Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-119/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət kollegial tərkibdə məhkəmə iclasının katibi x2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x3, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 315.2 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir qrup şəxs təşkil edərək zor tətbiq etməklə qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətlərin özbaşına törədilməsi ilə mühüm ziyan vurmuş, həmçinin, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurmuşdur: belə ki, o, xx xxxxxx 2018-ci il tarixdə avtomobil almaq məqsədilə həmyerlisi Şahid1 ilə birlikdə Şəmkir rayonundan Bakı şəhərinə gəlib sonuncunun tanışı Şahid2 kirayədə yaşadığı Bakı şəhəri, H.B.Əliyev küçəsi, ev 15-də yerləşən 21 nömrəli mənzildə Ruslan Qulievlə görüşüb sonuncudan banklar tərəfindən ucuz qiymətə hərraca çıxarılmış “Niva” markalı avtomobil alacaqları barədə razılığa gəldikdən sonra Şahid2 beh olaraq 850 manat pul və Şahid1 məxsus “Samsung A3” markalı mobil telefonu vermiş, lakin Şahid2 mobil telefonunu söndürüb onlarla əlaqəni kəsməsi və əvvəlcədən vəd etdiyi avtomobili verməkdən yayınması nəticəsində Şahid2 onlara məxsus pulu və mobil telefonu ələ keçirməsinə əmin olduqdan sonra, Şahid1la birlikdə Şahid2 tapa bilmədiklərinə görə danışıqlarda sonuncunun dostu kimi iştirak etmiş Zərərçəkmiş şəxs1 ilə xx xxxxxx 2018-ci il tarixdə saat 14:30 radələrində yuxarıda qeyd olunan mənzildə görüşüb Zərərçəkmiş şəxs1 onlara məxsus əmlakın ələ keçirilməsində iştirakının olmamasına, Şahid2 tərəfindən onlara qarşı edilmiş dələduzluq əməlində heç bir rolunun olmamasına və ələ keçirilmiş əmlaklarının qaytarılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət etməli olduqlarını dərk etmələrinə baxmayaraq düşdükləri münaqişəli şəraitin təsiri altında Şahid1 ilə bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs1 Şahid2 verdikləri pulu tələb edərkən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək onların qanunla qorunan hüquqlarının pozulmasına, mənəvi və fiziki sağlamlığına mühüm ziyan vurulmasına səbəb olan zorakılıq hərəkətlərinə yol verərək üzərində gəzdirdiyi bıçağı çıxarıb pulu dərhal qaytarmaq imkanından məhrum olan Zərərçəkmiş şəxs1 hədələyərək yumruq zərbəsi ilə sifət nahiyəsinə bir zərbə vurmaqla ona fiziki ağrı yetirmiş, Şahid1 isə Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində olan “Samsung S7 Edge” markalı mobil telefonu götürmüş, nəticədə bir qrup şəxs halında zor tətbiq etməklə özbaşınalıq etmişdir; bundan sonra Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-ə ərizə ilə müraciət edərək baş vermiş hadisə barəsində məlumat verdiyindən Təqsirləndirilən şəxs tutulmasından ötrü əməliyyat-axtarış tədbirlərinin icrası ilə əlaqədar olaraq həmin tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Zərərçəkmiş şəxs2, baş əməliyyat müvəkkili polis mayoru Şahid6, baş əməliyyat müvəkkili polis mayoru Şahid4 və sahə inspektoru polis mayoru Şahid5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmaqla “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi və 14-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 66 saylı evin qarşısında olduğu barədə məlumat alındıqdan sonra əməliyyat qrupu həmin gün, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 19:30 radələrində, qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs orada olmasını görüb sonuncuya yaxınlaşmaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdə Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, polis əməkdaşları “dayan” əmrini vermələrinə baxmayaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu tutacağını anladığından ümumi niyyətdən kənara çıxaraq xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan 19-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Zərərçəkmiş şəxs2 onu tutmaq istəyərkən sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədi ilə anidən üzərində olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı soyuq silah hesab edilməyən səyahət bıçağı ilə Zərərçəkmiş şəxs2 döş qəfəsinə bir zərbə vuraraq döş qəfəsinin sağ Vİ qabırğanı zədələyərək plevra boşluğuna nüfuz edən və diafraqmanı dəlib keçərək qarın boşluğuna sirayət edən və qara ciyəri zədələyən, sağ tərəfli hemotoraks və İİ dərəcəli hemmoragik şokla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş, bununla da hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 315.2 və 322.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Şahid1 uşaqlıqdan tanımaqla onunla qonşu olmuş, Şahid2 isə Bakı şəhərinə gəlməmişdən 1-2 gün əvvəl tanımış - Ruslan Şəmkir rayonunda maşın alqı-satqısı ilə məşğul olmuşdur; həmin ərəfədə ucuz maşın almaq istədiyindən Ruslanla Şəmkir rayonunda görüşmüş, həmin vaxt Ruslanın Orxan adlı dostu da orada omuş, sonuncu Ruslanla onun söhbətinə müdaxilə etməmiş, Ruslan ona “Niva” markalı avtomobil sata biləcəyini və avtomobilin Bakı şəhərində olduğunu bildirmiş, danışıqlarına görə ilkin olaraq Ruslana 1000 manat pul verməli, aylıq da avtomobilə görə 300 manat pul ödəməli imiş, xx xxxxxx 2018-ci il tarixdə Tofiqlə birlikdə Bakı şəhərinə gələrək Bakı metropoliteninin “Memar Əcəmi” stansiyası yaxınlığında Ruslanla görüşüb sonuncunun kirayədə yaşadığı evə getmişlər, Ruslanın tanışları - əvvəllər münasibəti olmadığı adlarını isə sonradan bildiyi Nazim və Fərid də həmin evdə olmuşlar; 1000 manat pul düzəldə bilmədiyindən Ruslana 800 manat pul vermiş, qalan 200 manata görə isə dostu Tofiqə məxsus “Samsung A3” markalı mobil telefonu vermiş, Ruslan pulu və telefonu götürdükdən sonra 30-40 dəqiqəyə zəng edəcəyini, görüşüb maşını götürə biləcəyini bildirərək evdən çıxıb getmiş, bundan sonra dəfələrlə Ruslana zəng edib əlaqə saxlamaq istəsələr də sonuncunun telefonuna zəng çatmadığından Ruslanın onları aldatdığını başa düşmüşlər, gecəni məcbur olub həmin mənzildə qalmışlar, səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, Orxana zəng edib sonuncudan Ruslanla bağlı məlumat almaq istəmişlər, Orxan evə gələrək danışacaqlarını demiş, Orxan görüşə gələndə sonuncunun gözünün altı göyərmiş vəziyyətdə olmuş, ancaq bu barədə Orxandan heç nə soruşmamış, orada Orxanla mübahisələri olmuş, lakin o, heç kimi vurmamış, Orxan ona Ruslanı tapacağı və Ruslandan ondan aldığı pulu alıb qaytaracağına vəd vermiş, sözlərinin sübutu kimi isə özünə məxsus “Samsung S7 EDGE” markalı mobil telefonunu masanın üstünə qoymuş, o, Orxana pullarının olmadığını, gecə evdə ac qaldıqlarını deyib Orxandan yemək almaq üçün onlara bir az pul verməsini xahiş etmiş, Orxan ona yemək almaq üçün 20 manat pul verib çıxıb getmiş, sonra Ruslan ona zəng edərək: “Nazimlə Fərid bilməsin, gəlin sizin pulunuzu verim”, - demiş, ona görə də Tofiqlə birlikdə Ruslanın dediyi yerə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 66 saylı evin qarşısına gedib orada olan reklam lövhəsinin altında gözləmişlər, həmin yerdə gözləyən zaman Ruslan gələrək telefon və pulu maşında unutduğunu, götürüb gələcəyini bildirmiş, bundan 30-40 saniyə sonra 7-8 nəfər mülki geyimli şəxslər qaça-qaça üstlərinə gəlib ona əl ataraq söyüş söyməyə başlamış, həmin şəxslərin polis əməkdaşları olmasını bilməmiş, həmin vaxt mülki geyimli şəxslərin Ruslanın tanışları olduğunu fikirləşmiş və həmin şəxslər üstünə gələn kimi qaçmaq, həmin adamlardan aralanmaq üçün gödəkçəsinin yan cibindən bıçaq çıxarıb özünü müdafiə etmək məqsədi ilə bilmədən qarşısında olan tutulduqdan sonra polis əməkdaşı olduğunu bildiyi şəxsi vurmuş, lakin, qaça bilməmiş və polis əməkdaşları onu tutmuş və 19-cu polis şöbəsinə aparmışlar; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onunla barışmışlar, atası tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə tanışı - Tovuz şəhər sakini Ruslan ona zəng edərək rayona gedib, bir gün qalıb qayıdacağını, onu (Zərərçəkmiş şəxs1) aparıb-gətirdiyi halda gedişgəlişə görə sonuncu ona 50 manat pul verəcəyini, istədiyi halda yolda başqa sərnişinləri də götürə biləcəyini dedikdə düşünmüşdür ki, həm rayona gedib ailəsini görər, həm də ki, yolda başqa şəxslər də götürüb əlavə pul qazanar, bu səbəbdən də Ruslanla razılaşmış və həmin gün saat 17:00 radələrində Ruslanla birlikdə yola çıxmışlar, saat 22:00 radələrində Tovuza çataraq Ruslanı evinə yola salmış, səhərsi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə, saat 12:00 radələrində Ruslan ona zəng edərək artıq geri qayıtmalı olduqlarını dedikdə onu evinin qarşısında götürmüş, avtomobilə minəndə Ruslan ona Şəmkirdə bir saatlıq işinin olduğunu, ondan sonra Bakıya gedəcəklərini dediyi üçün avtomaşını Şəmkirə sürmüş, Şəmkirdə şəhərin içində olan “Halal” petrolun qarşısında saxlamış və Ruslan avtomaşından enərək orada olan, sonradan adlarının Əli və Tofiq olduğunu bildiyi şəxslərlə görüşmüş, təxminən 7-8 dəqiqə onlarla söhbət etdikdən sonra Ruslan yenidən avtomaşına qayıtmış və onlar Bakıya qayıtmış, təxminən saat 18:00 radələrində Bakıya çatmış, saat 23:00 radələrində Ruslanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B,Əliyev küçəsi, 15 saylı binaya gələrək Ruslanla birlikdə bir qədər dincini almaq üçün onun yaşadığı mənzilə qalxmış, təxminən iki saat sonra həmin mənzilə Tofiq və Əli də gəlmişlər, evdə olarkən Ruslan həmin şəxslərlə ucuz yolla banklarda girov qalmış “Niva” markalı avtomaşını satmaq üçün razılaşmış, evdə olarkən Əli və Tofiq Ruslana 400 manat pul və “Samsung” markalı mobil telefonu vermişlər, bundan sonra Ruslan onlara həmin avtomaşını 1-2 saata gətirəcəyini deyərək onunla birlikdə evdən çıxmış, Tofiqlə Əli isə evdə qalıb onları gözləmişlər; Ruslanla birlikdə avtomobilə mindikdə Ruslan ona əslində Tofiqlə Əliyə heç bir maşını satmayacağını dedikdə, o, Ruslana səhv etdiyini, pulu və telefonu onlara qaytarmalı olduğunu bildirmiş, artıq saat gec olduğu üçün avtomaşını yadında qalmayan yerdə saxlayıb ikisi də avtomaşında yatmışlar, səhərsi gün Əli istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəsinə yadında qalmayan mobil nömrəsi ilə zəng edib pulu qaytarmağı tələb etdikdə, sonuncuya pulunu və telefonunu Ruslanın aldığını, pul məsələsi ilə əlaqəsi olmadığını, amma Əliyə pulunu və telefonunun qayıtmasında köməklik edəcəyini demiş, bundan sonra Ruslana Əliyə məxsus olan telefonu qaytarmasını dedikdə Ruslan Əligilə məxsus telefonu şəhərdə olan petrol məntəqələrindən birinə qoyduğunu demiş, daha sonra Əli yenidən zəng vuraraq onunla görüşmək istədiklərini dedikdə onunla razılaşıb Ruslanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 15 saylı binanın qarşısında görüşməyi qərarlaşdırmış, saat 14:00 radələrində həmin ünvanın qarşısına getdikdə Əli və Tofiq həmin ünvanın yanında olan ’’Nənəmin təndiri” obyektinin qarşısında ona yaxınlaşmışlar və onlarla birlikdə H.B.Əliyev küçəsi 15 saylı ünvanın blokuna keçmiş, blokda olarkən Əli ondan Ruslanın harada olduğunu soruşduqda Ruslanın harada olduğunu bilmədiyini demiş, pullarını və telefonun qaytarılmsında Əligilə kömək edəcəyin demiş, Əli isə ona yalan dediyini, Ruslanla şərik olduğunu və pullarını birlikdə mənimsədiyini deyib «Samsung S6 Edge» markalı telefonunu sözlərinin təminatı kimi masanın üstünə qoyub çıxıb getmişdir; gödəkçəsinin cibinə baxdıqda avtomaşınının təmiri ilə əlaqədar rayondan götürdüyü 1.300 manatın orada olmamasını görüb Əligilin həmin pulu götürdüklərin fikirləşmiş, sonra telefonla Ruslana zəng etmiş, həmin vaxt Ruslanın telefonu açıq olduğundan zənginə cavab verdikdə ona hadisəni danışmış, bir gün sonra isə, yəni xx xxxxxx 2018-ci il tarixdə Ruslanla birlikdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gəlmişlər və Ruslan orada Əlinin onu döyməsi və pulunu alması barədə şikayət ərizəsi vermişdir, Polis əməkdaşları həmin şəxsləri tutacaqlarını bildirərək Ruslanın vasitəsilə Tofiq və Əli ilə əlaqə saxlamış, Ruslan polis əməkdaşlarının sözü ilə Əliyə zəng edərək sonuncuya pulu qaytaracağını bildirib görüş barədə razılığa gəlmişlər, lakin Tofiq və Əli şikayət etdiklərini bilməmişlər, danışıq baş tutduqdan sonra Ruslan polis əməkdaşları ilə birlikdə Əli və Tofiqlə görüşmək üçün çıxıb getmiş, o, isə polis şöbəsində qalmış, sonradan Əli və Tofiq Ruslanla görüşə gələn zaman polis əməkdaşları sonuncuları tutmaq istəyərkən Əli bıçaqla polis əməkdaşlarından birini vurduğunu bilmişdir; Bakı şəhərində olan zaman Tofiq ona məxsus mobil telefonu Şəmkir rayonundan tanımadığı taksi sürücüsü ilə qaytarmış, sonradan isə özünə məxsus 1.300 manat pulu maşında tapdığından xx xxxxxx 2019-cu il tarixdə bununla bağlı ərizə ilə Nəsimi RPİ-ə müraciət etmiş, hadisə zamanı qorxduğundan və özünü itirdiyindən maşını axtarmadan pulunu elə onların götürməsini düşünmüşdür; ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2018-ci ildən Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, xx xxxxxx 2018-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 bıçaqla hədələyib döyərək cibində olan 1.300 manat pulunu və 800 manat dəyərində "Samsung" S7 markalı mobil telefonunu alan şəxslərdən biri x4 Nəsimi rayonu, Moskva prospekti 66 saylı ünvana gələcəyi barədə 19-cu bölməyə daxil olmuş məlumat əsasında xx xxxxxx 2018-ci il tarixdə özü, bölmənin baş əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili Şahid4, sahə rəisi Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, Orxanın dostu Şahid2 özünün idarə etdiyi ağ rəngli “Ravon” markalı **-FR-*** dövlət nömrəli maşınla, onlar isə “Duster” markalı **-AP-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Moskva prospekti- 48 ünvanında yerləşən “Kontakt Home” məişət avadanlıqları satılan dükanın qarşısına gedərək maşınları yolun kənarında saxlamışlar, həmin ünvana getməmişdən əvvəl Şahid2 onların yanında Təqsirləndirilən şəxsla telefonla danışaraq sonuncuya guya pul verəcəyini demiş, Əli də Ruslana telefonla “20 Yanvar” metrotansiyasının yaxınlığına, Moskva prospektinə gəlməsini demişdir; əvvəlcə Ruslan maşını “Kontakt Home” dükanının qarşısındakı yolda saxlamış, onlar isə maşını Əlinin görməməsi üçün Ruslandan təxminən 20 metr irəlidə saxlamışlar, maşından düşdükdən sonra Ruslan telefonla danışa-danışa Moskva prospekti-48 ünvana tərəfə getmiş, o, Samir, Elmir və Zaur bir-birilərindən aralı Ruslanın arxasınca getmiş, Ruslan Əligilin yanına gedib sonuncularla görüşmüş və pul gətirmək adı ilə aralanıb onlara doğru gələrək başı ilə işarə verərərək Əligilin orada olduğunu bildirmiş, yaxında olduğu üçün əvvəlcə Elmir, Elmirdən sonra isə o, Əli və yanında olan Tofiq adlı şəxsə yaxınlaşmış, onun arxasınca Samir, onun arxasınca Zaur gəlmiş, əvvəlcə Elmir Tofiq adlı şəxsə özünü polis əməkdaşı kimi təqdim etdikdə həmin anda Tofiq qaçmış, Elmir isə sonuncunun arxasınca qaçmış, Təqsirləndirilən şəxs də onun olduğu tərəfə qaçdıqda Əliyə qışqırıb polis əməkdaşı olduğunu dedmiş və Əlini tutmaq üçün sonuncunun üstünə hoppanarkən Əli ona müqavimət göstərmiş və ani olaraq sağ əlindəki bıçaqla döş qəfəsinə bir dəfə zərbə vurmuşdur; hadisə zamanı Zaur Əliyevdən başqa hamısı mülki geyimdə olmuş, Əli qaçarkən Samirlə toqquşmuş, Samir yerə yıxılmış, sonra Əli qaçmaq istəyəndə Zaur Əlinin qarşısını kəsərək tutub saxlamışdır, isti-isti zərbənin təsirini hiss etmədiyi üçün Əlinin arxasınca qaçmış, Təqsirləndirilən şəxs zərərsizləşdirdikdən sonra Zaur onu təcili-tibbi yardım xəstəxanasına aparmışdır; Elmir və o, Tofiqə və Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirirərkən Əlinin bunu eşidibeşitməməsini bilmir; Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkilləri Şahid4 və Şahid6, sahə inspektoru Şahid5 Zərərçəkmiş şəxs2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, sonuncu onun yaşadığı evin yaxınlığında yaşamaqla dostluq münasibətləri olmuş, xx xxxxxx 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış, bundan sonra ailə üzvləri ilə birlikdə yaşamaqla heç bir yerdə işləməmiş, Şahid2lə 11 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmişlər, Ruslan ondan əvvəl azadlığa buraxılmış, Ruslan əslən Tovuz rayonundan olmaqla orada yaşamış və maşın alqı-satqısı ilə məşğul olmuş, azadlığa buraxıldıqdan sonra isə Ruslanla görüşməmiş; 23-xx xxxxxx 2018-ci il tarixdə Ruslan ona zəng edib hal-əhval tutarkən həmin vaxt Əli də yanında olmuş, Əli Ruslanı tanımamış və münasibəti olmamış, Ruslanla danışan zaman Əli də Ruslanın maşın alqı-satqısı ilə məşğul olduğunu başa düşmüş və idarə etdiyi “VAZ 2106” markalı avtomobili satıb başqa maşın almaq istədiyini Ruslana bildirmiş, Ruslan isə əlində yaxşı maşın olduğunu, birlikdə Bakı şəhərinə gedib həmin maşını onlara sata biləcəyini demiş, həmin gün Ruslanla danışıb Şəmkir rayonunda yerləşən “Halal” yanacaq doldurma məntəqəsinin yanında Ruslanla görüşmüş və sonuncu Bakı şəhərində “Niva” markalı avtomobil olduğunu, avtomobilin banka salındığını, aylıq az məbləğdə pul verərlərsə həmin maşını ala biləcəklərini bildirmiş, razılaşdıqları üçün Əli ilə birlikdə taksi ilə Bakı şəhərinə, Ruslanın kirayədə yaşadığı evə, getmişlər, Ruslanın yaşadığı evdə adlarının Fərid və Nazim olduğunu bildiyi şəxslər və Ruslanın tanışı Orxan da olmuş, həmin şəxsləri əvvəllər görməmiş və münasibəti olmamışdır; Ruslan maşına görə ondan 250 manat, Əlidən isə 600 manat pul almış, çatışmayan pulun əvəzində isə Ruslana istifadəsində olan “Samsung A3” markalı mobil telefonunu vermiş, Orxan isə söhbətə müdaxilə etməmiş, Ruslan pulu və telefonu götürüb 1-2 saata maşını gətirəcəyini bildirərək Orxanla birlikdə çıxıb getmiş, maşını Əli özünə almaq istəmiş, o isə pulu Əliyə borc vermiş, bundan sonra Ruslanla əlaqə saxlasalar da sonuncunun telefonuna zəng çatmamış, Nazimlə Fərid də Ruslana dəfələrlə zəng etsələr də Ruslan telefonu söndürmüş, gecə saatlarında ya Orxan, ya da Ruslan onlara zəng edərək mobil telefonunun «Çapayev» tərəfdə yanacaqdoldurma məntəqəsində olduğunu demiş, ona görə də gedib telefonu götürmüşlər, gecəni Ruslanın evində küçirmişlər, sabahısı gün Ruslan ona zəng edib evin sahibi ilə probleminin olduğunu və evdən çıxmalarını istədiyi üçün Əli ilə birlikdə evdən çıxmışlar, Ruslan həmçinin başına iş gəldiyini, pulunu götürdüklərini bidirmiş, lakin onlar Ruslanın onları aldatdığını, pullarını ələ keçirmək istədiyini başa düşmüşlər, Ruslan onlara nə maşını verməmiş, nə də ki pulu qaytarmamışdır; onlar məcbur olub Orxana zəng edib məsələni danışmışlar və onunla görüşmək istədiklərini bildirmiş, Orxan onlarla görüşə biləcəyini demiş, Ruslanın yaşadığı binanın qarşısına gedib Orxanla görüşərək evə qalxmışlar, xərclik pulları olmadığından Orxan onlara 20 manat pul vermiş, x6 dostu olduğunda görə verdiyi pulu tələb etmiş, lakin, Orxan Ruslanla əlbir olmadığını demiş, Ruslandan pullarının alınmasında onlara kömək edəcəyini bildirmiş, sözlərinin sübutu kimi özünə məxsus mobil telefonunu masanın üstünə qoyub çıxıb getmiş, oqlar da evdən çıxıb Bakı şəhərində 2 manatlıq evlərin birində qalmış, xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında yuxudan oyanmış və Nazimlə Fəridin telefon nömrələrini götürdüklərindən həmin gün sonuncularla əlaqə saxlayıb görüşərək çay içmişlər, saat 19:00 radələrində Ruslan Əliyə zəng edib pulu qaytarmaq üçün görüşmək istədiyini bildirmiş, onlar metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında görüşmək barədə razılığa gəlmiş, bundan sonra Əli ilə görüş yerinə gedib gözləmiş, həmin yer avtomobil yoluna yaxın olmuş, orada olan zaman Ruslanla əlaqə saxlayıb həmin yerdə olduqlarını bildirmiş, Ruslan gələrək salam verib görüşmüş, Əli Ruslandan pulu qaytarmasını tələb etimiş, Ruslan da Orxanın telefonunu geri istəmiş, Orxanın telefonu onda olmuş və telefonu Ruslana vermək istəyən zaman, Ruslan pulun maşında olduğunu dediyindən telefonu qaytarmamış, Ruslan pulu gətirmək üçün çıxıb gedən zaman anidən 3-4 nəfər onlara yaxınlaşmış, həmin vaxt ara qarışmış və o, qorxduğundan qaçmağa başlamış, o, qaçan kimi Əli də qaçmış, qaçarkən üstünə gələn şəxslərdən biri ona: “Polis işçisiyik, dayanın”, - demiş, qaça-qaça binaların arasına getmiş, daha sonra avtovağzala gedib oradan da taksi ilə yaşadığı Şəmkir şəhərinə qayıtmış, evə çatan kimi Orxanla əlaqə saxlayıb telefonu göndərəcəyini bildirmiş, Orxan da ona Əlinin polisi bıçaqladığını bildirmiş, elə həmin gün taksi ilə telefonu Orxana göndərmiş və polis əməkdaşlarının onu axtardığını eşitdiyindən Gədəbəy rayonuna gedib orada qalmış, bir qədər sonra ara sakitləşdiyindən yaşadığı evə qayıtmış, Novruz bayramı ərəfəsində polis əməkdaşlarının onu axtardığını, yaşadıqları evə gəldiklərini öyrəndiyindən özü 19-cu polis şöbəsinə getmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Ruslanla görüşdükdən sonra, sonuncu pulu gətirmək üçün gedərkən anidən 3-4 nəfər onlara yaxınlaşaraq: “Polis işçisiyik, dayanın”, - deyən kimi qorxduğundan qarşı tərəfə qaçmağa başlamış, o, qaçan kimi Əli də qaçmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki Tovuz rayonunda ailəsi ilə birlikdə yaşamış və fərdi maşın alqı-satqısı ilə məşğul olmuş, hazırda Goranboy rayon Məhkəməsinin hökmü ilə dələduzluq cinayət əməllərini törətməyə görə məhkum olunduğundan 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, Zərərçəkmiş şəxs1 3 ildir ki, tanımış, Şahid1 isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdən tanımış və onunla normal münasibəti olmuşdur; 2018-ci ilin dekabr ayında Tofiq ona zəng edərək ucuz qiymətə “Niva” markalı avtomobil axtardığını bildirdikdə ona köməklik edəcəyini demiş və bundan 1-2 gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə, Bakı şəhərində olan zaman Orxana zəng edərək onu rayona aparmasını, 1 gün qalıb qayıdacağını, buna görə ona 50 manat pul verəcəyini dedikdə Orxan razılaşmış, həmin gün saat 17:00 radələrində Bakı şəhərindən çıxıb Tovuz rayonuna gəlmiş, bir gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində Orxana zəng edərək onu yaşadığı evdən gəlib götürməsini demiş, Orxan gəldikdən sonra isə yolda tanışları Nazimlə Fəridi də götürmüşlər, belə ki, Fərid də maşın almaq istədiyindən onunla danışıb Fəridə də banklarda ucuz qiymətə hərraca çıxarılmış maşın alacağına dair söz vermiş və buna görə sonuncudan 1.000 manat almış, daha sonra Şəmkir rayonuna gedib orada “Halal” yanacaqdoldurma məntəqəsinin yanında əvvəlcədən tanıdığı Tofiqlə görüşmüş və bu zaman Tofiqin dostu Əli də onun yanında olmuş, söhbət zamanı onlara əvvəldən müəyyən məbləğdə pul verəcəkləri təqdirdə banklarda ucuz qiymətə hərraca çıxarılmış avtomobil sata biləcəyini, qalan pulu isə aylıq banka ödəyəcəklərini bildirmiş, Tofiqlə Əli də onunla razılaşdıqlarından sağollaşıb elə həmin gün Orxan, Fərid və Nazimlə birlikdə Bakı şəhərinə gələrək metropolitenin “Memar Əcəmi” stansiyasının yaxınlığında kirayə yaşadığı evə getmişlər, sonradan Əli ilə Tofiq də ora gələrək maşına görə ona 400 manat pul, qalan pulun əvəzində isə Tofiqin telefonunu ona vermişlər, pulu və telefonu götürüb Orxanla birlikdə evdən çıxıb getmiş və həmin gün avtomobil axtarsa da tapa bilməmiş, Əligildən götürdüyü pulu özünə lazım olduğundan sonunculara qaytarmamış, Tofiqlə Əli isə ona zəng edərək maşını soruşmuşlar, həmin gün maşını götürə bilmədiyindən gecə saatlarında Əli ilə danışdıqda bu barədə məlumat verərək götürdüyü telefonu bir yerə qoyacağını və gedib götürmələrini bildirmiş, səhər saat 4-5 radələrinə kimi Orxanla bir yerdə şəhərdə olmuşlar və telefonu “Çapayev” tərəfdə yerləşən yanacaqdoldurma məntəqələrinin birinə qoyaraq, zəng edib Əliyə bu barədə məlumat vermiş, Orxan onu şəhərdə düşürdərək çıxıb getmiş, səhəri gün Orxan onunla əlaqə saxlayaraq Əli və Tofiqin pullarını geri istədiklərini bildirdikdə ona pulu 2-3 günə qaytaracağını deyərək telefonu söndürmüş, sonradan Orxan ona başqa nömrədən yığaraq Əli və Tofiqin onu döyüb pullarını geri istədiklərini və telefonu ilə pulunu götürdüklərini bildirmiş, daha sonra Orxanla “Əcəmi” metrostansiyası yaxınlığında görüşdükdə sonuncu Əlinin zəng edib onu evə çağırdığını və evdə görüşən zaman alınan pulu tələb etdiklərini, bu işə aidiyyəti olmadığını dedikdə isə Əlinin onu vurduğunu, Tofiqin isə telefonu ilə pulunu götürdüyünü bildirmiş, Orxana şikayət etməsini təklif etdikdə Orxan bir gün gözləyəcəyini, əgər telefonu ilə pulunu qaytarmasalar şikayət edəcəyini bildirmiş, səhəri gün isə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə getmişlər və Orxan şikayət ərizəsi yazmış, polis əməkdaşları Tofiqlə Əlinin tutulması üçün sonuncularla görüş təyin etməyini təklif etmiş, o da zəng edib Əliyə pulu qaytarmaqdan ötrü görüş təyin etmiş və həmin gün saat 19:00 radələrində metrounun “20 Yanvar” stansiyası yaxınığında Əli və Tofiqlə görüşmüşlər, polis əməkdaşları da onunla birlikdə görüş yerinə gedib kənarda dayanmışlar, Tofiqlə Əli bundan xəbərsiz olmuşlar, Əligillə görüşdükdə polis əməkdaşlarına işarə etmiş, sonra salamlaşıb pulun maşında olduğunu və gedib gətirəcəyini deyərək arxaya çönüb getdikdə 3-4 nəfər polis əməkdaşı yaxınlaşaraq: “Biz polisik”, deyə səslənmişlər, Əlinin polis əməkdaşlarının özlərini təqdim etmələrini eşidib-eşitmədiyini bilməmiş, Əli qaçmaq istəyərkən cibindən bıçaq çıxarıb qabağında olan polisi bıçaqla vurmuş və hadisə yerindən qaçmaq istədikdə digər polis əməkdaşları tərəfindən tutulmuş, Tofiq isə qaçıb oradan uzaqlaşmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahid2 Tovuz rayonunun Qovlar şəhərində taksi sürücüsü kimi tanımış, Ruslanla münasibəti yaxın olmamış, lakin sonuncunun deməsindən banklardan ucuz hərraca çıxarılmış avtomobilləri götürüb satmaqla məşğul olduğunu bilmiş, sonradan Ruslanın maşın alqı-satqısı ilə məşğul olmamasını, müxtəlif şəxslərdən bu adla pul götürüb ələ keçirdiyini bilmişdir; Ruslanın polis əməkdaşları ilə əlbir olması barədə məlumatı olmamışdır, 2018-ci ilin dekabr ayında 1.000 manat pulu olduğundan özünə ucuz qiymətə “VAZ 2107” markalı avtomobil almaq istəmiş və Ruslanla əlaqə saxlayıb bu istəyini bildirmiş, Ruslan ona banklardan aylıq ödənişi az olan avtomobilləri çıxarıb ona satacağını bildirmiş, xx xxxxxx 2018-ci il tarixdə Ruslan, Orxan və Nazimlə birlikdə maşın almaq üçün Bakı şəhərinə gəlmiş, Orxan onları Bakı şəhərinə taksi sürücüsü kimi aparmış, Ruslan da buna görə Orxana 50 manat pul vermiş, Bakı şəhərinə gəlib Ruslanın kirayədə yaşadığı metropolitenin «Memar Əcəmi» stansiyası yaxınlığında yerləşən evinə getmişlər və yolda gələrkən Ruslan ondan xərclik kimi 300 manat götürüb maşının pulundan əvəzini çıxacağını bildirmiş, Ruslanın yaşadığı evdə “VAZ 2107” markalı avtomobilə görə sonuncuya daha 700 manat, ümumilikdə isə 1.000 manat pul vermiş, Ruslanla olan razılaşmaya əsasən ilkin ödəniş kimi Ruslana 1.000 manat vermiş, 22 ay ərzində isə banka hər ay 380 manat pul ödəməli olmuş, Nazim onunla birlikdə Bakı şəhərinə gəlsə də söhbətlərdə iştirak etməmiş, evdə olarkən Şəmkir rayonundan əvvəllər tanımadığı Əli və Tofiq adlı şəxslər də Ruslanın evinə gəlmişlər, söhbətlərdən Ruslanın həmin şəxslərin birinə də «maşın almaqda köməklik edəcəyinə» söz verdiyini başa düşmüş, lakin, onların Ruslanın dəqiq olaraq hansı məbləğdə pul verdiklərini bilməmiş, Ruslan ondan və Əli ilə Tofiq adlı şəxslərdən pulu götürüb Orxanla birlikdə çıxıb getmiş, bundan 1-2 saat sonra Ruslana zəng etsələr də onun telefonuna zəng çatmamış, Tofiqlə Əli də dəfələrlə Ruslana zəng etmişlər, lakin Ruslanın telefonuna zəng çatmamış, həmin gecəni Ruslanın kirayə tutduğu evdə keçirmişlər, səhər açılan kimi xərclik pulu olmadığından yeznəsi Elşadla görüşüb sonuncudan pul götürmüş və Nazimlə birlikdə sonuncunun yaşadığı evdə qalmışlar; xx xxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində Əli və Tofiqlə 20 Yanvar metrostansiyası yaxınlığında çay evlərinin birində görüşmüşlər, çay evində olarkən Ruslan Əliyə zəng edib pulu qaytaracağını bildirmiş, ancaq Ruslan onların Əlinin yanında olduğunu bilməmiş, Əli və Tofiq Ruslanla görüşmək üçün çıxıb getmiş, çay evində gözləsələr də sonunculardan xəbər çıxmamış və telefonlarına da zəng çatmamış, sonra isə “İnstagram”da səhifələrin birində Əlinin polis əməkdaşını bıçaqladığı xəbərini görmüşlər, qorxduqlarından Nazimlə birlikdə həmin gün Tovuz rayonuna qayıtmış və sonradan Ruslanın maşın satmaq adı ilə hamını aldadıb pulunu ələ keçirdiyi üçün tutulduğunu eşitmiş, Ruslana verdiyi 1.000 manat pul hələ də qaytarılmamışdır, Ruslanın polis əməkdaşları ilə əlbir olub-olmaması barədə məlumatı olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxışda iştirak edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 əməliyyatçılar ilə birlikdə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tutmaq üçün xx xxxxxx 2018-ci il tarixdə hazırda olduqları ünvana gəldiklərini, orada Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək onu tutmaq istəyərkən Əli Təqsirləndirilən şəxsndə olan bıçaqla ona xəsarət yetirib hadisə yerindən qaçmağa cəhd etməsini, lakin digər polis əməkdaşları tərəfindən tutularaq PŞ-nə gətirilməsini göstərmişdir, hadisə yeri “Görüş” kafesinə yaxın olduğundan kafeyə məxsus kameralarla hadisə yerini əks etdirən video-görüntü telefonla çəkilərək diskə yazılmaqla protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 26-30). İşdə olan videogörüntüyə baxış protokolundan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 19:39-da mülki geyimli bir nəfər şəxs çardağın altında dayanıb gözləyən iki nəfər şəxsə yaxınlaşmış, ardınca isə iki nəfər mülki geyimli şəxs gəlmiş, saat 19:39:07-də çardağın altında dayanmış şəxslər anidən yola tərəf qaçmağa başlamış, bundan sonra qaçan şəxslərdən biri pilləkənə doğru gedən zaman sol tərəfdən gələn mülki geyimli polis əməkdaşlarından biri ilə toqquşmuş, polis əməkdaşı yerə yıxılmış, həmin şəxs isə müvazinətini itirsə də yıxılmamış və pilləkana qalxmış, sonuncunun ardınca isə mülki geyimli polis əməkdaşları qaçmışlar (1-ci cild iş vərəqi 26). İbtidai istintaq orqanı tərəfindən işə əlavə olunan «Şəxsin tanınmaya təqdim edilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan dörd şəxsin arasından Təqsirləndirilən şəxs tanıyaraq onun mobil telefonunu götürən və onu vuran şəxs olduğunu bildirmişdir (166-169). İşdə olan xx xxxxxx 2018-ci il tarxli üzləşmə protkolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı x10 Əsgərov tərəfindən döyülməsini və Şahid1 ona məxsus mobil telefonu götürməsini təsdiq emişdir (1-ci cild iş vərəqi 170-173) İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 76 №-li ekspert rəiyndən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sağ yarısının sağ Vİ qabırğanı zədələyərək plevra boşluğuna nüfuz edən və diafraqmanı dəlibkeçərək qarın boşluğuna sirayət edən və qara ciyəri zədələyən, sağ tərəfli hemotoraks və İİ dərəcəli hemorragik şokla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı şəhəri, Baş Səhiyyə İdarəsinin Kliniki-Tibbi Mərkəzinə gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2018-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni digər şəxs tərəfindən bıçaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətin xarakterini, lokalizasiyasını və ekspertizaya təqdim edilmiş maddi sübutun (bıçağın) konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarət ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi (1-ci cild iş vərəqi 107-110). İşdə olan məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 05/2019 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O (İ)-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, köynək, uzunqol alt paltarı, mayka və hadisə yerindən götürülmüş bıçağın tiyəsi üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur; ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır; belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs2 məxsus ola bilər; ekspertizaya təqdim edilmiş bıçağın dəstəyi üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır (1-ci cild iş vərəqi 240-245). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 08/2019-MTKŞ №-li xx xxxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus alt köynəyin ön orta nahiyəsində bir ədəd, maykanın ön sağ yuxarı nahiyəsində bir ədəd, köynəyin ön sol yarım hissəsində bir ədəd və gödəkçənin ön sol yarım hissəsində bir ədəd (cəmi bir ədəd) dəlib-keçən zədə aşkar edilmişdir. Bu zədə, deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tipli deşici-kəsici alətin təsirindən, o cümlədən, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın təsirindən əmələ gəlməsi inkar olunmur; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın ön sağ yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısında aşkar edilmiş bir ədəd yarası ilə yerləşməsinə görə üstüstə düşür; ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir; təqdim edilmiş bıçağın üzərində hər hansı əlavə dəyişiklik aşkar edilməmişdir (İ-ci cild iş vərəqi 246-251) İşdə olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, köynək, uzunqol alt paltarı, mayka və hadisə yerindən götürülmüş bıçaq öz üzərində hadisənin izlərini saxladığına və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi subutlar otağında təhvil verimlişdir (2-ci cild iş vərəqi 184-214). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik əməliyyat və statistik informasiya idarəsinin xx xxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 150 manat cərimə cəzasına məhkum olmuşdur (1-ci cild iş vərəqi 200-201). İşdə olan Şəmkir rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 876/20 saylı məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012 tarixli hökmü ilə təyin edilmiş 150 manat cərimə məhkum Təqsirləndirilən şəxs tərəfindən xx xxx 2017-ci il tarixdə tam ödənilmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır. İşdə olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx xxx 2019-cı il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur. İşdə olan Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx xxxx 2019-cu il tarixli 98 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (2-ci cild iş vərəqi 183). İşdə olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 154). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2018-ci il tarixdən saat 01:10-dan hesablanmışdır (1-ci cild iş vərəqi 198-199). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.2, 315.2 və 322.2-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarının 7-ci bəndinə əsasən «Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. Azərbaycan Respublikası CM-in 126.2.2-ci madəssinin tövsifedici əlaməti kimi cinayətin zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törədilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilən müddəalara əsasən müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.2, 315.2 və 322.2-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 315.2-ci maddəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 322.2-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3-cü maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 315.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına və həmin Məcəllənin 322.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsindən alınmış xx xxxxxx 2019-cu il tarixli məlumatdan və Şəmkir rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2020ci il tarixli 876/20 saylı məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 150 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən 150 manat cərimə xx xxx 2017-ci il tarixdə tam ödənilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 150 manat cərimə cəzasını xx.xx.2017-cı il tarixdə ödədikdən 1 il 6 ay 26 gün sonra törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən bir ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsyə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməlidən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xaraktrizə olunmasını, cinayət əməllərini iş üzrə keçən digər şəxslərin qanuna zidd hərəkətləri nəticəsində yaranmış şəraitdə törətməsini də nəzərə alır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və yenidən tərbiyə edilməsinə köməklik göstərir və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunurki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda preventiv rol oynayır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfı deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsyə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları - törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməlidən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xaraktrizə olunmasını və təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə əsas görmür. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu - zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməlidən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xaraktrizə olunmasını müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsyə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqi üçün əsas olan müstəsna hal kimi qəbul edilən cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları – törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməllərindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xaraktrizə olunmasını, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, həmin Məcəllənin 315.2-ci maddəsinin sankisyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 322.2-ci maddəsinin sanksiyasında alternativli olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, köynək, uzunqol alt paltar, mayka və bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 315.2 və 322.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə (maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməklə) Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 322.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, köynək, uzunqol alt paltar, mayka və bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia və yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-119/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-119/2020
31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver