Məhkəmə qərarları › İş №1(101)-1187/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1187/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1187/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ulduz laqerində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur.

İşin faktiki halları

1. Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 08:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Ulduz” düşərgəsində yerləşən fərdi yaşayış evinin yataq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Şahid3 ilə mobil telefon əlaqəsi yaratmasını və küçədə danışdığını görüb onunla yaxın münasibət saxlamaqla danışdığından şübhələndiyini irad tutması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münasibətlərinin pozulması zəminində mübahisə zamanı Rüstəm İsmayılov qəsdən qisas almaq üçün mətbəxdəki dolabdan götürdüyü zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxsmn arxa baş, bel və dirsək nahiyyələrindən qəsdən vuraraq ona ənsə nahiyyəsinin bir ədəd, sol dirsək nahiyyəsinin bir ədəd kəsilmiş yaralan kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa tüngül dərəcəli zərərvurmaya aid xəsarətlər, eyni zamanda sol tərəfli hemapnevmototksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə (döş boşluğuna) nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnib həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş şəxs X2 qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

2. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Çinarəyə bir dəfə bıçaqla vuraraq yüngül xəsarət yetirmişdir. Bununla da o, AR CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab olunmalıdır. O, Çinarə ilə faktiki nikah münasibətlərində olmuşdur. Əvvələr də Çinarənin qonşuları Samirlə yazışmalarını tutmuşdur. Həmin vaxt ona narazılığını bildirərək rayona getmişdir, qayıtdıqdan sonra ona bir daha belə hərəkətlərə yol verməməsini bildirmişdir. Çinarənin yenə Samirlə danışdığını gördükdə onu yoxlamağa qərar vermişdir. Hadisə günü tövlədə gizlənərək Çinarəni izləmiş və onun həyətdə qonşusu Samirlə danışdığını görmüşdür. Onların danışığı təxminən 40 saniyə çəkmişdir. Evin içini görə biləcəyi digər tövlədən baxdıqda Çinarənin bəzəndiyini görmüş və əsəbiləşmişdir. Bundan sonra evə daxil olaraq Çinarədən nə baş verdiyini soruşduqda Çinarə Samirdən pul istədiyini bildirmişdir. Bu zaman o, əsəbiləşərək Çinarəni sillələmşdir. Çinarə onun ayaqlarından tutaraq döyməməsini xahiş etmişdir. Daha sonra o, digər otaqdan bıçaq gətirərək bir dəfə Çinarənin qoltuqaltı nahiyəsindən vurmuşdur. Daha sonra evdən çıxaraq Çinarənin atası ilə söhbət etməyə getmiş, Çinarənin atası ilə söhbət edən zaman Çinarənin qaçaraq anasıgilə getdiyini görmüşdür. O, Çinarənin anasıgilə onun arxası ilə getdikdə anasıgilin həyətində Çinarəni yenə sillə ilə vurmuşdur. Lakin həmin vaxt əlində bıçaq olmamışdır. Anası Çinarə üçün təcili tibbi yardım çağırmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir.

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bəzi şəxsi ehtiyaclarını qarşılamaq üçün bir nəfərdən borc almış, həmin şəxs borcunu ondan istədikdə o, qonşusu Samirdən onlara olan borcunu qaytarmasını tələb etmişdir ki, özü digər şəxsə olan borcunu qaytara bilsin. Yoldaşı Ruslan belə xırda ehtiyaclarını bildikdə əsəbləşib onu döydüyündən o, belə şeyləri Ruslandan gizlədirmiş. Hadisə günü Samirlə hasarın üzərindən pul məsələsi ilə bağlı danışdıqdan sonra o, evə gəlmiş və valideynlər iclasına gedəcəyi üçün özünü səliqəyə salaraq bəzənməyə başlamışdır. Bu ərəfədə Ruslan otağa gələrək onu döyməyə başladı və onu bir dəfə qoltuqaltı nahiyəsindən bıçaqla vurmuşdur. Ruslan evdən çıxdıqdan sonra o, anasıgilə qaçmışdır. Anasıgil 15 ildir ki, Ruslanla birlikdə olduqları üçün onu danışdırmırlarmış. Anasıgilin həyətində olan zaman Ruslan oraya gəlmiş, o, Ruslanı görərək qaçmağa başlamışdır. Evin arxa tərəfinə qaçmış, Ruslan da onun arxası ilə gələrək onu təpikləmişdir. Həmin vaxt onun bıçaq xəsarətindən aldığı yaradan qan axırdı. Onu təpiklədikdən sonra Ruslan çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

4. Şahidlər Şahid2, Şahid1, Şahid3, Şahid4 və X6 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.

5. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ulduz” laqerində yerləşən fərdi yaşayış evidir. Tikilinin içərisində mətbəx yerləşir, mətbəxdən digər otağa daxil olduqda yataq otağı yerləşir. Mətbəxdə yerdə xalçanın üzərində və yerə vurulmuş metlaxda qan izləri vardır (cild 01; i.v.6-9).

6. “Təqdim etmə və götürmə barədə” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixli hadisə ilə bağlı bir ədəd qara rəngli bıçağı istintaqa təqdim etmiş, həmin bıçaq müstəntiq tərəfindən götürülmüşdür (cild 01; cild 01; i.v.18-19).

7. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X16 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 1273 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol tərəfli hemapnevmototksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, ənsə nahiyəsinin bir ədəd, sol dirsək nahiyəsinin bir ədəd kəsilmiş yaralan deşici-kəsici təsirə malik alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmiş, torənmə müddətləri onun Sabunçu tibb mərkəzi publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən - sol tərəfli hemapnevmototksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağir dərəcəli zərərvurmaya, ənsə nahiyəsinin bir ədəd, sol dirsək nahiyəsinin bir ədəd kəsilmiş yaralan isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (cild 01; i.v.102-104).

8. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X16 tərəfindən verilmiş maddi sübutların ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 736/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0-/İ/.(şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus don, gecə köynəyi (kombinasiya) və bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qana qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa, beta aqqlyutinləri də alındı. Beləliklə, bu qan ləkələri Oalfa, beta /İ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01; i.v.140-143).

9. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X16 tərəfindən verilmiş məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 521/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun arxa səthinin sağ nahiyəsində bir ədəd və gecə pinuarın arxa səthinin sol nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus don və gecə pinuarı üzərində olan hərəsində bir ədəd deşilmiş-kəsilmiş zədə, təqdim edilmiş bıçağın tiyəsi əyilmiş, ucu sınmış vəziyyətdə olduğundan eksperiment aparılmadı - heç bir fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs məxsus don və gecə pinuarı üzərində olan zədələr onun bədəni üzərində olan xəsarətlərin üst-üstə düşməsi barədə Ç.R. Behbudovaya məxsus tibbi rəyi göndərildikdən sonra bu suala cavab vermək mümkün olacaq. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 01; i.v.145-149).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X16 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 3248 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, R.T. İsmailov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamı, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmidir. Təqsirləndirilən şəxs primitiv şəxsin aksentuasiyası qeyd edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda və cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01; i.v.151-153).

11. “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərarından görünür ki, bir ədəd bıçaq, bir ədəd boz rəngli don və bir ədəd qırmızı rəngli köynək maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər RPİnin maddi sübutların saxlanılma yerinə təhvil verilməsi qərara alınmışdır (cild 02; i.v.4-21).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

12. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Çinarəyə bir dəfə bıçaqla vuraraq yüngül xəsarət yetirmişdir. Bununla da o, AR CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab olunmalıdır. O, Çinarə ilə faktiki nikah münasibətlərində olmuşdur. Əvvələr də Çinarənin qonşuları Samirlə yazışmalarını tutmuşdur. Həmin vaxt ona narazılığını bildirərək rayona getmişdir, qayıtdıqdan sonra ona bir daha belə hərəkətlərə yol verməməsini bildirmişdir. Çinarənin yenə Samirlə danışdığını gördükdə onu yoxlamağa qərar vermişdir. Hadisə günü tövlədə gizlənərək Çinarəni izləmiş və onun həyətdə qonşusu Samirlə danışdığını görmüşdür. Onların danışığı təxminən 40 saniyə çəkmişdir. Evin içini görə biləcəyi digər tövlədən baxdıqda Çinarənin bəzəndiyini görmüş və əsəbiləşmişdir. Bundan sonra evə daxil olaraq Çinarədən nə baş verdiyini soruşduqda Çinarə Samirdən pul istədiyini bildirmişdir. Bu zaman o, əsəbiləşərək Çinarəni sillələmşdir. Çinarə onun ayaqlarından tutaraq döyməməsini xahiş etmişdir. Daha sonra o, digər otaqdan bıçaq gətirərək bir dəfə Çinarənin qoltuqaltı nahiyəsindən vurmuşdur. Daha sonra evdən çıxaraq Çinarənin atası ilə söhbət etməyə getmiş, Çinarənin atası ilə söhbət edən zaman Çinarənin qaçaraq anasıgilə getdiyini görmüşdür. O, Çinarənin anasıgilə onun arxası ilə getdikdə anasıgilin həyətində Çinarəni yenə sillə ilə vurmuşdur. Lakin həmin vaxt əlində bıçaq olmamışdır. Anası Çinarə üçün təcili tibbi yardım çağırmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

14. “Şübhəli şəxsin tutulması haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 20:30-da tutulmuşdur (cild 01; i.v.34).

15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 4(003)- 391/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.79-83).

16. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01; i.v.97).

17. AZE 12678893 və AZE 12678894 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü (X7) və xx.xx.2012ci il təvəllüdlü (X5) uşaqları vardır (cild 01; i.v.134-135).

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 17 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.3-cü maddəsinə əsasən həmin maddəi ilə cinayət məsuliyyətindən azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzaısnın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 01; i.v.178-180).

19. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(003)- 122/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 01; i.v.190-192).

20. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(003)- 47/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla, 07 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.220-224).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

21. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

22. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

23. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

24. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

25. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

28. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

29. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

30. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146).

31. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi vuraraq onun sağlamlığına ağır deyil, yüngül xəsarət yetirdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs və şahid ifadələrini, o cümlədən, bu kateqoriya işlər üzrə ən önəmli sübut növü hesab olunan məhkəmə-tibbi ekspertizasının rəyini nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini onun ağır cinayət əməlində ittiham olunmaqdan boyun qaçırmasına və öz məsuliyyətini yüngülləşdirməyə cəhd etməsinə yönəlmiş ifadə kimi qiymətləndirir.

32. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bildirmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində övladları ilə birlikdə yaşadığı evdən çıxmış və Çinarəyə uşaqları məktəbə qoyandan sonra işə gedəcəyini bildirmişdir. O, həmin gün övladlarını məktəbə qoymuş, lakin işə getməyərək, geri, yaşadığı evə tərəf qayıtmışdır. Evin hasarından tullanaraq həyətyani sahədə olan toyuq hininin içərisində gizlənmişdir. Təxminən 10-15 dəqiqə sonra Çinarə evdən həyətyanı sahəsinə çıxıb, hasara yaxınlaşmış və hasarın o biri tərəfində isə qonşu Samir öz yaşadığı evin həyətyani sahəsindən onun arvadı ilə söhbət etməyə başlamışlar. Onların hansı mövzuda söhbət etdiklərini eşidə bilmirmiş. Çinarə ilə Samir bir az söhbət etdikdən sonra Çinarə evin içərisinə getmişdir. O, bəlkə Samirin öz həyətlərindən çıxıb, onun evinə gələr deyə bir müddət gözləmişdir. Lakin Samir gəlməmişdir. Bir neçə dəqiqə sonra o, hindən çıxaraq, həyətdə olan digər hinə keçmək istəyərkən, orada olan toyuqlar səs küy saldıqları üçün Çinarə pəncərədən baxaraq onu görmüşdür. O, evin içərisinə girmiş və Çinarə yenə pul söhbətinə görə söhbət etdiklərini demişdir. Bu zaman o, əsəbiləşib, təpiklə Çinarənin sifətinə bir dəfə vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra mətbəxdə olan dolabdakı bıçağı götürüb, Çinarənin bir dəfə ənsə nahiyəsindən və bir dəfə də belindən bıçaqla vurmuşdur.

33. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 08 radələrində Ruslan uşaqları məktəbə aparmış, oradan da işə gedəcəyini demişdir. O, ailəsini yola saldıqdan sonra həyəti süpürmüş, sonra evin içərisinə daxil olmuşdur. Həmin vaxt qonşu Samir öz həyətlərində telefonla danışırmış. O, Samirə səslənmiş və yenə pulu nə vaxt çatdıracağını soruşmuş, Samir də yaxın zamanda verəcəyini demişdir. Həmin vaxt birbirilərini görmürmüşlər, səslərini eşidirmişlər. Sonra o, evin içərisinə daxil olmuş və qısa müddət sonra toyuqların səsini eşitmişdir. Pəncərədən baxarkən Ruslanın həyətdə olduğunu görmüşdür. Ruslan içəri gəlib, “səni tutdum” ifadəsini işlətmişdir. Sonra evə daxil olmuş və o, ərində nə baş verdiyini soruşduqda, Ruslan guya onun Samir ilə danışdıqlarını demişdir. O, yenə pul söhbətinə görə Samir ilə danışdığını desə də, Ruslan inanmamış və bunun üstündə aralarında mübahisə yaranmışdır. Ruslan təpiklə onun belindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Sonra Ruslan mətbəx otağına keçib, dolabdan bıçağı götürüb, onun boynunun arxa və bel nahiyələrimdən bıçaqla xəsarət yetirmişdir. Onun huşu özündə olmuş, xəsarət aldığı yerlərdən qan gəlməyə başlamışdır.

34. Göstərilən xüsusatlar ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri ilə də öz təsdiqini tapmışdır.

35. Bundan savayı iş materiallarına əlavə edilmiş Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X16 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 1273 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol tərəfli hemapnevmototksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, ənsə nahiyəsinin bir ədəd, sol dirsək nahiyəsinin bir ədəd kəsilmiş yaraları deşici-kəsici təsirə malik alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmiş, torənmə müddətləri onun Sabunçu tibb mərkəzi publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən - sol tərəfli hemapnevmototksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağir dərəcəli zərərvurmaya, ənsə nahiyəsinin bir ədəd, sol dirsək nahiyəsinin bir ədəd kəsilmiş yaralan isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər.

36. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsnin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər.

37. Göründüyü kimi, zərərçəkmiş şəxsdə aşkar olunan bədən xəsarətlərindən döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaranın sağlamlığa ağir dərəcəli zərərvurmaya aid olması tibb sahəsində ekspert rəyi ilə müəyyən edildiyindən və bu kimi hallarda yalnız xüsusi biliyə malik olan şəxs tərəfindən verilmiş rəy mötəbər sübut kimi qiymətləndirildiyindən məhkəmə təqsirləndirilən şəxsin arqumentini tam əsassız hesab edir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

39. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, müvafiq ekspert rəyi, zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

40. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

41. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

42. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (AR CM 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

43. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

44. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, barəsində AR CM-nin 221.2.1-ci maddəsi ilə ibtidai istintaqın aparıldığı dövrdə AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini (nəzərə alınsa ki, həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir), ona AR CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad olunmasına baxmayaraq ona tətbiq edilmiş güzəştdən nəticə çıxarmayaraq daha ağır cinayət əməlini törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etməyərək onun şəxsiyyətinin ictmai-təhlükəli olması qənaətinə gəlir.

45. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.

46. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

47. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar Bakı şəhəri Xəzər RPİ-də saxlanılan bir ədəd bıçaq, bir ədəd boz rəngli don və bir ədəd qırmızı rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

48. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

49. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

50. İş üzrə mülki iddia yoxdur.

51. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

52. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

53. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-Bakı şəhəri Xəzər RPİ-də saxlanılan bir ədəd bıçaq, bir ədəd boz rəngli don və bir ədəd qırmızı rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 660 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar