Məhkəmə qərarları › İş №1(101)-1188/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1188/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1188/2025 30.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X9 oğlunun sədrliyi ilə, Hakimlər: X6 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Qafarova- X1, X3, Hüseynov Elvin Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu, Osakücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Osakücə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, xeyli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olub silah qismində istifadə etdiyi əşyanı tətbiq etməklə şəxslərə hücum edib, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla basqın edərək xeyli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla təkrar quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində heç kimin olmadığına əmin olub özgənin əmlakını gizli olaraq talama məqsədi ilə evin açıq qapısından yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin mətbəxində olan 1 ədəd 800 manat dəyərində Samsung markalı televizoru, qonaq otağında olan 2000 manat dəyərində Samsung markalı televizoru, uşaq otağında olan 1 ədəd 1000 manat dəyərində Samsung markalı stolüstü kompüter, 250 manat Samsung markalı kompüter monitoru və 1000 manat dəyərində Acer markalı printeri, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 5050 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 16 avqust 2024-cü il tarixdə saat 00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həyətin giriş qapısını əvvəlcədən əldə etdiyi açarla açıb yaşayış sahəsinə-həyətə qanunsuz daxil olub əvvəlcə həyətin sağ tərəfində yardımçı tikiliyə-binaya qanunsuz daxil olaraq orada gecələyən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Sülüyman qızına hücum edib özü ilə gətirdiyi daş parçasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 baş və alın nahiyəsinə zərbələr endirərək başın təpə nahiyəsinin əzilmiş yarası xəsarətləri ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid, habelə Zərərçəkmiş şəxs2 çənə və alın nahiyəsinə zərbələr vurub qapalı kəllə beyin travması, baş beynin əzilməsi və başın sağ alın – təpə nahiyələrinin subdural hematoması ilə müşayiət olunan hər iki alt çənənin cisminin (çənə bucağının) qapalı, yerinidəyişmiş, qəlpəli sınıqları sol əng sümüyünün arxa divarının yerinidəyişmiş sınığı, başın ənsə, sol qaşüstü və alt çənə nahiyəsinin əzilmişcırılmış yaraları, sol bazu, sağ said, sağ alt çənə şaxəsinin və boyunun sağ yan səthinin qançırları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib sakit dayanmağa məcbur etdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq evdə olan hər biri 2000 manat olmaqla 4000 manat dəyərində 2 ədəd “Samsung” markalı kondinsioneri, 1300 manat dəyərində 1 ədəd “Siemens” markalı qabyuyan, 1600 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan, 350 manat dəyərində 1 ədəd “Tefal” markalı ətçəkən, 01 ədəd 400 manat dəyərində “Vipline-BlueHouse” markalı şirəçəkən, 200 manat dəyərində 1 ədəd “Panasonic” markalı şirəçəkən, 01 ədəd “Philips” markalı 150 manat dəyərində blender, 01 ədəd “Tefal” markalı 100 manat dəyərində elektrik çaydan, 01 ədəd Tefal Tefal markalı 300 manat dəyərində ütü, 01 ədəd 100 manat dəyərində termos, 01 ədəd “TP-link” markalı 120 manat dəyərində modem, 01 ədəd “Tefal” markalı 50 manat dəyərində soğan çəkən blender, 01 ədəd 150 manat dəyərində odun samovarı, 01 ədəd 300 manat dəyərində elektrik sobası, 01 ədəd Samsunq markalı 2000 manat dəyərində soyuducu, 01 ədəd “Revento” markalı 350 manat dəyərində tozsoran və 01 ədəd 250 manat dəyərində “Samsung” markalı DVD pleyer, 01 ədəd 200 manat dəyərində “Panasonic” markalı DVD pleyer, 01 ədəd 100 manat dəyərində “JVC” markalı videomaqnitofon, 30 ədəd 105 manat dəyərində manqal şişi, “Tefal” markalı 300 manat dəyərində 5 dənəli qazan dəsti, 01 ədəd “Samsung” markalı 30 manat dəyərində mobil telefon adapteri, 10 manat pul, 250 manat ekvivalentində ******* İran İslam Respublikası rialı olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 12715 manat dəyərində xeyli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla təkrar quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, əvvəllər həmin hadisə baş verən evdə kirayədə qalmış, evin sahibi Leyla xanım olmuş, hadisə baş verən vaxt o kirayədə qalmamış, hadisədən qabaq o evdən çıxmışdır. Evə açarla daxil olmuş, həmin açarı evdən götürmüş, 1-ci oğurluqda 1 ədəd mətbəxdən “Samsung” markalı televizor, qonaq otağından 1 ədəd “Samsung” markalı televizor, uşaq otağından 1 ədəd “Samsung” markalı stolusütü kompüter, 1 ədəd “HP” markalı printer götürmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq 16 avqust tarixində evə necə girdiyini xatırlamadığını, Zərxanımı tanımadığını, Sanavarı tanıdığını, zərərçəkmiş şəxslərə xəsarət yetirib-yetirmədiyinin yadında olmadığını, 16 avqust tarixində sərxoş olduğunu, birinci hadisədə əşyaları taksi ilə daşıdığını, həmin vaxt evdə heç kimin olmadığını və heç kimin onu görmədiyini, hadisənin günorta vaxtı baş verdiyini, əşyaları Sədərək Ticarət Mərkəzində Zaur adlı şəxsə verdiyini, Zaurun əşyaları haradan əldə etdiyini soruşmadığını, Zaura əvvəlcədən əşyaları gətirəcəyini bildirdiyini, Zaurun nömrəsini “Tik-Tok” adlı sosial şəbəkədən tapdığını, Zaurun telefon nöməsini xatırlamadığını, pulu dincəlmək üçün özünə xərclədiyini, ilk dəfə qapını açarla açdığını, açarla gedəndə evdə adam olub-olmadığını xatırlamadığını, 2-ci hadisə zamanı da əşyaları necə çıxardığını xatırlamadığını, açarı Elşəndən almadığını, ifadəsini verdiyini, Elşənlik bir məsələnin olmadığını, evə girən gün Elşənin orada olduğunu, oğurluq etdiyi vaxtdan sonra 5 gün evdə qaldığını, Elşənin ona yumruq vurduğuna görə istintaqda açarı ondan aldığını bildirdiyini, paltaryuyan və qabyuyan maşını satdığı sex ilə zərərçəkmişin evi arasında 1 km məsafə olduğunu, Elşənla özü arasında telefon danışığı olmadığını, özünün ona bir dəfə zəng etdiyini, Elşənin adboy etdiyini, Elşənlə iki dəfə görüşdüklərini, gizli görüş yerlərinin Elşənin anasının evindən 100-150 metr məsafədə yerazın mağazasının yanında ara yol var ora olduğunu, görüşü özlərinin təyin etdiyini, görüş zamanı Elşənin ona flan şeyləri götürərsən dediyini, ona iynə vurmağı təklif etdiyini, özünün isə iynə istəmədiyini, içki içə biləcəyini dediyini, bu əməli sərxoş olduğuna görə törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq Elşən həyətdə olanda içəri 2-3 dəfə girib-çıxdığını, bir dəfə gəlib çay içdiyini, bir dəfə paltarlar üçün, bir də başqa məsələ ilə bağlı olduğunu,tam xatırlamadığını, hər dəfə girib-çıxanda Elşənin orada olduğunu, həmin şahidlə arasında oğurluqdan sonra yarısının onun olması ilə bağlı sövdələşmə olduğunu, razılıqlarının ayın 7-8-i olduğunu, açarı verib çıxdığını, çıxandan sonra evə girmələri, açarı boşu- boşuna almaması, anasının evi ola-ola ona kirayə lazım olmadığını dediyini, hədə-qorxu gəldiyini, adını versə onu öldürtdürəcəyini, ona problem olacağını, bunları polis bölməsində balaca bir yerdə dediyini, ondan sonra bölmədə gəlib əməliyyatçıların yanında ona yumruq vurduğunu, adını verməməsini dediyini, 1-ci dəfə 10 avqustda evə girdiyini, ona Elşənin balaca pəncərənin açarını verdiyini, lakin evə girəndə Elşənin orada olmadığını, açarı ona axşam evə daxil olması üçün verdiyini, evə axşam vaxtı daxil olduğunu, evdən avqust ayının 8-9-u balaca kompüter və başqa bir əşya çıxartdığını, bu əşyaları evin qapısını açaraq çıxartdığını, evi açmaq üçün 2 açar lazım olduğunu, içəri girəndən sonra digər açarın da qapıda olduğunu, onu götürüb qapını açdığını, oğurladığı əşyaları maşına yükləmək, əşyaları satacağı yer ilə və s. bağlı həmin adamları Elşənin tapdığını, həmin malları satacaqları şəxsin adını bilmədiyini, bölmədən aşağıda bir kondisioner ustasının olduğunu, ona yaxınlaşdığını, orada ona başqa bir nömrə verdiklərini, onların 3 nəfər olduqlarını, ata-bala olduqlarını, Valerinin evinin talanmasında Elşənin köməkçiliyinin açarla bağlı olduğunu, Elşən ona bu fikiri təklif edərkən 1-2 dəfə onun razı olmadığını, 1-ci gəlib çay içdikdən sonra çıxdığını, həmin vaxt qapının ağzında söhbət etdiklərini, həmin zaman internetin söndüyünü, Elşənin ona bu qədər müddətə bu qədər əşya çıxardarsan dediyini, özünün onunla razılaşmayıb, etiraz etdiyini, bunun qarşılığında Elşənin onu hədələdiyini, bu malları özünün satdığını, Elşənin satmadığını, Elşənin ona “mənə zəng etmə” dediyini, bir dəfə qısa zəng etdiyini, onda da Elşənin onu zəng etdiyi üçün danladığını, həmin qısa zəngin tarixinin yadında olmadığını, lakin hadisə günü olmadığını, 2-ci dəfə evə girdiyi tarixin avqust ayının 15-16-sı olduğunu, evdə soyuducu və s. kimi əşyaların 2 dəfəyə, “pick up” markalı maşın ilə olduğunu, paltaryuyan maşınla bağlı paltaryuyan ustasının yanına getdiyini, onun nömrə verdiyini, onun da həmin nömrə ilə əlaqə saxladığını, paltaryuyan ustası ilə onu əlaqələndirənin Elşən olduğunu, malların hamısını satdıqdan sonra ona qalan məbləğin təxminən 8 min olduğunu, həmin pulun ümumi məbləğini dəqiq xatırlamadığını, Elşənlə böləcəyi pulu daşın altına qoyduğunu, əşyaların qiymətinin kimin müəyyənləşdirdiyini xatırlamadığını, daşın altına qoymağı Elşənin ona dediyini, pulu onun götürməli olduğunu, lakin onun götürüb-götürməməsi ilə bağlı məlumatı olmadığını, pulu ora qoyduqdan sonra çıxıb getdiyini, həmin şahidin oğurluq hadisəsində rolunun pəncərənin açarını verməkdən ibarət olduğunu, onun özünün də yəqin ki içəridə olduğunu, ondan açarı aldığını, evi tərk edərkən qapını bağlamadığını, 1 gün ərzində həmin qapının açıq qaldığını, açarı da qapının üstündə saxladığını, Elşənin ona əşyalarla bağlı istiqamət verdiyini, nələri götürəciyini müəyyən etdiyini, “qalanlarla işin olmasın” dediyini, onun da ancaq Elşənin dediyi əşyaları götürdüyünü, onun balaca əşyaları götürməli olduğunu, böyük əşyalara toxunmamalı olduğunu, həmin malların satışı ilə bağlı onu yönəltdiyini, ilk olaraq “Tik-tok” sosial şəbəkəsinə daxil olduğunu, orada printer ustası tapdığını, oradan ona bir nömrə verdiklərini, ağ ləkəli adam olduqlarını, onun da bir “Mercedes-Benz”i olduğunu, özünün taksi tutduğunu, qapıya gəldiyini, sədərəkdə meyvəlinin girişi “Ordubad” kafe olduğunu, əşyaları onun yanına apardığını, oradan maşına yükləyib apardığını, 2-ci oğurladığı əşyaları da, kondisioneri,qabyuyan, paltaryuyan və s. onun dediyi adama apardığını, əşyaları alan adamların həmin əşyanın oğurluq olduğunu bilmədiklərini, əşyayla bağlı suallara verdiyi cavabı xatırlamadığını, gələn nəqliyyat vasitəsinin özlərinin maşını olduğunu, əşyaları özləri yüklədiyini, onun da ola bilsin ki, əşyalara kömək etdiyini,Elşənin onların həmin əşyaları maşına yükləməkləri barədə xəbəri olması ilə bağlı Elşənin saat 11- 12-də getdiyini, onların saat 1-də başladığını, kimin gələcəyi barədə xəbərinin olmadığını, Elşənin gələnləri tanımadığını, heç onun da tanımadığını, sonradan telefonla zəng vurduğunu, onun 2-ci də usta olması ilə bağlı yönəltdiyini, paltaryuyanı ona verməli olduğumu,onun da götürmədiyini, ona nömrə verdiyini, Talış olduqlarını, onların gəldiklərini və yığdıqlarını, paltaryuyan ustasına nömrəni Elşənin verdiyini demədiyini, Elşənin adının olmamısını dediyini, əgər bunları etməsə, Elşənin yoldaşı ilə bağlı dediklərini edəcəyini, Zərxanımla Sanavarı döyüb əşyaları götürməyini tam olaraq xatırlamadığını, Elşənin ona içki alıb özünü toparlamalı olduğunu dediyini, mağazadan özünə içki aldığını, Sanavarla Zərxanımı evə girib əşyaları götürüb başlarına vurmağı ilə bağlı xatırlamadığını, onun Kəmaləni susdurmağı ilə bağlı dediyini, anasının da boyun nahiyəsinə toxumasını dediyini, onun da razı olmadığını, Sanavarın necə xəsarət almağı ilə bağlı onu deyə razı olmadığını, uzaqlaşdığını, Sonra ağsaqqal olaraq söz dediyini. çalışıb onları evdən götürəciyini anasıgili bir yerə aparacığını dediyini, ayın 15-i paltaryuyan,qabyuyan,kondisioner və s. getdiyini, bunları içkili olan gün hadisə günü yoxsa 1 gün qabaq aparmağı ilə bağlı həmin hadisə günü apardığını, adamları vurandan sonra əşyaları aparanda hay-küylə bağlı bunu xatırladığını, əşyaları evdən həmin zəng etdiyi şəxslər apardığını, Elşənə axşam 11-12-də gələcəyini dediyini, ondan sonra saat 9-10-da içki alıb içdiyini, ondan sonrasın xatırlamadığını, məhkəməda verdiyi ifadəyə görə onu heç kimin məcbur etmədiyini, onun anasının xəsarət almasının qurma yoxsa həqiqət olması ilə bağlı heçnə xatırlamadığını, həm Kəmaləyə həm də Elşənin anasına yüngülvari toxunduğunu xatırladığını, xəstəxanada Elşənlə mübahisəsinin olduğunu, Elşənin onu təhqir etdiyini, anasını vurduğunu dediyini, Elşənin ona qabaqcadan əgər sənə mane olsalar onları vur dediyini, Elşənlə arasında telefonla bir dəfə əlaqə olduğunu, Elşənə qısa zəng etdiyini, həmin nömrənin ***-**-** olduğunu, onun nömrəsinin isə ***-***-**-** olduğunu, müstəntiqin onun ifadəsini dəyişməyi ilə bağlı onun günahsız olduğunu, anasıgilin gəlib boynuna alması ilə bağlı qışqırdığını, camaatı vurduğunu, oğlunu içəri atdığını, Elşənin adını neçə vaxtdır gizlətməyinə səbəbin hədə-qorxu olduğunu, ayın 15-i gecə evə gedəcəyini özünün ona dediyini, orada 2 gün evin içində qaldığını, ***-**-** mobil nömrəsi ilə ona zəng etdiyini, bir samsung, bir də redmi telefonu olduğunu, onunla redmi telefonu ilə adi zənglə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan əlavə ona verilən suallara cavab olaraq video görüntülərdə Elşənin olmadığını, video görüntülərdəki şəxslərin malı satın alan şəxslər olduğunu, həyətdə işıq olduğunu, daşıma prosesində Elşənin iştirak etmədiyini, evin içindən əşyaları açar vasitəsilə qapını açıb çıxartdıqlarını, açarı sonra kimə verdiyini xatırlamadığını, hadisə zamanı ********** mobil nömrədən istifadə etdiyini, telefonun iki nömrəli olduğunu, digər nömrəni xatırlamadığını, ********** mobil nömrəni hadisədən sonra aldığını, ********** mobil nömrənin atası X4 məxsus olduğunu, amma onun istifadə etdiyini, açarı ona Elşənin verdiyini, Elşənin açarı hardan götürdüyünü bilmədiyini, mətbəx tərəfdən qapını açıb içəri girdiyini, içəri girəndə mətbəxdəki barmaqlığın açarının üzərində olmadığını gördüyünü, mətbəxin qapısından girdiyini, içəri girəndən sonra açarı neynədiyini xatırlamadığını, ola bilsin ki, tulladığını, malları satandan sonra Elşənə pul verdiyini, pulu daşın altına qoyduğunu, Elşənin özünün ona çatası pulu daşın altına qoymasını dediyini, pulu daşın altına qoyandan sonra gedib ora baxmadığını, pulu qoyub daha sonra Lənkərana getdiyini, Elşənlə ünsiyətinin olmadığını, Elşənə bir dəfə zəng etdiyini, sonra bir də belə bir sey olmasın dediyini, ona zəng edəndə anası və yoldaşının yanında olduğunu, Elşənin ona axşam saat 11-12 radələrində evdən çıxacağını dediyini, evdən çıxandan sonra onun evə qayıtmasını dediyini, Elşəni yolda gördüyünü, yoldaşının da yanında olduğunu, həmin vaxt Elşənin başı ilə ona işarə edib, yerazın dükanının yanından çıxıb getdiyini, anasının orda qalacağını bildiyini, Elşənin ona içəri girəndə çox səs küy yaransa anamın boynunun arxasında bir dəfə vurarsan, ondan sonra sakitləşəcək dediyini, içkili olduğu üçün nə qədər vurduğunu bilmədiyini, Elşənin ona balaca bir iynə verdiyini, oğurluqdan əvvəl bu iynəni vurarsan, ondan sonra rahat işləri həll edəcəksən dediyini, qəbul etmədiyi üçün həmin iynəni ondan geri aldığını bildirmişdir. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, yoldaşının ürəyinə aparat qoyulmuş, səhhəti ilə bağlı sanatoriyaya getmişlər, gedəndə açarı eve göz qulaq olması üçün başqa qonşuya vermişlər, Sanavar xanımla onlar ailəvi yaxın olmuşlar, Sanavar xanım evində təmir getdiyinə görə oğlu Elşənin kirayə verdiyi evdə qalmağını xahiş etmiş və həmçinin Elşənin onların evə baxacağını bildirmiş, həmin vaxt Elvin artıq orada kirayə qalmamış, Elvin özü Lənkərana getmiş, onlar telefondan həmişə kamera vasitəsilə evlərinə nəzarət etmiş, 2 gün ərzində internet bitdiyinə görə kamera göstərməmiş, ödəniş etdikdən sonra kamera yenidən göstərmişdir. Onlar həmin ərəfədə kameranı izləmiş və hər şey qaydasında olmuşdur. Bir müddət sonra kamera ilə əlaqə yenidən kəsilmiş, Sanavarın qızı onlarla əlaqə saxlayaraq, internetin bitdiyini demiş, sonra isə internet borcunun olmadığını, sadəcə modemi söndürüb və yenidən yandırmaq lazım olduğunu öyrənmiş, lakin bunları etdikdən sonra o, yenə də kamera vasitəsilə evinə baxa bilməmiş, o, Elşəngilə güvənib evinin nəzarətdə olduğunu düşünmüş, ayın 15-i gecə ona zəng gəlmiş telefona yoldaşı cavab vermiş, Elşən zəng edərək, yoldaşına demişdir ki, “Xaraba evini yığıb apardılar, evini oğurlayıblar ”. O həmin an kürəkəninə də xəbər etmiş, həyətə çatanda polis əməkdaşlarının burada olduğunu görmüş, qapıların hamısının bağlı olduğunu görmüş, oğurlanan əşyalarla bağlı ibtidai istintaqda verdiyi ifadəmi təsdiq etdiyini bildirmiş, onlar kameranı tapmış və ona baxış keçirəndə bütün hadisəni görmüşlər, lakin Elşən görüntüdə olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Leyla onun qonşusu olmuş, Leylagil Bilgəh qəsəbəsində sanatoriyaya dincəlməyə getdikləri üçün evə baxmaq üçün ondan evdə gəlib qalmağı xahiş etmiş, o həmin evdə qalmağa gələrkən orada bir nəfər Kəmalə adlı qadın kirayə qalmış, o da həmin qadının kirayə qaldığı otaqda qalmağa başlamış, oğlu Şahid2 həmin ərəfələrdə evini təmir etdirdiyi üçün qalmağa yer axtarmış, o da evin sahibi Leylaya zəng edərək Elşənin də həmin evdə qalmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra oğlu həmin evə gəlmiş, Elşən açılan yatağı çölə qoyaraq orada yatmağa başlamış, sonra Elvin onların qaldıqları həmin evə gələrək hamısından evdən çıxmağını istəmiş, atasının kirayə qaldığı evə baxmağa gələcəyini bildirmişdir. Bundan sonra onlar evdən çıxmış, təxminən 1 saatdan sonra evə qayıtmışlar, bundan sonra Leyla zəng edərək evin kirayə haqqını verdiyini, Elvinin paltarlarını verməli olduğunu bildirmişdir. O da Elvinin paltarlarını özünə qaytarmış, bundan sonra o, Kəmalə adlı qadınla evdə yatarkən bir neçə dəqiqə sonra bir nəfər içəri girmiş, həmin şəxs içəri girəndə işığı yandırmış və bu zaman həmin şəxsin bu evdə əvvəllər kirayə qalan Elvin adlı şəxs olduğunu görmüş, Elvin dərhal stolun üstündə olan açarları və Kəmalənin telefonunu götürmüş, daha sonra stulu ayağının altına qoyaraq tavandakı lampanı yerindən buraraq çıxartmış, işıqlar söndükdən sonra Elvin mənim onun üzərinə gəlməyə başlamış, daha sonra onu yumruqlarla dəfələrlə vurmağa başlamış, sonra isə sərt alətlə vurmağa başlamış, baş nahiyəsindən, çənəsindən, boynundan dəfələrlə zərbə endirmiş, Elvin onu vurduqdan sonra bu barədə heçkimə heçnə deməməyimi tənbehləmiş, daha sonra keçib Kəmalə adlı qadını vurmuş, daha sonra isə qapını çöldən bağlayıb çıxıb getmişdir. Gözünün üstündən onu vurduqdan sonra huşunu itirərək yerə yıxılmış, təxminən 1-2 saatdan sonra Kəmalə onu ayağa qaldırıb, pəncərədən çıxarıb, Elşənin evinə aparmışdır. Orada isə oğlu təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq 2-3 saatlıq evi tərk edəcəyini Leyla xanımın yoldaşına dediyini, Valerinin özünün ona zəng edib evdən çıx dediyini, Leyla və onun yoldaşının ona evə nəzarət etməyi tapşırdığını, onda Leylanın evinin açarının olmadığını, Elşənin öz evini təmir etdirdiyini, ona görə Leylagilin həyətində qaldığını, oğlunun Leylagilin həyətində qalması üçün zəng edib Leylagildən icazə aldığını, hadisənin baş verdiyi gün Elşənin təmir olan evdə qalmadığını, öz evlərində qaldığını, evdə kondisioner olduğuna görə orada qaldığını, evin açarını Elvinə vermədiyini, Elvinlə həyətdə oturub çay içmədiyini, hadisə baş verən vaxt Zərxanım və özünün evdə olduğunu, Zərxanıma Kəmalə dediklərini, Elvinin ona səni mən döyməmişəm, heç kimə heç nə demə dediyini, Elvinin əşyaları daşımasını görmədiyini, döyüləndən nə qədər vaxt sonra ayıldığını xatırlamadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Elvini əvvəlcədən tanımış, dilənib-dolanıb Elvinə çörək vermiş, hadisə günü gecə saat 02:00 olmuş, onlar yatarkən qapı açılmış, Elvin içəri girmiş, Sanavarın üstünə hücum çəkmiş, Sanavara təpik, yumruqla vurmuş. Sanavarı döyüb qurtarandan sonra onun üstünə cummuş, onu təpiklə döymüş, təpiklə vurub başını partlatmış, sonra telefonu əlindən alıb, qapını bağlayıb getmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq o evdə Elşən adlı şəxsin qalmadığını, evdə Sanavarla özünün qaldığını, ev sahibinin həyətin koməkçi sahəsində ona bir otaq verdiyini, orada qaldığını, Elşənin heçvaxt orada qalmadığını,sadəcə qonaq kimi gəlib-getdiyini, məhkəməyə Sanavarla birlikdə gəldiyini, lakin yolda gələrkən Sanavarla Elşənin məhkəməyə çağırılması barədə danışmadığını, Elvin qapını üstlərinə bağlayıb gedəndən sonra Sanavarı pəncərədən çıxartdığını, hadisə baş verən ərəfədə Elşənin Elvinlə birlikdə o evdə qalmadığını, Elşənlə Elvinin dost olmadığını, Elvin Sanavarı döyən zaman Sanavarın öləcəyini fikirləşdiyini, Elvinin içəri girən zaman işığı söndürdüyünü, özünü görməsə də səsindən içəri girənin Elvin olduğunu başa düşdüyünü, Elvinin “məni bağışlayın” dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Lökbatan qəsəbəsində paltaryuyan maşınların təmiri ilə məşğul olmuş, iş yerinin 10-cu polis bölməsinin yanında yerləşdiyini, onu Lökbatan qəsəbəsində hər kəsin tanıdığını, bir gün təqsirləndirilən şəxsin onun yanına gəldiyini bildirmiş, üzü tüklü idi, yazıq sifətində ona paltaryuyan və qabyuyan maşın satdığını demiş,onlara çox adamın paltaryuyan maşın satmaqla bağlı müraciət etdiyi üçün şübhələnməmiş, həmçinin “körpə uşağım var, ürək xəstəsidir, təcili əməliyyat olunmalıdır” demiş. Onun da yazığı gəlmiş, ondan maşınların şəklini görtərməsini istəmiş, əlində balaca telefonu olmuş, telefonda paltar yuyanın şəklini göstərmiş, o isə təzə olduğunu görüb, belə təzə maşınlar almırıq, adətən qırıq, xarab olmuş, köhnə maşınlar alırıq demiş, amma təqsirləndirilən şəxs yenə də israr etmiş, maşını ona satmaq istəmiş, İki maşını bir yerdə 200 manata satmaq istəmiş, o isə bu maşınlara maksimum 50 manat pul verəcəyini söyləmiş, təqsirləndirilən şəxs razılaşmamış, uşağa görə pis olub, ona kömək etmək üçün dostu Turana zəng etmiş, LG paltaryuyan və qab yuyan maşın olduğunu, almaq istəsə yanına göndərim bax şəkillərinə demiş, yazığı gəldiyinə görə dostu Turana iki maşını bir yerdə 300 manata verdiyini demiş, təqsirləndirilən şəxsə də 100 manat da qənimətdir, uşağının müalicəsinə ehtiyac olar, 300 manata verərsən demiş, təqsirləndirilən şəxsin nomrəsini dostu ilə telefonda danışa–danışa təqsirləndirilən şəxsdən soruşub dostuna demiş, dostum təqsirləndirilən şəxsə zəng etmiş və o çıxıb getmişdir, ondan sonra baş verənlərdən məlumatı olmamışdır. Səhər əməliyyatçılar gəlib onu iş yerindən aparmışdır. Şahid ona verilən suallara cavab olaraq ikinci əl əşyalar aldığını, Lökbatanın balaca yer olduğu üçün hamı bir-birini tanıdığını, oğurluq olmadığından əmin olduğu əşyaları aldığını, bu hadisəyə qədər belə bir işin başına gəlmədiyini, Elşəni Lökbatandan üzdən tanıdığını, Elvinin telefonunun sadə balaca telefon olduğunu, şəkilləri çətinliklə göstərdiyini, daha sonra bir dənə də qabyuyan var dediyini, amma onun şəklini göstərmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, Bilgəhdə dincəlirmiş, ayın 18nə kimi vaxtları olmuş, ayın 15-də gecə saat 01- 02-də Şahid2 tərəfindən ona zəng gəlmiş, Elşən ona evinin yarıldığını, anasının da ölümcül hala salındığını, qan içində olduğunu, ora gəlməli olduğunu bildirmiş, o Bilgəhdən gələnə kimi qızının yoldaşına zəng vurmuş, o, evə getmiş, ondan sonra onlar gəlib evə çatmış, onlar gəlib çatanda həyətdə 7-8 nəfər polis nəfəri olduğunu görmüş, həyətdən evin qapısı, pəncərəsi yerində olduğunu görmüşdür. Qapını açıb içəri girəndə evdə soyuducu, iki televizor, paltaryuyan, qabyuyan, balaca elektrikli əşyalar, printer, somavar, nokia telefon, nəvəsinin cehizləri, qab-qacaq və sair hamısının oğurlandığını, kameranı içəridən söndürdüklərini görmüşdür. Onlar Bilgəhdə telefondan evin görütülərini izləyirmişlər, kameranı söndürdükləri üçün görüntü kəsilmiş, kamera kəsildiyi üçün ATS-in müdirinə zəng edib internetin kəsildiyini, oraya bir usta göndərib düzəltdirməsini xahiş etmişdir. Daha sonra usta gedib baxmış, kameranın içəridən söndürüldüyünü demişdir. Elvin kameranın monitorunu da oğurlayıb aparmış, kameranın yaddaş hissəsini evdə başqa yerdə gizlətmiş, onu çıxarıb aparıb qonşunun evində komputere qoşmuş, görüntülərdən 11 dəqiqə ərzində bir soyuducu, paltaryuyan, qabyuyan, 2 televizor və kiçik elektrikli ev əşyalarını yükləyib apardıqları məlum olmuş, 11 dəqiqə ərzində həmin əşyaları kəsib aparmaq mümkün olmadığını, bunun əvvəlcədən planlanmış iş olduğunu hesab etdiyini bildirmiş, evin həyətində əl damı deyilən balaca otaq olmuş, onlar Bilgəhə gedəndə oranın açarı yaddan çıxıb qapının üstündə qalmış, onlar həmişə istirahətə gedəndə evin açarını 1996-cı ildən tanıdıqları bir qonşularına verirmiş, bu dəfə də ona vermək istəmişlər, amma Sanavar oğlu Elşənin evini təmir etdiyini, qalmağa yeri olmadığını demiş, onlar gələnə kimi Elşənin gəlib axşamlar həyətdəki balaca otaqda qalmasını, gündüzləri də özünün qalacağını demişdir. Onlar açarı Sanavara verib getmiş, mətbəxdə arxa pəncərədə balaca qapı qoyduğunu, evdə nəsə hadisə olsa, yanğın olsa və sair hallarda ön qapıdan çıxa bilməsələr arxa qapıdan çıxacaqlarını demiş, həmin qapının açarını həyətdəki əl damında gizlətmiş, həmin açar Sanavara verdikləri otağın açarının üstündə qalmış, açarı götürmüş, damdan kəsici alət götürüb qapının qıfılını kəsmiş, əşyaları evdən çıxarmış, polis bölməsində Elvin onu Elşənin öyrətdiyini əgər onunla bu işi görməsə ya onu öldürəcəyini, ya da arvadının sinəsini cırıb, polisə də Elvinin onun arvadına sataşdığını deyəcəyini demiş, müstəntiq onu yoldaşı ilə çağımış, Elvin müstəntiqin yanında evin açarını ona Elşənin verdiyini, evdə hər şeyin hazır olduğunu , açarı aparıb nə lazımdırsa etməsini, ona çatan pulu Cəlil adlı polisin evinin yanında daşın altına qoymalı olduğunu demiş, polislər Elvini həmin daşın yanına aparmış, daha sonra onlar Elşəni niyəsə azadlığa buraxmışdır. X11 evə buraxmamasını demiş, istirahətə gedərkən evin seyf qapısının yuxarı kilidini bağlamış. Elvində qapının aşağı kilidinin açarı olduğuna görə Elvin gəlsə evə girə bilməsin deyə yuxarı kilidini bağlamış, Sanavar onlara zəng vurmuş, Elvin evdən paltarlarını götürməyə gəldiyini demiş, o isə Sanavara onu içəri buraxma demişdir. Video görüntülərdən Sanavarın darvazanın qapısını döydüyü, Elvinin evdə mətbəxin qapısından çıxdığı , gəlib qapını açdığı sonra Sanavarla oturub həyətdə çay içdiyi, Elvin və Elşəngil onların evinin həyətində kabab bişirdiyi, gəzişdiyi görünürmüş, Elvin yanında bir qadın gətirib öz ilə birlikdə o evdə saxlamış, Sanavar bunların heç birini onlara deməmiş, Sanavar onun həyətə gündüz vaxtı baxdığını demiş, görüntülərdən Elvinin hasardan tullanıb həyətə düşdüyü, mətbəxin qapısını açdığı, gecə həyətdə işığı söndürdüyü sonra içəri girdiyi, evin işıqları yandığı görünürmüş, amma Elşəngil guya bunu görməmiş, heç nə deməmişdir. Şahid ona verilən suallara cavab olaraq hadisə barədə ayın 15-də bildiyini, açarı Sanavara 7-8 avqust tarixində verdiyini, açarı verdiyi gündən 16 avqust tarixinə kimi Sanavarın onların həyətdə qaldığını, Elvinin polis idarəsində onlara Elşənin anasını yavaş vurmasını, arvadı isə elə vurmasını ki, şahid kimi qalmasın dediyini, onun da qaranlığa düşdüyünü, bilmədən daşla Sanavarın çənəsini, başını əzdiyini, qadının da pəncərədən çıxıb qaçdığını,özünü ölülüyə vurduğunu, bunu ona Elvinin özünün onların həyətinə polislər gətirəndə dediyini, Elşən Sanavarla bir yerdə gecə onların həyətində qalmalı olduğunu, onların da kameradan baxdığını, Elşənin hərdən gecələr həyətdə gəzdiyini, Elşənin çöldə yeri olduğunu , həyətin için də ona verdiklərini, onların evinin daxilindəki yaşayış yerin açarını Sanavara vermədiyini, onda qaldığını, kamera ilə mütəmadi olaraq telefona baxanda Elvini həyətdə nə vaxt gördüyü ilə bağlı qapı döyüldüyünü, Sanavar qapını döydüyünü, qapını açıb həyətə girdiyini, onların evin iki qapısı olduğunu, biri mətbəx tərəfdən, digəri də ümumi yerdən olduğunu, “Zaşolka”nı vurub Sanavar da qapını döydüyünü səsə onun tərəfdən qapını açıb girdiyini, onların bu şəxsləri diqqətlə həyətdə gördüyünü, görəndən sonra Sanavar zəng vurduğunu, onun da boynuna almadığını, burada paltarının qaldığını paltarını götürüb gedəcəyini, onun Elvini evində kirayə qaldığı üçün tanıdığını, Elvini evindən kirayədən çıxmağına səbəb Elvinin özü ilə gətirdiyi qız uşağını ailəmdir deyə tanıtdığını, onun da Elvinə inandığını, sonradan qızı döydüyünü, qızı incitdiyini,axırda qızın qaçdığını,qız getdikdən sonra evindən çıxmalı olduğunu, onunla arasında pul məsələsi olmadığını, onların evində internet olduğunu, mütəmadi şəkildə sanatoriyadan evi izlədiyini, internetin kəsildiyi və evi izləməməsi ilə bağlı elə bir hal olduğunu, 3 gün ora baxa bilmədiyini, müdirə zəng etdiyini, müdirin internet evdən söndürüldüyünü dediyini, evdə nə baş verdiyi ilə bağlı Sanavara zəng etməyin ağlına gəlmədiyini, onun belə bir hadisə olacağını bilmədiyini, hadisənin baş verdiyi gün Elşəni kamerada görmədiyini, Elvinlə onun arasında hadisələr olan günü isə onu kamerada gördüyünü, evdən oğurluq etdiyini və s. 10-cu polis bölməsinə gətiriləndə onun Elvinə dediyini, Elvinin də Elşənin ona onunla bərabər evi oğurlamasa, ya onu öldürəcəyini, ya da arvadımın üstünü başını cırıb ona sataşdığını deyəciyini müstəntiqin yanında dediyini, Elvinin də qorxudan bunu etdiyini ona bildirdiyini, yaşayış evinin açarını heç kimə vermədiyini, ittihamın mahiyyəti ilə tanış olduğunu, Onunla razı olmasə barədə orada əlavə oğurlanan onun 1 ədəd “Nokia” telefonu olduğunu, Balaca telefon olduğu üçün radiatorları da götürdüklərini, onunla bağlı 180 azn xərcinin çıxdığını, kameranı da söndürdüklərini, 200 azn-a yaxın əlavə xərcinin çıxdığını bildirmişdir. Şahid həmçinin ona verilən suallara cavab olaraq evə qayıdanda evin qapısının bağlı olduğunu, evin içəridən açarının evin həmin yerində olmadığını, evin arxasında həmişə açar olduğunu, hadisə günü həm çöl, həm də içəri açarı Elşənin gətirib stolun üstünə qoyduğunu, evinizə sahiblik edin dediyini, ona açarları Elşənin gətirib təhvil verdiyini, çöl mətbəxin qapının açarı, bir də evin çöldən açdığı açarı verdiyini, içəri də “prixoja” deyilən balaca qutunun içində seyf qapısının açarını da qoyduğunu, onların da evin içində olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, gedib içəri girəndə Elvinin telefonla danışdığını görmüş, buradan çıxmalı olduqlarını, atasının rayondan gəldiyini demiş, 3 aydır ki, evin yiyəsinə Valeriyə pul borclu olmuş, bacısı evin sahibi ilə danışmış, sonra buradan çıxın demiş, onlar 3-4 saata oradan çıxıb getmiş, yenidən qayıdıb gəlmiş, qayıdan zaman heç kimin olmadığını görmüş, avqust ayının 8-dən 15-nə qədər orada qalmış, ayın 15-i saat 11-ə işləmiş anası həyətdə gülləri sulayarkən gedib ona anasıgildə biraz yatacağını demiş, darvazanı açıb çölə çıxanda Elvin onun qabağına çıxmış, öz-özünə Humaygili kirayəçi tutması ilə bağlı danışmasını, orada qalmağa gedəcəyini demiş, o isə başını aşağı salıb anasıgilə getmiş, orada yatmış, saat 3-ə işləmiş evdən qışqırışma səsləri gəlmiş, anası balkonu bağlamış və Kəmalə adlı qadınla içəri girmiş, Elvin adlı şəxs isə evi yığıb aparmışdır. Şahid ona verilən suallara cavab olaraq ayın 8-dən 15-dək evdə qaldığını, evin həyatyanı sahəsinə göz qulaq olmasını ona Valerinin tapşırdığını, onun anasının və kirayəçi Kəmalə həyətyanı sahədə qaldığını, Valerinin evin həyətyanı sahəsinin açarını anasına verdiyini, onun orada olmadığını, anası ilə Valeri arasındakı razılaşmadan məlumatı olmadığını, həyətyanı sahənin ona Valerinin 10 gün müalicəyə getməsi səbəbi ilə verildiyini, özünün həyətdə qaldığını, arada gəlib getdiyini, həyətyanı sahəyə o, anası və Kəmalədən başqa heç kim girib çıxmadığını, həyətyanı sahənin onlara təhvil veriləndə həmin şəxsin kirayədə qalması ilə bağlı məlumatı olmadığını, Elvin adlı şəxs çıxdıqdan sonra onların orada qaldığını, evin sahibinin onun tək qalması üçün onları çıxardığını, onun 3 aydır ki, Valeriyə pul borclu olduğunu, daha sonra onların oradan çıxıb getdiyini, Elvinin orada tək qaldığını, ondan sonra açarı onlara verdiyini, ondan sonra bu şəxsin 1-2 dəfə gəldiyini, paltarlarının qaldığını, arvadın paltarları lazım olmadığını, öz paltarlarının lazım olduğunu dediyini, ondan sonra həmin şəxsin ayın 8-dən 15-ə kimi ora gəlib getməsi ilə bağlı onu görmədiyini, ayın 8-dən 15-ə kimi həmin şəxsin həyətyanı sahəyə gəlib anasıyla çay içdiyini, onun da orada olmağı ilə bağlı onun evində usta işlədiyini, səhər saat 8-dən çıxıb getdiyini, həmin şəxsi görmədiyini, ayın 8-dən 15-ə kimi onun həyətyanı sahədə olma vaxtının səhər saat 9-da gedib ustaya əşyalar aldığını, axşam da gəldiyini, yoldaşı ilə çörək yediyini, həyətdə otu çalıb yatdığını, gündüzün bir vaxtı internetin söndüyünü gördüyünü, ayın 8-dən 15-ə kimi səhər saat 9-dan evdən çıxdığını, axşam saat 9-da evə gəldiyini, səhər 9-dan axşam saat 9-a kimi həyətyanı sahədə evdə qapını bağlayıb evə getdiyini, heç kim olmadığını, anasının da öz evinə getdiyini, onun Valeriylə olan razılaşmada saat 9-dan axşam saat 9-a kimi anasının gəlib baxıb getdiyini, onun həmin vaxt evində usta işlədiyini, axşam gəldiyini, həmin ayın 8-dən 15-ə kimi olan müddət ərzində internetin kəsildiyini, qonşunun da gedib söndürdüyünü, bacarırsa onun düzəltməsini, onun da içəridən olduğunu dediyini, telefon ustası çağırdığını, ustanın evin içindən olduğunu, onun da evin açarı evin sahibində olduğunu. gələndə düzəldəcəyini dediyini, həmin ayın 8-dən 15-ə kimi olan müddət ərzində evin “raşotka” sının qırılması, əyilməsi, sökülməsi olmadığını, həmin müddət ərzində bu şəxsi həyətə buraxmadığını, ibtidai istintaqdakı bu şəxsin verdiyi ifadədə ki, həmin şəxslə onun bir yerdə evdən əşya çıxartması ilə şər böhtan olduğunu, onun bu adamı tanımadığını, düşmənçilik və ədavətinin olmadığını, bu adamın gəldiyini, evin sahibinin çıxın gedin, atası gəlir dediyini, ona pul borclu olduğunu, hadisənin baş verdiyi günə kimi orada qaldığını, ayın səkkizindən 15-nə kimi havada külək əsdiyini, anasının gülləri suladığını, həmin tarixlərdə ağcaqanad olduğunu, ayın 15-də də ağcaqanad olduğunu, hadisənin baş verdiyi gün orada qalmadığını, yoldaşı ilə evə getdiyini, orada yatıb səhər gələcəklərini, ayın 8-dən 14-ə kimi hər gün həyətdə yatdığını, ayın 8-dən 15-ə kimi Elvinin onu güddüyünü, orda olanda gəlib içəri girdiyini bildirmişdir. Şahid həmçinin ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxsin dediklərinin hamısının şər böhtan olduğunu, belə məzmunlu ifadə niyə verdiyini bilmədiyini, uşağa telefon vermədiyini, özü, yoldaşı, anası, oğlu qısa zəng edəndə orada olduğunu, nömrənin düşdüyünü, birdə ona zəng etməməsini dediyini, sonuncu dəfə həmin evdə ayın 15-də olmuduğunu, hadisə zamanı ********** mobil nömrədən istifadə etdiyini, hadisə zamanı istifadəsində sadə düyməli nokia markalı telefon olduğunu, Whatsapdan istifadə etmədiyini, təqsirləndirilən şəxslə arasında telefon danışığı olmadığını, 16 avqust tarixində axşam saat 11-də həyətdən çıxıb getdiyini, həyətdə anası və Kəmalə adlı qadının qaldığını, Kəmalənin tək qalmağa qorxduğunu dediyini, ona görə anasının yanında qaldığını, hava isti olduğu üçün yoldaşının onunla birlikdə anasıgilə getdiyini, anasıgilin evi ilə bu evin arasında təxminən 300-500 metr məsafə olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə saat 17:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 53). Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4(002)-209/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 avqust 2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 106-109). “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən fərdi həyət evidir. (cild 1, iş vərəqə 7- 26). Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1747 saylı məhkəmə-daktiloskopik ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanında, Zərərçəkmiş şəxs2 və X2 qarşı baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq izi xx.xx.2002- ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (03 dəfə), sol əlinin orta və adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. (cild 2, iş vərəqə 1-10). “Videogörüntüyə baxış keçirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin görüntü 29 faylda yerləşdirilmişdir. 1 ch01_**********3651 adlı 1 -ci görüntü 04 dəqiqə 14 saniyə davam edir. Fayl açıldıqda aydın görünür ki, 09 avqust 2024-cü il tarixdə saat 03:36-da bir nəfər arıq bədən quruluşlu şəxs görüntünün ilk dəqiqələrindən etibarən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən bir nəfər hicablı qadınla evin həyətinə çıxır və evin darvazasına qədər gedib orada yerləşən kirayə verilən köməkçi tikiliyə daxil olub sonradan geri evə qayıdır. 2 ch01_**********2301 adlı 2-ci videogörüntü 10 dəqiqə 57 saniyə davam edir. Fayl açıldıqda aydın görünür ki, 09 avqust 2024-cü il tarixdə saat 07:23-də yenidən bir nəfər arıq bədən quruluşlu, əynində qara köynək və qara idman şalvarı olan şəxs, bir nəfər qara rəngli hicablı qadın və 2 azyaşlı uşaqla birlikdə həmin fərdi yaşayış evindən çıxaraq həyətdə gəzişir və sonra evə daxil olurlar. 3 ch01_**********4425 adlı 3-cü videogörüntü 17 dəqiqə 59 saniyə davam edir. Videogörüntünün 06 dəqiqə 50-ci saniyəsində arıq bədən quruluşlu şəxs həmin fərdi yaşayış evindən çıxıb qapını bağlayaraq darvazaya tərəf gedir və qapını açaraq bir nəfər yaşlı qadını evin həyətinə dəvət edir. Lakin videogörntüdə həmin yaşlı qadının fərdi yaşayış evinə daxil olduğu müşahidə edilmir. 4 ch04_**********4934 adlı 4-cü videogörüntü 09 dəqiqə 25 saniyə davam edir. Fayl açıldıqda aydın görünür ki, 09 avqust 2024-cü il tarixdə saat 07:53-də “Oka” markalı avtomobil həmin fərdi yaşayış evinin qarşısında saxlayır və avtomobildən düşən qısaqol könəkli, arıq bədən quruluşlu və balaca boylu kişi cinsinə məxsus şəxs avtomobilin yük hissəsini açaraq oradan yorğan döşək və sair əşyalar çıxararaq evin həyətinə aparır. Bu zaman bir nəfər yaşlı qadın da bu işdə ona kömək edir. 8 ch01_**********1024 adlı 8-ci video görüntü 06 dəqiqə 02 saniyə davam edir. Həmin video görüntüdə 09 avqust 2024-cü il tarixdə saat 08:14-də arıq bədən quruluşlu şəxslə yanındakı qara rəngli hicablı qadın və 2 nəfər azyaşlı uşaq evdən digər şəxslərin çıxmağından istifadə edərək evi tərk edib çıxıb gedirlər. 10 ch01_**********5006 adlı 10-cu video görüntü 25 dəqiqə 29 saniyə davam edir. Evin həyətində 1 nəfər arıq bədən quruluşlu, qara köynəkli kişi cinsinə məxsus, bir nəfər arıq bədən quruluşlu ağ-qara köynəkli kişi cinsinə məxsus şəxs, bir nəfər dolu bədən quruluşlu qadın və bir neçə azyaşlı uşaq olduğu aydın görünür. 15 ch06_**********2256 adlı 15-ci videogörüntü 01 dəqiqə 46 saniyə davam edir. 13 avqisu 2024-cü il tarixdə saat 23:22-də bir nəfər arıq bədən quruluşlu şəxsin evin hasarından tullanaraq evinə həyətinə daxil olduğu və bu zaman videomüşahidə kamerasının olduğunu görüb kameranın istiqamətini çevirdiyi görünür. Digər videogorüntülərdə arıq bədən quruluşlu, əynində qara rəngli köynək olan şəxsin gizlin formada fərdi yaşayış evinə daxil olub çıxdığı aydın görünür. 26 ch01_**********4803 adlı 26-cı videogörüntü 05 dəqiqə 54 saniyə davam edir. 15 avqust 2024-cü il tarixdə saat 22:49-da bir nəfər arıq bədən quruluşlu tünd rəngli köynəkli şəxsin darvaza tərəfdən gəldiyi, evin həyətinin işıqlarını keçirdiyi və evin qapısını açaraq fərdi yaşayış evinə daxil olduğu aydın görünür. 27 ch01_**********3714 adlı 27-ci videgörüntü 48 dəqiqə 53 saniyə davam edir. 15 avqust 2024-cü il tarixdə saat 23:47-də evin həyətinin işıqlarını yandıraraq fərdi yaşayış evindən çıxdığı həyətdə bir qədər mobil telefonla danışdıqdan sonra 2 nəfər şəxsin evin həyətinə gələrək evdəki əşyaları çıxardıqları aydm müşahidə edilir. 28 ch01_**********2608 adlı və 29 ch01_**********3325 adlı 28 və 29-cu videgörüntülərdə həmin şəxslərin evdə olan əşyaları evdən çıxardıqları aydın görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həqiqətəndə həmin videogörüntünün 08 avqust 2024-cü il tarixdən 16 avqust 2024- cü il tarixədək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, ev 157 ünvanında yerləşən fərdi yaşayış evində qaldığı və 15 avqust 2024-cü il tarixdən 16 avqust 2024- cü il tarixə keçən gecədə həmin ünavnda etdiyi quldurluq hadisəsini özündə əks etdirən videogörüntü olmasını, həmin videogörüntüdəki arıq bədən quruluşlu, qara köynəkli, fərdi yaşayış evindən gizlin formada qalan şəxsin özü olmasını, digər arıq bədən quruluşlu ağ-qara köynəkli, “Oka” markalı avtomobillə evə gəlmiş şəxsin, ev sahibinin razılığı əsasında orada qalmış Elşən adlı şəxs olmasını, avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixə keçən gecədə evə gəlmiş 3 nəfər şəxsin həmin evə orada olan ev əşyalarını almaq üçün dəvət etdiyi şəxslər olmasını, həmin şəxslərə evin özünə məxsus olduğunu, uşağını əməliyyat etdirmək üçün evin əşyalarını satdığını, həmin şəxslərin heçbir cinayət hadisəsindən xəbərləri olmadığını, videogörüntüdə olan yaşlı qadının ev sahibinin razılığı əsasında həmin evin həyətində köməkçi tikilidə qalan Sanavar adlı qadın olduğunu, 09 avqust 2024-cü il tarixdə onunla birlikdə həmin evdə qalan qadının Könül adlı qadın olduğunu və onun haqqında başqa məlumatı olmadığını, “Tiktok” sosial şəbəkəsində tanış olduğunu bildirmiş, videogörüntülərdə aşkar surətdə Elşən və Sanavar adlı şəxsləri ev sahibinə məxsus fərdi yaşayış evinə daxil olmadığı, Elvinin həmin evdə gizlin formada qaldığı onun videogörüntüdə olan hərəkətlərindən aşkar surətdə müəyyən edilmişdir. (cild 2, iş vərəqə 55-56). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2024-cü il tarixli 9/7365 nömrəli rəyindən görünür ki, ekspertiza baxışına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3205 manat müəyyən edilir. (cild 2, iş vərəqə 15-18). Məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 564 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beynin əzilməsi və başın sağ alın - təpə nahiyələrinin subdural hematoması ilə müşayiət olunan hər iki alt çənənin cisminin (çənə bucağının) qapalı, yerinidəyişmiş, qəlpəli sınıqları (cərrahi yolla bərpası), sol əng sümüyünün arxa divarının yerinidəyişmiş sınığı, başın ənsə, sol qaşüstü və alt çənə nahiyəsinin əzilmiş - cırılmış yaraları, sol bazu, sağ said, sağ alt çənə şaxəsinin və boyunun sağ yan səthinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (cild 2, iş vərəqə 224-227). Məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2024-cü il tarixli 688 nömrəli rəyindən görünür ki, vətəndaş K.M.Məmmədovanın məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - başın təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş K.M.Məmmədovanın almış olduğu xəsarətin xarakteri və lokalizasiyasmı nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Vətəndaş K.M.Məmmədovanın almış olduğu əzilmiş yaranın xüsusiyyətləri (xarakteri, ölçüsü) o cümlədən yetirən alətin (əşyanın) fərdi xüsusiyyətlərin saxlanılmadığından həmin xəsarəti konkret olaraq hansı əşya (alət) təsirindən törənməsini söyləmək mümkün olmamışdır. İlkin istintaq zamanı Zərərçəkmiş şəxs3 özünün təqdimatına uyğun olaraq istintaq sənədlərində, habelə məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında qərarda adı, soyadı X5 olaraq kimi qeyd olunmuş, lakin istintaqın gedişində onun xx.xx.1962- ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 olması müəyyən edilərək 05 mart 2025-ci il tarixli qərarla həmin xüsusata qiymət verilmişdir. (cild 2, iş vərəqə 11-13). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 2678 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmədi. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan əlamətlər emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əhvali-ruhiyyə fonunda dəyişkənlik, hövsələsizlik, inadkarlıq, eqosentrizm və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 2, iş vərəqə 282-232). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 254). Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə verilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 6725 manat, mənəvi ziyanın vurulmasına görə 3000 manat, cəmi 9725 manat pil vəsaitinin və hazırki iddiaya görə ödənilmiş 118 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri ilə, habelə Cinayət Məcəlləsinin 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şahid2 ilə əlbir olması, aralarında oğurluqdan sonra qazancın yarısının onun olması ilə bağlı sövdələşmə olduğu barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-yə sorğu verilmiş, lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən 10 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək Şahid2 məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms mətnlərinin olmadığı məlum olmuşdur. Həmçinin 16 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 181.2.1, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 23 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. (cild 2 i/v 97-100) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı preyudisial əhəmiyyətə malikdir, belə ki, həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 177.2.4 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 177.2.4 və 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə "Məhkəmə hökmü haqqında” və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca və köməksiz vəziyyətdə olan şəxslərə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. AR CM-in 56.1.3-ci maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 avqust 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 53,106-109). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 6725 manat, mənəvi ziyanın vurulmasına görə 3000 manat, cəmi 9725 manat pil vəsaitinin və hazırki iddiaya görə ödənilmiş 118 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığını müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı hissədə və ödənilmiş dövlət rüsumuna aid hissədə, ümumilikdə 9843 manat məbləğində təmin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar xx.xx.2024-cü il tarixdə baş vermiş qudlurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk və hadisə yerindən götürülmüş 01 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs1 Mirzəli qızına məxsus olan 01 ədəd göy rəngli 5 litr həcmli termos, 01 ədəd “Samsung” markalı DVD player, 01 cüt markası olmayan səsgücləndirici, 01 ədəd “Panasonic” markalı DVD və videomaqnitofon, 01 ədəd “JVC” markalı videomaqnitofon, 01 ədəd “Philips” markalı şirəçəkən, 01 ədəd “Tefal” markalı ətçəkən, 01 ədəd “Tefal” markalı elektrik çaydan, 01 ədəd “Blue House” markalı şirəçəkən, 01 ədəd Panasonic markalı mikser, 01 ədəd “Roventa” markalı tozsoran, 01 ədəd “Samsung” markalı tozsoran, 01 ədəd 7 litr həcmində samovar, 01 ədəd 7kg həcmində “LG” markalı paltaryuyan, 01 ədəd “Siemens” markalı soyuducu, 01 ədəd “Siemens” markalı qabyuyan, 02 ədəd 80 kv-lıq “Samsung” markalı kondisionerin daxili blok hissəsi (daxili splint), 01 ədəd 80 kv-lıq “Samsung” markalı kondisionerin xarici blok hissəsi (çöl motor), 01 ədəd “Jovissa” markalı elektrik soba, Şahid5 götürülən və Zərərçəkmiş şəxs1 Mirzəli qızma məxsus olan 01 ədəd “Samsung” markalı monitor və 01 ədəd “Super Pover” markalı prosessorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 38 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 418 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi təmin olunsun, 9725 manat məbləğində maddi və mənəvi ziyan və 118 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9843 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübutlar xx.xx.2024-cü il tarixdə baş vermiş qudlurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk və hadisə yerindən götürülmüş 01 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs1 Mirzəli qızına məxsus olan 01 ədəd göy rəngli 5 litr həcmli termos, 01 ədəd “Samsung” markalı DVD player, 01 cüt markası olmayan səsgücləndirici, 01 ədəd “Panasonic” markalı DVD və videomaqnitofon, 01 ədəd “JVC” markalı videomaqnitofon, 01 ədəd “Philips” markalı şirəçəkən, 01 ədəd “Tefal” markalı ətçəkən, 01 ədəd “Tefal” markalı elektrik çaydan, 01 ədəd “Blue House” markalı şirəçəkən, 01 ədəd Panasonic markalı mikser, 01 ədəd “Roventa” markalı tozsoran, 01 ədəd “Samsung” markalı tozsoran, 01 ədəd 7 litr həcmində samovar, 01 ədəd 7kg həcmində “LG” markalı paltaryuyan, 01 ədəd “Siemens” markalı soyuducu, 01 ədəd “Siemens” markalı qabyuyan, 02 ədəd 80 kv-lıq “Samsung” markalı kondisionerin daxili blok hissəsi (daxili splint), 01 ədəd 80 kv-lıq “Samsung” markalı kondisionerin xarici blok hissəsi (çöl motor), 01 ədəd “Jovissa” markalı elektrik soba, Şahid5 götürülən və Zərərçəkmiş şəxs1 Mirzəli qızma məxsus olan 01 ədəd “Samsung” markalı monitor və 01 ədəd “Super Pover” markalı prosessorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 418 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar