Məhkəmə qərarları › İş №1(101)-1186/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1186/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1186/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamış, həmçinin, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Kazım” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Kazım” adlı şəxsin və qeyrilərinin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 71 kq 615 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 11,731 qram heroini, külli miqdarda 11 kq 11 qram tiryəki, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 8 kq 67 qram çəkidə psixotrop maddə metamfetamini və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil edilən külli miqdarda Tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edən 30 ədəd “Namadol - 225 mg” göstəricisi olan həbləri gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdikləri təlimata, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddələri əldə etmək qərarına gəldikdən sonra 27 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixə keçən gecə "xxxx" MMC-yə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi «Kia-Forte» markalı, **-AE-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gedib İran İslam Respublikasının vətəndaşı “Kazım” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddələri gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb 11,731 qram çəkidə narkotik vasitə heroini bir ədəd bükümdə olmaqla üzərində, qalan narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddələri isə idarə etdiyi «Kia-Forte» minik markalı, **-AE-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində və arxa sərnişin oturacağında daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 iyun 2023-cü il tarixdə, saat 00:05-də Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada həmin gün saat 01:50-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bağlamada külli miqdarda 11,731 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə saat 02:50-dən etibarən Baş İdarənin inzibati binasının həyətində yol vərəqəsi əsasında idarə etdiyi «Kia-Forte» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən isə avtomobilin arxa yük və arxa sərnişin yerində olan iki ədəd torba və üç ədəd plastik qabın içərisindən 52 ədəd polietilen bağlamalarda 55 kq 250 qram və 11 ədəd polietilen bağlamalarda 16 kq 365 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 71 kq 615 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 11 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 946 qram, 1002 qram, 1009 qram, 1010 qram, 1005 qram, 1001 qram, 1006 qram, 1007 qram, 1014 qram, 1000 qram, 1011 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 11 kq 11 qram spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 14 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 488 qram, 526 qram, 498 qram, 521 qram, 497 qram, 550 qram, 509 qram, 496 qram, 495 qram, 1016 qram, 997 qram, 499 qram, 473 qram, 502 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 08 kq 67 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd həbdə güclü təsir edən tramadol hidroxlorid maddəsinin miqdarı 0,225 qram təşkil edən 3 ədəd konvalyutda ümumilikdə külli miqdarda 6,75 qram çəkidə “Namadol - 225 mg” göstəricisi olan 30 ədəd qırmızı rəngli həblər və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 61 yaşı var. Hal-hazıradək siqaret istifadəçisi belə olmamış, polislər tərəfindən saxlanılmamışdır. Tanımadığı şəxslər tərəfindən tələyə salınmışdır. İtiham aktında göstərilən narkotik vasitələr və dərmanlar ondan tapılsa da, həmin narkotik vasitələr və dərmanlardan xəbəri olmamışdır. 27 iyun 2023-cü il tarixdə Rusiyanın Sibir vilayətində yaşayan “Seyid” ləqəbli dostu ona Kazım adlı şəxsin nömrəsini vermişdir. O, Kazımı heç vaxt görməmiş, tanımamışdır. Kazım ona zəng edərək dərman bağlamalarını Kürdəxanıda daş bazarının yanından götürərərək Zabrat yolunda ağaclığın yanında avtomobili saxlamasını və sonuncu ilə məkan paylaşmasını tapşırmışdır. Kazım ona həmçinin məkan paylaşdıqdan sonra həmin bağlamaların başqa şəxslər tərəfindən götürüləcəyini demişdir. Kazımdan bağlamanın içərisində nə olduğunu soruşmamışdır. O da Kazımın zəngdə dediyi ünvana gedib dərmanları götürmüşdür. Həmin ünvana getdikdən sonra bağlamalar ağ rəngli “Toyota Prado” markalı avtomobildən onun avtomobilinə yüklənmişdir. Oradan 10 metr uzaqlaşdıqdan sonra 20-ə yaxın polis əməkdaşı tərəfindən saxlanılmışdır. Dərmanları deyilən yerə çatdıracağı halda Kazımdan 3000 dollar alacağını bildirmişdir. O da banka borcu olduğu üçün sonuncu ilə razılaşmışdır. Bağlamaların içərisinə baxmamış, orada nə olduğunu bilməmişdir. O, heç vaxt narkotik istifadə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Kazım adlı şəxsin ona narkotik vasitələr və psixotrop maddələr göndərdiyini, onun da həmin maddələri Bakı şəhərinə müxtəlif yerlərə qoyub şəkillərini çəkib göndərəcəyi barədə razılaşmaları olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 iyun 2023-cü il tarixdə Ağayev X4 rayon Zabrat qəsəbəsi ərazisində saxlanılaraq Baş İdarəyə aparılmışdır. İdarədə Təqsirləndirilən şəxs üzrənə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Rafiqin üzərindən 1 büküm heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Baş İdarənin inzibati binasının həyətində Rafiqin idarə etdiyi avtomobilə baxış keçirilmiş və oradan 73 kiloqram qurudulmuş marixuana, 11 kiloqram metanfetamin, 10 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı, ağ rəngli avtomobil idarə edən şəxsdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb 3000 dollar pul qazanmaq məqsədi ilə əldə etdiyini demişdir. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 iyun 2023-cü il tarixdə saat 00:05 radələrində Ağayev X4 rayon Zabrat qəsəbəsi ərazisində saxlayaraq Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Rafiqin üzərindən 1 büküm heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Rafiq avtomobilində narkotik olduğunu bildirmişdir. Daha sonra Rafiqin idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən 73 kiloqram qurudulmuş marixuana, 11 kiloqram metamfetamin, 10 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür. Rafiqin narkotik vasitə və psixotrop maddələri ağ rəngli cip modelli avtomobildən götürdüyünü bildirdiyini demişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı, ağ rəngli avtomobil idarə edən şəxsdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb 3000 dollar pul qazanmaq məqsədi ilə əldə etdiyini demişdir. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil olmuşdur. Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra Baş İdarəyə aparmışlar. Baş İdarədə müdafiəçinin iştirakı ilə Rafiqin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rafiq cibindən bir büküm narkotik vasitə çıxararaq təqdim etmişdir. Rafiq həmin narkotik vasitələri Kazım adlı şəxsdən əldə etdiyini, həmçinin avtomobilində də nakrotik vasitələrin olduğunu bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Rafiq bildirmişdir ki, aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı, ağ rəngli avtomobil idarə edən şəxsdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb 3000 dollar pul qazanmaq məqsədi ilə əldə etmişdir. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü il ilin iyun ayında Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişlər. Xarici əlamətləri uyğun gəldiyi üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayıb Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə Rafiqin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rafiqin cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Rafiq avtomobilinin yük yerində də narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirildikdən sonra avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr 90 kiloqrama yaxın kisələrdə və plastik qablarda olmuşdur. Rafiq həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Kazım” adlı şəxsdən aldığını, narkotik vasitələri sonuncunun dediyi yerə qoyacağı halda 3000 ABŞ dolları alacağını demişdir. Rafiq həmçinin narkotik vasitələri Toyota Prado markalı avtomobildən götürdüyünü demişdir. Lakin həmin Toyota Prado markalı avtomobili müəyyən etmək mümkün olmamışdır. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. 27 iyun 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədn daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğu bildirilir. (i.v. 5) DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair» 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri satış məqsədi ilə əldə edib saxlayaraq daşıması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumat əsasında Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (i.v. 6-7) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 27 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (i.v. 82) 28 iyun 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədn daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün həmin tarixdə, saat 00:05 dəqiqədə Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında “Kia Forte” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq BNMİə aparılmış, həmin avtomobil isə duracağa yerləşdirilmişdir. (i.v. 11) 28 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:20-də (faktiki saxlanılma saat 00:05-də) Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) 29 iyun 2023-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, istintaq orqanının bütün çağırışlarına vaxtlı vaxtında gələcəyini bildirərərk barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (İ.v. 89- 93) 18 oktyabr 2023-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay, yəni 18 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (İ.v. 150-155) Məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli tarixli, 7/941 saylı rəyindən görünür ki, tədqiqata Təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 52 (əlli iki) ədəd polietilen bağlamalarda ümumi çəkisi -55250 qram və ağ rəngli sintetik torbadakı 11 (on bir) ədəd polietilen bağlamalarda ümumi çəkisi -16365 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-71615 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (İ.v 50-51) Məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2023-cü il tarixli tarixli, 6/3560 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd torbada: üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 11,731 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd torbadaki bir ədəd göy rəngli polietilen torbada 11 (on bir) ədəd selofan paketdə ayrı-ayrılıqda təmiz çəkisi 946 qram, 1002 qram, 1009 qram, 1010 qram, 1005 qram, 1001 qram, 1006 qram, 1007 qram, 1014 qram, 1000 qram, 1011 qram, ümumi təmiz çəkisi 11011 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, bir ədəd ağ rəngli polietilen torbada 14 (on dörd) ədəd selofan paketdə ayrı-ayrılıqda təmiz çəkisi 488 qram, 526 qram, 498 qram, 521 qram, 497 qram, 550 qram, 509 qram, 496 qram, 495 qram, 1016 qram, 997 qram, 499 qram, 473 qram, 502 qram, ümumi təmiz çəkisi 8067 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 11 (on bir) ədəd selofan bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 14 (on dörd) ədəd selofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş üzərində “Namadol - 225 mg” göstəricisi olan 3 (üş) ədəd konvalyutda ümumilikdə 30 (otuz) ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 6,75 qram (üzərində olan göstəriciyə əsasən 1 ədəd həbdə təsiredici maddənin miqdarı 0,225 qram) təşkil edir. Təqdim edilmiş 1 (bir) ədəd qaşığın üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi niqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Qeyd: Heroinin təmiz çəkisi - 11,731 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 11,681 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 8067 qram, tədqiqata sərf edildi - 0,700 qram, qalıq - 8066,3 qram. Tiryəkin ümumi təmiz çəkisi - 11011 qram, tədqiqata sərf edildi - 0,550 qram, qalıq - 11010,45 qram. “Namadol 225” həblərin ümumi sayı - 30 ədəd, tədqiqata sərf edildi - 3 ədəd, qalıq - 27 ədəd. (i.v 55-57) Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 5352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 160- 161) 28 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər kütləni təqdim etdi. Sonra şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, 27 (iyirmi yeddi) manat pul vəsaiti, 1 ədəd avtomobil açarı, şalvarın sol arxa cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olundu. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 13 qram oldu. Sonra həmin kütlə qablaşdırıldı. İş üzrə həməiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi də götürülmüş, pul və açar geri qaytarıldı. O, aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı, ağ rəngli avtomobil idarə edən şəxsdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb 3000 (üç min) dollar pul qazanmaq məqsədi ilə əldə etdiyini, “Kazım” adlı İran İslam Respublikası vətəndaşını Rusiya Federasiyasında yaşayan dostunun vasitəsi ilə 1 ay əvvəl tanıdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki vəya psixi təsir olunmadığını, 050 *** ** ** nömrəsini işlətdiyini, əlavə olaraq, “Kia Forte” markalı, **-AE-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (i.v 30-32) İş materiallarında olan 28 iyun 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “Kia Forte” markalı, **-AE-*** nömrəli avtomobilin yanına getmişdir. O, avtomobilin yük və arxa hissəsində saxladığı 2 ədəd narıncı rəngli, polietilen torbanı, 3 ədəd göy rəngli, plastik qabı təqdim etmişdir. Həmin torba və qabların içindən 48 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuana, 11 bükümdə tünd qəhvəyi rəngli, tiryək, 14 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamin, 30 ədəd “Namadol” həbi və 1 ədəd qaşıq aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 73 kq 470 olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 90 qram olmuşdur. Ardınca metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 8 kq 190 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 3 ədəd polietilen torbada qablaşdırılmaqla üzərində müvafiq qeydlər aparılaraq möhürlənib götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar olunmamışdır. O, bu işlərlə məşğul olması barədə yaxın qohumlarının məlumatının olmadığını və ölkə ərazisində əlbir olduğu şəxs olmadığını bildirmişdir. (i.v 36-38) 21 avqust iyun 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Whatsapp” tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 930 *** **** nömrəsi ilə və Kazım adlı İİRsı vətəndaşının istifadəsində olan +90 534 *** **** saylı nömrəsi ilə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə çoxlu sayda danışıqlarının olduğu və aralarında olan yazışmaların silindiyi müəyyən edilmişdir, Təqsirləndirilən şəxs +90 534 *** **** saylı nömrəsinə Kazım götürmüşəm çıxıram...”, “....Kazım çıxıram evdən, onda Sumqayıt tərəfə getməyim..”, “... Kazım məni işə saldın sənin adamın şərəfsiz məni satdı və sair...” məzmunlu səs yazıları göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs telefonda “Azad Bibi nəvəsi” adı ilə yaddaşa yazdığı +380 664 079 726 nömrəsi ilə mütəmadı danışıqlar aparmışdır ki, həmin şəxsin Namiq adlı şəxs olması müəyyən edilmişdir. (i.v 123) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər kütləni təqdim etdi və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. O, şəxsi axtarış zamanı göstərmişdir ki, aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı, ağ rəngli avtomobil idarə edən şəxsdən Bakı şəhərində deyiləcək yerlərə çatdırıb 3000 (üç min) dollar pul qazanmaq məqsədi ilə əldə etdiyini, “Kazım” adlı İran İslam Respublikası vətəndaşını Rusiya Federasiyasında yaşayan dostunun vasitəsi ilə 1 ay əvvəl tanıdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki vəya psixi təsir olunmadığını, 050 *** ** ** nömrəsini işlətdiyini, əlavə olaraq, “Kia Forte” markalı, **- AE-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “Kia Forte” markalı, **-AE-*** nömrəli avtomobilin yanına getmişdir. O, avtomobilin yük və arxa hissəsində saxladığı 2 ədəd narıncı rəngli, polietilen torbanı, 3 ədəd göy rəngli, plastik qabı təqdim etmişdir. Həmin torba və qabların içindən 48 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik qurudulmuş marixuana, 11 bükümdə tünd qəhvəyi rəngli tiryək, 14 bükümdə ağ rəngli psixotrop maddə metamfetamin, 30 ədəd “Namadol” həbi və 1 ədəd qaşıq aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 73 kq 470 olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 90 qram olmuşdur. Ardınca metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 8 kq 190 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 3 ədəd polietilen torbada qablaşdırılmaqla üzərində müvafiq qeydlər aparılaraq möhürlənib götürülmüşdür. 29 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalan altı ədəd sintetik torbada qablaşdırılan 11,681 qram çəkidə narkotik vasitə heroin, 71 kq 611,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 11 kq 10,45 qram çəkidə tiryək, 8 kq 66,3 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində güclü təsir edən tramadol hidroxloridin olduğu 27 ədəd “Namadol 225” həbləri və üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd qaşıq maddi sübut kimi tanınmışdır. (i.v 105- 106) 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də avtomobilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk diskprotokola əlavə edilməklə cinayət işinin materiallarında saxlanılmışdır. (i.v 162-172) 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v 162-172) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.158-159) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anadək qüvvədə olan (21 noyabr 2023-cü ilədək) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 1-ci Siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş mariuxana, 1-ci Siyahısının 19-cu bəndinə əsasən - təmiz halda 50 (əlli) qramdan artıq çəkidə narkotik vasitə tiryək, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Cinayət törədilən anadək qüvvədə olan (21 noyabr 2023-cü ilədək) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən güclü təsir edən maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 79-cu bəndinə əsasən 6 qramdan artıq çəkidə tramadol hidroxlorid tərkibli “Namadol - 225 mg” külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrdən xəbərinin olmadığını bildirərək, narkotik vasitələrə aidiyyətinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə ilk növbədə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin Təqsirləndirilən şəxs məxsus olub-olmadığını, satış məqsədilə əldə edibetməməsinin sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin ona məxsus olmamasını, avtomobilin yük və saxlanc yerində olan bağlamanın içərisində olan predmetlərdən xəbərinin olmamasını deməsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə baxış keçirilərkən onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən səs yazıları aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcə də, Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilərkən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və avtomobilə baxış protokolları, telefonuna daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış və avtomobilə baxış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini də araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs satış məqsədini təsdiq edən sübutlardan biri onda aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlıdır. Belə ki, onda 11,731 qram heroin, 71 kq 615 qram marixuana, 11 kq 11 qram tiryək, 8067 qram metamfetamin və 6,75 qram “Namadol - 225 mg” aşkar edilmiş, bu isə şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Həmçinin Təqsirləndirilən şəxs istər ifadəsindən, istərsə də narkoloji ekspertizasının rəyindən aydın olur ki, o özü narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin istifadəçisi olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də görünür ki, o, narkotik vasitələr və psixotrop maddələri Kazım adlı şəxsin dediyi yerə qoyacağı halda sonuncudan 3000 dollar alacağını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs edəcəyi hərəkətin müqabilində mənfəət, qazanc güdmüş və bu da onun satış məqsədi olmasına dəlalət edir. Verilmiş ittihamda Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi göstərilmiş və məhkəmə həmin ittihamın doğru olması qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında da göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Təqsirləndirilən şəxsin ifadəsindən də aydın olur ki, o, İran İslan Respublikasının Kazım adlı vətəndaşı ilə tanış olmuş, 28 iyun 2023-cü il tarixdə həmin şəxs ona zəng edərək narkotik vasitə və psixotrop maddə götürəcəyi, həmin narkotik vasitə və psixotrop maddə Kazımın dediyi yerə qoyacağı halda 3000 ABŞ dolları verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilən zaman telefonun “Whatsapp” tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 930 *** **** nömrəsi ilə və Kazım adlı İİR-sı vətəndaşının istifadəsində olan +90 534 *** **** saylı nömrə ilə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə çoxlu sayda danışıqlarının olduğu və aralarında olan yazışmaların silindiyi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs telefonda “Azad Bibi nəvəsi” adı ilə yaddaşa yazdığı +380 664 079 726 nömrəsi ilə mütəmadı danışıqlar aparmışdır ki, həmin şəxsin Namiq adlı şəxs olması müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Kazım adlı şəxs narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Rafiq Ağğayevin əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar tamamilə və ya qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 28 iyun 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və avtomobilinin yük və saxlanc yerindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 11,681 qram çəkidə narkotik vasitə heroin, 71611,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 11010,45 qram çəkidə tiryək, 8066,3 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində güclü təsir edən tramadol hidroxloridin olduğu ümumi çəkisi 6,75 qram olan 27 ədəd “Namadol 225” həbi və üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd qaşıq məhv edilməli, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (yüz səksən) manat manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun həbsə alındığı vaxtdan, yəni 28 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və avtomobilinin yük və saxlanc yerindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 11,681 qram çəkidə narkotik vasitə heroin, 71611,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 11010,45 qram çəkidə tiryək, 8066,3 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində güclü təsir edən tramadol hidroxloridin olduğu ümumi çəkisi 6,75 qram olan 27 ədəd “Namadol 225” həbi və üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd qaşıq məhv edilsin, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon özünə qaytarılsın. İş üzrə məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri «Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar