Məhkəmə qərarları › İş №1(101)-1184/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1184/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1184/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Ağcabədi rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (CM 67 və 71-ci maddələri) təqsirli bilinib barəsində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Quliyev X5 şəhərində naməlum vaxt və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,299 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 18 may 2023-cü il tarixdə saat 19:50 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş halda təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, mərkəzi parkda yerləşən ictimai yer hesab olunan kafedə ofisiant Zərərçəkmiş şəxs1 bakalda gətirdiyi pivənin masaya dağılmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərərək səs-küy salıb, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr deyib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib həmin bıçaqla bir dəfə vuraraq döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra öz qərəzli hərəkətlərini davam etdirib hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən kafenin işçisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onu sakitliyə dəvət etdikdə o xuliqanlıq hərəkətlərini davam etdirib həmin şəxslərə müqavimət göstərib bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib vuraraq qarının ön divarının sol yarısında qabırğaaltı nahiyənin qarın boşluğuna nüfuz etməyən, qarının ön divarının yumşaq toxumalarını zədələyən səthi deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin olunmayan xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq edib vuraraq sol bazunun orta-aşağı 1/3-nin arxa-iç səthinin cərrahi tikişi və sol əlin V barmağının əsas falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olmayan (səthi) kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmiş və Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmağına aid hissədə bildirmək istəyir ki, o, nə siqaret çəkir, nə də ki, narkotik vasitədən istifadə edir. X11 küçəsində tutmuş, bölməyə aparmışlar. Orada məcbur olub sənədlərə qol çəkmişdir. Qol çəkdiyinə görə özünü bu hissədə təqsirli bilir, yoxsa o narkotik vasitə istifadəçisi deyil. Əlavə olaraq bildirmişdir ki, digər epizodlar üzrə özünü təqsirli hesab edir vəbaş vermiş həmin hadisəyə görə peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, əvvəllər məhkum olunmuşdur, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 18 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində piyada gəzən zaman küçələrinin baş tərəfində yerdə asfaltın üstündə qızılı rəngli kağıza bükülmüş bir ədəd bükülü görmüşdür. Həmin bükülü onun diqqətini çəkdiyindən əyilib onu yerdən götürmüş və içinə baxmışdır. Həmin kağız bükümün içində heroin olduğunu görmüşdür. Həmin vaxtı yanında və küçədə heç kim olmamışdır. O həmin bükümdəki heroini öz istifadəsi üçün əynindəki şalvarının sağ yan cibinə qoyub küçənin baş tərəfinə doğru getməyə davam etmişdir. Bir neçə dəqiqədən sonra küçədə olan qonşu uşaqları görmüş və onların yanına gedib söhbət etmişdir. Təxminən bir saatdan sonra tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onlar polis əməkdaşı olduqlarını və narkotik vasitə istifadə etməsində şübhəli olmasını deyib onu rayon polis şöbəsinə gətirmişlər. Etiraz etməyərək polislərlə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında olarkən ona öz ərizəsi əsasında Ağcabədi rayon vəkil bürosunun vəkili Rahul Quluzadə müdafiəçi təyin olunmuşdur. Ona hüquq və vəzifəlri izah olunaraq üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan narkotik vasitəni əgər varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin kağız bükülünün içində “heroin” deyə bildiyi narkotik vasitə olmuşdur. Polis əməkdaşları tərəfindən həmin kağız bükülünü içinə baxıldıqda içində narkotik vasitə olan heroinə bənzər kütlə olması məlum olmuşdur. Üzərindən başqa heç bir narkotik vasitə, psixotrop maddə və ya cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,51 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə aşkar olunduğu bir ədəd kağız bükülü ilə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Daha sonra təyin edilmiş ekspertizanın cavab rəyində üzərimdən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisinin 0,299 qram olmasını bilmişdir . Bundan başqa, o, bildirmişdir ki, Ağcabədi rayonundan Bakı şəhərinə həkim müayinəsinə gəlmiş, bibisi oğlu Cəlalın Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evində qalmışdır. 28 may 2023-cü il tarixdə saat 23 radələrində Cəlalla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən parkın içindəki kafedə əyləşib pivə içmişlər. Həmin vaxt ofisiant masaya pivə gətirmiş, pivəni stolun üstünə qoyanda bərk qoymuş, pivənin köpüyü stola dağılmışdır. Ofisianta demişdir ki, «qardaş bir az yavaş ol da». Ofisiant demişdir ki, narahat olmasın, stolun üstünü siləcək. Ofisiant əski gətirib stolun üstünü siləndə ona yenə demişdir ki, bir az yavaş ol. Ofisiant deyinədeyinə gedəndə o da onun arxasınca durub getmişdir. Mətbəxə çatanda ofısant onu söymüşdür. Onun söyüşünün cavabını qaytaranda ofisiant onu yumruqla vurmuşdur. Bu zaman səs-küy yaranmış, ətrafdan ora bir neçə nəfər şəxs, o cümlədən Cəlal da gəlmişdir ki onları aralaşdırsın. Həmin vaxt o cibində gəzdirdiyi bıçaqla ofisiantı vurmuşdur. Bu zaman onu kimsə yumruq zərbəsi ilə vurmuşdur. O özünü müdafiə etmək üçün bıçağı sağa-sola yelləyəndə bir qadın və bir kişi xəsarət almışlar. Həmin vaxt Cəlal onu yumruqlayan kişinin əlindən alıb kənara çəkmişdir. O qaçaraq parkdan çıxmış və parkı tərk edib qaçıb getmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o dayısının icarəyə götürdüyü kafedə ofisiant işləyirmiş. May ayının 28-də, gecə saat 12 radələrində kafenin bağlanılma vaxtı təqsirləndirilən şəxs 3-4 nəfərlə stolda oturub pivə içmiş, o həmin şəxslərə qulluq etmişdir. Saat 12 olduğu üçün o masaları yığışdırmağa başlamışdır. Bu zaman həmin şəxslər içki içmiş, ona söyüş söymüş, bu səbəbdən aralarında dava olmuşdur. Dava zalda deyil, həyətdə olmuşdur. Çöldə o tək olmuş, təqsirləndirilən şəxsin ətrafında 3-4 nəfər olmuşdur. Əvvəl 4 nəfər olmuşlar, sonra 1 nəfər getmiş, 3 nəfər qalmışlar. Adını sonradan bildiyi Elxan bıçaqla onu vurmuş, sonrasından xəbəri olmamışdır. Ona bir bıçaq zərbəsi dəymiş, müalicə almışdır. Qahirə onun xalası, Səməndər isə dayısıdır. O xalası ilə dayısının vurulmasını, digər hadisələri görməmişdir, o vurulduqdan sonra onu xəstəxanaya aparmışlar. təqsirləndiriləm şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə parkında yerləşən adsız kafeni dayısı Səməndər 2023-cü ilin fevral ayından icarəyə götürüb işlədir. 20 may 2023-cü il tarixdən etibarən o həmin kafedə ofisiant işləyir. 28 may 2023-cü il tarixdə saat 23 radələrində iş rejimi bitdiyi üçün kafeni bağlayıb getmək istəmiş, bu zaman kafeyə iki nəfər müştəri gələrək masada əyləşib pivə sifariş etmişlər. Çox keçmədən onlar həmin masadan durub digər masada, ağaca yaxın olan yerdə əyləşərək ona demişlər ki, onlara pivəni həmin stola gətirsin. Onlara pivə gətirmiş, bir azdan onlar yenə pivə istəmişlər. Bu zaman onlardan biri ona irad bildirmişdir ki, guya o birinci dəfə pivəni gətirəndə stolun üstünə bakalı qəsdən bərk çırpmış və pivə stolun üstünə dağılmışdır. O isə həmin şəxsə demişdir ki, pivənin dağılıbdağılmamasını o görməmiş, bakalı da qəsdən çırpmamışdır. Həmin şəxsə demişdir ki, onu tanımır və nəyə görə bakalı bərkdən çırpmalıdır. Eyni zamanda da ondan üzrxahlıq edib demişdir ki, əgər bakalı bərk çırpıbsa onu bağışlasın və üzünü çevirib mətbəxə tərəf getmişdir. Bu zaman ona irad bildirən şəxsin onun arxasınca gəldiyini görmüşdür. O mətbəxə çatanda həmin şəxs onunla mübahisə etməyə başlamış və söyərək demişdir ki, nəyə görə onu acılamışdır. Bu zaman həmin şəxs sərxoş olmuşdur. Ona bildirmişdir ki, acılamamış, sadəcə olaraq pivəni masaya qoyanda bərkdən çırpılmışdır. Bundan sonra həmin şəxs onu yumruq zərbəsi ilə vurmuş və o da həmin şəxsi vuranda dalaşmağa başlamışlar. Bu anda həmin şəxs üzərində gəzdirdiyi bıçaqla onu bir dəfə zərbə ilə vurmuş, lakin o ilk öncə ağrı hiss etməmişdir. Bu zaman onunla bir masada əyləşən şəxs gəlib onu çəkərək qırağa aparmağa cəhd etmişdir. Həmin vaxt xalası Qahirə və dayısı Səməndər də yaranmış səs-küyə gəlmişlər. Onu bıçaqla vuran şəxs dayısını və xalasını da bıçaqla vurmasını görsə də artıq demək olar ki, huşunu itirmişdir. Qarnından bərk ağrı hiss edərək yerə oturmuşdur. Xartırlamadığı şəxslər onu xəstəxanaya aparmışlar, bir neçə gün xəstəxanada müalicə almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 Zəkəriya qızı ifadəsində bildirmişdir ki, o pasyolka Kirovda uşağa baxır. Həmin günü evə qayıdarkən kafenin qabağından keçəndə orada dava olduğunu görmüşdür. Bacısının oğlu orada işlədiyi üçün maşını saxlatdırmış, kafeyə getmişdir. Bu zaman bir nəfərin əlində bıçaq hamının üstünə cumduğunu görmüş, bacısının oğlunu axtarmışdır. İlkin deyə qışqıraraq ora-bura getmiş, camaat həmin şəxsi aralaşdıranda bıçaq onun qoluna girmişdir. O aralaşdırmamışdır, necə olduğunu bilmir, o ortada qalmış, bu zaman bıçaq ona dəymişdir. Hadisə gecə saat 12 – 1 radələrində olmuşdur, orada qıraqdan durub baxan adam çox olmuşdur. Səməndər onun qardaşıdır, kafe onundur, o həmin kafenin yaxınlığında yaşayır. Səməndərin bıçaqla vurulmasını görməmişdir, o bıçaqla vurulandan sonra onu aparmışlar, ona görə də heç nə görməmişdir. Onun qolu şikəst qalmış, amma onun təqsirləndiriləm şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 Zəkəriya qızı ifadəsində bildirmişdir ki, qardaşı Səməndər Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə parkında yerləşən adsız kafeni icarə əsasında işlədir, belə ki, yaşadığı ev kafenin yanında yerləşir. İlkin onun bacısı oğludur, o 20 may 2023-cü il tarixdən etibarən həmin kafedə ofisiant işləyir. 28 may 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Səməndərin evinə getmişdir. Həmin vaxt kafedən səs-küy eşitmiş və kafeyə baxanda görmüşdür ki, bir nəfər İlkinin üstünə cumub onu vurur. O da, qardaşı da qaçaraq kafeyə girmişlər. Onlara yaxınlaşanda həmin tanımadığı şəxsin əlindəki bıçaqla İlkini vurduğunu görmüşdür. Həmin vaxt qardaşı Səməndər onun əlindən bıçağı almaq istəyəndə həmin şəxs onu da, Səməndəri də bıçaqla vurmuşdur. Sonra isə onun yanındakı şəxs onu aralaşdırıb aparmışdır. Qardaşı Səməndərlə xəstəxanaya müraciət etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə parkında yerləşən adsız kafeni icarə əsasında işlətmişdir. Belə ki, yaşadığı ev kafenin yanında yerləşir. İlkin onun bacısı oğludur, o 20 may 2023-cü il tarixdən etibarən həmin kafedə ofisiant işləyir. 28 may 2023-cü il tarixdə saat 23 radələrində o evin qabağında durmuş və bacısı Qahirənin onlara gəldiyini görmüşdür. Həmin vaxt kafedən səs-küy eşitmiş və kafeyə baxanda görmüşdür ki, bir nəfər İlkinin üstünə cumub onu vurur. O və bacısı qaçaraq kafeyə girmişdir. Onlara yaxınlaşanda həmin tanımadığı şəxsin əlindəki bıçaqla İlkini vurduğunu görmüşdür. Həmin vaxt bacısı Qahirə də orada olmuşdur. Həmin şəxsin əlindən bıçağa almaq istəyəndə həmin şəxs onu da, bacısı Qahirəni də bıçaqla vurmuşdur. Sonra isə onu birtəhər aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə dəvət edilmiş, bölmədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və özü üzərində olan narkotik vasitəni təqdim edərək, tapdığını bildirmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Üzərində narkotik vasitənin olmaması barədə dedikləri özünü müdafiə xarakteri daşıyır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 19:50 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə iştirakçıların və müdafiəçinin iştirakları ilə aşkar edilmiş vəziyyətdə, yəni kağız bükülü ilə birlikdə elektron tərəzisində çəkilmiş və çəkisi 0,51 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, küçədən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Hörmətli hakimlər,18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirildi, özü üzərinə olan narkotik vasitəni təqdim etdi və küçədən tapdığını bildirdi. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Ağcabədi rayon Polis Şöbəsinin PPXB-də polis nəfəri işləyir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxıl olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 19:50 radələrində Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildi. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim etdi. Həmin bükülü iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edildi. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə iştirakçıların və müdafiəçinin iştirakları ilə aşkar edilmiş vəziyyətdə, yəni kağız bükülü ilə birlikdə elektron tərəzisində çəkildi və çəkisi 0,51 qram oldu. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı və onun üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə aşkar edilmədi. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, küçədən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 20 may 2023-cü il tarixdə dayısı oğlu Elxan Ağcabədi rayonundan Bakı şəhərinə həkim müayinəsinə gəlmiş, onların evində qalmışdır. 28 may 2023-cü il tarixdə saat 23 radələrində Elxanla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən parkın içindəki kafedə əyləşib pivə içmişlər. Həmin vaxt ofisiant onlara pivə gətirmiş, pivəni stolun üstünə qoyanda pivə stola bərkdən çırpılmışdır. Elxan ofisianta demişdir ki, «qardaş bir az yavaş ol da». Ofisiant heç bir söz demədən getmişdir. Bir azdan yenə sifariş üçün gələndə Elxan ona nəsə demişdir. Ofisiant da demişdir ki, pivəni qəsdən stola çırpmamış, bir az tələsik olduğu üçün pivə bakalı stola çırpılmışdır. Ofisiant gedəndə Elxan da durub hirsli vəziyyətdə ofisiantın dalınca getmişdir. Mətbəxin yanında onlar mübahisə edəndə o stoldan qalxaraq onlar tərəfə getmişdir. Ofisiantla Elxanın mübahisəsi artıq söyüşə keçmiş və ofisiant Elxanı vuranda Elxan bıçaqla ofisiantı vurmuşdur. O Elxanı aralayanda artıq ora kafenin icarədarı Səməndər və bir qadın gəlmişdir. Həmin vaxt onlar Elxanı vuranda Elxan bıçağı sağasola yelləyərkən bıçaq həmin qadına və Səməndərə dəymişdir. Buna baxmayaraq Səməndər də Elxanı vuranda ona dedim ki, Elxan bibisi oğludur, Ağcabədidən qonaq gəlib, onları tanımır. Həmin vaxt ofisiant Səməndər gilin evinə tərəf gedəndə Səməndər və həmin qadın qapıya Elxanın dalınca qaçmışlar. Sonradan o da evə getmişdir. Elxanın ofisianta xəsarət yetirdiyi bıçağı Elxan harasa tullamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 28 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, parkın içində yerləşən kafenin yanından keçərək evə gedərkən kafedən səs-küy eşitmiş, kimsə orada dalaşmışdır. Kafeyə daxil olanda görmüşdür ki, bir nəfər bıçaqla qarın nahiyəsindən vurulub, bir nəfər kişi və qadın da döyüldüklərini və bıçaqla vurulduqlarını bildirmişlər. Kömək edib onları yaxınlıqdakı Məlikov adına xəstəxanaya aparmışdır. Həkimlərə də bildirmişdir ki kafenin içində həmin şəxslər bıçaqlanmışlar. Həkimlər həmin şəxslərə ilkin tibbi yardım göstərmişlər. Bundan sonra səhvən məlumat vermişlər ki, guya o da xəsarət almışdır. Halbuki o həmin münaqişənin hecə baş verdiyini görməmiş və o heç bir xəsarət almamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kağız bükülünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin kağız bükümdə olan kütlə elektron tərəzidən istifadə edilərək çəkilmiş və çəkisi 0,51 qram olmuşdur. Həmin 01 ədəd kağız bükülü kağız zərflə qablaşdırılmış və DİN-nin 143 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2023-cü il tarixli 18/532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,299 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,249 qram narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Ağcabədi RPŞ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Raport”lardan görünür ki, Zərərçəkmiş şəxs3 Zəkəriya qızı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqlanması barədə Polis Bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən ünvan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki parkın içərisində yerləşən adsız kafedir. Kafenin giriş qapısı yoxdur, üstü açıq kafe olmaqla parkın içərisində yerləşir. Kafenin girişində yerdə, asfalt örtükdə qana bənzər ləkələr mövcuddur. Həmin ləkələr damcı kimi olmaqla kafenin içərisində girişdə yerləşən mətbəxə doğru irəliləyir. Mətbəxin qapısı bağlıdır, qapı plastikdəndir. Kafenin içərisində 6 ədəd plastik stol vardır. Stolların yanında stullar mövcud olmaqla hən hansı dağıntı müşahidə olunmur. Kafenin kənarları sarmaşıqla örtülmüşdür, üstü açıqdır. Kafedə heç kim yoxdur. Kafenin içərisində, yerdə, stolların üstündə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya yoxdur. Stolların üstü boşdur. Ekspert-kriminalist tərəfindən tampon vasitəsilə yerdən qana bənzər ləkələr nümunə kimi götürülmüşdür. Baxış zamanı foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müalicədə olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qolsuz mayka, bir ədəd şalvar və bir ədəd qısaqol köynək müstəntiq tərəfindən götürülmüşdür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə ********* sayı altında davam etdirilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5755 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 13 iyun 2023-cü il tarixli 996 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Zəkəriya qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun orta-aşağı 1/3nin arxa-iç səthinin cərrahi tikişi və sol əlin V barmağının əsas falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olmayan (səthi) kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə iti kənarlı əşya ilə, ola bilsin bıçağın tiyəsinin iti kənarı ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 13 iyun 2023-cü il tarixli 997 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət - qarının ön divarının sol yarısında qabırğaaltı nahiyənin qarın boşluğuna nüfuz etməyən, qarının ön divarının yumşaq toxumalarını zədələyən səthi deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici əşya ilə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 22 iyun 2023-cü il tarixli 1058 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 28 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 28 iyul 2023-cü il tarixli 317-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus mayka tipli qısaqol köynəyin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd dəlib-keçən və bir ədəd tam dəlib-keçməyən, fasiləli xarakterli zədələr aşkar olunmuşdur. Bir ədəd dəlib-keçən zədə deşilmiş-kəsilmiş zədə olub, kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, o cümlədən eyni xüsusiyyətə malik hər hansı bir bıçağın təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin üzərində aşkar edilmiş bir ədəd tam dəlibkeçməyən, fasiləli xarakterli zədə isə kəsilmiş zədə olub, iti kənarı olan hər hansı bir əşya ilə (ola bilsin, bıçağın ülgücü) ilə törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarda və qolsuz maykada əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 09 avqust 2023-cü il tarixli 427/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). X4 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus qolsuz mayka, qısaqol köynək, cins şalvar və hadisə yerindən götürülmüş 04 ədəd çubuqlu tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda Zərərçəkmiş şəxs1 məxsus qolsuz mayka, qısaqol köynək və cins şalvar üzərində olan ləkələrdə yalnız “B” antigeni alınmışdır. Bu ləkələr ABO sistemi üzrə Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş 04 ədəd çubuqlu pambıq tamponlarda olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A,B,H antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB(H)/İV/ qruplu bir şəxsə məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin bu ləkələrdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs qarışıq qanlarının olması inkar olunmur (əgər sonuncu ikisinin qanında müşayiətçi H antigeni varsa). Ekspertizaya təqdim olunmuş içərisində DNT analizi olan iki ədəd zərf daxilində olan 04 ədəd çubuqlu pambıq tamponlarda qan aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş əməl ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - xuliqanlıq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə bu Məcəllənin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər özünün ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək MSY-dən onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müvəqqəti saxlama yerinə daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5755 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, üzərinə qoyulması, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadələrində bildirdiklərini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri (məhkəmə istintaqı və ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri), zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 2 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 01 il 6 ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Bundan sonra isə Quliyev X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (CM 67 və 71-ci maddələr) təqsirli bilinib barəsində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2023-cü il tarixdə çəzasını tam çəkib bitirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllər cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən (az ağır və ağır) cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını müəyyən edir və bu halı onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan ərizələrdən və ifadələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbləri yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini (təqsirini) qismən etiraf etməsini, gənc olmasını, törətdiyi əməllərə görə peşmançılıq hissi keçirməsini, barışıq əldə olunmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Ağcabədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edimişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma dövrü ərzində xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək ilkin olaraq 2 (iki) gün müddətində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə yenidən tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonrakı qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməli, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu - həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 29 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Binəqədi RPŞ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 0,249 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPŞ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 0,249 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın (verilsin), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar