Məhkəmə qərarları › İş №1(101)-1189/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1189/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1189/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X19 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 28-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar səfərbərliyə cəlb edilmiş çağırışçı Şahid2 müharibə dövründə hərbi xidmətdən yayındırmaq müqabilində sonuncudan özü üçün maddi nemət olan 5.000 (beş min) manat rüşvət almışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi həkim komissiyasının sədri kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin ölkə ərazisində qismən səfərbərlik elan etdiyi dövrdə, yəni 30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliyə cəlb edilmiş ehtiyatda olan hərbi qulluqçu Şahid2 5.000 (beş min) manat müqabilində müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi üçün tibbi aktın verilməsinə dair vədi qəbul edərək, 30 sentyabr 2020-ci il tarixdə tibbi müayinədən keçirdiyi çağırışçı Şahid2 Bakı şəhəri 3 saylı kliniki şəhər xəstəxanasının travmatologiya şöbəsinə göndərilməsinə nail olmuş, onun müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı tibbi sənədləri əldə etməklə 03 noyabr 2020-ci ildə Şahid2 Hərbi Həkim Komissiyasına dəvət etmiş, aralarında olan sövdələşməyə uyğun olaraq həmin gün çağırışçı Şahid2 dostu Şahid3 maddi nemət olan 3500 manat vəsaiti özü üçün rüşvət qismində qəbul etmiş, əvvəlcədən razılaşdıqları 5000 manat vəsaitin qalan 1500 manatını isə yekun tibbi akt hazır olduqdan sonra verilməli olduğunu bildirmiş, bu niyyətlə 17 noyabr 2020-ci il tarixdə istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə çağırışçı Şahid2 dostu Şahid3la əlaqə saxlayaraq tibbi aktın hazır olduğunu bildirərək sonuncunu Hərbi həkim komissiyasına dəvət etmiş, həmin gün saat 12 radələrində maddi nemət olan əvvəlcədən razılaşdıqları 5000 manat vəsaitin qalan 1500 manatını özü üçün birbaşa Şahid3 tanışı Şahid1 şəxsən rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs X11 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 39 ildir həkim işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi həkim komissiyasının sədri vəzifəsində işləmiş və onun vəzifəsi gələn şəxslər barədə həkimlər tərəfindən müayinə edildikdən sonra yaranan vəziyyəti komisara məruzə etmək olmuşdur. 44 günlük ikinci Qarabağ müharibəsi ərzində Zöhrab Mürsəlovun işi ilə əlaqədar iki qadın hərbi komissarlığa hər gün gəlib-getmişlər. Neçə dəfə komissarın yanından onları qovmuşdur. Zöhrab müharibə başlayan günün səhərisi könüllü olaraq komissarlığa gəlmiş və komissiyadan keçən zaman həkim ona yaxınlaşaraq Zöhrabın əlinin qatlanmadığını və yoxlanmalı olduğunu demişdir. Əgər onlara müraciət edən şəxslərin hərəkət məhdudiyyəti varsa və digər başqa problemləri varsa, onlar həmin şəxsi müayinəyə gödərmişlər,daha sonra vəziyyəti komissara məruzə etmişlər. Onlar vəzifə cəhətdən komissara tabe olmuşdur. O, yalnız şəxs barədə rəy vermiş, qərarı komissar vermişdir. Əgər o, Zöhrabın əlindəki çapığı qeyd etməsəydi və Zöhrab hərbi hissədən qayıtsaydı, bu onun üçün mənfi hal olardı. Daha sonra Zöhrab Müsəlov gələrək ona hörmət edəcəyini bildirmiş, lakin tam nə olmasını və onlara nə dediyini xatırlamır. İbtidai istintaq zamanı ifadələri alınanda səhhəti pis olduğu üçün verdiyi ifadələri xatırlamır. O, Zöhrabın işi ilə bağlı pul aldığını təsdiq edir, lakin miqdarını xatırlamır. Zöhrabın işi ilə əlaqədar rüşvət deyil, şirinlik almışdır. Onun Zöhrabın hərbi xidmətə yararsız olması barədə qərar qəbul etməyə səlahiyyəti olmamışdır. X5 məhkəmə istintaqında verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməklə öz müdafiəsi üçün gətirdiyi dəlillər, o cümlədən Şahid2 işi ilə əlaqədar rüşvət deyil, şirinlik aldığını bildirməsi cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə təqsirləndirilən şəxs X5 məhkəmədəki ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, törətmiş olduğu cinayət əməlini etiraf edərək bildirmişdir ki, xx xxxx 1958-ci ildə Bakı şəhərində doğulmuşdur. Anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2 qız övladı vardır. X35 təqaüdçüdür. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin hərbi-həkim komissiyasının sədri vəzifəsi ilə yanaşı eyni zamanda Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında həkim kimi də çalışmışdır, ixtisasca nevropatoloqdur. 2015-ci ildə Suraxanı rayon İcra hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında Rayon çağırış komissiyasının Hərbi həkim komissiyasının sədri təyin edilmiş, komissiyanın sədri SHXÇDX-nın Suraxanı rayon İdarəsinin rəisi X10, komissiyanın sədr müavini Suraxanı rayon İcra hakimiyyəti Başçısının müavini X20 olmuş, hərbi həkim komissiyasının üzvləri Şahid6 (cərrah), X7 (terapevt), X21 (nevropatoloq), X16 (psixiatr), X12 (oftalmoloq), X13 (dermatoloq), X6 (stomatoloq), X22 (otorinolarinqoloq) və X8 (tibb bacısı) ibarət olmuşdur. Hərbi həkim komissiyasının sədri kimi vəzifəsi çağırışçılarin vaxtı-vaxtında tibbi yoxlanışdan keçirilməsini təmin və müayinə etmək, həqiqi hərbi xidmətlə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamını yerinə yetirmək və sair olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs göstərmişdir ki, 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başladıqdan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti ölkə ərazisində qismən səfərbərlik elan edilməsi barədə sərəncam imzalamış, həmin sərəncamın icrası ilə əlaqədar ehtiyatda olan hərbi qulluqçuların çağırışı başlamışdır. Çağırışçı Şahid2 da müharibəyə getmək üçün səfərbərliyə cəlb edilmiş şəxslərdən olmuş, səhəti ilə bağlı şikayətləri olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin Hərbi həkim komissiyasına göndərilmiş, hərbi həkim komissiyasının sədri kimi həmin şəxsi qəbul etmiş və tibbi sənədləri ilə tanış olduğunu qeyd olmuşdur. Müayinə zamanı Şahid2 sağ biləyində kəsik izləri, həmin hissədə hissiyyatsızlıq, şişkinlik aşkar edilmiş, bu səbəbdən də həmin şəxsi müayinə üçün hərbi həkim komissiyasının üzvü cərrah Şahid6 yanına göndərmişdir. Həmin şəxs Zakir həkimin yanında müayinədə olan zaman sonuncunun dostu Rəşad adlı şəxs ona yaxınlaşaraq Şahid2 müharibəyə getməməsi üçün ondan kömək etməsini xahiş etmişdir. Bundan sonra o, Zakir həkimlə danışmış, Zakir həkim bildirmişdirdir ki, Şahid2 sağ biləyində olan zədələrə görə şəhadətləndirilməlidir. Belə olan halda o vəziyyəti komissar Qəşəm Mahmudova məruzə etmişdir. Qəşəm Mahmudov həmin çağırışçını daha ətraflı müayinə edilməsi üçün Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya və nevroloji şöbələrinə göndərmişdir. O, həkim kimi çağırıcı Zöhrab Mürəslova müharibə dövründə hərbi xidmətə yararsız diaqnozu qoyulacağını güman etmiş, bu vəziyyətdən istifadə edib, Zöhrabın dostu Rəşada bildirmişdir ki, onlara köməklik edə bilər. Rəşad dostu Zöhrabın müharibəyə getməməyi üçün ona 5000 manat rüşvət təklif etmişdir. O, ehtiyacı olduğu üçün Rəşadın bu təklifini qəbul etmişdir, aralarında razılaşma olduqdan sonra o öz nömrəsini Rəşada, sonuncu isə öz nömrəsini ona vermişdir. O, Hərbi Həkim komissiyasının sədri kimi Şahid2 müharibəyə getməməsi üçün hər hansı saxtakarlıq etmədiyini, sonuncunun onsuzda müharibə dövründə hərbi xidmətə məhdud yarasız olacağını güman etmişdir. Bir neçə gün sonra Zöhrabın dostu Rəşad aralarında olan razılamaya uyğun olaraq 5000 manatdan 3500 manatı işlədiyi Hərbi Həkim komissiyasında ona vermiş, həmin vaxt yanlarında heç kimin olmamış, yerdə qalan 1500 manatı da isə bir neçə gün sonra Rəşaddan götürəcəyi ilə bağlı aralarında razılaşma olmamışdır. 17 noyabr 2020-ci il tarixdə Rəşadla telefonla danışmış, yerdə qalan 1500 manatı gətirməsini istəmişdir. Rəşad yaxın qohumunun dünyasını dəyişdiyini bildirib, yerinə başqa bir dostları Asim adlı şəxsin gələcəyini bildirmişdir. Elə həmin gün, günün birinci yarısında Asim adlı şəxs ona zəng vuraraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində olduğunu bildirmiş və onu çölə dəvət etmişdir. O, çölə çıxaraq idarənin həyətində Asimdən 1500 manat pulu götürmüşdür. Bundan sonra DTX əməkdaşlarının hal şahidlərinin iştirakı ilə oturduğu otağa daxil olaraq üzərinə və otağa baxış keçirmiş, baxış zamanı Asimdən aldığı 1500 manat rüşvəti həkim uniformasının sağ cibindən çıxarılmışdır. O, həmçinin ifadəsində Bakı şəhər 3 saylı klinik xəstəxanasının travmatologiya şöbəsinin müdiri Şahid5 və həmin şöbənin həkimtravmatoloqu Şahid4 işi ilə əlaqədar qiyabi olaraq tanıdığını, onlarla hər hansı formada ünsiyyətinin olmadığını qeyd etmişdir. Həmin həkimlər tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərlik zamanı çağırışa cəlb edilmiş Azərbaycan Respublikası vətəndaşı Şahid2 həmin idarənin 05 noyabr 2020-ci il tarixli göndərişi əsasında Bakı şəhər 3 saylı klinik xəstəxanasının travmatologiya şöbəsində müayinə edilmiş, müayinəyə əsasən çağırışçı Mürsəlova “sağ saidin ovuc səthinin aşağı 1\3 səviyyəsində bükücü vətərlərin və mil sinirinin zədələnməsindən sonrakı əlin 2,3,4 və 5-ci barmaqlarının açıcı kantrakturası, mil sinirinin nevropatologiyasının qalıq əlamətləri, əlin gücünün zəif olması, funksiyanın cüzi pozulması” diaqnozu qoyulmuşdur. Bakı şəhər 3 saylı klinik xəstəxanasının travmatologiya şöbəsinin müdiri Şahid5 və həmin şöbənin həkim-travmatoloqu Şahid4 onun Şahid2 rüşvət almasından xəbərsiz olmuş, çağırışçı Şahid2 müharibəyə getməməsi üçün aldığı rüşvətdən özündən başqa heç kimin məlumatı olmamışdır. O, ifadəsində iş üzrə Şahid3 istifadəsində olan 070 ***-**-** saylı telefon nömrəsi ilə özünün istifadəsində olan 050 ***- **-** saylı mobil telefon nömrəsi arasında 28 oktyabr 2020-ci il tarixdə 13:43 dəqiqədə 48 saniyə, 13:44 dəqiqədə 1 dəqiqə 5 saniyə, 30 oktyabr 2020-ci il tarixdə saat 15:17 dəqiqədə 1 dəqiqə 8 saniyə, 3 noyabr 2020-ci il tarixdə saat 11:34 dəqiqədə 1 dəqiqə 3 saniyə, saat 14:00 dəqiqədə 39 saniyə, 14:42 dəqiqədə 20 saniyə, 11 noyabr 2020-ci il tarixdə saat 12:25 dəqiqədə 1 dəqiqə 20 saniyə telefon danışıqlarının aparıldığını təsdiq edərək bildirmişdir ki, həmin telefon danışıqları çağırışçı Şahid2 müharibə dövründə hərbi xidmətə aparılmaması ilə bağlı olmuşdur. O, həmçinin ifadəsində iş üzrə Şahid1 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi ilə özünün istifadəsində olan 050 ***- **-** saylı mobil telefon nömrəsi arasında 11 noyabr 2020-ci il tarixdə saat 12:42 dəqiqədə 1 dəqiqə 27 saniyə, 17 noyabr 2020-ci il tarixdə saat 09:32 dəqiqədə 1 dəqiqə 30 saniyə, saat 11:17-də 9 saniyə və 11:50-də 9 saniyə telefon danışıqlarının olduğunu təsdiq edərək bildirmişdir ki: həmin telefon danışıqları yenə də çağırışçı Şahid2 müharibə dövründə hərbi xidmətə aparılmaması ilə bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2009- 2010-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində dislokasiya olunmuş 171 nömrəli Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmiş, xidmət dövründə pulemuyotçu, daha sonra atıcılar üzrə manqa komandiri təyin edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən torpaqların işğaldan azad edilməsi məqsədi ilə həyata keçirilən əks-hücum əməliyyatlarından bir neçə gün sonra, yəni 2020-ci ilin oktyabr ayının 5 də ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsindən zəng gəlmiş və idarəyə dəvət edilmişdir. O idarəyə getməzdən öncə iş yerinə gedib, məlumat vermişdir ki, onu müharibəyə aparırlar. Oradan isə Səfərbərlik idarəsinə getmişdir. O, həmin idarəyə gedən zaman tibbi sənədlərini də özü ilə götürmüşdür. Həmin vaxt yanında dostu Rəşad da olmuşdur. O, sağ əlində xəsarət izləri olduğundan müvafiq tibbi sənədləri hərbi həkim komissiyasına təqdim etmişdir. Hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs tibbi sənədlərlə tanış olduqdan sonra onu müayinə etmiş və ona heçnə bildirməmişdir. Daha sonra onu əlavə müayinə üçün 3 nömrəli şəhər klinik xəstəxanasına göndərmişlər. Sonra dostu Rəşad Nazilə həkimin onlardan onun işi ilə bağlı pul istədiyini və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini ona bildirmişdir. Bir müddət sonra o da Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etmişdir. Bundan başqa o, ifadəsində sağ biləyində xəsarət izlərinin 2013-cü ilin aprel ayında yaşadıqları evin pəncərəsi sınaraq qoluna tökülməsi ilə aldığını, nəticədə damarlarının kəsildiyini, həkimlər tərəfindən bir neçə tikiş qoyulduğunu, sağ biləyini rahat işlədə bilmədiyini qeyd etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisini, habelə şəhər 3 saylı klinik xəstəxanasının həkimlərini tanımır, onların hər hansı qanunsuz hərəkətləri ilə rastlaşmamışdır. Nazilə xanım şəxsən ondan heç bir məbləğdə pul istəməmiş və Nazilə xanım ona hərbi xidmətə yararlı və ya yararsız olduğunu bildirməmişdir. Nazilə xanıma pulu Rəşad və ya başqa bir şəxsin verməsi barədə xəbəri olmamışdır. İşi ilə bağlı DTX-ya ilk olaraq dostu Şahid3 məlumat vermiş və Rəşadın Naziləyə 3500 manat verdiyini bildirmişdir. Bununla belə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində dislokasiya olunmuş 171 nömrəli Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmiş, xidmət dövründə pulemuyotçu, daha sonra atıcılar üzrə manqa komandiri təyin edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən torpaqların işğaldan azad edilməsi məqsədi ilə həyata keçirilən əks-hücum əməliyyatlarından bir neçə gün sonra yəni Azərbaycan Respublikasının Prezidenti ölkə ərazisində qismən səfərbərlik elan etdikdən sonra, 2020-ci ilin oktyabr ayının 5 də ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsindən zəng gəlmiş və idarəyə dəvət edilmişdir. O idarəyə getməzdən öncə iş yerinə gedib, məlumat vermişdir ki, onu müharibəyə aparırlar. Oradan isə Səfərbərlik idarəsinə getmişdir. O, həmin idarəyə gedən zaman tibbi sənədlərini də özü ilə götürmüşdür. Həmin vaxt yanında dostu Rəşad da olmuşdur. O, sağ əlində xəsarət izləri olduğundan müvafiq tibbi sənədləri hərbi həkim komissiyasına təqdim etmişdir. Hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs tibbi sənədlərlə tanış olduqdan sonra ona hərbi xidmətə yararlı olduğunu bildirmiş, o, isə bu fikrlə razılaşmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi üçün ona köməklik göstərə biləcəyini bildirmiş və bu işin müqabilində ondan 5000 manat rüşvət istəmişdir. Aralarında sövdələşmə olduqdan sonra Təqsirləndirilən şəxs əlavə müayinə üçün onu 3 nömrəli şəhər klinik xəstəxanasına göndərmişdir. Təqsirləndirilən şəxs sonrakı danışıqlar məqsədi ilə öz telefon nömrəsini onun dostu Rəşada vermişdir. O, bir neçə gün sonra həmin xəstəxanada müayinədən keçmiş, orada da ona bildirmişlər ki, hərbi xidmətə yararsızdır. Bir neçə gün sonra dostu Rəşadla belə qərara gəlmişlər ki, baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etsinlər. 01 noyabr 2020-ci il tarixdə o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmiş və baş verənlərlə bağlı tədbir görülməsini xahiş etmişdir. O, müraciətindən təxminən 10 gün sonra dostu Rəşadla birlikdə DTX əməkdaşlarının nəzarəti altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə getmiş, orada dostu Rəşad Nazilə xanımla sövdələşdikləri 5000 manat rüşvətin bir hissəsini, yəni 3500 manatını xidməti otağında sonuncuya vermişdir. Dostu Rəşad yerdə qalan 1500 manatı isə bir müddət sonra verəcəyini vəd etmişdir. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs dostu Rəşada zəng vuraraq yerdə qalan pulun bir hissəsini də çatdırmağı xahiş etmişdir. Həmin vaxt dostu Rəşadın yaxını rəhmətə getdiyi üçün sonuncunun əvəzinə yerdə qalan 1500 manat pulu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində Təqsirləndirilən şəxs yenə də DTX əməkdaşlarının nəzarəti altında digər dostları Asim vermişdir. Bundan sonra DTX əməkdaşları Nazilə xanımı saxlamış və otağına baxış keçirmişlər. O, sağ biləyində xəsarət izlərini 2013-cü ilin aprel ayında yaşadıqları evin pəncərəsi sınaraq qoluna tökülməsi ilə almış, nəticədə damarlarının kəsildiyini, həkimlər tərəfindən bir neçə tikiş qoyulduğunu, sağ biləyini rahat işlədə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuşdur. Hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. O, Şahid2la eyni binada yaşayır, qonşuluq və dostluq münasibətləri vardır, Zöhrabın hazırda ATEF şirkətlər qrupunda anbardar vəzifəsində çalışır. 27 sentyabr 2020ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə əks- hücum əməliyyatlarına başlanıldıqdan bir neçə gün sonra Prezidentin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilmiş və səfərbərlik zamanı o, Zöhrab və digər dostları qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə dəvət edilmiş və həmin idarə tərəfindən qeydiyyata alınmışlar. Həmin gündən bir neçə gün sonra dostu Zöhrab Suraxanı rayon idarəsi tərəfindən hərbi əməliyyatlarda iştirak üçün dəvət edilmişdir. Dostu Zöhrabla birlikdə göstərilən vaxtda Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə getmişdir. Orada olan zamanı Zöhrab tibbi sənədlərini hərbi həkim komissiyasına təqdim etmiş, komissiyanın sədrinə hərbi xidmətə yararsız olduğunu bildirmişdir. Belə ki, Zöhrab sağ əlinin zədəli olduğunu bildirmişdir. Komissiyanın sədri Təqsirləndirilən şəxs Zöhrabın tibbi sənədləri ilə tanış olduqdan sonra müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi üçün köməklik göstərə biləcəyini bildirmiş və bu işin müqabilində 5000 manat rüşvət istəmişdir. Bundan sonra o da öz növbəsində Təqsirləndirilən şəxs ilə danışmış, Zöhrab maddi imkanın olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs bu işi ancaq 5000 manata həll edə biləcəyini bildirmişdir. O, məcburiyyət qarşısında Təqsirləndirilən şəxs ilə razılaşmamışdır. Aralarında sövdələşmə olduqdan sonra Təqsirləndirilən şəxs əlavə müayinə üçün Zöhrabı 3 nömrəli şəhər klinik xəstəxanasına göndərmişdir. Elə oradaca Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona, o isə öz mobil telefon nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra Zöhrab xəstəxanada müayinədən keçmiş, orada da ona bildirmişlər ki, hərbi xidmətə yararsızdır. Bir neçə gün sonra Zöhrab ona bildirmişdir ki, baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək istəyir. 01 noyabr 2020-ci il tarixdə Zöhrabın Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini bildirmişdir. Zöhrabın müraciətindən təxminən 10 gün sonra sonuncu ilə birlikdə DTX əməkdaşlarının nəzarəti altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə getmiş, orada Nazilə xanımla sövdələşdikləri 5000 manat rüşvətin bir hissəsini, yəni 3500 manatını xidməti otağında sonuncuya vermişdir. O, yerdə qalan 1500 manatı isə bir müddət sonra verəcəyini Təqsirləndirilən şəxs vəd etmişdir. Həmin zaman dostu Zöhrab kənarda dayanmışdır. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq yerdə qalan pulun bir hissəsini də çatdırmağı xahiş etmişdir. Həmin vaxt qohumu rəhmətə getdiyi üçün yerdə qalan 1500 manat pulu Təqsirləndirilən şəxs çatdırması üçün digər dostları Asimdən xahiş etmiş və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini də Asimə vermişdir. Asim qeyd edilən tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə DTX əməkdaşlarının nəzarəti altında gedərək 1500 manatı pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra DTX əməkdaşları Nazilə xanımı saxlamış və otağına baxış keçirmişlər. Onun istifadəsində olan 070 ***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında 28 oktyabr 2020ci il tarixdə 13:43 dəqiqədə 48 saniyə, 13:44 dəqiqədə 1 dəqiqə 5 saniyə, 30 oktyabr 2020-ci il tarixdə saat 15:17 dəqiqədə 1 dəqiqə 8 saniyə, 3 noyabr 2020-ci il tarixdə saat 11:34 dəqiqədə 1 dəqiqə 3 saniyə, saat 14:00 dəqiqədə 39 saniyə, 14:42 dəqiqədə 20 saniyə, 11 noyabr 2020-ci il tarixdə saat 12:25 dəqiqədə dəqiqə 20 saniyə telefon danışıqları aparılmış, həmin danışıqların dostu Şahid2 müharibə dövründə hərbi xidmətə aparılmaması ilə bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri 3 sayfı şəhər klinik xəstəxanasının travmatologiya şöbəsinin rəisi vəzifəsində işləyir. O, 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya sahəsi üzrə hərbi-həkim komissiyasının üzvü, komissiyanın sədri baş həkimin müavini Cahangir Həsənov, şöbənin həkimi Şahid4 də komissiyanın üzvüdür. O, 3 saylı şəhər klinik xəstəxanasında mülki şəxslərin müayinə və müalicəsi ilə yanaşı Bakı şəhəri, əlavə olaraq Şuşa şəhəri və Laçın rayonundan olan hərbi xidmətə çağırılmış şəxslərin müayinəsini də həyata keçirilir. Travmatologiya şöbəsində hərbi xidmətə çağırılan şəxslərin və ümumilikdə digərlərinin müayinəsi əsasən rentgen və MRT müayinələrindən ibarətdir. Hərbi çağırışçıların müayinələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sakini olduğu rayon şöbələrinin göndərişi əsasında həyata keçirir. Şəhər 3 saylı klinik xəstəxanasında hərbi çağırışçıların müayinədən keçirildiyi halda onların müayinə sənədləri xəstəxananın arxivində saxlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərlik zamanı çağırışa cəlb edilmiş Azərbaycan Respublikası vətəndaşı Şahid2 tanımır. Şahid2 həmin idarənin 05 noyabr 2020-ci il tarixli göndərişi əsasında tərəflərindən müayinə edilmişdir. Həmin şəxsin müayinəsini əsasən şöbənin həkimi Şahid4 tərəfindən aparılmış, xəstənin ilkin şikayətləri barmaqların tam bükülməməsi və keylik hissinin olması olmuşdur. Həmin şikayətlərə və müayinəyə əsasən xəstəyə sağ saidin ovuc səthinin aşağı 1\3 səviyyəsində bükücü vətərlərin və mil sinirinin zədələnməsindən sonrakı əlin 2,3,4 və 5-ci barmaqlarının açıcı kantrakturası, mil sinirinin nevropatologiyasının qalıq əlamətləri , əlin gücünün zəif olması, funksiyanın cüzi pozulması diaqnozu qoyulmuşdur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs tanımır, sonuncunun səfərbərliyə cəlb edilmiş Şahid2 müharibəyə getməməsi üçün 5000 manat rüşvət almasından hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki 1999-cu ildən hazırkı vaxta qədər Bakı şəhəri, Suraxanı rayonu 15 saylı birləşmiş şəhər xəstəxanasının polinklinika şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərir. 2020-ci ilin fevral ayından Suraxanı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi Həkim Komissiyasının üzvü təyin edilmiş, Hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs, Hərbi çağırış komissiyasının sədri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisi polkovnik Qəşəm Mahmudov olmuşdur. Üzvü olduğu Hərbi Həkim Komissiyasının ondan başqa 5-6 nəfər üzvü olmuş, komissiyanın üzvləri il ərzində olan hər bir hərbi xidmətə çağırış zamanı çağırılmış, birinci dəfə komissiya yığılarkən ilkin müayinələr aparılmış, hansısa bir çağırışçının səhhətində xəstəlikdən şübhə olarsa onun barəsində şəhadətləndirmə vərəqəsi yazılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə təqdim olunmuş, həmin vərəqə əsasında idarə özü mərkəzi xəstəxanalara göndəriş vermiş, həmin göndərişə əsasən çağırışçılar müayinə olunduqdan sonra, bu barədə aktı onlara gətirilmişdir. İkinci dəfə yığılan komissiya üzvləri həmin aktlara əsasən çağırışçıların hərbi xidmətə yararlı olub- olmamalarını təyin edir. Əgər çağırışçıda hər hansı xəstəliyin olmasına şübhəsi yoxdursa, həmin çağırışçı barədə yararlı diaqnozu verilir və həmin diaqnoza əsasən çağırışçı hərbi xidmətə yollanır. Üzvü olduğu komissiyada hər həkimi öz sahəsi üzrə çağırışçını müayinə edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliyə cəlb edilmiş Şahid2 Hərbi Həkim komissiyasının sədri Təqsirləndirilən şəxs tapşırığı ilə onun tərəfindən müayinə edilmiş, həmin şəxsin sağ əlinin bilək hissəsində kəsik və zədə izləri olmuş, bu səbəbdən də şəhadələtləndirilməsi üçün 3 saylı şəhər kliniki xəstəxanasına göndərilmiş, ilkin baxışdan çağırışçının əlindəki zədələrin onun sağ əlinin funksiyasını məhdudlaşdırmadığını ehtimal etmiş, lakin müayinə zamanı onların çağırışçını şəhadətləndirmək səlahiyyətləri olmamışdır. O, ifadəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi Həkim komissiyasının sədri Təqsirləndirilən şəxs hərbi xidmətə yararsız hesab edilməsi müqabilində səfərbərliyə cəlb edilmiş Şahid2 5000 (beş min) manat rüşvət almasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində müfəttiş vəzifəsində işləyir, vəzifəsinin ilkin hərbi qeydiyyata alınmalı olan yeniyetmələrin qeydiyyatını aparmaqdan ibarətdir. 17 noyabr 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin inzibati binasında, Hərbi Həkim Komissiyasının sədri Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirdiklərini, həmin baxışda hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Ondan başqa digər hal şahidi kimi işlədiyi şöbənin müfəttişi Şahid7 də hal şahidi qismində dəvət edilmiş, baxış başlamazdan öncə ona və digər hal şahidi Şahid7 hal şahidi kimi malik olduqları hüquq və vəzifələri izah edilmiş, daha sonra DTX əməkdaşları baxış keçirilməsi haqqında qərarı Təqsirləndirilən şəxs elan edərək baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs sağ cibindən hansısa çağırışçıdan rüşvət qismində aldığı yüzlük əskinaslardan ibarət 1500 (min beş yüz) manat pul və mobil telefonunu aşkar edilib götürülmüş, baxış keçirilməsi haqqında protokolla tanış olduqdan sonra öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx xxxx 1993-cü ildə Quba rayonunun Digah kəndində doğulmuşdur, subaydır, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda özünə məxsus avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 2008 nömrəli Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmiş xidmət dövründə çavuş rütbəsi almışdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri torpaqların işğaldan azad etmək məqsədi ilə əks-hücum əməliyyatına başlanıldıqdan sonra dostu Şahid2 səfərbərliyə cəlb edilməsi üçün Suraxanı rayon idarəsinə dəvət edilmişdir. Həmin idarədə hansı vəzifədə işləməsindən xəbərsiz olduğu Təqsirləndirilən şəxs adlı bir xanım müharibəyə getməməsi üçün dostu Zöhrabdan 5000 manat rüşvət istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə danışıqların isə digər dostu Rəşad aparmışdır. Bu barədə ona Rəşadın və Zöhrabın məlumat verdiklərini bildirmişdir. Rəşad və Zöhrab həmin xanımdan Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Rəşad ona zəng vurmuş, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermiş və ondan xahiş etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində işləyən Nazilə xanımın yanına getsin və ona 1500 manat pul versin. O, Rəşadın dediyi vaxtda həmin idarəyə getmiş, orada Nazilə xanımla görüşmüş və DTX əməkdaşlarının ona verdiyi 1500 manatı pulu xidməti otağında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti otağına Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları daxil olmuş və müvafiq tədbir görmüşlər. Dostları Zöhrab və Rəşadın danışıqlarından bilmişdir ki, ondan əvvəl Təqsirləndirilən şəxs 3500 manatı pulu sonuncuya Rəşad vermişdir. İstifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadənizdə olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında noyabr 2020-ci il tarixdə saat 12:42 dəqiqədə 1 dəqiqə 27 saniyə, 17 noyabr 2020-ci il tarixdə saat 09:32 dəqiqədə 1 dəqiqə 30 saniyə, saat 11:17-də 9 saniyə və 11:50-də 9 saniyə telefon danışıqları aparmış, həmin danışıqlar dostu Şahid2 müharibə dövründə hərbi xidmətə aparılmamsı ilə bağlı olmuşdur. Məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya şöbəsində işləyir. 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya sahəsi üzrə hərbi-həkim komissiyasının üzvüdür. Komissiyanın sədri baş həkimin müavini Cahangir Həsənov, işlədiyi şöbənin rəisi Şahid5 komissiyanın üzvüdür. 3 saylı şəhər klinik xəstəxanasında mülki şəxslərin müayinə və müalicəsi ilə yanaşı Bakı şəhəri, əlavə olaraq Şuşa şəhəri və Laçın rayonundan olan hərbi xidmətə çağırılmış şəxslərin müayinəsini də həyata keçirilir. Travmatologiya şöbəsində hərbi xidmətə çağırılan şəxslərin və ümumilikdə digərlərinin müayinəsi əsasən rentgen və MRT müayinələrindən ibarət ibarətdir. Hərbi çağsrışçıların müayinələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sakini olduğu rayon şöbələrinin göndərişi əsasında həyata keçirilir, hərbi çağırışçılar müayinədən keçirildiyi halda müayinə sənədləri xəstəxananın arxivində saxlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərlik zamanı çağırışa cəlb edilmiş Azərbaycan Respublikası vətəndaşı Şahid2 həmin idarənin 05 noyabr 2020-ci il tarixli göndərişi əsasında onun və şöbə rəisi Şahid5 tərəfindən müayinə edilmişdir. Xəstənin ilkin şikayətləri barmaqların tam bükülməməsi və keylik hissinin olması olmuşdur. Həmin şikayətlərə və müayinəyə əsasən müəyyən edilmişdir ki, xəstənin sağ səidinin ovuc səthinin aşağı 1\3- də 8 sm boylama və mil-bilək oynağının ovuc səthində isə q-yə bənzər çapıqlar vardır. Əlin 2,3,4 və 5-ci barmaqları tam bükülmür və gücü zəifdir. Qeyd edilən diaqnozlar baxış zamanı müəyyən edilmişdir. Aparılmış kliniki müayinə və nevropatoloqun baxışından sonra yuxarıda göstərilən diaqnoz öz təsdiqini tapmış, çağırışçının xəstəlik kartoçkasında aparılmış müayinənin nəticələrinə dair qeydlər onun tərəfindən aparılmış, müayinənin nəticələri ilə tanış olan şöbənin rəisi Şahid5 və onun tərəfindən imzalanmışdır. Yekun olaraq çağırışçı Mürsəlovun diaqnozu sağ saidin ovuc səthinin aşağı 1\3 səviyyəsində bükücü vətərlərin və mil sinirinin zədələnməsindən sonrakı əlin 2,3,4 və 5-ci barmaqlarının açıcı kantrakturası, mil sinirinin nevropatologiyasının qalıq əlamətləri , əlin gücünün zəif olması, funksiyanın cüzi pozulmasından ibarət olmuşdur. Çağırışçı barəsində nəticələrə dair akt sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasının sədri Təqsirləndirilən şəxs tanımır, sonuncunun səfərbərliyə cəlb edilmiş Şahid2 müharibəyə getməməsi üçün 5000 manat rüşvət almasından hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyən Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində müfəttiş vəzifəsində işləyir. İşlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi polkovnik Qəşəm Mahmudov, hərbi həkim komissiyasının sədri isə Təqsirləndirilən şəxsdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi kimi vəzifəsi ilkin hərbi qeydiyyata alınmalı olan yeniyetmələrin qeydiyyatını aparmaqdan ibarət olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin inzibati binasında, Hərbi Həkim Komissiyasının sədri Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirmiş, Dövlət Təhlükəsizliyi xidmətinin əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq keçirdikləri baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və baxışda hal şahidi qismində iştirak etməyə razılığını vermişdir. Ondan başqa digər hal şahidi kimi işlədiyi şöbənin müfəttişi Şahid8 də hal şahidi qismində dəvət edilşdir. Baxış başlamazdan öncə ona və digər hal şahidi Şahid8 hal şahidi kimi malik olduqları hüquq və vəzifələri izah edilmiş, daha sonra DTX əməkdaşları baxış keçirilməsi haqqında qərarı Təqsirləndirilən şəxs elan etmiş və baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs sağ cibindən hansısa çağırışçıdan rüşvət aldığı yüzlük əskinaslardan ibarət 1500 manat pul və mobil telefonunu aşkar edilib götürülmüş, baxış sona çatmış, müvafiq protokol tərtib edilmiş, baxış keçirilməsi haqqında protokolla tanış olduqdan sonra öz imzası ilə təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş məhkəmə-portret və video ekspertizasının 29 aprel 2021 -ci il tarixli, 4/412-4/413 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd üzərində “6/7/39” və “17/11/20” xüsusi qeydləri olan diskdə tədqiqatı tələb olunan mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Həmçinin videofonoqramda qeydə alınan görüntülərdə montaj əlaməti üçün xarakterik olan kadr daxili montaj əlamətləri və qrafik elementləri aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “6/7/39” və “17/11/20” xüsusi qeydləri olan “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-portret və video ekspertizasının 15 aprel 2021 -ci il tarixli, 3/656 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş "DVD-R” tipli diskdəki video görüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün element və əlamətləri müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə və ekspert tərəfindən şərti olaraq “2” rəqəmləri ilə işarələnmiş “DVD-R” tipli diskdəki eksperimental fotoşəkillərdə qadın cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallardan görünür ki, səfərbərliyə cəlb edilmiş çağırışçı xx.xx.1991 -ci il təvəllüdlü Şahid2 səhhəti ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisi polkovnik Qəşəm Mahmudov tərəfindən müayinə olunması üçün 05 noyabr 2020-ci il tarixli SŞ\895 nömrəli məktubla Azərbaycan Respublikası 3 saylı şəhər klinik xəstəxanasına göndəriş verilmişdir. Cinayət işinin materiallarında olan 05 noyabr 2020-ci il tarixli 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya şöbəsinin müdiri Şahid5 və həmin şöbənin həkimi X2 imzaları ilə verilmiş müayinə aktından görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü çağırış Şahid2 “sağ saidin ovuc səthinin aşağı 1\3 səviyyəsində bükücü vətərlərın və mii sinirinin zədələnməsindən sonrakı əlin 2,3,4 və 5- ci barmaqlarının açıcı kantrakturası, mil sinirinin nevropatologiyasının qalıq əlamətləri, əlin gücünün zəif olması, funksiyanın cüzi pozulması” xəstələyindən əziyyət çəkir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertləri tərəfindən verilmiş K/156-2020 nömrəli 24 noyabr 2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarət aşkar edildi: sağ saidin aşağı 1\3nin ön səthinin kəsilmiş yarasına görə aparılmış yaranın cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, funksiyanın pozulmaması ilə Şahid2 təyin olunmuş diaqnoz üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmrinin İ, İİ, İİİ qrafalarına əsasən hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarından görünür ki, 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanasının inzibati binasında iş üzrə əhəmiyyət kəsb edən, çağırışçı Şahid2 məxsus tibbi sənədlərin baxışı keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə şahid xx.xx.1991-ci il təvəllüdlü Şahid2 05 noyabr 2011-ci il tarixdə 3 saylı şəhər klinik xəstəxanasının travmatologiya şöbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin göndərişi əsasında müvafiq müayinədən keçirilmiş və ona travmatologiya şöbəsinin həkimtravmatoloqu işləyən Şahid4 tərəfindən “sağ saidin ovuc səthinin aşağı 1\3 səviyyəsində bükücü vətərlərin və mil sinirinin zədələnməsindən sonrakı əlin 2,3,4 və 5-ci barmaqlarının açıcı kantrakturası, mil sinirinin nevropatologiyasının qalıq əlamətləri, əlin gücünün zəif olması, funksiyanın cüzi pozulması” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.8-ci maddəsinə əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Qanunun 3-cü maddəsinin (Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət) 1-ci bəndində Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin 1ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcu olduğu, 2-ci hissəsində isə Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətdən keçməsinin vacibliyi göstərilmişdir. Həmin Qanunun 12-ci maddəsinin (Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması) 2.1-ci bəndində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılır. Həmin Qanunun 13-cü maddəsinin (Çağırış komissiyaları) 1-ci bəndində göstərilmişdir ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri; komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; komissiyanın üzvləri - müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri; Həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, çağırış komissiyasının işində həkim-mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Həmin Qanunun 14-cü maddəsinin (Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri) 1-ci bəndində göstərilmişdir ki, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları digərləri ilə yanaşı aşağıdakı vəzifələri yerinə yetirir: Çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.5 Bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. Həmin Qanunun 15-ci maddəsinin (Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı) 1-ci bəndində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim-mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Həmin maddənin 2- ci hissəsində göstərilmişdir ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1 müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2 sıradan kənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3 sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4 dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5 hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. Həmin Qanunun 20-ci maddəsinin (Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi) 1-ci bəndində göstərilmişdir ki, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətlərinə görə çağırışa möhlət verilir. Həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçıiar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatanadək hər 3 ildən bir təkrar müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı, dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş Hərbi Həkim Ekspertizası haqqında Əsasnamənin 1.1-ci müddəasından görünür ki, bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq Hərbi Həkim Ekspertizası aparılması qaydalarının, hərbi qulluqçuların hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma) əsasında daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin Əsasnamənin 8-ci müddəasının 1-ci hissəsində göstərilmişdir ki, “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyadan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa - ilkin hərbi qeydiyyata alınan hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa - çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların, çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar; İİl qrafa - zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər: zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. Həmin Əsasnamənin 8.3-cü hissəsində göstərilmişdir ki, “Xəstəliklər cədvəlində” hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” - hərbi xidmətə yararlıdır; “B" - sıradan kənar hərbi xidmətə yararlıdır; “C” - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlıdır; “Ç” -hərbi xidmətə müvəqqəti yararsızdır; “D” - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilməyib ifadə versə də, onun cinayət əməli aşaıdakı sübut növləri ilə tam sübut olunur. Belə ki, cinayət işinin materiallarında olan 17 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində hərbi qeydiyyatda olan hərbi vəzifəli xx.xx.1991-ci il təvəllüdlü Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək bildirmişdir ki, hərbi xidmətə yararsız olmasına baxmayaraq Hərbi Həkim Komissiyasının baş həkimi Təqsirləndirilən şəxs səfərbərliyə cəlb etməmək üçün ondan 5000 manat məbləğində rüşvət almışdır. Cinayət işində olan baxış keçirilməsi barədə protokolan görünür ki, 17 noyabr 2020ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs üzərinə və xidməti otağına baxış keçirilmiş və baxış zamanı ona məxsus iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı mobil telefon və rüşvət qismində aldığı 15 ədəd 100-lük əskinaslardan ibarət 1500 (bir min beş yüz) manat aşkar edilərək götürülmüşdür. Bundan əlavə 17 noyabr 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 15 ədəd 100-lük əskinaslardan ibarət 1500 (bir min beş yüz) manat pulun “X15 Money Detector AD-2138” model ultrabənövşəyi işıqlandırma cihazı vasitəsi İlə keçirilmiş baxışı zamanı müəyyən edilmişdir ki, həmin pul əskinaslarının üzərində “DTX” qeydləri həkk edilmişdir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, 17 noyabr 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefonun baxışı keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Şahid3 istifadəsində olan 070 ***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında 28 oktyabr 2020-ci il tarixdə saat13:43-də 48 saniyə, saat13:44-də 1 dəqiqə 5 saniyə, 30 oktyabr 2020-ci il tarixdə saat 15:17 –də 1 dəqiqə 8 saniyə, 3 noyabr 2020-ci il tarixdə saat 11:34-də 1 dəqiqə 3 saniyə, saat 14:00-da 39 saniyə, saat 14:42-də 20 saniyə, 11 noyabr 2020-ci il tarixdə saat 12:25-də 1 dəqiqə 20 saniyə, iş üzrə digər Şahid1 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi ilə isə istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında 11 noyabr 2020-ci il tarixdə saat 12:42-də 1 dəqiqə 27 saniyə, 17 noyabr 2020-ci il tarixdə saat 09:32-də1 dəqiqə 30 saniyə, saat 11:17-də 9 saniyə və saat 11:50-də 9 saniyə telefon danışıqları olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X5 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Şahid2 məhkəmədə verdiyi ifadəsi təqsirləndirilən şəxs X9 müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, qadın olmasını, 63 yaşının olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Nazilə Rəhmanovanın cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza, həmçinin dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, cəzasını yüngülləşdirən halları, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əlavə cəza qismində təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1.500 manat və 3.500 manat pul əskinazları Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinin sərəncamında saxlanılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon aparatı və həmin mobil telefon aparatına quraşdırılmış "xxxx" MMC mobil operatoruna məxsus 050 ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 396 (üç yüz doxsan altı) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1.500 manat və 3.500 manat pul əskinazları Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinin sərəncamında saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon aparatı və həmin mobil telefon aparatına quraşdırılmış "xxxx" MMC mobil operatoruna məxsus 050 ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 396 (üç yüz doxsan altı) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar