Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1189/2025 28.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, hakimlər X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 qızının, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş saxlamış və daşımışdır. İşin faktiki halları Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Şamxal” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə Bakı şəhəri Nəsimi rayonu 95/2 ünvanında yerləşən "Koala” park adlanan parkın yaxınlığında qrupun digər naməlum üzvləri tərəfindən gizlədilmiş - 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,559 qram psixotrop maddə metamfetamini, 01 (bir) ədəd blisterdə və 02 (iki) ədəd blister kəsiklərində ümumi 19 ədəd olan təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram olan xeyli miqdarda narkotik vasitə üzərində “Metadone 40" yazıları olan dərman tabletləri və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,04 qram xeyli miqdarda narkotik vasitə qrudulmuş marixuana götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə ünvan 3 ünvanına daşımış, onun Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 dekabr 2024-cü il tarixdə saat 22:50-də ünvan 3 ünvanın qarşısında Bakı şəhər Yasamal RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Polis İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində xx.xx.2024-cü il tarixdə, saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə küllü miqdarda təmiz çəkisi 4,559 qram olan ağ rəngli, kristallik maddə kütləsi psixotrop maddə metamfetamin, 01 (bir) ədəd blisterdə və 02 (iki) ədəd blister kəsiklərində ümumi 19 ədəd olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram olan xeyli miqdarda narkotik vasitə üzərində “Metadone 40” yazıları olan dərman tabetləri və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,04 qram bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə, saat 22:00 radələrində N.ünvan 6 ünvanında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəxs saxlanılaraq idarəyə gətirilmiş, şəxs müqavimət göstərmədən idarəyə gəlmiş, orada təhqiqatçı və kamera vasitəsilə üzərinə baxış keçirilən zaman üzərindən sellefonanın içində narkotik vasitə qurudulmuş marixuana, metadon və metamfetamin həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat məlumatının narkotik vasitələrin istifadəsi ilə bağlı olduğunu, onlarda şəxsin anket məlumatlarının olduğunu, şəxsin yaşadığı ünvandan və qonşularından bu şəxslə bağlı məlumat yığdıqlarını, onun məhəllədə olması ilə bağlı məlumatlarının olduğunu, şəxsin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, şəxsin üzərində mobil telefon və bank kartları da olduğunu, şəxs ifadəsində narkotik vasitəni öz istifadəsi ilə bağlı əldə etdiyini, şəxsin evinə daxil olmadığını və şəxsə heç bir təzyiq göstərilmədiyini, Şəxsi saxlayan zaman ərazidə yaxın qohumlarının və ya qonşularının olmasının yadında olmadığını və görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Orxan adlı şəxs Yasamal rayonu, N.Nərimanov prospektində saxlanılaraq idarəyə gətirilmiş, orada təhqiqatçı və kamera vasitəsilə üzərinə baxış keçirilən zaman üzərindən sellefonanın içində narkotik vasitə qurudulmuş marixuana və metadon həblər aşkar edilərək götürülmüş, həmin maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Əməliyyat məlumatının əməliyyat müvəkkili Şahid1 daxil olduğunu, və həmin məlumatın şəxsin narkotik vasitəni üzərində daşıması ilə bağlı olduğunu, narkotik vasitənin satış məqsədli olması ilə bağlı əməliyyat məlumatı olmadığını, şəxsi müşahidə edərək məhəllələrində saxladıqlarını, şəxsə heç bir təzyiq gösərilmədiyini, təqsirləndirilən şəxsin telefonundan istifadə etmədiyini, hal-hazırda növbətçi hissənin rəisi olduğunu, şəxsi axtarışda iştirak etdiyini, şəxsdən maddələr aşkar olunarkən qablaşdırma həyata keçirildiyini, əməliyyat tədbirində iştirak etdiyini, şəxsin narkotik vasitəni nə məqsədlə əldə etdiyinin yadında olmadığını, şəxsin narkotik vasitəni kiməsə verməsi ilə bağlı məlumatın olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 dekabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 22:50-də ünvan 7 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və xx.xx.2024-cü il tarixdə, saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynindəki, göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ selofana bükülmüş maddələri və 19 ədəd qablaşdırılmış vəziyyətdə həbləri çıxarıb təqdim edərək selofanın birinin içərisində narkotik vasitə qurudulmuş marixuana, o birisinin içərisində psixotrop maddə metamfetamin və həblərin metadon adlı narkotik vasitə olduğunu, bir həftə əvvəl «Şamxal» adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından 300 manat pul ödəyərək aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs sol cibindən isə bir ədəd içərisində ***-***-**-** nömrəli olan «Samsung» markalı mobil telefon, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi və bir ədəd «Kapital Bank ASC-nə məxsus 4169- 7388-2769-2827 nömrəli bank kartını təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəklində olan, spesifik qoxuya maiik psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci ağ rəngli selofanda yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və cəmi 19 ədəd qəhvəyi rəngli qablaşmada üzərində «Methadone 40» yazısı olan həblər aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüdəki maddələr, 19 ədəd «Matdon 40» həbləri və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü iiə möhürlənərək götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər İştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqi 33-35). Diskə baxış keçirilməsi haqqında 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPl-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ selofana bükülmüş maddələri və 19 ədəd qablaşdırılmış vəziyyətdə həbləri çıxarıb təqdim edərək selofanın birinin içərisində narkotik vasitə qurudulmuş marixuana, o birisinin içərisində psixotrop maddə metamfetamin və həblərin metadon adlı narkotik vasitə dərman olduğunu, bir həftə əvvəl Şamxal adı ilə tanıdığı İran İslam vətəndaşından 300 manat pul ödəyərək aldığını bildirir, sol cibindən isə bir ədəd içərisində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefonu, bir ədəd özünə məxsus sürücülük vəsiqəsini və bir ədəd "xxxx" ASC-yə aid 4169-7388-2769-2827 rəqəmləri olan bank kartını təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəklində olan, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci ağ rəngli seiofanda yaşıl rəngli, bitki məşəli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və cəmi 19 ədəd üç qəhvəyi rəngli qablaşmada üzərində Methadone 40 yazılı həblər aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüdəki maddələr, 19 ədəd həblər və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. (cild 1, iş vərəqi 125). Məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/16/2-6/5390 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş, üzərində 'Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,559 qram olan ağ rəngli, kristallik maddə kütləsi psixotrop maddə metamfetamindir; üzərində “..Methadone 40..” yazıları olan bir ədəd blisterdə və iki ədəd blister kəsiklərində ümumilikdə 19 ədəd olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri narkotik vasitə - metadondur, dərman təbiətlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Metadon - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu İlə təsdiq edilmiş 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. (cild 1, iş vərəqi 47-52). Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/16/2-7/1974 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 10,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1, iş vərəqi 53- 56). Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli, 1175 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti onun müayinə olunduğu vaxtdan 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqi 53-56). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin xx.xx.2024-cü il tarixli, 7700 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 219-220). Məhkəmə-psixatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi" X12 xx.xx.2024-cü il tarixli, 3578 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədilən zaman şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin emosional davamsız tip pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqi 221-224). 05 dekabr 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 22:50-də ünvan 7 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və xx.xx.2024cü il tarixdə, saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynindəki, göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ selofana bükülmüş maddələri və 19 ədəd qablaşdırılmış vəziyyətdə həbləri çıxarıb təqdim edərək selofanın birinin içərisində narkotik vasitə qurudulmuş marixuana, o birisinin içərisində psixotrop maddə metamfetamin və həblərin metadon adlı narkotik vasitə olduğunu, bir həftə əvvəl «Şamxal» adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından 300 manat pul ödəyərək aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs sol cibindən isə bir ədəd içərisində ***-***-**-** nömrəli olan «Samsung» markalı mobil telefon, bir ədəd özünə məxsus sürücülük vəsiqəsi və bir ədəd «Kapital Bank ASC-nə məxsus 4169- 7388-2769-2827 nömrəli bank kartını təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəklində olan, spesifik qoxuya maiik psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci ağ rəngli selofanda yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və cəmi 19 ədəd qəhvəyi rəngli qablaşmada üzərində «Methadone 40» yazısı olan həblər aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüdəki maddələr, 19 ədəd «Matdon 40» həbləri və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü iiə möhürlənərək götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər İştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş baxışla əlaqədar içərisində baxış keçirilməsinə dair görüntülər olan 01 (bir) ədəd «DVD» disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqi 33- 35). 12 dekabr 2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Yasamal RPl-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ selofana bükülmüş maddələri və 19 ədəd qablaşdırılmış vəziyyətdə həbləri çıxarıb təqdim edərək selofanın birinin içərisində narkotik vasitə qurudulmuş marixuana, o birisinin içərisində psixotrop maddə metamfetamin və həblərin metadon adlı narkotik vasitə dərman olduğunu, bir həftə əvvəl Şamxal adı iiə tanıdığı İran İslam vətəndaşından 300 manat pul ödəyərək aldığını bildirir, sol cibindən isə bir ədəd içərisində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefonu, bir ədəd özünə məxsus sürücülük vəsiqəsini və bir ədəd "xxxx" ASC-yə aid 4169-7388-2769-2827 rəqəmləri olan bank kartını təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəklində olan, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci ağ rəngli seiofanda yaşıl rəngli, bitki məşəli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və cəmi 19 ədəd üç qəhvəyi rəngli qablaşmada üzərində Methadone 40 yazılı həblər aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüdəki maddələr, 19 ədəd həblər və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. (cild 1, iş vərəqi 125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası» X13 xx.xx.2024-cü il tarixli, 3-28-29/2-446/2024 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2011-xx.xx.2011-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. (cild 1, iş vərəqi 145). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X13 xx.xx.2024-cü il tarixli, xx/xx-14945 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild 1, iş vərəqi 146). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/5835 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı Şəhər Narkoloji Mərkəzi» X13 xx.xx.2024-cü il tarixli, 6782 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixində «Opiolidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə BŞNM-də qeydiyyata götürülmüş, xx.xx.2022-ci il tarixində şəxs barəsində heç bir məlumatın olmaması səbəbi ilə BŞNM-də qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vərəqi 159). "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-548/25 nömrəli məktubun məzmunundan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. (cild 1, iş vərəqi 161-162) Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 dekabr 2024cü il tarixində saat 11-in yarısında evində olmuş, bir neçə polis əməkdaşı evə girib onun əllərindən tutaraq getməli olduqlarını demişlər. Gələn şəxslər özlərini təqdim etməmişlər, amma evə gələnlərdən biri ona tanış imiş, həmin şəxs Etibar adlı polis əməkdaşı olmuşdur. Yasamal Rayon Polis İdarəsinə aparıb ona əziyyət vermişlər və razılaşmışlar ki, AR Cinayət Məcəlləsinin-nin 234.1-ci maddəsi ilə təqsirləndiriləcək. Onu başqa otaqda saxlayıb, Anar adlı şəxsin gələcəyini demişlər, daha sonra ona üzərindən dərman da çıxdığını və onun 234.1-ci maddə ola təqsirləndirilə bilinməyəcəyini bildirmişlər, onun telefonundan İlkin adlı polis əməkdaşı Şamxal adlı şəxsə yazmışdır. Müstəntiq gəldikdən sonra o sanksiyaya çıxmışdır. Həmin vaxt elə bir vəziyyətdə olmuşdur ki, onu prokurorun yanına apara bilməmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq Salatın Əsgərova küçəsi, dalan 1, ev 9 ünvanında yaşadığını, ittiham aktında qeyd olunan ünvan ilə onun evi arasında 100 metr məsafə olduğunu, onu evinin içində saxladıqlarını, anası və xəstə bacısının aşağı mərtəbədə qaldıqlarını, polis evə daxil olarkən həmin şəxslərin evdə olduğunu, bacısının polis əməkdaşları evə daxil olarkən gördüyünü, onun qışqırığına qonşuların gəldiyini, Şeyda adlı şəxsin onu evin içində gördüyünü, özünün “Şassi” mağazasında sürücü vəzifəsində işlədiyini, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, tutulan günə qədər kokosdan başqa bütün narkotik vasitələrdən istifadə etdiyini, tutulan günə qədər hər gün ən çox marixuanadan istifadə etdiyini, digər narkotik vasitələrdən isə ara-bir istifadə etdiyini, polis idarəsinə tutulmağından 15-20 dəqiqə sonra çatdığını, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini, məhkəmədə döyülməyi barədə hakimə bildirdiyini, Şamxal adlı şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq narkotik vasitəni Şamxal adlı şəxsdən əldə etmədiyini, gənc yaşlarından narkotik vasitələrdən istifadə etdiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, ona polislərin xəsarət yetirdiyini və ittiham ilə razılaşmadığını, hadisə zamanı ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən istifadə etdiyini, narkotik vasitəni onun üzərinə Anar və Şahid1 qoyduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar, təmiz çəkisi 0,02 qram olan metadon şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramdan artıq olduqda isə külli miqdar, təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cəza təyini zamanı nəzərə alınmalı olan hallar: “Şübhəli şəxsin tutulması haqqında” 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 23:35-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.22). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 4(004)- 1082/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.103-105). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2009- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1, 158.2.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə, 02 il şərti sınaq cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 235.4.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (cild 01; i.v.132-134). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: İlk növbədə xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması ilə öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özüözlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni əldə edərək saxlaması mümkündür. Belə ki, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin xx.xx.2024-cü il tarixli, 7700 nömrəli rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkdiyi müəyyən olunur. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər məhkəmənin qərarına əsasən "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş və həmin yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində narkotik vasitənin olmadığını, ümumiyyətlə heç vaxt narkotik vasitə satmadığını, polis bölməsində narkotik vasitənin ona məxsus olması ilə sənədləşmə aparılmasına baxmayaraq belə bir halın olmadığını bildirsə də, məhkəmə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə narkotik vasitənin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan “şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri olə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq-aşkar görünməkdədir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması (CM-61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan metamfetamin, metadon və qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 495 (dörd yüz doxsan beş) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,509 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonrakı qalıq 17 tablet narkotik vasitə metadon və ekspertiza tədqiqatından sonrakı qalıq 9,99 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 158 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 495 (dörd yüz doxsan beş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1189/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1189/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver