Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1185/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 8 sentyabr 1968-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5, mənzil 22-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqacadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib 3 sentyabr 2018-ci il tarixdə X3 Bakı şəhəri Binəqədi rayonu, M.Kazımovski küçəsində yerləşən "xxxx" EİM tərəfindən inşa edilmiş 62 saylı binanın 32-ci mənzilin Şəfəq Quliyevaya satılmasını gizlədərək, həmin mənzilin özünə məxus olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verib aldadaraq, əvvəlcədən aralarında olan razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs qeyd edilən mənzilin onun adına rəsmiləşdirilməsi barədə saxta müqavilə təqdim edilməsinə nail olaraq, mənzilin Zərərçəkmiş şəxs mülkiyyətinə keçirildiyinə inandırıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Binəqədi rayonu, M.Kazımovski küçəsində yerləşən "xxxx" EİM ofisinin qarşısında 3.000 manat, həmin gün ünvan 1 ünvanda yerləşən ev alqı-satqı ofisində həmin tarixə milli məzənnə ilə 85.000 manat təşkil edən, 50.000 ABŞ dolları və 12.000 manat, bir neçə gün sonra ünvan 2 ünvanda yerləşən ev alqı-satqı ofisində həmin tarixə milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollan pulunu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 117.000 manat olmaqla külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ildə "xxxx" EİM-nin Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən binasından hissəhissə ödəniş etməklə 2 mənzil və bir qeyri-yaşayış sahəsi almışdır. Bundan sonra "xxxx" EİM-nin təsisçisi Şahid2 və orada işləyən Şahid1 tanımışdır. Həmin mənzillərdən birini və qeyri-yaşayış sahəsini əvvəllər satmış, 2-ci mənzili isə 2018-ci ildə tanışının qohumu Şəfəq Quliyevaya satmışdır. İkinci mənzili satarkən Şəmil adlı maklerə müraciət etmişdir. 2019-cu ilin təxminən yay aylarında "xxxx" ASC-yə 75.000 manat borcu olmuşdur. Belə ki, bacısının evini girov qoyub bankdan 75.000 manat pul götürmüşdür. Həmin borcu qaytarmaq üçün Şahid2la ofisdə görüşüb əvvəllər də ev aldığı binadan 140 kv.m-lik başqa bir mənzil almaq istədiyini, pulunu isə hissə-hissə ödəyəcəyini demişdir. Şahid2 bu haqda fikirləşib, bir qərar verəcəyini demişdir. Bundan sonra bir neçə dəfə Adilə zəng etsə də, sonuncu cavab verməmişdir. O, Şəmil və başqa makler tanışlarına 100.000 manat pula ehtiyacı olduğunu, buna görə də, Kazımovski küçəsində yerləşən binadakı mənzilini, Xaçmaz, Qusar və İsmayıllı rayonlarında olan torpaq sahələrini satdığını və ya 100.000 manat əvəzində girov qoyacağını bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində makler Şəmil ona zəng edib "xxxx" MTK-nın Rəsulzadə qəsəbəsində olan binadan mənzili girov qoyacağı halda, Zərərçəkmiş şəxs adlı şəxsin ona aylıq 10%-lə 100.000 manat verə biləcəyini demişdir. Bir neçə gün sonra Şəmilin ofisində Zərərçəkmiş şəxsla görüşmüşdür. Aralarında olan razılaşmaya əsasən Ələddin ona 2 ay sonra 110.000 manat qaytarmaq şərti ilə 100.000 manat verməli olmuş, o da, "xxxx" MTK-nın Kazımovski küçəsində yerləşən 3 otaqlı sahəsi 140 kv.m olan mənzili Ələddinin adına rəsmləşdirilməli olmuşdur. Oradan birlikdə Zaman MTK-nın Kazımovski küçəsində yerləşən binasının altında yerləşən ofisinə getmişlər. Həmin vaxt ofisdə heç kim olamışdır. Həmin binadakı 2018-ci ildə Şəfəq Quliyevaya satdığı mənzilin açarı onda olduğundan, həmin mənzili Ələddinə göstərib, eyni ilə həmin mənzilin ölçülərində yuxarı mərtəbədə yerləşən mənzili girov kimi ona verəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Şahid2la görüşməyə cəhd etmiş, sonuncu gah rayonda olmuş, gah da telefonlara cavab verməmişdir. Ona görə də ofisdə işləyən İfadə Cəfəzadə ilə əlaqə saxlayıb, Şahid2 hissə-hissə ödəmə şərti ilə ona mənzil verilməsini dəqiqləşdirməyi xahiş etmişdir. İki gündən sonra İfadə ona zəng edib, Şahid2 razılıq verdiyini, alıcını yəni Ələddini, sənədləri və 3.000 manat da götürüb ofisə gəlmələrini demişdir. Ələddinə bu barədə məlumat vermiş və təxminən iki gündən sonra Ələddin və Firdovsi ilə birlikdə "xxxx" MTK-nın Kazımovski küçəsində yerləşən ofisinə getmişlər. Orada Ələddin sənədlərini və 3.000 manat pulu ona vermiş, o da Ələddinin yanında pulu və sənədləri İfadəyə vermişdir. İfadə sənədləri baş ofislərinə göndərəcəyini və hazır olandan sonra onlara məlumat verəcəyini demişdir. İki gündən sonra sənədlər hazır olduğundan, Ələddin və Firdovsi ilə birlikdə "xxxx" MTK-nın Kazımovski küçəsində yerləşən ofisinə getmişlər. Şahid1 "xxxx" MTK-nın Kazımovski küçəsində yerləşən binasından 140 kv.m-lik mənzilin Zərərçəkmiş şəxs satılması barədə müqavilə, maliyyə arayışı və kassa mədaxil qəbzini təqdim etmişdir. Sonra birlikdə Şəmilin ofisinə qayıtmışlar. Orada Ələddin ona 97.000 manat pul vermişdir. Bir neçə gün sonra ona əlavə 10.000 ABŞ dolları lazım olmuş, buna görə də Şəmilin ofisinə gedib, Ələddinə 10.000 ABŞ dollarına lazım olduğunu bildirmişdir. Ələddin özündə pul olmadığını, tanışlarından tapa bilsə, xəbər verəcəyini demişdir. İki gündən sonra Şəmilin ofisində Ələddin ona iki ay sonra 12.000 ABŞ dolları qaytarmaq şərti ilə 10.000 ABŞ dolları pul vermişdir. Ələddindən aldığı pulla "xxxx"dan götürdüyü 75.000 manatı və başqa tanışlarına olan borclarını qaytarmışdır. İki ay ərzində Qusar, Xaçmaz və İsmayıllı rayonlarında olan torpaq sahələrini satıb, Ələddinin pulunu qaytaracağını fikirləşmişdir. 2019-cu ilin dekabr ayında Qusarda olarkən Ələddin ona zəng edib, mənzilin başqa sahibinin gəldiyini demişdir. Həmin vaxt İfadənin Ələddinə təqdim etdiyi müqavilədə onun Şəfəq Quliyevaya satdığı mənzilin qeyd olunduğunu başa düşmüşdür. Əvvəllər bundan məlumatsız olmuş, belə ki, İfadənin Ələddinə verdiyi müqaviləyə baxmamışdır. Dərhal səhəri gün Bakıya gəlmiş, Ələddinlə görüşüb kimsəyə məlumat verməməsini xahiş etmiş, MTK-nın rəhbərliyi ilə danışıb, məsələni aydınlaşdıracağını və 1-2 ay ərzində pulunu qaytaracağını bildirmişdir. Bundan sonra Ələddinə 55.000 manatlıq torpaq sahəsi vermiş və 2.000 manat pul qaytarmışdır. Pandemiya ilə əlaqədar Ələddinin pulunun qalan hissəsini qaytara bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında yeni tikilmiş binalardan hazır mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə makler tanışları Şəmil və Firdovsiyə Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində onun üçün mənzil tapmalarını xahiş etmişdir. Bir neçə gün sonra Şəmil və Firdovsi onu 6-cı mikrorayonda da yerləşən ofislərinə çağırıb, Binəqədi rayonu M.Kazımovski küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binada 140 kv.m sahəsi olan 3 otaqlı mənzilin münasib qiymətə satıldığını bildirmişlər. Şəmil mənzili satan şəxsin tanışı Təqsirləndirilən şəxs olduğunu demişdir. Şəmil və Firdovsi ilə birlikdə həmin binaya getmiş, Şəmil qapını açmış və o, mənzilə baxmışdır. Mənzil demək olar ki, təmir olunmuş vəziyyətdə olduğundan mənzili bəyənmişdir. Bundan sonra Şamil, Firdovsi, İlqar və o, ofisdə görüşmüşlər. Təqsirləndirilən şəxs ilk dəfə orada görmüşdür. Söhbət zamanı İlqar mənzil anasının adına rəsmiləşdirildiyini, hazırda pul ehtiyacı olduğundan 150.000 manata satdığını bildirmişdir. İlqara bu qədər pulu olmadığını, ən çoxu 100.000 manat və bir müddət sonra da 10.000 ABŞ dolları verə biləcəyini demişdir. İlqar təcili pul lazım olduğunu deyib, onun təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra təxminən 2019-cu ilin oktyabr ayının sonlarında Şamil, Firdovsi və İlqarla birlikdə Şamilin ofisində görüşüb, "xxxx" MTK-nın M.Kazımovski küçəsində yerləşən yeni tikilinin altında yerləşən ofisinə getmişlər. Sonuncular ona MTKnın rəhbərinin Şahid2 olduğunu demilşər. Ofisdə onlar İfadə ilə görüşmüşlər, İlqar sonuncunu ofis rəhbəri kimi təqdim etmişdir. İlqar mənzilini ona satacağını İfadəyə bildirmiş, sonuncu da Şahid2 bu barədə məlumat vermişdir. Daha sonra İfadə onun sənədinin surətini götürüb 2-3 günə müqavilənin hazır olacağını bildirmişdir. Bir neçə gün sonra Firdovsi, İlqarla və Şamillə birlikdə sonuncunun ofisində görüşmüşlər. Birlikdə "xxxx" MTK-nın M.Kazımovski küçəsində yeni tikilinin altında yerləşən ofisinə getmişlər. Ofisin qarşısında İlqar ona sənədləşmə üçün 3.000 manat lazım olduğunu demiş, o, 3.000 manatı İlqara verdikdən sonra içəri keçmişlər. İlqar onun verdiyi pulu İfadəyə vermişdir. İfadə pulu alıb, sənədləri ona təqdim edərək, imzalatdırmışdır. Müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu, M.Kazımovski küçəsində "xxxx" EİM tərəfindən inşa edilmiş 62 saylı bina, 32 saylı 140 kv.m sahəsi olan 3 otaqlı mənzil onun mülkiyyətinə keçirilmiş, mənzilin ilk sahibi o, olmuşdur. Sonra Şamilgilin ofisinə qayıtmışlar. Orada Tofiq, Şəmil və Firdovsinin yanında 50.000 ABŞ dolları və 12.000 manat pulu sayaraq İlqara vermiş, qalanını da qısa müddət ərzində verəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Şamilin ofisində Firdovsi və Şamilin yanında mənzilin qalan 10.000 ABŞ dollarını İlqara vermişdir. Bundan sonra o, mənzilin giriş qapısının kilidini dəyişdirmişir. 2019-cu ilin dekabr ayında aldığı mənzilə gedərkən binanın girişində mühafizəçi ondan kimliyini soruşmuş, sonuncuya 32 nömrəli mənzilin sahibi olduğunu demişdir. Mühafizəçi həmin mənzillə bağlı problem olduğunu bildirmişdir. Həmin vaxt orada olan şəxslərlə söhbət əsnasında İlqarın həmin mənzili ondan öncə X1 öyrənmişdir. Həmin şəxslər ona müqavilələrini göstərmişlər. Müqaviləyə baxdıqda həqiqətən də İlqarın ona satdığı mənzili əvvəl başqa şəxsə satdığını görmüşdür. Dərhal İlqarla əlaqə saxlayıb, mənzilin başqa şəxsə məxsus olduğunu dedikdə, İlqar təcili pul lazım olduğundan onu aldatdığını, heç kimə bu barədə məlumat verməməsini, ya onun pulunu qaytaracağını, ya da həmin binadan yeni ev alıb verəcəyini demişdir. Bir neçə gün keçsə də, İlqar onunla görüşməyib vaxt uzatmışdır. O, məcbur olub "xxxx" MTK sahibi Şahid2la görüşmüş, sonuncu bu məsələdən xəbəri olmadığını bildirmişdir. İlqar nə onun pulunu qaytarmış, nə də ki, ona başqa ev vermişdir. Buna görə də polisə şikayət etmişdir. Hazırda da ona dəymiş ziyan ödənilməmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına kimi "xxxx" EİM-nun 6-cı mkr. M.Kazımovksi küçəsində yerləşən 58 saylı binasında komentant işləmişdir. "xxxx" EİM-nin təsisçisi Şahid2 həmyerlisidir. Onun vəzifəsi təmizliyə, kommunal xətlərə və liftə nəzarətdən ibarət olmuşdur. Onun iş yeri binanın altında yerləşən "xxxx" EİM-nin ofisi olmuşdur. Təqsirləndirilən şəxs orada işləyərkən tanımışdır. Belə ki, İlqarın "xxxx" EİM-ə məxsus 62 saylı binada anasının adına ev və qeyri-yaşayış sahəsi olmuşdur. 2019-cu ilin oktyabr ayının sonlarında ofisdə olarkən Şahid2 ona zəng edib, Təqsirləndirilən şəxs ofisə sənəd gətirib ona 3.000 manat pul verəcəyini deyib, onları götürməsini tapşırmışdır. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs yanında bir neçə şəxslə ofisə gəlib, ona sənədləri və 3.000 manat pul vermişdir. İki günən sonra Şahid2 ofisə gəlib, İlqarın ona verdiyi sənədləri və 3.000 manatı götürmüş, ona həmin puldan 100 manat pul vermişdir. Bundan 2 gün sonra Şahid2 ona müqavilə, ödəniş cədvəli və kassa mədaxil orderini verib Təqsirləndirilən şəxs götürəcəyini bildirmişdir. Həmin gün İlqar, Ələddin və yanında başqa bir kişi ilə ofisə gəlmiş və o, müqaviləni Ələddinə imza etdirmişdir. Müqaviləyə əsasən "xxxx" EİM-nin M.Kazımovski küçəsində yerləşən 62 saylı binanın 32-ci mənzili Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Müqavilədə qiymət az yazıldığından Ələddin bunun səbəbini ondan soruşduqda, bunun vergi ilə bağlı olduğunu demişdir. Daha sonra onun əmək haqqı verilmədiyindən ərizə yazıb işdən çıxmışdır. Binəqədi RPİ-nə dəvət edilərkən Ələddinə satılmış mənzil başqa şəxsə məxsus olduğunu bilmiş, əvvəllər bundan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2006-cı ildən "xxxx" EİM-nin təsisçisidir. Şahid3 isə icraçı direktordur. Şahid1 2018-ci ildən 2020-ci ilə qədər müəssisəsində nəzarətəçi (komendant) kimi çalışmışdır. 2006-cı ildən 2012-ci ilə qədər Bakı şəhəri Binəqədi rayonu, M.Kazımovski küçəsində 2 hündür mərtəbəli bina inşa etmişlər. 2006-cı ildə Təqsirləndirilən şəxs anası Zemfira nağd ödəniş etməklə həmin binalardan 2 mənzil və 1 qeyri-yaşayış sahəsi alımışdır. Binaların inşası başa çatdıqdan sonra Təqsirləndirilən şəxs mənzillərdən birini və qeyri-yaşayış sahəsini başqa şəxslərə, sonuncu mənzili yəni M.Kazımovski küçəsi bina 62, mənzil 32-ni isə 2018-ci ildə Şəfəq Quliyevaya satmışdır. 2019-cu ilin dekabr ayında ofisdə olarkən Şəfəq Quliyeva və qohumları ofisə gəlib Təqsirləndirilən şəxs onlara satdığı mənzilə başqa şəxsin gəldiyini, hətta müqavilə də təqdim etdiyini demişdir. O, bu barədə heç bir məlumatı olmadığını, icraçı direktor Şahid3la danışıb bu məsələni dəqiqləşdirəcəyini bildirmişdir. Bir neçə gün sonra Şəfəq Quliyeva müqaviləni gətirmiş, Şahid3 arxiv sənədlərini yoxladıqda Şəfəqin müqaviləsinin qanuni olduğunu, 2018-ci ildə həmin mənzilin Şəfəq Quliyevaya satdıldığı təsdiq olunmuşdur. Bundan bir neçə gün sonra əvəvllər tanımadığı Zərərçəkmiş şəxs onun yanına gəlib, İlqarın Şəfəqə satdığı mənzili ona göstərib, pul aldığını, hətta 3 min manat da komendant İfadəyə verdiyini, İfadənin ona müqavilə təqdim etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin müqavilənin saxta olduğunu, İfadənin təqdim etdiyi müqaviləni haradan əldə etdiyindən məlumatı olmadığını bildirmişdir. Ələddin müqavilədəki möhürün onların müəssisəsinə məxsus olduğunu, hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. O, özü də Ələddindən şikayət etməsini xahiş etmişdir ki, günahkar tapılıb cəzalandırılsın. Bir müddət sonra Təqsirləndirilən şəxs ofisdə onunla görüşüb İfadənin «onun evini yıxdığını», Ələddinin polisə müraciət edəcəyini bildirib, ona kömək etməsini xahiş etmiş, Ələddinin adına ev yazdırmasını, pulunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. İlqara onların binasında mənzil qalmadığını, başqa tanışlarından xahiş edib, ilkin ən az 30% ödəniş etməklə mənzil verilməsində köməklik göstərəcəyini bildirmişdir. İlqarı Yasamal rayonu ərazisində tanışının tikdiyi binadan mənzilə baxmağa göndərmiş, ancaq sonradan İlqardan bir xəbər çıxmamışdır. Söhbət zamanı İlqar hətta ona İfadənin ondan 3.000 manatdan əlavə də 5.000 manat da pul adığını demişdir. 2019-cu ilin mart ayında müəssisəyə məxsus möhür itmiş, həmin ərəfədə İfadə onların ofisində işləmiş, ola bilər ki, İfadə möhürü götürüb Ələddinə təqdim etdiyi müqaviləyə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2007-ci ildən «Zaman EİM»-nin icraçı direktoru vəzifəsində çalışır. Həmin müəssisənin təsisçisi qohumu Şahid2dur. Şahid1 2018-ci ildən 2020-ci ilə qədər onların müəssisəsində nəzarətçi işləmişdir. «Zaman EİM» tərəfindən 2006-cı ildən Bakı şəhəri Binəqədi rayonu, 6-cı mkr, M.Kazımovski küçəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi başlanmışdır. Təqsirləndirilən şəxs anası həmin binalardan 2 mənzil və 1 qeyri-yaşayış sahəsi almışdır. Mənzillərdən birini və qeyri-yaşayış sahəsini xeyli müddət əvvəl başqa şəxslərə satmışdır. Bina 62-də yerləşən 32 saylı mənzili isə İlqar 3 sentyabr 2018-ci ildə Sumqayıt şəhər qeydiyyatında olan Şəfəq Quliyevaya satmışdır. "xxxx" EİM-də mənzillərin alqı-satqısı birbaşa onun tərəfindən həyata keçirilir. Mənzillərin rəsmiləşdirilməsi işində 3cü şəxs iştirak etmir. "xxxx" EİM-də mənzilin satışı mənzil sahibinin razılıq ərizəsi alındıqdan sonra digər şəxslərin adına özgəninkiləşdirilməsi ilə həyata keçirilir. Mənzillərin özgəninkiləşdirilməsi zamanı "xxxx" EİM-nin adından müqaviləni o, özü imzalayıb, möhürləyir və imza edilməsi üçün mənzil alan şəxsə təqdim edir. Mənzil alan şəxs də öz adı və soyadının qarşısında imza atdıqdan sonra alqı-satqı prosesi baş tutmuş hesab olunur. Möhür daim ofisdə masanın siyirtməsində saxlanılır. Təxminən 2020-ci ilin yay aylarında Şahid2 ona bir ədəd müqavilə surətini göstərib, həmin müqaviləni ona Zərərçəkmiş şəxs təqdim etdiyini, onların binasından mənzili aldığını, ancaq sənədin saxta olduğunu bildirmiş və ondan bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. O, həmin müqaviləyə baxıb imzanın ona məxsus olmadığını, Zərərçəkmiş şəxs adlı şəxsi tanımadığını demişdir. Adil bildirmişdir ki, Təqsirləndirilən şəxs Ələddindən hansısa məbləğdə pul alıb və başqa şəxsə məxsus mənzili Ələddinə satıb. Daha sonra Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına şikayət etmişdir. O, prokurorluqda izahat verərkən Şahid1 əmək müqaviləsinə xitam verilməsi barədə sənədin və «Zaman EİM»-nin Binəqədi rayonu 6-cı mkr, M.Kazımovski küçəsində yerləşən 62 saylı binanın 32 saylı mənzilinin 8 sentyabr 2018-ci il tarixdə X2 barədə müqavilənin surətini təqdim etmişdir. Zərərçəkmiş şəxs təqdim edilmiş müqavilə onun tərəfindən tərtib olunmamış, o, həmin müqaviləni imzalamamış və müqaviləyə möhür vurmamışdır. Bunun kimin tərəfindən edilməsindən məlumatı yoxdur. 2019-cu ilin mart ayında müəssisəyə məxsus möhür itmiş, bu barədə BŞBPİ-nə ərizə ilə müraciət etmiş, lakin möhür tapılmadığından 2019-cu ilin aprel ayında yeni möhür düzəltdirmişdir. Möhürü Şahid1 götürdüyünü düşünür, belə ki, İfadədən başqa ofisə kənar şəxs girməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ildən tanışı Firdovsi ilə birlikdə mənzil alıq-satqısı ilə məşğul olur. Onların ofisi Bakı şəhəri Binəqədi rayonu, Kazımovski küçəsi 15-də yerləşir. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, sonuncu ilə münasibətləri yaxşıdır. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ofisə yaxınlaşıb "xxxx" EİM tərəfindən inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu, Kazımovski küçəsində yerləşən binada özünə məxsus 3 otaqlı mənzil satdığını bildirib, müştəri tapmasını xahiş etmişdir. Firdovsi ilə birlikdə həmin mənzilə baxmış, mənzilin 90% təmir olunmuş vəziyyətdə olduğunu görmüşdür. İlqar mənzili 140.000 manata satdığını, ancaq təcili satmaq istədiyindən endirim edəcəyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona mənzil almaq istədiyini demiş və o, sonuncuya İlqarın satdığı 3 otaqlı mənzili göstərmişdir. Ələddin mənzili bəyənib almağa razılaşmışdır. O, İlqara zəng edib mənzilə müştəri tapdığını demiş, sonuncu da ofisə gəlib Ələddinlə öz aralarında mənzilin qiymətini razılaşdırmışlar. Bir neçə gündən sonra 2019-cu ilin oktyabr ayının sonlarında Ələddin, Firdovsi və İlqarla görüşüb, birlikdə "xxxx" MTK-nın M.Kazımovski küçəsindəki yeni tikilinin altında yerləşən ofisinə getmişlər. Ofisdə onları Şahid1 qarşılamış, İlqar mənzilini Zərərçəkmiş şəxs satacağını demişdir. İfadə binanın çox yaxşı tikilidiyini, yaxın vaxtlarda qaz veriləcəyini deyib, mənzili tərifləmişdir. Ələddindən sənədləri alıb, 2-3 günə müqavilənin hazır olacağını bildirmiş, alqı-satqı üçün rəhbərliyin 3.000 manat tələb etdiyini bildirmiş, sənədləri götürməyə gələndə pulu da gətirməyi tapşırmışdır. Bir neçə gün sonra yenidən Ələddin və İlqar onların ofisinə gəlmiş, oradan birlikdə "xxxx" MTK-nın M.Kazımovski küçəsində yerləşən ofisinə getmişlər. O, çöldə gözləmiş, digərləri içəri keçmişdir. Təxminən yarım saatdan sonra Ələddin ofisdən çıxıb, sənədlərin hazır olduğunu və İfadəyə də 3.000 manat verdiyini bildirmişdir. Bundan sonra onların ofisə qayıtmışlar. X13 50.000 ABŞ dolları və 12.000 manat pul vermişdir. Bir müddət sonra Ələddin İlqara onların ofisində mənzilin pulunun qalan hissəsi olan 10.000 ABŞ dolları vermişdir. Təxminən 2020-ci ilin əvvəllərində Ələddin təmir işləri aparmaq üçün Firdovsi ilə birlikdə aldığı mənzilə getmişdir. Binanın mühafizəçisi onlara yaxınlaşıb, həmin mənzillə bağlı problem yaranadığını demişdir. Həmin vaxt orada olan bir neçə şəxslə söhbət edərkən, İlqarın həmin mənzili Ələddindən əvvəl Sumqayıt şəhər sakini X1 öyrənmişdir. Ələddin İlqara zəng edib nə baş verdiyini soruşmuş, sonuncu Ələddinə pulunu qaytaracağını demişdir. Həmin vaxt İfadə ofisdə olmamışdır. Sonuncunu tapmaq üçün bir neçə dəfə ofisə getsələr də, qaçıb gizləndiyindən İfadəni tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, X8 onun bacısıdır. Sonuncu ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2018-ci ildə Şəfəq ev almaq üçün kürəkəni Əhmədlə birlikdə Bakıya gəlmişdir. Bir qədər axtardıqdan sonra qohumlarının vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, M.Kazımovski küçəsində yerləşən "xxxx" EİM-nin tərəfindən inşa edilmiş 62 saylı binanın 32 saylı mənzilini satdığını eşidib, bacısı və kürəkəni ilə birlikdə həmin mənzilə baxıb bəyənmişlər. Sonra hazırda xatırlamadığı məbləğdə pulu ödəyərək mənzili almışlar. 3 sentyabr 2018-ci il tarixdə həmin binanın altında yerləşən "xxxx" EİM-nin ofisində Təqsirləndirilən şəxs satdığı mənzil bacısı Şəfəqin adına rəsmiləşdirilmiş və "xxxx" EİM tərəfindən müqavilə tərtib edilib onlara təqdim edilmişdir. Bundan sonra Şəfəq ailəsi ilə Rusiyaya qayıtmışdır. 2019-cu ilin dekabr ayında bacısı Bakıya qayıtdıqda onlar mənzilə getmiş və mənzilin qapısının qıfılının dəyişdirildiyini görmüşlər. Bu barədə ofisdə Səbuhi adlı şəxsə məlumat vermişlər. Elə həmin vaxt Zərərçəkmiş şəxs adlı şəxs ofisə yaxınlaşıb, Təqsirləndirilən şəxs həmin mənzili ona satdığını bildirmişdir. Onlar sənədlərini göstərmiş, Ələddində olan müqaviləyə baxdıqda müəyyən olunmuşdur ki, Ələddinə verilən müqavilə saxtadır. Belə ki, həmin müqavilədə Zərərçəkmiş şəxs adının yazıldığı yerdə ünvan olaraq, bacısı Şəfəq Quliyevanın qeydiyyatda olduğu Sumqayıt şəhərindəki ünvan qeyd edilmişdir. Onlar bu barədə "xxxx" EİM-nin səlahiyyətli şəxslərindən məlumat almış, arxiv sənədlərinə baxıb mənzilin bacısı Şəfəq Quliyevaya məxsus olduğunu, Zərərçəkmiş şəxs olan müqavilənin onlar tərəfindən yazılmadığını bildirmişlər. Şahid2 bildirmişdir ki, bununla bağlı Şahid1 müraciət etsinlər, ancaq o, İfadəni nə qədər axtarsa da tapa bilməmişdir. İfadə ilə telefon əlaqəsi saxlayıb, hadisə barədə məlumat verib, onunla görüşmək istədiyini bildirmiş, lakin sonuncu görüşməkdən imtina etmiş və hər dəfə müxtəlif bəhanələr gətirib vaxt uzatmışdır. Təqsirləndirilən şəxsla görüşüb bu barədə soruşuqda İlqar üzrxaqlıq edib, çətin vəziyyətə düşdüyündən bu yola əl atdığını bildirmişdir. Təqsirləndirilən şəxs onun bacısının Rusiyada yaşadığını bildiyindən, hələ uzun müddət Bakıya gəlməyəcəklərini zənn edib, İlqarın bu yola əl ataraq bacısı Şəfəq Quliyevaya satıdğı mənzili Zərərçəkmiş şəxs satdığını düşünür. Məhkəmə-sənədlərin texniki ekspertizasının 12 yanvar 2021-ci il tarixli 5/958 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və kassa mədaxil orderindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki ödəniş cədvəlindəki və kassa mədaxil orderindəki möhür əksi təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Məhkəmə-xətşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli 4/1166 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 3 sentyabr 2018-ci il tarixli 5 saylı müqavilədə «icraçı: Şahid3» qrafasındakı imza və kassa mədaxil orderində «Aldı xəzinadar» qrafasındakı imza Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə-xətşünaslıq ekspertizasının 17 mart 2021-ci il tarixli 4/244 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X4 adına olan 3 sentyabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzin «Aldı xəzinadar» qrafasındakı imza, «Zaman EİM və Şahid3 adlarından olan 3 sentyabr 2021-ci il tarixli 5 nömrəli müqavilədə «İcraçı» qrafasındakı imza və həmin müqavilə üzrə ödəniş cədvəlinin aşağı hissəsində «X11 Müəssisəsinin direktoru» qrafasındakı imza Şahid3 tərəfindən icra olunmuşdur. Məhkəmə-sənədlərin texniki ekspertizasının 14 aprel 2021-ci il tarixli 5/200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və F № KO-1 nömrəli kassa mədaxil orderindəki və X4 adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və A № LH-1 nömrəli kassa mədaxil orderindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş X4 adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və A № LH-1 nömrəli kassa mədaxil orderindəki möhür əksi təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş Zərərçəkmiş şəxs adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və F № KO-1 nömrəli kassa mədaxil orderindəki möhür əksi təqdim edilmiş X4 adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilədəki, ödəniş cədvəlindəki və A № LH-1 nömrəli kassa mədaxil orderindəki möhür əksi ilə eynilik təşkil etmirlər. İşin 2-ci cildinin 13-14-cü vərəqlərindəki "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə 1 oktyabr 2019-cu il tarixdən 4 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, sms mətnlərinin və anten məlumatlarının köçürüldüyü CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 11 noyabr 2019-cu il tarixdə sonuncusu 8 dekabr 2020-ci il tarixdə olmaqla 164 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 9 oktyabr 2019-cu il tarixdə 101 saniyə olmaqla, 10 oktyabr 2019- cu il tarixdə 17 saniyə, 10 yanvar 2019-cu il tarixdə 41 saniyə, 10 yanvar 2019-cu il tarixdə 67 saniyə, 10 oktyabr 2019-cu il tarixdə 27 saniyə olmaqla 2019-cu ilin oktyabr aynda 5 dəfə, 4 dekabr 2019-cu il tarixdə saat 17:44-də Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 108 saniyə danışıq aparılmışdır. 4 dekabr 2019-cu il tarixdə 19:36-da Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 17 saniyə danışıq aparılmışdır. 4 dekabr 2019-cu il tarixdə saat 21:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 87 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 5 dekabr 2019-cu il tarixdə 5 dəfə danışıq aparılmışdır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 6 dəfə danışıq aparılmışdır. 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 5 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 7 noyabr 2019-cu il tarixdə sonuncusu 30 noyabr 2020-ci il tarixdə olmaqla 87 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 17 dekabr 2019-cu il tarixdə sonuncusu 24 sentyabr 2020-ci il tarixdə olmaqla 6 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. İşin 2-ci cildinin 11-ci vərəqindəki "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə 1 oktyabr 2019-cu il tarixdən 4 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, sms mətnlərinin və anten məlumatlarının köçürüldüyü CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 14 yanvar 2020-ci il tarixdə sonuncusu 1 dekabr 2020-ci il tarixdə olmaqla 81 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. İşin 2-ci cildinin 43-cü vərəqəsindəki "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə 1 oktyabr 2019-cu il tarixdən 4 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, sms mətnlərinin və anten məlumatlarının köçürüldüyü CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ilki 14 oktyabr 2019-cu il tarixdə sonuncunsu 18 dekabr 2020-ci il tarixdə olmaqla 214 dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd edilən müddətlərdə danışıq aparılmamışdır. İşin 1-ci cildinin 108-ci vərəqindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 56-cı vərəqindəki «əşyanın maddi sübut hesab edilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilə, ona əlavə edilmiş ödəniş cədvəli və F № KO-1 nömrəli kassa mədaxil orderi maddi sübut kimi tanınaraq cinayət iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 152-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına rəsmi məzənnəsi nəzərə alınmaqla manatla 60.000 (altmış min) ABŞ dolları və 15.000 manat, eləcə də ödənilmiş dövlət rüsumu 30 manat pul tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətini başlanğıcı şübhəli şəxs kimi tutulduğu 4 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilməli, Təqsirləndirilən şəxs 117.030 (yüz on yeddi min otuz) manat onun xeyrinə tutulmalıdır. Maddi sübutlar: Zərərçəkmiş şəxs adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilə, ona əlavə edilmiş ödəniş cədvəli və F № KO-1 nömrəli kassa mədaxil orderi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatına sərf edilmiş 264 (iki yüz altmış dörd) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilsin, Təqsirləndirilən şəxs 117.030 (yüz on yeddi min otuz) manat onun xeyrinə tutulsun. Maddi sübutlar: Zərərçəkmiş şəxs adına yazılmış 3 sentyabr 2018-ci il tarixli 5 nömrəli müqavilə, ona əlavə edilmiş ödəniş cədvəli və F № KO-1 nömrəli kassa mədaxil orderi cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatına sərf edilmiş 264 (iki yüz altmış dörd) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1185/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1185/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver