bir söz demədən küçəyə çıxıb özünə məxsus “Azsamand Xəzər” markalı avtomobilə doğru gedəndə, Mirhəbib “telefonumu ver” deyə bildirməklə onun arxasınca getmişdir. Mirvaqif maşına oturanda Mirhəbib avtomobili təpikləməyə başlamış, “Mirvaqif telefonu ver” deyə qışqırmışdır. Həmin vaxt Mirvaqif avtomobildən düşmüş, Mirhəbib isə evə doğru qaçıb həyətə girmişdir. O, həmin vaxt giriş darvazasının qapısında olmuşdur. Mirvaqif evə doğru gələndə o, sonuncunun qarşısını kəsib dava etməmələrini xahiş etmişdir. Mirvaqif evə daxil olmuş, o da sonuncunun arxasınca həyətə girmişdir. Həyətə daxil olan zaman Mirhəbibin pilləkənlərin yanında dayandığını, əlində bıçaq olduğunu görmüşdür. Mirvaqif “ə mənim üstümə bıçaq çəkirsən” deyə bildirməklə Mirhəbibin üstünə getmiş, Mirhəbib də ona doğru getmişdir. Mirvaqif Mirhəbibin yaxasından tutmaq istəyəndə Mirhəbib bıçaqla Mirvaqifin sol yan nahiyəsindən vurmuşdur. O, bunu görüb “Mirhəbib, vurma!” deyə qışqırmış, Mirvaqifə bıçaq zərbəsindən sonra yerə yıxılmış, bədənindən qan axmağa başlamışdır. Həmin vaxt hadisənin təsirindən özünü itirdiyindən Mirhəbibin Mirvaqifə neçə dəfə bıçaqla zərbə endirməsini xatırlamır. Mirvaqifin yanına gedəndə sonuncu ona “nənə öldüm, kömək elə” deyə bildirmişdir. O, Mirvaqifi qucaqlamış, həmin vaxt əynində olan ağ rəngli donu qana bulaşmışdır. Mirhəbib yenidən Mirvaqifin üstünə getmək istəyəndə o, Mirhəbibin qabağına keçərək onu evdən qovmuş, Mirhəbib isə ona “nənə telefonu cibimdən götür ver, gedim” deyə bildirmiş, o, Mirhəbibi evdən qovmuş və qışqıraraq kömək istəmişdir. Bundan sonra Mirhəbib əlindəki bıçaqla küçəyə çıxmış, həmin vaxt Mirvaqif ayağa qalxmış, giriş darvazasından çölə çıxmış və orada yerə yıxılmışdır. O, bir daha qışqıraraq kömək istəmiş, lakin qonşular çöldə olsa da heç kim yaxına gəlməmişdir. O, özü təcili tibbi yardıma zəng edib kömək istəmişdir (cild 1, iş vərəqi 32-36). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Məmədzadə Mirvaqif və Təqsirləndirilən şəxs onun doğma övladlarıdır. O, mərhum oğlu Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, digər oğlu Mirşahin Məmmədzadə və əri Elçin Məmmədovla birlikdə ünvan 4 ünvanında yaşayır. Mirhəbiblə Mirvaqifin münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Mirvaqifin telefonu təxminən 2020-ci ilin oktyabr ayının əvvələrindən lombardda olmuşdur. Əri Elçin təxminən 5 ildir ki, beyin infarktı keçirib deyə çox şeyi xatırlamır, hətta baş vermiş hadisənin mahiyyətini başa düşmür və hal-hazırda da müalicə qəbul edir. Onların arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Qaynanası Şahid1 ünvan 5 ünvanında tək yaşayır. O və ailə üzvləri mütəmadi olaraq Matana baş çəkmişlər. 14 oktyabr 2020-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə evdə olmuş, saat 10 radələrində əri ilə Matangilə getmiş, saat təxminən 20 radələrinə qədər orada qalmışlar. Onlar evdən çıxanda övladları da artıq öz işlərinin arxasınca getmişlər. Matanın evi onun yaşadığı evin yaxınlığında yerləşir, piyada şəkildə 5 dəqiqəlik yoldur. Komendant saatına bir saat qaldığından o və əri öz evinə getmiş, evdə heç kim olmamışdır. Evə çatandan təxminən 20 dəqiqə sonra qapı döyülmüş, Mirhəbib həyəcanlı halda evə gəlmiş və ona Mirvaqifi vurduğunu bildimişdir. Mirhəbibdən mübahisənin harada baş verdiyini soruşanda, Mirhəbib nənəsi Matangildə baş verdiyini bildirmişdir. Həmin vaxt Mirhəbibin əlində hər hansı kəsici-deşiçı alət görməmişdir. O, dərhal Matangilə getmiş, Mirhəbib də onun dalınca gəlmişdir. Ora çatanda evin qarşısında insanların toplaşdığını görmüş, hava qaranlıq olduğundan, işıqlandırma olmadığından və hadisənin həyəcanından ətrafda kimlərin olmasına fikir verməmişdir. Giriş darvazasından evə girəndə həyətin qan içində olduğunu görmüş, Mirvaqif evdə olmamışdır. Daha sonra Matanı görəndə ondan Mirvaqifin harada olduğunu soruşmuş və Matan Mirvaqifi kirvəsinin xəstəxanaya apardığını demişdir. Daha sonra onlara məlum olmuşdur ki, Mirhəbibin Mirvaqifi bıçaq ilə vurması nəticəsində Mirvaqif vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifədəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun bibisi övladlarıdır. Onlarla yaxın münasibəti olmamış, gediş-gəlişi az olmuş, qardaşlar arasındaki münasibətləri barədə məlumatı yoxdur. 14 oktyabr 2020-ci il tarixdə bibisigilin ailəsindən bir nəfər ona zəng edərək kiminsə Mirvaqifi bıçaqla vurduğunu, onu xəstəxanaya apardıqlarını bildirmişdir. O, həmin vaxt işdə olduğundan Mirvaqifgilə gedə bilməmiş, səhərisi gün, yəni 15 oktyabr 2020-ci il tarixdə Mirvaqifgilə gedəndə onların evin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. X4 bıçaqladığını öyrənmişdir. Bir müddət sonra polis əməkdaşları çıxıb getmişlər. O, Matanın evinin qarşısında olan zaman Mirhəbib onun mərhum atası Oktayın istifadəsində olmuş ***-***-**-** saylı telefona tanımadığı bir nömrə ilə zəng etmiş, onunla 3-cü mikrorayon dairəsi ərazisində görüşmək istədiyini bildirmişdir. O, Mirhəbibi polis bölməsinə gedib təslim olmağa razı salmaq üçün sonuncu ilə görüşmüşdür. Mirhəbib ora tək gəlmiş, üzərində hər hansı mobil telefon olmamışdır. Mirhəbibə gedib təslim olmağı məsləhət görmüş, Mirhəbib onunla razılaşmış, onlar birlikdə 7-ci polis bölməsinə getmişlər, o, Mirhəbibi polis əməkdaşlarına təhvil verib işinə getmişdir. Mirhəbibin özü onunla görüşəndə Mirvaqifi vurduğunu bildirməmiş, o, bunu Mirşahindən öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifədəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun uzaq qohumlarıdır, o, Təqsirləndirilən şəxs kirvəsidir. Onun evi Mirhəbib və Mirvaqifin nənəsi Matanın evi ilə yanbayan yerləşir. Matan tək yaşamış, nəvələri Mirhəbib və Mirvaqif tez-tez ona baş çəkmişlər. Mirhəbiblə Mirvaqifin arasında əvvəllər hər hansı dava-dalaş və ya ədavətin şahidi olmamışdır. 14 oktyabr 2020-ci il tarixdə saat təxminən 20:45 evdə olmuş, həmin vaxt küçədən kiminsə uca səslə “kömək edin, kömək edin” deyə qışqırdığını eşitmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmış və qonşuların Matangilin evin qarşısında yığışdığını görmüşdür. Onlara yaxınlaşanda Mirvaqifin nənəsi Matanın evinin giriş darvazasının qarşısında hərəkətsiz, yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Matan qışqıra-qışqıra kömək istəmişdir. Təcili tibbi yardım stansiyasına zəng etmək istəyən zaman qonşular təcili tibbi yardım stansiyasına zəng etdiklərini, lakin xəttin məşğul olduğunu bildirib Mirvaqifi onun avtomobili ilə xəstəxanaya aparmağı təklif etmişlər. O, özü də təcili tibbi yardım stansiyasına zəng etmiş, lakin xətt yenə də məşğul olmuşdur. Bundan sonra o, özünə məxsus “BMW-323” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Matangilin evinin qarşısına sürmüş, qonşular maşının arxa qapısını açaraq Mirvaqifi avtomobilin arxa oturacaqlarının üstünə uzandırmışlar, tanımadığı bir şəxs də avtomobilin önündə oturmuşdur, onlar birlikdə 1 saylı X11 getmişlər, lakin mərkəzinin girişindəki mühafizə polisləri onlara xəstəxananın işləmədiyini bildirmişlər. Yolda olanda da Mirvaqifi hələ də hərəkətsiz vəziyyətdə olmuşdur. O, 1 saylı X5rşısından dönüb başqa xəstəxanaya getmək istəyəndə yoldan təcili tibbi yardım avtomobilinin keçdiyini görmüş, həmin avtomobili saxlatdırıb həkimlərdən kömək istəmiş, həkimlər Mirvaqifi müayinə etdikdən sonra onun artıq öldüyünü bildirmişlər və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Ona daha sonra Mirvaqifi Mirhəbibin vurduğu məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və qardaşı Təqsirləndirilən şəxs onun qonşusu Matanın nəvələridir. Matanla onun yaşadığı ev üzbəüz yerləşir, münasibətləri hər zaman yaxşı olmuşdur. Mirhəbib və Mirvaqif tez-tez nənəsi Matangilə gəlib-getmişlər. Mirhəbiblə Mirvaqifin arasında əvvəllər hər hansı dava-dalaş və ya ədavəin şahidi olmamışdır. 14 oktyabr 2020-ci il tarixdə saat təxminən 21 radlərində ailəsi ilə birlikdə evinə qayıdan zaman Matangilinin evinin qarşısında çoxlu sayda insanların yığışdığını görmüşdür. Həmin insanlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş və kimsə Mirhəbibin Mirvaqifi bıçaqladığını, Mirvaqifin xəstəxanaya aparıldığını demişdir. Lakin həmin sözü deyənin kim olmasını görməmişdir. Bundan sonra o, öz evinə getmiş, hadisə yerində olduğu müddətdə nə Mirvaqifi, nə də ki, Mirhəbibi görmüşdür. Matanın evinin qarşısında çoxlu sayda insan olmasına baxmayaraq hava qaranlıq olduğundan onların üzlərini görə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qardaşları qonşusu Matanın nəvələridir. Matanın evi ilə onun yaşadığı evlə eyni sırada yerləşir, münasibətləri hər zaman yaxşı olmuşdur. Matan tək yaşamış, Mirhəbib və Mirvaqif nənəsi Matangilə tez-tez gəlibgetmişlər, Mirhəbiblə Mirvaqifin arasında əvvəllər hər hansı dava-dalaş və ya ədavətin şahidi olmamışdır. 14 oktyabr 2020-ci il tarixdə saat təxminən 21 rədlərində evdə olmuş, küçədən səs-küy eşidib çölə çıxanda Matanın evinin qarşısına çoxlu sayda insanların yığışdığını görmüşdür. Mübahisələrdən uzaq olmağa çalışan biri olduğundan həmin tərəfə getməmiş, oradaki şəxslərdən Mirhəbibin Mirvaqifi bıçaqladığını öyrənmişdir. O, çölə çıxanda nə Mirvaqifi, nə də ki, Mirhəbibi görmüşdür. Həmin gün hava qaranlıq olduğundan o, Matanın evinin qarşısında olan şəxslərin üzünü görməmiş, səhərisi gün Mirvaqifin öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qardaşları onun uzaq qohumlarıdır, onlarla yaxın münasibəti olmamışdır. Mirhəbiblə Mirvaqif arasında əvvəllər hər hansı dava-dalaş və ya ədavətin şahidi olmamışdır. 14 oktyabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində Şahid1 ona zəng edərək Mirhəbibin Mirvaqifi bıçaqladığını, Mirvaqifi xəstəxanaya apardıqlarını bildirib, maşınsız olduğundan “Yeganə” şadlıq sarayının qarşısına gələrək onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, yoldan taksi tutub Matanı “Yeganə” şadlıq sarayının qarşısından götürməklə kliniki tibbi mərkəzə getmişlər. Ora çatanda xəstəxananın işləmədiyini, Mirvaqifin öldüyünü və meytinin müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına göndərildiyini öyrənmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəmədə ifadəsində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2020-cİ il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci sıra, 253-cü ünvanında qətl hadisənin baş verməsi barədə məlumat daxil olmuş, xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyd edilən ünvana getmişdir. Hadisə yerində keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri zamanı hadisənin törədənin Təqsirləndirilən şəxs olması barədə məlumat əldə olunmuşdur. O və digər əməliyyatçılar Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefona zəng etmişlər, lakin cavab verən olmamışdır. Bundan sonra o, istifadəsində olan ***-***- **-** saylı telefondan həmin nömrəyə “Taksi sizi gozleyir. Zakaz etmisiniz. **-PJ-*** ravon” məzmunlu sms yazmış, lakin sms-ə də cavab verən olmamışdır. 15 oktyabr 2020ci il tarixdə Mirhəbibin polis bölməsinə gələrək təslim olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir, ara-sıra işdən sonra dostunun kafesinə gedir və dostuma kafeni işlətməkdə köməklik edir. Rüfət və adının sonradan Mirhəbib olduğunu öyrəndiyi şəxslər ara-sıra həmin kafeyə gəlibgetmişlər. Təxminən 10-12 oktyabr 2020-ci il tarixdə axsam saatlarında Mirhəbib və Rüfət kafeyə gəlmişlər, kafedən gedərkən Rüfət ona yaxınlaşaraq Mirhəbibin rayona gedəcəyini, pula ehtiyacı olduğunu, bu səbəbdən özünə məxsus telefonu satdığını bildirmişdir. Həmin telefon qara rəngli “Samsung” markalı telefon olmuş, telefonun sensor ekranı korpusdan bir az aralanmışdır. O, telefonu 40 manata Mirhəbibdən almış, Mirhəbibdən telefonun kimə məxsus olduğunu soruşanda, sonuncu özünə məxsus olduğunu bildirmişdir. Səhərisi gün telefonun ekranının yaxşı işləmədiyini görüb Rüfətin yaşadığı evə getmiş, telefonun işləmədiyini bildirərək Mirhəbiblə onu görüşdürməsini xahiş etmişdir. Rüfət Mirhəbibin dalınca getmiş, 5 dəqiqədən sonra Mirhəbiblə birlikdə qayıtmışdır. O, Mirhəbibə telefonun işləmədiyini, bu səbəbdən onu geri qaytarmaq istədiyini bildirmiş, Mirhəbib ondan telefonu almış və axşama qədər telefona görə ödədiyi pulu qaytaracağını demişdir. Telefon onda olduğu müddətdə telefona heç bir sim kart daxil etməmişdir. Təxminən 1 və ya 2 gün sonra Mirhəbib qardaşı ilə birlikdə onun dostunun kafesinə gəlmiş, Mirhəbib ondan borcunun necə yaranmasını qardaşına izah etməsini xahiş etmiş, o da həmin şəxsə Mirhəbibin ona telefon satdığını, lakin xarab olduğuna görə telefonu geri qaytardığını və pulunu geri istədiyini bildirmişdir. Mirhəbibin qardaşı bir söz deməmiş və onlar çıxıb getmişlər. Təxminən 16-17 oktyabr 2020-ci il tarixdə Rüfəti görəndə Mirhəbibin pulu qaytarmadığını demiş, Rüfət də Mirhəbibin öz qardaşını öldürdüyünə görə həbsdə olduğunu bildirmişdir. O, Mirhəbibin ona satdığı telefonun pulunu ala bilməməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, həmin xüsusatla bağlı heç bir şikayəti yoxdur. Telefonu Mirhəbibdən alan zaman yanında yalnız Rüfət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Mirvaqif və Təqsirləndirilən şəxs qardaşlarını yaşadığı məhəllədən tanıyır, münasibətləri hər zaman yaxşı olmuşdur. O, əsasən Mirvaqiflə münasibət saxlamış, lakin arabir Mirhəbiblə də Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən “Şəki” adlanan kafeyə gedərək çay içmişlər. Təxminən 10-12 oktyabr 2020-ci il tarixdə axsam saatlarına Mihəbib onun yanına gəlmiş, ona qara rəngli “Samsung” markalı telefon göstərərək satmaq istədiyini bildirmişdir. Telefonu haradan aldığını soruşanda, Mirhəbib telefon dükanından aldığını, həmin dükanın hazırda bağlı olduğunu, rayona getmək üçün pul lazım olduğundan telefonu satmaq istədiyini bildirmişdir. Mirhəbibin əvvəllər həmin telefonu istifadə edib-etməməsinə fikir verməmişdir. Onlar birlikdə “Şəki” adlanan kafeyə getmişlər, çay içdikdən sonra kafeni işlədən Nurəddin adlı şəxsə yaxınlaşmışlar, Mihəbib həmin telefonu göstərib satmaq istədiyini bildirmiş, Nurəddin həmin telefona 40 manat pul vermiş, Mirhəbib telefonda olan sim kartını çıxartmış, bundan sonra onlar kafedən çıxıb getmişlər. Səhərisi gün Nurəddin onun yaşadığı evə gəlmiş, telefonun işləmədiyini bildirmişdir. O, da Nurəddinə məsələni Mirhəbibin özü ilə danışmasını bildirmişdir. Mirhəbibi çağırmaq üçün sonuncunun evi tərəfə gedən zaman Mirhəbibin gəldiyini görmüş və Nurəddinin dediklərini ona danışmışdır. Mirhəbib onunla birlikdə Nurəddinin yanına getmiş, telefonu geri götürmüş və pulunu qaytaracağını bildirmişdir. 15 oktyabr 2020-ci il tarixdə məhəllədə polis əməkdaşlarının olduğunu görmüş, həmin vaxt Mirhəbibin Mirvaqifi bıçaqlayaraq öldürdüyünü öyrənmişdir. Bundan təxminən iki gün sonra Nurəddinlə yolda qarşılaşmış, Nurəddin ona telefonun pulunun Mirhəbib tərəfindən ödənilmədiyini bildirmiş, o da Nurəddinə Mirhəbibin cinayət törətdiyini və həbsdə olduğunu bildirmişdir. O, Mirhəbibin Nurəddinə telefon satması ilə bağlı heç kimə məlumat verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 14.10.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Hadisə yerinə aparan küçə dardır, ətrafda çoxlu sayda sıx tikilmiş fərdi yaşayış evləri vardır. Hadisə yeri olan evin giriş darvazası tünd qırmızı rəngli olmaqla dəmir materialdandır. Darvazanın üzərində gümüşü rəngdə qulpu olan qapı vardır. Darvazanın qarşısının təzəlikcə sulandığı hiss olunur. Baxış iştirakçısı Şahid1 hadisədən sonra darvazanın qarşısının və evlərinin həyətinin sulandığını bildirmişdir. Darvazanın qarşısında hər hansı bir qanabənzər ləkə və ya digər iş üçün əhəmiyyət kəsb edə biləcək hal müəyyən edilməmişdir. Həmin darvazadan içəri daxil olduqdan sonra evin ikimərtəbəli olduğu görünür. Sağ tərəfdə taxta materialdan ikisi açıq, üçü qapalı ümumilikdə beş qapı, üçüncü qapının girişindən solda üzərində məişət əşyaları olan ağ rəngli masa müşahidə edilir. Giriş darvazası ilə üzbəüz 10,77 metr məsafədə qulpu gümüşü rəng olan qara rəngli dəmir qapı, ağ masa və üzərində qəfəs olan pəncərə yerləşir. Eyni zamanda, həyətə daxil olan kimi solda yaxın küncdə üzərində məişət əşyaları olan dəmir konstruksiyalı masa, qarşısında isə plastmas materialdan olan yaşıl rəngli stul müşahidə edilir. Burada yerdə, metlax zəmində həmçinin qanabənzər ləkə vardır. Baxış zamanı həmin ləkədən pambığa bir ədəd nümunə hopdurulmaqla götürülmüşdür. Sol uzaq küncdə isə evin ikinci mərtəbəsinə aparan məhəccəri aqlay daşdan olan pilləkən vardır. Həyətin yeri daş materialdan işlənmişdir. Daşın islaq hala gəlməsi, habelə ətrafda su damcılarının görünməsi həyətin təzəlikcə sulandığına dəlalət edir. Baxış iştirakçısı Şahid1 giriş darvazasından 3 metr aralıqda olan bir nöqtəyə göstərərək nəvələri arasında mübahisənin həmin yerdə baş verdiyini bildirmişdir. Həmin nöqtəyə yaxından baxış keçirərkən burada qanabənzər ləkələrin olduğu müşahidə edilir. Həmin qanabənzər ləkədən pambığa hopdurma üsulu ilə nümunə götürülmüşdür. Bundan başqa, həmin nöqtədən 2,77 metr aralıqda yerləşən su axarının üzərində də qanabənzər ləkələrin olduğu görünür. Həmin ləkələrdən də pambığa hopdurma üsulu ilə nümunə götürülmüşdür. Baxış zamanı ətrafda hadisəni qeydə ala biləcək hər hansı bir təhlükəsizlik kamerasının olması müəyyən edilməmişdir. Baxışda iştirak edən Şahid1 üzərində gülləri olan ağ rəngli donun üzərində qana bənzər ləkələrinin olması müşahidə edilir və Şahid1 bildirmişdir ki, nəvəsi Zərərçəkmiş şəxs qucaqlayan zaman həmin don qana bulaşmışdır və o, həmin donu könüllü olaraq təqdim etmişdir. İstintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin paltar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Giriş darvazasından sağ tərəfdə olan birinci qapı ayaqyoludur. Ayaqyoluna baxış zamanı unitazın sol tərəfində üzərində qana bənzər ləkələr olan dəstəyi qara-qəhvəyi rəngli bıçaq olması müşahidə edilir. Həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürüldü. Göstərilənlərdən başqa evin digər otaqlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal müəyyən edilmədi. Gələcəkdə iş üçün mühüm əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq, üzərində qana bənzər ləkələr olan dəstəyi qara-qəhvəyi rəngli bıçaq, Şahid1 təqdim etdiyi üzərində qana bənzər ləkələr olan ağ rəngli don, hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən pambığa hopdurulmuş 03 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 4-15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında 14 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, meyitin əynində qırmızı rəngli qısa qol köynək, qara rəngli qolsuz mayka və tünd-boz rəngli cins şalvar vardır. Köynəyin üzərində "23" rəqəmi yazılmışdır. Köynəyin sol yarısının ön səthində aşağıda 3 ədəd kənarları hamar zədələr vardır və köynəyin sol yarısı qana hopmuşdur. Maykanın sol yarısının ön səthində 01 ədəd kənarları hamar zədə vardır və sol yarısı qana hopmuşdur. Şalvarın belində qara rəngli süni dəridən kəmər vardır. Şalvarda qan ləkləri vardır. 1 cüt qara ayaqqabı və bir cüt qara corab. Üzərində "berrak" sözləri yazılmış tuman. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyit əllə toxunduqda istihaldır. Meyitin arxa səthində qırmızımtılbənövşəyimtil rəngli, təzyiq etdikdə itən və 20-30 saniyəyə bərpa olan meyit ləkələri vardır. Hər iki dirsək çuxurunda kənarları bənövşəyimtil rəngli, yaşılımtıl çalarlı nöqtəvari yaracıqlar (inyeksiya yerləri) vardır. 1) Döş qəfəsinin sol-yan səthində Vİ-Vİİ qabırğa səviyyəsində sağ aşağı ucu iti, sol yuxarı ucu küt olan kənarları hamar deşilmiş-kəsilmiş yara vardır. 2) Sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthində kənarları hamar səthi yara vardır. 3) Sol əlin V barmağının dırnaq falanqasının ön səthində kənarları hamar, ucları iti yara vardır. 4) Sol dirsək nahiyəsinin arxa səthində və sol diz oynağı nahiyəsinin ön səthində, sol baldır nahiyəsinin yuxarı 1/3-nin ön səthində qırmızımtıl rəngli sıyrıqlar vardır. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd üzərində "23" rəqəmi yazılmış qırmızı rəngli qısa qol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd belində qara rəngli süni dəridən kəmər olan tünd-boz rəngli cins şalvar, 1 cüt qara ayaqqabı və bir cüt qara corab götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 16-21). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqında 15 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:
1. 01 ədəd sol, sağ qol və çiyinlərində "Burberry London" sözləri yazılmış qara rəngli uzunqol köynək-işlənmiş vəziyyətdədir, üzərində gözlə görünən hər hansı bir zədə və ya ləkə aşkar edilməmişdir.
2. 01 ədəd tünd göy rəngli iç etiketində "NXL" sözləri yazilmiş qısa qol mayka üzərində gözlə görünən hər hansı bir zədə və ya ləkə aşkar edilməmişdir.
3. 01 ədəd ön tərəfdə 4 ədəd, arxa tərəfdə 2 ədəd cibləri olan, bel hissəsi kəndirlə bağlanan qəhvəyi rəngli cins şalvar. Şalvarin sağ ön cibinin üstündə 1x1sm diametr ölçüdə qana bənzər ləkə vardır. Baxış zamanı gözlə görünən hər hansı bir zədə aşkar edilməmişdir.
4. 01 cüt üzərində "Superm" sözləri yazılmış acıq qəhvəyi rəngli idman ayaqqabısı. Cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq, hadisə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli köynək, qəhvəyi rəngli cins şalvar, tünd göy rəngli mayka va qəhvəyi rəngli idman ayaqqabısı götürülməklə qablaşdırılmış və üzərində “Binəqədi rayon prokurorluğu, Zərflər üçün” möhürü ilə möhürlənib, həmin protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 77-83). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqında 15 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs üzərində olmuş paltarlar aşağıdakılardır: 1) 01 cüt qara rəngli üzərində "Casser" sözləri yazılmış ayaqqabı - işlənmiş vəziyyətdədir, üzərində gözlər görünən hər hansı bir iz və zədə yoxdur. 2) 01 ədəd iç etiketində "Entitee" və ön tərəfində "23" sözləri yazılmış qırmızı rəngli qisa qol köynək - köynəyin sol yarısında qana bənzər ləkələr, sol yarısının ön səthində aşağıda 3 ədəd kənarları hamar zədələr vardır. Həmin zədələr şərti olaraq 1,2,3 rəqəmləri ilə işarələndi. Köynəyin sol aşağı ətəyindən 1-ci zədəyə qədər məsafə 5,7sm, 2-ci zədəyə qədər məsafə 11sm, 3-cü zədəyə qədər məsafə 13,1sm-dir. 1-ci zədənin diametri 0,8x1,3sm, 2-ci zədənin diametri 0,5 x1,5 sm, 3-cü zədənin diametri 1,5x0,5 sm ölçüdədir. 3) 01 ədəd ön və arxa tərəfində 2 ədəd cibi olan, belində qara rəngli süni dəridən kəmər olan, arxa etiketində "Fendi" sözləri yazılmış tünd-boz rəngli cins şalvar - şalvarın ön və arxa tərəfində yayılmış halda qana bənzər ləkə vardır, gözlə görünən hər hansı bir zədə aşkar edilmədi. 4) 01 ədəd iç etiketində "CNT underwear xl" sözləri yazılmış, qara rəngli, qolsuz mayka - maykanın sol yarısının ön səthində 01 ədəd kənarları hamar zədə vardır və sol yarısı qanabənzər ləkəyə hopmuşdur. Həmin zədənin diametri 0,4x1,3 sm ölçüdədir. Maykanın ətəyindən həmin zədəyə qədər məsafə 19 sm-dir. 5) 01 cüt qara rəngli corab - işlənmiş vəziyyətdədir, üzərində gözlər görünən hər hansı bir iz və zədə yoxdur. 6) 01 ədəd üzərində "berrak" sözləri yazılmış tuman - işlənmiş vəziyyətdədir. Üzərində qanabənzər ləklər vardır (cild 1, iş vərəqi 85-93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bıçağa baxış keçirilməsi haqqında 15 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerindən götürülmüş bıçaq - tiyə və dəstək hissədən ibarət olub, tiyə hissəsinin uzunluğu 120 mm, ümumi uzunluğu 235 mm olmaqla, qatlanmayan, dəstəyi qara-qəhvəyi rənglidir, üzərində qanabənzər ləkələr vardır, bıçağın dəstəyinin baş tərəfinin bir hissəsi qopmuş vəziyyətdədir. Bıçaq müqayisəli tədqiqat aparılması üçün kağız torbaya qoyularaq yenidən qablaşdırılmış, prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 94-96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 16 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, **-HN-*** dövlət qeydiyyat nişanlı “BMW-323” markalı avtomobil X6 ƏN-İV № 942073 saylı etibarnamə ilə istifadəyə verilmiş və həmin avtomobilin arxa oturacağında qanabənzər ləkələr aşkar edilmişdir. Baxış zamanı Əli Bəndəliyev bildirmişdir ki, həmin qanabənzər ləkələr Zərərçəkmiş şəxs məxsusdur, avtomobilin arxa salonu da Mirvaqfi xəstəxanaya aparan zaman onun qanına bulaşmışdır. Qana bənzər ləkədən 01 ədəd pambıq tampon vasitəsi ilə nümunə götürülmüşdür (cild 1, iş vərəqi 106-112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2020-ci il tarixli, 2897/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 2, iş vərəqi 1-3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 12 noyabr 2020-ci il tarixli, 6/2280 saylı rəyindən və fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan tünd boz rəngli cins şalvarı üzərindən aşkar edilmiş qəhvəyi rəngli pambıq liflər, cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 8-13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.11.2020-ci il tarixli, 231 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:
- Döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını, ürək kisəsini və sol mədəciyi zədələyən deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti soldan-sağa, aşağıdan-yuxarıya və bir qədər öndən-arxaya doğrudur. Yara kanalının dərinliyi 10,0 sm-dir. - Sağ əlin V barmağının kəsilmiş yarası. - Sol bazu nahiyəsinin səthi kəsilmiş yarası. - Sağ dirsək oynağı nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin sıynqları. Qeyd edilən xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını, ürək kisəsini və sol mədəciyi zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir. Sağ əlin V barmağının kəsilmiş yarası kəsici əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol bazu nahiyəsinin səthi kəsilmiş yarası isə iti uca və iti kənara malik əşyanın, sıyrıqlar isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2. Təqsirləndirilən şəxs ölümünə səbəb döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını, ürək kisəsini və sol mədəciyi zədələyən deşilmişkəsilmiş yarası nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. Ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 14.10.2020-ci il saat 23:00-də başlamışdır) 2-4 saat əvvəl baş vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs yetirlən xəsarətlə onun ölümü arasında səbəbli əlaqə vardır.
3. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaraların xarakterini və yara kanalının dərinliyini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bıçağın (ola bilsin ekspertizaya təqdim olunmuş) tiyəsinin deşicikəsici və kəsici təsirindən, sıynqları isə insan bədəninin hissələrinin (əl, ayaq və s.) və eləcə də bərk küt əşyaların təsirindən əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs hər iki dirsək çuxurunda aşkar olunmuş inyeksiya izləri həmin nahiyədə olan venoz damarlara iynə vurulması nəticəsində əmələ gələ bilərdilər.
4. Təqsirləndirilən şəxs meyitindən götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimya tədqiqatı nəticəsində qanda tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Qanda və sidikdə etil spirti aşkar edilməmişdir (cild 2, iş vərəqi 15-24).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.10.2020-ci il tarixli, 1732 saylı rəyindən görünür ki:
1. Məmmədzadə Mirhəbib Elçin oğlunun bədən səthində aşkar olunmuş xəsarətlər – boyun nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları, sağ əlin arxa səthinin qançır-sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14.10.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur.
2. Təqsirləndirilən şəxs Elçin oğlunun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni boyun nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları insan bədən hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən, sağ əlin arxa səthinin qançır-sıyrığı isə bərk küt əşyaya (ola bilsin avtomobilin bərk səthinə) zərblə vurulması nəticəsində əmələ gələ bilərdilər (cild 2, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07.12.2020-ci il tarixli, 823/2020 MTBŞ saylı rəyindən görünür ki: 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi alfa, beta(l)-dir.
2.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus cins şalvar(kəmərlə), qısaqol kofta, qolsuz mayka, tuman, 01 cüt ayaqqabı, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, hadisə yerindən götürülmüş 01 ədəd don, 01 ədəd bıçaq, 02 ədəd kosmetik çubuqlu pambıq tampon və 02 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri alfa, beta(l) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.
3. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı üzərində qan, kofta və qolsuz mayka üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2, iş vərəqi 72-79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 04.12.2020-ci il tarixli, 523/MTKŞ 2020 saylı rəyindən və fotocədvəldən görünür ki, İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. -Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi sağa doğru əyildiyindən bu bıçaq müqayisəli müayinə aparmaq üçün eksperimental zədələrin yetirilməsinə yararsız hesab edilir. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənib-törənməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol-yan səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. - Təqsirləndirilən şəxs bədənində olan digər xəsarətlər (sağ əlin V barmağının, sol bazu nahiyəsinin səthi kəsilmiş yaraları) bədənin açıq nahiyələrində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
5. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş donun arxa hissəsinin orta nahiyəsində çoxsaylı məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. İİ.1. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. 2.Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik aşkar edilməmişdir (cild 2, iş vərəqi 81-85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19.01.2021-ci il tarixli, 105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətinin psixopatik cizgiləri aşkar olunur. Qıcığa qarşı həssaslıq, konfliktə və mübahisə etməyə meyillilik, eqosentrizm, məsuliyyətsizlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, həyəcan, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır (cild 2, iş vərəqi 143-145). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 149-150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 16 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq “2” nömrəsi ilə işarə edilərək digər nümunələr ilə birgə şübhəli şəxs Təqsirləndirilən şəxs tanımaya təqdim edilmiş və o, həmin bıçaqların içərisindən “02” nömrəsi ilə işarələnmiş bıçağı göstərərək cinayəti həmin bıçaqla törətdiyini bildirmişdir (cild 1, iş vərəqi 114-119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və DVD diskdən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs 15.10.2020-ci il tarixdə verdiyi ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə göstərməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 121-130).
İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 14.11.2020-ci il tarixli 7919 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmayıb (cild 2, iş vərəqi 46). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 23.11.2020-ci il tarixli, 19/51-11316 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur (cild 2, iş vərəqi 48). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 02.12.2020-ci il tarixli, 19/51-11695 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 1914 nömrəli rəyinə əsasən 18.12.2013-cü il tarixdən qeyd edilən mərkəzdə qeydiyyatdadır (cild 2, iş vərəqi 58). İşdə olan könüllü gəlmə haqqında 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, axtarılan xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs 15 oktyabr saat 14:05-da könüllü olaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gələrək 14 oktyabr 2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu bıcaqladığını bildirib könüllü olaraq təslim olmuşdur (cild 1, iş vərəqi 39). İşdə olan Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin 9675 nömrəli, 18.11.2020-ci il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qətlə yetirilən Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında düşmənçilik olmayıb, ancaq 2 qardaş arasında ailədaxili münaqişələr olmuşdur. Cinayətin törədilməsində heç kim Təqsirləndirilən şəxs ilə əlbir olmamış, hadisənin başqa iştirakçısı olmamışdır. Mübahisə mobil telefon üstündə baş vermişdir. Zərərçəkmiş şəxs düşmənçilik əlaqələri olmamışdır (cild 2, iş vərəqi 30). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14 may 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 cüt qara rəngli üzərində "Casser" sözləri yazılmış ayaqqabı, 01 ədəd iç etiketinde "Entitee" və ön tərəfində "23" sözləri yazilmiş qırmızı rəngli qısaqol köynək, 01 ədəd ön və arxa tərəfində 2 ədəd cibi olan, belində qara rəngli süni dəridən kəmər olan, arxa etiketində "Fendi" sözləri yazılmış tünd-boz rəngli cins şalvar, 01 ədəd iç etiketində "CNT under wear xl" sözləri yazılmış, qara rəngli, qolsuz mayka, 01 ədəd üzərində "berrak" sözləri yazılmış tuman 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd sol, sağ qol və çiyinlərində "Burberry London" sözləri yazılmış qara rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli, iç etiketində "NXL" sözləri yazılmış qısaqol mayka, 01 ədəd ön tərəfdə 4 ədəd, arxa tərəfdə 2 ədəd cibləri olan, bel hissəsi kəndirlə bağlanan qəhvəyi rəngli cins şalvar, 01 cüt üzərində "Superm" sözləri yazılmış açıq qəhvəyi rəngli idman ayaqqabısı, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 03 ədəd qan nümunələri, Şahid1 məxsus üzərində güllü naxışları olan ağ rəngli don və "**-HN-***" dövlət qeydiyyat nişanlı "BMW-323" markalı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağından götürülmüş qan nümunəsi iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 3, iş vərəqi 7-33). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 21.10.2020-ci il tarixli qərardan görünür ki, X3 iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 203-204). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 233). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur (cild 1, iş vərəqi 234-236). İşdə olan Nəsimi rayon 33 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə özünü səmimi, mehriban, qonşuların hörmətini qazanmış bir gənc kimi aparır, barəsində MKİS-ə heç bir bir şikayət və müraciət daxil olmamışdır (cild 1, iş vərəqi 240-242). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə edir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Təqsirləndirilən şəxs nənəsi Matanın onun əlində bıçağı görüb, bıçağı yerə atmağı, Mirvaqifi vurmamağı deməsi, lakin daha sonra kömək istəmək üçün küçəyə çıxması səbəbindən onun Mirvaqifi vurma anını görməməsi barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadələr işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadələri qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Eyni zamanda, məhkəmə Şahid1 Mirhəbibin əlində bıçağı görən kimi Mirhəbibə “bıçağı yerə at” deyib kömək üçün tez küçəyə qaçması səbəbindən Mirhəbibin Mirvaqifi vurmasının şahidi olmaması barədə məhkəmədə verdiyi ifadələrini qəbul etmir və hesab edir ki, şahid yaxın qohumu olan nəvəsini ağır cinayət məsuliyyətindən qorumaq məqsədi daşıyır. Əksinə həm təqsirləndirilən şəxsin, həm də şahidin hadisənin bilavasitə baş verdiyi anla bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrini işin halları ilə tam uzlaşması səbəbindən daha düzgün hesab edir və həmin ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl birbaşa qəsdlə törədilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərnin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun 02.04.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətin hərbi vəziyyət şəraitində törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci madddəsinin tələbinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasinda ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, habelə onun əməlində cəzanı ağırlaşdıran hal olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci madddəsi tətbiq edilə bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15.10.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 17.10.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 58-59, 191-196; cild 2, iş vərəqi 109-111, 226-230). Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 cüt qara rəngli üzərində "Casser" sözləri yazılmış ayaqqabı, 01 ədəd iç etiketində "Entitee" və ön tərəfində "23" sözləri yazilmiş qırmızı rəngli qısaqol köynək, 01 ədəd ön və arxa tərəfində 2 ədəd cibi olan, belində qara rəngli süni dəridən kəmər olan, arxa etiketində "Fendi" sözləri yazılmış tünd-boz rəngli cins şalvar, 01 ədəd iç etiketində "CNT under wear xl" sözləri yazılmış, qara rəngli, qolsuz mayka, 01 ədəd üzərində "berrak" sözləri yazılmış tuman 01 cüt qara rəngli corab, Şahid1 məxsus üzərində güllü naxışları olan ağ rəngli don təyinatını itirdiyindən, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 03 ədəd qan nümunələri və "**-HN-***" dövlət qeydiyyat nişanlı "BMW-323" markalı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağından götürülmüş qan nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd sol, sağ qol və çiyinlərində "Burberry London" sözləri yazılmış qara rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli, iç etiketində "NXL" sözləri yazılmış qısaqol mayka, 01 ədəd ön tərəfdə 4 ədəd, arxa tərəfdə 2 ədəd cibləri olan, bel hissəsi kəndirlə bağlanan qəhvəyi rəngli cins şalvar, 01 cüt üzərində "Superm" sözləri yazılmış açıq qəhvəyi rəngli idman ayaqqabısı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan: - Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş 01 cüt qara rəngli üzərində "Casser" sözləri yazılmış ayaqqabı, 01 ədəd iç etiketində "Entitee" və ön tərəfində "23" sözləri yazilmiş qırmızı rəngli qısaqol köynək, 01 ədəd ön və arxa tərəfində 2 ədəd cibi olan, belində qara rəngli süni dəridən kəmər olan, arxa etiketində "Fendi" sözləri yazılmış tünd-boz rəngli cins şalvar, 01 ədəd iç etiketində "CNT under wear xl" sözləri yazılmış, qara rəngli, qolsuz mayka, 01 ədəd üzərində "berrak" sözləri yazılmış tuman 01 cüt qara rəngli corab, Şahid1 məxsus üzərində güllü naxışları olan ağ rəngli don təyinatını itirdiyindən, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 03 ədəd qan nümunələri və "**-HN-***" dövlət qeydiyyat nişanlı "BMW-323" markalı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağından götürülmüş qan nümunəsi məhv edilsin; - Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd sol, sağ qol və çiyinlərində "Burberry London" sözləri yazılmış qara rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli, iç etiketində "NXL" sözləri yazılmış qısaqol mayka, 01 ədəd ön tərəfdə 4 ədəd, arxa tərəfdə 2 ədəd cibləri olan, bel hissəsi kəndirlə bağlanan qəhvəyi rəngli cins şalvar, 01 cüt üzərində "Superm" sözləri yazılmış açıq qəhvəyi rəngli idman ayaqqabısı onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.