Məhkəmə qərarları › İş №1(101)-1185/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1185/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1185/2025 10.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X15 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (anası) X1, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ünvanın arxasında bacısı Məmmədova (Həsənova) Aygün Rövşən qızını xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində bacısı Məmmədova (Həsənova) Aygün Rövşən qızının kassir işlədiyi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindən yerləşən “AL” marketə gəlib bacısını iş yerində görmədiyindən sonuncunun mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, Aygün Məmmədova (Həsənova) gözəllik salonunda olduğunu bildirdikdə o, telefon vasitəsilə lokasiyasını göndərməsini tələb edərək idarə etdiyi VAZ 2108 markalı, 77-ev-608 dövlət qeydiyyat nişanlı avtomobillə gəlib bacısım götürərək icazəsiz salona getdiyi üçün iradını bildirmiş, idarə etdiyi avtomobillə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 6 ünvanına gəlmiş, 2-ci mərtəbədə yerləşən 31 nömrəli mənzillərinə qalxaraq mətbəx bıçağım götürüb gödəkçəsinin cibinə qoyaraq avtomobildə tək oturmuş bacısısmn yanına qayıtmış, idarə etdiyi avtomobili Bakı şəhəri, Xətai rayonu, Zığ yolu lb ünvanında binanın arxasına sürərək bacısını avtomobildən düşürtmüş, bacısına icazəsiz gözəllik salonuna getməyi ilə ona qarşı hörmətsizlik etdiyini deyərək iradını bildirmiş, bu zəmində aralarında yaranmış mübahisə zamanı xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ünvanın arxasında qısqanclıq zəminində qəsdən öldürmək məqsədi ilə yaşadığı mənzilin mətbəxindən götürdüyü iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici xassəyə malik tiyəsinin uzunluğu 180 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Aygün Məmmədova (Həsənova) ümumilikdə və ayrıayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarın divarının açıq yarası; döş qəfəsinin ön divarının açıq yarası; ağciyərin digər travmaları; digər dəqiqləşdirilmiş döş boşluğu orqanlarının travmaları; perikarda (ürək kisəsində) qansızma (hemoperikard) ilə ürək travması; dalağın travması; mədənin travması; ağciyər cırılmasının bərpası; perikardiotomiya (ürək kisəsinin cırılmasının cərrahi yolla bərpasıtikilməsi); diafraqma cırılmasının tikilməsi; total splenktomiya (dalağın cərrahi yolla tam çıxarılması); mədənin cırılmasının tikilməsi; Vİ-Vİİ döş fəqərələri səviyyəsində onurğa beynin zədələnməsi; aşağı ətrafların tam plegiyası (iflici yəni, zədələnmə nəticəsində iradi hərəkətlərin tam itməsi), sol ağciyərin yaralanması, döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası, sol döş qəfəsinin torakoektomiyasının yaralanması; Perikardın (ürək kisəsinin) kəsilmiş-deşilmiş yarası, dalağın kəsilmiş-deşilmiş yarası, mədənin kəsilmişdeşilmiş yarası, qarın nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraları və sol parietal (iç-üst-yan) sahənin yaralanması və 1İİ-İV dərəcəli hemorragik şok ilə nəticələnən qarının sol yarısındakı yaranın birindən böyük piyliyin xaricə eventrsiyası (bayıra çıxması) ilə qeyd olunan qarnın sol yarısında sol Vİİ-Vİİİ-İX qabırğa proyeksiyasında 3 (üç) ədəd, sol böyrəyin proyeksiyasında 1 (bir) ədəd, sağ döş qəfəsinin arxa səthində sağ kürək sümüyü səviyyəsində döş və qarın boşluqlarına nüfuz edən 01 (bir) olmaqla ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş bədən xəsarətləri yetirmiş, vurduğu bıçaq zərbələri nəticəsində zərərçəkmiş şəxsin öldüyünü zənn edərək hərəkətlərini dayandırmış, ətrafda olan şəxslərin çağırdıqları polis işçilərinin onu polis şöbəsinə aparmaqları, habelə hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunduğundan, o, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Aygün Məmmədova (Həsənova) xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, cinayətin baş verdiyi gün Aygünün işlədiyi mağazaya gedərək onu axtarmış, oradakı işçilər Aygünün bu gün işə gəlmədiyini və istirahət gününün olmasını bildirmişlər. O, Aygünə zəng edərək onun harada olmasını soruşmuşdur ki, onu həmin yerdən maşınla götürə bilsin. Aygün ona lokasiya göndərmiş, bir saata yaxın müddət ərzində Aygünün olduğu ünvanı axtarmasına baxmayaraq Aygün ilkin göndərdiyi ünvanda olmamışdır. O, Aygünlə əlaqə saxlayaraq yenidən lokasiya göndərməsini tələb etmişdir. On beş dəqiqə yol getdikdən sonra o, Aygünün olduğu yerə çatmışdır. Aygünün olduğu yerə gedən zaman maşının həm ön, həm də arxa tərəfini vurmuşdur. Bu da onu çox əsəbiləşdirmişdi. Aygün həmin vaxt gözəllik salonunda olmuşdur. O, Aygünü gözəllik salonundan götürəndən sonra onlar avtomobillə evə tərəf getmişlər. Yolda olan zaman piyada keçidində olan şəxsi az qalsın vuracaqdı, bu hal özü də onu daha çox əsəbiləşdirmiş və o, özündən çıxmışdır. Evə çatdıqda Aygün evə getməyi təklif etsə də, o, Aygünə əvvəlcə aşağıda söhbət etməli olduqlarını bildirmişdir. O, Aygünə ona bu cür hörmətsizlik etməməli olduğunu bildirmiş, Aygün də ondan üzr istəmişdir. Sonradan evə qalxıb bıçaq götürmüş, aşağı düşərək Aygünü bıçaqla vurmuşdur. Bacısını vurduğu an yadında qalmamışdır. Sadəcə onu xatırlayır ki, o, bıçağı maşının ön hissəsinə qoymuşdur ki, Aygün bıçağı görərək qorxsun və ona qarşı bir daha belə hörmətsizlik etməsin. Bir də ayılmışdır ki, Aygün yerdə uzanıb, özü isə əlini başına tutub yerdə oturmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs evə Aygünlə birlikdə çıxmamasının səbəbinin onun iki telefonundan birini internetə qoşmaqla hadisə barədə valideynlərinə bildirmək istəməsinin olduğunu, evə qalxan zaman mətbəxdən bıçağı götürdüyünü, bıçağı götürməkdə məqsədinin Aygünü qorxutmaq olduğunu, Aygünlə evdə deyil, həyətdə mübahisə etməsinin səbəbinin mübahisənin qonşular tərəfindən eşidilməsini istəməməsinin olduğunu, əvvəllər evdə mübahisə etdiklərini, Aygünü evə aparmama səbəbi olaraq adekvat səbəb deyə bilmədiyini, Aygünü vurduğu zaman özündə olmadığından ona vurduğu zərbələrin ölümcül olduğunu dərk edə bilmədiyini, Aygünü neçə dəfə vurduğunu xatırlamadığını, bıçaqla bir neçə dəfə kimisə vurduqda onun ölmə ehtimalı olduğunu dərk etdiyini, Aygünü vurmasını necə və hansı səbəbə görə dayandırdığını xatırlamadığını, maşının ön hissəsinə bıçağı qoyduqda Aygünün qaçdığını, həmin gündə olan hadisələri çox aydın şəkildə xatırlamasına baxmayaraq Aygünü vurma anını xatırlamamasının səbəbinin həmin zaman keçirdiyi emosiya partlaması ilə bağlı olduğunu, Aygünün heç vaxt ona hörmətsizlik etmədiyini, onun qüruruna toxunacaq bir söz demədiyini, bacısının ilk dəfə deyil idi ki, gözəllik salonuna getdiyini, ona gözəllik salonuna getdiyini bildirmədiyi üçün bunu hörmətsizlik kimi qəbul etdiyini, Aygünə sillə vurmaq istədiyini, lakin sillənin ona dəymədiyini, sonra evə qalxaraq bıçağı götürdüyünü, Aygünü bıçaqlamadan öncə təxminən 30 dəqiqə mübahisə etdiklərini, mübahisənin məzmununu xatırlamadığını, mübahisə zamanı Aygünə deyil, öz beynindəki fikirlərə fokuslandığından mübahisənin məzmununu xatırlamadığını,. indiyədək psixoloji problemlərinin olmadığını, Aygünü sillə ilə vurduqdan sonra bacısının qaçdığını, bu zaman bıçağı götürüb onun dalıyca getdiyini və onu bıçaqla vurduğunu bildirmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (anası) X5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, rayonda olmuşdur. Axşam ona qızının qaynı zəng edərək rayondan Bakıya gəlib-gəlmədiyimi soruşmuş, ondan bunu soruşmasının səbəbini soruşduqda o, Məhəmmədin Aygünü vurduğunu, xəsarətlərin yüngül olduğunu demişdir. Sonradan isə qızının həyat yoldaşı zəng edərək polis bölməsində olduqlarını və polislərin yalnız Aygünün valideynini içəri buraxdıqlarını bildirirərək Bakıya gəlməsini bildirmişdir. O, saat təxminən 4 radələrində rayondan Bakıya çatmışdır. Bakıya çatdıqdan sonra Aygünün vəziyyətini öyrənmək üçün xəstəxanaya və ifadə vermək üçün polis bölməsinə getmiş, həkimdən Aygünün vəziyyətini soruşduqda həkim Aygünün vəziyyətinin normal olduğunu bildirmişdir. Aygün 17 gün xəstəxanada qalmış, onlar xəstəxananı dəyişmək istəsələr də xəstəxanalardan heç biri Aygünü qəbul etməyə razılıq verməmişdir. Aygünün vəziyyəti getdikcə yaxşılaşırdı. Bu səbəbdən həkimlər onlara Aygünü evdə müalicə etmələrinin mümkün olduğunu bildirmişlər. Həkimlər müalicə yazmadılar. Onlar Aygünü 04 ay ərzində ev şəraitində sağaltmağa çalışmışlar. Hadisə günü Məhəmməd ona zəng edərək Aygünün işdə olmalı olmasına baxmayaraq işdə olmadığını bildirmiş, o, bu halın düzgün olub-olmamasını yoxlamaq üçün Aygünə zəng edərək məsələnin nədən ibarət olmasını soruşmuşdur. Aygün isə iş yoldaşı ilə növbələrini dəyişdiyini, lakin bu barədə heç kəsə məlumat verməyərək dırnaqlarını düzəltmək üçün salona getdiyini bildirmişdir. O isə Aygünə ona dediklərini Məhəmmədə deməyini bildirmişdir. Sonradan Məhəmmədə yığıb Aygünlə danışdığını demişdir. Bundan sonra Aygünə yenidən zəng edərək səhvin onda olduğunu, hər hansı yerə getdikdə xəbər verməli olduğunu bildirmişdir. Aygün xəstəxanadan çıxdıqdan sonra hadisənin necə baş verməsini soruşduqda o da eynilə Məhəmmədin dediyi kimi hadisənin necə baş verdiyini onlara danışmışdır. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, saat təxminən 6 radələrində evdə olan zaman arxa küçədən səs gəldiyini eşitmiş, aşağı düşən zaman küçədə bir qızın yerdə uzandığını görmüşdür. Qızı ilk dəfə görən zaman onu maşın vurduğunu düşünmüşdür. Təcili tibbi yardıma və polisə zəng edərək hadisə barəsində məlumat vermiş, iki dəqiqə sonra polis, ondan sonra isə təcili tibbi yardım maşını gəlmişdir. Qızın yanında bir cavan oğlan oturub əllərini üzünə tutmuşdu. Polis çatan kimi həmin oğlan qızı özünün vurduğunu bildirmişdir. Lakin həmin oğlanın üzünü görə bilmədiyindən onun hazırda məhkəmə iclasında olan şəxs olub-olmadığını təsdiq edə bilmir.

6. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

7. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun yaşadığı mənzil Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda yerləşən 1B saylı evin 6-cı mərtəbəsində yerləşir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 16:40 radələrində evdə olduğu zaman yaşadığı mənzilin arxa eyvanı tərəfdən qadın qışqırıqları eşitmiş, dərhal mənzilin arxa eyvanına çıxmış və yerdə hərəkətsiz vəziyyətdə uzanıqlı olan bir qadın görmüşdür. Həmin qadının yanında dəstəyi qəhvəyi rəngdə, təxminən 30 sm uzunluqda mətbəx bıçağı olmuşdur. Həmin qadın ətrafda olan qonşulardan kömək istəmiş və durmadan qardaşı tərəfindən bıçaqlandığınt bildirmişdir. Həmin vaxt atası Şahid1 də evdə olmuşdur. Atası təcili tibbi yardımın qaynar xəttinə zəng etmiş və ona da Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng etməsini bildirmişdir. Beləliklə, o, atası ilə birlikdə baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları və təcili tibbi yardım briqadasının həkimləri hadisə yerinə gəlmişlər. O, nə bıçaqlanan qadını, nə də hadisəni törətmiş şəxsi tanımır.

8. “Baxış keçirilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Zğı yolu, 1B ünvanında 9 mərtəbəli yaşayış binasının arxasında baş vermişdir. Hadisə yerinin ətrafında heç bir müşahidə kamerası yoxdur. Hadisə yerində qırmızı rəngli, “VAZ 2108” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin yanında ağac yarpaqlarının üzərində qanabənzər ləkələr, həmin ləkələrin yanında dəstəyi taxtadan olan mətbəx bıçağı və qadın çantası, bıçağın üzərində qanabənzər ləkələr aşkar olunmuşdur (i.v.7-11).

9. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 62 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər qarının sol yarısındakı yaranın birindən böyük piyliyin xaricə eventrsiyası (bayıra çıxması) ilə qeyd olunan qarnın sol yarısında sol Vİİ-VİU-1X qabırğa proyeksiyasında 3 (üç) yerdə sol böyrəyin proyeksiyasında 1 (bir) ədəd sağ döş qəfəsinin arxa səthində sağ kürək sümüyü səviyyəsində İ (bir) ədəd daxilə - döş və qarın boşluqlarına nüfiız edən, qarın divarının açıq yarası; döş qəfəsinin ön divarının açıq yarası; ağciyərin digər travmaları; digər dəqiqləşdirilmiş döş boşluğu orqanlarının travmaları; perikarda (ürək kisəsində) qansızma (hemoperikard) ilə ürək travması; dalağın travması; mədənin travması; ağciyər cırı İmasının bərpası; perikardiotomiya (ürək kisəsinin cırılmasının cərrahi yolla bərpası-tikilməsi); diafraqma cırılmasınm tikilməsi; total splenktomiya (dalağın cərrahi yolla tam çıxarılması); mədənin cırılmasının tikilməsi; Vİ-Vİİ döş fəqərələri səviyyəsində onurğa beynin zədələnməsi; aşağa ətrafların tam plegiyası (iflici - yəni, zədələnmə nəticəsində iradi hərəkətlərin tam itməsi), sol ağciyərin yaralanması, döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası,sol döş qəfəsinin torakoektomiyasının. yaralanması; Perikardın (ürək kisəsinin) kəsilmiş-deşilmiş yarası, dalağın kəsilmiş- deşilmiş yarası, mədənin kəsilmişdeşilmiş yarası, qam nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralan və sol parietal (iç-üst-yan) sahənin yaralanması və İİİ-İV dərəcəli hemorragik şok ilə qeyd olunan, deşilmiş-kəsilmiş yaralar deşici- kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalarla), ola bilsin ki, bıçaq (bıçaqlarla) yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Özünü müdafiə və ya qarşılıqlı mübarizə məhfumları hüquqi məhfumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Vət.A.R.Məmmədovanın bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Vət.A.R.Məmmədovanın almış olduğu xəsarətlər cərrahi işləndiyindən, saylarını, eləcə də eyni əşya və ya eyni predmetlə yetirilməyə xarakterik olubolmamasının təyini istintaq yolu ilə eləcə də hadisə vaxtı əynində olan paltarların, əşyanın və ya predmetin (bıçağın) tibbi kriminalistik müayinəsi kömək edə bilər (i.v.96-100).

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-genetik ekspertizasının 06 fevral 2025-ci il tarixli, 26/172 saylı rəyindən görünür ki, 01 (bir) ədəd bıçağın tiyəsi üzərində aşkar edilmiş qanabənzər ləkə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol ayağının aşağı hissəsində ön tərəfdə aşkar edilmiş və şərti olaraq "3" ilə işarələnmiş qanabənzər ləkə, X10m hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd qırmızı rəngli köynək, 01 (bir) ədəd mayka, 01 (bir) ədəd ağ rəngli büstqalter üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridirlər. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş 'T' və "2" nömrəli qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olmadığı müəyyən edildi. X6 hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli çəkmə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli jaket və 01 (bir) cüt corab üzərində qanabənzər ləkələr aşkar edilmədi. 01 (bir) ədəd bıçağın tiyəsi üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol ayağının aşağı hissəsində ön tərəfdə (şərti olaraq "3" ilə işarələnmiş), X6 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd qırmızı rəngli köynək, 01 (bir) ədəd mayka, 01 (bir) ədəd ağ rəngli büstqalter üzərində aşkar edilmiş qan ləkələri X12ma məxsusdur. 01 (bir) ədəd bıçağın dəstəyindən götürülmüş tədqiqat nümunəsindən, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş ”1" və "2" nömrəli qanabənzər ləkələrdən götürülmüş tədqiqat nümunəsindən, 01 (bir) ədəd ağ rəngli jaket və 01 (bir) cüt corab,X6 hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli çəkmə üzərindən götürülmüş tədqiqat nümunələrindən əldə edilmiş nəticələrə əsasən müəyyən olundu ki, həmin nümunələrin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd bıçağın dəstəyindən götürülmüş tədqiqat nümunəsindən, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş 'T' və "2" nömrəli qanabənzər ləkələrdən götürülmüş tədqiqat nümunəsindən, 01 (bir) ədəd ağ rəngli jaket və 01 (bir) cüt corab, X6 hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli çəkmə üzərindən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Qeyd: əldə edilmiş bütün nəticələrdə eyni yumurta əkizləri istisna olunur (101-109).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X22 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 dekabr 2024-cü il tarixli, 3811 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət İşindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan: hövsələsizlik, inadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonrakı dövrdə də xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kamağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılhq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan: hövsələsizlik, inadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional halında fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmiş hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan və ya fizioloji affekt vəziyyətində olmamışdır (i.v.110-114).

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 tərəfindən verilmiş məhkəmə tibbi-kriminalistika şöbəsinin 27 fevral 2025-ci il tarixli, 37/025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və bir cüt corab üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş X12ma məxsus sviterin ön hissəsində solda aşağıda 04 (dörd) ədəd, arxa hissəsində sağda 01 (bir) ədəd; maykanın ön hissəsində solda aşağıda 04 (dörd) ədəd, arxa hissəsində sağda 01 (bir) ədəd; büstqalterin arxa hissəsində sağda 01 (bir) ədəd; gödəkcənin ön hissəsində solda aşağıda 04 (dörd) ədəd, arxa hissəsində sağda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş X12ma məxsus paltarlarda aşkar edilmiş deşilmiş- kəsilmiş zədələr onun bədənində olan deşilmiş-kəsilmiş xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər və buna əsaslanaraq demək olar ki, bu zədə və ya xəsarətlər ekspertizaya edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (i.v.130-136).

13. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 3 ədəd bıçağı nəzərdən keçirib ortada qoyulmuş mətbəx bıçağını tanıyaraq Aygün Məmmədovanı həmin bıçaqla vurduğunu, bıçağı yaşadığı mənzildə mətbəxdən götürdüyünü bildirmişdir (i.v.161-162).

14. “İfadənin yerində yoxlanılması haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində göstərdiyi xüsusatları qeyd edərək hadisənin baş vermə yerini və mexanizmini əyani şəkildə göstərmişdir (i.v.165-168).

15. “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərarından görünür ki, bir ədəd dəstəyi açıq-qəhvəyi rəngli olan mətbəx bıçağı, X6 hadisə zamanı əynində olmuş bir ədəd qara gödəkçə, bir ədəd qara şalvar, bir cüt qara çəkmə, bir ədəd qırmızı rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli buzqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir cüt qara rəngli corab, ağ rəngli jaket maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanması qərara alınmışdır (i.v.169-186).

16. 21 aprel 2025-ci il tarixdə “X20” X16 məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, Məmmədova (Həsənova) Aygün Rövşən qızı xx.xx.2025-ci il tarixdə, saat 19:55-də Xətai TTYŞ vasitəsilə Anesteziologiya və reanimasiya şöbəsinə “dəqiqləşdirilməmiş hipotenziya, serebral koma” diaqnozu ilə daxil olmuş, xx.xx.2025-ci il tarixdə, saat 02:00-da ölmüşdür. Son kliniki dz:Dəqiqləşdirilməmiş serebro vaskuliyar xəstəlik. Hipotenziya. Ölüm səbəbi somatik xəstəlik olması səbəbi ilə və mərhumun yaxını X2 təqdim etdiyi iltizamnamə əsasında meyit X14 və X9 təqdim olunmamışdır.

17. Xətai rayon prokurorluğundan 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 22 oktyabr 2025-ci il tarixli, 10/MEŞ nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X7 “Qarının ön divarının çoxsaylı deşilmişkəsilmiş yaraları və döş qəfəsinin ön divarının deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ağciyərin, perikardın, (ürək kisəsinin), dalağın, mədənin, diafraqmanm Vİ-Vİİ döş fəqərələri səviyyəsində onurğa beynin zədələnməsi; aşağı ətrafların tam plegiyası (iflici yəni, zədələnmə nəticəsində iradi hərəkətlərin tam itməsi), İİİ-İV dərəcəli hemorragik şok, sağdan İV, Vİİ, soldan Vİ, Vİİ qabırğalarm sınıqları, pnevmohemotoraks aşkar edilmiş, X6 meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümün səbəbi, xəsarətlərlə ölüm arasında səbəbli əlaqənin olub-olmaması və digər xüsusatlar haqqında fikir yürütmək mümkün olmamışdır.

18. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xətai rayon prokurorluğundan daxil olmuş 24 noyabr 2025-ci il tarixdə qərardan görünür ki, Məmmədova (Həsənova) Aygün Rövşən qızının ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış 577 C-2025 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmışdır.

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2025-ci il tarixli, T926/2025 saylı rəyindən görünür ki, X7 “Qarının ön divarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və döş qəfəsinin ön divarının deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ağciyərin, perikardın, (ürək kisəsinin), dalağın, mədənin, diafraqmanm Vİ-Vİİ döş fəqərələri səviyyəsində onurğa beynin zədələnməsi; aşağı ətrafların tam plegiyası (iflici yəni, zədələnmə nəticəsində iradi hərəkətlərin tam itməsi), İİİ-İV dərəcəli hemorragik şok, sağdan İV, Vİİ, soldan Vİ, Vİİ qabırğalarm sınıqları, pnevmohemotoraks müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər kəsici-deşici alətin (ola bilsin ki, bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X6 meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından, eləcə də onun ölümü hadisədən uzun müddət sonra baş verdiyindən ölümün səbəbini və aldığı xəsarətlərlə ölüm arasında səbəbli əlaqənin olub-olmamasını hal-hazırda təyin etmək mümkün olmadı.

Hüquqi məsələlər:

20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla qəsdən adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının: 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

21. “Şübhəli şəxsin tutulması haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur (i.v.20).

22. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.44-46).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.81).

24. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.115-116).

25. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

28. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər;

29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

31. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz;

32. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz;

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2010-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

35. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2010-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

37. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146).

38. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bildiyini göstərsə də, zərərçəkmiş şəxsi vurduğu anı xatırlamadığını, onu öldürmək istəmədiyini bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələri və iş materiallarında olan sübutları tədqiq edərək əmələ hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir.

39. Belə ki, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bacısının ona demədən dırnaq ustasına getməsini əsas gətirərək zərərçəkmiş şəxsin ondan üzr istəməsinə, əlində bıçaq olmasını görərək ona yalvarmasına baxmayaraq təqsirləndirilən şəxs bacısını bıçaqla vurmuş, bundan sonra zərərçəkmiş şəxs qışqıraraq qaçmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin kürəyinə bıçaq zərbəsi vuraraq zərərçəkmiş şəxsi yerə yıxaraq zərərçəkmiş şəxsin yalvarmasına, “etmə” deməsinə baxmayaraq ona əzab verdiyini dərk edərək öz hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri endirərək onu öldürməyə cəhd etmişdir.

40. Bununla yanaşı, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verdikdən sonra müstəntiqin sualına “sonuncu zərbəni vurduqdan sonra onun öldüyünü zənn edib bıçağı kənara atıb öz hərəkətlərimi dayandırdım” kimi cavab vermişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi məhz öldürmək məqsədi ilə ona xəsarət yetirməsinə dəlalət edir.

41. O cümlədən, məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 62 nömrəli rəyi ilə də zərərçəkmiş şəxsin bədənində çoxsaylı həyati əhəmiyyətli orqanlara yetirilmiş xəsarətlərin olması təsdiq olunmuşdur.

42. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi onun üzr istəməsinə baxmayaraq bir dəfə bıçaqla vurduqdan sonra zərərçəkmiş şəxsin qaçmasına mane olaraq onu yerə yıxaraq onun yalvarışlarına məhəl qoymadan ona dəfələrlə bıçaq zərbələri vurması, onun öz hərəkətlərini zərərçəkmiş şəxsin ölməsini düşündükdən sonra dayandırması Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dəlalət edir.

43. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

44. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

45. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

46. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

47. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona AR CM-nin 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar bir ədəd dəstəyi açıq-qəhvəyi rəngli olan mətbəx bıçağı, X6 hadisə zamanı əynində olmuş bir ədəd qara gödəkçə, bir ədəd qara şalvar, bir cüt qara çəkmə, bir ədəd qırmızı rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli buzqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir cüt qara rəngli corab, ağ rəngli jaket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

48. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

49. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

50. İş üzrə mülki iddia yoxdur.

51. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

52. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar bir ədəd dəstəyi açıq-qəhvəyi rəngli olan mətbəx bıçağı, X6 hadisə zamanı əynində olmuş bir ədəd qara gödəkçə, bir ədəd qara şalvar, bir cüt qara çəkmə, bir ədəd qırmızı rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli buzqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir cüt qara rəngli corab, ağ rəngli jaket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi (həbsdə olan məhkum edilmiş təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar