Məhkəmə qərarları › İş №1(101)-1191/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1191/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1191/2021 24.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakı ilə açıq məhkəmə iclasında 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2009 və 2011-ci il təvəllüdlü uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, ev 30X-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda ümumi təmiz çəkisi 3,036 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 5,093 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd və 1 ədəd konvalyutda 1 ədəd ümumi 11 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman pereparatı və elektron tərəzini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 10.02.2021-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Səfərli X8 rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi “Ballı” marketin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmiş və üzərinə baxış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən ağ rəngli kağıza bükülmüş içərisində 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,143 qr, 0,046 qr və 1 ədəd polietilen bükümdə təmiz çəkisi 2,847 qr, ümumi təmiz çəkisi 3,036 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,322 qr, 0,043 qr və 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,195 qr və 2,533 qr, ümumi təmiz çəkisi 5,093 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd və 1 ədəd konvalyutda 1 ədəd ümumi 11 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon təsiredici maddəsinin ümumi miqdarı 0,44 qram olan (bir həbdə 0,04 qr metadon olmaqla) dərman preparatı və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan aşkar olunmuş qanunsuz maddələri inkar etmir. Sadəcə üzərindən götürülmüş maddələrin sayı polis əməkdaşları tərəfindən artırılmışdır. Heroin və şüşə kimi tanıdığı narkotik maddələrdən istifadə etməsini inkar etmir. Əldə etdiyi maddə və vasitələr də şəxsi istifadəsi üçün nəzərdə tutulmuşdur, satış məqsədi olmamışdır. 10.02.2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 120 (bir yüz iyirmi) manat nəğd pul ödəyərək metadon, heroin almışdır. Həmin gün həblərdən, şüşədən və heroindən bir qismini istifadə etmiş qalıq hissəsini sonra istifadə etməyi üçün cibində daşımışdır. 10.02.2021-ci il tarixdə 19 radələrində, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən “Ballı” marketin yaxınlığında idarə etdiyi “Mercedes C240” markalı **-TX-*** d.q.n-lı avtomaşınının yanında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişlər. O da razılaşmış və avtomobili ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getmişdir. Orada video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, o da könüllü olaraq qış gödəkcəsinin sağ cibində saxladığı ağ rəngli kağıza bükdüyü içərisində heroin, şüşə kimi tanıdığı narkotik maddələri, həmçinin metadon tərkibli həbləri və tərəzini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr olan bükümlər, metadon tərkibli həblər və tərəzi polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun idarə etdiyi avtomaşına baxış keçirilmiş, lakin avtomaşından heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməzdən əvvəl fiziki zor tətbiq edilmiş, onu döymüşlər, döyənlərin adını bilmir, istintaq təcridxanasına gətirildikdə isə polislərin qisasından qorxaraq həkimlərə müayinə zamanı ayaq və qabırğa nahiyyələrində olan göyərtilərin yıxıldığı zaman yarandığını bildirmişdir. Onu müstəntiq aldatmış, əməlini CMnin 234.1-ci maddəsi ilə tövsif edəcəyini vəd etdiyi üçün ibtidai istintaq zaman müstəntiqin dediklərini ifadələrinə imza atmaqla təsdiq etmişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədiri zamanı tanımışdır. Belə ki, şöbəyə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, əsasən isə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. 10.02.2021-ci il tarixdə əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yerini müəyyən edərək Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən “Ballı” marketin qarşısında ona saxlamışlar. Xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs narkotik vasitələrinin əldə etməsi, saxlaması və qanunsuz dövriyyəsində şübhələnildiyi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-yə getməli olduğunu bildirib onu PŞ-yə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla PŞ-nə getmişdir. Orada təhqiqatçı tərəfindən vəkilinin iştirakı və video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonunu, elektron tərəzini və ağ rəngli kağız parçasından olan bükümü təqdim etmiş, həmin ağ rəngli kağızın içərisində xatırladığı qədər metadon, metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Bu maddələrin məbləğini artıq xatırlamır, lakin baxışla əlaqədar protokolda göstərilənləri təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələri Sabunçu rayonu, Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən 120 manata aldığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı prorokol tərtib edilmiş və bütün iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin avtomobilə baxış zamanı qeyri qanuni predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət olmamış, heç kəs onu döyməmiş, Təqsirləndirilən şəxs ona qarşı fiziki zor tətbiq olunması barədə ifadəsi həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında, şöbədə üzərinə baxış keçirilməsində iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonunu, elektron tərəzini və ağ rəngli kağız parçasından olan bükümü təqdim etmiş, həmin ağ rəngli kağızın içərisində xatırladığı qədər metadon, metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Bu maddələrin məbləğini artıq xatırlamır, lakin baxışla əlaqədar protokolda göstərilənləri təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələri Sabunçu rayonu, Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən 120 manata aldığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı prorokol tərtib edilmiş və bütün iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin avtomobilə baxış zamanı qeyri qanuni predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət olmamış, heç kəs onu döyməmiş, Təqsirləndirilən şəxs ona qarşı fiziki zor tətbiq olunması barədə ifadəsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnin rəisinə ünvanlanan 10.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilinin Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisinə ünvanlanan 10.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi “Ballı” marketin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması barədə» 10 fevral 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu zaman onun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükülü ağ rəngli kağız, 1 ədəd qara rəngli elektron tərəzi və 1 ədəd “Samsung A10” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş və həmin ağ rəngli bükülü kağızın içərisində 1 ədəd konvalyutada, 1 list konvalyutada (ümumi 11 ədəd) üzərilərində F/M 40 yazısı həkk olunmuş dairəvi formalı həblər, 4 ədəd siqaretin ağ göy rəngli kazğızından olan bükümlər və 3 ədəd şəffaf polietilendən olan bükümlər aşkar olunub götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirmə və götürmə aparılması barədə” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 10.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12.02.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/622 saylı, 11 fevral 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .....” yazısı olan zərfdəki, - 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,143 qr, 0,046 qr və 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 2,847 qr, ümumi təmiz çəkisi 3,036 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,322 qr, 0,043 qr və 2 (iki) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,195 qr və 2,533 qr, ümumi təmiz çəkisi 5,093 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamərlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd və 1(bir) ədəd konvalyutda 1 ədəd, ümumi 11 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 11 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,44 qram təşkil edir (bir həbdə 0,04 qr metadon olmaqla). Həblər tərkiblərindəki təsiredici maddəsinin miqdarına görə eynidir; Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/837 saylı, 02 mart 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Ariz İbadət oğlundan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüş 01 ədəd qara rəngli kiçik ölçülü elektron tərəzi” yazılan ağ rəngli zərfdə 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin üzləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatriya ekspertizasının 607 saylı, 19 mart 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il, tarixli 1100 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış 2 X7 Xəstəxanasının 1/312 saylı, 01.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu son 10 ildə xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 18.05.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, - 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,143 qr, 0,046 qr və 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 2,847 qr, ümumi təmiz çəkisi 3,036 qram tədqiqata 0,18 qram sərf edildikdən sonra qalıq 2,886 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,322 qr, 0,043 qr və 2 (iki) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,195 qr və 2,533 qr, ümumi təmiz çəkisi 5,093 qram tədqiqata 0,16 qram sərf edildikdən sonra qalıq 4,493 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” yazısı olan konvalyutda 10 ədəd və 1(bir) ədəd konvalyutda 1 ədəd, ümumi 11 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı və 11 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,44 qram təşkil edən (bir həbdə 0,04 qr metadon olmaqla) tədqiqata 2 həb sərf edildikdən sonra qalıq 9 həb və eketron tərəzi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi hesablanmalı və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 27.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 186.2.1, 233 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilmiş, həmin qətimkan tədbiri 17.11.2020-ci il tarixdə məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 14.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsinə əsasən 02 il 06 ay sınaq müddəti tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 09.07.2021-ci il tarixli, 1(1009)-23/2021 saylı, məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan hökm 06.07.2021-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdr. Hazırki iş üzrə Səfərli X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlaması və daşımasında şübhəli bilinərək 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, yəni barəsində CM-nin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə olan cinayət işinin istintaqı zamanı hazırda ittiham olunduğu cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 27-ci bəndinə əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkumetmə şəxsin sınaq müddətində qəsdən törətdiyi az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdiyi halda ləğv edilir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayət əməlini əvvəlki hökmlə təyin olunan şərti cəzanın sınaq müddətindən əvvəl törətmişdir. Belə hallarda birinci hökm üzrə şərti məhkumluq müstəqil icra olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 2009 və 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə və psixotrop maddənin miqdarı külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin və psixotrop maddə şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasnı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10 fevral 2021-ci il tarixdən hesablamalıdır. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı müəyyən edildiyindən CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalan cəmi 2,886 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, cəmi 4,493 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, üzərində “Methadone 40” yazısı olan konvalyutlarda üzərlərində “F/M 40” yazısı həkk olunmuş metadon tərkibli cəmi 9 ədəd həb və elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 202,70 (iki yüz iki manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Cəlal oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi Cəlal oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə 02 il 07 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinin 14.06.2021-ci il tarixli hökmü müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalan cəmi 2,886 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, cəmi 4,493 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, üzərində “Methadone 40” yazısı olan konvalyutlarda üzərlərində “F/M 40” yazısı həkk olunmuş metadon tərkibli cəmi 9 ədəd həb və elektron tərəzi məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 202,70 (iki yüz iki manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi Cəlal oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar