Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1188/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, Müdafiəçi – Bakı Şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı var, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı stintaq təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 20 radələrində ünvan 3 ünvanının qarşısından keçərkən həmin yerdə tanışı Zərərçəkmiş şəxs görüb sonuncunun eşitməyəcəyini zənn edərək asta səslə “iş verən” dedikdə, Zərərçəkmiş şəxs işlətdiyi sözə görə onun qarşısını kəsib irad bildirərək onunla mübahisə etmiş, Zərərçəkmiş şəxs mübahisəyə son qoymasını, eləcə də sonuncuya kənara çəkilib sakit formada münasibətlərə aydınlıq gətirməsini tələb etsə də, Zərərçəkmiş şəxs mübahisəni davam etdirib onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə ondan qisas almaq məqsədi ilə üzərində olan və az öncə yaşadığı evdən meyvə soymaq üçün götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vurub qarının sol yan divarının, sol böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsindən 3 ildir azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onun Şahid1la münaqişəsi olmuşdur. Belə ki, o, yol ilə gedərkən Mirdavudun qohumu Zərərçəkmiş şəxs onun qarşısına çıxmışdır. O mübahisə etmək istəmədiyindən Ədalətə yoldan çəkilməsini və yaxın durmamasını bildirmişdir. Zərərçəkmiş şəxs bir daha onun qarşısına çıxdıqda o yenidən ona getməsini bildirmiş və Ədaləti itələmişdir. Zərərçəkmiş şəxs üçüncü dəfə onun qarşısına çıxıb söyüş söyəndə o da bıçaqla Ədalətə bir dəfə zərbə endirmişdir. Narkotik vasitədən istifadə etmir. Hadisə baş verən gün hava yaxşı olduğundan o, mətbəx bıçağı ilə almanı soyub yeyərək bir qədər aşağı məhləyə gəzərək getmişdir. Zərərçəkmiş şəxs ona “iş verən” demişdir. Onun Ədalətlə münaqişələri evdən kənarda, məhəllədə olmuşdur. Zərərçəkmiş şəxs əlində dəmir parçası olmuş, lakin Ədalət onu vurmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, evlidir və həyat yoldaşı ilə birgə nigahdan az yaşlı övladı var. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç yerdə işləmir. Aradabir fəhləlik edib gündəlik ehtiyaclarını ödəyir. Yasamal rayonu, Alatava qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı məhlədə heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin onunla eyni məhlədə “Ədiş” kimi bildiyi əsl adı Ədalət olan şəxs də yaşayır. Onunla da heç bir zaman ədavəti və düşmənçiliyi olmamışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra çalışdığı qədər mübahisələrdən, dava-dalaşdan uzaq dururmuş ki, ona problem yaranmasın. Sakit şəkildə öz həyatını yaşayırmış. Aradabir narkotik vasitə olan metamfetindən çəkmək yolu ilə istifadə edir. Eyni məhəllədə yaşadığı Ədalət adlı qonşunu son zamanlar ərazidə xidmət aparan polis əməkdaşları ilə səmimi münasibətini görmüşdür. Ona görə çəkinirmiş ki, Ədalət onun narkotik vasitə istifadə etdiyi barədə məlumatı var idi və şübhələnirmiş ki, o bu məlumatı polis əməkdaşlarına bildirər. Lakin bununla əlaqədar ona heç bir zaman nəsə deməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində evin həyətində oturub siqaret çəkmiş, bir qədər keçdikdən sonra evə daxil olub bir alma və mətbəxdən bıçaq götürüb çölə çıxmışdır. Hava yaxşı olduğundan mətbəx bıçağı ilə almanı soyub yeyərək bir qədər aşağı məhləyə gəzərək getmişdir. Bu zaman Ədalətin çöldə öz evlərinin qarşısında durduğunu görmüşdür. Alma yeyə-yeyə onun yanından keçən zaman ona baxaraq asta səslə “iş verənlər” deyərək keçmişdir. Lakin həmin sözü uca səslə deməmiş və fikirləşməmişdir ki, o eşidər. Ədalət qəfildən onun qarşısına çıxaraq “sən kimə iş verən deyirsən” sualını vermişdir. Onunla mübahisə etmək istəmədiyindən ona yoldan çəkilməsini və yaxın durmamasını bildirərək əli ilə onu bir qədər qırağa çəkmiş və öz yoluna davam etmişdir. Lakin o, əl çəkməyərək yenidən onun qarşısına keçmiş və bu dəfə yaxasından tutaraq “sən kimə iş verən deyirsən” soruşmuşdur. Ona onunla işi olmamasını, öz işi ilə məşğul olmasını demişdir. Həmin vaxt onun evinin qarşısından bir qədər aralıda olduqlarından ona evinin qarşısında mübahisə etməməyi, çəkilib bir qədər aralıda söhbət etməyi təklif etmişdir. Həmin vaxt onun əlində taxta parçası olmuşdur. Məhlədə olan transformatırın arxa tərəfinə getmişlər ki, heç kim onların söz-söhbətini eşitməsin. Ədalətin əlində taxta parçası olduğuna və uca səslə danışdığından çalışdığı qədər sakit danışmağa üstünlük vermişdir. Lakin Ədalət onunla uca səslə danışırmış. Onu yenidən əli ilə itələmişdir ki, ondan əl çəksin və çıxıb yaşadığı evə getsin. Çevrilib evə getmək istədikdə Ədalət onun ünvanına “sən mənə iş verən deyə bilmərsən. Bilib danışmıyanın da var-yoxunu s...” sözləri demişdir. Ədalət onun var-yoxunu söydüyündən özünü bir anlıq itirmiş və əlində olan bıçaqla ona bir dəfə zərbə endirmişdir. Ədalət isə ona bıçaqla zərbə endirdiyindən sonra əlindəki taxta parçası ilə ona iki dəfə zərbə endirmiş, daha sonra isə Ədalət yerə yıxılmışdır. Özü oradan bir qədər uzaqlaşmış, lakin Ədalət söyüş söyərək qışqırırmış ki, ona xəsarət yetirmişdir. Həmin zaman qonşuluqda yaşayan tanıdığı və onun qohumları olan Kamran, Vüsal, Davud və tanımadığı şəxslər gəlmişlər. Ona yaxınlaşmışlar və nə baş verdiyini soruşmuşlar. Onlara Ədalətlə aralarında dava olduğunu və ona bıçaq zərbəsi endirdiyini bildirmişdi. Bu zaman onun qohumları onun üzərinə hücum çəkmək istəmiş, lakin orada olan digər şəxslər buna imkan verməmişlər. Oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Aralarında baş verən dava-dalaş təxminən 1-2 dəqiqə davam etmiş və həmin zaman orada heç kim olmamışdır. Qonşular dava bitdikdən sonra Ədalətin səsinə çıxmışlar. Həmin hadisədən sonra yaşadığı evə getmiş və istifadə etdiyi bıçağı evdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və onu polis şöbəsinə gətirmişlər. Könüllü olaraq hadisə zaman istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. (Cild 1, iş vərəqi 179-181) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı belə ifadə verməmişdir. Onu Yasamal RPİ-nin 27-ci Polis Bölməsində döymüşlər. O söyüş söyməmişdir. Yol ilə getdiyi zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmışdır. Ədalət onu taxta parçası ilə vurmamışdır. Ədalət söyüş söymüş, o da Ədaləti bıçaqla vurmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid1la münaqişəsi olmuşdur. Mirəli əlində alma və bıçaq ilə yol gedərkən onun qarşısına çıxmışdır.Bu zaman o, Mirəliyə “uşaqlardan nə istəyirsən” demişdir. Mirəli isə əli ilə onu itələyərək öz yoluna davam etmişdir. O, yenidən Mirəlinin qarşısına çıxaraq söyüş söymüşdür. Bu söyüşdən sonra aralarında mübahisə düşmüş və Mirəli əlində meyvə soyduğu mətbəx bıçağı ilə onun sol tərəfdən böyrək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin zərbədən o, yerə yıxılmış və özünü itirmişdir. Həmin vaxt səsinə çıxan qonşular, tanışları Davud və Kamran ona yaxınlaşaraq tez bir zamanda X12 çağıraraq onu Semaşko adına xəstəxanaya aparmışlar. O, Mirəlinin əlində bıçaq gördüyündən əlinə taxta parçası götürmüş, lakin Mirəliyə heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə dava edən zaman orada heç kim olmamışdır. Aralarında dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs sərxoş olmamışdır. O, narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, özü narkotik vasitə aludəçisidir. Bundan əziyyət çəkdiyindən bir neçə dəfə müalicə almışdır. X13 da narkotik vasitə aludəçisidir. Bu barədə bildikdə onu bu işlərdən uzaqlaşdırmaq üçün Lənkəran rayonuna göndərmişdir. Təqsirləndirilən şəxs yaşadığı məhlədən tanıyır. Onunla aralarında heç bir zaman ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğundan və məhkumluq həyatı yaşadığından o və digərləri həmişə çalışırlar ki, ondan uzaq dursunlar. Həmçinin onunla arada-bir görüşəndə salamlaşır və çox söhbət etmirmiş. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində məhləyə siqaret çəkmək üçün çıxmışdır. Bu zaman qohumu Davudun idarə etdiyi “opel” avtomaşınla ona yaxınlaşmış, Mirəlinin yenə narkotik vasitə istifadə etdiyini və qarşısına çıxanı söydüyünü demişdir. Bir qədər məhlədə Davudla söhbət edən zaman görmüşdür ki, bir qədər irəlidən Mirəli gəlir. Bu zaman Davud idarə etdiyi maşınla evə tələsdiyini deyib çıxıb getmişdir. Özü isə məhlədə ayaq üstə durub siqaret çəkirmiş. Mirəli yaxınlaşanda görmüşdür ki, onun əlində alma və mətbəx bıçağı var. O, mətbəx bıçağı ilə almanı soyub yeyirmiş. Onun yanından keçəndə Mirəli salamlaşmadan ona baxaraq asta səslə “Siz iş verənsiniz, polisə işləyirsiniz və məni satmısınız” demişdir. Ona sakit olmağı bildirmiş və onun qarşısına çıxmışdır. Mirəli isə əli ilə onu itələyərək öz yoluna davam eləmiş və yenidən həmin sözü demişdir. Bu sözə dözməyib əlində taxta parçası ilə onun üzərinə getmiş, onunla üzbəüz gəldikdə Mirəliyə “bilib danışmayanı və yalan danışanı da var-yoxun s...söyüşünü söymüşdür. Bu söyüşdən sonra aralarında mübahisə düşmüş və Mirəli əlində meyvə soyduğu mətbəx bıçağı ilə onun sol tərəfdən böyrək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin zərbədən yerə yıxılmış və özünü itirmişdir. Həmin vaxt səsinə çıxan qonşular, tanışları Davud və Kamran ona yaxınlaşaraq tez bir zamanda X12 çağırıb Semaşko adına xəstəxanaya aparmışlar. Mirəli ona "iş verən” dediyindən aralarında mübahisə baş vermiş, ona cavab olaraq söyüşlə cavab vermiş və bundan sonra aralarında dava dalaş baş vermişdir. Özünün əlində taxta parçası olsa da, sadəcə onu qorxutmaq istəyirmiş. Onun əlində bıçaq gördüyündən onu qorxutmaq üçün taxta parçası götürmüş, lakin ona heç bir xəsarət yetirməmişdir. Aralarındakı dava-dalaş yaşadığı məhlənin yanında olan trasformatorun arxa tərəfində baş vermişdir. Həmin zaman orada heç kim olmamışdır. Sadəcə onun səsinə sonradan tanışları və qonşular gəlmişlər. Aralarında dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. (Cild 1, iş vərəqi 77-80) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Belə ki, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində narkotik vasitə ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Eyni zamanda, ibtidai istintaq zamanı ifadə verəndə “iş verən” ifadəsini işlətməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o dayısıgildə evdə olan zaman səs-küy eşitmiş və çölə çıxmışdır. Bundan sonra Mirəlinin qoluna girib evlərinə aparmışdır. O, hadisənin baş verdiyi yeri görməmişdir. Mirəlini uşaqlıqdan tanıyır. Hər ikisi Cəlilabad rayonundandır. Ədalət onun ögey dayısı oğludur. Mirəlinin Ədaləti bıçaqla vurduğunu qonşulardan eşitmişdir. O, Ədaləti yaralı halda görməmişdir. O gələndə artıq təcili tibbi yarım Ədaləti aparmışdır. Mirəli ilə Ədalətin arasında baş vermiş davanın səbəbini bilmir. Mirəli hadisə baş verən gün ona və yaxud başqa bir şəxsə irad tutmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qohumudur. O, Ədalətlə və qohumu Mirdavudla qonşuluqda yaşayır. Həmin gün o nərd oynamaq üçün təxminən saat 19 radələrində Davudgilə getmişdir. Evdə olan zaman o çöldə səs-küy eşitmişdir. Çölə çıxanda görmüşdür ki, kimsə dalaşıb. Həmin zaman orada qonşular olmuşdur. Tanıdığı Mirəli də orada olmuşdur. Mirəlinin əlində mətbəx bıçağı olmuşdur. Həmin vaxt o Mirəlidən nə olduğunu soruşmuşdur. Mirəli isə ona Ədalət onun varyoxunu söydüyündən sonuncunu bıçaqladığını bildirmişdir. Orada olan qonşular Mirəlini sakitləşdirməyə çalışırmışlar. Bu zaman o, dayısı oğlu Davud və orada olan qonşular Mirəlini sakitləşdirib oradan uzaqlaşdırmışlar. O, fikirləşmişdir ki, onların arasında yüngül dava olmuşdur. Onlar evə getmək istəyən zaman orada olan şəxslərdən biri Ədalətin transformatorun yanında uzanaraq qanlar içində olmasını onlara demişdir. Onlar tez oraya qaçmışlar və Ədalətin uzanmış vəziyətə olduğunu görmüşlər. Orada olan şəxslərdən biri X12 çağırmışdır. Ondan sonra Mirəlini görməmişdir. O, həmin dava dalaşı görməmişdir. (Cild 1, iş vərəqi 97-99) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, çölə çıxanda onun Ədalətlə Mirəlinin davasından xəbəri olmamışdır. O, Mirəlini zorla aparmamışdır. Mirəli dava barəsində ona heç nə deməmişdir. Mirəlini yola saldıqdan sonra təzədən dayısıgilə qayıtmış və o zaman artıq Ədalətin bıçaqlandığını eşitmişdir. O Mirəlinin əlində bıçaq görməmişdir. O, dayısıgildə olanda Ədalətin bıçaqlandığını eşitmiş, daha sonra çölə çıxmış, həmin zaman Ədalət artıq təcili yardım avtomobilində olmuşdur. O, Ədaləti görmək üçün xəstəxanaya getmişdir. Ədalətlə hadisə barədə danışmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən saat 18-19 radələrində baş vermişdir. Ədalət onun əmisi oğludur. O, Mirəli ilə qonşudur. Lakin hal-hazırda həmin məhəllədə yaşamır. Mirəli ilə ədavəti və düşmənçiliyi yoxdur. X7 arasında dava-dalaş olub-olmadığını bilmir. O, həmin gün baş verən davanın səbəbini bilmir. Sonradan davanı eşidib səs-küyə çölə çıxmışdır. O, Mirəlinin Ədaləti bıçaqladığını görməmişdir. Ədaləti təcili yardım maşını ilə onlar aparmışdır. Ədaləti təcili yardım maşını ilə aparan zaman o Ədalətə onu kimin bıçaqlaması ilə bağlı sorğu-sual etməmişdir. Hadisəni görən şəxslər bıçaqlama haqqında nəsə deməmişlər. Onlar Mirəli ilə Ədalətin arasında dava düşdüyünü demişlər. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində atası Mirhacı ilə birlikdə evdən çıxaraq Saray qəsəbəsində yerləşən torpaq sahəsinə getmişlər. Orada işlədikdən sonra saat təxminən 19 radələrində birlikdə yaşadığı evə qayıtmışlar. Təxminən 10 dəqiqə sonra bibisi oğlu Kamran onların evinə gəlmişdir. Evdə olan zaman çöldə səs-küy eşitmiş, çölə çıxdıqda görmüşdür ki, kimsə dalaşır. Həmin vaxt orada qonşular olmuş, tanıdığı Mirəli söyüş söyərək qışqırırmış. Orada olan qonşular onu sakitləşdirməyə çalışırmışlar. Bu zaman o, bibisi oğlu Kamran, atası və orada olan qonşular Mirəlini sakitləşdirib oradan uzaqlaşdırmışlar. Evə getmək istəyən zaman qonşu Allahverdi demişdir ki, Ədalət transformatorun yanında uzanıb qan içindədir. Tez oraya qaçmışlar və Ədalətin uzanmış vəziyyətdə olduğunu görmüşlər. Orada olan şəxslərdən biri X12 çağırmışdır. Bundan sonra o, Mirəlini görməmişdir. Təqsirləndirilən şəxs Ədalətə bıçaqla xəsarət yetirməsini görməmişdir. Sonradan bilmişdir ki, Ədalət bıçaqlanıb. (Cild 1, iş vərəqə 67-69) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:25-də 4 saylı TYS-dan həkim Cahangirov məlumat verərək bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarnından bıçaq xəsarəti alması ilə KTM-nə aparılmışdır. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, HK-1- 1338 saylı material ilə əlaqədar hadisə zamanı istifadə edilmiş 01 ədəd bıçaq götürülmüşdür. (Cild 1, iş vərəqə 5) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X10” PHŞin verdiyi 09 avqust 2023-cü il tarixli, PHŞ-6-2/2-4148/2023 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində, saat 20:56-da 4 saylı X12 Stansiya Briqadasının müşayiəti ilə X11 gətirilmişdir. Xəstə məlumat verməyib. Xəstəyə sol tərəfli lumbotomiya, böyrək yarasının tikilməsi, parnefral toxumanın drenajı, qarın boşluğunun təftişi və drenajı olunmuşdur. DİAQNOZ: Qarının sol yan divarının daxilə keçən kəsilmişdeşilmiş yarası böyrəyin aşağı qütbünün yaralanması. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (Cild 1, iş vərəqə 21-23) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 35-36) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan (hakim H.Səfərov) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərə 51-52) 19 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 70) Məhkəmə-tibbi ekspertizasının 11 avqust 2023-cü il tarixli, 934 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ ənsə nahiyənin səthi əzilmiş yarası, hər iki dirsək və sağ diz oynağının sıyrıqları, hər iki kürək və bel nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (Cild 1, iş vərəqə 87-89) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş, Azəbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə 11 il 03 ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş cəza ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən qoplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 101-120) “Hökmdəki anlaşılmazlığın aradan qaldırılması dair” Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2014-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəzanın başlanğıcının hesablanmasında hökmün çapı zamanı yol verilmiş anlaşılmazlıq aradan aldırılmış, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş 12 (on iki) il müdətə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 sentyabr 2011-ci il tarixdən heablanmış, onun xx.xx.2008-ci il tarixdən-xx.xx.2010-cu il tarixə kimi olan 02 (iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə ibtidai həbsdə və psixiatriya stansionarında məcburi müalicədə olması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edlmiş qəti cəzanın 30 sentyabr 2011-ci il tarixə çəkilməmiş qalan hisəsi – 9 (doqquz) il 04 (dörd) ay 13 (on üç) gün müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair ərizəsi təmin edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş qəti cəzası 4 ay yüngülləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-116-16/2-3/1985 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqə 125-127) Məhkəmə-tibbi ekspertizasının verdiyi xx.xx.2023-cü il tarixli, 1361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-qarının sol yan divarının, sol böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, deşicikəsici alətin (əşyanın), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin yerləşmə nahiyəsini nəzərə alaraq, bu xəsarət kənar şəxs tərəfindən yetirilə bilərdi, eləcə də şəxsin özü tərəfindən yetirilməsi də inkar olunmur. (Cild 1, iş vərəqə 128-131) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3198 №-li rəyi müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 132-135) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində zərər çəkmiş şəxslə ilk qarşılaşdığı yeri, ikinci dəfə qarşılaşdığı yeri və zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirdiyi yeri göstərir. (Cild 1, iş vərəqə 149-151) 01 dekabr 2023-cü il tarixli “üzləşdirmə” potokolundan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 155-158) “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə elan edilmiş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3, 126.2.3, 126.2.4, 29,120.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs sağlamlığına zərər vurmayan xəsarətlər alması faktına görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Zərərçəkmiş şəxs barəsində material ayrılaraq aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci PŞ-ə göndərilmiş, Şahid1, Şahid2 və istintaqa məlum olmayan Vüsal adlı şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı cinayətin aləti kimi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 160-165) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 171) AZ-İİİ№851984 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 16 mart 2012-ci il tarixdə anadan olmuş Mirzəhra adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (Cild 1, iş vərəqə 182) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların o tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zəərçəkmiş şəxsə, şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən verilmiş itiham üzrə özünü qismən təqsirli bilmiş və tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə məruz qalması, həmçinin polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-798/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mirdavud oğlu xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və müayinə zamanı sağ çiyin və bazu nahiyəinə sarımtıl rəngli qançırlar, bədənin müxtəlif nahiyələrində ço saylı müxtəlif ölçülü üzəri qərtməkli yaralar, sol Vİ qabırğanın yerdəyişməyən sınığı (rentgenoloji) müşahidə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, X1 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı müvafiq Yasamal rayon Prokurorluğuna müvafiq sorğu edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, qeyd edilən xüsusatlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı həmin xüsusatlar təsdiqini tapmamış, Bakı şəhəri Yasamal Rayon polis İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsinin 17 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqında qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 9 aprel 2024-cü il tarixli, 109 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər- sağ çiyin və bazu nahiyəsinin qançırları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 8 avqust 2023cü il tarixə uyğun deyil, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs adına BİT-də tərtib edilmiş tibbi kitabçada qeyd olunan xəsarətlərin-bədənin müxtəlif nahiyələrinə çoxsaylı müxtəlif ölçülü qartmaqlı yaraların qartmaqlarının xarakteri qeyd olunmadığından və sol İX qabırğanın yerdəyişməyən sınığına uyğun dəyişikliyin xarakteri qeyd olunmadığından onların törənmə müddəti barədə dəqiq fikir söyləmək mümkün deyil. Buna görə də Təqsirləndirilən şəxs Mirəlövət oğlunun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 273-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Mrəlövsət oğluna qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni o, qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə ağır cinayətdir. Məhkəmə, cinayət işinin materialları, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolu, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi Təqsirləndirilən şəxs Mrəlövsət oğlunun ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Mrəlövsət oğlunun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Mirəli Bəhərmova qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə - xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti kimi istifadə edilmiş 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1188/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1188/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver