Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1185/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində sonuncunun verəcəyi pulun müqabilində inşa edəcəkləri 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini 63000 manata sataraq əldə olunan gəlirin 70 faizini Zərərçəkmiş şəxs verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 6-də yerləşən Bakı Neftayırma zavodundakı xidməti otağında 13000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 11500 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 10000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3000 ABŞ dolları yəni 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3000 ABŞ dolları yəni 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 2000 ABŞ dolları yəni 3400 manat, xx.xx.2021ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1.7 manat olan 1150 ABŞ dolları yəni 1950 manat və sonuncu dəfə isə 2021-ci ildə tarixi istintaqa məlum olmayan vaxtda ünvan 4 ünvanında yerləşən «Təfəkkür» universitetinin qarşısında 5000 manatı, yəni ümumilikdə 55050 manat pulu aldıqdan sonra həmin pulun müqabilində tikilmiş fərdi yaşayış evini sonuncunun məlumatı olmadan 2021-ci ilin avqust ayının sonunadək hissə-hissə ödəmək şərti ilə ümumilikdə 48000 manata Şahid1 satmaqla, Zərərçəkmiş şəxs 63000 manat dəyərində olan əmlakını ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildən tanış olmuşdur. Onlar birlikdə H.Əliyev adına Bakı Neft Emalı Zavodunda işləmiş, həmin vaxtdan Azadla aralarında səmimi münasibətləri yaranmış, hər hansı düşmənçilik və ədavətləri olmamışdır. O, həmin qeyd etdiyi yerdən işdən çıxdıqdan sonra tikinti işləri ilə məşğul olmağa başlamış, onun tikinti işləri ilə məşğul olduğunu Azad da bilmişdir. 2021-ci ilin əvvələrində Zərərçəkmiş şəxs ona tikinti işlərinə girmək istədiyini, bu işləri onunla görəcəyini bildirmiş və təklifində qeyd etmişdir ki, bütün pulları Azad qoyacaq, işləri isə o görəcək, nəticədə əldə olunan gəlirin 70% Azadın, 30 % isə onun olacaqdır. Onun Azadla olan razılaşmalarına əsasən Bakı şəhərində torpaq sahəsi tapıb həmin torpağı alaraq, aldıqları torpaq sahəsində ev inşa etdirməliydilər. Evi inşa etdirib başa çatdırdıqdan sonra isə həmin evin satışını həyata keçirib sataraq qazanc əldə etməliydilər. Bu səbəbdən də o, Azadla razılaşmış, Azadın təklifi əsasında torpaq axtarmağa başlamışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu yeni massivdə yerləşən 2 sot torpaq sahəsi tapmış, Azadla birlikdə həmin torpaq sahəsinə baxdıqdan sonra torpağı alıb işlərə başlamaq qərarına gəlmişlər. Həmin torpaq sahəsini Azad etibarnamə ilə öz üzərinə götürmüş, 2021-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində tikinti işlərinə başlamış, tikinti işləri davam edərkən Azaddan müxtəlif vaxtlarda tikinti üçün Azadın işlədiyi ofisdə hissə-hissə pullar almış, o, ümumilikdə evin tikintisi üçün Azaddan 50100 manat pul almışdır. Sonuncu dəfə Azadla ünvan 4 ünvanında yerləşən Təfəkkür universitetinin qarşısında görüşərək ondan 5000 manat pul almış, həmin pulu tikintiyə görə deyil, ünvan 4 ünvanın yaxınlığında Azada məxsus evin təmiri ilə əlaqədar almışdır. Azaddan ümumilikdə 50100 manat pul almış, həmçinin, özü də həmin evin tikintisi üçün 3700 manat pul xərcləyərək daimi olaraq orada işləmişdir. Həmin pullar barədə Azadın ona verdiyi sənədi istintaq zamanı istintaqa təqdim etmiş, həmin sənəddə də göstərildiyi kimi Azad ona 50050 manat pul vermişdir. Həmin pulla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu yeni massivdə yerləşən 2 sot torpaq sahəsində 2021-ci ilin aprel ayında aldığı torpaq sahəsində 3 otaqlı mənzil tikdirib bitirmişdir. Bundan sonra Azadla qarşılıqlı razılıq əsasında evi 63000 manata satılmasını qərarlaşdırıb evin satışını elan etmişlər. Evin satışını elan etdikləri 3 ay ərzində həmin mənzilin satışını həyata keçirə bilməmişlər. Çünki, həmin evdə görüləcək işlər çox olmuş, həmin mənzili 63000 manata istəyən olmamışdır. Bundan sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında əvvəldən tanıdığı Şöhrətlə evin qiyməti barədə danışıqlar apararkən Şöhrət evin hansı qiymətə verilməsini soruşmuş, o da hal-hazırda 48000 manata müştəri olmasını bildirmişdir. Belə ki, evi almaq üçün gələn müştərilərdən evə ən çox pul təklif edən 48000 manat təklif etmişdir. Şöhrət isə ondan həmin evi 48000 manata satmaq fikirlərinin olub-olmadığını soruşmuş və bildirmişdir ki, əgər evi həmin qiymətə, yəni 48000 manata satmaq fikirləri olsa pulun yarısını indi, qalan hissəsini isə 2021-ci ilin avqust ayının sonunadək verə bilər. O da Şöhrətə Azadla danışıb ona xəbər verəcəyini bildirmiş, və həmin vaxt onun pula ehtiyacı olmuşdur. Belə ki, bir neçə ay müddətində evin tikintisi ilə məşğul olduğundan, əlavə işlər görə bilməmiş, fikirləşmişdir ki, evi satacaq qazanc əldə edəcək, həmin qazancdan da ona pul qalacaqdır. Lakin, evi 63000 manata alan olmamış, onlar ziyana getmişlər. O, fikirləşmişdir ki, bu barədə Azada məlumat verib evi Şöhrətin 63000 manata almaq istəməsini, pulunu isə avqust ayının sonunadək ödəyəcəyini bildirsin, lakin Şöhrətlə arasında olan danışığı, yəni evi Şöhrətə 48000 manata satdığını bildirməsin. O, Fikirləşmişdir ki, Azada evi 63000 manata Şöhrətə satmağını bildirib, Şöhrətə isə evi 48000 manata satsın. O, başqa yerdə işləmədiyi üçün pula ehtiyacı olmuş, bu səbəbdən də Şöhrətdən 48000 manatın bir hissəsini alıb başqa iş görüb müəyyən qazanc əldə edib ailəsini dolandırsın və Şöhrət 2021-ci ilin avqust ayında evin pulunun qalan hissəsini verəndə hər iki pulu toplayıb Azada versin. Bu işi fikirləşdikdə Şöhrətin verəcəyi təxminən 24000 manat civarında pulu avqust ayının sonunadək Azaddan xəbərsiz əlində maya edib başqa işlər görərək qazanc əldə etmək niyyətində olmuşdur. Buna görə də yenidən Şöhrətin yanına gedib onunla danışmış, evi 48000 manata satmaqla bağlı onunla razılığa gəlib 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki kafelərdən birində 1000 manat beh almışdır. Bundan sonra isə Azadla danışıb ona məlumat verərək evi tanışı olan Şöhrətin 63000 manata almaq istədiyini, 1000 manat beh aldığını, pulun bir qismini bir neçə günə, qalan qismini isə avqust ayının sonlarında verəcəyini bildirmişdir. Azad onunla razılaşmış, bundan sonra o, Şöhrətlə danışıb ona Azadın evi razılaşdıqları qaydada satmağa razı olduğunu bildirmişdir. Şöhrətlə danışıb razılaşdıqdan sonra 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki kafelərdən birində onunla görüşüb evin pulundan 22000 manatını ondan almışdır. Şöhrətdən pulu aldıqda Azadla əlaqə saxlayaraq pulun bir qismini götürməyini, öz şəxsi ehtiyaclarının olması səbəbindən xərcləyəcəyini, qalan qismini isə deyilən vaxtda götürəcəyini bildirmişdir. Lakin, Azada nə qədər pul aldığını bildirməmiş, bundan sonra bir neçə gün ərzində Şöhrət evin sənədlərini tələb etdiyindən Azadla əlaqə saxlayıb Şöhrətə etibarnamə verilməli olduğunu bildirmişdir. Azad buna etiraz etməmiş, xx.xx.2022-ci il tarixdə həmin evin Şöhrətin qızının adına sənədləşdirilməsinə dair Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığındakı 15 saylı notarial kontorda etibarnamə vermişdir. Həmin etibarnamə verildikdən bir gün sonra Şöhrət ona zəng edərək Azadın ona səsli ismarıc göndərib evə xeyir-dua verdiyini, gələcəkdə pulun yalnız onun iştirakı ilə verilməsini xahiş etdiyini bildirmişdir. Şöhrət ondan Azadın pulun bir hissəsini, yəni 23000 manatın alınmasından məlumatı olub-olmadığını soruşmuşdur. O da Şöhrətə bildirmişdir ki, Azadla özü danışıb ona izah edəcəkdir. Şöhrət isə evi qızına aldığını bildirib, buna görə də mübahisəli evi istəmədiyini, Azadla danışıb öz aralarında olan narazılığı həll etməyini istəmişdir. Bundan sonra Azad onunla əlaqə saxlamış, satılan evin pulunu Şöhrətdən onun iştirakı olmadan almamasını demişdir. Bundan sonra o, Azada onunla görüşmək istədiyini bildirmiş, Azadın yanına getmiş, Azadla söhbət zamanı Şöhrətdən 38000 manat pul aldığını və həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirib, həmin pulu qaytarmaq üçün 2021-ci ilin avqust ayının sonunadək ondan vaxt istəmişdir. Azada Şöhrətdən 38000 manat aldığını deməkdə məqsədi ondan ibarət olmuşdur ki, Azada evin 63000 manata satıldığını dediyindən ona görə də evin pulundan 38000 manat aldığını demişdir. Əslində isə o, Şöhrətdən 23000 manat pul almış, Azad evi 48000 manata satdığını bilsəydi ola bilsin ki, evin satılmasına razı olmazdı. Buna görə də Azada Şöhrətdən 63000 manat almağı barədə yalan danışmış, Azad isə xx.xx.2021-ci il tarixədək pulu ona ödəməyini, bundan sonra Şöhrətdən heç bir məbləğdə pul almamağını bildirmişdir. Bundan sonra Şöhrət avqust ayının sonlarında 20000 manat və 5000 manat olmaqla ümumilikdə evin qalan 25000 manat pulu Azada vermişdir. Bundan sonra o, satılan evdən Azada olan borcunu ödəyə bilməmiş və Azad evi Şöhrətə 63000 manata deyil 48000 manata satdığını öyrənmişdir. Azad tikdirib satdıqları evi Şöhrətə 48000 manata satılmasını bilsə də ondan 38000 manat tələb etməyə başlamışdır. Azada olan borcunu ödəmək üçün hazırda yaşadığı özünə məxsus ünvan 5 ünvanında yerləşən evi satmaq istəmişdir. Buna görə də, 2021-ci ilin sentyabr ayında Azada təklif etmişdir ki, həmin evi alsın, ona olan borcunu çıxdıqdan sonra, ona da əlavə pul ödəsin. Azad da təklifini qəbul edib həmin ünvana gəlib evə baxmış, lakin evin real dəyərindən dəfələrlə az miqdara almaq istədiyindən onunla razılaşa bilməmiş, bu səbəbdən də Azad borc qarşılığında evi almaqdan imtina etmişdir. Sonradan Azadla ona olan borcunu hissə-hissə ödəməklə bağlı razılaşmış və həmin vaxtdan da borcunu ödəmək üçün çalışmış və hal-hazıradək borcundan hissə-hissə olmaqla 7500 manat pul ödəmiş, lakin Azad həmin pulu qəbul etməkdən imtina etmişdir. Razılaşmaya uyğun olaraq vəd etdiyi bütün hərəkətləri yerinə yetirib Azadın ona ayrı-ayrı vaxtlarda verdiyi 50100 manata Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu yeni massivdə yerləşən 2 sot torpaq sahəsində 3 otaqlı ev inşa edib başa çatdırmışdır. Lakin, evin satışı prosesində evi təyin etdikləri qiymətə, yəni 63000 manata alan olmamış, evin inşasını 2021-ci ilin aprel ayında başa çatdırdıqdan sonra Zərərçəkmiş şəxsla birlikdə məsləhətləşib evi 63000 manata satışa çıxarmışlar. Buna baxmayaraq 2021-ci ilin iyul ayınadək evi həmin qiymətə sata bilməmişlər. Evi almaq üçün gələn müştərilərdən ən çox pul təklif edən 48000 manat pul təklif etmişdir. Azad evi 63000 manata deyil, 48000 manata satdığını bildikdən sonra Şöhrət ondan bu barədə soruşmuş, o da ona özünün Azadla danışıb məsələni həll edəcəyini bildirmişdir. Həmin satışa qoyulan ev 4 ay olar ki 65000 manata satılmamış, hər gün ora müştəri aparmaqdan bezmiş deyə, evin tikintisinə sərf olunan məbləğdən də ucuz qiymətə, yəni 48000 manata satılmasına razı olmuşdur. O, Şöhrətdən aldığı pulu başqa işlərinə xərcləyərək, qazanc əldə edərək, Azada olan borcunu və əldə etməli olduğu gəliri tam şəkildə vermək niyyətində olmuşdur. Beləliklə, Azadın verdiyi 50.050 manat pulun 25 min manatını Murada Şöhrət ödəmiş, 7.500 manat pulu isə o, depozit hesabına ödəmişdir. Hazırda Azada 17.500 manat borcu qalmışdır. O, Azada qarşı dələduzluq etməmiş, onların arasında sadəcə olaraq, mülki münasibətlər olmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin əvvəlindən bir yerdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya layihəsində şirkətdə işlədiyi Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəlində ona müraciət edərək, çox sərfəli bir təklifi olduğunu, torpaq alıb ev tikmək qarşılığında qazanc əldə edə biləcəklərini bildirmişdir. Murad həmin işi reallaşdırmaq üçün özünün heç bir maliyyə vəsaitinin olmadığını, onun həmin işi maliyyələşdirməyini, özünün isə bütün işlərin başında duracağını demişdir. Belə ki, aralarında olan razılığa görə usta, material, torpaq alışı və bütün digər xərcləri o, çəkməli idi. Murad isə işlərin başında dayanmalı, ustaları tapmalı, materialların alınmasını təşkil etməli, bir sözlə boş torpaq sahəsinin alınmasından, evin tikilib hazır vəziyyətə gətirilərək, satılmasına qədər bütün işlərə rəhbərlik etməliydi. Razılığa əsasən, Murad tikinti müddəti ərzində ona vaxtaşırı yazılı formada hesabatları verməli, Murad ilk hesabatı bir aydan sonra vermiş, digər ayların hesabatını isə dəfələrlə istəməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək, təqdim etməmişdir. Gəlirlə bağlı isə razılaşmışlar ki, evin satışından əldə olunan gəlirin 30%-i Muradın olsun. Hər dəfə Murada müxtəlif əsaslarla usta, material və s. pullar verdikcə, onun özünün iştirakı ilə əksər hallarda kağıza qeyd etmişdir. Beləliklə Murada cəmi 55050 (əlli beş min əlli) manat pul vermişdir. Pulları Murada müxtəlif tarixlərdə və yerlərdə, əksər hissəsini zavoddakı xidməti otağında, sonuncu 5000 (beş min) manatı isə Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi yaxınlığında vermişdir. Bu pul ilə 2021-ci ilin fevral ayından Binəqədi rayonu DSK yolu Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasından 2 sot torpaq alınmış və kürsülü formada 4 otaqlı - 104 kv/m sahəsi olan ev tikilmişdir. Evin inşası və yaşayış üçün hazır vəziyyətə gətirilməsi 2021-ci ilin iyul ayında tamamlanmış və bu zaman Murad ona tanışı Şöhrət adlı şəxsin həmin evi almaq istədiyini demişdir. Murad və makler kimi fəaliyyət göstərən Şöhrət birlikdə evin qiymətini 63000 (altmış üç min) manat kimi müəyyənləşdirmişlər. Murad ona demişdir ki, evin satılması qarşılığında Şöhrətdən 1000 (bir min) manat beh almış və pulun qalan 62000 (altmış iki min) manatını 2021-ci ilin avqust ayının sonuna qədər hissə-hissə olmaqla verəcəkdi. Bu danışıq zamanı Murada, behin özündə qalmasını, lakin bundan sonra heç bir halda onsuz pul almamasını tapşırmışdır. Murada notariusda sənədi verdikdən sonra, Şöhrətə xx.xx.2021-ci il tarixdə Votsapla səs ataraq etibarnaməni verdiyini bildirmiş və ay sonuna qədər pulu haqq hesab etmələrini, onun icazəsi olmadan Murada pul verməməyini xahiş etmişdir. Həmin səsli mesajdan bir gün sonra Şöhrət özü ona demişdir ki, Murada 1000 manat beh, daha sonra 2000 manat və sonra 35000 manat olmaqla toplam 38000 (otuz səkkiz min) manat pulu artıq vermişdir. Sonradan Şöhrət özü ona demişdir ki, o, həmin səs yazısını dinlədikdə Murada artıq 1000+2000+35000 olmaqla, ümumilikdə 38000 manat vermişdir. Yəni, səsi dinləyənədək artıq həmin məbləğləri vermiş olmuşdur. Səsi dinlədikdən sonra isə, Murada bildirib ki, Azadın göndərdiyi səs o mənanı verir ki, onun Murada verdiyi puldan onun xəbəri yoxdur. Yenə də Şöhrətin deməsinə görə, bundan sonra Murad növbəti gün onunla danışacağını demiş və xx.xx.2021-ci il tarixində iş yerinin yaxınlığında onunla görüşüb, üzrxahlıq edərək, 1000 manat beh aldıqdan sonra, icazəsi olmadan pul almayacağına söz verməsinə baxmayaraq Şöhrətdən pul almışdır. O, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini və guya ondan xəcalət çəkdiyi üçün görüşə gəlib bu sözləri dediyini bildirmişdir. Eyni zamanda avqust ayının sonunda pulu dəqiq qaytaracağını bildirmişdir. O, yenə də, insanlıq edib inanmış və avqustun sonuna qədər gözləyəcəyini demişdir. Həmin günün ikinci yarısı Şöhrət ona zəng vurub, Muradın onunla görüşdüyünü xəbər almışdır. Murada pul barədə ona məlumat verməməsini irad tutduğunu bildirmişdir. Muradın isə danışıb razı salacağı barədə vəd verdiyini qeyd etmişdir. Söhbət zamanı Şöhrət dəfələrlə Murada 38000 AZN verdiyini və yerdə qalan qalığın 25000 AZN olduğunu, həmin məbləği də ona verəcəyini demişdir. Evin əslində 63000 AZN deyil, daha ucuz satıldığını, əvvəldən yalan danışıldığı üçün bilməmiş, bilsəymiş qarşısını ala bilərmiş. Evin 48000 AZN-ə satıldığını 14 gün sonra bilmişdir. Evin qiymətini isə 63000 manat nəzərdə tutmuşdur. Məntiqlə belə çıxırmış ki, qalan məbləği - 25000 (iyirmi beş min) manatı Şöhrət verəcək. Bu söhbət zamanı artıq çox əsəbi, gərgin olduğundan Şöhrətlə əlaqə saxlayıb, ondan nə qədər pul verdiyini soruşmamışdır. Muradla görüşdən bir neçə saat sonra Şöhrət ona zəng vuraraq bildirmişdir ki, Murad ondan ümumilikdə 38000 AZN pul almışdır. Şöhrət eyni zamanda, Murada təklikdə pul verməməsi barədə səsli ismarıcını dinləyəndə, artıq Murada həmin məbləğdə pulu vermiş olduğunu, onun səsli ismarıcını dinlədikdən sonra Muradın məhz ondan xəbərsiz olaraq ondan pul almasını müəyyən etdiyini demişdir. Şöhrətin deməsinə görə, o, bu barədə Murada bildirərkən, Murad cavabında, növbəti gün ona zəng edərək həqiqəti danışacağını demiş, yəni guya 38000 manat pulu almasını etiraf edəcəyini bildirmişdir. Şöhrətlə telefonla apardıqları bu söhbətdən sonra, dəfələrlə ondan Murada nə qədər pul verdiyini soruşarkən, o, cəmi 38000 AZN olduğunu bildirirmiş. Bu danışıqdan sonra Muradın onun etibarından istifadə elədiyini başa düşmüş və tez Murada zəng vuraraq ona qarşı dələduzluq etdiyini söyləmiş və bildirmişdir ki, "sənə 1000 AZN beh aldıqdan sonra demişdim ki, mənsiz pul alma. Sən əlavə bir neçə dəfə pul almısan, sonra da Şöhrətin mənə zəng edib olanları deyəcəyini bilib, onu qabaqlamaq üçün, mənimlə görüşüb 38000 pulu aldığını etiraf etmisən”. Həmin telefon danışığı zamanı, Murada pulunu ən geci xx.xx.2021-ci il tarixədək verməsini tələb etmiş, Murad da razılaşmışdır. Muradın Şöhrətdən özbaşına pul alması ona məlum olmamışdan, daha dəqiq 1000 manat beh aldıqdan sonra, Muradla Şöhrət hər ikisi qalan 62000 manatın avqustun sonunadək tam ödəniləcəyini, lakin bu müddəti gözləmədən evin sənədinin Şöhrətin qızının adına keçirilməsinə razılıq verməyini xahiş etmişlər. Öz demələrinə görə, Şöhrət qızını həmin evə köçürəcəkmiş. Onların səmimiyyətinə inanıb, xx.xx.2021-ci il tarixdə 15 saylı notariat kontorunda etibarnamə verərək, evin Şöhrətin qızının adına rəsmiləşdirilməsinə və bununla bağlı bütün zəruri sənədləşmənin aparılmasına razılıq vermişdir. Şöhrət özü də ev makleri olmuş və onun tikdirdiyi evin ətrafındakı evləri özü tikdirib satmışdır. Muradgilin onu aldadacağını düşünmədiyi üçün, dediklərinə razılıq vermişdir. 20 avqust 2021-ci il tarixədək Murad pulu vermədiyi üçün, onun ailəsi ilə əlaqə saxlamış, ailə üzvləri Muradın harada olduğunu bilmədiklərini demişlər. 20 avqust 2021-ci il tarixdə Şöhrət ona zəng edərək qalan pulun bir hissəsinin hazır olduğunu və gəlib götürə biləcəyini demiş, həmin axşam onunla görüşmüş, Şöhrət ona 20000 (iyirmi min) manat pul vermişdir. 21 avqust 2021-ci il tarixdə Muradın evinə gedib Muradın atası, anası, qardaşı və yoldaşına Muradın etdiklərini danışaraq, Şöhrətə evin 63000 AZN-ə satıldığını və Muradın 38000 AZN götürdüyünü demişdir. Bu zaman Muradın qohumları Muradın 38000 AZN deyil, daha az məbləğ götürdüyünü və ev 63000 AZN deyil təxminən 48000 AZN-ə satıldığını bildirmişlər. Anlamışdır ki, Şöhrətlə Murad əvvəldən birləşib onun malını, pulunu ələ keçirməyi planlayıb və planlarını ardıcıl olaraq icra ediblər. Növbəti gün Şöhrətlə danışaraq, onu aldatdığını, nə üçün ona yalan danışaraq evi 63000 AZN-ə aldığını deməsini soruşmuşdur. Şöhrət bildirmişdir ki, guya Murad ondan bu barədə xahiş edibdir. Şöhrətin deməsinə görə, guya Murad dələduzluq yolu ilə ələ keçirdiyi pulunu daha yaxşı qazanc əldə edəcəyi işə qoyub, həmin qazancdan həm avqustun sonunadək onun pulunu verəcək, həm özü üçün daha çox pul qalacaqdır. Bu məqsədlə, onu daha rahat razı salmaq üçün 63000 məsələsini ortaya atıbdır. Şöhrətə, Muradın hərəkətinə şərik olduğunu və ikisinin birləşərək onun pulunu ələ keçirdiklərini bildirmiş, Şöhrətlə Muradın belə əməllərindən belə başa düşmüşdür ki, hələ də tam dəqiq məlum deyil, kim kimə nə qədər pul verib və ya bəlkə də heç nə verməyibdir. Belə vəziyyət yaratmaqla bəlkə də onun bu formada pulunu talayıb işdən kənarlaşdırmaqla evi daha yüksək qiymətə satıb faydalanmaq istəyirlər. Binəqədi ərazisində torpaq alıb ev tikməyi məhz Muradın təhriki ilə etmiş, əgər Murad onu buna təhrik etməsəydi, başqa yerdə torpaq alarmış və ya başqa işlərinə sərf edərmiş. Murad Binəqədidə bu işləri görməklə yaxşı pul qazanacaqlarını bildirmiş və bütün bunlar Muradın onun puluna əvvəldən göz dikdiyini bir daha göstərmişdir. Evin sənədinin Şöhrətin qızının adına keçirilməsini Şöhrətin özü ilə bərabər Murad da təhrik etmiş və bununla bağlı Muradın səs yazısı da olmuşdur. Murad ona dostluq, yoldaşlıq və s. kimi məsələlərlə təsir göstərmişdir ki, sənədi Şöhrətin qızının adına keçirsin. Təqsirləndirilən şəxs ümumilikdə 55050 manat pul vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən iş otağında 13000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 11.500 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 10000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 5100 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 3400 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 1950 manat və sonuncu dəfə xatırlamadığım tarixdə ünvan 7 ünvanında yerləşən Təfəkkür universitetinin qarşısında 5000 manat pul vermişdr. Pulu verməyində məqsəd Bakı şəhəri, Binəqədi rayonu DSK yolu Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasında olan 2 sot torpaq sahəsinin alınması, həmin sahədə 104 kvadratmetrlik mənzilin tikilməsi olmuşdur. Həmin mənzil tikilmiş, lakin Təqsirləndirilən şəxs onu aldadaraq həmin mənzili satmış və pulları mənimsəmişdir. Ona dəymiş maddi ziyandan cəmi 25000 manat Şöhrət tərəfindən ödənilmişdir. O da işlərdən məlumatı olduqdan sonra öz təşəbbüsü və təkidi ilə alınmış puldur. Onun məlumatı olmasaymış həmin pulu da verməyəcəkmiş. Evin qiyməti Şöhrət, o və Muradın birlikdə məsləhəti nəticəsində 63000 manat olaraq müəyyənləşdirilmiş, һna dəymiş ziyan tam olaraq 63000 manatdır. Onların hər ikisi məhz 63000 manat dəyərində olan evi ələ keçirməyi qarşılarına məqsəd qoymuşdurlar. Ev satıldıqdan sonra o, qoyduğu məbləği, yəni 55.050 manatı tam olaraq götürməliymiş, qalan məbləğin 70 faizi ona qalmalıymış, 30 faiz isə Murada çatmalı idi. Muradın Şöhrətdən tam dəqiq olaraq nə qədər pul almasını hələ də bilmir. Şöhrət ona dəfələrlə evin 63.000 manata satılmasını demişdir. Murad iş təklifini özü irəli sürmüşdür. Murada etibar etdiyi üçün ona verdiyi pullara dair hər hansı sənəd tərtib etməmiş, sadəcə olaraq kiçik bir kağızda qeydiyyat aparmışlar. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona vurulmuş maddi zərərin ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə əvvəldən tanımışdır. Muradın ev tikintisi ilə məşğul olmasını bilmiş, 2021-ci ilin iyul ayının sonralarında Murad ona evi satmasını bildirmişdir. O da özünə ev almaq istədiyi üçün Muradla həmin ev barədə danışıqlara başlamış, Murad həmin evi ona 48000 manata verəcəyini bildirmişdir. Lakin, Murad ona həmin evi Azadla 63000 manata satmaq istədiyini və Azada evi 63000 manata satması barədə məlumat verəcəyini bildirmişdir. O da nə üçün elə olduğunu soruşduqda Murad ona demişdir ki, həmin evin tikintisinə o da pul qoyub və əlavə olaraq satışdan onun da payı vardır. O da Muradın dediklərinə inanaraq onunla razılaşmış, həmin evin Murad və Azad tərəfindən şərikli olaraq tikilməsini bilmiş, sadəcə olaraq bütün səlahiyyətlər Muradda olduğu üçün ev barədə onunla danışıq aparılmışdır. İlkin olaraq 2021-ci ilin iyul ayının əvvəllərində beh olaraq Murada Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafelərdən birində 1000 manat pul vermişdir. 2021-ci ilin ortalarında isə yenidən həmin ünvanda Murada 22000 manat pul ödəmiş, bundan sonra Muraddan evin sənədlərini tələb etməyə başlamışdır. Həmin sənədlər Azadın adına olmuş, bundan sonra Murad evin sənədlərini gətirib ona vermişdir. Həmin gün Azad ona səsli mesaj göndərərək ev barədə “xeyir-dua” vermiş və pulun ona verilməsini xahiş etmişdir. Bu zaman şübhəyə düşərək Muradla əlaqə saxlamış və Azadın verilən pullardan məlumatı olmadığını bildirmişdir. Murad bunu təsdiq etmiş və Muraddan xahiş etmişdir ki, Azadla aralarında məsələni həll etsin. Murad da Azadla danışacağını bildirmiş, bundan sonra Murad ona Azadla görüşdüyünü, pulu onun götürdüyünü, başqa işlərə xərclədiyini bildirdiyini demişdir. Bundan sonra Azadla əlaqə saxlamış və Muradın onun yanına gəlib-gəlmədiyini soruşmuş, Azadda ona Muradın gəldiyini, onunla söhbət etdiyini, ondan aldığı pulları öz işlərinə xərclədiyini dediyini və əlavə olaraq qalan 25000 manat pulun avqust ayının sonunda Muradla birlikdə gəlib götürəcəyini bildirmişdir. O da Azadla razılaşmış və bundan sonra Murada heç bir ödəniş etməmiş, 2021-ci ilin avqust ayının sonlarında 20000 və 5000 manat olmaqla iki dəfəyə Azadın özünə, ümumilikdə 25000 manat ödəmişdir. Azadı aldatmamış, Muradın hərəkətləri barədə Azada şəxsən özü məlumat vermişdir. Əgər onu aldatmaq istəsəydi ona heç bir məlumat verməyərək qalan 25000 manatı ona ödəməzdi. Murad ona demişdir ki, həmin evin tikintisində o da pul qoyub və satışdan oda pul götürəcəkdir. Həmin 63000 manat puldan öz xərclədiyi və gəlirini çıxaraq evi 48000 manata satmış, bu səbəbdən də Muradla razılaşmış, Murada 23.000 manat, Azada isə 25 min manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanıyır. Belə ki, Bakı şəhərində evlərin təmir işləri ilə məşğul olur, Muradla da tanışlığı bu sahədə olmuşdur. 2020-ci ilin dekabr ayında Murad onunla əlaqə saxlayıb Nərimanov rayonu, Təbriz küçəsinin yaxınlığındakı yeni tikilidə təmir işləri gördürmək istədiyini bildirmişdir. Muradla söhbət zamanı ona məlum olmuşdur ki, ev Azad adlı şəxsə məxsusdur, evin təmir işləri ilə Murad məşğul olacaqdır. Muradla aralarında olan razılaşmaya əsasən qeyd etdiyi küçənin yaxınlığındakı yeni tikilinin 10-cu mərtəbəsində yerləşən Azad adlı şəxsə məxsus, ümumi sahəsi 52 kv.m. olan mənzili 5200 manata təmir etməliydi. Muradla razılaşmalarına uyğun olaraq 2020-ci ilin dekabr ayından həmin evin təmir işlərinə başlamış və 2021-ci ilin aprel ayının sonlarınadək həmin evin təmirini yekunlaşdırmışdır. Evin təmiri prossesi ərzində təmir materiallarının alınması və zəhməthaqqı olaraq Murad ona ümumilikdə 5200 manat pul vermişdir. Təmir işləri ilə məşğul olduğu müddətdə evin sahibi Azad adlı şəxs mütəmadi olaraq evə gəlib təmir işləri ilə maraqlanmışdır. Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsinin yaxınlığındakı yeni tikilidəki Azad adlı şəxsə məxsus evin təmiri üçün 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək Murad ona zəhmət haqqı olaraq ümumilikdə 5200 manat pul vermiş, həmin 5200 manat pulu Təqsirləndirilən şəxs hissə-hissə almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31 yanvar 2021-ci il tarixli 242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hərhansı bir psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə 214-216) Məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli, 10/1926 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 40000,0 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK уolu, Yeni yaşayış massivi, Elmar marketin yerləşdiyi yerin arxasındakı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin və həmin evin tikintisinə və təmirinə istifadə olunmuş mal-materialların keyfiyyət dərəcələrinin, standartlara cavab verib-verməməsini və istismara yararlığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyi üçün qərarla qoyulmuş suallar üzrə tədqiqat aparılmadı. (cild 02, iş vərəqə 22-25) "Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 01 ədəd fotoşəkilə baxış zamanı müəyyən edilmişdir ki, fotoşəkildə Təqsirləndirilən şəxs sifətinin bir hissəsi görünür. Bundan əlavə fotoşəkildə "Binəq” sözü qarşısında "kurs 1.7” yazısı vardır. Altında "Verd” üzərindən dairəvi formada xətlər vardır. Alt-alta "1300 A/xx.xx.2021 + 11500 A/xx.xx.2021 (ofis) +5000 A/xx.xx.2021(ofis)+4000A (torpaq qalan pulu) sonradan əlavə etdim +1000 A (beh) yadımdan çıxmışdı yazmaq +5100 AZN ($ ilə verdim) xx.xx.2021 / Orxan üzərində iki xətt, Kənana 6-cı qapıda Səbuhi verdi +5100 AZN ($ ilə verdim) xx.xx.2021 / Murada ofisimdə verdim +3400 AZN ($ ilə verdim) xx.xx.2021 / Murada öz ofisimdə verdim +1950 AZN ($ ilə verdim) 25/03/21/ Murada mən öz otağımda verdim sözləri yazıldığı müəyyən edilmişdir. (cild 01, iş vərəqə 26) "Səs yazısına baxış keçirilməsi” haqqında 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 01 "CD” diskə baxış keçirilən zaman "A Murad və Q Azad arasında notarius üçün dialoq”, "Murad-Azad watsup yazisma”. "Sohret ilk zeng ses yazisi”, "xx.xx.2021 at Muradla ilk natarius ucun gedişimiz (natarius islemedi)”, "Ərizə-səs və vatsup yazilari” və "WhatsApp Audio xx.xx.2021 at 13.00.12” adlı qovluqlar olduğu müəyyən edilmişdir. “A Murad və Q Azad arasında notarius üçün dialoq” adlı qovluğa baxış keçirilən zaman həmin qovluqda “Notarius dialoq” və "WhatsApp Audio 01.08,2021 at 10-22” adlı 02 ədəd fayl olduğu müəyyən edilmişdir. “WhatsApp Audio xx.xx.2021 at 10-22” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ev alqı-satqısı ilə bağlı danışıqlar olduğu müəyyən edilmişdir: Azad: Şöhrətdir? Murad: Hə. Azad: Nə deyir, soruşur nə edə bildin? Murad: Deyir ondan böyük mənə hədiyyə yoxdur, ad günümdə stol açacam. dəvət edəcəm, qızıma da hədiyyə verim, bir aya qədər də onsuz da ortada Elçin, xəyalə, mən varam qardaşlarım var İsmayıl dayı var hə yaxşı dedim verərəm. ( 0:00:01 - 0:00:26 san) Murad: Azad gedək davernusu verək çıxsın getsin də, orda o qətiyyətnən haa, qəti şəkildə də deyir ki, ödənişdə heç bir problem olası deyil, o (Şöhrət) da deyir ki, mən evi boşaldım qızımın (Şöhrətin qızı) da öz evi də var mənim (Şöhrətin) ordakı evim (Şöhrətin) də var deyir ikisini də satışa çıxarıram, qızımın (Şöhrətin qızı) evini ona görə satışa çıxara bilmir ki, deyir istiyirəm ki, qızım köçsün ora yoldaşı da səhərdən axşama qədər işdə olur və makler gələndə qız evdə təkdir gedib göstərə bilmir, ikisini də satışa çıxarıb ayın sonuna qədər deyir, avqust ayının sonuna qədər pulunuzu verəcəm deyir. Ayın sonuna qədər dəqiq pulunuz verəcəm deyir. Ortada da adam var idi, o gün getmişdim qardaşı (Şöhrətin) da gəlmişdi, söhbət elədik, Azad: Qardaşı kim? Feyruz? Murad: Yox, ondan balaca qardaşı, balaca da qardaşı var, o bunlarnan işləmir, yəni makler işi görmür. (0:01:40 - 0:02:33) Azad: Nə bilim igid, heç nə, eliyək deyirsən eliyək.( 0:02:49 - 0:02:51) Azad: Bazar günü hara işləyir ki, həm də bazar gününə salma da, bu gün istıyir elə? Murad: Burda var da. Qaraçuxurda burda var da Azad: Nə rasxodu olacaq onun? Murad: 15-20 manat olacaq, aparıb orda gedib alacam, mən özüm gedib ordan (Şöhrətdən) alacam. Azad: Vallahi, billahi mənim başıma gələnlərə görə mən heç vaxtı belə şeylərə getmək istəmirəm də. Murad: Azad. o.. Azad: Bilirəm ee, sənə dediyim kimi qardaş, mən başıma oqədər şeylər gəlib ki, mən uje bu şeylərin hamısına son demişəm ее, konkret son demişəm. Prosta bu adam (Şöhrət) bu boyda məsələdən sonra bu temaya gəlməməli idi, hər şeyi yenə özünə xoş tərtibatnan edir, amma bu tərəfdən içində biraz narahat olan adamı o qədər də düşünmür, gərək onu düşünsün. Biz də torpaq aldıq, 3 gün 5 gün keçdi dərhal zəng vurdu (Şöhrətin qardaşı) pulunu istədi biz onsuz, pulu vermədən ondan sənəd nə dərəcədə istiyə bilərdik?! Murad: Düzdü, bizi 3-5 gün gözlədi amma biz ondan o vaxt ərzində sənədi istəmədik (Şöhrətin qardaşından) Azad: Heç istəyə də bilmərik Murad: Adam (Şöhrət) nə deyir də, adam mənə izah edir ki, bax deyir ki, görürsüz yeznəmin də adına almıram, özümün də adına almıram, qızımın adına alıram hədiyyə vermək istəyirəm deyir (Şöhrət deyir), bu gün də deyir (Şöhrətin adından) ad günümdür (Şöhrətin), neçə gün idi ki, heç demirdi, deyir ki, bu gün səhər də baxdım facebook-da gördüm ki ad günümdür (Şöhrətin), ondan bir-iki saat keçdi zəng vurdu ki, ad günümdür (Şöhrətin), yığışacaq hamısı böyrümə, hamısı yanıma, çıxardıb hədiyyə vermək istəyirəm ki, (torpağın sənədini deyir) buyur, bu da qızım mənim sənə hədiyyəm osun, get yaşa, sağlıqnan yaşa. Köçsün ayın axırına qədər də pulunuzu verəcəm deyir.( 0:03:00 - 0:05:00) “Notarius dialoq” adlı fayla baxışa keçirilən zaman müəyyən edilmişdir ki, “WhatsApp Audio xx.xx.2021 at 10-22” saylı faylda olan səs yazısı Zərərçəkmiş şəxs tərəfindən mətn formasında tərtib edilmişdir. “Murad-Azad watsup yazisma” adlı qovluğa baxış keçirilən zaman həmin qovluqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 'LWhatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların 06 ədəd fotoşəklinin olduğu müəyyən edilmişdir. “Sohret ilk zeng ses yazisi” adlı qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin qovluqda “İkinci gorusde ses”, “Şöhrət ilə danışığımız - xx.xx.2021” və “WhatsApp Audio xx.xx.2021 at 13.00.12” adlı 03 ədəd fayl vardır. “WhatsApp Audio xx.xx.2021 at 13.00.12” adlı fayla baxış zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında ev alqı-satqısı ilə bağlı danışıqlar olduğu müəyyən edilmişdir. Həmin danışıq ümumilikdə 1 saat 01 dəqiqə 13 saniyə davam edir. Həmin danışıqların iş üçün əhəmiyyətli hissələri aşağıdakı kimidir: Azad: Bax dünən biz o boyda danışdıq, yenə mən deyirəm, bəlkə mən lap əvvəldən bilsəydim bu şey bu qədər havayı verilib. Şöhrət: Azad düzünü bilmək istiyirsən? Azad: Buyur. Şöhrət: Mən sənə konkret söz deyim də, bu (Murad) mənə gəldi hesabladı, vurduçıxdı dedi ki, mənim xərcim bu olub, Şöhrət əmi, mən burda qoyduğum pulu, mənə (Murada) düşən qazancı götürmürəm, o da onu pakrıvat eliyir, orda 3000-5000 fərq eliyir, mən (Murad) məsəlçün bu puldan istifadə eliyib işimi aşırdımsa orda qazancım (Muradın) olur, qazancımı (Murad) götürüb onu da verəcəm ora (Azada) mən (Murad) burda heç nə itirmirəm, yəni mənə də qayıtdı ki. Şöhrət əmi sən balavın qaqaşın canına bu söhbət öz aramızda qalsın, ancaq bilmək istiyirsənsə mən Azada istiyirsən özün zəng elə maraqlan, mən Azada demişəm neçiyə satmağı, mən Azaddan başqa söz gizlətmirəm. Azad: Deyib də, 63000 (altmış üç min) satmışam deyib. Şöhrət: 63000 (altmış üç min) deyib də sənə, ay sağ ol deyib də sənə, yəni mənə də dedi ki, budur Şöhrət əmi yəni budur, mən hesablamışam ki, burda çox pul itirmirəm, xeyrimdir, gözə görünmüyən puldur, şeydir, yeri gələndə bunların hamısının üstündən xətt çəkirəm, mən buyandan məsəlçün vəziyyətdən çıxdım. Mənə dedi sən qaqaşın canına, elçin emi şey elesədə bu qiyməti bilməsin mən sənə neçiyə satmışam, mənə dedi ki, bir də ki, sənə nə var, mənim şəriyim bilir mən o şəriyimə də cavabdehəm, şəriyimə başqa söz demirəm ki, olan şeyi deyirəm şəriyimnən də hesablaşacam. Azad: Heç nəyi də hesablaşmadı, gəlib hər şeyi başqa cürə dedi, 63 (altmış üç) dedi. Prosta yenə sənə deyirəm ay Şöhrət, mən sənə bir yoldaş kimi, bir birimizi 3-5 dəfə görmüşük ya görməmişik, yenə deyirəm yanan elə bil mən deyiləm sənsən, maddi cəhətdən, mən də olam çalışaram sənin qədər yanım və sənə qarşılıq dəstək olum, kömək olum, mən dünən o boyda vəziyyətə görə sənə deyirəm bu belə olub, deyirim mən gedəcəm axşam ailəsinə, heç olmasa mənə denən qardaş o evi mən havayı almışam. Şöhrət: O evi mən havayı almamışam axı. Azad: Bax neçəyə almısan, Neçəyə almısan da neçəyə? Şöhrət: Havayı deyil axı, mən pul verib ev almışam, havayı odur ki, bağışlayırlar evi.. Azad: Bildim də, bax neçəyə almısan? 48000 (qırx səkkiz min) ya 50000 (əlli min)? Bax neçəyə? Şöhrət: Qardaş bura bax, mən Murada 23000 (iyirmi üç min) pul vermişəm Azad: 23000 (İyirmi üç min). 25000 (iyirmi beş min) də mənə verəsi olacaqsan?! Şöhrət: Ay sağ ol Azad: Hansı ki, 48000 (qırx səkkiz min)-ə bəs yaxşı, yəni dörd otaqlı ev, mən Feyruzdan almışam da sənin qardaşından bu boyda xərc çəkilib sənin fikrincə 48000 (qırx səkkiz min)-ə bu insafdandır? Başa düşürəm ее sənə 30000 (otu min)-ə də verə bilərlər (0:02:22 - 0:05:25 san) Azad: Mən dünən orda (Murad gilin evində) deyirəm Murad Şöhrətdən 1000 (min) bir, 3000 (üç min)(mexaniki səf demişəm, iki min demək istəmişəm), 35000 (otuz beş min) bir alıb, obşi 38000 (otuz səkkiz min) pul alıb. Şöhrət: Bəli mən görürsən bu gün təsdiq eliyirəm, Murad alıb, budur, mən görürsən təsdiq eliyirəm ki budur mən sənə deyə bilərəm ki onu səhf başa düşüblər, Murad məndən 38000 (otuz səkkiz min) götürüb, çünki, Murad mənnən anlaşıb 38000 (otuz səkkiz minə)(0:13:08) “Şöhrət ilə danışığımız - xx.xx.2021” adlı fayla baxışa keçirilən zaman müəyyən edilmişdir ki, "WhalsApp Audio xx.xx.2021 at 13.00.12” saylı faylda olan səs yazısı Zərərçəkmiş şəxs tərəfindən mətn formasında tərtib edilmişdir. (cild 01, iş vərəqə 55-57) İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 01 mart 2022-ci il tarixli məktubundan görünür ki, 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi təyinatı ilə X3, onun vəfatından sonra isə arvadı X1 adına sənədləşdirilmişdir. (cild 01, iş vərəqə 225) “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 18 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi, 05 avqust 2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, AR-İİ№ 353090 nömrəli etibarnaməyə baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 8 ünvanında qeydiyyatda olan X5 tərəfindən səlahiyyətləri ötürülmüş ünvan 9 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 11 saylı qərarına əsasən, Bakı şəhəri Biləcəri Bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün Gülarə Məmmədovaya ayrılmış 600 kv. metr torpaq sahəsindən 150 (bir yüz əlli) kv.m torpaq sahəsini özəlləşdirməyi, həmin torpaq sahəsindən istifadəsi və sahiblik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarında, İcra Hakimiyyəti orqanlarında, Bələdiyyələr və təşkilatlar, Bələdiyyələr, fiziki və Hüquqi şəxslər qarşısında təmsil etməyi, həmin torpaq sahəsinə işıq, qaz və su xətlərini çəkməyi, bununla əlaqədar olaraq ASAN Kommunal Xidmətlərində və digər idarələrdə, müəssisələrdə, şirkətlərdə və təşkilarlarda təmsil etməyi, həmin torpaq üzərində tikinti işləri aparmağı, tikililərdən istifadə etməyi, tikinti işlərini səlahiyyətli qurumlarla razılaşmağı, qanunvericiliklə nəzərdə tutulduğu halda torpaq sahəsinin üzərindəki tikililəri mülkiyyətinə keçirməyi (özəlləşdirməyi), onunla bağlı müvafiq dövlət orqanlarında və digər qurumlarda sənədləşdirmə işlərini aparmağı və s. hüquqları 47 il 11 ay 12 gün müddətində ünvan 10 ünvanında qeydiyyatda olan X4 etibar etmişdir. Həmin etibarnamə xx.xx.2069-cu il tarixədək qüvvədədir. (cild 01, iş vərəqə 86) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs 63.000 manat dəyərində olan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi göstərilsə də, ibtidai istintaq orqanı sözügedən Binəqədi rayonu DSK yolu Yeni yaşayış massivində yerləşən mənzilin müqabilində Şahid1 25.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməsi xüsusatını nəzərə almamış və nəticədə vurulmuş ziyanın müəyyənləşdirilməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs şikayət ərizəsindən və ilkin izahatından görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayətinin törədilməsi ilə əlaqədar müraciət edərkən, artıq 25.000 manat pul ona ödənilmiş olmuşdur. (cild 01, iş vərəqə 06-09) Beləliklə, Şahid1 25.000 manat məbləğində pulu ödəməsi xüsusatı Zərərçəkmiş şəxs özü tərəfindən də təsdiqlənmiş, təkzibolunmaz faktdır. Belə olan halda, təqsirləndirilən şəxsə qarşı 63.000 manat dəyərində dələduzluq cinayətinin törədilməsi ilə əlaqədar ittiham irəli sürülə bilməz. Göründüyü kimi, Zərərçəkmiş şəxs 25.000 manat məbləğində pul Şahid1 tərəfindən ödənildiyi üçün zərərçəkmiş şəxsə 63.000 manat dəyərində maddi ziyan vurulmadığından, yəni verilmiş ittihamın həmin hissəsi ilə əlaqədar Təqsirləndirilən şəxs hərəkətlərində dələduzluq cinayətinin tərkibinin obyektiv və subyektiv əlamətləri olmadığından, dələduzluq nəticəsində vurulmuş ziyan 38.000 manat kimi qəbul olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən AR CM-in 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. AR CPM-in 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini ehtiva edir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kini aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi. - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakınin (əmlaka olan Hüququn) çıxış etməsi; - Mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. - Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. X10 5-ci bəndinə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, Məhkəmə tərkibi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, iş üzrə şahidlərin ifadələrini və yuxarıda sadalanan digər halları nəzərə alaraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 63.000 manat dəyərində külli miqdarda əmlakını deyil, 25.000 manat pulun Şahid1 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmaqla 38.000 manat pulunu dələduzluq niyyəti ilə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməli və ona AR CM-in 178.2.4-cü maddəsi ilə cəza təyin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 81) İş materiallarında olan Yevlax şəhər 1 saylı İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 104) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində hər ikisi xx.xx.2011-ci il təvəllüdlü olmaqla 2 azyaşlı övladı vardır. (cild 01, iş vərəqə 105-106) "Ödənilən pulun götürülməsi” haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənməsi üçün dəymiş maddi zərərin bir qismini, yəni 5000 manatı Nərimanov RPİ-nin İŞ-də 53 saylı xidməti otaqda istintaqa təqdim etmiş və 50 ədəd C49094172, C24042206, C46415886, C50724534, A70496914, C09506748, C83086236, A31773095, C2837505, C39375122, A9637197L A********. A66992816, A61939541, ВЮ166522, A77458094, Al 1239559, C********. A01721276, A********. A56649766, D21926848, 016383162, B********. C********. A48447962, A********. A52851394, C34144607, C51592343, C********. A8O57333O, Al 1327815, C42079716, A26488801, A34554975, A18788745, C********. A********. C56327888, A76053085, A48148314, A48588809, A********. A74827866, A68776515, A59601469, A74148004, C49557082, A34728235 seriyalı 100 manatlıq əskinaslardan ibarət həmin pul götürülmüşdür. (cild 01, iş vərəqə 101) "Ödənilən pulun götürülməsi” haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənməsi üçün dəymiş maddi zərərin bir qismini, yəni 2500 manatı Nərimanov RPİ-nin İŞ-də 53 saylı xidməti otaqda istintaqa təqdim etmiş və 25 ədəd A96543890, A98932164, A80313731, Al 1959294, A18210255, A98680202, A85924081, A04992663, A26841383, A********. 0 3596463. A********. A20240640, B04057699, D23056601, A71898936, C********. C94738423, B08493227, A13861525, A81356773, A69007523, C********. C63219286, A55728016 seriyalı 100 manatlıq əskinaslardan ibarət həmin pul götürülmüşdür. (cild 01, iş vərəqə 102) “Ödənilən pulun götürülməsindən imtina edilməsi” haqqında 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı ödənilmiş 7500 manat pul Zərərçəkmiş şəxs təqdim edilsə də, sonuncu ona dəymiş maddi zərərinin tam ödənilmədiyi üçün 7500 manatı götürməkdən imtina etmişdir. (cild 01, iş vərəqə 107) “Pulun saxlanca verilməsi” haqqında 10 fevral 2022-ci il tarixli qərardan və Bakı şəhər BPİ tərəfindən verilmiş 000104 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 7500 (yeddi min beş yüz) manat pul işin məhkəmə həllinə qədər saxlanılması üçün Bakı şəhəri BPİ-nin X14 təhvil verilmişdir. (cild 01, iş vərəqə 138) Məhkəməyə təqdim edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, 17.500 (on yeddi min beş yüz) manat pul Zərərçəkmiş şəxs adına poçt vasitəsilə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş ziyanın qismən, ümumilikdə 25.000 manat məbləğində ödənilməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materialında olan 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 127- 128) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (cild 01, iş vərəqə 172-181) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apelyasiya protesti təmin edilməmiş, “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 01, iş vərəqə 191-197) İş materiallarında olan 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 182-183) AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 05 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, saxlanılması üçün Bakı şəhəri BPİ-nin X14 təhvil verilmiş 7500 manat pul Zərərçəkmiş şəxs ödənilməlidir. Zərərçəkmiş şəxs adına poçt vasitəsilə 17.500 (on yeddi min beş yüz) manat məbləğində pulun göndərilməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid1 arasında olan səs yazılarını əks etdirən 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul vəsaiti Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, saxlanılması üçün Bakı şəhəri BPİ-nin X14 təhvil verilmiş 7500 manat pul Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş şəxs adına poçt vasitəsilə 17.500 (on yeddi min beş yüz) manat məbləğində pulun göndərilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul vəsaiti Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1185/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1185/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver