Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1189/2020 11.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmişdir. Belə ki, cinsi azlığın nümayəndəsi olan Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında dayanıb cinsi əlaqədə olmaq üçün müştəri gözləyərkən avtomobil yolu ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan, “VAZ 21011” markalı “**-HO-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilini Təqsirləndirilən şəxs dayandığı yerdə saxlayaraq sonuncuya oral yolla cinsi əlaqədə olmaq istədiyini təklif etmiş və qarşılığında hansı məbləğdə pul alacağını soruşmuş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxsla oral yolla cinsi əlaqədə olmağa etiraz etməmiş və həmin əlaqəyə görə qabaqcadan 10 manat məbləğində pul alacağını bildirmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşmiş və rahat şəkildə cinsi əlaqədə olmaq üçün sonuncuya avtomobili heç kimin olmadığı Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürməsini təklif etmiş, birlikdə həmin ünvana getdikdən sonra Zərərçəkmiş şəxs onunla idarə etdiyi avtomobilin ön hissəsində qabaqcadan 10 manat məbləğində pul əskinası verməklə oral yolla cinsi əlaqədə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində pulunun olmasını görüb həmin pulları qəsdən və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün üzərində olan təsərrüfat təyinatlı ülgücü (rezakı) çıxarıb sonuncuya tutaraq öldürəcəyi və sifətində çapıq izi qoyacağı ilə davamlı hədələr etməklə psixoloji təzyiqlər göstərərək həmin ülgücü (rezakı) silah qismində istifadə edilən əşya kimi tədbiq edib hücuma məruz qalmış Zərərçəkmiş şəxs onun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncunun üzərində olan pulları verməsini tələb etmiş, sonuncu ağır hemofiliya xəstəliyindən əziyyət çəkdiyi üçün əgər ülgüclə bədəninin hər hansı bir hissəsi kəsilərsə qanaxması dayanmayacağından qorxub Təqsirləndirilən şəxs iradəsinə tabe olmuş, üzərində olan 1 ədəd 50 manat, 2 ədəd 20 manat və 1 ədəd 10 manatlıq əskinaslar olmaqla ümumilikdə 100 manat məbləğində pulu ona vermiş, R.Qurbanov Zərərçəkmiş şəxs ümumilikdə 100 manat məbləğində pulunu ələ keçirməklə sonuncuya qarşı quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. ünvan 1 B saylı ünvanda kirayədə yaşamışdır. O, cinsi azlığın nümayəndəsidir və son 4 ildir ki, cinsi azlıq kimi kişilərlə görüşür. O, adətən kişi müştərilərlə görüşmək üçün günün qaranlıq vaxtları Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın qarşısında olmuşdur. Həmin binanın qarşısında çoxlu sayda şam ağacları olduğu üçün çox zaman həmin əraziyə “20 Yanvar” da yerləşən “Şamlıq” deyirlər. xx xxxxx 2020-ci il tarixdə gecə saat təxminən 02 radələrində müştəri axtarmaq üçün “20 Yanvar” metrostansiyası yaxınlığında körpünün ətrafında gəzişərək kişi cinsindən olan müştərilər axtarmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində yolun kənarı ilə piyada hərəkətdə olan zaman ona “VAZ 21011” markalı avtomobil yaxınlaşmış, avtomobilin sağ yan qabaq qapısının şüşəsi aşağı salınmış və sürücü əli ilə onu maşınına tərəf çağırmışdır. O, həmin avtomaşına yaxınlaşarkən avtomaşının sürücüsü şəxsiyyəti ona sonrradan məlum olan Zərərçəkmiş şəxs avtomobilin açıq şüşəsindən onunla cinsi əlaqədə olub-olmayacağını soruşduqda, o, 10 manata oral yolla cinsi əlaqədə olduğunu demişdir. Avtomaşının pəncərəsindən sürücüyə qiymət dedikdən sonra sürücü razılaşmış və onu avtomaşına dəvət etmişdir. Avtomaşına əyləşdikdən sonra onun deməyinə əsasən onlar avtomobillə Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə maşınlar üçün nəzərdə tutulmuş qarajların arasına getmişlər. Zərərçəkmiş şəxs ona oral yolla cinsi əlaqədə olmağı təklif edən zaman o, sürücüyə əvvəlcədən 10 manat pulu aldığını bildirdikdə sürücü etiraz etməyib cibində olan pulları çıxararaq 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 10 manat pul vermişdir. Bu zaman zərərçəkmiş şəxsin əlində 1 ədəd 50 manatlıq və 3 ədəd 1 manat olmaqla ümumilikdə 53 manat pulunun qaldığını görmüşdür. 10 manatı götürdükdən sonra oral yolla cinsi əlaqədə olmuşlar. Bir neçə saniyədən sonra isə sürücü ona anal yolla cinsi əlaqədə olmağı təklif etdikdə o, sürücüyə 20 manata anal yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs etiraz etmədikdə o, pulunu əvvəlcədən alacağını bildirmişdir. Sürücü üzərində 20 manatlığın olmadığını, 50 manatlığın olduğunu bildirən zaman o, həmin 50 manatı müştəridən götürmüş və az əvvəl sürücünün ona verdiyi 10 manatı zərərçəkmiş şəxsə geri qaytarıb,cinsi aktı başa çatdırdıqdan sonra yaxınlıqda olan mağazaya gedib 50 manatı xırdalayıb ona borclu qaldığı 20 manatı verəcəyəni bildirmişdir. Sürücü də onunla razılaşmış və anal yolla cinsi əlaqədə olmağa başlamışlar. Zərərçəkmiş şəxsə onunla 10- 15 dəqiqə ərzində cinsi əlaqədə olacağını bildirdikdə sürücü onunla razılaşmışdır. Bundan sonra sürücü onunla anal yolla cinsi əlaqədə olmağa başlamışdır. Bir müddət cinsi əlaqədə olduqdan sonra görmüşdür ki, zərərçəkmiş şəxsin cinsi aktivliyi yoxdur. O, zərərçəkmiş şəxsə cinsi aktını başa çatdıra bilmədiyini deyib, 50 manatı aparıb xırdalayıb pulunun qalan hissəsini verməyi təklif edən zaman Zərərçəkmiş şəxs ona yenidən anal yolla cinsi əlaqədə olmağı təklif edərək bildirmişdir ki, əgər onunla yenidən anal yolla cinsi əlaqədə olmasa ona 50 manatdan hər hansı bir məbləğdə pul veməyəcək. O, zərərçəkmiş şəxsə etirazını bildirib cinsi aktını sona çatdıra bilmədiyini demişdir. Bundan sonra aralarında avtomaşının içərisində mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs avtomaşının mühərrikini işə salıb, avtomaşını onun dediyi mağazanın qarşısına tərəf sürmüş və mağazanın qarşısında ona verdiyi 50 manatın hamısını geri istəmiş, əks halda isə polisə şikayət edib onu şərləyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla 1 dəfə anal yolla cinsi əlaqədə olduğu üçün ona verdiyi 50 manatı deyil, cəmi 20 manat pulu verəcəyini bildirmişdir. Bundan sonra isə o, avtomaşından düşüb mağazaya tərəf gedən zaman zərərçəkmiş şəxsin avtomaşını işə salaraq oradan uzaqlaşdığını görmüşdür. Pulu özünün ehtiyaclarına xərcləmiş və narkotik istifadəçisi olduğuna görə həmin pula narkotik olan heroin də almışdır. O, zərərçəkmiş şəxsə qarşı hər hansı bir quldurluq etməmiş, ona qarşı hər hansı bir hədə-qorxu gəlməmişdir. Onun üzərində yalnız qaş almaq üçün istifadə edilən qaş alan (naqqaş) olmuşdur. Qaş alanla zərərçəkmiş şəxsin sifətinə çapıq izi qoyacağını bildirməmişdir. Zərərçəkmiş şəxs onu şərləyir. Zərərçəkmiş şəxsin cibindən çıxartdığı pullar ümumilikdə 63 manat olmuş və başqa heç bir pul olmamışdır. Onda rezak olmayıb, qaş alan olmuşdur. Qaş alanla isə zərərçəkmiş şəxsə heç bir xəsaərt yetirməmiş, nə də xəsasərt yetirəcəyi ilə hədələməmişdir. O, özünü yalnız zərərçəkmiş şəxsdən 50 manat pul götürməsinə görə təqsirkar bilir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, 3-cü qrup əlildir, onda ağır hemofiliya xəstəliyi var. O, idarə etdiyi “VAZ 21011” markalı avtomaşınla yaşadığı Pirallahı rayonunda taksi fəaliyyəti ilə məşğul olur. O, cinsi azlıqlarla arada bir cinsi əlaqədə olaraq, cinsi ehtirasını təmin edir. xx xxxxx 2020-ci il tarixdə o, yaşadığı Pirallahı rayonunda olan zaman axşam saat təxminən 23 radələrində ağrıları şiddətləndiyi üçün Yasamal rayonu ərazisində yerləşən Respublika Kliniki Xəstəxanasına getmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il saat təxminən 01 radələrində o, Bakı şəhərinə giriş etmişdir. Həmin gün saat təxminən 02 radələrində Respublika Kliniki Xəstəxanasına çatmamış yolun kənarında bir nəfər şəxsin dayandığını gördükdə dərhal hiss etmişdir ki, həmin şəxs cinsi azlıqdır və görüşmək üçün müştəri gözləyir. Həmin vaxt onun üzərində 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd də 1 manatlıq əskinas olmaqla ümumilikdə 110 manat məbləğində nağd pulu olmuşdur. Yolun kənarı ilə idarə etdiyi avtomobili yavaş-yavaş sürərək həmin cinsi azlığa tərəf sürmüşdür. Yolun kənarında avtomobili saxlayıb avtomobilin pəncərəsini açaraq həmin şəxsi çağırmışdır. Həmin şəxs avtomobilinə tərəf gəldikdə o, pəncərədən həmin şəxsə onunla cinsi əlaqədə olub-olmayacağı ilə maraqlandıqda həmin şəxs ona 10 manat pulun müqabilində onunla oral yolla cinsi əlaqədə ola biləcəyini demişdir. O, etiraz etməmiş və həmin şəxsi avtomobilinə dəvət etmişdir. Həmin şəxs- şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs avtomobilə qabaq oturacaqda oturduqdan sonra Q. Rzayevin təklifi ilə avtomobili Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürmüşdür. Ona oral yolla cinsi əlaqədə olmazdan qabaq həmin əlaqənin pulunu əvvəlcədən aldığını bildirdiyindən o, cibində olan pulları çıxartmış və pulların arasından 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pulu Təqsirləndirilən şəxs vermişdir. Cibindən pulları çıxaran zaman onun cibində başqa pulların da olduğunu R.Qurbanov görmüşdür. O, 10 manat pulu Qurbana verdikdən sonra elə avtomobilin salonunda oral yolla cinsi əlaqədə olmuşlar. Təxminən bir neçə saniyədən sonra Təqsirləndirilən şəxs ondan iy gəldiyini bildirərək, onunla oral yolla cinsi əlaqəni davam etdirmək istəmədiyini demişdir. Təxminən bir neçə saniyə sonra Təqsirləndirilən şəxs anidən əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd ülgüc (rezak) çıxardıb ona tərəf tuşlayaraq onda az əvvəl üzərində pul olduğunu gördüyünü, ona görə də üzərində olan pulları vermədiyi halda əlində tutduğu rezakla onun sifətinə iz qoyacağını dedikdə, o, ağır hemofiliya xəstəsi olduğu üçün əgər ona ülgüclə xəsarət yetirərsə hətta ölə biləcəyini fikirləşib, ona görə Qurbanın müqavimətinə və iradəsinə tabe olmaq məcburiyyətində qalmışdır. Şalvarının cibindən qalan pulları çıxartmış və hamısını cəm şəkildə təqsirləndirilən şəxsə təqdim etmişdir. Həmin pullar 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd də 10 manatlıq əskinaslar olmuşdur. Təqsirləndirilən şəxs ondan 100 manat pulu almışdır. Bundan onra əlində tutmuş olduğu rezakı hələ də ona qarşı tuşladığından Qurbanın hər an ona qarşı ülgüclə zərbə yetirəcəyindən qorxduğu üçün o, idarə etdiyi avtomobilini dərhal işə salmış və əsas yola tərəf çıxmağa başlamışdır. Mərkəzi yola çıxdıqdan sonra “Real-S” mağazasının qarşısında Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra o, dərhal avtomobillə həmin ərazidən uzaqlaşaraq ətrafda polis axtarmağa başlamışdır. Təxminən bir neçə dəqiqə sonra o, dövlət yol polisi idarəsinin əməkdaşlarına yaxınlaşıb baş vermiş hadisə barədə məlumat verdikdə, ona ərazi polis idarəsinə yaxınlaşmağı və baş verənlər barədə ərizə ilə müraciət etməli olduğunu izah etmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 100 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmiş, lakin, əlində olan rezakla onun sifətinə iz qoyacağını demişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 19-cu PŞ-də baş əməliyyat müvəkkili işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 03:14-də Polis Şöbəsində növbədə olduğu vaxt DİN-nin 102 xidməti zəng mərkəzinə Pirallahı rayonu, Fioletov küçəsi ev 2, mənzil 8 saylı ünvanda yaşayan Zərərçəkmiş şəxs zəng edərək Şamaxinka adlanan ərazidə idarə etdiyi avtomobilinə müştəri qismində əyləşmiş cinsi azlığın Yasamal rayonu, Respublika Xəstəxanasının yanında onu ülgüclə hədələyərək 120 manat pulunu alması barədə məlumat vermişdir. DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında şöbədə həmin gün növbədə olan polis əməkdaşları dərhal baş vermiş quldurluq hadisəsinin Şamaxinkanın hansı hissəsində baş verdiyini dəqiqləşdirmək üçün Rüfət Yunusonla telefon əlaqəsi saxlamış və dərhal əməliyyat qrupunun üzvləri ilə birlikdə o da qeyd edilən ünvana yollanmışdır. Zərərçəkmiş şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində Zərərçəkmiş şəxsla profilaktiki söhbət aparılan zaman ona qarşı quldurluq edən şəxsin cinsi azlığın nümayəndəsi olduğu müəyyən olunmuşdur. O, Nəsimi rayonu, Şamaxinka adlanan yaşayış sahəsinin baş əməliyyat müvəkkili olduğu üçün cinsi azlıqları əlamətləri üzrə tanıyır. Zərərçəkmiş şəxs ona qarşı quldurluq edən şəxsin əlamətlərini qeyd edən zaman o, xidmət etdiyi inzibati ərazidə çox zaman axşamlar gəzən cinsi azlığın nümayəndəsi olan “Rəna” ləqəbi ilə tanınan cinsi azlıq Təqsirləndirilən şəxs şübhələndiyindən o, Zərərçəkmiş şəxs qarşı ülgüc tətbiq etməklə quldurluq etməkdə şübhələndiyi şəxs Təqsirləndirilən şəxs yaxalanması və barəsində müvafiq olaraq İstintaq Şöbəsində istintaq hərəkətlərinin həyata keçirilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışdır. Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin inzibati ərazisində Təqsirləndirilən şəxs axtarmağa başlamış, lakin, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs təxmini olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində kirayədə yaşaması barədə məlumat olduğundan onun yaşadığı ünvan tərəfə gedə biləcəyini ehtimal edib dərhal həmin istiqamətdə yollanmışdır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında o, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsində müəyyən etmiş və dərhal Təqsirləndirilən şəxs İstintaq Şöbəsinə təqdim etmişdir. Sonradan istintaq zamanı Zərərçəkmiş şəxs qarşı quldurluq edən şəxsin məhz cinsi azlığın nümayəndəsi Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində ülgüc olmamış, onun üzərində qaşalan naqqaş olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, ünvan 2 saylı ünvanda yerləşən “Tantuni-Dönər-Köftə” restoranının Şamaxinka filialında moto-kuryer vəzifəsində çalışır. Onun iş saatı axşam 22:00-dan başlayır və səhər saat 08:00-da başa çatır. O, restoranın giriş qapısının yaxınlığında dayanır və hər hansı bir onlayn sifariş olduqda həmin sifarişi ünvana çatdırdıqdan sonra yenidən restorana qayıdır. xx xxxxx 2020-ci il tarixdə axşam saat 22:00-da həmişə olduğu kimi işə gəlmişdir. Həmin vaxt onunla birlikdə iş yoldaşı Şahid3 də olmuşdur. Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 2 saylı ünvanda iş başında olan zaman saat təxminən 01:00 radələrində o, iş yerində olan zaman bir də görmüşdür ki, hamının “Rəna” kimi tanıdığı şəxs “VAZ 21011” markalı minik avtomobilinin içində sürücü ilə mübahisə edir və səsləri aydınca eşidilmişdir. Belə ki, həmin avtomobilin ön qapılarının pəncərələri, hətta həmin avtomobilin baqajı da açıq olmuşdur. Rəna ilə avtomobilin sürücüsü söyüşlər söyərək bir-birini təhqir etmişlər. Hətta o qədər möhkəmdən söymüşlər ki, səs aydınca eşidilmişdir. Rəna möhkəmdən qışqıraraq sürücüyə söyüşlər söymüş və avtomobili saxlamasını tələb etmişdir. O, sürücünün onun işlədiyi restorandan təxminən 30-40 metr ara məsafəsində avtomobili saxladığını və həmin vaxt avtomobilin qabaq sağ yan qapısının açıq olduğunu görmüşdür. Hamının Rəna kimi tanıdığı cinsi azlığın nümayəndəsi minik avtomobilindən düşmüş və avtomobilin qapısını möhkəm şəkildə çırpmışdır. Sonradan avtomobilin sürücüsü avtomobili ilk öncə Rənaya tərəf sürmüş, sonra Rəna yoldan çıxaraq səkinin üstü ilə hərəkət etməyə başlamışdır. Bu zaman avtomobilin sürücüsü avtomobili gəldiyi istiqamət üzrə geri çevirmiş və gəldiyi istiqamətə əks sürməyə başlamış, idarə etdiyi “Vaz 21011” markalı minik avtomobilini yolun kənarında “Real-S” marketin qarşısında saxlamışdır. Avtomobildən düşərək dərhal yolun kənarında geriyə dönmə yolunda dayanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus pikap markalı hündür avtomobilə yaxınlaşmış, sonradan isə geri qayıdaraq öz idarə etdiyi “Vaz 21011” minik markalı avtomobilinə əyləşmiş və idarə etdiyi avtomobil ilə yolun əks tərəfinə keçərək orada dayanmış PPX əməkdaşlarına yaxınlaşmış və nə isə demişdir. Lakin o, həmin vaxt “VAZ 21011” minik markalı avtomobilin sürücüsünün nə dediyini eşitməmişdir. Həmin vaxt hava qaranlıq olmuş, ona görə o, Rəna kimi tanıdığı cinsi azlığın nümayəndəsi Təqsirləndirilən şəxs əlində ülgüc (rezak) görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Nəsimi RPİ-nə ünvanlanmış ərizəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində cinsi azlığın nümayəndəsi olan şəxs əynində olan qış gödəkcəsinin sol yan cibindən ülgüc bıçaq (rezak) çıxardaraq ona tərəf tuşlayıb, onu öldürəcəyi ilə hədələyib, sifətinə ülgüclə iz (çapıq) qoyacağını deyib ondan üzərində olan pulların hamısını verməsini tələb etmiş və o da üzərində olan 100 manat pulu həmin şəxsə təqdim etmişdir. Cinayət işinin 11-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxasıdır. Baxış zamanı Zərərçəkmiş şəxs da iştirak etmiş və baş vermiş hadisənin təfsilatlarını danışmışdır. Baxış zamanı həmçinin ekspert-kriminalist də iştirak etmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında protokoldan görünür ki, 1 ədəd Təqsirləndirilən şəxs məxsus alt geyimi və 01 ədəd məişət təyinatlı qaş alan naqqaşı Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında protokoldan görünür ki, 1 ədəd Zərərçəkmiş şəxs məxsus alt geyimini Zərərçəkmiş şəxs könüllü şəkildə təqdim etmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaq üçün təqdim olunmuş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasından görünüşünə və səsinə görə həmin şəxsi tanıyaraq, 14.04.20-ci il tarixdə saat 02 radələrində ona qarşı quldurluq edən şəxsin soldan üçüncü şəxs olduğunu bildirmişdir. Şəxsin tanınması istintaq hərəkəti keçirilən zaman “Samsung Galaxy A40” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 79-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “...Həmin vaxtdan təxminən bir neçə saniyə sonra həmin cinsi azlığın nümayəndəsi anidən əynində olan qış gödəkcəsinin sol yan cibindən 1 ədəd ülgüc (rezak) çıxartdı və mənə tərəf tuşlayaraq bildirdi ki, az əvvəl üzərində pul olduğunu görmüşəm, ona görə də üzərində olan pulları verməlisən deyə bildirdi, əks halda isə əlimdə tutduğum ülgüclə (rezakla) sifətinə iz (çapıq) qoyacağam. Mən də ağır hemofiliya xəstəsi olduğum üçün çox qorxdum və düşündüm ki, əgər ülgüclə mənə xəsarət yetirərsə, hətta ölə bilərəm. Ona görə də mən onun müqavimətinə və iradəsinə tabe olmaq məcburiyyətində qaldım. Əynimdə olan şalvarımın sol yan cibindən üzərimdə qalan pulları çıxardım və hamısını cəm şəkildə həmin cinsi azlığa təqdim etdim. Həmin pullar 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pullar idi. ....” hissəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 86-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 4 ədəd kosmetik təyinatlı qaş alan təqdim edilmiş, sonuncu isə həmin qaş alanlardan heç birini tanımadığını və ona qarşı törədilən quldurluq hadisəsi zamanı ülgüc (rezak) ilə hədə-qorxu gəlindiyini bildirmişdir Cinayət işinin 209-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 199 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisədən dərhal sonra məhkəmə-tibbi ekspertizaya təqdim olunmadığından arxa keçəcəyində və ağız nahiyəsindən tampon və yaxmanın götürülməsi məqsədə uyğun hesab edilmir. Cinayət işinin 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 public hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 200 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. Təqsirləndirilən şəxs hadisədən dərhal sonra məhkəmə-tibbi ekspertizaya təqdim olunmadığından arxa keçəcəyindəvə ağız nahiyəsindən tampon və yaxmanın götürülməsi məqsədə uyğun hesab edilmir. Cinayət işinin 220-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/503 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt geyim paltarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında-Zərərçəkmiş şəxs alt geyim paltarının üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs alt geyim paltarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edir, verilmiş ittihama uyğundur, cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə keçirilməklə 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 234-cü vərəqəsində olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, 41/2020-30-1 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə amnistiya qərarı ilə cəzadan azad edildiyindən məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 226-228-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx xxx 2020-ci il tarixli, 813 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malik olduğu müəyyən edilir. Onda yalan danışmağa, özündən uydurmağa patoloji meyllilik əlamətləri aşkar olunmur, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən əqli və psixi inkişafı, intellektual imkanları nəzərə alınmaqla, öz hərəkətlərini idarə etmək, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixiemosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır. Cinayət işinin 217-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli, 1139 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 59-cu vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 135-137-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(006)-201/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus alt geyim paltarları məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus alt geyim paltarları məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1189/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1189/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver