Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1189/2022 19.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1990-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri, İnşaatçılar küçəsi, ev 13-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 12-ci döngədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib, saxlayaraq daşımış və təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti naməlum İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşından naməlum tarixdə və vaxtda üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,718 qram, 1,096 qram və 2,025 qram olmaqla, ümumi təmiz çəkisi 4,839 qram təşkil edən külli miqdarda kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,457 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 11 oktyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində yuxarıda qeyd edilən psixatrop maddəni və narkotik vasitəni tanışı Şahid1 xəbərsiz sonuncunun idarə etdiyi “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun müxtəlif yerlərində daşımaq üçün gizlətmişdir. Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli bilinən Şahid1 Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 oktyabr 2021ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmiş, həmin tarixdə saat 18:30 radələrində Polis bölməsinin inzibati binasının həyətyanı sahəsində Şahid1 idarə etdiyi “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus üç bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,718 qram, 1,096 qram və 2,025 qram olmaqla, ümumi təmiz çəkisi 4,839 qram təşkil edən külli miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin avtomobilin salonunda orta saxlanc yerinin açıq alt hissəsindən və bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,457 qram tərkibində narkotik maddə olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana avtomobilin ön idarəetmə panelinin (şitin) orta hissəsində saxlama yerindən aşkar edilərək götürülmüşdür. Bundan sonra o, yəni Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti naməlum İİR vətəndaşı tərəfindən göndərilmiş narkotik vasitə heroini 20 fevral 2022-ci il tarixdə, axşam saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında quraşdırılmış elektrik dirəyinin altından götürüb əldə edərək üzərində saxlamaqla daşımış, 21 fevral 2022-ci il tarixdə, saat 22:00-də Səbail RPİ-nin 20079/22 nömrəli axtarış işi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə axtarışda olduğu üçün Səbail RPİ-nin Cinayət Axtarışı Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 12-ci döngədə yerləşən “Asim” marketin qarşısında saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,135 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib, saxlayaraq daşımsı və təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qeyri-rəsmi olaraq evlidir, himayəsində 11 yaşlı bir azyaşlı oğlu vardır. Əvvəllər heç vaxt məhkum olunmamışdır, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində bir neçə evlərdə 2011-ci ildən etibarən kirayədə yaşamışdır. Şahid1 təxminən iki ildir tanımış, sonuncunun markasını və dövlət nömrə nişanını bilmədiyi “metallik” rəngli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu bilmiş, taksi xidmətlərindən tanış olduqları vaxtdan istifadə etmiş, Şahid1lə normal münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçilikləri olmamışdır. O, adətən Dərnəgül qəsəbəsində yerləşən “Fəhlə bazarı” kimi tanınan yerdə dayanaraq fəhləlik etməklə gündəlik dolanışığa pul qazanmışdır. Şahid1 də adətən onunla birlikdə olmuş, bir çox vaxtlarını birlikdə keçirmişlər. Onun əvvəllər Kürdəmir rayon sakini kimi tanıdığı və bir neçə ay əvvəl polis əməkdaşları tərəfindən tutularaq həbs olunmuş, “Fəhlə bazarı”-nda onunla birlikdə olmuş “Anar” adlı şəxs təxminən 02 il əvvəl onun mobil telefonundan istifadə edərək “whatsapp” proqramı vasitəsi ilə tanımadığı bir şəxslə əlaqə saxlamışdır. Bundan təxminən üç gün sonra həmin tanımadığı şəxs “whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq, birlikdə işləməyi təklif etmiş, özünü İran vətəndaşı “Məsud” adı ilə təqdim etmiş, Bakı şəhərində narkotik vasitələr və psixotrop maddələri daşımaqda sonuncuya “kuryer” kimi köməklik göstərməsini, qarşılığında hər daşınma üçün ödənişlər edəcəyini bildirmiş və o, həmin “Məsud” adlı şəxslə razılaşaraq, birlikdə işləməyə başlamışdır. Belə ki, o, mobil telefonunda adını “Abdulla” kimi qeyd etdiyi İranın “Məsud” adlı vətəndaşının sifarişi ilə sonuncunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində “Qobu Gənclər Şəhərciyi” və “Güzdək Yolu” kimi tanınan yerlərdə adətən boş sahələrdə yerləşən elektrik dirəklərinin alt hissəsində qoyduğu, “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini qoyduğu yerlərdən götürmüş və sonuncunun sonradan “whatsapp” proqramı vasitəsi ilə göndərdiyi ünvanlara, yəni əksəriyyəti Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “üç alma” adlı marketin arxa tərəfində və özü kirayə yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsində 13-cü döngədə quraşdırılmış elektrik dirəklərinin altına apararaq orada qoyub getmişdir. Bundan bir neçə dəqiqə sonra isə, hər “çatdırılma” xidmətinə görə “Məsud” ona “whatsapp” proqramı vasitəsi ilə 20-30 manat olmaqla müxtəlif məbləğlərdə, ən yüksək məbləğ isə 35 manat olmaqla, plastik bank kartı ilə pul göndərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bundan başqa, ona bir neçə dəfə tanımadığı şəxslər də tanışı “Asif Qədirli” adlı şəxsin onda olan "xxxx" ASC-yə aid plastik bank kartına göndərdikləri pulları da bankomatlardan nağdlaşdırdıqdan sonra “emanat” terminalı ilə “Məsud” adlı şəxsin onda olan bank kartına köçürmüşdür. O, “Məsud” adlı şəxslə hər işindən sonra “whatsapp” proqramından mesajlaşmalarını silmişdir. Son dəfə o, Şahid1, sonuncu tutulmamışdan bir gün öncə, yəni 11 oktyabr 2021-ci il tarixdə görmüş, həmin vaxtı Bəxtiyar idarə etdiyi avtomobili ilə onun həmin tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən evinə getmiş və görüşmüşlər. Həmin gün Bəxtiyardan onu ailəsi ilə birlikdə Kürdəmir rayonuna aparmasını xahiş etmiş, Bəxtiyar evin qarşısında avtomobili ilə onu gözlədiyi zaman ona bir nəfər hazırda xatırlamadığı şəxs zəng edərək görüşməyə dəvət etmiş və Binəqədi qəsəbəsində, həmin tarixdə kirayə yaşadığı evdən bir qədər aralıda gözlədiyini bildirmişdir. O, həmin şəxslə görüşə getməmişdən əvvəl özünə məxsus tünd qəhvəyi-qara rəngli çantasını Bəxtiyarın idarə etdiyi avtomobilə qoymuş və zəng edən şəxslə görüşməyə getmiş, orada onu polis əməkdaşları saxlamış və DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar. Orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış keçirmişlər, lakin üzərindən heç bir qeyri-qanuni əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün bir neçə müddətdən sonra onu azad etmişlər. Onun əlində olmuş və Bəxtiyarın idarə etdiyi avtomobilin içərisinə qoyduğu çantanın içində ona məxsus və ümumilikdə təxminən 04 qrama yaxın çəkisi olmuş “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin və “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olan kibrit qutusu olmuşdur. O, həmin psixotrop maddə metamfetamini və narkotik vasitələr olan “nəşə” kimi tanıdığı marixuana və “kakos” kimi tanıdığı heroini 10 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində “Məsud” adı ilə tanıdığı İran vətəndaşı ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra Bəxtiyarla birlikdə Bakı şəhəri, Qobu qəsəbəsi ərazisinə gedərək, orada “Qobu” lövhəsi yazılan yerdən təxminən 200 metr məsafədə sağda quraşdırılmış elektrik dirəyinin altında olan karton qutuda əldə etmişdir. O, həmin karton qutunun içərisində, 01 ədəd bükümdə, təxmin çəkisi 04 qram olan “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminə görə 80 (səksən) manat, təxmini çəkisi 03 qram olan “kakos” kimi tanıdığı narkotik vasitə heroinə görə isə 60 (altmış) manat məbləğdə pulu “Məsud” adlı şəxsin “whatsapp” proqramı vasitəsilə şəklini göndərdiyi bank kartına köçürdükdən sonra əldə etmiş, lakin bir ədəd kibrit qutusunda narkotik vasitə marixunaya görə heç bir məbləğdə pul ödəməmiş, marixuananı ona “Məsud” hədiyyə olaraq göndərmişdir. O, Şahid1 tutulması barədə məlumat aldıqdan sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərindən Kürdəmir rayonuna köçərək, təxminən son 8-9 ay orada yaşamış və tutulmazdan təxminən 15 və ya 16 gün əvvəl Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, O, son dəfə 20 fevral 2022-ci il tarixdə “Məsud” adlı İran vətəndaşı ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və sonuncunun ona ünvanını göndərdiyi, yəni Abşeron rayonu, Saray qəsəbəsində “Socar” yanacaqdoldurma məntəqəsindən bir qədər aralıda, boşluq sahədə elektrik dirəyinin altına qoyduğu karton qutunun içərisində bir ədəd bükümdə olan təxmini 15 qram çəkidə “kakos” kimi tanıdığı narkotik vasitə heroini saat təxminən 20:00-20:30 radələrində götürmüş və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisinə qayıtmışdır. O, həm Saray qəsəbəsinə, həm də geri evə, sifariş verərək çağırdığı tanımadığı taksi avtomobilləri ilə gedib-gəlmişdir. 20 fevral 2022-ci il tarixdə, saat təxminən 22 radələrində evə qayıdaraq birbaşa hamam otağına keçmiş, “Məsud” adlı şəxsin razılığını alandan sonra sonuncunun göndərdiyi 15 qram çəkidə narkotik vasitə heroindən təxminən 01 qramlıq sahəsini özü üçün ayırıb siqaretin şəffaf sellofan paketinə doldurmuş və özü üçün saxlamışdır. Yerdə qalan təxminən 14 qram çəkidə narkotik vasitə heroini isə bir gün sonra, yəni 21 fevral 2022-ci il tarixdə, saat 17-18 radələrində “Məsud” adlı şəxsin tapşırığı ilə Binəqədi qəsəbəsi 13-cü döngədə quraşdırılmış elektrik dirəyinin altına ataraq oradan uzaqlaşıb evinə qayıtmışdır. 21 fevral 2022-ci il tarixdə, axşam saat 22 radələrində o, yaşadığı evdən çıxaraq çörək almaq üçün evindən bir qədər aralıda yerləşən “Asəm market” adlı mağazaya getmiş, həmin vaxtı 01 ədəd bükümdə olan narkotik vasitə heroini isə üzərində, yəni əynində olan qara rəngli, sırıqlı gödəkçəsinin sağ yan cibinə qoymuşdur. O, son 03 ildir, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan, 4-5 aydır isə, “kakos” kimi tanıdığı narkotik vasitə heroini siqaret falqasına bükərək çəkmək yolu ilə istifadə etməyə başlamışdır. 21 fevral 2022-ci il tarixdə üzərində daşıdığı narkotik vasitə heroini də öz şəxsi ehtiyacı üçün əldə etmişdir. Belə ki, “Məsud” adlı şəxs son dəfə etdiyi “çatdırılma” işinə görə ona 30 manat məbləğdə pul ödənişi etməli olmuş, lakin o, “Məsud” adlı şəxsdən həmin 30 (otuz) manat məbləğdə pulun əvəzində ona şəxsi istifadəsi üçün heroin verməsini xahiş etmiş, “Məsud” adlı şəxs də onunla razılaşmışdır. O, 21 fevral 2022-ci il tarixdə, axşam saat 22 radələrində Binəqədi qəsəbəsində yerləşən “Asəm market” adlı mağazanın qarşısında olarkən 03 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını və onun axtarışda olduğunu bildirərək, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Səbail RPİ-nin 41-ci Polis Bölməsinə getmiş, orada sonradan dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə axtarış keçirilmişdir. Həmin vaxtı o, özünə məxsus “Samsung” markalı mobil telefon aparatını əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən, 01 gün əvvəl əldə etdiyi narkotik vasitə heroini isə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Polis əməkdaşlarının sorğu-suallarına cavab olaraq o, hər şeyi etiraf edərək bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini 01 gün əvvəl “Məsud” adlı şəxsdən 30 manat pulun qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra onun üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən boş zərfdə qablaşdırılmış, möhürlənmiş və o da, bütün iştirakçılar kimi həmin zərfi və sonradan tərtib olunmuş protokolu imzalamışdır. O, yuxarıda göstərdiyi əməllərdən başqa heç bir cinayət törətməmiş, təxminən son 03 ildir ki, narkotik vasitələr qəbul etməyə başlamışdır. O, narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının «Məsud» adlı vətəndaşı ilə «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq, sonuncunun qeyd etdiyi ünvanlardan götürüb qeyd etdiyi digər ünvanlara apararaq, çatdırılma işlərinə görə pul qazancları əldə etmiş, həmin şəxsin adını polis əməkdaşlarına təqdim etdiyi “Samsung” markalı mobil telefon aparatında “Abdulla” adı ilə qeyd etmiş, sonuncu ilə yalnız «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxladığına görə heç bir anket məlumatlarını və harada yaşadığını bilməmiş, yalnız İran vətəndaşı olduğunu bilməmişdir. O, «Məsud» adı ilə tanıdığı İran vətəndaşından 21 fevral 2022-ci il tarixdə əldə etdiyi cəmi 15 qram narkotik vasitə heroinin 14 qramını başqa bir ünvanda «Məsud» adlı şəxsin tapşırığı gizlədərək, çatdırılma işlərinə görə 30 manat pul qazancı əldə etmiş, 01 qramını isə həmin 30 manat pulun qarşılığında şəxsi istifadəsi üçün ayırıb götürmüş və 21 fevral 2022-ci il tarixdə gecə saatlarında istifadə etmək niyyətində olmuşdur. O, şəxsən özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasa da, onun üzərindən, yəni onda olan plastik bank kartlarına müxtəlif məbləğdə pul köçürmələri edən şəxslər «Məsud»dan narkotik vasitələr və psixotrop maddələr almışlar. Lakin o, həmin şəxslərin heç birini tanımamış və həmin şəxslərin barəsində heç bir məlumatı olmamışdır, eləcə də, elektrik dirəklərinin altına qoyduğu narkotik vasitələri və psixotrop maddələri götürmüş şəxsləri heç vaxt görməmiş və həmin şəxslərin barəsində də heç bir məlumatı olmamışdır. Həmçinin o, şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələrdən heç kimə heç nə satmamış, pay və ya borc verməmişdir. O, yalnız narkotik vasitələr olan heroindən və nəşədən istifadə etmiş, heç vaxt psixotrop maddələrdən istifadə etməmişdir. O, 10 oktyabr 2021-ci il tarixdə «Məsud» adlı şəxsdən 80 (səksən) manat ödəyərək, əldə etdiyi və Şahid1 idarə etdiyi avtomobilə yerləşdirdiyi 4,839 qram çəkidə psixotrop maddə metamfetamini Maştağa qəsəbəsi sakini kimi tanıdığı, təxminən 30-32 yaşlı, əslən Göyçay rayonundan olan, sol qolunun üzərində “xəncər” təsvirli döyməsi olan, əvvəllər məhkum olunmuş «Vahid» adı ilə tanıdığı, Dərnəgül bazarında fəhləlik edən şəxsə 120 (yüz iyirmi) manata satmaq üçün əldə etmiş, lakin həmin günü DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulduğuna görə həmin “Vahid” adlı şəxslə görüşüb sonuncuya psixotrop maddə metamfetamini sata bilməmiş, həmin şəxsin digər anket məlumatlarını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun istifadəsində 077 *** ** ** mobil telefon nömrəsi olmuş, həmin nömrə ilə onu tanıyan əksər insanlarla əlaqə saxlamış, özü xx.xx.2021-ci il tarixdə DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsi tərəfindən saxlanıldığı və ertəsi gün Şahid1 polis əməkdaşları tərəfindən tutulandan sonra o, həmin telefon nömrəsindən istifadə etməmiş və nömrə sim kartını sındırıb atmışdır. Onun özünə məxsus “Samsung” markalı mobil telefonunda “whatsapp business” tətbiqetməsi üzərindən “Abdulllaa” adı ilə qeydiyyata alınmış +**********45 mobil telefon nömrəsinin istifadəçisi İran vətəndaşı kimi tanıdığı “Məsud” adlı şəxs olmuşdur. Həmin şəxslə özünə məxsus +**********74 mobil telefon nömrəsi ilə “Nihad” adı altında qeydiyyata aldığı hesabı üzərindən mesajlaşmalar aparmış, həmin şəxslə aralarında 11 yanvar 2022-ci il tarixdən etibarən mətnli və səsli mesajlar, fotoşəkillər paylaşmışlar, “Məsud” adlı şəxs tərəfindən onun hesabına çoxsaylı buraxılmış zənglər olmuş, göndərilmiş mesajları silmişlər. O, mobil telefonunda “whatsapp business” tətbiqetməsi üzərindən apardığı mesajlarda əks olunan üzərində sellofan bükümlər, monitorunda rəqəmlər (çəkilər) görünən elektron tərəzi, xalçanın üzərində olan sellofan bükümlər və elektron tərəzi, eləcə də, müxtəlif küçələrin və həyət evlərinin bayır (küçə) tərəfi, metal və taxta materialdan olan dirəklərin görüntüləri, onun özünün çəkdiyi “kakos” kimi tanıdığı narkotik vasitə olan heroinin çəkisi və qablaşdırılması olmuşdur. Müxtəlif küçələrin və həyət evlərinin bayır (küçə) tərəfi, metal və taxta materialdan olan dirəklərin fotoşəkilləri isə sonradan gizlətdiyi heroinin ünvanları olmuşdur. O, “Abdulllaa” kimi qeyd etdiyi abunəçi ilə narkotik vasitənin tanımadığı şəxsə çatdırması haqqında tutulduğu gün, yəni 21 fevral 2022-ci il tarixdə söhbət etmiş, lakin həmin şəxsi tanımamış, həmin şəxs “Məsud” adı ilə tanıdığı İran vətəndaşı olan şəxsin öz müştərisi olmuş, o, həmin şəxs üçün “Məsud” adlı şəxsin sifarişi ilə “kola” və ya “kakos” kimi tanıdığı narkotik vasitə heroini Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Asim” marketin yaxınlığında olan dirəyin altında “Rothmons” markalı siqaret qutusunun içərisində gizlətmişdir. Həmin narkotik vasitəni götürən şəxsi tanımamış, həmin şəxsin üzünü görməmiş, adını bilməmiş və münasibəti olmamışdır. Bundan əlavə, ona məxsus “Samsung” markalı mobil telefonunda olan “Telefon” əlavə tətbiqetməsində mövcud olan 76 (yetmiş altı) ədəd kontaktdan “Abdulllaa” adı ilə qeydə aldığı +**********45 mobil telefon nömrəsi İran İslam Respublikasının vətəndaşı “Məsud” adlı, “Abdullllllllllll” adı ilə qeydə alınmış +**********82 mobil telefon nömrəsi “Məsud” adlı şəxsin qardaşı olan “Abdulla” adlı, “”Peyserin peyseri” adı ilə qeydə alınmış +**********31 mobil telefon nömrəsi adını qeyd etdiyi “Vahid” adlı şəxsə və “Batya” adı ilə qeydə aldığı ********** mobil telefon nömrəsi isə, Şahid1 məxsus mobil telefon nömrələridir. İlk dəfə İran vətəndaşı “Abdulla” adlı şəxs özü “whatsapp business” tətbiqetməsi üzərindən onu tapmış və öz qardaşı “Məsud” adlı şəxslə əlaqələndirmişdir. Bundan sonra o, hər zaman “Məsud” adlı şəxs ilə əlaqə saxlamış və sonuncunun sifarişləri ilə narkotik vasitələr və psixotrop maddələrin satışı, daşınması, həmçinin evində hissələrə ayrılması və tapşırılmış ünvanlara çatdırılması ilə məşğul olmuşdur. “Məsud” adlı şəxslə aralarında olan razılaşmaya əsasən, o, hər həftə “whatsapp business” tətbiqetməsi üzərindən “Məsud” adlı şəxsin göndərdiyi ünvanlardan narkotik vasitələr olan heroini təxminən 20 qram çəkidə, təxmini çəkisini xatırlamadığı marixuananı və təxmini 1,0-1,2 qram çəkidə psixotrop maddə olan metamfetamini həftə ərzində 03 və ya 04 dəfə götürüb evində sellofandan boşaldıb qablaşdırılmasını dəyişdirmiş, kiçik hissələrə ayıraraq “Məsud” adlı şəxsin göndərdiyi ünvanlarda gizlətmişdir. “Məsud” adlı şəxs hər həftə gördüyü “iş” qarşılığında ona, göndərdiyi bükümün üzərinə şəffaf yapışqanlı lentlə yapışdırılmış ayrı paketdə 100 (yüz) manat və ya (yüz əlli) manat məbləğdə, bəzən isə fərqli məbləğlərdə qazanc kimi pul göndərmişdir. O, bir neçə dəfə narkotik vasitələri və psixotrop maddələri ifadəsində adını qeyd etdiyi şəxslərə satmışdır. Bundan əlavə o, əvvəllər, yəni təxminən 4-5 il əvvəl Binəqədi qəsəbəsi, Gülüstan küçəsinin sakini olaraq tanıdığı “Xocalılı Vüsal” adlı şəxs ilə tanış olmuş, sonuncunun idarə etdiyi “Mercedes 190” markalı hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobillə taksi sürücüsü kimi işlədiyini bilmişdir. Lakin tutulmamışdan təxminən 6-7 ay o, “Məsud” adlı şəxsin vasitəsi ilə öyrənmişdir ki, “Xocalılı Vüsal” adı ilə tanıdığı şəxs də onun kimi “Məsud” adlı şəxs üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Belə ki, o, özü sonradan “Xocalılı Vüsal” adlı şəxsdən narkotik vasitə olan heroinin hər bir qramını 30 (otuz) manata əlbəəl almış, eyni zamanda, “Məsud” adlı şəxsin tapşırığı ilə o, özü həmin “Xocalılı Vüsal” adı ilə tanıdığı şəxsin götürüb satması üçün narkotik vasitələrin və psixotrop maddələrin daşınması ilə məşğul olmuşdur. Son dəfə o, tutulmamışdan təxminən bir neçə gün əvvəl “Xocalılı Vüsal” adı ilə tanıdığı şəxsə nisyə olaraq 08 (səkkiz) qram narkotik vasitə heroini qramını 25 (iyirmi beş) manatdan satmış, lakin Vüsal vəd verdiyi vaxtda onun pulunu ödəmədiyi üçün münasibətləri pozulmuşdur. O, bəhs etdiyi “Xocalılı Vüsal” adı ilə tanıdığı şəxsin adını özünə məxsus “Samsung” markalı mobil telefonda “Vüsal nar” adı ilə qeyd etmişdir. O, “Xocalılı Vüsal” adı ilə tanıdığı şəxsdən başqa, narkotik vasitə olan heroini Dərnəgül qəsəbəsi ərazisində yerləşən “Dərnəgül fəhlə bazarı”-nda işləyən “Muxtar” adlı şəxsə də tutulmamışdan bir neçə ay əvvəl satmış, həmin şəxsin də narkotik vasitələrin istifadəçisi olduğunu bilmiş, lakin telefon nömrəsini mobil telefonunda qeyd etməmiş və telefon nömrəsini yadında saxlamamışdır. O, Şahid1 tutulandan sonra uzun müddət ailəsi ilə birlikdə Kürdəmir rayonu, Pirili kəndinə gedərək, orada yaşamağa başlamış, həftə sonlarında iribuynuzlu heyvan satmaq üçün İmişli rayonuna getmiş və sonra yaşadığı Kürdəmir rayonu, Pirili kəndinə geri qayıtmışdır. Şahid1 həbsdən azad edildikdən sonra onunla əlaqə saxlamış və o, Bakı şəhərinə geri qayıtmaq qərarına gəlmişdir. Bakı şəhərinə gəlməkdə məqsədi Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində kirayə yaşamaq üçün ev axtarmaq və tapandan sonra burada yaşamaq olmuşdur. Ona görə də, o, Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, həmin vaxtı o, ifadəsində götərdiklərini hadisə yerlərində əyani şəkildə göstərərək, tam təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkil çəkilmiş və tərtib olunmuş protokola əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 41-43). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 11 yaşlı oğlu və arvadı ilə birlikdə yaşayır, 1993-cü ildə Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra Bakı şəhərinə məcburi köçkün kimi köçüb həmin vaxtdan etibarən hazırda yaşadığı evdə yaşamışdır. 2021-ci ilin əvvəllərindən polis əməkdaşları tərəfindən tutulduğu 12 oktyabr 2021-ci il tarixədək «Hyundai İ 30» markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili gündəlik olaraq 25 (iyirmi beş) manata etibarnamə əsasında icarəyə götürərək, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. “Seyid” və ya “Seyid Vüsal” adı ilə tanıdığı, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi Hərbi Komissarlığın yaxınlığında kirayədə yaşayan müştəri kimi tanımış, bir neçə dəfə ailəsi və özünü taksi kimi müxtəlif ünvanlara aparmış, sonuncunun əslən Füzuli rayonu sakini olduğunu bilmiş və normal münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçilikləri olmamışdır. 11 oktyabr 2021-ci il tarixdə axşam saat təxminən 21-22 radələrində adını Vüsa ona zəng edərək, ailəsi ilə birlikdə Kürdəmir rayonuna aparması üçün Binəqədi qəsəbəsində yerləşən evinin qarşısına dəvət etmiş, o da, həmin ünvana getmişdir. Həmin vaxtı Vüsal ailə üzvləri ilə birlikdə bir neçə çantasını onun idarə etdiyi avtomobilə yerləşdirmək üçün hazır etmişlər, lakin o, həmin vaxtı Vüsalın onun avtomobilinə çantasını qoyduğunu görməmiş, bu barədə məlumatı olmamışdır. O, həmin gün Vüsalın evinin yaxınlığında dayanıb sonuncunu gözləyərkən, Vüsala zəng gəlmiş və Vüsal ondan bir neçə dəqiqə ərzində gözləməsini, yaxın yerə gedib qayıdacağını deyərək, oradan getmiş, o və ailə üzvləri Vüsalı bir saata yaxın müddətdə gözləsələr də, o, Vüsalın artıq gəlmədiyini görmüş və öz avtomobilinə əyləşərək oradan uzaqlaşıb işlərinin ardınca getmişdir. Həmin gün bir müddət sonra, o, taksi sürücüsü olduğu üçün avtomobilə müştəri götürmüş və avtomobilin baqaj yerinə müştərinin əşyalarını yerləşdirdiyi zaman orada bir ədəd qəhvəyi rəngli çanta görmüş, həmin çantanın Vüsala məxsus olduğunu düşünərək, çantaya əl vurmamışdır. 12 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında o, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində olarkən bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını və birlikdə Səbail rayon Polis İdarəsinə getməli olmalarını bildirmişlər. O, etiraz etməyərək, polis əməkdaşlarının təklifi və müşayiəti ilə Səbail RPİ-nə gedərək, İstintaq Şöbəsində xidməti otaqların birinə daxil olmuşdur. Sonra polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, videokamera ilə çəkiliş aparılmaqla, hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində olan əşyaları çıxarıb masanın üstünə könüllü qoymaq təklif edilmişdir. O, üzərində olan bütün əşyaları çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qeyri-qanuni əşya və maddə aşkar olunmamışdır. Sonra polis əməkdaşları tərəfindən onun aylıq icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi “Hyundai İ30” markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, həmin vaxtı avtomobilin salonundan bir ədəd kibrit qutusunun içərisində olan tünd yaşıl rəngli bitki kütləsi və iki ədəd bükümün içərisində olan ağ rəngli kristal şəkilli maddələr aşkar olunaraq götürülmüşdür. Sonra o, polis əməkdaşları tərəfindən həmin bükümlər barədə sorğu-sual edilmiş və demişdir ki, həmin bükümlər ona məxsusdur. Orada polis əməkdaşları bildirmişlər ki, bir ədəd kibrit qutusunun içərisində olan tünd yaşıl rəngli bitki kütləsi narkotik vasitə “marixuna”-ya, bir ədəd ağ rəngli sellofan bükümün içərisində olan ağ rəngli kristal şəkilli maddələr isə, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetaminə bənzər maddələrdir. Daha sonra o bildirmişdir ki, onları satış üçün özü əldə etmiş və avtomobilində gəzdirmişdir. Lakin o, həmin bükümlərin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu əvvəldən bilməmiş, polis əməkdaşları bu barədə bildirdikdən sonra o, tutulmaqdan qorxduğu üçün həmin bükümlərin kiçik ölçülü olduğunu düşünərək, əgər bükümlərin onun özünə məxsus olduğunu desə, tutulmayacağını fikirləşib onların özünə məxsus olduğunu bildirmişdir. Sonda onun avtomobilindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü, 01 (bir) ədəd sellofan bükülü və 01 (bir) ədəd kibrit qutusu ekspertizaya göndərmək məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı, o da zərfin üstünə və bu barədə tərtib olunmuş protokollara imza etmişdir. Bundan başqa, ona məxsus “Xiomi” markalı mobil telefon aparatı da götürülərək protokola əlavə olunmuşdur. Sonra onu Səbail RPİ-nin X17, oradan da barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına köçürtmüşlər. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və psixotrop maddə almamışdır. Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr və psixotrop maddələr olan qəhvəyi rəngli çantasını 11 oktyabr 2021-ci il tarixdə onun avtomobilinin yük yerinə qoymuş, sonra Vüsala zəng gəldikdən sonra qəfil çıxıb getdiyi üçün o, Vüsalın çantasını iki gün ərzində avtomobilində gəzdirmiş, özünə dəfələrlə zəng etsə də, Badamdar qəsəbəsi ərazisində olduğunu, Binəqədi kəndinə gələndən sonra çantasını ondan götürəcəyini bildirdiyi üçün o, çantanı Təqsirləndirilən şəxs özünə qaytara bilməmişdir. O, həmin çantanın içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu bilməmişdir. Onun avtomobildən aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin ona məxsus olmamışdır, həmin vasitələr Təqsirləndirilən şəxs məxsus olmuş, o, və sadəcə olaraq, təsadüfən onun avtomobilində qalmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini nə vaxt, kimdən, haradan və hansı məbləğdə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi sakini olduğunu, Binəqədi Hərbi Komissarlığın yaxınlığında yaşadığını, əslən Füzuli rayonundan olduğunu bilmış, Vüsalın onda 077 *** ** ** mobil telefon nömrəsi olmuşdur, başqa heç bir anket məlumatını bilməmişdir. Həqiqətdə hadisə göstərdiyi kimi baş vermişdir, yəni həqiqətən də o, Təqsirləndirilən şəxs tərəfindən onun idarə etdiyi avtomobilə yerləşdirilmiş çantanın içərisində nələrin olduğunu bilməmiş, lakin avtomobilinə baxış zamanı həmin bükümləri və kibrit qutusunu özü polis əməkdaşlarına təqdim etmiş, onların onun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra o, tutularaq barəsində həbs qətimkan tədbiri seçilərək 03 (üç) ay ərzində Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. «Seyid Vüsal» adı ilə tanıdığı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri aldığı, satdığı, satmağı və ya hədiyyə etməyi planlaşdırdığı şəxslərin heç birini tanımamış, heç birini görməmiş və ümumiyyətlə əvvəllər Seyid Vüsalın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç vaxt məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 sərbəst ifadələrində göstərdiyi ittihamedici xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 47-51). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, 11 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin 41-ci Polis X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivində yerləşən nömrəsiz fərdi evdən oğurluq cinayəti törədilməsi və oğurluğun evdə usta işləyən “Xəyal” adlı şəxs tərəfindən törədilməsi barədə ərizəsi daxil olmuşdur. Oğurluq cinayətini törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri üçün yaradılmış əməliyyat qrpunun tərkibində o da olmuşdur. 11 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində inzibati ərazidə xidmət apararkən, X11 məxsus evdən oğurluq etməsində şübhəli bilinən bir nəfər şəxs saxlanılaraq 41-ci Polis Bölməsinə aparılmış, orada həmin şəxsin X12 olması müəyyən olunmuşdur. Daha sonra əməliyyat tədbirləri davam etdirilmiş, həmin gün, yəni 11 oktyabr 2021-ci il tarixdə, təxminən 16:00 radələrində inzibati ərazidən Məcid Əliyevə məxsus evdən oğurluq etməsində şübhəli bilinən başqa bir nəfər şəxs də saxlanılaraq 41-ci Polis Bölməsinə təhvil verilmiş, Polis Bölməsində həmin şəxsin X9 olması müəyyən olunmuşdur. X9 və X3 RPİ-nin İstintaq Şöbəsinə təhvil verildikdən sonra əməliyyat tədbiri davam etdirilmişdir. Həmin oğurluq cinayətinin törədilməsində əlbir olmuş üçüncü şəxs, yəni “Şahid1” adlı şəxs də 12 oktyabr 2021-ci il tarixdə, səhər saat 06:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Hərbi Komissarlığın yanında müəyyən edilmiş və istintaqa təmin edilməsi üçün saxlanılaraq 41-ci Polis Bölməsinə aparılmış, oradan da Səbail RPİ-nin İstintaq Şöbəsinə aparılıb müstəntiq polis leytenantı Şahid4 xidməti otağına keçirilmişdir. Şahid1 müstəntiq Şahid4 tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra Şahid1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması barədə sorğu-sual edilmişdir. Həmin vaxtı Şahid1 üzərində qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet olmadığını bildirirək, əynində olmuş gödəkçənin yan ciblərindən idarə etdiyi “Hyundai İ 30” markalı avtomobilin pult-açarını, özünə məxsus “Xiaomi” markalı mobil telefon aparatını və bir ədəd şüşə qabda ürək dərmanını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin sonuncunun üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis leytenantı Şahid4 tərəfindən tərtib edilmiş qərar əsasında 12 oktyabr 2021-ci il tarixdə, axşam saat 18:20 radələrində videoçəkilişlə şübhəli şəxs Şahid1 məxsus “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilərkən Şahid1 avtomobilinə əyləşərək, avtomobilin ön idarəetmə panelinin, yəni şitin orta hissəsindəki saxlama yerindən 01 ədəd kibrit qutusunda spesifik qoxuya malik, ota bənzər, yaşıl rəngli, xırda formalı narkotik vasitə marixuanaya bənzər kütlələr və avtomobilin orta saxlanc yerinin açıq alt hissəsindən 02 ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxararaq, könüllü şəkildə müstəntiq Şahid4 təqdim etmişdir. Müstəntiq tərəfindən Şahid1 avtomobildən aşkar olunmuş maddələr və kütlələr barədə sorğu-sual edilərkən Şahid1 kibrit qutusunun içərisində olan ota bənzər yaşıl rəngli xırda bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana və siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində olan ağ rəngli kristal şəkilli maddələrin “şüşə” kimi tanınan psixotrop maddə olduğunu, həmin maddələri satış məqsədi ilə “Seyid” adlı şəxsdən əldə etdiyini, taksi sürücüsü kimi işləyərkən həmin şəxsi tanıdığını, narkotik vasitə, psixotrop maddəni əvvəllər iki nəfər şəxsə satdığını, həmin narkotik vasitə və psixotrop maddələrdən başqa, avtomobilində heç bir qeyri-qanuni əşya olmadığını demişdir. Sonra Şahid1 məxsus “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirilməsi davam etdirilsə də, həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya, maddə, predmet və ya sənəd aşkar olunmamışdır. Müstəntiq Şahid4 tərəfindən Şahid1 məxsus “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminə bənzər kütlələr boş zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdir. Sonra bu barədə protokollar tərtib edilmiş və protokola da, o, bütün iştirakçılar kimi imza etmişdir. Sonda Şahid1 Səbail RPİ-nin X17 keçirilmişdir. Hadisədən əvvəl o, Şahid1 tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən digər polis əməkdaşları, Səbail RPİ-nin Cinayət Axtarışı Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid6 və X2 kriminalisti polis baş leytenantı Şahid7 ifadəsində məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, Səbail RPİ tərəfindən 20079/22 saylı axtarış işi üzrə barəsində axtarış elan edilmiş xx xxxxxxx 1990-cı il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs tutulması məqsədi ilə yaradılmış əməliyyat qrupunda o da olmuş, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin və Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən “Asim” marketin qarşısında saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə aparılmış və təhqiqatçının xidməti otağına keçirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, həmin vaxtı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq-vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması barədə sorğu-sual edilərək, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddəyə oxşar kütlə olan şəffaf sellofan bükülünü təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükülünün içərisində “kokos” kimi tanıdığı narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni İran İslam Respublikasının vətəndaşı olan “Məsud” kimi tanıdığı şəxsdən özü istifadə etmək üçün 30 (otuz) manata alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqatçı tərəfindən bir ədəd boş kağız zərfdə qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-in 239 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərində şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və o, həm zərfi, həm də tərtib olunmuş protokolun üzərində bütün iştirakçılar kimi imza etmişdir. Sonda İmanov X16 RPİ-nə aparılmışdır. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən digər polis əməkdaşı Şahid2 ifadəsində məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqını aparmış, həmin iş üzrə Şahid1 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularkən, sonuncunun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Şahid1 idarə etdiyi “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirmiş, həmin vaxtı avtomobilin ön idarəetmə panelinin (şitin) orta hissəsində saxlama yerindən 01 ədəd kibrit qutusunda, spesifik qoxuya malik, ota bənzər yaşıl rəngli xırda formalı narkotik vasitə marixuanaya bənzər kütlə, eləcə də avtomobilin salonunda orta saxlanc yerinin açıq alt hissəsindən 02 ədəd bükümdə, bükümlərdən biri siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə və digəri siqaret qutusunun şəffaf sellofan bükülüsünə bükülmüş vəziyyətdə ağ rəngli kristal şəkilli kütlələr psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Sonra Şahid1 məxsus “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminə oxşar kütlələr boş zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüş, bütün iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən X5 idarə etdiyi avtomobilə baxış davam etdirilsə də, sonuncunun avtomobilindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya, maddə, predmet və ya sənəd aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsi hərəkəti videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Sonra o, bu barədə protokol tərtib etmiş və protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 baxış zamanı, həmçinin ifadələrində, avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirmişdir və o, Şahid1 ifadəsi göstərdiyi kimi yazaraq, özü tərəfindən oxunduqdan sonra özü şəxsi imzası ilə də təsdiq etmişdir. Şahid1 məxsus avtomobilə baxış zamanı həqiqətən həmin avtomobilin salonundan daxilində narotik vasitə marixuana olan kibrit qutusundan başqa, psixotrop maddə metmfetaminin olduğu 02 (iki) ədəd bükümdə, yəni biri siqaretin gümüşü rəngli bükümünə bükülmüş bükümdə, biri isə şəffaf sellofan büküm aşkar olunaraq götürülmüş və o, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü açaraq daxilində olan kütləyə baxış keçirmişdir, lakin avtomobilə baxış keçirilməsi açıq hava şəraitində və axşam saatlarında keçirildiyinə görə, hava şəraiti nəzərə alınaraq, digər şəffaf bükümün içərisində olanların itirilməsi təhlükəsini nəzərə alaraq, ikinci bükümə hadisə yerində baxış keçirməmiş, lakin həmin büküm şəffaf olduğuna görə, bükümün içərisində 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin olduğu aydın görünmüşdür. Ona görə, onun tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “məhkəmə-kimyəvi ekspertiza təyin etmək haqqında” qərarda məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 02 (iki) ədəd deyil, 03 (üç) ədəd bükümdə maddi sübutları göndərmişdir. Bu səbəbdən də, ekspert rəyində daxil olmuş bükümlərin sayı 02 (iki) ədəd deyil, 03 (üç) ədəd olaraq qeyd olunmuşdur. O, hadisədən əvvəl nə Şahid1, nə də Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslərlə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hüquqlarını müdafiə etməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında qərarla tanış edərəkpaltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə oxşar kütlə olan şəffaf sellofan bükülünü təqdim etmiş, həmin şəffaf sellofan bükülünün içərisində “Kokos” kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni adını“Məsud” kimi bildiyi şəxsdən özü istifadə etmək üçün 30 (otuz) manata alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindənaşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd boş kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərində şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra bu barədə hazırki protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İİ, səh. 07-11). Məhkəmə baxışı zamanı tədqiq olunan, Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Şahid4 tərəfindən tərtib edilmiş “baxış, axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş ilə Şahid1 məxsus “Hyundai İ 30” markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirilmiş, həmin vaxtı Şahid1 həmin avtomobilə əyləşərək, avtomobilin ön idarəetmə panelinin (şitin) orta hissəsində, saxlama yerindən 01 ədəd kibrit qutusunda spesifik qoxuya malik, ota bənzər, yaşıl rəngli, xırda formalı, təxmini çəkisi 1,5 qram təşkil edən narkotik vasitə marixuanaya bənzər kütlə, eləcə də, həmin avtomobilin orta saxlanc yerinin açıq alt hissəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə və 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxararaq könüllü şəkildə təqdim etmiş, sonra avtomobilə baxış keçirilməsi davam etdirilsə də, həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya, maddə, predmet və ya sənəd aşkar olunmamış və götürülməmişdir. Avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminə bənzər kütlələr boş zərfdə qablaşdırılıb götürülmüşdür (iş vərəqə: cild İ, səh. 81-82). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 6/1075 saylı, 22 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 239” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: ... Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,135 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələ”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İİ, səh. 18-22). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 6/4546 saylı, 13 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 120” möhür əksi, “Şahid1...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,718 qram; 1,096 qram; 2,025 qram; ümumi təmiz çəkiləri 4,839 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynlilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh. 108-113). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməbioloji ekspertizasının 7/1046 saylı, 13 oktyabr 2021-ci tarixli rəyindən görünür ki, vət. Şahid1 götürülmüş bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 1,457 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh. 114-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Şahid1 idarə etdiyi «Hyundai İ30» markalı, ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD-R” formatlı diskə baxış keçirilməsi haqqında 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ağ rəngli boyalı “Princo CD-R 2X-56X 700MB/80 min” adlı diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “xx.xx.2021 Avtomobilə baxis” adlı, 66.0 MB yaddaşlı, “.mp4” formatlı videofayldır, videofayl 0:06:56 dəqiqə müddətdə davam etmişdir, videofayl açıq hava şəraitində lentə alınmış, iki nəfər polis uniformasında, üç nəfər isə mülki geyimli olmaqla, 05 nəfər kişi cinsli şəxslər əks olunur, polis uniformasında olan şəxslərdən biri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis leytenantı Şahid4dır, digər şəxslər Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid5, Səbail RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid6, RPİ-nin KTQ-nun inspektor kriminalisti polis baş leytenantı Şahid7, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 və şübhəli şəxs qismində tutulmuş Şahid1 iştirakı ilə 12 oktyabr 2021-ci il tarixdə saat 18:30-da Şahid1 idarə etdiyi «Hyundai İ 30» markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə baxış keçirilməsi bildirilir. Şahid1 müstəntiq Şahid4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra onun idarə etdiyi avtomobildə hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir və varsa, təqdim etməsi xahiş olunur. Şahid1 boz rəngli «Hyundai İ 30» markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin ön sol qapısını açaraq, avtomobilin salonu, yəni avtomobilin ön idarəetmə panelinin (şitin) orta hissəsində, saxlama yerindən 01 ədəd kibrit qutusu və avtomobilin orta saxlanc yerinin açıq alt hissəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümü çıxararaq, avtomobilin kapotunun üzərinə yığıb könüllü surətdə təqdim edir, kibrit qutusunu açıb içərisindəkiləri göstərir. Müstəntiq Şahid4 tərəfindən həmin bükümlər və kibrit qutusunun içərisindəkilər barədə sorğu-sual edilən Şahid1, kibrit qutusunun içərisində olan ota bənzər, yaşıl rəngli xırda bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana və siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində olan ağ rəngli kristal şəkilli maddələrin “şüşə” kimi tanınan psixotrop maddə olduğunu, həmin maddələri satış məqsədi ilə “Seyid” adlı şəxsdən əldə etdiyini, taksi sürücüsü kimi işləyərkən həmin şəxsi tanıdığını, narkotik vasitələri və psixotrop maddələri əvvəllər iki nəfər şəxsə satdığını, həmin narkotik vasitə və psixotrop maddələrdən başqa, avtomobilində heç bir qeyri-qanuni əşya olmadığını bildirir. Sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilsə də, həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya, maddə, predmet və ya sənəd aşkar edilmir. Bu səbəbdən, avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr boş zərfdə qablaşdırılıb götürülür, zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Videogörüntü həmin anda başa çatır (iş vərəqə: cild İ, səh. 151-152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD-R” formatlı diskə baxış keçirilməsi haqqında 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ağ rəngli boyası olan “Princo CD-R 2X 56 X 700MB/80 min” adlı diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “da99d7e4-5c75-4465-bd01-c578df91fd8d” adlı, 224,0 MB yaddaşlı, “.mp4” formatlı videofayldır. Videofayl 0:09:31 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda iki nəfər polis uniformasında, iki nəfər mülki geyimli olmaqla, sonuncu görüntüsü əks olunmayan 05 nəfər kişi cinsli şəxslər əks olunur. Polis uniformasında olan şəxslərdən biri Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ezam olunmuş baş təhqiqatçı polis mayoru Mehman Dolxanov, digər şəxslər Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Səbail RPİ-nin 41-ci polim CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, eləcə də, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatını və əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Həmin vaxtı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sorğu-sual edilir, o, şifahi suallara cavab olaraq bildirir ki, təxminən 2-3 aydır ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunaraq götürülmüş sellofanın içərisindəki maddənin “kakos” kimi adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Binəqədi rayonu ərazisində ünvanını və digər məlumatlarını bilmədiyi “Məsud” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını bildirir. Bundan sonra həmin büküm təhqiqatçı Mehman Dolxanov tərəfindən boş zərfdə qablaşdırılır, DİN-in 239 saylı möhürü ilə möhürlənir, zərfin üzərində iştirakçılar tərəfindən imzalanmalar aparılır. Sonda bu barədə protokol tərtib olunur və protokol da iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır (iş vərəqə: cild İİ, səh. 24). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı tünd boz rəngli korpuslu olmaqla, 155x75x8 mm ölçülü, həssas monitorludur və “1235789” rəqəmlərini birləşdirən “Z” işarəli şifrəsi ilə şifrələnməmişdir, arxa hissəsinə qara rəngli kaburo (üzlük) keçirdilmişdir. Mobil telefon aparatı açıldıqda, daxilində çoxsaylı mobil əlavə tətbiqetmələr olması müəyyən edilir, həmin tətbiqetmələrdən “telefon”, “messages”, “whatsapp business” və ya digərləri uzunmüddətli istifadədə olmuşdur. Həmin mobil telefon aparatına baxış zamanı “whatsapp business” tətbiqetməsində əsasən, ailə-məişət mövzularında mətnli mesajlaşmaların aparılması müəyyən edilir. Bununla yanaşı, “whatsapp” tətbiqetməsi üzərindən “Abdulllaa” adı ilə qeydiyyata alınmış, +**********45 mobil telefon nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs tərəfindən istifadədə olan +**********74 mobil telefon nömrəsi üzərindən “Nihad” adı ilə qeydiyyata alınmış 11 yanvar 2022-ci il tarixdən etibarən mətnli və səsli mesajlar, həmçinin fotoşəkillərin paylaşılması, çoxsaylı buraxılmış zənglər və göndərilmiş mesajların silinməsi barədə qeydiyyatlar olmuşdur. Həmin fotoşəkillər əsasən, üzərində sloofan bükümlər və monitorunda rəqəmlər (çəkilər) görünən elektron tərəzi, xalçanın üzərində olan sellofan bükümlər və elektro tərəzi, eləcə də, müxtəlif küçələrin və həyat evlərinin bayır (küçə) tərəfi, metal və taxta materialdan olan dirəklərin görüntüləri əks olunmuşdur. Bundan başqa, hər iki abunəçi arasında xx.xx.2022-ci il tarixdən etibarən dəfələrlə cavab veilmiş və buraxılmış zənglər aparılmışdır. Belə ki, mobil telefona baxış zamanı müəyyən edildi ki, “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən xx.xx.2022-ci il tarixdə gecə saat 02:16-da Təqsirləndirilən şəxs “Bilirəm e, qadamm, başa düşürəm onu pisat, onu açarsan sarafara piçaxnan təmizdiyərsən, yığarsan o kolan, piçağı da attan üsttən təmizdiyərsən, qoyarsan kolanın üstünə, bulların hamısın çəkib mənə atarsan” - mövzusunda səsli mesaj göndərilmiş, həmin tarixdə saat 14:55-də Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” adı ilə qeyd olunmuş abunəçiyə “Salam ay Məsut, nə var, nə yox, qaqa, başuva dönərəm, vəziyyət zat nətərdi, evdə eşihdə, həə, yaxşı, elə eliyib, çəkip, ataram,prablem yoxdu, telefon axşamı, elə axırıncı dəfə səyiynən danışannan sora birəz keşdi, telefon opşim qalıf vatsapda, yatmışam, indi durmuşam, hələ yerimin içindəyəm Allah hakkı, yazan yazan yazır ki, vatsapdasan, niyə oxumursan? Telfon belə vatsapda qalıb, yat, yuxu tutub yatmışam, çəkip ataram indi, yaxş” - mövzusunda səsli mesaj göndərilmiş, həmin tarixdə saat 14:58də “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən Təqsirləndirilən şəxs “Salamməleykim brat, nətersən, ayee qardaş, saat dörə işdiyir, hələm sən yoxsan, yatıbsan helə, dur görəh nə iş görrıx, duy e, duy, vaxttı, onudı bı çəh, qadamm, məə de, mən ollara deyim ki, qaqa, nə məsələ qalır, dırax işdərimizi görax, axşam da bu vaxta qalmayax daa” mövzusunda səsli mesaj göndərilmiş, həmin tarixdə saat 15:00-də Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” adı ilə qeyd olunmuş abunəçiyə “Sağlıın, salamçılıxdı, qaqa, salamatçılıxdı, Alla köməyin ossun, əə bi dənə yuyunub eliyim, pi tikə çörəyimi zat yeyim eliyim, həll eliyib diyəcəm, axşam ikiydi yatmışdım, ona görə indi dırmışam” mövzusunda səsli mesaj göndərilmiş, həmin tarixdə saat 15:03-də “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən Təqsirləndirilən şəxs “Ayəee, el sən dünən çimmədin, axşam dedin ya, hamamdayam, çimim çıxım? Gənə xeyir ola, bi iş zət görməyifsən, gənə çimisən?”, saat 15:07-də “Neynəh, qadaa alım, du bi özüəə gəə, oyuun büyən elə, olları at tərəzinin üstünə, göə nə qədəm qallı, onu məə tez de” - mövzusunda səsli mesaj mətni, Təqsirləndirilən şəxs tərəfindən saat 15:07-də “Ok” mövzulu mətn mesajı, həmin tarixdə saat 16:42-də “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən Təqsirləndirilən şəxs “Qardaş, başaa dolanım, çıxdıya, on beş dayığaya, irmi dayiğaya ordadı” - mövzusunda səsli mesaj göndərilmiş, həmin tarixdə saat 16:44 -də Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” adı ilə qeyd olunmuş abunçəiyə “Ok” mətnli mesaj, həmin saat və dəqiqədə “Çıxsın, çıxsın, prablem döyül, Məsud” başuva dönərəm”, “O çatana mən hazırrıyacam, əlimdə iş görrəm eyh” - mövzularında səsli mesaj mətnləri, həmin tarixdə saat 16:44-də “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən Təqsirləndirilən şəxs “Səyinn başuva dolamm, onu çöx qoyma e orda qala, ona vaxt vururlar deyin, ona görə çox qoyma, elə, eliyə bilirsən, inndən çıxat” - mövzusunda səsli mesaj mətni, Təqsirləndirilən şəxs tərəfindən saat 16:49da “Qardaşiim, naraat olma, qohum var, işdiyir polisdə, onnan elə belə marax göstərdim, o kıçına bağlanana görə, olduğu ərazilərdə fırrana bilər, yən prablemi yoxdu, yən gəlib o toçqada, gözdətmiyəcəm e, söz yox, narahat olmaa, yan ünvana qoyacam, götürüf gedəjəh, ümmüyətcə deyirəm ki, yən olduğu ətrafda çıxıf beş sahat, on sahat fırrana bilər.” - mövzulu səsli mesaj; “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən həmin tarixdə saat 16:51-də Təqsirləndirilən şəxs “Nə biyim qardaş, ollara başa salmax olmasz, tes tes zəng eliyi ki, qadaa alım, o qala bilməcax oyda, oya de, biyəz tes elə, dedim neyniyəh də, neyniyəh, bissezi tes at, qoy rətolsun, getsin əyana”- mövzusunda, Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” kimi qeyd olunan abunəçiyə saat 16:51-də “Yaxşı, qaqa, yaxşı, naraat olma, başuva dönərəm, naraat olma, bəz ona denən onda, gözdəə, elə olanda, gözdə, ünvan qoyulsun, onnan sora çıxsın da, veranasından, gəssin götürsün, elə balalıyırsa, kıçında şey olan (...nalayiq ifadələr..), qorxan (...nalayiq ifadələr..), çıxıf gəlməz, şonqumaz orda, gözdüyər, ünv. şəkil zat atılar, sora çıxar evinnən, elə kimsə bizi güdmür a, ora nəsə atılanda, gedə başqa adam götürə, öz də elə yerə ataram ki, gözəçarpan yer olması, narayhat olma, naraat olma dədə, həll eliyirəm.” - mövzusunda səsli mesaj; “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən həmin tarixdə saat 16:53-də Təqsirləndirilən şəxs “Özün bilmirsən, ollar lomkadadılar, ollara indi ölüllər dənə, nə deyim valla, elə başdanee, olları 15 dənədən sora gör nə qədəm qalır”- mövzusunda; saat 16:58də “Füsal, başaa döüm, eliyə bilirsən onu tez elə, apar, çıraxt qoy ora, ollar məni dəli eliyi, Allahakkı özüm də başım ağrıyır, tes tes zəng eliyillər.”- mövzusunda səsdi mesaj, Təqsirləndirilən şəxs tərəfindən saat 17:01-də “Bi beş dəyqəyə, altı dəyqəyə qoyuf şəkil atıram, beşcə dəyqə, altıca dəyqə səbirri ol, atıram” - mövzulu səsli mesaj; “Abdulllaa” kimi qeyd olunan abunəçi tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:02-də “Neynək qadamm, çəkisin də at onun məə”, saat 17:07-də “Qardaş, bu irimbir dəə qalıır” mövzusunda səsli mesaj, Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” adı ilə qeyd olunan abunçiyə saat 17:25-də “Qardaşım, baa, sarafanı bükürəm, salafanı, obşu nə arasında mal varıydı, bu vəziyyətdə irimbir dənə, nə kəsirin varsa burda, mən vermişəmsə, elə bil, sən verdüylərindən başqa, nə kəsirimiz varsa, qardaşım, olardan mən satmışam da, yanı, onun dəxli nədi ki, kəsirimin yanı pulun vurram da, qardaşım, salafanı, üstündə nə var, sarafannan bir yerə o gəlir çəki”, “Qardaşa deynən, beş altı dəyqə səbirri olsun, darvazadan çıxdım, qayıtdım, girdim içəri, qaqa, beş altı dəyqə səbürrü olsun, qaqa, başuva dönərəm, məhlədə gejə səər nəsə oğurruğ oluv, itdər məhlənin başındadı, gedib gələni saxlıyıllar, şübhəli şəxs kimi, saxlıyallar, ilişərəm, başıva dönüm, beş altı dəyqə səbürrü ossun, dağılışıllar, darvazanın arasınnan baxıram, dağılışıllar, dağılışsınnar, çıxım, qoyum, başuva döüm, beş altı dəyqə səbirri ossun” - mövzusunda səsli mesajlar; “Abdulllaa” adlı abunəçi tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:26-da “Füsay, sən hələm evdən çıxmıyıfsan, Qurana and olsun, bullar məni dəli elədi, ged onu tez at, qadaam, qoy, danışarığ e, neynəç, buu at, rətdolsun” - mövzusunda səsli mesal; Təqsirləndirilən şəxs tərəfindən “Abdulllaa” adı ilə qeyd olunan abunçiyə saat 17:27-də “Dədə, evdən çıxmamışam e, başuva dönərəm sənin, bəs sən nətər rəva bilərsən, qardaşuvu çıxsın, orda, yansııınn? Dirəm ki, məhlədə, küçəin kəlləsində böyüh villa var, ordan oğurruğ oluv, səər üzü, indi bildim mən də, itdər gedif-gələni saxlıyıllar, ilişillər, şübhəli şəxs kimi də yanı. Beş dəyqə səbirri ossun, çıxıf qoyram də yanı, beş dəyqə, altı dəyqə, nəmm, on dəyqə, səbirri ossun, bular burdan dağılsın.”, saat 17:51-də “Torpağın üstünnən, qardaşım, götürmüşəm, götürmüşəm, bu on beş üç var aa, on beş üçü salafandan çıxartmışam, salafanı qoyacam isti yerə peçə yaxın, təmiz qurusun, quruyannan sonra, opşu, quruyandan sonra əlimdə oxalıyacam salafani başqa salafanın üstünə, o vəziyyətdən sora bi dənə çıxar, bi dənə, bir, biri iki, təxmini deirəm, ola bilər, sıfır səkgiz, başa düşdüün” - mövzusunda səsli mesaj; “Abdulllaa” adlı abunəçi tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:53-də “Qardaş, başaa döüm, boşdaba, tez onu at, qo cəhənnəm olsun aana, qadaa alım sənin”, saat 18:00-da “Qardaş, boşdaba, səə edim, qadaa alım, balamın canna and ossun, məni ta dənggihar elədi, Allaaqkı, başımın içərisi partddıyır, məni bezdiriblər, başaa dönüm, buraı at, qoy (nalayiq ifadə)” mövzusunda səsli mesaj mətni və son dəfə Təqsirləndirilən şəxs tərəfindən “Gelsin sentrani terefe solda al market var ordan sola yola girir giren kimi saqa yol donr donen kimi isq isdolbasnin dibnde rotmos bacqasi” - mövzusunda yazılı mesaj mətni göndərilmişdir. Bundan əlavə həmin mobil telefona baxış zamanı müəyyən olundu ki, “Telefon” əlavə tətbiqetməsində 76 (yetmiş altı) sayda kontanklar mövcuddur, həmin kontaktların sırasında əsasən, “Abdulllaa” adı ilə +**********45 mobil telefon nömrəsi, “Abdullllllllllll” adı ilə +**********82 mobil telefon nömrəsi, “Batya” adı ilə ********** mobil telefon nömrəsi, “”Peyserin peyseri” adı ilə +**********31 mobil telefon nömrəsi qeydiyyata alınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatına baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edəcək məlumat müəyyən olunmamış, baxış zamanı mobil telefonun fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild İİ, səh. 102-112). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefonun «WhatsApp» proqram bölməsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs “whatsapp business” tətbiqetməsi üzərindən “Abdulllaa” adı ilə qeydiyyata alınmış +**********45 mobil telefon nömrənin istifadəçinin ifadəsində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Məsud” adlı şəxs olduğunu, sonuncu ilə özünə məxsus +**********74 mobil telefon nömrəsi “Nihad” adı ilə qeydiyyata aldığı hesabı üzərindən mesajmalar apardığını, həmin şəxslə aralarında 11 yanvar 2022-ci il tarixdən etibarən mətnli və səsli mesajların, fotoşəkillərin paylaşılması, çoxsaylı buraxılmış zənglər olduğunu və göndərilmiş mesajların silindiyini bildirmişdir. O, mobil telefonunda “whatsapp business” tətbiqetməsi üzərindən apardığı mesajlarda əks olunan üzərində sellofan bükümlər, monitorunda rəqəmlər (çəkilər) görünən elektron tərəzi, xalçanın üzərində olan sellofan bükümlər və elektro tərəzi, eləcə də, müxtəlif küçələrin və həyat evlərinin bayır (küçə) tərəfi, metal və taxta materialdan olan dirəklərin görüntülərinin, özü çəkdiyi “kakos” kimi tanıdığı narkotik vasitə olan heroinin çəkisi və qablaşdırılması olduğunu, müxtəlif küçələrin və həyat evlərinin bayır (küçə) tərəfi, metal və taxta materialdan olan dirəklərin fotoşəkillərin isə sonradan gizlətdiyi heroinin ünvanları olduğunu, “Abdulllaa” kimi qeyd etdiyi abunəçi ilə narkotik vasitənin tanımadığı şəxsə çatdırması haqqında tutulduğu gün, yəni 21 fevral 2022-ci il tarixdə söhbət etdiklərini; o cümlədən “Telefon” əlavə tətbiqetməsində mövcud olan 76 (yetmiş altı) ədəd kontankdan “Abdulllaa” adı ilə qeydə alınmış +**********45 mobil telefon nömrəsinin İran İslam Respublikasının vətəndaşı “Məsud” adlı şəxsə, “Abdullllllllllll” adı ilə qeydə alınmış +**********82 mobil telefon nömrəsinin “Məsud” adlı şəxsin qardaşı olan “Abdulla” adlı şəxsə, “Batya” adı ilə qeydə alınmış ********** mobil telefon nömrəsinin Şahid1 və “”Peyserin peyseri” adı ilə qeydə alınmış +**********31 mobil telefon nömrəsinin ifadəsində adını qeyd etdiyi “Vahid” adlı şəxsə məxsus mobil telefon nömrələri olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 233- 234). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-11357/22 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin yaddaşında “Nömrənin_Məxsusluq Tarixçəsi_”, “SMS_Tarixçəsi_”, “Zənglərin_Detallaşdırılması_”, “Zənglərin_Məxsusluq_ Tarixçəsi_” adlı cəmi 14 ədəd fayllar yerləşdirilmişdir. Həmin fayllardan ilk üç ədədinə baxış zamanı zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına +**********58, +**********43 və +**********74 mobil telefon nömrələri qeydiyyatdan keçmişdir. Həmin məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyindən axınlı printerdən çap edilib bu barədə tərtib olunmuş hazırki protokola əlavə olunmuşdur. Daha sonra növbəti 05 ədəd “SMS_Tarixçəsi_” adlı fayllara baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus +**********58 mobil telefon nömrəsinə +**********22 mobil telefon nömrəsindən “Salam qaqa necesen dunen dediyini bugun gondere bilersen men pulu ya sabah acsam yada 1 gun seher 50 atim sene 2 dene lazimdi” - mövzusunda; +**********97 mobil telefon nömməsindən “Vusal salam dede necesen dayun ali asagdi usaxlara de birez versinde mene onnan iki gune cixacam ise pul vererem vezyet yaxsi deyil canim nasazdu usduve sagliq” - mövzusunda; +**********62 mobil telefon abunəsiçindən “150 manat pul yigmisam karti at atim sene ya ozume adam tapim he debili” - mövzusunda; +**********04 mobil telefon abunçəisindən “Aye ikidene deirdin noldu Fikrət ne ne. Diye bilersen seher 40manat vıraram sene” - mövzusunda və +**********97 mobil telefon nömrəsindən “X26 necesen Allah balon sefasin versin.mugayet ol usaqdan.gor bir sey emele getirson xeber eliyersen.bu gunnen cixdm ise ayin axrnacan pul gondererem.bi damcda o birinnen bayram payi dayuva” - mövzusunda ismarıc (SMS) mətnləri daxil olmuşdur. Bundan əlavə, baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs məxsus +**********74 mobil telefon nömrəsindən +**********02 mobil telefon nömrə abunəçisinə “**********505636” - mövzusunda, +**********65 mobil telefon nömrəsinə “**********505636. kapital.bank.asif. gadirli” - mövzusunda; +**********62 mobil telefon abunəçisinə “Qaqa.qadan.alarA..yuku.cox. getrmiwem.seher.yerbe.yer.etmeliydim.ele.oldku.bugun.yerbe.yer.eliyesi.oldum.ona.gore.i wim.uzanir.yukumu.paylawdrb.gelirem.zeng.vurursan.yanmda.adam.olur.deye.aca.bilmire m.yuku.qapana.qaldranda.hereynen.biraz.danwanda.vaxd.uzanir.sebrli.ol.yuku.qutariram. az.qalib.” - mövzuda; +**********16 mobil telefon nömrəsinə “**********» - mətnli; Təqsirləndirilən şəxs məxsus olan +**********43 mobil telefon nömrəsindən +**********16 mobil telefon nömrəsinin abunəçisinə “alam.qaqa.netersen.bayramun.mubarek.qaqa.mene..bugun.pul.atacaqdun.vallah..vezyet. cox.pisdi.iqbal.1250.manat.vermeliyem.ogunku.meseleye.gore.diriyib.meni.yeyesi.namiqd e.beleden.pul.isdyir.onada.pul.vermeliyem.vallah.pis.vezyedeyem.imkan.ele.mene.pul.at.q aqa.vezyet.pisdi” - mövzuda, +**********23 mobil telefon nömrəsinə “**********047136” mövzuda, +**********36 mobil telefon nömrə abunəçisinə “QA.NETERSEN.40.MANAT.ATDRDM.Qaldi.50.manat.onuda.birazdan.atAcaqlar.pulumu.a la.bilmemiwem.hele.yoxsa.hamsni.atardm.indi.sebri.ol.bir.iki.sada.50.manatda.atlar”mövzuda, +**********36 mobil telefon nömrəsinə “Axwamun xeyir netersen qardawm bes mene zeng vururdun ses kuyun gelmedi neyniye bildun iqbalnan danwdun menim vezyetim cox pisdi meni sxwdrirlar qalmwam pis vezyete zeng vururam adboy verir ama meni sikiler deki mene biraz gucu batandan pul atsin”, “Ogun fikret agridan”, “Seburli olunnddyirem”- mövzularında; +**********16 mobil telefon nömrəsinə “Salam.ay.iqbal.netersen.qaqa.menim.telafonumu.niye.acmrsanki.qardawm.ayin.16.da.de miwdunki.verecem.vere.bilmedun.deye.acmrsansa.canun.saqolsun.yeqinki.sende.alabilm emisen.deye.vermedunde.yeqinki.alsaydun.vererdun.zeng.vuranda.cavab.ver.qardawm.d anwaq.inwallahki.alarsan.verersen.texminen.ne.vaxda.alacaquvu.alarsan.ki.qaqa”mövzusunda; +**********75 mobil telefon nömrəsinin abunəçisinə “Ay zavur cqli bir wey versin o qardaw vezyeden cxmda onda olar yeqinki cqli bir wey gotrek qaytarqda”; mövzuda, +**********52 mobil telefon abunəçisinə “Mene kardan 1 manat adir mesuda beleden ozunde hazr ol ha gelen kimi cxaq”- mövzuda, +**********32 mobil telefon abunəçisinə “Qaqa bawmi qatma yuk gotrem” - mövzuda; +**********39 mobil telefon nömrəsinə “**********5636. .qardasm kapital bank bu koda 16 manat vur 1 manat faiz cxanda temiz 15 manatmi cxardim asif qedirli kartin sahibinin adi familiyasi asif q sen balon cani biraz tez vur xeber ele cekide saxla yada vacapla at 077.502.23.74.”, “Qaqa hara gelimki deyirsen men senen pul gozduyremki isimi asrdam qardasm niye meni isimi sarvat eliyirsenki”, “Pulu deyitemde nece sen ele olar dede te”, “Qardasm fikrete deyirem gotursun atsin menim kartma”, “Qardasm sen ne vaxdakimi xeber edesen gelim pulu goturmeye”, “Ozum gelirem fikret gile sad neciye kimi duzelir pulun biraz tezolda gecikrem axi”, “Ay btat meni isimi axsadrsan ziya varyoxun sikim duz elemirsen pulu ver camahat meni gozduyur isimi asrdim”, “Ay ziya niye menim isderimin icine pox yqdunki yeke oqlansan bu ne herekedi edirsenki”, “Ay ziya niyeki qehbelik eliyirsen ki dansanda oqlanqdan dansrsan emelnen qehbelik edirsen pulumu verki birde sikime qy verende verimde olmuyesen deye qabaqnda olesen lomkadan cxartmyacam eger bugun vermeson”, “Pulun yoxdu ac poxuvu denenki seher verecem birsigun verecem ama sen acmrsan mende deremki dasaqmi ye ay ziya ya pulu bugun ver yadaki lomkadan gozumun am verecem”, “Yeke oqlansan bu ne herekedi menim pulumu niye vermirsenki menim isimi sen sarvad edrsen varyoxun sikim”, “Ay demek mende olsa dusmenimede yox demirem pulu pulsuz”, “Qaqa agriyiram sen c”, “1 qram kilabyarida p”, “Ay gicdilag 1 qarm k”, “Ay ziya sebrli ol corek yeyib cxram ordan gecende verecem hemideki dayim oqlun gozdyurem catsn bura onun masnynan gelecem cunki onada amanat vermeliyem”, “Qandon gelmirsen se”, “Ay brat dayi oqlumu gozduyremde eger gozdye bilmirsense gel asim marketin yanina verim gelirsen birdeki ne isdyrsen” - mövzularında; + **********59 mobil telefon abunəçisinə “Ay dede vacapa gire bilmiremki irani zeng vurur deye vacapla yqma pul isdiyir mendede pul azdi”, “Ay dede irani anaya zeng vursa desinki bilmirem harda olduqun”- mövzularda; +**********62 mobil telefon nömrəsinə “Gelirem vacapa gire bilmirem baba yqr yoldayam gelirem”-mövzuda, +**********52 mobil telefon abunəçisinə “Ay basuva donerem hecne vallah salamaclqdi vallah prosda burda borcu olan var onan qrqndaydm taksi zakas verdim gelir catr gelirem catsn 4 deqye der catram minib gelirem”, “Az atamn goru hecne yoxdu peysernen savasmsam” - mövzularında; + **********57mobil telefon nömrəsinin abunəçisinə “ay qaqa birdene kola” - mövzusunda, +**********62 mobil telefon nömrəsinə “Ay qaqa basm qarsiq di aca bilmirem var hardasan kim isdiyirki” və “Yer varidi is asrdrdm qaldi birazdana”- mövzularda; Təqsirləndirilən şəxs məxsus +**********58 mobil telefon nömrəsinə +**********43 mobil telefon nömrəsinə +**********52 mobil telefon nömrəsi abunəçisindən «Balam gelsen falqa al getir haa özden tez gel falqa yoxdun agrdan olrem” - mövzuda, +**********43 mobil telefon nömrəsindən “**********047136” - mövzuda; +**********36 mobil telefon nömrəsinin abunəçisindən “visal menim ozun balamzin cana niye yalanan and icrsen ki pli atacqlar karta bu ne herkedi”, “Vala visal bular baci qarda kenede gediler hec olmasa nomreni bilirsen yig danw denen gelme atiram karta gor nagrsan biyabir olacog senol”, “Qaqa dedemi gozduyuremki gedsin yerine girsin cixibpulu qouacam xeber edecem gelib goturesiz”, “Ogun fikret agridan olurdu men cixibbona mal vere bilmedim insn allaha”, “Seburli olunnddyirem size”, “Qaqa netersen narahat olma yadumdasan seburli birazcun hell edecrm yaxsi”, “Qaqa senirli ol gelirler geldinler deyirem pulu gotur menden qarfasim cibimde sonub telefon us gorem narahat olma qaqa”, “Pulu deyitemde nece goturesen menden gele bilirsen dedim yeni gel pulu goturde qaqa nevxda gele bilersen onu deyirem qardasim”, “Qardasim uzagi yarim sata pulu menden goture billersen he bidene yaz sen gelende men cole cixa bilmesemde qapidan cole yer var qoyacam ora gelib goturesen ele olar dede tez yaz bilim”, “Yaxsi men deyende geler”, “Ay agzindan sikdiren dedimki vrecemde axsam o pulu ay cindir sen pox yeyrsen meni lomkada qoyarsan ele gotduy eliyersen sen he ay cindir naragat olma axsam verecem”, “Ay qaqa sabah insalah tezden 11rcun insalah pulu vuracam.kartina dede sen ol indi hecur alindira bilmir em uzurlu say”, “X26 fikteye yig tecili”, “Kisi o oglan deyeremki kimise agrida qoymasim bugin pulum yoxdu deye men agrida qalam sa day mendem incimesinde hec kim meni ki sen agrida qoyfunsa men sene ne deyim he bu kisiliydi he halbuki men ziya senincun elimden geleni etmisemnpis cixmasin amma sen meni agrida qoydun sagol var ol”, “ayvqaqa seninnguta malin yoxdu osduraga basirsan olurem agrodan senol cox pis agidayam qaqa senol”, “İnan alaha ele pis agriyiram ki deyilesi deyil neyse ok”, “Qaqa agriyiram sen canin mezelenme menle”, “1 qram kilabyarida pati duzeld yaxsi yoldaym cixieam yola”, “Ay gicdilag 1 qarm kola yarida pati lazimdi alinirsa de alinmirsa yogim usaglara”, “Dilqem tex de gelim men senin yaina fikretnen gelimn”, “Qandon gelmirsen se agriyiram men gedim goturumntema qaqa he yox de yez gecdise gedim men”, “Deiq de bilim men emele geler ya yox” və “Hazirla vapsem sikm senin agzu 2 kila yarida pati gelem catiram taksideyem deye yaziram”- mövzularında; +**********68 mobil telefon nömrəsinin abunəçisindən «Salam netersen qaqa dunen getim matryiali yazdim verdim ser ya biri gunu cixacoq işe senol pulu verecem iki gunu yola verekda olem cavab ver”- mövzuda; +**********04 mobil telefon nömrəsindən “Amcıglar poxa s aldılar ordan get itdi bular çıx ordan”, “Gelirler ora” - mövzusunda, + **********57 mobil telefon nömrəsindən “ay qaqa birdene kola lazmdi”, “isni kutar bura ay qaqa kei men sene isbaresnde deyecem bdyaq dedin keiirem deyirem menide qos ozne qos ay qaqa mene de 3 4 dene ver satim pulun verim” və “duranda menim nomreme zeng ele dedim axi sene siqaretim yoxdu yeke kiwisen oldum siqaretsiz” - mövzularında ismarıc (SMS) mətnləri daxil olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus +**********58 mobil telefon nömrəsinə +**********58 mobil telefon nömrəsinə +**********58 mobil telefon nömrəsi abunəçisindən “Bizim qapının ağzında kerpicin altında”-mövzuda, +**********70 mobil telefon abunəçisindən “Seyid menem xeyal teli ac emanet lazimdir batiyanin dostu”mövzusunda, +**********70 mobil telefon nömrənin abunəçisindən “Qaqa men caycida oturub seni gozleyirem ne edim mene bir soz deyersen eziyet deyilse yavaw yavaw gelim mehleye bayag 25 lik dedim geceye duwdum deye eve taksiyle gedecem sen 20 lik edersen o emaneti mene bir xeber et qaqam coxda gec olmasin bawina donerem eve getmeyimde var menim xeber gozdeyirem senden”- mövzusunda, +**********31 mobil telefon nömrəsinin abunəçisindən “X25 Men Burdayam” - mövzusunda ismarıclar (SMSlər) göndərilmişdir. Həmin məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyindən, axınlı printerdən çap edilmiş və bu barədə tərtib olunmuş hazırki protokola əlavə olunmuşdur. Növbəti 03 (üç) ədəd “Zənglərin_detallaşlması” adlı fayllara baxış keçirilən zamanı aşkar olundu ki, Təqsirləndirilən şəxs məxsus +**********58 mobil telefon nömrəsi 01.10. 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Mədən küçəsi, Biləcəri qəsəbəsi, Xırdalan şossesi, Novxanı qəsəbəsi, 8-ci mkr., Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 59 ünvanda yerləşən “Zəngəzur” şadlıq evinin yanında, Nizami rayonu Özbəkistan küçəsi, Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi, Əmircan qəsəbəsi, ünvan 9 ünvanda, Dərnəgül qəsəbəsi Ziya Bünyadov küçəsi 2074-cü məhəllədə, Nəcəf ünvan 10nvanda, H.Əliyev prospektində, ünvan 11 və Abşeron rayonunun Mehdiabad qəsəbəsi “Gənclər Şəhərciyi” ərazisində; +**********3 saylı mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmin tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən 01.02. 2022-ci il tarixədək olan müddət ərzində və xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunun Pirili kəndi, Sığırlı kəndi, Karrar kəndi, İmişli rayonunun Otuziki kəndi, Hacıqabul rayonunun Pirsaat kəndi, Nəvahi qəsəbəsi, Padar qəsəbəsi, Pirsaat qəsəbəsi ərazilərində və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunun yuxarıda adları qeyd olunan rayonları, qəsəbələri və kəndlərinin ərazilərində; +**********74 saylı mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən 22.12. 20221-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Kürdəmir və Hacıqabul rayonlarının yuxarıda adları göstərilən qəsəbə və kəndlərinin ərazilərində və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunun yuxarıda adları göstərilən rayonları, qəsəbələri və kəndlərinin ərazilərində hərəkət etməsi müəyyən olunmuşdur. Həmin fayllarda iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlar olmadığına görə həmin fayllardan heç bir çıxarış aparılmamışdır. Son 03 (üç) ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri” adlı fayllara baxış keçirilərkən, müəyyən edilmişdir ki, həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********58, +**********43 və +**********74 mobil telefon nömrələrinə daxil olmuş və həmin nömərəldən göndərilmiş ismarıc məntlərinin (SMS-lərin) aid olduğu mobil telefon nömrələrinin abunçələri barədə məlumatlar yerləşdirilmişdir. Məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyindən, axınlı printerdən çap edilmiş və bu barədə tərtib olunmuş hazırki protokola əlavə olunmuşdur. Baxış zamanı istintaq marağı kəsb edən digər hallar müəyyən edilməmişdir (iş vərəqə: cild İİ, səh. 180-192). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbacan Respublikası DİNin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin yaddaşında “Səbail_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********45”, “Səbail_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********43”, “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********74”, “Səbail_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə)_**********58”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********45”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********43”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********74”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********58”, “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********45”, “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********43”, “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********74” və “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********74” adlı “.xlsx” (Microsoft Exsel) formatlı 12 ədəd fayllar yerləşdirilmişdir.
1. Birinci “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********45” adlı fayla baxış zamanı, şəxsiyyəti istintaqa İran islam Respublikasının vətəndaşı “Məsud” adı ilə məlum olan şəxsin istifadəsində olan +**********45 mobil telefon nömrəsinin 11 noyabr 2021-ci il tarixdə saat 23:02:12-də Bakı şəhəri Babək prspekti 101 ünvanda quraşdırılmış anten dairəsi altına düşdüyü müəyyən olunmuşdur. Həmin fayl iş üçün əhəmiyyət kəsb etdiyinə görə, fayl axınlı printerdən çap olunmuş və protokola əlavə edilmişdir.
2. İkinci “Səbail_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********43” adlı fayla baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsi 25 dekabr 2021-ci il saat 22:48:49-dan 28 dekabr 2021-ci il tarixə, saat 05:10:37-dək olan müddət ərzində Kürdəmir rayonunun Pirili kəndi, Atakişili kəndi, Çohranlı kəndi, Xırdanay kəndi, Sığırlı kəndi, Sovla kəndi, Karrar kəndi, ünvan 14 ünvanda, M.Əzizbəyov küçəsi 41 ünvanda, Otuziki kəndi, ünvan 15xan kəndi, Saatlı rayonu Kamallı kəndi, Xıdırlı kəndi, Aşağı Seyidlər kəndi, Hacıqabul rayonunun Qarasu kəndi, Muğan qəsəbəsi, Osmanlı kəndi, Hacıqabul rayonunun qərb hissəsi, Kürdəmir rayonunun Kürdəmir kəndi, Hacıqabul rayonunun Nəvahi kəndi, Şirvan-Hacıqabul şossesi 9-cu km., Atlıbulaq kəndində; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Hacıqabul rayonu, Kürdəmir rayonunun Pirili kəndi, çohranlı kəndi, Sığırlı kəndi, Karrar kəndi, Atakişili kəndi ərazisində; xx.xx.2022-ci il tarixdə saat 14:13:44-də Sabirabad rayonu Osmanlı kənlm, Şirvan şəhəri, Hacıqabul rayonunun Pirsaat qəsəbəsi, Atlıbulaq qəsəbəsi, Qarasu kəndi, Muğan qəsəbəsi, Kürdəmir rayonunun Arabqubalı kəndi, Sığırlı kəndi, Karrar kəndi, Çöhranlı kəndi, Pirili kəndi, Atakişili kəndi, Hacıqabul rayonunun Padar qəsəbəsi, Hacıqabul şəhəri; xx.xx.2022-ci il tarixdə saat 01:14:43-dən xx.xx.2022-ci il tarixdə saat 12:01:27-dək olan müddət ərzində Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Padar qəsəbəsi, Arabqubalı kəndi, Kürdəmir rayonunun Sığırlı kəndi, Karrar kəndi, Çöhranlı kəndi və Pirili kəndi ərazisində, Xırdapay kəndi və Kürdəmir şəhəri; xx.xx.2022-ci il tarixdə saat 12:01:27-dən 13:16:48 qədər olan müddət ərzində Hacıqabul rayonunun Padar qəsəbəsi, Qarasu kəndi, Muğan qəsəbəsi, Sabirabad rayonu Ulacalı kəndi, Şamaxı rayonunun Göylər kəndi; xx.xx.2022-ci il tarixdə saat 01:49:53-dən etibarən xx.xx.2022-ci il tarixdə saat 17:20:40-dək Hacıqabul rayonunun Padar kəndi, Kürdəmir rayonunun Sığırlı kəndi, Karrar kəndi, Çöhranlı kəndi və Pirili kəndi ərazisində, İmişli rayonunun Otuziki kəndi, Əzizbəyov küçəsində, Sabirabad rayonunun Yenikənd kəndi ərazisində; xx.xx.2022-ci il tarixdə saat 13:49:40-dan xx.xx.2022-ci il tarixdə saat 13:25:54-dək olan müddət ərzində Hacıqabul rayonunun Padar qəsəbəsi, Atbulaq kəndi, Sabirabad rayonunun Yolçubəyli kəndi, Qarasu kəndi, Muğan qəsəbəsi; xx.xx.2022-ci il tarixdə saat 02:49:58-dən həmin tarixdə saat 18:25:50-yə qədər olan müddət ərzində Hacıqabul rayonu Nəvahi qəsəbəsi, Kürdəmir rayonu Padar kəndi, Sığırlı kəndi, Arabqubalı kəndi, Karrar kəndi, Pirili kəndi, Carlı kəndi, İmişli rayonu Otuziki kəndi, Baciraxan kəndi, Muradxanlı kəndi, Salyan rayonunun Xıdırlı kəndində; - xx.xx.2021-ci il tarixdə saat 21:49:51-dən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu, Səbail rayonu, Yasamal rayonu, Binəqədi rayonu, Abşeron rayonunun Mehdiabad kəndi, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, «Azadlıq prospekti» metrostansiyasının ətrafında, Nərimanov rayonu, Sabunçu rayonu ərazilərində; xx.xx.2022-ci il tarixdə saat 15:26:05-də Bakı şəhərinin Qaradağ rayonu, Səbail rayonu, xx.xx.2022-ci il tarixdə saat 18:16:45-dən xx.xx.2022-c i il tarixdə saat 01:14:43-dək olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu, Yasamal rayonu, Səbail rayonu, Nəsimi rayonu, Nərimanov rayonu, Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Rəsulzadə qəsəbəsi, Biləcəri qəsəbəsi, 7-ci mkr., Səbail rayonu və Qaradağ rayonu ərazilərində; 24.01. 2022-ci il tarixdə saat 13:16:48-dən xx.xx.2022-ci il tarixdə gecə saat 00:35:13 qədər olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu, Səbail rayonu, Nəsimi rayonu ərazisində yerləşən metronun «20 Yanvar» stansiyası yaxınlığında, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, Ağa Neymətulla küçəsi, Dərnəgül qəsəbəsi, Sabunçu rayonunun Balaxanı qəsəbəsi, «Şəhər Tullantıları» zavodunun yaxınlığında, Abşeron rayonunun Mehdiabad, Digah və Fatmai qəsəbələrinin ərazisində, Binəqədi rayonu Binəqədi kəndi, Biləcəri qəsəbəsi, Bakı- Sumqayıt şossesi, Yasamal rayonu və Qaradağ rayonu ərazisində; xx.xx.2022-ci il tarixdə saat 18:24:48-dən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu, Səbail rayonu, Nəsimi rayonu, Binəqədi rayonu, Nərimanov rayonu, Yasamal rayonu, Abşeron rayonunun Mehdiabad, Fatmai, Digah qəsəbələri, Sabunçu rayonunun Balaxanı qəsəbəsi, Nərimanov rayonunun Dərnəgül qəsəbəsi ərazilərində; xx.xx.2022-ci il tarixdə saat 13:29:58-dən xx.xx.2022-ci il tarixə saat 10:27:36-dək olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu (xx.xx.2022-ci il, saat 14:45-də), Səbail rayonu, Yasamal rayonu, Binəqədi rayonu, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyası yaxınlığında, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, Binəqədi rayonu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Sabunçu rayonu Balaxanı qəsəbəsi, Bakıxanov qəsəbəsi, Nizami rayonu, Binəqədi rayonunun Binəqədi kəndi, Rəsulzadə qəsəbəsi ərazilərində; xx.xx.2022-ci il tarixdə saat 02:49:58-dən etibarən Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Bakı şəhəri Binəqədi rayonu, Nərimanov rayonu ərazilərində; həmin tarixdə saat 18:25:50-dən etibarən xx.xx.2022-ci il tarixdə saat 00:43:48-dək olan müddət ərzində Bakı şəhərinin Qaradağ rayonu, Səbail rayonu, Yasamal rayonu, Binəqədi rayonu, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyası yaxınlığında, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, Əhməd Rəcəbli küçəsi, Atatürk prospekti, Binəqədi rayonunun Binəqədi kəndi, Rəsulzadə qəsəbəsi, Bİləcəri qəsəbəsi, Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Saray qəsəbəsi, Digah qəsəbəsi, Corat qəsəbəsi, Məhəmmədli qəsəbəsi, Novxanı kəndi və Sabunçu rayonunun Balaxanı qəsəbəsi, Bakıxanov qəsəbəsinin ərazilərində hərəkətdə olması müəyyən olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır.
3. Üçüncü “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********74” adlı fayla baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində əksəriyyət vaxtda Kürdəmir, Sabirabad və İmişli rayonlarının yuxarıda adları qeyd olunan kəndlərinin və qəsəbələrinin ərazisində; xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci ildə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cil tarixədək olan müddət ərzində Bakı şəhərində, yuxarıda adları göstərilən ünvanlarda hərəkətdə olması müəyyən olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən bilən heç bir məlumat olmadığı üçün fayldan çıxarış aparılmamışdır.
4. Dördüncü “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********58” adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinin Binəqədi rayonu, Nərimanov rayonu, Sabunçu rayonu, Suraxanı rayonu, Nəsimi rayonu, Yasamal rayonv və Səbail rayonunun ərazisində hərəkətdə olması müəyyən olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən bilən heç bir məlumat olmadığı üçün fayldan çıxarış aparılmamışdır.
5. Beşinci “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********45” adlı fayla baxış keçirilərkən, şəxsiyyəti istintaqa İran islam Respublikasının vətəndaşı “Məsud” adı ilə məlum olan şəxsin istifadəsində olan +**********45 mobil telefon nömrəsindən xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində +**********30, +**********69, +**********88, +**********63, +**********02, +**********06 və +**********40 mobil telefon nömrələrinə mətn əks olunmamış ismarıc (SMS) göndərilmiş və daxil olmuşdur. Həmin fayl iş üçün əhəmiyyət kəsb etdiyinə görə, fayl axınlı printerdən çap olunmuş və protokola əlavə edilmişdir.
6. Altıncı “Səbail_SMS Statistika (qarşı abunə ilə) **********43” adlı fayla keçirilmiş baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********43 saylı mobil telefon nömrəsinə müxtəlif şəxslərdən mətn əks olunmamış ismarıc (SMS) göndərilmiş və daxil olmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən bilən heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır.
7. Yeddinci “Səbail_SMS Statistika (qarşı abunə ilə) **********74” adlıfayla baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********74 saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində müxtəlif şəxslərdən mətn əks olunmamış ismarıc (SMS) göndərilmiş və daxil olmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır.
8. Səkkizinci “Səbail_SMS Statistika (qarşı abunə ilə) **********58” adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********58 saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan müddət ərzində müxtəlif şəxslərdən mətn əks olunmamış ismarıc (SMS) göndərilmiş və daxil olmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır.
9. Doqquzuncu “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********45” adlı fayla baxış keçirilən zaman, şəxsiyyəti istintaqa İran islam Respublikasının vətəndaşı “Məsud” adı ilə məlum olan şəxsin istifadəsində olan +**********45 mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək oan müddət ərzində müxtəlif şəxslər, o cümlədən 05.10. 2021-ci il tarixdə 01 (bir) dəfə və xx.xx.2021-ci il tarixdə 05 (beş) zəng olunmuşdur. Həmin faylda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar olduğuna görə, fayldan çıxarış olunaraq axınlı printerdən çap edilmiş və protokola əlavə olunmuşdur.
10. Onuncu “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********43” adlı fayla keçirilmiş baxış zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********43 mobil telefon nömrəsinə müxtəlif şəxslərdən, o cümlədən Şahid1 istifadə etdiyi +**********09 mobil telefon nömrəsindən, “Qasımlı Muxtar” adlı şəxsin istifadəsində olan +**********57 mobil telefon nömrəsindən və “X13” adlı şəxsin istifadəsində olan +**********27 mobil telefon nömrəsindən müxtəlif tarixlərdə çoxsaylı zəng daxil olmuş və çıxmışdır.
11. Növbəti “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********74” adlı fayla baxış keçirildi və müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********74 mobil telefon nömrəsinə müxtəlif şəxslərdən, o cümlədən Şahid1 istifadə etdiyi +**********09 mobil telefon nömrəsi və “Qasımlı Muxtar” adlı şəxsin istifadəsində olan +**********57 mobil telefon nömrəsindən müxtəlif tarixlərdə çoxsaylı zəng daxil olmuş və çıxmışdır.
12. Sonuncu “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********74” adlı fayla baxış zamanı müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********58 mobil telefon nömrəsinə müxtəlif şəxslərdən, o cümlədən Şahid1 istifadə etdiyi +**********09 mobil telefon nömrəsindən və “X13” adlı şəxsin istifadə etdiyi +**********27 və +**********05 mobil telefon nömrələrindən müxtəlif tarixlərdə çoxsaylı zəng daxil olmuş və çıxmışdır. Diskə baxış keçirilməsi başa çatdıqdan 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 151-168). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-5209/22 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 məxsus və "xxxx" MMC-yə aid +**********09 saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatların əks olunduğu 01 ədəd CD-yə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin CD-də «Nömrənin_Məxsusluq_Tarixçəsi__**********0140__706799909»,SMS_Tarixçəsi__********* *4036__706799909», «SMS_Tarixçəsi__**********4039__706799909», «Zənglərin_Detallaşması__**********0104___706799909»,Zənglərin_Məxsusluq_Tarixçələ ri__**********0132___706799909_NAR» adlı 05 ədəd «.pdf» formatlı fayallar vardır. «Nömrənin_Məxsusluq_Tarixçəsi__**********0140__706799909» adlı fayla baxış keçirilərkən müəyyən olundu ki, +**********09 saylı mobil telefon nömrəsi Şahid1 adına qeydiyyatdan keçimişdir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır.Zənglərin_Məxsusluq_Tarixçələri__**********0132___706799909_NAR» adlı fayla baxış zamanı müəyyən edildi ki, Şahid1 adına "xxxx" MMC-dən 077 636 64 64, 070 852 25 24, 070 679 99 09, 070 604 25 24 və 077 565 64 64 mobil telefon nömrələri; Təqsirləndirilən şəxs adına isə, 077 710 12 58 və 077 610 12 58 mobil telefon nömrələri qeydiyyatdan keçmişdir. Həmin fayl axınlı printerdən çap olunmuş və protokola əlavə edilmişdir. «SMS_Tarixçəsi__**********4036__706799909» adlı fayla baxış zamanı müəyyən olundu ki, Şahid1 məxsus +**********09 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 12:16:25-də «Dərman düşər» mövzusunda mesaj mətni göndərilmişdir. Həmin fayl axınlı printerdən çap olunmuş və protokola əlavə edilmişdir. «SMS_Tarixçəsi__**********4039__706799909» adlı fayla baxış zamanı müəyyən olundu ki, həmin faylda müxtəlif mobil telefon nömrələrindən Şahid1 məxsus +**********09 saylı mobil telefon nömrəsinə ailə-məişət mövzularında SMS mətnləri göndərilmişdir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır. «Zənglərin_Detallaşması__**********0104___706799909» adlı fayla baxış keçirilən zaman müəyyən olundu ki, həmin faylda Şahid1 xx.xx.2021-ci il tarixdə saat 21:51:13-dən etibarən xx.xx.2021-ci il tarixdə saat 03:54:34-dək olan müddət ərzində Bakı şəhərinin müxtəlif rayonları ərazisində, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri, Masazır qəsəbəsi və Mehdiabad qəsəbəsi ərazisində quraşdırılmış "xxxx" MMC-nin antenn dairələrinin altında hərəkətdə olmuşdur. Faylda iş üçün əhəmiyyət kəsb edən biləcək heç bir məlumat olmadığına görə, fayldan çıxarış aparılmamışdır. Diskə baxış keçirilməsi başa çatdıqdan 01 ədəd CD qablaşdırılaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 125-133). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİNin Təhlükəsizlik Şəhər Xidmətindən 19 mart 2022-ci il tarixli, 003-4873-1222 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin yaddaşına təhlükəsizlik şəhər xidmətinin ATŞ -052 videomüşahidə qurğusu tərəfindən qeyd edilmiş «ATŞ-017 2-2022-02-20_20h00min00s000ms» və «ATŞ-017 3- 2022-02-20_20h00min00s000ms» adlı iki ədəd videogörüntü əlavə edilmişdir. «ATŞ-017 2-2022-02-20_20h00min00s000ms» adlı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, təhlükəsizlik şəhər xidmətinin ATŞ-017 2 saylı videomüşahidə qurğusu tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:00-dan 21:00-dək olan müddət ərzində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin sağ və ön tərəfi ilə, qarşı tərəfdə yerləşən dairəvi yol ayrıcından hər iki istiqamətdə müxtəlif avtomobillərin və avtobusların hərəkəti, həmçinin sağ tərəfindən ayrılan yolun sağ hissəsində yerləşən iaşə obyektinin qarşısında müxtəlif avtmobillərin parklanması qeydə alınmışdır. Videogörüntüdə iş üçün mühüm əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. «ATŞ-017 3-2022-02-20_20h00min00s000ms» adlı videogörüntüyə baxış zamanı müəyyən edilir ki, təhlükəsizlik şəhər xidmətinin ATŞ-017 3 saylı videomüşahidə qurğusu tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:00-dan 21:00-dək olan müddət ərzində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin qarşı tərəfində yerləşən dairəvi yol ayrıcında müxtəlif avtomobillər və avtobusların hərəkət etməsi qeydə alınmışdır. Videogörüntüdə iş üçün mühüm əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Qeyd: Daxil olmuş məktubda, Təhlükəsizlik Şəhər Qurğusunun 1-ci kamerasının 20 fevral 2022-ci il tarixdə texniki nasazlıq səbəbindən işlək vəziyyətdə olmaması qeyd olunmuşdur (iş vərəqə: cild İİ, səh. 139-143). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 11 aprel 2022-ci il tarixli, 1734 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 172-173). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, mənzildə təxirəsalınmaz axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 18 ünvanda, özbaşına tikilidə yerləşən evində təxirəsalınmaz axtarış və götürmə aparılmış, lakin onun yaşadığı evdən qanunla qadağan olunmuş əşya, maddə və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək, tərtib olunmuş protokola əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 34-39). İbtidai istintaq orqanının 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilib götürülmüş 1,135 qram heroin narkotik vasitəsi, o cümlədən “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 4,839 qram metamfetamin psixotrop maddəsi və 1,457 qram narkotik vasitə qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,085 qram heroin narkotik vasitəsi, 4,749 qram metamfetamin psixotrop maddəsi və 1,437 qram marixuana narkotik vasitəsi saxlanılması üçün Bakı şəhəri, Səbail RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir(iş vərəqə: səh. 200-226). Bundan başqa, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Şahid1 idarə etdiyi “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd, DİN-in X8 Xidmətindən daxil olmuş 01 (bir) ədəd və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd – cəmi 6 (altı) ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon maddi sübut növü kimi tanınaraq saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanılnması anbarına təhvil verilmişdir(iş vərəqə: səh. 200-226). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələrin və psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 229-230). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, o cümlədən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «metamfetamin» psixotrop maddəsinin təmiz çəkisi 4,839 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində, heroin narkotik vasitəsinin təmiz çəkisi isə 1,135 qram olmaqla yuxarıda qeyd olunan siyahıya əsasən şəxsi istehlak miqdarından artıq həddə olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 1,135 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 4,839 qram və qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 1,457 qram olması, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 4,839 qram olmaqla həm külli miqdar təşkil etməsi və həm də qanunla müəyyən olunan külli miqdar həddən yüksək olması, götürülmüş narkotik vasitələrin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanının əldə etdiyi məlumatlar, özünün etirafı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qeyriləri ilə mobil əlaqələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm külli miqdarda metamfetamin psixotrop maddəsini, həm qurudulmuş marixuana narkotik vasitəsini, həm də heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini, şəxsi istehlak miqdarından artıq heroin narkotik vasitəsini və qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddəsi ilə tövsif olunmalı və o, CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsinə, Şahid1 idarə etdiyi avtomaşından aşkar edilibö götürülmüş narkortik vasitənin ona məxsus olmamasına dair verdiyi ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 218). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2022-ci il tarixli, 1734 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,085 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus olmaqla “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,437 qram narkotik vasitə qurudulmuş marixuana və 4,749 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Şahid1 idarə etdiyi “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd, DİN-in X8 Xidmətindən daxil olmuş 01 (bir) ədəd və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd – cəmi 6 (altı) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 272,76 (iki yüz yetmiş iki manat 76 qəpik) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,085 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus olmaqla “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,437 qram narkotik vasitə qurudulmuş marixuana və 4,749 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Şahid1 idarə etdiyi “Hyundai İ30” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd, Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd, DİN-in X8 Xidmətindən daxil olmuş 01 (bir) ədəd və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd – cəmi 6 (altı) ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 272,76 (iki yüz yetmiş iki manat 76 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.